145
Xəbər bülleteni № 21 http://transparency.az/cnews/ Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7 Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38 E-mail: info©transparency.az Yanvar 2016 İlham Əliyevin İsveçrə görüşləri 21.01.2016 Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də xanımı Mehriban Əliyeva ilə birlikdə İsveçrəyə işgüzar səfərə gedib. Həmin gün İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, mütəmadi görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib, beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulanıb. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Embed Size (px)

Citation preview

Page 1: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Xəbər bülleteni № 21http://transparency.az/cnews/

Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38

E-mail: info©transparency.az

Yanvar 2016

İlham Əliyevin İsveçrə görüşləri21.01.2016

Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də xanımı Mehriban Əliyeva ilə birlikdə İsveçrəyə işgüzar səfərə gedib. Həmin gün İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, mütəmadi görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib, beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulanıb.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Page 2: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

AZƏRTAC xəbər verir ki, İlham Əliyev İran Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndianla da bir araya gəlib. Dövlət başçısı İrana tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha sürətli inkişafına töhfə verəcək.

Söhbət zamanı birgə layihələrin həyata keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb, bank, nəqliyyat sahələri və digər istiqamətlərdə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanların olduğu vurğulanıb.

Sanksiyaların götürülməsindən sonra İranın imkanlarının genişləndiyini vurğulayan Məhəmməd Nəhavəndian bildirib ki, Azərbaycanla İran bundan istifadə edərək digər ölkələrin də iştirakı ilə yeni layihələr reallaşdıra, əməkdaşlığı daha da dərinləşdirə bilər.

Görüşdə Azərbaycanla İran arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığı bildirilib, sənaye, elektrik stansiyalarının tikintisi, sərmayə qoyuluşu və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

İlham Əliyev yanvarın 20-də “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas, Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov, Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə də görüşlər keçirib.

Avro bahalaşdı, dollar yerində qaldı21.01.2016

Yanvarın 21-də Mərkəzi Bank manatın dollara məzənnəsini əvvəlki iş günündə olduğu kimi saxlayıb. Transparency.az bildirir ki, rəsmi kursla 1 dollar yenə 1,6028 manatdır. 1 avronun rəsmi qiyməti isə 1,7451 manatdan 1,7458 manata qalxıb (Tam siyahı).Bir ay öncə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.

Page 3: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Avropa Şurasının insan haqları komissarı Azərbaycanın məsələsini qaldırıb21.01.2016

Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks jurnalist Xədicə İsmayılın işinə görə Avropa İnsan Hüquqları Məhkəməsinə xüsusi müdaxilə vəsatəti ilə müraciət edib. “Azadlıq” radiosunun məlumatına görə, vəsatət jurnalistin Azərbaycan Respublikasına qarşı iddiası əsasında nəzərdən keçiriləcək.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayıla 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub. Həmin il noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın hökmünü qüvvədə saxlayıb.

1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyib. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

Avropa Şurasının insan haqları komissarı Nils Muiznieksin Avropa İnsan Hüquqları Məhkəməsinə vəsatətində Azərbaycanda insan haqları müdafiəçilərinə, müstəqil jurnalistlərə və vətəndaş cəmiyyəti üzvlərinə qarşı hücumlar ayrı-ayrı epizodlar üzrə geniş təsvir olunur. Nils Muiznieks yazır ki, bu vəziyyətə görə Azərbaycan hakimiyyətinə onun özünün və Avropa strukturlarının

Page 4: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

dəfələrlə etdiyi çağırışlar qulaqardına vurulur. Komissar Azərbaycanın insan haqlarına dair öhdəliklərinə əməl etmədiyini vurğulayır.

Nils Muiznieksin fikrincə, Azərbaycan hakimiyyəti korrupsiyanı və insan haqları pozuntularını ifşa etdiyinə görə jurnalist Xədicə İsmayıldan qisas alır. Komissar hesab edir ki, Xədicə İsmayıla qarşı irəli sürülmüş ittihamlar ədalətsizdir və onu susdurmaq məqsədi güdür.

Komissar bildirir ki, Azərbaycanda insan haqları müdafiəçilərinin təqibinə son qoyulmalı və bu sahədə fəaliyyətlərinə görə həbs edilənlərin hamısı azadlığa buraxılamlıdır.

Sosial müavinətlərin və prezident təqaüdlərinin artımı nə qədər adamı əhatə edəcək?21.01.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət başçısı İlham Əliyevin sosial müavinətlərin və müharibə əlillərinə prezident təqaüdlərinin artırılmasını nəzərdə tutan 19 yanvar fərmanları ilə bağlı arayış yayıb. Müharibə əlillərinə prezident təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılır, I qrup əlillər üçün 165 manat, II qrup əlillər üçün 143 manat, III qrup əlillər üçün 110 manat müəyyən edilib. Transparency.az xəbər verir ki, rəsmi açıqlamaya görə, fərman müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 19 000 nəfərdən çox vətəndaşa şamil olunacaq. Onlardan 12 616 nəfəri Qarabağ müharibəsi əlilləridir. Bu artımın təmin edilməsi üçün ilin sonunadək dövlət büdcəsindən 2,7 milyon manat vəsait xərclənəcək.

Page 5: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Dövlət başçısının digər fərmanı sosial müavinətlərin məbləğinin 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılmasını nəzərdə tutur. Sənədin ümumilikdə 453 000 min nəfərədək şəxsi əhatə edəcəyi nəzərdə tutulur. Həmin insanlardan 49 430 nəfəri Qarabağ müharibəsi veteranları, 138 864 nəfəri əlilliyə görə, 13 852 nəfəri yaşa görə, 41 007 nəfəri ailə başçısını itirməyə görə sosial müavinət alanlar, qalanları isə qanunvericilikdə nəzərdə tutulan digər müvafiq təbəqələrdən olanlardır. Bu artımla əlaqədar dövlət büdcəsindən ilin sonunadək 25 milyon manat vəsaitin ayrılması təmin olunacaq.

Davos İqtisadi Forumu İlham Əliyevin məqaləsini dərc edib21.01.2016

Davos İqtisadi Forumunun rəsmi saytında prezident İlham Əliyevin “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda məqaləsi yerləşdirilib. AZƏRTAC-ın məlumatına görə, məqalədə qeyd olunur ki, dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyllərdən maksimum dərəcədə qorumağa çalışır: “Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir. Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artıb. Yoxsulluq və işsizlik kəskin şəkildə aşağı düşüb. Hazırda hər iki göstərici 5 faiz səviyyəsindədir. 2015-ci ildə qeyri-neft sənayesi 8,4 faiz artıb.

Page 6: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Dünyadakı siyasi, hərbi və maliyyə böhranının dərinləşməsi şəraitində iqtisadi inkişafı saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir. Neftin qiyməti 2015-ci il ərzində üç dəfə aşağı düşüb. Ona görə də bizim gəlirlərimiz də kəskin şəkildə azalıb, təbii ki, büdcə gəlirləri və eləcə də büdcə xərcləri. Biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilmişik. Əfsuslar olsun ki, dünyada gedən proseslər 2016-cı il üçün də nikbin əsaslar vermir.

İndiki vəziyyətdə hökumət qarşısında duran əsas vəzifə makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı normal səviyyədə saxlamaqdır. 2015-ci ilin yekunlarına görə inflyasiya 4 faizdən az olub. Biz 2016-cı il ərzində də bu rəqəmi ən aşağı səviyyədə saxlamağa çalışmalıyıq.

Son illərdə Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesini davam etdiririk. Bu baxımdan Davos Dünya İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə 40-cı yerə, MDB məkanında isə yenidən birinci yerə layiq görüb.

Qeyri-neft sektoru, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Məqsədimiz qarşıdakı illərdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır”.

Dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli və etibarlı tərəfdaşa çevrildiyini vurğulayıb, qeyd edib ki, nəqliyyat infrastrukturunun inkişafı da ölkədə prioritet istiqamətlərdəndir: “Bu gün biz müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştirakı ilə tarixi İpək Yolunu bərpa edirik. Hazırda Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanacaq Bakı-Tbilisi-Qars dəmir yolu da tikilir ki, bu, ilk dəfə olaraq Azərbaycanı dəmir yolu vasitəsilə Avropa ilə birləşdirəcək. Bunun tarixi əhəmiyyəti var.

Müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqinə də xüsusi önəm verilir. Azərbaycan “Azerspace-1” və “Azersky” peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulub. Ölkəmizdə müasir idarəetmənin təmin olunması və

Page 7: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

şəffaflığın artırılması üçün “elektron hökumət” quruculuğu istiqamətində işlər aparılır.

Dövlət orqanları “ASAN xidmət” mərkəzləri vasitəsilə əhaliyə elektron xidmətlərin göstərilməsini təmin edir. Hazırda ölkə üzrə 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə dövlət orqanları 30 sahə üzrə 112, yardımçı funksional sahələr üzrə isə 140 xidmət göstərir. İki yeni mərkəz isə tikilməkdədir. 10 səyyar avtobus ölkənin müxtəlif bölgələrində əhaliyə xidmət göstərir. “ASAN xidmət”in fəaliyyətə başlamasından iki il vaxt keçir. Bu müddət ərzində 7 milyon insan xidmətdən istifadə edib və əhalinin bu xidmətdən razılıq əmsalı 100 faizə yaxındır. Bəzi ölkələr bizim bu sahədə təcrübəmizdən istifadə etməyə başlayıblar”.

Vergi Apellyasiya Şurasının baxdığı işlərin statistikası açıqlanıb21.01.2016

Ötən il Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasının icraatında 54 müraciət olub. Transparency.az nazirliyin yaydığı məlumata istinadla bildirir ki, həmin müraciətlərin 1-i 2014-cü ildən qalıq qalıb, 53 müraciət isə 2015-ci il ərzində qəbul edilib. Şuranın icraatında olan müraciətlərdən 22-si kameral vergi yoxlaması, 15-i səyyar vergi yoxlaması, 15-i operativ vergi nəzarətinin nəticələri və 2-si isə digər məsələlərlə bağlı olub.

Şuranın icraatında olmuş 54 müraciətdən 49-na baxılaraq müvafiq qərarlar qəbul edilib, 5 müraciət isə 2016-cı ilə keçirilib.

Şurada baxılaraq müvafiq qərarlar qəbul edilən 49 müraciətin 27-si tam və ya qismən təmin edilib, 14-ü təmin edilməyib, 4-nün icraatına xitam verilib, 3-ü

Page 8: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

baxılmadan saxlanıb, 1-nin isə müddəti uzadılıb. 49 müraciətdən 46-sı vergi ödəyicisinin təkrar şikayəti üzrə, 3-ü isə vergi orqanının müraciəti üzrə olub.

DSMF-nin elektron xidmətlərindən istifadə 2 dəfə artıb21.01.2016

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizdən çox hissəsinin əhatə edir, qurumun məlumat bazasında 1 milyon 295 mindən çox pensiyaçı, 3 milyon 180 mindən çox sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, 2015-ci il ərzində fondun təqdim etdiyi elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilib, sığortaedən və sığortaolunanların uçotu sahəsində xidmətlərin tam elektronlaşması təmin olunub. 2015-ci ildə fondun öz saytı, “Elektron hökumət portalı” və “Elektron ödəniş portal” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan çox istifadə sayı qeydə alınıb, bu da 2014-cü illə müqayisədə 2 dəfə çoxdur.

Regional təhsil idarələri sərəncamı niyə icra olunmadı?21.01.2016

Page 9: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

İl yarım öncə – 2014-cü il iyulun 24-də prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunun yenilənməsi haqqında sərəncam verib. Sərəncama əsasən, 2015-ci il yanvarın 1-dən rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalı idi.

Təhsil Nazirliyi 2016-cı ildən şəhər və rayonlar üzrə nəzərdə tutulmuş təhsil xərclərini yeni yaradılan ərazi maliyyə hesablaşma mərkəzləri vasitəsilə həyata keçirəcəyini bildirib. Bəs regional təhsil qurumları niyə yaradılmadı? Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov Transparency.az-ın bu sualına cavabında deyib ki, hələ ki, ərazi maliyyə mərkəzləri yaradılır: “Təhsil Nazirliyi indiki halda suala yalnız bu qədər cavab verə bilir. Yaradılan ərazi maliyyə mərkəzləri də 24 iyul 2014-cü il sərəncamının icrasından irəli gəlir”.

Transparency.az danışan iqtisadçı ekspert Rövşən Ağayev Təhsil Nazirliyinin strukturunun yenilənməsi haqqında sərəncamın icra olunmamasını islahatlara düzgün yanaşmamaqla bağlayıb. Ekspert deyib ki, regional təhsil idarələri yaratmaq üçün Təhsil Nazirliyi lap “aşağı”dan başlayaraq köklü dəyişikliklərə getməli idi: “Bizdə islahat aparmaq cəhdi ona görə nəticəsiz qalır ki, prosesə sistemli yanaşılmır. Regional qurumların yaradılması idarəetmədə çevikliyi, mobilliyi, büdcədən qənaətli istifadəni və digər məsələlərin həllini təmin edir. Bizdə məktəblər rayon təhsil şöbələrindən tam asılıdır, onların heç birinin müstəqil hesabı yoxdur, hər birinin mühasibatını mərkəzləşmiş qaydada təhsil şöbələri aparır. Belə vəziyyətdə regional təhsil idarələri yaradılsa, məktəb rəhbərliyi hər dəfə hansısa məsələ ilə bağlı yüz kilometr məsafə qət edib mərkəzə getməlidir.

Regional qurumlar o vaxt effekt verər ki, məktəblərə maliyyə sərbəstliyi və inzibati muxtariyyət verilsin. Belə halda məktəb müstəqil təşkilata çevrilir, onun

Page 10: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

təsərrüfat vahidi kimi özünün bank hesabı olur, nazirlikdən köçürülən vəsait birbaşa onun hesabına istiqamətlənir. Məktəblərin fəaliyyətinə, işinin keyfiyyətinə nəzarəti ilk növbədə məktəblərdə yaradılan qəyyumlar şurası – müəllimlər və valideynlərdən ibarət idarə heyəti həyata keçirir. Qəyyumlar şurası təhsilin keyfiyyəti, maliyyə məsələləri və digər məsələlərlə bağlı müntəzəm qiymətləndirmə aparır, rəhbərlik ildə bir neçə dəfə mərkəzə hesabat təqdim edir. Bütün bunlar olandan sonra regional təhsil idarələrinin təhsil prosesinə nəzarətinə də ehtiyac qalmır. Bu, dünyada qəbul olunmuş bir təcrübədir, sistemdir”.

Rövşən Ağayevin rəyinə görə, islahatlar sistemli, kompleks yanaşma fəlsəfəsi tələb edir: “Hədəflərə çatmaq üçün maneələr əvvəldən dəqiq hesablanmalıdır. Avropada hansısa islahata doğru addım atılırsa, mütləq bununla bağlı “policy paper”, yəni siyasət sənədi işlənir. Sənəddə mövcud durum təhlil edilir, istiqamətlər dəqiq müəyyənləşir, istiqamətlərə getmək yolunda maneələr qiymətləndirilir, maneələr nə dərəcədə ciddi xarakter daşıyır, onları aşmaq üçün hökumət hansı mexanizmləri tətbiq etməlidir, ona hansı maliyyə və kadr resursları gərəkdir kimi suallara konkret cavablar əksini tapır. Bizdə bu cür peşəkar yanaşma mexanizmi olmadığına görə il yarım əvvəl regional təhsil qurumlarının yaradılması haqqında qərar qəbul edilsə də, bu yöndə iş görülməyib”.

Hesablama Palatası 3 nəzarət tədbirinin nəticələri üzrə qərarlar qəbul edib21.01.2016

Hesablama Palatası Kollegiyasının iclası keçirilib. Yanvarın 21-də yayılan rəsmi məlumata görə, kollegiya iclasında 3 nəzarət tədbirinin nəticələri üzrə hesabatlar müzakirə edilib:

- “Azərpoçt” MMC-də dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair;

Page 11: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

- “Azərkosmos» ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin, cəlb edilən kreditlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin, kreditlərin qaytarılma vəziyyətinin, dövlət büdcəsinin gəlirlərinin və büdcədənkənar vəsaitlərin hesablanması və ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair;

- dövlət büdcəsindən Sumqayıt Şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair.

Hər bir nəzarət tədbiri üzrə qərar təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması razılaşdırılıb.

Kollegiya Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramlarını da təsdiqləyib.

Azərbaycanın Müdafiə Nazirliyi ermənilərin itkisini hesablayıb21.01.2016

Yanvarın 21-də Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir: “Ermənistan Müdafiə Nazirliyi rəsmi nümayəndəsinin 2015-ci il ərzində silahlı qüvvələrinin ümumilikdə 57 nəfər itki verməsi ilə bağlı yaydığı xəbər qeyri-ciddi və saxtadır. Bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə üst-üstə düşmür. Yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən, düşmən 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib (Siyahı).Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasında itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır. Erməni

Page 12: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq, erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən, düşmənin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur.

2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər görməyə çalışırlar. Bu il yanvarın 19-da baş verən yalnız bir faktı təqdim edirik. Həmin gün saat 17:20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartani silahla ehtiyatsız davranması nəticəsində sağ qolunun alt nahiyəsindən yaralanıb, onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib”.

Bizə küçə ticarəti lazımdırmı?21.01.2016

                 Qalib ToğrulAzərbaycanda küçə ticarəti 2014-cü ilin yanvarından ləğv olunub. O vaxt həmin qərar daha çox siyasi xarakter daşıyırdı, məqsəd qəzetlərin səyyar satışının qarşısını almaq idi.

Əslində, Azərbaycanın heç bir qanunvericiliyində “küçə ticarəti” anlayışı olmayıb, amma hüquqi aktlarda “səyyar ticarət”, “xüsusi icazə verilən yerlərdə ticarət” ifadələri məhz küçə ticarətini nəzərdə tutub. Həmin ticarəti isə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tənzimləyib. 2014-cü ildə küçə ticarətini də elə bu qurum qadağan edib.

Page 13: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

2016-cı ilin mayından yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minəcək. Məcəlləyə “küçə ticarəti” anlayışı salınıb, hətta ona ayrıca maddə – “Qanunsuz küçə ticarəti” – ayrılıb. 453-cü maddəyə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etmədiyi yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunacaq. Mətbuat bu cəriməni yenilik kimi təqdim edir, ancaq belə bir cərimə hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində də var.

Bir halda ki, yeni məcəllədə “qanunsuz küçə ticarəti”ndən söhbət gedir, deməli, qanuna uyğun küçə ticarəti də mümkündür.

İnkişaf etmiş ölkələrdə küçə ticarəti şəhər mədəniyyətinin ayrılmaz hissəsidir. Küçə ticarətinə təkcə gəlir yeri kimi yox, həm də turistləri cəlb edən, onların səyahətinin rəngarəngliyini təmin edən bir vasitə kimi baxılır. Ona görə də belə ölkələrdə küçələrdə ucuz pal-paltar, limon yox, suvenir, gül, antik əşyalar, xalq sənətkarlığı nümunələri satılır. Özü də bu satış gözəl şəkildə, göz oxşayan dizaynla, gigiyenik normalara riayət olunmaqla həyata keçirilir. Düzdür, inkişaf etmiş ölkələrdə küçələrdə ərzaq da təqdim olunur. Məsələn, Yaponiyada bu yolla hər gün 3 ton təzə balıq satılır. Yaponiyada küçə ticarətini fərqləndirən daha bir amil avtomatlaşdırmadır. Bu ölkə küçələrdəki avtomatlardan olan satışa görə dünyada birinci yeri tutur (23 adama bir avtomat düşür). Özü də bu avtomatlardan təkcə su, içki yox, yumurta, çətir, gül dəstəsi, hətta buz da almaq olur.

Beynəlxalq təcrübə göstərir ki, küçə ticarəti əlavə məşğulluq və qazanc imkanları yaradır. Bu ticarətlə məhsulların satışı daha kompakt, asan təşkil olunur, eyni zamanda sahibkarların və istehlakçıların xərci az çıxır, sənətkarlığın və xalq yaradıcılığının inkişafına stimul yaranır.

Bizdə küçə ticarəti qeyri-formal iqtisadiyyatdır, korrupsiyadır, vergidən yayınmadır, keyfiyyətsiz mal satışıdır, nəqliyyata və piyadalara çətinlik yaratmaqdır, zibillikdir, şəhərin görkəminə xələl gətirməkdir. İndiki halda küçə ticarətini qadağan etmək yox, onun qanunverici əsaslarını yaradıb tənzimləmək lazımdır. İş yerlərinin ixtisarı, qiymətlərin yüksəlməsi, əhalinin gəlirlərinin azalması, alıcılıq qabiliyyətinin günbəgün aşağı düşməsi nəticəsində artan yoxsulluğun, sosial gərginliyin qarşısını almaq üçün mütləq küçə ticarətinə icazə verilməlidir. Çünki küçə ticarəti hər şeydən əvvəl əhalinin gəlir mənbəyidir, iş yeridir.

Page 14: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Uzağa getmək lazım deyil. Bu məsələdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin gözəl təcrübəsindən faydalanmaq kifayətdir. Həm bayramlarda, həm də adi günlərdə hamımız qədim İçərişəhərin küçələrində ticarətin necə gözəl qurulduğunu görə bilərik. Rəhbərlik vergi və ödənişlərin vaxtında və qaydasında həyata keçirilməsini də uğurla gerçəkləşdirir. Daha paytaxt küçələrindəki kimi 8-10 qurumun nümayəndələrinə “bəxşiş” paylanmır.

Öncə küçə ticarətini tənzimləyən qanunverici və normativ baza yaradılmalı, bu anlayış və onun sərhədləri müəyyənləşməlidir. Sonra küçə ticarətinin vergi tənzimlənməsi sahəsində islahatlar aparılmalıdır. Bu fəaliyyət növü ilə məşğul olanlara “pulunu ver, patentini al, ticarətinlə məşğul ol” qaydasında vahid sabit vergi – patent vergi tətbiq olunmalıdır. Küçə ticarəti ilə məşğul olan işçiləri əhatə edən ayrıca sosial sığorta növü də tətbiq oluna bilər. Tənzimlənməni, vergi toplanmasını (patentin verilməsini) bələdiyyələrə həvalə etməklə bu məsələni gözəl şəkildə yekunlaşdırmaq olar.

Prezident Davosda görüşləri davam etdirir21.01.2016

Prezident İlham Əliyev yanvarın 21-i Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi qeyd olunub, bu baxımdan “Cənub qaz dəhlizi” layihəsinin əhəmiyyəti vurğulanıb. “Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşdırıldığı, layihənin həyata keçirilməsinə Avropa Komissiyasında tam dəstəyin göstərildiyi bildirilib.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə də bir araya gəlib. Görüşdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparılıb, Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, bu baxımdan yeni imkanlar müzakirə edilib.

Page 15: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Çarə dərdə dərman olacaqmı?21.01.2016

“Ölkənin böhrandan çıxması üçün vergi və gömrük yığımları minimuma endirilməli, dövlət iqtisadiyyatdan mümkün qədər çəkilməli, uzunmüddətli və ucuz kreditlərlə xalqa dəstək verməlidir”. İqtisadçı ekspert Natiq Cəfərli bu qənaətdədir.

Transparency.az-ın məlumatına görə, Natiq Cəfərli böyük gəlir gətirəcəyinə ümid bəslənən tranzit yükdaşımaları, idxalın qarşısını almaq üçün bəzi sahələr üzrə istehsalı ölkəni dərin böhrandan çıxarmağa çarə saymır: “Ümid edilir ki, Azərbaycan tranzit mərkəzinə çevrilərək Şərqdən Qərbə, Şimaldan Cənuba yükdaşıma ilə çoxlu gəlir əldə edəcək. Bakı-Tiflis-Qars və nəzərdə tutulan Rusiya-İran dəmir yolu xətti doğru qərarlardır, amma ölkənin xilas mənbəyi deyil. Dünyada tranzitdən xeyli pul qazanan 2 ölkə var: Panama və Misir. Hər ikisi də buna böyük su kanalları hesabına nail olur.

Page 16: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Dəmir yolu tranzitindən pul qazanıb dolanan ölkə yoxdur. Azərbaycan iki dəmiryolu layihəsi hesabına ən yaxşı halda ildə 50-60 milyon dollar qazana biləcək. Pis deyil, amma bu, bir körpünün tikintisinə xərclənən vəsaitdən də azdır.

Neft tranziti gəlirli sahə sayılır, amma 2016-cı ildə Qazaxıstan neftinin və öz neftimizin tranzitindən cəmi 12,6 milyon manat gəlirimiz olacaq. Xəzərdəki yeni gəmi limanına gəlincə, okeana çıxış yoxdur deyə limandan gələn gəlir onun işlədilmə və əməliyyat xərclərini ancaq ödəyəcək”.

Ekspert yerli istehsal təşəbbüsünü də çox gecikmiş addım hesab edir: “Ölkə yaxın zamanda heç vaxt elektrotexnika, məişət avadanlığı, avtomobil kimi mallar istehsal edə bilməyəcək. Geyim, dərman istehsalına gəlincə, xammalı haradan alacaqsan? Ölkədə pambıqçılıq məhv edildi. Pambığı, parçanı xaricdən alacaqsan, yenə ölkədən valyuta çıxacaq. Təkcə yerli bazar üçün istehsal isə manatı daha da dəyərdən salacaq, yerli istehsalın maya dəyəri artacaq, qiymətlər yüksələcək. Digər tərəfdən bu gün işə başlansa, Çin, Vyetnam, Laos, digər Asiya ölkələri ilə necə rəqabət aparılacaq? Həmin malın analoqunu Vyetnamdan gətirmək iki dəfə ucuz olacaqsa, vətəndaş niyə yerli mal almalıdır?

Dərman bazarı da eyni qaydada. Zavod, avadanlıq var, bəs xammal, molekul haradan gələcək? Təbii ki, xaricdən. Bu, yenə manatın dəyərdən düşməsinə xidmət edəcək”.

