52
HAKİMLƏR İtaətsizlik və qurtuluş İngilis dilindən tərcümə Orijinalın adı: Judges, Disobedience and Deliverance Orijinal mətn: Eleonor Harvud Avropa üçün uyğunlaşdırmaq: Cenifer Haayer Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz. Copyright © 2001, 2006 Child Evangelism Fellowship® Inc. Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur. Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

HAKİMLƏR İtaətsizlik və qurtuluş · 2016-04-18 · 3 Giriş Müqəddəs Kitab həqiqətlərinin öyrədilməsi Əgər biz uşaqlara yalnız Müqəddəs Kitab hekayələri danışırıqsa,

  • Upload
    others

  • View
    3

  • Download
    0

Embed Size (px)

Citation preview

HAKİMLƏR

İtaətsizlik və qurtuluş

İngilis dilindən tərcümə Orijinalın adı: Judges, Disobedience and Deliverance

Orijinal mətn: Eleonor Harvud Avropa üçün uyğunlaşdırmaq: Cenifer Haayer

Xahiş edirik, DİQQƏTLİ OLUN!

Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet

mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Copyright © 2001, 2006 Child Evangelism Fellowship® Inc.

Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur.

Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar.

İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Mündəricat Giriş................................................................................................................................3

Xülasə ............................................................................................................................5

Dərs 1. İsrailin əməl etmədiyi vəd ...............................................................................7

Dərs 2. Devora və Baraq İsraili xilas edirlər ...............................................................13

Dərs 3. Gideon Allaha görə cəsarətli olmağı öyrənir ..................................................19

Dərs 4. Gideon və 300 adam midyanlılara qarşı..........................................................27

Dərs 5. Allah Şimşonu seçir ........................................................................................33

Dərs 6. Şimşon və Delila ............................................................................................41

Sipərin konturu (dərs 3) .......................... ...................................................................50

Döyüşçünün bədən quruluşu (dərs 4) ..........................................................................51

Uşaq ilə xilas söhbətinin planı ....................................................................................52

3

Giriş Müqəddəs Kitab həqiqətlərinin öyrədilməsi Əgər biz uşaqlara yalnız Müqəddəs Kitab hekayələri danışırıqsa, onda öz müəllimlik borcu-muzu yerinə yetirmirik. Uşaqların bu tarixi hadisələrin xatirinə yazılmış həqiqətləri bilmələri çox vacibdir; həmçinin, uşaqlara bu həqiqətlərin onların gündəlik həyatlarında nə demək olduğunu göstərmək də vacibdir. Əlbəttə, bir hekayədə biz bütün həqiqətləri, onun içində olanları əhatə edə bilmərik, buna görə də, hər bir dərs üçün bir mərkəzi həqiqət seçilmişdir. Mərkəzi həqiqətin izah edilməsi nağıl formasında olur. Amma sizə hazırlıqda kömək etmək üçün, mərkəzi həqiqətin izah olunduğu dərsin hissələrində biz “MH” –i qeyd etmişik. Bu bölmələr, həmçinin, dərslərin planlarında da qeyd ediliblər. Siz fikir verəcəksiniz ki, bəzi hallarda buna “I” və ya “İE” hərfi də əlavə olunubdur ki, bu da həqiqətin tətbiq olunduğu uşaqlar qrupuna aiddir: iman etməyən və ya iman etmiş uşaqlar. Bu, həmçinin, mətnin özündə bu cür ifadələrlə aydın ifadə olunmuşdur: “Əgər sən Rəbb İsanı imanla qəbul etməmisənsə...” , yaxud “Əgər sən – məsihçisənsə, sən....”

Məsləhət verməyə hazır olmaq (MVH)Siz İncilin həqiqətlərini izah edərkən, bəzi uşaqlar bu Müjdəyə hay verəcəklər. Sonradan onlar Rəbb İsa Məsihi öz şəxsi Xilaskarları kimi qəbul etdiklərini deyə də bilərlər, deməyə də bilərlər. Amma elə uşaqlar da olacaqdır ki, onlara kömək lazım olacaqdır. Onlarda suallar yarana bilər; onlara kömək və ya ruhlandırma lazım ola bilər. Həmçinin, siz iman etmiş uşaqları öyrədəndə, ola bilsin ki, onlardan bəzilərinə çətin vəziyyətdə və ya izahatda, bu və ya digər dərsi gündəlik həyata necə tətbiq etmək barədə məsləhət lazım olacaqdır. Uşaqlar belə bir vəziyyətdə ola bilərlər ki, orada Müqəddəs Kitabın bu haqda nə dediy-ini bilməyə bilərlər. Həmçinin, onlar çətinlikləri bölüşmək istəyini də göstərə bilərlər ki, siz onlar üçün dua edəsiniz, xüsusi ilə də əgər siz onların yeganə məsihçi dəstəyi olduğunuz bir vəziyyətdə. Buna görə də, bu, çox vacibdir ki, uşaqlar sizin onlarla danışacağınıza hazır olduğunuzu bilsinlər. Həmçinin, əgər onlar sizinlə danışmaq istəyirlərsə, onda onların nə vaxt və hara yaxınlaşdıqlarını bilmələri də vacibdir. Və nəhayət, iman etməyən uşaqların Rəbb İsaya müraciət etmələrinə kömək üçün sizə müraciət etmələri ilə qarışıq salmamaları vacibdir. Buna görə də, uşaqları Müjdəyə hay verməyə səsləyəndə, onlar ilə danışmağa hazır olduğunuzu deməyin ki, uşaqlarda belə təsəvvür yaranmasın ki, onlar Məsihi sizsiz və yaxud, xilası sizinlə danışmadan əldə edə bilməzlər.

İman etməyən uşağın məsləhət söhbətinə dəvətinin nümunəsi “Sən, həqiqətən də, Rəbb İsa üçün yaşamaq istəyirsən, amma Ona necə gəlməyi bilmirsən? Mən sevinərək, Müqəddəs Kitaba əsaslanaraq bunu sənə izah edə bilərəm. Sadəcə, mənə yaxınlaş. Dərslər qurtaranda, mən masanın yanında dayanacağam. Yadında saxla, mən sənin günahlarını götürə bilmərəm. Bunu yalnız Rəbb İsa edə bilər. Amma mən sevinərək sənin Ona necə gələ bilməyini daha yaxşı başa düşməkdə yardım edə bilərəm. Mən masanın yanında dayananda, sadəcə olaraq, mənə yaxınlaş.” İman edən uşağın məsləhət söhbətinə dəvətinin nümunəsi “Əgər sən Rəbb İsanı öz şəxsi Xilaskarın kimi qəbul etmisənsə, amma hələ bu haqda deməmisənsə, xahiş edirəm, de. Dərsdən sonra mən pianonun yanında dayanacağam. Mən, sənin də İsa Məsihi öz şəxsi Rəbb və Xilaskarın kimi qəbul etməni bilmək və sənin üçün dua etmək və ola bilsin ki, nədəsə kömək etmək istərdim.”

4

Yadda saxlamaq üçün ayələr Hər bir dərsdə uşaqlar ilə əzbərləmək üçün Kəlamdan ayə təklif edilmişdir. Əgər siz dərs silsiləsini altı həftə ərzində keçəcəksinizsə, sizə iki, yaxud üç ayə seçməyinizi məsləhət görürük ki, siz onları dəqiqliklə izah edə biləsiniz, uşaqlar isə onları yadda saxlaya bilsinlər. Əgər siz bütün ayələri istifadə etməyə çalışacaqsınızsa, ola bilsin ki, uşaqlar onları həqiqətən əzbər öyrənə bilməzlər.

Təkrarlamaq üçün suallar Onlar da dərslərin mətnlərinə aiddirlər. Əgər təkrarlama düzgün aparılırsa, onda bu vaxt sizin üçün dərs müddəti uşaqlara öyrətdiklərini möhkəmləndirmək üçün mükəmməl bir imkan olacaqdır, xüsusilə də, əyləncəli formada. Bir çox hallarda siz uşaqlarda dərhal yerində düzəliş edə biləcəyiniz bu və ya başqa bir sualı və ya bilik problemini qeyd edəcəksiniz.

İllüstrasiyalı albomdan necə istifadə etmək? Bu dərslər flaneleqrafın köməyi ilə keçirilmək üçün yazılmışdır. Bu cür fiqurlar, həmçinin, illüstrasiyalı albomların tərtib olunmasında da istifadə olunublar. • Alboma hər bir dərs üçün altı rəsm və ya illüstrasiya daxildir. Dərs 1 üçün illüstrasiyalar bu

cür nömrələniblər: 1-1, 1-2, 1-3, 1-4, 1-5, 1-6. Dərs 2 üçün illüstrasiyalarda belə rəqəmlər var: 2-1, 2-2, 2-3 və s.

• Dərslərin mətnlərinə daxil olan illüstrasiya ilə olan flaneleqraf üçün səhnənin sxemini müqayisə etdikdə, siz görəcəksiniz ki, onlar eynidirlər, yaxud oxşardırlar.

• Əgər flaneleqraf üçün 1-ci səhnə və 1-ci illüstrasiya oxşardırlarsa, yaxud eynidirlərsə, onda əyani vəsait kimi illüstrasiyadan istifadə edin. Eyni şey dərsin bütün səhnələrinə də aiddir.

• Əgər siz dərsin heç bir səhnəsinə oxşamayan illüstrasiya ilə rastlaşacaqsınızsa və ondan istifadə edə bilməyəcəksinizsə, onda onu, sadəcə olaraq, ötürün.

5

Xülasə Dərs Mərkəzi

həqiqət Tətbiq Yadda saxlamaq üçün ayə

1. İsrailin əməl etmədiyi vəd

Nun oğlu Yeşua 24 Hakimlər 1Hakimlər 2:1-23

Allah əmr edir: “Allahın olan Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev.”

İman etməyən: Bu Əmrə əməl etmədiyini etiraf et və Məsihə etibar et ki, O, səni xilas etsin.

İman edən: Başqa adamlara, yaxud əşyalara izin vermə ki, sənin üçün Allahdan vacib olsunlar.

“...Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev”. (Matta 22:37)

2. Devora və Baraq İsraili xilas edirlər.

Hakimlər 4:1-24 (Devoranın nəğməsi: Hakimlər 5:1-31)

Allah hər şey üzərində ağalıq edir.

İman etməyən: İnan ki, Məsih sənin həyatın üzərində günahı və şeytanın hakimiyyətini dağıdacaqdır.

İman edən: İnan ki, insanlar sənə qarşı çıxanda, Allah sənə kömək edəcəkdir.

Matta 22:37-ni təkrarlayın.

3. Gideon Allaha görə cəsarətli olmağı öyrənir.

Hakimlər 6:1-40

Sən də Gideon kimi Rəbbin döyüşçüsü ol.

İman etməyən: Əgər sən İsa Məsihə iman etsən və xilas əldə etsən, “döyüşçü” olacaqsan.

İman edən: Şeytan ilə döyüş, Allaha qulaq as və Ona etibar et.

“Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o, sizdən qaçacaq.Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq…” (Yaq. 4:7-8).

4. Gideon və 300 adam medyanlara qarşı.

Hakimlər 7:1-25 Hakimlər 8:22-23, 28

Hər bir həqiqi məsihçi – döyüşçüdür.

İman etməyən: Başqa tərəfə keç – Öz Xilaskarın kimi Məsihə etibar et.

İman edən: Əldən düşmə və ayıq-sayıq ol.

Yaqub 4:7-8-i təkrarlayın.

5. Allah Şimşonu seçir.

Hakimlər 13:1-15:20

Hər bir imanlı üçün Allahın xü-susi planı var.

İman etməyən: İsa Məsihə iman edəndə Allahın sənin üçün olan planlarını bilməyə başlayacaqsan.

İman edən: Allah Öz planını sənin həyatında həyata keçirməyə başlayanda, sən daha çox İsaya oxşamağa başlayacaqsan.

“...Əminəm ki, sizdə xeyirli işə başlayan Al-lah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq”.(Fil. 1:6)

6. Şimşon və Delila Hakimlər 16:4-31

Günahlı hərəkətlər Allahdan uzaqlaşdırırlar.

İman edən: Allaha qayıt, Onun qarşısında öz günahını etiraf et.

“...amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günah-dan təmizləyir”. (1Yəh.1:7)

6

DƏRSİN PLANI

Giriş Nun oğlu Yeşua tarix dərsi deyirHadisələrin gedişatı:1. Nun oğlu Yeşua Allaha xidmət etməyə söz verir. 2. İsrail xalqı Allaha xidmət etməyə söz verir. MH3. Nun oğlu Yeşua vəfat edir.4. İsraillilər qeyri-yəhudilər barəsində Allahla məsləhətləşirlər. MH5. Allah onları istiqamətləndirir və qələbə verir. 6. Sonrakı nəsil bütlərə müraciət edirlər. MHİE

Kulminasiya Rəbbin mələyi gəlir. İsraillilər ağlayırlar. İsraillilər bütlərə qayıdırlar. MHİE

KulminasiyaAllah onların düşmənlərinə qələbə verir. MHİ

YekunAllah onlar üzərində hakimlər təyin edir.

Dərs 1 İsrailin əməl etmədiyi vəd

7

KƏLAM Nun oğlu Yeşua Hakimlər 1Hakimlər 2:1-23

MƏRKƏZİ HƏQİQƏT Allah əmr edir: “Allahın olan Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev”.

TƏTBİQ İman etməyən uşaqlar üçün: Bu Əmrə əməl

etmədiyini etiraf et və Məsihə etibar et ki, O, səni xilas etsin.

İman edən: Başqa adamlara, yaxud əşyalara izin vermə ki, sənin üçün Allahdan vacib olsunlar.

YADDA SAXLAMAQ ÜÇÜN AYƏ “ ... Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev” (Matta 22:37).

Bu ayəni uşaqlarla dərsin əvvəlində əzbərləməyi təklif edirik.

ƏYANİ VƏSAİT * İllüstrasiyalar: 1-1, 1-2, 1-3, 1-4, 1-5 və 1-6.* Fiqurlar : JD-1, JD-2, JD-3, JD-4, JD-5, JD-6, JD-7,

JD-8, JD-9a, JD-9b və JD-10. * Müjdələmək üçün əyani vəsaitlər: Əgər siz flanele-

qraf istifadə edirsinizsə, 1-1 və 1-3 və ya illüstrasiya 1-4 və 1-5.

8

Dərs 1 Səhnə 1 Məktəbdə ən çox sevdiyin fənn hansıdır? Riyaziyyat? Coğrafiya? Rəsm? Bəs tarix kimin xoşuna gəlir? Nun oğlu Yeşua bir dəfə israillilərə tarix dərsi demişdir! (JD-1, Nun oğlu Yeşua, JD-2, israillilər və JD-4, şəhər fiqurlarını yerləşdirin). O, israillilərə Allahın İbrahimə etdiyini xatırlatmışdır (Əgər uşaqlar İbrahim haqqında olan hekayəni bilirlərsə, onlardan Allahın onun üçün nə etdiyini soruşun. Ona torpaq, oğul və s. verdi?). Nun oğlu Yeşua onlara Allahın Öz xalqını Misirdən necə möcüzəli yolla çıxartdığını danışdı. Əhvalatı dinləyənlərdən çoxu sanki İordan çayından Kənan torpağına keçməni yenidən öz gözləri ilə gördülər – axı onlar orda olmuşdular! Nun oğlu Yeşua davam etdi: - Allah deyir: “Üzərində işləmədiyiniz bir torpağı, tikmədiyiniz şəhərləri sizə verdim ki, orada yaşayasınız. Salmadığınız bağlardan və zeytunluqlardan yeyirsiniz” (Nun oğlu Yeşua 24:13). İsraillilər bilirdilər ki, bunların hamısı – təmiz həqiqətdir, ola bilsin ki, onlar razılıq nişanı olaraq başlarını da yelləyirdilər. Amma Nun oğlu Yeşua hər şeyi demədi. - Buna görə də, - o insanları inandırırdı, - bütün yalançı allahları atın. Onların haradan olduqları vacib deyil, onlardan azad olun! Özünüzü tamamilə Allaha verin. Və o haqlı idi, elə deyilmi? Nə üçün onlar yeganə, həqiqi və canlı Allahı tanıyaraq daşdan düzəldilmiş bütü izzətləndirməli idilər? Onlar dəfələrlə Onun izzətini və qüdrətini görmüşdülər və öz təcrübələrindən bilirdilər ki, Allah onların, Öz xalqının qayğısına qalırdı. Onlar, həmçinin, Onun əmrini də xatırlayırdılar: “Məndən başqa allahların olmasın” (Çıxış 20:3). Necə fikirləşirsən, israillilər Nun oğlu Yeşuanın məsləhətinə əməl etdilər? Nun oğlu Yeşuanın özü onlar üçün nümunə idi. O, elan etdi: - Biz də Rəbbə xidmət edəcəyik, ona görə ki, O – bizim Allahımızdır – onlar söz verdilər. Məhz sən və mən də belə etməliyik. Rəbb - yeganə Allahdır. O, möcüzəli və qüdrətli, xeyirxah və sevəndir. Yer üzündə olan hər bir insan Onu sevməlidir – tamamilə 100 %. Amma təəssüf ki, bu, baş vermir. Bəzən dostlar bizim üçün Allahdan daha vacibdirlər. Nə vaxtsa dostların valideynlərinin icazəsi olmadan səni harasa getməyə təhrik ediblərmi? Bu, dostlarının sənin üçün Allahdan daha vacib olduğunu deyir. Bəzən biz bütün günü, bəzən isə bütün həftəni Allahı heç xatırlamırıq. Və bu, bizi yaradan Allahı incidir. Bu, Onun əmrlərinə itaətsizlikdir. Onu mənimlə birlikdə tələffüz edə bilərsən? “Rəbb Allahı sev...” Sən Allahı həmişə birinci yerə qoyur-san? Xeyr! Elə mən də. İsraillilər də, həmçinin, bunu həmişə

MH

İllüstrasiya 1-1

99

etmirdilər, amma indi onlar belə görünürdü ki, Allahı sevməyə və Ona qulaq asmağa ciddi qərar vermişdilər. Nun oğlu Yeşua bilirdi ki, xalqa öz vədini saxlamaq çox çətin olacaqdır. Kənan torpağında başqa allahlara sitayiş edən hələ çox adam qalmışdır. Nun oğlu Yeşua israillilərə dedi: - Mən, sizin verdiyiniz vədi xatırlatmaq üçün böyük daş qoyacağam.

