48
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Fizika” dərslik komplektində verilmiş materiallara dair İLKİN RƏY

elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

  • Upload
    others

  • View
    7

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Azərbaycan Respublikasının

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin

və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi

şöbəsi

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif “Fizika” dərslik komplektində verilmiş materiallara dair

İLKİN RƏY

Page 2: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Respublikanın ümumtəhsil məktəblərinin

8-ci sinifləri üçün

“Fizika” dərslik komplekti

Müəlliflər:

Mirzəli Murquzov

Rasim Abdurazaqov

Rövşən Əliyev

Dilbər Əliyeva

BAKI NƏŞR- 2015.

Page 3: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Məzmun xətləri:

1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar

2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər

3. Eksperimental fizika və müasir həyat

məzmun xətləri üzrə 5 əsas və 16 alt standartın

reallaşdırılmasına yönəlmişdir.

Page 4: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Məzmun xətləri üzrə əsas və alt standartlar

1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar

1.1.Fiziki hadisələrə dair bilik və bacarıq nümayiş etdirir.

1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini vəonlrın başvermə səbəblərini şərh edir.

1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aidməsələlər qurur və həll edir.

1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətinişərh edir.

1.1.4. Sabit cərəyan qanunlarına aid məsələlər qurur və həlledir.

1.1.5.İstilik hərəkəti və elektrik hadisələrininqanunauyğunluqlarına aid topladığı məlumatları şərh edir.

Page 5: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Məzmun xətləri üzrə əsas və alt standartlar

2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər

2.1. Materiyanın formalarına dair bilik və bacarıqlarını

nümayiş etdirir.

2.1.1.Maddələri fiziki xassələrinə görə fərqləndirir.

2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur həll

edir.

2.1.3.Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri

izah edir.

2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir.

Page 6: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri

mənimsədiyini nümayiş etdirir.

2.2.1. Maddənin aqreqat hallarını molekulların düzülüşü,

hərəkəti və qarşılıqlı təsirinə görə fərqləndirir. Təbiətdəki

əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah

edir.

2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı

təsirinin rolunu izah edir.

2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair

məsələlər qurur və həll edir.

Page 7: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Məzmun xətləri üzrə əsas və alt standartlar

3. Eksperimental fizika və müasir həyat

3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.

3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə

edir.

3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür,

hesablamalar aparmaqla nəticələri təqdim edir.

3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu nümayiş

etdirir.

3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və

alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsiplərini izah

edir.

3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin

rolunu dəyərləndirir.

Page 8: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadədə

olan dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki

monitorinqi 5 parametr üzrə həyata keçirilir:

1. Məzmunun işlənməsi baxımından

2. Dil və yazı üslubu baxımından

3. Dizayn və bədii tərtibat baxımından

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

5.“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Page 9: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Parametrlər üzrə monitorinq meyarları

1. Məzmunun işlənməsi baxımından

1.1. Təhsil proqramı (kurikulum) standartlarına uyğunluğu

1.2. Materialların elmiliyi və müasir elmi baxışlara

uyğunluğu

1.3. Materialların elmi-metodiki baxımdan mübahisə

doğurmaması

1.4. Mövzular üzrə məqsədlərin dəqiqliyi, hər alt standartın

reallaşdıracağı bacarığın məqsədə çevrilməsinin

mümkünlüyü

1.5. Materialların verilişində sadədən mürəkkəbə prinsipinin

gözlənilməsi

Page 10: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Parametrlər üzrə monitorinq meyarları

1. Məzmunun işlənməsi baxımından

1.6. 45 dəqiqə vaxt baxımından mövzunun dərsin məqsədinə

nail olmağa imkan verməsi

1.7. Materialların şagirdin müstəqil təliminə imkan verməsi

1.8. Verilən nəzəri materiallarla müstəqil təlimi inkişaf etdirən

fəaliyyət xətləri arasında mütənasibliyin gözlənilməsi

1.9. Fəndaxili və fənlərarası inteqrasiya

1.10. Materialların seçilməsində didaktik tələblərin

(tətbiqyönümlük, nəticəyönümlük, tərbiyəvilik) nəzərə alınması

Page 11: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Parametrlər üzrə monitorinq meyarları

