230

Elmi redaktoru: prof.Ş.Y.Göyçaylı - lib.bbu.edu.azlib.bbu.edu.az/files/book/93.pdf · Canlılar tənəffüs edir, yəni bir qazı alıb, başqa qazı buraxır, onların mübadiləsi

  • Upload
    others

  • View
    48

  • Download
    0

Embed Size (px)

Citation preview

Elmi redaktoru: prof.Ş.Y.Göyçaylı

Rəyçilər: c.e.d., prof.N.K.Mikayılov dos.A.B.Dolxanov

T.A.Xəlilov, «Ekologiya və ətraf mühiti mühafizənin

əsasları», Bakı, «MBM-R», 2009, 232 səh.

Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində tədris olunan «Ekologiya və ətrafmühiti mühafizənin əsasları» mövzusunun məğzi açılır. Dərslikdə ətraf mühit haqqında, həmçinin ekologiyanın bəzi müddəaları, bu elmin yaranma tarixindən, onun məqsəd və vəzifələri, elmlər arasında tutduğu yer, dərsliyin elmi və praktiki əhəmiyyətindən bəhs olunur. Həmçinin dərslikdə ətraf mühitə və ekologiyaya aid yeni materiallar: səhralaşma, kosmik ekoloji proseslərə, okeanlarda baş verən dəhşətli sunami dalğaları, bioloji müxtəliflik, ekoloji mədəniyyət haqda da ətraflı məlumat verilir.

Dərslik Coğrafiya fakültəsinin qeyri-ekoloji təmayüllü tələbələri və magistrləri üçün nəzərdə tutulur. Kitabdan aspirantlar, orta məktəb müəllimləri və geniş oxucu kütləsi də istifadə edə bilərlər.

IT. XƏLİLOV «MBM-R»

G İ R İ Ş

İnsan özü üçün nə varsa - hava, su, maddi nemətlər, sənaye üçün xammal və s.-ni təbiətdən alır və istifadə edir. Bu sərvətlərdən yüz illərdən bəri kortəbii istifadə olunması nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə məruz qalmışdır. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşmişdir. Belə ki, dünya əhalisinin sayının artması, onun tələbatının genişlənməsi. Yer sərvətlərinin istifadəsinin durmadan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyanın tətbiqi və istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi və genişlənməsi göz qabağındadır. Bu və ya digər amillər ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün (təzyiqin) artmasına səbəb olmuşdur.

Hazırda ekoloji tarazlığı, onun mürəkkəb və bir-biri ilə sıx bağlı mexanizmlərini bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekologiya və ətraf mühiti mühafizə elminə tələbat və maraq günü-gündən artır. Müasir dövrdə ekologiya elmi bütün sənət adamlarının, alimlərin, mütxəssislərin, müəssisə və dövlət rəhbərlərinin diqqət mərkəzindədir.

L^kologiya yunan sözüdür (oykos-ev, yaşayış məskəni, logiya-elm). Bu sözü ilk dəfə zoologiya elmində (1866) alman bioloqu Ernst Hekkel işlətmişdin)

Cəmiyyətlə təbii mühitin qarşılıqlı təsiri indiyə kimi kortəbii baş vermişdir. Bu gün məlum olmuşdur ki, cəmiyyət təbiətin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməli, kortəbii qarşılıqlı təsirdən şüurlu istiqamətləndirməyə keçməlidir. Bəşəriyyət indi daha başa

düşür ki, təbiətin imkanları, indiki və gələcək nəsillərin maraqları nəzərə alınmadan biosferin ehtiyatlarını və yerin başqa sərvətlərini intensiv və kortəbii mənimsəmək olmaz.

Son illərdə ekologiyaya həsr olunmuş elmi ədəbiyyatda antropogen amillərin insan, bitki və heyvan orqanizminə təsirinin məhdudlaşdırılması və normativləşdiril- məsi məsələlərinə ciddi fikir verilir.

Son dövrlərdə bütün bəşəriyyəti narahat edən ekoloji problemlərə Azərbaycan Respublikasında da böyük diqqət verilir və onların həlli üçün hərtərəfli tədbirlər görülür. Bu gün ətraf mühitin mühafizəsi və ekologiya elminin əhəmiyyəti konstitusiyada, prezident fərmanlarında, hökumət qərarlarında öz əksini tapmışdır. Sözsüz ki, Azərbaycanın sabit inkişafı ekoloji problemlərin həllindən də çox asılıdır.

I F Ə S İ L

PREDMETİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

1.1. Ekoloji anlayışların təhlili və coğrafi ekologiyanın varanma mərhələləri

Müasir dövrdə ekologiya canlı orqanizmlərin bir- biriylə və ətraf mühitlə qarşılıqlı əlaqəsi haqqında elmdir. Başqa sözlə Ekologiya cansız təbiətlə canlı orqanizmlər arasında və canlıların öz aralarındakı qarşılıqlı əlaqəsini, təsirini, münasibətini öyrənən sintetik elmdir. «Ekologiya» terminini ilk dəfə elmə gətirən alman zooloqu E.Hekkel olmuşdur. O, «Orqanimlərin ümumi morfologiyası» əsərində ilk dəfə yeni elmin mənasını izah etməyə cəhd etmişdir. Ekologiya sözü yunan sözü olan «oykos» yaşayış yeri, sığınacaq deməkdir. l/E.Hekkel ekologiyanı «orqanizmlərin ətraf mühitlə əlaq5§indən bəhs edən ümumi elm» kimi də qiymətləndirirdi. Alimin fikrincə ekologiya- canlı orqanizmdəri, mühiti, insanların «ev həyatı»nı təşkil edir. Bu elmi «Darvin şərti olaraq «yaşamaq uğrunda mübarizə» adlandırır. XIX əsrdə qismər, «təbiətin iqtisadiyyatı» kimi də adlandırıhrc^ Bu termin təbii balansın problemi, «növlərin bərabərliyi» kimi də qeyd olunur.

a ir çox elmlərdə olduğu kimi, ekologiya elmi də uzun bir tarixi yol keçmişdir. Həyat fəaliyyəti haqqında məlumatların toplanması, onun xarici şəraitdən asılılığı, canlıların və bitgilərin paylanması xarakteri kimi məlumatlar çox əvvəllər başlanmışdır. Bu məlumatların ilk yekunlarını biz antik filosoflann əsərlərində görürük. Aristotel (384-322 b.e.ə.) 500 növdən artıq ona məlum olan heyvanların təsvirlərini vermiş, onların davranışı, məsələn, miqrasiyası, balıqların qışda yuxulanıası, köçəri quşların mühit yaratmaq fəaliyyəıi, özlərini qorumaq bacarığı və .a.

haqda məlumat vermişdir. Aristotelin tələbəsi botanikanın atası Eroziyalı Teofrast (371-280 b.e.ə.) bitgilərin müxtəlifliyi, onların torpaq və iqlimin forma və xüsusiyyətlərindən asılılığı barədə məlumatlar vermişdir.

Dirçəliş dövrünə təsadüf edən Böyük coğrafi kəşflər, yeni ölkələrin müstəmləkəyə çevrilməsi sisteniatikanm inkişafına böyük təkan verdi. Bitkilərin və heyvanların təsviri, onların xarici və daxili quruluşları, müxtəlif formaları biologiya elminin ilk inkişaf mərhələlərində əsas istiqamət idi.

Jan Batist Lemark (1744-1829), təkamül nəzəriyyəsinn müəllifi kimi, hesab edirdi ki, «Xarici şəraitin» təsirində orqanzmlərin uyğunlaşmasının heyvan və bitkilərin təkamülü ən vacib səbəblərindən biridir.

Aleksandr Humboltun (1807) əsərləri bitki coğrafiyasının yeni ekoloji istiqamətini müəyyənləşdirdi. A.Humbolt elmə yeni fikir gətirdi ki, landşaftın «fiziono- miyası» bitkinin xarici görünüşü ilə təyin olunur.

1859-cu ildə Ç.Darvinin «Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və yaxud həyat uğrunda mübarizədə sağlam növlərin qorunması»adh kitabı çapdan çıxdı. Ç. Darvin göstərirdi ki, «yaşamaq uğrunda mübarizə» təbiətdə onun başa düşdüyü kimi, növlərin mühtlə bağlı təsir və əks təsirləri təbii seçməyə gətirir, yəni təkamülün hərəkətverici amili hesab olunur.

XX əsrin əvvəllərində hidrobioloqların, fitosenoloqların, botaniklərin və zooloqların hər biri ekologiya elminin müəyyən istiqamətlərinin inkişaf etməsinə təkan verdi.

t30-cu illərdə ekologiya elminin yeni istiqaməti - populyasiyaların ekologiyası yaranmağa başladı. Bu elmin banisi ingilis alimi Ç.Eltonu qəbul etmək ola_^«Canlıların ekologiyası» adlı kitabında Ç.Elton (1^7) diqqəti orqanizmlərin populyasiyasma istiqamətləndirir. Belə ki, bu səviyyədə ekoloji adaptasiya və düzəlmənin öz xüsusiyyətləri

aydınlaşır. |(j^pulyasiya ekologiyanın əsas problemi, növdaxli yaranma və say dinamikası hesab olunuj:^

Onurğalılarm ekologiyasının təkamül problemləri S.S.Şvartsm əsərlərində öz əksini tapmışdır.

XX əsrin 40-cı illərindən ekologiya elmində təbii ekosistemin tədqiq olunmasında prinsipcə yeni yanaşma yarandı. J1935 -ci ildə ingilis alimi A.Tensli «ekosistem» anlayışını verdi, 1942-ci ildə isə V.N.Sukaçev biogeosenoz haqqında təsəvvürləri əsaslandırdı. Bu anlamda abiotik əhatə ilə birliyi, qanunauyğun olaraq bütün növlərin və qeyri-üzvi ətraf mühit - elementlərin dövranı və enerjinin çevrilməsi əsas götürülmüşdür.

j Ekosistem və populyasiya ekologiyasının inkişafı ilə müasir ekologiya elmi metodunun əlamətləri yaranmağa başlaıM Ekoloji axtarışın əsas instrumentini kəmiyyət metodları təşkil edir. Bioloji məhsuldarlığın nəzəri əsaslarını hazırlamaq işində, 1950-ci illərdən başlayaraq bir çox ekoloqlar iştirak edirlər. Bunların içərisində Q.Odumu və Y.Odumu, R.Çtekkeri, R.Marqalefanı və b. göstərmək olar.

Ekosistem analizin inkişafı yeni ekoloji əsasla biosfer haqqında təlimin yaranmasına səbəb oldu. Bu təlimin banisi isə XX əsrin dahi təbiət alimi V.İ.Vernadski olmuşdur. O, öz ideyaları ilə onun üçün yeni olan elmi xeyli qabaqlayıb. Biosferin - stabilliyi və funksiyalarının maddə və enerji balansının ekoloji qanunlarla nizamlanmasının qlobal mahiyyətini əsaslandırır.

^^azırda ekologiya elmi elmlərarası kəmiyyət kəsb edir. O, mühitlə bağlı qanunauyğunluqların öyrənilməsində əks etdirilir. Bu da bütün canlı orqanizmlərə aiddir) Bu ekologiyadan fərdi (aut) və (cəm) sinekol^iya, populyasiya ekologiyası ayrılır.

(i Ekologiyanın əsas vəzifələrinə ekosistemdə enerji və materiyanın qarşılıqlı fərqinin öyrənilməsinə daxil edilir. / Enerji və maddələrin transformasiya prosesi canlı orqanizmlərlə qarşılıqlı əlaqədə öyrənilməlidir.

Deyilənlərin sistemli təhlili ekologiya elminin predmetinə daxil edilir. Ümumiyyətlə, ekologiya elmi nisbətən yeni dövrdə formalaşdığından yeni paradiqmalarm (elmi ideyalar) formalaşmasına şərait yaradır. Bunlar yalnız bir elm kimi ekologiya üçn spesifik deyildir. Belə ki, onlarla digər elmlər də (biologiya, coğrafiya, kimya və b.) məşğul olur. Yuxarıda qeyd etdiyimiz kimi je^ologiya elminin inkişafı XX əsrin əvvəllərinə təsadüf edir. Belə münasibət həmin əsrin 30-cu illərindən sonra, xüsusilə II Dünya' müharibəsindən sonra, təbiətə, ətraf mühitə, təbii ehtiyatlara olan tələbi artırdı. Ekologiya elmi tamamilə yeniləşən, inkişafı zəruri sayılan elm sahəsinə çevrildij Hazırda elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə əlaqədar və təbii ehtiyatların mühafizəsi məsələlərinin həlli müasir ekologiyaya olan maraq dairəsini özünü qanuni-bioloji sərhəddindən çıxarılmışdır. Odur ki, |^n 30-40 il ərzində ekologiya elmi biologiya, coğrafiya, kimya təmayüllü ilə yanaşı sosial, iqtisadi, texnoloji, nəzəri və tətbiqi elm sahəsinə çevrilmişdir. Bu göstərilən sahələr ümumi ekologiyanın müstəqil sahələri olub daxili bölgələrə malikdi^

fWr tədris kimi ekologiya aşağıdakı sahələrə: vibekoTogiya, coğrafi ekologiya, texnoloji ekologiya, geoloji ekologiya, texnoloji ekologiya, hüquqi ekologiya, ekosistem və ya qruplaşma ekologiyası,| yaxud biosenologiya (biogeosenologiya) bölünür: Biosenologiya - biosenozlar haqqında elm, biosenozları, onların tərkibini, quruluşunu, dinamik inkişafını, yayılmasını, mənşəyini, xarici mühit amilləri ilə qarşılıqlı əlaqəsini və növlər arasındakı münasibəti öyrənən və nəhayət biosfer haqqında təlimi öyrənən bölmələrə ayrılır.

Cəmiyyət sivilizasiyanın inkişafı ilə bağlı bir sıra neqativ ekoloji hadisələrlə də rastlaşır: təbii ehtiyatlar tükənir, ətraf mühit təbii hadisələrlə çirklənməyə məruz qalır, antropogen təzyiqin güclənməsi ilə təbii

ekosistemlərin kasadlaşniası və deqradasiyası nəticəsində biosferin buferliyinin (tarazlığının) pozulması müşahidə olunur və s.

Ekologiya elminin son vəzifələri və ya nəticələri aşağıdakılardan ibarət olmalıdır; müasir və gələcək nəsilləri sağlam ətraf mühitlə təmin etmək üçün elmi əsaslar hazırlamaq; təbii ehtiyatların mühafizəsi və tullantısız texnologiyanın ekoloji əsaslarını aşkar etmək; optimal və etibarlı fəaliyyət göstərən süni (antropogen) ekosistemləri yaratn aq, ekoloji təhsil və ekoloji mədəniyyətə bütün səviyyələrdə yiyələnmək. Əsaslı ekoloji tədqiqatlar məhz bu vəzifələrin həyata keçirilməsi istiqamətinə yönəlmişdir. Buna görə də ekologiya elmi qanunauyğun sürətdə elmin ön sırasında durur.

1.2. Coğrafi ekologiya elminin təkmilləşmə mərhələləri

Bəşəriyyətin müasir həyatını ekoloji biliksiz təsəvvür etmək çətindir. İndi dünyanın bütün ölkələrində ekoloji problemlər öyrənilir, inkişaf etdirilir və nəticələri həyata tətbiq olunur.

Ali məktəb tələbələri üçün ekologiya elmi yeni anlayış deyil. Hər kəs ailəsindən, uşaq evindən və bağçadan başlamış indiyə qədər ekologiya sözünü tez-tez eşitmiş, oxumuş və ekoloji tədbirlərin həyata tətbiq olunmasında bu və ya digər dərəcədə iştirak etmişdir. Artıq indi hər kəs öz əməlləri qarşısında ekoloji tələblər qoymalıdır, hamının ekoloji mədəniyyəti, ekoloji dünyagörüşü və ekoloji məsuliyyəti olmalıdır. Müstəqil Azərbaycanımızda ekologiyanı öyrənmək və tətbiq etmək ümumxalq işi hesab edilir. Coğrafi ekologiya təbiət - əhali - istehsal münasibətlərini ayrılıqda və qarşılıqlı təsirdə öyrənir.

Təbiət dedikdə ilk növbədə Yer planeti nəzərdə tutulur. Yer planeti və onunla Kainatın əlaqəli sistemləri nəzərdə tutulur. Artıq bilirsiniz ki, təbiət materiyanın bir

hissəsidir: qazlardan, mayelərdən, şüalardan, bərk cisimlərdən, dalğalardan (cansız təbiət) və canlılardan ibarətdir. Canlılar cansızlardan əmələ gəlmişdir. Cansız təbiəti təşkil edən kimyəvi elementlər əsasən canlıların tərkib hissəsidir. Lakin cansız ilə canlı arasında çoxlu fərq var. Canlıların bədəni hüceyrədən və ya hüceyrə qruplarından təşkil olub, cansızların isə hüceyrəsi yoxdur. Canlılar qidalanır, cansızlar isə qidalanmır. Canlılar tənəffüs edir, yəni bir qazı alıb, başqa qazı buraxır, onların mübadiləsi prosesində enerjinin forması dəyişir. Lakin cansız predmetə hansı qaz daxil olursa, həmin qaz da çıxır, heç bir mübadilə getmir.

Canlılar qıcıqlanır, cansız isə heç nəyin təsirindən qıcıqlanmır. Canlıların sayca çoxalması onların xırda hissələrə bölünməsindən ibarətdir. Lakin canlılar yeni keyfiyyətli nəsil verir. Ata-ananın övladı onların heç biri demək deyil, yeni keyfiyyətli varlıqdır. Canlıların ifrazat etmək xüsusiyyəti var, yəni ətraf mühitdən aldıqlarını mənimsəyir, artıq hissəni qaytarır. Bunu cansızlar edə bilmir.

Cansız təbiət. Maddələr mübadiləsi etməyən və yeni nəsil verə bilməyən nə varsa, hamısı cansız (fiziki) təbiətə aiddir.

Materiya maddələrdən, maddələr molekullardan, onlar isə atomlardan ibarətdir. Maddələrin atomlarının xassələrinin öyrənilməsi kainatın çox sirrlərini açmağa imkan yaratmışdır.

Canlı təbiət. Canlı təbiətin yaranmasında cansız təbiət də iştirak edir. Həyat - materiyanın maddələr mübadiləsindən və özünəoxşar təbii-təkrar istehsaldan ibarətdir. Burada nuklein turşuları və zülallar əsas yer turur.

Beləliklə, həyatın mənşəyi və inkişafı dənizdə üzvi molekullarmdan ibarət «bulyonun» əmələ gəlməsi, ilk biokimyəvi strukturun yaranması, molekullarm

10

polimerləşməsi və makromolekulların özünübərpa proseslərindən ibarət olmuşdur. Məhz bundan sonra həyat, seçim, molekul səviyyəli təkamül, sadə canlı sistem (müasir hüceyrənin orqanizmləri kimi), nəhayət, primitiv hüceyrədən ibarət orqanizmlər əmələ gəlmişdir.

Beləliklə, nəsil vermək, böyümə, inkişaf, maddə, enerji və informasiya mübadiləsində iştirak etmək bioloji həyatın əsasını təşkil edir. Bunun üçün isə daxili və xarici mühitdən ibarət sistemlərin yaranması zəruridir. Onları coğrafiya ilə yanaşı biologiya, kimya elmləri də öyrənir.

Orqanizin və mühit. Materiyanın heç də hər yeri mühit deyil. Həyat olmayan məkana (Ay, Ulduz, Günəş və s.) mühit demək olmaz. Onlar cansız faktor rolunu oynaya bilər və mühitin formalaşmasına təsir edirlər.

Mühitsiz həyat yoxdur. Deməli, mühit yalnız Yer planetinə məxsusdur. Mühit - orqanizmə təsir edən canlı və cansız amillərin cəmindən ibarətdir. Mühit iki böyük hissəyə ayrılır: daxili mühit və xarici (ətraf) mühit. Daxili mühit - orqanizmə onun özünün içərisindən olan təsirlərin cəmi, ətraf mühit isə orqanizmə kənardan edilən təsirlərin cəmidir. Mühit müxtəlifdir, lakin onun ən geniş forması xarici mühitdir.

Ətraf mühit 4 böyük hissəyə ayrılır: su, torpaq, hava və orqanizm. Onların makro, mezo və mikro ekosistemləri formalaşır.

Hər hansı ətraf mühit ekoloji sistemlərdən ibarətdir (ekosistem). Ekosistem-konkret məkanda cansız və canlı komponentlərin qarşılıqlı əlaqəsi nəticəsində fəaliyyət göstərir. Təbiətin təkamülü prosesində əmələ gəlmiş sistemə təbii ekosistem, insanın yaratdığı sistemə isə antropogen ekosistem deyilir. Məkan baxımından ekosistem üçün məhdudiyyət yoxdur. Bulaq, çay, göl, dəniz, okean və s. - təbii ekosistemlərə hidrokomplekslər, okeanarium, şəhərlər, kanallar və s. antropogen ekosistemlərdir. Quru sahələrin də ekosistemləri təbii və antropogen, kiçik və böyük olur.

11

Sözsüz ki, ilk növbədə ekoloqları təbii ekosistemlər maraqlandırır. Təbii ətraf mühit və onun komponentləri milyonlarla il ərzində təkamül prosesindən keçmişdir. Orqanizm yaşadığı ətraf mühitə daxil olduğu ekosistemə uyğunlaşır.

Ekologiya elminin inkişaf tarixi. İnsan tərəfindən

yaradılan (antropogen) ekosistemlər təbii şəraitə uyğunlaşdırılır. Ekologiyanın müasir bir elm kimi inkişaf

tarixi 4 - dövrdən ibarətdir. I dövr. Bu dövr darvinizmə qədərki dövrü əhatə edir. II dövr. Ç.Darvinin qalib gəlməsi ilə başlayır. 1866-cı

ildə E. Hekkel orqanizmin mühitə uyğunlaşmasına dair bilikləri «Ekologiya» adlandırır. O qeyd olunduğu kimi göstərirdi ki, Ç.Darvinin yaşamaq uğrunda mübarizə adlandırdığı münasibətləri ekologiya tədqiq etməlidir.

III dövr. XX əsrin 20-ci illərində başlayır. Bu dövrdə ekologiya ümumbioloji fundamental elmlərdən birinə çevrilir. 1935-ci ildə ingilis alimi A.Tensli ekologiyaya ekosistem anlayışını, 1942-ci ildə isə V.N.Sukaçov biogeosenologiya (biosferin quru sahəsinin konkret hissəsində canlıların öz aralarında və ətraf mühitin cansız hissələri olan atmosfer, dağ süxurları, torpaq, hidroloji rejim ilə qarşılıqlı əlaqədə fəaliyyət sistemi) anlayışını daxil edirlər.

IV dövr. XX əsrin 80-cı illərindən başlandı. Müxtəlif elmlərdə ekoloji istiqamətin yaranması, ekologiyanın qlobal xarakter alması, o cümlədən insan ekologiyasının, sosial və qlobal ekologiyanın əmələgəlməsi və inkişafı bu dövrü səciyyələndirir. Ümumiyyətlə, həmin dövr elmlərin ekologiyalaşdırılması ilə fərqlənmişdir. Beləliklə, ekologiya elmi eninə və dərinə inkişaf etməyə başladı. Əlbəttə, birinci hal daha çox nəzəri cəlb etməkdədir.

Ekologiyanın mərkəzində canlı sistem dayanır. Ona görə ekologiyanın yaranmasının əsas səbəbi canlılar haqqında, o cümlədən insanların özləri haqqında biliklər

olmuşdur. Təsadüfi deyil ki, ekologiya ümumi bioloji mahiyyətinə daha çox istinad edir.

Mədəni bitkilər və əhli heyvanlar ekologiyanın tədqiqat obyekti deyildir. Onları kənd təsərrüfatı öyrənir. Lakin yeni-yeni bitki sortları və heyvan cinsləri yaradılarkən, onları rayonlaşdırmaq ekoloji tədbirlər tələb edir. Əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi ekologiya iiə birbaşa əlaqədardır.

1.3. Ətraf mühit və onun optimallaşdıniması insanların

ekoloji şəraiti üçün əlverişli təminatdır

Ətraf mühiti mühafizə ekologiya proseslərinin

öyrənilməsinin davamıdır. Göstərilən sahənin istiqamətləri aşağıdakılardan

ibarətdir: ətraf mühit və onun funksiyalarından, mühitin mühafizə yollarından və onun təşkilindən, təbii ehtiyatların qiymətləndirilməsi və təbiəti bərpadan. Fənnin daxili quruluşu, elmlərarası əmək bölgüləri barədə artıq elmi, metodik istiqamətlər formalaşmışdır. Bu sahə fənlərarası mahiyyət kəsb etməklə sintetik əhəmiyyətə malikdir və qeyd edilmişdir ki, həmin sahənin coğrafi təmayülü daha genişdir. Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə ekoloji proseslərin öyrənilməsinin davamı olub, bioloji, iqtisadi, texniki-texnoloji, riyazi modelləşdirmə və s. məsələlərlə əlaqələndirilmişdir. Bununla yanaşı həmin sahənin coğrafi aspektləri yuxarıda adları göstərilən sahələr üçün mühüm əhəmiyyətə malikdir. Ən başlıcası, mühitin öyrənilməsində coğrafiyaşünas və coğrafi anlayışsız keçinmək çətindir.

Ətraf mühiti mühafizənin metodoloji tədqiqi tarixən təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi, cəmiyyətin inkişafında coğrafi mühitin rolu, təbiətin dialektikası, əhali artımı və ərzaq problemi, torpaqların münbitliyi və iqtisadi

qiymətləndirilməsi kimi problemlərin, eləcə də antropocoğrafiyaya dair bəzi elmi məsələlərin tədqiqi ilə bağlı olmuşdur. İndiyə qədər cəmiyyətin inkişafında coğrafi mühitin rolu aspektində təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi geniş tədqiq edilmişdir.

Ətraf mühitdən, təbiətdən kənar cəmiyyətin inkişafı, varlığı qeyri-mümkündür. İnsan cəmiyyəti yaranandan təbiətlə qarşılıqlı əlaqədə olub və bu əlaqələrlə inkişaf etmişdir. Tədriclə təbiətlə insan arasındakı əlaqənin intensivliyi, insanın əmək fəallığını artırmışdır. Bu prosesdə istehsal vasitələri və üsulları insanın təbiətə təsirinin əsas keçiricisi olmuşdur.

Müasir ekoloji böhranı ancaq insanın təbiəti idarə edə bilməməsi, onun ixtiyarından kənar proses kimi qələmə vermək düzgün deyildir. Bütün canlıların ekoloji mühitinin əsasını təbiətdə, daha doğrusu biosferdə gedən proseslər təşkil edir. Biosferin formalaşması və varlığı isə bütün kosmik aləmin, kainatın hərəkəti və dinamikliyi ilə əlaqədardır. Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin inkişafında təbii şəraitlə yanaşı antropogen, yəni insanın fəaliyyəti ilə yaranmış sosial mühit də xüsusi əhəmiyyət kəsb edilir. Hər iki proses həyatın ekoloji şəraitini formalaşdırır. Təbii şərait əsasən tədriclə, sosial mühit isə sürətlə dəyişərək təbii prosesləri qabaqlayır, bəzən də ona qarşı durur. Sosial mühit bir çox halda sıçrayışla hərəkət edir, bununla da bəzi yerlərdə təbiətin rejimi pozulur və gərginlik yaranır. Təbiətin qanunları ilə hər zaman uzlaşdırılmayan insan fəaliyyəti təbiətə qarşı çevrilir. Qədim dünyanın ən qədim şəhərlərinin maddi mədəniyyət abidələrinin yerində səhrahqlar yaranması deyilənlərə əyani sübutdur. Təbiətin qanunlarını dərk etmək təbiətdə baş verə biləcək bir çox dəyişiklikləri qabaqcadan müəyyənləşdirmək üçün kompleks tədbirlər hazırlamağa imkan verir. Bəşəriyyət tarixində bir çox hallarda ekoloji böhranlar ayrı-ayrı

14

dövrlərdə də yaranmış və müxtəlif regionlarda təbii tarazlığı pozmuşdur.

İnsan cəmiyyətləri bütün tarixi dövrlərdə istehsal alətləri və vasitələrini, istehsal münasibətlərini təkmilləşdirməklə özlərindən sonra meşələri qırılmış, dağıdılmış sahələr, eroziyaya uğramış torpaqlar, ehtiyatları çıxarılmış şaxtalar qoyulmuşlar. Müasir dövrdə ictimai quruluşundan asılı olmayaraq, bütün ölkələr yerli və qlobal ekoloji böhranlara məruz qalmışlar. Təbii səhralaşma prosesi bütün ölkələrdə olduğu kimi bizim əraziləri də əhatə etmişdir. Antropogen təsir nəticəsində bu proses sürətlənməkdədir. Bütün təbii zonalardakı torpaqların təbii məhsuldarlığı aşağı enməyə başlamışdır. Rusiyanın Mərkəzi qaratorpaq rayonunda torpaqların sıradan çıxması hamıya məlumdur.

Cənubi Ural, xüsusilə Çelyabinsk vilayətinin ətraf mühiti dünyanın ən gərgin ekoloji rayonlarından biri sayılır. Azov, Aral, Xəzər problemlərinin yaxın zamanlarda həll edilə biləcəyinə güman yoxdur.

Azərbaycanda ətraf mühitə göstərilən antropogen təsir nəticəsində respublikaya hər il 4 milyard manatdan çox ziyan dəyir. Əlavə ölüm zonaları son 50-60 ildə yaranmışdır. Həmin əraziləri yaxın vaxtlarda sağlamlaşdırmaq mümkün deyil.

1.4. Təbiət və cəmiyyətin qarşılıqlı əlaqələrinin ekocoğrafi nəticələri

^ Təbiətlə-cəmiyyətin qarşılıqlı fəaliyyəti mürəkkəb və əks mənalı xarakter daşıyır. Bu qarşılıqlı fəaliyyət insanın yarandığı ilk gündən yaranmış bu gün, hazırda özünün ən yüksək pilləsindədir. Elmi-texniki inqilab cəmiyyətin təbiətə təsirini gücləndirmişdir ki, bu da təbii geosistemlərin bir çox sahələrinin dəyişməsi və onların antropogen modifikasiyası əsasında yaranması ilə müşahidə olunur. Bu halda əks

təsirin mənası artır, yəni təbiətdəki dəyişmələr və yeniliklər nə qədər dərin olsa və onlar təbii proses və hadisələri daha geniş dairədə əhatə etsə , bu dəyişmələr insana bir o qədər geniş təsir edər. Təbii şəraitin antropogen təsirlə dəyişdirilməsi insan cəmiyyətinin ekoloji və iqtisadi cəhətdən təbiətdən asılılığını daha da sürətləndirir.

Son onilliklərdə təbii ehtiyatların elə növünün mühafizə olunması zəruri olub ki, yaxın vaxtlara kimi onların ehtiyatı tükənməz və dəyişməz hesab olunurdu.

Atmosfer havasının keyfiyyətinə antropogen təsirin sürətlənməsi nəinki ekoloji, həm də təsərrüfatlar vasitəsilə izlər qoya bilər. Son zamanlara qədər atmosfer havasının keyfiyyəti ilə əlaqədar problemə qarşı yalnız ayrı-ayrı sənaye mərkəzlərində və şəhərlərdə müəyyən ekoloji tədbirlər görülürdü. Hazırda yüzlərlə şəhərlərdə və sənaye mərkəzlərində texnoloji proseslər yenidən qurulur və çox qiymətli təmizləyici qurğular sistemi yaradılır. Texnoloji proseslərin mürəkkəbləşməsi və nəqliyyatın texniki göstəriciləri, sənaye və kənd təsərrüfatı istehsalın təbii ehtiyatlarla qarşılıqlı əlaqələrinin mürəkkəbləşməsi nəticəsində coğrafi mühitin keyfiyyətcə vəziyyətinə istehsal tələbləri artır. Belə ki, bəzi az rast gəlinən mineralların, elektron və optik aparatların, antibiotiklərin və bəzi kimyəvi maddələrin istehsalı yüksək təmizliyə malik hava və su olan şəraitdə mümkündür. Hava və suyun azacıq çirkli olması və çirklənməsi, ciddi texnoloji çətinliklər yarada bilər.

Biosferin çirklənməsinin sürətlənməsi yerli, regional (məhəlli) və geniş miqyaslı ekoloji şəraitin pisləşməsi ilə keçir və insan həyatı üçün əlverişli mühitin parametrlərini qorumaq və bərpa etmək üçün xüsusi tədbirlər görməyi zəruri edir.

İnsanların fəaliyyəti əvvəllər təbiətdə baş verməyən və məlum olmayan bəzi mənfi proses və hadisələrin yaranmasına şərait yaratmışdır. İndi daha tez-tez bu mənfi

16

proses və hadisələrin qarşısını almaq və ya yumşaltmaq üçün və ona uyğunlaşmaq üçün xüsusi tədbirlər tətbiq edirlər. Beləliklə elmi-texniki inqilab insanın təbiətdən asılılığının bir formasını azaldır və ya yox edir. Lakin onun əvəzinə yeni, adətən daha kəskin və mürəkkəb formalar irəli sürür.

Təbiətlə insanın əlaqəsi qədim və sonsuzdur. İnsan cəmiyyətinin tarixi təbiətin inkişaf tarixinin davamıdır. İnsan ümumi ekoloji dövrana daxil edilmiş biosferin ayrılmaz hissəsi olaraq qalır. İnsanın mövcudluğunun atmosferdə oksigenin miqdarının kifayət qədər olmasından, günəş işığından, sudan asılılığı onun təbiətin qanunlarından nə qədər asılı olduğunu göstərir.

İnsanın yarandığı ilk gündən onun başlanğıc bioloji mahiyyəti və həyat fəaliyyətinin sosial amilləri əsasında olan qarşılıqlı münasibətləri dəyişib. Sonuncular insan ehtiyaclarını (sosial uyğunlaşmanın artırılması) ödəmək üçün təbii mühitin daha dərindən şəklini dəyişməsinin zəruriliyini sürətləndiriblər. Bu proseslər müasir dövrdə onunla xarakterizə olunur ki, təbiət qanunauyğunluqlarını nəzərə almadan ona total müdaxilə biologiya, psixologiya və insanın özünün irsiyyətinə mənfi təsir göstərən proseslər yaradıb. İnsanı əhatə edən və ona təsir edən mühit (biotik, abiotik və sosial amillərin məcmusu) getdikcə onun adaptasiya imkanları çərçivəsindən çıxan xüsusiyyətləri daha çox əhatə edir. Bu imkanlar kifayət qədər məhduddur. Çünki insan ən yüksək ixtisaslaşmış bioloji növdür. Onun yaratdığı süni yaşayış mühiti müəyyən zamana qədər ekoloji baxımdan gərginləşmiş təbiətin birbaşa təsir amillərini nisbətən ört-basdır edir. Bu təsirlərin artması nəticəsində əhalinin ümumi xəstələnmə dərəcəsinin yüksəlməsini biruzə verməyə başlayır. İnsanla təbiət arasında mövcud qarşılıqlı əlaqə bir çox minilliklər boyu davam edir. Təbii mühit dəyişkənliyinin hər bir mərhələsinə bəşəriyyətin maddi- mədəni inkişafının müəyyən bir tarixi pilləsi uyğun eəlib.-

17

II F ə S I L

YERİN COĞRAFİ XÜSUSİYYƏTLƏRİ VƏ

EKOCOĞRAFİ MAHİYYƏTİ

2.1. Müasir fəlsəfi dünya görüşlərdə «insan və təbiət»

münasibətlərinin təbiili haqqında

Təbiətlə qarşılıqlı münasibət məsələləri insanı min illər bundan əvvəl düşündürmüş və dövrün inkişaf xüsusiyyətlərindən asılı olaraq həmin məsələyə müvafiq münasibət bildirmişlər. İlk insanların meydana gəldiyi dövrdə onlar təbiət hadisələrinin səbəblərini dərk etmirdilər.

Təbiətin qlobal prosesləri haqqında onların bilikləri olduqca bəsit idi, lakin əhatəsində olduqları təbiətin bəzi sirrlərini o zamankı insanlar indikindən yaxşı dərk edirdilər.

Cəmiyyətlə təbiətin qarşılıqlı münasibət məsələləri qədim dövrün bir sıra filosoflarının əsərlərində mühüm yer tuturdu. Antik dövrün Heraklit, Demokrit, Epikur, Aristotel, Platon, Epidokl və digər məşhur mütəfəkkirləri öz əsərlərində dünyanın yaranması, təbii cisimlərin mahiyyəti, insanın yaranması, təbiətin dərk edilməsi üsulları, insanla təbiət arasındakı qarşılıqlı təsir əlaqələri və münasibətləri kimi məsələlərə toxunaraq onlara cavab axtarırdılar. Bu günün özündə belə antik dövr filosoflarının bu məsələlərə dair fikirləri, fərziyyləri öz dolğunluğu ilə heyrət doğurur. Həmin məsələlərin həlli ilə bir qədər sonra Şərq filosofları - Əl-Fərabi, İbn-Sina, Əl-Biruni, İbn-Rüşt və başqaları məşğul olaraq, orta əsr Avropa filosoflarını xeyli geridə qoymuşlar. Avropa fəlsəfəsində bu məsələlərin həllinə maraq intibah dövründə yenidən güclənmişdir.

XVII-XVIII əsrlərdə fəlsəfədə metafizik materializmin yarandığı bir dövrdə elmin və fəlsəfnin məqsədi, anlayışı da tamam dəyişdi. Fəlsəfədə bu istiqamətin banisi F.Bekoon hesab edilir. O, özünün «Yeni Orqanon» əsərində

18

dərketmənin başlıca vəzifəsini insanın təbiət üzərində hakimiyyətinin getdikcə artmasında və insan həyatının təkmilləşdirilməsində görürdü.

Təbiətlə insan arasındakı qarşılıqlı təsiri tədqiq edən həmin dövrün fəlsəfi cərəyanlarından biri də «Coğrafi determinizm» idi. Hələ qədim zamanlarda yaranmış bu istiqamət orta əsrlərdə və yeni dövrdə Monteskye, Jan- Boden, İbn-Xaldun kimi görkəmli filosofların tədqiqatlarında əsas yer tutmuşdur. Onların fikrincə insanın şüuru, ənənələri, ictimai qanunları və hətta dövlət qurluşu belə, təbii amillərdən və ilk növbədə iqlimdən asılıdır. XIX əsrdə coğrafi determinizm daha da genişlənərək, elmi fikrin inkişafında əsas istiqamətlərdən birinə çevrilmişdir. Cəmiyyətlə təbiət arasındakı qarşılıqlı təsirə dair bütün ideya və fikirlərin sintezi alman klassik fəlsəfəsinin görkəmli nümayəndələri olan Hegel və Feyerbaxm konsepsiyalarında öz əksini tapmışdır. Hegel ilk dəfə olaraq, təbiətlə- cəmiyyətin inkişafını vahid təbii-tarixi proses kimi başa düşürdü. O, materiya və ruhun, təbiətlə-insanın dialektik vəhdətini sübut etməyə çalışırdı.

Feyerbax isə insanla təbiətin vahidliyini ilk növbədə insanın antropoloji mahiyyətində görürdü. Belə yanaşma isə təbiət-insan vahidliyinin materialist nöqteyi-nəzərdən qiymətləndirilməsi demək idi ki, bu da həmin dövrdə irəliyə doğru mühüm addım hesab edilirdi.

Müasir dövrümüzə qədər gələn cəmiyyət-təbiət konsepsiyasının yolları, müxtəlif və uzun olmuşdur. Belə ki, XIX-əsrin 40-cı illərində hələ Hegelin fəlsəfəsinin təsiri altında olan K.Marks cəmiyyət-təbiət problemindən bəhs edərkən insanı ideallaşdırır, onu təbiətə qarşı qoyur ki, bu da sözsüz ki, Hegelin antropoloji konsepsiyasının təsiri idi. Həmin dövrün ideoloqları və təbiətşünasları insanın təbiətə olunan təsirinin fəal xarakter daşımasını qeyd edərək, məhz bununla insanın təbiətə olan spesifik münasibətini görürdülər.

19

Beləliklə, ilk baxımda insanın təbiətdən asılılığı azalır, guya insanlar mövcud şəraitdən süni yaradılmış texnosfer ilə qorunaraq, ətraf mühitin-təbiətin çatışmamazlığmı düzəldir. Lakin, bu hələ insanın təbiətdən asılılığının azalması demək deyildir, əksinə, cəmiyyət inkişaf etdikcə onun təbiətə tələbatı da o qədər rəngarəng və zəngin olur. İnsan təbiətin yeni qüvvələrini aşkarlayıb istifadə etdikcə, müasir mərhələyə müvafiq olaraq özü də ondan asılı vəziyyətə düşür. Məsələn, Volqa, Dnepr, Kür, Nil çayları axımının nizamlanmasının böyük üstünlükləri olmuşdur. Azərbaycanda Mingəçevir su anbarının tikilməsi ilə əlaqədar olaraq Kür-Araz ovalığında bataqlıqların qurudulmasına şərait yaradıldı.

Təbiət və cəmiyyət qanunları arasındakı mühüm fərqlərdən biri də odur ki, cəmiyyət qanunları təbiət qanunlarına nisbətən qısa müddətlidir. Təbiət qanunlarını müşahidə və dərk etmək uzun vaxt tələb edir. Təbiətlə- cəmiyyət arasındakı əlaqənin qanunauyğunluqlarını öyrənmək tarixən yaranmış elmi nailiyyətlərə əsaslanmalıdır. Təbiətşünaslıq haqqındakı ümumbəşəri bilikləri sinfi, siyasi və s. cəhətdən, bəzən də məhdud hüquqi tələblər baxımından çeşidləmək nəinki keçmişimizi dərk etmək, eyni zamanda bu günümüzü də dərk etmək üçün böyük ziyan verir.

Dünya ölkələrinin ictimai quruluşundan asılı olmayaraq müasir ekoloji böhrana məruz qalmaları onu göstərir ki, indi bütün ölkələr milli və sinfi ayrı seçkilik salmadan birləşməli, ətraf mühiti mühafizə etməkdə birgə səy göstərməlidirlər.

İnsan nəinki əmək prosesində, bütün varlığı ərzində təbiətlə təmasdadır, onun vacib komponenti olan oksigenlə nəfəs alır və arasıkəsilməz madələr mübadiləsində olur. Təbiətlə insan arasında maddələr mübadiləsi kəsilərsə insanın nəinki fəaliyyətindən, həm də onun varlığından söhbət gedə bilməz. Biz insanı, təbiətlə birlikdə vahid bir

20

sistemdə qəbul edirikcə onda insan, onun xüsusi və ümumiləşmiş əmək fəaliyyəti, təbiət və onun maddiləşmiş ehtiyatları, təbii vasitələri yarımsistem kimi qəbul edilməlidir. Təbiidir ki, belə halda göstərilən komponentlərin sistemliyi və müəyyən mənada fərqli eəhətləri təbiət-cəmiyyət münasibətlərində daima diqqət mərkəzində olmalıdır. Təbii tarazlığı, ekoloji müvazinəti saxlamada deyilənlərin böyük əhəmiyyəti vardır. İndiyə qədər klassik ideyalara toxunulmaz münasibətlər bəslənilməsi onların əsil mahiyyətinin açılmasında böyük maneələr yaratmışdır.

«Ətraf mühiti mühafizə» və «Təbii ehtiyatlardan səmərəli istifadə» bir-birinə yaxın anlayış olmaqla əlaqəli proseslərə malikdirlər. Göstərilənlər arasındakı qarşılıqlı əlaqə mürəkkəb və çoxsahəlidir. Bu mürəkkəbliyin başlıca cəhəti aşağıdakılardan ibarətdir: birincisi, cəmiyyətin təbiətdən ayrılmazlığının dərk olunması ilə yanaşı, cəmiyyətin bir çox cəhətləri ilə təbiətə qarşı qoyulmasıdır; ikincisi, təbiətin və cəmiyyətin qanunlarının ayrılıqda, eyni zamanda təbiətin-cəmiyyətin birgələşmiş qanunlarının öyrənilməsi səviyyəsinin həyatı tələblərdən geri qalmasıdır.

Əlbəttə, ətraf mühitdə, bir qədər dəqiqliklə ifadə etsək materiyada (biosferdə, litosferdə, hidrosferdə, atmosferdə və s.) gedən proseslərin fiziki, kimyəvi, bioloji, geoloji və s. qanunları, qanunauyğunluqları barədə bir çox kəşflər məlumdur. Ancaq həmin proseslərin planetar mahiyyəti ilə sosial nəticələri arasındakı əlaqələrin tədqiqi olduqca aşağı səviyyədədir.

Predmetin nisbətən cavan, əhatə dairəsinin mürəkkəb və çoxsahəli olması ətraf mühit və təbiətdən səmərəli istifadə edilməsi məsələlərinin təkmilləşdirilməsini tələb edir. Hər iki anlayış bir çox halda «ekoloji mühitdən istifadə», «ekoloji gərginlik yaradan sahə» kimi də qiymətləndirilir. Daha doğrusu bəzi hallarda təbiəti mühafizə və ondan istifadə edilməsi kimi formaca başqa

21

görünən ifadələri təhlil edərkən ekoloji mənbələrə və axtarışlara müraciət edilir.

2.2. Ekoloji biliklərin xüsusiyyətləri

Təbii mühit insanın həyatı üçün ayrılmaz şəraitdir. O, ictimai istehsala əsaslanan, insanın yaşayış yeri və ona lazım olan bütün ilkin xammal ehtiyatının mənbəyidir.

Ekologiya elminin meydana gəlməsi XIX - əsrin ikinci yarısında artıq müxtəlif canlı orqanizmlər və onların həyat tərzi haqqında kifayət qədər məlumat toplanmış olduğu bir vaxtda baş vermişdir. Geniş emprik məlumatlar insanlara başa düşməyə imkan yaratdı ki, yalnız orqanizmlərin quruluşu və inkişafı deyil, həm də onların yaşayış mühitindəki qarşılıqlı əlaqələri müəyyən qanunauyğunluqlara tabedir.

Ekologiya elmi uzun bir tarixi yol keçmişdir. Bitki və heyvanların həyat tərzi, xarici mühitdən asılılığı, yayılma xüsusiyyətləri haqqında məlumatların toplanmasından və istifadə edilməsindən başlanmışdır.

XVIII əsrdə fransız təbiətşünas alimi J.Byuffon ilk dəfə olaraq ətraf mühitin heyvanların quruluşuna bilavasitə təsiri məsələsini öyrənmişdir. Elə bu vaxtlar J.B.Lamark - evalyusiya haqda ilk anlayışın müəllifi belə bir fikrə gəlir ki, «xarici şəraitin təsiri» heyvan və bitki aləminin evolyusiyasmda, orqanizmlərin mühitə alışma prosesində əsas səbəblərdən biridir. Ekoloji dünyagörüşün sonrakı inkişafı XIX əsrin əvvəllərində yaranmış biocoğrafıyaya təkan vermiş oldu. A.Humboltun, K.Qlokerin, T.Faberin və b. əsərləri bitkilərin coğrafiyasında yeni istiqamət müəyyənləşdirdi. Elmə belə bir anlayış daxil oldu ki, landşaftın «fizionomiyası» (xarakteri) bitkilərin xarici görünüşü ilə müəyyən olunur. Məlum oldu ki, oxşar zonal və şaquli-qurşaq coğrafi şəraitlərində müxtəlif taksonomik qruplara aid olan bitkilərdə oxşar «fizionomik» formalar da

22

yaranır. Bu formaların yayılması münasibətilə fiziki-coğrafi mühit haqda fikir söyləmək mümkün olur. Ç.Darvinin «Növlərin təbii seçmə yolu ilə əmələ gəlməsi və ya yaşayış uğrunda mübarizədə əlverişli cinslərin saxlanması» adlı klassik əsərinə canlı orqanizmlərlə ətraf mühit arasındakı qarşılıqlı əlaqələrin öyrənilməsinin bir növ başlanğıcı kimi baxmaq olar.

XX əsrin əvvəllərində artıq hidrobioloqların, fitosenoloqlarm, botaniklərin və zooloqların ekoloji məktəbləri mövcud idi. Onların hər birində ekologiya elminin müəyyən istiqaməti öyrənilirdi. Elə bu vaxtlar ekoloji elmlər fərdlərin ekologiyasına (autekologiya) və cəmiyyətlərin ekologiyasına (sinekologiya) bölünməyə başlayır. Beləliklə, ekologiya elmi müxtəlif istiqamətlərdə yeni məlumatlarla zənginləşirdi.

2.3. Atmosferin ekoloji xüsusiyyətləri və mühafizəsi

P^.3.1 . Atmosferin və iqlimin ekoloji xüsusiyyətləri

Planetimizi əhatə edən vahid hava okeanı yer üzərində həyata təminat yaradır və mühafizə edir. Dünya dövlətləri səmam öz sərhədləri daxilində bölüşə bilər, lakin daim hərəkətdə olan atmosfer bəşəriyyətin ümumi sərvətidir, bölünməz təbii şəraitdir. Təbii mühitin bir komponenti kimi atmosfer Kosmos, Dünya Okeanı ilə, qurunun suları və təbii ekosistemlərlə qarşılıqlı əlaqədədir.

İqlim təbiətin əsas amillərindən biridir. Xalq təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə kənd təsərrüfatının iqlim məlumatlarına böyük ehtiyacı vardır. Buna görə də ayrı-ayrı rayonlar üzrə iqlim və hava şəraitinin öyrənilməsinə ölkəmizdə böyük diqqət verilir.

İqlimin ayrı-ayrı ünsürlərinin təsviri çoxillik meteoroloji müşahidə materiallarının işlənilməsi nəticəsində əldə edimiş orta rəqəmlərin əsasında verilir. Bununla

23

bərabər, ayrı-ayrı illərdə havanın çoxillik dövrdəkinə nisbətən dəyişilmisinə - isti və soyuq, quraq, yaxud yağıntılı keçən illərə də xüsusi diqqət verilir.

İnsanın həyatında havanın rolu olduqca böyükdür. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı, hər cür nəqliyyat vasitələrinin hərəkəti, açıq havada görülən bütün tikinti, təsərrüfat, mədəni və məişət işləri az və ya çox dərəcədə havanın vəziyyəti ilə əlaqədardır. Elm və texnikanın hazırki vəziyyətində insan hələlik havanın dəyişkənliklərinin qarşısını ala bilmir. Buna görə o atmosferin “şıltaqlıqları” ilə hesablaşmalı olur. Lakin havanın zərərli təsirini və ya onun nəticəsini tamamiə aradan qaldırmaq mümkündür. Buna görə də radio, televiziya və qəzetərdə hər gün gözləniləcək hava haqqında məlumat - havanın proqnozu verilir. Ayrı-ayrı təşkilatlar və insanlar isə öz işlərini həmin proqnoza əsasən təşkil edirlər. Əgər güclü külək əsəcəksə, gəmilər yaxın limanlara çəkilir, şiddətli yağış gözlənilirsə qurumaq üçün yerə sərilən ot və ya pambıq tez daldaya yığılır, uzun müddətli qalın qar yağacaqsa, qış otlaqlarında saxandan mal-qaranın xilas edilməsi üçün nəzarət artırılır. Beləliklə, təsərrüfata ziyan vura bilən bir atmosfer hadisəsinin gözlənildiyi haqqında qabaqcadan verilən xəbər, bəzən milyon manatarla itkinin qarşısını alcnağa imkan verir.

İqlim şəraiti haqqında dəqiq və hərtərəfli məlumatların təsərrüfat əhəmiyyəti çox böyükdür.

Panetimizi əhatə edən vahid “hava okean”-ı Yer üzərində həyatı qoruyur və saxlayır. Müasir dövrdə atmosferin çirklənməsi bəşəriyyətin, cəmiyyətin “bəlasına”, “xəstəliyinə” çevrimişdir. Bu “bəla” əsasən insanın sənaye fəaliyyətinin aktivləşməsi nəticəsində baş verir və insanın özünə, bütün canlılara, bitkilərə və bütövlükdə Biosferə mənfi təsir göstərir. Atmosferin çirklənməsi ən çox sənayenin inkişafı ilə əlaqədar olub fabrik, zavod, nəqliyyat vasitələri, məişət müəssisələri cəmləşən, həyat tərzi yüksək

24

səviyyəyə çatan, yüksək milli gəlirə malik olan, enerjidən yüksək dərəcədə istifadə edən ölkələrdə baş verir. Bu ökələrdə havaya çoxlu miqdarda karbon qazı, müxtəlif sənaye qazları və tozları atılır.

Atmosfer çirklənməsi həmçinin qlobal problem olub təbii və dövət sərhədlərini tanımır, onlarla məhdudaşmır və hava intensiv çirklənmiş sıx yerləşən yaşayış məntəqələrindən və sənaye cəhətdən inkişaf etmiş rayonlardan daha uzaqlara - əhalisi az, havası təmiz olan yaşayış məntəqələrinə yayhr.

Ətraf mühitin mühafizəsi üçün yaradılmış kompleks proqramda aparıcı yerlərdən birini atmosfer havasının mühafizəsi təşkil edr. Elmi-texniki inqilab dövründə nəhəng sənaye kompleksləri yaradılmış, on milyonlarla nəqliyyat vasitələri planetin yer və dəniz hissələrində dolaşaraq, atmosferin çirklənməsinə səbəb olmuşdur.

Yerin hava hövzəsnin öyrənilməsi və tədqiqinə, onun sənayenin, nəqliyyatın və kənd təsərrüfatının intensiv inkişafı ilə əlaqədar olaraq böyük əhəmiyyət kəsb edir. Hazırda atmosferin çirklənməsi ilə mübarizə vacib dövlət əhəmiyyətli problemə çevrilmişdir.

Günəşin şüalandırdığı enerji atmsoferdən keçir və bu zaman onun müəyyən hissəsi udulur. Atmosferin bəzi tərkib hissələri, məsələn, buludlar günəş enerjisini başqalarından çox udur. Belə ki, onlar günəş şüalandırmasmm spektrini tamamilə buraxmır və yaxud spektri az buraxır və infraqırmızı şüaları isə keçə bilmir. Elə buna görə də özündən günəş enerjisini buraxarkən atmosfer qızır. Bu enerji okeanın səthinə çatdıqda qismən udulur və suyun üst qatını qızdırır. İstiliyin bir qismi istilik ötürmək hesabına atmosferə qayıdır və onun isinməsinə təsir edir. Bu hadisələrin və onun həm də əks olunma və səpələnmə proseslərinin nəticəsində atmosferdə temperatur şaquli surətdə dəyişir.

Yer səthinə gələn günəş radiasiyasının əsas hissəsi

25

okean və yerin üst səthini qızdırır ki, oradan da öz növbəsində Yerə yaxın hava təbəqəsi qızaraq şaquli qradiyenti təmin edir. Havanın stabilliyi və davamlılığı uzun müddət pozulmuşsa, onda atmosferin çirklənməsi üçün əlverişli şərait yaranır. Məsələn, havası uzun müddət sabit qalan Los-Anjeles rayonunda havaya atılan hər hansı çirkləndirici (məsələn, qazlar) ətrafa yayıla bilmir və tez-tez smoq müşahidə olunur.

Ozon qatının əhəmiyyəti

Yer üzərində həyat, min illərlə atmosferdəki mühafizə qatı sayəsində qorunur. Ozondan ibarət olan bu qat Yeri Günəşin zərərli ultrabənövşəyi şüalarından mühafizə edir. Bu planetimizin nadir xüsusiyyətidir. Bu mühafizə qatının dağıldığı hallarda Günəşin ultrabənövşəyi şüalanması Yerin səthindəki həyatın məhvinə təsir edir.

İqlimin keçmişdə dəyişkənlikləri yaxın onilliklərdə və əsr üçün riyazi model hazırlayarkən nəzərə alınır. Amma real şəraitlə müqaysədə ryazi modellər lazımınca dəqiq olmurlar, çünki bütün amilləri nəzərə almaq çətindir. Belə ki, alimlər tərəfindən Antarktidanın üzərində, stratosferin üst hissəsində günəşin ultrabənövşəyi şüalarının filtrdən keçirən ozon qatında «dəlik» aşkar edilmişdir, baxmayaraq ki, freonlarm ozon qatının tükənməsinə təsir modellərinin elektron hesablama maşınları tərəfindən yoxlanılması belə «dəliyin» olmasını proqnozlaşdırmamışdır. Məlum olmuşdur ki, modellərdə atmosferin yuxarı qatlarında üzən və ozon parçalanmasına şərait yaradan çox xırda buz kristalları nəzərə alınmamışdır. Riyazi modelə bu yeni fiziki amil daxil edildikdən sonra Antakrtida üzərində ozon «dəliyi» müşahidə edilmişdir.

Belə ki. Milli Aeronavtika Xidməti Agentlyinn (МАХА) 1998-c ilin yazında apardıqları tədqiqatlara əsasən, şimal yarımkürəsində 1969-cu ildən 1986-cı ilə kimi

26

ozonun miqdarı 3% azalmışdır. Tibbi məlumatlara əsasən isə ozonun 1% azalması hər il 6% insanın dərisinin xərçəng xəstəliyinə tutulmasına səbəb ola bilər. Freonun bir molekulu on minlərlə ozon molekulunu parçalaya bilər. Deməli, modellərin mükəmməlləşməsi yalnız daha geniş məlumatlara əsaslanmalıdır.

Ozon nədir? Ozon tərkibində 3 ədəd oksigen atomu olan qazdır. Günəşin ultrabənövşəyi şüaları oksigen niolekullarmı atomlara parçalayır ki, bunlar da sonradan digər oksigen molekulları ilə birləşərək, ozon əmələ gətirirlər. Ozon ilk dəfə 1839-cu ildə K.F.Şonbeyn tərəfindən elektrik boşalmalarının müşahidəsi zamanı kəşf edimişdir. Yalnız 1950-ci ildən sonra ozonun atmosferin bir hissəsi oduğu aşkar olunmuşdur. Onun adı yunan dilindən alınmışdır və “kəskin iy” deməkdir.

Ozon qatı nədir? Ozon əsasən atmosferin troposfer və strotosfer qatlarında yerləşir. Ozon stabil qaz deyil və xüsusiə hidrogen, azot və xlora malik təbii komponentlərə qarşı həssasdır ki, bunlar da onun dağılmasına gətirib çıxarır. Strotosferdə ozon ən çox 19-25 km məsafədə yerləşir. Yerin səthi yaxınlığında (troposferdə) ozon özündə fotokimyəvi his və qələvi yağışlar toplayan, getdikcə problemlər yaradan çirkləndirici maddələr kimi təzahür edir. Lakin 11 km-dən 48 km-ə qədər Yer səthindən hündürlükdə olan təhlükəsiz strotosferdə, aşmdırıcı iyi olan maye qaz, oksigenin özü qədər həyat üçün gərəklidir. Ozon mühafizə qatı əmələ gətirir ki, bu da həddindən çox kövrək olmaqla bərabər, heyrətedici dərəcədə səmərəlidir.

Ozonun atmosferdə miqdarı azdır. Belə ki, hər 10 milyon molekula 2 milyon normal oksigen və 3 ozon molekulu düşür. Atmosferdə olan ozonu Yer səthinə sərmək mümkün olsa idi, onda qalınlığı 3 mm olan nazik qat alınardı.

Xlorftorkarbohidrogenlər (XFK) ozon qatının yeyilməsinin ciddi səbəbi kimi göstərilir. Yuxarıda qeyd

27

olunduğu kimi, hər yaz fəsli planetin cənub yarımkürəsində Antarktida üzərində ozon qatında “dəlik” əmələ gəlir ki, bunun da ölçüləri Afrika qitəsinin sahəsinə müvafiq gəlir. “Dəlik” adi məlum dəliklər deyil, ozon qatının çox aşağı konsentrasiyası olan zonadır. Antarktida üzərindəki atmosfer qışda yerdə qalan aləmdən, qütb burulğanı adlanan küləyin təbii dövranı ilə təcrid ounur. Qış vaxtı, soyuq və qaranlıq olduqda atmosferdə qütb stratosfer dumanları əmələ gəlir. Təsirsiz xlor, bu buludların səthində, gün işığının təsiri altında ozonla kimyəvi reaksiyaya girməklə ozon qatını yeyən formaya çevrilir. Bunun nəticəsində hər payız, günəş cənuba doğru, yəni Antarktidaya doğru qayıdarkən ozonun tez dağılması baş verir. Antarktida strotosferinin kifayət qədər qızdığı və beləliklə də onu qalan dünyadan təcrid edən qütb strotosfer buludlarını dağıtdığı və küləkləri yardığı vaxt “dəlik” yenidən yox olur. Ozonla zəngin olan hava Antarktida üzərindəki deşiyi və ya dəliyi dartışdırır. Küləyin dövranı, aşağı konsentrasiyalı ozon olan havanın şimala doğru yerdəyişməsinə səbəb olaraq, başqa bölgələrdəki ozon konsentrasiyasmı onunla qarışma sayəsində azaldır. Beləliklə, problem cənub yarımkürəsinin məntəqələrinə yayıla bilər. Ən geniş “dəliklər” son ilər müşahidə edilir. Nazilmə, xüsusilə, 15 km-dən 30 km-ə qədərki hündürlükdə baş vermişdir ki, burada adətən ozonun konsentrasiyası ən yüksəkdir. Qeyd etmək lazımdır ki, XFK-nm ozon qatma təsiri, cənub qütbü ətrafında, çox soyuq təcrid olunmuş hava kütləsinin yaratdığı nadir meteoroloji şəraitin yarandığı bölgədə güclənir.

