20
AECOM AZƏRBAYCAN HAQQINDA MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ

MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

  • Upload
    others

  • View
    9

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

AECOM AZƏRBAYCAN HAQQINDA

MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR,İRƏLİYƏ APARIRIQ

Page 2: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

2

Page 3: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

3

AECOM HAQQINDA 4

NƏ ÜÇÜN AECOM? 7

SƏTƏM 8

AZƏRBAYCANDA LAYİHƏLƏR 10

RUSİYA ƏRAZİSİNDƏ LAYİHƏLƏRDƏN ƏLDƏ OLUNAN TƏCRÜBƏ 14

NEFT VƏ QAZ SƏNAYESİNDƏ DÜNYA MİQYASLI ROL 16

KORPORATİV SOSİAL MƏSULİYYƏT 18

MÜTƏXƏSSİSLƏRİMİZ 20

Page 4: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

4

bizik. AECOM dünyada tikinti, təbii və sosial ətraf mühit sahələrini irəliyə doğru inkişaf etdirir və bu sahədə etibarlılığını qoruyub saxlayır.

Dünyanın nüfuzlu dərgilərindən biri hesab olunan Engineering News-Record’s* 2014 Top 500 Design Firms’ reytinqində AECOM’un ümumilikdə #1 yerdə sıralanaraq tanınması bizim üçün böyük fəxrdir. Bununla yanaşı, AECOM ardıcıl olaraq dörd il Newsweek ABŞ Şirkətlərinin Yaşıl Reytinq siyahısına daxil edilmişdir.

AECOM Azərbaycan Respublikası ərazisində 2009-cu ildən etibarən fəaliyyət göstərməyə başlamışdır. Yerli və xarici sifarişçilərə yüksək səviyyəli xidmət göstərmək üçün komandamız ixtisaslaşdırılmış, müvafiq təcrübəyə malik olan professionallardan təşkil olunmuşdur.

Ölkə ərazisində təklif etdiyimiz xidmətlər siyahısına daxildir: tikintidən əvvəl hazırlıq mərhələsi; tikintinin idarə olunması; nəzarət və məsləhət xidmətləri; xərclərin idarə olunması; çoxfunksiyalı layihələrin layihələndirilməsi və idarə olunması daxil olmaqla MTİ (Mühəndislik, Təchizat və İnşaat); mülki binaların tikintisi; ətraf mühitin idarə olunması; və məsləhət.

AECOM HAQQINDA

AECOM öz texniki peşəkarlığı və yaradıcı üstünlüyü ilə dünyanın ən böyük mühəndislik idarəetməsi, ətraf mühitin idarəetməsi və tikinti idarəetmə şirkətlərinin, həmçinin planlaşdırma və layihələndirmə üzrə fəaliyyət göstərən şirkətlərin zəngin tarixindən yaranaraq bu günümüzə gəlib çatmışdır. Biz, yol, dəmir yolu, enerji və su sistemlərinin layihələndirilməsindən başlayaraq, ətraf mühit, yeni binaların tikintisi, bioloji varlıq və digər infrastrukturların inkişafını irəlilədərək bəşəriyyəti daha da mükəmməlləşdirmək üçün çalışırıq. Bizi fərqləndirən cəhət dünya miqyasında yaranan əməkdaşlığımız və yerli çatdırılmadır. Sifarişçilərə qarşı inamlı tərəfdaş olmaqla yanaşı, birlikdə mühəndislər, layihəçilər, memarlar, landşaft memarları, ətraf mühit sahəsi üzrə mütəxxəsislər, iqtisadçılar, alimlər, məsləhətçilər komandası yaradırıq, həmçinin müvafiq yenilikçilik məsələləri üzrə məşğul olan ixtisaslaşmış Xərclər üzrə, İnşaat, Layihə və Proqram rəhbərləri təmin edirik. Layihələrə uyğun yanaşma və müxtəlif prizmadan baxış xərc və müddət məsələləri baxımından davamlılığa, uzunömürlülüyə və yüksək keyfiyyətə təminat verir. Istənilən növ və istənilən ölçüyə malik layihələrin layihələndirilməsi və idarə olunması üzrə özünəməxsus şəkildə təchiz olunmuş yeganə mənbə

Azərbaycan daxilində, əsasən Bakı şəhərində sifarişçilərimizə müvafiq xidmətlər göstəririk. Hal-hazırda Aypara adlanan möhtəşəm çoxfunksiyalı sahilyanı layihənin və Bakı şəhərinin tam mərkəzində yerləşən yeni Azərbaycan Diplomatik Akademiyasının tikinti layihələri üzərində işləyirik.

Hər bir sifarişçinin və layihənin tələblərinə əsasən xidmət göstərəcəyimizə dair hər zaman təminat veririk. Göstərilən xidmətlərin əhatə dairəsindən asılı olmayaraq, işlərin təsdiq olunmuş müddət çərçivəsində, tələb olunan keyfiyyətdə və müvafiq büdcəyə əsasən yerinə yetirilməsi üçün xüsusi diqqət ayırırıq. Məsləhətçilərimiz yerli və xarici bazarda dərin biliyə yiyələnmiş, ixtisaslaşmış professional ekspertlərdir.