1. Məzmunun işlənməsi baxımından

1.11. Dərsliyin strukturu ilə məzmun standartları arasındakı

uyğunluq

1.12. Pedaqoji və metodiki baxımdan mövzuların xronoloji

və metodiki baxımdan vaxtında verilməsi

1.13. Yeni termin və sözlərin göstəricisinin təmin olunması

1.14. Materiallarda milli ənənələrə, gender, irq, etnik və sosial

inklüziya, tolerantlıq prinsiplərinin təmin olunması

1.15. Digər xalqların adət-ənənələrinə, mədəniyyətinə və tarixinə

hörmətin gözlənilməsi

1.16. Ətraf mühiti qorumağın və təbii sərvətlərdən səmərəli

istifadənin təbliğ olunması

Page 12: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Parametrlər üzrə monitorinq meyarları

2. Dil və yazı üslubu baxımından

2.1. Materialların dilinin və üslubunun, mətnlərdəki fikirlərin,

onların ifadə tərzinin şagirdlərin yaş səviyyəsinə uyğunluğu

2.2. Yeni termin və sözlərin onların izahı ilə verilməsi. Bir dərs

üçün nəzərdə tutulmuş materialda yeni termin və sözlərin sayının

həddindən artıq olmaması

2.3. Qrammatik və orfoqrafik qaydalara əməl olunması

2.4. Materialların şagirdlərin dünyagörüşünün

formalaşdırılmasına, söz ehtiyatının və nitq mədəniyyətinin

inkişafına təsir səviyyəsi

Page 13: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Parametrlər üzrə monitorinq meyarları

