22
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə HESABATI Dövlət qulluğunda insan resurslarının idarə edilməsi üzrə dövlət siyasətinin inkişaf etdirilməsi sahəsində Dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması yolu ilə dövlətin, cəmiyyətin və vətəndaşın maraqlarının yüksək səviyyədə təmin olunması üçün dövlət qulluğunda insan resurslarından məqsədyönlü və effektiv istifadə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (bundan sonra Komissiyanın) başlıca məqsədlərindəndir. Fəaliyyətə başladığı dövrdən Komissiya dövlət orqanlarında insan resurslarının idarə edilməsi sahəsində mövcud vəziyyəti öyrənir, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni və onun ölkəmizdə tətbiqi imkanlarını araşdırır, dövlət qulluğunda insan resurslarının idarə edilməsi üzrə prioritetləri müəyyən edir. Sürətli sosial-iqtisadi inkişafda olan və demokratik dövlət quruculuğu yolunu seçən Azərbaycan Respublikasında dövlət orqanlarında insan resurslarının idarə edilməsi üzrə islahatları və ölkənin milli maraqlarına uyğun, müasir tələblərə cavab verən kadr siyasətinin formalaşdırılmasını nəzərdə tutan strategiyanın qəbul edilməsi zərurəti meydana gəlmişdir. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın (2011-2015- ci illər üçün) layihəsi hazırlanarkən Komissiya tərəfindən dövlət orqanlarında kadr siyasətinin inkişafı strategiyasının layihəsinin hazırlanması və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi təklifi irəli sürülmüş və qeyd edilən təklif Tədbirlər Planı təsdiq edilərkən nəzərə alınmışdır. Həmin Tədbirlər Planına uyğun olaraq hesabat dövrü ərzində Komissiya tərəfindən “Azərbaycan Respublikasının dövlət orqanlarında kadr siyasətinin inkişafı strategiyası”nın layihəsi hazırlanmışdır. Strategiyanın layihəsinin hazırlanması üçün aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır. Layihə hazırlanarkən Azərbaycan Respublikası dövlət qulluğunun mövcud reallıqları və prioritetləri təhlil edilmiş, insan resurslarının idarə edilməsi sahəsində qabaqcıl dövlətlərin təcrübəsi nəzərə alınmışdır. Hazırlanmış layihə rəy və təkliflərin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına və 36 dövlət orqanına göndərilmiş, bu qurumlar tərəfindən təqdim olunmuş rəy və təkliflər təhlil edilmiş, ümumiləşdirilmiş və layihədə nəzərə alınmışdır. Layihə təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuşdur. “Azərbaycan Respublikasının dövlət orqanlarında kadr siyasətinin inkişafı Strategiyası” dövlət orqanlarında insan resurslarının idarə edilməsi ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsini, bu sahənin əsas inkişaf istiqamətlərinin müəyyən edilməsini və dövlət orqanlarında insan resurslarının idarə edilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsini təmin edən sənəd olacaqdır. Strategiya dövlət orqanlarında kadr siyasəti sahəsində həyata keçiriləcək çoxşaxəli, ardıcıl və mərhələli, uzun və qısa müddətli tədbirləri müəyyən edəcəkdir. Dövlət qulluğuna kadrların seçilməsi sahəsində Dövlət qulluğuna vətənpərvər, yüksək ixtisaslı, müasir dünyagörüşlü və yeniliklərə meyilli kadrların seçilməsi və yerləşdirilməsi 2012-ci il ərzində də Komissiyanın əsas fəaliyyət istiqamətlərindən olmuşdur. Hesabat dövrü ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 143 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nə əsasən Komissiya tərəfindən dövlət orqanlarında qeyd edilən təsnifatlara aid olan vəzifələr üzrə formalaşdırılmış vahid məlumat bazası təkmilləşdirilmişdir. Belə ki, 33 dövlət orqanı üzrə onların təsis edilmə aktı, əsasnaməsi, strukturu və inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin vəzifə təlimatlarından ibarət toplular (“Təşkilati-hüquqi sənədlər və inzibati vəzifələr haqqında Məlumat Toplusu”) hazırlanaraq Komissiya ilə müvafiq dövlət orqanları arasında razılaşdırılmışdır.

Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

  • Upload
    vancong

  • View
    228

  • Download
    4

Embed Size (px)

Citation preview

Page 1: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın

2012-ci il ərzində fəaliyyəti barədə

HESABATI

Dövlət qulluğunda insan resurslarının idarə edilməsi üzrə

dövlət siyasətinin inkişaf etdirilməsi sahəsində

Dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması yolu ilə dövlətin, cəmiyyətin və vətəndaşın

maraqlarının yüksək səviyyədə təmin olunması üçün dövlət qulluğunda insan resurslarından məqsədyönlü

və effektiv istifadə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə

Komissiyanın (bundan sonra Komissiyanın) başlıca məqsədlərindəndir. Fəaliyyətə başladığı dövrdən

Komissiya dövlət orqanlarında insan resurslarının idarə edilməsi sahəsində mövcud vəziyyəti öyrənir, bu

sahədə qabaqcıl beynəlxalq təcrübəni və onun ölkəmizdə tətbiqi imkanlarını araşdırır, dövlət qulluğunda

insan resurslarının idarə edilməsi üzrə prioritetləri müəyyən edir. Sürətli sosial-iqtisadi inkişafda olan və

demokratik dövlət quruculuğu yolunu seçən Azərbaycan Respublikasında dövlət orqanlarında insan

resurslarının idarə edilməsi üzrə islahatları və ölkənin milli maraqlarına uyğun, müasir tələblərə cavab

verən kadr siyasətinin formalaşdırılmasını nəzərdə tutan strategiyanın qəbul edilməsi zərurəti meydana

gəlmişdir. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578

nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun

azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın (2011-2015-

ci illər üçün) layihəsi hazırlanarkən Komissiya tərəfindən dövlət orqanlarında kadr siyasətinin inkişafı

strategiyasının layihəsinin hazırlanması və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə

təqdim edilməsi təklifi irəli sürülmüş və qeyd edilən təklif Tədbirlər Planı təsdiq edilərkən nəzərə

alınmışdır. Həmin Tədbirlər Planına uyğun olaraq hesabat dövrü ərzində Komissiya tərəfindən “Azərbaycan

Respublikasının dövlət orqanlarında kadr siyasətinin inkişafı strategiyası”nın layihəsi hazırlanmışdır.

Strategiyanın layihəsinin hazırlanması üçün aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət işçi

qrup yaradılmışdır. Layihə hazırlanarkən Azərbaycan Respublikası dövlət qulluğunun mövcud reallıqları və

prioritetləri təhlil edilmiş, insan resurslarının idarə edilməsi sahəsində qabaqcıl dövlətlərin təcrübəsi nəzərə

alınmışdır. Hazırlanmış layihə rəy və təkliflərin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına və 36 dövlət orqanına göndərilmiş, bu qurumlar

tərəfindən təqdim olunmuş rəy və təkliflər təhlil edilmiş, ümumiləşdirilmiş və layihədə nəzərə alınmışdır.

Layihə təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuşdur.

“Azərbaycan Respublikasının dövlət orqanlarında kadr siyasətinin inkişafı Strategiyası” dövlət orqanlarında

insan resurslarının idarə edilməsi ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsini, bu sahənin əsas inkişaf

istiqamətlərinin müəyyən edilməsini və dövlət orqanlarında insan resurslarının idarə edilməsi sahəsində

fəaliyyətin təkmilləşdirilməsini təmin edən sənəd olacaqdır. Strategiya dövlət orqanlarında kadr siyasəti

sahəsində həyata keçiriləcək çoxşaxəli, ardıcıl və mərhələli, uzun və qısa müddətli tədbirləri müəyyən

edəcəkdir.

Dövlət qulluğuna kadrların seçilməsi sahəsində

Dövlət qulluğuna vətənpərvər, yüksək ixtisaslı, müasir dünyagörüşlü və yeniliklərə meyilli kadrların

seçilməsi və yerləşdirilməsi 2012-ci il ərzində də Komissiyanın əsas fəaliyyət istiqamətlərindən olmuşdur.

Hesabat dövrü ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 143

nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant

vəzifələrin tutulmasının Ümumi Şərtləri”nə əsasən Komissiya tərəfindən dövlət orqanlarında qeyd edilən

təsnifatlara aid olan vəzifələr üzrə formalaşdırılmış vahid məlumat bazası təkmilləşdirilmişdir. Belə ki, 33

dövlət orqanı üzrə onların təsis edilmə aktı, əsasnaməsi, strukturu və inzibati vəzifələrin beşinci-yeddinci

təsnifatlarına uyğun olan vəzifələrin vəzifə təlimatlarından ibarət toplular (“Təşkilati-hüquqi sənədlər

və inzibati vəzifələr haqqında Məlumat Toplusu”) hazırlanaraq Komissiya ilə müvafiq dövlət

orqanları arasında razılaşdırılmışdır.

Page 2: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

Vəzifə təlimatları vəzifənin əsas təyinatını və funksiyalarını təsvir etməklə yanaşı vəzifənin tutulması üzrə

tələbləri müəyyən edir. Vəzifə təlimatları əsasında dövlət qulluğu vəzifələrinin tutulması zamanı özündə

vakant vəzifələr barədə ətraflı məlumat (vəzifənin adı, təsnifatı, vəzifə maaşı, iş yerinin ünvanı, qulluq

funksiyaları, tutulması şərtləri və s.) əks etdirən elanlar hazırlanır. Göstərilən məlumatların elanlarda

nəzərdə tutulması vətəndaşın vakant vəzifənin tələb və şərtlərini təhlil edərək özünün bilik, bacarıq və

maraqlarına uyğun vəzifə seçməsinə imkan yaradır. Eyni zamanda müsahibə proqramlarının hazırlanması

və müsahibə zamanı namizədin vəzifəyə uyğunluğunun müəyyən edilməsi baxımından vəzifə təlimatları

mühüm əhəmiyyət kəsb edir.

Dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqənin test imtahanı mərhələsində namizədlərin

dünyagörüşü (o cümlədən Azərbaycan haqqında ümumi bilikləri), qanunvericilik və informasiya

texnologiyalarından istifadə üzrə bilikləri, habelə məntiqi düşünmə qabiliyyətləri Komissiyada yaradılan

test bankından seçilmiş test tapşırıqları əsasında yoxlanılır.

2012-ci ildə test bankının çeşid və keyfiyyət baxımından yeni test tapşırıqları ilə zənginləşdirilməsi işləri

davam etdirilmişdir. Ekspertlər tərəfindən əsasən “Məntiq”, “İnformasiya texnologiyaları” və

“Dünyagörüşü” test imtahanı blokları üzrə yeni tipli test tapşırıqları tərtib edilərək ekspertizadan keçirilmiş

və test bankına daxil edilmişdir. Tərtib edilən yeni test tapşırıqlarında əsas məqsəd namizədlərin daha çox

düşünmə və analitik təhlil qabiliyyətlərinin qiymətləndirilməsidir.

Dövlət qulluqçularının qulluq funksiyalarını icra edərkən müxtəlif məzmunlu sənədlərlə işləməli olduqlarını

nəzərə alaraq test imtahanında namizədlərin mətnlərlə işləmək bacarıqlarının da yoxlanılması zərurəti

yaranmışdır. Bu səbəbdən verbal məntiq üzrə test tapşırıqlarının hazırlanması prioritet istiqamətlərdən

birinə çevrilmişdir. Müvafiq sahə üzrə əlavə ekspertlər cəlb edilmiş və verbal test tapşırıqlarının

hazırlanmasına dair metodik vəsait hazırlanmışdır.

“Qanunvericilik” imtahan bloku üzrə test tapşırıqları yenidən ekspertiza edilmişdir. Ekspertizada məqsəd

test proqramlarına daxil olan bəzi normativ hüquqi aktlara edilmiş dəyişikliklərin test tapşırıqlarında nəzərə

alınması, istifadəyə yararsız test tapşırıqlarının test bankından çıxarılması olmuşdur.

Hesabat dövrü ərzində test imtahanı blokları üzrə cəlb edilmiş ekspertlərin iştirakı ilə müxtəlif mövzularda

seminar-iclaslar keçirilmişdir. Seminar-iclaslarda test proqramlarının təkmilləşdirilməsi, yeni tipli test

tapşırığı nümunələrinin müzakirəsi, testlərin hazırlanması sahəsində dünya təcrübəsinin öyrənilməsi və

Azərbaycanda tətbiqi imkanlarının nəzərdən keçirilməsi ilə bağlı işlər görülmüşdür. Eyni zamanda seminar-

iclaslarda keçirilmiş test imtahanlarında təqdim olunan test tapşırıqlarının namizədlər tərəfindən

cavablandırılması statistikası təhlil edilmiş və müvafiq təkliflər hazırlanmışdır.

Növbəti illərdə test bankının yeni test tapşırıqları ilə zənginləşdirilməsi istiqamətində işlərin davam

etdirilməsi nəzərdə tutulur.

Test tapşırıqlarının tərtibində istifadə edilən mövzular və müvafiq ədəbiyyatların siyahısından (normativ

hüquqi aktlar, dərsliklər, dərs vəsaitləri və digər mənbələr) ibarət test imtahanı proqramları

təkmilləşdirilərək Komissiyanın internet saytında yerləşdirilmişdir. Bu, vətəndaşların test imtahanına daha

yaxşı hazırlaşmalarına imkan verir və bütün namizədlər üçün eyni başlanğıc vəziyyətini yaradaraq

şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədi daşıyır.

Komissiya tərəfindən test imtahanları kompyuterlər vasitəsilə keçirilir. Qeyd edək ki, Azərbaycanda ilk dəfə

olaraq 2010-cu ildən Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün test

imtahanlarının kompyuterlər vasitəsilə keçirilməsinə başlanılmışdır.

Test imtahanlarının keçirilməsində “Test generatoru” sistemindən istifadə edilir ki, onun vasitəsi ilə

- test imtahanında istifadə edilən test tapşırıqları imtahan başlananda təsadüfi ədədlər

generatorunun köməyi ilə test bankından seçilir və imtahan zalının serverinə yazılır;

- test tapşırıqlarının və onların cavablarının yerləri təsadüfi ədədlər generatorunun köməyi ilə

dəyişdirilir;

- eyni vakant vəzifəyə iddia edən namizədlər üçün test imtahanı tapşırıqları məzmunca eyni, formaca

müxtəlif olur;

- müxtəlif vakant vəzifələr üzrə imtahanda istifadə olunan test tapşırıqları məzmunca fərqli olur.

