37

Konidial loja

  • Upload
    eithne

  • View
    107

  • Download
    0

Embed Size (px)

DESCRIPTION

Konidial loja. Piknid və piknosporlar. Xitridiomisetlərdə cinsi proses : 1-izoqamlı planoqamiya ; 2-heteroqamlı planoqamiya ; 3-ooqamlı planoqamiya. Oomisetlərdə cinsi proses ( ooqamiya ): 1-Pythium debaryanum göbələyində ooqoni (a) ilə anteridinin (b) mayalanması ; - PowerPoint PPT Presentation

Citation preview

Page 1: Konidial loja
Page 2: Konidial loja
Page 3: Konidial loja

Konidial loja

Page 4: Konidial loja
Page 5: Konidial loja
Page 6: Konidial loja
Page 7: Konidial loja

Piknid və piknosporlar

Page 8: Konidial loja

Xitridiomisetlərdə cinsi proses: 1-izoqamlı planoqamiya; 2-heteroqamlı planoqamiya; 3-ooqamlı planoqamiya

Page 9: Konidial loja

Oomisetlərdə cinsi proses (ooqamiya): 1-Pythium debaryanum göbələyində ooqoni (a) ilə anteridinin (b) mayalanması;

2- Albugo candida göbələyinin sporangidaşıyanları sporangilərlə (a) epidermis (b) altında; 3- sahib bitkinin toxumalarında ooqoni (a), anteridi (b) və oosporlar (c);

4- sahib bitkinin hüceyrələrində qaustoriyalar

Page 10: Konidial loja

Ziqomisetlərdə cinsi proses: 1-2- cinsi müxtəlif olan hif çıxıntıları; 3- hiflər və mayalanmış hüceyrələr;

4-5 – ziqosporların formalaşma-sının ilkin və sonuncu mərhələləri; 6-erkək və dişi sporlu

Page 11: Konidial loja

Kisəli göbələklərdə cinsi proses (qametangioqamiya): 1- nüvənin anterididən (a) trixoqin (b) vasitəsilə askoqona (c) keçidi; 2- mayalanmış

askoqon hüceyrələrə bölünmüş (ç) askoqon hiflər formalaşdırır; 3- kisənin inkişafı və kisəsporların əmələ gəlməsi; 4-kisə askosporlarla

Page 12: Konidial loja

Bazidiomisetlərdə cinsi proses (somatoqamiya): 1-bazidinin inkişafı və bazidisporların əmələ gəlməsi; 2- bazidi bazidisporlarla

Page 13: Konidial loja

Cinsi çoxalma sporları:a – sistalar; b – oosporlar; c – ziqosporlar; ç- çanta çantasporlarla; d –bazidi bazidisporlarla

Page 14: Konidial loja

8.2 Vegetativ çoxalma

Göbələklərin vegetativ çoxalması: a- blastosporlar; b-oidilər; c- xlamidosporlar

a

b

c

Page 15: Konidial loja

Göbələklərin vegetativ çoxalması: 1-2 – tumurcuqlanan mitsel və blastosporlar; 3- oidilərin əmələ gəlməsi;

4- xlamidosporların əmələ gəlməsi; 5- hemmilər

Page 16: Konidial loja

8.3 Heterokarioz Hüceyrənin çoxnüvəli olması, göbələk nüvələrinin miqrasiyası yolunda maneələrin olmaması geniş yayılmış və unikal bir hal hesab edilən hete-rokariozun inkişaf etməsinə səbəb olmuşdur. Heterokarioz iki və ya daha çox genetik baxımdan müxtəlif nüvələrin bir hüceyrəyə assosiasiyasıdır. Onu 1932-ci ildə amerikalı mikoloq X.Xanzen tapmış və müəyyən etmişdir ki, qida mühitlərində becərilmiş göbələk koloniyalarında elə bölmələr əmələ gəlmişdir ki, onlar rəngi, böyümə sürəti və morfologiyaları ilə fərq-lənmirlər. Xanzen belə təsəvvür etmişdir ki, ilkin mərhələdə hüceyrələrdə bir-neçə nüvə olmuşdur ki, bu da koloniyalara müəyyən forma vermişdir. Sonra getdikcə hüceyrə qrupları əmələ gəlmişdir ki, onlarda yalnız bir tip nüvə olmuş və bölmə formalaşmışdır. Heterokarioz bir-neçə hadisə nəticəsində baş verə bilər. Mitselin hansı-sa nüvələrində mutasiya baş verə bilər. Seriya mutozdan sonra mutant allel bu nüvənin bütün irsinə ötürüləcəkdir. Onda nüvə sitoplazmatik cəyərana muvafiq olaraq hüceyrədən hüceyrəyə miqrasiya edir, nəticədə ilkin və mutant nüvələrin qarışığı baş verir, bu isə heterokarioz vəziyyətidir.

