18
Strateji Plan 2015-2017

Strateji plan (2015-2017)

Embed Size (px)

DESCRIPTION

"ASAN Könüllüləri" Gənclər Təşkilatı ictimai birliyinin 2015-2017 illər üzrə strateji planı

Citation preview

Page 1: Strateji plan (2015-2017)

                                               

           

                                     

Strateji Plan 2015-2017

Page 2: Strateji plan (2015-2017)

 2 Strateji Plan: 2015-2017  

                                                                                                 

Page 3: Strateji plan (2015-2017)

  Strateji Plan: 2015-2017 3

Mündəricat

Ön söz……………………………………………………………………………………………………………………………………………5  Bizim missiyamız………………………………………………………………………………………………………………………….6  Bizim strateji baxışımız………………………………………………………………………………………………………………..7

Bizim dəyərlərimiz………………………………………………………………………………………………………………………..8

Əsas fəaliyyət prinsiplərimiz……………………………………………………………………………………………………….9

Təşkilatın strukturu……………………………………………………………………………………………………………………..10

Strateji məqsədlər və hədəflər…………………………………………………………………………………………………..11                                            

Page 4: Strateji plan (2015-2017)

 4 Strateji Plan: 2015-2017  

                     

                                         

“Mən şadam ki, Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı olan gənc nəsil yetişir və ASAN könüllülərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki siz bu işlərə könüllü şəkildə qoşulmusunuz, özünüz bu təşəbbüsü göstərmisiniz və işinizlə ölkəmizin ümumi inkişafına töhfənizi verirsiniz”

İlham Əl iyev Azərbaycan Respublikasının Prezidenti

Page 5: Strateji plan (2015-2017)

  Strateji Plan: 2015-2017 5

Ön söz

 Azərbaycan Respublikasının Prezidenti yanında Vətandaşlara Xidmət və Sosial

İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri 9 iyun

2009-cu il tarixli “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa

əsasən könüllülük fəaliyyətini ən geniş tətbiq edən dövlət orqanına çevrilmişdir.

Könüllülər öz aralarında əlaqələrin gücləndirilməsi məqsədi ilə təşkilat yaratmaq qərarına

gəlmiş və bu məqsədlə ilk öncə 2013-cü il 23 oktyabr tarixində bir qrup aktiv könüllünün

iştirakı ilə Ümumi Yığıncaq keçirilmiş və Təşəbbüs qrupu yaradılmışdır. Təşkilatın

strukturunun formalaşdırılması, İdarə Heyəti seçkilərinin təşkil olunması və birinci

qurultayın keçirilməsi barədə müzakirələr aparılmışdır. 19 dekabr 2013-cü il tarixində

“ASAN Könüllülərinin I Qurultayı” keçirilmiş və bununla da Təşkilat geniş ictimaiyyətə

təqdim olunmuşdur.

Yarandığı ilk gündən etibarən “ASAN Könüllüləri” gənclər təşkilatı öz missiyasını yerinə

yetirməklə könüllülər arasında əlaqələrin keyfiyyətcə yeni müstəviyə keçməsinə nail

olaraq gənclərin fərdi inkişafına yönələn layihələr keçirməyə başlamışdır.

Hazırki strateji plan ASAN Könüllülərinin 2015 - 2017-ci illəri əhatə edən fəaliyyətinin

tənzimlənməsi üçün hazırlanmışdır.

Bu strategiya vasitəsilə biz yeni hədəflərə çatmaq üçün qarşımıza məqsədlər qoymuşuq

və bu məqsədlərə çatmaq üçün bütün gücümüzü səfərbər edəcəyik. Bu Strateji plan

təşkilatımızın gələcək 3 il ərzində gedəcəyi yol xəritəsi olacaqdır.

 

     

Page 6: Strateji plan (2015-2017)

 6 Strateji Plan: 2015-2017  

Bizim missiyamız  "ASAN   Könüllüləri"   gənclər   təşkilatı   yarandığı   gündən   Respublikada   aparılan   gənclər  

siyasətinin  ən  böyük  dəstəkçilərindən  biri  olmuşdur.    

 

Könüllülərin   inkişafına   şərait   yaratmaqla   dövlətimizin   dayanıqlı   inkşafı   üçün   çalışan,  

cəmiyyətə     faydalı   gənc   vətəndaşlar   qazandırmaq   ASAN   Könüllülərinin   ən   başlıca  

missiyasıdır.  

                                                                         

Page 7: Strateji plan (2015-2017)

  Strateji Plan: 2015-2017 7

Bizim strateji baxışımız  ASAN Könüllülərinin strateji baxışı Dövlətçi, müasir və dünyavi dəyərlərə malik könüllü

şəbəkəsini formalaşdırmaq.

                                                                               

   

Page 8: Strateji plan (2015-2017)

 8 Strateji Plan: 2015-2017  

Bizim dəyərlərimiz  Logomuzda əks olunan 8 rəng ASAN Könüllülərinin 8 dəyərini ifadə edir.                                                                                            

Page 9: Strateji plan (2015-2017)

  Strateji Plan: 2015-2017 9

Əsas fəaliyyət prinsiplərimiz          

           

               

Sağlam mənəviyyat

Sağlam düşüncə

Sağlam mühit

Page 10: Strateji plan (2015-2017)

 10 Strateji Plan: 2015-2017  

Təşkilatın strukturu

 

                               

Page 11: Strateji plan (2015-2017)

  Strateji Plan: 2015-2017 11

Strateji məqsədlər və strateji hədəflər      

 

                                 

Strateji məqsəd 1: Milli, mənəvi və dövlətçilik dəyərlərinin könüllülərimiz

arasında aşılanması

SH1

•  Könüllülərin ölkəmizin tarixi və tariximizdə mühüm rol oynamış hadisələr haqqında daha da dərindən məlumatlı olmasını təmin etmək.