Səhnə 2 Bundan qısa müddət sonra Nun oğlu Yeşua vəfat etdi. İsraillilər çox kədərlənmişdilər, çünki o, çox yaxşı rəhbər idi. Amma Allah əvvəlki kimi onların Allahı olaraq qalırdı və onların yanında idi. Çox insanlar öz vədlərini saxlayır və bütünlüklə Rəbbin ardınca gedirdilər. Və bunun sayəsində onlar öz problemlərini başqa cür həll edirdilər. O torpaqda bütlərə sitayiş edən çoxlu kənanlılar yaşayırdılar. Al-lah Kənan torpağını Öz xalqına verməyi qərara aldı və insanlara dedi ki, onlar o torpaqda yaşayan adamları qovmalıdırlar. Bəs bunu necə etmək olar? İsraillilər müdrik hərəkət etdilər: onlar məsləhət üçün Allaha müraciət etdilər. Allah, israillilərdən kimin və kimə qarşı döyüşəcəyini onlara yenidən və yenidən dedi. Onlar qələbə çaldılar? Bəli! Hətta onlar nəhəng adamlara qarşı döyüşəndə belə! Müqəddəs Kitabda onların uğurlarının sirrinin nədə olduğu haqqında oxumaq olar (Hakimlər 1:22-ni oxuyun). “... və Rəbb onlarla idi”. Tədricən, İordan çayından Kənan torpağına keçməyi xatırlayan israillilər öldülər. Onların övladları yalnız o vaxt baş verənləri eşitmişdilər. Onlara Allahın yollarını öyrədirdilər, amma eyni vaxtda, onlar qonşularının sitayiş etdikləri bütləri də görürdülər. (JD-3, büt, JD-9a və JD-9b, sitayiş edən israillilər). Onlar insanların bütlərə sitayiş edərkən necə rəqs etdiklərini və şərab içdiklərini görürdülər. Və onda israillilər öz qonşularına qoşulurdular və onlar kimi yalançı allahlara sitayiş etdilər. Əgər sən onlardan soruşsaydın: “Siz Rəbb Allaha inanırsınız?”, onda onlar cavab verərdilər: “Hə, əlbəttə”. Amma eyni vaxtda, on-lar öz sevgilərini və səcdələrini Allah və bütlər arasında bölüşməyə çalışırdılar. Nə üçün bu, qeyri-mümkündür? (Qoy uşaqlar öz cavablarını təklif etsinlər). Və bizim dövrümüzdə də insanlar eyni şeyi etməyə çalışırlar. Onlar Allaha, həyatlarının yalnız kiçik bir hissəsini vermək istəyirlər. Onlar imanlı cəmiyyətinə gedirlər, ola bilsin ki, dua edirlər. Amma yalnız elə bu. Qalan vaxtı isə onlar istədiklərini edirlər və hətta heç fikirləşmirlər ki, Allah nə istəyir? Bəs sən necə edirsən? Məsihçi olmaq – hər şeydə Allaha itaət etmək deməkdir. O, qalan hər şeydən vacib olur. Ola bilsin ki, sən indi görürsən ki, Allaha kifayət qədər vaxt ayırmırdın və sən bu haqda çox peşmansan. Allah deyir: “Günahlarınız silinsin deyə, tövbə edib Allaha tərəf dönün...” (Həv.iş. 3:19). Allahın sənin günahların haqqında dedikləri ilə razılaşın, ondan üz döndər və Rəbb İsaya, öz Rəbbinə və Xilaskarına

MH

MHIE

10

etibar et. Və sonra sən tədricən Onu bütün varlığınla sevməyi öyrənəcəksən. Mən özüm bunu hələ öyrənirəm! Və mən həqiqətən Allahı daha çox sevmək istəyirəm. Amma israillilər bunu istəmirdilər. Onlar vaxtın daha çox hissəsini bütlərlə, onlara sitayiş etməklə keçirirdilər və onların həyatı yanında yaşadıqları kənanlıların həyatı kimi olurdu.

Səhnə 3 Allah qəzəbləndi və torpağa elçi göndərdi. (JD-2,israillilər və JD-5, mələk fiqurlarını yerləşdirin).Biz onun necə göründüyünü bilmirik, amma şübhəsiz ki, insanlar onun kim olduğunu başa düşürdülər. Müqəddəs Kitab bizə deyir ki, o, “Allahın mələyi” idi. Mən əminəm ki, mələk Allahın xəbərini gətirənə qədər tam sükut idi. - Mən ona görə dedim ki, siz qeyri-yəhudilər ilə sazişə girməyəsiniz. Mən ona görə dedim ki, siz onların allahlarının qurbangahlarını dağıdasınız. Amma siz Mənə qulaq asmadınız. Və Mən bir daha onları bu ölkədən qovmaqda sizə kömək etməyəcəyəm. Onlar sizin üçün ilgək kimi olacaqlar, onların allahları isə sizin üçün tor kimi olacaqdır. İsraillilərin yerində olsaydın, sən nə hiss edərdin? Müqəddəs Kitab deyir ki, insanlar ağlamağa və Allahı çağırmağa başladılar. (JD-2 götürün və JD-6, ağlayan israillilər fiqurlarını yerləşdirin). Onlar Allaha qurban gətirdilər (JD-7 və JD-8, qurbangah və quzu fiqurlarını yerləşdirin) və elə görünürdü ki, indi hər şey başqa cür olacaqdır. Təəssüf ki, hər şey əvvəlki kimi qalırdı. Onlar kənanlılarla dostluq etməyə və yad allahlara sitayiş etməyə davam edirdilər. Onlar Al-lah qarşısında öz günahlarını dərk etdiklərinə və o barədə peşman olduqlarına görə ağlamırdılar, sadəcə olaraq, ona görə ağlayırdılar ki, onları cinayət üstündə tutmuşdular. Qısa müddətdən sonra onlar özlərini elə aparırdılar ki, guya ciddi olaraq dəyişməyə qərar veriblər, amma əslində, hər şey olduğu kimi qalırdı (Bütün firuqları yığışdırın). Əgər sən hələ Allaha müraciət etməmisənsə, Allah istəyir ki, sən həyatının indiyə qədər necə düzgün olmadığını görəsən və başa düşəsən (1-1 müjdələmə vəsaitini göstərin). O, səni tamamilə dəyişmək istəyir. Əgər sən də bunu istəyirsənsə, öz qərarın haqqında Ona de. İnan ki, İsa sənin günahlarına, sənə görə ölübdür (1-3 müjdələmə vəsaitini göstərin). Müqəddəs Kitabda deyilir: “... O, şər əməllərimiz naminə əzildi....” (Yeş. 53:5). Bu gün O, sağdır, buna görə də, əgər sən Ona inansan, O, səni xilas edə və həyatını dəyişə bilər. Ola bilsin ki, sən bunu istəyirsən, amma sənin hələ vermək istədiyin sualların var. Başqaları gedəndən sonra, xahiş edirəm, yaxınlaş (yeri göstərin) və mən sevinərək səninlə danışaram – sənin hər şeyi yaxşı başa düşməyin çox vacibdir. Əgər sən həqiqi məsihçi olsan, səndə Allahı sevmək və Ona qulaq asmaq istəyi yaranacaqdır. Və bu, israillilər kimi yalnız sözdə yox, həqiqi olacaqdır.

İllüstrasiya 1-2

Bir çox Müqəddəs Kitab tədqiqatçıları hesab edirlər

ki, bu Allahın Zühur etməsi (Teofaniya) – Məsihin bədən almasına qədər

zühuru idi.

MHIE

İllüstrasiya 1-3

İllüstrasiya 1-4

MHIE

İllüstrasiya 1-5

1111

Səhnə 4 (JD – 9a və JD-9b, sitayiş edən israillilər, və JD- 3, büt fiqurlarını yerləşdirin).Allahın xəbərdarlıq etdiyi şeylər, həqiqətən də, baş verdi. İsraillilər döyüşməyə getdilər və darmadağın olmuşdular. Düşmənlər həmişə onlara basqınlar edirdilər (JD-10, düşmənlər fiqurunu yerləşdirin). Nə üçün bu, baş verdi? (Qoy uşaqlar cavab versinlər). Kaş ki, israillilər Allaha sadiq qalsaydılar! Allaha inananlar çox ehtiyatlı olmalıdırlar ki, başqa adamlara, yaxud əşyalara Allaha məxsus olan yeri tutmağa izin verməsinlər. Bəzən bu, elə asta və tədricən baş verir ki, biz hətta bunu heç görmürük də. Samir məsihçi idi. O, həmçinin, yaxşı üzgüçü də idi. O, bir çox yarışlarda iştirak edirdi və çox səylə məşqlər edirdi. Bir dəfə dərsdən sonra “Xoş xəbər” dərnəyində müəllimə ona dedi: - Samir, son vaxtlar sən dərnəyə çox az gəlirsən, bu, nədəndir? Samir təəccübləndi: - Doğrudan? Mən heç bu haqda fikirləşməmişdim. Evə gedərkən yolda o fikirləşdi və başa düşdü ki, sıx-sıx məşqlərə görə “Xoş xəbər” dərnəklərini ötürürdü, bəzən isə dərslərin olmasını tam unudurdu. Yavaş-yavaş üzgüçülük Samir üçün hər şeydən vacib oldu. İndi o, hər şeyi necə düzəltməlidir? (Uşaqlar ilə müzakirə edin). Allah Öz övladlarının həyatlarında birinci yerdə, Onun övladları üçün isə, Onun onlar üçün hər şeydən daha vacib olmasını istəyir. Amma israillilər heç bir şeyi düzəltmək istəmirdilər. Və onların həyatları çətin və təhlükəli oldu. Bu, inanılmaz görünür, amma Al-lah hələ də israilliləri sevirdi. O, onlara kömək edən və düşmənlər üzərində qələbə çalan yeni rəhbərlər verir, hakimlər qoyurdu. Bəzən onlar hakimlərə qulaq asırdılar və Allaha itaət edirdilər. Amma bəzən onlar, sadəcə olaraq, onlara heç fikir belə vermirdilər. Sən də onlar kimi olma! Əgər sən hələ xilas olmamısansa, öz günahlarında dön, Rəbb İsaya müraciət et, Müqəddəs Kitabda deyildiyi kimi: “Beləliklə, tövbə edin və Allaha tərəf dönün...” Yadındadır, onda Allah nə edəcəkdir? Sənin bütün günahlarını unudacaqdır. Allah az-az səni elə dəyişəcəkdir ki, səndə bütün varlığın ilə Onu sevmək istəyi yaranacaqdır.

Verilə biləcək suallar: “Samir nəyi düzgün etməmişdir?” “O, bütün bunları necə düzəldə bilər?” “Məsihçinin həyatında Allahın yerini daha nə tuta bilər?”

İllüstrasiya 1-6

MHI

12

Əyani fəaliyyət Qoy uşaqlar ayəni yadda saxlamaq üçün, bir az yer saxlayaraq

kartoçkaya yapışdırsınlar. Kartoçkanın aşağısında kiçik bir yarıq edin. Qoy məsihçi uşaqlar balaca kağız parçasında, onların həyatında Allahın yerini kim və nə tutursa, onu yazsınlar. Sonra bu vərəqi yarığa qoymaq lazımdır. O, xatırlatmağa xidmət edəcəkdir ki, uşaqlar Allahdan onlara güc verməyi və bu şeylərə Onun yerini tutmağa izin verməsinlər.

Təkrarlamaq üçün suallar1. Nə üçün Nun oğlu Yeşua insanlarla onların tarixi haqqında

danışdı? (Ona görə ki, onlara göstərsin ki, onlar başqa al-lahlara sitayiş etməyi tərk edib, Allahı sevməlidirlər və Ona qulaq asmalıdırlar.).

2. Nun oğlu Yeşua necə hərəkət edəcəyini onlara bildirdi. O dedi: “... mən və mənim evimdəkilər...” Cümləni tamamlayın. (“...Rəbbə qulluq edəcək.”).

3. Adamlar cavabında nə söz verdilər? (Rəbbə xidmət etməyə söz verdilər).

4. Nun oğlu Yeşua onlara verdiklərini xatırlatmaq üçün nə etdi? (O, daş qoydu.).

5. Nə üçün bu adamlara da, bizə də sizinlə Allahı 100% sevmək belə çətindir? (Onlar da, biz də - günahlıyıq.).

6. İsrail nə vaxt öz vədinə əməl etməyi dayandırdı? (Allahın möcüzələrini görən və xatırlayan adamlar öləndə.).

7. Burada hansı sözlər çatışmır? “...Allahın Rəbbi qəlbinlə, varlığınla və düşüncənlə sev”. (Bütün)

8. İsrail Allahdan “bağışlanma” dilədi, amma bunların yalnız sözlər olduğunu biz haradan bilirik? (Onlar başqa Allahlara sitayiş etməyə və Allaha məqbul olmayan şeylər etməyə davam edirdilər).

9. Məsihçinin həyatında Allahın yerini nə tuta bilər? (İdman, dost, kompyuter və s.).

10. Nə üçün hər bir insan Allahı bütün qəlbi ilə sevməlidir? (Çünki, O, yeganə Allahdır).

12

Təkrarlamaq üçün oyun

“Şarı partlat”On şar doldurun və onların hər birinin içinə xalların sayı olan kağız qoyun. Əgər uşaq suala

düzgün cavab veribsə, o, 100 xal əldə edir. O, həmçinin, istənilən

bir şarı seçə və onu partlada bilər və içində əlavə xallar da tapa

bilər.

KƏLAM Hakimlər 4:1-24 (Devoranın nəğməsi: Hakimlər 5:1-31)

MƏRKƏZİ HƏQİQƏT Allah hər şey üzərində ağalıq edir.

TƏTBİQ İman etməyən uşaq üçün: İnan ki, Məsih

sənin həyatın üzərində günahı və şeytanın hakimiyyətini dağıdacaqdır.

İman edən: İnan ki, insanlar sənə qarşı çıxanda, Allah sənə kömək edəcəkdir.

YADDA SAXLAMAQ ÜÇÜN AYƏ Matta 22:37-ni təkrarlayın.

ƏYANİ VƏSAİT* İllüstrasiyalar: 2-1, 2-2, 2-3, 2-4, 2-5 və 2-6.* Fiqurlar: JD-3, JD- 9а, JD-9b, JD-11, JD-12, JD-13, JD-14, JD-15, JD-16, JD-17, JD-18, JD-19, JD-20 və JD-21.

Dərs 2 Devora və Baraq İsraili xilas edirlər

13

DƏRSİN PLANI

Giriş Düşmənin böyük ordusu qarşısında duran-

da, nə hiss edərdin? Hadisələrin gedişatı 1. İsraillilər yenidən bütlərə sitayiş

edirlər.2. Düşmənlər 20 il onlara zülm edirlər. MH 3. İsrail kömək üçün Allahı çağırır. MHİE4. Devora hakim olur. 5. İsraillilər məsləhət üçün Devoranın

yanına gəlirlər.6. Devora Baraqı yanına çağırır və ona

göstərişlər verir. MHİ7. Baraq Devoradan xahiş edir ki, döyüşə

onunla getsin.8. İsraillilər ordu toplayırlar, Sisranın

ordusu isə yaxınlaşır.9. Devora qələbə üçün israilliləri

ruhlandırır.Kulminasiya

Allah Sisranı çaşqınlığa salır. MHİ Sisra Yaelin çadırına qaçır.Yael onu öldürür.

YekunDevora, Baraq və İsrail Allaha həmd edir- lər. MHİE

14

Dərs Doqquz yüz dəmir cəng arabası! Minlərlə düşmən döyüşçüsü!

Dördnala çapan yüzlərlə at! Əgər sən qədimdə yaşayan döyüşçülərin yerində olsaydın və belə düşmənlərə qarşı çıxmalı olsaydın, özünü necə hiss edərdin? Və bununla belə, sənin or-dunda müdafiə olunmaq üçün hətta heç bir qılınc, yaxud qalxan olmasaydı. Sən hansı hissləri keçirərdin? Qorxu? İsrail xalqı da qorxu içində idi. Hərbi rəhbər Sisarın ordusu onları dəhşətə gətirmişdir.

Səhnə 1 (JD-3, büt, JD-9а və JD-9b, sitayiş edən israillilər və JD-11,

düşmənlər). İsrail xalqı Allaha sadiq qalmaq haqqında öz vədini unutmuşdur.

İnsanlar yenidən canlı Allaha yox, bütlərə sitayiş etməyə başlamışdılar. Bu dəfə onların inadcıl itaətsizliyi 20 il davam etdi. Və bütün bu iyirmi il ərzində düşmənlər qəddarcasına onlara zülm edirdilər.

Yadındadır, İsrailin ordusu tamamilə silahsız idi. Hərbi rəhbər Sisranın ordusu israillilərdən dəmir və alətləri götürmüşdülər ki, onlar silah düzəldə bilməsinlər. İsraillilər çox köməksiz və qorxmuş idilər.

20 il müddətində Allah Öz xalqının itaətsizliyini cəzalandırmaq üçün düşmənlərdən istifadə etdi. Hərbi rəhbər Sisra da daxil ol-maqla, bütün düşmənlər heç şübhələnmirdilər də ki, Allah onlardan istifadə edir. Rəbb Öz xalqını itaətsizliyə görə cəzalandırdı. O, Özünə məqbul olan hər bir şeyi edə bilər, həm də kimə istəsə edə bilər. O – Allahdır! O, hər şey üzərində ağadır. Müqəddəs Kitabın Allah haqqında dediklərinə qulaq as (2 Sal. 20:6). “Ya Rəbb, atalarımızın Allahı, göylərdə olan Allah Sən deyilsənmi? Bütün millətlərin padşahlıqları üzərinə hakim olan Sən deyilsənmi? Qüdrətlə qüvvət Sənin əlindədir və heç kim Sənə qarşı dura bilməz!”.

Sisra o dövrün ən yaxşı hərbi rəhbərlərindən idi, amma Allah ilə müqayisədə o, heç kim idi. Sisarın hansısa səlahiyyəti var idi, amma Allahın səlahiyyəti – sərhədsizdir. O necə də böyükdür! İsraillilər bütlərə müraciət etməklə ağılsız hərəkət etmədilərmi?

Mən şübhələnmirəm ki, 20 illik əzabda onlar bu allahlardan kömək istəməyə cəhd etmişdilər. Amma kömək yox idi. Və on-lar bu cür həyata daha dözə bilməyəndə, onlara kömək etməsini diləyərək Allahı çağırdılar. Yəqin ki, onlar Allaha bu cür sözlərlə müraciət etdilər:

- Rəbb, xahiş edirik, bizi xilas et. Bizi bu dəhşətli ordudan xilas et!

Allah düşmən ordusundan istifadə etdi ki, Öz xalqını Özünə qaytarsın. Nəhayət ki, onlar başa düşdülər ki, yalnız Allah bu or-duya qalib gələ bilər, ona görə ki, O, hamıdan güclüdür

(Bütün fiqurları yığışdırın.).