Page 3: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

Beləliklə, test generatorunun tətbiqi test imtahanlarında obyektivliyin təmin olunmasına xidmət edir və

test tapşırıqlarının seçilməsi zamanı vakant vəzifələr üzrə rəqabət səviyyəsinin nəzərə alınmasına imkan

verir.

Bütün test imtahanlarının videokamera vasitəsilə çəkilişi aparılmış və prosesdə müşahidəçilərin iştirakı

təmin edilmişdir. İmtahanın nəticəsi imtahan bitdikdən dərhal sonra elan edilmiş və Komissiyanın internet

saytında yerləşdirilmişdir.

Test imtahanının nəticəsindən narazı qalan namizədlərin müraciətlərinin hərtərəfli və operativ qaydada

araşdırılması və müvafiq qərar qəbul edilməsi üçün Apellyasiya komissiyası fəaliyyət göstərir. 2012-ci il

ərzində 31 namizəd test imtahanının nəticələrinə yenidən baxılması ilə bağlı Komissiyaya müraciət

etmişdir. Apellyasiya komissiyasının qərarına əsasən müraciət etmiş namizədlərdən 4-ü test imtahanından

müvəffəqiyyətlə keçmiş hesab edilmişdir.

Müsabiqənin ikinci mərhələsi olan müsahibələrdə subyektivliyin qarşısının alınması və şəffaflığın təmini,

müsahibələrin daha səmərəli və peşəkar şəkildə aparılması üçün Komissiya tərəfindən hesabat dövrü

ərzində bir sıra əlavə tədbirlər görülmüşdür.

2012-ci ildə müsahibə qrupunun tərkibinə Komissiyanın və vakant dövlət qulluğu vəzifəsinin mövcud

olduğu dövlət orqanının nümayəndələri ilə yanaşı müxtəlif sahələr üzrə yeni müstəqil mütəxəssislər cəlb

edilmişdir. Müstəqil mütəxəssislərin müsahibələrə cəlb edilməsi müsahibələrdə obyektivliyin və şəffaflığın

artırılması, dövlət qulluğuna qəbul sahəsinə ictimai nəzarətin və etimadın yüksəldilməsi, namizədlərin

potensialının, bilik və bacarıqlarının hərtərəfli və daha peşəkar qiymətləndirilməsi məqsədi daşıyır. Bunu

nəzərə alaraq 2011-ci ildə Komissiya tərəfindən dövlət orqanlarının fəaliyyət istiqamətləri təhlil edilərək

müxtəlif sahələr üzrə mütəxəssislərə olan tələblər müəyyənləşdirilmiş, bu mütəxəssislərin müsahibə

qrupuna cəlb edilməsi məqsədi ilə elm və təhsil müəssisələrinə müraciət edilmişdir. 21 belə müəssisə

tərəfindən namizədlikləri təqdim edilən 157 nəfər mütəxəssis üçün müsahibələrin keçirilməsi ilə bağlı

interaktiv təlimlər keçirilmişdir. Təlimlərin nəticəsində 108 nəfər müsahibələrin aparılmasında iştirak etmək

üçün müsbət qiymətləndirilmişdir. 2012-ci ildən bu mütəxəssislərdən 64-ü müsahibələrə qrup üzvü və

müşahidəçi kimi cəlb edilirlər.

İl ərzində müsahibədə qrup üzvü kimi iştirakı nəzərdə tutulan dövlət orqanlarının nümayəndələri üçün

müsahibələrin keçirilməsi qaydaları və texnologiyası barədə təlimlər keçirilmişdir. Təlimlərin keçirilməsində

məqsəd namizədlərin potensialının vakant dövlət qulluğu vəzifələrinin tələblərinə uyğunluğunun

qiymətləndirilməsi üçün istifadə edilməli olan müsahibə texnologiyaları barədə iştirakçıların

məlumatlandırılması olmuşdur. Təlimlərdə ümumilikdə 73 nəfər dövlət qulluqçusu iştirak etmişdir.

Müsahibə zamanı namizədlərə təqdim ediləcək sualları əhatə edən mövzular və bu mövzular üzrə

ədəbiyyat siyahısı olan müsahibə proqramları təkmilləşdirilmişdir. Belə ki, müsahibə proqramları

Komissiyanın və müvafiq dövlət orqanının nümayəndələri və sahələr üzrə ekspertlər tərəfindən

ekspertizadan keçirilmiş, nəticədə 31 dövlət orqanı üzrə proqramlara zəruri əlavə və dəyişikliklər

edilmişdir. Digər orqanlarla da bu istiqamətdə iş davam etdirilir. Qeyd edilən proqramlar Komissiyanın

internet saytı vasitəsi ilə əvvəlcədən namizədlərə təqdim olunmuşdur. Bu isə namizədlərin müsahibələrə

daha səmərəli və sistemli hazırlaşmasına, müsahibələrin daha peşəkar və vəzifə yönümlü aparılmasına

imkan verir, eyni zamanda müsahibələrdə şəffaflığın artırılmasına xidmət edir.

Namizədlərin razılığı ilə müsahibələr videokamera vasitəsilə çəkilmiş və arxivləşdirilmişdir. Müsahibədə

video çəkilişdən istifadə olunması şəffaflığın təmin edilməsinin, eləcə də pozuntuların aşkarlanması və

qarşısının alınmasının ən səmərəli vasitəsidir. Eyni zamanda bu mərhələdə müşahidəçilərin (qeyri-hökumət

təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri də daxil olmaqla) iştirakı üçün də zəruri

şərait yaradılmışdır.

Müsahibələrin nəticələri müsahibələr keçirilən gün Komissiyanın internet saytında yerləşdirilmişdir.

Komissiyada müsahibənin nəticəsindən narazı qalan namizədlərin müraciətlərinin operativ şəkildə

hərtərəfli araşdırılaraq cavablandırılması üçün Apellyasiya komissiyası fəaliyyət göstərir. Verilmiş

apellyasiya şikayətlərinə 7 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Apellyasiya şikayətinə

baxılması üçün namizədin şəxsi işi, müsahibənin video çəkilişi, “Namizədin qiymətləndirilməsinə dair bal

Page 4: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

cədvəli” və “Yekun protokol”, habelə digər zəruri sənədlər Apellyasiya komissiyasına təqdim edilir.

Namizəd tərəfindən verilmiş şikayət Apellyasiya komissiyasında onun iştirakı ilə baxılır. Apellyasiya

komissiyası müsahibə qrupu üzvünü (üzvlərini), zərurət olduqda müsahibədə müşahidəçi qismində iştirak

etmiş şəxsi (şəxsləri) və müvafiq sahə üzrə mütəxəssisi (mütəxəssisləri) apellyasiya şikayətinə

baxılmasına dəvət edir. Apellyasiya komissiyasında araşdırmalar namizədin və ya apellyasiya şikayəti

vermiş müsahibə qrupu üzvünün apellyasiya şikayətinə dair mülahizələrinin dinlənilməsi, namizədə aid və

müsahibənin keçirilməsi ilə bağlı olan zəruri sənədlərin nəzərdən keçirilməsi, müsahibənin video çəkilişinə

baxılması və digər zəruri halların araşdırılması yolu ilə aparılır.

2012-ci il ərzində müsahibələrin nəticələri üzrə ümumilikdə 47 apellyasiya şikayəti araşdırılmışdır.

Bunlardan 36-sı təmin olunmamışdır. 7 nəfərin müsahibə nəticəsi Apellyasiya komissiyasının qərarına

əsasən ləğv edilmiş və namizədlər birbaşa iddia etdikləri vəzifələrə uyğun hesab edilmişlər. 4 namizədin

müsahibə nəticələri ləğv edilərək onlarla yeni müsahibə keçirilmişdir. Keçirilmiş yeni müsahibələr

nəticəsində 1 namizəd iddia etdiyi vəzifəyə, digəri başqa vakant vəzifəyə uyğun hesab edilmiş, 2 namizəd

isə vəzifəyə uyğun hesab edilməmişdir.

Komissiya tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibələrin keçirilməsi

vətəndaşlarımızın qanunvericilik sahəsində maarifləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Belə ki,

dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaş Azərbaycan Respublikasının Konstitusiyasını, “Normativ

hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu, “Dövlət qulluğu haqqında”,

“Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”,

“Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan

Respublikasında dövlət dili haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”

Azərbaycan Respublikasının Qanunlarını, habelə dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət

istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları oxuyur. Bu isə Komissiyanın

indiyə qədər təşkil etdiyi müsabiqə və müsahibələrdə namizəd kimi iştirak edən təxminən 30 000

vətəndaşın qeyd edilən normativ hüquqi aktlar barədə məlumat əldə etməsi deməkdir. Eyni zamanda

keçirilən müsabiqələr vətəndaşların Azərbaycanın tarixi, coğrafiyası, Azərbaycan dili və müasir informasiya

texnologiyaları üzrə biliklərini artırır.

2011-ci il 4, 21 oktyabr və 4 noyabr tarixlərdə elan edilmiş müsabiqələrin test imtahanı və müsahibələri

2012-ci ildə yekunlaşmışdır. Müsabiqəyə ümumilikdə 97 dövlət orqanı üzrə 888 vakant dövlət qulluğu

vəzifəsi çıxarılmışdır. Müsabiqədə 5286 namizəd iştirak etmiş, onlardan 1258-i test imtahanı

mərhələsindən müvəffəqiyyətlə keçərək müsahibə mərhələsinə buraxılmışdır. Müsahibə mərhələsindən

333 namizəd uğurla keçmiş, onlardan 252-si vakant vəzifələrə təyin olunmuş, 81-i isə ehtiyat kadrlar

siyahısına daxil edilmişdir. Müsabiqə üzrə ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlərdən 23-ü

analoji vəzifələrə təyin edilmişdir (Əlavə 1).

Hesabat dövrü ərzində dövlət qulluğuna qəbul ilə bağlı 6 müsabiqə elan edilmişdir.

2012-ci il 7, 14, 17 avqust, 6 sentyabr və 5, 24 oktyabr tarixlərdə elan edilmiş müsabiqələrə ümumilikdə

101 dövlət orqanı üzrə 1227 vakant dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Müsabiqələrdə 7593 namizəd

iştirak etmiş, onlardan 1744-ü test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçərək müsahibə

mərhələsinə buraxılmışdır. Hazırda həmin namizədlərlə müsahibələr davam edir.

Hesabat dövrü ərzində 9 ümumi müsahibə və 1 müsahibə (yerli icra hakimiyyəti orqanlarında müvafiq

vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün) elan edilmişdir.

2012-ci il 27 yanvar tarixdə elan edilmiş ümumi müsahibəyə 7 dövlət orqanı üzrə 50 vakant dövlət qulluğu

vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 42 namizəddən 28-i vəzifələrə uyğun hesab edilmiş, onlardan 27-si

vakant vəzifələrə təyin edilmişdir (Əlavə 2).

2012-ci il 3 fevral tarixdə elan edilmiş ümumi müsahibəyə İqtisadi İnkişaf Nazirliyi üzrə 6 vakant dövlət

qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 10 namizəddən 7-si vəzifələrə uyğun hesab edilmiş, onların

hamısı vakant vəzifələrə təyin edilmişdir.

Page 5: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

2012-ci il 27 aprel və 15 may tarixlərdə elan edilmiş ümumi müsahibələrə ümumilikdə 14 dövlət orqanı

üzrə 93 vakant dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 100 namizəddən 60-ı vəzifələrə uyğun

hesab edilmiş, onlardan 41-i vakant vəzifələrə təyin edilmişdir (Əlavə 3).

2012-ci il 6 iyul tarixdə elan edilmiş ümumi müsahibəyə 5 dövlət orqanı üzrə 40 vakant dövlət qulluğu

vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 34 namizəddən 13-ü vəzifələrə uyğun hesab edilmiş, onların hamısı

vakant vəzifələrə təyin edilmişdir (Əlavə 4).

2012-ci il 17 avqust tarixdə elan edilmiş ümumi müsahibəyə 4 dövlət orqanı üzrə 40 vakant dövlət qulluğu

vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 31 namizəddən 17-si vəzifələrə uyğun hesab edilmiş, onlardan 15-i

vakant vəzifələrə təyin edilmişdir (Əlavə 5).

2012-ci il 6 sentyabr tarixdə elan edilmiş ümumi müsahibəyə 3 dövlət orqanı üzrə 21 vakant dövlət

qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 7 namizəddən 3-ü vəzifələrə uyğun hesab edilmiş, onların

hamısı vakant vəzifələrə təyin edilmişdir (Əlavə 6).

2012-ci il 5 və 24 oktyabr tarixlərdə elan edilmiş ümumi müsahibələrə ümumilikdə 3 dövlət orqanı üzrə 8

vakant dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 26 namizəddən 6-sı vəzifələrə uyğun hesab

edilmiş, onların hamısı vakant vəzifələrə təyin edilmişdir (Əlavə 7).

2012-ci il 30 mart tarixdə elan edilmiş müsahibəyə (yerli icra hakimiyyəti orqanlarında müvafiq vakant

dövlət qulluğu vəzifələrinin tutulması üçün) Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyəti üzrə 1 vakant

dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 4 namizəddən 1-i vəzifəyə uyğun hesab edilmiş və

vakant vəzifəyə təyin edilmişdir.

2012-ci il ərzində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin

ikinci hissəsinə uyğun olaraq 29 dövlət orqanında, o cümlədən məhkəmə hakimiyyəti orqanlarında

ümumilikdə 212 vakant vəzifənin tutulması üçün daxili müsahibələr keçirilmişdir. Müsahibələr üzrə

qeydiyyatdan keçmiş 185 namizəddən 138 nəfəri iddia etdiyi vəzifələrə uyğun hesab edilmişdir. Hazırda 5

dövlət orqanında 51 inzibati vəzifə üzrə daxili müsahibələrin təşkili prosesi davam edir.

Müsabiqədən müvəffəqiyyətlə keçən, lakin vəzifəyə təyin edilməyərək iki il müddətinə ehtiyat kadrlar

siyahısına daxil edilən namizədlərin göstərilən müddət ərzində dövlət orqanlarında yaranmış analoji vakant

vəzifələrə təyin olunmaları üçün müvafiq iş aparılmışdır. Komissiya tərəfindən keçirilmiş bütün

müsabiqələr üzrə ehtiyat kadrlar siyahısına daxil edilmiş 426 nəfərdən 230-u dövlət orqanlarında analoji

vakant vəzifələrə təyin edilmişdir. Bu təyinatlardan 68-i 2012-ci il ərzində həyata keçirilmişdir.