Antarktida üzərində ozon qatının ən çox tükənməsi sentyabr-oktyabr aylarında olur, noyabr ayından sonra isə ozon qatının qalınlığı mütəmadi artır. Antarktida üzərində maksmum ozon 1985-ci ildə qeydə alınıb. O vaxtdan onun miqdarı az artmışdır.

Şimali Avropada ozon «dəliyi» cənub zonasına

28

nisbətən kiçikdir, tam aydın hiss olunur və ozon qarışığının azalması xeyli zəif gedirdi. 1987-ci ildə BMT-nin üzvi olan- 23 sənaye ölkəsi, o cümlədən keçmiş SSRİ freon istehsalını azaltmaq (feronlarla refrijiratorlar, kondisionerlər, soyuducular və aerozol balonları doldurulur), onu tərkibində xlor olmayan maddələrlə əvəz etmək razılaşdırılmışdır.

Nəzəriyyələrdən birinə əsasən, karbonun artdığı sürətlənən fotosintez prosesində bitgilər və planktonlar tərəfindən mənimsənilir ki, bunun nəticəsində xeyli CO2 toplanmasına səbəb olur. Əgər bu belədirsə, onda meşələrin karbon qazının qarşısının aimmasmdakı rolu aydın olar və meşə qırılması, məhv edilməsi çox böyük təhlükə kəsb edir. Q.Merlandm hesablanmasına əsasən, hər il qazıntı yanacaqlarının yandırılması nəticəsində atmosferə atılan 5 milyard ton COı-nin udulması üçün Avstraliyanın ərazisinə bərabər sahədə meşələrin salınmasını tələb edir.

Ozonun ölçülməsi. Ozon qatının miqdarını Dobson vahidi ilə ölçürlər. Oturacağının sahəsi İsm- olan vertikal sutunda normal təzyiq və temperaturda olan ozonun miqdarı 300 Dobson vahidinə bərabərdir. Yer kürəsində ozonun orta miqdarı təxminən 300 Dobson vahididir. Müxtəlif coğrafi sahələrdə onun qiyməti 230-500 arasında dəyişir.

Ozon qatının müşahidəsi ilə müntəzəm olaraq NASA, WHO, Kanada, Böyük Britaniya, Yeni Zellandiyanm və s. çoxsaylı təşkilatları məşğul olurlar. Antarktida üzərində 1979-cu ildən 2000-ci ilə qədər bu “dəliyin” sahəsinin dəyişməsi qrafiki Yeni Zellandiyanm Milli Su və Atmosferin Tədqiqi İnstitutunun nəticələri əsasında verilmişdir. Şimal yarımkürəsi üzərində də ozon qatının müşahidə edilən nazilməsi bəzi meteoroloji amillər sayəsində geniş “deşiklərin” olmasına baxmayaraq. Antarktida bölgəsindən az narahatlıq doğurmur. Avropanın bir neçə şimal ölkələri, Rusiyanın şimal bölgələri

29

artıq ozonun az olduğu sahələrə aiddir. Bunu ABŞ-ın Florida Universitetinin araşdırmaları daha aydın göstərir.

Ozon qatının azalması respublikamızda normaya uyğundur. Antarktida, Arktika, ekvatorla Qrinviç xəttinin kəsişməsində 1-18 sentyabr 2000-ci il müddətində ozonun miqdarının dəyişməsi ABŞ-m Milli Aeronavtika və Kosmos Akademiyasının (NASA) aldığı nəticələrdə əyani görünür.

2.3.2. Atmosferin quruluşu və dövranının çirklənmədə və

mühitin mühafizə edilməsindəki yeri

Dəniz səviyyəsindən yüksəkliyə qalxdıqca temperaturun dəyişmə xarakterinə görə atmosfer 5 əsas təbəqəyə bölünür: troposfer, strotosfer, mezosfer, termosfer və ekzosfer.

Troposfer atmosferin ən aşağı hissəsi olub qütblərdə qalınlığı 8-10 km, ekvator zonasında isə 15-18 km-ə çatır. Troposferdə havanın temperaturu yüksəkliyə qalxdıqca hər 100 m-də orta hesabla 0,5-0,60S aşağı düşür. Odur ki, hətta ekvatorda troposferin üst sərhəddində temperatur -IQ^S təşkil edir. Troposferdə havanın 80%-ə qədəri, yəni 4/5 hissəsi cəmləşir. Burada mühüm atmosfer, o cümlədən ekoloji proseslər gedir ki, o da insanın həyat və fəaliyyətinə təsir göstərir. Göründüyü kimi canlı aləmə daha zəruri sayılan hava təbəqəsi əsasən troposferdədir.

Stratosfer troposferdən üstdə yerləşərək 50-55km-ə qədər çatır. Yuxarı hissəsində 35 km-dən sonra yüksəklik artdıqca temperatur çoxalır. Burada ozon qatı yerləşir. Bu qatda ozon ekranı yaranır. Ən sıx ozon təbəqəsi 30 km hündürlükdə qeyd olunur. Qütblərdə ozon təbəqəsi 18-20 km-də yerləşir.

Mezosfer stratosferdən yuxarıda yerləşir. Burada temperatur yüksəklik artdıqca yenidən aşağı düşür. ’Onun yuxarı sərhəddi 80-90 km hündürlükdən keçir. Burada

30

temperatur -70°, -SO^S-yə qədər enir. Bu təbəqələr arasında Trapapouza, Stropopauza və

Mezorauza adlanan keçid vilayətlər yerləşir. Mezopauzanın üstündə olan kimyəvi tərkib atmosferin tərkib hissələrindən xeyli fərqlənən Termosfer yerləşir və 800 km-ə qədər çatır. Burada hava güclü ionlaşmışdır, ona görə də burada elektrik keçirmə troposferə nisbətən milyardlarla yüksəkdir. Orada temperatur təxminən 2000°S-yə qədər çatır. İonosfer də burdadır.

Ekzosfer və ya səpələnmə spektri atmosferin xarici qatıdır. Bu qat 2000-3000km-ə qədər yayılır və tədricən kosmosa keçir.

Yuxarıda göstərilən sferalar arasında keçid aralıq qatlar, məsələn tropopauza, stratopauza- və s. yerləşir. Tropopauza troposferi stratosferdən ayırıt^

' ^^Atmosfer havası - müxtəlif qazların qarışığından ibarətdir. Onun tərkibinin 78,08%-i azot, 20,95%-i oksigen,

0,93%-i arqon, 0,03%-i karbon qazından ibarətdir. Qalan qazların payı (neon, helium, metan, ksenon, rodon və b.) təxminən 0,01% dir.

İnsan bir dəqiqə ərzində 51-dən 100 litrə qədər hava udaraq sutka ərzində 12-15 kq hava qəbul edir. Bu qida və sudan artıqıdır. Atmosfer insanı kosmosda təhlükə yaradan bir sıra hadisələrdən xilas edərək meteoritəri yerə daxil olmağa qoymur. _

Təbiətdə havanın əsas istehlakçlan flora və faunadır. / Hava Yer üzərindəki bütün canlılar üçün lazımdır. İnsan qidasız 5 həftə, susuz 5 gün, havasız isə 5 dəqiqə yaşaya bilər. Lakin insanların normal həyat fəaliyyəti üçün yalnız havanın mövcudluğu deyil, həm də havanın müəyyən dərəcədə təmizliyi

vacibdir. Çirklənmiş hava, su, quru, dəniz, torpaq və insan üçün zərərlidir. Havanın qaz mühitində çoxlu xırda, bərk və maye hissəciklər mövcuddur. Beləliklə, hava aerozol və ya dispers sistem halında olur. Bu çirkəndiricilər havaya biosferdən daxil oluı^

31

'l / •J

Təbiətdə baş verən təbii proseslər dispers hissəeiklərlə havanın təchiz ediciləridir. Çünki vulkan püskürmələri zamanı xırda, bərk və maye hissəciklərin böyük kütləsi havaya qalxır, həftələrlə havada qalır və onu çirkləndirir. Dünyada baş verən meşə yanğınları, bozqır və torf yanğınları, süxurların aşınması, eroziya, kosmosdan gələn tozlar, duman, bulud, yağış və s. vasitəsilə çirklənir.

ETİ əsrində nəhəng sənaye kompeksləri yaradılmış, on milyonlarla nəqliyat vasitələri planetin yer və dəniz hövzələrində dolaşaraq atmosferin çirkənməsinə öz əməli “töhvəsini” verirlər.

2.3.3. Atmosferi süni çirklondirən sənaye sahələri

İqtisadiyyatın inkişafı güclü sənaye obyektlərinin və komplekslərinin tikilməsi zərurətini yaradır. Əmək ehtiyatlarının təminatı ilə əlaqədar olaraq belə obyektlər əsasən yaşayış məntəqələri yaxınlığında salınır. Atmosferə aerozollar atan, əhali sağlamlığı üçün təhlükəli olan, ekoloji sistemi pozan obyektlərin optimal yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki atmosferi süni çirkləndirən əsas mənbələrdən biri sənaye sahələridir.

Qara metallurgiya - çuğun əridilməsi, ondan polad istehsalı zamanı atmosferə müxtəlif qazlar atılır. V.Şaprinskiyə görə 1 milyon ton polad istehsalı zamanı atmosferə 75 min ton CO2 ixrac edilir.

Domna qazlarından başqa atmosferə həm də az miqdarda arsen, fosfor, qurğuşun, civə və nadir metalların buxarları, antimon (sürmə) və qətranh maddələr atılır. Marten və poladəridənlərdən sexlərin tullantıları da atmosferi xeyli çikrləndirir. Polad əriyən zaman həm də metalın buxarı, şlak, metal oksidləri və qazları ayrılır. Marten peçlərinin tozunun əsas hissəsi dəmir - 3 oksid (6,7 %)-dən ibarət olur. 1 ton marten poladının oksigensiz

32

əridilmə prosesində 3000-4000 nı^ qaz ayrılır, onların tərkibində tozun qatdığı orta hesabla 0,5 qm^ təşkil edir.

Metan ərimə zonasına oksigen verildikdə isə toz əmələgəlmə dəfələrlə çoxalaraq 15-52 qm^-a çatır. Kokskimyəvi istehsalı atmosfer havasına tozla və uçucu birləşmələrin qarışığı ilə çikrləndirir. İş rejimi pozulduqda isə atmosferə külli miqdarda təmizlənmiş koks qazı atılır.

Əlvan metallurgiya - gil - torpaq - alüminium- oksidi, alüminium, mis, qurğuşun, qalay, sink, nikel və digər metalların peçdə istehsalı zamanı zərərli maddələr əmələ gəlir. Əlvan metallurgiya atmosfer havasını əsasən kükürd anhidridi (75%), karbon qazı (10,5%) və tozla çirkləndirir.

Kimya və neft-kimya sənayesi - turşuların (sulfat turşusu, xorid turşusu, fosforit turşusu, nitrat turşusu və s.) istehsalı və s. zamanı atmosferə tullantılar atılır. Çirkləndiricilərin tərkibində karbon qazı (28%), kükürd anhidridi (16,3%), azot oksidi (6,8%) olur. Neftayırma sənaye müəssisələri atmosferi karbohidrogen (23%), kükürd qazı (16,6%), karbon qazı (7,3%), azot oksidi (2%) birləşmələrilə çirkləndirir. Respubikamızda kimya və neft-\ kimya müəssisələrinin çoxu Bakı və Sumqayıt şəhərərində' cəmləşmişdir. Mövcud müəssisələrin texniki təchizatı, təmizləyici qurğularının çoxunun yararsız vəziyyətdə olması, qaz-toz tutucu avadanlıqlarının sıradan çıxması ətraf mühitə normadan artıq tullantıların atılmasna səbəb olur.

Tikinti materialları sənayesi - sement və digər bərkidici materiallar, azbest, tikinti keramika və saxsı materialları, istilik və səs izoləedici materiallar istehsalında atmosferə toz və asılı maddələr atılır.

Bundan başqa tullantılarda hidrogen-sulfıd (0,03 %), formaldehid (0,02%), toluol (0,02%), benzol (0,01%), vanadium 5-oksid (0,01%) də olur. Sement, azbest və digər ^ tikinti materialları istehsal edən zavodların ətrafında

33

havada benzopirin, toz və digər zərərli maddələrin yüksək tərkibi müşahidə olunur.

Sement sənayesində xamaal kimi mercel qarışıqh və gil şistəlri qarışığı olan əhəng daşlarından istifadə edilir. Həmin texnologiya çoxlu toz hissəciklərinin ayrılması ilə səciyyələnir ki, bu da sement tozu ilə atmosfer havasını daha çox çikrləndirir.

Təxmini hesablamalara görə yer atmosferinə ildə 100 min tonlarla zəhərli qazlar və tozlar atılır. Bu çirkləndiricilər sənaye rayonlarında külək vasitəsilə başqa yerlərə aparılmasına və çökdürülməsinə baxmayaraq, bir çox hallarda sənaye şəhərləri ətrafında yüksək çirklənmə kəsafətliyi (konsentrasiya) yaradır.

Ağac emalı və sellüloz-kağız sənayesi - ətrafa xeyli çirkləndirici maddələr yayır.

Ağac emalı və sellüloz-kağız sənayesi müəssisələri tərəfindən atmosferə buraxılan xarakterik çrkləndirici maddələr bunlardır: bərk (sülb) maddələr (29,8%), karbon qazı (28,2%), kükürd anhidridi (26,7%), azot oksdləri (7,9%), toİLiol (1%), hidrogen sulfid (0,9%), aseton (0,5%), ksilol (0,45%), butil asetat (0,4%), etil-asetat (0,4%), formaldehid (0,1%), metilmerkaptan (0,2%).

İES-lərin ətrafı həmişə ziyanlı aerozolla daha zəngin olur. Azərbaycanda inşa olunmuş İES-də əsas yanacaq kimi qaz (80-87%) və mazutdan (13-20%) istifadə olunur.

Azərbaycanın böyük lES-ləri (1 mln.mvt.) Abşeron rayonunda. Mingəçevir şəhəri yaxınlığında) və Şirvan şəhərinin 10-15 km-liyində yerləşir.

Azərbaycanın bütün İES-ləri yanacaqla (mazut) və qazla işləyir. Mazutun kükürdlülük dərəcəsi 2%təşkil edir. Tüstü borularından atmosferə sutkada 700-1000 ton kükürd və azot oksdəçəri atılır. Azərbaycanın iri İES-ləri ətrafında 3-5 km radiusunda havada CO-in qatılığı yüksək həddə çataraq 0,4-0,6 mq/m^ təşkil etmişdir. Tədqiqatların nəticələri göstərdi ki, kükürd qazının, azot 2-oksidin və

34

tozun qatılığının zonal yayılması qanunauyğun olaraq stansiyanın yerləşdiyi mənbələrdən 2,5-3 km məsafədə maksimum çirklənmə müşahidə edilir. Azərbaycan İES-də (Mingəçevir) qaz işlədilərsə adambaşına ildə 250-300 kq his düşər, mazutdan istifadə zamanı bir rəqəm 5 dəfə yüksək olur. Təəssüf ki, 1986-cı ildən bəri yüksək kükürdlü (4%-ə qədər) mazutdan istifadə edilir.

Atmosferi radioaktiv maddələr də çirkləndirir. Havam daha çox çirkləndirən digər mənbə hazırda nəqliyyat vasitləri,

xüsusilə avtomobillərdir. Nəqliyyat insanların həyatına güclü təsir göstərir. Şəhərlər böyüdükcə nəqliyyat problemi kəskin hal alır. Bəzi şəhərlərdə onların buraxdığı qazlar havanı çirkləndirən qazların 68-80%-ni təşkil edir. Fransız alimi İ.Detrinin məlumatına görə benzin və dizellə işləyən mühərriklər havaya CO2-5,0 və 9,0%, CO- 4,0 və 0,1%, oksigen-4,0 və 9,0%, hidrogen-2,0 və 0,03%, aldehidlər-0,004 və 0,002%, azot oksidi-0,06 və 0,04%, kükürd qazı-0,006 və 0,02% atır.

Avtomobillərin atmosferə buraxdığı zərərli qazların konsentrasiyası yalnız mühərrikin tipindən deyil, həm də avtomobillərin texniki vəziyyətindən, edilən xidmətdən, qida və yanma sisteminin vaxtında təmirindən və gedilən yolun xarakterindən asılıdır.

Avtomobillərlə çirklənmələrin qarşısını almaq üçün tulantılarm zərərlilik dərəcəsinin qiymətləndirilməsi, daxili yanma mühərrikinin təkmilləşdirilməsi, benzinin keyfiyyətinin artırılması, neytrallaşdırıcılardan və yanacağın alternativ növlərindən istifadə etmək lazımdır.

Atmosferin çikrlənməsinə başqa misal göstərək: 1948-ci oktyabrın 26-sı səhər tezdən sıx və qalın duman

(buna smoq deyilir) Lenever şəhərini (ABŞ, Pens'livaniya ştatı) bürümüşdü. Tüstü ilə duman qarışığından yaranan qurum səkiləri, evlərin damını, körpüləri qara örtüyə bələmişdi. İki sutka ərzində şəhərdə görüş dairəsi o qədər zəifləmişdi ki, onun sakinləri hətta evə

35

gedən yolu da çətinliklə tapırdılar. Bir neçə gün ərazidə öskürən və havasızlıqdan təngənəfəs olan adamlarda boğulma, öyümə, göz, boğaz ağrısı və s. kimi xəstəliklərin sayı sürətlə artmışdı. Smoqun davam etdiyi 4 gün ərzində şəhərin 1,4 mln. əhalisindən 6 min nəfər xəstələnmiş, 20 nəfəri isə ölmüşdür. Xeyli ev heyvanları tələf olmuşdur. Yalnız leysan yağışlardan sonra hava təmizlənmiş və şəhərdə həyat bərpa olmuşdur.

Atmosfer havasının radioaktv maddələrlə çikrlənməsi. Atmosferə (radioaktiv maddələr) RM-lər təbii

radioaktiv proseslər vastəsilə, uran filizləri çıxardıqda, reaktorların istismarı zamanı və atom partlayışı nəticəsində daxil olur.

Təbii radioaktivlik atmosferə xasdır. O, təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən asılı deyil. Canlı orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və heç bir zərərli nəticəyə səbəb olmur. RM-lə atmosferin çirklənməsi atom və hidrogen bombalarının partladılması nəticəsində baş verir. Hər bir belə partlayış zamanı radioaktiv tozlardan dəhşətli buludların yaranması müşahidə olunur. Çox güclü partlayış dalğası zamanı bu tozların hissəcikləri bütün istiqamətlərə yayılaraq 30 km yüksəkliyə qədər qalxır. Partlayışın ilk saatları ən iri hissəciklər, bir qədər kiçik hissəciklər isə 5 sutka ərzində yerə düşür, nəhayət daha xırda dispers tozlar hava axınları vastəsi ilə min km məsafələrə yayılaraq bir çox illər ərzində Yer kürəsinin səthinə düşür.

Atom partlayışı zamanı əmələ gələn ayrı-ayrı izotoplarm yarımparçalanması müxtəlif dövrlərdə davam edir. Bu baxımdan 2 izotop-stronsumun 90-25 il ərzində parçalanması gedir, o, yer səthinə düşərək bitki tərəfindən (yem) inəyin südünə keçir və sezium -137-n yarımparçalanması isə 33 il davam edir.

Biosferin radioaktiv çikrləndrilməsində nüvə silahlarının sınaqdan keçirilməsi mühüm faktor sayılır.

36

Dünyada 2000-dən arlıq nüvə silahı sınaqdan keçirilmişdir (onlardan 500-ü atmsoferdə). Bu partlayışlar zamanı ətraf mühitə milyon kürülərlə radioaktiv sezium -137, stronsium- 90 və dgər elementlər daxil olmuşdur.

Ətraf mühitin radioaktiv çirklənməsi baxımından nüvə müharibəsi ən dəhşətli, ən qorxulu ola bilər, tədqiqatlar göstərir ki, əgər nüvə müharibəsi başlayarsa, iri şəhərlərə atom bombası atılacaq. Bu zaman Yerin geniş ərazisini aylarla qaranlıq bürüyəcək, günəş şüası yanğınlar nəticəsində əmələ gələn hissəciklərindən ibarət böyük buludlardan keçə bilməyəcək. Bir sıra regionlarda orta temperatur bir neçə 10 dərəcə aşağı düşəcəkdir (hətta suyun donma dərəcəsindən də aşağı). Strotosferin ozon təbəqəsi naziləcək, atmosfer havası zəhərlənəcəkdir.

AES-də baş verən qəzalar nəticəsində də atmosfer havasının radioaktiv çirklənməsi baş verir. 1986-cı ildə Çernobil AES-də baş verən qəza nəticəsində Belorusiya Respublikası ərazisinin 4/5 hissəsi radioaktv çikrlənməyə (xüsusilə sezium-137 və stronsium-90) məruz qalmışdır. Burada 16,4 min km^ ərazi çirklənməyə məruz qalmışdır. Bundan başqa qonşu Ukrayna Respublikasının geniş ərazisi də radioaktiv çirklənməyə məruz qalmışdır. Çirklənməyə məruz qalan rayonlarda bitki və heyvanlarda anomal mutasiya müşahidə olunmuş, bəzi sahələrdə meşələr qurumuşdur.

Elektromaqnit çirklənməsi. Elektromaqnit dalğalarının təbi mənbələri: yer

səthinn daimi elektrik və maqnit sahəsi, kosmik aləmdən (günəş, ulduzlar və s.) ibarətdir. Yerin təbii elektromaqnit sahəsi onun səthində açıq yerlərdə adətən 100-500 Vm gərginlikli izafi mənfi yükün yaranmasıdır. Qara buludlar gərginlik sahəsini 10-100000 Vm-ə qədər yüksəldə bilər. Təbii elektromaqnit mənbələri zəif olduğundan canlılara bir o qədər də ziyan vurmur. Canlılar üçün süni elektromaqnit mənbələri daha ziyanlıdır.

37

Hazırda iri şəhərlərdə, hətta yaşayış mənzillərində güclü elektromaqnit çirklənməsi müşahidə olunur. Gündəlik həyat tənziminə müdaxilə edən radiochazlar, televzorlar, məişət cihazları, açıq ərazilərdə isə elektrik nəqliyyatı, yüksək gərginlikli eletkrk xətləri, transformatorlar, radiolokator stansiyaları elektromaqnit çirklənməsinə səbəb olur.

Elektromaqnit sahəsinin antropogen mənbələri 2 qrupa bölünür: 1 qrup-generasiya olunan (0-3 km) ən yüksək gərginlikli mənbələr; 2 qrup - 3 kHs -200 Qhs diapazonunda mikrodalğalar daxil olmaqla radiogərginlikli diapazonlarda generasiya olunan şüalardır. Bunlardan canlılar üçün ən təhlükəlisi radiolokatorlar (hava əlaqəsi, gəmiçlik nəqliyyat radiolokatorları, hava nəqliyyatına nəzarət) sayılır.

Elektromaqnit şüalarının canlılara təsirinə kömək edən amillərdən biri atmosfer ionlaşmasıdır. Atmsoferdə olan ionlar 3 yerə bölünürlər; ağır, orta və yüngül ionlar. Atmosferin 1 sm^-da ağır ionlar 64 %, orta ionlar 20%, yüngül ionlar isə 10% təşkil edir. İonlar atmosferin özündə saxladığı temperaturdan asılı olaraq dəyişir: ağır ionlar qışda daha çox, yayda az, yüngül ionlar isə qışda az, yayda çox olur.

Parnik (1§1Шк) qazları və onların iqlim dəyişməsinə

təsiri

Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik (istixana) effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiasiyası buraxmağa qabildir. Yer səthinin orta temperaturu +15*^8 təşkil edir. Parnik effekti olmasa idi o, -18°8 olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcuduğu üçün əsas mexanizmlərdən biridir. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar böyük rol oynayır. Əsas parnik qazları aşağıdakılardır: karbon 2-oksid (CO2), azot oksidləri, xüsusilə NO2, metan (CH4) və troposfer ozonu

38

(O^). Sonuncu yüzillikdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur (ən əsası insan tərəfindən sintez ediən xlor-flüor üzvi birləşmələri, freonlar və s. aiddir). Son 200 ildə, xüsusiə 1950-ci illərdən sonra insan fəaliyyəti atmosferdə parnik effektli qazların konsentrasiyasının artmasına səbəb olur. Bu qaz qarışığı radiasiyanı udur və əks etdirir. Odur ki, Yerin iqliminə təsir etmək qabiliyyətinə malikdir.

Turşulu (turş) yağışlar. Turşulu yağışlar ifadəsi ilk dəfə 1872-ci ildə R.Smit tərəfindən qeyd olunmuşdur. Turşulu yağışların əsas komponentləri azot və kükürd oksidlərinin (SO2 və N0) aerozolları sayılır. Amonyak da (NH3) turşulu yağışların əsas komponentlərindəndir.

Turşulu yağışlar həm təbii, həm də antropogen mənşəli olur. Turşulu yağşların əmələ gəlməsinə səbəb olan təbii mənbələrə vulkan püskürmələri, şimşək çaxması və ildırım, meşə yanğınları, biogen ifrazatı, torpağın deflyasiyası və s. aiddir. Avropa və Şimali Amerikada qazıntı yanacaqlarından çox istifadə olunduğundan bu ərazidə dünyada atmosferə buraxılan maddələrin 70%-i düşür və bu turşulu yağışın əmələ gəlməsinə səbəb olur. Turşulu yağışın əsas yayıldığı vilayətlər - sənaye rayonları sayılır (Şimali Amerika, Qərbi Avropa, Yaponiya, Koreya, Çin, Rusiyanın sənaye rayonları). İndiyə qədər məlum olan ən turş yağış Kanadada (pH 2,4) və ABŞ-m Los-Anjelos şəhərində (pH 2,3) qeydə alınmışdır.

Antropogen amillərin güclənməsi ilə əaqədar atmosferdə parnik qazlarının artması onların parnik effektivliyini də yüksəldəcəkdir. 2100-cü ilə qədər yerüstü havanın temperaturunun təxminən 2°S artması gözlənilir.

39

2.3.4. Azərbaycanda iqlim dəyişkənliyi

İqlimin tərəddüdü və dəyişkənliyi problemi müasir dövrdə bəşəri əhəmiyyət daşıyır. Azərbaycanın ərazisində il ərzində ən maksimal müsbət normalar fərqi müşahidə edilmişdir (0,77±0,39°). 1961-1990-cı illərdə orta illik temperaturlar Azərbaycan ərazisində 0 2 - 0 , i n t e r v a l d a artmışdır. 10 il ərzində (1990-2000) temperatur daha 0,4 l^S artmışdır. 1997-ci ildə Azərbaycan ərazisinin təqribən 1/3-ni əhatə edən leysan yağışları, sel-subasma hadisələri 15 nəfərin həlakı ilə nəticələnmişdir.

Azərbaycan Respublikası tərəfindən 1992-ci ildə BMT-nin Rio-de-Janeyroda (Braziliya) keçirilən “Ətraf mühit və inkişaf’ konfransında “İqlim dəyişmələri üzrə çərçivə konsepsiyası”-nı imzalamış, 1995-ci idə Milli Məclis tərəfindən ratifikasiya edilmiş, 2000-ci ildə bu Konvensiyanın həyata keçirilməsi mexanizmini təyin edən Kioto (Yaponiya) protokolunu imzalanmışdır. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün 1997-ci ildə iqlim dəyişilmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Respublikamızda parnik qazlarının azaldılması üçün texnologiyalara Milli tələbat müəyyənləşdirilmiş, iqlim üzərində sistematik müşahidələrin hazırki vəziyyəti və potensialı qiymətləndirilmişdir.

Hazırda Azərbaycan iqlim dəyişmələri üzrə Şərqi Avropa və keçmiş SSRİ dövlətləri ilə birlikdə parnik qazlarının inventarlaşdırılmasmm keyfiyyətlərinin təkmilləşdirilməsi üçün Milli potensialın yaradılması üzrə regional layihəsinin ilkin mərhələsində iştirak edir. Azərbaycan Respublikasının ərazisində atmosfer havasının mühafizəsi sahəsindəki vahid dövlət siyasəti müəyyənləşdirilir və həyata keçirilir. Atmosfer havasının mühafizəsinə dair məqsədli dövlət proqramlarına və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinə müvafiq olaraq atmosfer havasına zərərli

40

maddəbrin atılmasının azaldılması, həmçinin belə azalmanın

həyata keçirilmə müddətləri dövlət tərəfindən müəyyən edilir.

2.3.5. Tullantısız istehsal

Hazırda bir çox qabaqcıl ölkələrdə təbii resurslardan səmərəli istifadə etmək məqsədilə ayrı-ayrı təsərrüfat və sənaye komplekslərindən tullantısız məhsul almağa yönəldilən texnologiyadan geniş istifadə olunur.

Elmi-texniki inkişaf dövrü olmasına baxmayaraq hələ də sənaye proseslərinə cəlb edilən xammalın yalnız 5- 10%-ə qədəri son məhsula çevrilir, qalan 90-95 %-ə qədəri isə tullantı kimi ətraf mühitə atılır. Deməli, xammal ənənəvi sənaye məhsullarının alınmasına yox, atılan tullantılara xidmət edir. Bununla əlaqədar istehsalın ekolojiləşdirilmə- sinə böyük ehtiyac vardır. Belə istehsalın məqsədi tullantıların azaldılaraq ləğv edilməsi, az tullantıh, hətta sənayenin bəzi sahələrində tullantısız istehsal yaratmaqdır. Hazırda bir çox alimlər ətraf mühitin mühafizəsində tullantısız texnologiyaya keçilməsini vacib sayırlar. Tullantısız texnologiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab olunur.

Müasir sənayedə tullantılar o qədər çoxdur ki, çoxlu sayda təmizləyici qurğuların inşasına böyük ehtiyac var. Lakin nəzərə almaq lazımdır ki, təmizləyici qurğuların inşası çox vəsait tələb edir, hətta istehsalın dəyərini üstələyir. Ona görə də tullantıları parçalamaq yox, onlardan müxtəlif məqsədlər üçün istifadə etmək nəzərdə tutulur.

Tullantılardan tam istifadə edilməsi qapalı texnoloji proseslər yaratmağı tələb edir. Yəni bir tullantı başqa istehsal üçün xammal olur, xırda müəssisələr iri istehsal komplekslərində birləşir. Belə hallarda ətraf mühitin çikrləndirilməsi azalır, təbii sərvətlərdən istifadənin də səmərəsi yüksəlir.

41

Tullantısız texnologiyanın inkişafının əsas istiqamətləri aşağıdakılardır: tullantıların utilləşdirilməsi, xammal və minerallardan kompleks istifadə edilməsi, qapalı siklli istehsalın təşkil edilməsi, çirkab suların atılması, zərərli maddələrin atmosferə buraxılması və s. Hazırkı dövrdə ekoloji istehsalın əsas vəzifələri gücləndirilərək insan fəaliyyətinin zərərli nəticələrini neytrallaşdırmalı, sağlamlıq zonaları və ekoloji təmiz olan süni ekosistemlər yaratmağa istiqamətləndirilməlidir.

2.3.6. Atmosferin mühafizəsi

Daim hərəkətdə olan hava yerdən qalxan qaz, tüstü, toz hahndakı tulantılarm yüngül hissəsini uzun müddət özündə saxlayıb onları dünyanın müxtəlif rayonlarında tədricən çökdürür. İnsanların sağlamlığına, torpağa, su mənbələrinə, heyvanat aləminə, bitki örtüyünə mənfi təsir edir. Belə proses kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını azaldır, metal quraşdıncılarda korroziyanı şiddətləndirməklə, maşınların, avadanlıqların, elektrik ötürücü dirəklərin ömrünü xeyli qısaldır.

Havaya qalxan tullantiarm miqdarını azaltmaq və onların tərkibini zərərsizəşdirmək əsasən iki yolla həyata keçirilə bilər:

1. Tükənməyən enerji sərvətlərinin - külək, günəş, yeraltı istiliyin, su enerjisinin geniş istifadəsi, onsuz da məhdudlaşmaqda olan üzvi yanacağın (neft, qaz, daş kömür, torf, yanar şist, antrasit və s.) enerji balansında xeyi azaldılması.

2. Daxili mühərriklərdə, elektrik stansiyalarında və bütün sənaye müəssisələrində, məişətdə istifadə edilən yanacağın tərkibindəki zəhərli maddələrin çıxarılması və xeyi azadılması.

Son zamanlar hava mühitini təmizləmək və ona nəzarət etmək üçün müasir elektron sistemlərindən, havam

42

asılı vəziyyətdə olan (toz) hissəciklərdən təmizləmək üçün, elektrofiltrlərdən istifadə edilir. Toz hissəciklərini udma qabiliyyətlərinə görə toz tutan qurğular tozçökdürən kameralara, inersiyah tozayıranlara, yağlı və çoxqath fıltrlə, elektrofiltrlərə ayrılırlar.

Elektrofiltrlər havada toz qarışıqlarının təmizlənməsində ən səmərəli qurğular olmaqla, tüstülü qazlarda sıxlığı çox olan yüksək toz və kül qatışıqlarmın təmizlənməsində geniş istifadə edilir. Onların təmizləmə dərəcəsi 90-95% olmaqla, başqa növ toztutan qurğulardan çox üstündürlər.

Ətraf hava mühitimi tərkibinə nəzarət sistemində ən mühüm yerli-hava hövzəsində qazların toplanması və azalmasını xəbər verən qaz indikatorları və müasir elektron qaz-analizatorları istilik kimyəvi və fotokalometrik üsulla işləyən və hava mühitində müxtəlif qazların miqdarını təyin edən cihazlardır. Beləliklə, istilik kimyəvi analizatorlar katalizatorun köməyi ilə havanın oksigenində təyin olunan komponentdə kimyəvi reaksiyanın istilik effektini qiymətləndirir.

Günəş şüaları yer səthimi heç yerlərində şaquli düşmədiyi üçün vahid sahəyə düşən radiasiyanın miqdarı coğrafi enlikdən asılıdır (məsələn, qütblərdə ekvatora nisbətən soyuq olar). Nəticəsi də qütblərdə və ekvatorda havanın xüsusiyyətləri fərqlidir. Lakin Yer səthindən temperaturun üfüqi paylanmasının enlikdən asılı olması tanı vacib deyil, çünki hava kütləsi daim hərəkətdə olur və onun soyuq kütləsi cənuba, isti hissəsi isə şimala hərəkət edir. Beləliklə, atmosferdə temperaturun üfüqi məsafəsi, şaquli məsafədən çoxdur, onda şaquli qradyent də adətən üfüqi qradiyentdən artıqdır. Bu halda ki, şaquli qradiyent daha çoxdur və nisbətən sabitdir və şaquli istiqamətdə hava mübadiləsi demək olar ki, nisbətən zəifdir.

43

2.4. Litosferin ekoloji xüsusiyyətləri və mühafizəsi

Yer kürəsinin və onu təşkil edən qitələrin, dənizlərin, heyvanat və bitkilərin inkişaf tarixi mürəkkəb ekosistemlərdən ibarət olub, müəyyən mərhələləri keçmişdir.

Yer kürəsinin hər hansı bir sahəsinin məruz qaldığı dəyişikliklər və onun inkişafı burada baş verən geoloji proseslərlə sıx əlaqədardır. Odur ki. Yer kürəsinin ərazisinin geoloji inkişaf tarixini şərh etmək üçün Yer qabığının ayrı- ayrı hissələrində baş vermiş geoloji prosesləri aydınlaşdırmaq lazım gəlir. Tarixi geologiyaya dair tədqiqatlar Yerin və eləcə də litosferin genetik inkişafına dair qiymətli məlumatlar verir. Həmin sənədlər keçmiş geoloji dövrlərdə əmələ gəlmiş suxurlar, minerallar, heyvan və bitki qalıqlarından və s. ibarətdir. Bu sənədləri «oxumaq» və onların əsasında tarixi ardıcıllıq yaratmaq üçün geoloqlar aktualizm deyilən metoddan istifadə edirlər. Bu proses yer üzərində hazırda baş verən proseslərin və onların nəticəsində əmələ gələn məhsulların öyrənilməsinə əsasən müqayisəli mülahizələr yürütmək metodudur. Məs. müasir dənizlərdə, göllərdə arası kəsilmədən müxtəlif çöküntülər-lillər, qumlar və s. toplanırsa, deməli biz hazırda bu çöküntülər əmələ gəlmiş süxurları tapdığımız yerlərdə vaxtilə dəniz,göl və ya başqa su hövzəsi olduğunu söyləyə bilərik. Ümumi tarix yaratmaq üçün isə əvvəlcə həmin sahələrin müəyyən inkişaf mərhələsində necə olduqlarını bilmək və onları tutuşdurmaqla ümumi fiziki-coğrafi şəraiti bərpa etmək lazımdır. İndi yer qabığını təşkil edən süxurların daha doğrusu, onların əmələ gəldikləri təbəqələrin yaşı müəyyən edilmiş və ümumdünya geoloji yaş (geoxronoloji) cədvəli düzəldilmişdir. Lakin bu cədvəl mütləq yaş cədvəli yox, nisbi yaş cədvəlidir, yəni burada qatların, lay və təbəqələrin yaşları, biri-digərinə nisbətən, yəni nisbi olaraq müəyyən edilir. Dördüncü dövr yer

44

tarixinin son dövrüdür. O, təqribən 1,8 milyon il bundan qabaq başlayıb, müasir geoloji əsri də əhatə edir. Kür-Araz ovalığında dördüncü dövr dəniz çöküntüləri ovaligin şərq hissəsində geniş yayılmışdır.

Kontinental çöküntülər üzərində quruda yaşamış müxtəlif heyvanların skiletlərinə rast gəlinir. Bu cəhətdən Bakının Binəqədi kəndi yaxınlığında yerləşən göldə müxtəlif heyvan, quş sümükləri və bitki qalıqları ilə zəngin olan «Binəqədi qəbristanhğı» çox maraqlıdır. Burada aslan, qurd, kaftar, ayı, çaqqal, tülkü və bir çox kiçik yırtıcıların, at, donuz, ceyran, kirpi, siçan, dovşan, quşlardan - qırğı, qaranquş, ördək və s. müxtəlif böcəklərin qalıqları tapılmışdır.

Yer qabığı əsasən üç süxur layından - çökmə süxur, qranit və bazaltdan ibarətdir. Yer qabığının daxili quruluşundakı fərqləri nəzərə alaraq onun tərkibində materik və okean tipli yer qabıqlar ayrılır.

Materik tipli yer qabığı yalnız materiklər və bir sıra böyük adalar (Qrenlandiya, Madaqaskar və s.) üçün səciyyəvidir. Materik yer qabığı üç qatdan (mərtəbədən) ibarətdir. Üst qat çökmə süxurları əhatə edir. Bundan aşağıda qranit, onun altında isə bazalt qatı yerləşir. Platformada çökmə süxur qatının qalınlığı çox dəyişkəndir.

Materik tipli yer qabığının ümumi qalınlığı platforma düzənliklərində 30-35 km, yüksək dağlıq qurşaqlarında 60- 90 km-ə çatır.

Yerin geoloji inkişaf mərhələlərində litosfer tavalarının üfüqi yerdəyişmələrini tədqiq edən alimlər müəyyən etmişlər ki. Yer qabığı materik və okean tipli yer qabığına bölünür. XX əsrin əvvəllərində alman alimi A.Vaqnerin işləyib hazırladığı «materiklərin dreyfi» nəzəriyyəsi diqqəti daha çox cəlb edir. XX əsrin 60-cı illərində Dünya okeanında aparılan geniş miqyaslı tədqiqatlar nəticəsində Vaqnerin fərziyyəsinin ideya davamı olan yeni «Litosfer tavaları» nəzəriyyəsi irəli sürüldü. Bu fərziyyəyə əsasən Yer qabığı ilə

45

üst mantiyadaiı ibarət olan, qalınlığı 90 km ilə 250 km arasında dəyişən litosfer bütöv olmayıb dərinlik çatları vasitəsilə materik və okean litosfer tavalarına bölünmüşdür. Fərz olunur ki, nisbətən bərk olan litosfer tavaları ərimiş mantiya maddələri (astenosfera) üzərində yatırlar. Mantiyada və nüvədə ərimiş maddələrin yer səthinə və yerin mərkəzinə doğru şauqli yerdəyişməsi baş verir. Səthə doğru qalxan ərimiş maddələr böyük təzyiq altında aşağıdan litosferə təsir göstərir. Belə təzyiq nəticəsində litosferin ən nazik hissələrində uzunluqları 100 km-lə ölçülən dərinlik çatları əmələ gəlir. Litosfer tavalarının sərhəddi okeanlarda orta okean dağ silsilələri boyu, quruda isə sıra dağlar boyu keçir. Yer kürəsindəki vulkan püskürmələri və zəlzələlər də əksər halda bu zonalarda baş verir.

Vulkanların püskürməsi və zəlzələlər yer kürəsində ən böyük ekoloji böhranlar yaradan təbii hadisələrdir. Yer kürəsində litosfer tavalarının toqquşma və ayrılma zonalarında baş verən bu təbii hadisələr Avstraliya qitəsindən başqa bütün qitələri əhatə edir. Bu hadisələr təbii proseslər olsalar da, 10 minlərlə, milyonlarla insanı yurd- yuvasından edir, məhv edir, əraziləri lava, toz basır, zəhərli maddələrlə çirklənmə baş verir, evlər, binalar uçur, bir sözlə insanlara milyonlarla, milyardlarla manat maddi ziyan dəyir. Ətraf mühit korlanır. Bir sözlə litosferin üstündə ekoloji tarazlıq pozulur.

2.5. HIDROSFERIN VƏ DÜNYA OKEANININ EKOLOGİYASI VƏ MÜHAFİZƏSİ

2.5.1. Təbiətdə, insanın həyat və fəaliyyətində suyun rolu

Su Yer kürəsində ən geniş yayılmış qeyri-üzvi birləşmə olmaqla mühüm mineraldır. Su bütün həyat prosesinin əsası olub planetin hərəkətverici amili olan fotosintez prosesinin oksigen mənbəyidir?'Planetimizin su

46

ehtiyatları 1386 mln. km^-dir. Onun yalnız 2,5%-i, yəni 35 min km-^’-ni içməli sular təşki edir. Bu Yer üzərindəki hər bir adama 8 mln. m^ su deməkdir. Bu böyük rəqəm olsa da, bu suyun 70%-dən çoxu buzlaqlarda toplanmış və onları istifadə etmək hələlik olmur. Planetimizdə yayılmış canlı aləmin hər birinin - bitkilərdə 90, heyvanarda isə 75%-ni su təşkil edir. Canlı orqanizmlər 10-20% su itirərsə məhv olar. İnsan susuz 8 sutkadan artıq yaşaya bilmir. Orqanizmlər daxilində gedən mürəkkəb reaksiyalar əsasən suyun təsirilə baş verir. Su məhlulları əksər kimyəvi elementlərin miqrasiyası üçün şərait yaradır. Suyun iştirakı ilə orqanizm daxilində mürəkkəb reaksiyalar gedir.

Təbii sular canlı orqanizmlərlə, litosfer və atmosferlə mürəkkəb qarşılıqlı əlaqədə olurlar. Su - ən «nəcib» iqliməmələgətirici amildir və bu atmosferin su buxarlarında özünü daha fəal göstərir. Su - Yer kürəsinin relyefinin formalaşmasında ən vacib əhəmiyyətə malikdir. Və nəhayət Su - insanların təsərrüfat fəaliyyətinin bütün sahələri üçün zəruridir - sənayeni, kənd təsərrüfatını, nəqliyyatı susuz təsəvvür etmək mümkün deyildir.

Demək lazımdır ki, bütün coğrafi kəşflərin əksəriyyəti dənizçilər, dəniz səyyahları tərəfindən olmuşdur, kontinentlərin istifadəsi və əhali ilə məskunlaşması əsasən su yolları və ona yaxın yerlərdə yaradılırdı. İri çayların vadiləri ilk insan nəslinin məskənləri olmuşlar.

2.5.2. Dünyanın su ehtiyatlarının paylanması və səmərəli istifadəsi

Yer səthinin 70,8%-ni okean və dənizlər, 29,2%-ni isə quru təşkil edir. Ümumi su ehtiyatlarının 93,96%-i dünya okeanından ibarətdir. Cəm ehtiyat isə 1454193 min km-'’- dur. Dünya okeanında suyun həcmi 1.370323 min km^-dur. (cədvəl 2.1).

47

Planetimizin malik olduğu bütün su ehtiyatı - Dünya okeanı, çaylar, göllər və su anbarları, qütb və dağ buzlaqları, torpaqdakı nəmlik və atmosferdəki rütubətin hamısı hidrosferdə cəmləşmişdir. Su ehtiyatları daima dövr edir. Suyun kiçik və böyük dövranı eyni zamanda maddələr dövranı üçün də şərait yaradır. Sərbəst su ehtuyatma görə Yer kürəsi - Günəş sisteminin ən “sulu” planetidir.

Materiklərin ümumi sahəsinin 11%-i buzaqlarla örtülüdür. Quru səthindəki buzlaqlar əriyərsə Dünya okeanında suyun səviyyəsi 70 m artar və nəticədə Dünya okeanının sahəsi 1,5 mln. km- genişlənər. Buna müvafiq oaraq Yerin q u r u sahəsi 1% azalar. Yer kürəsinin şirin su ehtiyatının 85%-i buzlaqların payına düşür. Yeraltı buzaqlarm ümumi sahəsi 21 mln km--ə bərabərdir ki, bu da 300 min km- su ehtiyatı deməkdir.

Çayların eyni vaxtda cəmlənmiş su ehtiyatı 1,2 mln. knv təşkil edir. Buna baxmayaraq çay sularının həcmi Yerin ümumi su ehtiyatının 0,004 %-ni təşkil edir. Dünya okeanına il ərzində kondensasiya nəticəsində quruya düşdüyündən 40 dəfə artıq həcmdə su düşür. Hesablamalar göstərir ki, yer kürəsində xüsusi tədbirlər tətbiq etmədən istifadəsi mümkün olan su ehtiyatı 5 min km^-dən artıq deyil. Bu da hidrosferin 0,3%-ni təşkil edir. M.l.Lvoviçin hesablamasına görə okeandan buxarlanan suyun həcmi 452 600 km^, qurudan buxarlanan suyun həcmi 525 100 km^ təşkil edir. Dünya okeanından hər il 1240 mm su buxarlanır. Dünya okeanı səthinə isə 1140 mm yağıntı düşür. Qalan su buxarları yağıntı şəklində quru üzərinə düşərək çayın axınını təşkil edir. Quruya il ərzində düşən 710 mm yağıntının 470 mm-i yenidən buxarlanmaya sərf olunur, 240 mm-i isə axını tənzimləyir. Antarktidada yayılan 2 mln km^ su dünyanın ümumi su ehtiyatına daxil edilməmişdir (Cədvəl 2.2, 2.3).

Planetar miqyasda suyun böyük və kiçik dövranı müəyyənləşdirilmişdir. Böyük dövranın təsirilə uzun geoloji

48

Cədvəl 2.1.

Hidrosfer

(M.İ.Lvoviçə görə, 1974)

Hidrosferin hissələri Suyun həcmi min.

km^ ümumi həcmdən

%-lə

Dünya okeanı 1.370323 93,96

Yeraltı sular 60 000 4,12

0 cümlədən aktiv su mübadilə zonası

4000 0,65

Buzlaqlar 24 000 1,65

Çöllər 280 0,019

Torpaq rütubəti 85 0,006

Atmosfer buxarı 14 0,001

Çay suları 1,2 0,0001 Cəmi; 1454193 100

* - o cümlədən 5 min km^ sular su anbarlarında

** - o cümlədən suvarma suyu 2 min km^ yaxın

Hidrosferin şirin suyu Cədvol 2.2.

Hidrosferin

hissələri Şirin suyun

həcmi, km-^ Hidrosferin hu

hissəsindən "Zülə

Ümumi şirin

sudan 'M.-İƏ

Buzlaqlar 24 000 000 100 85

Yeraltı sular 4 000 000 6,7 14

Çöllər və su anbarları

155 000 55 0,6

Torpaq

rütubəti

83 000 98 0,3

Atmosferin

buxarı

14 000 100

0,05

Çay suları 12 000 100 0,004

Cəmi: 28253200 - 100 49

dövr ərzində hidrosfer yaranmışdır. Kiçik dövranda isə (buxarlanma) yağıntı-axını sistemi formalaşır.

Sudan istifadənin əhəmiyyəti həm onun hidrosferdə hansı hissəyə aid olmasına və həm də iqtisadi rayonun inkişafına görə qiymətləndirilir.

Sudan istifadənin coğrafi amilləri fiz-coğrafı qabığın birgə və onun ayrı-ayrı hissələrinin fəaliyyətləri ilə təmsil olunur.

Suyun səmərəli istifadəsinin təşkili - təbiəti mühafizənin və dəyişdirmənin ən müasir problemlərindən biridir. Sənayenin və kənd təsərrüfatının intensivləşməsi, şəhərlərin inkişafı, iqtisadi inkişaf və s. ümumən içməli suyun qorunması və aparılması yaxşı şəraitdə mümkündür. Yalnız minerallardan və biokütlənin tərkibində olan sudan başqa, hidrosferin bütün tərkib hissəsi su sərvətlərinin ehtiyatı sayıla bilər.

vSu ehtiyatlarından ən qiymətlisi - içməli su materiklərin ərazisində qeyri-bərabər yerləşmişdir. Ekvatorial qurşaq çay və yeraltı suları ilə daha çox təmin olunmuşdur. Bu sahədə Cənubi Amerikanın və Afrikanın ekvatorial zonaları daha çox fərqlənirlər. Ərazilərdə hər 1 nəfərə 25-50 min m^ tam çay suyu və 10,25 min m-'* yeraltı sular düşür.

Tropik, subtropik və Avropa-Asiyanın cənub mülayim qurşaqlarının cənub hissələri 10 dəfə az təmin olunmuşlar.

Su ehtiyatları ilə ən az Orta Asiyanın cənubu, Əfqanıstan, Ərəbistan, Saxara, Meksika və b. əraziləri təmin olunmuşlar. Avstraliyada su ehtiyatlarının az olmasına baxmayaraq orada orta dünya miqyasmdakmdan daha yüksək su ilə təmin olunma mövcuddur.

Su ehtiyatlarının ərazilər üzrə yerləşməsi ayrı-ayrı coğrafi regonlarm su ilə təchizatı daim sabit olmur və zaman keçdikcə dəyişilirlər. Belə ki, son 5000 ildə Saxaranm su təchizatı bir neçə dəfə dəyişilmişdir. Bizim eradan əvvəl

50

IV minillikdə müasir səhranın yerləşdiyi ərazilər Savanna tipli landşaftla örtülü olmuşdur.

Bəzən bu və ya digər coğrafi ərazilərin su ilə təminatı təbii səbəblərdən daha tez dəyişirlər. Məsələn, Böyük Çin düzənliyindəki fəlakətli dəyişiklikləri, Xuanxe çayının məcrasının tez-tez dəyişməsi bunlara misal ola bilərlər. Amudərya və Sırdərya çaylarının Aral dənizinə axdılması ilə Sarıqamış və Uzboy gölünün qurumasına səbəb olmuşdur ki, bu da Orta Asiyanın bu ərazilərində oazislərin məhv olmasına səbəb olmuşdur.

Avropanın Hollandiya, Belçika, Lüksemburq və Macarıstan kimi ölkələrində su çatışmazlığı qabarıq şəkildə nəzərə çarpır və müvafiq olaraq bu ölkələrdə il ərzində adam başına 0,78; 0,94; 0,81 min nV çay axını düşür.

Təbii təsərrüfat sistemlərinin suya olan tələbatını nəzərə alaraq dünyanı aşağıdakı ərazilərə ayırırlar: 1. Böyük su ehtiyatının azlığına və suya olan tələbatının

aşağı olmasına görə fərqlənən (Afrikanın tropik ölkələri. Cənubi Amerika, Skandinaviyanın bir hissəsi, Kanada);

2. Orta təminatlı su ehtiyatlarına və suya az tələbatı olan

(Şimali Amerikanın bir çox ölkələri. Yaxın və Orta şərq ölkələrinin çoxu;

3. Su ehtiyatı və suya olan yüksək tələbatına görə fərqlənən (Qərbi Avropanın inkişaf etmiş və çoxlu əhalisi olan ölkələri, ABŞ-m şərq hissəsi);

4. Az su ehtiyatı olan və suya çoxlu tələbatına görə

fərqlənən (Qərbi ABŞ və Yaponiyanın sıx əhali yerləşən hissəsi. Afrikanın mərkəzi) rayonlar.

51

Cədvsl 2.3.

Dünyanın su ehtiyatları (M.İ.Lvoviçə görə)

Su növləri

Su

ehtiyatı

(min

kmö

Dünya okeanının

ehtiyatları (%)

Su mübadi ləsinin

aktivliyi (illərin sayı)

Ümumi içməli

Dünya okeanının suyu 1338000 96,50 - 2600

Yeraltı sular 23400 1,70 - 2000

Əsasən içməli sular 10530 0,76 30,1 880

Torpaq rütubəti 16,5 0,001 0,05 1

Şimal və dağ buzlaqları 24064,1 1,74 68,7 9700

Göllərin suyu: 176,4 0,013 - 17

İçməli 91 0,007 0,26 -

Duzlu 85,4 0,006 - -

Bataqlıqların suyu 11,5 0,0008 0,03 5

Çay vadilərinin suyu 2,1 0,0002 0,006 0,044

Atmosfer suyu 12,9 0,001 0,04 0,22

Bütün hidrosfer 1385985 100 - 2400

İçməli sular 35029 2,53 100 -

Bioloji su 1,1 0,0001 0,003 -

Dünya təsərrüfatının sürətli inkişafı ilə əlaqədar olaraq suya olan tələbat hər 10-12 ildə iki dəfə artır. Bu tələbata münasib olaraq suyun keyfiyyəti aşağı düşür, çirklənmə dərəcəsi artır.j Adam başına düşən suyun miqdarına görə Moldova (0,2) və Özbəkistan (0,9 kmö ən

52

aşağı yerləri tuturlar. Ümumiyətlə, suların təminat dərəcələri müxtəlifdir.

Şum əkinləri altında əkin sahələrinin artırılması yalnız suvarmadan geniş istifadə vasitəsilə mümkündür. Hazırda Afrikanın, Cənubi Amerikanın və Avstraliyanın bir çox məhsul verməyən əraziləri suvarma nəticəsində yüksək məhsul verə bilər. Çay sularından tam səmərəli istifadə olunarsa Qanq və Braxmaputranın cənub axarlarında əkin sahələrini iki dəfə, cənubi Avstraliyada isə, dörd dəfə artırmaq mümkündür. Suvarma əkinçiliyi sudan istifadə edən sahələrlə müqayisədə birinci yeri tutub və tutacaq.

Urbanizasiya prosesi daha çox təsərrüfat - məişət sularının istifadə olunması ilə müşahidə olunur. Ərazidə içməli suyun qeyri-bərabər paylanması sənayenin, şəhərin, kənd təsərrüfatı müəssisələrinin və ümumiyyətlə iqtisadiyyatın inkişafı, “su aclığına” və su çatışmazlığına səbəb olur. Məsələn, ABŞ-da 1900-cu ildə bütün təsərrüfat sahələrilə içməli su ehtiyatının (öz ərazilərində) 6%-ni, 1960- cı ildə 27%-ni, 1980-ci ildə isə 50% istifadə olunub.

İçməli suyun çatışmaması bir çox regionlarda, ölkələr arasında ziddiyyətlərə səbəb olmuşdur. Məsələn, uzun illərdir ki, ABŞ-la Meksika arasında sərhəd çaylar olan Kolorado və Rio-Qrande, Pebjuanm bölüşdürülməsi üstündə mübahisələr gedir. Türkiyə ilə Suriya arasında Fərat çayının suyundan istifadə də belə mübahisələr olmuşdur.

2.5.3. Dünya çayları, gölləri və onların insanın həyat fəaliyyətində rolu

Axan çay, bütün ekosistemlər kimi, öz-özünü təmizləmək imkanına malik olsa da, həddən artıq çirkləndikdə bu imkana malik olmur. Çayın ekosisteminə bütün su toplayıcı hövzəni və onunla əlaqədar olan meşə,

53

tarla, su hövzələri, şəhərləri aid etmək lazımdır. Bu ekosistemin fəaliyyəti və nisbi sabitliyi gələn su ilə, gedən suyun sürətindən və bütün hövzədə, suda həll olan maddə və orqanizmlərin miqdarı ilə müəyyənləşdirilir. Müxtəlif məişət, sənaye və kənd təsərrüfatında işlədilmiş və təmizlənməmiş suların axını son iki-üç, onilliklərdə dəfələrlə artmışdır. Qarışıqların su hövzələrində belə sürətlə toplanması bütün ekosistemin məhvinə səbəb olur. Həm də nəzərə alınmalıdır ki, bir çox çaylarda, məsələn, Volqanın süni bəndlərində əlaqədar olaraq axını bəzən azalır.

Daha yüngül olan çay suyu-qarışma, trubulent qarışma və molekulyar diffuziya prosesləri vasitəsilə okean suyunun sıxlığını dəyişdirir. Lakin bu proseslər çox ləng gedir: çay və okean sularının şaquli qarışmasına sistemin daha stabil olması, yəni daha sıx maye alt qatlarda, az sıx maye işə üstdə olmasıdır.

Çay sularının təsərrüfat-məişət suları məqsədilə ümumdünya istifadəsi cəmi 9% təşkil edir. Ona görə də içməli suya olan tələbat və çatışmazlıq heç də onların istifadəsi nəticəsində yox, onarm keyfiyyətcə tükənməsi sayəsində baş verir. Son illərdə su dövranında daha çox üstünlüyü sənaye və məişət sulan tutur. Hər il sənaye və məişətdə 600-700 km^ su istifadə olunur.

Bizə yaxın olan MDB ölkələri içməli su ehtiyatları ilə çox zəngindirlər. Bu çayların ümumi uzunluğu 3 milyon km-ə yaxındır (10 km-dən az olan çaylar nəzərə alınmır). Onların illik axını 4350 km^ təşkil edir ki, bu dünya çay axınının 13-14 %-ni təşkil edir.

Suya oan tələbatın ödənilməsində vacib su mənbələrindən biri də şirin su gölləridir. Göllərin sayı 3 mln-dan çox olmaqla ümumi sahəsi 500 min km^-dir.

MDB-yə daxil olan ölkələrdə sahəsi 1 km^-dən artıq olan 40 minə yaxın göl vardır. Bu göllərdə yerləşən suyun həcmi 25 min km^-dən artıqdır.

54

Sular çox mühüm rekreasiya xidmətinə şərait yaradırlar. Xüsusilə güllər rekreasiya, mikroiqlim yaratmaq və s. əlamətlərinə görə də böyük əhəmiyyət kəsb edirlər. Ümumiyyətlə MDB ölkələri xeyli içməli su ehtiyatına malikdir. Dünyanın ən böyük şirin sulu gölü olan Baykalda şirin su ehtiyatının çox hissəsi yerləşir.

Bu sudan səmərəli istifadə etmək və Baykalın ekologiyasını sabit saxlamaq məqsədilə burada tənzimləmə işləri aparılır. Lakin yaxınlıqda tikilmiş sellüloz-kağız fabriki hələ də gölün suyunu çirkləndirməkdədir.

MDB ölkələrində hidroresurslarm coğrafi yerləşməsindən asılı olaraq onlardan səmərəli istifadə olunması böyük çətinliklərlə qarşılaşır. Məsələn, MDB ölkələrinin içməli sularının təxminən 18%-i Baltik, Qara, Xəzər və Aral dənizləri hövzələrinə axır. Bu ərazilərdə daha çox əhali yayılmış və sudan ən çox istifadə olunur. Əksinə, Şimal Buzlu və Sakit okean hövzələrinə 82% içməli su axır. Amma bu ərzilərdə əhalinin cəmi 1/5 hissəsi yaşayır. Ona görə də əhalinin sıx yerləşdiyi və sənayenin yüksək inkişaf etdiyi ərazilərdə hidroresurslarm keyfiyyətcə pisləşməsinə səbəb olur.

Sudan istifadənin vacib vəzifələri: - Torpaqların suvarılması və qurudulması; - Su axınlarının nizamlanması; - Suyun hövzələrarası paylanması; - Hidroresurslarm çirklənmə və tükənmədən mühafizəsi və s.-dir. Aparılan hesablamalara görə Azərbaycan Respublikasının

ərazisində 8350-ə qədər çay vardır. Bu çayların 7860-a qədərinin uzunluğu 10 km-dən az oub, ümumi çayların 94%-ni təşkil edir. Respublikada axan çaylardan cəmi 22-nin uzunluğu 100 km-dən artıq olduğu üçün Azərbaycanı kiçik dağ çayları ölkəsi adlandırırlar.

Ümumiyyətlə, Azərbaycanın bütün çayları Xəzər dənizi hövzəsinə aid olmaqla üç qrupa bölünür:

55

1. Kür hövzəsinə aid olan çaylar; 2. Araz hövzəsinə aid olan çaylar; 3. Bilavasitə Xəzər dənizinə tökülən çaylar. Respublikanın ərazisindəki bütün çaylar axım xüsusiyyətinə görə üç qrupa böünür: 1. Bütün il boyu axım müşahidə ediən çaylar; 2. Axımı quruyan çaylar. 3. Axımı müvəqqəti olan çaylar. Bundan başqa yerli çaylar və tranzit çaylar var. Suya olan

tələbat respubikanm xalq təsərrüfatının intensiv inkişafı ilə əlaqədar olaraq ildən-ilə artır.