Yardımçı, yaxud böyük uşaqlardan biri Müqəddəs Kitab

ayəsini oxuya bilər.

İllüstrasiya 2-1

MH

1515

Xəritə böyük uşaqlara istiqaməti təyin etməkdə kömək edə bilər.

Bizim ən yaman düşmənimizin kim olduğunu bilirsən? Doğrudur, şeytan və günah. Allah şeytandan daha güclüdür. Onun gücü hər bir günaha qalib gəlir.

O, Rəbb İsa Məsihi həyata qaytarmaqla bunu sübut etdi. Məsih bizim günahlarımıza görə öldü, amma O, ölü olaraq qalmadı. Və O, səni də günahın və şeytanın ölü tutmalarından xilas edə bilər. Sən yaxşı olmağa çalışırsan, amma əgər sən hələ xilas olmayıbsansa, bu, səndə alınmayacaqdır. Ola bilsin ki, sən çirkli sözlərdən qurtulmağa çalışırsan, amma bir-iki gündən sonra aydın olur ki, sən daha çox dava etməyə başlamısan. Günah və şeytan səndən daha çox güclüdürlər. Amma Rəbb İsa “...O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir.....” (İbr. 7:25). Əgər sən Ona etibar etsən və inansan ki, O, səni Allaha gətirəcəkdir, onda O, səni günahdan və şeytandan xilas edəcəkdir. Allah hamıdan güclüdür, buna görə də, Sisra, sadəcə olaraq, Onunla müqayisədə heç bir şey idi.

Səhnə 2 (JD-12, palma və JD-13, Devora fiqurlarını yerləşdirin). Allah israillilərə yaxşı və müdrik Devoranı - qadın hakimi

verdi. Necə fikirləşirsən, onlar Allahın onlara yardım etməsinə layiq idilər? Heç də yox! Amma bizim Allah – xeyirxah və mərhəmətlidir, buna görə də O, Devoranı seçdi ki, o, israillilərə rəhbərlik etsin.

(JD-14, israillilər fiqurunu yerləşdirin).Hakim – qanunları bilən və onlara əsasən düzgün qərarlar verən

adamdır. Devoranın bildiyi qanunu Allah vermişdir. Adamlar arasında mübahisələr olanda, onlar Devoraya gəlirdilər və o, hər bir işə baxırdı. Allah Devoraya müdriklik və başa düşmə vermişdir, buna görə də, insanlar onun məsləhətlərinə hörmətlə yanaşırdılar (JD-14, israillilər fiqurunu yığışdırın.).

Bir dəfə Devora, çox uzaqda, şimal ölkəsində yaşayan Baraqı çağırdı ki, onunla görüşsün.

(JD-15, Baraq fiqurunu yerləşdirin). - Baraq, Rəbb - İsrailin Allahı, sənə Favor dağına getməyi

və özünlə on min adam götürməyi əmr edir. Allah ora bütün cəng arabaları və döyüşçüləri ilə birlikdə hərbi rəhbər Sisranı gətirəcəkdir. Və Allah Sisra üzərində sənə qələbə verəcəkdir!

Devora tamamilə Allaha etibar edirdi. O bilirdi ki, əgər Baraq və israillilər Ona qulaq assalar, onda O, mütləq onlara qələbə verəcəkdir. Devora bilirdi ki, Allah Sisradan və onun bütün böyük ordusundan güclüdür. Əgər sən Rəbb İsanı sevirsənsə, sənin həyatında da “Sisra” peyda ola bilər: Bu, sənə qarşı olan adamdır. Ola bilsin ki, sənin evində, yaxud məktəbdə kimsə sənə güləcəkdir ki, sən imanlısan. Onlar səni zəif və ağılsız yerinə qoymaq istəyirlər. Allahın dediklərinə qulaq as (Məz. 34:16-18-i oxuyun). “Rəbbin üzü şər iş görənlərə qarşıdır, yer üzündə onlardan nişanə qoymayacaq. Salehlər fəryad çəkəndə Rəbb eşidir, onları bütün əzablarından azad edir.”

İllüstrasiya 2-2

Kəlamdan olan yerləri kartoçkada yazın, qoy uşaqlar onları evə aparsınlar. Yaxud dərsdən sonra uşaqlara Müqəddəs Kitabdan ayələri tapmaqda kömək edin.

İllüstrasiya 2-3

MHI

MHIE

16

Sənin həyatını korlayan insanlardan Allah səni necə xilas edəcəkdir? O, onları elə dəyişdirə bilər ki, onlar sənə gülməyi dayandıra bilərlər. O, elə edə bilər ki, sən onlarla daha az-az görüşə bilərsən. O, səni o qədər cəsur və güclü edə bilər ki, sən bu çətinliklərdən keçə bilərsən. Yalnız yadda saxla ki, indi bütün sənə qarşı olan adamlar, Allahdan çox kiçik və zəifdirlər. Ola bilsin ki, sən Müqəddəs Kitabda bu ayəni qeyd etməlisən ki, sənin üçün onu tapmaq asan olsun.

Devora Allahın nə etməyə qadir olduğunu çox gözəl başa düşürdü, amma Baraq bundan elə də əmin deyildi. Müqəddəs Kitab Baraqın ona nə cavab verdiyini deyir. Gəlin Allahın Sözündən onun cavabını oxuyaq. “Əgər sən mənimlə bərabər getsən, mən də gedəcəyəm, yox, əgər mənimlə bir getməsən, mən də getməyəcəyəm» (Hak. 4:8).

Nə üçün Baraq belə cavab verdi? (Qoy uşaqlar öz təkliflərini desinlər). Müqəddəs Kitab bunu bizə izah etmir. Devora ona cavab verdi: “... mən mütləq səninlə bir gedəcəyəm...” (Hak. 4:9). Devora bilirdi ki, Allah böyükdür və qadirdir və Sisra ilə döyüş – Onun üçün problem deyildir. Allah hər şey üzərində ağalıq edir. Devora Baraq ilə getməyə ona görə razılıq verdi ki, o, döyüşə tək getməyə qərar verə bilmirdi. Amma indi qələbənin izzəti ona aid ola bilməzdi – o, qadına keçdi.

Səhnə 3 Devora onunla bir yola düşdü və tezliklə 10 000 adam Favor

dağında toplaşdı (JD – 16, döyüşçülər fiqurunu yerləşdirin). Allah elə etdi ki, hərbi rəhbər Sisra İsrail ordusunun harada

olduğundan xəbər tutdu, və o, əlbəttə ki, öz böyük 30 000 nəfərlik ordusu ilə o səmtə yola düşdü. Onlar Qişon çayının yanında yerləşmişdilər.

(JD-11, döyüşçülər fiqurunu yerləşdirin.) Sisranın ordusu vadidə peyda olanda (JD-13 və JD-15, Devora

və Baraq fiqurlarını yerləşdirin), Devora, Baraq və bütün israillilər onların yerləşdiyi yeri dağın təpəsindən çox yaxşı görürdülər. Devora bundan sonra da hələ Allaha elə etibar edirdi? (Qoy uşaqlar cavab versinlər).

Devora dedi: - Qalx! Bu gün Rəbb Sisranı bizim əllərimizə verəcəkdir!

Devora döyüşə Allahın onlardan irəli gedəcəyindən o qədər əmin idi ki, heç narahat olmurdu. Əgər o, bu iki ordunu özü ilə müqayisə etsəydi, onda qorxa bilərdi. Əgər o, cəng arabalarına və silahlara fikir versəydi, onda düşmən ordusuna qarşı çıxmağa belə qorxardı. Amma Devora bilirdi ki, hər şey etibarlı əllərdədir, Allahın əlindədir. O bilirdi ki, Onun Allahı, İsrailin Allahı, hər şey üzərində ağalıq edir. Və Ona qalib gəlmək qeyri-mümkündür.

Maraqlıdır, görəsən Baraq dağdan aşağı qaçanda və bütün ordu isə onun ardınca gedəndə: “HÜCUMA!” – deyə, qışqırdımı?

İllüstrasiya 2-4

1717

(JD-13, Devora, JD-15, Baraq və JD-16, döyüşçülər fiqurunu yığışdırın. JD-17, bulud fiqurunu yerləşdirin).

Baraq Allaha itaətə ilk addımlarını atanda, Allah dolu və şimşəkli şiddətli yağış tufanı göndərdi.

Necə də gözlənilmədən! Adətən, ilin bu fəslində yağış olmur. Elə yağış yağdı ki, Baraq döyüşçülər ilə dağın ətəyinə düşəndə, Sisranın ağır cəng arabaları palçığa batdılar!

(JD-11, döyüşçüləri yığışdırın. JD-18, cəng arabaları və JD-19, qaçan döyüşçülər fiqurunu yerləşdirin).

Çay daşdı və qaçış qeyri-mümkün oldu. Görürsən, Rəbb havanı da idarə edir! O, küləyi, yağışı, günəşi, tufanı və dolunu idarə edir və istədiyi şeyi edir.

Rəbb Sisranı və onun cəng atlarını çaşqınlığa gətirdi. Sisranın döyüşçüləri hər yerə səpələnmişdilər, bəziləri elə öz qılınclarının üstünə yıxılırdılar. Baraq düşmən döyüşçülərini, onlardan biri də sağ qalmayana qədər izlədi (JD-18, cəngli atlar və JD- 19, döyüşçülər fiqurlarını yığışdırın.).

Necə bir döyüş! Nə üçün İsrail qələbə çaldı? (Qoy uşaqlar cavab versinlər.Yenidən mərkəzi həqiqəti qeyd edin.)

Əziz dost, əgər sən artıq Rəbbə etibar etmisənsə, yadda saxla ki, Məzmur 34-də oxuduğumuz Allah haqqındadır. 16 və 18-ci ayələrə qulaq as və Allahın nəyi etməyi vəd etdiyini de. Başqa adamlar sənə qarşı olanda, O, sənin yanındadır. Doğrudan, bunu bilmək və Ona etibar etmək gözəl deyilmi? Elə indicə Ona de: “Rəbb Allah, Sən hər şeyi bilirsən, kimin mənə qarşı olduğunu bilirsən. Xahiş edirəm, mənə yardım et. Mən bilirəm ki, Sən mənə yardım edə bilərsən, ona görə ki, Sən hər şey və hamı üzərində ağalıq edirsən. Mən bilirəm ki, Sən yardım etməyə söz vermisən.” Allaha qalib gəlmək qeyri-mümkündür.

(JD-20, qaçan Sisra fiqurunu yerləşdirin). Hərbi rəhbər Sisra məğlubiyyətə uğradı və o, bunu bilirdi. O

elə qorxdu ki, hətta öz cəngli atlarını qoydu və qaçmağa başladı. O, Yael adlı qadının çadırına qaçdı və dincəlmək üçün orada qaldı. Amma o, yaxşı yuxuya gedəndə, Yael çadırın dirəyini götürdü və onun gicgahına sancdı. Sisra oyanmadı, o öldü (JD-20, Sisra fiqurunu yığışdırın).

Baraq hər yerdə Sisranı axtarırdı. - Gəlin mənimlə gedək, mən onun harada olduğunu sənə

göstərəcəyəm – Yael ona dedi. O, Baraqı öz çadırına gətirdi və ölmüş sərkərdəni gördü. Bu

qələbənin şərəfi kimə məxsus idi? Devoranın da əvvəlcədən dediyi kimi, Yael, qadına. O, bunu əvvəlcədən bilirdi, çünki Allah bu haqda ona demişdi.

Səhnə 4 (JD-13, Devora, JD-15, Baraq və JD-21, israilliləri

yerləşdirin.) İsraildə böyük bayram idi. Devora, Baraq və bütün İsrail xalqı

İllüstrasiya 2-5

Uşaqların cavablarını yazın.

MHI

İllüstrasiya 2-6

18

Allaha həmd nəğmələri oxuyurdu. Onlar, hətta onlar layiq olma-yanda belə, Allahın onları düşməndən xilas etdiklərinə görə Ona minnətdarlıq edirdilər. Onlar, Allahın onların Allahı olduğuna görə çox şad idilər. O, sənin də Allahındır? Sən bilirsən ki, O, sənin həyatında olan şeytandan və istənilən günahdan daha güclüdür? Əgər sən bu düşmənlərdən qurtulmaq istəyirsənsə, Rəbb İsaya gəl. O, “...Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir.....” (İbr. 7:25). Ona de ki, sən günahdan və şeytandan xilas olmaq istəyirsən. Özünü bütünlüklə Ona ver. Rəbb İsa sənin günahlarına görə ölübdür: şeytan istəmirdi ki, bu, baş versin, amma Rəbb İsa ona qalib gəldi. Sonra Rəbb İsa dirildi. Şeytan bunun baş verməsini istəmirdi, amma Rəbb İsa yenidən ona qələbə çaldı. Şeytan istəmir ki, sən xilas ola-san, amma Rəbb İsa bu vəziyyətdə də ona qalib gələ bilər. O, səni həmişəlik xilas edə bilər! Onun böyük gücü isə, O, səni dəyişdirəndə və səni görmək istədiyi kimi edəndən sonra sənin həyatında büruzə edəcəkdir. Hər bir vəziyyətdə O, səninlə olacaqdır, Devoraya və israillilərə kömək etdiyi kimi, sənə də kömək etməyə hazır olacaqdır.

Təkrarlamaq üçün suallar 1. Nə üçün Allah hətta qüdrətli xalqları belə, Öz istədiyini

etməyə məcbur edə bilər? (Ona görə ki, O – hər şeyə qadir-dir.).

2. Allah nə üçün Öz xalqına cəza verirdi? (Onlar bütlərə sitayiş edirdilər.).

3. Allah hansı qüdrətli hərbi rəhbəri İsrailə qarşı göndərdi? (Sisranı.).

4. Allah İsraili düşmənlərdən xilas etməyi qərara alanda, kimi onların rəhbəri təyin etdi? (Devoranı).

5. Allah, günahdan və şeytandan daha güclü olduğunu necə göstərdi? (Rəbb İsanın ölülərdən dirilməsi vasitəsilə).

6. Devora Baraqa əmr edəndə ki, o, Sisraya qarşı getsin, o De-voraya nə cavabı verdi? (O dedi ki, əgər Devora da onunla birgə getsə, o, bunu edəcəkdir.).

7. Nə üçün Devora döyüşə getməkdən qorxmurdu? (O bilirdi ki, Allah qələbə çalacaqdır.).

8. Əgər sən - məsihçisənsə, sənin həyatında kim “Sisra” ola bilər? (Sənə qarşı çıxan şəxs).

9. Belə vəziyyətdə sən nə etməlisən? (Allaha etibar etməlisən ki, O, hər şeyi düzəldəcəkdir.).

10. Allah İsrailə qələbəni necə gətirdi? (O, düşmənin düşərgəsinə qarışıqlıq saldı.).

11. Sisra necə öldü? (O yatarkən, onu Yael adlı qadın öldürdü.). 12. Cümləni tamamlayın: “Allah ağalıq edir...” (“...hamı

üzərində”).

MHIE

Təkrarlamaq üçün oyun

“Qüllə tikirik” Sizə 14 ədəd birdəfəlik istifadə

olunan plastik stəkan lazım olacaqdır. Onlardan ikisini başı aşağı qoyun – hər bir komanda

üçün bir dənə. Əgər uşaq suala düzgün cavab verdisə, o, yuxarıya stəkanı əlavə etməklə

(ikinci stəkanın altı aşağı qoyulur, üçüncü- yenidən yuxarısı aşağı

və s.), öz komandası üçün qülləni tikməyə davam edir.

Qülləsi birinci dağılan komanda, uduzur (yaxud daha hündür qüllə

düzəldən komanda qalib gəlir).

19

DƏRSİN PLANI

Giriş Keçən dəfə israillilər Allaha həmd edirdilər, indi isə onlar gizlənirlər.

Hadisələrin gedişatı 1. Midyanlar İsrailə zülm (istismar) edirlər. MHİE2. İsrail Allaha fəryad edir.3. Rəbb Gideona görünür.4. Gideon Allahdan xahiş edir ki, onu istifadə etmək istədiyini ona işarə etsin. 5. Allah Gideona işarə verir. MHİ 6. Gideona Baalın qurbangahını dağıtmaq həvalə olunur.7. Gideon itaət edir. MHİ 8. Onun hərəkətinin üstü açılır.9. Gideonun atası onu müdafiə edir.10. Gideon qoyun dərisini sərir. MHİ

KulminasiyaAllah işarə verir.

YekunGideon midyanlılarla döyüşməyə hazırdır. MHİ

KƏLAM Hakimlər 6:1-40

MƏRKƏZİ HƏQİQƏT Sən də, Gideon olduğu kimi, Rəbbin döyüşçüsü ol.

TƏTBİQ İman etməyən: Əgər sən İsa Məsihə iman etsən

və xilas əldə etsən, “döyüşçü” olacaqsan. İman edən: Şeytan ilə döyüş, Allaha qulaq as və

Ona etibar et.(Dərsdə əsas tətbiq – imanlı uşaq üçün)

YADDA SAXLAMAQ ÜÇÜN AYƏ “Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və

o, sizdən qaçacaq. Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq...” (Yaq. 4:7-8).

ƏYANİ VƏSAİTLƏR* İllüstrasiyalar: 3-1, 3-2, 3-4, 3-5 və 3-6.* Fiqurlar: JD-7, JD-22, JD-23, JD-24, JD-25, JD-26,

JD-27, JD-28, JD-29, JD-30 və JD-31.* Nümunəyə uyğun kartondan qalxan düzəldin

(səh.50) və yuxarısında yazın: “Allahın döyüşçüsü ol”. Dərsin gedişinə görə sonrakı sözləri əlavə edin: “düşmənin var”, “seçilmiş”, “tabe ol”, “etibar et”.

Dərs 3 Gideon Rəbbə görə cəsarətli olmağı öyrənir

20

Dərs Biz axırıncı dəfə israillilərlə görüşəndə, onlar Allaha həmd

nəğmələri oxuyurdular. Sonra onlar bütün 40 ili sülhdən həzz aldılar. Amma indi onlara nə baş verdiyinə bax!

Səhnə 1(JD- 22, gizlənən israillilər fiqurunu yerləşdirin).Nə baş verdi? Onlar yenidən Allahdan üz döndərdilər. Devora

öləndən sonra, onlar yenidən bütlərə sitayiş etməyə başladılar. Bunun nəyə gətirib çıxardığına bax (JD-23, midyanlıların məhsulu oğurlamaqları fiqurunu yerləşdirin.).

Yeddi il ərzində midyanlılar onlara hücum edirdilər. On-lar səhralıqda, çadırlarda yaşayırdılar və çoxlu sayda dəvə saxlayırdılar.