Page 17: Konidial loja

8.4 Göbələklərin inkişaf tsikli Göbələklərin inkişaf tsikli müxtəlif mərhələ və spor tiplərinin qanunauyğun ardıcıllığı və ilkin mərhələnin əmələ gəlməsi ilə başa çatır. Məsələn, bitkilərin əksəriyyətində pas xəstəliklərini törədən göbələklər inkişaf tsikillərini başa çatdırmaq üçün üç mərhələ, beş spor tipi əmələ gətirirlər. Qışlamış teliosporlar cücərərək, bazidi və bazidisporlar verirlər. Bazidisporlarla ilkin yolux-ma nəticəsində yaz və ya etsi mərhələsi inkişaf edir. Yaz və ya etsi mərhələsi sper-maqoni, spermasiyalarla, etsi və etsisporlardan ibarətdir. Etsisporlar uçuşaraq, adə-tən aralıq sahib bitkisini yoluxaraq, yay və ya uredinomərhələyə başlanğıc verirlər. Uredinosporlar vegetasiya dövrü təkrarən əmələ gələrək, sahib bitkini yoluxur, xəs-təliyin yayılmasını təmin edirlər. Nəhayət, göbələk üçün əlverişsiz hava şəraitində teliospor mərhələsi inkişaf edir və telioyastıcıqlar bitki qalıqlarında qışlayır. Telio-mərhələnin əmələ gəlməsi ilə pas göbələkləri inkişaf tsikillərini başa çatdırırlar. Unlu şeh xəstəliklərini törədən göbələklərin inkişafında bir-birini əvəz edən iki mərhələ formalaşır. Göbələk adətən çanta mərhələsində qışlayır, konidi mərhələsi isə vegetasiya dövrü xəstəliyin yayılmasını təmin edir. Göbələklərin inkişaf tsiklində müxtəlif spor tipləri əmələ gətirməsi pleomorfizm adlanır. Bundan başqa göbələklərdə polimorfizm halı da mövcuddur. Polimorfizm – ətraf mühit amillərinin təsiri altında göbələyin morfoloji əlamətlərinin dəyişməsi xüsusiyyətidir.

Page 18: Konidial loja

Buğdada zolaqlı və ya gövdə pası – Yoluxmuş zirinc- aralıq sahib bitkisi

Page 19: Konidial loja

Spermaqoni, etsi, etsisporlarla

Page 20: Konidial loja

Etsisporlar Etsisporların cücərməsi

Page 21: Konidial loja

Uredoyastıcıqlar və uredinosporlarla yoluxmuş buğda gövdəsi

Page 22: Konidial loja

Telioyastıcıqlar, teliosporlarla yoluxmuş gövdə

Teliosporun cücərməsi ilə bazidi və bazidisporların əmələ gəlməsi

Page 23: Konidial loja

8.5 Göbələklərin inkişafında xarici mühit amillərinin rolu

Xarici mühit amilləri içərisində temperatur və rütubət göbələklərin inkişafında önəmli yer tutur. Göbələklər geniş temperatur həddi (2+40ºC) daxilində inkişaf etsələr də, onların normal böyümə və inkişafı üçün 18-25ºC temperatur optimal he-sab edilir. Optimal temperatur şəraitində patoloji proses güclənir, inkubasiya müd-dəti qısalır, infeksiya ehtiyatı çoxalır. Bir çox göbələklərin inkişafında rütubət amili həlledicidir. Oomisetlər və xitri-diomisetlər sinfindən olan nümayəndələr yalnız damcı su, yüksək rütubət, şeh şəraitində cücərir, bitkiləri sirayətləndirir. Lakin bu bütün göbələklər üçün məqbul hesab olunmur. Belə ki, unlu şeh xəstəliklərini törədən göbələklər üçün damcı su şəraiti əhəmiyyətli deyildir. Torpaqda yaşayan göbələklər üçün torpağın turşuluğu mühüm əhəmiyyət kəsb edir. Kələmdə kila xəstəliyi əsasən turş torpaqlarda inkişaf edir. Torpaq turşuluğu-nun zəif olması (PH 4,0-6,0) torpaq saprotroflarının əksəriyyəti üçün əhəmiyyətlidir. Fitopatogen göbələklərin işığa münasibəti eyni deyildir. İşıq əksər göbələklərə spor tiplərinin formalaşması üçün zəruridir, mitselin inkişafı üçün isə işıq ikinci dərəcəlidir. Yalnız unlu şeh xəstəliklərini törədən göbələklər birbaşa günəş işığında daha yaxşı inkişaf edirlər.