Azərbaycan başqa təbii sərvətlərlə zəngin olmasına baxmayaraq su təchizatında problemlər yaranır. Məhz bu səbəbə görə də respublikamızın ərazisinə quraqlıq ərazilər sırasında baxırlar.

Respublikamızın malik olduğu 30,6 km^ suyun 40%-ni Gürcüstan və 28%-ni Ermənistanın ərazilərindən axan çayarm suyu təşkil edir.

Respublika su təminatına görə Zaqafqaziyanın digər respublikalarından geridə qalır. Onsuz da təbii su ehtiyatı zəngin olmayan respublikamızın ərazisində buxarlanma və fıltirasiya yolları ilə itirilən suyun ümumi həcmi 8,1 km^-ə bərabərdir ki, bu da ümumi su ehtiyatının 26-27%-ni təşkil edir.

Şirin su ehtiyatlarından danışarkən, ərazimizdə olan göllər və bulaqlar da nəzərdə tutulmalıdır.

2.5.4. Dünya okeanınuı bioloji ehtiyatlarından istifadə

edilməsi, onların ekoloji vəziyyəti və mühafizəsi

["Hazırda biosferin kəskin çirklənməsi bütün dünya əhalisinin narahatlığına səbəb olmuşdu^ Elə buna görə də ətraf mühitin çirklənməsinə qarşışı mübarizə aparmaq məqsədilə dövlətlər qarşıhqhı müqavilələr bağlayır, bəşəriyyət mühitin qorunmasına aclıq kimi müdhiş bir bəla

56

ilə bir səviyyədə tutur, cəmiyyət bu tarixi bəladan qurtamıaq üçün çıxış yollarıı axtarır. Su hövzələrinin sanitar-hidrobioloji vəziyyəti nəzərdə tutulur. Bu məsələdə təbii tarazlığı pozan antropogen amillərin (suların sənaye, mətbəx axarları, drenaj suları ilə çirkənməsi və hövzənin sabit vəziyyətini pozan bütün səbəblər) təsiri, onların mənbəyi və başvermə səbəbləri xüsusi rol oynayır. Beynəlxalq okeanologiya komissiyasının (BOK), bir qrup alimi və YUNESKO- dəniz mühitinn çirkləndirilməsini, insanlar tərəfindən birbaşa və ya dolayı yolla «dəniz sularına» daxil edilən maddələr təşkil etdiyini qeyd edirlər ki, onlar da bioloji resurslara zərər verir, insanların sağlamlığını pozur və insanın dənizlə əlaqədar olan fəaliyyətini estetik qavranmasını zəiflədir.

Tullantılar ən çox insanların yaşadıqları və işlədikləri yerlərdə müşahidə edilir.^Tullantıflann töküldüyü ərazilərdə çikrləndricilərin yüksək konsentrasiyası müşahidə olunur, təkcə ona görə yox ki, onları dayaz yerlərə atırlar, həmdə ona görə ki, okeanın özünün strukturu çirkləndiricilərin bütün okeana yayılmasına, mane olur. Okean sularının qarışmasına səbəb olan hallardan biri də okeana qismən şirin suyun tökülməsidir. Bundan əlavə günəş həmişə suyun üst qatını qızdırır və ona görə də onun sıxlığa görə təbii strasifıkasiyası qüvvətlənir. Başqa sözlə desək. Okeanda suyun təbii olaraq ayrı-ayrı qatlara ayrılması mövcuddur ki, bu da çirkləndiricilərin üst qatlardan aşağı qatlara enməsinə mane olur. Okeanın üst qatlarında suyun şaquli yerdəyişməsi baş vermir, amma eyni zamanda orada su üstü cərəyanların mürəkkəb sistemi mövcuddur. Onlar nisbətən kiçik ərazilərdə yayılmaqla nisbətən fərqli sərhədlərə malikdirlər. Əgər hər hansı bir maddə üst cərəyanlara düşürsə, onun bütün okean səthinə yayılma imkanları çox olur. Bundan əlavə, gəmilərin tullantılarını da nəzərdən qaçırmaq olmaz, çünki bu hadisə əsasən şelf zonasında (200 m-ə qədər dərinlikdə) baş verir.

57

Məsələn, şimali Atlantika sahillərində ən iri çirkləndiricilər, hər il kiçik buxtaya 9 mln. tona yaxın tullantı tökülən Nyu- York şəhəridir.

Göstərilən misallardan aydın olur ki, okeanın çirklənməsinə insanın təsiri böyükdür, lakin okeana müxtəlif yollarla atılan çirkləndiricilərin ümumi miqdarı hələlik məlum deyil.

Ikinei dünya müharibəsindən sonra Aralıq dənizi sahillərində çox su işlədən və suya çoxlu çirkab su tökən yeni sənaye şəhərləri yaradıldı. Tökülən çirkab suların dənizdən Atlantik okeanına təbii sirkulyasiya vasitəsilə aparılan sudan çox olması nətieəsində Aralıq dənizi çox çirkləndi. Hazırda Şimal və Baltik dənizləri xeyli çikrlənib. İçməli suyun mənbələri olan - Temza, Sena, Selda, Reyn, Elba, Oder, Visla kimi çaylar öz gözəlliklərini çoxdan itirmişlər. Onların sahillərində Avropada ən iri kimya sənayesi zavodları fəaliyyət göstərir. Bu çaylara hər il 100 min tonlarla fosforit, 1,5 mln.ton təhlükəli azot birləşmələri atılır. Son vaxtlar çaylarla Şimal dənizinə 11 min ton qurğuşun, 28 min ton sink, 950 min ton mişyak, 335 ton kadmiy və 75 ton eivə atılmışdır. Ağır metallar qrunt faunasını (balıqqulağı, xərçəng, dəniz ulduzu) məhv edir, balıq və suitilərdə təhlükəli şişlər əmələ gətirir.

Dünya su ehtiyatının beşdə biri, keçmiş İttifaqın şirin su ehtiyatının isə 70 %-ni təşkil edən, dünyada ən dərin tektonik göl Baykala ən dəhşətli təhlükə törədən, oradan tikilmiş sellüloz-kağız kombinatıdır. Ekoloji itgi hər gün milyon manatlarla hesablanır. Baykaldan həyəcanlı xəbərlər verilir;bahqlarm qırılması. Selenqa çayında ikibaşlı balıqların və üzgəcsiz balıqların əmələ gəlməsi, dayazlaşma, Baykal xərçəngi - suyu özündən buraxaraq gölü şəffaf və təmiz edən - sayının xeyli azalması və s.

Dəniz mühitində aşağıdakı çirkləndiricilərə rast gəlmək olar;

58

patagen (xəstəlik törədən) mikroorqanizmlər (bakteriyalar,

birhüceyrəlilər, viruslar və göbələklər). Onlardan ən çoxu

çirkab sularla yayılır; bərk tullantılar-tullantıların emalı

zamanı qalıq, həmçinin, işlədilməyən və ya müddəti keçmiş

sənaye məhsullarıdır. ABŞ alimlərinin məlumatına görə hər il

dünya okeanına 6,6mln. tona qədər müxtəlif zibil atılır ki,

onların da, əsas kütləsini plastmas əşyalar təşkil edir, istilik

tullantıları - dəniz mühiti ilə əlavə istiliyin kontaktından onun

səciyyəsi dəyişir və bu canlı orqanizmlər üçün zərərli ola bilər:

şirin su və duzlar-şirin suyun çox olması ciddi problem

yaratmır, lakin əgər saflaşdırmaya meyilli olan zonaya

düşərsə problem yarada bilər; zəhərlər-qeyri-üzvi zəhərlər adətən sənayedə xəstəlik törədən orqanizmləri və ya yosunları məhv etmək üçün istifadə olunur. Üzvi zəhərlər isə dənizə qəsdən və təsadüfən atılmış müasir kimyəvi maddələrdən ən təhlükəlisidir (biosid-fungusidlər, herbesidlər, insektisidlər, podensidlər, həmçinin, karbohidrojenlər, neft məhsulları və sənaye kimya məhsulları); - neft-təbii maneyə malik, üzvi zəhərlərə aid və uzun

müddət ərzində bioloji yolla parçalanan maddələrdir; - gübrələr-ən çox yayılanı azot və fosfor birləşmələridir.

Onlar ətraf mühitdə həmişə mövcud olmuşdur və onların bəziləri çürüyən orqanizmdən ayrılaraq təbii yolla mühitə qayıdır;

- radioaktivlik-radioaktiv maddələr dəniz mühitinə nəinki uran istifadə olunan atom stansiyalarının işləməsi şəraitində və başqa növ fəaliyyətlə, həm də, kömürün yandırılması kimi adi şəraitdə də düşürlər;

- turşular və qələvilər - turşu və qələvilərin dənizə atılması ekoloji sistemin balansına zərərli təsir edir. Dəniz suyunun normal turşuluğu təqribən 8,0% olur, yəni dəniz suyu zəif qələviləşmiş olur.

59

- estetik baxımdan - xoşa gəlməyən görüntülü və iyli tullantılar cəlbedici deyillər;

- nəqliyyat gəmiçiliyi-mütəxəssislər qeyd edirlər ki, Okeana düşən neft məhsullarının əksəriyyətini motorlu qayıqların mühərriklərində daxili yanma şəraitində işlənmiş yağlar təşkil edir. Neftin tankerlərdən qəza nəticəsində dağılması və daşması prosesi baş verir. İri tankerlər yüklərini boşaltdıqda gəminin dinamik xüsusiyyəti xeyli dəyişir. Belə ki, onun çəkisi azalır və onun idarə olunma xüsusiyyəti tam yüklə dolu olmasını tələb edir. Ona görə əksəriyyət tankerlərə ballast su vurulur. Tanker neft götürməyə hazırlaşanda ballast su dənizə buraxılır və o sularla dənizə xeyli miqdar neft tullantıları atılır.

- sənayedə suların çirklənməsi; - çirkab suların təmizlənməsi sistemi; - kənd təsərrüfat mənbələri (süni gübrələr, heyvanların

çirkabı, pestisidlər, herbesidlər və asılı hissəciklər) - istirahət zonalarmdakı çirkləndiricilər; - tikinti və s. zamanı yaranan çirkləndiricilər. <^Bir çox tədqiqatçılar hesab edirlər ki, tullantıların

basdırıldığı yerlər gələcəkdə onlarlan insanların təkrar istifadə edə bilməsi üçün əlçatan yerdə olsun. Yaponiyada tullantıları pasportlaşdıraraq, ciddi nömrələnmiş konteynerlərə yığıb bir-birinə yaxın adaların arasında suyun dibinə üst-üstə endirilməsi və səthə bir neçə metr qalmış üstünün gətirilmə torpaqla doldurulması sınaqdan keçirilir. Bunun nəticəsində həm adalar birləşdirilir, yeni torpaq sahəsi əldə edilir, həm də ən vaciblisi, gələcək nəsillər üçün hazırda istehsalı mümkün olmayan təkrar istehsal xammal bazası yaradılmış olar. Bəzən hesab edirlər ki, radioaktiv tullantıların basdırıldığı ərazilər yaşayış yerlərindən çox uzaqda olmalıdır. Görünür ikuinci üsul daha təhlükəsizdir.

Hazırda cəmiyyətin ictimai fəaliyyəti və canlıların həyatı üçün vacib olan içməli su problemi ən vacib

*

60

məsələlərdən biridir. Hazırda sənaye və mətbəx axarlarının çirkablarının

90%-dən çoxu bilavasitə su hövzələrinə axıdılır. Son illərdə aparılan tədqiqatlar nəticəsində açıq sularda iki minə yaxın zəhərli maddələr olduğu aşkar edilmişdir. Torpaq və havada olan zəhərli maddələrin əksəriyyəti qar və yağış suları vasitəsilə açıq su hövzələrinə qaytarılır. İri sənaye müəssisələrində, xüsusilə, böyük sənaye şəhərlərində (Tokio, London, Paris, Nyu-York) yağış sularında müşahidə edilən civə, mərgümüş və qurğuşunun miqdarı qonşu ərazilərdən 100-1000 dəfə artıqdır.

Hazırda açıq sularda DDT-in miqdarı 500 000 tondan artıqdır. Göründüyü kimi, suların çirklənməsi təhlükəsi artır. Azərbaycanın su hövzələrinin mikrobiooji cəhətdən öyrənilməsinə 1958-ci ildən başlanmışdır. Respublikamızın əsas su arteriyası olan Kür çayı öz axımı boyu üç hissəyə; yuxarı, orta və aşağı hissələrə bölünür. Orta və aşağı Kür uzun illərdən bəri dəfələrlə tədqiq edilmiş, yuxarı Kürün tədqiqinə isə ilk dəfə 1965-ci ildə başlanmış, həmin işlər 1974-76-cı illərdə, 1984-86-cı illərdə təkrar edilmişdir.

Gürcüstanın ən iri sənaye mərkəzlərindən olan Tbilisi və Rustavi şəhərlərinin çirkabları Kür çayına axıdılır. Son vaxtlar lES-lərin işləyən aqreqatlarının soyudulması nəticəsində qızdırılmış sular da çirkab sular sırasında su hövzələrinə daxil edilir.

Respublikamızın ərazisinə qədər Araza sol sahil boyu Ermənistanın çayları qarışır. Arazın əsl mənada bəlası da buradan başlayır. Yerevan şəhərindən keçən Zəngi (Razdan) çayı əhalisi milyon nəfərdən artıq olan, sənaye və inkişaf etmiş şəhərin çirkab axınını Araza gətirir və nəticədə onu fəlakət mənbəyinə çevirir. Çirkab axnla yanaşı Razdan çayı vasitəsilə Araza Yerevan atom stansiyasından (Mutsomor) isti sular axıdılır ki, bu da canlılara öldürücü təsir göstərir. Bundan əlavə bu İsti sularla həm də radionukleidlər Araza tökülür. Bu azmış kimi, Qafan-

61

Qaçaran mis yataqlarının istismarı prosesində bütün zəhərli maddələr Oxçuçay vasitəsilə Araza atılır və bütün hallarda Araza tökülən çaylardan Ermənistan demək olar ki, istifadə etmir.

Respublikamızda kənd təsərrüfatının intensiv inkişafının təşkili nəticəsində ərazisinin su hövzəsi yararsız vəziyyətə gətirilmiş, müvafiq olaraq içməli su ehtiyatı kəskin azalmışdır.

Su təbiətin ən lazımlı və nəcib hissəsidir. Susuz həyat yoxdur, buna görə də su insanın həyatının varlığını təmin edən vasitə kimi əvəzedilməzdir.

2.5.5. Sunamilorin törətdikləri fəlakətlər və onlardan

qorunmaq tədbirləri

2004-cü il dekabrın 26-da Asiyanın cənub-şərqində. Sumatra adası yaxınlığında Andaman dənizində baş vermiş sualtı zəlzələ nəticəsində yaranmış sunami dalğalarının hərəkətini göstərən, müxtəlif telekanalların fantastik və dəhşətli kadrlarını yaddan çıxarmaq mümkün deyil; «Sahilə doğru 18-20 metr hündürlükdə sürətlə nəhəng sunami dalğası yaxınlaşır. Bu vaxt sahildə Cənub-Şərqi Asiyanın gözəl, mənzərəli sahilindəki çimərlikdə müxtəlif yaşlarda olan, minlərlə istirahət edən insanlar görünür. Qəfildən yaxınlaşmaqda olan nəhəng sunami dalğasını görən insanlar çaşaraq, hər şeyi unudaraq tam fəlakətin qanunlarına tabe olurlar. Çaşğmhqdan və özünü itirmiş minlərlə insan olduqları vəziyyətdə, kim necə bacarsa dalğanın caynağından canlarını qurtarmaq üçün, uzağa qaçmağa çalışırlar. Bir anda ən dəhşətli hadisə baş verir, insanlar arxaya baxmayaraq, bir-birinə kömək etmədən qaçırlar. Bir an telekadr- larda nəsə çox dəhşətli bir hadisə-mənzərə baş verir: ən cavan və qüvvətli insanlar geriyə baxmadan lap qabaqda qaçırdılar, onların arxasınca nisbətən az sağlamlığa malik insanlar həyatlarını xilas etmək arzusu ilə qaçırdılar. On-

62

larin ardınca qocalar, xəstələr, əlillər və ata-anaları özlərini itirib qabaqda qaçanların körpə uşaqları var qüvvələrilə sahildən uzaqlaşmağa çalışırdılar. Ana uşaqsız, ər-arvadsız, sağlam insanlar isə qocalara, xəstələrə, əlillərə, hətta uşaqlara məhəl qoymadan qaçırdılar. Onların ardınca sürətilə nəhəng sLinami dalğaları yaxınlaşırdı. Ən dəşhətlisi isə bu idi ki, arxadan yaxınlaşan nəhəng dalğalar əjdaha kimi ağzını nəhəng açaraq qaçan insanların hamısını udurdu...

Son nəticədə hamını ağuşuna alan dalğaları təsvir edən bu dəhşətli, təsadüfi və tarixi kadrlar dünyanın müxtəlif ölkələrinin müxtəlif letekanallarmda cəmisi bircə dəfə göründü, çünki çox dəhşətli və ürəkağrıdıcı idi. Sunamilərin dəhşətli nəticəsi belədir. Bu əsil təbii fəlakətdir. Onun təsir dairəsi çox böyük əraziləri əhatə edir. Vurduğu maddi, mənəvi, ekoloji ziyanları aradan qaldırmaq çox böyük vəsait və vaxt tələb edir.

Yer kürəsində biosferanm tarixinin öyrənilməsi göstərmişdir ki. Yer planetinin bioloji həyatında dəfələrlə qlobal hadisələr baş vermiş, qısa tarixi müddət ərzində bir qrup canlılar məhv olmuş, ümumiyyətlə, az bir fasilədən sonra tamamilə yeni, keçmişdəkinə tamam oxşamayan həyat şəraiti əmələ gəlmişdir. Yer kürəsinin bütün tarixi boyu vulkan püskürmələri, zəlzələlər, sunamilər insan və heyvanlar arasında böyük tələfatlara səbəb olmuşlar. Amma sivilizasiya tarixində elə fəlakətlər də baş vermişdir ki, bütün planetin tarazlığı pozmuşdur.

Son 200 ildə planetimizdə qlobal dəyişikliklər yaratmış iki təbii fəlakəti misal göstərmək olar. Onlardan biri XIX əsrin sonlarında İndoneziyada Krakatau vulkanının püskürməsi və qüvvətli zəlzələlərin baş verməsi, ikincisi isə İndoneziyada 26 dekabr 2004-cü ildə baş vermiş 11 balhq zəlzələ və bunun nəticəsində nəhəng sunami dalğalarının əmələ gəlməsi olmuşdur. Hər iki fəlakət nəticəsində 400 minə yaxın insan tələf olmuşdur.

Qeyd etmək lazımdır ki, İndoneziyada zəlzələnin qlo

63

bal nəticələri dərhal dünya alimlərinin və ictimaiyyətinin diqqətini cəlb etmişdir. Birincisi, NASA - ABŞ-m Milli Aerokosmik Agentliyinin məlumatlarına əsasən bu Yer planetinin formalaşmasının sürətinin dəyişilməsinə və sutkanın uzunluğunun 2,68 mikrosekund çoxalmasına səbəb olmuşdur. Yerin coğrafi oxu 2,5-dən 6 sm-ə qədər öz yerini dəyişmişdir. Alimlər hesab edirlər ki, bu yerdəyişmə bir neçə metr olmuşdur. Nəhəng litosfer tavasının mantiyanm altına sürətlə keçməsi Yerin deformasiyasına və onun Orta Radiusunun dəyişilməsinə səbəb olmuşdur.

Yuxarıda göstərilənlərdən aydın olur ki, bu proseslər qısa vaxt ərzində nəinki dünya okeanın sularında böyük dəyişikliklər əmələ gətirə bilər,eyni zamanda Yer kürəsində qlobal iqlim dəyişikliyinə, atmosferin tərkibini göstərə bilər.

Bundan əlavə hazırda Günəş sunamilərinin də baş verməsi artıq hamıya bəllidir. Günəşin üzərində ləkələr Günəşdə gedən fiziki proseslər nəticəsində yaranır, yanacaq yanarkən termo üzrə prosesləri zəifləyir. Ləkə-Günəş ətrafında daima yaranan günəşətrafı «qara» dəlikdir. Bu qara dəliklərin (deşiklərin) Yer səthinə istiqamətlənməsi Yerdə çoxsaylı katoklizmlərin: tayfunların, tornadonun, sunamilərin, siklon və antisiklonların yaranmasına şərait yaradır.

Yuxarıda qeyd etdiyimiz belə qlobal hadisələr, onların yaranma səbəbləri. Yer kürəsinə etdiyi təsirlər, törətdikləri fəlakətlər, insan tələfatı, dəyən maddi ziyanlar, sosioloji sarsıntılar göstərilməklə, onların tarixi ardıcıllığı gözlənilmişdir. Fikrimizcə belə təbii katoklizmlərin geniş izahı, araşdırılması və proqnozlaşdırılması günün ən aktual vəzifələrindəndir. İndi hamıya məlumdur ki, hansı ölkələrdə ki, vulkanlar, zəlzələlər, sunamilər, fırtına və tornado haqqında geniş məlumtalar var (Yaponiya, ABŞ və s.) və onlar xalqa təbliğ olunursa, orada bu fəlakətlərə qarşı xeyli hazırlıq olur və nəticədə həmin ölkələrdə maddi və mənəvi

64

itgibr xeyli az olur. İnsanlar öz həyatlarında çoxsaylı təbii katoklizmlərlə

üzləşmişlər. Onlardan biri - ən təhlükəlisi, geniş yayılmışı, çoxlu bəlalar gətirən, çoxsaylı insan tələfatı ilə nəticələnən sunami dalğalarıdır.

Sunami (yunan sözüdür, «iri dalğa» deməkdir) - bu okean və başqa su hövzələrində suyun təlatümə gəlməsi nəticəsində yaranan uzun dalğalardır. Əksər sunamilərin yaranmasına səbəb qüvvətli sualtı zəlzələlər hesab olunur. Zəlzələ nəticəsində bir neçə dalğa yayılır ki, onlardan birincisi həmişə ən güclü olmur. Sunamilərin 80%-dən çoxu Sakit okeanın hər iki sahillərində baş verir.

Açıq okeanda sunami dalğaları -yjg-H sürəti ilə yayılır ki, burada g - sərbəst düşmənin sürətlənməsi, H-isə Okeanın dərinliyidir (Dalğanın uzunluğu onun dərinliyindən xeyli uzun olduqda, az su sahilə yaxınlaşır). Okeanın orta dərinliyi 4000 m olarsa, dalğaların yayılma sürəti 200 m/san və ya 720 km/saat olar. Açıq dənizdə dalğaların hündürlüyü əksər hallarda metrdən artıq olmur, dalğanın uzunluğu isə (dalğalar arasındakı məsafə) 500-1000 km-ə çatır və ona görə də gəmiçilik üçün təhlükəli deyil.

Dalğalar dayaz, sahillərə yaxınlaşdıqda, sahil xəttinə yaxın, onların sürəti azalır, yüksəkliyi isə artır. Sahilə çatdıqda sunamilərin hündürlüyü bir neçə on metrlərə çata bilər. Daha hündür dalğalar, yəni 30-40 m hündürlükdə sərt sahillərdə, buxtalarda və fokusirovka yaranması mümkün olan hər yerdə yaranır. Sahil rayonlarında qapalı buxtalar az təhlükəli yerlər sayılır.

Sualtı zəlzələlər. Bütün sunamilərin 85%-i su altında zəlzələ nəticəsində, okean dibinin şaquli hərəkəti ilə baş verir. Dibin bir hissəsi aşağı düşür, bir hissəsi isə yuxarı qalxır. Suyun səthi şaquli istiqamətdə hərəkətə gəlir və ilkin səviyyəyə qayıtmağa çalışır, dənizin orta səviyyəsinə doğru bir neçə dalğa əmələ gətirir. Heç də bütün sualtı zəlzələlər SLinamilərlə müşayət ouinmur. Sunami yaradan dalğalar

65

adətən zəlzələ ocağının çox dərində olmadığını bildirir. Təsəvvür edək ki, zəlzələ nəticəsində, sualtı vulkanın

püskürməsi və ya dənizin dibinin müəyyən hissələri üçqun nəticəsində sürətlə yerini dəyişir. Məs. Yuxarıya doğru suyun heç vaxt sıxılmadığını nəzərə alsaq, onda həmin anda su yuxarıya qalxır və dəniz səthinin müvafiq sahəsi - su səthində çox da hündür olmayan tənə əmələ gətirir. Həmin bu dalğa sunami ocağı hesab olunur; ondan suya atılmış daş kimi hər tərəfə dalğalar yayılır.

Titrəmə dənizin dibindən səthə doğru baş verir; bilavasitə beləliklə sunami dalğaları yaranır. Aneaq titrəmənin belə ötürülməsi açıq dənizdə qüvvətli dalğa əmələ gətirmir. Dənizin ortalarında belə dalğalar zərərsizdir; onun kəskin təzahürü yalnız onda hiss olunur ki, dalğalar sahilə gəlib çatmış olsun.

Dalğalar dayaz sahilə çatdıqda, sahil xəttinə yaxın onların sürəti azalır, hündürlüyü isə artır.

Sunami dalğalarının davamiyyəti ardıcıl dörd mərhələyə bölünə bilər. Birinci mərhələ dalğanın yaranması, ikinci mərhələ dalğaların okean səthində hərəkəti, üçüncü mərhələ dalğalarla sahil zonasının qarşılıqlı əlaqəsi, dördüncü mərhələ - dalğanın zirvəsinin sahil zonasına çırpılması, su kütləsinin quru üzərinə hərəkəti.

1-ci şəkildə sxematik surətdə sunaminin iki halda yaranması göstərilir:

a) dəniz dibinin sahəsi yuxarıya qalxır; b) dəniz dibi aşağı enir. Birinci halda sunami gətirmə dalğası ilə yayılır, ikinci

halda isə çəkilmə dalğası ilə irəli gedir. İkinci halda dənizin qısa müddətli sahildən geri çəkilməsi

prosesi sunami dalğalarının zirvəsinin yaxınlaşması ərəfəsində müşahidə olunur.

66

ON

:: ....

.(ITT-*

.. "n 1 T~T"'

Şəkil 1. İkihalda sunamilərin əmələgəlməsi sxematik göstərilir: a) okeanın dibi

yuxarıya qalxır, b) okeanın dibi aşağıya yerini dəyişir. Birinci halda sunnami

gətirmə dalğası ilə irəliyə yayılır. Bilavasitə ikinci halda dənizin sahildən qısa

müddətli çəkilməsi müşahidə olunur. Bu da sunnami dalğalarının zirvəsinin sahilə

yaxınlaşmasından bir an əvvəl baş verir.

Sunami dalğalarının hündürlüyü və uzunluğu (deməli onun enerjisi) yeraltı təkanların gücündən asılıdır. Zəlzələnin episentrinin səthə nə qədər yaxın olması rayonda dənizin dərinliyindən asılıdır. Görünür, sunami dalğaları o vaxt daha qüvvətli olur ki, yerdəyişmənin miqyası iri olsun. Bir halda ki, okeanın müxtəlif yerlərində dərinlik müxtəlifdir, ona görə də müvafiq olaraq sunamilərin sürəti də müxtəlif olacaqdır.

Okean dibinin relyefini və sunamilərin əmələ gəlmə yerini bildikdə, hesablamaq olar ki, neçə vaxtdan sonra dalğa bu və digər sahilə nə vaxt çatacaq (şəkil 2.)

Kosmosda uçan aparatlar Sakit okean üzərindən uçarkən (sutkada 8-10 dəfə) onların göyərtəsində olan cizahlar okeanda hərəkət edən sunami dalğalarının yerini, sürətini və s. parametrləri çəkərək Sakit okeanın hər iki tərəfindəki yerüstü obyektələrə verirlər. Həmin obyektlərdə onlar hesablanaraq operativ tədbirlər üçün yararlı olur. Sunami sahilə yaxınlaşdığı zaman üçüncü mərhələsi - sürəti və uzunluğu xeyli azalır, hündürlüyü artır.

Sunami dalğaları sahilə hücum edərkən onun axırıncı (dördüncü) mərhələsi başlayır (şəkil 3). Adətən öldürücü dalğaların gəlməsinə az qalmış gözlənilməz çəkilmə baş verir, su sahildən minlərlə metr dənizə doğru çəkilir. Bu fəlakətin ilk əlamətidir: bir neçə dəqiqədən sonra sahildəki şəhərlərə və balıqçı qəsəbələrinə hündür divar kimi dalğalar hücum edir və öz yolunda hər şeyi dağıdır və yuyub aparır.

Bu dalğaların fantastik qüvvəyə malik olmasını təxminən yüz il bundan əvvəl Amerikanın Sakit okean sahillərində də baş vermiş hadisə ilə təsəvvür etmək olar. O vaxt sunami dalğaları limanda lövbər salmış böyük gəmini göyə qaldıraraq onu liman şəhərindən keçirərək, xeyli uzaq ərazidə rahat quru ərazidə yerə buraxmışdır. Məlumat verilir ki, gəminin heyəti dünyanın başqa bir küncündə yaşayan gəminin sahibinin hansı qərar qəbul

68

0 1300*««

/

Şəkil 2. ENM-nın köməyilə alınmış, 1962-ci ildə 22 mayda baş vermiş Çili sunamisinin ardıcıl yayılmasının ilkin vəziyyəti verilir. Göründüyü kimi 14 saatdan sonra dalğalar Havay adalarına və Yeni Zenlandiya adalarına çatmış, 19 saatdan sonra isə Yaponiya sahillərinə çatmışdır.

69

o

Şəkil 3. Sunami dalğalarının son mərhələdə dəyişməsinin profili ümumi şəkildə göstərilir.

Burada 0-sakit dənizin səviyyəsidir, 1-7 dalğaların sahildə çırpılmış və oraya nəhəng su

kütləsi atmış ardıcıl profilidir.

edəcəyini gözləyərək, gəmini tərk etməmiş, hətta gəmi ətrafında tərəvəz yetişdirməyə başlamışlar.

Əfsus ki, belə qəribə hadisələr çox təsadüfi halda olur. Sunamilərlə çox maraqlı fiziki və mexaniki hadisələr əlaqədardır. Bu hadisələr uzun müddət sirr olaraq qalırdı. Sunamilər üzərindəki müşahidələri analiz edərək, hiss etmək olar ki, sahillərdə (sahilə çıxışı eyni olan şəraitdə) dalğanın hündürlüyü zəlzələnin episentrindən uzaqlaşdıqca həmişə monoton azalmasına ekvator rayonunda zəlzələ baş vermiş və böyük dalğa yaratmışdır. Episentrdən 200-300 km aralı bu dalğanın dağıdıcı təsiri olmur. Bu dalğalar Kamçatkaya çatdıqda, (məsafə bir neçə min km) dalğa böyük dağıdıcı qüvvəyə malik olur.

Bu paradoks uzun müddət izah olunmamış qalmışdır. Bu yaxın illərdə keçmiş SSRİ-EA-nm Sibir bölməsinin hidrodinamika İnstitutunun əməkdaşı R.M. Qaripov bu hadisə ilə əlaqədar geniş izahat vermişdir. Məsələ ondan ibarətdir ki, bu şəraitdə dalğa çox yüksəkliyə malik olub və öz əmələ gəldiyi yerdən xeyli uzaqda yaranır.

Həmin proses belə izah olunur ki, az suyun xətti səviyyəsi çərçivəsində dalğaların yayılması akustik bərabərliklə təsvir olunur. Hansı ki, dərinlik az olduqda dalğanın sürəti az olmalı, dərin olduqda isə böyük olmalıdır. Bir halda ki, okeanın dibi nahamardır, onda sualtı qalxmaların sürəti dərin sahələrə nisbətən az olur.

Bu dalğanın deformasiyasına səbəb olur ki, bu da hövzənin dayaz sahələrində enerjinin toplanması ilə müşayət olunur. Dalğaların əsas baş hissəsi sualtı dağın üstündə onun kənarlarına nisbətən yavaş hərəkət edir, o hissə elə bilki, geri qalır. Əgər belə dalğa cəbhəsinə yüksəkdən baxsaq, onda görə bilərik ki, həmin dalğa zirvəsi üzərində əyilmiş kimi olur. Ona görə də. Kamçatkanın episentrdən çox uzaq olmasına baxmayaraq sunami dalğaları burada iri həcmli və güclüdür, nəinki episentrə yaxın yerdəkindən. Bu dalğaların sualtı dağların üstündə toplanmasının

71

nəticəsidir. Sunami dalğalarını qüvvətli külək dalğaları ilə müqayisə

etmək olar. Onlar yayılma sürətlərinə görə bir- birindən fərqlənirlər. Fırtınalı dalğanın təyin olunmuş sürəti 0,8 küləyin sürətinə bərabərdir. Qüvvətli küləyin sürəti (8-10 bal) 20-30 m/saniyəyə bərabərdir. Deməli, fırtınalı dalğaların sürəti 60-90 km/saat qiymətləndirilə bilər. Bu böyük sürətdir. Lakin, Sunamilərin sürəti bundan xeyli çoxdur (700-1000 knı/s).Fırtınalı dalğanın sürəti 100-150 nı-i keçmir, sunamilərin sürəti isə 100-1000 dəfə bundan çoxdur. Eyni vaxtda fırtınalı dalğaların hündürlüyü açıq okeanda 10-20 m-ə çatır, amma sunamilərin hündürlüyü 1-3 metrdən hündür olmur. Deməli, fırtınalı dalğaların meylliyi min və on minlərlə dəfə sunami dalğalarının hündürlüyündən çoxdur. ABŞ və Alyaska ştatının cənub- şərqində Lutuyya körfəzində qeyri-adi qüvvətli fəlakət baş vermişdir. Sahilə təqribən 11 km -dən çox soxulmuş bu körfəzdə geoloq D.Müller dağın döşündəki ağacların müxtəlif yaş fərqlərini görmüşdür. Ağacların kötüklərindəki dairələrlə o hesablamışdır ki, son 100 ildə bu körfəzdə ən azı dalğaların yüksəkliyi 100 metrdən çox olan 4 dəfə sunamilər baş vermişdir. D.Müllerin nəticələrinə az inanılsa da, 1958- ci il iyulun 9-da bu körfəzdə baş vermiş dəhşətli sunami dalğaları bu şübhələri dağıtdı. Fladisənin şahidlərinin söylədiklərinə görə bu vaxt Körfəzdə lövbər salmış gəmilərdəki insanlar dəhşətli təkandan yatacaqlarmdan yerə atılmışlar. Çölə çıxdıqda isə dəhşətli bir mənzərə görmüşlər: dənizin suyu qalxmış, Lituyya buzlağmdakı buzlar 900 m-ə qədər yüksəklikdən buz və torpaq (süxur) kütləsi ilə sürüşərək körfəzin daxili hissəsində suya düşmüşdür. Fəlakətin gəmilərin lövbər saldığı yerdən 10 km-lə aralı olmasına baxmayaraq əks tərəfdəki sahildə insanların gözü önündə 500 m-ə qədər hündürlükdə yaranmış iri dalğalar şimal tərəfdəki dağın yamaclarını altına almış, sonra dalğa körfəzdə dövr edərək yamaclarda ağacları kökündən

72

qoparmış, dalğalar Kenotafıya adasının 50 m olan ən hündür nöqtəsindən aşmışdır. Bütün bu qarışıq kütlə dar körfəzə soxularaq nəhəng (17-35 m hündürlükdə) dalğa əmələ gətirərək, körfəz boyu yayılmış, şimal sahil dağlarının yamaclarını əhatə etmişdir ki, nəticədə 600 m-ə qədər hündürlükdə qayalar bitkisiz çılpaq qalmışdır.

Təhlükə dərəcəsinə görə birinci sunami dalğaları fərqlənir. Sahil zolağında fırtınalı dalğalar daha az dağıdıcı qüvvəyə malikdir. Sunami dalğalarının hündürlüyü sahilə çatdıqda 40-50 m-ə çatır, fırtınalı dalğaların hündürlüyü sahil zonasında 20-30 m-i ötür. Sunami dalğaları 10 m-ə çatdıqda daha çox təhlükəlidir, nəinki, 20 m yüksəkliyə malik olan fırtınalı dalğa. Məsələ burasındadır ki, fırtınalar sunamilərlə müqayisədə xeyli az uzunluğa və sürətə malikdir, bundan əlavə onlar sahilə dağınıq zərbələr vurur ki, onların da hər biri sahil zonasının xırda sahələrini əhatə edir. Sunami dalğaları çox böyük sürətlə vahid su axını (su divarı) valı sahilə on kilomertlərlə və daha çox enində yaxınlaşır və bunun nəticəsində sahilə bir anda nəhəng su kütləsi çırpılır.

Sahil sunami dalğalarının monolit kütləsi onun yüksəkliyi ilə, çox uzunluğu ilə uyğunlaşan, həmçinin, böyük sürətli hərəkəti onun zərbəsini sahil zonalarmdakı tikililəri, reyddə durmuş gəmiləri basmasına imkan verirdi. Aydındır ki, insanlar üçün dalğarm sahilə çatdığı ərazilərdə belə fəlakət törədən hadisələr baş verir.

Sürüşmələr. Bu tip sunamilər tez-tez baş verir, (bütün sunamilərin 7%-ə qədəri). Belə sunamilərin baş verməsini aşağıdakı hadisə ilə izah etmək olar.

Belə hadisələr az hallarda baş verir və ona görə də buna etalon kimi baxılmır. Lakin çay deltalarında belə sürüşmələr nisbətən tez-tez baş verir ki, onlar da xeyli təhlükəlidir.

Vulkan püskürmələri ilə bağlı sunamilər 5%-i qədərdir. Nəhəng sualtı püskürmələr çox vaxt zəlzələ effekti

73

yaradırlar. Qüvvətli vulkan püskürmələri zamanı püskürülən material suda yayılır, eyni zamanda güclü dalğa yaranır.

Belə sunamilərə klassik nümunə kimi 1883-cü ildə Krakatau vulkanının püskürməsi nəticəsində yaranmış sunami dalğalarını aid etmək olar. Krakatau vulkanın püskürməsindən əmələ gəlmiş sunami bütün Hind okeanı sahillərində müşahidə olunmuş, ümumilikdə 5000 gəmi məhv olmuş, 36 min insan ölmüşdür.

İnsan fəaliyyəti. Hazırda atom əsrində insanın əlində elə bir vasitə yaranmışdır ki, o, öz istəyi ilə dəhşətli titrəyişlər yaradır. 1946-cı ildə ABŞ-da dəniz laqunasında 60 m dərinlikdə sualtı atom partlayışı keçirmişdir. Onun gücü 20 min ton trotil ekvivalentinə bərabərdir. Bu partlayış nəticəsində yaranmış dalğa, partlayış yerindən 300 m-lik məsafədə 28,6 m yüksəkliyə qalxmış, episentrdən 6,5 km məsafədə isə dalğanın hündürlüyü 1,8 m-ə çatmışdır.

Meteoritin və astoreoidin düşməsi nəhəng sunami əmələ gətirə bilə. Onlar böyük düşmə sürətinə malik olduğu üçün, çox böyük genetik enerjiyə malik olur, həmin enerji suya ötürülür ki, bu da sunami dalğası yaradır.

Külək böyük dalğa əmələ gətirə bilər (təqribən 20 m- ə qədər), amma belə dalğalar sunami deyillər. Onlar qısamüddətli olur və sahildə su basması yarada bilməz. Amma meteosunaminin yaranması, təzyiqin kəskin dəyişilməsi şəraitində ola bilər. Belə hallar Boliar adalarında müşahidə olunur və buna oxşar hadisələr az-az hallarda Xəzər dənizində baş verir.

Alimlər Yaponiya sahillərinə hücum edən dağıdıcı sunamilərin yaranma səbəbini tapmağa çalışmışlar. Sakit okeanın qərbində Nankay çökəkliyinin altında indiyə qədər aktiv olan nəhəng çat mövcuddur. Bu çat yer qabığına sərt bucaqla daxil olaraq, daim onun ətrafına doğru yerdəyişərək, böyük su kütləsinin uçulmasma səbəb olur. Bir qrup amerikan və yapon tədqiqatçıları Yaponiyanın Cənub -Qərb sahillərində dərin sualtı çökəklikdə dənizin

74

dibini tədqiq edərək, zəlzələ zamanı əmələ gələn sunamilərin yaranmasına daha yeni izahatlar tapmışlar. Sakit okeanın bu ərazisi özünün dağıdıcı sunamiləri ilə məşhurdur. 1994-cü ildə Tonankay rayonunda 8,1 balhq amplituda ilə yaranmış bu sunami 1200 nəfər insanın ölümünə səbəb olmuşdur.

Texas Ştatmdakı Ostin Universitetinin bir qrup geoloq-alimi və onların dəniz elmləri və texnologiya mərkəzindən yapon həmkarları dərinlikdə yerləşən Nankay çökəkliyində üç təkrarh tədqiqatlar aparmışlar. Alınmış məlumatlar ekspertlərə belə bir suala cavab verməyə imkan verirdi ki, nə üçün okeanın altında olan bəzi zəlzələlər dağıdıcı sunami yaradırlar. Nə üçün başqa yüksək maqnitudah və ocaqları xassələrə malik zəlzələlər belə nəhəng dalğaların yaranmasına səbəb olmur?

Məlumdur ki, qüvvətli sunamilərlə müşahidə olunan daha çox dağıdıcı zəlzələlər o ərazilərdə baş verir ki, orada bir litosfer tavası, o biri litosfer tavasının altına girir. Qüvvətli zəlzələ nəticəsində yaranan sunamilər 8 və daha çox maqnitudah (Rixter şkalası ilə) zəlzələ nəticəsində baş verir. Bu halda dəniz dibindəki çatın geometriyası, şaquli yerini dəyişən sahələrin böyüklüyü xeyli təsirli olur.

Tədqiqatçılar Nankay çökəkliyini öyrənərkən dəqiq aydınlaşdırmışlar ki, 1944-cü ilin dağıdıcı zəlzələsi sunami dalğalarının yaranmasının səbəb olmasıdır. Həmin prosesin inkişaf tarixi izlənilmişdir.

Yuxarıda göstərildiyi kimi, dağıdıcı sunamilərin yaranmasının əsas şərtlərindən biri dərin çatın olmasıdır, onun davamı boyunca zəlzələ ocaqları yaranır. Həmin ərazilər seysmik zona hesab olunur. Alimlər okeanın dibindən 10 km-ə qədər aşağı enəndə aktivliyi ilə fərqlənən dərin çatın olmasını aydınlaşdırmışlar. Nəhəng qruntun yuxarı atılması burada yer qabığının iki müxtəlif blokunu bir-birindən ayırır.

2002-ci ildə Yaponiya dəniz və texnologiya mərkəzində Çin O Pakın rəhbərlik etdiyi qrup bu yuxarı

75

atılma ərazisini çox dəqiq olmayan geofiziki tədqiqatlarla xəritələşdirmişlər və çatın yerləşdiyi əraziyə əsaslanaraq onun 1944-cü il zəlzələsi ilə əlaqəsi olmasını bir daha güman etmişlər. Lakin onda tədqiqatçılara dərinlik çatının müasir aktivliyini sübut edən amilləri əldə etmək mümkün olmamışdır.

Nankay çökəkliyində baş verən qüvəvtli sunamilərin yaranmasının ikinci səbəbi kimi Yapon adalarının cənub- qərbindəki həmin ərazinin qeyri-adi struktura malik olmasıdır. Adətən bir litosfer tavasının, başqa bir litosfer tavasının altına keçməsi nəticəsində, birincinin üzərindən çöküntü qatının qoparılması ilə baş verir. Bu siyrılmış çöküntülər üst-üstə yığılaraq bir-biri ilə toqquşan tektonik təbəqəni örtür. Okinava adasından Tokioya qədər 1500 km məsafədə uzanmış Simanto zonası yuxarıda göstərdiyimiz misala klassik nümunə olar, ona görə ki, bu zona Filippin litosfer plitəsinin Avrasiya plitəsi altına keçməsi nəticəsində formalaşmışdır.

Adətən litosfer tavaları yaxınlaşdığı zaman siyrılmış süxurların atılması qalınlaşır, aktivləşir və sonrakı tektonik partlayışlar əsas partlayış zonasından (əsas çatdan) kənarda formalaşırlar. Lakin dəqiq tədqiqatlar göstərmişdir ki, bu vəziyyətdə daha sonrakı parçalanmalar əks istiqamətə- quruya doğru yerini dəyişirlər.

Əsas məqsəd müxtəlif litosfer tavalarının toqquşma xəttinin kənarlarında nələrin baş verməsini öyrənməkdir. Nankay çökəkliyində sunamilərin yaranmasına səbəb olan prosesləri öyrənməkdə, yer qabığının hansı hissələrində potensial təhlükəli sahələri təyin etmək olar və bununla da bəşəriyyətin 2004-cü il İndoneziyadakı «sürprizlərdən» qorumaq olar. Çünki 2004-cü il İndoneziyada Sumatra adası yaxınlığındakı zəlzələ və yaranmış sunaminin təkrarlanması ehtimalı qalmaqdadır.

Sunamilərin yaranmasının əlamətlərini müəyyən etmək mühüm əhəmiyyət kəsb edir. Adətən dalğanın

76

gəlməsindən bir az əvvəl-gözlənilmədən dənizin sürətli çəkilməsi başlanır. Su sahildən min metrlərlə dənizin dərinliyinə doğru çəkilir və yaxud da suyun sürətlə sahildən uzaqlaşması və dibin quruması (çatlaması) baş verir, bu halda dalğanın səsi kəsilir. Bu bədbəxtliyin ən doğru və dəqiq əlamətidir: bir neçə dəqiqə sonra sahil zonasındakı şəhərlərə və balıqçı qəsəbələrinə divar kimi su dalğası gəlir ki, bu dalğa da öz yolunda hər şeyi yuyub aparır. Dəniz geriyə çox çəkildikcə, sunami dalğaları da yüksək olur. Bu dalğaların fantastik qüvvəyə malik olmasını misal təsdiq edir. Təxminən 100 il bundan əvvəl Amerikanın Sakit okean sahillərində sunami böyük gəmini qaldırıb, onu Fort şəhərindən keçirərək, xeyli aralıda-quruda yerə endirmişdir.

Sahilə yaxınlaşdıqda dənizin dibinin ləngiməsi üçün dalğanın uzunluğu azalır, yüksəkliyi isə təbii ki, artaraq, 30 metrə çatır (görənlərin söylədiyinə görə). 800 km-saat sürətə çatan qüvvətli dalğa qəfildən sahil ərazilərinə çırpılır və böyük dağıntılar törədir, əksərən də çoxsaylı insan tələfatı və maddi itgilərlə nəticələnir.

Dünyanın müxtəlif geoloji institutlarında 27 dekabr 2004-cü ildə Cənub-Şərqi Asiyada baş vermiş dəhşətli zəlzələnin səbəbləri və nəticələri barədə onu müşahidə edənlər öz fikirlərini bildiriblər. «Belə qüvvətli sunami hətta Yer kürəsinin ətrafında fırlandığı oxa da təsir etdiyini göstərmişdir».

Bizim planetin ölçülərini və kütləsini nəzərə alsaq bunun mümkünsüzlüyünü İtaliyanın Vulkanologiya və Geofizika Milli İnstitutunun direktoru Entso Boş söyləyir. Onun sözlərinə görə, fəlakətli hadisənin əsasında, dərinlikdə kütlənin xeyli yerdəyişməsi durur ki, bu da Yerin səthində dəyişikliyə və Yer oxunun az hiss olunan dəyişməsinə gətirib çıxarır.

Bundan başqa, bizim planetin oxu son 26 min ildə konusvari hərəkət edərək yerini dalğavari dəyişir, ona görə də zəlzələ nəticəsində baş vermiş yerdəyişmənin ölçülməsi

77

daha da çətinləşir. Son yüzilliklərdə belə hallar 11 dəfə müşahidə olunub.

Lakin, bu halda bütün göy cisimlərinin Günəş, Ay və s. təsirini düzgün hesablamaq lazımdır. Sunamilərin ani dağıdıcı nəticəsini hiss etməmək mümkün deyil. Sahilə çataraq dalğa sözsüz ki, sahildə yaşayan dəniz quşlarının yuvalarını belə yuyur.

Belə hallarda bitki örtüyü daha çox təsirə məruz qalır. Mərcan rifləri daha çox dağılır. Kakos palması isə xeyli dözümlü olur. Çünki kakos qozu hətta okeanda üzə- üzə bitir.

Sunamilər haqqında təsəvvür yaratmaq üçün üzərində «Raketa» tipli katerlər üzən su anbarlarında bunu müqayisə etsək görərik ki, sahilə yaxınlaşarkən sahil nisbətən dayaz olduğu üçün sualtı pərlər (mühərriklər) səthdən dibə qədər bütün başqa gəmilərin əmələ gətirdiyi dalğadan güclü olduğu üçün sahilə birinci çatır. Bu dalğa çox hündür olmasa da çox uzundur. Belə çıxır ki, həmin o ilk dalğalar su anbarından aşaraq 2-3 m sahilə tökülür, sonra geri çəkilir. Ondan sonra isə adi dəniz dalğaları gəlir.

Sunamilərin gəlməsi haqqında xəbər edilməsi zəruri məsələdir.

Bu hadisələri xəbər verən sistemlər əsasən seysmik məlumatların araşdırılması nəticəsində mümkün olur. Əgər zəlzələ 7.0 və çox maqnitudaya malik olarsa (zəlzələ prosesində bu Rixter şkalası əsasən balla adlandırılır) və zəlzələnin episentri su altmdadırsa, onda bu sunamilərin olacağını xəbər verir. Regionlarda və sahillərdə əhalinin yayılması şəraitindən asılı olaraq həyəcan siqnalının verilməsi müxtəlif ola bilər (şəkil 4). Bu işdə Azərbaycan alimlərinin də əməyi çoxdur (E.N.Xəlilov və b.)

Sunamilərin xəbər verilməsinin ikinci imkanı daha etibarlı olan «faktla» xəbərdarlığın edilməsidir, çünki bu

78

halda sözsüz ki, yalan xəbərlər olmur, amma belə xəbərdarlıqlar çox gec hazırlanmış olur. Baş vermiş fakta əsasən xəbərdarlıq telesunamilər üçün qiymətlidir. 2004-cü ilin dekabrında baş vermiş İndoneziyadakı sunamilər saat ərzində Afrikaya çatmış, 1960-cı ildəki çili yaxınlığındakı zəlzələ nəticəsində 'yaranmış sunamilər bir neçə saatdan sonra Havay adalarına çatmış, daha altı saatdan sonra 6 metr hündürlüyə çataraq Yapon adalarına çatması telesunamilər vastəsilə xəbər verilmişdir (şəkil 2).

Klassik misal kimi - Aleut sunamisini göstərmək olar, çünki Aleutda baş verən ləpələr Havay adalarında özünü göstərir. Sunami dalğalarını okeanda təyin etmək üçün hidrostatiq təzyiqlə işləyən təbii siqnalvericilərdən istifadə olunur. Belə siqnalvericilərə əsaslanan xəbərvericilər süni peyklərlə əlaqə saxlayan ABŞ-da hazırlanan və DART (en.Deep Ocean Assessment and Reporting of Tsunamis) adlandırılan cihazdır. Real dalğanı gördükdə onun haraya nə vaxt çatacağını müəyyən etmək olar. Bu məlumatlara əsasən ölkələr bu fəlakətin təsirinin azaldılmasına nail ola bilərlər.

Xəbərdaredici sistemlərin əsas əhəmiyyəti əhali arasında aktual informasiyanın yayılmasıdır. Ən vacibi odur ki, əhali özü üçün sunamilərin necə təhlükəli olmasını təsəvvür etmiş olsun. Yaponlar təbii kataklizmalar haqqında çoxlu ümumtəhsil proqramlarına malikdirlər, amma İndoneziya və başqa sahil dövlətlərinin əhalisi əsasən sunami dalğaları haqda çox az məlumatlara malik olmuşlar ki, bunun da nəticəsində çoxsaylı insan tələfatı baş vermişdir. Çünki bu zonalarda belə hadisə çox az rast gəlinəndir. Həmçinin, Sahil zonalarının tikilməsi möhkəm qanunvericilik bazasına malik olmalıdır. Yyuxarıda göstərilən hadisələrlə əlaqədar Azərbaycanın sahil zonalarında yaşayan əhalinin kifayət qədər məlumatlı olması vacibdir. Əgər Xəzər dənizində bu vaxta qədər belə təbii fəlakət baş verməmişsə də, bu əhaliyə sunamilər haqda

79

geniş məlumatlar verməməyə əsas vermir. Heç vəchlə unutmaq olmaz ki. Xəzər dənizinin xeyli hissəsi aktiv tektonik zona olan Alp-Himalay dağəmələgəlmə qurşağında yerləşir. Hesab edirik ki, Azərbaycan əhalisi üçün, xüsusilə sahil zonalarında yaşayan insanlar üçün bu təbii katoklizmlər haqda geniş informasiyanın (lakin artıq qorxusuz) olması çox vacibdir.

AMEA-nm Geologiya institutlarında alimlər Cənub- Şərqi Asiyada baş vermiş dəhşətli zəlzələnin əmələ gəlməsi və nəticələri barədə öz mülahizələrini söyləyirlər. Onlar qeyd edirlər ki, «belə qüvvətli sunami hətta Yerin ətrafında fırlandığı oxa da təsir edir». Yuxarıda qeyd etdiyimiz kimi İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun direktoru Enso Boş yazır ki, əgər bizim planetin ölçülərini və kütləsinin böyüklüyünü nəzərə alsaq bu inanılmazdır. Onun sözlərinə əsasən belə dəhşətli hadisənin əsasında böyük kütlənin yerdəyişməsi durur ki, bu da Yer üzərində dəyişikliyin əmələ gəlməsinə və yer oxunun azda olsa yerdəyişməsinə səbəb olur.

Son 100 ildə belə hadisələri 11 dəfə müşahidə etmək mümkün olmuşdur. Lakin bu halda hər şeyi düzgün hesablamaq çox çətindir, çünki. Yerə Günəş və Ay xeyli təsir edir. Bundan başqa bizim planetin oxu, 26 min il müddətində konusvari hərəkət edir. Amma xətti istiqamətdə yox, dalğavari istiqamətdə olur.

Lakin sunamilərin bir anlıq dağıdıcıhq fəaliyyətini hiss etməmək olmaz. Ekologiya institutunun əməkdaşı Alessandro Montemogjori qeyd edir ki, «Sahilə çatdıqda dalğalar mütləq sahildə yaşayan dəniz quşlarının yuvalarını dağıdır».

Bir çox növ quşlar bu zaman nəsil artırırlar. Sunamilər gəldikdə iri növlər xilas olsalar da, körpə balalar məhv olur və bu da onu göstərir ki, bu il burada yeni nəsil olmayacaq. Filippin pelikanlarına daha böyük ziyan dəymişdir, çox az rast gəlinən növdür. Onlar indi məhv

80

olmaq ərəfəsindədirlər. Hazırda onların cəmi 11 min ekzemplyarı qalmışdır.

Belə fəlakətli hadisələrdən bitki aləmi çox ziyan çəkir. Qüvvətli dalğa xırda faunanı dağıdır. Onların populyasiyası yalnız 40-50 ildən sonra bərpa oluna bilərlər. Bundan əlavə duz torpağa hopmuş olur və yağışın yağmasını gözləmək lazımdır ki, onu yusun. Buralarda yalnız kakos palması (qozu) dalğalara dözür, çünki o, hətta okeanda üzə-üzə yaşaya bilir. Mərcan adaları sunamilərdən daha çox ziyan çəkirlər. Onların nazik və incə bədənləri onsuz da iqlim dəyişiklərinə və insan təsirinə məruz qalırlar.Yalnız sahil zonaları geoloji prosesləri nöqteyi- nəzərdən qüvvətli dalğalardan çox az zərər çəkmişlər.

Bəs insanların bu fəlakətdən necə xilas etmək olar? Əgər bu dəhşətli dalğanın gəlməsi barədə insanlar heç

olmasa 1 saat əvvəl xəbər tuta bilsələr, qurunun dərinliklərinə gedə bilər, gəmilər isə açıq dənizə çıxa bilərlər. Sunamilərin gəlməsini xəbər verməyə başqa dalğalar- Seysmik dalğalar kömək edir. Bu dalğalarla birlikdə yaranır, lakin yerin təki ilə, həm də sunamilərdən xeyli sürətlə hərəkət edirlər.

Novosibirsk alimləri yerin təki ilə yayılan dalğaların köməyi ilə təhlükənin istiqamətini təyin etməyi öyrənmiş, Nijni Novqorod şəhərindəki Tətbiqi Fizika İnstitutunun mütəxəssisləri isə hesablama üsulu ilə sunamilərin sahildə özünü necə aparacağını müəyyən edirlər. Buna əsasən sahillərdə «böyük dalğanın» hansı yerdə daha təhlükəli olmasını aydmlaşdımıaq olar.

Məlumdur ki, hər 1000 sunami hadisəsinin 100-dən çoxu fəlakətli nəticələri ilə fərqlənərək hər şeyi məhv edir, tikililər və torpaq-bitki örtüyü dağılır (məs. 1993-cü ildə Yaponiya sahillərində, 1952-ci ildə Kamçatkada və b.). Sunamilərin 80%-i Sakit okeanın kənarlarında baş verir. Ən çox da Kuril-Kamçatka çökəkliyində olur.

İndoneziyada 26 dekabr 2004-cü il sunamiləri

81

nəticəsində ölənlərin sayı 173 min 981 nəfərə çatıb. İndoneziyada sunami ətraf mühitə 675 mln. ABŞ dolları qədər zərər vermişdir.

Uzaq Şərqdə sunami əmələgələn rayon əsasən dar bir sahədə Kuril Kamçatka çökəkliyinin qərb yamacları hesab olunur. Bu ərazi sahildən 70 km məsafədə uzanmış 90 km enində zolaqdır. Bir çox fəlakətli sunamilər burada baş verərək Kuril adalarına doğru irəliləyirlər.

Kuril adalarında sunamilər haqqında ilk məlumatlar 17 oktyabr 1737-ci ilə aiddir. O vaxt dalğaların hündürlüyü onlarla metr olmuşdur. Sonrakı illərdə bu ərazilərdə 75 dəfə sunami hadisələri baş vermişdir.

Keçən yüzillikdə ən nəhəng sunamilərdən biri 5 noyabr 1952-ci ildə Kamçatka yarımadası sahillərində baş vermişdir. Ən çox zərər çəkmiş ərazi Paramuşir adasındakı Severo-Kurilsk şəhəri olmuşdur. Şəhərə hüeum etmiş dalğaların hündürlüyü 10-15 m olmuşdur. Bəzi məlumatlara əsasən o zaman şəhərdə 13 nəfər həlak olmuşdur. Bu dağıdıcı sunamidən sonra Uzaq Şərqdə Rusiyanın sunamilərlə mübarizə xidməti yaradılmışdır.

1960-cı il mayın 23-də Çili sahillərində yaranmış sunami 16 min km-dən çox məsafə qət edərək, 21-22 saatdan sonra Rusiyanın Uzaq Şərq sahillərinə çatmışdır.

Dalğanın hündürlüyü 4,7 m olmuşdur. Sunami həmçinin Oxot dənizinə keçmişdir.

Təbiətdə sunami dalğalarının vurduğu zərərlər iqtisadi, ekoloji, mənəvi mahiyyət kəsb edir.

Sunamilər əsasən dənizin titrəyişi və vulkan fəaliyyətindən törənən, saatda 600-700 km sürətlə hərəkət edən, hündürlüyü 30-40 m, bəzən daha hündür olan uzun dövrlü dalğalardır. Onlar Sakit okeanın hər iki sahili boyu Kamçatkanın, Kuril adalarının. Saxalin adasının. Havay

82

oo

Şəkil 4. Rusiyanın Sakit Okean Sahillərində sunamilər haqda yol verilən

maqnetudalardan yuxarı həyəcan elan ediləcək.

adalarının, Çilinin, Alyaskanın əhalisi üçün çox böyük təhlükə yaradır (şəkil 4).

1996-cı ildə Yaponiyada hündürlüyü 29 m olan sunami dalğaları San Riqo şəhəri sahillərinə çırpılmış və nəticədə 28 min adam həlak olmuşdur. Ümumiyyətlə, sunami yaponlara yaxşı məlum olsa da 1993-cü ildə baş vermiş sunami nəticəsində əhali qaçmağa macal tapmamış və Yapon adaları sahillərində 200 nəfər ölmüş, 500-dən çox ev dağılmışdır. Ölənlərin əksəriyyəti uşaqlar və yaşlılar olmuşdur. 1933-cü ildə Akudzizi adasının cənub qurtaracağından 320 km cənubda Toro şəhərində dağıdıcı sunami baş vermiş və xeyli insan tələfatına səbəb olmuşdur. İndi həmin şəhər ətrafında sunami dalğalarının qarşısını almaq məqsədi ilə 10 m 40 sm eni, 24 m hündürlüyü olan divar tikilmişdir. Yayda divar qızır, evlər bərk isti olur. Toro şəhərində də Havay adalarında olduğu kimi tədqiqat obyekti vardır ki, orada gecə-gündüz nəzarət aparırlar. Toro şəhəri ətrafındakı divarlarda 6 iri qapı vardır. Həmin qapılar nəzarət postlarından verilən xəbərlərə əsasən sunami dalğalarından 4 dəqiqə əvvəl bağlanmışdır. Hazırda Akudzizi adasında da bənd tikilir.