İlham Əliyev Davosdan İrana zəng vurub21.01.2016

Yanvarın 21-də prezident İlham Əliyev Davosdan İran prezidenti Həsən Ruhaniyə zəng edib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə təbriklərini çatdırıb və uğurlar arzulayıb. İlham Əliyev qeyd edib ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib.

Prezidentlər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə ediblər.

Page 17: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

AZƏRTAC xəbər verir ki, yanvarın 21-də İlham Əliyev Davosda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüşdə Azərbaycanla İsrail arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün İlham Əliyev “Microsoft Corporation” şirkətinin vitse-prezidenti Syuzan Hauser və “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə də bir araya gəlib.

Yalnız 5 şəhər və 2 rayon büdcədən dotasiya almır21.01.2016

“Azadlıq” radiosu ölkənin bütün bölgələri üzrə gəlirlər və xərclər haqda infoqrafika hazırlayıb. 2016-cı ilin dövlət büdcəsindən rayon və şəhərlərə ayrılan vəsaitin onların gəlirləri ilə müqayisəsindən görünür ki, paytaxt Bakını, Şirvan, Mingəçevir, Naftalan, Naxçıvan şəhərlərini, Abşeron və İmişli rayonlarını çıxmaq şərti ilə bütün bölgələr dövlət büdcəsindən dotasiya alır.

İnfoqrafika

Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına dair hesabat yayıb21.01.2016

Maliyyə Nazirliyi 2015-ci il üzrə dövlət büdcəsinin icrasına dair məlumat yayıb. Məlumata görə, dövlət büdcəsinin mədaxili 17 milyard 153,2 milyon manat, xərcləri 17 milyard 786,8 milyon manat olub.

Dövlət büdcəsinin mədaxili 19 milyard 438 milyon manat proqnoza qarşı 17 milyard 153,2 milyon manat və yaxud 88,2 faiz icra olunub. Vergilər Nazirliyi

Page 18: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

mədaxil proqnozu 100,1 faiz icra etməklə dövlət büdcəsinə 7118,2 milyon manat vəsait verib, bu da ötən illə müqayisədə 4,5 milyon manat və yaxud 0,1 faiz çoxdur. Həmin vəsaitin 70,5 faizi və yaxud 5018,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Bu, 2014-cü ilə nisbətən 711,6 milyon manat və yaxud 16,5 faiz çoxdur.

2015-ci il üzrə Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz əməl edərək dövlət büdcəsinə 1591,9 milyon manat vəsait köçürüb, bu da 2014-cü illə müqayisədə 5,4 faiz və yaxud 81,1 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 222,6 milyon manat təşkil edib (2014-cü illə müqayisədə 7,4 faiz çox).2015-ci ildə sair daxilolmalardan nəzərdə tutulan 48 milyon manata qarşı büdcəyə 90,5 milyon manat və yaxud proqnoza nisbətən 2 dəfə çox vəsait daxil olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 8 milyard 130 milyon manat vəsait transfert edilib.

2015-ci ildə dövlət büdcəsinin xərcləri 84,3 faiz və yaxud 17 milyard 786,8 milyon manat icra edilib. Dövlət büdcəsi xərclərinin 10 milyard 361,5 milyon manatı və yaxud 58,2 faizi cari xərclərə, 6 milyard 720,9 milyon manatı və yaxud 37,8 faizi əsaslı xərclərə, 704,4 milyon manatı və yaxud 4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Dövlət büdcəsi xərclərinin 31,9 faizi və yaxud 5 milyard 665,9 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib, bu da 2014-cü illə müqayisədə 188 milyon manat və yaxud 3,4 faiz çoxdur.

2015-ci ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 4 milyard 994,4 milyon manat vəsait yönəldilib. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 28,1 faiz olub.

Dövlət büdcəsinin kəsiri 633,6 milyon manat təşkil edib və kəsir maliyyələşmə mənbələri hesabına bağlanıb.

Page 19: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

2015-ci ilin icmal büdcəsinin gəlirləri 18 milyard 207,3 milyon manat, xərcləri isə 21 milyard 067,1 milyon manat icra olunub.

İlham Əliyev: “Buna hazır deyildik”22.01.2016

Prezident İlham Əliyev yanvarın 21-i Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzulu sessiyada iştirak edib.

AZƏRTAC-ın məlumatına görə, sessiyanın aparıcısı, CNN-in redaktoru Con Defterios bir barrel neftin qiymətinin 28 dollara düşdüyünü qeyd edərək prezidentdən qiymətlərin daha da enəcəyi halda gələcəyi necə planlaşdırdığını soruşub.

İlham Əliyev sualı belə cavablandırıb: “Nefti bundan daha aşağı qiymətlərdə görmək çətindir. Ancaq bu gün bunu gördükdən sonra artıq buna da təəccüblənməyəcəyik. Əlbəttə, buna hazır deyildik. Biz Azərbaycanda özümüzü neftsonrası dövrə — 20 il sonraya hazırlayırdıq. Buna görə də bu, bizim üçün gözlənilməz oldu.

Eyni zamanda bu, bizim iqtisadiyyatımız üçün bir zərbə idi. Biz bu il büdcəmizi neftin 50 dollar qiymətinə görə, ötən il isə 90 dollar qiymətinə görə planlaşdırmışdıq. Biz xərclərimizi, investisiyalarımızı azaltmalı və sosial təminatı eynilə saxlamalı olduq.

Page 20: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Bizim iqtisadiyyatımız sabit və davamlıdır. Geniş ehtiyatlarımız var. Bu vəziyyəti tarazlaşdıra bilərik. Ancaq bu vəziyyət daha uzun müddətə davam edərsə, əlbəttə, bu, büdcəmizə ciddi təsir göstərəcək.

Con Defteriosun İlham Əliyevə növbəti sualı belə olub: “OPEK üzvü olmadan gündəlik 800 min barrel neft istehsal edirsiniz. Heç OPEK-lə əlaqə yaradıb “Azərbaycanda çətinlik çəkirik, bununla əlaqəli bir şey etməliyik” demisinizmi?”

Prezidentin cavabı belə olub: “Biz bunu etməyə hazırıq. Əslində bu mövzu bir sıra OPEK üzvü olan ölkələrlə müzakirələrimizin bir hissəsi olub. Biz böyük istehsalçı deyilik. Ancaq düşünürəm ki, OPEK üzvləri və OPEK üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, bəlkə də bir nəticə əldə edərik. Çünki təəssüflər olsun ki, hər OPEK üzvlərinin görüşündən sonra neftin qiyməti aşağı düşür. Bu səbəbdən də yeni mümkün görüşdən ehtiyatlanırıq. Bəlkə də bu görüşü keçirməmək daha yaxşıdır.

Düşünürəm ki, OPEK üzvü olmayan böyük istehsalçılar və OPEK üzvləri arasında istehsalın azaldılması barədə razılıq, əlaqələndirmə olsa, qarşılıqlı etibarı artırar. OPEK təkbaşına bu qərarı verə bilmədi. Bu qərar olmadıqda isə indiki vəziyyət alınır və neftin qiymətinin ən aşağı həddə enməsini gözləyirik. Hər gün ən aşağı hədd olduğunu düşünürük və daha sonra yeni neft qiymətini görürük. Sözün açığı, ölkənin büdcəsini tarazlamaq, investisiya üçün maliyyəyə malik olmaq kimi ehtiyaclardan başqa bu, bir az da psixoloji cəhətdən yorucudur. Bu, təkcə neft və qaz sektorunda deyil. Şirkətlər və ölkələr arasındakı fərq də budur. Biz sosial infrastruktura, sənaye infrastrukturuna investisiya qoymalıyıq. Eyni zamanda istehsal gücünü sabit saxlamaq üçün də neft və qaz sənayesinə investisiya qoymalıyıq. İndiki vəziyyət, əlbəttə, ürəkaçan deyil.

Ancaq eyni zamanda bu, Azərbaycanda islahatlar üçün əlverişli məqamdır. Biz maliyyə sektorumuzun yeni təfəkkürdə islahatlarına, iqtisadi islahatlara, ixracat yönümlü qeyri-neft məhsullarının istehsalına başlamışıq və neft amilini unutmalıyıq. Əvvəldə dediyim kimi, özümüzü bu dövrə — 15-20-25 il sonraya hazırlamağa çalışırdıq. Amma bunu indi etməliyik və düşünürəm ki, bu vəziyyətdən çıxa biləcəyik. Bir daha deyirəm, Azərbaycanın iqtisadi vəziyyəti sabitdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 12 faizini təşkil edir. Valyuta ehtiyatlarımız da demək olar ki, ümumi daxili məhsul ilə eyni səviyyədədir. Əminəm ki, biz böhrandan çıxacağıq. Ancaq gələcək il üçün büdcə

Page 21: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

planlaşdırması aparmaqdan ötrü, əlbəttə ki, proqnozlaşdırıla bilən bir gələcək istəyirik”.

Con Defteriosun “Sizin valyutanız 70 faiz devalvasiyaya məruz qaldı. Bu, çox ağrılı bir proses oldu və hətta Azərbaycanda bir sıra etirazlar yaratdı. Buna səbəb neftin qiymətlərinin kəskin düşməsi idi” qeydinə İlham Əliyevin reaksiyası belə olub: “Bunun bir çox səbəbi var. Birincisi, neftin qiymətlərinin azalması. Bizim milli valyutamız ötən on ildə dollara nisbətdə çox dəyər qazanmışdı. Manat 1,3 dollara bərabər idi. İlk devalvasiya zamanı manat 1-1 nisbətində oldu. İkinci devalvasiyanın əsas səbəbi isə qonşu ölkələrdə milli valyutaların kəskin devalvasiyası oldu. Nəticə olaraq bizim məhsullarımızın rəqabətə davamlılığı azaldı və bu, büdcəmiz üzərində artıq yükə çevrildi. Beləliklə, bu, qaçılmaz idi. Bacardığımız qədər bunun qarşısını almağa çalışdıq. Milli bank ehtiyatlarımızın bir hissəsini itirdik. Ancaq bu addımı atmalı idik. Bununla əlaqədar bir sıra narahatlıqlar yarandı. Çünki idxal edilən məhsulların qiymətində dərhal artım oldu. Biz hələ də bəzi məhsullar baxımından idxaldan asılı ölkəyik. Bu səbəbdən qiymətlərin artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq.

Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib idi. Son 10 ildə iqtisadiyyatımız 300 faiz artmışdı və zənnimcə, bu, bizim üçün bir qədər yüksək göstərici idi. İndi də bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq”.

Neftin qiyməti ilə bağlı proqnozlarını bölüşən prezident deyib: “Zənnimcə, daha 2-3 dollar enmə ola bilər. Daha sonra ilin ikinci yarısında bazar böyüməyə başlayacaq. Çünki biz hamımız bilirik ki, bu, dövri sistemdir. Böyük neft inkişafı layihəsini 1994-cü ildə işə salan zaman neftin qiyməti ümumiyyətlə 12 dollar idi. Bu da normal qarşılanırdı. O vaxt inkişaf planlaşdırılması aparılan zaman xatırlayıram, optimist ssenariyə görə, neftin qiyməti 23 dollar götürülmüşdü. İndi də 22 il əvvəlki optimist ssenariyə çox yaxınıq.

Ümid edirəm ki, bazar sabitləşəcək. Çünki neft sektoru investisiyalar tələb edir. Keçən il neft sektoruna ən az investisiya qoyulmasının şahidi olduq. Bu olmasa, qiymət sözsüz yüksələcək. Heç bir proqnoz vermək istəmirəm. Ancaq bir barrel üçün 60-70 dolların şirkətlərə, investorlara, hökumətlərə əla qiymət olacağını

Page 22: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

düşünürəm və bunu gec-tez görməyə ümid edirəm. Ümidvaram ki, bu ilin ikinci yarısı sabitləşmə dövrü olacaq və biz artımı görəcəyik”.

Avroda xırda ucuzlaşma22.01.2016

Yanvarın 22-də Mərkəzi Bank manatın dollara məzənnəsini dəyişməz saxlayıb. Transparency.az bildirir ki, rəsmi kursla 1 dollar yenə 1,6028 manatdır. Bu qiymət yanvarın 19-da müəyyən edilib.

1 avronun rəsmi qiyməti isə yanvarın 21-i ilə müqayisədə 1,7458 manatdan 1,7365 manata enib (Tam siyahı).Şəkinin qorunmasına sərəncam verilib22.01.2016

Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında prezident sərəncamı imzalanıb. Dövlət başçısı Mədəniyyət və Turizm Nazirliyinə Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Yuxarı Baş” dövlət tarix-memarlıq qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə və üslubuna xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməyi tapşırıb. “Yuxarı Baş” dövlət tarix-memarlıq qoruğu üçün inzibati binanın ayrılmasına və ya həmin binanın tikintisi üçün tələb

Page 23: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

olunan maliyyə vəsaitinə dair təkliflər isə hökumətə bir ay müddətində təqdim olunmalıdır.

Mədəniyyət və Turizm Nazirliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə Şəki şəhərinin təbii landşaftının qorunması və yaşıllaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlamaq da həvalə olunub.

Nazirlər Kabineti Şəki şəhərinin tarixi hissəsinin inkişafı və qorunub saxlanılması ilə bağlı tədbirlər planını üç ay müddətində, “Yuxarı Baş” dövlət tarix-memarlıq qoruğunun xəritəsini bir ay müddətində təsdiqləməli, qoruğa milli qoruq statusunun verilməsini təmin etməlidir.

Neft bahalaşıb22.01.2016

Dünya birjalarında neftin qiyməti qalxıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 2,50 dollar bahalaşaraq 30,72 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,89 dollar artaraq 30,67 dollar olub.

AZƏRTAC-ın 22 yanvar məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 1,65 dollar bahalaşaraq 30,47 dollara satılır.

Bir ildə xarici ticarət əməliyyatları 33,44% azalıb22.01.2016

Page 24: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının 2015-ci il hesabatını açıqlayıb. Transparency.az bildirir ki, hesabata görə, xarici ticarət əməliyyatları 2014-cü ilə nisbətən 33,44% azalıb. Bir ildə idxal əməliyyatlarında 0,36% artım, ixrac əməliyyatlarında 47,66% azalma qeydə alınıb.

Ötən il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 591 milyon 907,43 min manat daxil olub.

Xarici iqtisadi fəaliyyət iştirakçıları haqqında məlumata əsasən, 165 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 7159-dur. Bunun 3566-sı fiziki şəxslər, 3593-ü hüquqi şəxslər olub.

244 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 3349-u özəl sektoru təmsil edib.

Gömrük hüquqpozmalarının 2015-ci il statistikası22.01.2016

Gömrük hüquqpozmalarının 2015-ci il statistikası açıqlanıb. Transparency.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, ötən il gömrük orqanları cinayət xarakterli 579 fakt aşkarlayıb. Bunun 310-u qaçaqmalçılıq faktı, 210-u narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 6-sı gömrük

Page 25: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

ödənişlərindən yayınma, 28-i aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 243-ü digər cinayət xarakterli faktlar olub.

İl ərzində gömrük hüquqpozmalarında 638 şəxs təqsirləndirilib.

Hesabat dövrü ərzində Dövlət Gömrük Komitəsi 8627 inzibati xəta faktı ortaya çıxarıb.

Əsas mallar üzrə idxal-ixrac göstəriciləri22.01.2016

2015-ci ildə Azərbaycandan ixrac olunan əsas mallar üzrə göstəricilər bəlli olub. Transparency.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, xam neft ixracı 2014-cü illə müqayisədə 51,83% azalıb. Neft məhsulları üzrə azalma 44,91% olub. Təbii qaz ixracı 34,12% azalıb.

Meyvə-tərəvəz üzrə ixracda isə 7,16% artım qeydə alınıb. Kimya sənayesi məhsullarının ixracında da artım var: 5,08%.

İdxalda əsas mallar üzrə göstəricilərə gəlincə, yeyinti məhsullarının idxalı 2014-cü illə müqayisədə 7,82% azalıb. Amma bəzi məhsullar üzrə artım qeydə alınıb. Meyvə-tərəvəz idxalı 130,52%, buğda idxalı 0,98% çoxalıb. Ət idxalı ötən il 2,04% çoxalıb.

Tütün və tütün məmulatlarının idxalı ötən ilə nisbətdə 25,49% az olub.

Əczaçılıq məhsullarının idxalında 19,80% artım olduğu bildirilir.

Xarici ticarətin vəziyyətiƏn çox ixrac olunan mallar

Page 26: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Ən çox idxal olunan mallarİmaməli Rəhmanın ömürlük prezidentliyə yolu açılır22.01.2016

Yanvarın 22-də Tacikistan parlamentinin aşağı palatası dövlət başçısı İmaməli Rəhmanın qeyri-məhdud sayda prezident seçilməsinə imkan verən qanun layihəsini təsdiq edib.

Novator.az xəbər verir ki, aşağı palatanın deputatları yeni qanun layihəsinin mətnini ekspertiza üçün Konstitusiya Məhkəməsinə göndəriblər. Ekspertizadan sonra ölkə konstitusiyasına düzəliş referendumunun vaxtı təyin olunacaq.

Konstitusiyaya əlavə təsdiqlənərsə, İmaməli Rəhman 2020-ci ildə keçiriləcək prezident seçkisində öz namizədliyini irəli sürə biləcək.

63 yaşlı İmaməli Rəhman 1992-ci ildən Tacikistana rəhbərlik edir, əvvəl parlamentin sədri olub, 1994-cü ildən prezident postunu tutur.

Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkə İtaliyadır22.01.2016

2015-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkə İtaliya olub. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi ümumi dövriyyənin 13,77%-nə bərabərdir.

Transparency.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, ikinci yerdə 9,27%-lə Almaniya gəlir. Rusiya 8,98%-lə üçüncü, Türkiyə 7,15%-lə dördüncü, ABŞ 5,74%-lə beşincidir.

Page 27: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

2015-ci ildə Azərbaycanın ixracında ən böyük pay İtaliyaya düşür. Bu ölkəyə ixrac ümumi ixracın 19,73%-dir.

Ötən il ixracda MDB ölkələri üzrə 37,31%, Avropa İttifaqı ölkələri üzrə 41,63% azalma olub. Digər ölkələrə ixrac 55,99% aşağı düşüb.

İdxalda əsas ölkələrin siyahısına Rusiya başçılıq edir (15,59%). Türkiyə (12,70%) ikinci, ABŞ (9,19%) üçüncüdür.

İlk beşliyi Almaniya (7,48%) və İtaliya (6,37%) qapayır.

MDB ölkələrindən idxal 2014-cü illə müqayisədə 5,86% azalıb. Avropa İttifaqı ölkələri üzrə idxalda 5,18% azalma var. Digər ölkələrdən idxal isə 7,91% artıb.

Dövlət Miqrasiya Xidməti ötən ilə yekun vurub22.01.2016

Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin yekunlarına və bu il qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib. Rəsmi məlumata görə, struktur bölmələrin və tabe qurumların rəhbərlərinin qatıldığı müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, Miqrasiya Məcəlləsinə əsasən, ölkə iqtisadiyyatına azı 500 min manat investisiya qoyan əcnəbi şəxslərə üç ilədək müddətə müvəqqəti yaşamaq üçün icazə verilir: “Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd

Page 28: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

dəfədən artıq uzadılmasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət də aradan qaldırılıb.

Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri davam etdirir, əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini həyata keçirir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilir.

Qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır. Ötən il əcnəbilər və vətəndaşlığı olmayan 26567 şəxsin inzibati qanunvericiliyi pozduğu aşkar edilib və müvafiq tədbirlər görülüb”.

Firudin Nəbiyev deyib ki, Azərbaycan miqrasiya baxımından artıq mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilib: “Ötən il ölkədə qalma müddətinə müvafiq olaraq girişi qeydə alınmış əcnəbilərdən 670 326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Dövlət Miqrasiya Xidmətinə ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 105 550 şəxsdən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən il Azərbaycan prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilib. Hesabat dövründə müraciətlər əsasında 53 200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 2640 şəxsə daimi yaşama icazələri verilib, 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılıb”.

Sloveniya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib22.01.2016

Page 29: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Xarici İşlər Nazirliyinin mətbuat xidməti Sloveniya parlamentinin qəbul etdiyi qərara dair məlumat yayıb. Məlumatda deyilir ki, yanvarın 20-də Sloveniya Respublikasının parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib: “Parlament Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə öz doğma yurd-yuvalarına qayıtmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri əsasında həllinin dəstəklənməsinə çağırır.

Sənəddə bütün hallarda etnik təmizləmə, qırğın və mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin kəskin pislənməli olduğu qeyd edilir, bu xüsusda Ermənistan silahlı qüvvələrinin 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının insanlığa qarşı cinayət olduğu vurğulanır və faciənin 24-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı ifadə olunur. Qeyd edilir ki, Xocalıda 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla 613 nəfər dinc sakin amansızcasına qətlə yetirilib və çoxlu sayda mülki insan itkin düşüb. İnsanlığa qarşı cinayət olan bu hadisəni dünyanın əksər hökumətlərinin pislədiyi vurğulanır.

Qərarda BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrdə Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunur, münaqişənin həllinin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyünə, xüsusilə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə (822, 853, 874 və 884) əsaslanmalı olduğu bildirilir”.

Page 30: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Xarici İşlər Nazirliyi əlavə edir ki, Meksika, Pakistan, Honduras, Qvatemala, Kolumbiya, Panama, Peru, Bosniya və Herseqovina, Sudan, Çex Respublikası və Rumıniyanın parlamentləri və ABŞ-ın 16 ştatının yerli qanunverici orqanı, İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı Xocalı faciəsini soyqırımı və insanlıq əleyhinə cinayət kimi tanıyıb.

Paytaxt prokurorluğundan Cavid Hüseynov təkzibi22.01.2016

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə proses davam edir. Yanvarın 22-də Bakı Şəhər Prokurorluğu ibtidai istintaqla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Rasim Əliyevin Bayıl qəsəbəsi ərazisində döyülməsi nəticəsində vəfat etməsi faktına görə cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsi işinin ayrıca icraata ayrılmasının onun məsuliyyətdən yayındırılması məqsədi daşıması, bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinə məlumat verilməməsi haqqında həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Bakı Şəhər Prokurorluğu bununla bağlı yayılan informasiyaları qəti şəkildə təkzib edir. Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ayrıca icraata ayrılması cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq şəkildə aparılıb. Bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər

Page 31: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Prokurorluğuna dəvət edilərək məlumatlandırılıb, onlara prosessual hüquq və vəzifələri izah edilib. 2016-cı il yanvarın 11-də Cavid Hüseynovun təqsirləndirilməsinə dair istintaq edilən cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib”.

ANN.TV-nin reportyoru Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov ötən il avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.

Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.

Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.

İsveçrədə yeni görüşlər22.01.2016

Page 32: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Prezident İlham Əliyev yanvarın 22-si Davosda İsveçrə Konfederasiyasının dövlət başçısı Yohan Şnayder-Ammanla görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli əməkdaşlığın olduğu vurğulanıb, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışılıb.

Söhbət zamanı beynəlxalq aləmdə hazırkı vəziyyət, neftin qiymətinin aşağı düşməsi fonunda gedən iqtisadi proseslər, maliyyə və iqtisadi sahələrdə böhran ətrafında fikir mübadiləsi aparılıb, həm Azərbaycanda, həm də İsveçrədə bu istiqamətdə atılan addımlar müzakirə edilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı vəziyyətinə də toxunulub.

AZƏRTAC xəbər verir ki, həmin gün İlham Əliyev Norveçin xarici işlər naziri Borge Brende ilə də bir araya gəlib.

Yanvarın 21-də isə İlham Əliyev Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, Pakistan İslam Respublikasının baş naziri Nəvaz Şəriflə görüşlər keçirib.

Keçmiş müstəntiq ev dustaqlığına buraxıldı22.01.2016

Page 33: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov ev dustaqlığına buraxılıb. “Qafqazinfo”nun məlumatına görə, qərar yanvarın 22-də Binəqədi Rayon Məhkəməsində qəbul olunub. Müdafiə tərəfi Rüfət Səfərovun ev dustaqlığına buraxılması üçün vəsatət verib və məhkəmə vəsatəti təmin edib.

Rüfət Səfərov bir həftə qabaq tutulmuşdu. Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Rüfət Səfərovun işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun övladı olan Rüfət Səfərov ötən ay baş prokuror Zakir Qaralova istefa ərizəsi yazaraq vəzifəsindən istefa verdiyini bəyan edib. O, ölkədəki kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.

Baş Prokurorluğun yaydığı məlumatda isə bildirilib ki, Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

Qəzet çıxaranı da, yayanı da, alanı da böhran vurub22.01.2016

Page 34: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Manatın dəyərdən düşməsi çap məhsullarında da bahalaşma yaradıb. Qəzetlərin böyük əksəriyyətinin buraxıldığı “Azərbaycan” nəşriyyatı xidmət haqqını 25%, bəzi nəşrlər satış qiymətini 10-20 qəpik artırıb.

Yanvarın 22-də Transparency.az-a danışan “Qaya” yayım firmasının rəhbəri Xanhüseyn Əliyev deyib ki, manatın devalvasiyası qəzet satışında ağırlaşma yaradıb: “Durum çox acınacaqlıdır. Biz hələ bəzi nəşrlər satış qiymətini artırandan sonra vəziyyətin necə olduğunu bilmirik, çünki nəticələri hesablamamışıq. Amma dövriyyəmiz ötən illə müqayisədə 20-30 faiz aşağı düşüb. Sosial-iqtisadi proseslər çap mediasından da yan keçməyib, hər sahədə olduğu kimi burada da vəziyyət ağırdır”.

Paytaxtdakı yeni köşkləri qəzet-jurnalla təmin edən “Əks-səda” firmasının rəhbəri Vüqar Həsənov da Transparency.az-a yayımda vəziyyətin ürəkaçan olmadığını bildirib: “Konkret rəqəmlər səsləndirmək hələ tezdir, amma həm alıcılıq qabiliyyəti aşağı düşdüyü, həm də bəzi nəşrlər qiymət artımına getdiyi üçün satış həcmində geriləmə var”.