Page 24: Konidial loja

1. Göbələklərdə hansı çoxalmaları tanıyırsınız ?

a) vegetativ, reproduktiv

b) qeyri cinsi, vegetativ

c) cinsi, reproduktiv

d) qeyri cinsi, cinsi

e) reproduktiv, amitoz

Özünü yoxlama üçün mövzuya aid test sualları

Page 25: Konidial loja

2. Reproduktiv çoxalmanın hansı növləri vardır ?

a) amitoz, mitoz

b) mitoz, meyoz

c) qeyri cinsi, cinci

d) cinsi, amitoz

e) qeyri cinci, meyoz

Page 26: Konidial loja

3. Qeyri cinci çoxalma nəticəsində əmələ gələn sporlar mənşəyinə görə

necə bölünürlər?

a) ekzogen, endogen

b) ekzoden, xlamodospor

c) endogen, oospor

d) daxili, xarici

e) ibtidai, ali

Page 27: Konidial loja

4. Endogen sporlar harada əmələ gəlir ?

a) konididaşıyanlarda, piknidlərdə

b) kleystotesilərdə, apotesilərdə

c) piknidlərdə, konidial lojalarda

d) peritesilərdə, kleystotesilərdə

e) zoosporangilərdə, sporangilərdə

Page 28: Konidial loja

5. Ekzogen mənşəli sporlar hansı orqanlarda əmələ gəlir ?

a) konididaşıyanlarda

b) zoosporangilərdə

c) koremiyalarda

d) sporodoxilərdə

e) piknidlərdə

Page 29: Konidial loja

6. Ekzogen mənşəli spor tiplərini sıralayın ?

a) konidilər, piknosporlar

b) kisəsporlar, mitsel buğumları

c) piknosporlar, kisəsporlar

d) mitsel buğumları, protoplazma kütləsi

e) konidilər, konidial lojalar

Page 30: Konidial loja

7. Göbələklərin cinsi orqanlarını və cinsi hüceyrələrini necə

adlandırırlar?

a) qametangiya, qametlər

b) ooqamiya, ziqoqamiya

c) qametalar, askosporlar

d) qametangiya, zigoqamiya

e) planoqamiya, izoqamiya

Page 31: Konidial loja

8. Xitridiomisetlərdə cinsi proses necə adlanır ?

a) piknoqamiya

b) izoqamiya

c) ooqamiya

d) planoqamiya

e) heteroqamiya

Page 32: Konidial loja

9. Ooqamiya adlı cinsi proses nəticəsində nə baş verir ?

a) istirahət sporu oosporlar əmələ gəlirlər

b) istirahət sporu olan konidilər formalaşırlar

c) koremiya əmələ gəlir

d) anteridi əmələ gəlir

e) istirahəti təmin edən piknidlər əmələ gəlir

Page 33: Konidial loja

10. Cinsi çoxalma nəticəsində əmələ gələn sporları sıralayın ?

a) sistalar, oosporlar, zigosporlar, kisəsporlar,

bazidiosporlar

b) konidisporlar, piknosporlar, oosporlar

c) oosporlar, zigosporlar, lojalar

d) sporodoxilər, kisəsporlar, hemmilər

e) oidilər, blastosporlar, oosporlar

Page 34: Konidial loja

11. Heterokarioz ?

a) iki və ya daha çox genetik baxımdan müxtəlif nüvələrin

bir hüceyrəyə assosiasiyasıdır

b) müxtəlif nüvələrin qovuşmasıdır

c) bazidisporların formalaşmasıdır

d) cinsi prosesin davamıdır

e) qeyri cinsi çoxalmanın təzahürüdür

Page 35: Konidial loja

12. Plomorfizm ?

a) göbələklərin inkişaf tsiklində müxtəlif spor tiplərinin əmələ gəlməsidir

b) göbələklərin inkişaf tsiklində konidilərin əmələ gəlməsidir

c) mikroorqanizmlərin həyatında cinsi çoxalmanın baş verməsidir

d) göbələklərin həyatında vegetativ çoxalmanın formalaşmasıdır

e) mikroorqanizmlərin həyatında patomorfoloji dəyişikliklərin baş verməsidir

Page 36: Konidial loja

13. Beynəlxalq nomenklaturaya uyğun olaraq taksonları sıralayın ?

a) regnum, divisio, classis, subclassis, ordo, familiae,

genus, specis

b) regnum, plasmopora, citri, anamorfic

c) divisio, classis, subclassis, peronospora

d) ordo, familiae, genus, chytridiomycota

e) specis, regnum, bremia, botrytis

Page 37: Konidial loja