3. Dizayn və bədii tərtibat baxımından

3.1. Üz qabığının tərtibatı, orada verilmiş illüstrasiyaların

dərsliyin məzmununa uyğunluğu

3.2. Səhifələrin tərtibatının məzmunun asanlıqla

mənimsənilməsinə köməkliyi

3.3. İstifadə edilən şriftlərin müvafiq yaş qrupuna uyğunluğu

3.4. İllüstrasiyalarla mətnin həcm nisbətinin məqsədəuyğunluğu

Page 14: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

3. Dizayn və bədii tərtibat baxımından

3.5. İllüstrasiyaların orjinallığı, rəngarəngliyi və onların reallığı

əks etdirməsi

3.6. İllüstrasiyaların ifadəli və dəqiq olması

3.7. Yeni anlayışların izahında illüstrasiyalardan istifadə olunması

3.8. Vahid dizaynın qorunması

Parametrlər üzrə monitorinq meyarları

Page 15: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

4.1. Tapşırıqların mövzularla uyğunluğu

4.2. Biliklərin tətbiqini tələb edən idraki bacarıqların

formalaşdırılmasına yönəlmiş tapşırıqlara üstünlük verilməsi

4.3. Şagirdin özünü müstəqil qiymətləndirə bilməsi üçün

tapşırıqların verilməsi

4.4. Qapalı, açıq və yarımaçıq tapşırıqların sayının mütənasibliyi

4.5. Tapşırıqlardakı nümunələrin reallığı əks etdirməsi, elmiliyi,

gündəlik həyatdan götürülməsi

Parametrlər üzrə monitorinq meyarları

Page 16: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

1. Giriş

1.1. Dərslik və MMV-dən istifadə qaydaları, məzmun xəritəsi,

tədris vahidləri, bölmələr üzrə struktur, standartların şərhi,

tövsiyə olunan iş planı

1.2. Təlim texnologiyaları haqqında məlumat

1.3. Mövzular üzrə alt standartların xəritəsi

Page 17: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

“Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun

işlənməsi baxımından

2. Planlaşdırma

2.1. Hər bir dərsin təlim məqsədlərinin müəyyən olunması

2.2. Hər bir dərsdə yeni materiala keçərkən əvvəl öyrənilmiş

materiallarla əlaqənin təmin olunması

2.3. İstifadə olunan təlim texnologiyasının idrak

taksonomiyasının mərhələləri ilə əlaqələndirilməsi

2.4. Hər bir mövzu üzrə istifadə olunan fəaliyyət növlərinin

koqnitiv, psixomotor və sosial vərdişlərin inkişafına yönəlməsi

Page 18: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

“Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun

işlənməsi baxımından

2. Planlaşdırma

2.5. Dərs zamanı əlavə vəsaitlərdən ( elektron resurslar, xəritələr,

sxemlər, atlaslar və s.) istifadənin nəzərdə tutulması

2.6. İllik və gündəlik planlaşdırma nümunəsi

2.7. Məzmun standartlarının reallaşdırılması cədvəli

2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Page 19: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

“Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun

işlənməsi baxımından

3. Mövzuların tədrisi texnologiyası

4. Qiymətləndirmə

5. Əlavə materialların verilməsi

6. İstifadə olunan mənbələr

Page 20: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Dərslik komplekti dərslik və müəllim üçün metodik

vəsaitdən ibarətdir. Dərslik yeni təhsil proqramına

(kurikulum) əsasən hazırlanmış və təlim materialları 3

məzmun xətti (“Fiziki hadisələr, qanunauyğunluqlar,

qanunlar”, “Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli

sistemlər”, “Eksperimental fizika və müasir həyat”)

üzrə 5 əsas və 16 alt standartın reallaşdırılmasına

yönəlmişdir.

Məzmunun işlənməsi baxımından

Page 21: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Dərslik 6 tədris vahidi üzrə (“Molekulların istilik

hərəkəti. Daxili enerji”, “İstilik hadisələrində

enerjinin saxlanması qanunu”, “Maddənin aqreqat

hallarının dəyişməsi”, “İstilik mühərrikləri”,

“Elektrik yükü. Elektrik sahəsi” “Elektrik

cərəyanı”) 48 mövzu və 200 səhifədən ibarətdir.

Dərslikdə həmçinin “Maraqoyatma”, “Araşdırma”,

“İzahlar”, “Məsələ həlli”, “Bilirsinizmi?”,

“Öyrəndiklərinizi tətbiq edin”, “Nə öyrəndiniz”,

“Açar sözlər”, “Öyrəndiklərinizi yoxlayın”,

“Layihə”, “Ümumiləşdirici tapşırıqlar” kimi bölmələr

verilmişdir.

Page 22: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Dərslikdə bütün məzmun standartlarının tələbləri yerinə

yetirilmişdir. Materialların sadədən mürəkkəbə doğru

ardıcıllıq prinsipinə əməl edilmişdir. Dərslikdəki materiallar

interaktiv təlimə zəmin yaradır. Təlim materiallarında

elmilik, dəqiqlik, fəndaxili və fənlərarası inteqrasiya əsasən

gözlənilmişdir.

Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi

müraciətinə əsasən dərslik komplektinin qiymətləndirilməsi

ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən

hazırlanmış rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi

bu nəşrdə nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi

qalıb, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol

verilmişdir. Bunlar aşağıdakılardır:

Page 23: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

2HOm2Hm

Səhifə 10. “Öyrəndiklərinizi tətbiq edin”

bölməsində cədvəldə “Verilir” hissəsində hidrogen

molekulunun kütləsi “ ” deyil,“ ” kimi yazılmalıdır.

Səhifə 13. 3-cü abzasdakı “Belə ki, bərk cisimlərin istidən

genişlənməsi böyük təsir qüvvələri ilə müşayiət olunur”

cümləsinin “Belə ki, bərk cisimlərin istidən genişlənməsi

zamanı cisim digər cisimlərə böyük qüvvə ilə təsir edə bilər”

kimi yazılması məqsədəuyğundur.

Səhifə 11. “Araşdırma -1” bölməsində “Qurğunun əsas hissəsi

bimetal çubuqdan (1) ibarətdir” cümləsində “bimetal” sözünün

“metal” sözü ilə əvəz edilməsi məqsədəuyğundur. Çünki bimetal

lövhə iki müxtəlif metalın bir – birinə yapışdırılmasından alınır.