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov Transparency.az-a deyib ki, bu ay qəzetin satış qiymətini əvvəlcə 40 qəpikdən 50-yə, sonra 60 qəpiyə qaldırıblar. Baş direktor qeyd edib ki, qiyməti qaldırandan sonra tirajı azaldıblar. Bunun “Yeni Müsavat”ın yayımına necə təsir etdiyinə gəlincə, Ələsgər Süleymanov deyib ki, hələlik yanvar ayı üzrə satışın vəziyyəti onlara bəlli deyil.

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli Transparency.az-a əsasən yayım problemindən gileylənib: “Öz mətbəəmiz var deyə bahalaşmadan çox ziyan görmədik. Amma böhran bizə də təsirsiz qalmayıb. Kağızı xaricdən dollarla alırıq. Manat ucuzlaşandan kağız baha başa gəlir. Yayıma gəlincə, “Qaya”nın köşkləri azalandan, əl yayımı və metroda yayım yasaqlanandan satış həcmi aşağı düşüb. Daha çox “Əks-səda” yayım firması ilə işləyirik. Əvvəlki satış nöqtələri qaytarılsa, müəyyən qədər canlanma yarana bilər”.

Mərkəzi Bankın bir illik itkisi açıqlandı

Page 35: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

22.01.2016

Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatlarının həcmi bu il yanvarın 1-nə 5 milyard 16,7 milyon ABŞ dolları olub. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu məbləğ 2015-ci ilin müvafiq dövrünə nisbətən 8 milyard 741,6 milyon dollar azdır.

Ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda valyuta ehtiyatları 1 milyard 228,9 milyon dollar azalıb.

Yanvarın 22-də Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib, 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 29 bankın məcmu tələbi 98,217 milyon ABŞ dolları təşkil edib, sifarişlər 100 faiz təmin olunub.

“Hesabat” dayandırıldı, ANS-ə lisenziyanın ləğvi barədə xəbərdarlıq gəldi22.01.2016

Yanvarın 22-də Milli Televiziya və Radio Şurası ANS televiziyasının “Hesabat” proqramının yayımının 1 ay müddətinə dayandırılması haqda qərar qəbul edib.

“Hesabat” analitik-informasiya proqramıdır. Aparıcısı ANS-in rəhbərlərindən olan jurnalist Mirşahin Ağayevdir.

Page 36: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Milli Televiziya və Radio Şurasının qərarına görə, “Hesabat”ın yayımının dayandırılması müddəti yanvarın 24-dən hesablanacaq.

Şuranın qərarında deyilir ki, “Hesabat”ın ötən il dekabrın 27-də və bu il yanvarın 17-də efirə gedən buraxılışlarında televiziya yayımının əsas prinsipləri pozulub, işgüzar nüfuzun ləkələnməsinə yol verilib, faktlar və hadisələr ədalətli şərh olunmayıb, birtərəfliliyə yol verilib.

Xatırladaq ki, ötən ilin sentyabr ayında ANS-in “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” proqramının, oktyabr ayında isə “Salam, Azərbaycan” proqramının yayımı Milli Teleradio Şurasının qərarı ilə müvəqqəti dayandırılıb. Eyni zamanda şura ANS-in “Reklam haqqında” qanunu pozduğunu iddia edərək kanalı ümumilikdə 26 fakt üzrə 161 min manat məbləğində cərimələyib. Bundan başqa Milli Teleradio Şurası ANS-ə “Abşeron” serialının çəkilməsi üçün ayırdığı 160 min manatın geri qaytarılması üçün məhkəmədə iddia qaldırıb.

Şuranın yanvarın 22-də çıxardığı qərarla bağlı yaydığı açıqlamasında göstərilir ki, bütün bunlardan sonra ANS rəsmiləri Milli Televiziya və Radio Şurasının ünvanına əsassız ittihamlar səsləndirməklə ictimai rəyi çaşdırmaq yolu tutublar. Buna misal olaraq şura Mirşahin Ağayevin “Hesabat”ın ötən il dekabrın 27-də və bu il yanvarın 17-də efirə getmiş buraxılışlarında səsləndirdiyi fikirləri sitat gətirir.

Şuranın açıqlamasına görə, Mirşahin Ağayev “Hesabat”ın 27 dekabr buraxılışında deyib: “Bu ili ANS böyük basqı və çətinliklərlə başa vurur. Onu bütöv bir il zərrəbindən keçiriblər. Artıq ANS-ə 100 minlərlə manatlıq cərimə hesablanıb. “Kiminə aş, kiminə daşla” siyasəti bizi yenidən dövlət başçısına müraciət etməyə vadar edir. Prezident İlham Əliyev sahibkarlarla rəftarda sabitqədəmliyə, əli və ürəyi təmizliyə çağırır. Biz də sahibkarıq, bizi də qorumaq lazımdır və Azərbaycan prezidenti İlham Əliyev eyni zamanda bizi də qoruyur. Biz heç nə demirik. Sadəcə olaraq dövlət başçısının sahibkarlara müdaxilə, sahibkarlara təzyiq etmək istəyən məmurlara xəbərdarlığını yenə də xatırladırıq”.

“Hesabat”ın 17 yanvar buraxılışında isə, Milli Teleradio Şurasının açıqlamasına görə, Mirşahin Ağayev belə deyib: “Məmur özbaşınalığını dayandırmaq lazımdır. Dövlət başçısının məmurların xalqın ağasından xalqın xidmətçisinə keçirmək

Page 37: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

istiqamətində apardığı siyasəti sadə camaat tam müdafiə edir. Uzağa niyə gedirik? Əgər dövlət büdcəsinə 1 qəpik belə gəlir gətirməyən “mıtırışı” (MTRŞ) dövlətə hər il kifayət qədər vergi ödəyən ANS-in başına belə oyun açırsa, özü də heç olmasa bizim bu barədə danışmaq imkanımız var, görün başqa sahələrdə vəziyyət nə qədər çətindir”.

Milli Televiziya və Radio Şurası bəyan edir ki, ANS-in özəl telekanal, onun təsisçilərinin isə sahibkar olduğunu yaxşı bilir: “Amma görünür, ANS rəsmiləri, o cümlədən şirkətin təsisçilərindən biri və icraçı direktoru vəzifəsini tutan Mirşahin Ağayev sahibkarların da qanunlara əməl etməli olduğundan xəbərsizdir”.

Şura iddia edir ki, ANS rəsmiləri, o cümlədən Mirşahin Ağayev cərimələrin məhz qanunvericiliyin tələbləri pozulduğuna görə tətbiq olunduğunu etiraf etmək istəmir: “Təəssüf ki, ANS televiziyası dəfələrlə yol verdiyi bu cür qərəzli, peşə etikasına və əxlaq normalarına yaraşmayan televiziyaçılıq fəaliyyətini hazırda da davam etdirir”.

Şuranın açıqlamasında vurğulanır: “Fikrimizcə, ANS tərəfindən Milli Televiziya və Radio Şurasına qarşı aparılan qara piar kampaniyası həm də dövlət qurumu ilə ANS arasında davam etməkdə olan məhkəmə araşdırmalarına təsir vasitəsi kimi qiymətləndirilməlidir. Hesab edirik ki, bu cür qərəzli və yalan informasiyaların yayımlanması ilə ANS televiziyası cəmiyyətdə çaşqınlıq yaratmağa, dövlət qurumunun fəaliyyəti barədə yanlış ictimai rəy formalaşdırmağa xidmət edir. Halbuki yayımçı nəzarətində olan efirdən öz maraq və məqsədləri üçün istifadə etməməli, yalan və böhtan xarakterli məlumatların yayımlanmasından çəkinməli, qanunların aliliyinə hörmətlə yanaşmalıdır. Yayımçı ona müvafiq dövlət orqanı tərəfindən tətbiq olunmuş sanksiyalardan narazı olduğu halda bu yalnız hüquqi çərçivədə araşdırılmalıdır”.

Şura sonda bildirir: “ANS məqsədli şəkildə yalan və böhtan xarakterli məlumatları yayımlasa, qanunların aliliyinə hörmətlə yanaşmasa, “Televiziya və radio yayımı haqqında” qanunun 23.2.8-ci maddəsinə uyğun olaraq tədbirlər görüləcək və bunun nəticələri ilə bağlı bütün məsuliyyət telekanalın üzərində olacaq”.

Novator.az qeyd edir ki, “Televiziya və radio yayımı haqqında” qanunun 23-cü maddəsi xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədədir. Həmin

Page 38: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

maddənin 2-ci bəndi isə birbaşa xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi haqdadır. Bu maddənin 2.8-ci bəndinə, yəni “Televiziya və radio yayımı haqqında” qanunun Milli Teleradio Şurasının açıqlamasında göstərilən 23.2.8-ci maddəsinə görə, yayımçı bir il müddətində azı üç dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə xüsusi razılığın (lisenziyanın) qüvvəsinə teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə xitam verilir.

ANS haqda qərar icra olunmadı25.01.2016

Milli Televiziya və Radio Şurası ANS televiziyasının “Hesabat” proqramının yayımının 1 ay müddətinə dayandırılması haqda qərarını təxirə salıb.

Şura “Hesabat”ın yayımının 1 aylığa dayandırılması haqda qərarını yanvarın 22-də çıxarmışdı. Qərarın icrasının dayandırıldığı isə yanvarın 23-də elan olunub.

Yanvarın 24-də “Hesabat” proqramı efirə çıxıb.

“Hesabat” analitik-informasiya proqramıdır. Aparıcısı ANS-in rəhbərlərindən olan jurnalist Mirşahin Ağayevdir.

Dünya birjalarında neftin qiyməti25.01.2016

Dünya birjalarında neft bahalaşmaqda davam edib.

Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,47 dollar bahalaşaraq 32,60 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar artaraq 32,77 dollar olub.

Xəbəri AZƏRTAC yayıb.

“Gəncəbank”ın lisenziyası ləğv edilib25.01.2016

Page 39: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

“Gəncəbank” Açıq Səhmdar Cəmiyyətinin bank lisenziyası ləğv edilib. Bu haqda qərarı Mərkəzi Bankın İdarə Heyəti yanvarın 22-də çıxarıb.

Qərara əsasən, “Gəncəbank” ASC məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə lisenziyadan məhrum olunub.

“Banklar haqqında” qanuna uyğun olaraq yanvarın 25-dən banka müvəqqəti inzibatçı təyin edilib.

Mərkəzi Bank bildirir ki, “Gəncəbank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək.

Dolların kursunda yüksəliş25.01.2016

Yanvarın 25-də Mərkəzi Bank manatın dollara məzənnəsini endirib. Transparency.az bildirir ki, rəsmi kursla 1 dollar 1,6028 manatdan 1,6054 manata qalxıb. 1,6028 manat qiyməti yanvarın 19-da müəyyən edilmişdi.

1 avronun rəsmi qiyməti isə yanvarın 22-si ilə müqayisədə 1,7365 manatdan 1,7356 manata enib (Tam siyahı).

Page 40: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Dövlət Sosial Müdafiə Fondu müraciət hesabatı verdi25.01.2016

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, 2015-ci il ərzində 190 — “Mərkəzi Çağrı Sistemi” 147 027 müraciəti cavablandırıb. Müraciətlərin 21 345-i elektron xidmətlər, 6 818-i fərdi uçot, 21 364-ü əmək pensiyaları, 17 644-ü məcburi dövlət sosial sığorta haqqı məsələlərini əhatə edib.

17 740 müraciət isə pensiyaların avtomatlaşdırılmış təyinatı ilə bağlı olub. Pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses cəmi bir neçə dəqiqə vaxt aparır.

Rəsmi məlumata əsasən, DSMF-nin Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir.

Portuqaliyada yeni prezident25.01.2016

Page 41: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Portuqaliyada yanvarın 24-də keçirilmiş prezident seçkisinin ilkin nəticələrinə görə, Marselu Rebelu di Soza qalib gəlib. Novator.az xəbər verir ki, Marselu Rebelu di Soza səslərin 52%-ni qazanıb. Onun ən yaxın rəqibi Antonio Sampayu da Novua seçicilərin 23%-nin dəstəyini alıb.

Sol blokun namizədi Marisa Matias 10%-dən bir az artıq səs qazanaraq üçüncü yerdə qərar tutub.

Büdcədə nələr dəyişəcək?25.01.2016

2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər zamanı neftin qiyməti bir barrel üzrə 25 ABŞ dolları səviyyəsində götürülə bilər. AZƏRTAC xəbər verir ki, maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində belə deyib. O qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsi və icmal büdcənin gəlirləri hesablanan zaman neftin qiyməti bir barrelə görə 50 dollar səviyyəsində götürülüb: “Hazırda isə biz 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı əsas kimi bir barrel üzrə 25 ABŞ dolları səviyyəsini götürmək istəyirik”.

Maliyyə naziri əlavə edib ki, ötən ilin dekabrında manatın növbəti ucuzlaşması dövlət büdcəsi xərclərində də bir sıra dəyişikliklərə zərurət yaradır: “Söhbət ilk növbədə bizim xarici valyutada ifadə olunan xərclərdən gedir. Yəni biz xarici borclara xidmət edilməsi ilə bağlı xərcləri, xaricdəki diplomatik

Page 42: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

nümayəndəliklərimizin xərcləri, beynəlxalq təşkilatlara olan üzvlük haqlarımız və xarici valyutada ifadə olunmuş buna bənzər öhdəliklərimizi yeni reallığa uyğun olaraq manat-dollar məzənnəsi nəzərə alınmaqla dövlət büdcəsində əks etdirməliyik. Bizim manat ifadəsində dövlət büdcəsində təsdiq etdiyimiz səviyyələr bunun üçün kifayət deyil. Məhz buna görə biz büdcədə əlavə xərclər nəzərdə tutmalıyıq. Bunun üçün müvafiq maliyyə təminatı yaratmalıyıq.

Digər tərəfdən manatın devalvasiyası ilə əlaqədar müəyyən inflyasiya təzyiqləri, bəzi qiymətlərin artması və başqa amillər mövcuddur. Bunların əhalinin ən həssas qruplarına mənfi təsirinin yumşaldılması məqsədilə dövlət müəyyən tədbirlər görür. Dövlət başçısı bir sıra sərəncamlar imzalayıb. Bunların bir hissəsi təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsinə, digərləri isə əmək haqlarının artımına yönəlib. Bir sıra yeni sərəncamların da imzalanması gözlənir. Bunlar da əsasən sosial sahəyə yönələcək. Burada işsizlik müavinətlərinin artırılması, ünvanlı sosial yardıma əlavə vəsaitin dövlət büdcəsindən ayrılması, müəyyən müvafiq sosial müavinətlərin artırılması, tələbələrin təqaüdlərinin artırılması nəzərdə tutulub. Bütün bu artımların edilməsi üçün də dövlət büdcəsində vəsait olmalıdır. Çünki təsdiq olunmuş büdcədə bu vəsait mövcud deyil. Bu artımların maliyyə təminatının yaradılmasına da yenidən baxılacaq və bu, dövlət büdcəsində öz əksini tapmalıdır. Dövlət büdcəsində bu məqsədlərə 1 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur”.

Maliyyə naziri deyib ki, dövlət büdcəsinə yenidən baxılmasının digər səbəbi nəzərdə tutulan bəzi gəlir mənbələrindən daha az gəlir əldə ediləcəyi ilə bağlıdır: “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft konsorsiumları dövlət büdcəsinə mənfəət vergisi ödəyirlər. Bu vergi onların əsas fəaliyyət sahəsi olan neft-qaz sektorundan asılıdır. Bu sahədə də vəziyyət artıq məlumdur. Bununla əlaqədar müxtəlif proqnozlar var ki, qiymət bir qədər də aşağı ola bilər. Amma ilin ikinci yarısında qiymətin artması ilə bağlı proqnozlar da var. Bununla əlaqədar bizim neft sektorundan gəlirlərimiz azalacaq. Bu gəlirlərin bir qismi xarici valyutada olduğuna görə yumşalır. Ona görə ki, xarici valyutanın məzənnəsi artıb. Manat ifadəsində biz daha çox manat əldə edəcəyik. Buna baxmayaraq biz beynəlxalq konsorsiumlardan və SOCAR-dan 200 milyon manat az vəsaitin daxil olmasını proqnozlaşdırırıq”.

Nazir Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə toplanan daxilolmalara da yenidən baxıldığını bildirib: “Bu ilk növbədə manatın məzənnəsini dəyişməsi ilə bağlıdır. Çünki bəzi mallar ölkəyə xarici valyutada

Page 43: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

idxal edilir. Bunların manatda ifadəsi daha yüksək olduğuna görə daha çox gəlir əldə oluna bilər. Eyni zamanda hesab edirik ki, manatın devalvasiyası Vergilər Nazirliyi xətti ilə daxilolmalarda müəyyən inflyasiya yaradacaq. İqtisadiyyat Nazirliyinin yenilənmiş sosial-iqtisadi proqnozunda inflyasiya 10-12 faiz səviyyəsində götürülüb. Ona görə bunu da nəzərə almaqla hesab edirik ki, vergilər sahəsində də inflyasiya hesabına oxşar əlavə gəlirlər əldə oluna bilər”.

Rusiya əhalisinin real gəlirləri 4% azalıb25.01.2016

2015-ci ildə Rusiya əhalisinin real gəlirləri 2014-cü illə müqayisədə 4% aşağı düşüb. Novator.az xəbər verir ki, Federal Statistika Xidmətinin yanvarın 25-də yaydığı hesabatda belə deyilir.

Hesabata görə, ötən ilin dekabrında əhalinin real gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azalıb, amma 2015-ci ilin noyabrı ilə müqayisədə 43,4% artıb.

Məlumata əsasən, 2015-ci ildə rusiyalıların adambaşına orta gəliri 2014-cü illə müqayisədə 10,1% artaraq 33 min 311 rubl (382 ABŞ dolları) təşkil edib. Ötən ilin dekabrında isə artım 11,2% təşkil edərək 45 min 212 rubla (570 dollar) çatıb.

2015-ci ildə Rusiyada işçilərin orta aylıq əməkhaqqı 2014-cü illə müqayisədə 4,6% artaraq 33 min 925 rubl (428 dollar) olub. Dekabr ayında isə 2014-cü ilin həmin dövrü ilə müqayisədə 1,6% artım qeydə alınıb və orta aylıq əməkhaqqı 42 min 684 rubla (538 dollar) çatıb.

Mərkəzi Bank bazara 200 milyon dollar çıxardı, 39 milyondan çoxu satıldı25.01.2016

Page 44: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Yanvarın 25-də Mərkəzi Bank növbəti valyuta hərracı keçirib. Satışa 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb. Rəsmi məlumata görə, hərracda iştirak edən 19 bankın məcmu tələbi 39,370 milyon ABŞ dolları təşkil etdiyindən sifarişlər 100 faiz təmin olunub.

Daşınmaz əmlakın qeydiyyatı: Azərbaycan 129 ölkə arasında ən yaxşı 20-liyə düşüb25.01.2016

Əmlak Məsələləri Dövlət Komitəsi rəsmi açıqlama yayıb. Transparency.az xəbər verir ki, açıqlamaya görə, Azərbaycan ilk dəfə olaraq əmlak hüquqlarının qorunması indeksinə görə Mülkiyyət Hüquqları Alyansının illik beynəlxalq reytinq cədvəlində yer alıb: “129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan “daşınmaz əmlakın qeydiyyatı” kateqoriyasında mümkün 10 baldan 9,7 bal toplayaraq dünya üzrə 20-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə ölkə reytinq cədvəlində ən yaxşı 20-lik sırasına daxil edilib”.

Komitə bildirir ki, əmlakın qeydiyyatı sahəsində həyata keçirilən fəaliyyət və tətbiq edilən yeniliklər beynəlxalq aləmdə yüksək qiymətləndirilir: “Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik “Doing Business” hesabatlarında Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə ilk sıralarda yer alır.

Page 45: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Azərbaycanın əldə etdiyi yüksək beynəlxalq göstəricilər son illər ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi, qeydiyyat müddətlərinin qısaldılması və qeydiyyat sisteminin müasir standartlara çatdırılması sahəsində aparılan işlərin nəticəsidir. Bu sahədə elektron, onlayn və SMS xidmətlərin, “bir pəncərə” prinsipinin, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi əmlakın qeydiyyatını sadələşdirib, şəffaflıq, rahatlıq və operativliyi daha da artırıb”.

Rusiyada qəzet, kitab və dəftər-qələm 13,5% bahalaşıb25.01.2016

2015-ci ildə Rusiyada qəzet, kitab və dəftərxana ləvazimatı 2014-cü illə müqayisədə 13,5% bahalaşıb. Novator.az xəbər verir ki, bunu Rusiya Federal Statistika Xidməti açıqlayıb.

Bahalaşma 2014-cü ildəki göstəricidən iki dəfəyədək çoxdur. 2014-cü ildə 2013-cü illə müqayisədə qəzet, kitab və dəftərxana ləvazimatı 7,8% bahalaşmışdı.

Ekspert Mərkəzi Bankı yubanmadan kompensasiya ödəməyə çağırır25.01.2016

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, 5000 dollaradək krediti olan müştərilərə borcu əvvəlki məzənnə ilə qaytarmaları üçün müəyyən güzəştlər edilə bilər. O, güzəştin reallaşması üçün 250 milyon dollaradək vəsaitə ehtiyac olduğunu vurğulayıb:

Page 46: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

“Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir”.

İqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankı əhaliyə kompensasiya ödəmək mexanizmini reallaşdırmağa səsləyib. Transparency.az-ın məlumatına görə, ekspert bu addımın bank sektorunu qorumaqla yanaşı hər bir ailəyə dəstək olacağını düşünür: “Mərkəzi Bank ödəniləcək kompensasiyanın cəmi 250 milyon dollar olduğunu desə də, yekun qərar yoxdur. Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır. Xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollardır. Bu isə o deməkdir ki, dollarla olan kreditlər ikinci devalvasiyadan öncə 7 milyard 851 milyon manat idisə, hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manata yüksəlib. Deməli, sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları banklara əlavə olaraq 3 milyard 813 milyon manat vəsait ödəməlidir.

Manatı 50 faiz dəyərsizləşdirməklə əhaliyə 4 milyard manata yaxın əlavə xərc yaradan Mərkəzi Bank hətta 250 milyon dolları ödəməyi belə yubadır. Nəinki iqtisadi modellər, hətta adi riyazi hesablamalar da göstərir ki, əhali və biznesin bu xərci qarşılaması mümkün deyil. Mərkəzi Banka ən azı 10 min dollaradək kreditlər üzrə fərqi ödəməsini təklif edirəm.

Kreditlərin dəyər ifadəsi ilə yanaşı borcluların sayının çoxluğu da bank sektorunda “piramida” prinsipinin formalaşdığından xəbər verir. 3 il öncə banklar ödəmə qabiliyyətini yoxlamadan kredit kartları paylayanda və Mərkəzi Bank prosesə müdaxilə etməyəndə bu “köpük”lərin bir gün partlayacağını demişdik. Nəticədə borclananların sayı 2 milyon 532 min 712 nəfərə çatıb. Borclanan fərdi şəxslər 2 milyon 497 min 609, hüquqi şəxslər isə 11 min 241 nəfərdir. Sahibkarlıq subyektlərinin sayı cəmi 23 min 862 iş qurumudur.

Hazırda orta hesabla hər ailədə ən azı bir borclu var. Deməli, Mərkəzi Bankın qərarı hər bir ailəyə təsir edəcək addımdır və ən azı bu baxımdan baş bank kompensasiya mexanizmini tətbiq etməlidir. Problem heç də borclananlarla tamamlanmır. Hazırda Azərbaycanda 1 milyon 205 min 81 zamin var. Yəni orta hesabla hər 4 nəfərdən biri banka borclu, hər 8 nəfərdən biri isə zamindir. Göründüyü kimi, istər borcun dəyəri, istər say ifadəsi göstərir ki, bu gün sadəcə vətəndaşların borc öhdəliyinin azalması deyil, eyni zamanda bank sektorunun qorunması məhz kompensasiya mexanizmindən asılıdır”.

Page 47: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb. Hazırda rəsmi kursla 1 dollar 1 manat 60 qəpikdən bahadır.

Azərbaycan üzrə keçmiş məruzəçi AŞPA sədri seçildi25.01.2016

İspaniyalı deputat Pedro Aqramunt yanvarın 25-i Avropa Şurası Parlament Assambleyasının plenar iclasında qurumun sədri seçilib. Avropa Xalq Partiyasının nümayəndəsi olan Pedro Aqramunt bu vəzifəni rotasiya prinsipi əsasında tutub.

Transparency.az bildirir ki, Pedro Aqramunt 1951-ci il dekabrın 9-da Valensiyada anadan olub. Hüquqşünasdır. İspaniya parlamentinə ilk dəfə 1991-ci ildə seçilib. 2000-ci ildən Avropa Şurası Parlament Assambleyasında təmsil olunur. 2010-2015-ci illərdə Avropa Şurasının Azərbaycan üzrə məruzəçilərindən biri olub.

Prezident iqtisadi islahatlar üzrə köməkçi təyin etdi25.01.2016

Page 48: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Yanvarın 25-də dövlət başçısı İlham Əliyev Natiq Ərziman oğlu Əmirovun prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi haqda sərəncam imzalayıb.

Transparency.az bildirir ki, Natiq Əmirov 1967-ci ildə Şabran rayonunda anadan olub. 1990-cı ildə Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə Təfəkkür Universitetini (hüquqşünas) bitirib.

Sumqayıt Şəhər Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, Sumqayıt Şəhər Dövlət Vergi Müfəttişliyində böyük dövlət vergi müfəttişi, şöbə rəisi, rəis müavini, Səbail Rayon Vergilər İdarəsinin rəis müavini postlarını tutub.

Vergilər Nazirliyində departament rəisinin müavini, idarə rəisi olub. 2005-ci ildə vergilər nazirinin müavini, 2009-cu ildə birinci müavini vəzifəsinə təyin edilib.

3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

Ailəlidir, 3 övladı var.