Komissiyanın fəaliyyəti dövründə (2012-ci il 7, 14, 17 avqust, 6 sentyabr, 5 və 24 oktyabr

tarixlərdə elan edilmiş müsabiqələr hazırda davam etdiyi üçün bu müsabiqələr üzrə

məlumatlar nəzərdə tutulmur) 147 dövlət orqanında 8019 vakant dövlət qulluğu vəzifəsi

(5800 – müsabiqə, 2219 – ümumi müsahibə və müsahibə) üzrə elan edilmiş müsabiqə,

ümumi müsahibə və müsahibələrdə 29934 namizəd (28081 – müsabiqə, 1853 – ümumi

müsahibə və müsahibə) iştirak etmişdir. Müsabiqədə iştirak edənlərdən 8740 nəfəri test

imtahanından müvəffəqiyyətlə keçərək müsahibə mərhələsinə buraxılmışdır. Namizədlərdən

3055 nəfəri (2109 – müsabiqə, 946 – ümumi müsahibə və müsahibə) vakant vəzifələrə

uyğun hesab edilmişdir. Ümumilikdə ehtiyat kadrlarla birlikdə 2573 nəfər vakant dövlət

qulluğu vəzifələrinə təyin edilmişdir (Əlavə 8).

2007-2012-ci illərdə Komissiya tərəfindən keçirilən müsabiqələr üzrə gənclərin aktivliyi aşağıdakı

parametrlər üzrə hesabata əlavə olunan qrafik və cədvəllərdə öz əksini tapmışdır:

1. Gənc namizədlərin ümumi statistik göstəriciləri (Əlavə 9);

2. Gənc namizədlərin müsabiqənin bütün mərhələləri üzrə ümumi statistik göstəriciləri (Əlavə 9.1);

3. Gənc namizədlərin bütün namizədlərin sayına nisbətinin göstəriciləri (Əlavə 9.2);

4. Gənc namizədlərin ayrı-ayrı müsabiqələr üzrə statistik göstəriciləri (Əlavə 9.3);

5. Gənc namizədlərin dövlət orqanları üzrə namizədlərin sayına nisbəti (Əlavə 9.4).

Page 6: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

2007-2012-ci illərdə Komissiyanın keçirdiyi müsabiqələr üzrə qadın namizədlərin aktivliyi aşağıdakı

parametrlər üzrə hesabata əlavə olunan qrafik və cədvəllərdə öz əksini tapmışdır:

1. Qadın namizədlərin ümumi statistik göstəriciləri (Əlavə 10);

2. Qadın namizədlərin müsabiqənin bütün mərhələləri üzrə ümumi statistik göstəriciləri (Əlavə 10.1);

3. Qadın namizədlərin bütün namizədlərin sayına nisbətinin göstəriciləri (Əlavə 10.2);

4. Qadın namizədlərin ayrı-ayrı müsabiqələr üzrə statistik göstəriciləri (Əlavə 10.3);

5. Qadın namizədlərin dövlət orqanları üzrə namizədlərin sayına nisbəti (Əlavə 10.4).

Dövlət qulluqçularının peşəkarlığının artırılması sahəsində

Dövlət qulluqçularının peşəkarlığının artırılması 2012-ci il ərzində də Komissiyanın əsas məqsədlərindən

olmuşdur.

Komissiya dövlət qulluqçularının peşə hazırlığı sisteminin təkmilləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər

həyata keçirmişdir. Komissiyanın təklifi ilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr

tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər

üçün Milli Fəaliyyət Planı”nın 7.2-ci bəndində Komissiyanın nəzdində ixtisaslaşmış təlim mərkəzinin (dövlət

qulluğuna dair qanunvericiliyin tətbiqi, etik davranış, maraqların toqquşmasının qarşısının alınması,

korrupsiyaya qarşı mübarizə və s. üzrə təlim və tədrisi həyata keçirən) yaradılması nəzərdə tutulmuşdur.

Qeyd edilən təlim mərkəzinin yaradılması Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Hərtərəfli

İnstitusional Quruculuq Proqramı üzrə “Azərbaycanda dövlət qulluğu təliminin gücləndirilməsinə dair”

İnstitusional İslahat Planına (İİP3) da daxil edilmişdir. Təlim mərkəzinin yaradılması məqsədi ilə təkliflər

hazırlanmış və razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Maliyyə, Təhsil, Ədliyyə, Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliklərinə təqdim edilmişdir. Təkliflər təlim mərkəzinin hüquqi statusuna, işçilərinin say

tərkibinə, maddi-texniki təchizatına, habelə mərkəzin fəaliyyətinin təşkili və təlimlər sahəsində

qanunvericiliyin təkmilləşdirilməsinə dair bəzi qanunvericilik aktlarının layihələrini özündə əks etdirir.

Hazırlanmış təkliflərdə təlim mərkəzinin qabaqcıl beynəlxalq təcrübəyə və Beynəlxalq Standartlaşdırma

Təşkilatının “İSO29990:2010 – Qeyri-formal təhsil və təlimlər üzrə öyrənmə xidmətləri – Xidmət

göstərənlərə dair ilkin tələblər” standartına uyğun olaraq təşkil edilməsi nəzərdə tutulmuşdur.

Dövlət qulluqçusunun peşəkarlıq səviyyəsinin artırılması və fərdi inkişafı sahəsində böyük rolu olan

qısamüddətli təlimlər sisteminin qurulması, habelə yaradılacaq təlim mərkəzinin fəaliyyətinin təmin

edilməsi məqsədi ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dövlət

qulluqçularının təlim keçməsi məsələləri ilə bağlı dəyişikliklər edilməsi barədə qanun layihəsi

hazırlanmışdır. Layihədə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa 22-2

maddəsinin (Maddə 22-2. Dövlət qulluqçusunun təlim keçməsi) əlavə edilməsi nəzərdə tutulmuşdur. Bu

maddədə dövlət qulluqçularının təlim keçməsinin məqsədi, təlim tələbatlarının öyrənilməsi və qısamüddətli

təlimlərin keçirilməsi qaydalarının müəyyən edilməsi, dövlət qulluqçularının qısamüddətli təlimlərdə iştirakı

üçün əsaslar, ilk dəfə inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilən şəxslərin, habelə ilk dəfə inzibati

vəzifələrin üçüncü-yeddinci təsnifatlarına uyğun olan rəhbər vəzifələrə təyin edilən dövlət qulluqçularının

xüsusi təlim kurslarından keçməsinin hüquqi əsasları müəyyən edilir.

Dövlət qulluqçularının peşə hazırlığı sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası

Prezidentinin 2005-ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi

barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi hazırlanmış və təqdim olunmuşdur.

Layihəyə əsasən Komissiyanın vəzifələrinə dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması, fərdi

inkişafının təmin edilməsi və müvafiq sahələr üzrə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə, o cümlədən

dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, etik davranış, maraqların toqquşmasının qarşısının alınması,

korrupsiyaya qarşı mübarizə, idarəetmə və s. mövzular ilə əlaqədar təlimlərin təşkil edilməsi və ilk dəfə

Page 7: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilən şəxslərin vəzifələrinin icrasına başlamazdan əvvəl,

habelə ilk dəfə inzibati vəzifələrin üçüncü-yeddinci təsnifatlarına uyğun olan rəhbər vəzifələrə təyin edilən

dövlət qulluqçularının qısamüddətli təlim kurslarına cəlb edilməsi vəzifələrinin, habelə Komissiyanın

hüquqlarına dövlət qulluqçularının təlim strategiyasına uyğun olaraq dövlət qulluqçularının təlimlərə cəlb

edilməsi hüququnun əlavə edilməsi nəzərdə tutulmuşdur.

Təkliflər müvafiq orqanlarla razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

təqdim ediləcəkdir.

Hesabat dövrü ərzində Komissiya tərəfindən dövlət qulluqçularının peşə hazırlığının artırılması məqsədi ilə

ölkə daxilində və xaricində bir sıra təlimlər təşkil edilmişdir. Ölkədaxili təlimlər Komissiyanın əməkdaşları,

eləcə də xarici ekspertlər tərəfindən keçirilmişdir.

6, 7 fevral tarixlərdə Komissiya BMT-nin İnkişaf Proqramının (UNDP), BMT-nin Asiya və Sakit Okean

hövzəsinin İnkişaf üçün İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Təlim Mərkəzinin (UN-APC

ICT) və Qafqaz Universitetinin dəstəyi ilə “Rəhbər dövlət qulluqçuları üçün əsas İKT bilikləri Akademiyası”

mövzusunda Bakıda seminar və təlimçilər üçün təlim keçirmişdir. Tədbirin məqsədi rəhbər vəzifə tutan

dövlət qulluqçularının e-hökumət və İKT sahəsində bilik və bacarıqlarının artırılması və bu sahələrdə

dövlət orqanlarında təlimlərin keçirilməsinə cəlb ediləcək təlimçilərin seçilməsindən ibarət olmuşdur.

Seminarda ümumilikdə 150 nəfərdən çox şəxs, təlimçilər üçün təlimdə isə 30 nəfərə yaxın dövlət

qulluqçusu iştirak etmişdir. Eyni zamanda APC ICT tərəfindən hazırlanmış 10 təlim modulundan 2-si

(“Uzunmüddətli inkişaf və İKT arasında əlaqə” və “Elektron hökumətin tətbiqi”) Azərbaycan dilinə tərcümə

edilmişdir və hazırda bu modulların lokallaşdırılması prosesi davam etdirilir.

20-23 fevral tarixlərdə Komissiya Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi ilə birlikdə Estoniyanın Tallin

şəhərində Azərbaycan Respublikasının dövlət qulluqçuları üçün “Dövlət qulluğuna qəbul” mövzusunda

təlim kursu təşkil etmişdir. Təlim kursunda Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici

İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və

Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları iştirak etmişlər.

2-6 aprel tarixlərdə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə həyata

keçirdiyi “Dövlət Qulluğunda İslahatlara Dəstək” layihəsi çərçivəsində Azərbaycan Diplomatik Akademiyası

ilə birlikdə dövlət qulluqçuları üçün Bakıda “Təlimçilər üçün təlim” kursu keçirilmişdir. Təlim kursunun

keçirilməsində məqsəd dövlət qulluqçuları sırasında təlimçilərin yetişdirilməsi, onların təlim keçmə

bacarıqlarının artırılması və gələcəkdə təlimçi qismində potensiallarından istifadə edilməsi olmuşdur.

Tədbirdə Komissiya, Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Dəniz

Administrasiyası və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak etmişlər. Təlimlər Böyük

Britaniyadan dəvət edilmiş mütəxəssis tərəfindən aparılmış, yazılı və şifahi ünsiyyət, vücud dili, dinləmə

bacarığı və digər bu kimi məsələlər əhatə edilmişdir.

13-17 may tarixlərdə Komissiya Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi ilə birlikdə Estoniyanın Tallin

şəhərində Azərbaycan Respublikasının dövlət qulluqçuları üçün “E-hökumətin hüquqi çərçivəsi – əsas

anlayışlar və əldə edilən nəticələr” mövzusunda təlim kursu təşkil etmişdir. Təlim kursunda Komissiya,

İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Mədəniyyət və

Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları

Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin

əməkdaşları iştirak etmişlər. “E-hökumət siyasəti və onun hüquqi çərçivəsi barədə ümumi məlumat”, “E-

hökumətin hüquqi çərçivəsi barədə anlayışlar”, “E-hökumət və korrupsiyaya qarşı mübarizə”, “İnformasiya

cəmiyyətində əqli mülkiyyət hüquqları”, “Estoniyada şəxsiyyəti təsdiq edən sənəd və rəqəmsal imza” və

digər mövzuları əhatə edən təlim kursunda Estoniya təcrübəsi diqqətə çatdırılmış və İKT-nin dövlət

qulluğunda tətbiqinin üstünlükləri müzakirə olunmuşdur. Təlim iştirakçıları Estoniyanın Sertifikatlaşdırma

və Biznes Reyestri mərkəzlərində olmuş və bu qurumların fəaliyyəti ilə tanış olmuşlar.

5-7 iyun tarixlərdə Komissiya və Cenevrə Beynəlxalq Tədqiqatlar və İnkişaf İnstitutunun birgə təşəbbüsü

ilə Azərbaycan Respublikasının dövlət qulluqçuları üçün Bakıda “Beynəlxalq münasibətlər üzrə bacarıqların

Page 8: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

inkişaf etdirilməsi (CABIR) proqramı” çərçivəsində “Beynəlxalq insan hüquqları və Avropa İnsan Hüquqları

Konvensiyası” mövzusunda təlim keçirilmişdir. Təlimdə ümumilikdə 15 dövlət orqanının əməkdaşı iştirak

etmişdir. Dəvət edilmiş beynəlxalq ekspertlər “İnsan hüquqlarının mexanizmləri və alətləri”, “Avropa

Şurası və insan hüquqları”, “Avropa İnsan Hüquqları Məhkəməsinin səlahiyyətləri”, “Yerli qanunvericiliklə

Avropa İnsan Hüquqları Məhkəməsinin səlahiyyətlərinin qarşılıqlı əlaqəsi” və digər mövzularda təqdimatlar

etmişlər.

6-8 iyun və 7 dekabr tarixlərdə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata

keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Komissiya tərəfindən keçirilmiş müsabiqələrdə

müvəffəqiyyət əldə edən və hazırda dövlət qulluğunda çalışan gənclər üçün Komissiya əməkdaşları

tərəfindən təlimlər keçirilmişdir. Təlimlərin keçirilməsində məqsəd qeyd edilən şəxslərin peşə

bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc menecerlərin

formalaşdırılması olmuşdur. Təlimlərdə “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Vaxtın idarə

edilməsi”, “İş bölgüsünün aparılması qaydaları” və “Maraqların toqquşması və onların həlli yolları”

mövzuları əhatə olunmuşdur. Təlimlərdə dövlət orqanlarının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə

yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən 202 nəfər gənc dövlət qulluqçusu iştirak etmişdir.

