12
Hər uşağa sevgi dolu bir ev... SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası İllik Hesabat 2018

SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası · 2019-07-26 · Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır

  • Upload
    others

  • View
    3

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası · 2019-07-26 · Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır

Hər uşağa sevgi dolu bir ev...

SOS Uşaq Kəndləri-AzərbaycanAssosiasiyası

İllik Hesabat 2018

Page 2: SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası · 2019-07-26 · Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi 1997-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə dünyanın 134 ölkəsində fəaliyyət göstərən “SOS Kinderdorf İnterneyşnl” Beynəlxalq Təşkilatı arasında imzalanmış razılaşmaya əsasən, 1999-cu ildə təsis edilmişdir. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001- ci ildə Bakı SOS Uşaq Kəndinin rəsmi açılış mərasimi keçirilmişdir. 2005-ci ildə isə Gəncə SOS Uşaq Kəndi öz fəaliyyətinə başlamışdır. Artıq 19 ildir fəaliyyət göstərən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyinin əsas məramı kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə tipli qayğı göstərmək, uşaqların müəssisələrə düşməsinin qarşısını almaq və çətin həyat şəraitində olan ailələri sosial xidmətlərlə təmin etməkdir. Assosiasiyanın məramı kimsəsiz, atılmış və valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə mühitində daimi qayğı göstərməkdən ibarətdir.

Heydər Əliyev:

“SOS uşaqlarının atası da, anası da Azərbaycan Dövlətidir

İDARƏ HEYƏTİ

Ad soyad Vəzifə

Fidumə Hüseynova

Abid Şərifov

Tahir Budaqov

Bədəl Bədəlov

Adilə Namazova

Məlahət Hacıyeva

Uğur Zeynallı

Damir Coric

Zdenko Sedlar

İdarə Heyətinin sədri

İdarə Heyətinin üzvü

İdarə Heyətinin üzvü

İdarə Heyətinin üzvü

İdarə Heyətinin üzvü

İdarə Heyətinin üzvü

İdarə Heyətinin üzvü

Beynəlxalq Nümayəndə

Beynəlxalq Nümayəndə

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyinin Fəxri Prezidenti xanım Sevil Əliyevadır.

Page 3: SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası · 2019-07-26 · Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır

UŞAQ: Hər bir uşaq unikaldır və ona hörmət olunurBiz uşaqların potensialını öyrənirik və cəmiyyətin müatəqil və dəyərlu üzvü olması yolunda onları istiqamətləndirir, müşayət edirik.

VALİDEYN: Hər bir uşağın stabil və qayğıkeş valideynə ehtiyacı varBiz uşaqların qayğı göstərənləri ilə sevgi, hörmət və təhlükəsizliyə əsaslanan etibarlı əlaqələr əldə etməsini təmin etmək üçün çalışırıq.

AİLƏ: Hər bir uşaq dəstəkləyici bir ailədə böyüyürBiz ailələrin dağılmamsı üçün çalışırıq. Əgər uşaqlarlar öz bioloji ailələrində qala bilmirlərsə, biz onları alternativ ailə qayğısı mühitində böyüməsinə şərait yaradırıq. Bu zaman bacı və qardaşların birlikdə qalmasını təmin edirik.

İCMA: Hər bir uşaq təhlükəsiz və dəstəkləyici bir icmanın tərkib hissəsidirBiz uşaq və gənclərin inkişaf edəcəyi müsbət bir mühit yaratmaq üçün ailələrin öz icmalarına qoşulmaq, təcrübə mübadiləsi etmək, bir-birlərini dəstəkləmək və birgə işləmək üçün kömək edirik.

