12
Müəllimlərimizin müəllifi olduğu kitablarımız: XİDMƏTLƏRİMİZ Online MİQ hazırlığı - Dərslərin keyfiyyəti kursda keçirilən dərslərlə eynidir, tək fərq odur ki, dərsə istədiyiniz yerdən qoşula biləcəksiniz. - Bütün dərslərin videosu Facebook qrupunda qalacaq, qaçırdığınız və ya təkrar etmək istədiyiniz istənilən dərsin videosuna baxa biləcəksiniz. - Əlavə Whatsapp qrupunuz da olacaq, dərs zamanından əlavə suallarınızı qrupda müəllimə ünvanlaya biləcəksiniz. Qeydiyyat və ətraflı məlumat üçün əlaqə nömrəsi: +994 77 322 79 53

Müəllimlərimizin müəllifi olduğu kitablarımız°X-İZAHLI-TES… · E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması Cavab A: E.ə 38-ci ildə Fraaspa

  • Upload
    others

  • View
    5

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Müəllimlərimizin müəllifi olduğu kitablarımız°X-İZAHLI-TES… · E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması Cavab A: E.ə 38-ci ildə Fraaspa

Müəllimlərimizin müəllifi olduğu kitablarımız:

XİDMƏTLƏRİMİZ

Online MİQ hazırlığı

- Dərslərin keyfiyyəti kursda keçirilən dərslərlə eynidir, tək fərq odur ki, dərsə

istədiyiniz yerdən qoşula biləcəksiniz.

- Bütün dərslərin videosu Facebook qrupunda qalacaq, qaçırdığınız və ya təkrar

etmək istədiyiniz istənilən dərsin videosuna baxa biləcəksiniz.

- Əlavə Whatsapp qrupunuz da olacaq, dərs zamanından əlavə suallarınızı qrupda

müəllimə ünvanlaya biləcəksiniz.

Qeydiyyat və ətraflı məlumat üçün əlaqə nömrəsi: +994 77 322 79 53

Page 2: Müəllimlərimizin müəllifi olduğu kitablarımız°X-İZAHLI-TES… · E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması Cavab A: E.ə 38-ci ildə Fraaspa

Tədris Mərkəzində MİQ hazırlığı

Biz vəd edirik:

- İxtisasının peşəkarı və 12 kitabımızın müəllifi olan müəllim kollektivi

- Endirimli qiymətə dərs kitabları

- Hər fəndən həftədə 2 dəfə dərs

- Hər dərs 90 dəqiqə

- Əlavə dərslər

- Qəbul səviyyəsində Ödənişsiz Sınaq İmtahanları

Qeydiyyat və ətraflı məlumat üçün əlaqə nömrəsi:

012 421 95 36

070 806 10 40

05.01.2020 tarixinə kimi endirimli qiymətlərlə qeydiyyatdan keçə bilərsiniz:

Page 3: Müəllimlərimizin müəllifi olduğu kitablarımız°X-İZAHLI-TES… · E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması Cavab A: E.ə 38-ci ildə Fraaspa

İZAHLI SINAQ 3 ÜSİ 5

Neftçilər filialı

070 806 10 40 077 588 79 22 070 819 59 64

Nizami filialı Sumqayıt filialı

077 322 79 53

Onlayn hazırlıq

TARİX

1.Neandertal insana aiddir:

A)Kür-Araz mədəniyyətinin yaranması

B)toxuculuqla məşğul olması

C)ilk dəfə heyvanları əhliləşdirməsi

D)qəbilə icması şəklində yaşaması

E)Mustye mədəniyyəti dövründə meydana gəlməsi

Cavab E: Neandertallar Orta Paleoliot dövründə meydana gələn yeni insan tipi idi.Bu dövr həmçinin “Mustye mədəniyyəti” dövrü də adlanır.

2.Şummerlərə aid olmayanı müəyən edin:

A)sadə asan hesab qaydasını ixtira etmişlər

B)Mixi yazı növünü yaratmışlar

C)Zikkurat adlanan məbədlər tikmişlər

D)şəhər dövlətləri yaratmışlar

E)Ensi adlanan hökmdarlar şəhər dövlətlərinə başçılıq etmişdir

Cavab A: Sadə və asan hesab qaydasının ixtirası qədim misirlilərə aiddir.