İyunun 12-də Komissiya əməkdaşları tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən

şəxslər üçün “Xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi” və “Dövlət qulluğu sisteminin hüquqi

tənzimlənməsi” mövzularında təlimlər keçirilmişdir. Təlimlərdə dövlət qulluqçusunun xidməti fəaliyyətinin

qiymətləndirilməsinin məqsədi, qiymətləndirmə prosesinin təşkili, qiymətləndirmə meyarları,

qiymətləndirmə üzrə hüquq və vəzifələr, tədbirlərin (hədəflərin) tərtib edilməsi və qiymətləndirilməsi,

meyarlar üzrə qiymətləndirmə, qiymətləndirmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər və s. mövzular

üzrə təqdimatlar edilmiş və müzakirələr aparılmışdır.

18-29 iyun tarixlərdə Dövlət İdarəçilik Akademiyası tərəfindən rəhbər vəzifəli dövlət qulluqçuları üçün

“Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr siyasəti” istiqaməti üzrə təşkil edilmiş qısamüddətli

ixtisasartırma kursunda Komissiya əməkdaşları dövlət qulluğuna kadrların seçilməsi prosesi, dövlət

qulluqçularının etik davranış qaydaları və onların mahiyyəti və insan resurslarının idarə edilməsi

mövzularında təlimlər keçmiş, dövlət qulluğu qanunvericiliyi ilə bağlı təlim iştirakçıları ilə müzakirələr

aparmışlar.

1-3 avqust tarixlərdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin tətbiqi ilə bağlı

Komissiya əməkdaşları tərəfindən dövlət orqanlarının kadr qurumları və struktur bölmə rəhbərləri üçün

“Xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlimlər keçirilmişdir. Tədbirin məqsədi

qiymətləndirmədə iştirak edəcək dövlət qulluqçularının qiymətləndirmənin mahiyyəti və əhəmiyyəti,

qiymətləndirmə meyarları və üsulları barədə məlumatlandırılması və onların qiymətləndirmə prosesinə

hazırlanması olmuşdur. Təlimlərdə ümumilikdə 170 nəfər iştirak etmişdir.

18-20 sentyabr tarixlərdə İsveçrənin Beynəlxalq Tədqiqatlar və İnkişaf İnstitutu və İsveçrənin İnkişaf və

Əməkdaşlıq Agentliyi ilə birgə 19 dövlət orqanında qulluq keçən şəxslər üçün “Danışıqların aparılması

texnikası” mövzusunda Bakıda təlim keçirilmişdir. Təlimin keçirilməsində məqsəd səmərəli danışıqların

aparılması üçün dövlət qulluqçularının, xüsusən beynəlxalq danışıqlarda iştirak edən şəxslərin bilik və

bacarıqlarının artırılması olmuşdur. İnteraktiv şəkildə keçirilən təlimdə Cenevrə Ali İnstitutunun professoru

tərəfindən “Danışıqların aparılması strategiyası”, “Müqavilənin bağlanmasına hazırlıq”, “Danışıqların

aparılması prosesi”, “Nümayəndə heyəti kimi beynəlxalq danışıqların aparılması” və digər mövzular əhatə

edilmişdir.

Hesabat dövrü ərzində Komissiya əməkdaşları bilik və bacarıqlarının artırılması məqsədi ilə ümumi

idarəetmə və fəaliyyət göstərdikləri spesifik sahələr üzrə əlavə olaraq Azərbaycanda və xaricdə aşağıdakı

təlimlərə cəlb edilmişlər:

- 10-19 mart tarixlərdə elektron hökumət sahəsində təcrübənin öyrənilməsi ilə əlaqədar Niderland

Krallığının Haaqa və Kanadanın Ottava şəhərlərinə təlim səfəri;

Page 9: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

- 2011-ci il 13 sentyabr – 2012-ci il 31 may tarixlərdə Estoniya Diplomatiya Məktəbinin Təqaüd

Proqramı çərçivəsində Estoniyanın Tallin şəhərində beynəlxalq əlaqələr, Avropa siyasəti üzrə təhlillər və

diplomatiya üzrə təhsil kursu;

- 5-8 iyun tarixlərdə BMT-nin Asiya və Sakit Okean hövzəsinin İnkişaf üçün İnformasiya və

Kommunikasiya Texnologiyaları üzrə Təlim Mərkəzinin (UN-APC ICT) təşəbbüsü ilə “Dövlət qulluqçuları

üçün İKT-nin əsasları Akademiyası” çərçivəsində “Fəlakət risklərinin idarə edilməsi üçün İKT” və “İKT,

iqlim dəyişikliyi və yaşıllaşdırma” modulları üzrə Qazaxıstanın Almatı şəhərində təşkil olunan təlim;

- 2-6 iyul tarixlərdə Cenevrənin Ali İnstitutu tərəfindən Cenevrə və Bern şəhərlərində təşkil edilmiş

“İsveçrə Liderlik Mükafatı Proqramı” çərçivəsində liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi

üzrə təlim;

- 29 avqust – 9 sentyabr və 12-23 sentyabr tarixlərdə Bauman adına Moskva Dövlət Texniki

Universitetinin nəzdində “Specialist” kompyuter təlim mərkəzində informasiya texnologiyaları sahəsində

keçirilən təlim kursları;

- 19-21 noyabr tarixlərdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Çexiya

Respublikasının Beneşov şəhərində Çexiya Respublikasının dövlət idarəçiliyi sahəsində təcrübəsinin

öyrənilməsi üzrə təlim səfəri;

- 19-24 noyabr tarixlərdə Dövlət investisiyaları üzrə Kadr potensialının Gücləndirilməsi Layihəsi

çərçivəsində “Strateji idarəçilik və korporativ idarəetmə” mövzusunda Bakıda keçirilən təlim;

- Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları, etik davranış qaydaları mövzuları üzrə

mütəmadi olaraq təşkil edilmiş təlimlər və s.

Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və

tətbiqinin təmin olunması sahəsində

Hesabat dövrü ərzində Komissiya dövlət qulluğu qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan

problemləri və onların səbəblərini müəyyən edərək qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində zəruri

tədbirlər görmüşdür.

Dövlət qulluğu sahəsində yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti müxtəlif

normativ hüquqi aktlarla tənzimləndiyi üçün həmin aktların çoxluğu və pərakəndəliyi qanunvericiliyin

tətbiqində çətinliklər yaradır. Bu səbəbdən dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi

zərurəti yaranmışdır. Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi məqsədi ilə Komissiyanın

və digər dövlət orqanlarının, Dövlət İdarəçilik Akademiyasının nümayəndələrindən, yerli və xarici

ekspertlərdən ibarət işçi qrup yaradılmışdır. Məcəllə layihəsinin strukturu və bu struktura uyğun olaraq 22

fəsildən 18 fəslin layihəsi hazırlanmışdır. Hazırda məcəllələşdirmə üzrə iş davam etdirilir.

Noyabrın 2-də Ukrayna, Moldova, Estoniya və Gürcüstanın aidiyyəti qurumlarının nümayəndələrinin,

Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının əməkdaşlarının, sahə üzrə yerli və xarici

ekspertlərin iştirakı ilə “Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi” mövzusunda Bakıda

beynəlxalq dəyirmi masa keçirilmişdir. Dəyirmi masanın məqsədi məcəllələşdirmə üzrə beynəlxalq

təcrübənin öyrənilməsi və bu sahədə təcrübə mübadiləsi olmuşdur. Tədbirin nəticəsində öyrənilmiş

beynəlxalq təcrübə və iştirakçılar tərəfindən irəli sürülmüş təkliflər nəzərə alınaraq “Dövlət Qulluğu

Məcəlləsi” layihəsinə zəruri əlavə və dəyişikliklər edilmişdir.

Komissiya fəaliyyətə başladıqdan sonra keçirilmiş test imtahanlarının nəticələri ümumiləşdirilmiş, təhlil

edilmiş və “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın təsdiq edilməsi

barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanına

dəyişikliklər edilməsi ilə bağlı təklif hazırlanmış və təqdim olunmuşdur. Həmin təklifə əsasən dövlət

qulluğunda inzibati vəzifələrin aşağı təsnifatına uyğun olan 6-cı təsnifat üzrə test imtahanında keçid

balının 5 bal azaldılaraq 70 bal müəyyən edilməsi nəzərdə tutulmuşdur. Təqdim edilən təkliflər əsasında

qeyd edilən Qaydalara müvafiq dəyişikliklər edilmişdir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində göstərilən dövlət

orqanlarında (xüsusi növ) qulluq müddətinin dövlət qulluqçusunun qulluq stajı hesablanarkən nəzərə

Page 10: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

alınmaması səbəbindən həmin dövlət orqanlarında işləmiş şəxslərin vakant inzibati vəzifələrin tutulması

üçün keçirilən müsahibələrdə iştirakı mümkün olmur. Eyni zamanda qulluqkeçmə məsələləri “Dövlət

qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən dövlət orqanlarında qulluq keçən

şəxslərin qulluq stajı dövlət qulluğunun xüsusi növü hesab edilən dövlət orqanlarında nəzərə alınmır.

Qeyd edilən problemlərin aradan qaldırılması üçün Komissiya tərəfindən “Əmək pensiyaları haqqında”

Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq

edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın

məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na dəyişikliklər edilməsi barədə təkliflər verilmiş və müvafiq

normativ hüququ aktların layihəsi hazırlanaraq təqdim olunmuşdur. Qeyd edilən layihələrdə “Dövlət

qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət

orqanlarında qulluq keçmiş şəxslərin qulluq stajının qulluq keçmə məsələləri “Dövlət qulluğu haqqında”

Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən dövlət orqanlarında qulluq stajına hesablanması

nəzərdə tutulmuşdur.

Komissiya “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın layihəsinin

hazırlanmasında bilavasitə iştirak etmişdir. Komissiyanın təklifləri əsasında dövlət qulluğuna dair

qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qulluqçularının fəaliyyətinin

təkmilləşdirilməsi və peşəkarlığının artırılması, maraqların toqquşmasının qarşısının alınması və maliyyə

xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi, etik davranış qaydalarının

təkmilləşdirilməsi ilə bağlı Fəaliyyət planının 7-10-cu hissələrində konkret tədbirlərin həyata keçirilməsi

nəzərdə tutulmuşdur. Qeyd edilən Fəaliyyət Planının 7-ci, 8-ci və 10-cu hissələrində icrası Komissiyaya

həvalə edilmiş tədbirlərlə bağlı Komissiya sədrinin 2012-ci il 25 sentyabr tarixli 163K nömrəli Əmri ilə

2012-2015-ci illər üçün Tədbirlər Planı təsdiq edilmişdir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”

Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında”

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 624 nömrəli Fərmanının icrası ilə əlaqədar

olaraq Komissiya tərəfindən bir sıra normativ hüquqi aktların layihəsi hazırlanmışdır. Belə ki, “İnzibati və

yardımçı vəzifələrin Təsnifat Toplusu”nun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası

Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin

2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət

qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi

Qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 iyul tarixli 432 nömrəli Fərmanı ilə

təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin

tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin

2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət

qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”na, “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin

tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142

nömrəli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 44 nömrəli Qərarı

ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı

Qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə

təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”na, Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 143 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati vəzifələrin

beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nə dəyişikliklərin

edilməsi haqqında müvafiq layihələr Komissiya tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Hesabat dövrü ərzində müxtəlif dövlət orqanları, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti

və Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış dövlət qulluğuna dair qanunvericilik aktlarının layihələrinə rəy

və təkliflər verilmişdir.

Komissiya tərəfindən qəbul edilmiş normativ hüquqi aktların “Normativ hüquqi aktlar haqqında”

Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması məqsədi ilə “Dövlət qulluğuna qəbul

və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi Qaydaları”na, “Dövlət orqanlarında dövlət

Page 11: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

qulluğuna qəbul üzrə test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları”na

və “Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi,

qiymətləndirilmənin aparılması Qaydaları”na müvafiq dəyişikliklər edilmişdir. Qeyd edilən normativ hüquqi

aktlar “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə

uyğun olaraq “Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim

edilmişdir.

Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bərabər bu qanunvericiliyin düzgün tətbiqinin

təmin edilməsi də Komissiyanın əsas məqsədlərindən biridir. Bu məqsədlə həmin qanunvericiliyin dövlət

orqanlarında icra vəziyyəti Dövlət Qulluqçularının Reyestri vasitəsilə öyrənilmişdir.

Dövlət Qulluqçularının Reyestrində olan məlumatların təhlili zamanı müəyyən olunmuşdur ki, mərkəzi icra

hakimiyyəti orqanları tərəfindən müvafiq qanunvericiliyin tələbləri əsasən düzgün icra edilir. Yerli icra

hakimiyyəti orqanlarının fəaliyyətində isə müvafiq qanunvericiliyin tələblərinin pozulması halları aşkar

edilmişdir.

Hesabat dövrü ərzində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə

uyğun olaraq dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin tətbiqinin təmin edilməsi ilə

bağlı zəruri tədbirlər görülmüşdür. Komissiya tərəfindən hazırlanmış “Dövlət qulluqçusunun xidməti

fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın layihəsinin iki dövlət orqanında – Dövlət Sosial Müdafiə

Fondu və Sumqayıt Şəhər İcra Hakimiyyətində sınaq tətbiqi başa çatdırılmışdır. Pilot layihənin həyata

keçirilməsində məqsəd dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı təcrübənin

əldə edilməsi, bu təcrübəyə uyğun olaraq qiymətləndirmə sisteminin təkmilləşdirilməsi və bütün dövlət

orqanlarında tətbiqinə başlanılması olmuşdur. Pilot layihənin həyata keçirilməsi nəticəsində Komissiya

tərəfindən hazırlanmış “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın

layihəsi təkmilləşdirilmişdir. Layihənin müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra təsdiq edilərək

tətbiq olunması nəzərdə tutulur.

Vətəndaş müraciətlərinə baxılması sahəsində

Hesabat dövrü ərzində “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan

Respublikasının Qanununa uyğun olaraq Komissiya tərəfindən vətəndaşların müraciətlərinə baxılması və

vətəndaşların qəbulu ilə bağlı zəruri tədbirlər görülmüşdür. Komissiya tərəfindən 2011-ci il 24 fevral tarixli

50 nömrəli Əmr ilə təsdiq edilmiş “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin

təkmilləşdirilməsi tədbirləri”nə əsasən vətəndaşlar tərəfindən Komissiyaya daxil olan müraciətlər

qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə araşdırılaraq cavablandırılmışdır.

