22
1 Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktorunun « 29 » « dekabr » 2010-cu il tarixli « F-049 » nömrəli Əmri ilə təsdiq edilmişdir AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN 2 2 0 0 1 1 1 1 - - c c i i i i l l ü ü ç ç ü ü n n T T A A K K T T İ İ K K İ İ P P L L A A N N I I BAKI 2010

Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

  • Upload
    others

  • View
    4

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

1

Azərbaycan Respublikasının Mərkəzi Bankı

yanında Maliyyə Monitorinqi Xidmətinin

direktorunun « 29 »

« dekabr » 2010-cu il tarixli « F-049 »

nömrəli Əmri ilə təsdiq edilmişdir

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ

BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ

XİDMƏTİNİN 22001111--ccii iill üüççüünn

TTAAKKTTİİKKİİ PPLLAANNII

BAKI – 2010

Page 2: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

2

GİRİŞ

Maliyyə Monitorinqi Xidmətinin 2010-2013-cü illəri əhatə edən Strateji

Planında qarşıya qoyulmuş məqsədlərə nail olunması məqsədilə 2010-cu il üçün

müəyyən edilmiş Taktiki Plan üzrə 53 hədəf uğurla həyata keçirilmişdir.

2010-cu il üzrə taktiki hədəflərin icrası nəticəsində əldə edilmiş əsas nailiyyətlər

kimi aşağıdakıları göstərmək olar: (i) PL/TMM sahəsində milli qanunvericilik bazası

beynəlxalq standartlara əhəmiyyətli dərəcədə uyğunlaşdırılmış və təkmilləşdirilmiş;

(ii) bu sahədə insan resurslarının inkişafı təmin edilmiş, o cümlədən iki əməkdaş

MONEYVAL-ın «Beynəlxalq qiymətləndirici» sertifikatı ilə təltif olunmuş; (iii)

Maliyyə Monitorinqi Xidmətinin funksionallığını təmin edən institusional əsaslar

yaradılmış: şəffaf və səmərəli maliyyə idarəetməsinə imkan verən prosedurlar

müəyyən edilmiş, texnoloji resurslar potensialı formalaşdırılmış, ictimaiyyətlə

əlaqələr işi təşkil edilmiş; (iv) monitorinq iştirakçılarının PL/TMM sahəsində

potensiallarının artırılmasına imkan verən genişmiqyaslı tədbirlər həyata keçirilmiş;

(v) PL/TMM sahəsində daxili və xarici əməkdaşlıq genişləndirilmiş: müvafiq nəzarət

orqanları, hüquq-mühafizə orqanları və xarici ölkələr ilə əməkdaşlığa dair Anlaşma

Memorandumları imzalanmış, Maliyyə Monitorinqi Xidmətinin potensialının

artırılması üçün USAID, BVF, Dünya Bankı və ATƏT kimi beynəlxalq təşkilatlardan

texniki yardımlar cəlb edilmiş; (vi) məlumatların qəbulu, emalı, təhlili və ötürülməsi

sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur.

Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM üzrə qanunvericiliyinin

beynəlxalq standartlara uyğunluğu FATF tərəfindən qəbul edilmiş, ölkəmiz FATF-ın

monitorinq rejimindən çıxarılmış və bu sahədə qanunvericilik sisteminin inkişaf

modeli MONEYVAL tərəfindən digər dövlətlərə nümunə kimi tövsiyə edilmişdir.

Əldə edilmiş nailiyyətlərin davamlılığını təmin etmək üçün keçən taktiki dövr

ərzində qarşıya qoyulmuş hədəflərin icra vəziyyəti ətraflı şəkildə araşdırılmış, PL/TM

ilə effektiv mübarizə sisteminin formalaşdırılması baxımından güclü və zəif tərəflər,

imkan və təhdidlər təhlil edilmişdir.

Həmçinin strateji dəyişikliklərin effektiv idarə olunması sisteminin tətbiqi

sayəsində qarşıya qoyulmuş hədəflərin icra vəziyyətinin dövri monitorinqi

nəticəsində Maliyyə Monitorinqi Xidmətinin ortamüddətli dövr üçün müəyyən etdiyi

strateji məqsəd və hədəflərində bəzi dəyişikliklər edilmişdir.

Maliyyə Monitorinqi Xidmətinin institusional potensialının formalaşdırılması və

inkişaf etdirilməsi ilə bağlı müəyyən etdiyi bir çox strateji hədəflərə və PL/TMM

institutunun formalaşdırılması ilə bağlı əsas hədəflərə qısa müddət ərzində nail

olması Xidmətin bu istiqamətdə fəaliyyətlərinin təkmilləşdirilməsi və onun

funksional potensialının gücləndirilməsi ilə bağlı strateji hədəflərinə daha çox

fokuslanmasına imkan yaratmışdır.

Page 3: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

3

Bununla da, 2011-2013-cü illəri əhatə edən fəaliyyət dövrü üçün Maliyyə

Monitorinqi Xidməti əsas strateji məqsədləri kimi aşağıdakıları qəbul etmişdir:

I. PL/TMM sahəsində normativ hüquqi bazanın beynəlxalq standartlara

uyğunlaşdırılması.

II. Maliyyə Monitorinqi Xidmətinin institusional və funksional potensialının

formalaşdırılması və inkişaf etdirilməsi.

III. Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərin

PL/TMM sahəsində potensiallarının gücləndirilməsi.

IV. PL/TMM sahəsində əməkdaşlığın yaradılması və inkişafı.

Maliyyə Monitorinqi Xidmətinin bu strateji məqsədlərinə uyğun olaraq 2011-ci

il üzrə fəaliyyətlərinə dair 10 strateji və 84 taktiki hədəf müəyyən edilmişdir. Bu

hədəflər, ilk növbədə, Maliyyə Monitorinqi Xidmətinin tam funksionallığının təmin

edilməsi məqsədinə xidmət edir.