1-ci cədvəldə ayrı-ayrı illərdə Dünya okeanında baş vermiş sunamilərin fəlakətli dalğalarının bəşəriyyətə vurduğu ziyanlar haqqında bəzi məlumatlar verilmişdir. Burada göstərilir ki, bunun nəticəsində 100 minlərlə insan tələf olur, dəyən zərərin miqdarı milyardlarla, dağılan evlərin sayı minlərlə, batan gəmilərin, yaralananların sayı minlərlə hesablanır. Sunami dalğalarının fəlakətlərindən ölən insanların xatirəsini yad edərək həmin ölkələrin bəzilərində (xüsusilə Amerika qitəsi sahillərində) suya içi yanan kağız fənərlər buraxılır və bu böyük bir ərazidə qəribə bir mənzərə yaradır.

1946-cı il aprelin 1-də Havay adaları ətrafında Xila buxtasına saatda 640 km yol qət edən, hündürlüyü 30 m olan sunami dalğaları hücum etmişdir. Bu dalğalar 3800 km

85

yol qət edərək sahilə çırpılıb. Nəticədə buxta ətrafındakı bütün rayonlar dağılmışdır. 159 insan tələf olmuşdur, onlardan 95-i Xila buxtasında həlak olmuşlar. Bu dalğaların gücü bəzən 960 km-ə çata bilir (cəd.l).

1960-cı il mayın 22-də Çili ətrafında əmələ gəlmiş sunami dalğaları, 11 m hündürlükdə su bombası kimi Havay adalarına çırpılır. Nəticədə 31 nəfər tələf olub. Ölkəyə 30 milyon dollar ziyan dəymişdir. Ümumiyyətlə, keçən əsrdə hər yeddi ildən bir orada sunami baş verib. İkinci dünya müharibəsindən sonra Havay adalarında sunamidən ölənlərin sayı zəlzələdən ölənlərdən çox olub.

1964-cü ildə Alyaskadakı zəlzələ sunami yaradır. Dalğanın hündürülüyü 24 m olmuşdur (şəkil 5,6). Mart ayının 27-də dalğalar Alyaska sahillərindəki (Sakit okeanın Şimal-Qərb sahillərində) Kreysen Siti şəhərinə çatır və şəhər suyun altında qalır. 11 nəfər həlak olur, ölkəyə 7 milyon dollar zərər dəyir. Qaçıb xilas olmuş insanlar şəhərə qayıtdıqda orada şəhər yox idi. Tarixdə Vaşinqton ətrafında 300 il bundan əvvəl sunami olması məlumdur. Alimlərin fikrincə Amerikanın şimal-qərb sahillərində 50 ildən bir güclü sunami olur.

Kenon Biç şəhəri kurort şəhəridir. Yay aylarında burada turistlərlə birlikdə 20 minə qədər insan olur. Orada sunamilərdən qorunmaq üçün müasir hazırlıq işləri görülüb. Sunami təhlükəsi olan hallarda sirena (siqnal) çalır və məktəb şagirdləri təcili çölə çıxaraq bir neçə dəqiqəyə yaxınlıqdakı hündürlüyə çıxırlar və xilas olurlar. Orada axırıncı sunami 30 il bundan əvvəl baş verib. Az insan tələfatı olub.

Vaşinqton Ştatmdakı Lonq Biç şəhəri sunami dalğaları üçün daha təhlükəlidir. Məs. orada 1994-cü ildə baş veraıiş sunami vaxtı əhali təhlükəli əraziləri operativ tərk etmiş və insan tələfatı olmamışdır.

86

Hazırda Dövlət qoruyucusunda qurulmuş 6 metrlik qurğu qabaqcadan sunaminin hündürlüyünü, gücünü və vaxtını xəbər verməyə imkan verir.

Tektonik hərəkətlər nəticəsində Havay adalarında 96 km uzunluğu olan nəhəng çat əmələ gəlmişdir ki, o istənilən vaxt adanı iki yerə bölə bilər. Bundan başqa meteoridlərin düşməsi nəticəsində sunami yarana bilər. 50 il bundan əvvəl belə bir sunami qeydə alınmışdır.

Keçmiş ittifaq ərazisində güclü sunamilər 1737, 1780, 1898, 1918, 1923, 1953-cü illərdə qeyd edilmişdir. Sunamilərin qorxusu müxtəlifdir və dalğanın hərəkət yolundakı okeanın dərinliyi ilə müəyyən olunur. Keçmiş İttifaqda sunamilərin yerləşməsini müəyyənləşdirmək üçün iki əsas: seysmik və hidroakustik üsuldan istifadə edən xəbərdaretmə xidməti mövcud idi. Seysmik və hidrostatik dalğaların yayılma sürəti sunamilərin sürətindən xeyli çox olduğundan, xəbərdarlıq xidməti əksər hallarda həyəcan siqnalını 30-40 dəqiqə qabaqcadan verə bilər. 1952-ci il noyabrın 4-dən 5-nə keçən gecə, səhər saat 4-ə yaxın Şimali Kurilsk şəhərinin sakinləri 7 balhq zəlzələ ilə yuxudan oyanırlar. Qorxmuş insanlar evlərdən çıxırlar. Təkanlar dayandıqdan sonra insanlar evlərinə qayıtmağa başlayırlar. Yalnız sunamilərlə keçmişdə tanış olanlar, o cümlədən bahqçı-koreyahlar baxmayaraq ki, sakit dəniz var idi, onlar birinci təkanı hiss edən kimi dağa qaçmışlar. Zəlzələdən 45 dəqiqə sonra okean tərəfdən bərk uğultu eşidildi və bir neçə saniyəyə şəhərə yüksək dalğalar çırpıldı. Dalğa qüvvətli sürətə malik idi və 5 m yüksəkliklə şəhərin mərkəzinə doğru irəliləyir və şəhərin içərisindən keçən çayın dərəsinə qədər çatır. Bir neçə dəqiqədən sonra dalğa öz yolunda dağıtdığı hər şey ilə birlikdə dənizə çəkilir. Dalğının geri çəkilməsi o qədər intensiv idi ki, dənizin dibi bir neçə yüz metrlərlə çılpaqlaşır, sakitlik başlayır.

89

Şəkil 7. Donmuş sunamilər. Antarktida

90

15 dəqiqədən sonra şəhərə yüksəkliyi daha hündür 10 m olan ikinci dalğa çırpılır. Bu dalğa qabağına çıxan hər şeyi dağıdaraq daha çox ziyan vurur. Dalğaların ardınca yalnız evlərin sement bünövrəsi qalmışdı. Şəhərin içindən keçən bu dalğa ətrafındakı dağların yamaclarına qədər qalxaraq şəhərdəki dərəyə tökülür. Burada dəhşətli bir su dövranı baş verir. Bu suyun tərkibində tikinti-töküntülər və kiçik gəmilər də sürətlə fırlanır. Bir neçə dəqiqə ərzində bu su dövranında çoxlu insan məhv olmuşdur.

Geriyə qayıdan dalğa arxadan sahil valını vurur və dağın ətrafına fırlanaraq Kuril boğazına soxulmuşdur. Sahil valı və dağ bir neçə dəqiqəyə adaya çevrilir. İkinci dalğadan bir neçə dəqiqə sonra daha zəif üçüncü dalğa gələrək, sahilə çoxlu tör-töküntü gətirir. Səhər saat 9-da okeanın səthi qüvvətli hərəkətə gəlir və bütün gün ərzində yavaşıyır. 1737-ci ildə Avaçidə, Kuril Lopatasmda və adalarda baş vermiş zəlzələ zamanı dəhşətli subasma olmuşdur. Oktyabrın 6-da gecə yarı 15 dəqiqədə bir neçə təkan olur və bunun nəticəsində çoxlu kamçatkahlarm obaları və köçlərini yuyub aparmışdır.

Günəş sunamiləri. Günəşin səthində ləkələrin olması hamıya bəllidir. Onlar Günəşdə fiziki proseslər nəticəsində yaranırlar, yanacaq yanarkən termonüvə prosesləri zəifləyir. Alimlər belə fikirləşirlər ki, ləkələr səsin sürətinin kəskin azalması ilə əlaqədar olan kosmik yaranmadır. Belə ki, bu ləkələrin yaxınlığında səsin sürəti adi haldan xeyli azdır. Məlumat, rabitə, idarəetmə, elm, cəmiyyət (MAUSU) Beynəlxalq Akademiyasının prezidenti Y.İ.Borovkov bu fikirləri çoxdan söyləsə də 2003-cü ildə Los Angelesli fikirlər öz günəşətrafı «Coxo» zondunun köməkliyi ilə ölçülər apararaq həmin fikirləri təsdiqləmişlər.

Ləkə-Günəş ətrafında daima yaranan günəşətrafı «qara» dəlikdir. Bu dəlik Günəşdən 2-10 mln. km məsafədə yaranır. Bu «qara dəliklərin» (deşiklərin) Yer səthinə istiqamətlənməsi Yerdə çoxsaylı katoklizmalarm:

91

tayfunlann yaranmasına şərait yaradır. Bundan əlavə bu «qara» ləkələr Yer səthindəki havada daha xırda dəyişikliyin yaranmasına səbəb olur. Bu ona görə baş verir ki, Yer Günəşin fokusunda dayanmışdır. Fərz etsək ki, Günəş iri uzunfokuslu linzadır, onda Yer planeti onun fokusunda olur.

Alimlər hesablamışlar ki, L/GD -Günəşdən yerə qədər olan orta məsafənin Günəşin diametrinə (GD-1,39 mln.km) nisbəti (L-149, 5 mln. km), sonra isə Günəşin diametrinin Yerin diametrinə nisbəti (YD-12,756 min km), yəni GD/YD eyni qiymət-108 alırsa da, belə münasibət Ay üçün də alınır: LA/GD=108 olur. Günəş şüalarının fokuslaşmasmdan qızır. Bizim Günəş sisteminin başqa planetləri isə Günəşin fokusunda deyillər və ona görə də onlarda həyat yoxdur və ola bilməz.

26 dekabr 2004-cü il sunamisi xüsusilə qüvvətli olmuşdur, çünki, o gün Ay tam görünürdü. Ona görə də okeanın suyu sahildən 500 m-ə qədər uzaqlaşır, sonra bu nəhəng su kütləsi qüvvətlə sahilə çırpılaraq qarşısındakı hər şeyi dağıdır. Təsəvvür oyanırdı ki, qovulan dalğa 4000 m dərinlikdə baş vermiş sualtı zəlzələnin nəticəsində yaranmışdır. Bu Sumatra adası yaxınlığında Birma və İndoneziya plitələrinin tərpənməsindən baş vermişdir. Əslində isə sualtı qayıqla enib baxsaq heç bir tərpəniş olması görünmür.Şri-Lanka adasında çəkilmiş şəkildə əyri- üyrü dəmir yol relslərin olması göstərir ki, bu böyük su kütləsinin sahilə hidravlik qüvvəsi vasitəsilə çırpılması nətieəsində baş vermişdir. Bu zərbə isə Yerə gələn Günəşətrafı «qara dəliyin» proyeksiyasının Cənub-Şərqi Asiyanın ekvatorial vilayətlərinə düşməsindən baş verir.

2004-cü ilin 26 dekabrında baş verən zəlzələ bilavasitə Günəşin ləkəəmələgətirən aktivliyi vaxtına düşmüş, həm də ki, bu ayın tam bədrlənmiş vəziyyətinə təsadüf edirdi.

Buna oxşar mənzərə 2004-cü ilin yanvar ayının 9-da

92

Sankt-Peterburqda olmuşdur. Günəşətrafı «qara deşiyin» proyeksiyası yüksək təzyiq zonası - antisiklon yaratmış və şəhərdə az rast gəlinən qış subasması baş vermişdir. Nəzəri olaraq belə kataklizmaları əvvəlcədən hesablamaq mümkün deyil. Birincisi ona görə ki. Günəş üzərindəki ləkənin fizikasını bilmirik. İkincisi, həm Günəş, həm də Yer fırlanır. Ona görə də hansı ləkənin bilavasitə Yerə istiqamətlənməsini demək çətin olur. Bundan əlavə Yerin peyki olan Ay da Yerin kosmosdakı vəziyyətinə təsir edir. Amma hər halda alimlər Günəşdə ləkəyaradan aktivliyin monitorinqini apara bilərlər. Rusiyada kristalların böyüdülməsi indikatoru yaradılmışdır. Bu cihazın içərisindəki xüsusi məhsul Günəşdəki təzyiqin temperaturun və lazer şüalarının dəyişilməsini hiss edir.

2004-cü il dekabrın 4-də Moskva vaxtilə saat 1425-də Günəş səthində birinci partlayış başlayaraq. Yer səthinə doğru yüklənmiş hissəciklərin böyük kütləsi atılır. Bundan 8 dəqiqə sonra Amerika süni peyki GOES rentgen şüalarının zərbəsini qeydə alır. Rentgen şüaları adətən C, M və X adlı üç sinfə bölünür. Hər bir sinif özündən əvvəlkindən 10 dəfə qüvvətli olur. Elə buna görə də dekabrın 5-də rentgen şüalanması şkalanm ən yuxarısına, 9-10 bala çatmışdır.

Belə rentgen şüalarının partlayışı tarixdə çox nadir hallarda baş verir. Xoşbəxtlikdən partlayış dalğası birbaşa Yer səthinə yönəlməmişdi. Dekabrın 7-də baş vermiş ikinci partlayış daha ciddi olmuşdur. Bu zərbə Günəş üzərində 3,5 milyard km- ərazidə yayılmışdır. Bu ərazi isə Yerin ərazisindən 85 dəfə çoxdur.

Bu iki partlayışdan gələn maqnit dalğaları, əgər 2004-cü il dekabrın 10-13-ü arasında olsaydı, onda o dalğalar birbaşa Yerə istiqamətlənmiş olardı. Bu partlayış dalğaların Yer səthinə bir başa istiqamətlənmədiyinə görə bəşəriyyət əziyyət çəkməmiş, bir neçə süni peyklərdə olan elektron cihazların korlanması ilə nəticələnmişdir. Qüvvətli SLinami 1952-ci ilin payızında Kuril adaları və Kamçatkanın

93

şərq sahillərini tutmuşdur. Sualtı zəlzələnin ocağı nisbətən uzaq deyildi (Kuril-Kamçatka dərinliyi ərazisində). Dalğa tezliklə Kuril adalarına və Paramuşir adasına yaxınlaşaraq, ən çox 18 m yüksəkliyə qalxmışdır.

Paramuşir adasında peçlər uçmuş, ev əşyaları tökülüb sınmış, insanlar çölə qaçmışlar.

Paramuşirdə noyabrın 4-dən 5-nə keçən gecə əhali zəlzələ nəticəsində tələsik oyanaraq evlərdən çölə çıxmışlar. Peçlər, qab-qacaq, ev əşyaları dağılmış və qırılmışlar. Bir neçə dəqiqədən sonra məlumatsız əhali evlərinə dönmüşlər. Amma sunamilər haqda məlumatı olanlar, əsasən balıqçılar dənizin sakit olmasına baxmayaraq, dağlara qalxmışlar. Zəlzələdən 45 dəqiqə sonra okean tərəfdən güclü uğultu eşidildi və bir neçə saniyə sonra Şimali Kurilə böyük sürətlə nəhəng dalğa irəlilədi. Dalğaların ən hündür hissəsi şəhərin mərkəzi hissəsində olmuş və çayın dərəsinə qədər çatmışdır.

Bir neçə dəqiqədən sonra dalğa dənizə doğru geri qayıdır və özü ilə dağıtdığı hər şeyi aparmışdır. Boğazın dibi bir neçə yüz metr məsafədə boşalır, sakitlik yaranır. 15-20 dəqiqədən sonra şəhərə daha qüvvətli 10 metr hündürlükdə olan ikinci dalğa gəlir. Bu dalğa daha böyük dağıdıcı qüvvəyə malik olmuş, bütün tikililəri dağıtmışdır. Dalğanın arxasında yalnız evlərin bünövrəsi görünürdü.

Dalğa şəhərdən keçərək, dağın yamacına çatmış, sonra isə geri-çökəkliyə çəkilmişdir. Burada su dövrəsi yaranmış və dövretmədə tikililərin qalıqları və kiçik gəmilər iştirak edirdilər. Geri çəkilərkən dalğa sahil zonanı arxadan vurur. Orada arxada qalmış bir neçə evi də dağıdaraq Kuril körfəzinə dolur.

İkinci dalğadan bir neçə dəqiqə sonra üçüncü daha zəif dalğa gəlir ki, bu da özü ilə sahilə çoxlu qırıntılar gətirir.

1960-cı ildə Çili yaxınlığında baş vermiş sunami də dəhşətli olmuşdur. Bu sunami nəticəsində nisbətən az adam ölsə də, əsasən Maulin çayının mənsəbində təqribən 1000-ə yaxın adamın batması güman olunur. Çili sahillərinə bir

94

neçə nəhəng dalğa hücum edir. Dənizdən ilk qabarma çox hündür olmur. 4-5 m hündürlüyə qalxan dalğa 5 dəqiqə sakit qalır. Sonra isə dalğa geri çəkilir. Geri çəkilmə sürətli olmaqla bərabər, sovrulan su səsinə oxşar qüvvətli səslə müşahidə olunur. İkinci dalğa 20 dəqiqə sonra sahilə çırpılır. Sürət 5-200 km/s, hündürlük isə 8 m olur.

Beləliklə yuxarıda yazılanlarda göründüyü kimi təbiətdə elə təbii fəlakətlər vardır ki, onlar insanların fəaliyyətindən asılı olmayaraq yaranır və bunların qarşısını almaq mümkün olmur, həm də ki, böyük itkilərlə başa gəlir.

Sunamilərə qarşı qismən müdafiə olunmaq üçün tədbirlərə: süni sahil qurğularının (dalğakəsən, tökmələr və s.), okean sahili boyu meşə zolağının salınması, 40-50 ci illərdə ABŞ, Yaponiya və Keçmiş SSRİ-də əhalini qabaqcadan xəbərvermə qulluğu yaradılıb ki, onlar sunamilərin yaxınlaşması haqda, sahil seysmoqrafları ilə təchiz olunur.

Yer kürəsinin bütün tarixi boyu vulkan püskürmələri,

zəlzələlər, SLinamilər və tektonik aktuallıqla əlaqədar baş verən

başqa təbii fəlakətlər dövrü olaraq insanlar və heyvanlar arasında

böyük tələfatlara səbəb olmuşdur.

Bu fəlakətli proseslərdən biri olan sunami dalğalarının törətdiyi təzadlarla əlaqədar apardığımız araşdırmalar aşağıdakı nəticələri söyləməyə imkan vermişdir: 1. Sunamilər okean və başqa su hövzələrində suyun təlatümə

gəlməsi nəticəsində yaranan uzun dalğalardır. Əksər sunamilərin yaranmasına səbəb qüvvətli sualtı zəlzələlər hesab olunur. Sunamillərin 80%-dən soxu Sakit okeanın hər iki sahillərində baş verir.

2. Qüvvətli sunamilərlə müşahidə olunan daha çox dağıdıcı zəlzələlər o ərazilərdə baş verir ki, orada bir litosfer tavası o biri litosfer tavasının altına girməkdə olur.

3. Dağıdıcı sunamilərin yaranmasının əsas şərtlərindən biri okeanın həmin sahələrində dərin çatın olmasıdır ki,

95

onun uzunu boyunca zəlzələ ocağı yaranır, belə ki, onlar seysmik zona hesab olunur.

4. Adətən dalğanın gəlməsindən bir az əvvəl gözlənilmədən dənizin sürətli çəkilməsi baş verir. Su sahildən min metrlərlə dənizə doğru çəkilir və yaxud suyun sürətlə sahildən uzaqlaşması və dibin çılpaqlaşniası baş verir. Bu zaman dalğanın səsi kəsilir. Bir neçə dəqiqə sonra sahil zonasmdakı şəhərlərə və başqa balıqçı qəsəbələrinə divar kimi su dalğası gəlir ki, bu dalğa da öz yolunda hər şeyi yuyub aparır.

5. Sunamilərin gəlməsini xəbər verən sistemlər əsasən seysmik məlumatların azaldılması nəticəsində mümkün olur. Xəbərdaredici sistemlərin əsas əhəmiyyəti əhali arasında aktual informasiyanın yayılmasıdır. Ən mühümü odur ki, əhali üçün sunamilərin necə təhlükəli olmasını təsəvvür etmiş olsun.

6. Günəşin səthində ləkələrin olması hamıya bəllidir. Ləkə- Günəş ətrafında daima yaranan günəşətrafı «qara dəliklərdir». Bu «qara dəliklərin» Yer səthinə istiqamətlənməsi Yerdə çoxsaylı katoklizmalarm- tayfunlarm, tornadonun, sunamilərin, siklon və antisiklonlarm yaranmasına şərait təsir göstərir.

7. Nəzəri cəhətdən belə kataklizmaları əvvəlcədən hesablamaq mümkün olmasa da, belə ehtimal olunur ki, alimlər Günəşdə ləkəyaradan aktivliyin monitorinqini apara bilərlər.

96

III FƏSIL

BİOSFERİN VƏ LANDŞAFLARIN EKOLOJİ

XÜSUSİYYƏTLƏRİ VƏ MÜHAFİZƏ EDİLMƏSİ

3.1. Biosferin tərkib hissələri

Yer planetinin müxtəlif sferaları var; litosfer, hidrosfer, pedosfger (yerin torpaq əmələ gəlmə prosesi gedən qatı), atmosfer, strotosfer.

Biosfer-Yer planetinin elə bir hissəsidir ki, orada canlıların tərkibi, yerləşməsi, enerji çevrilməsində iştirakı onların keçmiş və indiki fəaliyyəti ilə bağlıdır. Bu cür fəaliyyət litosferin üst hissəsində, atmosferin aşağı hissəsində, pedosferin və hidrosferin hər yerində kəmiyyət və keyfiyyəti yenilikləri yaratmış və yaradır.

Biosfer sözünün ilk müəllifi Lemark olsa da (belə bir həyat səviyyəsinə o biosfer adı verilmişdir) onu elmə daxil edən geoloq Eduard Züsdür (1879). Lakin , biosfer anlayışının elmi cəhətdən daha dəqiq müəyyən edilməsi akad.V.t.Vernadskinin adı ilə bağlıdır və o müasir ekologiya elminin banisi hesab olunur. O, yer kimyasını həyat kimyası ilə əlaqələndirən və bunların qovuşuğunda yeni elm sahəsi yaradan və onları biosfer daxilində təhlil edən ilk alimdir.

V.İ.Vernadski planetimizdə keçmişdə yaşamış və indi də yaşayan varlıqların cəmini canlı maddə adlandırmışdır. O, faktorlarla isbat edir ki, təbiətin tərkib hissələrindən birinin dəyişməsi onun başqa hissələrinin mütləq dəyişməsi ilə nəticələnir. Biosfer - Yer planetində canlıların tutduğu mövqe kimi təsəvvür edilə bilər.

Planetdə orqanizmlərin bütün cəmini V.İ.Vernadski canlı aləm adlandırmışdır. Yüngül maddələr V.İ. Vernadskiyə görə biosferdə elementlərin elə cəmidir ki, onların yaranmasında canlı orqanizmlər iştirak etmirlər.

97

'^Biogen elementlər həyatla yaradılır və çevrilir. Beləlilklə, Yer kürəsinin elə yeri biosfera adlanır ki, ora canlı aləmin təsiri ilə əhatə olunmuşdur. Müasir baxışla biosferaya planetin ən böyük - qlobal bioloji dövranı özündə birləşdirən ekosistem kimi baxmaq olar.

Bütün canlı aləmə yayılmışdır. Yerin dərinliyinə canlı orqanizmlər çoxda yayıla bilmirlər. Bakteriyalarm rast gəldiyi ən dərin yer 4 km təşkil edir. Okeanlarda həyat daha dərin qatlarda, hətta okean çökəkliklərində 10-11 km dərinlikdə canlı aləmə rast gəlinir, çünki orada suyun temperaturu 0‘C-yə yaxındır. Lakin V.İ.Vernadskiyə görə biosferin aşağı sərhəddini daha dərindən götürmək lazımdır. Okeanların dibində ardıcıl toplanan nəhəng çöküntü qağmı da nəzərə almaq lazımdır. Onlar da biosferin bir hissəsidir, çünki onların əmələ gəlməsi canlı orqanizmlərin fəaliyyəti ilə bağlıdır.

Dinamik proseslərə uyğun olaraq yer qabığında çöküntü süxurları yavaş-yavaş yerin alt qatlarına çökür, orada yüksək temperatur və təzyiq altında formasını dəyişir. Yer qabığının metomorfik süxurları çöküntü süxurlardan əmələ gəldikləri üçün, son nəticədə həyat mənbəyinə çevrilir.

Atmosferdə həyatın yuxarı sərhəddi yüksəklik artdıqca ultrabənövşəyi şüaların radiasiyasının artması ilə təyin olunur. 25-27 km yüksəkliklərdə Günəşin ultra bənövşəyi şüalarının əksəriyyətini orada yayılan nazik ozon qatı-ozon ekranı tutur. Ozonun qoruyucu qatından yüksəyə qalxan bütün canlılar məhv olur. Yer üzərindəki atmosfera isə müxtəlif canlı orqanizmlərlə doludur. Onlar havada aktiv və passiv hərəkət edirlər. Bakteriya və göbəliklərin sporları 20-22 km-ə qədər hündürlükdə rast gəlinir, l.akin aeroplanktonların əksər hissəsi 1-1,5 km-lik qatda toplanmış olur. Dağlarda yer bitkilərinin yayılması dəniz səviyyəsindən 6 km yuxarıda götürülür.

Bios-həyat, sfer-təbəqə deməkdir. Əslində isə biosferin əhatə etdiyi dairə, hüdudlar daha genişdir. Məhz ona görə

98

də akad. V.İ.Vernadski haqlı olaraq biosferin əhatəsinə müasir canlıların mövcud olduğu sahələrlə kifayətlənməyib, Yerin keçmiş dövrlərində canlı aləmi olan sahələri də daxil etmişdir. Başqa sözlə desək, biosfer mövcud canlıların yayıldığı ərazilərlə yanaşı, palentoloji qalıq əldə edilən yerləri də nəzərdə tutur.

Beləliklə, biosfer dedikdə, planetdə canlı aləmin yaşaması mümkün olan su, hava və quru (torpaq) mühiti başa düşülür.

Əslində Yer kürəsinin hər yeri, canlı aləmin hamısı üçün əlverişli deyildir. Məs.qütblərdə, yüksək dağ zirvələrində bitkilərə rast gəlinmir. Çox vaxt bu yerlərdə adi canlılara təsadüf olunur. Lakin onlar həmin ərazilərin müvəqqəti sakinləri sayılırlar. Məs. köçəri quşlar. V.İ.Vernadski bu ərazilərə parabiosfer adı verilmişdir.

J Fiziki xüsusiyyətləri ilə bir-birindən kəskin dərəcədə fərqlənən üç mühüm təbəqə biosferin əsasını təşkil edir. 1. Litosfer - mühit kimi dərk edilməklə, yer səthinin üst təbəqəsi

və yaxud da yer qabığının bərk hissəsindən ibarətdir. 2. Hidrosfer - yer kürəsinin su ilə əhatə olunan sahəsi.

Hidrosferin əsasını, planetin 7/10 hissələrinə bərabər olan Dünya okeanı təşkil edir.

3. Atmosfer - Yer kürəsinin, o cümlədən biosferin əvvəlki iki təbəqəsi də daxil olmaqla, onu hər tərəfdən idarə edən hava qatıdır.

Qeyd etmək lazımdır ki, ekologiya elminə aid əsərlərdə «ekosfer» sözünə çox rast gəlinir. Ekosfer dedikdə biosferin tərkib hissəsi sayılan və parabiosfer sisteminə daxil olan atmosferlə litosferin yuxarı qatları nəzərdə tutulur.

Atmosferə nisbətən biosferin həyat üçün yararlı təbəqəsi çox nazik dir. Bununla belə həmin nazik təbəqə, təbiətdə mövcud olan canlı, üzvü və qeyri-üzvü maddələrin milyon illərdən bəri yaşama və dövretmə sahəsidir. Məhz planetin müasir görkəmi üç milyard il əvvəl yaranan ilkin

99

canlı varlığın bu günə qədər təbii idarə olunan nəhəng bioloji, fıziki-kimyəvi proseslərin sayəsində formalaşmışdır.

Ehtimal olunur ki, biosferdə əmələ gələn əsaslı təkamül prosesləri üçüncü dövrün başlanğıcında, yəni 600 milyon il qabaq baş vermişdir. Materiklərdə canlı məxluqun bəsit formalarının yayılması da bu dövrə aid edilir. Maraqlıdır ki, biosferin əsaslı təkamülünə 350 milyon il qabaq devon dövründə yaranan çılpaq toxumlu və yura dövrünün axırlarına (100 milyon il) təsadüf edilən çiçəkli və yaxud da örtülütoxumlu bitkilər güclü təsir etmişdir.

Müasir biosfer uzun sürən təkamül sayəsində - kosmos, geofiziki və geokimyəvi amillərin qarşılıqlı əlaqələrinin nəticəsində formalaşmışdır. Lakin biosferin bərqərar olmasının əsas amili bioloji təməldir. Əgər günəş enerjisindən istifadə edib karbon qazını mənimsəyə bilən ilkin fotosintetik hüceyrələr, bəsit bitkilər olmasaydı, çox güman ki, müasir biosfer də olmazdı. Deməli biosferdə enerji mənbəyi oksigen mənşəli günəş enerjisini biokimyəvi enerjiyə çevirən fotosintezdir. Günəş enerjisi, su, karbon qazı və məlum mineral maddələrin (azot, fosfor, silisium. kalsium və s.) mövcud olduğu şəraitdə xlorofıll və başqa piqmetlərlə təchiz olunan varhq fotosintez prosesinin icraçılarıdır. Təbiətdə üzvi maddə yaradan bitki aləmi çoxlarına bəllidir.

3.2. Ekoloji sistemlər

Maddələrin dövranı baş verən, üzvi və qeyri-üzvi komponentlərin birliyi olan ərazilər ekosistem adlanır. Bu termin 1935-ci ildə yuxarıda qeyd olunduğu kimi A.Tensli tərəfindən elmə daxil etmişdir. O qeyd edirdi ki, belə halda qeyri-üzvi və üzvi amillər eyni hüquqlu komponent kimi təzahür edirlər və biz orqanizmləri konkret onları əhatə edən mühitdən ayıra bilmərik. A.Tensli ekosistemə Yer üzərindəki təbiətin əsas vahidi kimi baxırdı, baxmayaraq ki,

100

Şəkil 8. Tensli ekosistemə biotop və biosenozun tam vabidi kimi baxır

10]

onlar müəyyən həcmə malik deyillər və böyük ərazilərdəki sahələri əhatə edə bilirlər.

Ekosistemdə maddələr dövranının idarə olunması təmin etmək üçün mənimsənilən formada qeyri-üzvi molekul ehtiyatının olması və üç qrup funksiyaca müxtəlif ekoloji orqanizm qruplarının: produsentlər, konsumentlər və redusentlərin olması lazımdır. Belə də ifadə etmək olar ki, biosferdə maddələr mübadiləsi gedən üzvi və qeyri-üzvi komponentlərin istənilən məcmusu ekosistem adlanır (şəkil 8).

Ekoloji sistem (ekosistem) canlılar aləmini əhatə edən müvafiq fiziki-kimyəvi mühitlə onların qarşılıqlı əlaqəsinin vəhdətidir. 1935-ci ildə A.Tensli ekosistemi aşağıdakı sxem üzrə dərk etməyi təklif edir.

Ekosistem = Bitop+Biosenoz Biomon - oxşar mühitə alışan canlı orqanizmlərin quru və su hövzələrinin müəyyən ərazisində yaşaması, yaxud da yaşayış yeri deməkdir.

Beosenoz - eyni biotopda məskən salan orqanizmlərin vəhdətidir (bitkilər, mikroblar, heyvanlar). Ekosistenin əsasını təşkil edən biosenozla biotop bir-birinə həm ümumi enerji mübadiləsinə görə, həm də onları təşkil edən ayrı-ayrı fərdlərin qarşılıqlı münasibəti üzrə təsir göstərirlər (şəkil 9).

«Ekosistem» anlayışı «biotop» anlayışından ayrılmaz surətdə bağlıdır. Biotop şəraiti yekcins olan müxtəlif ölçülü və ya həcmli coğrafi rayondur. Biotop və ya ekotor eyni relyef, iqlim, torpaq və digər abiotik amillərə malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı sahədir. Aşağıdakı biotoplar ayrılır: Polipedor, yəni torpaq su dibi məskəni; Klimator, yəni fitosenozun yerüstü hissəsi məskəni. Bunlardan asılı olmayaraq müxtəlif mikro populyasiyalar məskən salan mikrotoplar da ayrılır. Biotor bəzən üzvi təbiətli ola bilər.

102

Şəkil 9. Biosenozun komponentlərinin tərkibi və

qarşılıqlı əlaqəsi

Şibyə yatağında ekosistemin bütün komponentlərini tapmaq olar: simbiotik yosunlar - produsent rolunu oynayıb fotosintez prosesini yerinə yetirir. Konsument kimi bəzi xırda buğumayaqlılar çıxış edir, onlar şibyələrin canlı toxumaları ilə qidalanır, göbələk lifləri isə yosunların hüceyrələrində parazitlik edir. Göbələklərin lifləri və şibyələrin yastıqlarında yaşayan mikroskopik heyvanların (gənələr, nematodlar, ibtidailər) çoxlu redüsentlər rolunda çıxış edir. Göbələk lifləri yosunların yalnız canlı hüceyrələrini deyil, həmçinin ölü hüceyrələrin hesabına

103

yaşayır, xırda heyvanlar - saprofaqlar ibtidailərin ölü kök və yarpaqlarını emal edir. Bu işdə onlara bir çox

Şəkil 10. Təbii ekosistemlərdə

maddələrin və enerjinin

ötürülməsi sxemi

Belə sistemlərdə dövranın qapalılıq dərəcəsi olduqca kiçikdir. Parçalanan məhsulların çox hissəsi yağış suları ilə yuyularaq şibyələrdən kənara aparılır, ağacın gövdəsi boyu aşağı tökülür. Bununla yanaşı, heyvanların bir hissəsi digər yaşayış yerinə

104

BİOSENOZ

BIOTOP

Mikro- ürqunizın

Torpaq qrunt Relyef Sular

Bəzi ekosistem tiplərində maddələrin onların sərhəddindən kənara aparılması o qədər yüksək olur ki, onların sabitliyi aparılan maddələrin miqdarı kənardan daxil olur. Bura axar su hovuzları, çaylar, dik dağ yamaclarında yerləşən sahələr aiddir. Digər ekosistemlər daha çox tam maddələr dövranına malikdir (az meyilli yamaclar, meşələr, bozqırlar, çəmənlər və s.). Lakin heç bir ekosistem, hətta yerin ən böyük ekosistemləri tamamilə qapalı dövranına malik deyil. Qitələrdən okeanlara intensiv maddələr mübadiləsi aparılır. Bu proseslərdə atmosfer böyük rol oynayır. Planetimizin hamısı materiyanın bir hissəsini kosmik fəzadan alır, bir hissəsini isə kosmosa qaytarır. Beləliklə, həyatın ekosistem təşkili onun mövcudluğu üçün mühüm səbəblərdən biri sayılır.

Hər hansı ekosistem olursa-olsun, onda cəmləşən canlılar qidalanmağa görə üç qrupa bölünürlər. Birinci qrupa aid olanlar Avtotroflardır. İkinci və üçüncü qrupun qidalanmaya aid olanları isə Heteretroflardır. Əslində heterotrof hazır üzvi maddəyə ehtiyacı olan canlılardır. Lakin ekosistem anlayışına cörə avtotroflarm əmələ gətirdiyi hazır substratı mənimsəyənlər konsument və destruktorlara ayrılır. Konsumentlər heyvanlar, destruktoıiar isə mikroblardır. Əgər konsimentlər - qida zəncirinin zirvəsinə aid canlılar qida zülalla təmin edilərsə,

105

destruktorlar təbiətdə maddələr dövranı kimi nəhəng prosesləri qlobal miqyasda icra edirlər.

Ekosistemin enerjisi

Yer üzərində həyat günəş enerjisi hesabına mövcuddur. İşıq yer üzərində yeganə qida resursu olub, enerjisi karbon qazı və su ilə birləşərək fotosintez prosesini yaradır. Fotosintez vasitəsilə bitgilərdə üzvi maddələr yaranır, onunla otyeyən və ətyeyən heyvanlar qidalanır, nəticədə bitgilər canlı aləmi qidalandırır, yəni günəş enerjisi bitki vasitəsilə sanki bütün orqanizmlərə çatdırır.

Enerji orqanimzdən orqanizmə ötürülərək qida və ya trofık zəncir yaradır. Heterotroflar enerjini qida ilə birlikdə alır. Bütün digər orqanizmlər digərlərinin qida obyekti sayılır, yəni bir-birilə energetik əlaqədədirlər. Hər bir qruplaşmada qida əlaqələri bir orqanizmdən digərinə enerji ötürücü mexanizmdir. Beləliklə, biosenozların trofık zənciri olduqca mürəkkəbdir, onlara daxil olan enerji bir orqanizmdən digərinə uzun müddət miqrasiya edə bilər: avtotroflardan, prosudentlərdən heterotroflara, konsumetrlərə və beləliklə, bir trofık səviyyədən, digərinə dörd-altı dəfə ötürülərək trofık zəncir təşkil edir.

Qida zəncirində hər bir həlqənin yeri trofık səviyyə

adlanır. Birinci trofık səviyyə-prosudentlər - üzvi kütlənin yaradıcıları, qalanları isə konsumentlərdir. İkinci səviyyə bitki yeyən konsumentlər; üçüncü trofık səviyyə-bitgi yeyən formalarla qidalanan ət yeyən konsumentlər; dördüncü trofik səviyyə digər ətyeyənlərlə qidalanan konsumentlər və s. beləliklə konsumentləri də səviyyəyə görə də ayırmaq olar. Təbiidir ki, burada qida ixtisaslaşması əsas rol oynayır. Geniş qida sisteminə aid olan növlər müxtəlif trofik səviyyələrdə qida zəncirinə daxil ola bilər. İnsanın qida rasionuna həm bitgi qidaları, həm də otyeyən və ətyeyən heyvanların əti, daxil olduğu üçün müxtəlif qida zəncirində 1-ci, 2-ci və 3-cü konsumetriər sırasında iştirak edir.

106

Yalnız bitki qidasına ixtisaslaşan növlər (dövşan, dırnaqlılar, mənənə) həmişə qida zəncirində ikinci həlqədə olur.

Konsumetrlərin enerji balansı aşağıdakı kimi mənimsənilmişdir. Mənimsənilməyən hissə yenidən xarici mühitə qayıdır (ifrazat, nəcis halında) və sonradan digər qida zəncirinə cəlb olunur. Mənimsənilmə faizi qidanın tərkibindən və orqanizmin qida həzmedən fermenlərinin yığımından asılı olur.

KonsLimentlərin qəbul etdikləri qida tam mənimsənilmir. Bitkiyeyən heyvanlarda qida 12-20%, ətyeyənlərdə isə 75% təşkil edir, enerji sərfi hər şeydən əvvəl metobolistik prosesi saxlamaqla əlaqədardır, buna tənəffüs sərfi deyilir.

Ekosistemin bioloji məhsuldarlığı. İki niəhsulvermə səviyyəsi ayrılır; birinci (ilkin) və ikinci məhsul. Vahid zaman ərazidə bitkilər (prosudentlər) tərəfindən yaradılan üzvi qruplaşmanın ilkin (birinci) məhsulu adlanır. Məhsul kəmiyyətcə bitginin quru və ya yaş halında kütləsi, yaxud enerji vahidi olub ekvivalent coul ədədi ilə ifadə olunur. İlkin məhsul sanki iki səviyyəyə -ümumi və təmiz məhsula bölünür, ümumi ilkin məhsul vahid zaman ərzində fotosintezin müəyyən surətində bitkilər tərəfindən həyat fəaliyyətini saxlamaq üçün, yəni tənəffüsə sərf olunan məhsul kifayət qədər çox olur. Meşə bitkisi tənəffüsə ümumi məhsulun 40-70%-ni sərf edir. Yaranan üzvi maddə kütləsinin qalanı, yəni ümumi məhsulun tənəffüsə sərf olunmayan hissəsi təmiz birinci (ilkin) məhsul adlanır, bu bitkilərin artım ölçüsüdür və ondan konsument və resudentlər üçün enerji ehtiyatıdır. Qida zəncirlərində dəyişilərək (həzm olunaraq) heterotrof orqanizmlərin kütləsinin bərpasına sərf olunur.

Biosferdə ekosistemlər (ekoloji) meşə, su, torpaq və s. tərkib hissələrə ayrılırlar. Bu iri ekosistemlərin də hər biri öz növbəsində bir neçə zona ekosisteminə ayrılır. Məs: meşə

107

sisteminə - iynəyarpaqlı meşələrin soyuq iqlim zonasının ekosistemi, enliyarpaqlılarm mülayim, nəmişli, tropik ekosistem zonaları və s. Su sistemində həmçinin, dünya okeanı, kontinental hövzələr, axar sular ekosisteminə bölünür.

Hətta sərbəst şəkildə qoruqlar, biçənəklər, əkin yerləri ekosistemləri də mövcuddur. Biosferin tərkib hissələri əsas etibarı ilə canlı aləmin planetdə coğrafi zonalar üzrə paylanmasından ibarətdir.

Bu baxımdan bir-biri ilə sıx surətdə əlaqədar olan torpaq, su, hava və iqlimin birgə formalaşdırdıqları biomlar daha səciyyəvidir. «Biom» - bu və ya başqa coğrafi ərazidə bərqərar olan canlıların həmrəyliyidir. Müasir ekoloji baxımdan yer üzərində 6 biom vardır; nearktik vilayət, palearktik vilayət, şərq vilayəti, neotropik vilayət, efiopiya vilayəti və avstraliya vilayəti.

Çox vaxt ekoloji ədəbiyyatlarda biomlar coğrafi zonalara - hündürlük və en dairəsinə görə bölünürlər. Hündürlüyə görə biomları zonalar üzrə bölərkən, əsasən temperatur nəzərə alınır. Bu cür zonalar dağ yerlərində daha parlaq nəzərə çarpır. Məs. dağətəyi, alp, subalp zonaları. En dairəsindən əsasən biomlar paylananda tundra-meşə, səhra və s. nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, biomlarm mövcud olması (istər en dairəsi, istərsə də yüksəkliyə görə), milyon illər ərzində mühitlə canlı aləm arasında tənzimlənən qarşılıqlı münasibətə əsaslanır. Deməli, bu və ya başqa amili dəyişməklə ekosistemdə yaranan sabitliyi asan pozmaq olar.

Mühit amilləri. Canlılar yalnız mühitdə mövcud ola bilir, mühitsiz heç bir canlı yaşaya bilməz. Mühit də iki tipə ayrılır: Daxili mühit və ətraf mühit. Daxili mühit də ətraf mühitin hesabına formalaşır. Bütün canlıların inkişafı onun ətraf mühitindən asılıdır. Canlılar öz yaşadıqları mühitə uyğunlaşır, uyğunlaşa bilməyənlər isə məhv olur. Canlılara

108

təsir edən ətraf mühitdəki cansız varlıqlar, həmçinin insanlarla birlikdə sosial amillər, ekoloji prosesləri yaradır. Bu proseslər 2 qrupa bölünür: I. Abiotik amillər- yəni ətraf mühitin cansız varlıqlarının canlılara təsiri, Bu qrupa daxildir: 1) iqlim amilləri (işıq, temperatur, rütubət, hava, külək və

s.)

2) edafık, daha doğrusu, torpaq və süxurların (texniki, kimyəvi tərkibi, nəmlik tutumu, havanın keçirildiyi, rəngi) amili

3) oroqrafık (relyef, ekspozisiya) amil 4) kimyəvi (qaz tərkibi, suyun düzluluğu, konsentrasiyası) amil 5) zaman amili II. Biotik amillər: Canlıların bir-birinə təsiri

1) fıtogen (bitkgilərin təsiri) 2) zoogen (heyvanların təsiri) 3) antropogen amillər

Ekologi amillərin təsiri birbaşa yaxud dolayı yollarla olur. Hər amil orqanizmlərin funksiyalarına müxtəlif cür təsir göstərir. Orqanizmlərin bir funksiyası üçün optimal olan amil digər funksiya üçün zəif, yaxud mənfi ola bilər.

Həyat dövriyyəsinin dinamikasını nəzərdən keçirdikdə müxtəlif fəsillərdə müxtəlif amillərin birgə təsirinin nəticələrinin eyni istiqamətli olması görünür. Məsələn, temperaturun aşağı düşməsi, işığın azalması və s.

Coğrafi zonalarda yerləşən biomların zənginliyinin biokütləyə görə yüksək olması, ilk növbədə iqlim şəraitindən asılıdır. Ona görə də ekvator qurşağına yaxın olan həm şimal, həm də cənub yarımkürələrində biomlar daha məhsuldardırlar. Kifayət qədər günəş enerjisi, nəmişlik və

109

mülayim temperaturla təmin olunan ekvator qurşağı əl dəyməmiş tropik meşələrlə zəngindir.

Yağmurluq bir ildə 1300-1500 mnı-dən az olan yerlərdə meşəlik və bitki örtüyü ekvator qurşağına nisbətən 1,5-2 dəfə az biokütlə verir. Ona görə qanunauyğun şəkildə ekvatordan qütblərə doğru biomlarm biokütləsi azalır. Bundan başqa hər biomda mövcud olan canlı aləm yalnız öz biomunda yaranan qida bazasına münasib inkişaf edir. Başqa sözlə desək, bu və başqa ərazidə konsimentin (hazır üzvi maddələri mənimsəyənlər) çiçəklənməsi prosesinin (üzvi maddə sintez edənlər) məhsuldarlığından, onun yaratdığı biokütlədən asılıdır.

Biosferin tərkib hissələrindən biri olan litosferə aid ekoloji sistemlər daha mühüm əhəmiyyət kəsb edir. Çünki dünya əhalisinin gündəlik tələbatının ödənilməsi üçün litosfer daha çox istismar edilir və həmçinin də o, ən ağır nəticələr verən antropogen təsirlərə məruz qalır.

3.3. Ekoloji amillər

Ayrı fərd, bir və ya bir neçə növə mənsub canlıların yaşamasına, mühitə uyğunlaşmasına təsir edən mühit amilləri ekoloji amillər adlanır. Öz təbiəti, mənşəyi və təsir xüsusiyyətlərinə görə ekoloji amillər əsas üç qrupa bölünürlər: yəni biotik, abiotik və antropogen amillər.

Biotik amillər dedikdə bu və ya başqa canlıya onu əhatə edəı. başqa canlılar tərəfindən göstərilən müxtəlif təsirlər nəzərdə tutulur. Biotik təsir növdaxili, növarası olmaqla, əsas etibarilə üç istiqamətdə davam edir:

1) qida əlaqəsi; 2) ərazi əlaqəsi və nəhayət; 3) nəsivermə repraduktiv əlaqə. Abiotik amillərin əsasını - ekoloji baxımdan qeyri üzvi və

cansız təbiətə aid amillərin cəmi təşkil edir. Başqa sözlə

110

desək, cansız təbiətin canlılara təsir edən komponentləri abiotik amillərdir. Məs: rütubət, işıq, təzyiq, sıxlıq və s.

Antropogen amillər. Canlı aləmə insanların təsiri sonuncu amilin əsası sayılır. Biotik və abiotik amillərdən fərqli olaraq son 50-60 ildə antropogen amillərin biosferə təsiri ilbəil artmış və ona görə də məhz antropogen xarakterli təsirlərin dünya miqyasında əmələ gətirdikləri təzadlar barədə sonrakı bölmələrdə məlumat verilir.

Canlı aləmin təbiətdə mövcud olması ekoloji amillərdən asılıdır. Ətraf mühitin ekoloji amilləri orqanizmdə gedən bütün fizioloji, biokimyəvi prosesləri tənzimləyir, canlı orqanizmlərin inkişafına, artmasına, yayılmasına, məhsuldarlığına təsir göstərir. Hətta onun ekoloji faktorların orqanizmə təsir mexanizmi çox mürəkkəbdir. Bununla belə bütün faktorlara xas olan təsir dərəcəsi canlı üçün optimal (əlverişli), maksimal (yuxarı hədd) və pessimal (zəifləmə həddi) olur. Bundan başqa ekoloji faktorların orqanizmə təsir sürəti də müxtəlifdir. Belə ki, bu və ya başqa faktorun təsir gücü fərdin növündən, dözümlük dərəcəsindən və genetik təkamül xüsusiyyətlərindən asılıdır.

Qeyd etmək lazımdır ki, antropogen təsirlərin gücü artdıqca, canlı aləmin mühitə uyğunlaşma sürəti də dəyişir. Bu cür uyğunlaşma ilk növbədə orqanizmin davranışında (sitoloji), sonra onun həyat tərzində (ekoloji) və nəhayət canlının morfoloji xüsusiyyətlərində özünü büruzə verir. Bu müəyyən vaxt ərzində təzahür üçün səciyyəvi sayıla bilər. İşıq və temperatur kimi faktorların canlı varlığa geniş diapozonlu təsirini nəzərə alaraq onların mahiyyəti qısa şərh olunmalıdır.

Planetdə enerji mənbəyi, maddələr dövranı su mübadiləsi mühitin formalaşması və s. yalnız işıqla əlaqədardır. Sabit və tükənməz işıq mənbəyi isə Günəşdir. Yer kürəsində mövcud olan canlı həyatın bünövrəsi sayılan üzvi maddələrin yaranması birinci növbədə işığa əsaslanır.

11

Demək olar ki, işıq faktoru ilə əlaqəsi olmayan varlıq yoxdur. Təkamül dövründə heyvanlar və bitkilər işıq faktorunun dəyişmə vaxtına dəqiq alışmışlar. Sutkalıq, yaxud da bioloji rejim ekologiya elmində tez-tez rast gəldiyimiz bioloji saatlarla əlaqədardır. Biosferdə canlı məxluqun sutkalıq rejimə uyğun inkişafının olduqca böyük bioloji əhəmiyyəti vardır. Çünki gecə və gündüz həyat tərzinə alışan heyvanlar çox nadir hallarda bir-birinə rast gəlirlər, deməli onların arasında rəqabət də olmur. İlk baxışda adi hal kimi görünən bu münasibət, uyğunlaşma o deməkdir ki, hər bir ekoloji sahənin daxili imkanlarından səmərəli istifadə edilir. Təcrübələrlə sübut olunmuşdur ki, barama qurdunun beynində işığı qəbul edən hüceyrələr gecə ilə gündüz arasındakı vaxt müddətini dəqiq müəyyənləşdirir. Belə ki, gün ərzində. İşıqlı vaxt (8 saat) başa çatandan sonra barama qurdu yatır və hiss edir ki, bayırda şərait yaxşı deyil, «çölə çıxmaq təhlükəlidir».

Bahar fəslində işıqlı vaxtın müddəti get-gedə artır və qurdun beynindəki xüsusi sinir hüceyrələri harmon ifraz etməyə başlayır. Deməli barama qurdunu «oyadan» harmonun ifrazı üçün lazım gələn əsas şərt işıqlı vaxtın 8 saatdan çox olmasıdır. Təbiətlə canlı aləm arasında dövri hadisələrin xronoloji şəkildə baş verməsi də işıqla əlaqədardır.

Quşların köçməsi, heyvanların miqrasiyası, qış yuxusuna getmə və s. işıq amilinə gərəkdir. Səciyyəvidir ki, vəhşi heyvanların vaxtaşırı yun, tük tökməsi məhz temperatur ilə yox, işıq faktoru ilə əlaqədardır. Yaz-yay aylarında işıqlı vaxt çox olduğu üçün fauna və floranın maksimal inkişafı da bu vaxtlara təsadüf edir.

Canlı aləmə təsir göstərən amillərdən biri də Aydır. Heç də təsadüfi deyildir ki, bir çox xalqlar indinin özündə də Aya sitayiş edirlər. Uzun müddətli müşahidələrə görə, heyvanların çoxu, həmçinin insanlar da Ay bədrlənən zaman daha fəal, emosional olurlar. Sübut olunmuşdur ki,

112

meşələrdə yaşayan nəhəng siçovulların daha intensiv cütləşmə dövrü Ayın tam açıq fazasına təsadüf edir. Bundan başqa Ayın fazaları gecə həyat tərzinə alışan heyvanların davranış və həyati proseslərinə güclü təsir edir. Yer kürəsində Ayın canlı aləmə təsir göstərməsi ən çox dənizlərin qabarma hadisəsilə baş verir. Günəş, Ay və Yerin bir-birinə istiqaməti düz xətt təşkil edən zaman dəniz və okeanların qabarması maksimum hündürlüyə qalxır. Ucsuz- bucaqsız dəniz və okeanların dayaz yerlərində yaşayan saysız-hesabsız canlıların həyatı, biosferdə üzvi aləmin yaranması və dövri sistemdə fəal iştirakı qabarma ilə bağlıdır. İşıq faktoruna görə canlı aləm aşağıdakı üç qruplara bölünür: Bitkilər haliofıtlərə (işıqpərəst) və fakultativ haliofitlərə (kölgə və işığa dözənlər) qrupuna, heyvanlar isə gündüz, gecə və alaqaranlıq heyvanlar qrupuna ayrılırlar. Bütün bu proseslərin əksəriyyəti ətraf coğrafi mühitdə baş verir.

3.4. Bioloji müxtəlifliyin saxlanılmasının ekoloji əhəmiyyəti

Bioloji müxtəliflik yerüstü, dəniz və digər su ekosistemləri və onları təşkil edən ekoloji komplekslər daxil olmaqla bütün mühitlərdən olan canlı orqanizmlərin cəm müxtəlifliyi, növdaxili, növlər və ekosistemlər arası müxtəliflik deməkdir.

Biomüxtəlifliyi üç tipə ayırmaq olar: - Yaşayış mühitinin müxtəlifliyi (ekosistemlər və

landşaftlar). Növlərin müxtəlifliyi (heyvan, bitgi və bakteriya növləri).

Bütün genlər (genetik müxtəliflik). Yer üzərində bütün həyatın tərkib hissələri bir- birindən

asılı olan nəhəng bir sistemdir. Biomüxtəliflik anlayışı bütün genləri, heyvan və bitkilərin bütün

növlərini, ekosistemləri və landşaftları əhatə

113

edərək hər yerdə mövcud olan həyatın müxtəlifliyini əks etdirir. Ona meşələrin çay, bulaq, dəniz mühitlərinin, heyvan və bitgi aləmi, torpaqlar və müxtəlif iqlim zonaları, kənd təsərrüfatı bitkiləri, ev və vəhşi heyvanların növləri həmçinin mikroorqanizmlər daxildir.

Avropada biomüxtəlifliyin səviyyəsi eyni cinsli deyildir. Ekosistemlərin, eləcə də bioloji növlərin ən zəif səviyyəsi

Şimali Avropada müşahidə edilir. Biomüxtəlifliyin yüksək səviyyəli mərkəzləri Aralıq dənizi rayonunda (İspaniya, Fransa, İtaliya, Yunanıstan, Bolqarıstan, Ukrayna, Gürcüstan, Azərbaycan, Türkiyə, Ermənistan) yerləşir. Bu təkcə orada yaşayan çoxsaylı canlı orqanizm növləri ilə deyil, həmdə bu regionda 5000-dən çox endemik bitgi növlərinin, yəni yalnız bu ölkələrdə rast gəlinən növlərin mövcudluğu ilə təsdiq olunur. Eyni zamanda bu region mədəni bitgilərin mənşəyinin dünya mərkəzlərindən biridir.

Ekosistemin davamhğı onu təşkil edən elementlərin müxtəlifliyi ilə təyin olunur. Müxtəliflik təbiətin varlığının əsas qanunauyğunluğudur. Bizi əhatə edən mühit müxtəlifdir. Müxtəliflik tərəqqi, inkişaf və təkamül deməkdir. Müxtəliflik davamhqdır, həyatdır.

Yer üzərində müxtəliflik yox olarsa, bununla bərabər biz aşağıdakıları da itirə bilərik: 1) inkişaf qabiliyyətini; 2) davamhğı; 3) həyatı.

Beləliklə, müxtəliflik bizim planetimizdə bütün canlı aləmin mövcudluğunun həlledici amilidir.

Bioloji növmüxtəlifliyin qorunması hazırki dövrdə çox böyük əhəmiyyət kəsb edir. Lakin planetin ən vacib böyük hissəsi və iqtisadi cəhətdən bioloji növmüxtəlifliyi, onun ekosistemi göründüyü kimi sürətlə azalır. İohanesburqda 2002 (Cənubi Afrikada) və Rio de-Janeyroda (1992) tarazlı inkişaf barədə keçirilmiş dünya sammitlərində (1992) və BMT-nin bioloji növmüxtəlifliyi istiqamətində yaradılmış

114

Bioloji növmüxtəlifliyi konvensiyasının (BNK) vədləri yerinə yetirilmir və daima pozulur. Bu YUNEP-təşkilatmm 2007-ci ilin sonunda çap olunmuş «Global Enviran mental Outlook 4» məruzəsində qeyd olunmuşdur. Orada qeyd olunur ki, növlər 100 dəfədən də sürətlə ölürlər, nəinki qazıntıların qalıqlarının nəticələrinə görə. Bu insan fəaliyyətinin nəticəsidir. Qaldı ki, analiz olunmuş onurğalılar qrupuna, onların 30% ilanların, 23% südyeyənlərin və 12% - toyuqlar ölüm təhlükəsi qarşısında qalmışlar.

Hazırda yerin quru hissəsinin 12%-dən çoxu təbiətqoruyucLi zonalardır, məsələn Milli parklar şəklində. Lakin görülən tədbirlər - təbiətin bu cağrışma miqyas və sürətinə cavab vermir. Bu qlobal miqyasda tarazlı inkişaf ilə bağlı bir çox məsələlərə aiddir. 2008-ci il bioloji növmüx- təlifliklə davamlı davranılmasmda müsbət hal kimi qiymətləndirilir. 2007-ci ildə Almaniyanın Podstam şəhərində nazirlər səviyyəsində Beynəlxalq yığıncaq keçirilir. Yığıncağın nəticələrində qeyd olunur ki, bioloji növmüxtəlifliyin qorunması və sabit istifadəsi, ayrılmaz əsas kimi, ekosistemlər tərəfindən, təbii sərvətlərin dünya iqtisadiyyatına verilməsi kimi həyati vacib xidmətləri həlledici mövqe tutur.

Sabit təsərrüfatçıhğm qüvvətli faktorlarından biri iqlim dəyişilməsidir. Meşənin qırılması 20% parnik (istixana) qazlarının atılmasına səbəb olur. Çərçivə konvensiyası (BMT) tərəflərin axırıncı konvensiyasında (Braziliya-Bali şəh.) qeyd olunur ki, Braziliyada 50% Amazonka rayonunda qırılmanın sürəti azaldılmışdır. Bu qanunlara daha mükəmməl əməl olunması və bütün sutka ərzində süni peyklərdən aparılan müşahidə sahəsində baş verir. Meşələrin qırılması ilə əlaqədar atılmanın azalması iki rejimin əsas hissəsi 2002-ci ildən sonra iqlimin qorunması ilə əlaqədardır.

İqlimin dəyişkənliyi bioloji növmüxtəlifliyi və təbii resurslara iqtisadi əhəmiyyət verilməsi növlərin itməsinə

115

təsir edə bilər. Təhlükəli növlərin təhlükə altında qalması çoxlu faktlara əsaslanır. Bu heyvanların bütöv növünün təhlükə altıünda qalması insanlar tərəfindən təcrübədə işlədilən istifadə və istehsal prosesində daimi xarakter daşımır.

Bütün dünyada bioloji növmüxtəlifliyinin qorunmasının çətinliyi bir də onunla izah olunur ki, bu işə az maliyyə ayrılır. Bununla əlaqədar olaraq bütün dünyada iqlimlə bağlı dəyişikliklərə daha çox diqqət yetirilməlidir.

1992-ci ildə Rio-de-Janeyro şəhərində təqdim olunmuş «Biomüxtəlifliyin qorunması» Konsepsiyasını Azərbaycan Respublikası imzalandıqdan sonra bu konvensiyanın tələblərini həyata keçirmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 1995-ci ildən Azərbaycan «Pan-Avropa bioloji landşaft müxtəlifliyinin qorunması» strategiyasının daimi iştirakçısı olmuşdur. Respublikada bu strategiyanın ayrı-ayrı bölgələrinə dair, o cümlədən, xüsusi mühafizə olunan ərazilərin inkişafı, nadir və nəsli kəsilmək üzrə olan flora və fauna növlərinin qorunması, su-bataqlıq ərazilərinin bərpası, dağ ekosistemlərinin inkişafı istiqamətində fəaliyyət proqramı hazırlanmışdır. Azərbaycan Respublikası BMT-nin «Biomüxtəlifliyin qorunması» konvensiyasını 2000-ci ildə radifikasiya etmişdir. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 200 i-ci ildə bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə komissiyası yaradılmışdır. Hazırlanmış milli proqram və layihələr 2001- ci ildə Qlobal Ekoloji Fond və BMT İnkişaf proqramı dəstəyi ilə «Biomüxtəlifliyin qorunması» üzrə milli məruzə və fəaliyyət planında göstərilərək Azərbaycan höküməti tərəfindən qəbul olunub təsdiq edilmişdir.

Respublikamız 2001-ildə Avropa Şurasına qəbul olunmaq ərəfəsində təbii mühitin qorunması istiqamətində

116

fəaliyyətini gücləndirmək işini fəallaşdıraraq bir neçə beynəlxalq konvensiyalara da qoşulmuşdur.

Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə Avropa üzrə ən zəngin biomüxtəlifliyə malik olan ölkələrdən biridir. Azərbaycanda bir çox bitgi və heyvanat növləri endemikdir və bu ölkədən başqa dünyanın heç bir yerində mövcud deyil. Bu bioloji müxtəliflik bir çox təsirlər nəticəsində təhlükə altındadır.

Respublikamızda davamlı inkişafın təmin olunması baxımından bioloji müxtəlifliyin qorunması üçün aşatğıdakı strateji tədbirlərin həyata keçirilməsi məqsədə müvafiqdir:

Biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün ekoloji proseslərə, beynəlxalq konvensiyalara, digər ölkələrarası və regional müqavilələrə qoşulmaq;

- Bioloji müxtəlifliyin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və həyata keçirilməsi; Biomüxtəlifliyin vəziyyətinin monitorinqi üçün ölkələrin flora və faunasının Qırmızı və Yaşıl Kitablarının tərtibi və yeniləşdirilməsi;

- Xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qorunma statusuna malik olan bitki və heyvanlar aləminin bərpası üçün müvafiq şəraitin yaradılması; Nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genefondunun qorunmasının təmin edilməsi və onların xüsusi qorunan zooloji parklarda saxlanılması üçün yaradılması; Biomüxtəliflik üçün təhlükənin və bu təhlükə nəticəsində ilk növbədə təsir altına düşə bilən təbii bitgi və heyvan növlərinin proqnozlaşdırılması;

117

Biomüxtəlifliyin qorunması məqsədiilə yeni milli

parkların yaradılması.

3.5. Biosferin qlobal ekoloji böhranları I Planetimizdə həyatın ekoloji böhranlarını iki böyük

qrupa ayırmaq olar: təbii və antropogen ekoloji böhranlar. Təbii ekoloji böhranlar mövcud həyatın inkişafının yeni bir səviyyəsinə yüksəlməsilə nəticələnir. Amma antropogen böhranlarda belə olmur.

Biosferin ilk böhranı fotosintezə qədərki həyatın vəziyyəti hesab edilə bilər. O vaxt oksigen çatışmadığı üçün həyat geniş inkişaf edə bilmirdi. Xlorofili olan bitkilərin əmələ gəlməsi oksigen çatışmazlığını aradan qaldırdı. Canlı maddə çoxaldı, onların parçalanıb minerallaşdırılması böhranı əmələ gəldi. Viruslar zəif orqanizmləri məhv etməyə, həyatı sağlamlaşdırmağa başladı. Bakteriyalar üzvi birləşmələri parçalayıb, minerallaşdırmaqla onların yeni istehsalına (fotosintez) şərait yaratdılar. Bu işdə göbələklər daha böyük rol oynadılar. Göy-yaşıl yosunların atmosferdən azotu fiksə etməsi həyat üçün əhəmiyyətinə görə fotosintezdən heç də qeyri qalmadı.

Nüvəli canlılar əmələ gəldi. Biosferin müxtəlifliyi çoxaldı və yaşama imkanı gücləndi. Lakin onlar maddələrin bioloji dövriyyəsi baxımından nüvəsizlərdən asılı qaldılar. Nüvəsizlər ilə nüvələrin «dostluğu» bu çətinliyi də aradan qaldırdı.

Çoxhüceyrəlilərin əmələ gəlməsi bioloji müxtəlifliyi müqayisə edilməz səviyyədə çoxaltdı. Heyvanların məkana görə hərakəti maddələrin öz-özünə axınına qarşı (şaquli) daşınmasını təmin etdi. Mühitlər arasında və onların ayrı- ayrı tərkib hissələri arasında maddə dövriyyəsi və enerji çevrilməsi sürətləndi.

118

Onurğalı heyvanlar çox fəal olduqları üçün maddələrin bioloji dövriyyəsinə daha çox yararlı idilər. Biosferin təkamül prosesi bunları da yaratdı. Balıqlar 500 mln. ildir ki, gah şirin sulara, gah da dənizlərə can atmaqla yaşayırlar.

Təxminən 400 mln. il öncə düzənliklərdə və dağlarda eroziya başlandı, sular lilləndi, suda oksigen azaldı, heyvanların quruya çıxması və atmosfer oksigeni ilə tənəffüs etməsi problemi yarandı. Suda-quruda yaşayanlar əmələ gəldilər və su ilə quru arasında maddələr dövriyyəsində fəal iştirak etdilər. Geoloji baxımdan çox çəkmədi ki, dünyada quraqlıq gücləndi. Suda-quruda yaşayanlar üçün təbii böhran yarandı. Onların çoxu qırıldı, bəzi nəsillərdən isə sürünənlər əmələ gəldi və 140 mln. il dünyada hakim heyvan oldular.

Bir xeyli sonra hündür dağ sistemləri yarandı, iqlimdə kəskin dəyişikliklər əmələ gəldi, örtülü toxumlu bitkilər materikin dərinliyinə doğru geniş yayıldı, eyni vaxtda cücülərin güclü inkişaf dövrü başlandı. Bu vəziyyət sürünənlər qarşısında böyük böhran yaratdı. O vaxtın şəraiti üçün çox fəal, cəld hərəkətli, bədən temperaturu sabit olan heyvanlar olan məməlilər və quşlar inkişaf etdilər.

Yer planetində insanın əmələ gəlməsilə yeni və güclü faktor-antropik və antropogen faktorlar formalaşdı, ətraf mühiti tamam başqa xarakterli etdi və özünəməxsus ekoloji böhranlar yaratdı (Cədvəl 3.1).

Cədvəldə hazırkı dövrdə planetin canlılar yaşayan sferalarında elmin, texnikanın, sənayenin və kənd təsərrüfatının sürətlə inkişafının nəticəsində baş vermiş qlobal dəyişiklərin xülasəsi verilir.

Dünya əhalisini ərzaqla təmin edən əsas dağ və düzənliklərin torpaqlarının daha çox dəyişikliyə məruz qalması qabarıq göstərilir. Belə ki, hər yerdə torpağın və onun münbitliyinin tükənməsi, şum və otlaqların altında qalan torpaqların 40-60%-nin eroziyaya və defliyasiyaya

uğraması, suvarılan torpaqların isə 40%-ə qədərinin şorlaşmaya məruz qalması, torpaqda toksik biosidlərin və gübrələrin artığının toplanması, torpaqların qlobal çirkləndirilməsi kimi qlobal problemlərin yaranması göz qabağındadır.

Cədvəldə həmçinin atmosferin, saf suların, okean və buzlaqların, meşə və kol örtüyü, canlı orqanizmlər, planetin canlı maddələri, iqlimi və havasında gedən qlobal dəyişilmələr göstərilir.

Eramızın əvvəllərində dünya əhalisi 250 mln. nəfər olmuşdur. Onun iki dəfə artması üçün 1500 il lazım olub. 1920-ci illərdə 2 milyard, hazırda isə 6,5 milyarda yaxınlaşır.

Artan insanın texniki imkanlarının genişlənməsi onun gücünü artırır, təbiət üzərində «qələbəsini» çoxaldır. Lakin bu «qələbələrin» hər birində çoxlu uğursuzluq vardır. İnsanın təbii ətraf mühitə təsiri intensivləşib qlobal miqyas aldıqca ekoloji böhranlar da dünyəvi olur. Ekoloji partlayış qorxusu çoxalır. XX əsrin ortalarında atom bombası yaradıldı və eləcə də. Atom Elektrik Stansiyaları tikildi.

Aral dənizinin qurudulması mühüm ekoloji böhrana çevrildi. Bu dənizin dibindəki toksiki tozu külək qaldırıb min kilometrlərlə uzağa aparır.

Sənaye tullantıları çox böyük ekoloji böhran yaradır. Təbii sərvətlərin məhsula çevrilib istifadə ediləni 3-5% təşkil edir, qalanı tullantıya çevrilir. Potensial ekoloji təhlükə daha çoxdur. Ənənəvi təbii sərvətlərin tükənməsi, ozon qatının zəiflənməsi, planetin səthində istiliyin çoxalması, iqlimin dəyişməsi, oksigenin azalması, karbon qazının çoxalması və s. potensial ekoloji təhlükələr yaradır.

Radioaktiv sənaye tullantılarının basdırılması problem olaraq qalır. Ətraf mühitin kimyalaşdırılmasmm ekoloji təhlükəsi görünənə nisbətən daha çoxdur.

120

Cədvəl 3.1.

Biosferdə qlobal dəyişilmələrin xülasəsi

Biosferin

komponetləri

Dəyişilmənin istiqamətləri

Atmosfer

Yad aerozollarla, antropogen tozlarla, küllərlə, hislə, qazlarla (CO2, Co, CH4, H2O, SO2, N, 0) çirklənmə. Ozon ekranının dağılması ehtimalı, turşu çöküntüləri (H2SO4, NHO3), istixana effekti, rütubətrin artması və atmosfer çöküntülərinin qütblərə doğru aparılması. Oksigen çatışmaması təhlükəsi.

Saf sular

Saf qrunt suları tükənir; dərin qatlara keçirlər; çayların suyu şorlaşır, antropogen təsirlərlə çirklənir. Çöllərin və çayların saf yararlı suları çirklənmə, şorlaşma nəticəsində və aqrar sənaye və şəhərlərin tələbatı nəticəsində tükənir.

Okean və

Buzlaqlar

Arktikada, Antarktikada, yüksək dağlarda buzların əriməsi hesabına Dünya okeanının səviyyəsinin qalxması təhlükəsi yaratmışdır. Sahil zonalarının, körfəzlərin, çayların töküldüyü delta hissələrində çirklənməsi. Yosunların və manqr bitgilərinin məhv olması. Balıq ovunun və dəniz canlılarının kasıblaşması.

Meşə və kol

örtüyü

Quruda meşə və meşə-kol örtüyünün 40-50%-i itirilmişdi. Hər il tropik meşələrin sahəsi 11 mln. ha azalır, 31 mln. ha meşə atmosferdəki zəhərli maddələrlə (Şimal yarımkürəsində) zədələnmişdir. Dağ landşaftlanndakı meşələrin intensiv dağılması prosesi davam edir.

121

Düzənliyin

və dağ

çəmənliyinin

ot bitgiləri

Düzən və dağların ərazisindəki ot florasının 35-40% dağılmış və ya xeyli zəifləmişdir (10- 11% - şum), 30-35% otlaq sahələri (o cümlədən hərəkət edən qumlar). _____________________

Dağ və

düzənliklərin

torpaq örtüyü

Demək olar ki, hər yerdə torpağın və onun münbitliyinin tükənməsi davam edir. Yaşayış məntəqələri, yollar, anbarlar və s. altında 2 mln ha-ya qədər torpaq mənimsənilmiş; hər il şum və otlaqlar altındakı torpaqların 40-60% epoziyaya və deflyasiyaya uğrayır. Dünyanın suvarılan torpaqlarının 40%-ə qədəri şorlaşmaya məruz qalmışdır. Torpaqlarda hər yerdə bioenerji ehtiyatlarının azalması, həmçinin, torpaq faunasının və mikroorqanizmlərin ölməsi (torpağın sterilizə olunması) baş verir. Toksik biosidlər və kübrələrin artığının toplanması baş verir. Quruda torpağın duzlaşması (turşu yağışları, qurutma, sulfıdlərin oksidləşməsi) xeyli ərazidə baş verir.

Biosfer üçün qiymətli olan müxtəlif orqanizmlərin növləri (xüsusilə avtotroflar) itirilmişdir. Bir çox bitgi növləri, canlı, həşəratlar məhv olmuş, planetin fitobiokütləsi və zobiokütləsi azalmışdır. Hər il ən azı bir növ Canlı canlı itir. Meşələrin məhv edilməsilə əlaqədar

orqanizm- şumlama, quruda otlaqların sahəsinin artmasını lər; planetin 0,5-1 sırası ilə qiymətləndirmək olar. Bu halda

canlı dünya okeanında biokütlənin azalması nəzərə maddələri alınmır. Nəticədə qlobal fotosintez və oksigen

dövranı zəifləyir. Bu ölçüləri dəqiq qiymətləndirmək lazımdır. Biogeokimyəvi dövran O2, N, S, P, Ca, K pozulmuşdur. Ekosistemlərdə aktiv biogen enerji axını və ehtiyatları zəifləyir. ___________________

122

Planetin

iqlimi və

havası

Qütb zonalarında buz örtüyünün azalması ola bilər. Qurunun xeyli hissəsinin səhralaşması, yer səthinin 40%-ə qədərini əhatə etmişdir. Orta rəqəmlə hər il səhralaşan landşaftların sahəsi 5-7 mln. ha-ya çatır. Quraqlıqlar, sellər (subasma), qeyri-normal qış, fəlakətli qasırğalar çoxalmışdır. ____________________________

3.6. Torpaqların ekocoğrafiyası və onun mühafizə edilməsi

Torpaq örtüyü min illər ərzində mürəkkəb fiziki, kimyəvi, bioloji proseslərin qarşılıqlı təsiri nəticəsində formalaşaraq biosferin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Torpaqların əkinçilikdə tutduğu mövqe və insan həyatı üçün zəruriliyi əvəz olunmazdır. Genetik torpaqşünaslıq elminin banisi V.V.Dokuçayev qeyd etmişdir ki, çöl bitkiləri altında yaranmış rus qaratorpaqları daş kömürdən, neftdən və hətta qızıldan da bahadır və qiymətlidir. Ümumiyyətlə, torpaq örtüyü təbii landşaftın əsas komponentlərindən biri olmaqla, insanın həyat fəaliyyətində müstəsna rol oynayır. Torpaq məlum coğrafi amillərin qarşılıqlı əlaqəsi və təsiri nəticəsində yaranan münbitliyə malik olan və 1-1,5 metrdən artıq olmayan qatdır.

Məlum olduğu kimi planetdə qurunun 11%-ni buzlaqlar; 2,1% göllər, su anbarları və çaylar; 3,3%-ni çılpaq qayalar, subnival sahələr; 7,4%-ni suvarılmayan arid sahələr və sahil qumluqları, 27% meşələr, 19%-ni kolluqlar, otlaqlar və çəmənliklər, 2,0%-ni sənaye müəssisələri, yollar, şəhərlər altında qalan sahələr; 3%-ni antropogen bedlendlər (yəni insan tərəfindən yaradılan boş ərazilər), qalanını və s. torpaqlar təşkil edir.

Planetimizdə əkin sahələri 19 mln. km^ qədərdir.

123

Təmiz əkin sahəsi 14,6 mln. km^-dir. Eyni zamanda əkin sahələrinin 3,2 mln. km^-i suvarılan və qurudulan torpaqların payına düşür. İndiki əhali artımı və cəmiyyətin müasir tələbatı şəraitində bu heç də çox deyildir.

Dünya əhalisinin artması ilə adambaşına düşən torpağın təbii və antropogen yolla azalması nəticəsində gələcək nəsillərin çətinliklərlə üzləşəcəkləri barədəki proqnozlara indi sübhə edənlər az tapılar.

Rəqəmlərə görə demək olar ki, qurunun 10%-i əkin sahəsi, 20%-i otlaq, 30%-i meşələr və müxtəlif tipli yararsız sahələr 40% təşkil edir. Dünyanın torpaq resurslarından son min illikdə istifadə olunmasının əsas xarakterik cəhəti əhalinin və ərzağa olan tələbatın artımı ilə əlaqədar əkin sahəsinin artmasıdır.

XX əsrin ikinci yarısında əhali artımı ilə əlaqədar adambaşına düşən əkin sahəsi 1980-cı ildə 0,34 ha-dan, 1990-cı ildə isə 0,29 ha qədər azaldı. Əkin sahəsinin çoxalmaması, əhalinin isə artımı şəraitində bu göstərici sonrakı illərdə də azalmaqda davam edir.

Ərzağa olan tələbatın durmadan artması və dünya iqtisadiyyatının genişlənməkdə davam etməsi torpaq resurslarının istifadəsinin və onun vəziyyətinin strategiyasına ciddi təsir göstərir. Əgər istehsala yeni torpaq sahələri cəlb etməklə ərzağa olan tələbatı ödəmək mümkün deyilsə, onda yalnız başqa yol, yəni kənd təsərrüfatının səmərələşdirilməsi yolu ilə torpağın münbitliyinin artırılması lazımdır.

Hazırda torpaqların qorunması mühüm əhəmiyyət kəsb edir. Burada başlıca problemlərdən biri də odur ki, bir çox yerlərdə münbit torpaqlar qeyri - kənd təsərrüfatı ilə əlaqəsi olmayan sahələrdə istifadə edilir. Şəkil 11-də torpaq əmələ gətirən amillər verilir.

Torpaqların yayılmasında təbii zonalhğın xüsusiyyətlərini nəzərə almaq ekoloji cəhətdən mühüm əhəmiyyət kəsb edir.

124

Bir çox ölkələrdə torpaqların müəyyən hissəsi soyuq qurşaqda və ona j^axın rayonlarda yerləşir (tundra, meşə tundra, tayqa və s.)- Burada əsasən istiliyin çatışmamazlığı və relyefin əlverişli olmaması əkinçiliyin geniş inkişaf etməsinə mane olur.

Əksinə, bəzi ölkələrdə istiliyin həddən artıq olduğu səhra və yarımsəhra landşaftlarında rütubətin çatışmaması əkinçiliyin inkişafını ləngidir. Bu rayonlarda əkinçilik ancaq süni suvarmadan istifadə edilməklə inkişaf etdirilə bilər. Yüksək və sabit məhsul əldə etmək məqsədilə suvarmadan çox qədimdən istifadə olunur. Dünyada suvarılan torpaqların sahəsi son məlumatlara əsasən (Q.Məmmədov, M.Xəlilov) - 250 mln. hektara çatır.

Bu əkin sahələrinin yalnız 17%-ni təşkil etməsinə baxmayaraq əkinçiliyin bütün məhsulunun 1/3 -ni təmin edir. Qədim sivilizasiyanın əksəriyyəti suvarılan əkinçiliyə əsaslanmışdır. Lakin irriqasiya işləri XX əsrdə genişlənərək dünyada suvarılan torpaqların sahəsi 5-6 dəfə çoxalmışdır. XX əsrin əvvəllərində dünyada suvarılan torpaqların sahəsi 40 mln. ha-dan az idi. Suvarılan torpaqların intensiv artımı 1950-1960-cı illərdə baş verdi, sonralar isə azalmağa başladı.

Söz yox ki, suvarma işləri bəşəriyyət üçüi’ xeyirlidir, lakin o, hər şeydən öncə ekoloji problemlər yaradır. Təbii landşaftın aqroekosistemlərə çevrilməsi ərazinin vəziyyətini dəyişikliyə uğradır.

Suvarmanın ekoloji problemləri iqtisadiyyatın tam dəyərinin uçotunun aparılmasını tələb edir.

Hazırda qitələr üzrə torpaq sərvətlərindən kənd təsərrüfatında istifadə qeyri-bərabərdir. Məsələn, Braziliyada-1,2%-i, Kanadada-2,4%, Afrikada-9, Hindistanda-30,1, Çində-8,2, Avropada-31, Yava adasmda- 70%-i şumlanır.

İnsanların tələbatını ödəmək üçün yeni-yeni əkin torpaq sahələri axtarılır. Bu məqsədlə dünyanın hər yerində

meliorativ işlər görülür, meşələr qırılır, bataqlıqlar qurudulur və s. Maraqlıdır ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan vəsaitin üçdə iki hissəsi meliorasiyaya sərf edilir. Dünyanın ən iri dövlət birliyi olmuş və hazırki MDB -nin əkin üçün yaralı torpaq ehtiyatlarının 70%-i soyuq, quraqlıq iqlim şəraiti qurşaqlarmdadır. Su ehtiyatları kimi əkinçiliyə yararlı ərazilərin çoxu şimaldadır. Bununla belə, əhalinin tələbatını ödəmək üçün kənd təsərrüfatı məhsulları becərilən əkin sahələrinin üçdə iki hissəsi (500 milyon hektar) cənub regionlarında, su sarıdan kasad olan ərazilərdədir. Suvarılan ərazilər əkin sahələrinin cəmi 7%-ni təşkil edir. Buna baxmayaraq, kənd təsərrüfatı məhsullarının 30%-dən çoxunu məhz suvarılan torpaqlardan alırlar.

Azərbaycan torpaqlarının ekoloji səciyyəsi və

mühafizəsi. Azərbaycan Respublikasının ərazisi 8,6 mln. hektardır. Bunun 49,4%-i və ya 4,2 milyon ha-sı kənd təsərrüfatı üçün yararlı sayılır. Əlverişli iqlim şəraiti bu torpaq fondundan səmərəli istifadə üçün aqrar sənayeyə böyük imkanlar verir. Torpaqların uzun müddət monokultura altında saxlanılması həm eroziya prosesini gücləndirmiş, həm də kimyəvi pereparatların intensiv tətbiqi, torpağın fiziki, kimyəvi və bioloji xassələrini kökündən dəyişdirmişdir. Bundan başqa sistemsiz suvarılma aparıldığından, torpaq fondunun çox hissəsində duzlaşma-şorlaşma prosesləri güclənmişdir. Son məlumatlara görə əkin üçün yararlı torpaqların yarıdan çoxu məhz eroziya və şorlaşma proseslərinə məruz qalmışdır.

Sudan nisbətən kasad olan Azərbaycanda su israfçılığı üzündən xeyli əkinə yararlı torpaqlar dövriyyədən çıxarılır. Ümumi uzunluğu 45-50 min km-dən çox olan kanalların məcrası betonla üzlənmədiyinə görə, axan suyun ən azı 25-30%-i itirilir. Əslində su kanallar və arxlar boyu torpağa hopur, bütün irriqasiya, meleorasiya sistemləri əhatəsində

126

Şəkil 11. Torpaq əmələ gətirən amillər

127

yeraltı qrunt sularının səviyyəsinin qalxmasına təkan verir. Beləliklə, su və torpaq fondundan kortəbii istifadə nəticəsində, hazırda Azərbaycanda 500-600 min hektara qədər suvarma sahələrinə malik torpaq sahəsi yarasız haldadır.

Rəsmi məlumatlara əsasən Azərbaycanda 300 min hektar otlaq və biçənək sahələri vardır.

Son 25 ildə 85-90 min hektar torpaq sahəsi sənaye obyektləri, yol tikintisi, faydalı qazıntılar, zibilxanalar, inşaat materialları və s. altındadır. Respublikanın torpaq fondu müəyyən dərəcədə suvarma sistemlərində hidro- ekoloji məsələlərin kifayət dərəcədə nəzərə alınması olmuşdur. Məsələn, Kür-Araz çayları məcrasında yaradılan su hövzələrində bir sıra məsələlər nəzərə alınmamışdır. Təkcə Kürdə yaradılan su anbarları ilə əlaqədar yüz min hektarlarla torpaq, o cümlədən 30-40 min hektara yaxın tuqay meşəsi itirilmişdir, neft məhsulları ilə 30-33 min hektar torpaq çirklənmişdir. Meşələrin məhv edilməsi, Kür- Araz ovalığında təbii göllərin qurudulması müvafiq regionlarda havada, torpqda nəmliyin tənzim olunma qanunauyğunluğunu pozmuşdur. Məsələn, Kür çayının Azərbaycana aid sahələrində Tovuzdan - Yevlaxadək və Bərdəyə kimi 45 min ha tuqay meşəsi məhv edilmişdir.

Xalq təsərrüfatında torpaq əsas və ümumi istehsal vasitəsidir. Torpağın əhəmiyyəti əsasən onun münbitliyi ilə müəyyən olunur. Torpaqda aparılan aqrotexniki və meliorativ tədbirlər nəticəsində onun münbitliyini müntəzəm artırmaqla kənd təsərrüfatı bitkilərinin normal qidalanmasını təmin etmək mümkündür.

Torpaq bizim əsas və əvəzedilməz sərvətlərimizdir. Ondan nə dərəcədə səmərəli istifadə olunmasından cəmiyyətin taleyi və xalq təsərrüfatının gələcək inkişafı asılıdır. Torpaq bütün ictimai formasiyalarda insana qüdrət, ölkəyə bərəkət və cəmiyyətin inkişafına həlledici istiqamət vermişdir. İnsan təbiəti, ilk növbədə torpaq sərvətləri ilə

128

məhsuldar edir, lakin insan torpaqdan səmərəli istifadə etməklə təbiəti dəyişə bilir, səhralarda yaşıl zonalar yaradır və s. Başqa istehsal sahələrindən fərqli olaraq torpaqdan düzgün istifadə edildikdə torpaq məhsuldar olur, xassələri pisləşmir, əksinə tədricən yaxşılaşır və münbitləşir.

Torpaqdan düzgün istifadə edilmədikdə pisləşir məhsuldarlığını azaldır, nəticədə bəzən bütöv bir ərazi səmərəsiz səhralara çevrilə bilir. Deməli, torpaq gələcək insan nəslinin yaşaması üçün əvəzolunmaz maddi varlıqdır. Torpaqlardan səmərəli istifadə edilməsi xüsusi tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin tədbirlər torpağın təbii şəraitindən, relyef formalarından asılı olaraq müxtəlif olur. Sellərə, sürüşmələrə, uçqunlara, eroziyaya məruz qalmış, bataqlaşmış, şorlaşmış, sənaye və kənd təsərrüfatı tullantıları ilə çirklənmiş və s. torpaqların yaxşılaşdırılması xüsusi və bir çox yerdə kompleks tədbirlər tələb edir. Bəzi regionlarda olduğu kimi Azərbaycanda da qoruyucu meşələrin salınması, kollektor-drenaj şəbəkəsinin tikilməsi kimi işlər görülməli, torpaqlarda rekultivasiya və transfonnasiya aparılması tələb olunur.

3.7. Torpaqların səhralaşmasının qanunauyğunluqları və

antropogen təsirlərin nəticələri. Müasir səhralaşma

problemləri

Müasir dövrün ən kəskin qlobal problemlərindən biri fəlakətli quraqlıqların çoxalması və bunun nəticəsində ərzaq təsərrüfatında məhsuldarlığın kəskin azalmağa başlamasıdır.

B.Q.Rozanova görə (1984) səhralaşma-torpağın və bitkilərin deqradasiyası və onların bioloji məhsuldarlığının azalması prosesidir. Səhralaşmaekstremal hallarda biosferin potensialının tam məhv olmasına və ərazinin səhraya çevrilməsinə səbəb olur. Son onilliklərdə səhralaşma prosesinə və onun yaratdığı problemlərə maraq

129

əhəmiyyətli dərəcədə artmışdır. Səhralaşma əslində təbii yolla gedən prosesdir, insanın təsiri olmadan təbiətdə səhralaşmanm getməsi təbii-tarixi prosesin nəticəsidir. Bununla yanaşı insanların təbiətə geniş miqyaslı təsirləri nəticəsində səhralaşma sürətlənir.

Səhralaşma dedikdə daha geniş mənada yerin bioloji potensialının azalması və ya məhvedilməsi, antropogen fəaliyyət və iqlim dəyişməsi nəticəsində yer üstü ekosistemlərin tükənməsi nəzərdə tutulur. BMT ekspertləri səhralaşma proseslərini və onun yayılmasını ekoloji situasiyanın pisləşməsi kimi qiymətləndirir, qeyd edirlər ki, bu proses nəticəsində quraq, yarımquraq ərazilərin məhsuldarlığı səhra səviyyəsinə kimi enir. Bu proses əsasən tədriclə gedir. Aridləşmə prosesi səhralaşmanm ilkin mərhələlərindən biridir.

Torpaqların aridləşməyə məruz qalması dedikdə- mürəkkəb və müxtəlif kompleks proses olub, geniş ərazilərin rütubətləşməsini azaldan və bununla əlaqədar «torpaq-bitki» ekoloji sistemlərinin bioloji məhsuldarlığının azalması başa düşülür. Aridləşmənin əmələ gəlməsi yemin, suyun, yanacaq problemlərini kəskinləşdirir və ekosistemdə dərin dəyişiklik yaradır. Səhraların ətrafında olan əkinlər təzyiqə davam gətirmir və səhrahqlarm ərazisinə qatılır ki, bu da hər il min hektarlarla əkinə yararlı torpaqlar itirilir.

Səhralaşma eyni zamanda sosial-iqtisadi və təbii proses olmaqla təqribən 3,2 mlrd, hektar torpaq sahəsini təhlükə altında saxlamaqla, 700 mln-dan çox insanın yaşadığı əraziləri əhatə edir. Daha təhlükəli vəziyyət Afrikanın Sahel zonasında (Seneqal, Nigeriya, Burkino Foso, Mali və b.) keçici bioiqlim zonasında (təqribən 400 km-ə qədər enində), şimalda Saxara və cənubda Savannalar arasında yaranmışdır.

Saheldə kritik vəziyyətin yaranması əsasən iki amilin təsirilə baş verir: 1) sürətlə artan əhalini ərzaq məhsulları ilə təmin etmək məqsədilə insanın təbii ekosistemlərə təsirinin

130

artması ilə və 2) meteoroloji dəyişiklilklərin (uzun müddətli quraqlıq) olması ilə. Mal-qaranın ardıcıl otarılması otlaqlarda artıq təzyiqin olmasına, onsuz da seyrək olan bitki örtüyünün məhv olmasına səbəb olur. Səhralaşmaya həm də ot örtüyünün kütləvi yandırılması, xüsusilə yağış dövründən səhra, intensiv şumlanma, qrunt suyunun səviyyəsinin aşağı düşməsi və s. şərait yaradır. Məhv edilmiş bitki örtüyü və torpağın çox xırdalanması torpağın üst qatının intensiv sovrulmasma (deflyasiya) şərait yaradır.

Yer kürəsi əhalisinin sürətlə artması «insan-torpaq» problemlərinə daha çox əhəmiyyət verməyi və qida məhsullarının istehsalının durmadan artırılmasını tələb edir. Bunun isə əsasını kənd təsərrüfatı əkinləri tutur, ən əsası isə istifadə olunan, şumlanan torpaqlardır.

BMT mütəxəsisslərinin qiymətləndirməsinə əsasən səhralaşma gələcəkdə bir mlrd, nəfərdən çox insanı və kənd təsərrüfatı üçün mənimsənilən torpaqların üçdə birini əhatə edə bilər. Xüsusilə də Şimali Afrika, Orta Asiya, Cənub- Şərqi Asiya, Avstraliyanın, Şimali və Cənubi Amerikanın bəzi hissələrini, həmçinin Avropanın Cənubi kimi regionlara daha çox aiddir.

Səhralaşmanm nəticələri ekoloji və iqtisadi cəhətdən xeyli hiss edilən olmaqla və demək olar ki, həmişə mənfi nəticələr verir.

İqlimşünaslar təsdiq edirlər ki, yer kürəsinin tropik zonası genişlənir. Belə bir fikir süni peyklərdən tədqiqatlar nəticəsində alınmış məlumatlara əsas verir. Atmosferin aşağı qatlarında temperaturun ölçülməsi 1979-cu ildən 2005 ilin sonlarına qədər aparılmışdır (New Scientist məlumat verir). Səhralaşmaya səbəb olan amillər bunlardır: təbii amillər və antropogen amillər. Səhralaşmanm baş verməsinə səbəb olan amillərə: iqlim, hidroloji, litoedafik, biotik amillərdir ki, bunlar da ekosistemlərin və təbii fəlakətlərin dinamikası ilə əlaqədardır.

Səhralaşmaya şərait yaradan antropogen amillər isə

131

insanın müxtəlif təsərrüfat fəaliyyəti ilə olur. Əsas amillərə: mal-qaranın otarılması, əkinçilik, yerin təkinin istifadəsi, su anbarlarının tikilməsi, xətti tikintilər, çay axarlarının tənzimlənməsi və s. aiddir.

Suvarma əkinçiliyində irriqasiya sistemlərinin nasazlığı, aqrotexnikanm aşağı olması, kənd təsərrüfat bitkilərinin düzgün seçilməməsi, suyun çalışmaması, kübrələrin norma ilə verilməməsi, pestisidlər və s. hadisələr səhralaşmaya səbəb ola bilər.

BMT-nin məlumatına görə hər il bu proses nəticəsində 50-70 min km^ münbit məhsuldar torpaq yararsız hala düşərək kənd təsərrüfatı dövriyyəsindən çıxır və istifadəsiz qalır. Səhralaşmanm səbəbləri və əsas amilləri müxtəlifdir (Şəkil 12).

Adətən, səhralaşma bir neçə amilin birgə fəaliyyəti ilə baş verərək ekoloji durumu xeyli pisləşdirir. Səhralaşmaya məruz qalmış ərazilərdə torpağın fiziki xassələri pisləşir, bitki örtüyü məhv olur, qrunt suları şorlaşır, bioloji məhsuldarlıq kəskin azalır və bununla da ekosistemin bərpa imkanları azalır. Bu proses əsasən arid rayonlarda təbii, əksərən də antropogen amillərin (meşələrin məhvi, otlaqların bacarıqsız istifadəsi, torpaqları suvararkən su ehtiyatlarından səmərəsiz istifadə və b.) təsirilə baş verir.

Torpağın aridləşməsi birgə proseslərin, yəni geniş ərazilərin rütubətlənməsinin azalması və bunun nəticəsində «torpaq-bitki» ekoloji sistemlərin bioloji məhsuldarlığının azalması kimi mürəkkəb və müxtəlif proseslərdir.

Yerin tarixində susuz səhraların ərazisinin sürətlə azalması dövrləri olmuşdur. Həmçinin quraqlıq arid ərazilərin genişləndiyi dövrlər də olmuşdur. Üçüncü dövrün sonundan Yer üzərində buzlaşma ilə növbələşərək, mütəmadi olaraq iqlim zonalhğı seçilirdi və buzlaşmanın

xeyli azalmasından, sonrakı 10-20 min illikdə arid zonalar

132

və geniş səhralar formalaşmışlar. Son 50-60 ildə bəşəriyyət və xüsusən mütəxəssislər

problemin ekoloji krizisə çevrilməsi və ərzaq təhlükəsizliyi yaratmasını başa düşdülər.

Azərbaycanda bu problemlər dəfələrlə akad.H.Ə.Əliyev tərəfindən qaldırılmış, həyəcan təbili çalmış mütəxəssislər və ictimaiyyət tərəfindən qəbul olunmuşdur. Avrasiyada, o cümlədən Azərbaycanda səhralaşma aqroekoloji balansın pozulmasında bioloji müxtəlifliyin itirilməsində, torpaqların deqradasiyasında, dağlıq ərazilərdə ekosistemlərin şiddətli eroziyasında özünü göstərir.

1994-cü il 17 iyun tarixində Parisdə səhralaşmaya qarşı mübarizə konvensiyası qəbul olunmuş və 1996-cı ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konvensiyanı 1998-ci ildə imzalamış və Respublika Prezidentinin 24 aprel 1998-ci il tarixli fərmanı ilə qüvvəyə minmişdir.

Hal-hazırda dünyada ümumi suvarılan torpaqlar 148 milyon hektardan bir qədər artıqdır ki, bunun da 43 milyon hektarı və ya 30 %-ə qədəri müxtəlif növ deyradasiyaya uğramışdır. Bu torpaqlarda əsasən, şorlaşma, bataqlaşma və eroziya nəticəsində deqradasiya prosesi baş vermişdir.

Azərbaycan Respublikası ərazisinin bioiqlim göstəricilərindən aydın olur ki, ölkədə səhralaşma- torpaqlann deqradasiyasının inkişaf potensialı böyükdür.

Ölkəmizdə torpaq deqradasiyası bir çox iqtisadi bioloji, siyasi problemlər yaradır. İlkin hesablamalara görə torpaq ehtiyatlarının 80 % (7 mln.ha) bu və ya digər dərəcədə təbii və antropogen deqradasiyaya məruz qalmışdır. Burada 3,6 milyon hektar torpaq eroziyası yuyulma və deflyasiyaya, 2,4 milyon hektar kimyəvi amillərdən-şorlaşma, çirklənmə, qida maddələri çatışmamazhğı, 600 min hektar fiziki və 400 min hektar isə bioloji deqradasiyaya məruz qalmışdır.

133

Şəkil 12. Səhralaşmamn əsas amilləri və səbəbləri.

134

Hazırda şimal və cənub yarımkürələrində arid zonalar Yer kürəsini ekvatorun hər iki tərəfində, rütubətli-tropik meşələr zonasını əhatə edir. Yer kürəsində arid zonaların sərhədləri və eni dəyişkəndir, əyri-üyrüdür, amma ümumiyyətlə 50‘’-20^-li şimal və cənub enliklərinin çərçivəsindən kənara çıxmayaraq Afrikada, cənubi Amerikada, cənubi Hindistanda və Avstraliyanın şimalında ekvatora yaxınlaşır.

Müasir xəritə materiallarına əsasən mütləq səhralar qurunun 8-10%-ni təşkil edirlər. Bu və ya digər dərəcədə səhralaşmaya məruz qalmış ümumi ərazi isə (mütləq səhralarla birlikdə) materiklərin 36-40%-ni təşkil edir.

YUNEP təşkilatının qiymətləndirilməsinə əsasən hər il Yer üzərində suvarılan torpaqların səhralaşma nəticəsində 6 mln. ha-sı itirilir. Ümumilikdə bu prosesdən 40 mln. ha suvarılan sahələr zərər çəkir.

Asiyada daha çox səhralaşmış sahələr ümumi sahədən 19%-ə yaxın. Afrikada 23%, Avstraliyada 45% və cənubi Amerikada 10%-ə yaxın ərazini tutur. Afrika kontinenti xüsusilə çətin vəziyyətdədir.

Məsələn, Mavritaniyada sürətlənən quraqlıqdan 250 min. km^ ərazi qüvvətli səhralaşma təhlükəsi altındadır.

Saxara səhrası cənuba doğru 6 km/il sürətlə irəliləyir və bununla əlaqədar 200 min ha kənd təsərrüfatına yararlı torpaqlardan cəmi 50 min ha qalmışdır. Malidə ölkə ərazisinin 30%-i səhralaşma təhlükəsi altındadır. 70-75 ölkədə quraqlaşma prosesləri davam edir. Səhra və səhra- çöl ərazilərinin 50%-ni hərəkət edən djun və barxanlardan ibarət qumlu səhrahq təşkil edir.

Cədvəl 3-də Yer kürəsində deqradasiyaya uğramış torpaqların (T.Maykonun, 1992-ci il məlumatlarına əsasən) sahələri verilir. Deqradasiyaya uğramış torpaq sahələri milyon hektarla, həmçinin quraq torpaqların cəminə görə %-lə verilir. Cədvəldən göründüyü kimi deqradasiyaya uğramış suvarılan torpaqların 43 mln.ha olması, dəmyə

135

torpaqlarının isə 216 mln. ha olması göstərilir. Şəkil 13-də torpağın deqradasiya prosesi və onun

səbəbləri verilir. Şəkildən göründüyü kimi ən çox su eroziyası baş verir, dağlarda isə heyvandarlıq otlaqları deqradasiyaya uğramış olur.

Cədvəl 3.1. Yer kürəsində deqradasiyaya məruz qalmış torpaq sahələri (Səhralaşma konvensiyasının məlumatı. T.Maykonon, 1992)

№ Torpaq sahələri Milyon

hektarla

Quraq torpaqların

cəminə görə

(%-lə)

1 Deqradasiya olan suvarılan

torpaqlar 43 0,8

2 Deqradasiya olan dəmyə torpaqlar

216 4,1

3 Deqradasiya olmuş otlaqlar,

torpaq sahələri 757 14,6

4 İnsanların təsərrüfat fəaliyyəti ilə deqredasiya olmuş torpaqlar 1016 19,5

5 Bitki örtüyü deqradasiya olmuş

otlaqlar 256 50,0

6 Tam deqradasiya olmuş quraq

torpaqlar 3592 69,5

7 Deqradasiya olmamış torpaqlar

1580 30,5

8 Ekstra quraq torpaqlar 5172 100,0

136

Aridləşmə və səhralaşma problemlərinin kəskinləşməsinə səbəb həm də 30-40 yoxsul və ekoloji cəhətdən zəif inkişaf etmiş ölkələrin səhra, quru savanna, quraq çöl və yarım çöl ərazilərdə yerləşməsidir. Səhraların problemləri və bu ərazilərin torpaqlarının müqəddəratı daim alimlərin diqqət mərkəzində olmuşdur.

1950-1960-cı illərdə YUNESKO-tərəfmdən ilk qlobal, ümumiləşdirilmiş tədqiqatlar aparılmışdır.

Səhralaşma problemləri, hərəkət edən qumlar və onunla mübarizə yolları barədə, səhra torpaqlarında şorlaşma ilə mübarizə, səhra və çöl landşaftlarının meliorasiyası və s. problemlərlə əlaqədar keçmiş SSRİ EA institutları, KTEA-si, Türkmənistan, Qazaxstan, Özbəkistan, Tacikistan EA-larmda böyük işlər aparılmışdır. Dünyanın quru səhra və çölləri kəskin su çatışmazlığı, buxarlanma, su balansı və intensiv quru qalıq və ya müasir aktiv şorlaşma ilə səciyyələnirlər. Ona görə də Yer üzərində yaranan və uzun müddət fəaliyyətini davam etdirən (mövcud olan) səhralar çöküntü süxurlarında intensiv olaraq xeyli duz toplanması ilə müşahidə olunur.

14-cü şəkildə Aral gölünə axan Amu-Dərya və Sır- Dərya çaylarının sovet dövründə qarşısının pambığın suvarılması üçün tam kəsilməsi nəticəsində, gölün səviyyəsinin aşağı düşməsi və xeyli dəniz sahili əraziləri səhraya çevrilməsini göstərən sahə verilir. Gölə suyun çatmaması nəticəsində cənubda dəniz sahildən 50-55 km, şimalda isə Aralski şəhəri quruma nəticəsində su sahilindən 87 km məsafə uzaqlaşmışdır.

M.İ.Budıko, Çernı, Pali və b. tədqiqatçıların fikrincə səhralaşmaya əsas səbəb rütubətli illəri əhatə edən dövrlərdə ot yeyən heyvanların sayının artırılması, əkin sahələrinin xeyli genişləndirilməsi və başqa ərazilərdən gələn quru küləklərdir.

Sonradan gələn rütubətli illərdə tarazlıq düzəlmir və həddindən artıq otarmalar torpaqların pozulmasına gətirib

Şəkil 14, Aral gölünün qurumuş əraziləri

139

çıxarır və quraqlaşmanı artırır. V.A.Kovdanın (1960) və Petrovun (1973) fikirlərini

ümumiləşdirərək prosesdə aşağıdakı təbii dəyişikliklərin baş verdiyini bildiririk:

1. Bütün ərazilərdə buzlaşmanm azalması; Səthi yumanın üstünlük təşkil etməsi və defliyasıya prosesinin fəallaşrnası; Çay sularının və digər axarların təbii rejiminin pozulması;

Qapalı su hövzələri (göllər) sahələrinin azalması və onların şoranlaşması; Bitki örtüyünün seyrəkləşməsi və bəzi ərazi-

landşaftlarında onun tam məhv olması; Flora və faunada yeni növ əmələgəlmənin və nəsi

vermənin zəifləməsi; Torpaqların sürətlə şoranlaşması, hidromorf torpaqlarda karbonathğm, gipsin miqdarının artması; Qrunt sularının səviyyəsinin sürətlə aşağı düşməsi; Çayların və yarğanların drenləşmə rolunun artması;

10. Daimi donuşluq zonaları (xüsusilə dağlarda) sərhədlərinin dəyişilməsi, bununla əlaqədar çayların suyunun azalması və s.

Səhralaşmanm nəticələri ekoloji və iqtisadi cəhətdən çox təsirlidir və demək olar ki, həmişə mənfi xarakter daşıyır. O, inkişafa böyük maneədir və buna görə də 1995-ci ildə BMT səhralaşma və quraqlıqla əlaqədar Ümumdünya günü elan etmişdir və sonradan 2006-cı ili beynəlxalq səhra və səhralaşma ili elan etmişlər. 1990-cı ildən səhranın öldürücü nəfəsi 6 mln. hektara yaxın məhsuldar qatı dağıtmışdır. Səhralaşma ilə əlaqədar maddi ziyan hər ıl 42 mlrd, dollar təşkil edir. Torpağın məhsuldar qatı əsrlərlə formalaşır, bir neçə ilə dağıla bilər. Səhralaşmanm səbəbləri - planetin iqliminin dəyişilməsi, xüsusilə də qlobal istiləşmə.

2.

3.

4.

5.

7.

8.

9.

140

həmçinin insanların ətraf mühitə təsir fəaliyyəti hesab olunur. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə səhralaşmaya

əsas səbəblərdən biri su resurslarının çox və səmərəsiz istifadə olunması hesab olunur. Böyük sürətlə əhali üçün, əkinçilik və sənaye üçün içməli sular çıxarılması və istifadə olunması nəticəsində yeraltı sular yerin dərin qatlarına yayılmışdır. Əvəzində böyük ərazilər qumlar, barxan və dyunlar əkinlərə, yol və yaşayış məntəqələrinə doğru irəliləmişlər. Quraqlığın artması nəticəsində onların sonu neqativ olub. Quraqlıqlar dünyada sosial partlayış yaradır, aclıq və doymamağı kəskinləşdirmişdir. Uzunmüddətli dəhşətli quraqlıqlar Afrikada Həbəşistanda, Sudandan Sahelə və Seneqala qədər sahəni əhatə edir. Elə buna görə də yuxarıda qeyd olunduğu kimi son onilliklərdə səhralaşma problemləri Birləşmiş Millətlər Təşkilatının Ümumdünya probleminə çevrilmişdir.

3.8. BITKI ORTUYUNUN, MEŞƏLƏRIN VƏ

HEYVANAT ALƏMİNİN EKOLOJİ

XÜSUSİYYƏTLƏRİ.

3.8.1. Bitki aləminin əhəmiyyəti, onların yerli və

qlobal probemləri.

Təbiətdə üzvi aləmin varlığı bitkinin varlığı və həyat fəaliyyəti ilə bağlıdır. Bitki üzvi aləmin yaşaması üçün əsas vasitədir.

Yer kürəsinin elə bir sahəsi yoxdur ki, orada bitki olmasın. Hətta yerin quru sahəsinin 1/3 hissəsindən artığını təşkil edən böyük səhralara belə ali bitkilər çox az görünsə də orada çoxlu miqdarda şibyələrə və bakteriyalara rast gəlinir. Qurunun xeyli hissəsini yaşıl meşələr örtür. Böyük çəmənliklər və mədəni halda yetişdirilən kənd təsərıdifat

14]

bitkiləri düzən və səhraları yaşıllaşdırır. Bitki nəinki yer üzərini örtmüşdür, hətta okeanların və dənizlərin xeyli dərinliklərində belə vardır. Axar su yataqları da zəngin bitki örtüyünə malikdir, hətta Arktika və Antarktidanı, başı qarlı yüksək dağları belə bitkisiz hesab etmək olmaz. Bitkiləri təbiətindəki fəaliyyətlərinə görə iki böyük qrupa bölmək olar: 1) yaşıl bitkilər, 2) yaşıl olmayan bitkilər. Təbiətdə olan bitkilər çox az bir hissədən başqa əsas etibarilə yaşıl bitkilərdir. Bitkilər insanın həyatı üçün lazım olan və bundan ötrü sənayedə işlənəcək müxtəlif xammal mənbəyidir.

Bitki aləmi yerin üst qatının dəyişməsində və torpağın əmələ gəlməsində çox böyük rol oynayır. Torpaq əmələgəlmə prosesində fiziki və kimyəvi aşınmalarla yanaşı bitki örtüyünün də böyük əhəmiyyəti vardır. Ali bitkilər torpağa öz kökləri vasitəsilə, ibtidai bitkilər xüsusi bakteriyalar, göbələklər və şibyələr bütün həyat fəaliyyətləri ilə təsir edirlər. Elə ona görə də bitki örtüyündən asılı olaraq yer üzərində müxtəlif tipli torpaqlar yaranmışdır.

Bitkilər yaşayış tərzi ilə müəyyən ekoloji şəraitə uyğunlaşaraq xarici görünüşü və həyat prosesləri ilə də bir- birindən fərqlənirlər.

Bitki örtüyü biosferin üzvi maddə yaratmaq qabiliyyəti olan yeganə komponenti sayılır, yəni yer kürəsində məskunlaşan bütün canlıların, o cümlədən insanın həyatına yardımçı olan faktiki başlıca mənbədir. Məlumdur ki, bitkilərin əksəriyyəti antibiotik xassəsi daşıyan fitonsid adlı bioloji aktiv maddələrə malikdir. Bu maddələr havadakı bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır.

Ağaclar ən çox fitonsid xassələri daşıyır. Müəyyən edilmişdir ki, şam, ardıc, qovaq, cökə, tozağacı meşələri, xəstəlik törədən virusları, mikrobları, aloe, sarımsaq, soğan və istiotlardan da tez məhv edir. Fitonsid buraxan 40-a qədər ağac və kol növü müəyyən edilmişdir.

142

Dövrümüzün nəhəng sənayesinin enerji mənbəyi yalnız bitkilər tərəfindən milyon illər bundan qabaq günəş enerjisinin təsiri ilə toplanmışdır. Bu enerji mənbəyi yerin dərin qatlarında qədim geoloji dövrlərdən bəri yatır. İndi təsərrüfat və sənayedə geniş işlədilən neft, daş kömür (antrosit), yanar şist və torfun verdiyi istilik enerjisi bitkilərin qədim dövrlərdə günəşdən topladıqları və gizli halda saxladıqları günəş enerjisidir.

Bitkilər insanları nəinki tənəffüs üçün lazım olan oksigenlə, eyni zamanda çox müxtəlif qida məhsulları ilə təmin edirlər. Bitkilərin insan üçün verdiyi məhsulları istifadə olunma xarakterinə görə 3 əsas qrupa bölmək olar:

1. Bilavasitə insan üçün qida məhsulu verənlər. 2. İnsanların müəyyən heyvanı məhsulla təmin

olunmasında iştirak edən yem bitkilər. 3. İnsanlar üçün texniki əhəmiyyətə malik olanlar.

Birinci qrupa aid olan bitkilər insanı əsas qida məhsulları olan nişasta, şəkər, zülal, bitki yağı, vitamin və sair ilə təmin edirlər. Bu qrupa aşağıdakı bitkiləri aid etmək olar. Taxıl bitkilərindən: buğda, çəltik, qarğıdalı, arpa, vələmir, darı, qarabaşaq və s.; paxlalılardan noxud, soya, lobya və s.

İkinci qrupa insanları ət, süd məhsulu və sənayeni bəzi xammallar (dəri, yun və i.ajilə, heyvanları yem ilə təmin edən bitkilər daxildir. Bu qrupa kənd təsərrüfatı bitkilərindən vələmir, qarğıdalı, arpa, kartof, üçyarpaq, külül (çölnoxudu), yonca, pişikquyruğu otu və s., bəzi mədəni bitkilərin faydalı tullantıları, jmıx, silos və başqa yemlər verən tullantılarını, eyni zamanda çəmənlərin yabanı otlarını aid etmək olar.

Üçüncü qrupa insanın qalan bütün tələblərini ödəmək üçün sənayeyə, tikintiyə və i.a. müxtəlif xammal verən bitkiləri, insanların sağlamlığını qorumaq üçün dərman bitkiləri və s. daxil etmək lazımdır.

Demək olar ki, təbiətdə gedən həyat proseslərinin

143

hamısı, xüsusən təbiətin ən gözəl neməti olan insanların həyatı bilavasitə bitkilərin həyat fəaliyyətini dərindən öyrənir, bitkilərdən öz mənafeyi üçün hər cür istifadə etməyə çalışırlar.

Ekoloji problemlər özlərinin xüsusiyyətlərinə görə xüsusi problemlərdir. Onlar insanın fəaliyyəti onun marac|ları, ehtiyacları ilə bağlıdır. Ona görə də ekoloji problemlərin həll edilməsi, onların əmələ gəlmə dairəsində sosial sistemlərin həll olunmasından asılıdır.

Meşə-bitki örtüyünün çox növlü bitkilərindən ibarət əsas tipidir. Onların içərisində əsas rol ağac və kollara, ikinci dərəcəli rol isə otlara, şibyə və mamırlara məxsusdur. Meşələrin əsas xüsusiyyəti ondadırki, onu təşkil edən bitkilər bir yerdə bitərək, bir-birinə təsir edir və inkişaf etdikləri mühitlə qarşılıqlı əlaqədə olurlar. Meşə ətraf mühitə, mikroiqlimə təsir edir, torpağın hava və su rejimini faunanı nizamlayır. Üzvi kütlənin yaranmasında meşənin rolu böyükdür. Meşə bitkiləri şəhərlərdə hava hövzəsini toz, zəhərli qaz, tüstü, his və səsdən təmizləməklə müstəsna rol oynayır.İynə yarpaqlı bitkilər özündən-fitonsidlər adlanan maddələr buraxır ki, onlar insan və bitkilərdə xəstləik əmələ gətirici mikrobları məhv edirlər. Havada olan toz hissəcikləri günəş şüalarının təsirini azaldır və ultrabənövşəyi şüaları udur.

Maddələr və enerjinin bioloji dövranı üçün bitki aləminin zənginliyi vacibdir. Heyvanlar bitki örtüyü ilə qarşılıqlı əlaqədə olaraq torpağın və landşaftın formalaşmasında iştirak edirlər. Mərcan rifləri və qunduz landşaftı tamamilə canlılardan təşkil olunmuşdur. Bir çox heyvanlar ilk baxışda zərərli və lazımsız görünsə də, onların biosenozların tərkib hissəsi kimi normal həyatı zəruridir. Sivilizasiya inkişaf etdikcə onun təbiətə təsiri artır. Getdikcə yer üzərində daha çox ərazilər - şəhərlər, qəsəbələr, yollar, kənd təsərrüfatı əraziləri altında qalaraq, heyvanların təbii şəraitdə yaşama ərazilərini azaldır. Nəticədə canlı

144

orqanizmlərin sayı kəskin azalır və hətta bir çox canlı növlər məhv olur. Əgər ekoloji tarazlığı pozan bu proses bu miqyasda davam edərsə, son mərhələdə bu insanın öz əksinə çevrilə bilər.

Təbiəti və təbii resursları mühafizə üzrə Beynəlxalq ittifaqın məlumatlarına görə hər il heyvanat aləminin orta hesabla bir növ və yarım növü yox olur. Onların böyük əksəriyyəti insanın təsərrüfat fəaliyyətinin qurbanı olur. Quşların məhv olmasının səbəblərindən biri onların qanadlarının neft və mazutla bulaşmasıdır ki, bununla da onlar qanadlara hoparaq onların strukturunu dəyişir, üzmək və istilik mübadiləsi xassələrini pisləşdirir. Neftlə bulaşma dəniz eanhlarma - balina, delfmlər, su itlərinə də böyük zərər vurur. Onlar hava udmaq üçün tez-tez suyun üzünə çıxırlar. Suitilər neftlə çirklənmiş ərazidə üzə çıxdıqda onların dərisi neftlə çirklənir, istilik mühafizə xassəsini itirir ki, bu da bədənin soyumasına və ya zəhərlənməsinə səbəb olur. Yaxın onilliklərdə növlərin məhv olmasının bu yolla çirklənmədən daha çox baş verəcəyi güman olunur.

Genofondu saxlamaq - ətraf mühitin bütün heyvanat və bitki aləmini saxlamaq deməkdir. Bəşəriyyət həmişə buna can atmış və bu məqsəd müəyyən əfsanələrdə də əks olunmuşdur.

Hazırda gen mühəndisliyinə böyük ümid edilir. Alimlər müəyyən genləri almağı artıq öyrənmişlər, indi bu sahədə tədqiqatı genişləndirmək lazım gəlir. Hazırda gen mühəndisliyi sürətlə inkişaf edir və çox güman ki, nə vaxtsa bioloqlar məhv olmuş növlərin DHT-lərini hazırda yaşayan ona yaxın orqanizmin yumurtalığına yerləşdirməklə bərpasına nail olaeaqlar.

Planetimizin canlı aləmi biosferin aktiv amillərindən biridir. Yer üzərində 1-1,5 milyon növ heyvanat yaşayır ki, bu da bitki növlərindən 3 dəfə çoxdur. Heyvanlar landşaft qabığının normal fəaliyyəti üçün vacibdir.

145

Heyvanlar aləminin təbiətin maddələr və enerji dövriyyəsində özünəməxsus yer tutması, ekoloji sistemlərdə konsLiment mövqeyi; torpağın və landşaftın formalaşmasında iştirakı; bitkilərin yayılmasında və çarpaz tozlandırılmasmda iştirakı; ərzaq, dərman və ətriyyat mənbəyi olması; heyvandarlığın təbii mənbəyi olması ilə iqtisadiyyatı təmin etməsi; elmi-mədəni, maarif və estetik baxımdan əhəmiyyəti çox böyükdür.

Təbiətdə yayılmış onurğah və onurğasız heyvanların hamısı müəyyən şəkildə bir-biri ilə əlaqədədir, bir-birinə arxa və düşməndir.

İnsanın fəaliyyətinin nəticəsində xam torpaqların şumlanıb və mədəni bitkilərin əkilməsi, bataqlıqların qurudulması, ərazilərin otarılması, meşələrin qırılması və başqa aqrotexniki və meliorasiya tədbirləri ilə əlaqədar olaraq canlı aləmdə dəyişikliklər baş verir.

Bir vaxt bir çox bitki və heyvan növləri məhv olur, bir qrup növlər isə inkişaf edib artır. İnsanlar heyvanları əhliləşdirməyə və onlardan ərzaq məhsulları məqsədləri üçün istifadə etməyə bitkiləri mədəniləşdirməkdən əvvəl başlamışlar. Mezolit dövründə it, daha sonra isə at əhliləşdirilmişdir. Bal arısı və ipəkqurdundan insanlar çox faydalanırlar. Bütün bunlarla yanaşı insan cəmiyyətinin ərzaq məhsulları ilə təmin olunması zamanı Yer üzərində təbii mühit həmçinin heyvanat aləmi bir çox dəyişikliklərə məruz qalmış, təbii sərvətlər xeyli azalmış, bir çox qiymətli heyvanların nəsli kəsilmiş, çoxunun nəsli kəsilmək üzrədir.

Ümumiyyətlə sivilizasiya inkişaf etdikcə onun təbiətə təsiri artır. Şəhərlər və kənd təsərrüfatı əkinləri daha çox ərazi tutur ki, deməli planetimizdə elə yer tapmaq mümkün deyil ki, orada canlılar öz təbii şəraitində yaşaya bilsin. Əhalinin sürətlə artması ilə əlaqədar və onların təsərrüfat fəaliyyəti nəticəsində təbiətin toxunulmamış əraziləri də sürətlə azalır. Heyvanların məskənlərinin məhv edilməsi bütün kontinentlərdə gedir. Tropik meşələrdə bu p^ses

146

sürətlə getdiyi üçün bir çox heyvan növü məhv olmaq üzrədir. Vəhşi heyvanlar müasir heyvandarlığın genetik fondu

hesab olunur, insanların müdaxiləsinə qədər təbiətdə ahəngdarlığı heyvanlar özləri tənzim edirdilər. İnsan müdaxilə etdikdən sonra isə bu ahəngdarlıq xeyli pozulmuş, hətta bəzi sahələrdə ahəngdarlığı bərpa etmək çox çətinlik törədir. Məsələn, vaxtilə canavarlar heyvanat aləminin formalaşmasında böyük sanitar əhəmiyyətinə malik idilər. İnsanlar canavarları ziyanverici adı ilə qırdıqdan sonra heyvanlar arasında kütləvi xəstəliklər yayılmağa başladı. Basqa bir misal; Norveçdə kəkliyi yediyinə görə qırgılan vaxtilə kütləvi surətdə məhv edirdilər. Buradan belə nəticə çıxır ki, təbii mühitin düşünülmədən və elmi cəhətdən əsaslandırılmadan dəyişilməsi bəşərin varlığını böyük təhlükə qarşısında qoya bilir.

Heyvanlar aləminin praktiki əhəmiyyəti çoxcəhətlidir. Təbiətdə mütləq zərərli və mütləq faydalı heyvan növü demək olar ki, yoxdur. Hər hansı heyvan növünün zərərli və faydalı olması onun populyasiyasmm saxlandığından və həmin növə məxsus fərdlərin ümumi sayından, konkret rayonda inkişaf etdirilən təsərrüfatdan, ilin fəsillərindən və başqa səbəbdən asılı olaraq fərqlənir. Məsələn, Hindistanda müqəddəs hesab edilən vəhşiləşmiş inəklər (250 milyon baş) yaşıllığa böyük zərər vermişdir. Keniyada bəbirin qırılıb azaldılması nəticəsində çöl donuzu və meymun o qədər çoxalmışdır ki, onların zərəri bəbirin heyvandarlığa vurduğu zərərdən qat-qat çoxdur. Canavar və başqa yırtıcılar normal sayda olanda təbii «sanitar» və «seleksioner» rolu oynayır, onların sayı artdıqca zərər verirlər. Qızlar quşu (arıqapan) arıçıhq rayonlarında zərərli, başqa yerlərdə isə faydalıdır (həşərat yeyir).

Heyvanlar aləminin qorunması və səmərəli istifadəsi qanununda heyvanların qorunmasının elmi-fəlsəfı konsepsiyası verilmişdir. Həmin qanuna əsasən heyvanların

147

növ müxtəlifliyi və onların əmələ gətirdiyi təbii komplekslər qorunub saxlanılır. Buna nail olmaq üçün hər hansı heyvanın özü ilə paralel onun yaşadığı ekoloji şərait (heyvanın evi) qorunmalıdır. Heyvanlar ətraf mühitin dəyişməsinə çox həssasdır. Hər hansı heyvan növünü faydalı və zərərli hesab etmək üçün onun konkret ekoloji şəraitdəki rolu əsas götürülməlidir.