Ümumilikdə Komissiyaya il ərzində 859 vətəndaş müraciəti daxil olmuşdur. Daxil olan müraciətlərdən 593-

ü birbaşa vətəndaşlar tərəfindən, 266-sı isə dövlət orqanları vasitəsi ilə daxil olmuşdur. Daxil olan

müraciətlərdən 577-si ərizə, 279-u şikayət, 3-ü isə təklif formasında olmuşdur.

Komissiyaya Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 242 müraciət daxil olmuşdur.

Onlardan 46-sı nəzarət qaydasında daxil olan müraciətlərdir. Nəzarət qaydasında daxil olan müraciətlər

araşdırılarkən vətəndaşlar Komissiyaya dəvət edilmiş, onlara qanunvericiliyin tələbləri izah edilmiş və

hüquqları barədə məlumat verilmişdir. Prezidentin Administrasiyasından Komissiyaya daxil olmuş digər

müraciətlər araşdırılarkən 64 nəfər vətəndaşla telefon əlaqəsi saxlanılaraq müraciətlərində qeyd etdikləri

məsələlər barədə onlara qanunvericiliyin tələbləri izah edilmiş və hüquqları barədə məlumat verilmişdir.

Onlardan 25-i Komissiyada qəbulda olmuş, 29-u rayonda yaşadığı üçün qəbula gələ bilməyəcəyini

bildirmiş, 10-u isə qəbula gəlməkdən imtina etmişdir.

Komissiyaya daxil olan müraciətlərdən 493-ü üzrə müvafiq izahat verilmiş, 295-i müsbət həll olunmuş, 27-

si Komissiyanın səlahiyyətlərinə aid olmadığından baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, 8-i üzrə

araşdırma aparılaraq şikayətin əsassız olduğu müəyyən edilmiş, 2-si qismən həll olunmuşdur. 34 müraciət

isə hazırda icraatdadır.

Vətəndaşlar tərəfindən daxil olan müraciətlərdən 117-si dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, 187-

si müvafiq işlə təmin edilmə, 56-sı isə dövlət qulluğuna qəbul ilə bağlı olmuşdur. Vətəndaş

Page 12: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

müraciətlərindən 18-i dövlət qulluğuna qəbul üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş, lakin vəzifəyə

təyin edilməyərək ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər tərəfindən edilmişdir.

Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı daxil olmuş müraciətlərdən 62-si “Dövlət qulluğu

haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinin tətbiqi ilə bağlı olmuşdur. Müraciət

edən vətəndaşlara qanunvericiliyin tələbləri izah edilmişdir.

Komissiyaya daxil olan müraciətlərdən 15-i dövlət qulluğunda iş stajının hesablanması ilə əlaqədar

olmuşdur. Bu müraciətlər əsasən 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış

şəxslər tərəfindən edilmişdir.

Daxil olan müraciətlərdən 63-ü Komissiya tərəfindən nəzarətə alınmaqla baxılmışdır. “İcra intizamının

möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” Əmrə əsasən

nəzarət qaydasında daxil olan əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətlər 5 gün

ərzində araşdırılaraq cavablandırılmışdır.

Vətəndaş müraciətlərinin araşdırılması ilə bağlı zəruri hallarda müvafiq orqanlara sorğu verilmiş və bu

barədə vətəndaş dərhal məlumatlandırılmışdır. İl ərzində müvafiq dövlət orqanlarına 22 sorğu

göndərilmişdir.

Hesabat dövrü ərzində Komissiyanın elektron poçt ünvanına daxil olan təxminən 2900 müraciət

cavablandırılmışdır.

Komissiyada vətəndaşların qəbulu ilə də bağlı zəruri tədbirlər görülmüşdür. Komissiyanın rəhbərliyi və

digər vəzifəli şəxslərinin qəbul günləri və saatları barədə məlumat Komissiyanın internet saytında və

inzibati binasının girişində yerləşdirilmişdir. Həmçinin Komissiyanın internet saytının “Komissiya ilə əlaqə”

bölməsinə Komissiyanın yerləşdiyi ərazinin xəritəsi ilə yanaşı onun yaxınlığından keçən marşrut

avtobuslarının nömrələri və marşrut sxemləri də əlavə edilmişdir. Zəruri hallarda Komissiyanın sədri

müraciət edən vətəndaşları digər günlərdə də qəbul etmişdir. İl ərzində 46 vətəndaş Komissiya sədrinin

qəbulunda olmuşdur. Komissiyanın digər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu yalnız

əvvəlcədən müəyyən edilmiş günlərdə deyil, həftənin bütün iş günlərində həyata keçirilmişdir.

Dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət və

etik məsələlər üzrə maarifləndirilmə sahəsində

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən

edilmiş etik davranış qaydalarına əməl edilməsinə nəzarət, həmin Qanunun tətbiqi ilə bağlı məsələlərin

əlaqələndirilməsi və etik davranış məsələləri üzrə maarifləndirmənin həyata keçirilməsi üzrə Komissiya

tərəfindən hesabat dövrü ərzində müvafiq tədbirlər görülmüşdür.

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq

Komissiya tərəfindən qəbul edilmiş daxili Tədbirlər Planında 2012-ci il ərzində etik davranış məsələləri üzrə

mütəmadi olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları üçün təlim və seminarların keçirilməsi nəzərdə

tutulmuşdur.

Qeyd edilən tədbirlərə müvafiq olaraq aprelin 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

Akademiyasında “Etik davranış qaydaları və prinsipləri” mövzusunda təlim keçirilmişdir. Təlimdə Ədliyyə

Nazirliyinə qulluğa qəbul üzrə keçirilmiş müsabiqədə uğur qazanan 58 nəfər iştirak etmişdir.

6-8 iyun və 7 dekabr tarixlərdə Komissiya tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında

və həmin orqanların Bakı şəhəri üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən gənc dövlət

qulluqçuları üçün keçirilən təlimlərdə “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Maraqların

toqquşması və onların həlli yolları” mövzuları da əhatə edilmişdir.

İyunun 27-də Dövlət İdarəçilik Akademiyası tərəfindən rəhbər vəzifəli dövlət qulluqçuları üçün təşkil

edilmiş qısamüddətli ixtisasartırma kursunda Komissiya əməkdaşları etik davranış qaydaları və onların

mahiyyəti ilə bağlı təqdimatlar etmişdir.

Oktyabrın 29-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində inzibati vəzifələrdə qulluq

keçən 31 nəfər, dekabrın 17-də isə İqtisadi İnkişaf Nazirliyində inzibati vəzifələrdə qulluq keçən 30 nəfər

dövlət qulluqçusu üçün “Etik davranış qaydaları və prinsipləri” mövzusunda təlimlər keçirilmişdir.

Page 13: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

Yuxarıda qeyd edilən təlimlərdə əsas etik davranış qaydaları və onların mahiyyəti, bu qaydalara əməl

edilməsinin təmini və onların icrasına nəzarət, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət və

digər məsələlər əhatə edilmişdir.

Hesabat dövrü ərzində Komissiya tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilmiş

məktublarda “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası

Qanununun 20.0.2-ci maddəsinə uyğun olaraq dövlət qulluqçularının etik davranış qaydalarını əhatə edən

təlimlərin keçirilməsi tövsiyə edilmiş, müvafiq olaraq keçirilmiş təlimlər, eyni zamanda etik davranış

qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər və tətbiq edilmiş intizam tənbeh tədbirlərinin

nəticələri üzrə illik məlumatların dekabr ayının 1-dək Komissiyaya təqdim edilməsi xahiş edilmişdir.

Hesabat dövrü ərzində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan

Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsinə nəzarət və

Qanunun tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsində səmərəliliyin təmin edilməsi məqsədi ilə də

müvafiq tədbirlər görülmüşdür. İlk növbədə hər bir dövlət orqanında dövlət qulluqçularının xidməti

davranışının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edən və

onun təhlilini aparan məsul şəxslərin – etik müvəkkillərin maarifləndirilməsi işi aparılmışdır.

16, 17 oktyabr tarixlərdə Komissiya dövlət orqanlarının etik müvəkkillərinə “Türkiyə Respublikasının

nümunəsində etik qaydalar” mövzusunda təlimçilər üçün təlim təşkil etmişdir. Təlimin məqsədi iştirakçılar

sırasından dövlət qulluqçularının etik davranış qaydaları üzrə təlimçilərin yetişdirilməsi olmuşdur. Yerli və

beynəlxalq ekspertlər tərəfindən keçirilən interaktiv təlimdə mərkəzi və yerli icra hakimiyyəti orqanları

üzrə ümumilikdə 65 nəfər dövlət qulluqçusu iştirak etmişdir. Təlimdə Avropa Şurasının “Yaxşı idarəçilik və

korrupsiyaya qarşı mübarizə” layihəsinin məsləhətçisi və Avropa Şurasının Ankara layihə ofisinin

nümayəndəsi etik qaydalarla bağlı beynəlxalq təcrübə və etik dilemmalar, onların həlli yolları, düzgün

davranış, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər və s. mövzularda təqdimatlar

etmişdir.

2012-ci il ərzində etik davranış qaydalarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən Komissiyaya daxil

olmuş müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmışdır. Komissiyaya il

ərzində 23 belə müraciət edilmişdir. Onlardan 5-i Komissiyada fəaliyyət göstərən “qaynar xətt” nömrəsi

vasitəsilə daxil olmuşdur. Müraciətlərin araşdırılması məqsədi ilə müvafiq dövlət orqanlarına sorğular

göndərilmişdir. Müraciətlərdən 3-ü təmin olunmuş, 11-i aidiyyəti üzrə baxılması üçün müvafiq dövlət

orqanlarına göndərilmiş və bu barədə vətəndaşlara məlumat verilmiş, 7-sində göstərilən şikayətin əsassız

olduğu müəyyən edilmişdir. 2 müraciətlə bağlı isə müvafiq dövlət orqanlarına sorğu göndərilmişdir və

hazırda araşdırma davam edir.

Komissiya tərəfindən etik davranış qaydalarının pozulması hallarının aradan qaldırılması ilə bağlı görülmüş

müvafiq tədbirlər nəticəsində pozuntularla qarşılaşmış şəxslər müvafiq dövlət orqanlarına dəvət edilmiş,

vəzifəli şəxslər tərəfindən dinlənilmiş və vətəndaşların pozulmuş hüquqları bərpa edimişdir.

Etik davranış qaydalarının pozulması ilə bağlı Komissiyaya daxil olan müraciətlərin araşdırılması zamanı

müəyyən olunmuşdur ki, dövlət qulluqçuları tərəfindən əsasən “Dövlət qulluqçularının etik davranış

qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrinin (“İnsanların hüquq,

azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar

nüfuzuna hörmət”, “Mədəni davranış”) tələbləri pozulmuşdur.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun

olaraq etik davranış qaydaları ilə bağlı 2012-ci il üzrə ümumiləşdirilmiş məlumatlar hesabata əlavə edilir

(Əlavə 11).

Dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlıq sahəsində

Komissiya dövlət qulluğu və insan resurslarının idarə edilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin

öyrənilməsi və bu təcrübənin Azərbaycanın dövlət idarəçiliyi sistemində tətbiqi məsələsinə xüsusi önəm

verir.

Page 14: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

Bu məqsədlə 2012-ci ildə də Komissiya digər dövlətlərin dövlət qulluğu sahəsinə məsul olan qurumları və

beynəlxalq təşkilatlar ilə əməkdaşlığını davam etdirmişdir.

Dövlət qulluğunun inkişafı istiqamətində ölkəmizdə aparılan islahatlar barədə beynəlxalq ictimaiyyəti

məlumatlandırmaq, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi sahəsində beynəlxalq

təcrübəni öyrənmək, bu sahədə mövcud problemləri müzakirə etmək və nəticələr çıxarmaq məqsədi

ilə 2012-ci il 10, 11 oktyabr tarixlərdə “Xidməti fəaliyyətin qiymətləndirilməsi vasitəsilə

dövlət qulluğunda səmərəliliyin artırılması” mövzusunda beynəlxalq konfranskeçirilmişdir.

Konfrans “Azərbaycanda Dövlət Qulluğu Sektorunda İslahatların Dəstəklənməsi” layihəsi çərçivəsində

Komissiya və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə təşkil olunmuşdur. Konfransda ABŞ,

Kanada, Yaponiya, Almaniya, Avstriya, Belçika, Polşa, Estoniya, Litva, Rumıniya, Ukrayna, Monteneqro,

Moldova, Türkiyə, Gürcüstan, Monqolustan, Uqanda və Koreya Respublikasının dövlət qulluğu və inzibati

idarəetmə sahəsində müvafiq qurumlarının və SIGMA, GIZ, UNDP, ReSPA və digər beynəlxalq təşkilatların

nümayəndələri iştirak etmişlər. Konfrans çərçivəsində Komissiyanın sədri Koreya Respublikasının insan

resurslarının idarə edilməsi üzrə nazir müavini, Monteneqronun İnsan Resursları İdarəsinin direktoru və

Rumıniya Respublikasının Dövlət Qulluqçularının Milli Agentliyinin prezidenti - dövlət katibi ilə ikitərəfli

görüşlər keçirmişdir. Görüşlər zamanı dövlətlərimiz arasında əlaqələr, o cümlədən dövlət qulluğu

sahəsində əməkdaşlığın inkişafı və gələn il bu sahədə anlaşma memorandumlarının imzalanması məsələsi

müzakirə edilmişdir.

Aprelin 5-də Komissiyanın sədri Macarıstan Respublikasının Budapeşt şəhərində Xaricdə təhsil alan və

məzun olmuş azərbaycanlı tələbələrin Beynəlxalq Forumunun (ASAİF) “Mən gənc səfirəm” mövzusunda

təşkil etdiyi forum çərçivəsində Macarıstan Respublikasının Dövlət İdarəçiliyi Milli İnstitutunun rəhbərliyi ilə

görüş keçirmişdir. Görüşün əsas məqsədi iki ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlığın

qurulması və inkişafı perspektivlərinin müzakirəsi olmuşdur.