2011-ci il üzrə Maliyyə Monitorinqi Xidmətinin strateji hədəfləri (i) PL/TMM

sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, (ii) normativ bazanın inkişaf

etdirilməsi; (iii) insan resurslarının inkişafı; (iv) təşkilati-idarəetmə mexanizmlərinin

formalaşdırılması; (v) məlumat bazasının və analitik potensialın formalaşdırılması;

(vi) nəzarət potensialının formalaşdırılması; (vii) monitorinq iştirakçıları və

monitorinqdə iştirak edən digər şəxslərə metodoloji dəstəyin göstərilməsi və

(viii) təlimlərin keçirilməsi; (ix) ölkədaxili və (x) beynəlxalq əməkdaşlığın inkişaf

etdirilməsi üzərində fokuslaşmışdır.

Beləliklə, 2011-ci ildə müəyyən edilmiş strateji hədəflər üzrə aşağıdakı əsas

taktiki hədəflərin reallaşdırılması nəzərdə tutulmuşdur:

PL/TMM sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və normativ-

hüquqi bazanın inkişaf etdirilməsi üzrə: Cinayət Məcəlləsi, PL/TMM üzrə AR

Qanunu, «Banklar haqqında» AR Qanunu, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və

dövlət reyestri haqqında» AR Qanunu, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər

və fondlar) haqqında» AR Qanunu FATF-ın Tövsiyələrinə uyğun olaraq

təkmilləşdiriləcək; terrorçuluğun maliyyələşdirilməsinə görə hüquqi şəxsin cinayət

məsuliyyətinin müəyyən edilməsi əsasları formalaşdırılacaq; barələrində sanksiyalar

tətbiq edilməli olan şəxslərin əmlakının dondurulması, idarə edilməsi və istifadəsi

üzrə institutun formalaşdırılması barədə təkliflər hazırlanacaq; cinayət fəaliyyətindən

əldə edilən gəlirlərin legallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə, o

cümlədən terrorçuluğun maliyyələşdirilməsinə dair Avropa Şurası (Varşava)

Konvensiyasına qoşulmaq barədə təkliflər hazırlanacaq; Daxili Nəzarət Sistemlərinə

dair Tələblərdə birbaşa əlaqə qurmadan texnoloji vasitələrdən istifadə etməklə

aparılan əməliyyatlarda xüsusi və effektiv eyniləşdirmə və verifikasiya tədbirləri

tətbiq ediləcək, həmçinin müştərilər üzrə sadələşdirilmiş eyniləşdirmə və verifikasiya

qaydaları hazırlanacaqdır.

Page 4: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

4

İnsan resurslarının inkişafı üzrə: Maliyyə Monitorinqi Xidməti insan

resursları ilə tam komplektləşdiriləcək, peşəkar və innovativ komandanın

formalaşdırılması başa çatdırılacaq, peşəkar tədrisin təşkili qaydaları hazırlanacaqdır.

Maliyyə Monitorinqi Xidmətinin təşkilati-idarəetmə mexanizmlərinin

formalaşdırılması üzrə: İT infrastrukturu təkmilləşdiriləcək və təhlükəsizliyi təmin

olunacaq, Ehtiyat Mərkəzi yaradılacaq, rabitə kanalları genişləndiriləcək; uçot siyasəti

hazırlanacaq, Avtomatlaşdırılmış Baş Mühasibatlıq Sistemi Mərkəzi Bankın

şəbəkəsinə (TEMENOS) inteqrasiya olunacaq və digər prosedur qaydalar

hazırlanacaq və tətbiq olunacaqdır.

PL/TMM ilə bağlı məlumat bazasının və analitik potensialın formalaşdırıl-

maşı üzrə: Maliyyə Monitorinqi Xidmətinin əsas funksiyasının effektiv icrası

məqəsdilə təqdim olunan məlumatların keyfiyyətinin yüksəldilməsi tədbirləri həyata

keçiriləcək; müvafiq dövlət orqanlarının məlumat bazalarına qoşulması üzrə təkliflər

hazırlanacaq; yeni analitik paketin tətbiqi ilə bağlı olaraq PL/TMM sahəsində analitik

işin təşkili qaydaları təkmilləşəcək, PL/TM hallarının vaxtında aşkar edilməsi və

qarşısının alınması məqsədilə hazırda tətbiq edilən metodlar, alətlər və mexanizmlər

şərh olunacaq və onların aşkar olunması meyarları yenilənəcəkdir.

Maliyyə Monitorinqi Xidmətinin nəzarət potensialının formalaşdırılması üzrə:

Maliyyə Monitorinqi Xidmətinin müvafiq qanunla nəzarət obyektləri olan lombardlar

və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi

şəxslərə dair məlumat bazası formalaşdırılacaq, onlar üçün «Müştərini Tanı

Prinsipi»nə dair Metodoloji Rəhbərlik hazırlanacaq, bu subyektlərin effektiv

fəaliyyətini təmin edən təlim proqramları hazırlanacaq və həyata keçiriləcəkdir.

Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə metodoloji

dəstəyin göstərilməsi və təlimlərin keçirilməsi üzrə: monitorinq iştirakçıları və

monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə PL/TMM sahəsində «Müştərini

Tanı Prinsipi»nə dair Metodoloji Rəhbərlik hazırlanacaq; monitorinq subyektlərinin,

nəzarət orqanlarının və hüquq-mühafizə orqanlarının təlim ehtiyaclarının peşəkar

metodikalar əsasında qiymətləndirilməsi əsasında ünvanlı təlim proqramları və

kurrikulumlar hazırlanacaqdır.

Page 5: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

5

2011-ci il üçün müəyyən edilmiş taktiki hədəflər

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

I. Pulların

leqallaşdırılması

və terrorçuluğun

maliyyələşdiril-

məsinə qarşı

mübarizə

sahəsində

normativ-hüquqi

bazanın

beynəlxalq

standartlara

uyğunlaşdırıl-

ması

1.1. Milli

qanunvericiliyin

təkmilləşdirilməsi

1.1.1. Cinayət Məcəlləsinin 193-1-ci

maddəsinə pulların leqallaşdırılması

əməlinin törədilməsinə hazırlığa görə

cinayət məsuliyyətinin müəyyən

edilməsi elementinin tətbiqi

yanvar

FATF-ın metodologiyasının

1.7-ci bəndi implementasiya

olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.2. Cinayət Məcəlləsində hüquqi