Azərbaycanda AECOM komandası Britaniya Standartlar İnstitutu tərəfindən yoxlamadan keçirilmiş və ISO 9001:2008, ISO 14001:2004 və BS OHSAS 18001:2007 sertifikatları ilə təltif olunmuşdur.

Page 5: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

5

ENGINEERING NEWSRECORD’UN 2014 REYTİNQİNƏ ƏSASƏN, AECOM:

NO 1. ÜMUMİ İNŞAATNƏQLİYYAT

NO 2. ENERJİ SU

NO 3. KANALİZASİYA VƏ TULLANTILAR TƏHLÜKƏLİ TULLANTILAR

YÜKSƏLİŞ

URS ilə birləşmədən sonra yaranan yeni AECOM Layihələndirmə, İnşaat, Maliyyə, İstismar sahələrinə uyğun olaraq yeni imkanlar təklif edir. Sifarişçiyə xidmət göstərdiyimiz mərhələlərdə yaradıcılıq, texniki ekspertiza, çoxsahəli bilik və kompleks dəyişiklikləri daha yaxşı və yeni yollarla ünvanlamaq üçün fərqli təcrübə tətbiq etmək bizim əsas vəzifə və öhdəliklərimizin siyahısına daxil edilmişdir.Mühüm resurs və xidmətlər çatdırmaqda, yaşadıqları və işlədikləri ərazini inkişaf etdirməkdə və çiçəklənməkdə olan bəşəriyyəti qorumaqda insanlara köməklik göstəririk.

* Engineering News-Record mühəndislik və inşaat sahəsində yüksək nüfuza malik olan dərgilər sırasındadır. Sıralamalar ABŞ və xaricdə illik gəlirə əsaslanır və digər xüsusi market kateqoriyalarına bölünür.

AYPARA KOMPLEKS LAYİHƏSİ Bakı, AzərbaycanÇoxfunksiyalı: mehmanxana, Kommersiya və Yaşayış, 420,000 m2 satış mərkəzləri.

Page 6: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

6

150100 000

6

DÜNYA ÜZRƏ AECOM IŞÇI HEYƏTI

DÜNYA ÜZRƏ AECOM OFISLƏRI OLAN ÖLKƏLƏR

ŞƏRQİ AVROPADA AECOM OFİSLƏRİ

AZƏRBAYCANDA ƏMƏKDAŞLARIMIZ 130

Page 7: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

7

NƏ ÜÇÜN AECOM?

Qlobal və yerli iştirakımız maliyyə baxımından sizə səmərəli həll yolları təqdim etmək üçün mümkün maneələri qiymətləndirməkdə və onları effektiv şəkildə aradan qaldırmaqda mütəxəssislərimizə yardımçı olur. Müvafiq sahələrin mütəxəssislərini bir araya gətirmək qabiliyyətimiz istənilən layihə üçün tam və zəruri həll yolları düşünə bilən ən uyğun komanda qurmaq imkanı yaradır. Biz dünyanın istənilən yerində istənilən müştərinin ən spesifik ehtiyaclarını qarşılamaq üçün yerlərdəcə qlobal mənbələrə giriş təklif edirik. Biznes planlama bacarıqlarımızı mühəndislik təcrübəmizlə birləşdirərək, müştərilərimizin etibarlı partnyoru kimi çıxış edir, istənilən işin həcmini və spesifik tələblərini anlamağa çalışır və bununla da müştərilərimizə yüksək keyfiyyətli təcrübə və dəyərlər təqdim edirik. Güclü idarəçilik və iş həyata keçirməklə biz hər cür həcmli layihə büdcələrində mühüm qənaətlərə nail oluruq.

– Biz xərclərdə qənaət və sərfəli qiymət təklif edirik.

– Biz müştəri risklərini azaltmağa köklənmiş xidmətlər təqdim edirik.

– Biz sizin dilinizdə danışırıq – bizim mütəxəssislərimizin bir çoxu keçmiş müştərilərimizdir, odur ki, biz sizin qarşılaşdığınız problemlərlə tanışıq.

– Biz layihələri vaxtında və büdcə çərçivəsində yerinə yetiririk.

– Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk, məhz bu layihəyə əvəzsiz dəyər qatır və bizi rəqiblərimizdən fərqləndirir.

– Bizim texniki qabiliyyətlərimiz sübut olunmuşdur – təcrübədən keçmiş həll yolları təqdim edirik.

– Biz qlobal imkanlara malikik – fəaliyyət sahəsindən növündən asılı olmayaraq biz həmin sahədə təcrübəyə malik mütəxəssisi tapa bilirik.

– Bizim işçi qüvvəmiz çevik və cəlddir – biz istənilən vaxt qısa zamanda komandalar yarada bilirik.

Page 8: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

8

SƏTƏM

AECOM idarəetmə sistemləri və idarəetmə proqramları ilə birgə unsiyyət, müvafiq məsləhət, sorğusual, səmərəli təlim və təhsildən yarana biləcək dünya səviyyəli təhlukəsizlik, sağlamlıq və ətraf mühitin muhafizəsi istiqamətində dünya səviyyəli lider rolunu oynayır. Şirkətimiz əmədaşlarla birgə işləyir və eyni zamanda onların rifahına xüsusi diqqət ayrılır, belə ki, biz hər bir əməkdaşımızın hər gün evə sağ-salamat geri dönməsini istəyirik.