Nazirlik 5823 keçmiş məhkuma müavinət verib25.01.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş 5823 nəfər şəxsi

Page 49: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

birdəfəlik pul müavinəti ilə təmin edib. Rəsmi məlumata görə, onların hər birinə minimum əməkhaqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti ödənilib.

2015-ci ildə həbs cəzasından azad olunan şəxslərdən 152 nəfəri üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

Prezident sosial müdafiə sahəsinə aid sənədlər imzalayıb26.01.2016

Prezident İlham Əliyev sosial müdafiə sahəsinə aid fərman və sərəncamlar imzalayıb. Transparency.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fonduna ötən il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı il yanvarın 1-nə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılır.

Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq fevralın 1-dən 66 manat müəyyən edilir.

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu

Page 50: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılır.

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq fevralın 1-dən 110 manat olur.

Fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilir.

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlər isə fevralın 1-dən 10 faiz artırılır.

Gəncənin icra hakimiyyəti yeni səlahiyyət aldı26.01.2016

Yanvarın 25-də dövlət başçısı İlham Əliyev Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetməni təkmilləşdirməyə fərman verib. Transparency.az-ın məlumatına görə, fərmanla Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılır. Gəncə şəhərinin inzibati ərazisində sərnişin daşınmasının inkişaf etdirilməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektlərinin normativ hüquqi aktlara riayət etməsinə nəzarət, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə

Page 51: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

tutulmuş qaydada tədbirlər görülməsi Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olacaq.

Nazirlər Kabineti Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində prezidentə təqdim etməlidir. Həmin müddətdə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti işçilərinin say həddinə də yenidən baxılmalıdır.

Dollarda kiçik eniş, avroda yüksəliş26.01.2016

Yanvarın 26-da Mərkəzi Bank manatın dollara məzənnəsini bir qədər yüksəldib. Transparency.az bildirir ki, rəsmi kursla 100 dollar 160 manat 52 qəpiyə satılır.

100 avronun rəsmi qiyməti isə ötən günlə müqayisədə 173 manat 56 qəpikdən 174 manat 18 qəpiyə qalxıb (Tam siyahı).Mərkəzi Bank monetar göstəriciləri də açıqlayıb. Açıqlamaya görə, rəsmi valyuta ehtiyatları 5 milyard 16,7 milyon dollar, pul bazası 6 milyard 901,8 milyon manatdır.Müdafiə sənayesi naziri illik hesabat verib26.01.2016

Müdafiə Sənayesi Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, hesabat məruzəsi ilə çıxış edən

Page 52: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

nazir Yavər Camalov qeyd edib ki, 2015-ci ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi ötən illərlə müqayisədə dəfələrlə artıb: “Nazirliyin müəssisələrində yaradılma üzrə nəzərdə tutulan 81 mövzunu və 143 mərhələni əhatə edən təcrübi-konstruktor işləri uğurla davam etdirilib. 7 mövzu üzrə təcrübi-konstruktor işləri tam başa çatdırılıb, 11 məmulatın istehsalı mənimsənilib, silahlanmaya tövsiyə olunaraq seriyalı istehsalı təşkil olunub. Ümumilikdə mövzular üzrə 45 mərhələ tam yerinə yetirilib.

Ötən ildə gecəgörmə cihazının, kompaslı prizmatik binoklların, mina üçün atəş yığımının, qumbaraatan üçün atəş yığımlarının, müxtəlif tipli mina partladıcılarının yaradılması işləri başa çatdırılıb və seriyalı istehsalı təmin edilib. NATO standartlarına uyğun xüsusi təyinatlı snayper tüfənginin, avtomatik topun, xüsusi təyinatlı hücum pulemyotunun və sair məmulatların təcrübi-konstruktor işləri davam etdirilib.

2015-ci ildə ümumi məhsul istehsalının həcmi 2010-cu illə müqayisədə 3,1 dəfə, müdafiə təyinatlı məmulatların istehsal həcmi isə 2,3 dəfə artıb.

Mülki məmulatların istehsalında illik proqnoza 106,1 faiz əməl olunub. İstehsalı mənimsənilmiş mülki məhsullardan əleyhqazı, 12 kalibrli ov tüfənglərini və onların patronlarını, müxtəlif tutumlu akkumulyator batareyalarını, müxtəlif tutumlu termosları, maskalanma torunu, DVB-T peyk dekoderini, müxtəlif laylı çap lövhələrini, plastik taraları, parket məmulatını, müxtəlif mebel dəstlərini, traktor tırtılını və sairi göstərmək olar”.

Nazirlik sosial müdafiə sərəncam və fərmanları ilə bağlı arayış yayıb26.01.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidentin sosial müdafiə sahəsinə aid yeni sərəncam və fərmanlarını şərh edib. Transparency.az-a göndərilən arayışda qeyd olunur ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya

Page 53: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq fevralın 1-dən 110 manata qalxır, bu sərəncam ümumilikdə 447 nəfər şəxsi əhatə edir. Artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 49,2 min manat əlavə vəsait ayrılacaq.Dövlət başçısının imzaladığı digər sənədə əsasən, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq fevralın 1-dən 66 manata çatdırılır. Fərmanın əhatə etdiyi şəxslərin sayı 18 525 nəfərdir. Qeyd olunan artım üçün dövlət büdcəsindən ilin sonunadək 1,2 milyon manat əlavə vəsait xərclənəcək.

Başqa fərmanla özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği fevralın 1-dən 10 faiz artırılır. Bu aylıq sosial müavinətlər peşə əmək qabiliyyəti 29 faizədək itirildiyi halda 33 manat, 30 faizdən 59 faizədək itirildiyi halda 44 manat, 60 faizdən 79 faizədək itirildiyi halda 55 manat, 80 faiz və daha çox itirildiyi halda isə 66 manat, işçi həlak olduqda isə 77 manat müəyyən edilib. Bu artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 47,6 min manat əlavə vəsait ayrılacaq.

Rövşən Ağayev Samir Şərifovdan nə gözləyirmiş?26.01.2016

İqtisadçı Rövşən Ağayev maliyyə naziri Samir Şərifovun ANS televiziyasına yanvarın 24-də verdiyimüsahibə ilə bağlı rəy açıqlayıb. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, nazir ölkənin hazırkı durumundan, mövcud problemlərdən bəhs edərkən böhran vəziyyətində

Page 54: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

reallaşacaq proqramları sadalamalı idi: “Həmin müsahibədən hər kəsin mümkün dəstək proqramları, sosial paketin həcmi və çeşidi, məvacib haqda eşitmək istədikləri vardı. Büdcə sahəsində davamlı tədqiqatlar aparan şəxs kimi həmin çıxışdan bunları gözləyirdim:1) İctimai vəsaitlərin dövlət siyasətinin prioritetlərinə uyğun maksimum effektiv və şəffaf xərclənməsi üçün hansı real planlar və mexanizmlər var, hüquqi bazada nələri dəyişmək zəruridir?

2) Hökumət strateji, iqtisadi və büdcə planlaşdırması arasında əlaqəni təmin etmək üçün yeni çağırışlara uyğun nələri düşünür?

3) Büdcəyə sərəncam verən təşkilatların xərclədikləri vəsaitə uyğun dəqiq və ölçülə bilən nəticələr əldə etməsi üçün hansı mexanizmlərin işlənməsi planlanır?

4) Dövlət xidmətlərinin keyfiyyətini və hökumət proqramlarının nəticələrini analiz etməklə dövlət orqanlarının fəaliyyətinin effektivliyini qiymətləndirməyə imkan verən kompleks göstəricilərin tətbiqi ilə bağlı hansı planlar var?

5) Hökumət büdcə xərclərindən səmərəli və qənaətli istifadəni təmin etmək üçün büdcə subsidiyalaşdırma mexanizmlərində, mənzil-kommunal və nəqliyyat sektorunun menecmentinin bazar prinsiplərinə uyğunlaşdırılması istiqamətində hansı real mexanizmlər müəyyənləşdirib?

6) Büdcə şəffaflığının artırılması, büdcə üzərində parlament nəzarəti və ictimai nəzarət mexanizmlərinin effektivliyini yüksəltmək üçün hansı real planlar var?

İndiki böhran şəraitinin maliyyə naziri bu mövzulara toxunmalıdır”.

Prezident sərəncamı pensiyaçıların 95 faizinə şamil olunacaq26.01.2016

Page 55: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

rezident İlham Əliyevin 25 yanvar 2016-cı il sərəncamına əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsini indeksləşdirəcək. AZƏRTAC-ın məlumatına görə, DSMF sədrinin müavini Zakir Babayev yanvarın 26-da keçirilən mətbuat konfransında deyib ki, 2015-ci ildə inflyasiyanın aşağı səviyyədə saxlanması təmin olunub, istehlak qiymətlərinin 4 faizlik indeksi qeydə alınıb.

Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Zakir Babayev bildirib ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 3,24 milyon manat, il ərzində isə 38,9 milyon manat əlavə vəsait tələb yönəldiləcək: “Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95 faizinə şamil olunacaq. Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə artımı avtomatlaşmış qaydada icra ediləcək. Fevral ayının pensiyalarının ödənişi onların baza və sığorta hissələrinin artımları ilə birlikdə həyata keçiriləcək”.

DSMF rəsmisi dövlət başçısının imzaladığı “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” sərəncama da toxunub. O deyib ki, sərəncama əsasən, 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilib: “İl ərzində 3 yaşadək uşağa qulluğa görə müavinət alanların sayı təxminən 48 min nəfərdir ki, bu kateqoriyadan olanların müavinətinin artımının maliyyələşdirilməsi üçün il ərzində 3,5 milyon manat əlavə vəsait yönəldiləcək”.

Page 56: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

İlham Əliyev sahibkarlar qarşısında çıxış edib26.01.2016

Yanvarın 26-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev konfransın rəsmi açılışında iştirak edib və nitq söyləyib.

İqtisadiyyat naziri Şahin Mustafayev və sahibkarlar da konfransda çıxış ediblər.

Rəsmi açılışdan sonra konfrans işini panel iclasları ilə davam etdirib.

Jurnalistin ölüm işi: Cavid Hüseynov məhkəmədə ifadə verdi26.01.2016

Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin işi üzrə prosesi yanvarın 26-da davam etdirib. Prosesdə futbolçu Cavid Hüseynov şahid ifadəsi verib.

Page 57: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

ANN.TV-də reportyor olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist ağır xəsarətlər alıb və bir gün sonra xəstəxanada keçinib. Hadisəyə görə “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov ötən il avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə onu “Facebook” səhifəsində tənqid etmiş Rasim Əliyevə zəng vuraraq təkzib verilməsini tələb edib.

Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.

Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb.

APA-nın məlumatına görə, 26 yanvar prosesində şahid ifadəsi verən Cavid Hüseynov deyib ki, Elşən İsmayılov onun bibisi oğludur, digər təqsirləndirilən şəxsləri isə tanımır: “Rasim Əliyevin barəmdə yazdıqlarını Elşən mənə mesajla göndərdi. Mənsə ona dedim ki, fikir vermə. Gördüm ki, Elşən çox əsəbidir, mən

Page 58: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Rasimin telefon nömrəsini alıb onunla danışdım. Sonra Elşənə dedim ki, məsələ bitib, boş ver. Lakin Elşən mənə dedi ki, Rasim söyüş söyüb, bu şəxsi məsələdir. Mənim onların arasında baş verən hadisədən xəbərim olmayıb. Sonra bildim ki, Rasimi xəstəxanaya yerləşdiriblər, yanına getdim. Bir gün sonra isə vəfat etdiyini eşitdim. Onda isə Elşənə dedim ki, get polisə və hər şeyi olduğu kimi danış. Mən Rasimin öləcəyini gözləmirdim. Ağlıma gəlsəydi ki, belə bir hadisə baş verə bilər, onda Rasimi başqa xəstəxanaya aparardım”.

Report.az-ın məlumatına görə, Cavid Hüseynov deyib ki, Rasim Əliyevə zəng vuranda “Facebook”da belə bir status yazmasının səbəbini soruşub: “Dedi ki, yunanıstanlı jurnalist həmkarıma hörmətsizlik etmisən. Mən isə o hərəkətdə heç bir hörmətsizlik etmədiyimi, həmin işarə ilə Türkiyə ilə qardaş olduğumuzu göstərdiyimi bildirdim. Rasim məni başa düşdü, üzr istədi. Dedim ki, üzr istəmək lazım deyil, o söhbət bağlandı. Elşənə də dedim ki, Rasim məndən üzr istəyib, məsələ bitsin. Sonradan Elşəngilin Rasimlə görüşməyə getməsini, aralarında nə baş verdiyini bilməmişəm. Hadisədən sonra Elşən mənə dedi ki, Rasimə bir təpik vurdum. Mən də Elşəni danladım”.

Ötən il avqustun 6-sı “Qəbələ” Bakıda Kiprin “Apollon” klubu ilə beynəlxalq oyunda qələbə qazanıb. Oyun bitəndə qələbə topunun müəllifi Cavid Hüseynov sevincini Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını başı üzərinə qaldırmaqla ifadə edib. Meydançadan ayrılan zaman kiprli jurnalistin “Nəyə görə Türkiyə bayrağını qaldırmışdınız” sualına cavabında Cavid Hüseynov yumruqlarını bir-birinə vuraraq Azərbaycan və Türkiyənin bir olduğunu anlatmağa çalışıb. Bu jest videoya düşüb. Futbolçunun əl hərəkəti ilə etdiyi jesti başqa cür qiymətləndirən Rasim Əliyev avqustun 7-də “Facebook”da onu əxlaqsız və tərbiyəsiz adlandırıb.

Avqustun 8-də Rasim Əliyev “Facebook”da yeni bir statusla çıxış edib: “Cavid Hüseynovla aramızda söhbət oldu və mənə bildirdiyinə görə, etdiyi bu əl hərəkətləri heç də təhqiramiz hərəkət yox, Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir. Cavidə də onu məsləhət görürəm ki, düzgün anlaşılmayan bu video ilə bağlı KİV-də açıqlama versin”.

Dollar kreditləri ilə bağlı güzəşt söhbətinə aydınlıq gəlir26.01.2016

Page 59: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlər edilməsi təkliflərinə münasibət bildirib. APA-nın məlumatına görə, yanvarın 26-da jurnalistlərə danışan Elman Rüstəmov deyib ki, hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, güzəşt maliyyə intizamını poza bilər: “Yəqin bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara bu işin öhdəsindən gələ bilmələri üçün necə yardım edək. Dövlətin yardım proqramı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik”.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb. Hazırda rəsmi kursla 1 dollar 1 manat 60 qəpikdən bahadır.

Ötən gün açıqlama yayan iqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankı əhaliyə kompensasiya ödəmək mexanizmini reallaşdırmağa səsləyib. Transparency.az-ın məlumatına görə, ekspert deyib ki, dollarla olan kreditlər ikinci devalvasiyadan öncə 7 milyard 851 milyon manat idisə, hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manata yüksəlib: “Əhali və biznesin bu xərci qarşılaması mümkün deyil. Mərkəzi Banka ən azı 10 min dollaradək kreditlər üzrə fərqi ödəməsini təklif edirəm”.

Ötən həftə Elman Rüstəmov demişdi ki, 5000 dollaradək krediti olan müştərilərə borcu əvvəlki məzənnə ilə qaytarmaları üçün müəyyən güzəştlər edilə bilər. O, güzəştin reallaşması üçün 250 milyon dollaradək vəsaitə ehtiyac olduğunu vurğulamışdı.

AŞPA Qarabağ məsələsinə aid qətnaməni qəbul etmədi

Page 60: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

26.01.2016

Avropa Şurası Parlament Assambleyasının 26 yanvar iclasında britaniyalı deputat Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə səsə qoyulub. APA-nın Strasburqdan yaydığı xəbərə görə, lehinə 66, əleyhinə 70 nəfər olmaqla sənəd keçməyib.

Layihədə Ermənistanın Azərbaycan ərazilərini 20 ildən artıq müddətdə işğal altında saxlaması, həmçinin Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və etnik təmizləmə siyasəti pislənir və Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində effektiv nəzarət həyata keçirdiyi qeyd olunur. Eyni zamanda layihədə Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş bölgələrindən çıxarılması və bu ərazilər üzərində Azərbaycan Respublikasının tam suverenliyinin bərpa olunmasına dair çağırış öz əksini tapıb.

“Azərbaycanın cəbhə bölgələrində sakinlərin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihəsi isə təsdiq edilib. Sənəddə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və burada qəsdən ekoloji böhran yaradaraq həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etməsi ekoloji təcavüz kimi qətiyyətlə pislənir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması, həmçinin Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir və yaxud təzyiq vasitəsi kimi istifadəsinin dayandırması tələb edilir. 98 deputat bu qətnamənin lehinə səs verib, 71 deputat əleyhinə çıxıb.

İntiqam Əliyevin məhkəməsi bir ay sonraya qaldı26.01.2016

Page 61: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Yanvarın 26-sı Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin məhbus sədri İntiqam Əliyevin şikayəti üzrə proses keçirilib. Günün birinci yarısında çıxış edən vəkil Cavad Cavadlı İntiqam Əliyevə bəraət hökmünün çıxarılmasını istəyib. Prosesin davamı əvvəl günün ikinci yarısına təyin olunub, amma sonradan məhkəmə heyəti iclasın fevralın 24-dək təxirə salındığını elan edib. Xəbəri APA yayıb.

İntiqam Əliyev 2014-cü il avqustun 8-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İntiqam Əliyevin şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

İntiqam Əliyev Bakıdakı 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

İki bankın lisenziyası geri alındı26.01.2016

Azərbaycanda iki bankın fəaliyyəti dayandırılıb. Mərkəzi Bankın yaydığı məlumata görə, İdarə Heyətinin 25 yanvar 2016-cı il qərarları ilə “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib. Buna bankların məcmu kapitalın minimum məbləği tələbinə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, idarəçiliyi düzgün qurmaması əsas gətirilib. “Banklar haqqında” qanunun 51 və 52-ci maddələrinə uyğun olaraq yanvarın 26-dan banklara müvəqqəti inzibatçı təyin edilib.

Page 62: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Mərkəzi Bankı bildirir ki, Əmanətlərin Sığortalanması Fondu “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-də əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişini həyata keçiriləcək.

Ramil Usubov 2015-ci ilə dair statistikanı açıqlayıb26.01.2016

Yanvarın 26-sı Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri general-polkovnik Ramil Usubov deyib ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları 26 min 916 cinayət qeydə alıb: “Cinayətlərin 84,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, 15,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. 2014-cü illə müqayisədə qəsdən adam öldürmə 7,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurma 6,7 faiz, xuliqanlıq 4,5 faiz, avtomobil nəqliyyatının qaçırılması 26,6 faiz, mal-qara oğurluğu 17,1 faiz azalıb.

Qəsdən adam öldürmələrin açılması 9 faiz (98,2 faiz), qəsdən adam öldürməyə cəhdlərin açılması 7,5 faiz (93,8 faiz) yaxşılaşıb. Banditizm, adam oğurluğu, əzab vermə, zorlama cinayətlərinin açılması tam təmin edilib. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 344 cinayət açılıb”.

Nazir məlumat verib ki, “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1280 cinayətin isti izlərlə açılması təmin edilib: “Vətəndaşların “102” xidmətinə müraciətləri üzrə görülmüş çevik cavab tədbirləri ilə 10 min 687 hüquqazidd əməlin qarşısı alınıb. “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 348 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 11 min 713 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 111 avtomobil saxlanıb. Ümumən

Page 63: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

2014-cü illə müqayisədə cinayətlərin açılması 1,7 faiz yaxşılaşaraq hesabat dövründə 82,4 faiz təşkil edib.

İnterpolun Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi 74 nəfərin və bu təşkilata üzv ölkələrin axtardığı 31 şəxsin yeri müəyyən olunub. Bütövlükdə axtarılan şəxslərin 69,1 faizi tutulub. Eyni zamanda müxtəlif cinayətlər törətmiş 13 min 392, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2 min 457 şəxs məhkəmə məsuliyyətinə cəlb edilib.

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizədə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 842-si ağır və xüsusilə ağır növlər olmaqla 2 min 637 cinayət törətmiş 923 cinayətkar qrup zərərsizləşdirilib.

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 45 faiz çox saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 71 min manat, 79 min 100 ABŞ dolları və 225 min rubl olan 2 min 167 ədəd saxta əsginas, habelə istifadə müddəti ötmüş 6 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Hesabat ilində narkotiklə bağlı 2 min 935 cinayət aşkarlanıb, 169 nəfərdən ibarət 63 cinayətkar qrup zərərsizləşdirilib. İnsan alverinə qarşı milli fəaliyyət planı əsasında görülən tədbirlərlə 12 faiz çox və ya 109 cinayət faktı müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, bu əməllərin qurbanı olmuş 63 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib”.

Nazir bildirib ki, ölkədə dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 31 min 28 vahid artması (1 339 568 vahid) fonunda yol-nəqliyyat hadisələrinin, qəzalarda ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb: “2014-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 7,5 faiz çox olmaqla 2 milyon 531 min 843 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 2,5 faiz çox, sürət həddinin aşılması ilə əlaqədar 15,3 faiz çox, qəza şəraiti yaratma ilə bağlı 40,5 faiz çox fakt müəyyən olunub.

Bütövlükdə, müxtəlif inzibati xətalara görə ölkə üzrə 2014-cü illə müqayisədə 7,1 faiz çox və ya 2 milyon 641 min 284 protokol tərtib olunub. Nəticədə 2

Page 64: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

milyon 543 min 406 şəxs cərimələnib, 4 min 36 nəfəri məhkəmə inzibati qaydada həbs edib, 42 min 30 şəxsə xəbərdarlıq edilib.

Polis əməkdaşlarının yol verdiyi qanun pozuntularının sayı 6,8 faiz, əsassız saxlamaların sayı 32,3 faiz, vətəndaşlarla kobud rəftar hallarının sayı 5,3 faiz azalıb. Döymə, işgəncə vermə, tabel silahını qanunsuz tətbiq etmə, əsassız cinayət məsuliyyətinə cəlb etmə kimi hallar qeydə alınmayıb.

Korrupsiya hüquqpozmalarının sayı 30 fakt və həmin əməllərə yol vermiş əməkdaşların sayı 3,7 dəfə azalıb. Onlardan 16 nəfəri xidmətdən xaric edilib, 7 nəfəri tutduğu vəzifədən azad olunub”.

Prezident: “Nə olar, biz çətinliklə də üzləşməliyik”27.01.2016

“İqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik və düşəcəkdik”. Yanvarın 26-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev belə deyib.

Dövlət başçısı giriş nitqində qeyd edib ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha dərinləşib: “Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxa bilmir. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunda iştirak edərkən bir daha bunun şahidi oldum ki, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Buna baxmayaraq 2015-ci ildə Azərbaycanda bir çox məsələlər öz həllini tapıb. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilib. O qədər də asan

Page 65: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq, bu, böyük uğurumuzdur”.

İlham Əliyev keçən il ölkənin iqtisadi inkişafının təmin edildiyini vurğulayıb: “Baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumi daxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1,1 faiz artıb. Ancaq indiki vəziyyətdə neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alsaq, bu, müsbət nəticədir. Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8,4 faiz artıb. Budur əsas göstərici. Bu onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir.

Kənd təsərrüfatı, — bu sahəyə də son vaxtlar xüsusi diqqət göstərilir, — 6,6 faiz artıb. Yəni budur əsas göstəricilərimiz. Bu onu göstərir ki, hətta böhranlı illərdə də biz inkişaf edirik, edəcəyik. Bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və biz bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək.

2015-ci ildə bütün sosial proqramlar icra edilib. Mən bir daha demək istəyirəm, baxmayaraq ki, bu il də bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək. Əksinə, bildiyiniz kimi, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılıb. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir”.

Prezident dünya iqtisadiyyatının stress vəziyyətində olduğunu deyib: “Neftin qiyməti dörd dəfə düşüb. Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək. Ancaq o da həqiqətdir ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və milli valyutamızı süni şəkildə istədiyimiz səviyyədə saxlaya bilmərik.

Ancaq görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaq. Artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər olunub. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha

Page 66: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik”.

Dövlət başçısı 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində görülən işlərdən də danışıb və qeyd edib ki, Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi tanınır: “Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır və güclü iqtisadiyyatdır. Çünki əgər biz iqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik və düşəcəkdik. Necə ki, indi biz bəzi ölkələri görürük. Əgər özü-özünü təmin edə bilmirsə, bunun başqa yolu yoxdur, gərək başqasının iradəsi ilə hərəkət etsin.

Biz özümüz-özümüzü təmin edirik. Düzdür, keçən il çətin il oldu. Amma nə olar, biz çətinliklə də üzləşməliyik. 1990-cı illərdən çətin dövr olmayıb. Olur, indi dünya iqtisadiyyatı dövri xarakter daşıyır. Biz uzun illər ərzində yüksələn xətlə getmişik. İndi dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərə görə tənəzzül yaşanır. Biz də dünya iqtisadiyyatının bir parçasıyıq. Biz axı özümüzü dünya birliyindən, iqtisadiyyatından təcrid etməmişik. Biz inteqrasiya etmişik, açıq bazar siyasəti, liberal iqtisadi siyasət aparırıq. Ona görə bizə də təsir edir. Eybi yoxdur, biz inamla inkişaf edəcəyik. Biz qarşıda duran bütün vəzifələri icra etməliyik”.

“Heç kimin imtiyazı ola bilməz. Heç kim toxunulmaz deyil”27.01.2016

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan 26 yanvar konfransında danışan prezident İlham Əliyev ölkədə

Page 67: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

sahibkarlığın inkişafı üçün çox işlər görüldüyünü vurğulayıb: “Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi — 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir. Ancaq yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. Mən artıq müvafiq dövlət qurumlarına göstəriş vermişəm. Ancaq çox istəyirəm ki, yerlərdən sahibkarlar özləri də o problemləri dilə gətirsinlər, ortaya qoysunlar ki, onlar tezliklə öz həllini tapsın”.