3.Azərbaycanda İskit padşahlığı və Manna dövlətinə aid ümumi cəhət:

A)Akkada yürüş etmələri

B)e.ə IX əsrdə yaranmaları

C)Midiya dövləti tərəfindən süquta uğramaları

D)feodal dövlət olmaları

E)Azərbaycanın şimalında yaranmaları

Cavab C: Hər iki dövlət e.ə 590-cı ildə Midiya dövləti tərəfindən süquta uğradılmışdır:

4.Qədim dövrdə Albaniya və Misir dövlətlərinə aid ümumi cəhət:

A)Makedoniya imperiyasının satraplığı olmuşlar

B)Romalıların hərbi yürüşünə məruz qalmışlar

C)Alan tayfalarının yürüşünə məruz qalmışlar

D)Klassik quldar dövlət olmuşlar

E)Ərazilərində kimmer türk tayfaları məskunlaşmışlar

Cavab B: E.ə I əsrdə hər iki dövlət Roma hücumuna məruz qalmışdır.

Page 4: Müəllimlərimizin müəllifi olduğu kitablarımız°X-İZAHLI-TES… · E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması Cavab A: E.ə 38-ci ildə Fraaspa

İZAHLI SINAQ 4 ÜSİ 5

Neftçilər filialı

070 806 10 40 077 588 79 22 070 819 59 64

Nizami filialı Sumqayıt filialı

077 322 79 53

Onlayn hazırlıq

5.E.ə I əsrin ikinci yarısı Atropatena dövlətinə aiddir:

A)Roma sərkərdəsi Antoninin məğlub edilməsi

B)Dövlətin Ariovast tərəfindən idarə edilməsi

C)Roma ilə diplomatik münasibətin qurulması

D)Alan tayfalarının yürüşünə məruz qalması

E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması

Cavab A: E.ə 38-ci ildə Fraaspa döyüşündə Roma sərkərdəsi Antoni məğlub edildi.

6.E.ə V əsrdə baş vermişdir:

A)Afina şəhərinin əsasının qoyulması

B)Periklin strateq seçilməsi

C)Solon islahatları

D)Pun müharibəsi

E)Afinada gümüş pulun kəsilməyə başlanması

Cavab B: Periklin strareqlik dövrü e.ə 443-428-ci illəri əhatə edir.

7.1925-ci ildə Deyton şəhərində keçirilən Meymun məhkəməsinin nəticəsi.

A)Protestantlıq gücləndi

B)Antisemitizm gücləndi

C)Konveyer qaydası zəiflədi

D)Dövlətin maliyələşdirdiyi məktəblərdə insanın təkamül nəzəriyyəsinin tədrisini qadağan edən qanun qəbul edildi

E)Mühacirlərə aid qanunlar yumşaldıldı

Cavab D: Bu 1925- ci ildə protestant kilsəsinin tələbi ilə keçirilən meymun məhkəməsinin qərarıdır.

8.Azərbaycanın VII əsr tarixi ilə bağlı deyil:

A)Sasanilərin Azərbaycanda uzunmüddətli mərzbanlıq dövrünə son qoyulması

B)Girdiman dövlətinin yaranması

C)ərəblərə qarşı Müsafirin başçılığı ilə üsyanın baş verməsi

D)Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi

E)Cavanşirlə Xəzər xaqanlığı arasında müqavilənin bağlanması

Cavab C: Müsafirin başçılığı ilə baş vermiş Beyləqan üsyanı 748-752 ci illərdə olmuşdur.

Page 5: Müəllimlərimizin müəllifi olduğu kitablarımız°X-İZAHLI-TES… · E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması Cavab A: E.ə 38-ci ildə Fraaspa

İZAHLI SINAQ 5 ÜSİ 5

Neftçilər filialı

070 806 10 40 077 588 79 22 070 819 59 64

Nizami filialı Sumqayıt filialı

077 322 79 53

Onlayn hazırlıq

9.Ərəb dövlətinin yaranmasından 75 il sonra:

A)Bizans imperiyası süqut etmişdir

B)İslam dini tamamilə ərəblər tərəfindən qəbul edilmişdir

C)Albaniyanın daxili müstəqilliyinə son qoyulmuşdur

D)Birinci Bələncər döyüşü baş vermişdir

E)Ərəblərlə xəzərlər arasında ikinci bələncər döyüşü baş vermişdir

Cavab C: Ərəb dövlətinin yaranması:630+75=705 .705-ci ildə də ərəblər Albaniyanın daxili müstəqilliyinə son qoymuşdur.