Hər bir uşaq ailəyə məxsusdur - Ailə cəmiyyətin özəyidir. Uşaq ailə çərçivəsində dəyərlərə yiyələnir, məsuliyyətlərini bölüşür və uzunmüddətli əlaqələr qurur. Ailə mühiti uşağa həyatını qurmaq üçün dayanıqlı fundament verir. Hər bir uşaq sevgi ilə böyüməlidir - Emosional bağlılıq və özgüvən sevgi ilə qurulur və bu uşaqlarda bir-birilərinə, eyni zamanda digərlərinə inam formalaşırdırır, özgüvəni artır. Bu özgüvən sayəsində hər bir uşaq özünün potensialını müəyyən edə bilir. Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır. Uşağın həyatında həyatı əhəmiyyətli qərarlarda, şəxsi inkişafında rol oynayan addımlarda onun iştirakı vacib amil sayılmalıdır. Uşaq cəmiyyətin və ailənin dəyərli üzvü kimi hörmət və ləyaqətlə böyüdülməlidir. Hər bir uşaq təhlükəsiz şəraitində böyüməlidir - Uşaqlar istismar, ayrı-seçkilik və laqeydlikdən, eyni zamanda təbii fəlakət və müharibə zamanı təhlükələrdən mühafizə olunmalıdır. Uşaq inkişafının əsas tələbləri olan qidalanma, sağlamlıq xidməti və təhsil alma yararlanaraq təhlükəsiz şəraitdə yaşamalıdır.

Page 4: SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası · 2019-07-26 · Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır

Biz ehtiyacı olan uşaqlara ailə qururuq - Biz kimsəsiz, atılmış və yaxud da ailəsinin ona qayğı göstərmə imkanı olmayan uşaqlar üçün çalışırıq. Bu uşaqlara ailə çərçivəsində uzunmüddətli əlaqələr qurmaq imkanı yaradırıq. “Hər bir uşağın Anaya ehtiyacı var, o, kənd mühitində, öz evində bacı və qardaş əhatəsində böyüsün” SOS Uşaq Kəndlərinin əsas yanaşmasıdır. Biz onlara öz gələcəklərini qurmaqda kömək edirik - Biz uşaqlara öz dini və mədəni etiqadlarına uyğun olaraq cəmiyyətin aktiv üzvü olmalarına şərait yaradırıq. Biz onlara öz individual qabiliyyət, maraq və bacarıqlarını tanımalarında köməklik göstəririk. Biz inanırıq ki, təhsil və bacarıq təlimləri alan uşaq cəmiyyətə töhfə verəcək bir fərd ola bilər.Biz icmalara dəstək göstəririk - Biz icma həyatına dəstək veririk. İcmalarda həssas uşaq və gənclərə sosial inkişaflarında dəstək oluruq. Bu məqsədlə ailələrə dəstək üçün layihələr icra edir , uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün çalışırıq.

Biz ehtiyacı olan uşaqlara ailə bəxş edirr, onların gələcəklərini qurmağa dəstək göstərir və yaşadıqları icmanın inkişafında iştirak edirik.

Missiyamız

Page 5: SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası · 2019-07-26 · Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır

PROQRAM VƏ LAYİHƏLƏRİMİZ

Uzun müddətli – Ailə Tipli Qayğı Proqramı

Layihə öz fəaliyyətini Təşkilatın İllik Planına uyğun

olaraq həyata keçirir. Uşaq Qəbulu və Reunifikasiya

proseslər i Mi l l i Uşaq Qəbulu və Mi l l i Uşaq

ReunifikasiyaKonseptinə uyğun olaraq aparılır.

SOS Ana və ailə köməkçiləri tərəfindən qayğı ilə əhatə

olunan uşaqlarla Sosial işçilər sıx əlaqədə olur və hər bir

uşağa uyğun psixo-pedaqoji xidmətlər də daxil olmaqla

fərdi inkişaf planı hazırlanır və tədbiq edilir.

Layihənin hədəf qrupu:

v�Valideynlərini itirmiş və ya valideyn himayəsindən

məhrum olmuş 3 yaşından 10 yaşınadək uşaqlar.

Bakı SOS Uşaq Kəndi

2018-ci ildə Bakı SOS Uşaq Kəndi öz fəaliyyətini İllik

Plan üzrə davam etdirmiş və hədəflərin çoxuna nail

olmuşdur. Hesabat dövrü ərzində SOS UKP-də 76 uşaq

Ailə Tipli Qayğı, 21 uşaq Gənclərə Qayğı, 28 uşaq

Günərzi Qayğı Mərkəzi layihəsində qayğı görmüşlər. İl

ərzində aztəminatlı ailələrdən 28 uşaq təhsil dəstəyi

almışlar.