SH2 •  Könüllülərin Azərbaycan və dünya mədəniyyətinə maraq göstərmələrini stimullaşdırmaq.

SH3

•  Könüllülərin maarifli və şüurlu şəkildə dövlətimiz tərəfindən aparılan daxili və xarici siyasətlə yaxından tanış olmalı və bu siyasi kursu öz vətəndaşlıq borcu kimi dəstəkləməsini aşılamaq.

Page 12: Strateji plan (2015-2017)

 12 Strateji Plan: 2015-2017  

   

                                         

Strateji məqsəd 2: Fərdi inkişaf

SH1 •  Könüllü gənclərin silsilə şəkilli təlim, seminar, o cümlədən

maarifləndirici layihələrə cəlb olunması və onların müxtəlif sahələr üzrə ixtisaslaşmasına şərait yaratmaq.

SH2 •  Könüllü gənclər arasında mövcud ola biləcək müxtəlif psixoloji və

mənəvi baryerləri aradan qaldırmaq. onların cəmiyyətdə öz yerini tapması və maarifləndirilməsi istiqamətində sistemli işlər aparmaq.

SH3 •  Dövrün müasir tələblərinə uyğun olaraq könüllüləri informasiya və

kommunikasiya vasitələrindən düzgün istifadəyə cəlb etmək.

Page 13: Strateji plan (2015-2017)

  Strateji Plan: 2015-2017 13

 

                                         

SH1 •  Könüllülər arasında sosial məsuliyyətlilik anlayışının daha da

inkişaf etdirilməsi yönümündə sistemli iş aparmaq.

SH2

•  Kimsəsiz uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək və onların gələcək inkişafına təkan vermək istiqamətində müxtəlif yaradıcı və sosial məsuliyyətlilik layihələrini təşkil etmək.

SH3

•  Könüllü gənclərin sosial problemlərə olan diqqətini çəkmək və bu problemlərin həll yolları istiqamətində onların potensialından istıfadə etmək.

Strateji məqsəd 3: Sosial məsuliyyət

Page 14: Strateji plan (2015-2017)

 14 Strateji Plan: 2015-2017  

 

   

                                         

Strateji məqsəd 4: Respublika ərazisində ASAN könüllülərinin

şəbəkəsinin daha da genişləndirilməsi

SH1 •  ASAN Könüllülər ini vahid şəbəkə alt ında

birləşdirəcək sosial şəbəkə yaratmaq.

SH2 •  Respublikanın "ASAN xidmət" mərkəzləri olmayan

regionlarında AKGT mərkəzləri yaratmaq.

SH3

•  Respublikanın ali və orta təhsil müəssisələrini əhatə edəcək şəkildə AKGT-nin nümayəndəliklərini  yatarmaq.

Page 15: Strateji plan (2015-2017)

  Strateji Plan: 2015-2017 15

 

   

                                         

Strateji məqsəd 5: Milli maraqları ali dəyər tutan ASAN könüllülərinin və Təşkilatın

beynəlxalq müstəvidə fəaliyyətini təmin etmək

SH1 •  AKGT-nin beynəlxalq təşkilatlarla sıx

ikitərəfli əlaqələrini  formalaşdırmaq.

SH2 •  ASAN Könüllülərinin beynəlxalq mübadilə

proqramlarında iştirakını təmin etmək.

SH3 •  Təşk i la t ın fəal iyyə t in i beynə l xa lq

normalara tam şəkildə uyğunlaşdırmaq.

Page 16: Strateji plan (2015-2017)

 16 Strateji Plan: 2015-2017  

 

 

                                       

Strateji məqsəd 6: İctimai nüfuzun genişləndirilməsi və dayanıqlı

maliyyə axının sistemləşdirilməsi

SH1

•  AKGT-nin ümumi strateji baxışını əks etdirəcək, o cümlədən Təşkilatın maliyyələşdirilməsinə özəl qurumlarla əməkdaşlıq nəticəsində müəyyən vəsait axınını təmin edəcək  şəkildə fəaliyyət göstərəcək "Online TV" yaradılmalıdır.

SH2 •  AKGT-nin ümumi fəaliyyət axınını əks etdirən daimi Jurnal

hazırlanmalıdır.

SH3 •  İctimai nüfuzun daha geniş kütlə arasında böyüdülməsi məqsədi ilə

özəl qurumlarla əməkdaşlıqlar yaradılmalı və ya inkişaf etdirilməlidir.

Page 17: Strateji plan (2015-2017)

  Strateji Plan: 2015-2017 17

                                                                                                 

Page 18: Strateji plan (2015-2017)

 18 Strateji Plan: 2015-2017  

                                               

                       

“ ASAN Könüllüləri” gənclər təşkilatı ict imai birliyi

Ünvan: Akademik Həsən Əliyev küçəsi 36, AZ1078, Bakı, Azərbaycan

Tel: (+99412) 444-74-75 Faks: (+994 12) 541-76-63

Email: [email protected] Web: http://www.asanyouth.az