27
Sitrusların boz çürüməsi və ya botritioz - Botrytis cinerea Fr. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales sırası, Dematiaceae fəsiləsi, Botrytis cinsi Bioloji qrupu: Fakültətiv parazit

Sitrusların boz çürüməsi və ya botritioz - Botrytis cinerea Fr

  • Upload
    sophie

  • View
    66

  • Download
    0

Embed Size (px)

DESCRIPTION

Sitrusların boz çürüməsi və ya botritioz - Botrytis cinerea Fr. Təsnifatda yeri : Fungi və ya Mycota aləmi , Anamorfic fungi şöbəsi , Hyphomycetes sinfi , Hyphomycetales sırası , Dematiaceae fəsiləsi , Botrytis cinsi Bioloji qrupu : Fakültətiv parazit. - PowerPoint PPT Presentation

Citation preview

Page 1: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

Sitrusların boz çürüməsi və ya botritioz - Botrytis cinerea Fr.

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi,

Hyphomycetes sinfi, Hyphomycetales sırası,

Dematiaceae fəsiləsi, Botrytis cinsi

Bioloji qrupu:

Fakültətiv parazit

Page 2: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

Patogenin morfologiya və biologiyası. Yarpaq, zoğ, budaq, çiçək, toxumluq və meyvələr xəstəliklə sirayətlənirlər.

Yarpaq yoluxan zaman əvvəlcə ayrı-ayrı açıq-qonur ləkələr əmələ gəlir, sonra böyüyərək, yarpaq ayəsinin əsas hissəsini əhatə edir.

Yoluxmuş zoğlar qırmızı-qəhvəyi, qonur, tünd-boz rəngli olur və quruyurlar. Budaqlarda xəstəlik hommoz şəkilində əmələ gələrək, onların məhv olmasına səbəb olur.

Ədəbiyyat məlumatlarına görə, boz çürümə Amerikanın Kalifor-niya ştatında limonun gövdəsində müşahidə edilmişdir. Qabıq toxum-larının bu zaman çürüməsi kitrəaxını ilə müşayiət olunur.

Çiçək və toxumluqlar çürümə görkəmi alır, boz örtüklə örtülür və tökülürlər. Meyvələrdə əvvəlcə açıq-qonur, sonra tünd-qonur ləkəli boz örtük əmələ gəlir.

Patogen bitkiyə müxtəlif mənşəli zədə yerlərindən daxil olur. Bundan əvvəl isə məhv olmuş bitki qalıqlarında və ya güclü zəifləmiş toxumalarda inkişaf edir.

Page 3: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr
Page 4: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr
Page 5: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr
Page 6: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

YAYILMASI

• Amerika Kaliforniya ştatı• Hazırda sitruslar becərilən bütün ölkələrdə yayılmışdır

EKOLOGİYASI

• Subtropik zonalarında xəstəlik mart-may aylarında çoxlu yağış və 18-20°S temperaturda daha fəal inkişaf edir

• Yayda xəstəliyin inkişafı zəifləyir, çox zaman tamamilə dayanır, payızda isə yenidən bərpa olunur

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

• Xəstəliyin təsirindən yarpaqlar vaxtından əvvəl ölür, zoğ və budaqlara ciddi zərər vurulur, istehsal olunan məhsul kəmiyyət və keyfiyyət göstəricilərinə görə pisləşir.

• Limonun toxumluqlarının çürüməsi 15-20% təşkil edir

MÜBARİZƏ TƏDBİRLƏRİ

• Sitrusların yaşlı plantasiyalarında mis tərkibli preparatlardan istifadə etməklə, aşağıdakı müddətlərdə çiləmələr aparılmalıdır:

• naringi və apelsində - martın əvvəli, • çiçəkləmədən dərhal sonra və avqustun ikinci yarısında; • limonda - vegetasiyanın başlanmasına qədər, ikinci vegetasiyanın sonu, məhsul

toplanışından sonra

Page 7: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

Sitrusların hommozu - Whetzelinia sclerotiorum (Lib.) Korf and Dumort.

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota aləmi, Euascomycetes

sinfi, Helotiales sırası, Sclerotiniaceae fəsiləsi, Sclerotinia cinsi

Digər törədiciləri:

Macronhoma mantegazziana (Penz.) Berl. Et Vogel., Sphaeropsis

malorum Berk, Phytophthora citrophora (Sm.) Leon

Bioloji qrupu:

Fakültətiv parazit

Page 8: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

Patogenin morfologiya və biologiyası. Hommoz və ya kitrəaxını - tamamilə mürəkkəb bir xəstəlikdir. Xəstəliyin etiologiyası ilə dünyanın müxtəlif ölkələrinin alimləri məşğul olsalar da, vahid bir fikrə gələ bilməyiblər. Bir çox tədqiqatçılar parazit və qeyri-parazit hommozu fərqləndirirlər.

Qeyri-parazit hommozun əmələ gəlməsində tinglərin dərin bas-dırılması, torpaqda yüksək rütubət, azotlu gübrələrin normadan artıq verilməsi, qabığın günəş şüaları və şaxta nəticəsində yanması, me-xaniki zədələnmələr və digər abiotik amillərin iştirakı nəzərdə tutulur.

Sitruslarda kitrəaxınının əlamətləri kök boğazında, ştambda, anac və cavan budaqlarda, az hallarda isə kök və meyvələrdə müşahidə edilir.

Xəstəliyin simptomları onun harada əmələ gəlməsindən asılı olmayaraq oxşardır. Əvvəlcə qabıqda zəif şişlər əmələ gəlir, partlayır və ondan qızılı-sarı rəngli kitrə axır. Kitrə axan yerlərdə qabıq qəhvəyi rəng alır, dağılır və qatlara ayrılır. Oduncaq tündləşir, onun aparıcı borularının əksəriyyəti hummiyəoxşar maddələr ilə dolur.