Dövlət başçısı bu ilin planlarından söz açarkən yeni iş yerlərinin yaradılması vacib saydığını deyib: “Son 12 il ərzində 1 milyon 500 min iş yeri yaradılıb. Onlardan 1 milyonu daimi iş yeridir. Ancaq bu illər ərzində Azərbaycanın əhalisi artıb. Əlbəttə ki, bu da inkişafın əlamətidir. 2003-cü ildə Azərbaycan əhalisi 8,4 milyon idisə, bu il 9,7 milyondur. Yəni əhali 1 milyon 300 min nəfər artıb. Bu, bizim böyük üstünlüyümüzdür və inkişafın əlamətidir. Əgər o artım dinamikasına nəzər salsanız görərsiniz ki, sürətli inkişaf dövründə əhali daha da çox artır. Bu, üstünlükdür, amma eyni zamanda bizi daha da fəal işləməyə çağırır. Çünki artan əhali artan iş yerləri deməkdir. 1 milyon daimi iş yeri yaradılıb, 1 milyon 300 min əhali artıb. Bu, yeni məktəblər, yeni uşaq bağçaları, yeni yolların çəkilməsi deməkdir.

İndiki şəraiti nəzərə alaraq hesab edirəm ki, sahibkarlar da yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görə bilərlər. Mənə verilən məlumata görə, son 12 il ərzində Azərbaycanda 70 mindən çox müəssisə yaradılıb və ümumiyyətlə, müəssisələrin sayı 100 minə yaxındır. Onların içində böyük və kiçik müəssisələr var. Ancaq hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri insanları ixtisar etməsələr ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir. Bu, bizim ümumi işimizdir. Bununla bərabər, artıq mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və dövlət şirkətlərinə tapşırıq vermişəm ki, birgə işləsinlər. Məşğulluq idarələrinə müraciət edən insanları işlə təmin etmək üçün dövlət şirkətlərində yeni vakansiyalar açılmalıdır”.

Prezident Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparıldığını deyib: “Biznes, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi, maliyyə sektorlarının, vergi, gömrük orqanlarının tam şəffaflaşması, vergi

Page 68: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

bazasının genişləndirilməsi, uçotun, statistikanın düzgün aparılması — bütün bunlar çox vacib olan məsələlərdir. Deyə bilmərəm ki, bu məsələlərin həllində biz istədiyimizə nail ola bilmişik. Yox, hələ ki, görüləsi işlər çoxdur. Qüsurlar var, onlar aradan götürülür, götürülməlidir. 2016-cı il bu istiqamətdə həlledici rol oynayacaq. 2016-cı ildə biz bütün maliyyə-iqtisadi sistemimizi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən təşkil etməliyik. Burada uçot və statistika xüsusi yer tutur. Bizim statistikamız da aparıcı ölkələrin statistikasına xas olan bütün əlamətləri özündə ehtiva etməlidir. Çünki əsas budur, məlumatdır. Biz dəqiq bilməliyik harada nə işlər görülür, hansı məhsullar istehsal olunur. Əgər belə olmasa, gələcək fəaliyyətimizi planlaşdırmaq çətin olacaq.

Biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər inhisarçılığa yol verməməliyik. Bu da çox ciddi məsələdir. Mən çox istəyirəm ki, Azərbaycan məhsulları daha da çox istehsal olunsun, biz idxaldan asılılığı daha da azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək. Ancaq bununla bərabər əgər biz idxal mallarına süni əngəllər qoysaq, bu zaman rəqabət olmayacaq. Amma rəqabət əsasdır. Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir. Ona görə burada iki amil nəzərə alınmalıdır. Həm qiymətlərin tənzimlənməsi, bütün süni maneələr, idxal qarşısında duran maneələr aradan götürülməlidir, eyni zamanda daxili istehsal qorunmalıdır. Ona görə müvafiq qurumlar çox fəal işləməlidirlər ki, bu iki amili təmin etsinlər. Yerli istehsal, idxaldan asılılığın azaldılması bizim gələcək dayanıqlı inkişafımızın əsas məsələsidir. Ancaq eyni zamanda, inhisarçılığa da yol vermək olmaz. Bəzi hallarda bizdə təbii inhisarçılıq yaradılır. Çünki bazar o qədər də böyük deyil. Hər hansı bir, ya iki böyük müəssisə görürsən ki, bütün bazarı öz əlinə götürür. Burada əlbəttə ki, Antiinhisar Xidmətinin rolu xüsusilə əhəmiyyətlidir. Biz elə etməliyik ki, sərbəst rəqabətə mane olan bütün amillər aradan götürülsün”.

İlham Əliyev qeyd edib ki, ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır: “İnvestisiyaların təşviqi məsələsi burada mühüm rol oynayır. Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda investisiya iqlimi müsbətdir. Əgər belə olmasaydı xarici firmalar Azərbaycana 100 milyard dollar investisiya qoymazdılar. Biz isə çalışmalıyıq ki, indi xarici sərmayəni qeyri-neft sektoruna, ixracyönümlü məhsulların istehsalına yönəldək. Eyni zamanda artıq ixracın stimullaşdırılması üçün konkret addımlar atılıb. Müvafiq qərarlar verilib və artıq Azərbaycanda ixracın təşviqi sistemi yaradılır. Biz keçmişdə bu barədə çox danışmışıq. Ancaq

Page 69: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

bu gün artıq biz bunu etməliyik, edirik. Burada da biz bu yolu keçən ölkələrin təcrübəsinə mütləq nəzər yetirməliyik və ən müsbət təcrübəni tətbiq etməliyik.

Azərbaycanda rəqabətqabiliyyətli məhsulu istehsal edən, bunu dünya bazarına çıxaran sahibkarlara dövlət güzəştlər etməlidir. İndi İqtisadiyyat Nazirliyi bu məsələlərlə bağlı işləyir.

Mən artıq bəyan etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcək. Buna böyük ehtiyac var. İlk növbədə bu, ölkəmizə əlavə sərmayə, valyuta gətirəcək. Digər tərəfdən biz işləməyən müəssisələri canlandıracağıq. Elə müəssisələr var ki, artıq 20 ildir dayanıb, qapısı qıfıllanıb, yarımdağılmış, yaxud dağılmış vəziyyətdədir və onlar nədənsə özəlləşdirməyə çıxarılmır”.

İlham Əliyev çıxışında yerli istehsalla bağlı problemlərə də toxunub, daha sonra korrupsiya ilə mübarizədən danışıb: “Korrupsiyaya və rüşvətxorluğa qarsı mübarizə gedir, öz bəhrəsini verir. Korrupsiya böyük bəladır, bütün ölkələr üçün, o cümlədən Azərbaycan üçün. Biz həm cəza tədbirlərini tətbiq edirik, inzibati addımlar atılır, həm də institusional tədbirlər görülür. Korrupsiya, rüşvətxorluq üçün meydan daralır, yeni ictimai xidmətlər yaradılır. “ASAN xidmət” iki il ərzində artıq yeddi milyon insana xidmət göstərib. Bu yeddi milyon insan bu iki il ərzində “ASAN xidmət”də korrupsiyanın nə olduğunu görməyib. Ancaq əvvəlki dövrlərdə hansı qapıya gedirdilərsə, onlardan qanuni arayışa, icazəyə görə nə isə tələb olunurdu.

İnstitusional tədbirlər çox səmərəlidir. Bununla bərabər, korrupsiyaya qarşı cəza tədbirləri də tətbiq ediləcək, edilir. Burada heç kimin imtiyazı ola bilməz. Heç kim toxunulmaz deyil. Son hadisələr Azərbaycanda bir daha onu göstərdi. Əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə onlar mütləq cəzalandırılacaq və cəzalandırılır. Xalq da, ictimaiyyət də bunu görür. Hamı bilsin, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir.

Bu il yerli icra orqanları daha çox iş yerlərinin yaradılması, investisiyanın cəlb edilməsi ilə məşğul olmalıdırlar. Əldə edilmiş nailiyyətlərlə bağlı prezidentə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə müntəzəm olaraq məlumat verməlidirlər. Dövlət məmurları xalqla bir yerdə olmalıdır. Mən həmişə demişəm,

Page 70: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

hər bir dövlət məmuru, o cümlədən də prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib və biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq.

Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var — insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək. İnsanları incitməməlidirlər, əksinə, qayğı, diqqət göstərməlidirlər və kömək etməlidirlər. Dediyim bütün bu amillər onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq.

Dövlət qurumları. Burada bəzi çıxışlarda səsləndi — indi Azərbaycanda yerli istehsal nə qədər inkişaf edir, o cümlədən mebel istehsalı. Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu nə ədabazlıqdır. Bizdə gözəl mebel istehsal olunur. Təkcə bu, “Embawood” şirkəti deyil. Bizdə bəlkə də mebel istehsal edən onlarla şirkət var. Amma di gəl ki, bizim yüksək və kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma deyir ki, yox, bu, Azərbaycan malıdır, mən bunu özümə rəva bilmirəm. Mənim üçün gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoyulmalıdır! Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Bütün təftiş edən orqanlar — Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar nəzarət etməlidirlər.

Təkcə mebeldən söhbət getmir. Digər mal, materiallar alınanda da nədənsə bizdə xarici mallara üstünlük verilir. Mənə bu yaxınlarda hətta hökumət müşavirəsində ayaqqabı gətirib göstərdilər ki, görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bizim bəzi hərbi qurumlar bunu bəyənmir, əsgər üçün xaricdən ayaqqabı alır. Nə üçün? Ona görə bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik, xərclər azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal güclənəcək. Ona görə mənim göstərişim hamıya aiddir. Bundan sonra belə də olmalıdır. İndi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar. Yəni hökumət bu sahəyə çox ciddi diqqət verməlidir. Harada pozuntular var dərhal mənə məlumat verilməlidir və ölçülər götürüləcək”.

Page 71: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Korrupsiya indeksi: Azərbaycan 168 ölkə arasında 119-cudur27.01.2016

“Transparency İnternational” təşkilatının Azərbaycan milli bölməsi 2015-ci ilin Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edib. İndeksdə Azərbaycan 29 balla 168 ölkə arasında 119-cu sırada yer alır.

Transparency.az xəbər verir ki, 2015-ci il indeksinin hazırlanmasında ümumilikdə 12 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatından istifadə olunub.

100 bal (çox yaxşı) — 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilən indeksdə 2014-cü il Azərbaycan 29 balla 175 ölkə arasında 126-cı sırada göstərilmişdi.

Hesabata əsasən, son illərdə Azərbaycanın reytinqində cüzi irəliləyiş bir pəncərə sistemi əsasında dövlət xidmətləri göstərən “ASAN xidmət” mərkəzlərinin idarəçiliyi və məmur-vətəndaş arasında birbaşa ünsiyyəti azaldan elektron hökumətin təkmilləşdirilməsi nəticəsində əldə edilib: “Bütün bu dəyişikliklər dolayısı ilə ölkənin KQİ-dəki mövqeyində qeyd olunan artımla nəticələnib. Ancaq KQİ-nin istinad etdiyi mənbələrdən biri olan “Freedom House” insan hüquqları təşkilatının 2015-ci il üzrə keçid dövrü ölkələri hesabatında Azərbaycan geriləyib.

Dünyada neftin ucuzlaşması Azərbaycanın iqtisadi göstəricilərinə mənfi təsir edib, nəticədə iqtisadi bərabərsizliyi dərinləşdirib. Manatın devalvasiyasının düzgün idarə olunmaması və bank sektorunda şəffaflıqla bağlı problemlər iqtisadi rifaha xələl gətirib. Bütün bu hadisələr Azərbaycanın KQİ-dəki mövqeyinin dəyişməz qalmasına səbəb olub”.

Page 72: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

“Transparency İnternational” təşkilatının Azərbaycan milli bölməsi hesab edir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir: “Amma korrupsiya hələ də cəmiyyət üçün ciddi problemlərdən biridir. Hökumət korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilən qanunların icrasını yaxşılaşdırmalı, işlək vəziyyətdə olmasını təmin etməli, korrupsiya faktı ilə bağlı məlumat vermək istəyən şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atmalı, eləcə də Dövlət Qulluğu Kodeksinin qəbul olunmasını tezləşdirməlidir.

Bütün bunlarla yanaşı büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın və hesabatlılığın təmin edilməsi, mülkiyyət hüquqlarının qorunması, o cümlədən torpaqların satışına sadələşdirilmiş verginin tətbiq olunması və tikililərdən vergi tutulması ilə bağlı yeni qaydalara uyğunlaşdırılması, gömrük rəsmiləşdirilməsi qaydalarının və onların icrası sahəsində əsaslı islahatların həyata keçirilməsi üçün xüsusi səy göstərilməlidir. Eyni zamanda elektron müraciət sisteminin elektron xidmətlər səviyyəsinə qaldırılması məsələsi diqqət mərkəzində olmalıdır.

Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizədə ortaya qoyduğu siyasi iradə gələcəklə bağlı optimist düşünməyə imkan verir. Bu, islahat səylərinin səmərəliliyi üçün olduqca zəruri şərtdir.

Korrupsiyaya qarşı mübarizənin digər mühüm elementi bütün maraqlı tərəflərin bu mübarizəni qarşılıqlı şəkildə birgə aparmasıdır. Mövcud iqtisadi çətinliklər hərtərəfli iqtisadi islahatlar və idarəçilik islahatları nəticəsində inkişaf üçün unikal imkana çevrilə bilər. Müsbət haldır ki, proses başlayıb, lakin bu proses vaxt və səy tələb edir və onun şəffaf, hesabatlı və ictimai iştirakçılıq imkanları şəraitində baş tutması vacibdir”.

Korrupsiya Qavrama İndeksi: ölkələr üzrə göstəricilər27.01.2016

Page 73: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Transparency.az 2015-ci ilin Korrupsiya Qavrama İndeksinin (KQİ) ölkələr üzrə göstəricilərini təqdim edir. Hesabatı yanvarın 27-də “Transparency İnternational” təşkilatı açıqlayıb.

Korrupsiya Qavrama İndeksi dövlət sektorunda korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur.

KQİ “Transparency İnternational” təşkilatının 1995-ci ildən dərc etdiyi ən başlıca hesabatlardan biridir. 2013-cü ildən hesabatda xallar 100 bal (çox yaxşı) — 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. KQİ-ni təşkilatın Berlində yerləşən katibliyi hazırlayır. 2015-ci ildə hesabata 168 ölkə daxil edilib. İndeksdə Azərbaycan 29 balla 168 ölkə arasında 119-cu sırada yer alıb.

Qonşu ölkələrin KQİ-də göstəricilərinə gəlincə, Gürcüstan 52 balla 49-cu, Türkiyə 42 balla 66-cı, Ermənistan 35 balla 95-cidir. Rusiya 29 balla Azərbaycan kimi 119-cu sırada dayanır.

MDB ölkələrindən Moldova 33 balla 103-cü, Belarus 32 balla 107-ci, Qazaxıstan və Qırğızıstan 28 balla 123-cü, Ukrayna 27 balla 130-cu, Tacikistan 26 balla 136-cı, Özbəkistan 19 balla 153-cü, Türkmənistan 18 balla 154-cü yerdədir.

2015-ci ilin Korrupsiya Qavrama İndeksində ilk sıranı 91 balla Danimarka tutur. Finlandiya 2-ci (90 bal), İsveç 3-cüdür (89 bal).

Sonrakı yerləri Yeni Zelandiya (88 bal), Niderland, Norveç (hər ikisi 87 bal), İsveçrə (86 bal), Sinqapur (85 bal), Kanada (83 bal) tutur.

Almaniya, Böyük Britaniya və Lüksemburq 81 balla 10-cu pilləni bölüşürlər.

Page 74: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

ABŞ 76 balla 16-cı, Yaponiya 75 balla 18-cidir.

Keçmiş SSRİ məkanından Estoniya 70 balla 23-cü sırada qərarlaşıb. Litva 61 balla 32-ci, Latviya 55 balla 40-cıdır.

Siyahıda son üç pilləni Əfqanıstan (11 bal), Şimali Koreya və Somali (hər ikisi 8 bal) tutur.Avro bahalaşıb27.01.2016

Yanvarın 27-də Mərkəzi Bank manatın dollara yeni məzənnəsini müəyyən edib. Transparency.az bildirir ki, rəsmi kursla 100 dollar 160 manat 50 qəpiyə satılır. Bu, dünənki kursdan 2 qəpik ucuzdur.

100 avronun rəsmi qiyməti isə ötən günlə müqayisədə 174 manat 18 qəpikdən 174 manat 32 qəpiyə qalxıb (Tam siyahı).Məşğulluq konsepsiyası hazırlanır27.01.2016

Yanvarın 27-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər) layihəsini hazırlamaq üçün yaradılmış işçi qrupun iclası keçirilib. Transparency.az-a verilən rəsmi məlumata görə, tədbirdə İqtisadiyyat, Mədəniyyət və Turizm, Gənclər və

Page 75: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

İdman, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Həmkarlar İttifaqları Konfederasiyasının, Dünya Bankının, BMT-nin Əhali Fondunun, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edib.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, prezident İlham Əliyev ölkədə mövcud demoqrafik meyllər və inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün məşğulluq konsepsiyası layihəsinin hazırlanması barədə tapşırıq verib: “Tapşırığın icrası olaraq konsepsiya layihəsinin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə aidiyyəti dövlət orqanlarının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb. İşçi qrupda ümumilikdə 21 aidiyyəti dövlət orqanı və sosial tərəfdaşlar təmsil olunur”.

Müslümov 2016-2025-ci illəri əhatə edəcək konsepsiya layihəsinin 3 ay müddətində hazırlanmasının nəzərdə tutulduğunu bildirib: “Layihədə mövcud makroiqtisadi vəziyyətin və əmək bazarının təhlili, gələcək inkişaf perspektivləri və meylləri, qarşıda duran əsas çağırışlar və problemlər, növbəti illər üçün məşğulluq siyasətinin əsas məqsəd və vəzifələri, əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi üzrə zəruri addımlar və sair əksini tapacaq”.

Nazir bildirib ki, Azərbaycanda müsbət demoqrafik amillərin təsiri nəticəsində ölkə əhalisi artmaqda davam edir: “Bu müsbət demoqrafik tendensiya gələcəkdə yeni iş yerlərinin artırılmasını əsas vəzifələrdən biri kimi müəyyən edir. Ona görə də daim artan demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi yeni konsepsiya layihəsinin hazırlanması zamanı diqqətdə saxlanacaq. Makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, yeni iqtisadi inkişaf mərhələsində məşğulluq siyasətinin formalaşdırılması, infrastruktur layihələrində, dövlət investisiya xərclərində məşğulluq amilinə önəm verilməsi, rəqabətə davamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması layihədə prioritet istiqamətlər kimi əksini tapacaq. Bu istiqamətlər sırasına işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyası, sosial məsuliyyət və sosial tərəfdaşlığın inkişaf etdirilməsi də daxil ediləcək”.

Page 76: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Müslümov həmin istiqamətlər nəzərə alınmaqla Azərbaycan Respublikasında Məşğulluq Konsepsiyası (2016-2025-ci illər) layihəsinin hazırlanması üzrə işçi qrupun müzakirəsi üçün müəyyənləşdirilən məsələləri qeyd edib: “Bu məsələlər sırasına iqtisadi şaxələndirmənin məşğulluğun strukturuna və inkişafına təsirinin qiymətləndirilməsi, əmək bazarında tarazlığı təmin edəcək və məşğulluğu stimullaşdıracaq institusional islahatların istiqamətlərinin müəyyən edilməsi, regionlar üzrə qeyri-neft sektoruna üstünlük verilməklə yeni iş yerlərinin yaradılması və məşğulluğun strukturunun diversifikasiyası, əmək bazarının inkişafı üzrə vahid informasiya məkanının formalaşdırılması və sair aiddir. Həmçinin əmək bazarında peşə və ixtisaslar üzrə kadr tələbatına dair proqnozun müəyyənləşdirilməsi metodologiyasının hazırlanması, ali, orta və peşə-ixtisas tədris müəssisələrinə tələbə qəbulunun əmək bazarının real və perspektiv tələblərinə uyğunlaşdırılması, işsizlkdən icbari sığorta sisteminin tətbiqi, ev təsərrüfatları başçısı olan qadınların əmək bazarına çıxış imkanlarının qiymətləndirilməsi və digər məsələlər nəzərdə saxlanacaq”.

Azərbaycan Korrupsiya Qavrama İndeksində (2000-2015-ci illər)27.01.2016

Azərbaycan Korrupsiya Qavrama İndeksi (KQİ) hesabatına salındığı ilk ildə (2000-ci il) 90 ölkə arasında 1,5 balla 87-ci olub.

“Transparency İnternational” təşkilatının 1995-ci ildən dərc etdiyi Korrupsiya Qavrama İndeksi dövlət sektorunda korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq dövlətlərin sıralamasını müəyyənləşdirir.

İndeks hazırlanarkən bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur.

Page 77: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Transparency.az bildirir ki, hesabat 2011-ci ilədək 0-dan (çox zəif) 10-a (çox yaxşı) metodu ilə hazırlanıb. 2001-ci ilin göstəriciləri 91 ölkəyə görə müəyyən edilib. Azərbaycan həmin il 2 balla 84-cü yerdə olub. Növbəti ildə ölkə eyni balla 102 ölkə arasında 95-ci yerdə qərarlaşıb. 2003-cü ildə KQİ göstəricilərində Azərbaycanın balı 1,8-ə düşüb, o, 133 ölkə arasında 124-cü olub.

Azərbaycan 2004-cü ildə 146 ölkə arasında 1,9 balla 140-cı, 2005-ci ildə 159 ölkə arasında 2,2 balla 137-ci yerdə göstərilib.

Növbəti ildə ölkənin göstəriciləri 2,4 balla qiymətləndirilib: 163 ölkə arasında 130-cu. 2007-ci ildə isə nəticələr 179 ölkə arasında qiymətləndirilib. Azərbaycan 2,1 balla 148-ci yerdə olub.

2008 və 2009-cu illərdə Korrupsiya Qavrama İndeksinə görə hesabat 180 ölkəni əhatə edib. Ölkə 2008-ci ildə 1,9 balla 159-cu, bir il sonra 2,3 balla 143-cü sırada qərar tutub.

Sonrakı iki ildə Azərbaycan 2,4 balla qiymətləndirilib: 2010-cu ildə 178 ölkə arasında 134-cü, 2011-ci ildə isə 183 ölkə arasında 143-cü yerdə gəlib.

2012-ci ildən “Transparency İnternational” təşkilatı Korrupsiya Qavrama İndeksini yeni 0-dan (çox zəif) 100-ə (çox yaxşı) metodologiyası əsasında hazırlayır. Həmin il 176 ölkə haqqında hazırlanan hesabatda Azərbaycan 27 balla 139-cu olub, sonrakı ildə 177 ölkə arasında 28 balla 127-ci yerdə gəlib.

2014-2015-ci illərdə Azərbaycan üzrə göstəricilər 29 balla qiymətləndirilib. Əvvəlki ildə ölkə 175 ölkə arasında 126-cı, sonrakı ildə 168 ölkə arasında 119-cu yerdə qərarlaşıb.

Torpaq uçotunda yeni sistemlə bağlı təqdimat keçirilib27.01.2016

Page 78: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların elektron kadastr uçotu sisteminin yaradılması işi davam etdirir. AZƏRTAC xəbər verir ki, yanvarın 27-də komitənin informasiya texnologiyaları və məlumat idarəetmə mərkəzində sistemin yaradılması istiqamətində görülən işlərlə bağlı ictimai təqdimat keçirilib.

Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev təqdimatda torpaqların elektron kadastr uçotu sisteminin yaradılması layihəsi, bununla bağlı yerlərdə aparılan çöl-ölçmə işləri barədə məlumat verib, slaydlar nümayiş etdirib. O, torpaqların texniki, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, qiymətləndirilməsi, faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması və bu sistemin ölkə iqtisadiyyatına, eləcə də kənd təsərrüfatına səmərəsi barədə danışıb. Məlumat verilib ki, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması məqsədilə böyük əraziləri özündə cəmləşdirən sahələrdə torpaq tədqiqatı, örüş və biçənək sahələrinin tədqiqi işləri aparılır, rayonların rəqəmsal torpaq xəritələri tərtib edilir. Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə başlanıb.

Qeyd olunub ki, ölkənin 53 rayon mərkəzinin ərazilərinin torpaq uçotu işinə başlanıb. Layihə çərçivəsində yaxın 2 il ərzində daha 130 min hektar ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz əmlaklar barədə kadastr işi yekunlaşacaq.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanıb. İnzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xəritələrinin hazırlanması işləri icra edilir. Prosesin artıq 1,8 milyon hektar ərazidə yekunlaşdığı bildirilib.

Page 79: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Məlumat verilib ki, komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2019-cu ilin sonunadək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmaqdan, pay torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqları aradan qaldırmaqdan ibarətdir. Uçot sisteminin proqram təminatının yaradılması işinə ötən ildə başlandığı, bu ildə yekunlaşdırılacağı nəzərdə tutulub.

Bildirilir ki, torpaq fondunun dəqiq uçotu nəticəsində ərzaq təhlükəsizliyi məqsədilə kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək üçün yeni ərazilər müəyyənləşəcək. Ölkənin torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, onların münbitliyinin qorunması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına əlverişli şərait yaranacaq. Eyni zamanda torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarəti güclənəcək, torpaq idarəçiliyinin iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi üçün geniş imkanlar açılacaq, dəqiq torpaq kadastrı məlumatları əsasında kənd təsərrüfatı istehsalatının regionlar üzrə ixtisaslaşdırılmasına dair daha düzgün qərarların verilməsi mümkün olacaq.

Dövlət Gömrük Komitəsi bəyannamələri ucuzlaşdırdı27.01.2016

Dövlət Gömrük Komitəsi yanvarın 27-dən mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üçün bəyannamələrin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edib. Komitənin bu haqda yaydığı məlumatda bildirilir ki, yeni qərarla gömrük bəyannamələrinin tərtib edilməsi üçün xidmət haqqı 50 manata (ƏDV daxil deyil) endirilib.