SOS UK-də 6 uşaq bioloji ailələrinə geri qaytarılmış, 11

gənc (6 oğlan/5 qız olmaqla) Yarı-müstəqil Həyat

layihəsinə transfer olunmuşdur. 11 gənc (7 oğlan, 4 qız

olmaqla) isə müstəqil həyata buraxılmışlar. Hesabat

ilinin sonunda 70 uşaq 12 ailə evində Ailə Tipli Qayğı

görmüşdür. Bir SOS Ananın sağlıq promlemi ilə

əlaqədar olaraq təşkilatdan ayrılmasından sonra

Çoxprofilli Komanda 6 uşağı 4 uyğun ailə evlərində

yerləşdirmişdir.

Page 6: SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası · 2019-07-26 · Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır

Gəncə SOS Uşaq Kəndi

Hesabat ili ərzində Gəncə SOS Uşaq Kəndi Ailə Tipli Qayğı (56

uşaq), Qısa Müddətli Qayğı (18 uşaq) və Gənclərə Qayğı

layihələrində 89 uşağa keyfiyyətli alternative qayğı göstərmişdir.

25 uşaq Günərzi Qayğı Mərkəzi layihəsindən faydalanmışdır.

Qonşu icmalarda yaşayan aztəminatlı ailələrdən 102 uşaq Təhsilə

Dəstək Layihəsindən yararlanmışdır.

Günərzi Qayğı Mərkəzi Layihəsi

Layihənin hədəf qrupu:

v 3-6 yaş qrupundan olan uşaqlar atılma riski olan uşaqlar aztəminatlı ailələrinə ailələrdən seçilir

Bakı Günərzi Qayğı Mərkəzi

SOS Azərbaycan Günərzi Qayğı Layihəsini 2016-cı ildən bəri icra edir. 2018-ci ildə GQM layihəsində uşaq sayı 20 nəfərdən 30 nəfərədək artmışdır. Hesabat dövrü ərzində 25 ailədən 28 uşaq (17 oğlan/11 qız) günərzi qayğı mərkəzi xidmətlərindənyararlanmışdır. Əlavə olaraq , bir SOS uşaq GQM layihəsinə yarım günlük əsasla qəbul edilmişdir.

Gəncə Günərzi Qayğı Mərkəzi

Gəncə SOS Uşaq Kəndi GQM layihəsnin əhatə dairəsi Uşaq Kəndində mövcud binaların təmir edilməsi ilə 10

nəfərdən 20nəfərədək artmışdır. Ötən ildən bəri ölkədə deinstitutlaşmanın icrası ilə əlaqədar olaraq günərzi və

qısa müddətli qayğı xidmətlərinə olan ehtiyac artmışdır. Mərkəzdə həftəlik plan üzrə Riyaziyyat, İngilis dili, ana

dili, musiqi, rəsm və s. kimi məşğələləri keçirilir.

Yevlax Günəzi Qayğı Mərkəzi 2018-ci il ərzində 3-12 yaşlı 30 uşaq mərkəzin xidmətlərindənfaydalanmışdır. 15 uşaq məktəbəqədər qrularda, 15 uşaq məktəb yaşlı qruplarda qayğı görmüşlər. Uşaqlardan 11-i qız, 19-u oğlan olmuşdur. Bütün benefis ailə və uşaqlarəvvəlcədən təyin edilmiş meyarlar əsasında təyin edilmişdirMüəllimlərlə və valideynlərlə/qəyyumlarla görüşlər zamanı onlar bildirmişlər ki, layihəyə qoşulandan onların məktəb göstəriciləri artmışdır.

Page 7: SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası · 2019-07-26 · Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır

Mərkəzdə həftəlik plan üzrə Riyaziyyat,

İngilis dili, ana dili, musiqi, rəsm və s.

kimi məşğələləri keçirilir.

Təhsilə Dəstək Layihəsi Layihənin məqsədi:

v Aztəminatlı ailələrin əlavə tədrisə ehtiyacı olan uşaqlarına keyfiyyətli təhsil imkanları yaratmaq