İsraillilər midyanlıların yaxınlaşmalarını həmişə bilirdilər: dördnala çapmağa oxşamayan yüzlərlə dəvələrin tappıltısı, kişilərin yüksək və kəskin səsləri sözün hərfi mənasında israilliləri kar etmişdi. Müqəddəs Kitab deyir ki, midyanlılar öz heyvanları və çadırları ilə gəlirdilər, onlar çəyirtkə dəstəsi kimi o qədər çox idilər ki, ayaq altında torpaq görünmürdü. Və onlar dostluq niyyəti ilə gəlmirdilər: onlar qarət etməyə, öldürməyə və dağıtmağa gəlirdilər.

Midyanlılar hər il məhsul yığımı vaxtı gəlirdilər. Onlar öz çadırlarını İsrail torpağında qururdular. Onların qoyunları və digər mal-qaraları bütün otları yox edirdi. Onların adamları torpağı boşaldırdılar və məhsulu tələf edirdilər. İsraillilər öz evlərində qala bilmirdilər. Onlar mağaralara gedirdilər və böyük dərələrdə, midyanlıların onları tapa bilməyəcəkləri yerlərdə gizlənirdilər. Midyanlılar gedəndə, israillilərdə heç bir şey qalmırdı: nə qida, nə heyvan, nə ev. Heç bir şey!

Onların düşmənləri necə də dəhşətli idi! Mən əminəm ki, sən indi sevinirsən ki, səninlə belə bir şey baş vermir. Amma əgər sən məsihçisənsə, onda sənin də güclü və amansız düşmənin var (Vərəqdə yazın: “düşmənin var”.). Bu düşmən yalnız sənin düşmənin deyil; lakin Allahın da düşmənidir. O, kimdir belə? Bəli, bu – iblis, yaxud şeytandır. Müqəddəs Kitabın onun haqqında dediklərinə qulaq as (Qoy sizin əvvəlcədən xəbərdarlıq etdiyiniz 4 uşaq bu ayəni oxusunlar.).

Yəhya 8:44 O – qatil, yalançıdır.Efeslilərə 6:11 O – hiyləgərdir.1Peter 5:8 O – güclü və amansızdır.Mark 1:13 O - sınağa çəkir.

İblis Allaha və məsihçiyə qarşı döyüşür. Əlbəttə, o, Allah kimi güclü deyil, amma əgər sən həqiqi məsihçisənsə, onda o, sənin həyatını ağır və çətin etməyə çalışacaqdır. Və sən onunla döyüşməli olacaqsan.

İllüstrasiya 3-1

Midyanlılar döyüşdə dəvələrdən istifadə edən tarixdə ilk tanınmış

xalq idilər.

İsrailə hücum etmək üçün midyanlıların haradan

gəldiklərini xəritədə göstərin.

Lövhədə, yaxud kartoçka-da şeytanın 4 səciyyəvi xüsusiyyətlərini yazın.

MHI

2121

İsraillilər midyanlılarla hətta döyüşməyə belə cəhd etmirdilər. Bütün yeddi ili onların hücumlarına məruz qalmışdılar. Allah Öz xalqına onların necə düzgün etməmələrini, yenidən bütlərə qayıtmaqlarına görə dərs vermək üçün buna izin verdi. Bu dərsi mənimsəmək üçün, onlara yeddi il lazım idi. Və axırda onlar Allahı çağırdılar. O, onlara nə üçün bu qədər müddət və nə üçün əzab çəkdiklərini izah edən peyğəmbər göndərdi. Allah onlara dedi: “...Siz Mənim sözümə qulaq asmadınız” (Hak. 6:10).

Səhnə 2 (JD- 24, Gideon buğdanı döyür fiqurunu yerləşdirin).Gideon kimi əkinçilər özləri buğdanı döyməli olurdular. Və

əlbəttə ki, o vaxt onların indiki fermerlərin istifadə etdikləri kimi, maşınları yox idi. Adətən, onlar buğdanı təpənin başına gətirirdilər və xüsusi alətlərlə onu təmizləyirdilər. Sonra külək ələntiləri, qabıqları üfürüb aparırdı, toxumlar isə yerdə qalırdılar. Amma Gideon çöldə, düşmənlərin görə bildiyi yerdə toxumu döyməyə ehtiyat edirdi. O, çox qorxurdu və buna görə də üzümsıxan dəzgahda gizlənirdi (JD-25, Rəbbin mələyi və JD-26, dəmir fiqurlarını yerləşdirin.).

Və birdən Rəbbin mələyi peyda oldu və dedi: - Rəbb səninlədir, güclü ər!Gideon qorxdu və eyni zamanda təəccübləndi. - Əgər Rəbb bizimlədirsə, onda nə üçün bütün bu dəhşətli

şeylər baş verir? Allahın atalarımız üçün Misirdən çıxartdığı vaxt etdiyi möcüzələr hardadır? Rəbb unudub və bizi tərk edibdir. O, bizi midyanlıların əlinə veribdir.

Rəbb Gideonun hisslərini başa düşdü və ona yumşaqcasına cavab verdi:

- Mən səni göndərirəm ki, İsraili midyanlıların əlindən xilas edəsən. Sənə verəcəyim güc ilə get.

Amma Gideon heç əmin deyildi ki, onda güc var! - Mən İsraili necə xilas edə bilərəm? Mənim ailəm - ən

kasıbıdır, mən isə orada - ən kiçiyiyəm. Mən heç bir şey bilmirəm. Rəbbin mələyinin buna nə cavab verdiyinə qulaq as. (Hak. 6:16-nı oxuyun). “Mən mütləq səninlə olacağam və sən

də midyanlıların hamısını bir nəfər kimi qıracaqsan.” Amma midyanlılar daha çox idilər: bir yığın idilər və Gideon

bunu çox yaxşı bilirdi. Amma bir şeyi o, dəqiq bilmirdi: İndi onunla danışan, həqiqitən də, Rəbb idi mi?

- Mənə bildir ki, mənimlə danışan, həqiqətən də, Sənsən – o dedi, – Xahiş edirəm, öz sövqatımı gətirib sənə təklif etməyənə qədər getmə!

(Bütün fiqurları yığışdırın. JD -27, Gideon fiqurunu yerləşdirin.).

Mələk gözləməyə söz verdi və Gideon qurbangətirmə üçün qu-zudan və mayasız çörəkdən şorba hazırladı (JD-28 və JD-29, daş və

İllüstrasiya 3-2

İllüstrasiya 3-3

22

qurban fiqurlarını yerləşdirin.). Gideon Rəbbin mələyinə hədiyyə gətirdi və çörəyi və əti daşın üzərinə qoyaraq və onların üzərinə şorbanı tökərək onun əmrini yerinə yetirdi (JD-25, mələk və JD-26, əsa fiqurlarını yerləşdirin.).

Rəbbin mələyi əsanı əlinə aldı və onun ucu ilə yüngülcə ətə və çörəyə toxundu. Birdən düz daşın içindən alov çıxdı və əti və mayasız çörəyi yandırdı (Bütün fiqurları yığışdırın.).

Mələk peyda olduğu kimi, gözlənilmədən yoxa çıxdı. Gide-on qorxdu, amma Allah ona dedi: “Sülh olsun sənə, qorxma, ölməyəcəksən”.

Gideon Allaha o qədər minnətdar idi ki, Ona qurbangah tikdi və o yerdə Ona həmd etdi. O bilirdi ki, Allah düşmənlə mübarizə aparmaq üçün onu seçmişdir. O, Rəbbin döyüşçüsü olacaqdır.

Allah Gideonu ona görə seçməmişdir ki, o nüfuzlu, məşhur və ya çox ağıllı adam idi. Onun Gideonu nə üçün seçməsi yalnız Allaha məlumdur. Əgər sən – məsihçisənsə, onda sən də Allah tərəfindən seçilmişsən. Rəbb İsaya öz Xilaskarın kimi iman etdiyin günü xatırla. Ola bilsin ki, sən deyəcəksən: “Mən Ona inandım”. Bu, həqiqətən belədir. Amma bu da doğrudur ki, Al-lah səni seçibdir. Müqəddəs Kitab deyir ki, məsihçilər - seçilmiş xalqdırlar (1 Pet. 2:9). (Vərəqdə yazın: “seçilmiş”). Biz seçilmiş olmağa layiq deyilik, ona görə ki, Allaha itaətsizlik etdik və bütün insanlar kimi Ona qarşı getdik. Biz, Allahın nə üçün bizi sevməsini və seçməsini başa düşə bilmərik. Amma əgər sən xilas olmuşsansa, sən seçilmişsən. Gideon kimi, sən də döyüşdə iştirak etmək üçün seçilmisən: artıq haqqında danışdığımız düşmən ilə, şeytan ilə döyüş. Amma əgər sən xilas olmamısansa, sən hələ də iblisin tərəfindəsən. Sən bunu istəyirsən? Əgər yox, onda İsa Məsihə öz Xilaskarın kimi inan və sən də Gideon kimi Allahın ordusunun döyüşçüsü olacaqsan.

Səhnə 3Həmin gecə Rəbb yenidən Gideona müraciət etdi:”...atanda olan

Baalın qurbangahını dağıt...və Rəbbə qurbangah düzəlt...” Necə fikirləşirsən, bu tapşırığı yerinə yetirmək nə üçün

Gideona çətin idi? (Qoy uşaqlar öz təkliflərini desinlər.). İş burasındadır ki, şəhərin sakinləri Baala sitayiş edirdilər və buna çox qəzəblənərdilər. Hətta Gideonun ailəsi də bütə sitayiş edirdi ki, bu da vəziyyəti daha da çətinləşdirirdi. Amma Gideon Allaha qulaq asdı (JD-30, dağıdılmış qurbangah, JD-28, daş və JD-7, Allah üçün qurbangah fiqurlarını yerləşdirin.).

Gecə ilə özünün on xidmətçisi ilə qurbangahı və Baalın bütünü dağıtdı. Onların yerinə onlar həqiqi Allaha qurbangah tikdilər.

Gideon, Allahın döyüşçüsü olmaq barədə ən mühüm dərslərdən birini öyrəndi. O, itaət etməyi öyrəndi. Əgər ordunun döyüşçüləri əmrə itaət etməsələr, heç bir ordu qələbə çala bilməz. Allahın əmrləri Müqəddəs Kitabda verilmişdir və Onun döyüşçüləri onları yerinə yetirirlər, hətta bu, çətin olsa belə (Vərəqdə yazın: “itaət et”.).

Bu səhnəciyi real etmək üçün, siz əsl daş və əsa göstərə bilərsiniz.

İllüstrasiya 3-4

MHI/IE

İllüstrasiya 3-5

2323

Samirin böyük mahnı diskləri kolleksiyası var idi və büt-ün dostları ona paxıllıq edirdilər, çünki onda həmişə ən son mahnılar olardı. Bir dəfə o, Müqəddəs Kitabda oxudu: “...Nəhayət, qardaşlar, doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün” (Fil. 4:8). O fikirləşdi ki, onun disklərindəki mahnıların bəziləri Allahın təmizlik sınağından keçməzdilər. O, bu disklərlə nə edə bilər: satmaq, sındırmaq, yaxud özündə sax-lamaq? Bəs sən nə fikirləşirsən? Samir, şeytana qarşı döyüşən Məsihin döyüşçüsü idi. O, Allaha qulaq asdı və məsihçilərin qulaq asmamalı olduqları mahnılar olan diskləri sındırdı. O, Gideona oxşayırdı! Amma tezliklə Allahın döyüşçüsünü bəla bürüdü (JD- 31, Yəhuda nəslindən adamlar fiqurunu yerləşdirin.).

- Kim bunu etdi? Siz gecə nə isə gördünüzmü? - Əgər mən bütün bunları quranı tapsam, o, bu haqda çox

peşman olacaqdır!- Bunu edən – Baalın qurbangahını dağıtdı – o, günahkardır

və ölməlidir! - Bu sözlər çox sürətlə bütün şəhərə yayıldı. Və çox

tezliklə günahkar tapıldı. Gideon, adamların onun atasının evinə necə yaxınlaşdığını eşitdi – səs-küy salan və hədələr qışqıran qəzəblənmiş sakinlərin dəstəsi. Onlar qışqırırdılar ki, atası Gide-onu onlara versin (JD-32, Yoaş fiqurunu yerləşdirin.).

Yoaş onlardan biri idi: o da Baala sitayiş edirdi. Axı dağıdılmış büt onun da qurbangahı idi. Amma o da digər adamlar kimi öz oğluna qəzəblənmişdi?

- Öz oğlunu bizə gətir – izdiham tələb edirdi – o, ölümə lay-iqdir.

Amma Yoaş bu qəzəbli və kinlə dolu adamlara cavab vermək üçün çox fikirləşmədi.

- Baalın yerinə sizmi müdafiə edəcəksiniz? Əgər Baal- həqiqətən allahdırsa, o, özünü müdafiə edə bilməzmi?

Ola bilsin ki, Gideonun Allaha göstərdiyi itaətkarlıq onun atasının düşüncə tərzini necəsə dəyişmişdir.

İnsanlar, həqiqi Allahın Gideon ilə danışdığını eşidəndə, on-lar ona kömək etməyi qərara aldılar. Müqəddəs Kitab deyir ki, Müqəddəs Ruh Gideonun üzərinə gəldi (Hak. 6:34), buna görə də o, cəsarətlə doldu və midyanlılarla döyüşməyə hazır idi. Bu, bizə öz gücümüzlə mübarizə aparmadığımız, lakin Müqəddəs Ruhun hər bir məsihçiyə yardım etməsini xatırladır. Gideon kərənayı çaldı və bu, döyüşçülərin toplanması üçün bir siqnal oldu. O, midyanlılara qarşı döyüşə qoşularaq, çaparları İsrailin müxtəlif qəbilələrinə göndərdi. Tezliklə Gideona çoxlu kişi qoşuldu, indi onların rəhbəri olduğuna görə onların hamısı düşmənə qarşı döyüşməyi səbirsizliklə gözləyirdilər.

Midyanlılar da hazır idilər. Onların ordusunun sayı 120 000 nəfərdən çox idi. Onlar, israillilərdən üç dəfə çox idilər.

MHI

İllüstrasiya 3-6

24

Buna baxmayaraq, bəzən Gideonu şübhələr basırdı. Amma o, çox müdrik davrandı. O, yenidən Allahın onunla birlikdə döyüşəcəyindən əmin olmaq üçün Allaha müraciət etdi.

- Əgər Sən, həqiqətən də, mənə söz verdiyin kimi, mənim əlimlə İsraili midyanlılardan xilas etmək istəyirsənsə, onda mənə daha bir işarə ver! – Gideon qoyunun dərisini yerə sərdi.

- Əgər şeh yalnız bu yunun üzərinə düşsə, ətrafındakı bütün yer isə quru qalsa, onda mən biləcəyəm ki, Sən İsraili mənim əlimlə xilas edəcəksən – o, Allaha dedi.

Və Allah Gideonun dilədiyi kimi etdi. Torpaq quru qaldı. Bu-nunla Allah yenidən Gideona dedi ki, o, Allaha etibar edə bilər və Allah həmişə Öz vədini yerinə yetirir. Gideon Allaha etibar etməsəydi, döyüşə bilməzdi.

Eyni şey sənə də lazımdır, əgər sən – məsihçisənsə. Şeytanla döyüşən Allahın döyüşçüsü kimi, sən Allaha etibar etməlisən ki, O, həmişə Özünün istənilən vədini yerinə yetirir (Vərəqdə yazın “etibar et”.). Ola bilsin ki, bəzən məktəbdə müəllimlər deyirlər ki, Müqəddəs Kitabda olanların hamısı – doğru deyil. Və sən də, ola bilsin ki, demək istəyirsən ki, İsanın Özü Adəmə, Yunusa və daşqına inanırdı, amma sən bunu etməyə qorxursan. Yaxud, misal üçün, sən dostungilə qonaq gəlirsən, orada isə ruhları çağırma seansı etməyə toplaşırlar. Sən isə demək istəyirsən ki, bu – düz deyil və evə getmək istəyirsən. Sən Allaha etibar edə bilərsənmi ki, O, bu vəziyyətlərdə sənə kömək edəcəkdir? Bəli, O, Gideona kömək etdiyi kimi. Allah söz verir: “..Qorxma, çünki Mən səninləyəm, dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, sənə kömək edəcəyəm....” (Yeş. 41:10). Allah bu döyüşlərdə sənə mübarizə aparmaqda yardım edəcəyinə söz verir. O istəyir ki, sən də Gideon kimi Ona etibar edəsən.

Tam əmin olmaq üçün Gideon Allahdan eyni cür əlamət istədi, amma onun tərsini. O nəyi xahiş etdi?(Uşaqlara icazə verin cavab versinlər). Düzdür, yun quru qalsın, ancaq torpaq şehdən yaş olsun.Allah Gideonun istədiyi kimi etdi. İndi isə Gideon döyüşə hazır idi: o Allaha etibar edir, baxmayaraq ki, onun ordusu midyanların ordusundan azdır. Növbəti dəfə sən bu döyüşün necə keçdiyi haqda eşidəcəksən.

Günaha və iblisə qarşı olan döyüşdə sən Allahın tərəfindəsənmi? Əgər sən Rəbb İsaya öz Xilaskarın kimi iman etmisənsə, deməli sən Allahın ordusunun “döyüşçüsüsən”. Allah səni seçib. O istəyir ki, səndə Gideon kimi Ona itaət və etibar edəsən.

MHI

2525

Tətbiqi fəaliyyətHər bir uşaq üçün kağızdan sipər kəsin. Uşaq, onun üzərinə ayə

olan kartoçkanı yapışdıra bilər, aşağısında isə yaza bilər: “Allah qələbə çalmaqda mənə yardım etdi”. Sonra uşaqlar necə qələbə çala bildikləri haqqında yaza bilərlər və gələn dəfə dərnəkdə onu oxuya bilərlər.

Təkrarlamaq üçün suallar 1. Nə üçün Allah izin verdi ki, midyanlılar israilliləri talan

etdilər? (İsraillilər bütlərə sitayiş etməyə başladılar.)2. Kim Allahın düşmənidir? (Şeytan.) 3. Müqəddəs Kitab şeytan haqqında nə deyir? (O - yalançı və

qatildir, o – hiyləgərdir, o – nərildəyən aslan kimidir, insanları günaha sövq etmək üçün sınağa çəkir.)

4. Şeytan kimə qarşı döyüşür? (Allaha və məsihçilərə.) 5. Allah Gideona deyəndə ki, İsraili xilas etmək üçün onu seçir,

Gideon necə hiss etdi? (O, özünü zəif hiss etdi, onun ailəsi varlı, yaxud məşhur deyildi.)