Page 9: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

YAYILMASI

• Sitrus bitkiləri becərilən ölkələrdə geniş yayılmışdır

EKOLOGİYASI

• Hommoz xəstəliyini törədən göbələklər qrupu təsnifat baxımından müxtəlif mövqelərdə durduqlarından onların ekoloji amillərə tələbatı da çoxtərəflidir.

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

• Bitkinin və ya onun ayrı-ayrı orqanlarının tez bir zamanda məhv olması, məhsulun aşağı düşməsi, keyfiyyətinin pisləşməsi ilə xarakterizə olunur

MÜBARİZƏ TƏDBİRLƏRİ

• Toxmacarlar basdırılmazdan əvvəl 5 dəqiqə müddətində onların kökləri və kök boğazı 1%-li mis kuporosu məhsulunda saxlanılmalı və sonra suda yuyulmalıdır

• Cavan ağacların gövdəsi və skelet budaqları vegetasiya dövrü 1%-li bordo mayesi və ya onun əvəzediciləri ilə çilənir

• Hommoz yaralarını sağaltmaq kök boğazında, kövdə və skelet budaqlarda qabıq təmizlənir. Yara 2 sm ölçüdə sağlam toxumaya nüfuz etməklə kəsilir, 1%-li mis kuporosu məhlulu ilə dezinfeksiya edilməli, bordo pastası, bitium, kükürd pastalarından biri ilə yağlanmalıdır

Page 10: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

Bakteriyalı nekroz - Pseudomonas citriruteale (Smith) Starr.

Təsnifatda yeri:

Qrammənfi aerob çubuqlar və kokklar

bölməsi, Pseudomonaceae fəsiləsi,

Pseudomonas cinsi.

Bioloji qrupu:

Fakültətiv parazit

Page 11: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

Patogenin morfologiya və biologiyası. Yarpaqlarda kiçik, sonra böyüyən qəhvəyi və ya tünd-qəhvəyi ləkələr əmələ gəlir. Bu ləkələr demək olar ki, qısa bir zamanda bütün yarpaq ayəsini əhatə edir. Çox vaxt xəstəlik tünd ləkələr formasında saplaqdan başlayır. Onlar tədricən inkişaf edərək budağa daxil olurlar. Saplaqlar qaralır və yumşalırlar. Sirayətlənmiş yarpaqlar ölür və uzun müddət ağacda asılı qalır. Küləyin təsiri altında həmin yarpaqlar tökülür və budaq çılpaqlaşır.

Yoluxmuş budağın qabığında sulu ləkələr əmələ gəlir. Böyüdükcə belə ləkələr uzanır, qaralır və nəhayət qırmızıtəhər-qəhvəyi rəng alır. Çox vaxt kitrə ayrılır. 2-5 yaşlı portağal ağaclarında bəzən dərin yaralar əmələ gəlir.

Xəstə meyvələrdə girdə, sulu, basıq ləkələr formalaşır. Onlar qəhvəyi və ya iri qara rəngli olur. Güclü sirayətlənən meyvələr tökü-lürlər. Nekrozlu ləkələr yalnız qabıqda olur, meyvənin lətli hissəsi sağlam qalır.

Page 12: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr
Page 13: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr
Page 14: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr
Page 15: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr
Page 16: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

YAYILMASI• Sitruslar becərilən bütün dünya ölkələrində geniş yayılmışdır

EKOLOGİYASI• Bakteriyanın böyüməsi üçün optimal temperatur 15-18°S, maksimum

35°S, minimum 1°S• 51°S temperaturda bakteriya məhv olur

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ• Xəstəlik nəticəsində ağacların assimilyasiya səthi azalır, budaq və

zoğlar məhv olur, məhsuldarlıq aşağı düşür, meyvələrin keyfiyyəti pisləşir, ağaclar güclü surətdə zəifləyirlər

MÜBARİZƏ TƏDBİRLƏRİ• Küləkdən qoruyucu zolaqların salınması, yoluxmuş yarpaq və

meyvələrin toplanması, xəstə zoğ və budaqların kəsilməsi, yaraların dezinfeksiyası kimi işlər keyfiyyətlə yerinə yetirilməlidir

• Bordo mayesi ilə sitrus plantasiyaları dərmanlanmalıdır

Page 17: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

Narın meyvə çürüməsi - Zythia versoniana Sacc.

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi,

Coelomycetes sinfi, Sphaeropsidales sırası,

Sphaeropsidaceae fəsiləsi, Zythia cinsi.

Bioloji qrupu:

Fakültətiv parazit

Page 18: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr
Page 19: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr
Page 20: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

Narın dəmgili - Sphacaeloma punicae Iem.

Təsnifatda yeri:

Mycota və ya Fungi aləmi, Anamorfic fungi

şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası,

Melanconiaceae fəsiləsi, Sphacaeloma cinsi.

Bioloji qrupu:

Fakultətiv saprotrof

Page 21: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr
Page 22: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr
Page 23: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

Narın alternariozu və ya qara çürüməsi - Alternaria tenuis Hees.

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi,

Hyphomycetes sinfi, Hyphomycetales sırası,

Dematiaceae fəsiləsi, Alternaria cinsi

Sinonimi:

Macrosporium porri Ell., Alternaria allii Nolia

Bioloji qrupu:

Fakültətiv parazit

Page 24: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr
Page 25: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr
Page 26: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

Nar meyvələrinin partlaması – qeyri-parazit xəstəlik

Page 27: Sitrusların boz çürüməsi və ya botritioz -  Botrytis cinerea Fr

Diqqətinizə görə təşəkkür edirəm