10.Monqollara adiddir:

A)Kosovo döyüşü

B)Eldənizlər dövlətinin varlığına son qoyulması

C)Şimali Çinin işğalı

D)Gəncədə Bəndər üsyanının yatırılması

E)Bursanın fəthi

Cavab C: Çingiz xan 1211-1215 ci illərdə Şimali Çini işğal edib.

11.Teymuri dövlətinin mövcudluğu dövrünə aiddir:

A)İslamın Qızıl Ordunun rəsmi dininə çevrilməsi

B)Sibir xaqanlığının Moskvadan vassal asılılığını qəbul etməsi

C)”Uqra görüşü”

D)Hülakü dövlətinin süqutu

E)Böyük Moğol dövlətinin əsasının qoyulması

Cavab C: Teymurilər dövləti 1370-1507 ci illərdə mövcud olmuşdur.Uqra görüşü isə 1480-ci ildə baş vermişdir.

12.Qəznəvi dövlətinin mövcudluğu dövrünə Azərbaycanda:

A)Şəddadilər dövləti yaranmışdır

B)Şirvanşahlar dövləti yaranmışdır

C)Cəlairilərin hakimiyyətinə son qoyulmuşdur

D)Məzdəkilər hərəkatı baş vermişdir

E)Mehranilər sülaləsi hakimiyyətdə idi

Cavab A: Qəznəvilər dövləti 962-1187 ci illərdə mövcud olmuşdur. Şəddadilər dövləti isə 971-ci ildə yaranmışdır.

Page 6: Müəllimlərimizin müəllifi olduğu kitablarımız°X-İZAHLI-TES… · E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması Cavab A: E.ə 38-ci ildə Fraaspa

İZAHLI SINAQ 6 ÜSİ 5

Neftçilər filialı

070 806 10 40 077 588 79 22 070 819 59 64

Nizami filialı Sumqayıt filialı

077 322 79 53

Onlayn hazırlıq

13.Frank dövlətinin mövcudluğu dövrünə aiddir:

A)Rəvvadilər dövlətinin yaranması

B)Ağ Hun dövlətinin yaranması

C)Qəznəvilər dövlətinin meydana gəlməsi

D)Roma imperiyasının parçalanması

E)Birinci Göytürk dövlətinin parçalanması

Cavab E: Frank dövləti V əsrin sonundan, 800-cü ilədək mövcud olmuşdur. I Göytürk dövləti isə 588-ci ildə iki hissəyə parçalanmışdır.

14.Almaniya tarixinə aiddir:

A) “Qanlı Şura”nın yaranması

B)Rekonkistanın başlanması

C)”Jaklar” üsyanı

D)Papa vilayətinin yaranması

E)”Muqəddəs Roma imperiyası”nın yaranması

Cavab E: Alman kralı I Otto 962-ci ildə Müqəddəs Roma imperiyasının əsasını qoymuşdur.

15.XII əsrdə andlı məhkəmənin yaradıldığı ölkə:

A)Bizans B)Almaniya C)Fransa D)İngiltərə E)İspaniya

Cavab D: XII əsrdə II Henrixin hakimiyyəti dövründə İngiltərədə andlı məhkəmə yaradılıb.

16.Böyük coğrafi kəşflər dövrünə aid deyil:

A)Hindistana gedən dəniz yolunun kəşfi

B)Avstraliyanın kəşfi

C)Amerika qitəsinin kəşfi

D)Magellanın ilk dünya səyahəti

E)Kuba və Haiti adalarının kəşfi

Cavab B: Avstraliyanın kəşfi daha sonra olmuşdur.

17.Rusların Monqol zülmünə qəti olaraq son qoyduqları il Azərbaycanda mövcud olub paytaxtı Təbriz olan dövlət:

A)Teymuri B)Şirvanşah C)Ağqoyunlu D)Elxanilər E)Qaraqoyunlu

Cavab C: Rusların monqol zülmünə 1480- ci ildə Uqra görüşündə son qoyub. Bu vaxt Azərbaycanda mövcud olan və paytaxtı Təbriz olan dövlət isə Ağqoyunlu dövləti idi.