Son 20 ildə ümumi daxili məhsulun artım tempi27.01.2016

Page 80: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

2015-ci ildə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,1% artıb. Məlumatı Dövlət Statistika Komitəsi yayıb. Transparency.az son 20 ildə ümumi daxili məhsulun həcminin əvvəlki illə müqayisədə necə artdığına dair statistikanı təqdim edir:

1996-cı il – 1,3%

1997-ci il – 5,8%

1998-ci il – 10%

1999-cü il – 7,4%

2000-ci il – 11,1%

2001-ci il – 9,9%

2002-ci il – 10,6%

2003-cü il – 11,2%

2004-cü il – 10,2%

2005-ci il – 26,4%

2006-cı il – 34,5%

2007-ci il – 25%

2008-ci il – 10,8%

2009-cu il – 9,3%

Page 81: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

2010-cu il – 5%

2011-ci il – 0,1%

2012-ci il – 2,2%

2013-cü il – 5,8%

2014-cü il – 2,8%

2015-ci il – 1,1%.

Amanat, ay manat27.01.2016

        Samir ƏliyevMərkəzi Bank artıq sərt addımlara başlayıb. İlin ilk ayında 4 bankı yola salıb. Yaxın günlərdə və ya həftələrdə daha bir neçə bankın bağlanması gözlənir. Belə tələsik addımın səbəbi aydındır. Səbəb bağlanması planlaşdırılan bankların taleyini “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbuluna qədər həll etməkdir. Milli Məclisin növbəti iclası fevralda olacaq. Qanun da fevral ayı ərzində qəbul edilib qüvvəyə minəcək. Hökumət bağlanan və bağlanacaq bankların əmanətlərini tam qaytarmaq istəmir, ona görə də belə tələsik addımlar atılır – bağlanası bankları tez bağlayır. Yerdə qalan problemli bankların taleyini isə konsolidasiya yolu ilə həll edəcəklər.

Hər zaman bankların konsolidasiyasının tərəfdarı olmuşam və düşünmüşəm ki, bankların sayının azaldılmasına ehtiyac var. Ancaq Mərkəzi Bankın hazırda atdığı tələm-tələsik və selektiv seçmə şəklindəki addımlarının bir sıra neqativ nəticəsi olacaq, zərbəsi əmanət bazarına və əmanətçilərə dəyəcək. Əmanət bazarının kiçilməsi sürətlənəcək, əhalinin banklara etibarı azalacaq.

Page 82: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Diqqəti vacib bir məsələyə — əmanətçilərin hüquqlarına yönəltmək istəyirəm. Bağlanan banklar arasında xeyli əmanətçi kontingenti olanları var. Məsələn, NBC Bankı. Ötən ilin 1 dekabrına olan məlumata görə, bu bank 95 milyon manatlıq depozitə malikdir, bunun da 68 milyon manatı əhalinin payına düşür. Həmin əmanətlərin heç də hamısı qorunmur. Şəxsən neçə-neçə adam tanıyıram ki, onların əmanətinin təxminən 50-60%-i kompensasiya məbləğinə uyğundur. Yerdə qalanın taleyi bankın maliyyə vəziyyətinin ümidinə qalacaq.

Sonuncu devalvasiya ən çox zərbəni banklarla yanaşı dollar əmanətçilərinə vurdu. Qanunvericiliyə görə, Əmanətlərin Sığortalanması Fondu hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəyir. Milli valyutaya münasibətdə hər şey aydındır. Payı onsuz da 20% civarındadır. Ancaq dollar əmanətlərində vəziyyət daha faciəvidir. Mövcud hədd ötən ilin bu vaxtları təxminən 38 min 500 dolları tam sığortalamağa imkan verirdisə, hazırda bu rəqəm 19 min dollara qədər azalıb. Əmanətlərin sığortalanması sisteminə ümid edib, məsələn, 30 min dollarlıq (illik 12%) əmanət yerləşdirən və bank bağlanacağı təqdirdə bunun hamısını alacağına ümid edən əmanətçi nəyə görə əsas məbləğdən 11 min dollar (18 min manat) itirməlidir və ümidini bankın vəziyyətinə bağlamalıdır? Artıq mövcud yanaşmada dollar əmanətçiləri ilə manat əmanətçiləri arasında diskriminasiya yaradılır. Axı manatın ucuzlaşması hökumətin qərarı əsasında baş verib. Hökumət öz gəlirlərini artırmaq üçün və valyuta ehtiyatını qorumaq üçün bu addımı atıb və onun zərbəsi təkcə kredit sahiblərinə yox, həm də ləğv edilmiş banklardakı dollar əmanətçilərinə dəyib.

Düşünürəm ki, hökumət “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edərək kompensasiya olunan məbləği 50 min manata (təxminən 31 min 250 dollar) qaldırmalıdır və bunu bağlanmış bankların əmanətlərinə də şamil etməlidir.

Cavid Hüseynovun məhkəməsi başlayıb27.01.2016

Page 83: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Jurnalist Rasim Əliyevin ölüm işi üzrə cinayəti bilib xəbər verməmək ittihamı ilə həbs olunan futbolçu Cavid Hüseynovun məhkəməsi başlayıb. Yanvarın 27-də Səbail Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.

“Azadlıq” radiosu xəbər verir ki, hazırlıq iclasında futbolçunun vəkili Adəm Məmmədov iki vəsatət qaldırıb. Bunlardan biri Rasim Əliyevin ölüm işində təqsirləndirilən beş nəfərin prosesinin nəticəsi bəlli olana qədər Cavid Hüseynovun işinə baxılmasının dayandırılması, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda olub. Vəkil ikinci vəsatətində Bakı Ağır Cinayətlər Məhkəməsinə işin hansı mərhələdə olduğunun müəyyənləşdirilməsi məqsədilə sorğu göndərilməsini istəyib.

Cavid Hüseynovun həbsdən buraxılması barədə vəsatət təmin olunmayıb, sorğu göndərilməsi məsələsi isə baxılmamış saxlanıb. İş məhkəmə baxışına verilib və növbəti proses fevralın 10-na təyin olunub.ANN.TV-də reportyor olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist ağır xəsarətlər alıb və bir gün sonra xəstəxanada keçinib. Hadisəyə görə “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov ötən il avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə onu “Facebook” səhifəsində tənqid etmiş Rasim Əliyevə zəng vuraraq təkzib verilməsini tələb edib. Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng

Page 84: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.

Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb. Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də araşdırılıb.

Yanvarın 26-sı Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesdə şahid ifadəsi verən Cavid Hüseynov deyib ki, Rasim Əliyevin döyülməsində heç bir rolu olmayıb.

Ötən il avqustun 6-sı “Qəbələ” Bakıda Kiprin “Apollon” klubu ilə beynəlxalq oyunda qələbə qazanıb. Oyun bitəndə qələbə topunun müəllifi Cavid Hüseynov sevincini Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını başı üzərinə qaldırmaqla ifadə edib. Meydançadan ayrılan zaman kiprli jurnalistin “Nəyə görə Türkiyə bayrağını qaldırmışdınız” sualına cavabında Cavid Hüseynov yumruqlarını bir-birinə vuraraq Azərbaycan və Türkiyənin bir olduğunu anlatmağa çalışıb. Bu jest videoya düşüb. Futbolçunun əl hərəkəti ilə etdiyi jesti başqa cür qiymətləndirən Rasim Əliyev avqustun 7-də “Facebook”da onu əxlaqsız və tərbiyəsiz adlandırıb.

Page 85: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Avqustun 8-də Rasim Əliyev “Facebook”da yeni bir statusla çıxış edib: “Cavid Hüseynovla aramızda söhbət oldu və mənə bildirdiyinə görə, etdiyi bu əl hərəkətləri heç də təhqiramiz hərəkət yox, Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir. Cavidə də onu məsləhət görürəm ki, düzgün anlaşılmayan bu video ilə bağlı KİV-də açıqlama versin”.

Cavid Hüseynovun məhkəməsi başlayıb27.01.2016

Jurnalist Rasim Əliyevin ölüm işi üzrə cinayəti bilib xəbər verməmək ittihamı ilə həbs olunan futbolçu Cavid Hüseynovun məhkəməsi başlayıb. Yanvarın 27-də Səbail Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.

“Azadlıq” radiosu xəbər verir ki, hazırlıq iclasında futbolçunun vəkili Adəm Məmmədov iki vəsatət qaldırıb. Bunlardan biri Rasim Əliyevin ölüm işində təqsirləndirilən beş nəfərin prosesinin nəticəsi bəlli olana qədər Cavid Hüseynovun işinə baxılmasının dayandırılması, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda olub. Vəkil ikinci vəsatətində Bakı Ağır Cinayətlər Məhkəməsinə işin hansı mərhələdə olduğunun müəyyənləşdirilməsi məqsədilə sorğu göndərilməsini istəyib.

Cavid Hüseynovun həbsdən buraxılması barədə vəsatət təmin olunmayıb, sorğu göndərilməsi məsələsi isə baxılmamış saxlanıb. İş məhkəmə baxışına verilib və növbəti proses fevralın 10-na təyin olunub.ANN.TV-də reportyor olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist ağır xəsarətlər alıb və bir gün sonra xəstəxanada keçinib.

Page 86: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Hadisəyə görə “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov ötən il avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə onu “Facebook” səhifəsində tənqid etmiş Rasim Əliyevə zəng vuraraq təkzib verilməsini tələb edib. Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.

Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb. Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də araşdırılıb.

Yanvarın 26-sı Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesdə şahid ifadəsi verən Cavid Hüseynov deyib ki, Rasim Əliyevin döyülməsində heç bir rolu olmayıb.

Ötən il avqustun 6-sı “Qəbələ” Bakıda Kiprin “Apollon” klubu ilə beynəlxalq oyunda qələbə qazanıb. Oyun bitəndə qələbə topunun müəllifi Cavid Hüseynov

Page 87: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

sevincini Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını başı üzərinə qaldırmaqla ifadə edib. Meydançadan ayrılan zaman kiprli jurnalistin “Nəyə görə Türkiyə bayrağını qaldırmışdınız” sualına cavabında Cavid Hüseynov yumruqlarını bir-birinə vuraraq Azərbaycan və Türkiyənin bir olduğunu anlatmağa çalışıb. Bu jest videoya düşüb. Futbolçunun əl hərəkəti ilə etdiyi jesti başqa cür qiymətləndirən Rasim Əliyev avqustun 7-də “Facebook”da onu əxlaqsız və tərbiyəsiz adlandırıb.

Avqustun 8-də Rasim Əliyev “Facebook”da yeni bir statusla çıxış edib: “Cavid Hüseynovla aramızda söhbət oldu və mənə bildirdiyinə görə, etdiyi bu əl hərəkətləri heç də təhqiramiz hərəkət yox, Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir. Cavidə də onu məsləhət görürəm ki, düzgün anlaşılmayan bu video ilə bağlı KİV-də açıqlama versin”.

Daha iki bankın lisenziyası ləğv olundu27.01.2016

Yanvarın 27-də Mərkəzi Bankın İdarə Heyəti daha iki bankın lisenziyasını ləğv edib. Bunlar “Qafqaz İnkişaf Bankı” və “Atrabank”dır.

Mərkəzi Bankın yaydığı məlumatda deyilir ki, bu banklar məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməyib, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməyib.

“Banklar haqqında” qanuna uyğun olaraq lisenziyaları ləğv edildikdən sonra sözügedən banklara müvəqqəti inzibatçı təyin olunub.

Mərkəzi Bankı bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və fond əhalinin qorunan əmanətləri üzrə kompensasiyaların ödənişini həyata keçirəcək.

Page 88: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Pambıq kimi… ağır məsələ27.01.2016

Maliyyə naziri Samir Şərifov APA-ya açıqlamasında deyib ki, ölkədə fəaliyyətini dayandıran pambıqtəmizləmə zavodlarının səmərəli fəaliyyət göstərməsi üçün məsələyə yenidən baxılmalıdır: “Pambıqçılıq Azərbaycan üçün vacib sahədir və ölkə emalın daha üst pillələrinə çıxmalıdır. Bu sahənin inkişafı üçün imkanlarımız var. Fəaliyyətsiz olan pambıqtəmizləmə zavodlarının işinə yenidən baxmalı, regionlarda pambıqçılığa dəstək verməliyik. Elə məhsul istehsal etməliyik ki, həm ölkə daxilində tələbatı ödəyək, həm də xaricə yüksək qiymətə sata bilək”.

Transparency.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama yayan iqtisadçı ekspert Rövşən Ağayev pambığın ölkəyə valyuta gətirə biləcək məhsul olduğunu vurğulayaraq hökuməti bu sahədə səhv siyasət qurmaqda qınayıb: “Niyə ötən əsrin 90-cı illərində ölkənin pambıqtəmizləmə zavodları bir nəfərin inhisarına keçdi, bu sahəyə sərmayə qoymaq istəyənlərin hamısı didərgin salındı? Niyə neft baha olanda pambıqçılığın çökməsi heç kimi narahat etmədi? Rəsmi statistikaya görə, 2005-ci ildə ölkədə 112 min 500 hektar pambıq əkini sahəsi vardı. Həmin il Ceyhan limanından ilk neft tankerinin yola salınması ilə böyük neft pullarının ölkəyə gəlməsi başlayıb. 2014-cü ildə Azərbaycan üçün böyük neft pulları erası başa çatıb. Pambıq əkin sahəsi isə ötən 10 ildə 5 dəfə azalaraq 23 min hektara enib. Halbuki dünya bazarında 1 ton pambıq lifinin qiyməti 2600 manat, 1560 ABŞ dollarıdır”.

Ekspert pambıqçılıqla məşğul olan fermerlərin əməyini ədalətli qiymətləndirməyi vacib sayır: “2014-cü ilin payızında pambığın dünya bazar qiymətləri 1900 dollara yaxın olanda fermerlərimiz hər tonu cəmi 380 manata, 500 ABŞ dollarına sata bilmişdi. Problem bununla bitmir. Pambıq zavodları fermerdən pambığın çiyidlə birlikdə hər tonunu cəmi 500 dollara alırdı. Halbuki cüzi xərclə pambığı çiyiddən təmizləyir, çiyiddən çeşidli məhsullar əldə etmək imkanı qazanırlar. Çiyidin qabığını yem kimi heyvandarlıq təsərrüfatlarına, qabığı təmizlənmiş hissələrini isə yemək yağları və tikintidə istifadə edilən lak məmulatı

Page 89: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

istehsalçılarına satırlar. Məlumata görə, zavodlar 1 ton pambıq lifindən qazandıqları qədər də çiyiddən gəlir götürürlər. Nəticədə son gəlirdən 85% zavodlara, 15% isə 7-8 ay dayanmadan onu becərənə çatır.

Beynəlxalq tədqiqatlardakı yanaşmaya görə, ərzaq məhsulunun son dəyərində fermerin gəliri 40%-dən az olmamalıdır. Əks halda gəlir dəyər zəncirində iştirak edən istehsalçılar arasında ədalətsiz bölünəcək, ən ağır zəhməti çəkən fermerin qazancını emalçı mənimsəyəcək. İndi zavodlar pambıq lifindən və çiyiddən ümumilikdə 2600-2700 dollar qazanırsa, bunun niyə ən azı üçdə biri onu becərən fermerə çatmamlıdır?”

Dövlət Baytarlıq Nəzarəti Xidmətində cəzalar27.01.2016

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 2015-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Kollegiyanın qərarına əsasən, işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər baytarlıq idarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatında deyilir ki, 2 rayon baytarlıq idarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib, 1 rayon və 1 şəhər baytarlıq idarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar vəzifələrimi icra edə bilmədiklərinə görə əmək müqaviləsinə xitam verilib, 4 rayon, həmçinin Gəncə və Mingəçevir şəhər baytarlıq idarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon baytarlıq idarəsinin rəisinə töhmət elan edilib.

Page 90: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

İki səfir geri çağırıldı, üç yeni təyinat oldu28.01.2016

Prezident İlham Əliyev Azərbaycanın diplomatik korpusu ilə bağlı sərəncamlar imzalayıb. Transparency.az xəbər verir ki, dövlət başçısı Vaqif İsmayıl oğlu Sadıqovu BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndə, Tural Anar oğlu Rzayevi Misirdə, Elxan Cahangir oğlu Qəhrəmanovu Küveytdə fövqəladə və səlahiyyətli səfir təyin edib.

Digər sərəncamlarla İlqar Yusif oğlu Muxtarov Meksika və eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama, Peru və Hondurasda, Elman Hidayət oğlu Zeynalov Latviyada fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.

Manatın 28 yanvar məzənnəsi28.01.2016

Mərkəzi Bank Azərbaycan manatının xarici valyutalara məzənnəsini açıqlayıb. Transparency.az-ın məlumatına görə, yanvarın 28-də 1 ABŞ dolları 1,6028, 1 avro 1,7445 manata satılır. Yanvarın 27-si ilə müqayisədə 100 dollar 160 manat 50 qəpikdən  160 manat 28 qəpiyə düşüb. 100 avro isə ötən günlə (174 manat 32 qəpik) müqayisədə 13 qəpik bahalaşıb.

Manat daha bir neçə valyuta qarşısında ucuzdur. 1 Avstraliya dolları 1,1293, 1 İsveçrə frankı 1,5755, 1 Kanada dolları 1,1359, 1 Küveyt dinarı 5,2737, 1 Sinqapur dolları 1,1214, 1 Yeni Zelandiya dolları 1,0333 manata təklif olunur.

Page 91: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Azərbaycan nefti 51 sent bahalaşıb28.01.2016

“AzəriLayt” markalı neftin bir barreli dünya bazarında 51 sent bahalaşıb və 34,39 dollara satılır. Xəbəri yanvarın 28-də AZƏRTAC yayıb.

Agentliyin məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 13 sent bahalaşaraq 31,85 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 75 sent artaraq 32,73 dollar olub.

Bu arada Dünya Bankı 2016-ci il üzrə xam neftin qiyməti ilə bağlı proqnozunu 51 dollar/barreldən 37 dollar/barrelə salıb. Dünya Bankının hesabatında bildirilir ki, 2015-ci ildə 47 faiz ucuzlaşan neft 2016-cı ildə daha 27 faiz dəyər itirəcək.

Vergilər Nazirliyi korrupsiya şikayətlərinin 80,4%-ni əsassız sayıb28.01.2016

Vergilər Nazirliyində vətəndaş müraciətlərinə baxılması ilə bağlı müşavirə keçirilib. Taxes.gov.az-ın məlumatına görə, vergilər nazirinin müavini Sahib Ələkbərov müşavirədə vergi orqanlarına daxil olan müraciətlərin statistikasına toxunub. O deyib ki, 2014-cü illə müqayisədə keçən il müraciətlərin sayında azalma olub: “Lakin vətəndaş müraciətlərinin araşdırılaraq qanuna müvafiq

Page 92: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

tədbirlər görülməsi müraciətlərin sayından daha vacib əhəmiyyət daşıyır. Əvvəlki illərdə rast gəlinən ən böyük problemlərdən biri müraciətlərə vaxtında baxılmaması, süründürməçilik hallarına yol verilməsi idi, 2015-ci ildə bu hal tamamilə aradan qaldırılıb.

Vergilər nazirinin əmri ilə ötən il nazirliyin strukturunda icraya nəzarət şöbəsi yaradılıb, vətəndaş müraciətlərinin qəbulu, sənədlərə baxılması işinin daha da təkmilləşdirilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb”.

Müşavirədə çıxış edən Vergilər Nazirliyi Aparatının rəhbəri Əli Həsənov qeyd edib ki, Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) sənədlərin icrası, vətəndaş müraciətlərinə baxılması proseslərini əvvəldən axıradək izləməyə imkan verən dəqiq və kifayət qədər təkmil nəzarət sistemi yaradılıb: “Vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar dövlət vergi orqanlarında ən son texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi qəbul otaqları var. Şikayət xarakterli qəbullar zamanı vətəndaşa əvvəlcədən xəbərdarlıq edilməklə videoçəkiliş həyata keçirilir və bu materiallar xüsusi kodlar altında vətəndaşların qəbulu şöbəsində arxivləşdirilir. Mübahisəli məqamları aydınlaşdırmaq, şəffaflığı təmin etmək, hadisəni düzgün qiymətləndirmək üçün həmin videomateriallardan istifadə olunur.

Vergi orqanlarına müraciət etmək imkanlarının və bu sahədə şəffaflığın daha da artırılması məqsədilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Vergilər nazirinə onlayn müraciət”, “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi”, “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi”, “Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” imkanları yaradılıb.

Vergilər nazirinin elektron poçt ünvanına daxil olmuş müraciətlərə baxılmasının operativliyini və keyfiyyətini artırmaq, onların mümkün qədər qısa zamanda cavablandırılmasını təmin etmək məqsədilə nazirlikdə xüsusi komissiya da yaradılıb”.

Aparat rəhbərinin müavini Elçin Namazlı tədbir iştirakçılarını 2015-ci ildə vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti ilə tanış edib. Qeyd olunub ki, ötən il ərzində vergi orqanlarına ümumilikdə 95996 vətəndaş müraciəti daxil olub, bu da 2014-cü illə müqayisədə 7% azdır: “Baxılmış müraciətlərdən 70,1%-i müsbət həll edilib, 22,3%-i barədə müvafiq izahatlar

Page 93: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

verilib, 4%-i əsassız sayılıb, 0,6%-i qismən həll olunub, 0,5%-i aidiyyəti üzrə göndərilib, 2,5%-i isə icradadır”.

Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi Şahin Səfərov korrupsiya ilə bağlı hüquqpozmalara toxunaraq bildirib ki, 2015-ci ildə vergi orqanları əməkdaşlarının qanunsuz hərəkətləri barədə 626 şikayət daxil olub: “233-ü eyni, 47-si isə təkrar olduğundan şikayətlərin faktiki sayı 346-dır. Şikayətlərdən 33,5%-i operativ vergi nəzarəti, 11%-i vergi auditi, 3,5%-i vergi ödəyicilərinə xidmət, qalanları isə digər məsələlərlə bağlı olub. 346 faktiki şikayətin hamısına bilavasitə müraciət müəlliflərinin iştirakı ilə baxılıb. Onlardan 15%-i tam və ya qismən təsdiqini tapıb, 4,6%-i ilə bağlı qanuna müvafiq izahatlar verilib, 80,4%-i isə əsassız sayılıb”.

Peşə hazırlığına cəlb edilənlər: illik hesabat açıqlanıb28.01.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2015-ci ildə əvvəlki illə müqayisədə 58,5 faiz çox, 582 nəfər əlilliyi olan şəxsi müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb edib. Transparency.az-a verilən rəsmi məlumata görə, əlilliyi olan şəxslərdən 378 nəfəri Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə də təmin olunurlar.

Digər 204 nəfər əlilliyi olan şəxs isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Əlilliyi olan şəxslər peşə hazırlığı kurslarını bitirdikdən sonra onlara

Page 94: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

bu barədə sertifikatlar verilib və məşğulluqlarının təmin olunması üçün müvafiq işlər görülüb.

Ümumilikdə ötən il peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin sayı 4147 nəfər olub.

“Bunu xalqın “etirazı” kimi qələmə vermək çox qüsurlu yanaşmadır”28.01.2016

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC, APA və “Trend” agentliklərinə müsahibə verib. Devalvasiyadan sonra yaranmış vəziyyətə, yanvarın 12-dən başlayaraq ölkənin müxtəlif rayonlarında etiraz aksiyalarına toxunan Əli Həsənov deyib: “Bundan əvvəlki illərdə də hansısa hadisədən istifadə etməklə lokal etirazlar yaratmaq və daha sonra belə aksiyaları bütün ölkəyə keçirmək cəhdləri olub. Politoloji dillə ifadə etsək, bunu müəyyən qüvvələrin “cəmiyyətin nəbzini yoxlaması” kimi də xarakterizə etmək olar. Budəfəki prosesin təşkilatçıları da, iştirakçıları da məlumdur. Bəllidir ki, bəzi müxalifət partiyalarının yerlərdəki fəalları həmin rayonlarda etiraz aksiyaları təşkil etməyə çalışıblar. Özü də bu məsələnin elə təqdim olunmasına cəhd edilib ki, guya “xalq hakimiyyətin siyasətindən narazıdır” və buna görə də öz “etirazını bildirir”.

Əslində isə həmin “aksiyalarda” azsaylı insanlar iştirak edib və çoxu da müxalifət partiyalarının üzvləri və fəalları olub. İstisna deyil ki, bu “aksiyalara” devalvasiyanın psixoloji təsirinə məruz qalmış bəzi sadə insanlar da qoşulublar. Ancaq bunu xalqın “narazılığı”, “etirazı” kimi qələmə vermək yanlış və çox qüsurlu yanaşmadır. Çünki devalvasiyanın mənfi təzahürlərinin aradan

Page 95: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

qaldırılması üçün hökumətin dərhal həyata keçirdiyi genişmiqyaslı qabaqlayıcı tədbirlər geniş narahatlığa səbəb ola biləcək bütün ssenariləri istisna etdi.

Bir məsələni də xüsusi diqqətə çatdırmaq istərdim. İnandırıcı deyil ki, dünyanın hansısa ölkəsi son 10 ildə Azərbaycanın əldə etdiyi uğurları ortaya qoya bilsin. Bunu da bütün xalq görür, öz liderinə inandığını, onu dəstəklədiyini, mövcud inkişafı, sabitliyi, əmin-amanlığı, quruculuğu hər şeydən yüksək qiymətləndirdiyini və kimlərinsə qurmaq istədiyi məkrli oyunları rədd etməklə konkret mövqeyini açıq nümayiş etdirir”.