şəxsin pulların leqallaşdırılması

əməlinə görə cinayət məsuliyyətinin

müəyyən edilməsi

yanvar

FATF-ın metodologiyasının

2.3-cü bəndi implementasiya

olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.3. Cinayət Məcəlləsinin 51-ci

maddəsində müsadirə edilməli olan

əmlakın dairəsinin beynəlxalq

standartlara uyğunlaşdırılması

yanvar

FATF-ın metodologiyasının

3.1-ci bəndi implementasiya

olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.4. PL/TMM üzrə Qanunun 9.2.3-

cü maddəsində hesab açılmadan

aparılan pul köçürmələri zamanı

müştərinin eyniləşdirməsi və

verifikasiyası tələblərinin

təkmilləşdirilməsi

fevral

FATF-ın metodologiyasının

5.2-ci bəndinin «c»

yarımbəndi implementasiya

olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.5. PL/TMM üzrə Qanunun 9.2.5-

ci maddəsinin təkmilləşdirilməsi və bu

maddəyə müştəri və ya benefisiarla

bağlı əvvəllər təqdim edilmiş

məlumatlarının doğru olmadığına

fevral

FATF-ın metodologiyasının

5.2-ci bəndinin «e»

yarımbəndi implementasiya

olunacaq

1. Hüquq və metodologiya şöbəsi

Page 6: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

6

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

şübhələr olduqda eyniləşdirmə

tədbirlərinin tətbiqi ilə bağlı

müddəanın daxil edilməsi

1.1.6. PL/TMM üzrə Qanunun 9-cu

maddəsində, Mülki Məcəllədə və

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və

dövlət reyestri haqqında» Qanunda

hüquqi şəxslərin səhmdarlarının

mərkəzləşmiş reyestrinin yaradılması

və onların benefisiarlarının müəyyən

edilməsi ilə bağlı hüquqi

mexanizmlərin formalaşdırılması üzrə

təkliflərin hazırlanması

fevral

FATF-ın metodologiyasının

33.1-ci və 5.5-ci bəndləri

implementasiya olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.7. PL/TMM üzrə Qanunun 9.8-cu

maddəsi üzrə verifikasiya tədbirlərinin

tətbiqi əsaslarının və vasitələrinin

təkmilləşdirilməsi

fevral

Monitorinq iştirakçıları

tərəfindən müştəri və

benefisiar barəsində əldə

olunmuş eyniləşdirmə

məlumatlarının verifikasiyası

tədbirləri effektiv şəkildə

tətbiq ediləcək

1. Hüquq və metodologiya şöbəsi

1.1.8. PL/TMM üzrə Qanunun 9.15-

cu maddəsinə əməliyyatın tərəfləri

Qanunla müəyyən edilmiş qaydada

eyniləşdirilə bilmirsə monitorinq

subyektləri tərəfindən görülməli olan

tədbirlərə dair müddəaların daxil

edilməsi

fevral

FATF-ın metodologiyasının

5.15 və 5.16-ci bəndləri

implementasiya olunacaqdır

1. Hüquq və metodologiya şöbəsi

Page 7: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

7

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

1.1.9. PL/TMM Qanunun 9-1-ci

maddəsinə Xarici dövlətlərin siyasi

xadimlərinə münasibətdə

gücləndirilmiş əlavə eyniləşdirilmə

tədbirlərinin tətbiqi ilə bağlı

müddəaların daxil edilməsi

fevral

FATF-ın metodologiyasının

6.4-cü bəndi implementasiya

olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.10. PL/TMM Qanunun 10.1.2-ci

maddəsində həyata keçirilmiş

əməliyyatlara dair sənədlərin hesabın

bağlanılmasından və ya işgüzar

əlaqələrinin kəsilməsindən sonra 5 il

ərzində saxlanılması tələbinin

müəyyən edilməsi

fevral FATF-ın metodologiyasının

10.2-ci bəndi implementasiya

olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.11. Monitorinqdə iştirak edən

digər şəxslərin dairəsinin yenidən

müəyyən edilməsi və onların

fəaliyyətinin xarakteri nəzərə

alınmaqla daha spesifik tələblərin

müəyyən edilməsi ilə bağlı

müddəaların PL/TMM Qanuna daxil

edilməsi

fevral

FATF-ın metodologiyasının

12.1-ci və 12.2-ci bəndləri

implementasiya olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.12. PL/TMM üzrə Qanunun 7.2-ci

maddəsində nəzərdə tutulmuş

barəsində məlumat təqdim olunmalı

əməliyyatların dairəsinin

təkmilləşdirilməsi

mart

Monitorinq iştirakçıları tərəfin-

dən təqdim olunmalı əməliy-

yatların dairəsi mövcud prak-

tikaya və qanunvericiliyə uyğun

şəkildə təkmilləşdiriləcək

1. Hüquq və metodologiya şöbəsi

Page 8: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

8

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

1.1.13. PL/TMM üzrə Qanunun 12-ci

maddəsinə məsul şəxsin müştərinin

eyniləşdirmə məlumatlarınnın əldə

edilməsinin hüquqi əsaslarının

müəyyən edilməsi üzrə müddənın daxil

edilməsi

mart

FATF-ın metodologiyasının

15.1.2-ci bəndi

implementasiya olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.14. PL/TMM üzrə Qanunun 7-ci

maddəsinə qiymətli daşların, qiymətli

metalların, o cümlədən qiymətli

daşlardan və ya qiymətli metallardan

hazırlanmış zərgərlik və ya digər

məişət məmulatlarının alqı-satqısı ilə

məşğul olan fiziki və ya hüquqi şəxslər

tərəfindən nağd aparılan əməliyyatlara

dair Şübhəli əməliyyatlar barədə

hesabatların təqdim edilmə limitinin

müəyyən edilməsi ilə bağlı müddəanın

daxil edilməsi

mart

FATF-ın metodologiyasının

16.1-ci bəndi implementasiya

olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.15. PL/TMM Qanunun

tələblərinin pozulmasına, xidməti

məlumatdan qanunsuz istifadəyə və

cinayət yolu ilə əldə edilmiş pul

vəsaitlərinin və ya digər əmlakın az

miqdarda əldə edilməsinə, sahiblik və

istifadəyə görə nəzərdə tutulmuş

sanksiyaların təkmilləşdirilməsi

mart

İnzibati Xətalar Məcəlləsinin

348-3-cü, 212-ci və 234-cü

maddələrində nəzərdə

tutulmuş sanksiyaların

effektivliyi və proporsionallığı

təmin ediləcək

1. Hüquq və metodologiya şöbəsi

Page 9: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

9

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

1.1.16. «Banklar haqqında»