Hədəf qrupu:SOS AƏQ layihəsi və qonşu icmaların məktəbli uşaqları.BARRİNQTON Təhsilə Dəstək Fondu (BEI) və Azərbaycan Hökuməti tərəfindən maliyyələşənTəhsilə Dəstək Layihəsi ötən illərdə olduğu kimi 2018-ci ildə də fəaliyyətini 3 filialda (Bakı, Gəncə və Sumqayıt) davam etdirmişdir. Layihə məqsədlərinə nail olmaq üçün aşağıdakı fəaliyyətlər icra olunmuşdur: SOS UK-də qayğı görən və yaxın icmalardan olan həssas ailələrdə yaşayan 7-14 yaşlı uşaqlar üçün Riyaziyyat, İbtidai Təhsil, Azərbaycan və İngilis dili fənnlərindən hazırlıq dərsləri.75 uşaq üçün layihə yönümlü STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) və Əsas İT bacarıqları kursları.Müəllimlər üçün “Çətin davranışlı uşaqlarla psixologiya” “Hiporaktiv uşaqların hiporaktivliyi və psixologiyasının xarakteristikaları” adlı təlimlər. Filial koordinatorları üçün “Öyrənmənin qiymətləndirilməsi” adlı konfrans və təhsil heyəti üçün 2 günlük masterklaskeçirilmişdir.2018-ci ildən başlayaraq Təhsil layihəsi üçün ayrıca Layihə Rəhbəri vəzifəsinə işçi qəbul edilmişdir. Layihə meneri vəzifəsi filial kordinatorları ilə işləyərək hər 3 filialda layihə fəaliyyətlərinin səlis icrası üçün təyin edilmişdir. 2018-ci ildə 235 uşaq 16 müəllim vasitəsilə Təhsil Layihəsinin Bakı, Gəncə və Sumqayıt şəhərlərində olan xidmətlərindənyararlanmışdır. Hesabat dövrü ərzində SOS Azərbaycan öz layihələri ilə ümumi olaraq 385 uşaq və gəncə xidmət göstərmişdir. SOS UK Proqramı 132 uşağa Ailə Tipli Qayğı göstərmişdir. 2018-ci ildə təşkilat 13 uşağı SOS ATQ layihəsinə qəbul etmişdir. 12 uşaq isə il ərzində bioloji ailələrinə təhvil verilmişdir. 18 uşaq QMQL çərçivəsində qayğı görmüşdür. Gənclərə Qayğı layihəsi 36 gəncə xidmət göstərmiş və 11 gənc yarı-müstəqil həyat layihısindənyararlanmışdır. 13 gənc qayğını tərk edərək müstəqil həyata başlamışlar. Gənclərin 83 % -i müstəqil həyata başlamışdır, 8 gənc daimi iş tapmış, 2 oğlan yüksək hərbi liseydə tam təqaüd almışdır.bir qız ailə həyatı qurmuş, iki oğlan hərbi xidmətə yollanmışlar. 83 uşaq GQM layihələrindən 235 uşaq isə Təhsilə Dəstək Layihəsindən faydalanmışdır. 2018-2019-cu təhsil ilindən başlayaraq hər qrupda 10 nəfər uşaq limiti benefisarların təhsil səviyyələrinin artırılmasınasəbıb olmuşdur. Cünki artıq müəllimlər ötənillərdən fərqli olaraq hər uşağa daha çox vaxt ayıra bilirlər.

Page 8: SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası · 2019-07-26 · Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır

Qısa Müddətli Qayğı layihəsi Layihənin məqsədi:

v Böhranlı vəziyyətdə yaşayan uşaqlara qayğı və müvəqqəti sığınacaq verməkdir.Bu ilin ən uğurlu nəticələrindən biri Qısa Müddətli Qayğı layihəsində olmuşdur. Layihə çərçivəsində daimi olaraq ailəsi ilə yaşaya bilməyən, alternativ qayğıya ehtiyacı olan keyfiyyətli qayğı ilə təmin olunmuşdur. Dövlət sosial müdafiə orqanları ilə düzgün əməkdaşlıq və layihəyə müvafiq hədəf qrupununun düzgün qurulmuş işinə görə benefisiarların sayı artmışdır. Buna görə də, qayğı görən çox uşaqların layihədə qalma müddəti 6 aydan çox çəkməmişdir (bir uşaq bir il, altı uşaq 6 ay, 11 uşaq isə 6 aydan az). Hədəf ailələr valideynləri xəstəxanada və ya qeyri-münasib sosial şəraitdə tibbi müalicə alanlardan ibarət olmuşdur.