Heyvanların fəaliyyəti ilə bəzi faydalı qazıntıların əmələ gəlməsi bağlıdır (əhənglər, tabaşir, selitra). Vəhşi heyvanlar bərpa olunan təbii sərvətlər qrupuna aid olmaqla, əlverişli şərait olduqda yenidən əmələ gəlib arta bilirlər.

Təbiətdə heyvan və bitgilər sıx əlaqədədir. Heyvanlar bitgilərlə qidalanmaqla bərabər, həmdə onlara xeyir verir. Heyvanların yaşama mühitimi dəyişməsi texniki inkişafla da bağlıdır. Çaylarda bəndəlrin tikilməsi, su anbarlarının yaradılması həyat mühitini tamamilə dəyişir. Şəhərlərin ətraf mühitə «hücumu» heyvanların yaşayış şəraitini kökündən dəişir: iri məməlilər yoxa çıxır, quş növlərinin sayı kəskin azalır.

Suvarma, xüsusilə nəmli yerlərin qurudulması bitki və heyvanların həyat tərzini dəyişdirir. Heyvanların kütləvi və nəzarətsiz ovlanması onların məhv olmasına səbəb olur. Bu səbəbdən adalarda yaşayan heyvanların əksəriyyəti artıq mövcud deyil. Afrikanın avropalılar tərəfindən müstəmləkələşdirilməsi dövründə çoxlu vəhşi heyvan məhv edilmişdir.

Cənubun bozqır, çöl və yarımsəhraların iri məməli heyvanları intensiv məhv edilir. XVI əsrdə Rusiyanın Avropa hissəsində və Qərbi Sibirdə Çinə qədər sayqaklar yəni vəhşi antiloplar geniş yayılmışdır. Onlar dadlı əti, piyi, buynuzu və qiymətli dərisinə görə kütləvi şəkildə ovlanırdı. Qərbi Sibirdə və Orta Şərqdə, Baykal ətrafında yaşayan qulanlar təbii fəlakət və heyvanlar tərəfindən məhv olunur, hazırda bu növ az miqdarda qorunur.

Okeaniyada insanların təsərrüfat fəaliyyəti ilə

148

əlaqədar dəyişikliklər baş verir. Yeni Zelandiyada boyu 3,5 m-ə çatan nəhəng dəvə quşuların nəsli kəsilmişdir. Havay adalarında 68 yerüstü quş növünün 60%-i məhv olmaq təhlükəsi altındadır.

Afrikada antilop inəyi tamamilə yoxa çıxmışdır. Afrikada heyvanların vəhşicəsinə məhv edilməsi XVII əsrdən başlamışdır. Bu dövrdə kontinentin cənubunda savannalara minlərlə fillər, müxtəlif antilop növləri, zebr, zürafə və digər dırnaqh heyvanlar miqrasiya edirdi. Bu otyeyən heyvanları şirlər, leopardlar, kaftarlar və başqa yırtıcılar ovlayırdılar. Qısa müddətdə atabənzər antilop və onun digər növləri və bəzi yanmnövləri - kvaqqa, burçellova və başqaları məhv edilmişdir. Saxaradan cənubda fillər yox edilmişdir. Zürafə və kərkədanlarm sayı hər yerdə azalmışdır. Madaqaskar və Maskaren adalarında nadir heyvanlar vardır. Təxminən 200 il əvvəl bu adaların kəşfindən sonra 24 quş növü məhv edilmişdir.

3.8.2. Heyvanat aləminin mühafizə edilməsində

Beynəlxalq Təşkilatların əhəmiyyəti

Beynəlxalq «Qırmızı kitab»-m yaradılmasına 1948-ci ildən başlanmışdır. Təbiətin mühafizəsi üzrə Beynəlxalq İttifaq 1966-cı ildən «Qırmızı kitab» buraxır. Oraya məhv olmaq üzrə olan canlılar daxil edilir. Qırmızı kitab vəzifəsindən asılı olaraq beynəlxalq, milli və regional olur.

Həmin kitaba daxil olunan növlər təbiətin qorunması üçün ictimai əsaslarla yayılan Beynəlxalq Fond hesabına öyrənilir. Milli Qırmızı kitablar konkret dövlətlərin ərazisindəki fauna və floranı qorumağa xidmət edir. Məsələn, Azərbaycanın «Qırmızı kitab»ı, Rusiyanın «Qırmızı kitab»! və s. Ərazisi genis və təbii kompleksləri müxtəlif olan ölkələrdə milli «Qırmızı kitab»dan əlavə regional «Qırmızı kitab»lar tərtib edilir.

149

Beynəlxalq «Qıranzı kitab»a daxil edilmiş bitki və ya heyvan növü hansı ölkənin fauna və florasına daxildirsə, həmin ölkənin milli «Qırmızı kitab»ına mütləq daxil edilməlidir.

«Qırmızı kitab»dan basqa yüzlərlə bioloji növlərin ovlanması ticarəti ölkələrarası və beynəlxalq müqavilələrlə əsasən, məhdud və va tamam qadağan edilmişdir. Bu müqavilələrin bir sırasına Azərbaycan Respubhkası da qoşulmuşdur.

Beynəlxalq «Qırmızı kitab»a daxil edilmiş bitki və heyvanlar üzərində Beynəlxalq ictimai təşkilatların nəzarəti altında monitorinq təşkil edilir və onun nəticələrinə uyğun tədbirlər həyata keçirilir. Milli «Qırmızı kitab»a daxil edilən bioloji növlər konkret dövlət tərəfindən nəzarət altına alınır və onların populyasiyasmın optimal sıxlığını bərpa etmək üçün tədbirlər həyata keçirilir.

4 oktyabr «Ümumdünya Heyvanlar günü»dür. Bu gün bütün dünyada heyvanların mühafizəsi, onların qorunub saxlanılması günü kimi qeyd olunur və eyni zamanda, insanlar tərəfindən onlara qayğı göstərilməsinin vacibliyi kimi məsələlər ictimaiyyətin diqqətinə çatdırılır.

Bioloji müxtəlitlik insansız ən azı iki milyard il yaşayıb inkişaf etmişdir. İnsanın təsir gücü təkcə qoruyucu deyil, həm də dağıdıcıdır. İnsanın qurucu gücü bioloji müxtəlifliyi onun dağıdıcı gücündən qoruyub saxlamağa çalışır. Bu sahədə inkişaf etmis ölkələr zəif ölkələrə köməklik edirlər. Məsələn, Xəzər dənizinin və Qafqazın bioloji müxtəlifliyinin qorunmasına Avropa ölkələri iqtisadi yardım edirlər. Dünyanın bioloji müxtəlifliyinin qorunması «İnkişaf proqramı»na daxildir və buna isə BMT ümumi rəhbərlik edir.

Heyvanat aləminin qorunmasına aid aparılan müzakirələrdən üç əsas üsul qeyd olunmuşdur: 1) Heyvanat aləminin yaşadığı yerlərin qorunmasıdır.

Bunun üçün vəhsi heyvanların qidalandığı yerdən

150

və o yerin təsərrüfat məqsədilə istifadə etmək toxunulmazlığını təmin etmək lazımdır;

2) Vəhşi heyvanların, balıqların, quşların sayının artıb- azalmasına daimi nəzarət etməklə ovçuluq və balıqçılıqdan vəhsi heyvanlar faunasından səmərəli istifadə olunmadır;

3) Vəhşi heyvanların tam toxunulmazlığını təmin etmək, onların genetik fondlarını saxlamaqla qoruqlar, yasaqlıqlar və s. ərazilərin yaradılmasıdır. Bu ərazilərdə relikt, endemik və sayca azalan heyvan növləri artırılmalı və mühafizə edilməlidir. «Qırmızı kitab»m təşkili forması da bu layihənin proqramına daxil olmalıdır.

Quruda yaşayan heyvanları qorumaq üçün vacib olan şərtlər: 1. Heyvanların qorunması və onlardan səmərəli istifadə

haqqında qanuna əməl edilməsi və onun üzərində dövlət nəzarəti olması;

2. Köçəri quşların və başqa heyvanların qorunmasına dair beynəlxalq müqavilələrin həyata keçirilməsi. Biosfer qo- ruqlarının genişləndirilməsi və onların rejiminə əməl edilməsi;

3. Ovçuluq cəmiyyətinin əsasnaməsinə əməl edilməsi, yəni ov yerlərinə, ovun vaxtına, qaydasına və miqdarına düzgün münasibət olunmalıdır;

4. Qoruqlar təşkil edildikdə orada heyvanların təbii komplekslərinin orjinallığı və nümunəvi olması, onun kəmiyyət və keyfiyyət göstəricilərinin nəzərə alınması.

3.8.3. Kökü kəsilmiş və kəsilməkdə olan heyvanlar.

Azərbaycanın «Qırmızı kitab»ı

Əvvəlki bölmələrdən aydın olur ki, insan cəmiyyətinin ərzaq məhsulları ilə təmin olunması zamanı Yer üzərində təbii mühit, həmçinin heyvanat aləmi bir çox dəyişikliklərə məruz

151

qalmış, təbii sərvətlər xeyli azalmış, bir çox qiymətli heyvanların nəsli kəsilmiş, çoxunun isə kəsilmək üzrədir. Son iki əsr ərzində 150 növə qədər heyvanın nəsli Yer üzərindən tamamilə silinmişdir. Hazırda daha 1000 növün nəsli kəsilməkdədir. Nyu-Yorkdakı zoologiya bağında nəsli tamamilə kəsilmiş 200 heyvan «qəbr abidəsi» nümayiş etdirilir. Bakı ətrafında Binəqədi kəndi yaxınlığında «Qır gölü» mövcuddur. 1930-cu illərdə tapılmış bu göldə nəsh kəsilmiş çoxlu heyvan qalıqları var.

Hesab olunur ki, əgər əsaslı tədbirlər görülməsə yaxın 25-30 ildə bir çox heyvanların məhv olunması ehtimal olunur.

XX əsrin başlaşğıcmda qara kərkədan Mərkəzi, Şərqi və Cənubi Afrikanın geniş ərazilərində yayılmışdır. Zaman keçdikcə Cənubi Afrikada onlar tamam qırılmış, başqa ərazilərdə isə ancaq milli parklarda və qoruqlarda rast gəlinir. 1967-ci ildə yalnız Keniyada qara kərkədanlarm sayı 18000 baş olmuşdur. 1984-cü ildə onların sayı minə enmişdir. Bir neçə il bundan əvvəl İrkutsk zooparkında nəsli tamam kəsilmiş hesab olunan Кар pələnglərinin balaları alınmışdır.

Tur - ilkin vəhşi öküz, Avropada yayılmış iri buynuzlu malın sələfi kimi Avropanın meşə və çöl zonasında yayılmışlar. Meşələrin qırılması, torpağın şumlanması, ovçuluq və maldarlığın inkişafı turları öz yaşayış yerlərindən sıxışdırıb çıxarmışlar. XI əsrdə bu heyvanlar yalnız Polşanın və Litvanın qalın meşələrində qalmışdır. 1627-ci ildə Polşanın kral qoruqlarında axırıncı tur (dişi tur) ölmüşdür.

Vəhşi at tarpan, keçmiş SSRİ-nin Avropa hissəsinin çöl və meşəçöl zonasında yaşamışlar və XIX əsrin 70-ci illərində hamısı ölmüşdür.

Cənubi Afrika zebrası - kavaqqa, dərisindən ötrü vəhşicəsinə qırılmışdır. O dərilərdən yerli əhali taxıl məhsulları saxlamaq üçün istifadə edirdilər. 1873-cü ildə axırıncısı öldürülmüşdür.

152

Dəniz inəklərinin taleyi daha faciəli olmuşdur. İlk dəfə onu Komandor adaları yaxınlığında Berinqin rus ekspedisiyası görmüşdür. Bu tərkibdə akademik Steller də olmuşdur. Bu heyvanın əti və piyi yüksək dada malik olduğu üçün onların intensiv ovlanması başlanmış və 27 il sonra sonuncu inək məhv edilmişdir.

Hazırda Yer üzərində ən iri heyvan olan balinaların aqibəti də təhlükəlidir. Onların sayı sürətlə azalır. Göy balinanın uzunluğu 32 metrə çatır. 25 metrlik balinanın (dişisi) çəkisi 110 ton olur. Onların ömrü 40 il olur.

Şimali Amerikada bizonlarm qırılması davam edir. Hazırda bu heyvanlar yalnız milli parklarda qalmışlar.

XVII əsrdən başlayaraq Afrikanın heyvanat aləmi məhv edilməyə başlanmışdır. Hazırda yalnız milli parklarda zebr, fil, müxtəlif antilopları, zürafə və başqa heyvanları görmək olar.

Avstraliyanın da canlı aləmi dəyişmişdir. Hazırda 34 növ kisəlilər məhv olunub getmək üzrədir.

Avropa və Asiyada bir çox heyvanlar tükənsə də bitki aləmi nisbətən yaxşı qalmışdır. Ən böyük faciəyə okean adalarının faunası məruz qalmışdır.

Azərbaycana bir çox xəz dərili heyvanlar (Cənubi Amerikadan Amerika norkası, skuns, Amerika yenotu, digər ölkələrdən yenota bənzər it, Ussuri yenotu, ada dovşanı, qunduz gətirilərək mühitə uyğunlaşdırılmışdır.

Respublikamızın heyvanat aləmi də zəngindir. 158 növ heyvan (27 növ məməli, 50 növ sürünən, 11 növ suda- quruda yaşayan), 35 növ quş və 92 balıq Azərbaycan təbiətinin sakinləridir. Azərbaycanda da heyvanat aləminin qorunmasına ciddi ehtiyac var. Azərbaycanda 4 növ heyvanın (şir, qulan, bəbir, pələng) və üç növ quşun (çöl toyuğu, dəvəquşLi, müqəddəs ibis) nəsli kəsilmişdir.

Ceyran, muflan, dağ qoyunu kimi heyvanların, turac, qırqovul, kəklik, qaratoyuq və s. quşların, Xəzərin və Kürün qızıl balığının «Qırmızı kitab»a adının düşməsinə

153

ehtiyac vardır. Tək Kür çayının ölkəmizə ildə 33 min sentner balıq verdiyi vaxtlar (1926-1946) olmuşdur.

Azərbaycanda Xəzər dənizində və bir çox çaylarda qiymətli əti və kürüsü ilə məşhur olan nərə balığı, uzunburun balıq, bölgə, ilanbahğı, qızıl balıq, qızıl xallı balıq, ağ qızılbahq, ziyad balığı. Xəzər külməsi, xəşəm, xarmuliya, şamayı, çəki balığı, çapaq və s. yayılmışdır.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir çox neftayırma və kimya zavodlarının Xəzərə atdıqları neft və zəhərli kimya məhsulları tullantılarının təsirindən Xəzərin canlı aləmi təhlükə qarşısındadır.

1977-ci ildə Azərbaycanda Nazirlər Sovetinin qərarı ilə Azərbaycan SSRİ-də nadir və nəsli kəsilməkdə olan heyvanat və bitki növlərini qeydə alan kitab -«Qırmızı kitab» tərtib olunmuşdur.

Heyvanları ənənəvi qorumaq forması - Qoruqlardır. Təbiəti mühafizənin qoruqlarda aparılması fikri XIX əsrin ikinci yarısından həyata keçirilməyə başlanmış və XX əsrdə davam etdirilmişdir. O dövrdə belə fikir mövcud idi ki, təbiətin mühafizəsi ondan istifadəyə mütləq əks mütənasibdir. Yəni təbiəti mühafizənin marağı, təbii sərvətlərin istifadəsi ilə uyğun gələ bilməzdi. Ona görə də uzun müddət təbiətin mühafizəsinin əsas üsulları qoruqlar yaradılmasına əsaslanırdı, yəni təsərrüfatın dövriyyəsindən müxtəlif əkinlərin, landşaftların, canlı heyvanların və bitkilərin ayrılıb ayrıca qorunması yolu ilə və s.

Qoruqlar müxtəlif təbii ərazilərin elmi və estetik əhəmiyyət kəsb edən xarakter landşaftlarını, aradan çıxmaq təhlükəsinə məruz qalan təbii kompleksləri, onların komponentlərini mühafizə edib saxlamaq, nadir və nəsli kəsilməkdə olan fauna və flora nümunələrini qoruyub artırmaq, təbiət komponentləri arasındakı qarşılıqlı əlaqə və asılılıqları təbii halda davam etdirmək, mühüm torpaqqoru- yucu, iqlim mülayimləşdirici, sutəmizləyici, sanitariya və

154

rekreasiya əhəmiyyətli meşəlikləri təbii halında saxlamaq

məqsədilə yaradılır.

Qoruqlar təbiəti mühafizənin ən yüksək formasıdır. Onlann

başlıca vəzifələri:

a) Xüsusi qoruq rejimi əsasında ərazinin kompleksinin

qorunmasını təmin etmək;

b) Qoruğun ərazisində onun elmi şöbəsinin və əlaqədar

təşkilatların plan üzrə elmi-tədqiqat işləri

aparmalarını təşkil etmək;

c) Elmi kadrların hazırlanması işini, ali məktəb

tələbələrinin tədris və istehsalat təcrübələrini təşkil

etmək;

d) Qoruqda meşə fondunun, heyvanların, bitkilərin və s.

təbii obyektlərin siyahısını apaımaq;

e) Təbiəti mühafizə təbliğatı və təbiəti mühafizə maarifi

ilə məşğul olmaq və s.-dən ibarətdir.

155

IV FƏSIL

KOSMİK və QLOBAL PROSESLƏRİN EKOCOĞRAFİ XÜSUSİYYƏTLƏRİ

4,1. Kosmik proseslərin ekoloji nəticələri

İnsan cəmiyyət formalaşmağa başladığı ilk dövrlərdən etibarən tükənməz həyat mənbəyi olan təbii mühiti öyrənir, onun sərvətlərindən yaşayış mənafeyinə uyğun istifadə edirlər. Təbii mühitin öyrənilməsi daim təkmilləşdirilir. Əgər əvvəllər, texniki vasitələrin zəif inkişaf etdiyi dövrlərdə təbii sərvətlər yalnız ənənəvi olaraq adicə yerüstü müşahidələr vasitəsilə öyrənilirdisə, kosmik texnika meydana gəldikdən sonra isə təbii mühitin öyrənilməsində, ekoloji durumun qiymətləndirilməsində daha mütərəqqi üsullardan istifadə olunmağa başlanmış, bunun nəticəsində tədqiqat işlərinin sürəti və keyfiyyəti xeyli yüksəlmiş, tədqiq edilməsi adi üsullarla mümkün olmayan bir sıra təbiət hadisələrin və obyektlərin uzaq məsafədən öyrənilməsi üçün geniş imkanlar yaranmışdır.

Bütün tədbirlərin öhdəsindən layiqincə gəlmək üçün müasir dövrdə təbiətşünaslıq elminin bütün sahələrində geniş tətbiq olunmağa başlayan aerokosmik tədqiqat vasitələrindən geniş istifadə olunur.

Akad. H.Ə.Əliyevin təbirincə desək, təbii mühitin qorunmasını, onun sərvətlərinin mühafizəsini və artırılmasını insanların müasir mənafeyi tələb edir. Hazırda planetimizdə əhalinin sayının sürətlə artması ilə əlaqədar qida ehtiyatlarının tədqiq olunması probleminin həllində bu vaxta qədər mövcud olan ənənəvi tədqiqat üsulları kifayət deyil. Bu məsələnin həllində aerokosmik tədqiqat üsullarının geniş tətbiqi planetimizdə təbii mühitin qorunması və insanların ərzaq probleminin həllinə müsbət təsir göstərəcəkdir.

156

Ancaq qeyd etmək lazımdır ki, indiyədək müəyyən olunmuş təbii sərvətlər və onların öyrənilməsi üsulları insan cəmiyyətinin həyat səviyyəsinə müəyyən qədər uyğun gəlirdisə və onun həyat şəraitini müəyyən dərəcədə təmin edirdisə, müasir dövrdə yer üzərində əhalinin artması ilə əlaqədar olaraq onun tələblərini tam şəkildə ödəyə bilmir.

Odur ki, əhalinin qida ehtiyatlarına olan və durmadan artan tələbatının tam ödənilməsi üçün bundan sonra da təbiətdə hər vasitə ilə yeni ehtiyat mənbələri aşkar olunmalı, bunların istismarı elmi cəhətdən əsaslandırılmalı, təbii mühitə mənfi təsir göstərə biləcək bütün proseslərin və antropogen faktorların qarşısı vaxtında alınmalıdır.

Kosmonavtika sahəsində bütün yuxarıda qeyd olunan müvəffəqiyyətlərə baxmayaraq, hələ bu vaxta qədər kosmosdan yerin öyrənilməsi sahəsində aparılan tədqiqatlar təcrübi xarakter daşıyır. Kosmik vasitələrlə alınan məlumatların həcmi günü-gündən artır.

Yerin kosmosdan çoxtəkrarh fotoşəklinin çəkilməsi nəticəsində Yer kürəsində baş verən bir sıra proseslərin dinamikasını, həmçinin kənd təsərrüfatı bitkilərinin müxtəlif fazalar üzrə inkişaf prosesini diqqətlə izləmək mümkün olur.

Aerokosmik tədqiqatların ənənəvi tədqiqatlara nisbətən üstünlüyü ondadır ki, onların fəaliyyət dairəsi daha böyük olur, təbii mühitə geniş ərazidə nəzarət etməyə və baş verən məhəlli və qlobal miqyaslı dəyişiklikləri izləməyə imkan verir. Bu baxımdan kosmik şəkillərin tədqiqat əhəmiyyəti daha genişdir. Aerofotoşəkillər və yerüstü müşahidələr vasitəsilə tədqiq olunan obyektin yalnız məhəlli-konkret xüsusiyytlərinə nəzarət etmək mümkünsə, kosmik şəkillərdə bu xüsusiyyətlərlə yanaşı, tədqiq edilən obyektlər təbii generalizasiyaya məruz qalır, başqa sözlə desək, bir sıra xırda obyektlərin yalnız ümumi strukturu və qlobal miqyasda nəzərə çarpan digər elementləri əks olunur.

Aerokosmik informasiya vasitələrinin tədqiqat

157

obyekti olduqca genişdir. Onun ən mühüm obyektlərindən biri ərazinin relyefidir. Yer səthində qlobal miqyasda baş verən bir sıra geomorfoloji prosesləri, relyefin geoloji quruluşla əlaqəsini, onun əmələ gəlməsində endogen (daxili) və ekzogen (xarici) prosesləri aerokosmik şəkillər vasitəsilə daha müvəffəqiyyətlə müəyyən etmək olur. Aerokosmik şəkillərin köməyi ilə çətin keçilən sahələrin müxtəlif miqyaslı geomorfoloji xəritələri hazırlanır, mövcud xəritələrə əsaslı surətdə düzəlişlər verilir. Təbiətin bir sıra kortəbii hadisələrinin, məsələn, sel hadisələri, sürüşmələr, qar uçqunları, yamaclarda baş verən yarğan eroziyası və s. proseslərin aşkar edilməsində, onların əmələ gəlməsinin proqnozlaşdırılmasmda aerokosmik tədqiqat üsullarının rolu böyükdür.

Bir sıra induksion xüsusiyytlərinə görə səhralarda yeraltı suların səthə yaxın olduğu yerlər kosmik cihazların vasitəsilə daha asanlıqla müəyyən edilir, bu da öz növbəsində həmin ərazini su ilə təmin olunması problemlərinin müvəffəqiyyətlə həllində mütəxəssislərə kömək edir. Bitki örtüyünün öyrənilməsində aerokosmik informasiya vasitələrinin rolu əvəzedilməzdir.

Kənd təsərrüfatı bitkilərində su və qida rejiminin dəyişməsilə əlaqədar olaraq baş verən bir sıra dəyişikliklər aerokosmik şəkillər vasitəsilə asanlıqla qeydə alınır və onların məhsuldarlığının sabitləşdirilməsi üçün operativ təkliflər irəli sürülür.

Qar örtüyü və buzlaqları təbii mühitin başqa elementlərinə nisbətən dəfələrlə çox şüa əksetdirmə qabiliyyətinə malikdir.

Bu xüsusiyyətlərinə görə onlar kosmik şəkillərdə başqa obyektlərə nisbətən daha asanlıqla seçilirlər. Qar örtüyü və buzlar haqqında toplanılan operativ məlumatar vasitəsilə qarın tərkibində suyun miqdarı, onun dağlıq ərazilərdə hansı hündürlükdə yerləşməsi və yaz aylarında çayların sululuğuna necə təsir edəcəyi məsələləri müəyyən

158

olunur, yaz daşqınları zamanı suyun hədər getməməsi üçün ondan suvarma işlərində daha səmərəli istifadə edilməsindən ötrü tədbirlər hazırlanır. Aerokosmik informasiya vasitələrinin dəniz, göl və çay hövzələrinin su rejiminin, onların sahələrində inkişaf edən bir sıra dinamiki proseslərin öyrənilməsində rolu az deyildir.

Dəniz və okeanlarda qəflətən baş verən bir sıra təbii prosesləri ənənəvi üsullarla tədqiq etmək mümkün olmur. Okean səthində əmələ gələn külək, qravitasiya dalğaları və sunami hadisələrinin təsirindən suyun səviyyəsi 1 metrdən 20 metrə qalxa bilir. Su səthində əmələ gələn belə dalğalar operativ surətdə qeydə alınmasa, o xalq təsərrüfatına böyük ziyan verə bilər. Bu baxımdan kosmik informasiyanın rolu çox diqqətəlayiqdir.

Əgər bir süni peyk sutka ərzində Yer ətrafında 14 dəfə dövr edirsə, ondan 5-i Sakit okeanın üzərindən keçir və burada baş verən dalğanın bütün xüsusiyytələrini, o cümlədən onun intensivliyini, hündürlüyünü V3 yayılma istiqamətini asanlıqla qeydə alır və bunları Sakit okean sahillərindəki məntəqələrə çatdırır ki, bunun sayəsində sunamilərin törətdikləri fəlakətlərin qarşısını almağa imkan yaradılır. Kosmik informasiya vasitələrilə aparılan tədqiqatlar adi üsullarla aparılmış tədqiqatlara nisbətən dəfələrlə ucuz və tez başa gəlir, daha dəqiq olur, əksər hallarda isə adi üsullarla toplanmış məlumatlara, tərtib olunmuş xəritələrə əsaslı şəkildə düzəliş etməyə imkan verir. Qısa müddət ərzində yerin müxtəlif iri rayonlarında baş verən təbii proseslər - siklonlarm əmələ gəlməsi, zəlzələ, vulkan püskürməsi və s. haqqında dürüst məlumat toplamaq mümkün olur. Yer haqqında kosmosdan alınan məlumatları təhlili etmək və onların xalq təsərrüfatının müxtəlif sahələrinə tətbiq olunmasını genişləndirmək məqsədilə Azərbaycanda Aerokosmik Tədqiqatlar Agentliyi və onun nəzdində institutlar yaradılmış və onlar bu sahədə böyük işlər görür.

159

Sınaq meydanlarında aparılmış eksperimentlər nəticəsində Acmohur qışlaqlarında yayılmış şoran torpaqlar, onların sahəsi və fəsillərdən asılı olaraq dinamikası müəyyən edilmiş, həmin torpaqların dürüst sxemi hazırlanmışdır.

Kosmik fəzanın fəth edilməsi bütün Yer üzünün xalqlarının mənafeyini güdən ən mütərəqqi problemlər sırasına daxil olub, gələcəkdə hər bir xalqın həyatına əhəmiyyətli dərəcədə təsir göstərəcək və beynəlxalq münasibətlər nöqteyi-nəzərindən mühüm rol oynayacaqdır.

Torpağın öyrənilməsinə əvvəllər ənənəvi üsullurla- yerüstü müşahidələr, sonra müxtəlif topoqrafik materiallardan istifadə etməklə başlanmışdırsa, 1920-ci illərdən sonra onun öyrənilməsində artıq aerofotoşəkillərdən istifadə olunmağa başlanmışdır. Aerofotoşəkillərdən istifadə edərək torpağın öyrənilməsində qazanılmış müvəffəqiyyətlər sonradan onun böyük dəqiqliklə kosmosdan öyrənilməsi üçün də geniş imkanlar yaratmışdır.

Yer səthinin məsafədən, yəni yerdən - kənardan öyrənilməsinə ilk dəfə olaraq fotoşəkillərin köməyilə başlanmışdır. Bu sahədə görülmüş işlərin tarixçəsi o qədər də böyük deyildir. Keçmiş SSRİ-də təcrübə məqsədilə yerin ilk aerofotoşəkilləri 1927-ci ildə Özbəkistanda Fərqanə vadisində çəkilmişdir. Hələ 1928-ci ildə akad. A.Y.Fersman göstərmişdir ki, aerofotoşəkillər Yerin müxtəlif sahələri haqqında çox dəqiq və obyektiv məlumatlar verir.

Müxtəlif vaxtlarda çəkilmiş aerofotoşəkillər vasitəsilə Yer səthində baş verən bütün təbii və antropogen proseslərin əmələ gəldiyi dəyişiklikləri izləmək mümkün olur.

ABŞ-da 1927-ci ildə aerofotoşəkillərin köməyilə ilk olaraq İndiana ştatının torpaq xəritəsi hazırlanmışdır.

1957-ci lidə SSRİ-də dünyada ilk dəfə olaraq (4 oktyabr) Yerin süni peykinin orbitə çıxarılması ilə təbii mühitin

160

öyrənilməsində kosmik tədqiqatlar mərhələsi başlanmışdır. Kosmik texnikanın durmadan inkişafı ilə ən yeni cihazlarla təchiz edilmiş süni peyklərin, orbital stansiyaların və kosmik gəmilərin, orbitə çıxarılması ilə əlaqədar olaraq son zamanlar Yer kürəsi haqqında elmi məlumatların miqdarı gündən-günə artır, keyfiyyəti isə yaxşılaşır.

1957-ci il noyabrın 3-də SSRİ-də ikinci süni peyk buraxıldı. Əsas məqsəd burada canlı orqanizmin kosmik şəraitdə yaşaya bilməsinin mümkün olub-olmaması məsələlərini də müəyyən etmək idi. Bir az sonra orbitə çıxarılmış üçüncü peyk, kosmosda avtomatik elmi laboratoriya rolunu oynamış, kosmik şüaların intensivliyi, yerin maqnit sahəsi, peykə toxunan mikrometeorit hissəciklərinin hərəkəti və s. məsələlər haqqında Yerə məlumat verilmişdir. 1961-ci il aprelin 12-də Y.A.Qaqarin, sonra Ç.S.Titov, A.Nikolayev, P.Papoviç və b. kosmosa uçaraq yeni nailiyyətlər əldə etmişlər.

Atmosferin üst qatlarının tədqiqini davam etdirmək «Yerin radiasiya zonalarını müəyyənləşdirmək, kosmik stansiyaların səmada uzun müddət qala bilməsini bir daha yoxlamaq və yerlə stansiyalar arasında radio rabitə seanslarının həyata keçirilməsini öyrənmək üçün 1964-1965- ci illərdə xeyli kosmik stansiyalar orbitə çıxarılmışdır».

Son zamanlar bir çox ölkələrdə təbii mühitin öyrənilməsində yeri, daha mütəriqqi üsul - aerokosmik tədqiqat və ya təbii mühitin «məsafədən öyrənilməsi» üsulundan geniş istifadə olunur.

4.2. Qlobal proseslərin təbii (planetar) əsasları

Çoxtəkrarh aerokosmik fotoşəkillər vasitəsilə dağlıq sahələrdə buzlaqların dinamikası, onların evolyusiyası və ərazinin hidroloji rejimindəki rolu müəyyənləşdirilir.

Dəniz və okeanlarda qəflətən baş verən bir sıra təbii prosesləri ənənəvi üsullarla tədqiq etmək mümkün olmur. Bu

161

baxımdan kosmik informasiyaların rolu çox diqqətəlayiqdir. Məs: Sunami hadisəsi nəticəsində əmələ gəlmiş dağıdıcı dalğanın Sakit okeanın bir hissəsindən o biri sahilinə çatması üçün bir sutkaya qədər vaxt lazımdır. Əgər bir süni peyk sutka ərzində Yer ətrafında 14 dəfə dövr edirsə, ondan 5-i Sakit okeanın üzərindən keçir və burada baş verən dağıntının bütün xüsusiyyətlərini, o cümlədən onun intensivliyini, hündürlüyünü və yayılma istiqamətini asanlıqla qeydə alır.

Müasir dövrdə okeanologiya elminin ən aktual problemlərindən biri dünya okeanının çirklənməsinin tədqiq olunmasıdır. Dünya okeanının çirklənməsi əsasən üç səbəbdən baş verir: bakteroloji, kimyəvi və radioaktiv çirklənmələr. Bu üç növ çirklənmədən hazırda ən geniş yayılanı karbohidrogen birləşmələrindən əmələ gələn kimyəvi çirklənmədir. Təxmini hesablamalara görə hər il dünya okeanına 5 mln. tondan çox neft daxil olur və bu neft suyun üzərində xüsusi bir qat əmələ gətirərək su mühiti ilə atmosfer arasındakı qarşılıqlı əlaqəni pozur. Çirklənmiş suyun rəngi və bulamqhğı ətraf sahələrdən asanlıqla seçildiyinə görə onları çoxzonah və spektrozonal kosmik fotoşəkillərin köməyi ilə daha tez aşkara çıxarmaq mümkün olur.

Müasir dövrdə cəmiyyəti düşündürən ən mühüm problemlərdən biri də ətraf mühitin qorunmasıdır. Bu məsələyə son illər Azərbaycanda da çox ciddi fikir verilir. Ətraf mühit hazırda, təbiətə düzügün olmayan münasibət nəticəsində korlanır, o öz ilkin xüsusiyyətlərini dəyişir, sonradan isə onu bərpa etmək olduqca çətinləşir. Məs: təbiətdə baş verən toz tufanları atmosferin antropogen çirklənməsinin başlıca səbəblərindən biri hesab edilir. Məlum olduğu kimi toz tufanları əsas etibarilə bitki örtüyünün zəif inkişaf etdiyi və ya onun insan fəaliyyəti nəticəsində tələf olunduğu sahələrdə baş verir. Təbiətə kosmosdan aparılan nəzarətin nəticəsində toz tufanlarının baş verdiyi sahələr, onun yayılması, ölçüləri və dinamikası.

162

relyef və litoloji tərkiblə əlaqəsi aşkar olunur. «ERTS-1» və «Çemeni-7» kosmik gəmilərindən çəkilən şəkillərdə Sinay yarımadasında yerləşən Neqev qumlu səhrasında insanın təsərrüfat fəaliyyətinin atmosferin çirklənməsində oynadığı rol açıq-aydın görünüur. Burada saksaul və digər yarımkol bitkilərindən ibarət, ifrat dərəcədə mal-qara otarılmış ərazidə geniş miqyasda toz tufanları müşahidə olunduğu halda, planlı surətdə kənd təsərrüfatı bitkiləri üçün istifadə olunan və vaxtaşırı suvarılan qonşu sahələrdə eyni vaxtda toz tufanları müşahidə olunmamışdır.

Havanın çirklənməsində oraya buraxılan müxtəlif sənaye tüstüləri də böyük rol oynayır. Ən çox sənaye tüstüləri kömür istehsalı, meşə və bataqlıq yanğınları zamanı və nəqliyyat vasitələrinin işlənməsi nəticəsində baş verir. Kosmik şəkillər vasitəsilə sənaye tüstülərilə çirklənmiş ərazilər asanlıqla aşkar olunur, onların qarşısının alınması üçün müxtəlif tədbirlər hazırlanır. Kosmik aparatlar vasitəsilə liman şəhərləri ətrafında dəniz suyunun çirklənməsinə də nəzarət edilir. «ERTS-1» kosmik gəmisindən 0,6-0,7 mikrometr diapozonlarda alınmış şəkillər göstərir ki, Süveyş körfəzində geniş ərazidə neft tullantılarından zolaqlar əmələ gəlmişdir. Belə hadisələr Yerin «Numbus-3» süni peyki vasitəsilə Qərbi Avropa, Şimal dənizi və Baltik dənizi sahillərində də müşahidə olunmuşdur.

Vaşinqton və Baltimor şəhərlərinə yaxınlaşdıqca kosmik şəkillərdə suyun çirklənməsi daha aydın surətdə nəzərə çarpır. Ona görə də müasir elmin qarşısında duran əsas məqsəd təbiətin qlobal miqyasda qorunub saxlanması üçün tədbirlərin işlənib hazırlanmasından ibarətdir. Təbiətin qlobal miqyasda qorunmasına yönəldilmiş tədbirləri yalnız aerokosmik texnikanın nailiyyətlərindən geniş istifadə edilməklə həyata keçirməklə mümkündür. Kosmik informasiya vasitədə təbii mühitin öyrənilməsi üçün bizim respublikamızda əlverişli imkanlar vardır və o nəhəng

163

bir laboratoriiyanı xatırladır. Yer üzərində 11 iqlim tipinin 9-na, oxşarlığına və dünya torpaq tiplərinin əksər nümunələrinə respublikamızda rast gəlinir. Ona görə də kənd təsərrüfatı da olduqca zəngindir. Keçmiş SSRİ-nin məşhur alimləri ətraf mühitin qorunmasında kosmik vasitələrin tətbiq olunmasının bir sıra məsələlərini çox vaxt Bakıda həll edirdilər. Bu işdə Azərbaycan Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun böyük xidmətləri olmuşdur.

Aerofotoşəkillərdən istifadə edərək torpağın öyrənilməsində qazanılmış müvəffəqiyyətlər sonradan onun böyük dəqiqliklə kosmosdan öyrənilməsi üçün də geniş imkanlar yaratmışdır. Hazırkı dövrdə torpağın öyrənilməsində kompleks, başqa sözlə desək, çoxmərtəbəli tədqiqat vasitələrindən yerüstü müşahidələr, təyyarə, vertolyotlar və nəhayət, kosmik gəmilərdə və süni peyklərdə qoyulmuş mürəkkəb cihazlardan istifadə edirlər.

BMT-nin məlumatlarına görə torpağın eroziyası və şorlaşması nəticəsində hazırda planetimsizin artıq 500 mln. ha qədər əkin sahəsi tamamilə sıradan çıxmışdır. Aerokosmik üsulla torpaq eroziyasının öyrənilməsinin respublikamız üçün də böyük əhəmiyyəti vardır. Çünki, onun əkin sahəsinin 60%-ə qədəri dağlıq ərazilərdə yerləşir. Müxtəlif vaxtlarda çəkilmiş aerokosmik fotoşəkillər xətti eroziyanın dinamikasını vəyarğanların inkişaf xüsusiyyətlərini aşkar etməyə imkan verir.

Kosmik informasiya vasitələri həmçinin, atmosferdə müşahidə edilən bir sıra proseslər nəticəsində əmələ gələn təbii fəlakətləri də vaxtında qeydə almaqla (sel, ildırım, quraqlıq və s.) kənd təsərrüfatının inkişafına təkan verir. Aerokosmik fotoşəkillərin kənd təsərrüfatında ən böyük rolu onların əsasında müxtəlif təsərrüfat xəritələrinin hazırlanmasının mümkün olmasıdır. Bu sahədə məqsədəuyğun metodikanın işlənib hazırlanması üçün kosmik gəmilərdən alınmış məlumatlarla yanaşı bir sıra

164

kənd təsərrüfatı poliqonlarında (Arizona, Kaliforniya, Marikon və s.) bir neçə il müddətində hər 10 gündən bir aeroşəkillər və başqalarından istifadə edərək yerüstü foto şəkillər çəkilmişdir.

Meşə sahəsi, planetimizin cəmi 10%-dan az hissəsini tutur. Spektrozonal kosmik fotoşəkillər yaşıl sərvətimizin daha yaxından öyrənilməsi üçün geniş imkanlar yaradır. İlin fəsillərindən asılı olaraq bitkilərdə baş verən dəyişikliklər, məsələn, yarpaqların payızda saralması, ilin isti vaxtında göyərməsi və qışda tökülməsi müxtəlif diapozonlu kosmik şəkillərdə aydın nəzərə çarpır. Aerokosmik nəzarət həyatımızın yaşıl mühafizəçilərimizin daha da artırılmasına, onlann inkişafına və daha səmərəli qorunmasına kömək edir. Aerokosmik şəkillərdə vizual və instrumental deşifrə vasitəsilə çay terrasları, deltaları, qədim və müasir çay gətirmə konuslan da ayırd olunur. Bu üsulun köməyilə səhralarda suların səthə yaxın olduğu yerlər kosmik cihazların köməyilə müəyyən edilir.

4.3. Kosmik ekologiya.

1957-ci ildə Yer kürəsinin ilk süni peykini buraxan vaxt onun orbitini alimlər təqribi bilirdilər. Peyk buraxıldıqdan sonra müşahidəçilər qrupu peykin təqribən göıdinə biləcəyi yerə gedərək, səmanın görünən hissəsini öz aralarında böldülər.

Beləliklə peykin səmada görünəcəyini gözləyirdilər. Bununla da onlar aydınlaşdırdılar ki, peyk Yer kürəsinin hansı yerində və hansı rayon üzərindən uçur və alınan məlumatlarla az dəqiqliklə də olsa onun orbitini aydınlaşdırmaq mümkün oldu. Sonrakı illər Yerin yeni süni peykləri buraxmış, yerə siqnal göndərməyi dayandırmış (qüvvəsi tükənmiş) ilkin peyklərə isə maraq azalmış və tezliklə onların hansı orbitada uçmalarını bilən olmamışdır. Süni peyklərlə yanaşı yaxın kosmosda daşıyıcı-raketlərin

165

yuxarı pillələri qalmağa başladı və onların orbitlərini artıq heç kim öyrənmirdi. 1961-ci ildə ABŞ-m daşıyıcısı «Tranzit» tipli raketininin ilk partlayışı baş verir. 1964-cü ildə isə «Kosmos-50» adlı sovet peykinin birinci planlaşdırılmış (yerdən komanda ilə) partlayışı baş verdi. Beləliklə, yer ətrafı orbitdə yayılmış, lakin heç kəsi maraqlandırmayan əşyaların sayı artmağa başlayır. İlk zamanlar bu hadisələr nə alimləri, nə kosmik gəmilərin layihəçilərini, nə də ki, ictimaiyyəti maraqlandırmırdı. Kosmosun çirklənməsi problemi ilə yalnız keçən əsrin 80-ci illərində danışılmağa başlanılır, çünki Yer ətrafı boşluqda yaranmış vəziyyət ətraf mühitə, sadəcə olaraq Yerin əhalisinə təhlükə yaratmağa başlamışdır.

1978-ci ildə «Kosmos-954» peyki Şimali Kanadanın tayqa zonasına, bir il sonra isə «Skayleb» adlı amerikan kosmik stansiyasının qalıqları Avstraliyanın səhra rayonlarına səpələnmişlər, 1964-cü ildə isə ABŞ-m nüvə enerji mənbələri olan nəqliyyat peykinin səhv buraxılması nəticəsində radioaktiv material Hind okeanı üzərinə səpələnmişdir. Hazırda yerətrafı kosmosda çirkləndirmə problemlərinin aktual olması bir çox beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən Beynəlxalq Astronomiya İttifaqı, KOSNAP və b. tərəfindən qəbul olunmuşdur. Son onilliklərdə bu əhəmiyyətli problem BMT-nin kosmik fəzanın istifadəsi üzrə komitəsində və onun elmi-texniki və alt hüquq komitəsində vaxtaşırı müzakirə olunur.

Yeni mənşəli səma obyektlərinin əmələ gəlməsini astronomlar hazırda astronomiyanın xüsusi sahəsi kimi yaranmasını qəbul edirlər. Bu sahədə yerin hərəkət dövriyyəsində Günəş sistemini öyrənən meteor astronomiyası ilə və Yerin təsir dairəsindən kənarda yerləşən planet astronomiyasında keçid zona adlanırdı. Yerətrafı orbitdə dövr edən obyektlər üzərində ilk sistematik müşahidələr keçmiş SSRİ və ABŞ hərbçiləri tərəfindən raket əleyhinə və kosmos əleyhinə müdafiə

166

vəzifələri çərçivəsində başlanmışdır. Hər iki ölkədə uzaq hədəfləri tapan və optik cihazlarla yer ətrafı aləmə nəzarət sistemi yaradılmışdır. Nəzarət sistemi tərəfindən yerətrafı kosmosda 10 mindən çox obyekt müşahidə edilmiş və fasiləsiz nəzarətdə olmuşlar. Bunlar əsasən 10 sm ölçüdən iri cisimlər idi. Onlardan 8 minə yaxın obyekt rəsmi kataloqa salınmışdır. Fəaliyyətdə olan peyklər (təqribənSOO) kataloqa salınmış yerətrafı obyektlərin az bir hissəsidir.

Beləliklə, Kosmik zibil-adh yeni anlam yaranmağa başladı. Bu məfhum öz enerji potensialı tükənmiş peykləri, lakin buraxılışa şərait yaratmış və b. daşıyıcı-raketlərin yuxarı pilləsini, müxtəlif detalları birləşdirir. Bu hissələr artıq insan cəmiyyətinə heç bir xeyir verməyəcək, amma onlar praktiki olaraq daima yerətrafı boşluqda qala bilərlər. İnsanın 50 illik kosmik fəaliyyəti dövründə yerətrafı orbitin müxtəlif qatlarına və uzaq kosmosa çəkisi 3 min ton olan 20 mindən çox obyekt buraxılmışdır.

Yerətrafı orbitin antropogen yolla çirkləndirilməsi probleminə ilk fikir verən ABŞ-m Milli Kosmik Agentliyi (NASA) olmuş və bu isə ciddi münasibət göstərilmişdir. ABŞ-da Kosmik fəzaya nəzarət sistemi dövlət və başqa təşkilatları məlumatlandırır ki, bu da bu sistemə aktiv inkişaf etməyə və mükəmməlləşməyə imkan yaradır və yeni iri optik teleskoplarla təchiz olunur. Misal üçün, Mayu (Havay adaları) adasında kosmosa nəzarət etmək üçün güzgüsünün diametri 1.2 və I.6., 1.8-mə qədər ulduz böyüklüyü qədər yayılma qabiliyyəti olan teleskoplar quraşdırılmışdır.

Havay adalarında güzgüsünün diametri 3.7 m olan teleskop istifadəyə verilib. Bu teleskop ən müasir, şüa qəbul edəndə təchiz olunmuşdur.

2000-ci ildə amerikanh peykləri izləmə sistemi olan modernləşdirilmiş stansiya istifadəyə verilmişdir ki, bu qurğuların tez bir zamanda lazımi yerdə quraşdırılması mümkündür.

167

Yeni süni mənşəli səma obyektlərinin əmələ gəlməsini astronavtlar hazırda astronomiyanın xüsusi sahəsi kimi yaranmasını qəbul edirlər. Bu sahə Yerin hərəkət dövriyyəsində Günəş sistemini öyrənən meteor astronomiyası ilə və Yerin təsir dairəsindən kənarda yerləşən planet astronomiyasında keçid zona adlanırdı.

Fəaliyyətdə olan peyklər (təqribən-500) kataloqa salınmış yerətrafı obyektlərin az bir hissəsidir. Fəaliyyətdə olan peyklərin kosmik zibillərlə toqquşmasından yaranan çirki qiymətləndirmək üçün kataloqa düşməmiş obyektləri də bilmək lazımdır. Belə məlumatları əldə etmək üçün hazırda vahid bir yol kataloqlaşdırılmamış törəmələrin modelləşdirilməsi lazımdır. Belə modellər ABŞ-m, Qərbi Avropanın və Rusiyanın aparıcı kosmik stansiyalarında yaradılmışdır. Yerətrafı orbitin tez-tez istifadə olunan hissəsində ən çox çirklənmiş 850-1200 km yüksəklik və geostasionar orbitlərdir. Burada kosmik zibil toplanmış olur. 850-1200 km yüksəklikdə meteoroloji peyklər və Yerin məsafədən zondlaşdırılmış peykləri, həmçinin nüvə enerjisi ilə təchiz olunmuş peyklərin böyük bir hissəsi uçurlar. Nüvə enerjisi ilə təchiz olunmuş peyklər bu yüksəkliklərdə radioaktiv təhlükə tam yoxlanana qədər yüzillərlə qala bilər.

Yerətrafı pillələrin planlı partladılmasmm qarşısını almaq üçün qəbul olunmuş tədbirlər və ya öz işini qurtarmış peyklərin orbitadan çıxarılması yolları hələlik yaradılmamışdır. Çeostansionar-peyklər hər şeydən əvvəl mikrometeorit və bolid kimi təbii səma cisimləri tərəfindən bombardman ola bilər.

Yerətrafı boşluğun yaxın hissəsində, 400 km yüksəklikdə, yəni pilotlarla idarə olunan aparatların uçduğu zonalarda da həmçinin çoxlu miqdar kosmik zibil vardır. Lakin bu obyektlər nisbətən uzun dövrlü deyillər: yarandıqdan bir neçə il sonra onlar yerin atmosferinə daxil olaraq yanırlar.

Aşağı obyektlərin atmosferə sürtünərək dövrü özünü

168

təmizləməsi ona görə baş verir ki, sürtünmə effekti obyektin yarım oxu da əsrlik dəyişiklik baş verərək o qədər onu kiçildir ki, sonda obyekt atmosferin qalın qatlarına daxil olaraq, hətta yanmır. Doğrudur bəzi hallarda peyklərin qalıqları və raketin yuxarı pilləsi Yerin səthinə də düşürlər.

Hesab olunurdu ki, geostasionar orbitdə belə özünü təmizləmə mexanizmi mövcud deyil. Lakin Rusiya Elmlər Akademiyasının Astronomiya institutunda aparılan tədqiqatlar yüksək orbitli kosmik obyektlərin uzun müddətli təkamülü (həmdə ki, işıq təzyiqi altında baş verən) bu fikirləri kökündən dəyişdi. Məsələ ondadır ki, peykin və ya başqa obyektin günəş şüalarından işıqlanma vasitəsilə reaktiv qüvvəyə malik olması nəticəsində təzyiq qüvvəsi əmələ gəlir ki, onun səthində asimmetrik səpələnmiş sahə əmələ gəlir (bu kosmik zibilin peyklərdə və fraqmentlərində rast gəlinir). Beləliklə, söyləmək olar ki, geosentrik orbitada özü-özünü təmizləmə mexanizmi mövcuddur.

Rusiya EA və HASA institutlarında aparılmış tədqiqatlar bu fikrə gəlməyə imkan verdi ki, alçaq yerətrafı orbitdə olan kosmik zibilin 40% -dən çoxu raketlərin ikinci pillələrinin və orbitdəki peyklərin partlaması nəticəsində əmələ gəlmiş qəlpələrdir.

Kosmik fəzanın ekoloji vəziyyətinin sabit saxlanılması problemlərinə aid əsas götürülən sənəd kosmosla əlaqədar müqavilənin (1967-ci il) olmasıdır. Bu müqavilənin 1-ci bəndində göstərilir ki, kosmik fəzanın istifadəsi elə həyata keçirilməlidir ki, kosmosun sülh əsasında mənimsənilməsində başqa dövlətlərin işi çətinləşməsin və hüquqları pozulmasın.

Müqavilənin 9-cu bəndi dövlətləri, ictimaiyyəti və beynəlxalq elmi cəmiyyətləri maksimum imkaniyyət daxilində və təcrübi işdə kosmosda görəcəkləri işlər, onların gedişi və tarixi barədə BMT-nin Baş katibini vaxtında məlumatlandırmağa çağırır.

Kosmosun ekologiyası məsələlərinin nizama salınması

169

üçün Beynəlxalq hüquq məsələlərində əsas yer «Kosmik obyektlər» tərəfindən dəyən ziyana görə məsuliyyət haqda Konvensiyaya (1972-ci li) verilir. Konvensiya dövlətlərdən tələb edir ki, buraxılışa məsul olan dövlət və ya kosmosa hər hansı apparat buraxan dövlət Yer üzərində və uçan hava gəmisinin vurduğu zərər üçün tam məsuliyyət daşımalıdır.

Orbitdə toqquşma və partlayışlarda baş verir.

24 iyul 1996-cı ildə təxminən 660 km yüksəklikdə iyul 1995-ci ildə günəş-sinxron orbitə buraxılmış fransız CERİSE peyki ilə, başqa fransız peyki- 1986-cı ildə orbitə çıxmış «Arian» raketinin üçüncü pilləsinin fraqmetnləri ilə toqquşması baş vermişdir. Toqquşma zamanı obyektlərin nisbi sürəti 15 km/s-a yaxın və ya 50000 km/saat olmuşdur. İlk dəfə olaraq insanın kosmik fəaliyyətinin 39-cu ilində kosmosda toqquşma həqiqətə çevrildi. Təbii səma sistemləri kimi, həm də süni peyklərin dağılmış parçalarını müşahidə etmək üçün xüsusi müşahidə sistemi tələb edilir.

Orbitə buraxıldıqdan 20 il sonra enerji resursları tükənmiş peyklər dağılırlar və onlar kosmik zibil («Tranzit NOAA, «Kosmos», «Vostoklarm» yuxarı pillələri) hesab olurlar. Müxtəlif peyklər nəzarətdə olan müxtəlif miqdar dağılmış hissələr verirlər (6-dan 50-ə qədər və çox). Bəzi iri hissələri ayrı nömrə ilə kataloqa daxil edirlər.

Yerətrafı kosmosun çirkləndirilməsi raketlərin buraxılması üçün istifadə olunan gücün artması ilə artır. «Delta raketləri sistemlərinin ikinci pilləsinin partlayışları» (yanacağın qalması və qızmanm mövcud şəraitindən asılı olaraq) 1300 müşahidələr kataloqlaşdırılmışdır. Həmin bu səbəblər də keçən əsrin 90-cı illərində «Titan», «Kosmos», «Proton», «Zenit», «Rokot», «Peqas» tipli raketlərin yuxarı pillərinin partlamasına səbəb olmuşdur. Yuxarıda qeyd etdik ki, geosentrik orbitada yerləşən peyklər təbii səma obyektləri tərəfindən xüsusi bombardıman olunurlar.

170

indiyə qədər bir neçə kosmik layihələr həyata keçirilmişdir. Bununla aşağı orbitdə pilotlarla idarə olunan kosmik zibilin mövcudluğu öyrənilməyə başlanmışdır.

Xüsusilə də 1990-cı ilin aprelində peykdə qoyulmuş, sahəsi 130 m- olan xüsusi platformanın səthində 0.5 mm- dən böyük həcmli hissəciklərin 35 mindən çox zərbəsi qeydə alınmışdır. Tədqiqatlar göstərmişdir ki, səthə dəyən hissəciklərin «Kraterləri» həm süni, həm də təbii mənşəli hissəciklərin zərbələrinin nəticəsində yaranmışlar, o cümlədən də nüvə reaktorlarından dəyən zərbələr. Yerə düşən iri kosmik zibilə (1 m^ en kəsiyi olan)gəldikdə isə, onlar orta hesabla həftə ərzində bir dəfədən az düşmüşlər. Zibillərin düşmə vaxtı düşmə yerlərini təyin etmək mümkün olmur.

«Kosmik obyekt» terminini müəyyənləşdirirkən, «Kosmik obyekt» anlayışının tərkib hissəsi kimi həmçinin daşıyıcı vasitələr və onun hissələri fəaliyyət göstərmirsə də, konvensiya kosmosa aparat buraxan və kosmosu çirkləndirən dövlət üzərində potensial məsuliyyət saxlayır.

171

V FƏSIL

TƏBİİ - TEXNOGEN PROSESLƏRİN

EKOCOĞRAFİ XÜSUSİYYƏTİ

5.1. Energetik sistemlərin ekocoğrafi aspektləri

Cəmiyyətin inkişafı və tərəqqisi təbiətin istifadə olunan müxtəlif sərvətlərindən, xüsusilə yerin təkindən çıxarılan sərvətlərdən asılıdır. Hətta maddi mədəniyyətin bəzi adları (daş, tunc, bürünc, dəmir əsri və s.) təbii mineralların adı ilə bağlıdır.

Mineral sərvətlər bərpa olunmayan resurslarıdır. Onların bərpa olunmaması bəzi mənada nisbi xarakter daşıyır, çünki onların bərpası təbiətdə o qədər zəif gedir ki, onların çıxarılma tempinə və insan ömrü ilə müqayisədə bərpa olunmayan sayılır.

Elmi-texniki inqilabın sürətli inkişafı enerjiyə olan tələbatın sürətlə artması ilə müşayət olunur. Onun istehsalı hər 10 ildən bir iki dəfəyə qədər artır. Bir çox mütəxəssislərin proqnozlarına əsasən üçüncü minilliyin əvvəllərində bütün enerji növlərinə dünyanın tələbatı üç dəfə artacağı gözlənilir.

Energetika - enerji ehtiyatları, müxtəlif enerji növlərinin hasilatını, dəyişməsini, ötürülməsini və istifadəsini daxil edən xalq təsərrüfatı sahəsidir.

Energetika insan fəaliyyətinin ən mühüm tərəfidir. Energiyanm istifadəsi olmadan insanın başqa işləri də praktiki olaraq mümkün deyildir: təbii ehtiyatların çıxarılması və emalı, sənaye məhsulunun istehsalı, nəqliyyat, kənd təsərrüfatı, işıq, istilik, səhiyyə və s.

Lakin energetika məsələləri ilə həll edilməlidir ki, biosferdə başqa qlobal problemlərin vəziyyəti pisləşməsin. Buna baxmayaraq, energetika müəyyən üstünlüklərlə yanaşı, ətraf mühitə mənfi təsir də göstərir. Biosferin çirklənməsi növlərinin 80%-ə qədərini enerji prosesləri, o cümlədən

172

yanacağın hazırlanması və istifadəsi təşkil edir. Son 30-40 ildə dünyada hər bir insanın istifadə etdiyi enerjinin miqdarı iki dəfədən çox, neft isə üç dəfə yarım artmışdır. Bunun nəticəsi isə dünyada duru yanacaq ehtiyatının hiss olunacaq dərəcədə tükənməsidir.

Enerji istehsalının iki tipi var: bioloji enerji istehsalı (antropogen). İkinci tipin bir neçə forması var: istilik energetikası, hidroenergetika, atom energetikası, ənənəvi olmayan enerji mənbələri (günəş, termal, dalğa və qabarma, tullantı üzvi maddələrin enerjisi və s.).

5.2. Enerji ehtiyatlarının növləri. İstilik-enerji xammalları

Qlobal enerji strategiyası və problemlər, əhalinin sayının artması, cəmiyyətin ayrı-ayrı təbəqələri arasında əmlak fərqlərinin yüksəlməsi, ərzaq və su çatızmazhğı, sağlamlığın və səhiyyənin vəziyyəti, şəhərlərdə əlverişsiz hava, iqlimin dəyişməsi, ekosistemlərin deqradasiyası, nüvə silahının yayılması və s. kimi ümumdünya məsələləri ilə qarşılıqlı əlaqədədir.

Yer üzərində enerjidən istifadə durmadan artır və müxtəlif qiymətlərə əsasən 2000-ci ildə 16-24 trilyon kVt/s olmuşdur. Yeni enerji mənbələrinin perspektiv istifadəsinin və enerjinin gələcək inkişafının təbii mühitə təsiri müxtəlif enerji ehtiyatlarının qiymətləndirilməsi ilə təyin olunur.

Ən sadə qiymətlərə əsasən əsas yanacaq enerjisinin əsasını təşkil edən potensial ehtiyatının cəmi - kömür və başqa bərk yanacaq növləri, maye, karbohidrogen, təbii qaz və s. ehtiyatlar 5500-6950 milyon kVt/s təşkil edirlər.

Bir-birindən fərqlənən mineral yanacaqların müxtəlif qiymətərinin cəm potensialı götürüldükdə əsas rol yenə də kömürə verilir. Öz ehtiyatlarına görə kömür neftdən 20-30 dəfə, təbii qazdan 30-50 dəfə üstündür. Mineral enerjilər içərisində kömürün payını potensial cəmdən 72% təşkil edir.

İnsanlar öz yaşadıqları dövrdə 80-85 milyard ton enerji istifadə etmişdir. Bu rəqəmin yarısı son 25 ildə

173

istifadə olunub. Məlumatlara əsasən 2000-ci ilə kimi 76,2 milyard ton neft, 99,7 milyard ton təbii qaz və 70,4 milyard ton uran xammalı istifadə olunub.

İstilik enerjisini texniki tərəqqinin əsasını, xalq təsərrüfatının inkişaf tempini təşkil etməsini söyləyirlər. Keçmiş Sovetlər İttifaqı istilik enerjisi alınmasının əsasını qoyan ölkələrdən olmuşdur.

İstilik energetikasının əsasını istilik elektrik stansiyaları (İES) təşkil edir. Bu stansiyada enerjinin 70%-ə yaxmı istehsal olunur. Ona görə də bu sahənin ətraf mühitə təsir ön plana çıxır. 500-dən çox qüvvətli İES-lər və istilik elektrik mərkəzləri (İEM) gecə-gündüz işləyərək milyon tonlarla üzvi yanacaq yandırılır. Onların hesabına təqribən sənaye müəssisələrindən atmosferə atılan zəhərli tullantıların 1/4-i düşür. Atılan zəhərli tullantılarının yarıya qədəri kükürd dioksididir. 1/3-i azot oksidinin, 1/4%-i isə uçan külün payına düşür. Yanacaq və oksidləşdirici rolunu oynayan qızdırılmış hava fasiləsiz olaraq yandırıcı qazana daxil olur. Yanacaq kimi adətən kömür və şist istifadə olunur. Həmçinin, neftayırma zamanı neftdən - benzin, ağ neft və başqa yüngül fraksiyalar ayrıldıqdan sonra qalıq məhsulu kimi - qaz və mazutdan istifadə olunur.