6. Allah Gideona birinci tapşırığı verdi? (Baalın qurbangahını dağıtmaq).

7. Nə üçün məsihçilər də - “döyüşçüdürlər”? (Məsihçilər şeytana və günaha qarşı döyüşürlər.)

8. Məsihçi döyüşçüləri kim seçir? (Allah.) 9. Allah Gideona necə göstərdi ki, məhz o, israilliləri

midyanlılardan xilas edəcək şəxsdir? (Allah quzu dərisindən Gideonun xahiş etdiyi şeyi düzəltdi.)

10. Məsihçi döyüşçülər də - Gideon kimi seçilmişdilər. Onlar nədə Gideona oxşayırlar? (Onlar Allaha qulaq asırlar və Ona etibar edirlər.)

Təkrarlamaq üçün oyun“Əsgərlərə qələbə lazımdır” Uşaqları iki “orduya” ayırın. Eyni ölçüdə 12 kartoçka düzəldin və bunları üzərində yazın: Q Ə L Ə B Ə

LƏ QƏL BƏ BƏ LƏ QƏL Kartoçkanı hərfləri üzü stola qoyun. Uşaq suala düzgün cavab verəndə, o, istənilən kartoçkanı seçə bilər. Oyunun məqsədi – “QƏLƏBƏ” sözünü birinci toplamaqdır. Əgər uşaq elə hərf seçibsə ki, onun “ordusu” istifadə edə bilmirsə, o, onu geri yerinə qoymalıdır. Əgər uşaq iki, yaxud üç hərfli söz olan kartoçka seçibsə, onu “ordusunun” artıq “zəbt etdiyi” yerlərdən birinə qoya bilər. Əvəz olunan kartoçkanı hərflər üstə digərləri ilə birlikdə qoyurlar.

26

KƏLAM Hakimlər 7:1-25Hakimlər 8:22-23, 28

MƏRKƏZİ HƏQİQƏT Hər bir məsihçi – döyüşçüdür. (Bu dərs, 3-cü dərsin mövzusunu davam etdirir.)

TƏTBİQ İman etməyən uşaqlar üçün: Başqa tərəfə

keçmək üçün – Öz Xilaskarın kimi Məsihə etibar et. İman edən uşaqlar üçün: Əldən düşmə və

ayıq-sayıq ol.

YADDA SAXLAMAQ ÜÇÜN AYƏ Yaq 4:7-8-i təkrarlayın.

ƏYANİ VƏSAİTLƏR • İllüstrasiyalar: 4-1, 4-2, 4-3, 4-4, 4-5 və 4-6.• Fiqurlar: JD-16, JD-27, JD-33, JD-34, JD-35,

JD-36, JD-37, JD-38 və JD-39.• Döyüşçü (səh. 51) fiqurundan istifadə edin və

dərsin uyğun gələn hissələrinə bu sözləri əlavə edin: “seçilmiş”, “itaət edən”, “etibar edir”, “təslim olmur”, “ayıq-sayıq”.

DƏRSİN PLANI

Giriş

3-cü dərsin qısa icmalı

Hadisələrin gedişatı

1. Gideon və israillilər midyanlıların yanında düşərgə şəklində dururlar.

2. Allah deyir ki, onlar hədsiz çoxdurlar.

3. 22 000 qorxaq evə geri dönürlər. MHİ

4. Su ilə yoxlama, 300 nəfər qalır. MHİ

5. Gideon və onun qulluqçusu midyanlıların düşərgəsinə gedirlər.

MHİ

6. Gideon orduya əmr edir ki, kərənaylar, səhənglər və çıraqlar ilə irəli getsinlər.

Kulminasiya

Allah İsrailin qələbəsi üçün bütün

izzəti alır. MHİ/İE

Yekun

Midyanlılar qaçırlar, israillilər tərəfindən daha çox düşmən ələ keçirilib və öldürülüb.

27

Dərs 4Gideon və 300 adam midyanlılara qarşı

28

Dərs(3-cü dərsi qısaca təkrarlayın.) Rəbbin Mələyi gələndə Gideon harada idi? (Üzümsıxan dəzgahda

gizlənir, buğda döyür.) Allah Gideona əmr edəndə ki, o, atasının Baal qurbangahını dağıtsın,

Gideon nə etdi? (O, Allaha qulaq asdı.) Allah hansı sonrakı tapşırığı Gideona verdi? (Midyanlılarla

döyüşsün.) Allahın Gideon ilə döyüşə birlikdə getməsindən əmin olmaq üçün

Gideon Allahdan hansı nişanı xahiş etdi? (Quzunun yununu yaş, torpağı isə - quru etmək, sonra isə - yeri yaş, quzunun yununu quru etmək.)

Allah Gideonun duasına necə cavab verdi? (O, Gideonun dilədiyi kimi etdi.)

Səhnə 1 Baxmayaraq ki, Gideonun ordusu midyanlıların ordusundan çox az

idi, indi o, döyüşməyə hazır idi. Səhər tezdən idi (JD-27, JD-16, JD-33 və JD-34, Gideon və İsrail ordusu fiqurlarını yerləşdirin.). Gideon və onun 32 000 nəfərlik ordusu su çeşməsinin yanında düşərgə şəklində dayanmışdılar. Onlardan altmış səkkiz kilometr aralıda midyanlıların 135 min nəfərlik düşərgəsi var idi. Bütün vadi boyu və More təpəsinin yanında çadırlar salınmışdı.

Yüz otuz beş min adam hansısa 32 000 adama qarşı! Midyanlılar israillilərdən dörd dəfə çox idilər. Bu, düzgün oyuna oxşayır? Gəlin görək Allah nə deyir (Hak. 7:2-ni oxuyun.). “Yanında olan xalqın sayı çoxdur, ona görə midyanlıları onlara təslim etmirəm. Çünki israillilər Mənim qarşımda “öz əlimlə özümü qurtardım” deyib öyünəcək”.

Allah bilirdi ki, əgər döyüşə İsrailin bütün 32 min ordusu çıxsa, onda onlar qələbəni öz adlarına yazacaqlar.

“De ki, qorxan hər bir kəs evə qayıda bilər”, - Allah Gideona əmr etdi. Orada nə qədər adam var idi? 32000. Bəs, səncə, nə qədəri evə getdi?

22 000! 22 000 adam döyüşə getmək üçün qorxdular. Onlar çox tez və asanlıqla təslim oldular.

Keçən dəfə biz bildik ki, hər bir məsihçi – Allahın ordusunun “döyüşçüsüdür” (Döyüşçü fiqurunu yerləşdirin.). Əgər Rəbb İsa – sənin Xilaskarındırsa, onda sən – günaha və şeytana qarşı döyüşən döyüşçüsən. Bizim döyüşçülər haqqında bildiklərimizi xatırlayırsan? Döyüşçü seçilib, itaətlidir və öz komandirinə etibar edir (Döyüşçü fiqurunun altında bu sözlərlə zolaqlar yerləşdirin.). Hələ biz əlavə edə bilərik ki, döyüşçü “təslim olmur”.

Samir Rəbb İsaya öz Xilaskarı kimi etibar etməmişdən əvvəl çox uzun müddət düşündü. Samirin böyük qardaşı narkotik maddə qəbul edirdi, anası isə onları atıb evdən getmişdi. Onun ailəsindən heç bir kəs Allah ilə maraqlanmırdı. Bir dəfə Samir özünün itmiş Müqəddəs Kitabını heç cür tapa bilmirdi. O, bacısından soruşanda ki, onun Müqəddəs Kitabını görməyibmi, o, yalnız şübhəli güldü. Bəzən axşamlar onların evlərinə onun bacısının bir dəstə dostları gəlirdi. Onların söhbətlərinə qulaq asmaq çox iyrənc idi. Samirə məsihçi olmaq çox çətin idi, amma o, təslim olmurdu.

Pərvin adlı digər oğlan da məsihçi olmağa qərar verdi. Amma kimsə

İllüstrasiya 4-1

Qoy uşaqlardan kimsə bu yerləri xəritədə göstərsin.

MHI

2929

ona gülməyə başlayanda, o, hər şeydən imtina edirdi: ona çox çətin idi. Və hər şeydə belə idi. O, dua etməyi dayandırdı, Müqəddəs Kitab dərslərinə getməyi dayandırdı. O, sadəcə olaraq, məsihçilik haqqında heç bir şey bilmək istəmirdi. Aydındır ki, o, heç vaxt İsa Məsihin həqiqi döyüşçüsü olmaq istəməmişdir, ona görə ki, Onun həqiqi ardıcılları “Kim qorxursa, evə gedə bilər” xəbərini eşidən kimi, sadəcə olaraq, havada yox olub gedən 22 000 adam kimi, heç vaxt belə tez təslim olmurlar (JD-16, 22 000 döyüşçü fiqurunu yığışdırın.).

İndi yalnız 10 000 israilli qalmışdır. Və midyanlılar artıq 14 dəfə çox idilər. On dörd nəfər bir adama! İndi onlar midyanlılar üzərində qələbəyə görə Allaha izzəti verəcəklər. Amma dayan, Allah yenə nəsə deyir: “Ad-amlar hələ də çoxdurlar. Onları çaya apar və bax gör, onlar suyu necə içəcəklər. Mən sənə deyəcəyəm ki, onlardan hansılarını evə göndərmək lazımdır”.

Allah, diz çökən və birbaşa çaydan içənlərin hamısını evə göndərməyi əmr etdi. Gideon yalnız suyu ovuclarına götürənləri saxlamalı idi. Suyu ağzı ilə içənlər göstərirdilər ki, onlar kifayət qədər ayıq deyillər və düşmən ordusuna nəzarət etmirlər, ona görə ki, bunu etmək və eyni vaxtda pusqunun olub-olmamasını izləmək qeyri-mümkündür! Bu adam-lar kifayət qədər ayıq-sayıq deyildilər. Allahın döyüşçüləri həmişə göz-qulaqda olmalıdırlar və öz düşmənlərini, şeytanı izləməlidirlər (“ayıq-sayıq” sözünü yerləşdirin).

Əgər sən fikir verirsən ki, gedib yatırsan və Allahla danışmaq üçün, yaxud Müqəddəs Kitabı oxumaq üçün çox tez yorulursan və bu, yenidən və yenidən təkrarlanır – ehtiyatlı ol! İblis hiyləgərdir, sən isə bu cür hərəkət edəndə, onun üçün asan qurban olursan.

Ola bilsin ki, səninlə daha çox ünsiyyətdə olmağa səy göstərən qızlar, həmişə xoşagəlməz vəziyyətlərə düşürlər. Ehtiyatlı ol! Onlarla dostluq, düşmənin, şeytanın sevincinə səni də xoşəgəlməz vəziyyətlərə sala bilər.

Biz də, əllərində su içən o döyüşçülər kimi, ayıq olmalıyıq. Amma onların sayı necə də az idi!

(JD-33, döyüşçülər fiqurunu yığışdırın.). Yalnız 300 adam! Məgər bu, bərabər gücdür: bir israilliyə 450

midyanlı? Bu, elə də düzgün döyüşə oxşamır, amma unutma ki, Allah israillilərlə idi! O, Gideona dedi ki, hətta onlarla yalnız 300 adam getsə belə, midyanlılar üzərində onlara qələbə verəcəkdir.

Səhnə 2 Həmin gecə Allah yenidən Gideonla danışdı. “Gideon, midyanlıların

düşərgəsinə get. Əgər tək getməyə qorxursansa, öz qulluqçunu da götür. Onların nə haqqında danışdıqlarına qulaq as və sən möhkəmlənəcəksən” (JD-36, Gideon və JD-37, qulluqçu fiqurlarını yerləşdirin.).

Gecə ilə Gideon və onun qulluqçusu sakitcə midyanlıların düşərgəsinə girdilər. Orada o qədər düşmən ordusu var idi ki, adamların və dəvələrin əlindən yer görünmürdü! Müqəddəs Kitab deyir ki, onların sayı o qədər idi ki, saymaq qeyri-mümkün idi (JD-38, söhbət edən midyanlılar fiqurunu yerləşdirin.).

Gideon və qulluqçusu düşərgəyə gələn kimi, onlar iki adamın söhbətini eşitdilər.

- Mən yuxu gördüm, - bir adam danışırdı. – Arpa çörəyinin yumru kömbəsi peyda oldu və bizim düşərgə boyu gəzirdi. O, çadıra diyirlənib

İllüstrasiya 4-2

MHI

İllüstrasiya 4-3

Gideon və onun qulluqçu-sunun düşərgəyə necə daxil olduqlarını göstərən iki uşaq seçin. Digərləri sakitliyə riayət etməlidirlər – midyanlılar heç nə eşitməməlidirlər!

İllüstrasiya 4-4

30

gəldi və onu elə möhkəm vurdu ki, o, çevrildi və dağıldı. Səsində qorxu ilə dostu ona cavab verdi: - Mən sənin yuxunun mənasını bilirəm. Allah bizim bütün düşərgə

üzərində Gideona qələbə verir. Necə fikirləşirsən, Gideon bunu eşidəndə nə etdi? (JD-36, Gideon qulaq asır fiqurunu, JD-39, Gideon səcdə qılır fiquru

ilə əvəz edin.). O, Allaha həmd etdi. O bilirdi ki, Ona etibar edə bilər.

Yadındadırmı, necə ötən dəfə biz, məsihçi döyüşçülərin Allaha etibar etdikləri haqqında danışırdıq? (“Etibar etmək” sözünü göstərin.). Sən Ona etibar edə bilərsən ki, O, günah və şeytan üzərində sənə qələbə verəcəkdir. Ola bilsin ki, problem – sənin xarakterindədir, sən hədsiz özündən tez çıxansan. İnan ki, Allah sənə başqa cür olmaqda və bu günaha qalib gəlməkdə kömək edə bilər.

Səhnə 3 Gideon bilirdi ki, qələbə çalacaqdır. Allah bunu ona aydın bildirdi və

o, Allaha etibar etdi (JD-27, Gideon, JD-34, İsrail döyüşçüləri və JD- 35, midyanlılar fiqurlarını yerləşdirin.).

Gideon və onun qulluqçusu geriyə öz düşərgələrinə tələsdilər. - Qalxın! Rəbb, düşmənlərimiz üzərində bizə qələbə verir! – Gide-

on qışqırdı. Gideon öz adamlarını 100 nəfər olmaqla 3 qrupa ayırdı. Onların hər

birinə kərənay və içində çıraq yanan bardaq verdi.- Mənim ardımca gəlin və mənim etdiklərimi edin, - o dedi. Bu, hücuma getmək üçün qəribə üsul idi, amma bu, Allahın üsulu

idi. Gideon Allaha itaət etməyi öyrənmişdir (İtaətkar” sözünü göstərin). Və bu, hər bir məsihçi üçün Müqəddəs Kitabda Allahın bizə dediklərini etmək - çox vacibdir.

Gideon və onun döyüşçüləri axşam saat 10-da, onların keşik çəkmək növbələri baş verəndən bir az sonra, midyanlıların düşərgəsinə tərəf yaxınlaşdılar. Ola bilsin ki, növbələrini dəyişənlər, hələ getməmişdilər və növbədə durmağa gələnlərə vəziyyəti danışmalı idilər.

Gideon siqnal verdi. Onun bütün 300 döyüşçüsü eyni vaxtda kərənayları çaldılar. Onlar öz bardaqlarını sındırdılar və çırağın içində olan işıq bütün səmanı işıqlandırdı.

- Rəbbin və Gideonun qılıncı! – onlar qışqırdılar. Kərənayın gurultulu səsi, gözlənilməyən parlaq işıq və insanların

elanı midyanlıları o qədər çaşdırdı ki, onlar qışqıra-qışqıra qaçdılar. Ola bilsin ki, onlar keşikçilərin geri verdiyi döyüşçüləri İsrail döyüşçüləri kimi qəbul etdilər. Allah midyanlıları elə çaşdırdı ki, onlar bir-birlərini öz qılıncları ilə öldürməyə başladılar.

Allah İsrailə qələbə verdi. Və bütün izzət Ona məxsus idi. Gideon və onun 300 döyüşçüsü heç vaxt bu gecəni unutmayacaqlar. Bilirsən, əgər sən – Allahın döyüşçüsüsənsə, onda qələbə həmişə sənin tərəfində olacaqdır. Bu, həmişə belə görünmür, axı məsihçilər çox azdırlar, dünyada isə çoxlu pislik və səhv şeylər var. Amma gözəl bir gündə, Rəbb İsa bu dünyaya qayıdıb gələndə, hər bir kəs görəcəkdir ki, O – Qalibdir. Şeytan və onun tərəfində olanlar, həmişəlik cəzalandırılacaqlar. Göylərdə günah olmayacaqdır.

Sən indi kimin tərəfindəsən? Əgər sən İsa Məsihə öz Xilaskarın

İllüstrasiya 4-6

İllüstrasiya 4-5

MHI

Qoy uşaqlar xor ilə bu sözləri qışqırsınlar. Sanki

onlar – Gideonun ordusunun döyüşçüləridirlər.

MHI

3131

kimi iman etsən, başqa tərəfə keçə bilərsən. Müqəddəs Kitab bu haq-da çox aydın deyir: “O, bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü....” (Kol 1:13). Sən bu gün, indi Ona inanmaq istəyirsənmi? Onda Onun itaətkar, etibar edən və ayıq-sayıq, Gideon və 300 nəfər kimi təslim olmayan döyüşçüsü olmaq üçün O, sənə kömək edəcəkdir.

Midyanlılardan sağ qalanları, qaçmağa çalışırdılar, amma onlar ələ keçirildilər və israillilər tərəfindən öldürüldülər. Allah tam qələbə verdi.

MHIE

32

Təkrarlamaq üçün suallar1. Midyanlıların nə qədər döyüşçüsü var idi? (135 000) (Hesab:

+ 100 döyüşçü.) 2. Gideonun əvvəlcə nə qədər döyüşçüsü var idi? (32 000)

(Hesab: +10 döyüşçü.) 3. Allah nə üçün Gideonun ordusunu azaltmaq istəyirdi? (Bu

qələbə üçün bütün izzətin Ona məxsus olması üçün.) (Hesab: +600 döyüşçü.)

4. Nə üçün 22 000 adam Gideonun ordusunu tərk etdi? (Onlar qorxdular.) (Hesab: +1000 döyüşçü.)

5. Elə bir şey varmı ki, onu məsihçi döyüşçü etməməlidir? (Təslim olmaq.) (Hesab: +5 döyüşçü.)

6. Suyu əlindən içən 300 adam hansı keyfiyyəti göstərdilər? (Onlar ayıq-sayıq idilər.) (Hesab: +700 döyüşçü.)

7. Məsihçi ayıq-sayıqlığı necə göstərə bilər? (Allahla vaxt keçirməyi ötürməmək üçün özünə fikir verir, pis dostluqdan qaçmağa çalışır.) (Hesab: +50 döyüşçü.)