17, 18 aprel tarixlərdə Komissiyanın sədri Braziliya şəhərində keçirilən “Açıq Hökumət Tərəfdaşlığı”nın

yüksək səviyyəli ilk illik sammitində iştirak etmişdir. Tədbir çərçivəsində Beynəlxalq Şəffaflıq Təşkilatının,

Estoniya e-İdarəçilik Akademiyasının, BMT İnkişaf Proqramının e-İdarəçilik və İnformasiya Əldə Etmək

üzrə Proqramının nümayəndələri ilə ikitərəfli görüşlər keçirilmişdir. Görüşlərdə dövlət qulluğunun inkişafı

sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, xüsusən dövlət qulluğuna mərkəzləşdirilmiş qaydada

qəbul, dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluqçularının potensialının gücləndirilməsi

üzrə görülən işlər barədə məlumat verilmişdir.

“Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və

dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində “Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının

Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”nın

imzalanması məqsədi ilə Komissiya sədri 11-13 sentyabr tarixlərdə Türkiyə Respublikasında səfərdə

olmuşdur. Qeyd edilən Fəaliyyət Planı sentyabrın 11-də imzalanmışdır. Səfər çərçivəsində Dövlət Kadrlar

İdarəsinin yeni təyin edilmiş rəhbəri və Abant İzzet Baysal Universitetinin rektoru ilə görüş keçirilmişdir.

27 fevral – 2 marttarixlərdə Azərbaycan Respublikasının 5 dövlət orqanını təmsil edən nümayəndə

heyəti Türkiyə Respublikasında səfərdə olmuşdur. Nümayəndə heyətinə Komissiya, Mədəniyyət və Turizm

Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri daxil olmuşlar. Səfər ərzində Azərbaycan

nümayəndə heyəti Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Ətraf Mühit və Şəhərsalma

Nazirliyi, Dövlət Kadrlar İdarəsi, Dini İşlər İdarəsi və Elmi-Texnoloji Araşdırmalar Qurumunda

olmuşdur. 10-14 dekabr tarixlərdə Türkiyə Respublikasının 5 dövlət orqanını təmsil edən nümayəndə

heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur. Nümayəndə heyətinə Dövlət Kadrlar İdarəsi,

Ədliyyə Nazirliyi, Sosial Müdafiə Qurumu, Hesablama Qurumu və Gənclər və İdman Nazirliyinin

nümayəndələri daxil olmuşlar. Səfər ərzində nümayəndə heyəti Komissiyanın, Azərbaycan Respublikası

Ədliyyə Nazirliyinin, Hesablama Palatasının, Dövlət Sosial Müdafiə Fondunun və Gənclər və İdman

Page 15: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

Nazirliyinin fəaliyyəti ilə tanış olmuşlar. Sentyabrın 6-daKomissiya sədri Türkiyə Respublikasının əmək

və sosial müdafiə nazirinin müavininin rəhbərlik etdiyi 9 nəfərdən ibarət nümayəndə heyətini qəbul

etmişdir. Nümayəndə heyətinin tərkibinə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi, Dövlət

Kadrlar İdarəsi, Sosial Güvənlik Qurumu, Türkiyə İş Qurumu Baş İdarəsi və Daxili İşlər Nazirliyinin

əməkdaşları daxil olmuşlar.

11-18 mart tarixlərdə Komissiyanın sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti Niderland

Krallığının Haaqa və Kanadanın Ottava şəhərlərində təlim səfərində olmuşdur. Təlim Komissiyanın

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GIZ) ilə birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında

Dövlət Qulluğu İslahatları” Layihəsi çərçivəsində təşkil edilmişdir. Nümayəndə heyətinin tərkibinə

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Komissiyanın nümayəndələri daxil olmuşlar.

Səfərin məqsədi elektron hökumət sahəsində böyük təcrübəyə malik olan bu dövlətlərin e-hökumət ilə

bağlı təcrübəsini öyrənmək və Komissiyanın internet portalının yaradılması zamanı həmin təcrübədən

istifadə etmək olmuşdur. Səfər çərçivəsində Dövlət İdarəçiliyi üzrə Holland İnstitutunun, Niderland

Təşkilat və Kadr üzrə Hökumət İdarəsinin, Kadrların e-İdarəedilməsi üzrə İdarənin və Kanadanın Dövlət

Qulluğu Komissiyasının nümayəndələri ilə görüşlər keçirilmişdir.

6, 7 noyabr tarixlərdə Komissiyanın sədr müavini Almaniya Federativ Respublikasının Berlin şəhərində

“Moderner Staat” adlı ictimai sektoru əhatə edən və daha çox İT sahəsində beynəlxalq bilik və müasir

texnologiya sərgisi kimi tanınan ticarət yarmarkasının işində iştirak etmişdir. Tədbirdə iştirakın məqsədi

Komissiyanın internet portalının yaradılması zamanı xidmətlərindən istifadə oluna biləcək informasiya

texnologiyaları üzrə dünyanın nüfuzlu şirkətləri ilə əlaqələrin qurulması olmuşdur.

13, 14 mart tarixlərdə Komissiyanın əməkdaşları Türkiyə Respublikasının İstanbul şəhərində Qara Dəniz

İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İnstitusional islahatlar və yaxşı idarəçilik üzrə İşçi Qrupunun

növbəti iclasında iştirak etmişlər. Tədbirin keçirilməsində məqsəd növbəti illər üçün Fəaliyyət Planının

layihəsinin müzakirə edilməsi, insan resurslarının idarə edilməsi, elektron hökumət, şəffaflıq və

korrupsiyaya qarşı mübarizə və digər sahələrdə üzv dövlətlər tərəfindən aparılan islahatlar, əldə edilən

nailiyyətlər və qarşıya çıxan problemlər üzrə təcrübə mübadiləsi olmuşdur.

Martın 29-da Komissiyanın əməkdaşları Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa İttifaqının

Şərq Tərəfdaşlığı Proqramının Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik 1-ci Platformasının dövlət

idarəetmə islahatları paneli üzrə “Şəffaflıq, vəzifəli şəxslərin gəlirlər bəyannaməsinin şəffaflığı və dövlət

sektorunda məlumatların açıqlığı” mövzusunda keçirilən seminarda iştirak etmişlər. Seminarın məqsədi

Şərq Tərəfdaşlığı Proqramının üzvü olan ölkələrdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim

etməsinin elektron sistemi və informasiyanın açıqlanması üzrə təcrübə mübadiləsi olmuşdur.

Aprelin 23-də Komissiyanın əməkdaşları Gürcüstanın Tbilisi şəhərində Avropa İttifaqının Şərq

Tərəfdaşlığı Proqramının Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik 1-ci Platformasının dövlət idarəetmə

islahatları paneli üzrə “Verilənlər Mübadiləsi Agentliyinin fəaliyyəti” mövzusunda keçirilən seminarda iştirak

etmişlər. Tədbirdə e-hökumət, verilənlər mübadiləsinin infrastrukturu və digər mövzular müzakirə

olunmuşdur.

Mayın 16-da Komissiyanın əməkdaşları Rumıniyanın Buxarest şəhərində “Şəffaflıq, etika və dövlət

idarəçiliyində bütövlük üzrə qanunvericilik” mövzusunda keçirilən seminarda iştirak etmişlər. Seminarda

dövlət qulluqçularının etik davranış qaydaları, etik müvəkkillər, intizam komissiyaları, qanunvericiliyin

tətbiqi və təkmilləşdirilməsi üzrə istifadə olunan alət və proseduralar və digər mövzularda çıxışlar

olmuşdur. Tədbirdə çıxış edən Komissiyanın nümayəndəsi Azərbaycanda dövlət qulluqçularının etik

davranış qaydaları, etik müvəkkilin funksiyaları, şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə

sahəsində görülən işlər, o cümlədən Komissiyanın bu sahədə fəaliyyəti barədə məlumat vermişdir.

Mayın 30-da Komissiyanın əməkdaşı Monteneqroda “Dövlət qulluqçuları və dövlət işçilərinin etik

davranış qaydaları” mövzusunda keçirilmiş regional konfransda iştirak etmişdir. Konfransda dövlət

idarəçiliyində korrupsiyaya qarşı mübarizə sahəsində Avropanın və Avro-Atlantik məkana inteqrasiyanın

təsirləri, etik davranış qaydaları, dövlət sektorunda etik normalar haqqında nəzəriyyələr, yaxşı idarəçiliyin

əsas prinsipləri və s. mövzularda çıxışlar olmuşdur.

Page 16: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

6, 7 iyun tarixlərdə Komissiyanın əməkdaşları Belçikanın Brüssel şəhərində Avropa İttifaqı Şərq

Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun təşkil etdiyi Demokratiya, insan hüquqları, yaxşı idarəçilik və

sabitlik üzrə İşçi Qrupun iclasında iştirak etmişlər. Azərbaycanla yanaşı Gürcüstan, Moldova, Ukrayna,

Belarus və Ermənistan nümayəndələrinin də iştirak etdiyi tədbirdə İşçi Qrupun 6 əsas fəaliyyət istiqaməti

üzrə üzv dövlətlərin hesabatları dinlənilmişdir.

11-13 iyun tarixlərdə Əfqanıstan İslam Respublikasını təmsil edən nümayəndə heyəti Azərbaycanda

rəsmi səfərdə olmuşlar. Əfqanıstan nümayəndə heyəti üçün Komissiya əməkdaşları tərəfindən “Dövlət

qulluğuna mərkəzləşdirilmiş qaydada qəbul”, “Komissiyanın beynəlxalq əlaqələri və strateji əməkdaşlıq”,

“Komissiyanın internet saytı və göstərdiyi elektron xidmətlər”, “Xidməti fəaliyyətin qiymətləndirilməsi

sistemi”, “Dövlət qulluğu sisteminin hüquqi tənzimlənməsi”, “Dövlət qulluqçularının etik davranış

qaydaları” və digər mövzularda təqdimatlar edilmişdir. Nümayəndə heyəti Komissiyanın dövlət qulluğuna

qəbulla bağlı test imtahanlarının keçirildiyi test mərkəzi ilə tanış olmuşlar. Səfər çərçivəsində Azərbaycan

Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və onun yerli bölmələri və Dövlət

İdarəçilik Akademiyasında da görüşlər təşkil edilmişdir.

11-13 iyun tarixlərdə Komissiyanın əməkdaşı Gürcüstanın Tbilisi şəhərində Avropa İttifaqı Şərq

Tərəfdaşlığı ölkələri üçün “Texniki yardımın səmərəli idarə olunması” mövzusunda keçirilən 5-ci Şərq

Tərəfdaşlığı Dövlət İdarəçiliyi İslahatları seminarında iştirak etmişdir. Avropa İttifaqının Avropa Qonşuluq

Siyasəti Aləti çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinə göstərdiyi texniki yardımlar və onların idarə edilməsi

barədə məlumatlılığın artırılması məqsədi ilə təşkil edilmiş tədbirdə Komissiyanın Avropa İttifaqı tərəfindən

maliyyələşdirilən SIGMA layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilmişdir.

İyunun 14-də Komissiyanın əməkdaşları Gürcüstanın Tbilisi şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı

ölkələrinin Şərq Tərəfdaşlığı Dövlət İdarəçiliyi İslahatları Paneli üzrə 2-ci iclasında iştirak etmişlər.

Tədbirdə Dövlət İdarəçiliyi İslahatları Panelinin Fəaliyyət Planında müəyyən edilmiş əsas sahələr barədə

təqdimatlar olmuş və mövzular ətrafında müzakirələr aparılmışdır.

İyunun 19-da Komissiyanın əməkdaşı Fransanın Strasburq şəhərində Korrupsiyaya qarşı mübarizə üzrə

milli hökumət nümayəndələrinin iştirakı ilə “Korrupsiya və korrupsiya risklərinin qiymətləndirilməsi”

mövzusunda keçirilmiş regional seminarda iştirak etmişdir. Seminar Avropa İttifaqı Şərq Tərəfdaşlığının

“Yaxşı idarəetmə və korrupsiyaya qarşı mübarizə haqqında” regional layihəsi çərçivəsində təşkil

olunmuşdur. Tədbirdə “Korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq standartlar və korrupsiyaya qarşı

mübarizə siyasətinin işlənib hazırlanması”, “Korrupsiya və korrupsiya riskinin qiymətləndirilməsi: ölkə

təcrübələri”, “Korrupsiyanın qiymətləndirilməsi və pis təcrübələr”, “Korrupsiyanın qiymətləndirilməsi

metodları və pis təcrübələr” və digər mövzularda müzakirələr keçirilmişdir.

İyunun 28-də Komissiyanın əməkdaşı Rumıniyada “Dövlət sektorunda innovasiya və keyfiyyət”

mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişdir. Konfrans Rumıniyanın İdarəçilik və Daxili

İşlər Nazirliyinin Dövlət Qulluqçularının Milli Agentliyi tərəfindən təşkil edilmişdir.

4-17 sentyabr tarixlərdə Komissiyanın əməkdaşı Əfqanıstan Müstəqil İnzibati İslahatlar və Dövlət

Qulluğu Komissiyasının dəvəti ilə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində səfərdə olmuşdur.

Səfərdə məqsəd BMT-nin İnkişaf Proqramının Milli İnstitusional Quruculuq Layihəsi çərçivəsində

Əfqanıstan Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasına dövlət qulluğu və elektron

xidmətlərin göstərilməsi, dövlət qulluğuna qəbul və insan resurslarının idarə edilməsinə dair proqram

təminatının yaradılması sahəsində məsləhətlərin verilməsi olmuşdur.

Sentyabrın 26-da Komissiyanın dəvəti ilə Çin Xalq Respublikasının İnsan resursları və sosial müdafiə

nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfərə gəlmişdir.

Səfərinin məqsədi Azərbaycan dövlət qulluğu sistemi və Komissiyanın fəaliyyəti ilə yaxından tanış olmaq, o

cümlədən dövlət qulluğuna qəbul sahəsində Azərbaycan təcrübəsini öyrənməkdən ibarət olmuşdur. Səfər

çərçivəsində nümayəndə heyəti Dövlət İdarəçilik Akademiyasında da olmuş, Akademiyanın rektoru ilə

görüşmüşdür.

6-9 noyabr tarixlərdə Komissiyanın əməkdaşı Koreya Respublikasının İnçeon şəhərində İnformasiya və

Kommunikasiya Texnologiyasının İnkişafı üzrə BMT-nin Asiya və Sakit Okean Təlim Mərkəzi (UN-APC ICT)

Page 17: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

tərəfindən “Hökumət liderləri üçün İKT Akademiyası” mövzusunda təşkil edilmiş tərəfdaşların 4-cü

görüşündə iştirak etmişdir. Tədbirdə 25 ölkədən 50 nəfərdən artıq hökumət nümayəndələri iştirak edib.