Page 24: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 17. “Temperatur

şkalaları” yarımbaşlığında

Faranheyt və Selsi şkalalarının

müqayisəli şəklində Selsi

şkalasında 20°C-yə uygun

Faranheyt temperaturu düzgün

göstərilməmişdir. Burada 70°F

deyil, 68°F olmalıdır.

Page 25: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 25. 3-cü abzasda “İstiliyin isti cisimdən (və ya

cismin hissəsindən) soyuq cismə (və ya cismin

hissəsinə) verilmə prosesi istilikvermə adlanır”

cümləsinin “Üzərində iş görülmədən cismin daxili

enerjisinin dəyişməsi prosesinə istilikvermə deyilir” kimi

yazılması tövsiyə edilir.

Page 26: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 41. “Araşdırma-1”də bir çox anlaşılmaz məqamlar

mövcuddur. Belə ki, tapşırıqda verilmiş yastı alüminium

qabın rolu aydın deyil. Stəkandakı suyun temperaturu

alüminium qabdakı suyun temperaturundan fərqli deyil, eyni

olmalıdır, suyun kütləsi müxtəlif olduğundan, aldıqları istilik

miqdarı müxtəlif olar. Lakin mətndə temperaturlar müxtəlif,

istilik miqdarı eyni olmağı yazılmışdır. Həmçinin

termometrlərin temperaturu göstərilməmişdir.

Page 27: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 43. “Araşdırma-2”də eyni yastı alüminium qabda

yerləşdirilmiş qablarda temperatur eyni olmalıdır. Qablarda olan

maddələr fərqli olduğundan, onlara verilən istilik miqdarları

müxtəlif olacaqdır.

Page 28: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 45. “Diqqət!” bölməsində “Q=cm(t1-t2)” düsturu

“Q=cm(t2-t1)” kimi verilməlidir.

Səhifə 76. 1-ci abzasda “Onların yaranmasına səbəb suyun

tərkibində həmişə həll olmuş havanın və asılı bərk cisim

hissəciklərinin olmasıdır” cümləsində verilmiş “asılı bərk cisim

hissəciklərinin” rolunun mövzuda tam olaraq izah edilməməsi

qaynama prosesinin şagirdlər tərəfindən mənimsənilməsinə

çətinlik yaradacaqdır.

Səhifə 149. 2-ci abzasda “Birinci şərt keçiricilərdə ödənir:

metallarda yükdaşıyıcılar – sərbəst elektronlar, məhlullarda isə

- müsbət və mənfi ionlardır” cümləsinin “Birinci şərt keçiricilərdə

ödənir: metallarda yükdaşıyıcılar – sərbəst elektronlar, elektrik

cərəyanını keçirən məhlullarda isə - müsbət və mənfi ionlardır”

kimi yazılması tövsiyə edilir. Çünki heç də bütün məhlullar elektrik

cərəyanını keçirmir.

Page 29: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 153. 1-ci abzasda “Təcrübələrdən məlum olmuşdur ki, mis

elektrod turşu ilə kimyəvi reaksiyaya girdikdə elektronlarını

itirərək müsbət yüklə elektriklənir” cümləsinin “Elektrodlarla turşu

məhlulu arasında gedən kimyəvi reaksiyalar nəticəsində mənbənin

qütblərindən biri müsbət, digəri isə mənfi yüklə yüklənir” kimi

yazılması tövsiyə edilir.

Səhifə 156. “Cədvəl 6.1”də “Torpaqlama” sözünün çıxarılması

məqsədəuyğundur. Çünki fizikada bu termin istifadə edilmir.

Səhifə 160. 4-cü abzasdan “Cərəyanın istilik və kimyəvi təsirləri heç

də həmişə müşahidə olunmur: məsələn, elektriki yaxşı keçirən mis

naqildən zəif cərəyan keçdikdə onda istilik təsiri hiss edilmir”

cümləsinin çıxarılması məqsədəuyğundur. Çünki naqildən cərəyan

axan zaman istilik ayrılması həmişə müşahidə olunur.