Azərbaycan Respublikasının

Qanununa «shell» bankların və «shell»

banklarla müxbir əlaqələrin

yaradılmasının qadağan edilməsi ilə

bağlı müddəaların daxil edilməsi

mart

FATF-ın metodologiyasının

18.1-ci və 18.2-ci bəndlər

implementasiya olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.17. Preventiv Qanuna PL/TMM

üzrə əməkdaşlıq etməyən dövlətlərə

münasibətdə monitorinq subyektləri

tərəfindən risk yönümlü yanaşmanın

tətbiqi, həmin dövlətlərlə əməliyyatlara

münasibətdə xüsusi tələblərin müəyyən

edilməsi və effektiv təsir

mexanizmlərinin formalaşdırılması ilə

bağlı müddəaların daxil edilməsi

aprel

FATF-ın metodologiyasının

21-ci bəndi implementasiya

olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.18. PL/TMM Qanuna Monitorinq

iştirakçılarının xarici dövlətlərdə

yerləşən filiallarının və törəmə hüquqi

şəxslərinin yerləşdiyi ölkədə tətbiq

edilən PL/TMM tədbirləri ilə

Azərbaycan Respublikası

qanunvericiliyi əsasında tətbiq edilən

tədbirlər arasında fərq yarandıqda daha

yüksək standartın tətbiq edilməsi ilə

bağlı müddəaların daxil edilməsi

aprel

FATF-ın metodologiyasının

22.1.2-ci bəndi

implementasiya olunacaq

1. Hüquq və metodologiya şöbəsi

Page 10: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

10

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

1.1.19. «Hüquqi şəxslərin dövlət

qeydiyyatı və dövlət reyestri

haqqında» Qanuna kriminal keçmişə

malik olan şəxslərin hüquqi şəxslərin

sahibinə və ya benefisiarına

çevrilməsinin qarşısının alınmasını

təmin edəcək müddəanın daxil

edilməsi üzrə təkliflərin hazırlanması

aprel

FATF-ın metodologiyasının

23.3-cü bəndi implementasiya

olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.20. Nəzarət orqanlarının

yoxlamalarının keçirilməsinə

maneçilik törədilməsinə, bu orqanların

vəzifəli şəxsləri tərəfindən öz

səlahiyyətləri daxilində qəbul etdikləri

tələbnamələrin (qərarların) yerinə

yetirilməməsinə görə inzibati

məsuliyyətin müəyyən edilməsi

aprel

FATF-ın metodologiyasının

17.2-ci bəndi

implementasiya olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.21. PL/TMM üzrə Qanunun 20-ci

maddəsinin, həmçinin hüquqi yardımın

həyata keçirilməsi ilə bağlı əlaqəli

qanunvericilik aktlarının beynəlxalq

standartlara uyğunlaşdırılması

may Vyana, Palermo, Strasburq

Konvensiyalarının müvafiq

müddəaları, FATF-ın 36,

37, 38, 39 və 40-cı

Tövsiyələri və Egmont

Qrupunun Prinsipləri

implementasiya olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.22. Azərbaycan Respublikasının

Cinayət Məcəlləsinin 214-1-ci maddəsi

ilə əhatə olunmalı olan predikativ

may

FATF-ın II Xüsusi Tövsiyəsi

implementasiya olunacaq

1. Hüquq və metodologiya şöbəsi

Page 11: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

11

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

cinayətlərin dairəsinin BMT-nin

Terrorçuluğun Maliyyələşdirilməsinə

qarşı Konvensiyasına

uyğunlaşdırılması

1.1.23. Hüquqi şəxsin terrorçuluğun

maliyyələşdirilməsinə görə cinayət

məsuliyyətinin müəyyən edilməsi

əsaslarının formalaşdırılması

may

BMT-nin Terrorçuluğun

maliyyələşdirilməsinə qarşı

mübarizə üzrə

Konvensiyasının 5-ci

maddəsi implementasiya

olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.24. Barələrində sanksiyalar tətbiq

edilməli olan şəxslərin əmlakının

dondurulması, idarə edilməsi və

istifadəsi institutunun

formalaşdırılması barədə təkliflərin

hazırlanması

may

FATF-ın metodologiyasının

III.1, III.2 və III.9-cu

bəndlərinin milli

qanunvericiliyə

implementasiyasına dair

təkliflər hazırlanacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.25. PL/TMM Qanunun 10.1.2-ci

maddəsində həyata keçirilmiş

əməliyyatlara dair sənədlərin hesabın

bağlanılmasından və ya biznes

əlaqələrinin kəsilməsindən sonra 5 il

ərzində saxlanılması tələbinin

müəyyən edilməsi

FATF-ın metodologiyasının

10.2-ci bəndi implementasiya

olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.26. FATF-ın VIII Xüsusi

Tövsiyəsinin (Qeyri-kommersiya

may

FATF-ın VIII Xüsusi

Tövsiyəsinin bütün

1. Hüquq və metodologiya şöbəsi

Page 12: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

12

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

təşkilatları) araşdırılması, beynəlxalq

praktikanın öyrənilməsi və qeyd edilən

tövsiyənin «Qeyri-hökumət təşkilatları

(ictimai birliklər və fondlar) haqqında»

Azərbaycan Respublikasının

Qanununa implementasiyası üzrə

təkliflərin hazırlanması

elementlərinin milli

qanunvericiliyə

implementasiyasına dair

təkliflər hazırlanacaq

1.1.27. Azərbaycan Respublikasına

gətirilən valyuta sərvətlərinin PL/TM

şübhəsi olduğu təqdirdə transsərhəd

hərəkətinin məhdudlaşdırılmasını və

müvafiq məlumatların Maliyyə

Monitorinqi Xidmətinə ötürülməsini

təmin edən qanunvericilik əsasının

formalaşdırılması

may

FATF-ın metodologiyasının

IX.2-ci və IX.3-cü bəndləri

milli qanunvericiliyə

implementasiya olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.1.28. 2005-ci il Varşava