8. Gideon və onun qulluqçusu midyanlı döyüşçünün öz yuxusu haqqında necə danışdığını eşitdi. O, yuxuda nə görmüşdü? (Çörək kömbəsi çadıra zərbə ilə dəymişdi və onu dağıtmışdı.) (Hesab: +1100 döyüşçü.)

9. Gideon və onun 300 adamı midyanlılara qarşı necə döyüşdü? (Onlar kərənayları çaldılar, öz bardaqlarını sındırdılar və qışqırdılar: “Rəbbin və Gideonun qılıncı!”) (Hesab: +250 döyüşçü.)

10. Hamı İsa Məsihin – böyük Xilaskar olduğunu nə vaxt görəcəkdir? (O, geri qayıdanda.) (Hesab: +30 döyüşçü.)

Təkrarlamaq üçün oyun

“Azsaylı ordu qələbə çalır”

Lövhədə, yaxud kağız parçasında 1-dən 10-a qədər rəqəmləri yazın.

Uşaqları 2 “orduya” (kom-andaya) ayırın. Komanda

1-dən 10-a qədər istənilən sualı seçir. Əgər komanda düzgün cavab verirsə, siz

onların “ordusuna” nə qədər döyüşçünün əlavə olunduğunu deyirsiniz.

Seçilmiş rəqəmi qeyd etməyi unutmayın. Əgər

cavab düzgün deyilsə, onda “orduya” 500 döyüşçü əlavə olunur. Oyunun

axırında hər bir “orduda” nə qədər döyüşçünün

olduğunu hesablayın. Və Gideonun hekayəsindəki kimi, sayı az olan “ordu”

qələbə çalır!

33

DƏRSİN PLANI

GirişSən tapmacaları sevirsən?

Hadisələrin gedişatı 1. İsrail bütlərə sitayiş edir. 2. Manoahın arvadı mələkdən xəbər alır. MHİ 3. Mələk ikinci dəfə gəlir.4. Şimşonun dünyaya gəlməsi. MHİE 5. Şimşon filiştli ilə evlənmək istəyir. MHİ6. Şimşon aslana qələbə çalır.7. Şimşonun toyu və onun sirri.8. Filiştli tapmacanı tapır.9. Şimşon qəzəblənərək 30 filiştlini öldürür.10. Şimşon qəzəblənərək məhsulu yandırır.11. Filiştli Yəhudaya qədər onu izləyir.12. Şimşon Yəhuda adamları tərəfindən bağlanılır.

Kulminasiya Şimşon azad olunur və 1000 filiştlini öldürür. MHİ/İE

Yekun Şimşon 20 il hakim olur

KƏLAM Hakimlər 13:1-15:20 MƏRKƏZİ HƏQİQƏT Hər bir imanlı üçün Allahın xüsusi planı var

TƏTBİQİman etməyən uşaq üçün: İsa Məsihə iman

edəndə Allahın sənin üçün olan planlarını bilməyə başlayacaqsan.

İman edən uşaq üçün: Allah Öz planını sənin həyatında həyata keçirməyə başlayanda, sən daha çox İsaya oxşamağa başlayacaqsan.

YADDA SAXLAMAQ ÜÇÜN AYƏ “...Əminəm ki, sizdə xeyirli işə başlayan Allah

Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq” (Fil. 1:6).

ƏYANİ VƏSAİT• İllüstrasiyalar: 4-6, 5-1, 5-2, 5-3, 5-4, 5-5 və 5-6.• Fiqurlar: JD-25, JD-31, JD-41, JD-42, JD-43,

JD-44, JD-46, JD-47, JD-48, JD-49 və JD-50.

Dərs 5Allah Şimşonu seçir

34

Dərs Sən tapmacanı tapmağı sevirsən? Onda bax gör bunu tapa

biləcəksənmi: “Yaxşı yeyəndən əziyyətsiz dadlı yemək alındı. Möcüzəyə bax! Tez bax: güclüdə - içində şirin nəsə var!” Əgər sən artıq cavabı bilirsənsə, onda yaxınlaş və mənim qulağıma pıçılda. Müqəddəs Kitab dövrlərində insanlar bir-birlərinin sirrlərini tapmağı sevirdilər. Mən də bu tapmacanı Müqəddəs Kitab-dan oxumuşam, amma orada o, bir az başqa sözlərlə yazılıbdır. Müqəddəs Kitab hekayəsini eşidərək, sizin hamınız cavabını biləcəksiniz. Hekayə isə, bu tapmacanı fikirləşən adam hələ dünyaya gəlməmişdən əvvəl başlamışdır.

Səhnə 1İsrail xalqı Gideon öləndən sonra yenidən bütlərə sitayiş

etməyə başladılar. Onlar belə edəndə, Allah hər dəfə nə edirdi? (Qoy uşaqlar cavab versinlər). O, o torpaqda yaşayan xalqlara izin verirdi ki, israillilərə zülm etsinlər. Bu dəfə bunlar filiştlilər idilər. Bu güclü və qüdrətli döyüşçülər bərəkət allahı olan Daqona sitayiş edirdilər. Və indi məhz onlar İsrailin ağır vəziyyətinin baş səbəbkarları idilər.

Bütün israillilər bütlərə sitayiş etmirdilər. Manoah və onun arvadı həqiqi canlı Allaha sitayiş edirdilər.

(JD-41, Manoahın arvadı fiqurunu yerləşdirin). Manoahın arvadının uşağı olmurdu. O dövrdə, indiki kimi bir

çox ölkələrdə, övladı olmayanın həyatı tam, uğurlu hesab olun-murdu. Manoah və onun arvadı, övladları olmadıqlarına görə çox kədərlənirdilər.

(JD-25, mələk fiqurunu yerləşdirin). Rəbbin mələyinin Manoahın arvadının yanına gələrək ona:

“Sənin övladın olmurdu, indi sən oğul doğacaqsan” deyəndə, onun necə sevindiyini və təəccübləndiyini təsəvvür et. Manoah və onun arvadının doğulacağı körpəsi üçün Allahın xüsusi planları var idi. Məhz elə buna görə mələk onlara verəcəyi qaydalara ciddi əməl etmələrini əmr etdi.

“Sizə onun saçlarını kəsmək olmaz, çünki o, Allahın Nəziri olacaqdır”, - mələk dedi. Nəziri – bu, Allaha həsr olunmuş adamdır. Uşağın saçları, ümumiyyətlə, heç vaxt kəsilməməli idi. Və bütün İsrail xalqı bilirdi ki, - bu adam xüsusilə Allaha həsr olunubdur. Adamlar onu görəndə, onlar dərhal başa düşürdülər ki, o, xüsusi məqsəd üçün Allah tərəfindən seçilibdir.

“Allah sənin oğlunu ona görə seçibdir ki, o, İsraili filiştlilərin əlindən xilas etsin”, - mələk Manoahın arvadına dedi. Allah onun oğlunu, o, hələ dünyaya gəlməmişdən əvvəl seçmişdir.

Manoahın arvadının yanına gələn mələk, xüsusi qaydalara əməl etməyi əmr etdi, çünki onların oğlu üçün Allahın xüsusi planları var idi.

Saylar 6:1-21-i oxuyun və Nəzirilər haqqında daha çox

qaydaları bilin.

Allah bizə Manoahın arvadının adını çəkmir. Ona görə də biz

onu, sadəcə olaraq, “Manoahın arvadı” adlandıracağıq.)

3535

Əgər Rəbb İsa – sənin Xilaskarındırsa, onda Allahda sənin həyatın üçün də xüsusi planlar var. Onun planları – sənin yaxşılığın üçündür (Yer. 29:11-i oxuyun.). Sənin yaşayacağın bütün günlərin üçün Allahın planları var: hansı məktəbdə oxumalısan, harada işləməlisən, hansı imanlı cəmiyyətinə getməlisən. Həmçinin, sənin necə olmağın haqqında da Onun planları var. O istəyir ki, sən Onun Oğlu İsa Məsihə oxşayasan (Rom. 8:29). Əgər sən xilas olmusansa, onda Onun sənin üçün olan möcüzəli planı sənin İsa Məsih kimi düşünməyin və hərəkət etməyindən ibarətdir. Bu – Allah tərəfindən təyin olunmuş, sənin həyatının məqsədidir və o, Allahın üçün hazırladığından daha gözəldir.

Hər şeyi Allahın izzəti üçün etmək, Onun istədiyi kimi etmək deməkdir. İnsanlar başa düşəcəklər ki, məhz Allah səni indi olduğun kimi edibdir. Sənin həyatın, Allahın sənin həyatın üçün olan xüsusi planını bilməyin haqqında şəhadət etməlidir.

(JD-25, mələk fiqurunu yığışdırın və JD-42, Manoah fiqurunu yerləşdirin).

Manoahın arvadı, mələyin ona əməl etmək üçün əmr etdiyi qa-ydalar haqqında fikirləşirdi, çünki Allahın onun oğlu üçün xüsusi planı var idi. O, öz ərinə bu gözəl xəbəri demək üçün evə tələsdi.

- Bu gün Allah adamı mənə gəldi... O, mələyə oxşayırdı... Mən onun haradan olduğunu soruşmadım və o da öz adını mənə demədi.... Amma o dedi ki, mənim oğlum olacaqdır və mən şərab içməməliyəm və natəmiz şey yeməməliyəm, çünki körpə doğulandan Allahın Nəziri olacaqdır.

Manoah eşitdiyi xəbər görə çox həyəcanlı idi. Necə fikirləşirsən, o nə etdi? Müqəddəs Kitab deyir ki, o, ilk növbədə dua etdi. O, Allahdan elçini göndərməyi yenidən xahiş etdi ki, o, körpəni necə böyütməyi ondan soruşsun. Doğrudan da, sənin belə atanın olması əladır, hə?

Səhnə 2 Bir dəfə Manoahın arvadı tarlada işləyəndə, mələk yenidən ona

gəldi. O, ərini çağırmaq üçün evə tələsdi. (JD-41, Manoahın arvadı, JD-25, mələk və JD-42 Manoah

fiqurlarını yerləşdirin). Manoah bilirdi ki, onun oğlu üçün Allahın xüsusi planı var idi.

O, bu planı bilmək istəyirdi ki, o və onun arvadı Allahın onları görmək istədiyi kimi valideyn ola bilsinlər. Bəs sənin məsihçi valideynlərin var ki, onlar Allahın sənin həyatın üçün olan məqdəsini bilməyin barəsində dua edirlər? Bu – Allahın xüsusi xeyir-duasıdır.

Səhnə 3 (JD-43, Şimşon fiqurunu yerləşdirin). Körpə doğulanda, Manoah və onun arvadı onun adını Şimşon

qoydular. Onlar onun üçün dua edirdilər və onun necə böyüməsini

İllüstrasiya 5-1

Manoahın arvadının sözlərini tez səsləndirin, sanki sevincdən nəfəsin tutulur.

MHI

36

müşahidə edirdilər. Onun saçları daha çox uzanırdı, bədəni isə daha güclü olurdu. Onu görərək, İsrail xalqı başa düşürdü ki, Al-lah onu xüsusi məqsəd üçün seçibdir.

Müqəddəs Kitab deyir ki, o böyüdü və Allah ona xeyir-dua verdi. Ola bilsin ki, o, gənc olanda, Allah İsraili filiştlilərdən xilas etmək və hakim olmaq üçün artıq ona güc və səlahiyyət vermişdir.

Biz bilmirik Şimşon Allahı nə vaxt tanıdı, amma biz bil-irik ki, o, Ona inanırdı (İbr. 11:32). Yalnız İsa Məsihə öz Xilaskarın və Rəbbin kimi iman edəndən sonra sən Allahı tanıyacaqsan, sən başa düşməyə başlayacaqsan ki, bütün sənin həyatın əvvəlcədən planlaşdırılıbdır. Onun planları – sənin yaxşılığın üçündür, onlar yaxşı və müdrikdirlər. Al-lah hər bir məsihçini Rəbb İsa kimi etmək istəyir. Sən kamil olmayacaqsan, Şimşon da, əlbəttə ki, kamil deyildi. Amma sən məsihçi olanda, Allahın Müqəddəs Ruhu səndə yaşamağa başlayacaqdır. O, Ona necə məqbul hərəkət etməkdə sənə yardım edəcəkdir. O, valideynlərinə düzgün yanaşmaqda sənə yardım edəcəkdir. O, pis sözlərdən azad olmaqda sənə yardım edəcəkdir. Və bütün bunlar – sənin üçün Allahın planının bir hissəsidir.

Sənin üçün Allahın planının olmasını bilmək necə də gözəldir! Amma əgər sən xilas olmamısansa, sən bu şansı ötürürsən.

Şimşon Allaha inanırdı və mən fikirləşirəm ki, o bilirdi ki, Al-lah istəyir ki, o, İsraili filiştlilərdən xilas etsin.

Bir dəfə Şimşon Timnaya endi və orada filiştli qız gördü (JD-44, filiştli qız fiqurunu yerləşdirin.). Yəqin ki, bu, ilk baxışdan məhəbbət idi, çünki o, evə qayıdanda valideynlərindən onu arvadlığa almağı xahiş etdi. O dövrdə övladlar kimə evlənəcəklərini seçmirdilər. Bunu onların yerinə valideynləri edirdi. İsraillilərə yaşayan Allaha inanmayan biri ilə evlənmək qadağan idi. Bu qız, bərəkət allahı olan Daqona sitayiş edən filiştlilərin arasında böyümüşdür. O, yaşayan həqiqi Allaha inanmırdı (JD-44, filiştli qız fiqurunu yığışdırın və JD-42, Manoah və JD-41, Manoahın arvadı fiqurlarını əlavə edin.).

Şimşonun valideynləri həqiqi yaşayan Allaha inanırdılar. Necə fikirləşirsən, onlar oğlunun filiştli qızla evlənmə planını eşidəndə özlərini necə hiss etdilər? Mən əminəm ki, onlar çox kədərləndilər. Onlar bilirdilər ki, Şimşonun həyatı üçün Allahın xüsusi planı var idi.

Əgər Şimşon filiştli qızla evlənsə, onda Allah üçün Öz planını necə yerinə yetirəcəkdir? Mən fikirləşmirəm ki, Allahın onun həyatı üçün olan planı haqqında fikirləşirdi. O, yalnız gözəl qız haqqında və onunla evlənmək istədiyi haqqında fikirləşirdi. Amma Allah Şimşon üçün olan planlarını unutmamışdır. Və bu – sənin Allahın ailəsinin üzvü olmasının gözəl tərəflərindən biridir. Əgər sən Al-

Timnayanı xəritədə göstərin.

İllüstrasiya 5-2

MHIE

MHI

3737

İllüstrasiya 5-3

laha məxsussansa, onda tam əmin ola bilərsən ki, hətta sən səhv etsən də və Ona qarşı günah etsən də, sənin üçün hazırladıqlarını unutmayacaqdır. Əlbəttə, günah sənin Al-lahla olan münasibətlərini korlayacaqdır və sən Ona gəlməli və bağışlanma diləməli olacaqsan, amma Allah hər bir halda Öz xüsusi planını yerinə yetirəcəkdir – səni dəyişdirəcək ki, sən Rəbb İsa kimi düşünəsən və hərəkət edəsən. Müqəddəs Kitabda biz gözəl sözlər oxuyuruq: “ ... Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq...” (Fil. 1:6). Allah heç vaxt sənə əl yelləməyəcəkdir. O heç Şimşona da əl yelləmədi.

Valideynləri ilə birlikdə Şimşon Timnaya yola düşdülər. Oraya gedən yolda Şimşona cavan aslan hücum etdi. Nədənsə onun valideynləri ona yardım etmək üçün onun yanında deyildilər, amma Allah onunla idi. Allahın Ruhu Şimşona lazım olan gücü verdi və o, aslanı əlində heçnəsiz parçaladı. Şimşon bu hadisə haqqında heç kimə, hətta öz valiydenlərinə də demədi.

Səhnə 4 Bir neçə müddətdən sonra, Şimşon filiştli qızla evlənmək üçün

getdi. O, keçən dəfə aslanı öldürdüyü yerdə dayandı və aslanın meyidində arı beçəsi və bal gördü. Şimşon balı götürdü və toya gedərkən yolda yedi. Valideynləri ilə görüşərək, o baldan onlara da verdi, amma onu haradan götürdüyünü demədi.

(JD-43, Şimşon , JD-44, filiştli qız və JD-46, qonaqlar fiqurlarını yerləşdirin).

Şimşonun toy ziyafətində 30 nəfər bəyin dostları var idi. Hamı şənlənirdi və gecə uğurlu oldu. Şimşon hamıya tapmacanın açmasını tapmağı qərara aldı.

- Əgər siz yeddi günə tapsanız, onda sizlərin hər birinə qəşəng paltar hədiyyə edəcəyəm, amma əgər onu tapmasanız, onda sizlərdən hər biriniz mənə qəşəng paltar verəcəksiniz – Şimşon dedi.

O, əmin idi ki, heç kim onun tapmacasını tapa bilməyəcəkdir. Bu tapmaca sizin yadınızdadır? Hə, kimsə bunu tapa bildi? Bunu tapmaq üçün sizə daha bir şans verilir (JD-43, Şimşon və JD-44, filiştli qız fiqurlarını yığışdırın.).

Üç gündən sonra 30 nəfər bu tapmacanı tapmağa səy göstərdi, amma onlarda heç nə alınmadı. Onda onlar Şimşonun arvadının yanına gəldilər və onu hədələdilər ki, əgər o, Şimşondan cavabı öyrənməsə və onlara deməsə, onu və atasını yandıracaqlar. Onlar bu tapmacanın açmasını ciddi şəkildə öyrənmək qərarında idilər! (JD-46, qonaqlar fiqurunu yığışdırın və JD-43, Şimşon və JD-44, filiştli qız fiqurlarını yerləşdirin.).

Bütün qalan həftəni Şimşonun arvadı ağlayaraq deyirdi: - Sən məni sevmirsən! Əgər sən həqiqətən məni sevsəydin,

onda cavabını mənə deyərdin!Bunları eşitmək Şimşonu bezdirdi və düzgün cavabı ona dedi

İllüstrasiya 5-4

Qoyun uşaqlar Bibliyadan tapmacanı tapsınlar.

38

İllüstrasiya 5-5

(Bütün fiqurları yığışdırın.). O isə bunu adamlara deməyə tələsdi ki, onlar ona və onun

ailəsinə pislik etməsinlər (JD-43, Şimşon və JD-46, qonaqlar fiqurunu yerləşdirin.).