Page 30: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 175. 3-cü abzasda “Xüsusi müqavimət -

uzunluğu 1 m, en kəsiyinin sahəsi 1 m2 olan naqilin

müqavimətidir” cümləsinin “Xüsusi müqavimət ədədi

qiymətcə uzunluğu 1 m, en kəsiyinin sahəsi 1 m2 olan

naqilin en kəsiyinə perpendikulyar istiqamətdə cərəyan

keçərkən onun malik olduğu müqavimətə bərabər olan

fiziki kəmiyyətdir” kimi yazılması tövsiyə edilir.

Page 31: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 192. Mövzunun 1-ci abzasında “Elektrik cərəyanının

gücü - elektrik enerjisinin verilmə yeyinliyi və ya elektrik

enerjisinin digər enerji növlərinə çevrilmə yeyinliyini göstərən

fiziki kəmiyyətdir” cümləsinin “Elektrik cərəyanının gücü – elektrik

cərəyanının vahid zamanda işgörmə qabiliyyətini göstərən fiziki

kəmiyyətdir” kimi yazılması məqsədəuyğundur.

Səhifə 193. Mətnin sonunda elektrik enerjisinin tarif qiyməti

göstərilmişdir. Tarif dəyişə bilər. Odur ki, dərslikdə qiymətin

göstərilməsi məqsədəuyğun deyil. Yaxşı olar ki, bu məsələ şəklində

verilsin.

Page 32: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Dil və yazı üslubu baxımından

Dərslik komplektində verilmiş təlim materialları dil və yazı üslubu

baxımından şagirdlərin yaş səviyyəsinə əsasən uyğundur. Yeni termin

və sözlər izahı ilə verilmişdir. Dərslik komplektində dil qaydalarına

qismən əməl olunmuşdur.

Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar

aşağıdakılardır:

Səhifə 23. “Araşdırma-1”nin təchizat hissəsində “porşenlə təchiz

olunmuş qalındivarlı orqşüşə (pleksiqlas) sınaq şüşəsi” ifadəsi

“porşenlə təchiz olunmuş üzvi şüşədən (pleksiqlas) hazırlanmış

qalındivarlı sınaq şüşəsi” kimi verilməsi məqsədəuyğundur.

Page 33: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 24. “Araşdırma-2”in təchizat hissəsində və səhifə 33–də

“Araşdırma-1”də “şlanq” sözünün “rezin boru” ilə əvəz

edilməsi tövsiyə edilir.

Səhifə 25. 1-ci abzasda “Buz parçalarını stəkana atdıqda su

soyuyur” cümləsinin “Buz parçalarını içərisində su olan stəkana

atdıqda su soyuyur” kimi yazılması məqsədəuyğundur.

Səhifə 45. 2-ci abzasda “Xüsusi istilik tutumu ilə cismin

kütləsinin hasilinə bərabər fiziki kəmiyyət maddənin istilik

tutumu (C) adlanır” cümləsində “maddənin istilik tutumu”

ifadəsinin “cismin istilik tutumu” ilə əvəz edilməsi

məqsədəuyğundur.

Page 34: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 49. 1-ci abzasda “Beləliklə, insan orqanizmindəyanacaq onun hazır şəkildə qəbul etdiyi qidadır”cümləsi “Beləliklə, insan orqanizmində yanacaq rolunuonun hazır şəkildə qəbul etdiyi qida oynayır” kimiyazılmalıdır.

Səhifə 55. Sondan 2-ci abzasda “Təcrid olunmuşsistemlərdə yalnız istilikvermə prosesi baş verirsə, busistemin daxili enerjisi saxlanılır” cümləsinin “Təcridolunmuş sistemlərdə cisimlər arasında yalnız istilikverməprosesi baş verirsə, bu sistemin daxili enerjisi saxlanılır”kimi yazılması tövsiyə edilir.