Konvensiyasına (Cinayət fəaliyyətindən

əldə edilən gəlirlərin

legallaşdırılmasına, axtarışına, həbsinə

və müsadirəsinə, o cümlədən

terrorçuluğun maliyyələşdirilməsinə

dair Avropa Şurası Konvensiyası)

qoşulmaq barədə təkliflərin

hazırlanması

sentyabr

2005-ci il Varşava

Konvensiyasının

ratifikasiyası və tətbiqi ilə

bağlı müvafiq orqanlara

təkliflərin təqdim edilməsi

1. Hüquq və metodologiya şöbəsi

Page 13: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

13

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

1.2. Normativ

bazanın inkişaf

etdirilməsi

1.2.1. Daxili Nəzarət Sistemlərinə

dair Tələblərdə birbaşa əlaqə

qurmadan texnoloji vasitələrdən

istifadə etməklə aparılan

əməliyyatlarda xüsusi və effektiv

eyniləşdirmə və verifikasiya

tədbirlərinin tətbiq edilməsi

aprel FATF metodologiyasının

8.2.1-ci bəndi implementasiya

olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.2.2. FATF-ın VII Xüsusi

Tövsiyəsinin (elektron köçürmələr)

araşdırılması, beynəlxalq praktikanın

öyrənilməsi və qeyd edilən tövsiyənin

Mərkəzi Bankın normativ xarakterli

aktlarına implementasiya edilməsi üzrə

təkliflərin hazırlanması

may

FATF-ın VII Xüsusi

Tövsiyəsinin milli

qanunvericiliyə

implementasiyası üzrə

təkliflər aidiyyəti orqanlara

təqdim olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.2.3. Müştərilər üzrə sadələşdirilmiş