Biz hər zaman sağlamlıq və təhlükəsizliyin AECOM”da əsas amil olaraq qiymətləndirilməsinə diqqət yetiririk. AECOM ətraf mühitə, enerjidən səmərəli istifadəyə, təbii resursların qorunub saxlanmasına və tullantıların yenidən istifadəsi, təkrar emalı və azaldılması vasitəsilə ətraf mühitin çirklənməsinin qarşısının alınmasına doğru yönəldilmiş işləri vasitəsilə müvafiq ekoloji tədbirlər həyata keçirir.

ÜMUMİ SƏTƏM MƏQSƏDLƏRİ AŞAĞIDA GÖSTƏRİLDİYİ KİMİ SADƏDİR:

– Işlə bağlı xəsarət və xəstəliklərin qarşısını almaq

– əmlak və avadanlığa dəyən zərərin qarşısını almaq

– işlə bağlı fəaliyyətlərimiz səbəbindən ətraf mühitə dəyən təsirləri azaltmaq

AECOM dünya miqyasında ən təhlükəsiz iş yerlərindən biri hesab olunur. Təhlükəsizlik şirkətimizə xas ayrılmaz mədəniyyət, əsas dəyər və ən yaxşı biznes təcrubəsini tərənnüm edir.

Page 9: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

9

Bir qrup podratçılar ilə sahədə iş təhlükəsizliyi təlimatı. Crescent Development Layihəsi.

Sahə təlimi “ Kəsici və cilalama cihazlarının təhlükəsiz şəkildə istifadəsi” Crescent Development Layihəsi.

AECOM yararsız hesab olunan qayışları kəsir. Crescent Development Layihəsi.

Page 10: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

10

AZƏRBAYCANDA LAYİHƏLƏR

AYPARA LAYİHƏSİ, BAKI

Bakıda inşa edilən bu nəhəng qarışıq tipli kompleksdə AECOM layihələndirmə, tikinti, layihə və xəclərin idarəçiliyi xidmətlərini göstərir. AECOM kompleksin həm sahildə, həm də suda tikilməkdə olan korpuslarının memari, konstruktiv və tikinti xidmətlərinin layihələndirməsini həyata keçirir. Aypara kompleksi iki çoxmərtəbəli yaşayış/ofis qüllələrindən və forma etibarilə Bakıya Xəzər dənizindən girişi xatırladan 7 ulduzlu oteldən ibarət olacaq. Burada həmçinin ticarət obyektləri yerləşəcək. Baş plan və layihələndirmə tamamlanmışdır və əsas tikinti işləri 2013-cü ilin Mart ayından başlanmışdır. Tikinti işlərinin bitməsi 2016-cı ilə planlaşdırılır.

ALOV QÜLLƏLƏRİ, BAKI

AECOM Euro Code 7 Geotexniki Layihələndirmə - hissə 1 və 2 əsaslanan geotexniki və geoloji sahə araşdırmaları nəticələrinə baxış daxil olmaqla konstruktiv dizaynın layihələndirmə icmalını hazırlamışdır. “Dia Holding”in yeni layihəsi olan Bakı Alov Qüllələri şəhərin ümumi görünüşünə yeni ruh qatır. Azərbaycanın tarixi atəşpərəstlik keçmişindən ilhamlanan qüllələr müasir Bakının əbədi məşəldir. Xəzər dənizinin sahilində yerləşən bu qüllələrin tikinti ərazisi təxminən 28000 m², ümumi tikinti ərazisi isə 234500 m²-dir. Tikinti 2008-ci ilin əvvəlində başlamış və 2013-cü ilin sonlarında tamamlanmışdır.

AZƏRBAYCAN DİPLOMATİK AKADEMİYASI, BAKIAECOM yenilənmiş Dədə Qorqud parkının mərkəzində yerləşən təzəcə tikilmiş Azərbaycan Diplomatiya Akademiyasının tələbə şəhərciyində layihə və proqram idarəçiliyi xidmətlərini həyata keçirmişdir. Şəhərcik qabaqcıl texnologiyalarla təchiz edilmiş kitabxana, ümumi toplantı binası, tələbələr üçün müxtəlif obyektlər və parkdan ibarətdir. Layihənin fasad konstruksiya sistemində dünya inşaat təcrübəsində nadir rast gəlinən unikal oniks şüşə panel sistemindən istifadə edilmişdir. Şəhərciyin layihəsi və inşası enerji qənaətinə əsaslanmışdır. Bura bərpa olunan enerji sistemləri və HVAC sisteminə inteqrasiya edilmiş geotermal sahəli su təchizatı mənbələri daxildir. İnteraktiv SMART lövhələr və video-audio sessiyalar tələbə və müəllim heyətinə dünyanın istənilən nöqtəsində yerləşən tədris müəssisələri ilə əlaqə saxlamaq imkanı yaradacaq. AECOM layihənin 2012-ci ilin iyununda müvəffəqiyyətlə tamamlanmış 1-ci Fazasında layihələndirmə, layihə və tikinti idarəçiliyi xidmətləri göstərmiş və hal-hazırda 2-ci Fazada layihələndirmə, xərclər və layihə idarəçiliyi xidmətləri göstərməkdədir.