Page 35: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli
Page 36: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Dizayn və bədii tərtibat baxımından

Dərslik komplektinin tərtibatında şagird marağının nəzərə alınması

müsbət haldır. Mətnə görə şəkillər uyğun yerləşdirilib və vahid dizayn

üslubu gözlənilmişdir. İstifadə edilən şriftlərin müvafiq yaş qrupuna

uyğun olması təqdirəlayiqdir.

Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar

aşağıdakılardır:

Rəsm və illüstrasiyalarda orijinallıq qismən gözlənilmişdir. Bəzi

rəsmlər aydın verilməmişdir. Bu da şagirdlərə mövzunun

mənimsənilməsində çətinlik yaradır. Üz qabığının tərtibatı isə dərsliyin

məzmununa tam olaraq uyğun deyil.

Page 37: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 12. “İşin gedişi” bölməsində 1-ci bənddə şəkil (b) - yə deyil,

(a) - ya istinad olmalıdır, 2-ci bənddə isə (b) olmalıdır. 1-ci bəndin

ikinci cümləsində əqrəbin şkalanın sağ (və ya sol) kənar hissəsində

olması şərtinə ehtiyac yoxdur. Çünki əqrəbin şəkildəki kimi ortada

olması daha məqsədəuyğundur.

Səhifə 91. Şəkildə “işçi cisim” düzgün göstərilməmişdir. İşçi cisim

porşendən yuxarıda olan qazdır.

Page 38: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 115. (e) və (f) şəkilləri düzgün verilməmişdir.

(e) şəklində çubuqlar bir-birini itələdiyi halda, ipin

sağa meylləndiyi göstərilməlidir.

Page 39: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 155. Şəkil (c) və (d)-də cərəyan mənbələrinin (-)

qütbü göstərilməmişdir.

Page 40: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 186. (e) sxeminə əsasən qurulmuş (f) elektrik

dövrəsi fərqlidir. Sxemdə elektrik mənbəyi batareya və

açar verilib. Elektrik dövrəsində isə onların yerinə elektrik

tənzimləyicisinin şəkli verilmişdir. Ampermetrin və

voltmetrin göstəriciləri aydın deyil.

Page 41: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Tapşırıqların elmi-metodiki uyğunluğu

baxımındanQapalı, açıq və yarımaçıq tipli tapşırıqların say nisbətində

mütənasiblik, tapşırıq və çalışmaların rəngarəngliyi, onların yaradıcı

xarakterdə olması əsasən nəzərə alınmışdır. Bununla yanaşı, müəyyən

qüsurlara da rast gəlinir:

Səhifə 44. “Araşdırma-1”də 2-ci məsələnin şərtində temperatur

dəyişməsi baş verməsinə baxmayaraq, istilik miqdarının temperatur

dəyişməsindən necə asılı olduğu soruşulur. Bu düzgün deyil.

Məsələnin şərtində kütləni eyni verib, temperaturun dəyişdirilməsi

tövsiyə edilir.

Səhifə 49. “Araşdırma-2”də “Məsələləri həll edin” şərti altında

verilmiş 1-ci tapşırıq məsələ deyil, sadəcə sualdır.

Page 42: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 54. “Araşdırma-2”də “Məsələni həll edin”

cümləsinə ehtiyac yoxdur. Çünki verilmiş tapşırıq məsələ

deyil. Verilmiş tapşırıqda qabdakı qazın kütləsi

dəyişdiyinə görə daxili enerji artır və daxili enerjinin bir

hissəsi tıxacın atilmasında görülən işə sərf olunur. Odur

ki, bu məsələni həll etmək mümkün deyil.

Səhifə 87. “Çalışma-5”dəki 2-ci tapşırığı həll etmək üçün

həddən artıq çox vaxt tələb olunur. Onun qısa və

məntiqyönümlü bir çalışma ilə əvəz edilməsi tövsiyə

edilir.

Page 43: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 56. “Araşdırma”da verilən kəmiyyətlərin

içərisində c-nin qiymətinin “(csu=4200 C/ kq∙°C)”

verilməsinə ehtiyac yoxdur. Çünki məsələnin həllində bu

kəmiyyət istifadə olunmur.