Prezidentin köməkçisi əlavə edib ki, uzun illərdir Azərbaycan xalqı sabitlik, əmin-amanlıq içində yaşayır, cəmiyyətdə heç bir kataklizm, kəskin neqativ dəyişiklik baş verməyib və bunun üçün zəmin də mövcud deyil: “Düşünürəm ki, insanlar ilk günlərdə neftin qiymətinin aşağı düşməsini və devalvasiyanı hansısa neqativ prosesin başlanğıcı kimi qəbul etdi və daha çox psixoloji amillərin təsiri altına düşdülər. Belə hallarda bir qayda olaraq kütlə psixologiyası üzə çıxır. Cəmiyyət başqa ölkələrdə baş verən ağrılı siyasi, iqtisadi və sosial proseslərin Azərbaycanda təkrar olunmasını istəmir. Üstəlik, daxildən və xaricdən bəzi qüvvələr bədbin ssenarilər cızmağa və bunu ictimai rəyə təlqin etməyə çalışdılar. Lakin bir tərəfdən hakimiyyətin çevik reaksiyası, digər tərəfdən də sağlam medianın fəallığı, aparılan təbliğat işi öz təsirini göstərdi. Hazırda cəmiyyətdə heç bir gərginlik və pessimist əhval-ruhiyyə müşahidə olunmur”.

Əli Həsənov qeyd edib ki, münaqişə zonasında baş vermiş insidentlərdən tutmuş hər hansı lokal bir hadisəyə kimi Azərbaycanda hər bir kiçik məsələ ilə bağlı xüsusilə internet mediasında müxtəlif şayiələr, qeyri-obyektiv, hətta təxribatçı materiallar yayılır: “Bunun əsas mənbəyi kimi də sosial şəbəkələr çıxış edir. Təəssüf ki, bir çox hallarda internet mediası sosial şəbəkələrdə yayılan bu tipli fərdi məlumatları yoxlamadan tirajlamağa başlayır və ictimai rəyi çaşdırır. Bununla yanaşı bəzi internet saytları ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə, xüsusi həssaslıq tələb edən hallarda sanki düşmən mövqeyi tuturlar. Uzağa getmək lazım deyil, elə devalvasiyadan sonra bəzi saytlar Azərbaycanda “xalq etirazının” başlandığını, xarici “ekspertlərə” istinadən Azərbaycanın bu vəziyyətdən çıxa bilməyəcəyini iddia etdilər. Bir sıra hallarda isə dolların kursunun astronomik səviyyəyə qalxacağını, xarici şirkətlərin Azərbaycanı artıq tərk etdiyi, investisiya siyasətinin iflasa uğradığı kimi əsassız fikirlərlə çıxış etdilər. Bu, dövlətə və xalqa qarşı açıq düşmənçilik mövqeyidir və

Page 96: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

yolverilməz haldır. Ola bilər ki, belə hallara yol verilməməsi üçün həm qanunvericilik qaydasında, həm də praktiki sahədə bir sıra addımlar atılsın”.

“Bundan sonra manatın ucuzlaşması bir o qədər də inandırıcı görünmür”28.01.2016

“Azərbaycanda manatın devalvasiyası və “üzən məzənnəyə” keçid zərurət idi”. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC, APA və “Trend” agentliklərinə müsahibəsində belə deyib. O qeyd edib ki, bütün dünyada uzun müddətdir sürən dərin iqtisadi böhran şəraitində Azərbaycan milli manatın kursunu sabit saxlamağa, makroiqtisadi sabitliyi təmin etməyə müvəffəq olub: “Bu, cənab prezidentin sosial sferaya, insanların rifah halının daim yüksəldilməsi məsələsinə verdiyi böyük önəmin təzahürüydü. Ancaq nəinki Azərbaycan, dünyanın heç bir ölkəsi, heç bir ciddi maliyyə-iqtisadi qurum enerji resurslarının qiymətinin bu dərəcədə aşağı enəcəyini proqnozlaşdırmırdı. Azərbaycan neft ixrac edən ölkədir və təbii ki, dövlətin maliyyə sisteminin əhəmiyyətli hissəsi enerji resurslarının ixracatından əldə olunan gəlirlər hesabına formalaşır. Neftin qiymətinin 4 dəfə aşağı düşdüyü bir vəziyyətdə ölkəyə maliyyə axını kəskin azaldı və artıq manatın kursunu ehtiyatlar hesabına sabit saxlamaq lazım gəlirdi. Bu vəziyyət nə qədər davam edə bilərdi? Azərbaycan hökuməti maliyyə ehtiyatlarının tam bitməsinə yol verə bilərdimi?

Digər tərəfdən Azərbaycanın əsas ticarət tərəfdaşı olan region ölkələrində az qala bir il bundan əvvəl milli valyutanın devalvasiyası və “üzən məzənnəyə” keçid baş vermişdi. Bu da Azərbaycanın xarici ticarət əlaqələrində disbalansın yaranmasına, ölkə iqtisadiyyatına investisiya axınına çox mənfi təsir göstərirdi. Üstəlik, Azərbaycan manatı dollar və avroya nisbətdə həddən artıq

Page 97: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

möhkəmlənmişdi ki, bu da müsbət hal deyildi. Hətta avronun dollara nisbətdə məzənnəsini itirdiyi bir durumda milli manatın kursunu stabil saxlamaq mümkün deyildi. Buna görə də devalvasiya və manatın “üzən məzənnəyə” keçidi barədə qərar qəbul olundu. İndiki kurs isə ədalətlidir və bundan sonra manatın ucuzlaşması bir o qədər də inandırıcı görünmür.

Onu da qeyd etmək istərdim ki, devalvasiyanı yalnız ziyanlı bir hal kimi qiymətləndirmək düzgün deyil. Beynəlxalq praktika, ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, devalvasiya ilkin vaxtlarda əhalidə narahatlıq, ajiotaj yaradan hadisə olsa da, sonrakı mərhələdə ölkə iqtisadiyyatının və bank-maliyyə sisteminin dinamik inkişafına təkan verə bilər. Hər halda keçən ilin fevral ayında ilk devalvasiyadan dərhal sonra yaranan narahatlıq qısa zamanda keçdi və ölkənin maliyyə bazarı xüsusi çətinliklərlə üzləşmədi. Digər tərəfdən isə devalvasiya Azərbaycan hökumətinin manevr imkanlarını genişləndirdi və sosial sahədə əlavə tədbirlər görmək üçün imkanlar yaratdı.

Nüfuzlu “Moody’s” beynəlxalq reytinq agentliyinin ekspertləri də qeyd ediblər ki, Azərbaycan hökumətinin qonşu ölkələrdən sonra “üzən məzənnə” rejiminə keçidi düzgün qərar idi. Bu addım dövlət büdcəsinə əlavə dəstək oldu, daxili istehsala əsaslanan malların rəqabət qabiliyyətliyini artırmağa xidmət edir”.

Azərbaycanın xarici borcu iki dəfə arta bilər28.01.2016

Azərbaycanın xarici borcu iki dəfəyədək arta bilər. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu belə deyib.

Qubad İbadoğlu Britaniyanın “Financial Times” qəzetində çıxan “Beynəlxalq Valyuta Fondu və Dünya Bankı neftlə əlaqəli defoltu qabaqlamaq üçün hərəkətə keçir” yazısına əsaslanaraq bildirib ki, Azərbaycan böyük borclanmaya gedir:

Page 98: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

“Yazıdan məlum olur ki, Beynəlxalq Valyuta Fondunun nümayəndələri yanvarın 28-dən fevralın 4-dək Bakıda olacaqlar. Eyni vaxtda başqa beynəlxalq maliyyə kredit institutlarının, o cümlədən Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də Bakıda olacaqlar.

Qəzetin yazdığına görə, Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı danışıqlarda əsas məqsəd Dünya Bankından 4 milyard dollar kredit götürməkdir. Bu günlərdə Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında da 1,1 milyard dollarlıq kredit sazişi imzalanıb. Göründüyü kimi, danışıqlar uğurla başa çatsa, il ərzində Azərbaycan iqtisadiyyatına son 20 illik borcdan çox kredit cəlb oluna bilər. Ölkədə ümumi daxili məhsulun dollar ifadəsində getdikcə kiçildiyini də nəzərə alsaq, deyə bilərik ki, yekunda Azərbaycanın xarici borcu bir ildə iki dəfəyədək arta bilər”.

Lisenziyasını itirmiş bankın əmanətçilərinə kompensasiya veriləcək28.01.2016

“Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılması prosesi yanvarın 29-dan başlayır. AZƏRTAC xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov yanvarın 28-də keçirdiyi mətbuat konfransında belə deyib.

Azad Cavadov qeyd edib ki, ümumilikdə 7 min 342 nəfər qorunan əmanətçi var, ƏSF 6599 nəfər əmanətçiyə 24 milyon manat məbləğində kompensasiya

Page 99: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

verəcək. Kompensasiyalar əmanətçilərə “Muğanbank” ASC-nin, Naxçıvanda isə “Rabitəbank” ASC-nin filiallarında ödənəcək.

Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar 2016-cı il qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalı 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.

Ekoloji effektivlik: Azərbaycan 180 ölkə arasında 31-cidir28.01.2016

Yel və Kolumbiya universitetləri dünya ölkələrinin 2016-cı il üçün ekoloji effektivliyi (Environmental Performance İndex) hesabatı hazırlayıblar.

Novator.az xəbər verir ki, 180 ölkə üzrə aparılan ekoloji reytinqin əsas faktorları sakinlərin sağlamlığının qayğısına qalınması, su ehtiyatlarının, təbiətin və ətraf mühitin vəziyyəti, sanitar normalara riayətdir.

Ekoloji effektivlik sarıdan Azərbaycan 31-ci sıradadır. Qonşu ölkələrdən Rusiya 32-ci, Ermənistan 37-ci, Türkiyə 99-cu, İran 105-ci, Gürcüstan 111-ci yerdə gəlir.

Reytinq cədvəlində ilk on ölkə belə sıralanır: Finlandiya, İslandiya, İsveç, Danimarka, Sloveniya, İspaniya, Portuqaliya, Estoniya, Malta, Fransa.

Siyahıda son yerlərdə Somali, Eritreya, Madaqaskar və Nigeriya qərarlaşır.

Ölkələrin ekoloji effektivliyi indeksi iki ildən bir tərtib olunur.

Page 100: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Natiq Cəfərli beynəlxalq təşkilatları Azərbaycana şərt qoymağa çağırır28.01.2016

İqtisadçı ekspert Natiq Cəfərli beynəlxalq təşkilatları Azərbaycana ciddi şərtlər əsasında borc verməyə çağırır.

Mediada yer alan məlumata görə, Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.

Transparency.az xəbər verir ki, bu barədə şərh yayan Natiq Cəfərli indiki şəraitdə böyük borca getməyi ölkənin gələcəyi üçün təhlükəli hesab etdiyini vurğulayır: “Ölkənin gəlirləri ciddi azalır, hökumət isə heç bir ciddi islahat aparmır, vəziyyətdən çıxmaq üçün təhlükəli olan borclanma yolunu tutur. Azərbaycanın ümumilikdə 21 milyard dollardan çox borcu var: 7,5 milyard dövlət borcu, 8,5 milyard dövlət zəmanəti ilə şirkətlərin borcu, 5,7 milyard isə bank sektorunun borcu. Bu isə ümumi daxili məhsulun 60 faizindən çoxdur. Borcun artması ölkənin gələcəyi üçün təhdiddir, indiki qeyri-effektiv sistemdə borclar da böyük neft pulları kimi qeyri-şəffaf xərclənəcək, iqtisadiyyata ciddi dəstək olmayacaq. İndiki sistem daxilində borclanmağa getmək ölkənin, vətəndaşların gələcəyini yeyib-bitirmək deməkdir.

Borc təklif edən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ciddi şərtlər qoymalı, əvvəlki tək ölkəyə 3-cü sort kimi baxmamalıdırlar. Şəffaf idarəçilik, kiçik və çevik hökumət, azad məhkəmə, vətəndaş nəzarətinin güclənməsi, azad media, Dünya Ticarət Təşkilatına üzvlük olmadan borc verilsə, deməli, həmin təşkilatlar da korrupsiyaya bulaşmış beynəlxalq nəhənglərdir”.

Page 101: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Hansı ölkənin xarici borcu daha çoxdur?28.01.2016

Hansı ölkənin xarici borcu ümumi daxili məhsul baxımından daha çoxdur? Transparency.az bildirir ki, 2015-ci ildə ilk 10 ölkənin siyahısına Yaponiya başçılıq edib. Bu ölkənin xarici borcu ümumi daxili məhsulun 245,9%-nə bərabər olub. Yunanıstan 196,95%-lə ikinci, Eritreya 137,6%-lə üçüncü sırada gəlib.

İlk onluqda bu ölkələr də yer alıb:

İtaliya – 133,11%

Livan – 132,4%

Portuqaliya – 127,8%

Yamayka – 124,84%

Kabo Verde – 124,68%

Butan – 115,89%

Qambiya – 107,71%.

Xarici borcu az olan ölkələrin 2015-ci il siyahısında isə ilk yeri Honkonqa tutub. Ölkənin xarici borcu ümumi daxili məhsulun 0,06%-ni təşkil edib. İkinci yerdə Bruney Sultanlığı (3,17%), üçüncü yerdə Səudiyyə Ərəbistanı (6,72%) dayanıb.

İlk onluğa keçmiş SSRİ məkanından iki ölkə də daxildir: Estoniyanın xarici borcu ümumi daxili məhsulun 10,76%-nə, Özbəkistanınkı 11,59%-nə bərabərdir.

Page 102: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Avropa Məhkəməsi müraciət və qərar statistikası yayıb28.01.2016

Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci ildəki fəaliyyəti ilə bağlı hesabat yayıb. Novator.az-ın məlumatına görə, məruzədə bildirilir ki, ötən il məhkəməyə ümumilikdə 64 min 850 şikayət daxil olub.

Məlumata əsasən, Avropa İnsan Hüquqları Məhkəməsinə ən çox Ukraynadan (13 min 850 şikayət və ya ümumi şikayətlərin 21,4%-i) üz tutublar. İlk beşlikdə ardıcıllıqla Rusiya – 9 min 200 şikayət (ümumi şikayətlərin 14,2%-i), Türkiyə – 8 min 450 şikayət (13%), İtaliya – 7 min 550 şikayət (11,6%) və Macarıstan – 4 min 600 şikayət (7,1%) gəlir.

Məhkəmə ötən il Avropa İnsan Hüquqları Konvensiyasının pozuntusu ilə bağlı Rusiya üzrə 109, Türkiyə üzrə 79, Rumıniya üzrə 72, Ukrayna üzrə 50, Yunanıstan üzrə 43, Macarıstan üzrə 42 qərar çıxarıb.

Mərkəzi Bank valyuta bazarına 113 milyon dollardan çox vəsait çıxardı28.01.2016

Yanvarın 28-i Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Rəsmi məlumata görə, bu gün 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda

Page 103: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

iştirak edən 7 bankın məcmu tələbi 113,260 milyon ABŞ dolları olub, sifarişlər 100 faiz təmin edilib.

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 5 milyard 16,7 milyon dollar göstərilir. Bu rəqəm ötən ilin son hesabatına əsaslanır.

Maliyyə naziri beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə görüşüb28.01.2016

Yanvarın 28-də maliyyə naziri Samir Şərifov ölkəyə səfər edən Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) nümayəndələrindən ibarət geniş tərkibli missiya ilə görüş keçirib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə neftin qiymətinin kəskin azalmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirləri müzakirə edilib, Azərbaycan hökumətinin həyata keçirdiyi əks tədbirlər, ölkənin iqtisadi siyasətindəki prioritetlər və qarşıda duran çağırışlar, habelə BVF və digər qurumlardan texniki yardımın göstərilməsi ilə bağlı məsləhətləşmələr aparılıb.

Ölkənin kifayət qədər yüksək xarici valyuta ehtiyatlarına malik olduğu nəzərə alınaraq danışıqlarda əsasən Azərbaycan hökumətinin həyata keçirəcəyi struktur islahatlarının əhatə dairəsi və verə biləcəyi nəticələr barədə fikir mübadiləsi aparılıb, bununla əlaqədar Azərbaycan hökumətinə müxtəlif formalarda dəstəyin verilməsi müzakirə olunub.

APA-Economics-in məlumatına görə, Samir Şərifov bu gün keçirilən mətbuat konfransında deyib ki, Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından ümumilikdə 4 milyard dollarlıq təcili yardım paketi almasından söhbət gedə bilməz: “Nazirlik beynəlxalq maliyyə institutları ilə yardım məsələlərini müzakirə edir, bank sektoru üzrə vacib qərarlar çıxarılır. Biz xarici dövlətlərə özümüz borc veririk. Kimsə bunu başqa cür şərh edirsə, mən bunu onların etikalarına buraxıram. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda iştirakı ona görədir ki, istədiyimiz vaxt üzv kimi fonda müraciət edək. Bir daha qeyd edirəm ki, hər hansı yardım paketindən söhbət gedə bilməz”.

Page 104: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

“Financial Times” qəzeti məlumat yayaraq iddia edib ki, Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması üçün danışıqlar aparır.

Azərbaycandan Strasburqa 268 şikayət gedib, 30 qərar çıxarılıb28.01.2016

Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ildə qəbul etdiyi 823 qərarın 30-u Azərbaycanla bağlı olub. Bu qərarların əksəriyyətində ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu tanınıb. “Azadlıq” radiosu məhkəmənin yanvarın 28-də açıqladığı illik hesabata əsasən belə xəbər yayıb.

Hesabata görə, 2014-cü illə müqayisədə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinin göndərilən şikayətlərin sayı azalıb. 2014-cü ildə 403 şikayət göndərilmişdi, ötən il şikayətlərin sayı 268 olub. Həmin şikayətlərdən 123-ü qəbul edilməyib.

Page 105: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

2015-ci ildə Azərbaycanla bağlı qərarların sayı xeyli artıb. Məhkəmə 2014-cü ildə Azərbaycanla bağlı 11 qərar qəbul etmişdi, ötən il isə 30 qərar çıxarılıb. Bundan əlavə 2015-ci ildə Azərbaycandan göndərilən 106 iş üzrə hökumətlə kommunikasıya aparılıb.

Nazir yenilənmiş büdcədən danışıb28.01.2016

2015-ci ilin yekununda 1,4 milyard manat xəzinə qalığı yaranıb. AZƏRTAC xəbər verir ki, maliyyə naziri Samir Şərifov yanvarın 28-də keçirdiyi mətbuat konfransında belə deyib.

Nazirin sözlərinə görə, dünya iqtisadiyyatında baş verən prosesləri, neftin ucuzlaşmasını nəzərə alaraq büdcə xərclərində bəzi ixtisarların edilməsinə başlanıb: “Bu addımların atılması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun xarici valyuta ehtiyatlarının 2,2 milyard ABŞ dolları məbləğində qənaətinə nail olmuşuq”.

Samir Şərifov həmçinin bildirib ki, 2016-cı ilin dövlət büdcəsində dürüstləşmə aparılıb, neftin baza qiyməti 25 dollardan götürülüb: “Bu, mühafizəkar bir yanaşmadır. Neftin qiymətinin 25 dollardan aşağı düşməsi iqtisadi məntiqə ziddir. Bu ilin ikinci yarısında neftin bahalaşmasını istisna etmirəm”.

Maliyyə naziri deyib ki, yenidən baxılmış büdcədə gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb: “2016-cı ilin təsdiq olunmuş büdcəsində büdcə gəlirləri 14,5 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmiş büdcədə gəlirlər 16,5 milyard manat səviyyəsində olacaq. Dürüstləşmədən sonra 2016-cı ilin dövlət büdcəsində 1,7 milyard manatlıq kəsir yaranacağı gözlənir. Biz bu kəsirin örtülməsi imkanlarını tapmalıyıq. 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı

Page 106: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

vahid xəzinə qalığı 1,4 milyard manat məbləğində olub. Bu vəsaiti dövlət büdcəsi kəsirinin örtülməsinə yönəldirik. Eyni zamanda bu ilin dövlət büdcəsinin kəsiri dövlət borc kağızları, özəlləşdirmədən mədaxil və xarici qrantlar hesabına örtüləcək”.

Dollar ucuzlaşdı, avro isə üzüyuxarı gedir29.01.2016

Yanvarın 29-da Mərkəzi Bank Azərbaycan manatının dollara məzənnəsini dəyişib. Transparency.az-ın məlumatına görə, 1 ABŞ dolları 1,6008 manata satılır. Ötən gün kurs 1,6028 manat idi.

1 avro isə yanvarın 28-i ilə müqayisədə 1,7445 manatdan 1,7495 manata qalxıb.

Rəsmi məzənnə ilə 1 Rusiya rublu 2,1 qəpiyə təklif olunur.

AŞPA-da QHT müzakirəsi29.01.2016

Avropa Şurası Parlament Assambleyasının 28 yanvar iclasında QHT mövzulu iki məruzə müzakirə olunub. AZƏRTAC xəbər verir ki, 30-dan artıq deputatın qatıldığı müzakirələrdə Azərbaycan nümayəndə heyətindən Rafael Hüseynov da çıxış edib.

Page 107: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

“Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin rolu və onların müdafiəsinin gücləndirilməsi” adlı məruzədən danışan Rafael Hüseynov deyib: “İnsan hüquqlarının qorunması yarandığı gündən Avropa Şurasının əsas fəaliyyət istiqamətlərindən olub. Bu nəcib iş bu gün də davam etməkdədir və insan hüquq müdafiəçiləri ilə bağlı müzakirələr də əslində həmin vacib problemin tərkib hissələrindən biri sayılmalıdır. 10-15 il əvvəllə müqayisədə Avropada hüquq müdafiəçilərinin, eləcə də səmərəli çalışan təşkilatların sayının bir neçə dəfə artdığını görərik. Bu xüsusən yeni müstəqillik əldə etmiş ölkələrə aiddir. Məhz gənc demokratiyaların möhkəmlənib inkişaf etməsi üçün bu institutun həmin ölkələrdə daha artıq bərqərar olması, cəmiyyət həyatında daha fəal mövqe tutması zəruridir.

İnsan hüquqları müdafiəçilərindən söz açarkən bəzi mühüm nüanslar da var. Kifayət qədər çətin missiyanı yerinə yetirən hüquq müdafiəçilərinin özlərinin hüquqlarının qorunması nə haldadır? Neqativ fəaliyyətlərlə məşğul olan və hüquq müdafiəçisi pərdəsi arxasında gizlənən bəzi insanlardan necə qorunmalı? Vacib məqamlardan biri də hüquq müdafiəçisi anlayışının meyarlarını müəyyən edərək təsdiqləməkdən ibarətdir. Özünü hüquq müdafiəçisi elan edən hər kəsə bu missiyanı həvalə etmək nə dərəcədə doğrudur?

Bunca müxtəlif düşüncələrin oyanması, çoxlu sualların ortaya çıxması, hüquq müdafiəçilərinin üzv ölkələrdə fəaliyyətinin genişlənməsi bir daha sübut edir ki, bu məruzə lazımlıdır və belə müzakirələr gələcəkdə də davam etdirilməlidir”.

Məruzədə Azərbaycanın hüquq müdafiəçiləri ilə bağlı yanlış müddəaların yer aldığını deyən Rafael Hüseynov belə məsələlərdə diqqətli olmağa çağırıb: “Məruzədə bir sıra məqamların dəqiqləşdirilməsinə, obyektivlik naminə bir də nəzərdən keçirilməsinə ehtiyac var. Parlament Assambleyasının təqdim etdiyi məruzə bir və ya iki nəfərin imzası ilə ortaya çıxsa da, bütövlükdə assambleyanın mövqeyi, baxışı kimi qəbul edilir. Ona görə də burada bəhs

Page 108: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

edilən hər məsələ, hər fakt diqqətlə yoxlanmalı, dəqiqliyinə əminlik hasil olandan sonra mətnə əlavə edilməlidir. Bu məruzədə də bir tərəfin iddiaları əsasında elə məqamlar yer alıb ki, burada mütləq balans gözlənilməli, qarşı tərəfin də mövqeyi öyrənilməli idi.

Çox zaman ən böyük insan haqları pozuntuları elə sadə faktların təhrif edilməsindən, təsadüfən, yaxud məqsədli şəkildə qeyri-dəqiq bəyan edilməsindən törəyir. Azərbaycanla bağlı məruzədə yer alan mülahizələrlə razılaşmaq çətindir, bu fikirlərin hamısı mütləq yenidən baxılmalı və dəqiqləşdirilməlidir. Çünki burada həqiqətə uyğun olmayan məqamlar mövcuddur”.

Müzakirəyə çıxarılmış ikinci məruzə ilə bağlı mülahizələrini bölüşən Rafael Hüseynov Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı əhəmiyyətli irəliləyişlərin olduğunu qeyd edib: “Azərbaycanda, rəsmi məlumata görə, QHT-lərin sayı 4 mindən çoxdur. Əlbəttə, saydan daha vacib olan göstərici işdir və qeyd etmək lazımdır ki, ölkədə kifayət qədər fəal olan belə təşkilatların miqdarı da çoxdur. Ona görə də Azərbaycanla bağlı məruzədə ifadə edilən tənqidi fikirlərlə razılaşmaq çətindir.

Azərbaycanda QHT-lərlə işin təşkili üzrə ayrıca dövlət qurumu mövcuddur, QHT-lərə dövlət qayğısı və dəstəyi də qənaətbəxş səviyyədədir. Lakin bəzən ayrı-ayrı QHT-lərlə əlaqədar problemlərin ortaya çıxması da danılmaz faktdır. Belə hallara bir sıra başqa ölkələrdə də rast gəlinir. Zənnimcə, bu məsələyə bir qədər dərindən diqqət etmək lazımdır. Çünki araşdırmalar göstərir ki, bir sıra hallarda xarici xüsusi xidmət orqanları ayrı-ayrı ölkələrdə müəyyən niyyətlərini və məxfi planlarını həyata keçirmək üçün QHT-lərdən də geniş istifadə edirlər. Təbii ki, hamısından deyil, tora sala bildiklərindən, özlərinə yaxın olanlardan, yaranmasında özlərinin də əli olanlardan, asanlıqla idarə edə bildiklərindən. Müxtəlif rəngli inqilablar, iğtişaşlar yaratmaq üçün külli miqdarda çirkli pulların QHT-lərə kənardan ötürülməsi faktları da bəllidir.