Page 11: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

11

AZƏRBAYCAN MƏRKƏZİ BANKI, BAKI AECOM hal-hazırda Mərkəzi Bankın yeni binasının inşasında layihə və xərclərin idarəçiliyi xidmətlərini göstərir və baş planı hazırlayan COOP Himmelb(l)au ilə birlikdə layihənin hazırlanmasında iştirak edir. Hündür mərtəbəli kompleks 32 və 28 mərtəbəli olmaqla iki binadan və onları birləşdirən şüşə atriumdan ibarət olacaq. Tamamlandıqdan sonra hündürlüyü 141 metrə çatacaq bu bina ümumilikdə 90 000 m² əraziyə malik olacaqdır.Yeraltı ərazinin əsas hissəsini avtodayanacaq, və texniki sahə tutacaq, yerüstü ərazi isə təxminən 750 nəfər bank işçisini ofis otaqları ilə təmin edəcək, iclas və təlim otaqlarından, idman zalından, muzey və restorandan ibarət olacaq. Bina layihəsinə havalandırma sistemi üçün davamlı enerji konsepsiyası daxildir. Bu layihənin qazanılması MDB`də layihə və xərclərin idarəçiliyi üzrə aparıcı şirkət kimi AECOM`un nüfuzunu daha da möhkəmləndirdi. Bu mühüm layihəyə cəlb olunmağımız dünya səviyyəli layihələrin həyata keçirilməsində beynəlxalq təcrübəmizin bariz nümunəsidir.

ARDNF İNZİBATİ BİNASI, BAKI

AECOM ARDNF`un Bakıda yerləşən yeni binasının layihələndirmə və tikintisində layihə və xərclərin idarəçiliyi xidmətlərini həyata keçirir. Bina 117 m hündürlükdə olub kitabxana, muzey, auditoriya, yeməkxana və 16 ofis mərtəbələrini özündə birləşdirən 24 mərtəbədən ibarət olacaq və tamamilə sifarişçinin xüsusi tələblərinə uyğun avadanlıqla təchiz ediləcək. Həmçinin layihəyə 155 avtomobil üçün nəzərdə tutulan dayanacağın yerləşəcəyi 2 zirzəmimərtəbəsi daxildir. Sifarişçi enerji səmərəliliyi və intellektual bina idarəetmə texnologiyası baxımından ən son beynəlxalq standartları tətbiq etmək və layihə tamamlandıqdan sonra BREEAM sertifikatı almaq və bununla da ölkə daxilində yeni standartlar müəyyən etmək niyyətindədir.

© COOP HIMMELB(L)AU, Vienna; © ISOCHROM.com, Vienna

BP ROYAL PARK VƏ SEA VIEW, AZƏRBAYCANXidmətlərimiz sırasına kompleksdəki evlərin ilkin qiymətləndirilməsi və bu qiymətləndirmə nəticəsində dərhal həyata keçirilən aşağıda qeyd edilmiş müfəssəl araşdırma daxildir: Qiymətləndirmə sonrası əlavə məlumat, şəkillər, fəaliyyət reyestri, çeklistlər və materiallar, eləcə də BP tərəfindən dərhal həyata keçiriləcək çeklistlər daxil olmaqla ətraflı hesabatın hazırlanması.C6 kompleksində ilkin araşdırma və hesabat. MES üzrə yardım və nəzarət daxil olmaqla sahə idarəçiliyi xidmətləri ilə təmin etmək. Planlaşdırılmış profilaktik tədbir hesabatı və çeklistlər hazırlamaq. Kompleksdə Böyük Britaniya lisenziyalı qaz xəttlərinin yoxlanışını təşkil etmək və qaz xəttlərinin Britaniya standartlarına uyğun quraşdırıldığını yoxlamaq.

Page 12: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

12

HOLCIM SEMENT ZAVODU, AZƏRBAYCANAECOM`a baş podratçı tərəfindən görülmüş qüsurlu işlərin təmirini idarə etmək və qalan işlərin tamamlanması və təhvilinə qədər baş podratçıya nəzarət etmək tapşırılmışdır. AECOM heyətinin HOLCIM sement zavodunda əsas işi həm daxili, həm də xarici səthində zədələr aşkar edilmiş sement çəninin təmiri və tamamlama işləri idi. Bundan başqa AECOM HOLCIM işçilərinin yeməkxana və digər yardımçı məqsədlərlə istifadə etməsi üçün mövcud obyektin təmir işlərinin qiymətləndirilməsinə cəlb edilmişdir.