Səhifə 118. “Araşdırma”da 2-ci məsələnin şərtində

“q= 1Kl” , cavabda “q=16 Kl”, həmçinin “Nəticəni

müzakirə edin” hissəsindəki verilmiş yükün qiyməti (q=-

16 Kl) çox böyükdür. Yükün qiymətinin azaldılması

tövsiyə edilir.

Page 44: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 127. “Öyrəndiklərinizi yoxlayın” bölməsindəki

2-ci tapşırıq düzgün qoyulmayıb. Çünki elektroskopların

heç birinin elektrik yükünün işarəsi məlum deyil.

Tapşırığın şərtində elektroskopların birinin yükü

verilməlidir.

Page 45: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 146. “Ümumiləşdirici tapşırıqlar”da 4-cü

çalışma düzgün deyil. Çünki cavab bəndləri arasında

doğru cavab yoxdur. Verilmiş şərtə görə doğru cavab

yalnız 3 olmalıdır. 5-ci çalışmanın şərtində isə yükün

qiymətinin “q=8Kl” deyil,“q=-8mkKl” kimi verilməsi

məqsədəuyğundur.

Səhifə 194. “Çalışma-11”də 5-ci çalışmanın şərti

korrekt deyil. Hansı halda gücün müəyyən edilməsinin

soruşulduğu başa düşülmür. Odur ki, birinci dövrənin

şəklinin aşağısında “a)”, ikinci şəkildə isə “b)”

yazılmalıdır.

Page 46: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Müəllim üçün metodiki vəsait 200 səhifədən ibarətdir. Burada“Dərslik komplekti haqqında”, “Dərsliyin tədris vahidləriüzrə məzmunu”, “Dərslik komplektinin mövzular üzrəstrukturu”, “Fizika fənn kurikulumu haqqında”, “VIII sinifüzrə məzmun standartları”, “Fənn üzrə məzmunstandartlarının reallaşma cədvəli”, “İllik planlaşdırmanümunəsi”, “Fənlərarası inteqrasiya”, “Fənlərarasıinteqrasiya cədvəli”, “Fizikadərslərində müasir təlimtexnologiyaları”, “Müasir qiymətləndirmə”, “Mövzular üzrətəlim materialları ilə iş texnologiyasının şərhi”, “Mənbələr”verilmişdir.

Page 47: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 31. “D” blokunda “Öyrəndiklərini tətbiq et”hissəsində verilmiş məsələnin həlli cədvəlin hesablanmahissəsində “ ∙ 10-21C” və “ ∙10-21 C” kimi dəqiqbərabərliklər şəklində verilmişdir. “ ∙10-21 C və ∙10-21 C”kimi təxmini bərabərlik şəklində yazılması tövsiyə edilir.

Səhifə 145. “Ümumiləşdirici tapşırıqlar”da 2-citapşırığın şərtində “8∙106 Kl” deyil, “8∙10-6 Kl”yazılmalıdır. Bundan başqa, 4-cü tapşırıqda doğru cavabkimi “1 və 3” qeyd edilmişdir. Bu cavab doğru deyil. Bucavabin doğru olması üçün tapşırığın 1-ci bəndindəverilmiş “A və D çubuqlarının yükləri əksişarəlidir”deyil, “A və D çubuqlarının yükləri eyni işarəlidir” qeydedilməlidir.

Page 48: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli

Səhifə 168. 1-ci cədvəlin sonuncu sütununda “Naqilin

hazırlandığı maddədən” ifadəsinin “Naqilin xüsusi

müqavimətindən” kimi yazılması məqsədəuyğundur.

Səhifə 170. “VI tədris vahidi üzrə I kiçik summativ

qiymətləndirmə” bölməsində 3-cü çalışmada “Cihaz xətası nə

qədərdir?” sual cümləsinin “Cihazın mütləq xətası nə

qədərdir?” kimi yazılması məqsədəuyğundur.