eyniləşdirmə və verifikasiya

qaydalarının hazırlanması

iyun FATF-ın metodologiyasının

5.10-cu bəndi

implementasiya olunacaq

1. Hüquq və metodologiya şöbəsi

1.2.4. FATF-ın 40+9 Tövsiyəsinə

uyğunluğun qiymətləndirilməsi

metodologiyasının Azərbaycan dilinə

tərcüməsi

sentyabr-

dekabr

PL/TMM üzər beynəlxalq

sənədlərin Azərbaycan dilli

bazasının formalaşdırılması

davam etdiriləcək

1. Hüquq və metodologiya şöbəsi

1.2.5. PL/TMM sahəsində ən yaxşı

beynəlxalq təcrübə sənədlərinin

tərcüməsi

sentyabr-

dekabr

PL/TMM üzər beynəlxalq

sənədlərin Azərbaycan dilli

bazasının formalaşdırılması

davam etdiriləcək

1. Hüquq və metodologiya şöbəsi

Page 14: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

14

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

II. Maliyyə

Monitorinqi

Xidmətinin

institusional və

funksional

potensialının

formalaşdırıl-

ması və inkişaf

etdirilməsi

2.1. İnsan

resurslarının

inkişafı

2.1.1. Əməkdaşların Fərdi İnkişaf

Planının tərtib edilməsi bağlı

qaydaların hazırlanması və tətbiqi

yanvar Əməkdaşların fərdi inkişaf

planları ilə bağlı fəaliyyətlər

üzrə metodika hazırlanacaq

1. İnsan resursları üzrə

mütəxəssis

2. Hüquq və metodologiya şöbəsi

2.1.2. Əməkdaşların fəaliyyətlərinin

qiymətləndirilməsi ilə bağlı qaydaların

hazırlanması və tətbiqi

may Əməkdaşların fəaliyyətlərinin

qiymətləndirilməsi ilə bağlı

metodika hazırlanacaq

1. İnsan resursları üzrə

mütəxəssis

2. Hüquq və metodologiya şöbəsi

2.1.3. Maliyyə Monitorinqi

Xidmətinin insan resursları ilə tam

komplektləşdirilməsi

iyul

Vakant vəzifələr tələblərə

uyğun kadrlarla tamamlanacaq

1. İnsan resursları üzrə

mütəxəssis

2.1.4. Maliyyə Monitorinqi

Xidmətində tədrisin təşkili

qaydalarının hazırlanması

avqust Təlim fəaliyyətlərini effektiv

şəkildə idarə etmək üçün

metodika hazırlanacaq

1. İnsan resursları üzrə

mütəxəssis

2. Hüquq və metodologiya şöbəsi

2.1.5. Əməkdaşların vəzifə

təlimatlarının təkmilləşdirilməsi

sentyabr Əməkdaşların iş öhdəlikləri və

onlara qarşı peşəkar tələblər

daha da dəqiqləşdiriləcək

1. İnsan resursları üzrə

mütəxəssis

2. Hüquq və metodologiya şöbəsi

3. Digər struktur bölmələr

2.1.6. Beynəlxalq və regional

qurumlar, xarici ölkələrin maliyyə

monitorinqi orqanları və digər

təşkilatlar tərəfindən təşkil edilən

konfrans, təlim və seminarlarla bağlı

müvafiq məlumat bazasının yaradılması

yanvar-

dekabr

Əməkdaşların peşəkar

inkişafına kömək edən

maarifləndirmə tədbirləri

haqqında məlumatlar bazası

yaradılcaq

1. Beynəlxalq əməkdaşlıq şöbəsi

2. İnsan resursları üzrə

mütəxəssis

2.1.7. Əməkdaşların peşəkarlıq səviy-

yəsinin gücləndirilməsi məqsədilə zəru-

ri təlimlərdə iştirakının təmin edilməsi

yanvar-

dekabr

Əməkdaşların vəzifə

öhdəliklərinə uyğun spesifik

peşəkar təlimlərdə iştirakı

təmin ediləcək

1. İnsan resursları üzrə

mütəxəssis

2. Digər struktur bölmələr

Page 15: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

15

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

2.2. Təşkilati-

idarəetmə

mexanizmlərinin

formalaşdırılması

2.2.1. Maliyyə Monitorinqi

Xidmətində arxiv işinin təşkili

yanvar Sənədlərin arxivləşdirilməsi

sistemi qurulacaq

1. İcra aparatı

2. Məlumatların emalı şöbəsi

3. İT şöbəsi

2.2.2. Maliyyə Monitorinqi Xidməti-

nin uçot siyasətinin hazırlanması

fevral

Uçot konsepsiyası müəyyən

olunacaq

1. Mühasibat uçotu qrupu

2.2.3. Monitorinq subyektlərindən

informasiyanın operativ qəbulunun

təmin edilməsi məqsədilə daha sürətli

internet xidmətinin qurulması

yanvar

İnternet xidmətinin sürəti

hazırkı 4 mbt/san-dən 10

mbt/san yüksələcək

1. İnformasiya texnologiyaları

şöbəsi

2. Təşkilatı şöbə

2.2.4. E1 xüsusi rabitə kanalının

çəkilişi

mart

Telefon rabitəsi sisteminin

keyfiyyəti yüksələcək

1. İT şöbəsi

2. Təşkilatı şöbə

2.2.5. Maliyyə Monitorinqi

Xidmətində maliyyə hesabatlarının

tərtibi qaydalarının hazırlanması

aprel

Maliyyə hesabatlarının

MHBS əsasında tərtib

edilməsi üçün əsas

yaradılacaq

1. Mühasibat uçotu qrupu

2.2.6. Avtomatlaşdırılmış Baş

Mühasibatlıq Sisteminin Mərkəzi

Bankın şəbəkəsinə inteqrasiyası

aprel

Mərkəzi Bankla MMX

arasında maliyyə sənədləri

dövriyyəsi

elektronlaşdırılcaq

1. İnformasiya texnologiyaları

şöbəsi

2. Mühasibat uçotu qrupu

2.2.7. Maliyyə Monitorinqi

Xidmətinə ayrılmış texniki yardımların

və qrantların maliyyə idarəetməsi üzrə

qaydaların hazırlanması

may

Büdcədən kənar mənbələrdən

daxil olan maliyyə

vəsaitlərinin idarəedilməsi

sistemi yaradılacaq

1. Mühasibat uçotu qrupu

2.2.8. Fasiləsiz enerji təminatı

sisteminin qurulması

may

Enerji ilə təminat fasiləsiz

şəkildə həyata keçiriləcək

1. Təşkilatı şöbə

2. İT şöbəsi

Page 16: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

16

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

2.2.9. Poçt serverindən istifadə

qaydalarının hazırlanması

may Poçt serverindən istifadəyə

dair prosedurlar müəyyən

ediləcək

1. İnformasiya texnologiyaları

şöbəsi

2.2.10. İnformasiya resurslarından

istifadə zamanı təhlükəsizliyin təmin

edilməsi qaydalarının hazırlanması

iyun İnformasiya resurslarından

təhlükəsiz istifadəyə dair

prosedurlar müəyyən ediləcək

1.İnformasiya Texnologiyaları

şöbəsi

2. Təşkilatı şöbə

2.2.11. Balansdankənar əməliyyatların

uçotunun aparılması üzrə qaydaların

hazırlanması

iyun

Balansdankənar əməliyyatla-

rın uçotunun aparılması üzrə

prosedurlar müəyyən ediləcək

1. Mühasibat uçotu qrupu

2.2.12. Məlumatların qəbulu və emalı

sisteminin tətbiqi ilə əlaqədar tələb

olunan avadanlıqların alınması və

qurulması

avqust

«GoAML» proqram təminatı

qurulacaq

1. İnformasiya texnologiyaları

şöbəsi

2. Təşkilati şöbə

2.2.13. Poçt sisteminin dayanıqlı və

fasiləsiz iş rejiminin təmin olunması

sentyabr Poçt sistemi üçün yeni

serverlər qurulacaq

1. İnformasiya texnologiyaları

şöbəsi

2.2.14. İstifadəçilərin fayllarının

saxlanılması və istifadəsi məqsədilə

Fayl serverlərin qurulması

sentyabr

İstifadəçilərin fayllarının

saxlanılması və istifadəsini

təmin edən Fayl serverlərin

qurulacaq

1. İnformasiya texnologiyaları

şöbəsi

2.2.15. Serverlərin onlayn rejimdə

yenilənməsi prosesinin təşkil olunması

sentyabr

WSUS serveri qurulacaq 1. İnformasiya texnologiyaları

şöbəsi

2.2.16. Balansda olan əsas vəsaitlər,

qeyri-maddi aktivlər, azqiymətli və

tezköhnələn əşyaların

inventarizasiyasının aparılması üzrə

qaydaların hazırlanması

oktyabr

İnventarlaşdırma üzrə

prosedurlar müəyyən ediləcək

1. Mühasibat uçotu qrupu

Page 17: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

17

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

2.2.17. İT infrastrukturunun təhlükə-

sizliyinin təmin olunması məqsədilə

dayanıqlı sistemin qurulması

oktyabr FailOver sistemi qurulacaq 1. İnformasiya texnologiyaları

şöbəsi

2.2.18. Serverlərdə saxlanılan

məlumatların təhlükəsizliyinin təmin

olunması və surətlərinin alınması üçün

Tape Drive (magnit lentləri)