Filiştlilər tapmacanın düzgün cavabı ilə Şimşonun yanına gələndə, onların sifətindəki qüruru təsəvvür et! Onlar axırıncı dəqiqəyə qədər gözlədilər və elə gün batmasından əvvəl, yeddinci gündə Şimşonun yanına gəldilər ki, Şimşon fikirləşsin ki, onlar hələ də cavabı tapa bilmədilər.

- Nə baldan şirindir? Nə aslandan daha güclüdür? Onlar tapmacanı tapdılar. Bu, bal və aslan idi. Şimşon başa

düşdü ki, onlar cavabı onun arvadından öyrəniblər və çox qəzəbləndi!

İndi filiştlilər ilə dalaşmaq üçün Şimşonun səbəbi var idi. Rəbbin Ruhu onun üzərinə endi və qonşu şəhərdə 30 filiştlini öldürmək üçün ona güc verdi. O, onların hər birindən paltarı çıxartdı və onları bicliklə onun tapmacasını öyrənənlərə verdi.

Bu adamlar qeyri-düzgün yolla cavabı tapdılar və nəticəsində özlərinin 30 yerlisi öldü. Əgər Şimşon elə qəzəblənmişdisə ki, o, 30 nəfəri öldürdü, təsəvvür et ki, o öz arvadına necə qəzəblənmişdi!” – fikirləşdi, yəqin ki, Şimşon öz valideynlərinin evinə qayıtdı. Onun arvadının atası onun bir daha geri dönməyəcəyindən o qədər əmin idi ki, qızına izin verdi ki, o, Şimşonun bəylik dostlarından birinə ərə getsin. O da belə etdi.

Səhnə 5 Buğdanı yığışdırmaq vaxtı gələndə, Şimşon bir az sakitləşdi

və öz arvadına baş çəkməyi qərara aldı. Amma qızın atası onu evə buraxmadı, çünki o, başqasına ərə getmişdi. Necə fikirləşirsən, Şimşon özünü necə hiss etdi?

(JD-47, tarlada tülkülər fiqurunu yerləşdirin.). Şimşon qəzəblənmişdi! Hansısa yolla o, 300 tülkü tutdu

və onları quyruqlarından bağladı. Sonra o, iki quyruq arası məşəl bağladı, onları yandırdı və tülküləri birbaşa filiştlilərin məhsulunun yetişdiyi buğda tarlasına buraxdı. Sünbüllər quru idi və çox tez yandılar. Alov üzümlüyə və zeytunluğa da yayıldı.Yanğını söndürmək qeyri-mümkün idi. Filiştlilər yanğına görə hətta tarlaya yaxın belə gələ bilmədilər. Və nəhayət ki, onlar yanğın söndürənləri çağıra bilmədilər ki, onlara kömək etsinlər. Bir anın içində onların bütün məhsulları məhv oldu!

(JD-47, tülkülər fiqurunu yerləşdirin).Filiştlilər bütün bu olanlardan sonra özlərini necə hiss

edirdilər? - Ondan necə qisas alaq? – yəqin ki, onlar bir-birlərindən

soruşurdular. Onlar elə qəzəblənmişdilər ki, Şimşonun keçmiş arvadını və

onun atasını öldürdülər.

3939

Onda Şimşon daha çox filiştli öldürməyi qərara aldı. O getdi və Etam qalasının oyuğunda yaşadı. Bu müddətdə filiştlilər öz ordularını topladılar və Şimşonu öldürmək üçün Yəhudaya getdilər.

(JD-31, yəhudalılar və JD-48, kəndirlər fiqurunu yerləşdirin). Öz həyatlarına görə qorxaraq, yəhuda adamları Şimşonu

tapdılar, onu iki yeni kəndir ilə bağladılar və filiştlilərə gətirdilər. Onlar Şimşonu öldürməməyə söz verdiklərinə görə, onlarla getməyə razılaşdı.

(JD-49, qaçan filiştlilər fiqurunu yerləşdirin.). Filiştlilər Şimşonu görəndə, döyüş çağırışı ilə ona tərəf

qaçdılar. İndi Şimşon nə etməli idi? Rəbbin Ruhu ona böyük güc vermişdi. Şimşon kəndirləri

dartdı və onlar asanlıqla qırıldılar, sanki yanıb xarab olmuşdular. Şimşon, nəyinsə ona silah kimi xidmət edə biləcəyi bir şey üçün ətrafa baxdı (JD-48, kəndirlər fiqurunu yığışdırın və JD-50, çənə sümüyü fiqurunu yerləşdirin.).

Yaxınlıqda yerdə uzunqulağın çənə sümüyü var idi. Şimşon onu götürdü və filiştlilər nəyin baş verdiyini dərk edənə qədər, Şimşon adi uzunqulaq çənəsi ilə 1000 adam öldürdü!

Şimşon artıq filiştliləri məhv etməyə başlamışdı. Bu, onun üçün Allahın xüsusi planının bir hissəsi idi.

İsrail artıq çoxdan Şimşon kimi birisini gözləyirdi. Adamlar başa düşdülər ki, Allah Şimşonu ona görə seçmişdir ki, onları filiştlilərin əlindən xilas etsin və hakim olsun.

Şimşon 20 il İsrailin hakimi oldu. Bəzən o, düz seçimlər edirdi. Bəzən o, öz bildiyi kimi edirdi. O, kamil rəhbər deyildi, amma Allah filiştliləri tutub saxlamaqdan ötrü ondan istifadə etdi. Şimşon İsrail üçün Allahın planının bir hissəsi idi.

Allahın planının bir hissəsi olmaq – bu, necə də gözəl və heyrətamizdir! Allah o qədər böyük, qadir və müdrikdir və əgər sən xilas olmusansa, Onun planları sənə də aiddir. Onun sənin üçün olan planı bundan ibarətdir ki, sən Rəbb İsaya oxşayasan. Müqəddəs Ruh səndə yaşayır ki, Onun kimi ol-maqda sənə yardım etsin. Əlbəttə, Allahda sənin gələcəyin üçün də planlar var. Sən hansısa seçim qarşısında duranda, Allahdan müdriklik istə və O, Onun yolunu seçməkdə sənə yardım edəcəkdir.

Allahın sənin həyatın üçün nəyi planlaşdırdığını bilməyin birinci addımı – günahdan dönmək və Rəbb İsaya öz Xilaskarın kimi inanmaqdır. Sən bunu edəndə, Müqəddəs Kitabın dediyi kimi “Məsihdə” olacaqsan. “Məsihdə” olanda dinlə gör nə baş verir. “ (2 Kor. 5:17-ni oxuyun). “...kim Məsihdədirsə, yeni yaradılışdır...»

Sən Allah üçün yaşamaq istəyi olan başqa, yeni adam olacaqsan. Bu, elə Allahın planıdır. Sən elə indicə Rəbb İsaya

İllüstrasiya 5-6

MHI

MHIE

40

Təkrarlamaq üçün oyun

“Cavahirat haradadır?”Belə bir cədvəl çəkin:

A B C D E12

Bu, komanda oyunu deyil. Hərə özü üçün oynayır. Əgər

uşaq suala düzgün cavab versə, o, xəzinənin harada olduğunu

tapa bilər. Tutaq ki, uşaq B2 dedi. Ona bu nömrə ilə vərəq verin.

Bütün suallar qurtarandan sonra, cavahiratın koordinatları olan zərfi açın. Cavahiratın yerini

düzgün tapan hədiyyə qazanır.

inanmaq istəyirsənmi ki, O, sənin üçün ölübdür? Ona söylə ki, Onun planlarının sənin həyatında yerinə yetməsini istəyirsən.

Təkrarlamaq üçün suallar1. Şimşonun doğulması haqqında kim elan etdi? (Mələk.)2. Şimşon üçün Allahın hansı xüsusi planı var idi? (İsraili

filiştlilərdən xilas etməyə başlamaq və hakim olmaq.) 3. Hər bir məsihçi üçün Allahın hansı xüsusi planı var? (Daha

çox Rəbb İsa Məsihə oxşamaq.) 4. Nə üçün Şimşona baxaraq, dərhal demək olardı ki, o,

Nəziridir? (Onun uzun saçları var idi.) 5. İnsan nə vaxt Allahın onun həyatı üçün planlarını tanımağa

başlayır? (İsa Məsihə öz Xilaskarı kimi iman edəndə.) 6. Şimşon filiştlilərə hansı tapmacanı tapdı? (“Yeyəndən bir

yeməli şey çıxdı, güclüdən bir şirin şey çıxdı”.) 7. Nə üçün Şimşonun etdiyi səhvlər Allahın planlarına mane

olmadılar? (Ona görə ki, Allah – hər şeyə qadir və müdrik-dir.)

8. Uzunqulağın çənəsi ilə Şimşon nə etdi? (1000 filiştlini öldürdü.)

9. Məsihçi gələcək sənətini seçərkən nə etməlidir? (Allahdan onu istiqamətləndirməsini diləməlidir.)

10. Fil. 1:6-nı deyin. (“...Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq...”)

41

KƏLAMHakimlər 16:4-31 MƏRKƏZİ HƏQİQƏTGünahlı hərəkətlər Allahdan uzaqlaşdırır

TƏTBİQİman edən uşaqlar üçün: Allaha qayıt,

Onun qarşısında öz günahını etiraf et.

YADDA SAXLAMAQ ÜÇÜN AYƏ “...Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir”. (1 Yəh. 1:7)

ƏYANİ VƏSAİT • İllüstrasiyalar: 6-1, 6-2, 6-3, 6-4, 6-5 və 6-6.• Fiqurlar: JD-43, JD-48, JD-49, JD-51, JD-52, JD-53а, JD-53b, JD-54, JD-55, JD-56, JD-57, JD-58, JD-59а, JD-59b, JD-60 və JD-61.• Üzərlərində bu sözlər yazılmış lövhələr: “İzlər”: “Mən özüm”, “pis dostluq”, “yalan” və “itaətsizlik”.

Dərs 6 Şimşon və Delila

DƏRSİN PLANI

Giriş“İzlər”

Hadisələrin gedişatı 1. Şimşon Delilaya aşiqdir.2. Ələ alınan Delila, onun gücünün sirrini bilməyə can atır. MHİ 3. Şimşon ona deyir: - “Əgər yay ipi ilə bağlasan.”- “Əgər təzə kəndirlərlə bağlasan.” MHİ 4. Şimşon onda deyir: “Əgər saçlarımı kəssən.” MHİ5. Delila onun saçlarını kəsir. 6. Filiştlilər Şimşonu ələ keçirirlər. 7. Şimşon kor olur və buğda üyüdür. MHİ8. Şimşonu gətirirlər ki, onu ələ salsınlar. 9. Şimşon sütunların arasında dayanır.10. Şimşon dua edir.

Kulminasiya Şimşon sütunları itələyir – məbəd dağılır.

YekunŞimşon, məbəddə olan filiştlilərlə birlikdə ölür. MHİ

42

Dərs (Yerə bir neçə iz fiqurunu (sözsüz) elə qoyun ki, izlər sizdən

uzağa getsinlər. Uşaqlardan kimdənsə yaxınlaşmağı, izin üzərində durmağı və izin aparacağı yerə getməyi xahiş edin).

Bu izlər səni məndən uzaqlaşdırır, elə deyilmi? Şimşon da bir dəfə onu Allahdan uzaqlaşdıran bir neçə

addım etdi. Bax onlardan biri (uşaqlara “mən özüm” sözü olan “izi” göstərin). Yadına sal, o, nə vaxt hər şeyi öz istədiyi kimi etməyi qərara aldı? Hə, filiştli qız ilə evlənməyi qərara alanda, baxmayaraq ki, onun atası buna qarşı idi. Əgər sən məsihçi olaraq xudbinlik göstərirsənsə, bu, səni Allahdan uzaqlaşdırır. Bu – günahdır və o, Allahla sənin dostluğunu pozur. Məhz bu, Şimşonun həyatında baş verdi.

Səhnə 1Sonra Şimşon ilə nə baş verdi? O, yenidən aşiq oldu. Bu dəfə

o, filiştlilər arasında yaşayan gözəl qadını sevdi. Onun adı Delila idi.

(JD-43, Şimşon və JD-51, Delila fiqurlarını yerləşdirin.). Filiştli rəhbərlər Şimşonun onlara etdiklərinə görə ona nifrət

edirdilər. Onlar biləndə ki, Şimşon Delilanı sevir, onlar vəcdə gəldilər! Onların ağlına əla bir plan gəldi və onlar bu plan ilə Delilanın yanına gəldilər.

(JD-52, Delila fiqurunu yerləşdirin.). - Şimşonun böyük gücünün sirrini öyrən, onu bizə aç və sən

zəngin olacaqsan, - onlar Delilaya dedilər. – Bizlərdən hər birimiz sənə 1100 şekel verəcəyik.

• Bizim pulla hesablasaq – bu, 500 manatdan çox edir. Delila üçün bu, çox böyük sınaq idi. Müqəddəs Kitab Delilanın Şimşonu sevib-sevməməsi haqqında demir.

Səhnə 2 (JD-53a, Şimşon fiqurunu JD-53b, saçlar və JD-54, Delila

fiqurları ilə birlikdə yerləşdirin.). Sonrakı dəfə, Şimşon Delilaya baş çəkməyə gələndə, onun

evində öz sirrini Delilaya açan kimi onu tutmağa hazır olan filiştlilər gizlənmişdilər.

- Şimşon, əzizim, sənin böyük gücünün sirrini mənə de! Mən bilmək istəyirəm, səni necə bağlamaq və sakitləşdirmək olar, - Delila Şimşonun qulağına pıçıldadı.

Şimşon tapa bilərdi ki, o, bunu elə-belə soruşmur. Axı o, düşmən ərazisində idi, filiştlilərin isə dünyada ən çox istədikləri şey, onu necə ələ keçirə bilmələri idi. Çox qəribə idi ki, onun sevdiyi qadın, belə şeylər soruşur. Amma Şimşonun heç ağlına belə gəlmirdi ki, nələr baş verir. O, Allahdan uzaqlaşmağa daha bir addım atdı: pis dəstəyə qoşuldu (“izi” bu sözlərlə yerləşdirin).

Əgər sən pis dəstəyə düşmüsənsə, onda sən gec-tez öz-

İllüstrasiya 6-1

MHI

Şərhlər deyirlər ki, filiştlilərin beş böyük şəhərləri olduğuna görə, yəqin ki, beş rəhbərləri

var idi.

4343

özlüyündə etmədiyin pis hərəkətlər etməyə başlayacaqsan. Eyni şey Bəhruz ilə də oldu. O, məsihçi idi, amma başqa

məktəbə keçəndə, “əla oğlanlarla” ünsiyyətdə olmağa başladı. Onlar divarlara müxtəlif sözlər yazırdılar və onlardan bəziləri, sadəcə, çox pis idilər.

Bir dəfə axşam oğlanlardan biri narkotik maddə gətirdi və onların hər biri onun dadına baxdılar. Bəhruz söyüş söyməyə başladı. O, vaxtı ilə İsa Məsihə öz xilaskarı kimi inandığı Müqəddəs Kitab dərslərinə getməyi dayandırdı. Bu, onun öz həyatını korlayana qədər bir neçə ay davam etdi. Allah onu bağışladı, ona görə ki, O, söz veribdir: “Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək” (1Yəh. 1:9). Bu hadisədən sonra Bəhruz başa düşdü ki, pis dəstə adamı Allahdan uzaqlaşdırır. Eyni şey Şimşon ilə də baş verdi.

Şimşon Delilaya nə cavab verdi? Ola bilsin ki, o, onunla bir az oynamağı qərara aldı. O dedi:

- Əgər məni yeddi yaş yay ipi ilə bağlasalar, onda mən də bütün adamlar kimi olacağam.

Yay ipini heyvanın bağırsağından düzəldirdilər və onu qırmaq çox çətin idi, xüsusilə də o, hələ yaş olanda.

Şimşon Delilanı aldatdı. Yəqin ki, o, sadəcə olaraq, onunla zarafat etmək istədi, baxmayaraq ki, bu, əsl yalan idi. Amma bu qorxulu oyun Şimşonun xoşuna gəlirdi.

(Şimşon fiquruna JD-55, yay ipini yerləşdirin.). Ola bilsin ki, Şimşon yatarkən, filiştli rəhbərlər Delilaya yay

ipi gətirdilər. Delila sakitcə və ehtiyatla Şimşonun güclü bədənini onunla bağladı.

Və evdə gizlənən adamlar Şimşonu tutmağa hazır olanda, Delila ona qışqırdı:

- Filiştlilər sənin üstünə gəlirlər! (JD-55, yay ipi fiqurunu yığışdırın). Şimşon yay ipini nazik bir kəndir kimi qırdı. Onun gücünün

sirri hələ tapılmamış qalırdı. - Sən məni aldatdın! – Delila gileylə söylədi. – Xahiş

edirəm, səni nə ilə bağlamağın mümkün olduğunu mənə de. Şimşon isə yeni nağıl fikirləşmişdi. O dedi: “Bizim üçün

Müqəddəs Kitabda yazılıbdır: “Əgər heç işlədilməmiş təzə iplərlə məni yaxşıca bağlasalar, o zaman gücdən düşüb adi adam kimi oluram”.” Daha bir yalan!

(JD-48, iplər fiqurunu Şimşonun üzərinə yerləşdirin.) Allah yalana necə yanaşır? Müqəddəs Kitabın bu haqda nə

dediyinə qulaq asın (Sül. Məs. 6:16-17-i oxuyun.). Bəli, Rəbb yalana nifrət edir. O, sözsüz ki, adamı Allahdan uzaqlaşdırır.

MHI

İllüstrasiya 6-2

44

(“Yalan” sözü ilə “izi” göstərin.). Məsihə etibar edəndən sonra, elə olub ki, sən yalan

danışmısan? Əgər hə, onda sənin Allah ilə “yaxınlığın” pozu-lubdur. Sən valideynlərini kədərləndirən bir şey edəndə, sənin münasibətlərin zəifləyir, gərginləşir. Valideynlərin səni ailədən xaric etmirlər, amma onlardan bağışlanma diləyəcəyini gözləyirlər. Allah ilə münasibətdə də eyni şey baş verir. İzin vermə ki, yalan sənin Səmavi Atan ilə münasibətlərini korlasın. Yalan Allahı kədərləndirir və Şimşonun hadisəsi də müstəsna deyildir.

Bu dəfə filiştlilər dərhal bildilər ki, Şimşon yalan deyir. Təzə iplərin Şimşonu bağlaya bilməyəcəyini biz səninlə haradan bil-irik? Ona görə ki, yəhudilər artıq bu yoldan istifadə etmişdilər!