SEEDS – İctimai Fond layihəsi2018-ci ildə SOS Azərbaycan Avropa İttifaqının maliyyə dəstəyi ilə SEEDS (“AzərbaycanınDaşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı” layihəsinin icrasına başlamışdır. Aİ tərəfindən maliyyələşən layihə 2018-2020-ci illəri (36 ay) əhatə edir. Layihənin icramüddəti 400 aztəminatlı kənd ailəsini (2000 fərdi) əhatə edəcəkdir. Nəticə-1: Goranboy və Samux rayonlarında qabaqcıl və davamlı kənd təsərrüfatı və icma əsaslı turizm təcrübələrinin təşviqi yolu ilə təxminən 400 kiçik həssas kənd ailəsi (və yaxud da 400 kiçik təcrid olunmuş valideyn) gəlir mənbələrini artırmış, rifahlarını yaxşılaşdırmışdır. Nəticə-2: Hədəf qrupuna daxilolan 30 icmadan təxminən min qadın üzv özlərinin məşğulluq bacarıqlarını artırır, sosial rifahlarını yaxşılaşdırır və gəlir gətirən fəaliyyətlə məşğul olurlar.Nəticə- 3: Layihənin tərəfdaşı olan 10 kiçik və orta miqyaslı sahibkarların biznes inkişaf potensialı və dəyər zənciri üzrə olan müvafiq iştirakçılarla əməkdaşlığı təkmilləşmişdir. Nəticə-4: Təqribi 40 siyasi qərarverici 3-4 müvafiq qanunverici sənəd hazırlamaqla aztəminatlı kənd ailələrinin vəziyyəti və problemlərinə olan diqqətlərini artırırlar.

Page 9: SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası · 2019-07-26 · Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır

WASH – İctimai Fond Layihəsi2018-ci ilinAprelayından SOS Azərbaycan yeni layihənin icrasına başladı: DayanıqlıWASH davranışları və təcrübələri ilə Azərbaycanda yoxsulluğun aradan qaldırılması. Coca-Coca Fondu layihəni maliyyələşdirir, ümumiicraisə Global Water Challenge-a məxsusdur. WASH layihəsi 3 icmada 426 ailəyəözfəaliyyətləriilədəstəkolmuşdur. Layihənin sonunda 815-i kişi, 1032-ı qadın, 400-ü uşaq olmaqla, ümumilikdə 1847 icmaüzvülayihədənfaydagörmüşdür.

Page 10: SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası · 2019-07-26 · Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır

MALİYYƏ

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası 2005-ci ildən dövlət büdcəsindən maliyyələşir.

Təşkilatın büdcəsini beynəlxalq və dövlət subsidiyaları, fandreyzinq, yerli gəlir və ictimai fondlardan gələn gəlirdən ibarətdir.

Özünü maliyyələşməyə doğru gedən Təşkilatın 2018-ci il üzrə gəlir və xərcləri:

Page 11: SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası · 2019-07-26 · Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır

ƏMƏKDAŞLIQ

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası dövlət agentlikləri, beynəlxalq Təşkilatlar və korporativ partnyorlar ilə

əməkdaşlığını davam etdirir.

2018-ci il ərzində “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası himayəsində olan uşaq və ailələrə iş fəaliyyətimizə

dəstək göstərmişdir:

Page 12: SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası · 2019-07-26 · Hər bir uşağa hörmət bəslənilməlidir - Uşağın səsi və sözü eşidilməli, diqqətə alınmalıdır

UŞAQLARA NECƏ DƏSTƏK GÖSTƏRMƏK OLAR“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiiyası ictimai birliyi ilə bağlanmış əməkdaşlıq Memorandumuna əsasən valideyn himayəsindən məhrum və risk altında olan uşaqların ən ümdə maraqlarının təmin edilməsinə qoşulmaq olar.Assosiasiya şirkətlərə (biznes qurumlarına) öz müştəri və partnyorlarını xeyriyyəçilik işinə cəlb etməklə hədəf qrupu uşaq və gənclərə kömək etmək imkanları yaradır. Bu istiqamətdə şirkətlərə müxtəlif kompaniya və məhsullar təklif edilir: CRM (Cause Related Marketing) Kompaniyaları, ianə qutuları, Co-branding məhsullar, Online ianə və s.Ehtiyacı olan uşaqları qayğı ilə əhatə etmək pul və yaxud da qeyri – pul şəklində ianələrlə də mümkündür.

Hədəf qrupumuzdakı uşaqların dostu olmaq üçün bizimlə əlaqə saxlayın!

Bakı şəhəri, Nizami küçəsi 137/1 AZ1010

Tel: 012 498 82 98

Mob: 055 2274712; 055 2274733

www.soschildren.az

[email protected]