avadanlığının qurulması

noyabr

Serverlərdə saxlanılan

məlumatların təhlükəsizliyi

təmin olunacaq

1. İnformasiya texnologiyaları

şöbəsi

2.2.19. Ehtiyat Mərkəzində Server

otağının hazırlanması

noyabr MMX-nın Ehtiyat Mərkəzi

yaradılacaq

1. İnformasiya texnologiyaları

şöbəsi

2. Təşkilatı şöbə

2.2.20. Monitorinq

subyektlərindən məlumatların alınması

zamanı elektron imzanın tətbiqi

noyabr Monitorinq subyektlərin-

dən məlumatların alınması

zamanı elektron imza tətbiq

ediləcək

1. İnformasiya texnologiyaları

şöbəsi

2.3. PL/TMM ilə

bağlı məlumat

bazasının və

analitik potensi-

alın formalaşdı-

rılması

2.3.1. Təqdim olunan məlumatların

keyfiyyətinin yüksəldilməsi üçün

müvafiq tədbirlərin görülməsi

fevral Monitorinq subyektləri

daha keyfiyyətli məlumatlar

təqdim edəcək

1. Məlumatların emalı şöbəsi

2. Analitik şöbə

2.3.2. «Monitorinq iştirakçıları və

monitorinqdə iştirak edən digər şəxslər

tərəfindən məlumatların Azərbaycan

Respublikasının Mərkəzi Bankı yanında

Maliyyə Monitorinqi Xidmətinə təqdim

olunması Qaydaları»nın və məlumat-

ların təqdim olunması formasının

iyun Məlumatların təqdim olun-

ması prosesi sadələşdiriləcək

1. Məlumatların emalı şöbəsi

2. Hüquq və metodologiya şöbəsi

3. Analitik şöbə

Page 18: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

18

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

təkmilləşdirilməsi

2.3.3. Müvafiq dövlət orqanlarının

məlumat bazalarına qoşulma üzrə

təkliflərin hazırlanması

avqust Müvafiq məlumat bazalarına

qoşulmanı təmin etmək üçün

hüquqi əsaslar

formalaşdırılacaq

1. Hüquq və metodologiya şöbəsi

2. Analitik şöbə

3. İT şöbəsi

4. Məlumatların emalı şöbəsi

2.3.4. PL/TMM sahəsində analitik

işin təşkili üzrə metodoloji rəhbərliyin

təkmilləşdirilməsi

noyabr

GoAML proqram təminatı

paketinin bütün

komponentlərinin tətbiqi

prinsiplərinin

mənimsənilməsi əsasında

analitik işin təşkili üzrə

metodoloji rəhbərlik

təkmilləşdiriləcək

1. Analitik şöbə

2.3.5. PL/TM halları üzrə

tipologiyaların hazırlanması (istifadə

olunan metodlar, alətlər və

mexanizmlərin şərhi)