Delila onu təzə iplərlə bağladı və ucadan qışqırdı: - Şimşon, oyan, filiştlilər sənin üstünə gəlirlər! (JD-48, iplər fiqurunu yığışdırın.). Şimşon ipləri əli ilə elə asan açdı ki, sanki bu, adi bir sap idi. Delilanı çaşdırmaq elə də asan deyildi. O, pul əldə etmək

istəyirdi və təslim olmaq fikrində deyildi. O, yenidən həmin sualı Şimşona verdi. Gəlin Şimşonun cavabını Müqəddəs Kitabdan oxuyaq (Hak. 16:13b-ni oxuyun.).

- Əgər sən saçımın yeddi hörüyünü toxucu dəzgahındakı parça ilə toxusan...

O dövrlərdə hələ parça istehsal olunan fabriklər yox idi (JD-56, toxucu dəzgahı fiqurunu yerləşdirin.). Qadınlar parçanı belə toxucu dəzgahında əl ilə sapdan toxuyurdular. Delila ehtiyatla Şimşonun saçlarını əlinə aldı. Onlar elə uzun idilər ki, o, onları yeddi böyük hörüklə hörmüşdü. Bu hörüklərin hər birini o, toxu-cu dəzgahında toxuyurdu. Yəqin ki, Şimşona yüngülləşdirici kimi təsir etdi və o, tezliklə dərin yuxuya getdi. İndi o, öz gücünün həqiqi sirrini açmağa yaxın idi – vəziyyət təhlükəliləşirdi.

Delila parçanı mismar ilə dəzgaha mismarladı ki, onu daha möhkəm saxlasın.

-Şimşon, oyan! Filiştlilər buradadırlar və səni tutmaq istəyirlər! Şimşon ayıldı və toxucu dəzgahını parça ilə birlikdə dartıb

çıxartdı. (JD-56, dəzgah və JD- 54, Delila fiqurlarını yığışdırın. JD-51,

Delila, Şimşondan solda.). - Əgər mənə etibar etmirsənsə, sən məni sevdiyini necə

deyirsən? Üçüncü dəfə sən məni aldatdın və sənin gücünün nədə olduğunu demədin!

Günbəgün Delila Şimşondan soruşurdu və nəhayət, bütün bunları eşitmək onu dəhşətli dərəcədə bezdirdi. Və ona bunu dedi (Hak. 16:17-i oxuyun.):

- Mənim başıma ülgüc dəyməyibdir; çünki mən ana

MHI

4545

bətnindən Allahın nəziriyəm. Əgər mənim saçımı qırxsalar, onda gücüm məni tərk edəcəkdir; mən zəifləyəcəyəm və adi adamlar kimi olacağam.

Şimşon gözəl bilirdi ki, o, bunları ona deməməli idi. Allah ona böyük güc vermişdi ki, o, israilliləri filiştlilərdən xilas etməyə kömək etsin. O bilirdi ki, Delila digərlərinə onun sirrini açacaqdır və bu, itaətsizlik addımı idi.

(“İtaətsizlik” sözləri olan “izi” göstərin.).Məsihçilər də itaətsiz ola bilərlər. Sən kiməsə

qəzəblənirsənmi? Başqa qız hədiyyə aldı və sən indi onunla dostluq etmirsən. Yaxud hansısa oğlan sənin velosipedini aşırdı və onu bir az sındırdı. O üzr istədi, amma sən hələ də ona qəzəblisən. Allah deyir: “... qonşunu özün kimi sev”. Ona görə ki, sən bu cür reaksiya verəndə, sən Allaha qulaq asmırsan, bu addım isə səni Allahdan uzaqlaşdırır. Əgər sən öz qəlbində qəzəb gizlətmisənsə, onda səninlə Allah arasında hər şey qaydasında deyil.

Hər şeydən kədərlisi isə odur ki, Şimşon etdiyi şeyə görə peşman deyildi. O, Delilanın dizləri üstündə (JD-51 fiqurunu JD-54-ə dəyişin) şirin yuxuya getdi. Delila bilirdi ki, bu dəfə o, tam həqiqəti dedi. O, bunu da bilirdi ki, filiştlilər yaxınlıqda gözləyirdilər və ona pul verməyə hazır idilər. O, çox sakitcə Şimşonun başından saçlarını kəsən adamı çağırdı. Hər bir kəsilən hörükdə Şimşonun gücü gedirdi. Bütün saçı kəsiləndə, onun gücü qalmadı. Allah əmr etmişdi ki, Şimşonun saçları kəsilməsin.

(JD-53b, Şimşonun saçları fiqurunu yığışdırın). Şimşon köməksiz oldu və hətta bu haqda bilmirdi. O, Delilanın

qışqırığını eşidənə qədər dərin yuxuya getmişdi:- Şimşon, filiştlilər sənin üstünə gəlirlər! (JD-49, qaçan filiştlilər və JD-53a, Şimşon fiqurlarını

yerləşdirin). Şimşon oyandı və fikirləşdi: “Mən əvvəlki kimi

qurtulacağam”. Amma Müqəddəs Kitabın dediklərinə qulaq as (Hak. 16:20b-ni oxuyun): “Lakin bilmirdi ki, Rəbb ondan ayrılıb”.

Filiştlilər öz gizləndikləri yerdən artıq qorxmayaraq sıçradılar, çünki bilirdilər ki, Şimşon indi zəifdir. Onlar onu tutdular, gözlərini çıxartdılar və Qəzzaya apardılar.

Səhnə 3 (JD-57, Şimşon buğda üyüdür fiqurunu yerləşdirin.). Qəzzada filiştlilər Şimşonu onlar üçün buğda üyütməyə

məcbur etdilər. Hər gün o, buğda üyüdürdü. Kor və köməksiz, o, bütün ili bu qadın işi ilə keçirdi. O dövrdə bu, kişi üçün ən böyük təhqir idi. Və bütün bu şeylər onu Allahdan uzaqlaşdıran addımlar atdığına görə onunla baş verdi.

Məsihçilər Allahın iradəsinə görə yox, öz iradələrinə

MHI

İllüstrasiya 6-3

İllüstrasiya 6-4

46

İllüstrasiya 6-5

görə hərəkət edəndə, onlar pis vəziyyətə düşürlər. Ola bilsin ki, sən Allaha inanırsan, amma səni Rəbdən uzaqlaşdıran addımlar atmısan və indi buna görə sən utanırsan. Ona gəl və hər şeyi Ona de. Onun gözəl vədini xatırla: “Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək” (1Yəh. 1:9). Allah bu cür addımlardan qaçmağına yardım edəcəkdir. Sən əvvəlki kimi düzgün olma-yan yollarla getməli olmayacaqsan. Müqəddəs Kitab düzgün addımları necə atmaq haqqında danışır (1 Yəh. 1:7).

Nə vaxtsa Şimşon öz istədiyi kimi etməyi xoşlayırdı – ağılsız və səhv. Amma indi hər şey başqa cür idi. Onun fikirləşmək üçün kifayət qədər vaxtı var idi və mən şübhə etmirəm ki, o, pis və ağılsız hərəkət etdiyini başa düşdü. Amma hər gün onun saçları ilə nə isə baş verirdi. Onlar tədricən uzanırdılar.

Səhnə 4 (JD-58, filiştlilər məbəddə, JD-59a və JD-59b, sütunlar və JD-

60, Daqon fiqurlarını yerləşdirin.). Filiştli rəhbərlər Şimşonu tuta bildiklərinə görə çox razı idilər.

Onlar öz köməksiz əsirlərinə baxmağı xoşlayırdılar. Və əlbəttə, onlar fikirləşirdilər ki, onların bütü olan Daqon Şimşona qalib gəlməkdə onlara kömək etdi. Buna görə də onlar Daqona qurban gətirmək və şənlənmək üçün toplaşmışdılar. Və bütün xalq bütü izzətləndirirdi.

- Daqona izzət. O, bizim tarlaları yandıran və bizim adamları öldürəni tutmaqda bizə yardım etdi, - onlar alqış nəğmələri oxuyurdular.

Sonra kimdəsə gözəl fikir yarandı. O, adamların arasında tez yayıldı.

- Şimşonu bura gətirin ki, biz onu ələ salaq! – onlar qışqırırdılar.

Şimşonu həmin dəqiqə gətirdilər və 3000-dən artıq kişi və qadın barmaqları ilə ona göstərirdilər və onu ələ salırdılar. Daha tanınmış rəhbərlər sifətlərində və gözlərində nifrət dolu gülüşlə Şimşona baxırdılar.

- Məni sütunlara apar ki, mən onlara söykənə bilim, - Şimşon onu gəzdirən uşaqdan xahiş etdi.

Ələ salma və lağ etmə davam edirdi. Şimşon bunu daha eşitmək istəmirdi. O, Allaha fəryad etdi (Hak. 16:28-i oxuyun.):

- Rəbb Allah! Məni xatırla və yalnız indi möhkəmləndir ki, ay Allah, mən bir dəfə öz iki gözümə görə filiştlilərdən qisas ala bilim.

Şimşon bilirdi ki, onun Allaha ehtiyacı var. O, Allaha etibar edirdi və Rəbb onu pis vəziyyətdə qoymadı.

(JD-61, sütunlar arasında dayanan Şimşon fiqurunu yerləşdirin.).

MHI

Şərhlər deyir ki, məbəd mərkəzdə iki uzun sütunu olan yer kimi görünürdü ki, onun üzərində

tavan var idi.

4747

Şimşon, binanı öz üzərində saxlayan iki mərkəzi sütundan yapışdı. Onlardan birini sağ, digərini isə sol əli ilə tutaraq, o, ucadan qışqırdı:

- Qoy mən filiştlilərlə birlikdə ölüm! (Yıxılan sütunları təsvir edərək, fiquru dəyişdirin, sonra isə

bütün fiqurları yığışdırın).Şimşon bütün gücü ilə sütunlara dirəndi və onları yerindən

tərpətdi, məbədin tavanı düz onun və məbəddə olan digərlərinin üstünə töküldü – orada isə çox adam var idi və bütün filiştli rəhbərlər də həmçinin.

Tüstü yavaş-yavaş çəkilirdi. Heç kim sağ qalmamışdı. Ölərək, Şimşon bütün ömrü boyu öldürdüyündən daha çox filiştli öldürdü. Allah Şimşonun səhvlərinə baxmayaraq ömrü boyu ondan istifadə etdi.

Biz Allahın necə xeyirxah və səbirli olduğunu və On-dan uzaqlaşdıran ağılsız addımlar atan Öz övladlarını necə sevdiyini görürük. Allah sənə də eyni cür yanaşır. Hər dəfə düzgün olmayan addım atanda Ona dön. Səni bağışlamaq vədinə inan. O, səndən istifadə edəcəkdir. O, sənin üçün hazırladığı hər şeyi yerinə yetirəcəkdir, İsrail hakimlərindən sonuncusu olan Şimşon üçün etdiyi kimi, sənin üçün də edəcəkdir.

İllüstrasiya 6-6

MHI

48

Əyani fəaliyyət Uşaqlara kartondan “izlər” verin. Uşaqlar onların üzərində nə

vaxtsa etdikləri səhv addımları yaza bilərlər. Onlar bu günahı Allah qarşısında etiraf edəndə, qoy “izi” elə çevirsinlər ki, o, əks tərəfə “aparsın, sözlər isə görünməsin.

Təkrarlamaq üçün suallar1. Şimşon kimi sevirdi? (Delilanı.)2. Nə üçün bu hərəkət ağılsız və təhlükəli oldu? (Filiştlilər

Şimşonun gücünün sirrini bu qadından öyrəndilər.) 3. Delila Şimşon üçün pis yoldaş idi və o, Şimşonu Allahdan

uzaqlaşdıran daha bir addım atmağa məcbur etdi. Bu, nə addım idi? (Yalan.)

4. Allah yalana necə yanaşır? (Allah yalana nifrət edir.) 5. Filiştlilərin Şimşonu tutması üçün üç uğursuz cəhdlərindən

birinin adını çəkin. (Onlar Şimşonu yay ipi ilə bağladılar, onu kəndir ilə bağladılar, onun saçlarını parça toxuyan dəzgaha saldılar.)

6. Axırda Şimşon öz gücünün sirrini Delilaya açdı. O, nədən ibarət idi? (Onun uzun saçlarında.)

7. Hansı addım onu Allahdan uzaqlaşdırdı? (İtaətsizlik.)8. Yer üzündə nə qədər adam həmin addımı atıbdır? (Hamı.)9. Filiştlilər Şimşonu tutmaq üçün nə etdilər? (Onlar onun

gözlərini çıxartdılar və əsir tutdular.) 10. Məsihçi əgər günah etdiyini başa düşübsə, o, nə etməlidir?

(Allah qarşısında öz günahını etiraf etməlidir.)11. Günah məsihçiyə hansı pisliyi törədir? (Allah ilə onun

dostluğunu pozur.) 12. Şimşonun həyatı necə sona çatdı? (O, Daqonun məbədini

dağıtdı və orada olan filiştlilərlə birlikdə öldü.)

4949

Xoş Müjdənin təqdimatı Sizlərdən çoxu əlifbanı artıq çoxdan bilir, amma yenidən “D”

hərfini təkrarlayacağıq (Otaqda bir neçə addım edin, sonra isə dönün və əks istiqamətdə gedin.).

Mənim indicə etdiyim şey, “D” hərfi ilə başlayır. “D” hərfi ilə “dön” sözü başlayır. Doğulandan bəri sən Allahdan uzaq gedirsən. Bir çox insanlar səhv yolla getməyi xoşlayırlar və onlar əks tərəfə dönürlər. Amma əgər sən günahdan xilas olmaq istəyirsənsə, sən ondan dönməyi istəməlisən və əks istiqamətdə getməlisən (Həv. iş. 3:19).

“İ” hərfi ilə isə “inan” sözü başlayır. İsa Məsih, Allahın Oğlu insanların günahlarına görə ölübdür. Onu çarmıxa mıxladılar və Al-lah bütün dünyanın günahına görə Onu cəzalandırdı. O öldü, sonra isə dirildi. Ola bilsin ki, sən artıq bütün bu şeyləri bilirsən, amma Ona iman etmisənmi? Xilas olmaq üçün, sən Rəbb İsa Məsihə iman etməlisən. Müqəddəs Kitab deyir: “...Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız...” (Həv. iş. 16:31). Əgər sən, həqiqətən də, xilas olmaq istəyirsənsə, hələ də hansısa sualların qalıbsa və sən mənimlə danışmaq istəyirsənsə, qal, xahiş edirəm, dərs bitənə qədər öz yerində əyləş və mən başa düşəcəyəm ki, sən mənimlə danışmaq istəyirsən.

Samir Rəbb İsaya öz Xilaskarı kimi iman etmişdir, amma çox utancaq idi və bu haqda heç kimə demirdi. Bir dəfə onun dostu İlqar bazar günü səhər qayıqda gəzməyə dəvət etdi.

- Bağışla, - Samir ona dedi, - amma mən gələ bilmərəm: mən imanlı cəmiyyətinə gedirəm.

- Nə? – İlqar qaşlarını çatdı. – Sən imanlı cəmiyyətinə gedirsən? Məncə, bunun kimi darıxdırıcı yer yoxdur!

- Mən ora getməyi xoşlayıram, - Samir sakitcə başa saldı, - xüsusilə də, İsa məni xilas edəndən sonra. Bilirsən, mən indi məsihçiyəm.

- Hə, - İlqar lağ ilə dedi, - bütün bunlar ağılsızlıqdır və boş şeydir!

Amma Samir bütün bu şeylər haqqında İlqara danışmağı ilə düz hərəkət etdiyindən əmin idi. Amma “T” hərfinə qulaq as. Müqəddəs Kitabdan sözə qulaq as və bu hərfin nə demək olduğunu tapmağa çalış (Rom. 10:9-u oxuyun.).

Burada “iqrar et” “etiraf et” mənasındadır. Biz Rəbb İsaya inandığımızı sözlər ilə etiraf etməliyik. Biz xilas olduğumuzu hamıdan gizlədə bilmərik. Ola bilsin ki, sən ilk iki addımı atmısan, birinci iki hərf “D” və “İ” , amma üçüncü hərfi unutmusan. Nə üçün sən bu gün mənə İsa Məsihin sənin Xilaskarın olduğu haqqında danışmayasan?

İman etməyən uşağa tətbiq kimi siz dərsin proqramında Xoş Xəbər təqdimatından istafadə edə bilərsiniz.

50

Qalxanın konturu (Dərs 3)

51

Döyüşçünün konturu(Dərs 4)

52

Uşaq ilə xilas haqqında qısa söhbətin qısa planı

Uşağın aşağıdakıları başa düşdüyündən əmin olun: Allah

Allah kimdir? Allah bizi yaradandır. O, Müqəddəs Kitab vasitəsilə bizimlə danışır. Allah müqəddəs və pakdır. O, bizi sevir.

GünahGünah nədir? Günah – Allahın əmrlərinə qulaq asmamaqdır.Müəyyən günahlar haqqında danışın.Uşaq da təbiətinə və əməllərinə görə günahkardır. (Biz günah işlədirik, buna görə də günahkarıq.)Günah cəzaya layiqdir.

XilaskarSəni günahdan təkcə kim xilas edə bilər? Allah Oğul çarmıxda günahkarlara görə öldü. Rəbb İsa ölülərdən dirildi. O, hamı üzərində Rəbdir.

Xilası necə əldə etməyi başa salınAllahın bizdən nə istədiyini və Onun nə etdiyini başa salın. Müqəddəs Kitabdan ayələrdən istifadə edin. (Yəhya 1:12; 3:16; 6:37; Həv. İş 16:31; Rom. 6:23 yaxud 10:13)Rəbb sənin nə etməni istəyir? Rəbb nə edəcəkdir? Çətinliklər haqqında xəbərdarlıq edin. Soruşun: “Rəbbə etibar etmək istəyirsən, yoxsa sən hələ bir az gözləyəcəksən?”Əgər uşaq hazırdırsa, duada ona kömək edin.

Xilasa əminlik haqqında danışınİstifadə etdiyiniz Müqəddəs Yazılara qayıdın. Həyatdakı dəyişikliklər haqqında danışın. Ona deyin ki, Məsihə həqiqi iman etmiş adam bilməlidir.

Sonra məsihçi həyatı haqqında bəzi məsləhətləri verinMüqəddəs Kitabı oxu.Allahın əmrlərini yerinə yetir. Bizim Səmavi Atamız, Allah ilə danış. Rəbbin sənin üçün etdiklərini başqalarına de.Əgər günah işlətmisənsə, Rəbdən bağışlanma istə. Başqa məsihçilər ilə görüş.Rəbbin vədini yadda saxla: “Səni heç vaxt tərk etmərəm.” (İbr. 13:5)