5
İsmin halları Azərbaycan dilində ismin 6 halı var: Adlıq kim? nə? hara? - Yiyəlik kimin? nəyin? haranın? -ın4, -nın4 Yönlük kimə? nəyə? haraya? -a², -ya² Təsirlik kimi? nəyi? haranı? -ı4, -4 Yerlik kimdə? nədə? harada? -da² Çıxışlıq kimdən? nədən? haradan? -dan² Qeyd: su sözləri hallandıqda yiyəlik və təsirlik halda y bitişdirici samitindən istifadə olunacaq. Məsələn, suyun, nəyin? suya, nəyə?

Isim

  • Upload
    lalavt

  • View
    562

  • Download
    4

Embed Size (px)

Citation preview

Page 1: Isim

İsmin hallarıAzərbaycan dilində ismin 6 halı var:

Adlıq kim? nə? hara? -

Yiyəlik kimin? nəyin? haranın? -ın4, -nın4

Yönlük kimə? nəyə? haraya? -a², -ya²

Təsirlik kimi? nəyi? haranı? -ı4, -nı4

Yerlik kimdə? nədə? harada? -da²

Çıxışlıq kimdən? nədən? haradan? -dan²

Qeyd: su və nə sözləri hallandıqda yiyəlik və təsirlik halda y bitişdirici samitindən istifadə olunacaq. Məsələn, suyun, nəyin? suya, nəyə?

Page 2: Isim

* Adlıq hal – xüsusi şəkilçisi yoxdur. Lakin adlıq halda olan isimlər cəm, mənsubiyyət və xəbərlik (şəxs) şəkilçisi qəbul edə bilərlər.

Məsələn, kitab→kitablar→kitabımız→kitabdır sözlərinin hər biri adlıq haldadır.

* Adlıq halda olan söz cümlədəı ya mübtəda ya da ismi xəbər vəzifəsində işlənə bilir.

Məsələn, Kitab bilik mənbəyidir. Bu, çox maraqlı kitabdır. – cümlələrinin I-sində kitab sözü mübtəda, digərində xəbər vəzifəsindədir; hər iki söz adlıq haldadır.

Page 3: Isim

Yiyəlik hal 2 yerə bölünür:

1. Müəyyən yiyəlik hal – şəkilçi ilə işlənir, kimin? nəyin? haranın?

suallarından birinə cavab verir. Məsələn, evin, dağın, üzüyün, quzunun

və s.

- Müəyyən yiyəlik halda olan söz təklikdə cümlədə yalnız ismi xəbər

vəzifəsində işlənə bilər. Məsələn, Kitab Azərindir.

- Müəyyən yiyəlik halda olan söz III növ təyini söz birləşməsinin

asılı (birinci) tərəfi olur və bütövlükdə cümlənin bir mürəkkəb üzvü

olur. Məsələn, Evin qapısı dəmirdən idi.

2. Qeyri-müəyyən yiyəlik hal şəkilçisiz işlənir və nə? sualına cavab verir.

- Qeyri-müəyyən yiyəlik halda olan söz təklikdə heç bir cümlə üzvü olmur. O, yalnız II növ təyini söz birləşməsinin tərkibində (asılı tərəf kimi) cümlə üzvü kimi təhlil edilə bilər.

Məsələn, Muğam ustaları gözəl çıxış etdilər.

Pəncərə şüşəsi sınıb yerə töküldü və s.

Qeyd: Yiyəlik hal sahiblik, yiyəlik məzmunu ifadə edir.

Page 4: Isim

Təsirlik hal 2 yerə bölünür:

1. Müəyyən təsirlik hal – şəkilçi ilə işlənir. Məsələn, Evi (nəyi?) yığışdır. Aybənizi (kimi?) çağır.

2. Qeyri-müəyyən təsirlik hal – şəkilçisiz işlənir, nə? sualına cavab verir. Məsələn, Dünən maraqlı bir film (nə?) seyr etdim.

Yaddaş: Qeyri-müəyyən təsirik hal şəkilçisiz işlənməsinə və sualına görə adlıq hala bənzəyir. Fərqləri:

• Təsirlik hal şəkilçisi əlavə etmək Dünən maraqlı bir filmi (nəyi?) seyr etdim.

• Qeyri-müəyyən təsirik halda olan sözdən əvvəl o, bu işarə əvəzliklərini işlətmək. Məısələn, Quzu (nə?) su (nə?) içir. O (bu) quzu su içir. Quzu o (bu) suyu içir.

• Felin yanından uzaqlaşdırmaq: Maraqlı filmi dünən seyr etdim.

Qeyd 1: Təsirlik halda olan söz sualından asılı olmayaraq cümlədə

həmişə tamamlıq olur.

Qeyd 2: Təsirlik halda olan söz heç vaxt xəbər vəzifəsində işlənmir!

Page 5: Isim

Yönlük hal – yön, istiqamət bildirir.

kimə? nəyə? – tamamlıq Dostuma (kimə?) məktub yazıram. Filmə

(nəyə?) baxıram.

haraya? - yer zərfliyi Şəhərə (haraya?) gedirəm.

Yerlik hal – yer, məkan anlayışı ifadə edir.

kimdə? nədə? – tamamlıq İmlada (nədə?) iki orfoqrafik səhvə yol

vermişdim; Bacımda (kimdə?) çoxlu maraqlı kitab var.

harada? –yer zərfliyi Bu il Bakıda (harada?) möhtəşəm bir sərgi

təşkil olunacaq.

Çıxışlıq hal – çıxış, başlanğıc nöqtəsini bildirir. Yönlük halla əkslik,

ziddiyyət təşkil edir.

kimdən? nədən? – tamamlıq Kəmalədən (kimdən?) narazıyam.

Kitabdan (nədən?) köçürmə.

haradan? – yer zərfliyi Evdən (haradan?) gəlirəm.