Bərk yanacaq yandırılan zaman atmosferə yanmağa macal tapmamış hissəciklər olan uçan kül hissəcikləri, kükürd anhidridi, bəzi ftor birləşmələri, həmçinin tam yanmamış yanacağın bəzi qazvari məhsulları daxil olurlar.

İES-lərin tullantı sularında vanadium, nikel, ftor, fenol və neft məhsulları olur. Onlar su hövzələrinə atıldıqda suyun keyfiyyətinə və su orqanizmlərinə zərərli təsir göstərə bilər. Suyun istiliyi də su hövzəsinə mənfi təsir göstərməklə, orada çoxlu dəyişikliklər əmələ gətirir. İES-lər enerjini qızmış buxarın köməyilə hərəkətə gətirilən trubinin köməyilə alınır. Trubin işləyərkən işlənmiş buxar su vasitəsilə soyudulur. Ona görə də İES-lərdən fasiləsiz 8-12°S qədər qızmış su hövzəyə daxil olur.

174

Mazut - İES-lərdə yanacağın 38%-ni təşkil edir. Yanacağın quru növü (mazut) yandırılarkən tüstü qazları ilə atmosferə: kükürd və kükürdlü anhidrid, azot oksidi, tam yanmamış qazvari məhsullar, vanadium birləşmələri, natrium duzları, həmçinin kotelləri tənzimləyərkən onların üzərində toplaşan çöküntülər olur. Atmosferi çirklənmədən qorumaq üçün kompleks kültutan qurğu quraşdırılır.

Kül və şlaklar. Bərk yanacaqla işləyən İES-lər il müddətində 100 min tona qədər kül və şlak atırlar. Kül və şlaklar xeyli torpaq ərazisi tutur və ətraf mühitə zərərli təsir göstərir. Eyni zamanda onların tərkibində çoxlu qiymətli maddələr vardır.

Hidroenergetika. Su elektrik stansiyalarında çayın gücündən istifadə edilir. SES-lər o vaxt ekoloji cəhətdən təmiz olur ki, onların tikilməsində təbiəti mühafizə tədbirləri }diksək səviyyədə görülmüş olsun. Geniş torpaq sahələrinin su altında qalması, su sızma canlı aləmin məhv edilməsi və başqa mənfi halların qarşısı alınmış olsun. Suyun yüksəkdən axmasını təmin etmək üçün ən çətin olan bənd tikilməlidir. Bunların əksəriyyəti kənd təsərrüfatına yararlı olan torpaq sahələridir. Bir çox yerdə bəndlər balıqların yolunu kəsir (kürütökmə), bir çox yerlərdə onlara tərkibində çoxlu biogen element olan çirkab sular atılır. SES-lərin yaradılması bəzi rayonlarda zəlzələ yarada bilər. Torpaq itkisini yeni rayonlardan istifadə etməklə, balıq itkisini isə balıq zavodları tikməklə əvəz etmək olar. Bir çox HES-də balıq yetişdirilən «pitomniklər» tikilir.

Keçmiş SSRİ-də Volqada, Dneprdə, Bratsk, Anqara, Krasnoyarsk, Sayan-Şuşenskidə, Azərbaycanda - Mingəçevir, Varvara. Yenikənd, Şəmkir, Sərsəng, Araz və s. SES-lər tikilmişdir. Bundan başqa kiçik çayların da enerjisindən istifadə edilir. Mümkün olduqca onlann əhatə dairəsinə məhsuldar sahəsinə çevirmək lazım gəlir.

Atom enerjisi. XX əsrdə atom enerjisi insan həyatına geniş daxil olmuşdur. Atom elektrik stansiyaları (AES)

175

energetikanın zirvəsini təşkil edir. Lakin AES-lərdən ətraf mühitə yayılan istiliyin azaldılması mühüm məsələlərdəndir.

Dünyada ilk AES 1954-cü ildə keçmiş SSRİ-də Kaluqa vilayətinin Obninsk şəhərində tikilmişdir. 1986-cı ilə kimi dünyada 350 enerji bloku işləmiş və onların gücü 250 mln kVt/s olub. AES-in bir çox ölkələrin enerji sistemində rolu böyükdür. Fransada 65“/ı, Belçika 50%, İsveçdə 39%, İsveçrədə 35%, Bolqarıstanda isə 30%-i təşkil edir. Lakin Çernoblda, ABŞ, İngiltərə, AFR-də atom stansiyalarındakı qəza hadisələri bu sahədə münasibəti ciddiləşdirdi. Keçmiş SSRİ-də 40 enerji bloku qurulmuşdur (ümumi gücü 22 mln. kVt).

Atom enerjisi atmosferi çirkləndirmir. Digər tərəfdən onlar eyni gücə malik başqa stansiyalara nisbətən daha çox əra2d tələb etmir. Lakin AES-də radioaktiv tuUantılann saxlanılması və qəzalann qarşısının alınması problemi mühüm əhəmiyyət kəsb edir.

AES-də 1 mln kVt/s enerji istehsal etmək üçün 16 kq nüvə yanacağı lazımdır. Mazutu həmin enerjiyə çevirmək lazımdır. Zaqafqaziyada ən təhlükəli olan, Yerevan (Mutso- mor) AES-idir. 1986-cı ilin 26 aprelində Ukraynadakı Çernobl stansiyasında 3-cü blokda baş vemıiş qəza o vaxta kimi olanlardan ən dəhşətlisi və bəşəriyyəti dəhşətə gətimıişdir. Bu səbəbdən də indi tikilən atom reaktorları bəşəriyyəti narahat edir.

Hidrogen enerjisi. Hidrogen enerjisindən istifadə ətraf mühitin qorunmasında böyük əhəmiyyət kəsb edir. Hidrogenin yaranmasından alınan istilik - neft və neft məhsullarından üç dəfə, daş kömürdən isə dörd dəfə çox olur. Dünyada hidrogen istehsalı 200 mlrd, m^ ildən çoxdur. Onun yarıdan çoxu amiak istehsalında, 30%-ə yaxın isə neftayırma zavodlarında istifadə edilir. Hidrogenin alınması üçün əsas tükənməz mənbə sudur. Dünyada sudan ilk hidrogen alınması təcrübəsi 1986-cı ildə Yaponiyada

176

aparılmışdır. O unikal zavodun istehsalı - 18 litr hidrogen və 9 litr oksigen 35 saat iş dövründə alınıb.

Qeyri-enerji mənbələri. Ənənəvi olmayan hər bir neçə mənbədən elektrik enerjisindən istifadə edilməsi gələcəkdə genişləndirmək nəzərdə tutulur. Günəş enerjisi (keçmiş SSRİ-də 215 min m- günəş kollektoru yaradılıb).

Qabarma elektrostansiyalar - Qabarma stansiyaları Fransada, Rusiyada, ABŞ, İngiltərədə tikilib. Termal suların enerjisindən Kamçatka, Çukotda, Saxalin, Qazaxıstan, Krım, Qafqaz, Zakarpatiya və s. yerlərdə istifadə edilir.

Kamçatkada - Paujen parahidrotermal elektrik stansiyası 11 mVt gücündədir.

5.3. Sənayenin ekocoğratı aspektləri

Müasir ekoloji çirklənmədən danışarkən sənaye sahələrini təhlil etmək lazımdır. Əsrlər keçdikcə insanlar sənayeni təkmilləşdirmiş və indiki mərhələyə çatmışdır. Müasir insan sənayesiz yaşaya bilməz və sənaye fəaliyyəti ümumbəşəri xarakter daşıyır. Elm və texnikanın müasir inkişafı Yer kürəsində təbii sərvətlərin istifadəsini və emalını gücləndirdi. Təbii sərvətlərdən istifadə insanların həyat tərzinin yaxşılaşdırması üçün bir vasitədir. Lakin sənayenin inkişafı sənaye tullantılarını artırmış, ətraf mühiti daha çox zəhərləmiş və çirkləndirmişdir. Sənayenin inkişafında yol verilən səhvlər nəticəsində bir çox xəstəliklər yaranmışdır və bəzi yerlərdə ətraf mühit «ölü» vəziyyətinə düşmüşdür. Belə ərazilərin sahəsi bütün qitələrdə çox genişdir. Xüsusilə iri sənaye şəhərlərində və onların yaxınlığındakı ərazilərdə sənaye müəssisələrinə köhnə texnoloji avadanlıqların tətbiqi ətraf mühiti ekoloji böhran vəziyyətinə salmışdır. Ona görə də köhnə texnologiya ilə işləyən iri sənaye müəssisələrinin işinin dayandırılması və ya təkmilləşdirilməsi təklif olunmuşdur. Belə vəziyyət Azərbaycanın bir neçə iri şəhərlərinə aiddir. Təbii komplekslərin transformasiyasında

177

sənaye böyük rol oynayır, sənaye müəssisələrində təbii komplekslər antropogen kompleksə çevrilir. Alimlər hesablamışlar ki, yerdən çıxarılan faydalı qazıntıların, mineral maddələrin 95%-ə qədəri tez-tez mühiti çirkləndirən tullantılara çevirir. Hər il sənaye müəssisələrindən atmosferə tonlarla kül, texniki toz, karbon oksidi, kükürd qazı və digər zəhərli qazlar qarışır. Şəhərlər üzərində əmələ gələn tüstü və duman kimi zəhərli qazlar minlərlə adamın sağlamlığını pozur.

Su hövzələrinə axıdılan çirklənmiş və zəhərlənmiş sular bütün canlılara birbaşa və dolayı yolla ciddi təsir edir. Bizdə və dünyada neft və neft məhsulları çay, dəniz və okean sularının üst qatında nazik örtük əmələ gətirərək oksigenin suya daxil olmasının qarşısını alır.

Bir sıra sənaye tullantıları ozon qatının zəhərlənməsinə və «Ozon dəliyinin» yaranmasına səbəb olmuşdur. Bu hal hazırda bütün bəşəriyyəti narahat edir.

Sənaye şəhərlərində əhalinin sıxlığı və antropogen faktorların daha güclü olması burada insan ilə ətraf mühit arasındakı əlaqəyə və qarşılıqlı asılılığa tamam yeni forma və məzmun verir.

Müasir sənaye və kənd təsərrüfat sahələrində tətbiq olunan yüzlərlə xammal, gübrə, pestidsid və s. təbiətin canlı aləminin normal inkişafını və həyat fəaliyyətini pozur. İndi bütün dünyanın iri şəhərləri bərk cisimlərin tullantıları ilə əhatə olunmuşdur. Sənayenin inkişafındakı səhvlər ondan ibarətdir ki, təbii kompleksin əlaqələrini nəzərə almadan, məhsuldarlığın artmasına enerjidən istifadəni çoxaltmaq hesabına nail olurlar. Sənaye şəhərlərinin gələcəkdə təkmilləşdirilməsi, ən əsas tullantısız istehsal proseslərinin geniş tətbiqi planlaşdırılır.

178

5.4. Nəqliyyatın ekocoğrafi aspektləri

Təsərrüfat çoxsahəli olmaqla coğrafi şəraitlə mürəkkəb əlaqələrə malikdir. Bu baxımdan nəqliyyatın təbiətə təsiri həm zərərli, həm də faydalıdır. Nəqliyyatla bağlı olan eyni bir hadisə zərərli və faydalı ola bilər. Məs: bioloji növlərin və ya onların sort və cinslərinin uzaq yerlərə, hətta bir qitədən başqa qitəyə yayılması iqtisadi baxımdan müxtəlif nəticə verə bilər.

Canlıları müasir nəqliyyatın köməyi ilə qısa vaxtda dünyanın hər yerinə yayıb insan həyatına səmərəli etmək məqsədə müvafiq olar.

Nəqliyyatın inkişafı insanın zərərli və faydalı əmək fəaliyyətini intensivləşdirir. Təəssüf ki, nəqliyyatın faydasına aludə olmuş insan onun zərərlərini vaxtında görüb aradan qaldıra bilməmişdir. Hələ indi də nəqliyyat vasitəsi ilə ətraf mühit (hava, torpaq, su) çirkləndirilir, bərəkətli torpaqlar yollar altında qalır, xəstəliklər və zərərli orqanizmlər geniş yayılır.

1000 km yol gedən avtomobil bir adamın illik oksigen payını sərf edir. Müasir təyyarələrin bir saatlıq uçuşunda yandırdığı oksigen 180 min adamın həmin qədər vaxtda istifadə etdiyi oksigenə bərabərdir. Nəqliyyat havada olan oksigeni yandırmaqdan başqa həm də dünyaya küllü miqdarda karbon qazı atır (təxminən ildə 20 milyon ton). Bu səbəbdən Yer kürəsinin havasında olan karbon qazı təbii miqdarına nisbətən 15% çoxalmışdır (3).

Avtomobil nəqliyyatı havaya azot oksidi (NO2), karbohidrat və zərərli qurğuşun da atır. Son bir neçə əsrdə, xüsusən XIX-XX yüzilliklərdə flora və faunanın yayılmasına antropogen faktorlar, o cümlədən nəqliyyat və rabitə vasitələri ciddi təsir etmişdir. İndi yeni elm sahəsi - antropogen biocoğrafiya inkişaf etmişdir.

179

5.5 Kənd təsərrüfatının və torpaqdan istifadənin ekocoğrafi anlayışları

Kənd təsərrüfatı ilk dövrlərdən bir çox ekloji prinsiplərin təbii istifadəsinə əsaslanır. Onun elmi əsaslarının yaranması və inkişafı ilə əlaqədar bu prinsiplər şüurlu şəkildə istifadə olunurdu. Lakin hazırki dövrə qədər əksərən ekoloji biliklərin autekologiya-növlərin ekologiyası istiqaməti istifadə olunur. Populyasiya və ekosistem yanaşma az istifadə olunurdu. Kənd təsərrüfatı istehsalında əsas məqsəd güdülürdü - məhsul alınması və maksimum bioloji məhsuldarlıq əldə etmək. Müasir qüvvətli texnikanın istifadəsi və geniş kimyalaşdırma dövründə yüksək məhsul əldə edilməsi ətraf mühitin və ekoloji tarazlığın saxlanılmasında göstərilənlər qismən ciddi problemlər yaratmışdır. Bu son nəticədə təsərrüfat əkinçiliyinə pis təsir göstərmişdir. Şumlanan torpaqlarda da kütləvi kimyəvi pereparatlarm istifadəsi nəticəsində elə neqativ hallar və tozlanmalar baş vermişdir ki, bu bir çox təbii biosenozların məhvinə və mədəni bitkilərin məhsuldarlığının azalmasına səbəb olmuşdur. Müasir ekologiya elmi yeni kənd təsərruüfatı məhsulları almaq metodlarını və həm bitkiçilikdə, həm də maldarlıqda potensial məhsuldarlığı göstərir.

Kənd təsərrüfatının ekologiyalaşdırılmasmm əsas yolu - biosenoloji və ekosistem prinsipləridir. Növbəli əkinin və aqrolandşaft komplekslərinin yaradılması elə olmalıdır ki, onlar biosenoloji sistemlərin bütövlüyünü qoruya bilsin. Növ müxtəlifliyinin artırılması şəraiti zərərvericilərin təhlükəsini aradan qaldırmağa kömək edə bilər. Bu nəinki məhsulun qorunmasını, həm də kimyəvi pereparatlarm geniş tətbiqini azaldır. Həmdə ki, ətraf mühitin çirklənməsinin qarşısını alır. Kənd təsərrüfatı istehsalının intensivləşməsi ekoloji yanaşmaları tətbiq etməklə mümkündür.

180

Növbəti əkin sisteminin perspektivliyi bitgilərin üfüqi rotasiyası (nöbələşməsi) ilə bağlıdır. Kənd təsərrüfatının bütün formalarının intensiv inkişafı onun verə biləcəyi ekoloji nətiəcələrinin dəqiq tədqiq olunması ilə əlaqədardır. Kənd təsərrüfatı məhsuldarlığının artırılması ilə yanaşı, bütün biosfer proseslərinin, ən əsası isə maddələr dövranının optimallaşdırılması qarşıya məqsəd qoyulmalıdır.

Qədim zamanlardan insanlar heyvanları əhliləşdirməyə başlamışlar. Qitələrdə müxtəlif heyvanlar əhliləşdirilib. İnsan üçün bu gün də heyvanların faydası çoxdur: ərzaq mənbəyidir, dərman, parfyumeriya, texniki yağ, suvenir və s. istehsalında xammaldır, xəz-dəri və gön mənbəyidir, minik və qoşqu aləti kimi istifadə edilir, elmi əhəmiyyəti var və estetik zövq verir. Buna görə də bütün qitələrdə insanlar həmişə ev heyvanlarının və bitkilərin növünü, cinsini, sayını və məhsuldarlığını daim artırır. Bundan əlavə insan üçün də mənfi cəhəti də var: insana və çöl heyvanına xəstəliklərin yayılması, bitkiləri tələf etməsi, təbii bitki örtüyünü korlaması, nəqliyyatla toqquşub qəzalara səbəb olması və s. Eyni zamanda maldarlığın ətraf mühit üçün əhəmiyyəti əvəzsizdir. Məs.: maddələrin biokimyəvi dövriyyəsində iştirakı, canlı təbiətin təkamülündə, bitkilərin çarpaz tozlanmasmda, torpağın əmələ gəlməsində, torpağın gübrələnməsində rolu, alaq bitkilərini azaltması və s. (3) Maldarlığın ətraf mühitə və çöl heyvanlarına təsiri ötəri bir hadisə deyil. Məs: ev heyvanlarının yemi təbiətdən götürülür. Onların böyük sürüləri olan çöl heyvanları otlaqlardan təqribən çəkilib getməli olur. Eyni zamanda ev heyvanları çöl heyvanlarına qorxulu xəstəliklər yoluxdurub onların kütləvi qırılmasına səbəb olur. Bunun əksinə olaraq çöl heyvanları xəstələnib bir az zəifləyən kimi yırtıcı heyvanlar onları tələf edirlər.

181

VI FƏSİL

TƏBİİ EHTİYATLARDAN İSTİFADƏNİN EKOCOĞRAFİ ASPEKTLƏRİ

6.1. Təbii ehtiyatlardan istifadənin ekoloji, iqtisadi və

texnoloji aspektləri

Təbii ehtiyatlar - insanların öz yaşayışlarını təmin etmək

üçün istehsal vasitəsidir. Təbii ehtiyatlar təbii şəraitdən kənarda

mövcud ola bilməzlər. Təbii ehtiyatların təsnifatı, onlardan kompleks istifadə

etmək və mühafizəsini təşkil etmək üçün böyük nəzəri və praktik əhəmiyyət kəsb edir. Bundan asılı olaraq təbii ehtiyatları iki böyük qrupa bölmək olar: tükənən və tükənməyən. Tükənən ehtiyatlar öz növbəsində bərpa olunan və bərpa olunmayanlara

ayrılır. Hava, su, torpaq, bitki örtüyü tükənən, lakin bərpaolunandır. Yerin təkindən çıxan bütün təbii ehtiyatlar tükənən, lakin bərpa olunmayanlardır. Tükənməyən təbii ehtiyatlara günəş enerjisi, külək, geotermal, qabarma və s. enerjilərdir. Təbii ehtiyatların bərpa olunması və bərpa olunmaması çox hallarda onlara insanların münasibətindən asılıdır. Bizim dövrümüzdə təbii ehtiyatların bütün tipləri mühafizə olunmalıdır. İstehsalın indiki mərhələsində təbiətin mühafizəsinin praktiki məsələlərini həll etmək üçün təbii ehtiyatların müxtəlif növlərində sayı və onlardan səmərəli istifadə olunması vacibdir.

Yerin təkində toplanmış bütün faydalı qazıntıların cəmi mineral sərvətlər anlayışını təşkil edir. Mineral sərvətlər sənayenin vacib sahələrinin (energetika, qara və əlvan metallurgiya, kimya sənayesi, tikinti və s.) inkişafı üçün əsasdır.

Mineral xammal təbii ehtiyatlar kimi ölkənin milli sərvəti sayılır. Faydalı qazıntı yataqlarının aşkar edilməsi və

182

kəşfiyyatı, onların səmərəli və kompleks istifadəsi Xalq təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradır. Elmi- texniki inqilab döväində təbii ehtiyatlar ölkənin iqtisadi gücünü göstərən amillərdən biri hesab olunur. Dünya iqtisadiyyatının inkişafı bütün dünyada təbii ehtiyatların çıxarılmasının kəskin çoxalmasının və ümumi milli məhsulda onun rolunun artmasını göstərir. Heç vaxt mineral xammal, xüsusilə neft, təbii qaz, alüminium filizi, müəyyən əlavələr, nüvə xammalı iqtisadiyyatın inkişafına hazırkı dövrdəki kimi əhəmiyyətli olmamışdır. Demək kifayətdir ki, bütün dünyanın yerin təkindən çıxarılan sənaye məhsullarının 70%-dən çoxu faydalı qazıntılardan istehsal olunur.

Müasir sənayenin bünövrəsi təbii xammallardır. Onun kəşfiyyatı, çıxarılması və emalı hazırda insan fəaliyyətinin miqyasca ən nəhəng fəaliyyət dairəsinə çevrilmişdir. Neft, təbii qaz, kömür-yanacaq enerji balansının əsas tərkib hissələridir. Metal filizləri-sənayenin çoxsaylı məhsulları üçün xammaldır. Dağ - kimya filizləri kənd təsərrüfat bitkilərinin məhsuldarlığını artınnaq üçün istifadə olunur. Qeyri-filiz qazıntıları tikintinin tələbatını ödəyir.

Respublikamız yüksək inkişaf etmiş sənayenin və kənd təsərrüfatının tələblərini ödəyən qüvvətli təbii ehtiyat bazasına malikdir.

Cəmiyyətin inkişafı və onun çiçəklənməsi təbiətin istifadə olunan sərvətlərinin müxtəliflifliyindən, xüsusilə yerin təkindəki ehtiyatlardan asılıdır. Hətta təbiətin bəzi dövrlərinin maddi mədəniyyətində (“daş”, ’’büıiinc”, “dəmir” əsrləri) insan həyatında təbii ehtiyatların rolu əks olunmuşdur. Təbii ehtiyatlar bərpa olunmayan təbii sərvətlər kateqoriyasına aid olmaqla - onların ümumi ehtiyatı istifadə nəticəsində azalır. Mineral sərvətlərin bərpa olunmaması müəyyən mənada nisbi xarakter daşıyır, belə ki, onların bərpası yerin təkində indi də gedir, ancaq bu proses o qədər yavaş gedir ki, onların çıxarılması ilə və

183

insan ömrünün müddətinin qısalığı ilə müqayisədə bərpa olunmayan ehtiyatlara aid edilir.

Hazırki dövrdə yerin təkindən istifadə ildən-ilə sürətlənir. Belə ki son 30 ildə neftin istifadəsi 4-5 dəfə, təbii qazmkı 5-6 dəfə, boksit 9-10 dəfə, kömürünkü 2-3 dəfə artmışdır. Eyni sözləri dəmir və manqan filizlərinə, kalium duzlarına, fosforitlərə və başqa faydalı qazıntılara aid etmək olar. Onların da istifadəsi 3-4 dəfə artmışdır.

Bir çox mədənlərin hasilatı tükənmişdir. Dövrümüzün ən mühüm sosial və iqtisadi problemlərindən biri də ətraf mühitin mühafizəsindən ibarətdir. Təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi insanların qarşısında duran ən vacib problemlərdən biridir. Bu problem ətraf mühitin qorunması, təbii ehtiyatlardan düzgün istifadə olunması üzrə kompleks tədbirlərin işlənib hazırlanmasını tələb edir. Belə tədbirlər elmi cəhətdən düzgün əsaslandırılmalı, beynəlxalq səviyyədə və dövlət səviyyəsində həyata keçirilməlidir.

Elmi-texniki inqilabın, kənd təsərrüfatının digər sahələrinin sürətlə inkişafı ilə yanaşı təbii ehtiyatlardan istifadə gərginliyi də artır. Belə problemlərdən ən başlıcası ehtiyatlan qorumaq və onlardan səmərəli istifadə etmək üçün elmi əsaslar üzrə həyata keçirməkdən ibarətdir. Artıq cəmiyyətlə təbiət arasında olan münasibətdə kəmiyyət və keyfiyyət dəyişiklikləri nəzərə çarpır.

Belə bir şəraitdə müasir elm özündə cəmiyyətin təbiətə etdiyi texnogen təsirin nəticələrini əvvəlcədən tamamilə proqnozlaşdırmaq imkanına malik deyildir. Ətraf mühitin mühafizəsi artıq bir elm sahəsi kimi formalaşmışdır, lakin bu elmin ayrı-ayrı ideyaları daha uzaq keçmişimizdə irəli sürmüşdür.

Yeganə təsərrüfat sahəsi ovçuluq olan ibtidai icma quruluşu dövıdində qəbilə başçıları cavan və boğaz heyvanların ovlanmasmı qadağan edir, balıq, quş və vəhşi heyvanların artması üçün xüsusi qadağan (yasaqlıq)

184

əraziləri ayırırdılar. Quldarlıq dövründə meşə və təbii parklara nəzarət edilməsi artıq Hindistanda, Çində, Yunanıstanda və başqa ölkələrdə qanun şəklini almışdı. Hələ eramızdan əvvəl IV-V əsrlərdə Platon Yunanıstanın cənub-şərqindəki Attika meşələrini torpaq eroziyasından qorumaq və onların su ehtiyatlarını, torpaqlarının məhsuldarlığını nizama salmaq məqsədilə dəyərli fikirlər və tədbirlər irəli sürmüşdü.

Feodalizm dövründə təbiətdən istifadə və mühafizə məsələsi quldarlıq cəmiyyətinə nisbətən daha çox adamların diqqətini özünə cəlb edirdi. Burada artıq feodalların təbiətə şəxsi münasibəti məsələsi meydana çıxırdı. Onlar torpağı, meşə və heyvanları öz gələcək nəsilləri üçün qoruyub saxlamaq qaydasına qalırdılar. Artıq feodalizm dövründə heyvanların qorunması haqqında qanunlar verilirdi. Avropada indi də sürü ilə yaşayan vəhşi öküzlərin (zubr), xallı və nəcib maralların bu günə gəlib çıxması həmin ədalətli qanunlara nəcib münasitbətlərin nəticəsi olmuşdur.

Yüzilliklər keçdikcə insanların təbiətə olan münasibətləri də dəyişirdi. Elə həmin vaxtlardan təbii tarazlığın pozulmasının təməli qoyulurdu. Cəmiyyətimizdə olan ikihissəlik öz sərtliyi ilə təzahür edirdi. Bir hissə ancaq «mən» deyib, təbiətin varlığına qəsd edir - öldürür, yandırır, dağılır, digər hissəsi isə «yüksək insani hisslərlə», birincisinin hərisliyinə qarşı mübarizə aparır. Hələ 1273-cü ildə İngiltərədə havanı çirkləndiricilərə qarşı qanun qəbul edilmişdir. Hətta bundan 30 il keçdikdən sonra bu qanunu pozan bir nəfər Londonda açıq meydanda edam edilmişdir. Artıq dünyanın bir çox ölkələrində, xüsusilə Avropa qitəsində su mənbələrinin, havanın çirklənməsinə, torpağın yararsız hala salınmasına qarşı bir sıra qanunlarla yanaşı, həmçinin ətraf mühitin çirklənməsinə nəzarət edən əməli təşkilatlar yaradılırdı. XV-XVI əsrlərdə bir çox ölkələrdə təbiətə qəsd edən ayrı-ayrı adamlara qarşı ciddi və qanuni cəza tədbirləri həyata keçirilirdi. 1539-cu ildə Danimarka

185

kralı dəniz kənarı meşələrin qırılmasını qadağan etdi. 1569- cu ildə dəniz kənarı qumluqların yaşıllıqlarla bəzədilməsinə (meşəsalma yolu ilə) aid qanun verdi.

Artıq XVII-XVIII əsrlərdə məhsuldar qüvvələrin inkişafı təbiətə mənfi təsirləri daha da artırırdı. Beləliklə, zaman keçdikcə insanların həyatı get-gedə dəyişir, təbiətlə üz-üzə durur, onun nemətlərini asanlıqla mənimsəmək üçün ixtiralar və kəşflər edirdilər.

Əlbəttə bütün bunlar nəinki insanın təbiətə qəsd etməsilə, həm də insanların öz-özlərinə qarşı çıxmaları ilə, yəni böyük müharibələr və talanlarla nəticələnirdi. Ümumiyyətlə təbiətdə üzvi aləmlə qeyri-üzvi aləmin təmasda olması mürəkkəb və müəyyən hallarda dərk ediləndir. XIX-XX əsrlərədək sürətli inkişaf, insanların təbiətə münasibətini mahiyyətcə daha da artırmış və bunu ayrıca bir elm sahəsi kimi inkişaf etdirmişdir ki, bu da ekologiya elmidir.

Akad.V.İ.Vernadski yazır ki,- «Yer kürəsinə bu və ya digər dərəcədə dəyişdirilən, onun relyefinə, bioloji aləminə, atmosfer havasına, yerin dərinliklərinə təsir edən insan zəkasına və fəaliyyətinə -«noosfera» (təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqə) deyilir. Bu insan-istehsalat-təbiət sisteminin vahid anlayışıdır».

Elmi-texniki tərəqqinin və təbiət elmlərinin qarşılıqlı əlaqəsi və inkişafı insanları planetimiz haqqında olan təsəvvürlərini, XX əsrin sonu XXI əsrin əvvəllərində bütün dəqiqliyi ilə təhlil etməyə vadar etmişdir.

XX əsrdə insanların təbiətə və onun sərvətlərinə təsiri daha da gücləndi. İstehsal həcminin artması, inkişaf etmiş ölkələrdə ətraf mühit üçün daha böyük təhlükə yaradırdı. Fizika, biologiya, kimya və digər elmi sahələrdəki kəşflər və yeniliklər, insanların təbiətə, texnogen təsirini on və yüz dəfələrlə artırdı. İri sənaye müəssisələrinə malik olan ölkələrdə məhsul istehsalı və emalı zamanı qaz, maye və bərk halda əmələ gələn tullantılar, nüvə silahlarının

186

sınaqdan çıxarılması, hərbi münaqişələr zamanı dağıntılar, zəlzələlər, vulkanlar, sel hadisələri və s. təsirilə əmələ gələn tullantılar artaraq ümumbəşəri təhlükə xarakteri almış və təbii tarazlığı pozmuşdur. Hazırda müasir sənaye məhsulları istehsal edən müəssisələrin hava atmosferinə buraxdığı zəhərli qazların (kükürd anhidridi, azot qazı, karbohidrogen və s.) miqdarı milyon tonlarladır. İldə orta hesabla inşaat və mədən işləri nəticəsində dörd min kub kilometr suxur və torpaq qatı yerin təkindən çıxarılır. Hər il yeddi milyard ton yanacaq yandırılır, 800 milyon ton gübrə, dörd milyon ton zəhərli maddə səpilir, bütün bunların qarşılıqlı təsiri, atmosfer təbəqəsində təmiz havaya qarışması, tərkiblərində olan ağır və zəhərli metalların alt təbəqəyə (yer səthinə) çökməsi insanların həyatı üçün təhlükə yaradır.

6.2. Tükənən və tükənməyən ehtiyatların ekoloji

xüsusiyyətləri və iqtisadi səmərəsi

Canlı həyatın mövcudluğu təbii sistemlərdən asılıdır. Ona görə də insanların tələbatını ödəyən, onların maddi rifahının yüksəlməsinə xidmət edən və hal-hazırda istifadə olunan ehtiyatlar real sərvətlərə aiddirlər. Elə təbii sərvətlər də vardır ki, onların istifadəsi bu texnologiya ilə istifadə edilə bilməz. Məs. Kosmik şüalar, meteorit mənşəli maddələr, yer maqnetizmi, atmosferin elektrik cərəyanı və s. istifadə etmək üçün tamamilə yeni növ texniki avadanlıq və texnoloji proseslər yaradılmalıdır.

Təbii sərvətlər üçün bir neçə təsnifat mövcuddur. 1) Təbii təsnifat. Bu təsnifata aid sərvətlər təbii qruplar

üzrə paylanır, məs. suyun, havanın, torpağın, heyvanlar aləminin, bitkilərin, faydalı çöküntülərin və s. sərvətləri;

2) Təbii iqtisadi təsnifat. Bu təsnifat əsasən təbii ehtiyatlar onlardan istifadə olunma prinsipi üzrə paylanırlar. Məs. Real gəlir əldə etmək üçün istifadə olunan

187

(sənaye, kənd təsəri-üfatı) ehtiyatlar və s.; 3) Təbii ehtiyatların tükənib tükənməməsi təsnifatı. Tükənməz sərvətlər anlayışı nisbidir (çünki təbiətdə

tükənməz sayılan mənbə yalnız materiyadır ki, o da bir şəkildən başqa şəklə çevrilir). Məhz ona görə də bu qrupa aid ehtiyatlar mütləq və şərti tükənməz sərvətlərə bölünürlər. Mütləq tükənməz ehtiyatlardan günəş enerjisini, kosmik şüaları, külək enerjisini. Yerin cazibə qüvvəsini. Yerin təkindəki istiliyi və s. göstərmək olar. Şərti tükənməz təbii sərvətlərə isə təbii sular, torpaq, hava və s. daxildir.

Tükənən təbii ehtiyatlar da öz növbəsində iki qrupa- bərpa olunmayan və bərpa olunan ehtiyatlara bölünürlər. Neft, daş kömür, torf, təbii landşaft bərpa olunmayan bitki və heyvanat aləmi və s. (əgər tam məhv edilmirsə) bərpa olunan ehtiyatlardandır.

Yer qabığı müxtəlif geoloji dövrlərdə yaranmışdır. Maqmatik, çöküntü və metamorfık süxurlardan təşkil olunan bu qabıqda bəşəriyyətə lazım olan qiymətli təbii-ehtiyatlar toplanmışdır. Bu ehtiyatlar geoloji axtarışlar nəticəsində yer səthinin bu və ya digər rayonlarında aşkarlanır və cəmiyyətin tələbatına uyğun olaraq istifadə olunur.

Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsinin metodoloji əsasını müəyyən vaxt ərzində istehsal edilən məhsula çəkilən zəruri xərclər, o cümlədən də aşağı rentabelli obyektlərin məhsulları təşkil edir. İqtisadi qiymətləndirmənin göstəricisi kimi mədənlərin və təkrar xammal ehtiyatların regional xüsusiyyətləri, emal edilən xammalın həcmi və keyfiyyəti nəzərə alınmaqla onun kompleks istifadə edilməsindən alınan təssərrüfatı səmərəsi götürülür.

Təbii sərvətlərin, xüsusilə faydalı qazıntıların iqtisadi qiymətləndirilməsinin əsas göstəricisi təkcə çıxarılan xammalların dəyəri deyil, həm də onların istifadəsindən alınan iqtisadi səmərədir. Bu halda qiymət ölçü funksiyasını yerinə

188

yetirərək həmin növ məhsulda orta məsrəf göstəricilərini əks etdirir. Bütün təbii ehtiyatlar - torpaq, su, meşə, bitgi örtüyü, balıq ehtiyatları, yeraltı sərvətlər müəyyən istehlak dəyərinə malikdir və buna görə onlar pul ifadəsində qiymətləndirilə bilər. Faydalı qazıntı sərvətlərinin qiymətləndirilməsi problemi həmin istiqamətdə müəyyən metodoloji tələblər irəli sürülür.

Qiymətliliyi və faydahhğı üç aspektdə başa düşmək lazımdır: a) ilkin xammalın, təbii sərvətlərin, lom, metal qırıntıları, tullantıların istehlak dəyərinə və istehsalın tələbatını ödəmək qabiliyyətinə görə, sənaye sahələrinin inkişafı və yerləşməsi əhəmiyyətinə görə qiymətləndirilməsi; b) təbii sərvətlərə çəkilən məsrəflərə görə qiymətləndirilməsi; v) həmin sərvətlərin son istehsal nəticələrinə görə qiymətləndirilməsi.

Beləliklə, mineral sərvətlərin qiymətləndirilməsi üç anlayışı ehtiva edir: istehlak dəyəri, istehlak qiyməti və əldə edilən son nəticəni ifadə edir. İqtisadi qiymətləndirmə adi realizasiya qiymətinin müəyyən edilməsi demək deyildir. İqtisadi qiymətləndirmə sərf olunan əməyin kəmiyyətini müqayisə etmək üçün deyil, onun təsərrüfat kompleksində istifadə ediləcəyi təqdirdə verə biləcəyi iqtisadi səmərəni təyin etmək üçün başlıca meyardır.

Torpaq, su, meşə sərvərlərinin, eləcə də faydalı qazıntı mədənlərinin qiymətləndirilmənin əsası kimi sərf edilmiş canlı və maddiləşmiş əməyin, əsaslı vəsait qoyuluşlarının yüksək səmərəsini müəyyən etmək mühüm məsələ kimi həll edilməlidir.

6.3. Təbii ehtiyatın səmərəli istifadə edilməsində elmi-texniki nailiyyətlərin rolu

Mineral xammalın əsas mühafizə yolu - xammalın çıxarılmasının tempinin aşağı salınmasını nəzərdə tutan səmərəli istifadə, yeni ehtiyatların axtarılması, çıxarma vaxtı

189

məhsulun itirilməsinin, israfçılığın qarşısının alınması, təkrar istehsala keçilməsidir.

Bir çox hallarda itgi istehsal mədəniyyətinin aşağı səviyyəsi ilə, elmi-texniki və təşkilatı səbəblərlə əlaqədar olur. Bunların qarşısı alına bilər. Təbii ehtiyatların çıxarılmasının müasir texnikası və texnologiyası bir çox itgilərin qarşısını almağa tam imkan verir. Bəzi hallarda metal ehtiyatının itgisi, ancaq ən məhsuldar filizin çıxarılması ilə əlaqələndirilir.

Müxtəlif ölkələrdə polad əridilməsinin texnikasından asılı olaraq ikinci xammal (qalıq) bəzən 50% və daha çox olur. Bunun iqtisadi və ekoloji səmərəsi göz qabağındadır; 100 nıln-ton lom (qırıntı) 200 mln. ton filizə, 130 mln. ton kömürə, 40 mln. ton yanacağa qənaət etməyə imkan verir. İnkişaf etmiş ölkələrdə texniki və praktiki cəhətdən köhnəlmiş maşınların, gəmilərin, vaqonların təkrar istifadə olunması problemi artır.

Bir halda ki, sənaye müəssisələri yaxınlığında yayılan torpaqların qiyməti yüksəkdir və sürətlə artır, ona görə də metal qırıntılarının atılması üçün ərazilər az qalır. Hərbi sənaye və müharibələrin nəticələri torpaq üçün daha təhlükəlidir. İkinci dünya müharibəsi zamanı Dünya okeanının dibinə getmiş minlərlə maşınları istifadə etmək olmur və yaxud çoxlu mərmilər, tarpedolar bütün dünyaya səpələnmişdir.

Çoxlu miqdar metalları toplamaq mümkün olmur. Məsələn, Vetnama ikinci dünya müharibəsi zamanı bütün cəbhələrdə çox bahalı metal hissələri düşmüşdür.

Ölkəmizdə təkrar istehsalın düzgün təşkil olunmasına misallar vardır. Kəşviyyat üsullarının təkmilləşdirilməsi nəticəsində faydalı qazıntıların yeni yataqlarının tapılmasına imkan yaranır. Texnikanın inkişafı litosferin və Dünya okeanının dərin qatlarından filizlərin çıxarılmasına imkan verir. Nəhayət, kosmonavtikanm inkişafı kosmosda metal tullantılarının yayılmasına səbəb olmuşdur.

190

Yanacaq - enerji resurslarının qənaətinə ikinci enerji resrslarının istifadəsi kömək edə bilər. Yeni enerji mənbələrinin geniş axtarılması - kömürün, qazın, neftin və s. məhsulların qənaətinə səbəb ola bilər. Arid zonalarda günəş enerjisindən, başqa yerlərdə - küləyin, dəniz qabarmalarının, isti (termal) bulaqların və nüvə enerjisindən istifadə olunması perspektivlidir. Mineral ehtiyatların mühafizəsində geoloji kəşfiyyat işlərinin genişləndirilməsinin və yeni ehtiyatların aşkarlanması böyük əhəmiyyət daşıyır. Çünki Yer kürəsinin çox rayonları, xüsusilə Cənub-Şərqi Asiyanın, Latın Amerikasının, Afrikanın geniş əraziləri geoloji nöqteyi-nəzərdən hələ tam öyrənilməmişdir.

Dünya okeanının mineral ehtiyatlarının istifadə olunması da perspektivlidir. İqtisadiyyatın mineral xammala olan tələbatını gələcək nəsillərin tələbatını nəzərə almaqla ödəmək üçün faydalı qazıntıları tam çıxarmaqla və sonrakı məhsulların alınması ilə mümkündür. Yerin təkinin mühafizəsi və səmərəli istifadəsi nəinki dövlət orqanlarının və idarələrinin, həm də ictimai təşkilatların üzərinə düşən çox mühüm vəzifədir.

Son vaxtlar təbii ehtiyatlardan səmərəli istifadə edilməsində elmi-texniki nailiyyətlərin rolu günü-gündən artır və günün ən aktual problemlərindən birinə çevrilmişdir.

Hazırda təbii sərvətlərin çıxarılmasında inkişaf etmiş ölkələrdə, həm də bizim respublikada elmi-texniki nailiyyətlərdən istifadə olunur. Bunun sayəsində yerin təkindən təbii sərvətlərin çıxarılmasının keyfiyyəti, çıxarılma tempi, ehtiyatların bütün hamısının çıxarılıb insanların istifadəyə verilməsi xeyli sürətlənmişdir. Bunun sayəsində xalq təsərrüfatı milyonlarla manat gəlir əldə etmişdir.

191

6.4. Azərbaycanın mineral sərvətlərinin mühafizəsi

Azərbaycanın ərazisi müxtəlif növ faydalı mineral- xammal ehtiyatları ilə zəngindir. Aparılan geoloji kəşfiyyat işləri nəticəsində həmin faydalı ehtiyatların çoxu artıq aşkarlanmış və istifadəyə verilmişdir. Bununla məhdudlaşmayaraq hazırda yerin daha dərin qatları öyrənilir, faydalı qazıntıları aşkarlamaq məqsədilə dərin quyular qazılır, müxtəlif yeni aeroksomik və başqa metodlar tətbiq olunur.

Aparılan geniş geoloji axtarış işləri nəticəsində respublikamızın ərazisində və Xəzər dənizi akvatoriyasında yeni neft-qaz yataqları, qurğuşun, sink, kvars-molibden, kükürd-kolçedam, polimetal, civə, daş, duz, dəmir, alunıut, mineral tikinti materialları və müalicə suları yataqları kəşf olunub istifadəyə verilmişdir. Hazırda respublikada 90-a qədər faydalı qazıntı yataqları respublika ərazisində qeyri-bərabər yerləşmişdir. Filiz və neft-qaz, yod-brom, bəzi tikinıi materialları isə düzən ərazilərdə yerləşmişdir.

Göründüyü kimi, respublikanın faydalı qazıntı ehtiyatları başlıca olaraq onun qərb və şərq rayonlarında və qismən də Naxçıvan Muxtar Respublikasında toplanmışdır.

XX əsrin sonu, XXI əsrin əvvəllərində sənayenin, nəqliyyatın, kənd təsərrüfatının sürətlə inkişaf etdiyi və təbii ehtiyatlardan getdikcə daha çox istifadə olunduğu bir şəraitdə təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması respublikamız üçün də mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında neft və qaz yatvaqları ilə yanaşı mis, molibden, qurğuşun, sink, dəmir filizi, alüminium, civə, sement, üzlük daş və s. faydalı qazıntı yataqları da vardır. Faydalı qazıntıların keyfiyyətlə çıxarılması məqsədi ilə texnoloji üsüllarm təkmilləşdirilməsi əsas məsələlərdən biridir. Yerin təkindən istifadə zamanı ətraf mühitə göstərilən zərərli təsiri aradan qaldınnaq üçün

192

daha mükəmməl metodlar hazırlamaq çox mühüm vəzifədir.

Mineral ehtiyatlardan kompleks istifadə edilməsi faydalı

qazıntı itgisini xeyli azaldır, xammal bazasını genişləndirir və

böyük iqtisadi səmərə verir. Son illərdə ölkəmizdə bu sahədə

müəyyən müvəffəqiyyətlər qazanılmışdır. Məs.; Gəncə

alüminium zavodunda alüminium oksidi istehsalı prosesində hər

il xeyli miqdarda sulfatturşusu və qiymətli mineral kübrə olan

kalsium - sulfat alınır.

Naxçıvan duz mədənlərində on illərdən bəridir ki, ikinci

duz layı istismar olunmur, xırda duzdan istifadə edilməsi nəzərdə

tutulmur. Nəticədə çoxlu Daş duz itgisinə yol verilir ki, bu da

çıxarılan duz kütləsinin 55%-ni təşkil edir.

İstismar edilən başqa yataqlarda da itgilər çoxdur. Təkcə

Qaradağ karxanaları, Qaradağ sement zavodunda istehsalın bütün

həcmini təmin etmək üçün lazım olan qədər xammal itgisinə yol

verirlər.

İstisu, Sirab, Badamlı və başqa yataqlarda mineral su itgisi

də olduqca çoxdur.

Hazırda fılizçıxarma sənayesi aktiv surətdə inkişaf edir.

Bununla yanaşı getdikcə daha çox faydalı qazıntı yataqları

istifadəyə verilir, dağ-mədən müəssisələrinin gücü artırırılır və

qazmalar dərinləşir. Belə şəraitdə təkcə dağ- mədən işlərinin

görüldüyü yer deyil, yaxınlıqdakı geniş sahələrdə də torpaq

fondunu qorumaq və min illər boyu təşəkkül tapmış təbii

kompleksin pozulmasının qarşısını almaq mühüm vəzifələrdən

biridir. Dağ-mədən işləri aparılan zaman pozulmuş torpaqların

bərpa edilməsi, torpaq sahələrinin təhlükəsiz vəziyyətə və xalq

təsərrüfatına istifadə üçün yararlı hala salınması xüsusi

əhəmiyyətə malikdir.

Təbiidir ki, respublika ərazisində aparılan mineral

xammal hasilatı işləri təkcə faydalı qazıntı çıxarılan yerlərdə

yox, həm də bütövlükdə Respublika ərazisində ətraf mühitin

193

çirklənməsinin başlıca mənbəyi olaraq qalmaqdadır. Belə ki,

həmin sahə ilə məşğul olan sənaye müəssisələri (neyt mədənləri,

neft emalı, neft-kimya, qara və əlvan metallurgiya zavodları və

s.) təbii kompleksinin bütün komponentlərinə hərtərəfli təsir

göstərir. Ona görə də faydalı qazıntıların geoloji-kəşfiyyat işləri

və hasilatının aparılması ilə məşğul olan təşkilat və idarələrin

fəaliyyət dairəsinə bütün təbii ərazi kompleksinin istismarı ilə

bağlı olan təhlükə və ya ziyanın aradan qaldırılması da daxil

olmalıdır. Faydalı qazıntıların istismarı ilə bağlı olan bütün

mərhələlərdə ətraf mühitə ziyan vurulduqca torpaq örtüyünə,

bitki və heyvanat aləminə, atmsoferə, su mənbələrinə təsirlər

yaranır. Təsirin ilk mərhələsi geoloji- axtarış zamanı başlanır. Bu

zaman müxtəlif maşınlardan istifadə olunur, yollar çəkilir,

axtarış quyuları qazılır, ətrafa çoxlu yanacaqlar, yuyucu

məhlullar, çirkli sular və s. atılır. Bəzən kəşfiyyat quyuları

sonralar doldurulmur, ona görə də həmin ərazidə torpaq eroziyası

başlanır.

Mineral-xammal ehtiyatlarının istismarı zamanı da ətraf

çirklənir, yer səthinin torpaq örtüyünün quruluşu pozulur,

sürüşmələr və uçqunlar baş verir, karxanalar yaranır, xırda

təpələr əmələ gətirən çoxlu tullantılar yaranır. Respublikamızda

ildə bütün tullatmlarm 70-80 faizi mineral-xammal ehtiyatlarının

istismarından əmələ gəlir. Yerin təkindən çıxarılan

qeyri-filizlərin çox hissəsi tullantıya gedir.

Mineral ehtiyatın hasilatı və emalı atmosferə çoxlu zərər

verir. Müxtəlif daimi qurğular, nəqliyyat vasitələri ildə atmosferə

1959 min ton zəhərləyici maddələr buraxır. Bakı, Sumqayıt,

Gəncə kimi sənaye şəhərlərindən atmsoferə çirkləndiricilər

atılmaqda davam edir.

Beləliklə, məlum olur ki, respublika ərazisində dağ -

mədən sənayesinin fəaliyyətilə bağlı ətraf mühitə böyük zərər

dəyir. Həmin tədbirlərin həcmi və təsiri ətraf mühitə sərf olunan

kapital qoyuluşunun məbləğindən və onu

194

səmərəli sərf etməkdən xeyli dərəcədə asılıdır. Sənaye

müəssisələrində təmizləyici qurğuların yaradılması, suya və

atmosferə atılan tullantıların təkrar istifadəsi respublikamız üçün

ən mühüm problemlərdəndir.

İndiki dövrün istehsal üsulları ilə bütün yerin təki

dağılaraq təbiətin min illərlə yaratdığı təbii vasitələr ekstensiv

yolla istehsal dövriyyəsinə daxil edilir. İndiyə qədər təbii

sərvətlərdən istifadə edilərkən onun tükənə biləcəyi ilə insanları

qorxudurdular. Lakin müasir dövrdə bundan da qorxulu vəziyyət

təbii ehtiyatların çıxarılması, emalı ilə əlaqədar olaraq təbii

şəraitin sıradan çıxması, yerin təkinin pozulması, biosferin

məhsuldarlığının zəifləndiril- məsidir.

195

VII FƏSİL

ƏTRAF MÜHİT HAQQINDA TƏLİMİN ELMİ VƏ TƏCRÜBİ MAHİYYƏTİ

7.1. Ətraf mühiti mühafizənin problemləri

İnsan mühitlə hər zaman əlaqədə olmasına baxmayaraq

onun təbiətə təsiri əsasən təsərrüfat fəaliyyəti zamanı

intensivləşir. Təbiətə güclü antropogen təsir nəticəsində ətraf

mühit gərginləşir, sosial və təbii şərait mürəkkəb əlaqələr sistemi

yaradır. İnsan cəmiyyəti və onu əhatə edən canlı və cansız aləmin

(mühitin) qarşılıqlı əlaqələrindən bəhs edən geniş elm sahəsi hələ

aydınlaşdırılmamış, onun predmeti tamamilə

formalaşdırılmamışdır. Qeyd etməliyik ki, bioloqlar,

coğrafiyaçılar, geoloqlar, kimyaçılar, filosoflar tərəfindən

«təbiəti mühafizə», «təbiətdən istifadə», «təbii sərvətlərdən

səmərəli istifadə», «ekologiya» və s. ideyalar ətrafında təbiəti

mühafizənin həm təbii, həm də sosial aspektləri barədə mühüm

əhəmiyyət kəsb edən tədqiqatlar aparılmışdır.

«Ətraf mühit», «ekologiya» anlayışlarındakı ümumi və

fərqli cəhətləri də müəyyənləşdirməyə böyük ehtiyac vardır. Belə

anlaşmalar təbiət və cəmiyyət haqqındakı elmlər sistemi

daxilində aparılmalı, nəzəri cəhətdən isə fəlsəfəyə və siyasi

iqtisada əsaslanmalıdır. İstər mühitin mühafizəsi və istərsə də

ondan istifadə ətraf mühitdə gedən kəmiyyət və keyfiyyət

dəyişikliklərini müəyyən etməyi tələb edir.

Bəzi alimlərin fikrincə mühit qeyri -üzvi, üzvi və

antropogen proseslərin (hərəkətlərin) nəticəsində formalaşır.

Deyilənlər mühitin qlobal və regional əsaslarım formalaşdırır.

Mütəxəssislərin fikrincə ətraf mühiti mühafizə dedikdə əsasən

aşağıdakılar nəzərdə tululur: təbii və sosial

196

şəraitin mühafizəsi və oplimallaşdınlması; mühəndis -texniki və

texnoloji proseslərin təkmilləşdirilməsi.

Birincidə bütün canlı və cansız təbiətdən səmərəli

istifadə edilməsi, onun təbii təkrar istehsalı üçün təminat

yaratmaq, ikincidə insanın əli və zəkası ilə yaradılmış vəsait və

vasitələri, tikintiləri və ərazi istehsal komplekslərini adamların

səhhətinə, normal həyata, əmək fəaliyyətlərinə qarşı qoymaq ;

üçüncüdə, texnoloji prosesləri, təkmilləşdirmək, tullantısız

texnologiya yaratmaq, yaxın illər üçün ekoloji nəticələri

proqnozlaşdırılan layihələr yaratmaq nəzərdə tutulur. Mühit

anlayışının ölçüləri, miqyası, dinamikliyi, ekoloji tutumu və s.

cəhətləri barədə hələ elmi tədqiqatlar aparılmamışdır. Ancaq bu

inkaredilməzdir ki, mühit dedikdə insanı əhatə edən təbii və

sosial şərait nəzərə alınır. Mühitin mürəkkəb qurulursa malik

olması onunla bağlıdır ki, biz onu ikili cəhətini nəzərə almaqda

çətinlik çəkirik. Yəni bir fərdin, insanın mühitini

qiymətləndirməklə yanaşı cəmiyyət halında birləşən insanların

mühitindən yan keçirik. Həqiqətən ətraf mühit anlayışı

mürəkkəb xüsusiyyətə malik olmaqla onun

öyrənilməsi'Cİmlərarası mahiyyət kəsb edir. Qeyd etmək

lazımdır ki, birinci halda, yəni insanın ətraf mühitinin

öyrənilməsi başqa elmlərlə yanaşı əsasən biologiya və eləcə də

insan ekologiyası ilə bağlıdır. İkinci halda, yəni cəmiyyətin ətraf

mühitinin öyrənilməsində isə coğrafiya elmi əsas yer tutur.

Bununla yanaşı birinci hal üçün coğrafiyanın, ikinci hal üçün

biologiyanın da mühüm əhəmiyyəti vardır. Hər bir insan və insan

cəmiyyətinin təbii mühitə təsiri, mühitlə əlaqəsi konkret

məskunlaşma şəraitində formalaşır. Ona görə də mühitin təbii

hüdudlarının müəyyənləşdirilməsi, təbii şəraiti, təbii ehtiyatları

qiymətləndirməkdə və təbii ehtiyatlardan səmərəli istifadə

edilməsində böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı həyatı

fəaliyyətində təbii hüdudların sərhəddi əksər halda inzibati,

iqtisadi bölgələrdə nəzərə alınmır.

197

Coğrafiyanın ekoloji aspektləri. Coğrafiyada insan,

cəmiyyət və təbiət arasındakı əlacqələr tədqiqat obyekti kimi

qəbul edir. Bu elm təbiətdən səmərəli istifadənin, onun

proqnozlaşdırılmasınm və qanunçuluğunun əsaslarını öyrənməyi

diqqət mərkəzində saxlayır. Təbii mühitin bütövlüyü, həyatın

əlaqəli mövcudluğu ekoloji coğrafiyanın əsas mövzusudur.

Coğrafiyada Yer planetində geosfer ilə biosfer arasındakı

əlaqələrin açılmasına, maddələrin dövriyyəsini və enerji

çevrilmələrini şərh etməyə ehtiyac yaranır. Bunların öyrənilməsi

təbiət ilə cəmiyyət arasındakı lokal, regional, milli və qlobal

əlaqələri göstərir. İnsanların təsərrüfat fəaliyyəti ilə təbiətin

qanunları arasında balansın saxlanılmasında Coğrafiya elmi xüsusi yer tutur. Coğrafiya xüsusi rejimlə qorunan ərazilərin

düzgün seçilməsinə böyük əhəmiyyət verir və bu işdə təbii

bölgələr əsas götürülür. İqtisadi və sosial coğrafiya təsərrüfatın

inkişaf perspektivlərini təbii sərvətin yerləşməsi ilə əlaqəli

açıqlayır. Ekoloji fəlakətlərin qarşısını almaq üçün beynəlxalq

fəaliyyətin təşkil edilməsi ön plana çəkilir. Coğrafiya ekoloji

problemləri müxtəlif zaman və məkan kəsiyində tədqiq etməklə

ekologiyanın ümumiliyinə xidmət edir;

Coğrafiya da Yer planeti bəşəriyyətin evi hesab edil ir,

şəxsiyyətdə beynəlmiləlçilik inkişaf etdirilir, siyasi, iqtisadi,

sosioloji və mədəniyyət sistemlərinə ekoloji aspektdə yanaşmğa

imkan verir.

Ərazidə əhalinin məskunlaşması, həyat tərzi və

təbiətə münasibət ənənəsi öyrənildikcə ekoloji problemləri

yaradan faktorlar aydıhlaşır.

Konkret ərazidə təbii resurs potensialının müəyyən

edilməsi onun səmərəli istifadəsinə kömək edir.

Müasir coğrafiyanın geosistem prinsipi Yer haqqında

olan müxtəlif elmləri birləşdirir və ekoloji biliklərin inkişafına

səbəb olur:

a) müxtəlif miqyaslı ərazidə təbii sistemin bütün

komponentlərinin öyrənilməsi həmin ərazinin biotasmına və

198

insan cəmiyyətinin potensial imkanlarını qoruyub saxlamağa

imkan verir;

b) təbii, təbii-texniki və inteqrasiyalı geosistemlərin

strukturu, əlaqəsi və xüsusiyyətləri tədqiq olunduqca onların

qorunması üçün tədbirlər hazırirmaq asanlaşır.

Coğrafiyanı öyrənən mütəxəssislər təbiət ilə insan

cəmiyyəti arasındakı əlaqə baxımından öz ölkəsi ilə xarici

ölkələri müqayisə etmək imkanı tapır. Coğrafiyada biosfer, ətraf

mühit, ekoloji problem, təmiz və sağlam mühit kimi anlayışlar

açıqlanır. İnsanın təbiətə dair kartoqrafik metoduna, onların

nəticəsini proqnozlaşdırmağa fikir verilir. İqtisadi və sosial

coğrafiyanın ekolojiləşdirilməsi xüsusi əhəmiyyətə malikdir.

Müasir coğrafi təhsildə bir neçə ideya prioritet mövqe

tutur: Yerin təbii sistemlərinin bütövlüyü; insan və təbiət

arasında harmoniya olması; təbii sərvətlərdən istifadənin

optimallaşdırılması və hümanistləşdirilməsi; eko loji

qanunçuİLiğun inkişafı.

Ətraf mühiti ınühatlzənin problemləri. Təbiəti

mühafizənin problemləri, çoxsahəli olmaqla ümumplanetar,

ümumbəşəri və eyni zamanda yerli əhəmiyyətə malikdir. Həmin

problemlər tarix boyu insanları narahat etmişdir və indi də bütün

dünyada insan cəmiyyətinin həyat tərzi və inkişafı həmin

problemlərin həllindən çox asılıdır.

Birinci qrup problemlər təbii fəlakətin öyrənilməsinə,

həmin fəlakətlərin qarşısının alınmasına, yaxud da onun

zərərinin azaldılmasına doğru yönəldilir. Bu işin həyata

keçirilməsi təbii şəraitin pozulmasının qarşısını almaqla təbii

təkrar istehsalın oprtmallaşdırılmasına da şərait yaradır.

İkinci qrup problemlər təbii ehtiyatlardan istifadə

edilməsi ilə əlaqədardır. Üçüncü qrup problemlər ikinci qrup

problemlərlə daha çox əlaqəli olub ətraf mühitin antropogen

təsirlər nəticəsində çirklənməsi, təhlükənin aradan qaldırılması

ilə bağlıdır. Həmin problemlərin həlli ilə eyni zamanda həm

regionların, hə də bütün planetin

199

bütövlüyü, təmizliyi mühafizə oluna bilər. Ümumi və yaxudda

təbii problemlərə təbiətin bir çox kortəbii hadisələri ilə bağlı olan

problemləri misal göstərmək olar. Çətinlik və qarşısı

ahnmamazlıq onunla bağlıdır ki, təbiət hadisələrinin bir çoxu

gözlənilmədən olur. Onlar təbiətdə qəflətən baş verən fövqalədə

dinamik proseslərdə bağlıdır. Təbii fəlakətlər baş verərkən çoxlu

insan itgisinə səbəb olur və iqtisadiyyata böyük zərər vurulur.

Fəlakətlə nəticələnmiş təbiət hadisələri rayonun coğrafi

şəraitindən, tarixi, .sosial və iqtisadi inkişafından da çox asılıdır.

Dəhşətlisi budur ki, təbii fəlakətlər iqtisadiyyata xeyli maddi

ziyan vurmaqla yanaşı çox regionlarda insanları qorxu altında

saxlayır (vulkanlar, zəlzələlər, sellər, səhralaşma və s.)