Görüş zamanı yeni təlim modulları üzərində müzakirələr aparılmış və illik planlar barədə məruzələr

dinlənilmişdir.

7-10 noyabr tarixlərdə Komissiyanın əməkdaşı Braziliya Federativ Respublikasının Braziliya şəhərində

Korrupsiyaya qarşı mübarizə üzrə 15-ci beynəlxalq konfransda iştirak etmişdir. Konfransda Braziliya

Federativ Respublikasının Prezidenti, bu ölkənin digər rəsmi şəxsləri, Beynəlxalq Şəffaflıq Təşkilatının

rəhbəri, digər beynəlxalq təşkilatların nümayəndələri və 100-dən artıq dövlətin nümayəndəsi iştirak

etmişdir. Konfransın əsas məqsədi korrupsiyaya qarşı beynəlxalq mübarizənin gücləndirilməsi, bu sahədə

səylərin birləşdirilməsi, açıq hökumətin təşviqi, yaxşı idarəçiliyin təmin olunması və korrupsiyaya qarşı

mübarizə üzrə mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsi olmuşdur.

8, 9 noyabr tarixlərdə Komissiyanın əməkdaşı Ukraynanın Kiyev şəhərində keçirilmiş Avropa İttifaqının

Tvinning, TAIEX və SIGMA yardım alətlərinin istifadəsi ilə bağlı İnstitusional Quruculuq üzrə 6-cı İllik

Regional Konfransda iştirak etmişdir. Azərbaycanla yanaşı konfransda Gürcüstan, Moldova, Litva, Polşa və

digər ölkələrin nümayəndələri, həmçinin, Avropa Komissiyasının və SIGMA-nın nümayəndələri də iştirak

etmişlər.

26, 27 noyabr tarixlərdə Komissiyanın əməkdaşı Fransanın Paris şəhərində Avropa İttifaqı və İqtisadi

Əməkdaşlıq və İnkişaf Təşkilatının dəstəyi ilə dövlət qulluğu sahəsində ixtisaslaşmış təşkilat olan SİQMA

tərəfindən “Avropa Qonşuluq ölkələrində dövlət idarəçiliyi islahatları” mövzusunda təşkil olunan seminarda

iştirak etmişdir. Azərbaycanla yanaşı Əlcəzair, Misir, Gürcüstan, İordaniya, Livan, Moldova, Mərakeş,

Tunis, Ukrayna və digər dövlətlərin nümayəndələrinin, habelə Avropa İttifaqı, Avropa Komissiyası, İqtisadi

Əməkdaşlıq və İnkişaf Təşkilatının və SİQMA-nın rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi tədbirdə

“Dövlət qulluğunun keyfiyyətinin yaxşılaşdırılması üçün siyasət, təşkilat və alətlər”, “Dövlət qulluğunda

keyfiyyətə necə nail olmaq olar?”, “Dövlət idarəçiliyində keyfiyyətin səviyyəsinin və səmərəliliyinin

artırılması”, “Dövlət qulluğunun keyfiyyətinin yaxşılaşdırılmasında dövlət satınalmaları” mövzularında

təqdimatlar olmuşdur.

Dekabrın 13-də Komissiyanın əməkdaşları Moldova Respublikasının Kişinyov şəhərində Avropa

İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” 1-ci çoxtərəfli

Platforma nəzdində yaradılmış Dövlət İdarəçiliyi İslahatları Panelinin 3-cü işçi görüşündə iştirak etmişlər.

Görüşdə iştirakçılar panel çərçivəsində 2012-ci il ərzində görülən işlər barədə hesabat vermiş və 2013-cü il

üçün Fəaliyyət Planını hazırlayaraq təsdiq etmişlər.

İctimaiyyətlə əlaqələr sahəsində

Hesabat dövrü ərzində dövlət qulluğu və insan resurslarının idarə edilməsi sahəsində dövlət siyasətinə

ictimai etimadın artırılması, vətəndaşların bu proseslərdə aktiv iştiraka cəlb edilməsi məqsədi ilə Komissiya

öz fəaliyyəti barədə məlumatları mütəmadi olaraq internet saytı, kütləvi informasiya vasitələri və müxtəlif

görüşlər keçirmək yolu ilə ictimaiyyətə çatdırmışdır.

Komissiyanın vətəndaş cəmiyyəti ilə münasibətləri faydalı əməkdaşlıq müstəvisi üzərində qurulub.

Vətəndaş cəmiyyətini Komissiyanın fəaliyyəti və dövlət qulluğu sahəsində aparılan islahatlarla yaxından

tanış etmək, QHT və KİV ilə əlaqələri inkişaf etdirmək məqsədi ilə hesabat dövrü ərzində dövlət qulluğuna

qəbulla bağlı keçirilən müsabiqələrin test imtahanı və müsahibə mərhələlərində Komissiyanın dəvəti ilə

qeyri-hökumət təşkilatları və media nümayəndələri müşahidəçi kimi iştirak etmişlər. Komissiyanın

əməkdaşları da QHT-lərin keçirdiyi bir sıra tədbirlərə qatılmışlar. Komissiya vətəndaş cəmiyyəti institutları

ilə əlaqələrin genişləndirilməsi üçün əməkdaşlıq şəbəkəsi yaratmaq məqsədi ilə Azərbaycan Respublikası

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-

Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, qeyri-hökumət təşkilatlarına – “Konstitusiya”

Araşdırmalar Fonduna, Media Hüququ İnstitutuna, Multimedia İnformasiya Sistemləri və Texnologiyaları

Mərkəzinə, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinə, Avrasiya Hüquqşünaslar Assosiasiyasına,

Page 18: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinə, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı

Mübarizə İctimai Birliyinə, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasına bu şəbəkədə təmsil

olunmaq üçün dəvət məktubları göndərmişdir. Yuxarıda adları qeyd edilən qurumlar əməkdaşlıq

şəbəkəsində iştirak etməyə razılıqlarını bildirmiş və şəbəkədə təmsil olunmaq üçün öz nümayəndələrini

təyin etmişlər. Əməkdaşlıq şəbəkəsinin ilk toplantısının keçirilməsi 2013-cü ilin yanvar ayında nəzərdə

tutulmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 2012-ci il 5 aprel tarixli 24 nömrəli

Sərəncamına uyğun olaraq 2012-ci il 31 may tarixdə “Dövlət qulluğuna qəbulda şəffaflıq və etik tələblər”

mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət

təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər iştirak etmişlər. Tədbirdə “Etik tələblər və etik

davranış qaydalarına əməl edilməsi vəziyyəti” və “Dövlət qulluğuna qəbulda şəffaflıq” mövzularında

təqdimatlar edilmişdir.

Potensiallı gənclərin dövlət qulluğuna marağının artırılması məqsədi ilə il ərzində Komissiyanın rəhbərliyi

və əməkdaşları bir sıra tədbirlərdə iştirak etmişlər. 2012-ci ilin aprel-may aylarında Dövlət İdarəçilik

Akademiyası, Dövlət Neft Akademiyası, Dillər Universiteti, Texniki Universitet, Müəllimlər İnstitutu, Qafqaz

Universiteti, Xəzər Universiteti və Turizm İnstitutunda yuxarı kurs tələbələri ilə görüşlər keçirilmişdir.

Görüşlərdə Komissiyanın əməkdaşları təqdimatlar edərək dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq

əsasında keçirilməsi şərtlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışlar. Eyni zamanda hər bir ali

məktəbdə bu məktəb üzrə dövlət qulluğuna qəbul ilə bağlı keçirilən müsabiqələrə dair statistik göstəricilər

də vurğulanmışdır.

Komissiya iyunun 20-də Təhsil Nazirliyinin və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dövlət İqtisad

Universitetində təşkil olunan “Məzun – 2012” əmək yarmarkasında və iyunun 22-də Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyinin və Qafqaz Universitetinin dəstəyi ilə Qafqaz Universitetində təşkil olunan

“Karyerada ilk addım” əmək sərgisində iştirak etmişdir. Komissiyanın bu sərgilərdə iştirak etməsinin

məqsədi dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında aparılması ilə bağlı ictimaiyyətin

məlumatlandırılması və vətəndaşların dövlət qulluğuna cəlb edilməsi olmuşdur.

“İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Komissiyanın əməkdaşları iyunun 13-də birliyin gənc üzvləri ilə

görüşmüşlər. Tədbir iştirakçılarına Komissiyanın fəaliyyəti, qarşısında duran məqsəd və vəzifələr, son illər

dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbul ilə bağlı görülən işlər barədə məlumat

verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

Sentyabrın 10-da Komissiyanın sədri “Azərbaycanın inkişaf prioritetləri: insan kapitalına yatırımlar”

mövzusunda keçirilən Azərbaycan Gənclərinin I Liderlik Forumunda iştirak etmişdir. Forum Azərbaycan

Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gəncə Şəhər İcra Hakimiyyəti,

“Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi və “İrəli” İctimai Birliyininin birgə təşkilatçılığı ilə Gəncə

şəhərində keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycanda insan kapitalının inkişafı sahəsində görülən

işlər, gənclərin dövlət qulluğuna qəbulu, dövlət qulluğunda aparılan islahatlarda gənclərin rolu barədə

görüş iştirakçılarına məlumat verilmişdir.

Komissiya xaricdə təhsil almış gənclər üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən

Bakı Biznes Mərkəzində oktyabrın 20-də keçirilən əmək yarmarkasında iştirak etmişdir. Əmək

yarmarkasında Komissiyanın iştirakının məqsədi dövlət qulluğuna qəbul və dövlət qulluğunda karyera

qurma ilə bağlı gənclərə yaradılan imkanlar barədə iştirakçılara məlumat verilməsi və xaricdə təhsil alan

gənclərin dövlət qulluğuna cəlb edilməsi olmuşdur.

Komissiya vətəndaşlarla əlaqələrini daha çox özünün internet saytı vasitəsilə qurur. Hesabat dövrü ərzində

Komissiyanın internet saytının təkmilləşdirilməsi işi davam etdirilmişdir.

Şəffaflığın təmin edilməsi məqsədi ilə Komissiyanın fəaliyyəti ilə bağlı illik hesabatlar, etik davranış

qaydaları və dövlət proqramlarında icrası Komissiyaya həvalə edilmiş tədbirlərlə bağlı hesabatlar, dövlət

qulluğu vəzifələrinin tutulması üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumatlar (elanlar, sənəd

qəbulunda müsabiqə vəziyyəti, test imtahanları və müsahibələrin keçirilmə qrafikləri və nəticələri və s.),

dövlət qulluğuna qəbulla bağlı keçirilmiş müsabiqələrin nəticələrinin ümumi, eləcə də ali məktəblər üzrə

Page 19: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

təhlili, Komissiyanın fəaliyyəti ilə bağlı digər statistik təhlillər, mətbuat üçün məlumatlar davamlı olaraq

internet saytında yerləşdirilmişdir.

Həmçinin Komissiyanın maddi-texniki bazası üçün avadanlıqların alınması məqsədi ilə elan edilən

kotirovka sorğuları və onların nəticələri internet saytında öz əksini tapmışdır.

Dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqə və müsahibələrə ictimai etimadı artırmaq,

müsabiqə və müsahibələrin nəticələrindən narazı qalan şəxslərin apellyasiya şikayətlərinə obyektiv və

şəffaf baxılmasını təmin etmək və apellyasiya şikayətlərinin nəticələri barədə ictimaiyyəti

məlumatlandırmaq məqsədi ilə hesabat dövrü ərzində Komissiyanın internet saytında “Apellyasiya”

altbölməsi yaradılmışdır. Burada “Qanunvericilik” başlığı altında olan hissədə apellyasiya şikayətinin

verilməsini və bu şikayətlərə baxılması qaydalarını müəyyən edən aktlar (Azərbaycan Respublikası

Prezidentinin 2009-cu il 24 iyun tarixli, 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət

qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət

Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 2008-ci il 7 fevral tarixli, 8 nömrəli Əmri ilə təsdiq edilmiş

“Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi Qaydaları”,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 2009-cu

il 29 iyun tarixli, 171 nömrəli Əmri ilə təsdiq edilmiş “Müsahibənin nəticəsindən narazı qalan şəxslərin

apellyasiya şikayətinə baxılması Qaydaları”), “Apellyasiya komissiyasının tərkibi” başlığı altında olan

hissədə apellyasiya komissiyasının sədri və üzvləri barədə dolğun informasiya, “Apellyasiyanın nəticələri”

başlığı altında olan hissədə isə namizədin adı, soyadı, atasının adı, müsabiqə və ya müsahibənin elan

edildiyi tarix, apellyasiya şikayətinin verildiyi vakant dövlət qulluğu vəzifəsi, vəzifənin olduğu dövlət

orqanı, müsahibənin keçirilmə tarixi, namizədin topladığı bal, apellyasiya şikayətinin verilmə tarixi,

apellyasiya şikayətinə baxılma tarixi və çıxarılan qərar da göstərilməklə apellyasiya şikayətlərinə baxılması

və nəticələri barədə illər üzrə məlumat verilmişdir.

Komissiyanın internet saytının “Vətəndaşlar üçün” bölməsində “Bələdçi qaydalar” altbölməsi yaradılmışdır.

Burada Komissiyanın vətəndaşlar üçün hazırladığı bələdçi kitabçalar öz əksini tapmışdır. 2013-cü ildə bu

bölmənin daha geniş bələdçi qaydalarla zənginləşdirilməsi nəzərdə tutulur. Belə ki, dövlət qulluğu sistemi,

dövlət qulluğu qanunvericiliyi və dövlət qulluğunun müxtəlif sahələrini əhatə edən bələdçi qaydaların

hazırlanması istiqamətində işlər gedir.

Komissiyanın internet saytı vasitəsilə dövlət qulluğu və idarəetmənin müxtəlif sahələri üzrə rəy sorğuları

keçirilmiş və nəticələri internet saytında yerləşdirilmişdir. Komissiyanın indiyə kimi keçirdiyi bütün rəy

sorğuları arxivləşdirilmiş və internet saytında yerləşdirilmişdir.

2008-ci ildən indiyə kimi Komissiyanın internet saytında yerləşdirilmiş yazılara 5 milyon 500 mindən çox

baxış olmuşdur. Bunlardan 1 milyon 400 mindən çoxu hesabat dövrünün payına düşür. İnternet saytında

qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 14 500-ü keçmişdir.