Page 7: Müəllimlərimizin müəllifi olduğu kitablarımız°X-İZAHLI-TES… · E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması Cavab A: E.ə 38-ci ildə Fraaspa

İZAHLI SINAQ 7 ÜSİ 5

Neftçilər filialı

070 806 10 40 077 588 79 22 070 819 59 64

Nizami filialı Sumqayıt filialı

077 322 79 53

Onlayn hazırlıq

18.XII-XIV əsrlərdə inşa edilməyən memarlıq abidəsi:

A)Bərdə türbəsi

B)Şamaxı yaxınlığındakı Gülüstan qalası

C)Mərdəkan qalası

D)Əskipara monastrı

E)Təbrizdə Ərk qalası

Cavab D:Əskipara monastrı IX-XI ci əsrə aiddir.

19.Elxani Qazan xana və Ağqoyunlu Uzun Həsənə aid oxşar cəhət:

A)yeni dövlətin əsasının qoyulması

B)məhkəmə islahatının keçirilməsi

C)vergi islahatının keçirilməsi

D)kəndlilərin bir yerdən başqa yerə köçməsinin qadağan edilməsi

E)rabitə sahəsində islahat keçirilməsi

Cavab C:Hər iki hökmdar vergi sahəsində islahat keçirib.

20.Osmanlı dövlətinə aiddir:

A)timar torpaq sahibliyi

B)Otrar fəlakəti

C)Dəndənakən döyüşü

D)Sərbədarilər üsyanı

E)soyurqal torpaq sahibliyi

Cavab A:Timar Osmanlıda hərbi xidmətə görə verilən torpaq mülkiyyəti forması idi:

21.Cəlairi və Qaraqoyunlu dövlətinə aid oxşarlıq:

A)ilk paytaxtının Təbriz şəhəri olması

B)paytaxtın Marağadan Təbrizə köçürülməsi

C)Hülakü dövlətinə qarşı mübarizə aparması

D)əsaslarının Azərbaycanda qoyulması

E)Teymurilərə qarşı mübarizə aparması

Cavab E: Hər iki dövlət birlikdə Teymurilərə qarşı mübarizə aparıb:

Page 8: Müəllimlərimizin müəllifi olduğu kitablarımız°X-İZAHLI-TES… · E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması Cavab A: E.ə 38-ci ildə Fraaspa

İZAHLI SINAQ 8 ÜSİ 5

Neftçilər filialı

070 806 10 40 077 588 79 22 070 819 59 64

Nizami filialı Sumqayıt filialı

077 322 79 53

Onlayn hazırlıq

22.Otluqbeli və Çaldıran döyüşlərinin oxşar nəticəsi:

A)Ağqoyunlular qalib gəldilər

B)Osmanlılar qələbə çaldılar

C)Teymurilər məğlub oldular

D)Qaraqoyunlular məğlub oldular

E)Səfəvilər qalib gəldilər

Cavab B: Osmanlılar Otluqbeli döyüşündə ağqoyunlulara, Çaldıran döyüşündə isə səfəvilərə qalib gəlmişdir.

23.XVII əsr mədəniyyət abidəsidir:

A)Şamaxıda Kələxana məqbərəsi

B)Əlincə qalası

C)Bakının Şərq darvazaları

D)Gülüstan qalası

E)Bərdə türbəsi

Cavab A: Şamaxıda yerləşən Kələxana məqbərəsi 1663-cü ildə tikilmişdir.

24.Niştadt sülh müqaviləsi bağlandığı ildə:

A)Osmanlı qoşunları Macarıstanı tutudular

B)Bizans imperiyası süqut etdi

C)Hacı Davud və Surxay xan Şamaxıya hücum edərək onu ələ keçirdilər

D)Rus qoşunları Bakını ələ keçirdilər

E)Səfəvilərlə Rusiya arasında sülh bağlandı

Cavab C:Niştdat sülhü 1721-ci ildə imzalanmışdır,həmin ildə isə Hacı Davud Surxay xanla birlikdə Şamaxını ələ keçirmişdir.

25.II Şah Abbasın Səfəvi dövlətində hakimiyyəti dövründə İngiltərədə:

A)Tüdorlar sülaləsi hakimiyyətə gəldi

B)İlk dəmiryol çəkildi

C)Ost-Hind şirkəti yaradıldı

D)Hüquqlar haqqında bill qəbul olundu

E)kral hakimiyyəti ləğv olundu

Cavab E: II Şah Abbas 1642-1666 cı illərdə hakimiyyətdə olmuşdur.İngiltərədə kral hakimiyyəti isə 1649-cu ildə ləğv olunmuşdur

Page 9: Müəllimlərimizin müəllifi olduğu kitablarımız°X-İZAHLI-TES… · E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması Cavab A: E.ə 38-ci ildə Fraaspa