noyabr

Mürəkkəb şübhəli maliyyə

sxemlərinin vaxtında və

dəqiq aşkarlanmasını təmin

etmək üçün istifadə olunan

ən yeni metodlar mütəmadi

olaraq izləniləcək və bu

əsasda şübhəli maliyyə

əməliyyatlarının baş vermə

sxeminin aşkarlanması üzrə

effektivlik yüksəldiləcək

1. Analitik şöbə

2. Beynəlxalq əməkdaşlıq şöbəsi

2.3.6. Şübhəli əməliyyatların

aşkarlanması meyarlarının ölkə daxilində

dekabr Şübhəli əməliyyatların 1. Analitik şöbə

Page 19: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

19

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

və beynəlxalq aləmdə PL/TMM

sahəsində baş vermiş müasir meyllərin

nəzərə alınması ilə yenilənməsi

aşkarlanması meyarlarının

siyahısı təkmilləşdiriləcək

2.4. Maliyyə

Monitorinqi

Xidmətinin

nəzarət

potensialının

formalaşdırılması

2.4.1. Lombardlara və daşınmaz

əmlakın alqı-satqısı üzrə vasitəçilik

xidmətləri göstərən fiziki və hüquqi

şəxslərə dair məlumat bazasının

formalaşdırılması

aprel Effektiv nəzarət funksiyası

həyata keçiriləcək

1. Nəzarət şöbəsi

2.4.2. «Lombardlar və daşınmaz

əmlakın alqı-satqısı üzrə vasitəçilik

xidmətləri göstərən fiziki və ya hüquqi

şəxslər tərəfindən Preventiv Qanunun

tələblərinə əməl edilməsinə nəzarətin

həyata keçirilməsi Qaydaları»na uyğun

olaraq lombardların və daşınmaz

əmlakın alqı-satqısı üzrə vasitəçilik

xidmətləri göstərən fiziki və ya hüquqi

şəxslərin kameral yoxlanışının həyata

keçirilməsi

iyul Həmin subyektlər

tərəfindən müvafiq

Qanunun tələblərinə əməl

olunması vəziyyəti

öyrəniləcək

1. Nəzarət şöbəsi

2.4.3. Lombardlara və daşınmaz əm-

lakın alqı-satqısı üzrə vasitəçilik xid-

mətləri göstərən fiziki və ya hüquqi

şəxslərə münasibətdə PL/TMM sahə-

sində «Müştərini Tanı Prinsipi»nə dair

Metodoloji Rəhbərliyin hazırlanması

avqust

Monitorinq subyektləri

mövcud müştəriləri və ya

yeni müştəriləri barəsində

dəqiq və ətraflı məlumata

sahib olacaq və riskləri

minimuma endirəcək

1. Nəzarət şöbəsi

2. Hüquq və metodologiya şöbəsi

Page 20: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

20

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

2.4.4. «Lombardlar və daşınmaz

əmlakın alqı-satqısı üzrə vasitəçilik

xidmətləri göstərən fiziki və ya hüquqi

şəxslər tərəfindən Preventiv Qanunun

tələblərinə əməl edilməsinə nəzarətin

həyata keçirilməsi Qaydaları»na uyğun

olaraq lombardların və daşınmaz

əmlakın alqı-satqısı üzrə vasitəçilik

xidmətləri göstərən fiziki və ya hüquqi

şəxslərin pilot səyyar yoxlanışının

həyata keçirilməsi

noyabr Nəzarət şöbəsinin səyyar

yoxlama tədbirləri ilə bağlı

təcrübəsi formalaşacaq

1. Nəzarət şöbəsi

2.4.5. Lombardlar və daşınmaz

əmlakın alqı-satqısı üzrə vasitəçilik

xidmətləri göstərən fiziki və ya hüquqi

şəxslər tərəfindən daxili nəzarət

sisteminin hazırlanmasına və onun

zəruri komponentlərinin tətbiqinə dair

metodoloji yardımın göstərilməsi

dekabr Həmin subyektlər

tərəfindən DNS-nin düzgün

və effektiv tətbiq olunacaq

1. Nəzarət şöbəsi

2.4.6. Lombardlar və daşınmaz

əmlakın alqı-satqısı üzrə vasitəçilik

xidmətləri göstərən hüquqi və fiziki

şəxslər üçün təlim proqramlarının

hazırlanması və həyata keçirilməsi

dekabr Həmin subyektlərin effektiv

fəaliyyəti təmin ediləcək

1. Nəzarət şöbəsi

2. Təşkilati şöbə

III. Monitorinq

iştirakçıları və

monitorinqdə

3.1. Monitorinq

iştirakçıları və

monitorinqdə

3.1.1. Monitorinq iştirakçıları və

monitorinqdə iştirak edən digər şəxslərə

münasibətdə PL/TMM sahəsində

noyabr Monitorinq subyektlərinin

PL/TMM sahəsində

potensiallarının artırılmasını

1. Nəzarət şöbəsi

2. Hüquq və metodologiya şöbəsi

Page 21: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

21

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

iştirak edən digər

şəxslərin PL/TM

ilə mübarizə

sahəsində

potensiallarının

gücləndirilməsi

iştirak edən digər

şəxslərə

metodoloji

dəstəyin

göstərilməsi

«Müştərini Tanı Prinsipi»nə dair

Metodoloji Rəhbərliyin hazırlanması

təmin edən Metodoloji

Rəhbərlik hazırlanacaq

3.1.2. Hüquqi şəxs olan monitorinq

iştirakçıları və monitorinqdə iştirak edən

digər şəxslər tərəfindən daxili nəzarət

sisteminin hazırlanmasına və tətbiqinə

dair metodoloji yardımın göstərilməsi

dekabr Monitorinq subyektlərində

daxili nəzarət sistemi

yaradılacaq

1. Nəzarət şöbəsi

3.2. Monitorinq

subyektləri üçün

təlimlərin

keçirilməsi

3.2.1. Monitorinq subyektlərinin,

nəzarət orqanlarının və hüquq-mühafizə

orqanlarının təlim ehtiyaclarının peşəkar

metodikalar əsasında qiymətləndirilməsi

və bu qiymətləndirmə əsasında ünvanlı

təlim proqramlarının və kurrikulumların

hazırlanması

sentyabr Peşəkar təlim proqramları və

kurrikulumlar hazırlanacaq

1. İcra aparatı

2. Digər struktur bölmələr

3.2.2. Təsdiq edilmiş tədris planları

əsasında monitorinq subyektləri üçün

təlimlərin keçirilməsi

yanvar-

dekabr

Monitorinq subyektlərinin

PL/TMM sahəsi üzrə

məlumatlılıq və peşəkarlıq

səviyyəsi artırılacaq

1. Hüquq və metodologiya şöbəsi

2. Məlumatların emalı şöbəsi

3. Analitik şöbə

4. Nəzarət şöbəsi

3.2.3. Hüquq-mühafizə və nəzarət

orqanları üçün təlimlərin təşkili

yanvar-

dekabr

Hüquq-mühafizə və nəzarət

orqanlarının PL/TMM sahəsi

üzrə məlumatlılıq və peşəkar-

lıq səviyyəsi artırılacaq

1. Hüquq və metodologiya şöbəsi

2. Məlumatların emalı şöbəsi

3. Analitik şöbə

IV. Pulların

leqallaşdırılması

və terrorçuluğun

maliyyələşdiril-

4.1. Ölkədaxili

əməkdaşlığın

inkişaf etdirilməsi

4.1.1. Hüquq-mühafizə orqanları ilə

birgə işçi qrupunun yaradılması

mart

PL/TMM sistemi üzrə effektiv

əlaqələndirmə və koordinasiya

təmin ediləcək

1. Hüquq və metodologiya şöbəsi

2. Analitik şöbə

4.1.2. Nəzarət orqanları ilə birgə işçi mart PL/TMM sistemi üzrə effektiv 1. Məlumatların emalı şöbəsi

Page 22: Taktiki Plan 2011 - fiu.az · 2019-12-09 · sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur. Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM

22

Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra

müddəti Gözlənilən nəticə İcraçılar

məsi ilə mübarizə

sahəsində

əməkdaşlığın

yaradılması və

inkişafı

qrupunun yaradılması əlaqələndirmə və koordinasiya

təmin ediləcək

2.Hüquq və metodologiya şöbəsi

3.Analitik şöbə

4.1.3. Monitorinq subyektləri ilə iş

üzrə işçi qrupunun yaradılması

mart PL/TMM sahəsi üzrə

problemlərin operativ həlli

üçün effektiv əlaqələndirmə

mexanizmi formalaşdırılacaq

1. Məlumatların emalı şöbəsi

2.Hüquq və metodologiya şöbəsi

3.Analitik şöbə

4.2. Beynəlxalq

əməkdaşlığın

inkişaf etdirilməsi

4.2.1. Eqmont Qrupuna üzvlük üzrə

qəbul prosedurlarının davam etdirilməsi

may

PL/TMM sahəsində

beynəlxalq əməkdaşlıq

intensivləşdiriləcək

1. Beynəlxalq əməkdaşlıq şöbəsi

2. Hüquq və metodologiya

şöbəsi

4.2.2. Beynəlxalq məlumat bazaları-

na qoşulma üçün araşdırmaların

aparılması və təkliflərin hazırlanması

iyul Müvafiq beynəlxalq

məlumat bazalarına qoşulma

üçün əsaslar yaradılacaq

1. Beynəlxalq əməkdaşlıq şöbəsi

2. Analitik şöbə

3. İT şöbəsi

4.2.3. Beynəlxalq təşkilatların

araşdırmaları, hesabatları, beynəlxalq

tədbirlərdə qəbul edilən sənədlər və

qərarlar barədə daxili elektron

məlumat bazasının yaradılması

oktyabr PL/TMM sahəsində

beynəlxalq aləmdə baş verən

dəyişikliklərin izlənilməsi

sistemi qurulacaq

1. Beynəlxalq əməkdaşlıq şöbəsi

4.2.4. Maliyyə Monitorinqi

Xidmətinin potensialının artırılmasına

yönəlmiş texniki yardım ehtiyaclarının

qiymətləndirilməsi

noyabr MMX-nın potensialının

artırılmasına yönəlmiş texniki

yardım ehtiyacları müəyyən

ediləcək

1. Beynəlxalq əməkdaşlıq şöbəsi

2. Digər struktur bölmələr

4.2.5. PL/TMM sahəsində xarici

tərəfdaşlarla əməkdaşlıq üzrə Anlaşma

Memorandumlarının imzalanması

dekabr PL/TMM sahəsində

beynəlxalq və ikitərəfli

əməkdaşlıq genişləndiriləcək

1. Beynəlxalq əməkdaşlıq şöbəsi

2. Hüquq və metodologiya şöbəsi