BAKCELL KOMMUNİKASİYA XƏTTLƏRİ, BAKIAECOM Azərbaycanda BAKCELL binasının kommunikasiya xəttlərinin inşaasında məsləhətçi təyin edilmişdir. BAKCELL̀ in yeni baş idarəsi Port Baku Towers kompleksinin cənub qülləsində yerləşir. AECOM MES konsultasiyası və MES elementləri və digər əlaqədar komponentlərin keyfiyyətinin qiymətləndirilməsini həyata keçirmişdir. Qiymətləndirməyə baxış və rəylər, eləcə də layihələndirməyə, quraşdırma və quraşdırılan MES sistemlərinin iş vəziyyətinə və elektrik təchizatına sahədə nəzarət daxil idi.

ERNST & YOUNG, BAKI, AZƏRBAYCANAECOM Ernst & Young şirkətinin Bakıdakı baş idarəsinin bəzək işlərində layihə və xərclərin idarəçiliyi xidmətlərini göstərmək üçün təyin edilmişdi. Tikinti işləri 2012-ci ilin ilk rübündə planlaşdırılmış vaxt və büdcə çərçivəsində tamamlandı. Ümumi ərazisi 1500 m² olan baş idarə Bakının mərkəzində Port Baku Towers kompleksində yerləşir və Görüləcək işlərə təmir edilmiş ofis otaqlarını tam funksional vəziyyətə gətirmək daxil idi.

Page 13: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

13

BP AZƏRBAYCANAZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ (ARDNŞ) Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycanda Neft-qaz emalı və neftkimya kompleksinin tikintisini planlaşdırır. Kompleks qaz emalı zavodu, neft emalı zavodu, neftkimya zavodu və mərkəzi kommunikasiya sistemləri və sahəxarici obkeytləri özündə birləşdirir. AECOM ARDNŞ tərəfindən gələcək kompleksin ətraf-mühit və sosial-iqtisadi təsirlərini qiymətləndirmək üçün təyin edilmişdir. Layihədaxili işlər sırasına yerli və beynəlxalq qanunvericiliyə baxış, layihə alternativlərinin təhlili, ilkin ətraf-mühit və sosial-iqtisadi şərtlərin qiymətləndirilməsi (hava və səs keyfiyyətinin yoxlanılması, torpaq, qrunt və səth sularının tədqiqi, bioloji və sosial araşdırmalar), maraqlı tərəflərin cəlb edilməsi, ictimai konsultasiyalar və ətraf-mühit və sosial tədbirlər planının hazırlanması daxildir.

Images provided by press service of SOCAR

AECOM sahildə, açıq dənizdə və boru infrastrukturu ərazilərində ətraf mühiti qorumaq məqsədi ilə neft dağılmasına qarşı profilaktik tədbirlərin gücləndirilməsində BP ilə əməkdaşlıq edir. Layihəyədə sahilyanı və BP obkeytlərinin yerləşdiyi quru ərazilərdə ətraf-mühit və sosial iqtisadi həssaslıq atlaslarının hazırlanması nəzərdə tutulur. Bu layihədə AECOM`un dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər heyəti bir sıra yenilikçi həll yolları və ən qabaqcıl metodlar tətbiq etmişdir. Bura alçaq məsafədən HD video vasitəsi ilə sahilyanı ərazinin öyrənilməsi, ətraflı batimetrik nəticələrin əldə edilməsi üçün məsafədən zond vasitəsi ilə tədqiqat və sahilə yaxın mühit üçün dəniz dibi haqqında məlumatın əldə edilməsi və onlayn hadisə idarəetmə mərkəzi proqramının yaradılması daxildir. Əldə

olunan məlumatlar BP`ə neft dağılması baş verdiyi halda cəld, effektiv və məqsədyönlü tədbirlər görmək imkanı yaradacaq.

Sağlamlıq və təhlükəsizlik BP və AECOM üçün bütün layihələrdə ən vacib amildir. Layihənin bir hissəsi kimi ərazi haqqında ətraflı məlumat toplanması proqramı həyata keçirilmişdir. Bütün tədqiqatlar BP`nin sağlamlıq və təhlükəsizlik standartları və prosedurlarına uyğun şəkildə aparılmışdır. Layihə zamanı heç bir bədbəxt hadisə və ya qəza halları qeydə alınmamışdır.

Page 14: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

14

RUSİYA ƏRAZİSİNDƏ LAYİHƏLƏRDƏN ƏLDƏ OLUNAN TƏCRÜBƏ

YAŞAYIŞ KOMPLEKSİNİN TİKİNTİSİ, SPB TƏMİR İŞLƏRİ SANKT-PETERBURQ, RUSİYATikili növü: YaşayışXidmətlər: Layihələndirmə sənədlərinin yaradılması vəKonsultasiya xidmətləri,Tikinti xidmətləriSifarişçi: Bryden Wood Rus, AEDAS, SEMREN &MANSSON Rus; SPb YenilənməTikinti həcmi: 1 000 000 m²Başlama tarixi: Avqust 2013Tamamlama tarixi: Dekabr 2014

PRİMORSKİ 52 LİFE LAYİHƏSİ ÜZRƏ TİKİNTİ İDARƏETMƏSİ VƏ XİDMƏTLƏR SANKT-PETERBURQ, RUSİYATikili növü: Yaşayış kompleksiXidmətlər: Tikinti idarəçiliyiSifarişçi: Sankt- Peterburq filialı - Pioneer GroupTikinti sahəsi 2.8 hektardır.Başlama tarixi: Fevral, 2014Tamamlama tarixi: Yanvar 2016