Biz bütün istiqamətlərdə aşkarlığın, şəffaflığın tərəfdarıyıq. Ona görə QHT-lərin də maliyyə qaynaqları, vəsaitləri hara sərf etdikləri açıq elan edilərsə, həmin sahəyə ciddi ictimai nəzarət olarsa daha yaxşı olar. Ancaq yetərincə obyektiv olan belə yanaşma kimlərisə, hansısa qüvvələri narahat edirsə, deməli, onların gizlətmək istədikləri hansısa çirkin məqsədləri var.

Page 109: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Düşünürəm ki, fəaliyyət göstərdiyi ölkənin qanunları çərçivəsində işini qura bilən QHT hansısa çətin problemlərlə üzləşməz və belə bir hal yaranarsa, hamılıqla onun həllinə yardımımızı əsirgəməməliyik”.

Rafael Hüseynov qeyd edib ki, demokratik cəmiyyətin təklif və tələb etdiyi hər dəyər, o cümlədən QHT-lər institutu dövlətlər üçün çox gərəklidir: “Lakin hər bir ölkə, xalq, dövlət, xüsusilə də bizim kimi müstəqilliyini yeni bərpa etmiş dövlətlər üçün ən ali dəyər onun müstəqilliyidir. Bizim başlıca istəyimiz budur ki, QHT-lərin fəaliyyəti dövlətlərimizin, xalqlarımızın daha da güclənməsinə töhfə versin”.

Neftin qiymətində yeni yüksəliş29.01.2016

Dünya birjalarında neftin bahalaşması davam edir. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 1,90 dollar bahalaşaraq 33,75 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,94 dollar artaraq 34,67 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli isə 1,59 dollar bahalaşaraq 35,98 dollara qalxıb.

Xəbəri yanvarın 29-da AZƏRTAC yayıb.

Zakir Həsənov Silahlı Qüvvələrdə islahatların davam etdiriləcəyini deyib29.01.2016

Mod.gov.az-ın 28 yanvar məlumatına görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qisimləri və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə keçirilən təlim toplantısında müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Page 110: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparıb, bu sahədə tədbirlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Zakir Həsənov Silahlı Qüvvələrdə aparılan islahatlar, xeyli sayda yeni hərbi şəhərciklərin açılması, ordu təchizatına müasir döyüş texnikası, silah-sursat və yeni avadanlığın daxil edilməsi barədə məlumatı da diqqətə çatdırıb. Aparılan islahatların bundan sonra da davam etdiriləcəyini vurğulayan nazir cari ilin birinci yarısında bəzi hərbi şəhərciklərdə tikinti işlərinin sona çatdırılacağını, eləcə də cəbhə zonasında tam təminatlı yeni hərbi hissələrin açılacağını bildirib: “Xidməti mənzillərlə yanaşı ilin sonunadək daha 500-dək daimi mənzilin hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub. Silahlı Qüvvələrin istifadəsinə ən müasir texnika və silah-sursatın verilməsi prosesi də davam etdiriləcək. Silahlı Qüvvələrimiz düşmən ordusundan qat-qat üstün olduğunu döyüş meydanında bir daha sübut etdi. Düşmən xeyli itki verib. Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha da sarsıdıcı zərbələr endiriləcək. Əldə etdiyimiz uğurlar xalqımızın orduya olan inamından, ali baş komandanın diqqət və qayğısından irəli gəlir”.

Page 111: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

İqtisadiyyat naziri Xaçmazda ictimaiyyət nümayəndələri ilə görüşüb29.01.2016

İqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 28-i Xaçmazda ictimaiyyət nümayəndələri ilə görüşüb. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar iştirak edib.

Economy.gov.az-ın məlumatına görə, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev rayonda görülmüş işlər və nəzərdə tutulan layihələr barədə arayış verib.

Görüşdə çıxış edən iqtisadiyyat naziri deyib ki, son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik, eləcə də mənfi xarici iqtisadi təsirlərin uzunmüddətli xarakter alması nəzərə alınaraq milli iqtisadiyyatın dayanıqlılığının gücləndirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilir: “Güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar və görülən qabaqlayıcı tədbirlər, iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlığını təmin etmək mümkün olub. Gəlirlərin azalmasına baxmayaraq bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilib, bir sıra sahələrdə çalışan işçilərin maaşları, sosial müavinətlər, əmək pensiyasının baza hissəsi artırılıb.

Page 112: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Özəl bölmənin inkişafı istiqamətində görülən işlər, xüsusilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir”.

İstehlak bazarına xüsusi diqqət göstərildiyini vurğulayan nazir Şahin Mustafayev süni qiymət artımının qarşısının alınması zəruriliyini qeyd edib.

Xaçmaz rayonunda dövlətin dəstəyi ilə görülən işlər barədə danışan nazir bildirib ki, rayonun 87 yaşayış məntəqəsi qazla təchiz olunub, 2 yaşayış məntəqəsinin qazlaşdırılması isə davam etdirilir: “Rayonun su təchizatı və kanalizasiya sistemi yaxşılaşdırılıb, su anbarları tikilib, kənd yolları çəkilib və ya yenidən qurulub. Hazırda Gəndab-Rusiya Federasiyası sərhədinədək avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsinin tikintisi davam etdirilir. Rayonda 44 məktəb, 2 uşaq bağçası, 11 səhiyyə və 12 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, şəhid ailələrinin və əlillərin mənzil şəraiti yaxşılaşdırılıb. Bir sıra sosial obyektlərin tikintisi hazırda da davam etdirilir. Rayonda 610-dan artıq yeni müəssisə və təşkilat yaradılıb, 14,7 mindən çoxu daimi olmaqla 21,6 mindən artıq yeni iş yeri açılıb.

İndiyədək Xaçmaz rayonu üzrə 722 sahibkara 50 milyon manata yaxın güzəştli kredit verilib. Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 hektar ərazidə “Yalama Aqropark”ı yaradılıb. Hazırda aqroparkda 100 nəfər çalışır və icrası davam edən süd emalı zavodunun, müasir istixana kompleksinin və intensiv bağçılıq təsərrüfatının reallaşdırılması 200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

Bununla belə, Xaçmaz rayonunun potensialı daha böyükdür. Rayonda süd emalı müəssisəsinin, istixana təsərrüfatlarının, intensiv taxılçılıq və bağçılıq təsərrüfatlarının, “yaşıl market”lərin və sair sahələrin yaradılması üçün real imkanlar var”.

Görüşdə əkin sahələrinin suvarılması, emal güclərinin artırılması, güzəştli kreditlərin verilməsi, kənd yollarının tikintisi, sahibkarlıq fəaliyyəti üçün torpaq sahələrinin ayrılması, turizm obyektlərinin qış mövsümündə qazla təminatı, iri fermer və taxılçılıq təsərrüfatlarının yaradılması və sair məsələlər barədə müraciətlər, problemlər və təkliflər səsləndirilib. Nazir Şahin Mustafayev bir sıra

Page 113: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

məsələlərin yerindəcə həlli barədə müvafiq tapşırıqlar verib, qaldırılan digər məsələlərin araşdırılacağını və reallaşdırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirib.

“Lukoyl” rəhbəri neftin 60 dollar olacağını düşünür29.01.2016

Page 114: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Rusiyanın “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov dünya bazarında neftin qiymətinin artacağını düşünür. Novator.az-ın məlumatına görə, Vahid Ələkbərov Avstriyanın “Format” qəzetinə müsahibəsində deyib ki, ilin sonunadək neftin bir barrelinin qiyməti 60 ABŞ dolları ola bilər.

O deyib ki, “Lukoyl” 2015-ci il üçün dividendlərə 2 milyard 160 milyon dollar ödəməyi planlaşdırır. Şirkət rəhbəri 2015-ci ildə “Lukoyl”un maliyyə vəziyyətinin sabit qaldığını, azacıq mənfəət olduğunu da vurğulayıb.

Neft son iki ildə 80 dollardan çox dəyər itirib. 2014-cü ilin mart ayında neftin bir barreli 114 dollardan baha olub. 2015-ci ilin yanvarında qiymət 57,34 dollara düşüb. Hazırda isə Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 33,75 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 34,67 dollardır. “AzəriLayt” markalı neftin bir barreli isə 35,98 dollara satılır.

ADR Hərəkatı 8 istiqamətdə 64 addım təklif edir29.01.2016

Page 115: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı böhran əleyhinə tədbirlər paketi hazırlayıb. Transparency.az xəbər verir ki, plan haqqında açıqlama yayan təşkilat rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, “8 istiqamətdə 64 addım” 3 il üçün Azərbaycanın iqtisadi və sosial siyasətinin əsas istiqamətlərini müəyyən edir: “Paket hazırlanarkən hazırda qərarlaşan tendensiyalar və dünya bazarında konyunktur dəyişikliklərinin təsirləri qiymətləndirilib, mövcud və perspektiv resurslar nəzərdən keçirilib, bazar iqtisadiyyatının təşəkkül tapdığı mütərəqqi dünya təcrübəsi əsas götürülüb. Bu tədbirlərin yerinə yetirilməsi növbəti 1 ildə bazar infrastrukturunun formalaşdırılması yolu ilə milli iqtisadiyyatın sağlamlaşdırılmasına, sonrakı ildə bazar institutlarının təşəkkülünə və məhsuldar fəaliyyətinə, sonuncu ildə davamlı iqtisadi inkişaf və sosial rifaha təminat verir.

2016-cı il Azərbaycan üçün sosial-iqtisadi baxımından daha çətin il hesab olunduğundan, eləcə də iqtisadiyyatda dönüş üçün həlledici il sayıldığından paketdə daha çox tədbir cari ilə görə planlaşdırılıb”.

Ekspert tədbirlər paketinin ölkədə hansı problemləri əsas götürülərək hazırlandığını sadalayıb:

- İnhisarçılığın daxili bazarda hökmran mövqe tutması səbəbindən istehsal olunan yerli məhsulların, göstərilən xidmətlərin keyfiyyətinin aşağı olması, müasir standartlardan geri qalması səbəbindən qeyri-neft ixracat potensialının zəifliyi;

- Azad sahibkarlıq fəaliyyətinə tənzimləyici və nəzarətedici dövlət orqanlarının haqsız və yersiz müdaxilələrinə, onlara səmərəli maliyyə-kredit xidmətlərinin göstərilməməsinə görə işgüzar fəallığın aşağı düşməsi;

Page 116: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

- Dövlət sifarişləri üzrə satınalmaların, tenderlərin qeyri-şəffaf, korrupsiya mənbəyi olması ucbatından qiyməti şişirdilərək keyfiyyətsiz icra olunan infrastruktur layihələrinə ayrılan xərclərin səmərəsizliyi;

- Əlavə maliyyə qaynaqlarının məhdudluğu və valyuta bazarında tarazlığın pozulması səbəbindən milli valyutanın dəyərdən düşməsi;

- Əhalinin gəlirlərinin dəyərsizləşməsi və alıcılıq qabiliyyətini itirməsi, iş yerlərinin bağlanması, istehlak qiymətlərinin artması səbəbindən sosial vəziyyətin pisləşməsi.

Qubad İbadoğlunun təqdim etdiyi paketdə bu istiqamətdə təkliflər yer alıb:

- Hədəfi çevik və açıq hökumət olan idarəetmədə struktur islahatları;

- Hədəfi iqtisadi münasibətləri tənzimləmək olan institutsional islahatlar;

- Hədəfi aşağı inflyasiya və dayanıqlı milli valyuta olan pul-kredit və bank islahatları;

- Hədəfi tarazlı və səmərəli büdcə sistemi olan vergi-tarif və fiskal islahatlar;

- Hədəfi yeni iş yerlərinin yaradılması olan sərbəst qiymətqoyma, açıq ticarət və ədalətli rəqabət üzərində qurulan sahibkarlıq islahatları;

- Hədəfi regionların tarazlı inkişafı və milli iqtisadiyyatın modernləşdirilməsi olan aqrar və sənaye-struktur islahatları;

- Hədəfi firavan və təminatlı cəmiyyət olan sosial reabilitasiya və inkişaf islahatları;

- Hədəfi Azərbaycanın dünyada və regionda maraqlarına toxunan prosesləri aktiv və səmərəli sürətdə tənzimləyən milli iqtisadi təhlükəsizlik islahatları.

Ekspert tədbirlər paketinin rəhbərlik etdiyi təşkilatın Ali Məclisində qəbul ediləndən sonra Azərbaycan prezidentinə, baş nazirinə, prezidentin islahatlar üzrə köməkçisinə göndəriləcəyini deyib.

Page 117: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Fevralda hava29.01.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın hava proqnozunu açıqlayıb. Məlumata görə, fevralda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimalı var.

Orta aylıq temperatur belə proqnozlaşdırılır:

Bakıda və Abşeron yarımadasında 4-6 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti);

Naxçıvan Muxtar Respublikasında 1-5 dərəcə isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 10-15, dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti);

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 11-16 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 3-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 1-4 dərəcə isti (gecələr 1

Page 118: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 8-13, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta);

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 4-6 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında 1-6 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 2-7, dağlarda 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti).

Kimin pulu çoxdur? (Ölkələrin valyuta ehtiyatları)29.01.2016

Azərbaycan Mərkəzi Bankı son rəsmi məlumatında valyuta ehtiyatlarının 5 milyard 16,7 milyon dollar olduğunu bəyan edib. Bu rəqəm ötən ilin yekun hesabatına (30 dekabr) əsaslanır.

Transparency.az digər ölkələrin valyuta ehtiyatları barədə statistikaya nəzər salıb.

Valyuta ehtiyatlarının həcminə görə ilk sırada Çin gəlir. Bu ölkənin 3 trilyon 406 milyard 111 milyon dollar ehtiyatı var.

Yaponiya 1 trilyon 233 milyard 214 milyon dollar ehtiyatla ikinci yerdə gəlir.

Page 119: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

25 Avropa ölkəsinin daxil olduğu avro zonasının 691 milyard 71 milyon dollar ehtiyatı olduğu bildirilir.

Valyuta ehtiyatlarının həcminə görə ilk sıralarda bu ölkələr yer alır:

Səudiyyə Ərəbistanı – 660 milyard 100 milyon dollar

İsveçrə – 588 milyard 241 milyon dollar

Tayvan – 425 milyard 300 milyon dollar

Honkonq – 393 milyard 792 milyon dollar

Cənubi Koreya – 374 milyard 700 milyon dollar

Rusiya – 368 milyard 300 milyon dollar

Braziliya – 356 milyard 797 milyon dollar

Hindistan – 347 milyard 208 milyon dollar.

Keçmiş SSRİ məkanından Ukraynanın valyuta ehtiyatları 14 milyard 890 milyon dollar, Belarusun ehtiyatları 4 milyard 176 milyon dollar, Moldovanın ehtiyatları 1 milyard 757 milyon dollardır.

Qazaxıstanın valyuta ehtiyatlarının 28 milyard 100 milyon dollar, Özbəkistanın ehtiyatlarının 15 milyard dollar, Türkmənistanın ehtiyatlarının 22 milyard 640 milyon dollar olduğu qeyd edilir.

Qonşu Gürcüstanın valyuta ehtiyatları 2 milyard 521 milyon dollar göstərilir. Ermənistanın ehtiyatları 1 milyard 209 milyon dollardır.

Türkiyənin 111 milyard 152 milyon dollarlıq valyuta ehtiyatı var. İranın ehtiyatları 93 milyard 950 milyon dollar həcmindədir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailəsinə yeni evlər verilib29.01.2016

Page 120: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 yanvar məlumatına görə, 3-ü Siyəzən, 5-i Şabran rayonunda olmaqla 8 fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin istifadəsinə verilib.

Təqdimat mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib ki, dünyada iqtisadi böhran proseslərinin kəskinləşməsinə baxmayaraq Azərbaycanda sosial-iqtisadi inkişaf dinamikası qorunub saxlanır və bütün sosial proqramlar, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir: “Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 rayonda fərdi yaşayış evlərini, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir edilmiş mənzilləri, habelə Tərtər rayonunda 54 mənzilli yaşayış evini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib. Ümumilikdə ötən il müharibə əlilləri və şəhid ailələrinə 281 mənzil verilib, habelə dövlət başçısının iştirakı ilə Nərimanov rayonunda 132 mənzilli yeni yaşayış binası gözdən əlillərə təqdim olunub. Bu sahədə tədbirlər qarşıdakı dövrdə də uğurla davam etdiriləcək”.

Nazirliyə 45 yeni işçi qəbul olunub29.01.2016

Yanvarın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində yeni işə qəbul olunan dövlət qulluqçuları ilə görüş keçirilib. Rəsmi məlumata görə, 45 nəfər nazirlik sistemində inzibati vəzifələrə işə qəbul edilib.

Görüşdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Əjdər Cəbiyev bildirib ki, qurum dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə kadrların qəbulu prosesini dövlət qulluğu haqqında

Page 121: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

qanunvericiliyin prinsipləri əsasında həyata keçirir. Nazirlik bu sahədə fəaliyyətini Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq şəraitində təşkil edir.

Çingiz Abdullayev ixtisar əmrini imzalamaqdan imtina edib29.01.2016

“Bir neçə nəfəri ixtisara salmalı idim. Əmri gətirdilər. Uzun müddət baxdım. Bilmədim ki, nə edim”. Musavat.com xəbər verir ki, bunu yazıçı Çingiz Abdullayev yanvarın 28-i “Facebook” səhifəsindəki statusunda yazıb.

Çingiz Abdullayev Yazıçılar Birliyinin katibi, “Neftçi” futbol klubu Müşahidə Şurasının sədri, “Pen-klub”un prezidenti, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Direktorlar Şurasının üzvüdür: “Sənə bu qədər təşkilata rəhbərliyi etibar edirlərsə, qərar qəbul etməyi bacarmalısan. Bəzən xoş olmayan qərarları da. Yazıçılar Birliyində də, “Pen-klub”da da,

Page 122: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

“Neftçi”də də, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunda da.

İxtisara salınmalı şəxslər arasında böyük ailə başçısı da var idi. İxtisara salındığını bildikdə ağladı. Bunu yazdığım üçün məni bağışlasın. Amma onun əmrini imzalaya bilmədim. Sadəcə, bacarmadım. Görünür, yarıtmaz rəhbərəm”.

Yazıçı qeyd edib ki, bəzi məmurlar kimi sərt və prinsipial olmaq, insanlara tüpürmək asandır: “Onlar üçün yüz min və ya milyon dollar çoxdan pul sayılmır. Onlar insanlara açıq-aşkar laqeydlik göstərirlər. Hətta əmrlərinin arxasında problem və çətinlikləri olan canlı insanların durduğunu da düşünmürlər.

Əmri imzalamadım, imzalamayacağam da. Hətta düzgün etmədiyimi başa düşsəm belə. Öz əməkdaşlarını ixtisara salanları ittiham etmirəm. Çox vaxt onların başqa çıxış yolu olmur. Amma mən bacarmıram.

4 uşaq atasını müdafiə edə bilmirəmsə, kimə lazımdır mənim kitablarım? Başqa insanı başa düşə bilmirsinizsə, kimə lazımdır ləyaqət və xeyirxahlıq çağırışları?

“Neftçi”yə gəlişimdən sonra klubun bütün əməkdaşlarının pulsuz yeməklə təmin olunmasına göstəriş verdim. Əvvəllər yalnız futbolçular və məşqçilər nahar edirdilər.

Bəli, hazırda əvvəlki kimi pulumuzun olmadığını başa düşürəm. Amma puldan da vacib, çox vacib nə isə var. Ona görə yox ki, mən mələk simasındayam. Sadəcə, birinin yeyib, digərinin baxması utandırıcıdır.

Nəyə görə illərdir mən oxucularımı sonda Xeyirin qələbəsinə inandırmağa çalışıram? Əgər özüm öz prinsiplərimə inanmıramsa…”

Çingiz Abdullayev sözünü belə yekunlaşdırıb: “Doğrudanmı Didro bu sözlərində haqlı olub: “Xoşbəxtlik üçün yaxşı qarnın, əzazil ürəyin olmalı və ümumiyyətlə, vicdanın olmamalıdır”. Yoxsa haqsızdır?”

Rusiyada maşın nə qədər bahalaşıb?29.01.2016

Page 123: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Rusiyada yeni minik avtomobilləri bahalaşıb. Novator.az xəbər verir ki, bunu “Avtostat” analitik agentliyi yanvarın 29-da açıqlayıb.

Agentliyin məlumatına görə, 2015-ci ildə Rusiyada yeni minik avtomobillərinin orta qiyməti 2014-cü illə müqayisədə 20% artıb.

2015-ci ildə Rusiyada ən çox “Land Rover” markalı avtomobil bahalaşıb. Onun qiyməti 61% artıb. Bahalaşan avtomobillərin sonrakı sıralaması belədir: “Cadillac” (48% bahalaşıb), “Volvo” (43%), “Opel” (38%) və “Peugeot” (35%). “Citroen”, “Toyota” və “Audi” markalı avtomobillərin qiymətində 30% artım olub.

Rusiyanın yerli avtomobillərindən “Lada”və “UAZ” 15-18% bahalaşıb.

“Avtostat” agentliyi rublun xarici valyutaya nisbətdə ucuzlaşması ilə əlaqədar avtomobillərin qiymətində yenə artım olacağını proqnozlaşdırır.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin qəbul cədvəli29.01.2016

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb:

Qəbul edən Gün Yer Əhatə olunan şəhər və rayonlar

Fikrət Məmmədov

ədliyyə naziri 3 Şabran Şabran, Siyəzən, Xızı

Ramin Quluzadə 3 Lənkəran Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı

Page 124: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

rabitə və yüksək texnologiyalar naziri

Mikayıl Cabbarov

təhsil naziri 8 Qobustan Qobustan, Şamaxı, Ağsu, İsmayıllı

Səlim Müslümov

əmək və əhalinin sosial müdafiəsi naziri 12 Saatlı Saatlı, Şirvan, Hacıqabul, Sabirabad

Oqtay Şirəliyev

səhiyyə naziri 12 Qazax Qazax, Ağstafa, Tovuz, Gədəbəy

Elman Mehdiyev

Dövlət Sosial Müdafiə Fondunun sədri 18 Sumqayıt Sumqayıt,  Abşeron, Xızı, Qobustan, Qubadlı

Elçin Quliyev

Dövlət Sərhəd Xidmətinin rəisi 18 Lənkəran Lənkəran, Astara, Lerik, Yardımlı

Arzu Rəhimov

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

rəisi 18 Cəlilabad Cəlilabad, Masallı, Biləsuvar

Zakir Qaralov

Baş prokuror 19 Kürdəmir

Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan,

Göyçay

Azad Rəhimov 19 İsmayıllı İsmayıllı, Şəki, Balakən, Zaqatala, Qax, Qəbələ,

Page 125: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

gənclər və idman naziri Oğuz

Şahin Mustafayev

iqtisadiyyat və  sənaye naziri 19 Şəmkir Şəmkir, Tovuz, Gədəbəy

Əbülfəs Qarayev

mədəniyyət və turizm naziri 19 Sumqayıt

Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa,

Zəngilan

Ziya Məmmədov

nəqliyyat naziri 19 Qusar Qusar, Quba, Şabran

Hicran Hüseynova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri 19 Beyləqan

Beyləqan, Ağcabədi, Laçın, Xocavənd,

Füzuli, Bərdə, Ağdam

Kərəm Həsənov

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri 19 Qobustan Qobustan, Şamaxı, Ağsu

Məleykə Abbaszadə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri 19 Şamaxı Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ

Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri 24 Siyəzən Siyəzən, Şabran

Hüseynqulu Bağırov

Ekologiya və təbii sərvətlər naziri 25 Neftçala Neftçala, Salyan, Biləsuvar, Cəlilabad

Kəmaləddin Heydərov 25 Ağsu Ağsu, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan

Page 126: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

fövqəladə hallar naziri

Heydər Əsədov

kənd təsərrüfatı naziri 25 Yevlax

Yevlax, Samux, Göygöl, Daşkəsən, Goranboy,

Xocalı, Kəlbəcər

Fazil Məmmədov

vergilər naziri 25 Oğuz Oğuz, Şəki, Qəbələ

Aydın Əliyev

Dövlət Gömrük Komitəsinin sədri 25 Şabran Şabran, Quba, Qusar, Xaçmaz

Ramil Usubov

daxili işlər naziri 27 Şirvan

Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar,

Cəbrayıl, Sabirabad, Saatlı, İmişli, Zərdab

Hərbi sahədə cinayət və cəza hesabatı açıqlanıb29.01.2016

Page 127: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

Yanvarın 29-da Hərbi Prokurorluğun kollegiya iclası keçirilib. AZƏRTAC-ın məlumatına görə, iclasda baş prokurorun müavini, respublika hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb. Hərbi prokuror deyib ki, 2014-cü ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrdə qeydə alınan hərbi xidmət əleyhinə cinayətlər 7,7 faiz, tabelik qaydası əleyhinə 20 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 26,3 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma 33 faiz, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə 74 faiz, rüşvət alma və rüşvət vermə 71,5 faiz, ölüm hadisələri 2,3 faiz azalıb.

Hesabata əsasən, ötən il korrupsiya və rüşvətxorluq xarakterli faktlar üzrə 70 şəxs barəsində 50 cinayət işinin istintaqı tamamlanıb, təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib. Dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 790 min 503 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib.

Ötən il axtarışda olanların 66 nəfəri tapılaraq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 136 yoxlama keçirilib, nəticədə 2191 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 202 təqdimat göndərilib, 227 nəfərə xəbərdarlıq edilib, 44 cinayət işi başlanıb, təhqiqat orqanlarının

Page 128: İlham Əliyevin İsveçrə görüşləritransparency.az/alac/files/yanvar (3) 2016.docx · Web viewmünasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında

icraatında olan işlər üzrə 141 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 15 qanunsuz qərar ləğv olunub.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsinin birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verdiyi protestlərin 59 faizi təmin olunub. Hesabat dövründə 186 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1768 müraciətinə baxılıb, 935 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 2920 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 2239 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.

Hesabat dövründə əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmə sahəsində yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 22 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.