Orqanizmin ekoloji dözümlülük həddi daxilində

böyüməsi və inkişafı eyni deyildir. Orqanizm üçün hər btr

faktorun zəiflədici təsir bölgələri arasında optimal təsir bölgəsi

yerləşir. Həmin optimal bölgədə orqanizm özünün ən yaxşı hiss

edir. Lakin bəzi növün müəyyən ekoloji faktora qarşı optimal

tələbi onun ekoloji dözümlülük həddi diapozonu - nun orta

hissəsinə yox, bir tərəfinə düşə bilər. Məsələn, qı- zılxallı (forel)

balığın körpələri üçün çayda optimal şərait, oksigenin orta

miqdarda olduğu yer deyil, ən çox zəngin olduğu hissədir.

Bioloji növ elə şəraitdə yaşayıb qala bilir ki, onu təşkil

edən fərdlər ekoloji dözümlülük həddinin optimal bölgəsində

yerləşmiş olsunlar. Belə şəraitdə həmin fərdlər mövcud olmaqla

kifayətlənməyib, nəsil verə bilirlər. Məhz optimal ekoloji

şəraitdə yerlqşmiş fərdlər xəstəliyə, parazitlərə, təbii düşmənlərə

və müxtəlif antropogen təsirlərə müqavimət göstərib yaşaya

bilirlər.

Təbiətin müasir vəziyyəti üç qrup qarşılıqlı əlaqəli

problemlərlə səciyyələnir ki, bu da təbiəti mühafizənin əsas

vəzifələrini təyin edir: təbii ehtiyatların tükənməsi, ətraf

mühitin çirklənməsi, təsərrüfatla əlaqədar təbii landşaftların

dəyişməsi və antropogen landşaftların yaranması.

200

7.2. Ətraf mühitin mühafizəsini təmin edən antropogen tədbirlər

Ətraf mühiti mühafizəni təmin edən antropogen

tədbirlər müxtəlifdir. Bunların içərisində ətraf mühiti köklü

dəyişdirən amillərdən biri böyük ərazilərdə hidrotexniki

qurğuların tikilməsidir. Bu qurğular tikilərkən mütləq təbiəti

mühafizə tədbirləri nəzərdə tutulmalıdır. Bu qurğular tikildikdən

sonra ətraf mühitə antropogen təsirlər daha da artır. Bu qurğular

tikildikdən sonra münbit torpaqlar, meşələr su altında qalır,

balıqların həyal tərzi dəyişir, axın tənzismləndiyi üçün tuqay

meşçələri su almır və nəticədə quruyub məhv olur. Kanallardan

sızma baş verir, torpaqların şorlaşması və şorakətləşməsi, bəzi

yerlərdə isə bataqlaşma baş verir. Ona görə də hidrotexniki

qurğuları tikərkən onun törədə biləcəyi fəsadları qabaqcadan

proqnozlaşdırmaq lazımdır. Bu qurğuların törətdiyi fəsadları

başqa lədiıiəıdə qismən nizamlamaq mümkündür.

BiUüıı hidrotexniki qurğular - sututorlar, kanallar,

qurutma və suvarma sistemləri, təmizləyici qurğular təbii ərazi

komplekslərinə qüvvətli təsir göstərməklə, onların tam və

müəyyən dərəcədə yenidən qurulmasına səbəb olurlar. Ona görə

də hidrotexniki sistemlər təbiətin dəyişdirilməsində böyük rol

oynayırlar. Təbiəti mühafizə nöqteyi -nəzərindən bu

dəyişdirmələr həm müsbət, həm də mənfi xarakter daşıyır.

Deməli, təbiətə hidroloji təsir göstərərək hər bir layihə nəinki

mühəndisi, həm də landşaft-ekoloji ekspertizadan keçməlidir.

Yalnız bu şərtlər yerinə yetirməklə təbiətdən səmərəli istifadə

elməyə və bu halda bir çox səhvlərin qarşısını almaq

mümkündür. Həm də ki, planlaşdırma və layihələşdirmə

mərhələsində bir çox təbiəti mühafizə tədbirlərini planlaşdırmaq

olar.

Konkret landşaft-coğrafi xüsusiyyətlərdən asılı olaraq,

hər bir hidrotexniki sistem təbii şəraitə müxtəlif təsir göstərir.

Məsələn, meşə zonasında yaradılmış su anbarı

201

bataqlaşma, çöl zonasında yaradılmış su anbarı isə

torpaqların şorlaşması ilə müşayiət olunur. Təmizləyici

qurğular suyu təmizləməklə, su hövzələrinin təmizliyini

təmin edirlər. Az sulu bölgələrdə hətta ən müasir təmizləyici

qurğular belə su mənbələrinin keyfiyyətcə tükənməsinin

qarşısını ala bilməz. Sözsüz ki, hər hansı hidrotexniki

sistemin tikintisi nəticəsində baş vermiş dəyişikliyin

proqnozlaşdırılması o zaman müsbət nəticə verə bilər ki,

onlar konkret təbii ərazi komplekslərinə aid landşaft -

coğrafi tədqiqatlara əsaslanmış olsun.

Hər hansı bir hidrotexniki layihəni qiymətləndirər -

kən, onun tikilməsi nəticəsində əmələ gələ biləcək geniş

landşaft-ekoloji dəyişikliklər nəzərə alınmalıdır. Belə ekoloji

ekspert qiymətləndirmə bir çox təbiəti mühafizə tədbirlərini

həll etməyə imkan verir. Məsələn, XX əsrin 50-ci illərində

Rusiyada Ob çayının aşağı axınlarında böyük su elektrik

stansiyası və su anbarının layihəsi hazırlanmışdır. Lakin

layihənin coğrafi ekspertizası göstərdi ki, bu layihə həyata

keçərsə Qərbi Sibirin çox geniş ərazilərində təbii və

təsərrüfat -iqtisadi şərait xeyli pisləşə bilər. Beləı ki, bu

halda, çayın axım sürəti azalar ki, bu da balaqlaşmanın

genişlənməsinə, o cümlədən də neft istehsal olunan

ərazilərində bataqlaşmaya səbəb olar. Yaxşı kənd

təsərrüfatı üçün yaralı geniş torpaq

qalar, meşələrin vəziyyəti pisləşər

korlanar. Ob çayının mənsəbində

dənizində buzların qalma müddətini artırar ki, bu da nəinki

Qərbi Sibirin, həm də, Şərqi-Avropa düzənliyinin geniş

ərazilərində çox böyük, gözlənilməyən iqlim dəyişikliklərinə

səbəb ola bilər. Bu layihənin bütün coğrafi -ekoloji və

iqtisadi nəticələr verə biləcək qiymətini öyrənmək üçün

kompleks ekspertiza göstərdi ki, bu layihənin nəticəsində

təbii şəraitdə arzu olunmaz təsirlər çox ola bilər, xalq

təsərrüfatı üçün onun zərəri-xeyrindən çox olur. Bunun

nəticəsində, mühəndisi nöqteyi-nəzərdən çox səmərəli

sahələri suyun altında

bi;- çox landşaftlar və

bəlkə də Karsk

202

görünən bu layihə qəbul olunmadı və beləliklə ölkənin geniş bir

regionunda təbiəti mühafizəni aradan qaldırdı. Təbiəti

mühafizənin bir çox məsələlərini hələ layihə mərhələsində həll

etmək üçün hazırda respublikamızda belə layihələrin həyata

keçirilməsi nəticəsində yarana biləcək bütün coğrafi və ekoloji

vəziyyətin aradan qaldırılması üçün müəyyən işlər görülür.

Bunun nəticəsində su ambarının, kanalların və suvarılan

ərazilərin tikilməsi üçün nəinki mühəndisi, həm də

landşaft-ckoloji nöqteyi-nəzərdən optimal yeri və parametrlərini

təyin etmək mümkün ola bilər.

Azərbaycan Respublikasının hidro resurslarından

səmərəli istifadə etmək məqsədilə aparılan nəzəri və clmi -

tətbiqi məsələləri bir çox elmi təşkilatlarda - Coğroafıya

İnstitutu, Su Problemləri İnstitutu, Hidrotexnika və Melorasiya

İnstitutu, Sulayihə İnstitutu və bir çox təşkilatlarda həyata

keçirilir. Su tutarların təmiz saxlanılması ilə hövzə polisi, sanitar

idarələri məşğul olurlar. Hazırda həmin təşkilatlarda

respublikanın su ehtiyatlarından səmərəli istifadə etməklə

qorunması üçün Baş planın hazırlanması işləri aparılır .

Nizamlayıcı sutarlar, kanal və suvarma sistemləri daxil

olan suvarma şəbəkələri elə qurğulardır ki, onlar uzun illər

istismar nəticəsində hidrogeoloji şəraitə, suvarılan ərazilərə və

onun ətrafındakı ərazilərdə torpaqların xassələrinə, su

hövzələrinin hidrogeoloji rejimlərində müəyyən dəyişikliklərin

baş verməsi nəzərə alınmış olsun. Ekoloji cəhətdən əsaslı

pozuntuları (tarzhğm pozulması) aradan qaldırmaq üçün bu

məsələlər kompleks şəraitdə həll olunmalıdır və bunlar texnoloji

və təbiəti mühafizə xarakterli vahid tikinti kompleksində

əlaqələndirilmiş olunmalıdır.

Meliorativ tədbirlər. Meliorativ tədbirlər sistemləş-

dirilərkən və həyata keçirilərkən, onların ətraf mühitə ola biləcək

təsiri nəzərə alınmalı və elmi tədqiqatlara əsaslanan tədbirlər

hazırlanmalıdır.

Meliorativ sistemlərin layihəsi bir-biri ilə qarşılıqlı

203

əlaqəli üç hissədən ibarətlir:

- konstruktiv məsələləri həll edən meliorativ- təsərrüfat

hissəsi-tikinti, idarə və istismardır;

- ətraf mühitin mühafizəsi üçün əsaslandırılmış tədbirlər

hazniayan-ekoloji hissə;

- torpaqlardan səmərəli istifadəni və kənd təsərrüfatı

istehsalını təmin edən, işıqlandıran-iqtisadi hissəsidir.

Kənd təsərrüfatının meliorasiyası insanın təsərrüfat

fəaliyyətinin formalarından biridir. Bu yerüstü və yeraltı

a.xımlann depresiya zonasında düz-rütubət aparılmasına, bitki

köklərinin inkişaf etdiyi zonada, su-hava rejiminin

tənzimlənməsinə aktiv təsir göstərir.

Meliorasiya işlərinin elmi əsaslandırılmış proqnoz

olmadan kifayət qədər kompleksdə aparılmaması bütünlükdə təbii

əlaqələrin olmaması, suvarma texnologiyasının kifayət dərəcədə

olmaması su basmasına və bataqlaşmaya, təkrar şorlaşmaya,

torpağın su eroziyasına, su mənbələrinin və drenaj -tullantı suları

ilə çirklənməsinə səbəb olur. Bunun nəticəsində əkin

dövriyyəsindən xeyli şumlanmış sahələr çıxarıla bilər, müəyyən

miqdar kənd təsərrüfatı məhsulu alınmayacaq, qiymətli təbii

sərvətinə-suya olan tələbat ola bilər və bütün bunların nəticəsində

ətraf mühitin tarazlığı pozula bilər və böhran vəziyyəti yarana

bilər. İntensiv suvarma aparılan ərazilərdə bu pozuntular lokal

vəziyyətdən rejional (məhəlli) həddə qədər çatır. Bütün bu hallar

meliorasiya və su (əsərrüfat təşkilatlarının məsuliyyətini daha da

artırır və bu işlərdə suvarma sistemlərinin ekoloji etibarlılığına

xüsusi fikir verilməsini tələb edir.

Ətraf mühitə təsir edən amillərdən biri də baş və

bölüşdürücü kanallardan filtrasiya vasitəsilə olan su itgisidir.

Müasir dövrdə kollektor-drenay və suvarma şəbəkələrinin örtülü

şəklə keçirilməsi və bu üsullarla tikilməsi, beton kanallardan

istifadə olunması, iri yağış yağdıran maşınlardan, damcı ilə,

aerozol, yeraltı və s. üsullardan istifadə

204

olunması, çoxlu torpaq və su itkisnin qarşısını almaqla həm də

böyük təbiəti mühafizə əhəmiyyəti daşıyan tədbirlərdir.

Təbiəti mühafizə tədbiri kimi qabaqcıl ölkələrdə və az da

olsa bizdə drenaj sularından təkrar suvarmada istifadə olunur. Bu

tədbirlərlə arid zonalarda suya qənaət etmək olur.

Ekoloji mühitin qorunmasında qoruyucu meşə

zolaqlarının salınması eroziyaya qarşı və s. məsələlərə kömək

edər.

Azərbaycan Respublikası ərazisinin suvarılmasında

50‘V()-dən çoxu Kür çayı üzərindəki su anbarının payına düşür.

Bu su anbarları yaradılarkən ətraf ərazilərdə hiss olunacaq

dəyişikliklər olmuşdur. Bu ərazilərdə fiorada da müəyyən

dəyişiklik baş verib. Həm də su heyvanlarının yaşayışında da

dəyişiklik olub. Xüsusilə yüksək bənddən xəstə və zəif balıqlar

yuxarı keçə bilmir və onların kürü- tökmə yerlərinii təmiz

saxlaya bilmirlər. Balıqların növləri də dəyişərək yeni növlər

yaranır.

Suvarma meliorasiyasının mənfi təzahürü ərazilərin su

basması, torpaqların şorlaşması, şorakətləşməsi, bataq laşması

və s. hadisələr suvarma sistemlərinin konstruksiyalarının və

proqnozlaşdırmanın yaxşı aparılmamasından irəli gəlir. Kənd

təsərrüfatının intensiv inkişafı nəinki drenaj fonunda suvarılma

aparılmasını yox, həmdə gübrələrin, herbisidlərin, pestisidlərin

və başqa kimyəvi maddələrin lazımi qaydada istifadəsini tələb

edir. Xeyli miqdar qida elementləri, pestisidlər, mikroelementlər

və bərk cisimlər, suqəbuledicisi, drenaj -tullantı suları onların

ekoloji şəraitinə mənfi təsir göstərir.

Meliorasiya kompleks tədbirlər tətbiq etməklə

torpaqların məhsuldarlığının artırılması və bərpasını təmin edən

prosesdir.

Torpaqların meliorasiyasına geniş mənada coğrafi

mühitin xüsusiyyətlərinin kompleks yaxşılaşdırılması kimi

yanaşmaq lazımdır. Meliorasiya tədbirləri coğrafi mühitin

205

uzun müddolo yavxşılaşdınimasına ŞvOrait yaradaraq, kənd

təsərrüfatı, meşə və su təsərrüfatının inkişafına və

məhsuldarlığına müsbət təsir göstərir. Meliorasiyanın

öyrənilməsinə ekoloji yanaşma iki sistem altında başa

düşülməlidir. Subyekt və obyekt (mühit, şərait, ehtiyatlar), onlar

arasında dinamik əlaqələr, mühitin obyektə təsiri (bitki,

heyvanat, insan kimi başa düşülür).

Kənd təsərrüfatında adətən üç cür meliorasiya tədbirləri

nəəqbul sayılır.

1. Qurutma meliorasiyası. Yəni torpaqların həddən artıq

nəmlənməsi və bataqlaşması iqlim, hidroloji, hidrogeoloji və

geomorfoloji səbəblərdən yaranır. Belə hallar əsasən

mülayim qurşaqlarda bataqlıqların qurudulmasmdan sonra

istifadəsini nəzərdə tutur.

2. Suvarma mlciorasiyası əsasən arid zonalarda (məsələn,

Azərbaycan, orta Asiya və s.) geniş tətbiq olunur. Suvarma

meliorasiyasının suvarma, yuma və başqa meliorativ

tədbirlərlə tənzim olunur. Suvarma üsulları aşağıdakı

növlərə bölünür: 1) aerozol (kiçik dirspersli), 2) səthi, 3)

yağış yağdırma, 4) torpaqdaxili, 5) yeraltı. Bunların hər biri

yerli təbii və təsərrüfat şəraitinə həmçinin kənd təsərrüfatı

məhsullarının yetişdirilməsi xüsusiyyətlərinə uyğun

gəlməlidir.

3. Fitomeliorasiya-bitkilərin köməyi ilə təbii şəraiti kökündən

yaxşılaşdırmaq qaydaları sistemidir (ağac, kol, ot örtüyü).

Fitomciiorasiya torpaqlarının duzlardan yuyulmasından

sonra ərazinin çılpaq qalmaması üçün tə.tbiq olunur, çünki

yuyulmuş ərazi qida elementlərini itirmiş olur, düşən günəş

radiasiyası işə yeri bərk qızdıraraq üzvi qalıqların yanmasına

(parçalanmasına), yəni humus əmələ gəlməsinə yox,

minerallaşmasma səbəb olur. Fitomciiorasiya təsərrüfat

dövriyyəsinə bir çox yararsız torpaqların qaytarılmasım,

çayların su rejiminin dəyi.şdirilməsini, axının azalmasına,

torpaq eroziyasına qarşı mübarizəni, kənd təsərrüfatında

206

məhsuldarlığının artırılmasını, insanların yaşayış tərzinin

yaxşılaşdırılmasını təmin edir.

Fitomeliorasiyanı iki əsas qrupa bölmək olar; a) meşə

meliorasiyası və b) ot örtüyünün köməyi ilə meliorasiya.

Azərbaycan Respublikası ərazisində yayılmış torpaqlar

arasında münbitliyi etibarı ilə ən pis şorlaşmış və şorakətləşmiş

torpaqlardır. Bu torpaqlarda əkilən bitkilərin məhsulu torpağın

şorlaşma və şorakətləşmə dərəcəsindən asılı olaraq, bəzən yox

dərəcədə olur. Belə torpaqlardan səmərəli istifadə etmək

məqsədilə onların əsaslı surətdə yaxşılaşdırılması lazımdır.

Azərbaycanda meliorasiyanın inki,şarmın əsas

xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o tarixən möhkəm

elmi ,əsasa söykənir.

Azərbaycan ərazisində torpaqların meliorasiyasının və

suvarılmasının əsaslarının bizim eradan əvvəl qoyulduğunu

Muğan düzündə aşkar edilən kanal və kollektorlar təsdiq edir.

Dünyanın və Rusiyanın mütərəqqi zəkaları irric|asiyaya böyük

əhəmiyyət verdiklərindən XIX əsrin 60- cı illərində, ilk dəfə

olaraq Muğanda suvarma şəbəkəsi tikilmişdir. Kifayət qədər

elmi əsasa malik olmayan suvarma torpaqların şorlaşmasına

gətirmişdiki, bu cür problemlərin həlli XXI əsrdə də davam

etdiriləcəkdir.

Azərbaycanda meliorasiya sahəsində ilk tədqiqatlar

1914-cü ilə təsadüf edən Cəfərxan şoran stansiyasında həyata

keçirilən və müxtəlif şəraitdə şorlaşmanın genezisinin

öyrənilməsinə aiddir. Məmin dövrdən başlayaraq bu stansiyada

torpaqlarının ilkin mənimsənilməsinə, drenajın tikintisinə və

şorlaşmanın meliorasiyasına aid fasiləsiz olaraq kompleks

tədqiqatlar aparılır.

Müasir təsəvvürlərə görə torpaq örtüyü yerdə biosferin

komponenti olmaqla yanaşı qurunun bitki örtüyü ilə birgə

dünyanın torpaq-ekoloji sistemini təşkil edir.

Rekultivasiya tədbirləri. Pozulmuş, əsasən də

207

insanların antropogen fəaliyyəti nəticəsində pozulmuş torpaqların

bərpası başa düşülür. Elmi-texniki inqilab dövründə faydalı

qazıntıların geniş ərazidə istismarı, sənaye müəssisələrinin,

texnikanın müəyyən ərazilərdə, xüsusilə şəhərlərdə

yerləşdirilməsi və əhalinin bu yerlərdə cəmləşməsi antropogen

landşaftın səciyyəvi xüsusiyyətidir. Yeraltı sərvətlərdən istifadə

etməklə onun mənzərəsini dəyişməklə təbiətə bir sıra mənfi təsir

göstərir. Həmin mənfi təsirlərdən biri də torpaq sərvətlərinin

korlanmasıdır. Bu yolla korlanmış, çirklənmiş, qazıntı və tullantı

materiallarını yaxşılaşdırıb istifadə etmək dövrümüzün mühüm

məsələlərindən biridir. Praktikada bu işlərlə məşğul olan elm

sahəsi rekultivasiya adlanır.

Azərbaycanda rekultivasiyaya ehtiyacı olan torpaqlar

antropogen landşaftın lexnogen sahələrində, faydalı

qazıntılardan, tikinti materiallarından istifadə edilən sahələrin,

sənaye obyektlərinin, şəhərlərin ətrafındadır. Sənaye tullantıları,

yeraltı sərvətlərin dağıntıları, qazıntı materialları vasitəsilə

basdırılmış və çirkləndirilmiş torpaqlar əsasən Abşeron

yarımadasında, Siyəzəndə, Kür-Araz ovalığında, neft mədənləri

sahəsində. Kiçik Qafqazın, qismən də Böyük Qafqazın

dağ-mədən sənayesi və böyük şəhərlər ətrafındadır. Hazırda

Abşeron yarımadasında neft və neft mənşəli tul lantılarla

çirklənmiş, rekultivasiyaya ehtiyacı olan torpaqlar təkcə neft

rayonları və qəsəbələri arasında deyil, eyni zamanda da Bakı

şəhərinin ətraf hissəsində də geniş yayılmışdır ki, dəu da

şəhərsalma və yaşıllaşdırma işində, həm də yarımadada

kurort-sağlamlıq ocaqlarının yaradılmasına xeyli maneçilik

törədir. Torpağın pozulması faydalı qazıntıların yataqlarından

istifadə etdikdə (əsasən açıq üsulla), geoloji kəşfiyyat axtarış

işləri zamanı, tikintilər və s. işlərin nəticəsində baş verir.

Torpaqların rekultivasiyası adətən üç mərhələdə aparılır:

mexaniki və ya texniki; kimyəvi və bioloji

rekultivasiya.

208

Birinci mərhələ, tədqiqat Abşeron yarımadasında

aparılırsa, əvvəlcə neftlə çirklənmiş ərazilərə gələn bütün

çirkabların, neftli suların qarşısı alınır, ərazi qurudulur, sonra

oradan daş, kəsək, truba, taxta və başqa əşyalar kənarlaşdırılır.

Ərazidə neftlə bulaşmış qat çox qalınsa, qazılıb kənara çıxarılır,

sonra ərazi şumlanır. Bundan sonra kimyəvi rekultivasiya

mərhələsinə başlanır, torpağa üzvi və mineral gübrələr, bioloji

reogentlər verilir, torpaq şumlanır, xırdalanır, malalanır, bir

sözlə əkinə hazırlanır. Sonra bioloji rekultivasiya başlayır.

Buraya ot, kol və ağac bitkiləri mərhələ ilə əkilir, yəni torpağın

üstü yaşıl bitki ilə örtülü saxlanılır, aqronomik, aqrotexniki,

fitomeliorativ, meliorativ vəs. tədbirlərin həyata keçirilməsilə

aparılır.

Əgər bu tədbirlər faydalı qazıntılar çıxarılan ərazilərdə

aparıhrsa(əsasən açıq üsulla), rekultivasiya nəticəsində ərazidə

su hövzələri, yaşıllıq, abadlıq işləri, istirahət guşələri, rekreasiya

zonaları yaradır.

Rekultivasiya olunmuş torpaqların kənd təsərrüfatında

istifadə növləri və istiqamətləri əkin, örüş, biçənək, çox illik

bitkilərin sahəsi ola bilər. Bu torpaqlardan on çox kənd, meşə,

balıqçılıq təsərrüfatı, eləcə də sanitar-gigiyena və rekreasiya

məqsədilə istifadə olunması nəzərdə tutulur.

7.3. Ətraf mühiti mühafızod,-) beynəlxalq əməkdaşlıq

Hazırki dövrdə ümumbəşəri, qlobal problemləri bir və ya

bir qrup ölkələrin qüvvəsi ilə həll etmək mümkün deyil. Bu gün

ictimai-siyasi quruluşları müxtəlif olan ölkələrdə təbiəti

mühafizə tədbirləri müxtəlif mərhələdədir. Lakin bununla yanaşı

XX əsrin ikinci yarısı və XXI əsrin başlanğıcında elmi -texniki

inqilabın sürətli inkişafı və eyni zamanda təbii tarazlığın

pozulma hallarını da qlobal problemlər sırasına çıxarılmışdır.

Onun üçün dünya səviyyəsində və bir çox ölkələrin birgə

konstruktiv əmək- vacibdir. Həm də, bu əməkdaşlıq hər bir

dövlətin

209

müsləqilliyinə hörmot zəminində olmalıdır. Buna görə də

dünyanın mütərəqqi ictimaiyyəti ətraf mühitin qorunması və

mühafizəsinə hər şeydən əvvəl sosial problemlər kimi baxaraq,

onların qorunmasını tələb edir. Ekoloji problemlərin həllinə

bütün ölkələrdə geniş ictimaiyyət qoşulmuşdur. Çünki Yer

üzərində insanların sürətlə artması və istehsalın sürətlə inkişafı

ətraf mühitin qorunub saxlanmasını vacib bir problem kimi

qarşıya qoyulur. Bu məsələlərin geniş həlli yalnız bütün

dövlətlərin birgə səyi nəticəsində həyata keçirilə bilər.

Beynəlxalq əməkdaşlıq, nəinki razıkuşdırılmış texniki

tədbirlərin qəbul olunmasını istiqamətləndirməli, həm də

gərginliyin azaldılmasına və silahlanmanın tam dayandırılmasına

yönəldilməlidir. Göründüyü kimi təmiz təbii mühitlə silahlanma

bir araya sığmazdır.

Beynəlxalq təbiəti mühafizə - insanların bu günü və sabahı

naminə, beynəlxalq və milli tədbirlərin bütün dövlətlər üçün

təbiətin nemətləri və ehtiyatlarından hamının səmərəli istifadəsi

istiqamətində aparılan işlərdir. Yaxın illərə kimi bu proseslər ik i

ictimai sistem arasında müstəqil aparılırdı. Aydındır ki, belə

qlobal problemləri ayrılıqda bir ölkədə və ya məhdud ölkələr

çərçivəsində həll etmək çox çətindir və praktiki olaraq mümkün

deyil.

Beynəlxalq təşkilat və proqramlar ətraf təbii mühitin

mühafizəsi problemlərilə, o cümlədən YUNEP (BMT -nin ətraf

mühitin mühafizəsi proqramı, 1973-cü il), UDMT (Ümumdünya

Meteoroloji təşkilat), YUNESKO (BMT-nin təhsil, elm və

mədəniyyət məsələləri üzrə komitvəsi) və s. istiqamətdə fəaliyyət

göstərir.

Məlumdur ki, ətraf mühitin çirklənməsi yerli, regional və

qlobal miqyasda baş verə bilər. Təbii və ekoloji proseslərin qlobal

məsələləri nə milli, nə də inzibati sərhədlərlə məhdudlaşmır. Yer

kürəsinin bir yerində ətraf mühitin çirklənməsi tədricən

genişləndikcə regional ekoloji problemlərdən qlobal problemlərə

çevrilir. Bir və ya bir

210

neçə qrup dövlətlər hamı üçün təhlükəli olan ekoloji prosesləri

aradan qaldırmaq məqsədilə öz səylərini birləşdirməli olurlar.

Baltik, Xəzər və Aralıq dənizlərinin, Kür, Reyn, Dunay və Tissa

çaylarının qorunması məqsədilə aidiyyatı olan ölkələrin birgə

əməkdaşlığını təmin edən beynəlxalq təşkilatların yaranması

deyilənlərə əyani misal ola bilər. Xəzərətrafı dövlətlərin

(Rusiya, İran, Azərbayean, Qazaxıstan, Türkmənis tan) yaratdığı

beynəlxalq birlik Xəzər dənizinin flora və faunasının qorunması,

çirklənmənin qarşısının alınması və dənizin dibinin

sərvətlərindən istifadə etmək sahəsində vahid proqramını

üzərində işləyirlər. Belə beynəlxalq əməkdaşlıq və qərarlar

göstərilən təbii məkanda ətraf mühitin pisləşməsinin qarşısının

alınmasına yönəlsə də, öz məzmununa görə beynəlxalq xarakter

daşıyır.

İnsanlar sənaye və əkinçilik fəaliyyətləri nəticəsində Yer

kürəsinin vəziyyətinin çətin hala düşməsindən narahatdırlar.

BMT-nin təşkilatları və alimlərin elmi ittifaqı artıq 30 -40 ildən

çoxdur ki, müxtəlif proqramlar işləyib hazırlayır və çoxsahəli

elmi tədqiqatların qurunun, atmosferin, okeanın, iqlimin və

planetin canlı aləminin vəziyyətlərini öyrənmək sahəsindəki

tədqiqatların nəticələrini müzakirə edirlər.

İnsanı əhatə edən təbiətin vəziyyətini öyrənmək sahəsində

- biosfer haqqında, geokimya, biogeokimya elmlərinin banisi,

rus alimi V.İ.Vernadskinin böyük rolu olmuşdur.

Rus alimləri V.İ.Vernadski, A.E.Fersmanın, V.M.Qold -

şmitin, A.P.Vinoqradovun bu sahədəki tədqiqatları ikinci dünya

müharibəsindən sonra 40-60-cı illərdə bir çox ölkələrdə

yayılmışdır.

1946-cı ildə yuxarıda qeyd etdiyimiz - ölkələr arasında

mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa xidmət edən

beynəlxalq təşkilat - YUNESKO (Paris) yaradılır.

YUNESKO, FAO və s. tərəfindən 50-60-cı illərdə top

211

lanmış materiallar göstərdiki, sənaye cəhətcə inkişaf etmiş

ölkələrdə lokal və regional şəraitdə havanın, suyun, torpağın,

bioməhsulların toksik kimyəvi elementlərlə təhlükəli çirklənməsi

baş verir. 1969-1970-ci illərdə bu problemlərin öyrənilməsi üçün

konkret proqramın hazırlananda onu «İnsan və biosfera»

adlandırdılar - MAB.

1972-ci ildə (5-6 iyun) Stokholm şəhərində, insanı əhatə

edən mühitin - biosferin mühafizəsinə həsr olunmuş BMT -nin

yığıncağı keçirilir. Konfrans - BMT-nin üzvü olan dövlətlərə

geniş tövsiyyələr və xüsusi bəyanatla müraciət qəbul edir. Bu

müraciət insanı əhatə edən mühitin və xüsusilə torpaq örtüyü və

içməli su ehtiyatlarının qorunmasına çağırırdı.

70-ci illərin başlanğıcında elmi ittifaqlar sistemində ətraf

mühit problemləri ilə əlaqədar alimlərin Beynəlxalq İttifaqı

yaranır (SKOPE). Bu təşkilatın 1974-cü ildə Moskvada yığıncağı

keçirilir. Bu plenumda insan tərəfindən biosferdə normal

biogeokimyəvi dövranın pozulmasına həsr olunmuşdu.

Atom silahının insanlar üçün törədəcəyi dəhşətli faciənin

ilk xəbərdarçılarından biri akad. Vernadski olmuşdur. Çox yüksək

temperatur, uzunmüddətli radiasiya, yaşayış mühitinin fiziki

dağılması, torpaq örtüyünün dağıdılması, uzunmüddətli nüvə

gecəsi və qışı biosferin tam dağıdılması və s. dəhşətli nüvə

partlayışlarının sınaqlarının etdiyi təsirdir.

Təbii proseslər dçvlət sərhədlərinin hüdudlarına

sığınadığına görə bir ölkə ekosisteminin pozulması qonşu

ərazilərin ekoloji şəraitinə təsir göstərir. Məsələn, Almaniyada və

Böyük Britaniyada yerləşən müəssisələrin icazə verilən normadan

artıq atmosferə buraxdıqları zəhərli qaz qonşu Avropa

dövlətlərinin də (Norveç, İsveç, Danimarka və b.) ərazisində ətra f

mühitin çirklənməsinə səbəb olur.

Ekoloji böhranın bütün tərkib hissələri (istixana

212

effekti, ozon qatının nazilməsi, torpağın deqradasiyası, radiasiya

təhlükəsi, yerin təkinin enerjisi və başqa ehtiyatların tükənməsi

və s.) çox güclü artan ekoloji təhlükəyə çevrilir və bu

vəziyyətdən çıxmağın yeni qaydalarını və yollarını tapmağı tələb

edir.

Ekoloji tədqiqatlar sahəsində tanınmış mütəxəssis

M.Stronenin fikrincə, «Biz birgə yaşamağa məcburuq, əks

təqdirdə heç kim yaşaya bilməz» (1922).

Alimlərin yekdil fikrincə, dünya birliyinin ekoloji

böhrandan çıxış yollarından biri beynəlxalq ekoloji

münasibətlərin möhkəmləndirilməsidir. Artıq bütün dünyada

qəbul olunmuşdur ki, böhran vəziyyətindən ancaq bütün

dövrlərin təbiəti qorumaq sayəsində səylərini birləşdirməklə və

vahid strateji proqram üzrə hərəkət etməklə çıxmaq mümkündür.

BMT-nin ətraf mühitin qorunması sahəsində fəaliyyəti

40-cı illərin sonlarından başlamışdır. 1949 -cu ildə ABŞ-ın

Leyk-Saksees şəhərində təbiətin qorunması üzrə Beynəlxalq

elmi-texniki konfrans keçirilmişdir.

Ətraf mühitin qorunması məsələsi BMT səviyyəsində ilk

dəfə kompleks şəkildə 1968-ci ildə Parisdə keçirilən Biosfer

problemlərinə həsr olunmuş beynəlxalq konfransda müzakirə

olunmuşdur. YUNESKO-nun təşəbbüsü ilə təşkil olunmuş bu

konfransda «İnsan və biosfer» adlı ekoloji tədqiqatlar proqramım

işlənib hazırlandı. Bu proqramın vəzifəsi bütövlükdə biosistem

ehtiyatlarının və ayrı-ayrı ekosistem tiplərində (dağlıq, tropik,

səhra və s.) onların səmərəli istifadəsi və qorunmasının elmi

əsaslarını hazırlamaq idi.

Ətraf mühitin qorunması sahəsində beynəlxalq

əməkdaşlıq, beynəlxalq ekoloji hüquqa əsaslanır. Bu prinsiplərin

yaranmasında BMT-nin 1972-ci ildə Stokholmda keçirihniş

konfransın, BMT Baş Assambleyasının 1982-ci ildə (12 oktyabr)

qəbul etdiyi təbiətin qorunması üzrə Ümumdünya xartiyası

(TQÜX) və ətraf mühitin qorunmasına

213

VO inkişafına dair BMT-nin 1992-ci ildə Rio-de Janeyroda təşkil

etdiyi Beynəlxalq konfransların rolunu xüsusilə qeyd etmək

lazımdır.

BMT Baş Assambleyası tərəfindən 1982-ci ildə qəbul

edilmiş «Təbiətin Beynəlxalq Xartiyası» (TBX) beynəlxalq

birliyin gələcək dövrdə ekoloji fəaliyyətinin üstün istiqamətlərini

müəyyən edir. Xartiyada 25 prinsip bəyan olunur.

YUNEP proqramının istiqamətlərinə daxil olan

məsələlərin çoxu onları həyata keçirmək üçün yaradılmış

köməkçi və ümumdünya beynəlxalq orqanlarında müzakirə

edilmişdir.

YUNEP-in fəaliyyətində mühüm mərhələlərdən biri qlobal

miqyasda ətraf mühitin vəziyyətinə Monitorinqin yaradılmasında

iştirakı hesab edilir. Qlobal monitorinqin yaradılması ideyası

1971-ci ildə Beynəlxalq bioloji

proqramına həsr edilmiş III Baş Assambleyada irəli sürülmüşdür.

BMT çərçivəsində təbiətqoruyucu fəaliyyətlə əlaqəli olan

başqa təşkilatlar da vardır. Məsələn, 70-ci illərin əvvəlində

Avropa iqtisadi Komissiyasında (AİK) «Ətraf mühitin

problemləri ilə məşğul olan ölkələrin Baş müşavirələri» adlı

xüsusi təşkilat yaradıldı.

Ətraf mühitin qorunması sayəsində beynəlxalq

əməkdaşlığın möhkəmləndirilməsində Avropada təhlükəsizlik və

əməkdaşlıq məsələlərinə həsr edilmiş müşavirənin (Helsinki -

1975-ci il) rolu böyükdür.

Ətraf mühitin mühafizəsi ilə BMT-nin xüsusi idarə və

təşkilatları, hökumətləfarası təşkilatlar, universal tipli beynəlxalq

qeyri-hökumət təşkilatları, regional və subregional orqanlar

məşğul olur.

Əhatə etdiyi ekoloji problemlərə görə bütün beynəlxalq

təşkilatlar 3 qrupa bölünür.

1) təbiətqoruyucu istiqamətində onlar (YUNEP, ÜMT);

2) xüsusi təbiətqoruyucu profili (TAO, UŞT, BDT);

214

3) xüsusi tobiətqoruyucu profili (köçəri quşların

mühafizəsi, balıq ehtiyatlarının qorunması, ümumdünya

əhəmiyyətli çayların mühafizəsi və s.).

Beynəlxalq Ekoloji Əməkdaşlıq sahəsində önəmli yeri

BMT və onun xüsusiləşdirilmiş idarələri tutur.

Beynəlxalq təbiəti mühafizə və təbii ehtiyatların

qorunması ittifaqı (BTMİ) 1948-ci ildə təsis olunmuşdur,

lOÜ-dən çox dövlət, 500-dən çox qeyri-hökumət təşkilatlarım və

beynəlxalq hökumət təşkilatlarını özündə birləşdirən

qeyri-hökumət təşkilatıdır.

BMT-nin kənd təsərrüfatı və ərzaq təşkilatı (FAO)

1945-ci ildə yaradılmışdır. Onun fəaliyyəti sahəsi kənd

təsərrüfatı və dünya ərzaq ehtiyatıdır. FAO torpaqlardan istifadə

və onun qorunması, dünya okeanının bioloji ehtiyatları,

heyvanlar aləmi, meşə örtüyü, su ehtiyatları kimi ekoloji

problemlərlə məşğul olunur.

Beynəlxalq Dəniz Təşkilatı (BDT) 1948-ci ildə

yaradılmışdır. BDT dəniz gəmiçiliyi və dənizlərin

çirklənməkdən qorunması sahəsində fəaliyyət göstərir, habelə

dənizin neft və digər zərərli maddələrlə çirkləndirilməsinə qarşı

beynəlxalq konvensiyaların hazırlanmasında iştirak edir.

ümumdünya Səhiyyə Təşkilatı (ÜST) - 1946-cı ildə

yaradılmışdır. Həmin təşkilatın insan sağlamlığının qorunmasını

ətraf mühitin mühafizəsi aspektində öyrənir.

Atom enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE)

1957-ci ildə yaradılmışdır. Məqsədi nüvə təhlükəsizliyinin

təmin edilməsi və ətraf mühitin radioaktiv çirklənmədən

qorunması proqramlarının icrasını təmin etməkdir.

BMT-nin Ümumdünya Meteoroloji Təşkilatı (ÜMT) -

1947-ci ildə yaradılmışdır. Onun vəzifəsi insanın planetin

havasına və iqliminə təsirini, bütövlükdə regionlar üzrə öyrənib

ümumiləşdirməkdir.

Bundan başqa Birləşmiş Millətlər Təşkilatının bədbəxt

hadisələr zamanı kömək göstərmək üzrə Bürosu, Avropa

215

iqtisadi Komissiyası vo s. kimi beynəlxalq təşkilatlar və digər

regional ekoloji təşkilatlar da möveuddur. Bizim respublikamızda

regional ekoloji problemlərlə məşğul olan «Xəzər» Beynəlxalq

Fondu, bir sıra ekoloji qeyri-hökumət və beynəlxalq təşkilatların

filialları dediklərimizin əyani sübutudur.

7.4. Ekoloji niodoniyyət hamıda olmalıdır.

«Mədəniyyət» sözü latın sözu olub torpağın

becərilməsi, onun mədəniləşdirilməsi, yəni təbii obyektdə təbii

sərvətlərdən yox, insanın təsiri altında yaranmış dəyişikliklər

başa düşülür. Bu məfluımun bu ilkin məzmununda dil anlayışı -

mədəniyyətin, insanın, onun fəaliyətinin və təbiətin birliyinin

təzahürüdür.

Mədəniyyət onu təşkil edən komponentlərin toplusu, cəmi

olmayıb, insanın əsaslı ehtiyaclarına zəruri olan sistemdir. Bu

müəyyən xalqa xas olan sosial durumdur.

Hər bir xalq onun bütün tarixi boyu formalaşdırılmış və

nəsildən nəslə ötürülən müəyyən qrup dəyərlərə malik olur. Belə

dəyərlərə adət ənənə, etiqad, mənəviyyat, dini mənsubiyyət, dil

və s. aiddir. Mədəniyyət sözü insanın həyat fəaliyyətində vacib

rol oynayan qiymətli dəyərdir. Onun dünyagörüşünü, xarakterini,

niyyətlərini və onun hərəkətinin istiqamətini təyin edir.

Hətta texnika ilə müqayisədə də mədəniyyət

bəşəriyyətin daha dinqmik komponenti olmuşdur.

Ekologiya elmi XİX əsrin ortalarında bioloji elmlərin

əsasında meydana gəlmiş və tezliklə müstəqil bioloji elm kimi

formalaşaraq, orqanizmlərin, populy asiyaların və birliklərin

mövcudluğundan bəhs edən elm kimi özünü göstərmişdir.

Mədəniyyətdə olduğu kimi, ekologiyada da qlobal əhəmiyyət

kəsb edən təbii proseslərə yol açdı və eyni zamanda o bilavasitə

bu proseslərdə insanı gözləyən xoşa gəlməz və insana bədbəxtlik

gətirən hadisələrlə bağlı

216

olmuşdur.

Ekoloji mədəniyyətin formalaşması - uzun müddətli tarixi

yol keçmiş prosesdir.

Ümumi mədəniyyətin struktur elementi kimi, ekoloji

mədəniyyət müxtəlif xalqlar arasında insanın müəyyən təbii

landşaftlarla qarşılıqlı əlaqəsində ona adaptasiya olunmaqla

yaranmışdır.

Xalqın ekoloji mədəniyyəti həqiqətən də onun ənənəvi

mədəniyyəti deməkdir. Ekoloji mədəniyyəti Yer ü/.ərində

yaşayan insanların fəaliyyət dərəcəsi hüdudlarında başa düşmək

lazımdır. Təhsil və tərbiyə mədəniyyətə yiyələnmək, o

cümlədən, ekoloji mədəniyyətə yiyələnməklə, bir nəsildən o biri

nəslə ötürülür.

İnsanı özü-özünü idarə etmək və özlərinin təbiətə xüsusi

münasibəti nöqteyi-nəzərdən qəbul etsək, onda ekoloji

mədəniyyəti bütün insanı mədəniyyətlərin ən vacibi və ayrılmaz

tərkib hissəsi kimi başa düşmək lazımdır.

Təbiət insanların mənəvi həyatlarına böyük təsir göstərir.

İnsanların mənəvi sallaşması, mükəmməlləşməsi və onun

qanunauyğun formalaşmasında əmək isə maddi əsas hesab

olunur. Bununla da ümumi mədəni həyatımız formalaşır.

Deyilənlər ekoloji mədəniyyətin ayrılmaz hissəsidir.

Təbiət gənc nəslin yetişməsi və təcrübəsi işində çox

mühüm olmaqla insanda bir çox xüsusiyyətlərin; mehribanlıq,

humanizm, gözəlliyi görüb başa düşmək, seyr etmək qabiliyyəti,

təbiət qanunlarını öyrənməyə maraq, əməksevərlik, öz doğma

torpaqlarına məhəbbət aşılamaq və inkişaf etdirmək kimi

xüsusiyyət aşılayır.

Təbiət-şəxsiyyətin mənəvi formalaşması üçün, ruhi

pozuntuların bərpa olunması üçün mənbədir. Mənzərəli çay və

göllər, dəniz sahilləri, dağ əraziləri, gözəl şəlalələr, qeyzerlər,

qaynar bulaqlar, fiordlar, karst mağaraları və şaxtaları, relikt

meşələr, rəngarəng bitki və heyvanat aləmi olan az dəyişilmiş

təbii komplekslər, unikal landşaftlar və

2İ7

başqa bir çox gözəl obyektlər mərhəmətli insanları onlara yardım

etməyə, qorumağa, himayə etməyə ruhlandırır. Bax elə bu əməl,

istək ekoloji mədəniyyətdir.

Mədəniyyət və ineəsənət insanlığın keyfiyyət

göstərieilərinə aiddir.

Keçmi.şdə Səudiyyə Ərəbistanının müqəddəs

şəhərlərindən olan Mədinə şəhərində, yəni Məhəmməd

peyğəmbərin yaşadığı və dünyasını dəyişdiyi yerdə, peyğəmbərin

sağlığı dövründə və sonrakı mərhələlərdə orada yaşayan

insanların həyat tərzinin formasına mədəniyyət deyilmişdir.

Çünki peyğəmbərin dövründə orada yaşayan insanların

peyğəmbərə layiq danışıq və həyat tərzinə, davranışına ətraf

insanlara bir nümunə kimi qiymətləndirərək bu həyat tərzini

mədəniyyət adlandırmışlar.

Müasir eəmiyyətin həyat tərzinə ekoloji tələblər əlavə

olunmuşdur. Bunu nəzərə alaraq demək olar ki, insanların özünə,

bir-birinə və ətraf mühitə qayğıkeş münasibətinə mədəniyyət

deyilir.

Bunlardan ən çəlini hər kəsin özünə qayğıkeş

münasibətidir. Bunu bacaran insan heç bir səhv etməz, yəni özünü

dərk edirlər. Əsl mədəni insan gec qocalır, sağlam və xeyirxah

olur.

Mədəniyyət hər kəsin nümunəvi daxili aləmidirsə,

incəsənət mədəniyyətin təzahür formakırıdır. Mədəniyyət

formaca fərdi xarakter daşıdığı kimi incəsənət fərdi və kollektiv

xarakter daşıyır.

Mədəniyyət-insanın ' keyfiyyət göstəricisidir. Birində çox,

başqalarında az ola bilər. Yalnız heyvanlardan və ruhi xəstələrdən

heç bir mədəniyyət gözləmək olmaz. Mədəniyyət insanların həyat

fəaliyyətini milli səviyyədə sadə təcrübəsi kimi deyil, çoxölçülü,

qlobal proseslərlə əlaqədar hadisə kimi qarşımızda durur.

İnsanın mədəniyyəti maddi dövlətlə, geyim və kosmetika

ilə tutduğu vəzifəsi və ad-sanla ölçülmür. Hamı

218

özünü mədəni bilir. Ona görə ki, mədəniyyət qarşısında konkret

ölçü vahidi tətbiq edilmir. Güman olunur ki, özünə, başqa

insanlara və ətraf mühitin canlı-cansız komponentlərinə qayğıkeş

münasibət göstərə bilən kəslər mədəni insanlardır. Bu

tələblərdən ən çətini özünə qayğıkeş olmaqla eyni vaxtda,

eqoistlikdən kənarda qalmalıdır.

Orta məktəbi bitirənə qədər (yaşlı, uşaq bağçası, ibtidai və

orta məktəb) özümüzə qarşı etdiyimiz səhvlərə özümüz

məsuliyyət daşıyırıq.

Gənclərin çoxunda özünə qayğı mədəniyyətinin zəif

olmasını desək, çox da səhv fikir olmaz. Mədəniyyət -irsi

proqramla gəlir, şəxsi həyatda isə sosial şəraitdən asılı olaraq

güclənə bilər, zəifləyə də bilər.

Mədəniyyət - bəşəriyyətin iki böyük tədbiri inkişaf etdirir:

dini tədbirlər və clmi-dünyəvi l.ədbiıiər. Elm ilə dini bir-birinə

əks qiymaq səhvdir. Onların hər ikisinin bir msəqsədi var:

insanları heyvan xislətlərindən uzaqlaşdırıb, hər kəsdə insanı

sifətləri (mənəviyyatı) gücləndirmək. Bir çox dinlər (islam,

buddizm, sintoizm və s.) təbiətə, ətraf mühitə, canlılara

münasibətdə maksimum humanistlik nümayiş etdirmiş və

təbiətlə insanların arasında vəhdət olduğunu göstərmişlər.

Ekoloji mədəniyyətin ölçüsü kimi ekoloji etika çıxış edir.

Ekoloji etikaya əxlaq münasibətləri sferasında «insan - insan»,

«insan-cəmiyyət» ənənəvi münasibətləri ilə yanaşı

«insan-təbiət» münasibətlərinin bir sıra cəhətləri daxil edilmişdir

(19).

Ekoloji etikaya məxsus olan əsas xassələr içərisində

aparıcı xüsusiyyəti gələcək nəsillərin yaşayacağı təbii mühitə

olan qayğı təşkil edir. Ekoloji etikanı onun ənənəvi

istiqamətlərindən fərqləndirən onun özünü gələcəyə çevirməklə,

indinin qayğısına qalmasıdır.

Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən

biri məqsədyönlü ekoloji təhsil olmalıdır. Ekoloji təhsil dedikdə

ümumi ekoloji mədəniyyətin, bütün

219

Ə D Ə B I Y Y A T

1. Babayev M.P., Cəfərova C.M., Həsənov V.H. Azərbaycan

torpacılarının müasir təsnifatı: Bakı, «Elm», 2006

2. Coğrafiyanın müasir probemləi'i. Azərbaycan Coğrafiya

Cəmiyyətinin BDU filialının əsərləri. Bakı, 2008

3. Dolxanov A.B. Təbiətdən istifadənin hüqucıi əsas lan. Bakı,

Bakı Dövlət Universitetinin nəşriyyatı, 2008.

4. Əliyeva R., Mustafayeva Q., Hüseynova S.

Ekologiyanın əsaslan. Bakı, 2006

5. Əzizov B.M., Əliyev M.L.Tətbiqi ekologiya. Bakı, 2002

6. Əliyev H.Ə., Həsənov X.H. Təbiətin keşiyində. Bakı, 1993

7. Əliyev A., Hüseynov A. Torpaq coğrafiyası, Bakı. BDU-nun

nəşriyyatı, 1995

8. Əyyubov F.D. Kosmosdan təbiətə nəzarət. Bakı. Azərnəşr,

1985

9. Göyçaylı Ş.Y., Mikayılov N., Abdullayev P. və b. Ətraf

mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə.

Bakı. «Hərbi nəşriyyat», 1996

10. Göyçaylı Ş.Y. Coğrafiya və coğrafi ekologiyanın

problemləri. Bakı. 2004

11. GöyçayhŞ.Y., İsmayılov T. Təbiətdən istifadənin iqisadi və

ekoloji əsaslan. Bakı. «Şirvannəşr», 2006

12. Xəllov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri.

Bakı, 2006 ; ’

13. Xəlilov Ə.Y., Əliyev Q.Ə. Azərbaycan ərazisinin 300 milyon

illik tarixi. Bakı. Azərnəşr, 1963

14. Qazıyev T.U. Bitkilər və onların həyatı. Bakı. Azərnəşr.

1961

15. İsayev S.A. Tətbiqi ekologiya. Bakı. 2002

16. Hüseynov Ə. Azərbaycanın meşə sərvətləri. Bakı. Azərnəşr.

1968

222

17. Mustafayev Q. Ekologiyadan konspekt. Bakı. 1993

18. Mustafayev X.M. Azərbaycanda torpaq eroziyası ilə

mübarizə. Bakı. Azərnə,şr. 1962

19. Məmmədov Q., Xəlilov M. Ekologiya və ətraf mühit. Bakı.

«Elm», 2003

20. Məmmədov Q.Ş., Hə.'jimov A.C., Cəfərov X.F. Şorlaşmış və

şorakətləşmiş torpaqların ekomciiorativ qiymətləndirilməsi.

Bakı. 2005

21. Məmmədov Q.Ş. Azərbaycan təbiət elminin patriarxı. Bakı.

2007

22. Meliorasiya və suvarmaya dair məlumat. Fermerlər üçün.

«Elm». 2003

23. Azərbaycanın Dövlət torpaq xəritəsinin Icgendası. Bakı.

«Elm». 2003

24. Azərbaycan ekologiyası təbiəti mühafizə. 1969, 1968. Bakı.

1998.

25. Nəbiyev N. Təbii sərvətlər və istehsal. Bakı. 1983

26. Salmanov M. Tətbiqi ekologiya. Bakı. 1993

27. Şəkuri B. Azərbaycan Respublikasında son 60 ildə eroziya

prosesinin tədqiqi tarixinin bəzi səhifələri. Bakı. 2009

28. Бехбутов A.К., Джафареж X.(h. Мелиорация засоленных

земель. Москва. «Колос», 1980

29. БудыкоМ.И. Глобальная жология. Москва. 1977

30. Боровков 1711. Солнечные пинами (Санкт-11с'гсрбург).

2005

31. Всрнадскин В.I I. Биосфера, Москва. 1967

32. Вернадский В.И. Живое вещество. М. 1978

33. Вороиекии В.А. Прикладная экология: учебное

пособие. Ростов тГД, И:зд-во «Феникс», 1996

34. ГолибсвГ.М. Геоэкология.Москва. 1999

35. Голибчиков 10.II. Цивилизацию индите в пустыне.

Жур. «Паука в России». 1999. №6.

36. Гюль А.К. Проблема загрязнения Каспийского моря.

Баку. «Миаллим», 2003

37. Глазовская М.А. Общее почвоведение и география почв.

Моеква. «Высшая школа», 1981

38. Гумилев Л.И. Этпогепев и биосфера земли. Саикг -

11стербург. «Кристалл», 2004

39. Исаченко А.Г. Основы лапдшафговедсния физико -

геогра(1)пчсское районирование. Москва. 1955

40. Исаченко А.Г. Оптимизация природной среды. Моеква.

1991

41. Исмаилов И.М. «Экология и культура», Баку, «Глм»,

2006

42. Ковда В.А. Проблемы защиты почвенного покрова и

биое(1)сра планеты. Иушсио, 1989

43. Мансуров А., Салманов М. Экология реки Куры и

водоемов его бассейна. Бакую «Знание», 1996

44. Милаиова Е.В., Рябчиков А.М. Географические аспекты

охратл природы. Москва. «Мысль», 1949

45. Муееибов М.А.Ландшафты Азербайджанской ССР. Баку.

1981

46. Иабнеи Р.А., Кахрамаиов К.Ш. Глобальные проблемы

человечества. Баку. 2001

47. Новиков 10.В. Охрана окружающей среды. Москва. «Высшая

школа», 1987

48. 11овнков 10.В. Эколш ня, окружающая среда и человек;

учебное пособие для вузов. М. «Фаир-Иресе», 2000

49. Никитин ЗГИ., Новиков 10.В. Окружающая среда и человек.

М. Высшая н1кола, 1980

50. Иашканг К.В., Родзевнч И.И. Охрана и преобразования

природы. Моеква. «Ироевещаиис», 1977

51. Иоиявин И.Д. Волны цннами. Л., 1965

52. Иоиявин И.Д. Проблема цннами (сборник), 1968

53. Сешманов М.А. Экология и биологическая продуктивность

Каспийского моря. Баку.1999

54. Сочава В.Б. Введение в учение о системах. Москва. Изд -во

«Мысль», 1977

224

\

M Ü N D Ə R İ C A T

GİRİŞ ...................................................... 3

I FƏSİL. PREDMETİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ ................................. 5

1.1. Ekoloji anlayı.şların təhlili və coğrafi ekologiyanın yaranma mənbələri ................................................ 5

1.2. Coğrafi ekologiya elminin təkmilləşmə

mərhələləri ............................................................. 9

1.3. Ətraf təbii mühit və onun optimalla.şdırılma.sı insanların ekoloji şəraiti üçün əlverişli təminatdır ... 13

1.4. Təbiət və eəmiyyətin qarşılıqlı əlaqələrinin

ekocoğrafı nəticələri .............................................. 15

II FƏSİL. YERİN COĞRAFİ XÜSUSİYYƏTLƏRİ

VƏ EKOC OCRAFİ MAHİYYƏTİ ........................ 18

2.1. Müasir fəlsəfi dünya görüşlərində «insan və təbiət» münasibətlərinin təhlili haqqında ........................... 18

2.2. Ekoloji biliklərin xüsusiyyətləri .............................. 22

2.3. Atmosferin ekoloji xüsusiyyətləri və mühafizəsi ...... 23

2.3.1. Atmosferin və iqlimin ekoloji xüsusiyyətləri ......... 23

2.3.2. Atmosferin quruluşu yə dövranının çirklənmədə və mühitin mühafizə edilməsindəki yeri ..................... 30

2.3.3. Atpiosferi süni çirkləndirən sənaye sahələri ........... 32

2.3.4. Azərbaycanda iqlim dəyişkənliyi ........................... 40

2.3.5. Tullantısız istehsal ............................................. 41

2.3.6. Atmosferin mühafizəsi .......................................... 42

2.4. Litosferin ekoloji xüsusiyyətləri və mühafizəsi ........ 44

226

2.5. Hidrosferin və dünya okeanının və mühafizəsi ............... ..46

2.5.1. Təbiətdə insanın həyat və fəaliyyətində suyun rolu ... ..46

2.5.2. Dünyanın su ehtiyatlarının paylanması və səmərəli istifadəsi ..........................................................................

..47 2.5.3. Dünya çayları, gölləri və onların insanın həyat

fəaliyyətində rolu ............................................................ ..53

2.5.4. Dünya okeanının bioloji ehtiyatlarından istifadə edilməsi, onların ekoloji vəziyyəti və mühafizəsi ...........

..56 2.5.5. Sunamilərin törətd ikləri fəlakətlər və onlardan

qorunmaq tədbirləri ......................................................... ..62

III FƏSİL. BİOSFERİN VƏ LANDŞAFTLARIN EKOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ MÜHAFİZƏ

EDİLMƏSİ ............................................................ ..97 3.1. Biosferin tərkib hissələri ................................................. ..97

3.2. Ekoloji sistemlər ............................................................. .. 100

3.3. Ekoloji faktorlar .............................................................. ..110

3.4. Bioloji müxtəlifliyin saxlanılmasının ekoloji əhəmiyyəti

........................................................................................ ..113

3.5. Biosferin qlobal ekoloji böhranları ................................. ..118

3.6. Torpaqların ekocoğrafiyası və onun mühafizə edilməsi .

.. P3 3.7. Torpaqların səhralaşmasmm qanunauyğunluqları və

antropogen təsirlərin nəticələri. Müasir səhralaşma problemləri ......................................................................

.. 129 3.8.

Bitki örtüyünün, meşələrin və heyvanat aləminin ekoloji xüsusivyətləri .................................................................. ,(İ4p

3.8.1. Bitki aləminin əhəmiyyəti, onların yerli və qlobal problemləri ...................................................................... ..(Ş4İ)

227

3.8.2. Heyvanat aləminin mühafizə edilməsində Beynəlxalq təşkilatların əhəmiyyəti ................................. 149

3.8.3. Kökü kəsilmiş və kəsilməkdə olan heyvanlar. Azərbaycanın «Qırmızı kitab»ı ........................................ 151

IV FƏSİL. KOSMİK VƏ QLOBAL PROSESLƏRİN

EKOCOĞRAFİ XÜSUSİYYƏTLƏRİ ............... 156

4.1. Kosmik proseslərin ekoloji nəticələri ................................. 156

4.2. Qlobal proseslərin (planetar) təbii əsasları ........................ 161

4.3. Kosmik ekologiya .............................................................. 165

V FƏSİL. TƏBİİ TEXNOGEN PROSESLƏRİN

EKOCOĞRAFİ XÜSUSİYYƏTLƏRİ ................. 172

5.1. Energetik sistemlərin ekocoğrafı aspektləri ....................... 172

5.2. Enerji ehtiyatlarının növləri. İstilik-enerji

xammalları ........................................................................ 173

5.3. Sənayenin ekocoğrafı aspektləri ......................................... 177

5.4. Nəqliyyatın ekocoğrafı aspektləri ...................................... 178

5.5. Kənd təsərılifatımn və torpaqdan istifadənin ekocoğrafı anlayışları ........................................................ i 80

VI FƏSİL. TƏBİİ EHTİYATLARDAN İSTİFADƏNİN EKOCOĞRAFİ ASPEKTLƏRİ ......................... 182

6.1. Təbii ehtiyatlardan istifadənin ekoloji, iqtisadi və texnoloji aspektləri ........................................................... 182

6.2. Tükənən və tükənməyən ehtiyatların ekoloji xüsusiyyətləri və iqtisadi səmərəsi.................................... 187

6.3. Təbii ehtiyatın səmərəli istifadə edilməsində elmi-texniki nailiyyətlərin rolu ........................................ 189

228

6.4. Azərbaycanın mineral sərvətlərinin mühafizəsi .................. 192

VII FƏSİL. ƏTRAF MÜHİT HAQQINDA TƏLİMİN ELMİ VƏ TƏCRÜBİ ƏHƏMİYYƏTİ .............. 196

7.1. Ətraf mühiti mühafizənin problemləri ................................. 196

7.2. Ətraf mühitin mühafizəsini təmin edən antropogen tədbirlər ............................................................................ 201

7.3. Ətraf mühiti mühafizədə beynəlxalq əməkdaşlıq ............... 209

7.4. Ekoloji mədəniyyət hamıda olmalıdır ................................ 216

ƏDƏBİYYAT .............................................................................. 222

229

QEYDLƏR

230

ТЕЛЬМАН ХАЛИЛОВ

ОСНОВЫ ЭКОЛОГИИ И ОХРАНЫ

ОКРУЖАЮЩЕЙ СРЕДЫ

Yığılmağa verilib: 24.05.2009

Çapa imzalanıb: 01.07.2009

Ş.ç.v.14.5, tiraj 300

«MBM-R» mətbəəsində çap olunub.