NTV TELEVİZİYA ŞİRKƏTİ MOSKVA, RUSİYATikili növü: KommersiyaXidmətlər: Tİkinti idarəçiliyiSifarişçi: “NTV TELEVİZİYA ŞİRKƏTİ” ASCTikinti həcmi: 75 000 m²Tamamlama tarixi: 2015

MOSKVA ŞƏHƏR NƏQLİYYAT TERMİNALI MOSKVA, RUSİYATikili növü: Kommersiya / NəqliyyatXidmətlər: Tikinti idarəçiliyiSifarişçi: Citer Invest BVTikinti həcmi / dəyəri:228 000 m² / 600 milyon ABŞ $ Tamamlama tarixi: 2017

Page 15: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

15

VYETNAM ÇÖXFUNKSİYALI MƏDƏNİYYƏT VƏ BİZNES MƏRKƏZİ “HANOI MOSCOW” MOSKVA, RUSİYATikili növü: KommersiyaXidmətlər: Layihə və tikinti idarəçiliyiSifarişçi: INCENTRATikinti həcmi: 110 846 m²Tamamlama tarixi: Dekabr 2013

HYUNDAI SUPPLIERS PARK SANKT- PETERBURQ, RUSİYALayihə: Sankt-Peterburqda Hyundai Suppliers Park (1-ci və 2-ci mərhələlər)Xidmətlər: Hüquqi Ekspertiza, Strateji Konsultasiya,Lobbiçilik, Tikinti və layihələndirmə İdarəçiliyi,Texniki Sifarişçi, Texnologiya İdarəçiliyiSifarişçi: Hyundai AMCO RUSTikinti həcmi:I mərhələ - 110 000 m²II mərhələ – 20 600 m²Tamamlama: 2010

LG ELECTRONICS MOSKVA REGİONU, RUSİYA1. Tikili növü: Sənaye

Xidmətlər: Tikinti idarəçiliyi Sifarişçi: LG Electronics RUS Tikinti həcmi: 100 milyon $ / 85 000 m² Layihə müddəti: 2005 – 2006

2. İki mövcud istehsalat binasının yanında yeni Istehsalat obyektinin tikintisi. Tikinti həcmi: 19 000 m² Layihə müddəti: 2009 – 2011

3. LG Zavodun genişləndirilməsi Tikinti həcmi: 32 500 m² Layihə müddəti: 2013 –2013

Page 16: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

16

NEFT VƏ QAZ SƏNAYESİNDƏ DÜNYA MİQYASLI ROL

Layihə konseptindən və layihəyə start verilməsindən başlayaraq biz müştərilərimizə tam olaraq mühəndislik, təchizat və inşaat həllərini təmin edirik.

Biz, qlobal, regional və portfel idarəetmə və mühasibat sistemi üzrə proqramlara əsasən davamlı həll yollarının tamamlanması, əməliyyatlar və texniki xidmət və ticarət məhsullarının satış üçün hazırlanması və çatdırılması, Neft-kimya, Marketinq və Alternativ enerji seqmetləri ilə işləyirik.

Page 17: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

17

ŞİMALİ AMERİKA (KANADA) – Baca qazlarının təmizlənməsi

qurğusunun quraşdırılması üçün İLSH və MTİ xidmətləri

– Sahə hazırlanması üçün İLSH xidmətləri, nəzərdə tutulmuş neft təbəqəsinin təmizlənməsi qurğusuna əsasən kommunal işlər, eləcə də bütün kompleks üzrə inteqrasiya və interfeys idarəetməsi.

– Hazırlıq mərhələsində olan işlər üzrə MT işləri, əsas qənaətlərin korreksiya proqramı, sahə hazırlanması və planlaşdırılmış neft təbəqələrinin bərpası qurğusunda kommunal işlər

ORTA ŞƏRQ – Gün ərzində 12, 000 ton tutumlu

kükürdə malik olan dünyada ən böyük kükürd doldurulması müəssisələrindən biri üçün Konseptual, İLSH əvvəl, İLSH və MTİ xidmətləri (4.75 milyon ton il ərzində); bu müəssisə kükürdü toplayır, dənəvərləşdirir, anbarda saxlayır və gəmiləri mövcud olan və sahədə yerləşən yenı qaz emalı, Mayeləşdirilmiş təbii qaz və Qaz fazasının mayeyə transferi vasitəsilə istehsal olunan kükürd ilə doldurur

– Davamlı istehsal tutumunu sutka ərzində 1.8 milyon barelə artırmaq məqsədilə rezervuarlar və yeni yataqları inkişaf etdirmək üçün Konseptual və İLSH xidmətləri

– Kükürd doldurulması terminal genişlənməsinin iki mərhələsi üzrə İLSH xidmətləri

RUSİYA – 150 milyon standart kub fut qaz

emalı və gün ərzində 50 min barrel neft istehsalı müəssisəsi üçün hazırlanmış konseptual dizayn, xərclər smetası və Tenderə Dəvət paketi

– Daimi infrastruktur ilə müvəqqəti emal qurğularının bütövlüyünü təşkil etmək üçün təmin olunmuş layihə idarəetməsi, təfsilatlı dizayn, hüquqi-normativ dəstək və təchizat dəstəyi; layihə təyin olunmuş qrafikə uyğun olaraq və 10% xərc gözləntiləri çərçivəsində tamamlanmışdır;müqavilənin imzalanmasından əməliyyatların başlanmasınadək ümumilikdə 20 aylıq sürətləndirilmiş iş qrafikinə nail olunmuşdur.