“Açıq Hökümətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı

mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndləri ilə Komissiyaya həvalə

edilmiş tədbirlərin icrası ilə əlaqədar Komissiyanın informasiya azadlığı üzrə məsul şəxsi müəyyən edilmiş

və bu barədə internet saytı vasitəsilə ictimaiyyətə məlumat verilmişdir.

Görülən işlərin nəticəsidir ki, 2012-ci il 29 iyun tarixdə Multimedia İnformasiya Sistemləri və

Texnologiyaları Mərkəzinin “Azərbaycanda açıq hökumət təşəbbüsünün həyata keçirilməsində vətəndaş

cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda hazırladığı hesabata əsasən 131 dövlət orqanının

internet saytı arasında Komissiyanın internet saytı informasiya açıqlığına görə üçüncü olmuşdur. Mərkəzi

və yerli icra hakimiyyəti orqanlarının internet saytları 60 meyar (dövlət orqanı haqqında ümumi

məlumatlar, onun strukturu, kadr təminatı, büdcəsi və idarəçiliyində olan dövlət informasiya sistemləri,

dövlət orqanının fəaliyyəti üzrə qanunvericilik bazası və orqanın normayaradıcılıq fəaliyyəti, fiziki və

hüquqi şəxslərin hüquq, azadlıq və qanuni maraqlarının təmin edilməsi üzrə qurumun fəaliyyəti, dövlət

ehtiyacları üçün mal, iş və xidmətlərin satın alınması və s. barədə məlumatların yerləşdirilməsi,

məlumatların əldə edilməsinin rahatlığı və digər meyarlar) üzrə kəmiyyət və keyfiyyət göstəriciləri və

sosial faydalılıq səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı baxımından qiymətləndirilmişdir.

Page 20: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

Dövlət qulluğunun müxtəlif istiqamətləri, Komissiyanın ümumi fəaliyyəti, əldə etdiyi nəticələr və görəcəyi

işlər barədə ictimaiyyətə məlumat vermək üçün Komissiyanın sədri 2 noyabr tarixdə mətbuat konfransı

keçirmişdir.

Bundan başqa hesabat dövründə dövlət qulluğu sisteminin mahiyyəti, dövlət qulluğuna qəbul və bu

sahədə tətbiq olunan yeniliklər, dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və

korrupsiyaya qarşı mübarizə ilə bağlı təşkil edilən tədbirlər barədə məlumatlar Komissiyanın rəhbərliyi və

əməkdaşları tərəfindən mütəmadi olaraq Azərbaycan, İctimai, Azad Azərbaycan, Space, Lider

televiziyaları, Yurd TV və İnteraz TV onlayn televiziya kanalları ilə yanaşı, Araz FM radiosu, AzərTAC,

Trend, APA, The First News, Turan, Azadinform, Gün.az, Səs, İnterafax, ABC (Fineko) İnformasiya

Agentlikləri, Lent.az onlayn xəbər agentliyi, Qafqazinfo internet qəzeti, “Azərbaycan”, “Xalq qəzeti”,

“Respublika”, “Bakinskiy raboçiy”, “Эхо” qəzetləri və digər dövrü mətbuat vasitəsilə ictimaiyyətə

çatdırılmışdır.

İl ərzində Komissiya rəhbərliyinin və əməkdaşlarının ANS televiziya kanalının “Hesabat” proqramında,

Azərbaycan televiziyasının “Səhər” musiqili-informasiya, “Sabaha doğru” və “Günün nəbzi”

proqramlarında, İnteraz TV onlayn televiziya kanalının “7-ci gün” verilişində, “Azadlıq” radiosunun

“Korrupsiometr” verlişində çıxışları olmuş, “Trend”, “The First News” və “Gün.az” İnformasiya

Agentliklərində, “Xalq qəzeti”, “Respublika”, “Bakinskiy raboçiy”, “Эхо” və “NewBakuPost” qəzetlərində

müsahibələri dərc edilmişdir.

Sosial şəbəkələrin Azərbaycan cəmiyyətinin və beynəlxalq ictimaiyyətin həyatında tutduğu yeri nəzərə

alaraq Komissiya “Facebook” sosial şəbəkəsi vasitəsilə də vətəndaşlarla birbaşa ünsiyyət qurur. Burada

Komissiyanın fəaliyyəti, o cümlədən keçirilən müsabiqə və müsahibələr, təlim, konfrans, seminar və digər

tədbirlər barədə məlumat verilir, Komissiya rəhbərliyinin mətbuatda çıxışları təqdim olunur. Eyni zamanda

şəbəkə vasitəsilə vətəndaşların Komissiyanın fəaliyyəti ilə bağlı fikirləri də öyrənilir.

Hesabat dövrü ərzində Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlar, Komissiyanın fəaliyyət

istiqamətləri və dövlət qulluğunun əsas tənzimləmə institutları barədə Azərbaycan və ingilis dillərində

kitabçalar nəşr edilərək beynəlxalq və ölkədaxili tədbirlərdə iştirakçılara paylanmışdır.

Dövlət Qulluqçularının Reyestrinin inkişaf etdirilməsi və

informasiya texnologiyaları sahəsində

2012-ci il ərzində Komissiyanın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə informasiya texnologiyalarının

tətbiqi və inkişaf etdirilməsi sahəsində işlər davam etdirilmişdir.

İl ərzində Dövlət Qulluqçularının Reyestri inkişaf etdirilmiş, buradakı məlumatlar yenilənmiş və

artırılmışdır. Dövlət orqanları ilə birgə aparılan işin nəticəsində Reyestri idarə edən “İdarəetmə strukturu

və kadr potensialı sistemi”nin istismarı zamanı ortaya çıxan nöqsanlar araşdırılmış və sistemləşdirilmişdir.

2012-ci ildə 38 mərkəzi icra hakimiyyəti orqanı, 78 yerli icra hakimiyyəti orqanı, 97 məhkəmə hakimiyyəti

orqanı üzrə əlavə olaraq ümumilikdə 2461 nəfər dövlət qulluqçusu barədə məlumat toplanmış və

Reyestrin məlumat bazasına əlavə edilmişdir. Hazırda Reyestr mərkəzi icra, yerli icra və məhkəmə

hakimiyyəti orqanları üzrə 22386 nəfər dövlət qulluqçusu barədə məlumatı özündə cəmləşdirib. Bu

məlumatlar hər ayın 1-dən gec olmayaraq yenilənir.

Dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatların dövlət orqanları tərəfindən

Dövlət Qulluqçularının Reyestrinə vaxtında, tam və düzgün verilməsini təmin etmək üçün hər bir dövlət

orqanında məsul şəxs təyin edilmişdir. Məlumatları vaxtında göndərməyən məsul şəxslər barədə 7 dövlət

orqanının (Zəngilan Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Hacıqabul Rayon Rayon

İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi,Gəncə Şəhəri

Nizami Rayon Məhkəməsi, Astara Rayon Məhkəməsi) rəhbərinə xəbərdarlıq məktubu göndərilmişdir.

Reyestrdə olan dövlət qulluqçuları haqqında məlumatların düzgünlüyünü və tamlığını, məlumatların

qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Komissiyaya daxil olub-olmamasını yoxlamaq üçün yeni

proqram təminatları və hesabatlar hazırlanmışdır.

Page 21: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi

Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarına əsasən Komissiyada 7

elektron xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi

Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi

barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarına

əsasən Komissiyanın göstərəcəyi xidmətlərdə dəyişiklik edilmişdir. Hazırda Komissiyaya aşağıdakı elektron

xidmətlərin göstərilməsi həvalə olunmuşdur:

1. Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu;

2. Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi;

3. Dövlət Qulluqçularının Reyestrindən məlumatların verilməsi;

4. Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi;

5. Dövlət qulluğu stajı kalkulyatoru;

6. Onlayn sınaq test imtahanlarının keçirilməsi;

7. Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu.

Komissiyanın internet saytında bu xidmətlərin göstərilməsi üçün ayrıca bölmə və subdomen –

http://eXidmet.csc.gov.azyaradılmışdır. Qərarda göstərilən xidmətlərin reqlamentləri hazırlanmış və

Komissiya sədrinin 2012-ci il 4 iyun tarixli 111 nömrəli Əmri ilə təsdiq edilmişdir. Komissiyanın “Elektron

hökumət” portalına qoşulması təmin edilmişdir. Hazırda “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün

müraciətin və sənədlərin qəbulu” xidmətindən Komissiyanın internet saytına daxil olaraq istifadə etmək

mümkündür. 2012-ci ildə 6918 nəfər namizəd bu xidmətdən istifadə etmişdir.

2012-ci il 22 may tarixdə Komissiya “Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminin (DQRİS)

yenidən qurulması, sənəd dövriyyəsi və elektron xidmətlərin yaradılması üzrə proqram təminatının

satınalınması üzrə” açıq tender elan etmişdir. Qalib şirkət tenderin şərtlərinə uyğun olaraq işlərin

görülməsinə başlamışdır. Belə ki, hazırda Komissiyanın göstərməli olduğu elektron xidmətlərin hamısı

layihələndirilmiş, onlardan 5-nin proqram təminatı hazırlanaraq “Elektron hökumət” portalına inteqrasiya

edilməsi üçün portalın administrasiyasına təqdim edilmişdir. Digər 2 elektron xidmətin proqram

təminatının hazırlanması işləri davam etdirilir.

Keçirilmiş tenderin şərtlərinə uyğun olaraq Dövlət Qulluqçularının Reyestri yenidən qurulub istifadəyə

veriləcəkdir. Yeni proqram təminatı imkan verəcəkdir ki, dövlət orqanlarının kadr qurumları internet

üzərindən müvafiq dövlət orqanında qulluq keçən şəxslər barədə məlumatları Reyestrə daxil etsinlər və bu

məlumatlarda müəyyən dəyişikliklər aparsınlar. Qalib şirkətlə texniki tapşırıq razılaşdırılmış və şirkət

tərəfindən hazırlanmış pilot layihə Komissiyaya təqdim edilmişdir.

Tenderin digər şərtinə uyğun olaraq Komissiyada sənəd dövriyyəsi sisteminin yaradılması nəzərdə

tutulmuşdur. Elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və emalına sərf olunan əməyin

və vaxtın azalmasına, icra intizamının yüksəldilməsinə və nəzarət mexanizminin sadələşməsinə, qərarların

qəbul edilməsində və vətəndaşlara xidmətdə operativliyin artırılmasına, digər təşkilatlarla əlaqələrin

sürətləndirilməsinə imkan verəcəkdir. Nəzərdə tutulmuş sənəd dövriyyəsi sisteminin pilot layihəsi qalib

şirkət tərəfindən hazırlanmış və Komissiyaya təqdim edilmişdir. Hazırda layihə sınaqdan keçirilir.

Hesabat dövrü ərzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və

müsahibələrdə iştirak edən namizədlərlə bağlı geniş məlumatı özündə əks etdirən “Namizədlər-DQMK”

avtomatlaşdırılmış idarəetmə sistemi təkmilləşdirilmiş, müsabiqə və müsahibələrin bütün mərhələlərinin

(elanın verilməsi, sənəd qəbulu, test imtahanı, müsahibə, vəzifəyə təyinat, ehtiyat kadrlarla iş və s.) daha

səmərəli təşkili üçün sistemin funksional imkanları və bu sistemə daxil olan hesabatların sayı artırılmışdır.

Page 22: Komissiyanın 2012-ci il ərzində fəaliyyəti barədə hesabat

Sənəd qəbulu zamanı dövlət orqanları və vakant vəzifələr üzrə müsabiqə vəziyyəti haqqında statistik

məlumatlar, müsabiqənin test imtahanı və müsahibə mərhələləri üzrə bu mərhələlərin keçirilmə tarixi,

vaxtı, yeri və nəticələri və digər mühüm məlumatlar gündəlik olaraq Komissiyanın internet saytında

yerləşdirilmişdir.

2012-ci ildə Komissiyanın internet saytında “Dövlət qulluğu üzrə təlimlər” (http://eLearning.csc.gov.az)

portalı yaradılmışdır. Portalın yaradılmasında məqsəd dövlət qulluqçularının peşəkarlığının artırılması üçün

distant təlimlərin keçirilməsidir.

Hesabat dövrü ərzində Komissiyanın informasiya texnologiyaları sahəsində maddi-texniki bazası

gücləndirilmiş və yeni avadanlıqlar alınmışdır. Bu avadanlıqların alınmasında Komissiyanın beynəlxalq

təşkilatlarla birgə həyata keçirdiyi layihələr də əhəmiyyətli rol oynamışdır. Belə ki, test imtahanlarının

keçirilməsi üçün Dövlət İqtisad Universitetinin tədris korpusunda 33 kompyuterdən ibarət 3-cü test

mərkəzi yaradılmışdır. Hazırda Komissiyanın 116 kompyuterdən ibarət 3 test mərkəzi vardır (Digər 2 test

mərkəzindən biri Azərbaycan Müəllimlər İnstitutunda yerləşir, digəri isə Bakı Avrasiya Universitetindən

icarəyə götürülmüşdür). Bu isə hər mərkəzdə 2 seans olmaqla gün ərzində 232 nəfər namizədlə test

imtahanı keçirməyə imkan verir.

Komissiyanın test imtahanlarının həyata keçirilməsi sahəsində imkanlarını və təcrübəsini nəzərə alan

Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Gənclər Parlamenti Layihəsinin rəhbərliyi

Azərbaycan Gənclər Parlamentinə üzv olmaq istəyən namizədlərlə test imtahanının keçirilməsi üçün

Komissiyaya müraciət etmişdir. Müraciətə əsasən Komissiya tərəfindən 813 nəfər namizədin test imtahanı

keçirilmişdir.

Dövlət proqramlarının və milli fəaliyyət planlarının

icra edilməsi sahəsində

Hesabat dövrü ərzində aşağıdakı dövlət proqramları və milli fəaliyyət planları ilə Komissiyaya icrası həvalə

edilmiş tədbirlərlə bağlı müvafiq işlər görülmüşdür:

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq

edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı

inkişaf Dövlət Proqramı” (Hesabat əlavə edilir –Əlavə 12);

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə

təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” (Hesabat əlavə

edilir – Əlavə 13);

3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli 1836 nömrəli Sərəncamı ilə

təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə

2011-2015-ci illər üçün Dövlət Proqramı” (Hesabat əlavə edilir – Əlavə 14);

4. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq

edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” (Hesabat əlavə edilir – Əlavə

15).