İZAHLI SINAQ 9 ÜSİ 5

Neftçilər filialı

070 806 10 40 077 588 79 22 070 819 59 64

Nizami filialı Sumqayıt filialı

077 322 79 53

Onlayn hazırlıq

26.Şimali Azərbaycanda komendant idarə üsulu dövrünə aiddir:

A)”Kənd cəmiyyətləri” haqqında qanunun verilməsi

B)İltizam sisteminin ləğvi

C)Rəhdar sisteminin ləğvi

D)İrəvan quberniyasının yaradılması

E)Bəy və ağaların hüquqları haqqında reskriptin verilməsi

Cavab C: Şimali Azərbaycanda komendant idarə üsulu 1804-1840 cı illərdə mövcud olmuşdur.1836-cı ildə isə rəhdar ləğv olunmuşdur.

27.XIX əsrin 30-cu illərində ABŞ-da quldarlığa qarşı geniş vüsət almış hərəkat:

A)İstiqlaliyyət

B)Diggerlər

C)Millətçilik

D)Abolisionistlər

E)Levellerlər

Cavab D:XIX əsrin 30-cu illərində ABŞ-da quldarlığın ləğvini istəyənlər Abolisionistlər adlanırdı.

28.XIX əsrin 60-cı illərində Rusiyada:

A)Məhkəmə islahatı keçirildi

B)Hərbi islahat keçirildi

C)Opriçnina ləğv edildi

D)Azad taxılçılar haqqında fərman verildi

E)Dekabiristlər üsyanı baş verdi

Cavab A: 1864-cü ildə Rusiyada məhkəmə islahatı keçirilmişdir.

29.Hansı sülh müqaviləsində İrəvan, Gəncə, Şiravan vilayətlərinin osmanlılara verilməsi nəzərdə tutulmuşdu:

A)Rəşt

B)Peterburq

C)Kirmanşah

D)Bağdad

E)Ədirnə

Cavab C: 1732- ci il 16 yanvarda Səfəvi və Osmanlı arasında bağlanmış Kirmanşah müqaviləsi ilə.

Page 10: Müəllimlərimizin müəllifi olduğu kitablarımız°X-İZAHLI-TES… · E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması Cavab A: E.ə 38-ci ildə Fraaspa

İZAHLI SINAQ 10 ÜSİ 5

Neftçilər filialı

070 806 10 40 077 588 79 22 070 819 59 64

Nizami filialı Sumqayıt filialı

077 322 79 53

Onlayn hazırlıq

30.Fransanın IX-XI əsrlər və Azərbaycanın XVIII əsrin ikinci tarixinə aiddir:

A)təhkimçilik hüququnun rəsmiləşdirilməsi

B)silki monarxiyanın yaranması

C)feodal dağınıqlığının mövcudluğu

D)mütləq monarxiyanın yaranması

E)erkən feodal dövlətlərinin meydana gəlməsi

Cavab C: Hər iki dövr feodal dağınıqlığı dövrünə uyğundur.

31.Dərbənd şəhərinin 1722-ci il və 1796-ci illəri tarixinə aid oxşarlıq:

A)Qacarların hücumuna məruz qalması

B)Ruslara qarşı üsyanın baş verməsi

C)Osmanlılar tərəfindən işğal edilməsi

D)Quba xanlığına birləşdirilməsi

E)Rusiya tərəfindən işğal edilməsi

Cavab E: Dərbənd şəhəri 1722-ci ildə I Pyotrun,1796-cı ildə isə Zubovun yürüşü nəticəsində işğal olunmuşdu.

32.Daha əvvəl imzalanmış müqavilə:

A)Ədirnə

B)Gülüstan

C)Türkmənçay

D)Kürəkçay

E)Buxarest

Cavab D: Ədirnə-1839, Gülüstan-1813, Türkmənçay-1828, Kürəkçay-1805, Buxarest-1812

33.Şimali Azərbaycanın XIX əsrin 70-ci illərinin sonu tarixini xarakterizə edir:

A)Dərbənd quberniyasının yaranması

B)Qafqazda canişinliyin yaradılması

C)Xəzər vilayətinin ləğv edilməsi

D)Şəhər özünü idarəetmə sisteminin Bakıya tətbiq edilməsi

E)Bəy və ağaların hüquqları haqqında reskriptin verilməsi

Cavab D:1878-ci ildə şəhər özünü idarəetmə sistemi Bakıya tətbiq olundu.