ŞİMALİ AMERİKA (ORTA QƏRB ABŞ)

– Əsas neftayırma zavodunun genişlənməsi ilə əlaqədarolaraq sulfur blok qurğuları üçün inşaat xidmətləri

– Son iki onillik ərzində əsas Neftayırma zavodunda Mühəndislik dəstəyi, əməliyyatlar, texniki xidmət, neft anbarının iş dövrü və kiçik kapital inşaat xidmətləri URS Milli Təhlükəsizlik Şurasının Milestone Mükafatını qazanmışdır.

– Müqavilənin başlanmasından bəri 20 milyon iş saatları icra olunmaqla, son 50 il ərzində əsas emal zavodları üzrə podratçı

– Layihə mühəndisliyi, idarəetmə, tədqiqat və 50 kilometr məsafədə 24 düym təbii qaz FERC boru kəmərinin layihələndirilməsi

ŞİMALİ AMERİKA (KÖRFƏZ BÖLGƏSİ ABŞ)

– Polivinilxlorid qətran istehsalı zavodunun modernləşmə layihəsi üzrə İLSH və MTİ xidmətləri; sıfır xəsarət; layihənin vaxtında və büdcəyə uyğun şəkildə çatdırılması və modullaşdırma

– Kükürd bərpa sistemi və aşağı səviyyəli vakum distilləsi üçün MTİ xidmətləri

– Duz çənli qaz anbarı qurğusu üçün FERC 7 (c), İLSH, MTİ xidmətləri

– Gün ərzində 60, 000 bareldən 90, 000 barelədək zavodun ötürücülük qabiliyyətinin artırılması ilə Fraksiyalara ayrılma zavodunun genişlənməsi üçün MTİ xidmətləri

ŞİMALİ AMERİKA (ALYASKA) – Kuparuk Çayı Neft sənayesi

təsərrüfatı üçün MTİ, inşaat idarəetməsi və işəsalmadan öncəki nizamlama, North Slopda ikinci ən böyük neft sənayesinin inkişafı

– North Slopda əsas neft şirkəti üçün kiçik kapitallı MT xidmətləri

– Brooks Range və Prudhoe Bay arasında istifadə olunan havadan asılı olmayaraq boru kəmərinin 35 kilometrlik seqment inşası ilə başlayaraq Trans-Alaska Boru kəməri layihəsi üçün idarəetmə, təchizat və inşaat xidmətləri

– Trnas-Alaska Neft Boru kəməri dəhlizinin birləşməsi ilə ətraf mühit, mühəndislik, təhlükəsizlik və fəaliyyət dəstəyi

Page 18: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

18

KORPORATİV SOSİAL MƏSULİYYƏT

AECOM üçün korporativ sosial məsuliyyət (KSM) anlayışı əmək qatqısı, maliyyə dəstəyi, həmçinin sosial və ictimai şəbəkələr vasitəsilə cəmiyyətə və ətraf mühitə fayda vermək üçün şirkətimizin və əmədaşlarımızın kollektiv surətdə enerji və səyləri deməkdir.KSM-də cari inkişaf istiqamətləri şirkətin öz biznesi, işçilərin cəlb olunması və əhali artımı və urbanizasiya məsələləri xüsusunda biznesin hər aspektində məsul davranış və artan şəffaflıq cəlb edir. Bu inkişaf istiqamətlərini nəzərə alaraq, bizim KSM cəhdlərimiz biz neçə strateji sahəyə yönəlmişdir:

– Cəmiyyətin inkişafı: yaşadığımız və işlədiyimiz mühitdə müsbət və maddi təsirlərə qatqısı olmaq və nəzərə çarpdırmaq üçün imkanları dəstəkləmək

– Təhsil və Təlim: assosiasiya tərəfindən maliyyələşdirilən tədbirlər və elmi görüşlərdə iştirak etməklə, təlim, təhsil, təqaüd və təcrübə proqramları vasitəsilə dünya səviyyəli mühəndislik və elmi bacarıqları yüksəltmək.

ƏMƏKDAŞLARIMIZ – “Umid Yeri” QHT Sığınacaq və Reabilitasiya Mərkəzi

– Azərbaycan Memarlıq və İnşaat Universiteti

– ADA Universiteti

– ADA Fondu

Page 19: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

19

KSM TƏŞƏBBÜSLƏRİ ÜZRƏ NÜMUNƏLƏR Respublikanın aparıcı universitetləri və tələbə heyəti ilə daha yaxından işləməklə bakalavrlar arasında ən yaxşı tələbləri müəyyən etmək məqsədilə AECOM Azərbaycan bir il boyunca Gənc Mütəxəssis və Məzunların inkişaf proqramı yaratmışdır.

Komandamızın Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Anlaşma Memorandumu mövcuddur- belə ki, hər il təqribən 10-15 arası gənc tələbə yay təcrübə proqramlarında iştirak etmək və İnşaat, Layihələndirilmə və buna bənzər müvafiq bilik və təcrübəyə sahiblənmək üçün seçilir. Proqramda iştirak edən altıya yaxın tələbə işlə təmin olunmuşdur.

Biz, eyni zamanda Amerika Ticarət Palatası vasitəsilə Gənclərin İnkişaf Proqramını dəstəkləyirik. AmCham təcrübə proqramlarında iştirak edən və nəticədə gənc mütəxəssis olaraq işə qəbul edilən tələbələrin siyahısını göndərir. AECOM Azərbaycan eyni zamanda daxili və qlobal təşəbbüsümüz olaraq “Let’s Wrap for a Cause” layihəsini də dəstəkləyir.

Səksən beş əməkdaşımız “Umid Yeri” QHT Uşaq Sığınacaq və Reabilitasiya Mərkəzi üçün xeyli sayda isti paltar, yemək, uşaqlar üçün şirniyyat təmin etmişlər. AECOM könüllüləri hər ay uşaqlarla vaxt keçirtmək üçün sığınacağa üz tutur və onlara ingilis dili, musiqi, incəsənət və bu kimi bacarıqlarını inkişaf etdirməkdə köməklik göstərirlər.

Komandamız cari ilin iki əsas xeyriyyə tədbirində Kaledoniya Cəmiyyətinə köməklik göstərmişdir: St. Andrews Ball və Burns Supper tədbirləri. Kaledoniya Cəmiyyəti yarandığı gündən etibarən on il müddətinə 1 milyon ABŞ dolları pul yığmış və bütün pullar xeyriyyə məqsədilə istifadə olunmuşdur.

AECOM bu il ADA Fonduna üzv olaraq daxil olmuşdur. Hər iki müəssisə yalnız bir məqsədə nail olmaq üçün çalışırlar: Azərbaycanda dünya səviyyəli elm müəssisəsinin əsasını qoymaq.

Page 20: MÜŞTƏRİLƏRƏ GƏLƏCƏYİ GÖSTƏRİR, İRƏLİYƏ APARIRIQ · – Biz bu sahədən ümumi anlayışı olanlarla deyil mütəxəssislərlə çalışacağımıza zəmanət veririk,

20aecom.com/russia

Derek ClarksonÖlkə üzrə MenecerE [email protected]

Ruhiyya JamilliKeyfiyyət və Əməliyyatlar üzrə MenecerE [email protected]

AECOM HAQQINDA 100,000 yaxın əmədaşları ilə - memar, mühəndis, dizayner, planlama mühəndisləri, alimlər, idarəetmə və inşaat sektorunda xidmətləri olan professionalları ilə– dünyanın 150-dən çox ölkəsində müştərilərə xidmət etməklə URS əldə olunmasından sonra, AECOM ilk, tam inteqrasiya olunmuş infrastruktura malik xidmət göstərən firmadır. Engineering News-Record jurnalında illik sənaye reytinqinə əsasən əldə etdiyi gəlirlərinə görə mühəndislik və dizayn şirkəti olaraq #1 yerə layiq görülmüşdür. Nəqliyyat, ətraf mühit, enerji, neft və qaz, su, hündürmərtəbəli binalar və hökumət binaları daxil olmaqla, xidmət sahəsinə daxil olan bütün sahələrdə lider rolunu oynayır. AECOM dünya üzrə bütün müştərilərə çatmaq, yerli biliklər, innovasiya və məsələlərin həll olunmasında texniki bacarıqlar təmin edir. Fortune 500 şirkəti, AECOM şirkətləri, Hunt İnşaat və URS daxil olmaqla illik gəlir $19 milyard təşkil edir.

aecom.com

MÜTƏXƏSSİSLƏRİMİZ

AECOM ən güclü istedadları özünə cəlb edir və qoruyur, bu bizim mütəxəssislərimizin işində öz əksini tapır. Fərqli mədəniyyətləri, bilik və təcrübələri təmsil edən komandamızın üzvləri dəfələrlə öz peşəkarlıqlarına və mükəmməl iş icralarına görə mükafatlandırılmış və tanınmışlar. Dəqiq müəyyən edilmiş dəyərlərdən yola çıxan və eyni məqsədə - dünya quruculuğunu, təbii və sosial mühiti möhkəmləndirmək – qulluq edən mütəxəssislərimiz ətraf mühit və infrastruktur ehtiyaclarını qarşılamaq üçün elm, mühəndislik və layihələndirmə sahələrində biliklərini bir araya gətirməyi bacarır. Onlar dünyanı yaxşılığa doğru dəyişmək üçün durmadan çalışır. Komandamızın üzvləri ətraf mühitin yaxşılaşmasına qulluq edir, müştərilərə müxtəlif növ maneələrin öhdəsindən gəlmək üçün uzunmüddətli həll yolları təklif edir.

Nizami küç.96, Landmark III,4-cü mərtəbə,Bakı, Azərbaycan, AZ-1010T: +994 12 465 7900

www.aecom.az