Page 11: Müəllimlərimizin müəllifi olduğu kitablarımız°X-İZAHLI-TES… · E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması Cavab A: E.ə 38-ci ildə Fraaspa

İZAHLI SINAQ 11 ÜSİ 5

Neftçilər filialı

070 806 10 40 077 588 79 22 070 819 59 64

Nizami filialı Sumqayıt filialı

077 322 79 53

Onlayn hazırlıq

34.Birinci Dünya müharibəsi dövrünə aiddir:

A)Azərbaycanda IV Dumaya seçkilərin keçirilməsi

B)Difai partiyasının yaradılması

C)Xüsusi Cənubi Qafqaz Komitəsinin təsis edilməsi

D)Naxçıvan general-qubernatorluğunun yaradılması

E)Azərbaycan Kommunist partiyasının yaradılması

Cavab C: I Dünya müharibəsi 1914-1918 ci illəri əhatə edir.Xüsusi Cənubi Qafqaz komitəsi isə 1917-ci ilin martında yaradılıb.

35.Azərbaycan Xalq Cümhuriyyətinə aid deyil:

A)Gürcüstan respublikası ilə müqavilə imzalanması

B)Qarabağ general-qubernatorluğunun yaradılması

C)İranla hərbi müqavilənin yaradılması

D)Naxçıvan general-qubernatorluğunun yaradılması

E)Xəzər hərbi donanmasının yaradılması

Cavab C: İranla AXC arasında 1920-ci ildə dostluq haqqında müqavilə imzalanıb.

36.Azərbaycan SSR-də Elmlər Akademiyası yaradılmışdır:

A)Sovet hakimiyyətinin ilk illərində

B)İkinci dünya müharibəsi dövründə

C)Yeni İqtisadi siyasət dövründə

D)Birinci dünya müharibəsi dövründə

E)İkinci dünya müharibəsi dövründə

Cavab B:Azərbaycan SSR Elmər Akademiyası 1945-ci ilin martında yaradılıb,İkinci Dünya müharibəsi dövründə

37.Azərbaycanın 1990-cı il tarixi üçün səciyyəvi idi:

A)Bilik günün təsis edilməsi

B)Respublikanın ATƏM-ə üzv qəbul olması

C)Respublikanın MDB-yə üzv qəbul olması

D)Ali məktəblərdə iki pilləli təhsil sistemine keçilməsi

E)Prezident vəzifəsinin təsis edilməsi

Cavab E:Prezident vəzifəsi 1990-ci il 19 mayda təsis olunub.

Page 12: Müəllimlərimizin müəllifi olduğu kitablarımız°X-İZAHLI-TES… · E)Parfiya dövləti ilə müttəfiqlik münasibətərinin başlanması Cavab A: E.ə 38-ci ildə Fraaspa

İZAHLI SINAQ 12 ÜSİ 5

Neftçilər filialı

070 806 10 40 077 588 79 22 070 819 59 64

Nizami filialı Sumqayıt filialı

077 322 79 53

Onlayn hazırlıq

38.Xronoloji ardıcıllığı müəyyən edin:

1.ZSFSR-in ləğv edilməsi

2.Azərbaycan SSR-in birinci Konstitutisiyasının qəbul edilməsi

3.Əsrin müqaviləsinin bağlanması

4.Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi

A)3, 1, 2, 4

B)1, 2, 4, 3

C)2, 1, 3 ,4

D)3, 1, 4, 2

E)4, 2, 3, 1

Cavab C:1-1936,2-1921, 3-1994, 4-1995

39.İkinci dünya müharibəsi illərinə aiddir:

A)Versal sisteminin ləğv olunması

B)İspaniyada faşist diktaturasının qurulması

C)Atlantika xartiyasının imzalanması

D)Molotov-Ribbentrop paktının imzalanması

E)Polad paktının imzalanması

Cavab C:Atlantika xartiyası 1941-ci ildə İkinci Dünya müharibəsi dövründə imzalanıb.

40.Soyuq müharibə dövrünə aiddir:

A)BMT-nin yaradılması

B)Yaponiyada işğal rejiminə son qoyulması

C)Millətlər cəmiyyətinin yaradılması

D)”Avro”nun dövriyyəyə buraxılması

E)ATƏM-in Minsk qrupunun yaradılması

Cavab B:Soyuq müharibə dövrü 1946-1991 ci illəri əhatə edir.Yaponiyada işğal rejiminə isə XX əsrin 50-ci illərində son qoyulub.