8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 16 (29281) 26 yanvar 2020-ci il, bazar Avstraliya İttifaqının General-Qubernatoru zati-aliləri cənab Devid Con Hörliyə Hörmətli cənab General-Qubernator! Avstraliya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı bun- dan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstra- liya xalqına daim əmin-amanlıq və firavan- lıq arzulayıram. Hörmətlə, İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 yanvar 2020-ci il Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana Hörmətli cənab Prezident! Əziz Qardaşım! Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntı- lar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin! İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 yanvar 2020-ci il Dünya ictimaiyyəti Davosda Azərbaycanın “strateji baxışları” ilə tanış oldu Dövlət başçımızın həmin tədbirdəki sualları cavablandırma- isə bir neçə cəhətdən xüsusi əhəmiyyət kəsb edirdi. Məsələn, moderator gənc müstəqil dövlətin Prezidentinin Moskva ilə Pekin arasında seçim etməsini arzulayan sualı dövlət başçımız tərəfindən gözlənildiyindən qat-qat uğur- lu şəkildə cavablandırılmışdı: “Bakıya zəng edərdim”. İlham Əliyev bu cavabı verdi və ardın- ca da, moderatorun “Nə üçün?” deməsinə imkan vermədi: “Bəli, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sa- diq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bizim nailiyyətlər Da- vos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yed- dinci yerdə qərarlaşmışıq”. Yeri gəlmişkən, hiss olunur- du ki, panel iclasının moderatoru özü də Azərbaycan həqiqətlərinə bələddir. Belə ki, o, Azərbaycanda aparılan kadr islahatlarından, gənclərin mühüm dövlət post- larına gətirilməsindən xəbərdar olduğunu gizlətmədi. Bunun özü də Davosda ölkəmiz haqqında yaranmış təəssüratların müsbət məcrasından xəbər verirdi. Panel iclası barədə məlumatın yayılma- sından dərhal sonra kimlərsə iddia etməyə çalışırdı ki, avropalı xanım bilərəkdən Azərbaycan Prezidenti- ni çətinə salmağa çalışırdı. Amma fakt tamamilə əksini deyir. Çünki həmin xanımın: “Siz gənc texnok- ratları sıralarınıza cəlb etmisiniz” ifadəsi tamamilə xoş məramdan xəbər verirdi. Amma ən xoş məramı və məqamı məhz dövlət başçımı- zın cavabında gördük. Prezi- dent xatırlatdı ki, Azərbaycanın yeni hökumətinə yaxşı təhsil almış, müasir baxışlı yeni in- sanlar dəvət olunmuşdur. Çünki dəfələrlə deyildiyi kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir: “Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi”. Prezident əmin olduğunu bildirdi ki, fevralda keçiriləcək seçkilərdən sonra parlament də islahatların da- vamının mühüm hissəsi olacaqdır. Bu məsələyə münasibət bildirərkən xatırladaq ki, ölkəmizdə əvvəllər əsasən inf- rastruktur layihələrinə sərmayə yatırılırdı. Azərbaycanın bu ad- dımları beynəlxalq arenada daim yüksək qiymətləndirilib. Elə Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan bu gün elekt- rik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Ölkəmizdə qazlaş- dırma səviyyəsi 96 faiz təşkil edir. Respublikamıza Prezident İlham Əliyevin rəhbərlik etdiyi müddətdə 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa edilib. Prezident xatırladır ki, bütün bunlar bizim uğurlarımız, xalqın rifah halının daha da yaxşılaşdı- rılması üçün atdığımız addımların nəticəsidir. İndi isə qarşımızda başqa məsələlər dayanır. İndi məqsədimiz yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağ- lı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaş- dırılmasıdır. Bunun üçün isə yeni yanaşma tələb olunur: “Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var... Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin ar- tımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 mil- yondan 10 milyona qədər artdı... İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artım- dan daha çox olmalıdır”. Moderatorun beynəlxalq aləmdə mövcud olan bəzi tenden- siyaları yada salaraq, gənclərlə bağlı verdiyi sual da Azərbaycan həqiqətlərinin belə bir mötəbər tribunadan səsləndirilməsinə zəmin yaratmış oldu. Dün- ya ictimaiyyətinə çatdırıldı ki, Azərbaycan dövləti cəmiyyətin istənilən zümrəsinin, o cümlədən də gənclərin səsini daim eşidir, onların təklifləri, arzuları nəzərə alınır və gənclərin böyük bir hissəsi dövlət idarəçiliyinə cəlb olunur. Dövlət başçımız xatırlatdı ki, Azərbaycan gəncləri bu gün universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar: “Biz çox nəhəng könüllülər hərəkatına başlamı- şıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir... Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”. Ona görə də ölkəmizin istənilən sakini sabaha ümidlə baxır. Yeri gəlmişkən, moderatorun növbəti sualı da elə ümidlə bağlı idi. O, Azərbaycan Prezidentinin ən parlaq ümid və ən pis kabus haqqında fikirlərini öyrənmək istəyirdi. Nəticədə isə təkcə o və tədbirin iştirakçıları deyil, bütün dünya ictimaiyyəti bildi ki, bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Azərbaycan dövlətinin həyata keçirilməkdə olduğu və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyi dün- yanın gözü qarşısındadır. Yəni bütövlükdə Azərbaycan xalqı ümid edir ki, sabahımız bu gündən də firavan olacaqdır. Kabus məsələsinə gəlincə isə, dövlət başçımız xatırlatdı ki, ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı: “Biz özü- müz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin, demək olar ki, 20 faizi beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd ola- raq Ermənistanın işğalı altındadır. Biz ABŞ – İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldır- maqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq”. Hazırladı: İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti” Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Davos, 22 yanvar 2020-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində iştirak etdiyi “Strateji baxış: Avrasiya” mövzulu panel iclasındakı çıxışı hələ xeyli müddət dünya mətbuatının diqqət mərkəzində olacaq. Ona görə ki, dünya ictimaiyyəti təkcə bizim gündəlikdəki məsələyə münasibətimizlə deyil, eləcə də “Azərbaycanın strateji baxışları” ilə tanış oldu. Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görür. Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan BMT-nin qlobal tədqiqatında ilk pillədə yer alıb İqtisadi İslahatların Təhlili və Kommuni- kasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, tədqiqat Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişi (TFA) çərçivəsində 7 sahəni (ticarətin asanlaşdırıl- ması üçün ümumi tədbirlər; sənədsiz ticarət; sərhədsiz sənədsiz ticarət; tranzit asanlaşdır- ma; ticarət və KOB-ların fəaliyyətinin asan- laşdırılması; ticarətin asanlaşdırılması və kənd təsərrüfatı ticarətinin asanlaşdırılması) əhatə edib. Azərbaycan sorğuda 81,72 faizlik göstərici ilə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında Rusiya Fede- rasiyası və Şimali Makedoniya Respublikası ilə birlikdə ilk pillədə yer alıb. Müqayisə üçün bildirək ki, Azərbaycan 2015-ci ildə 48,49 faiz, 2017-ci ildə isə 75,25 faiz nəticə göstərib. Dörd illik dövr ərzində isə respublikamız bu sıralamada öz göstəricilərini 33,23 faiz artıraraq dünyada top 20 ölkə arasında qərarlaşıb. Azərbaycan sərhədsiz sənədsiz ticarət üzrə 50 faiz, kağızsız ticarət üzrə 85,19 faiz, institusional tənzimləmə və əməkdaşlıq üzrə 88,89 faiz, formallıq üzrə 91,67 faiz, şəffaflıq üzrə 93,33 faiz göstərici əldə edib. Ermənistanın isə 2019-cu ildə sərhədsiz sənədsiz ticarət üzrə 50 faiz, kağızsız ticarət üzrə 70,37 faiz, institusional tənzimləmə və əməkdaşlıq üzrə 22,22 faiz, formallıq üzrə 62,50 faiz, şəffaflıq üzrə 86,67 faiz olmaqla ümumilikdə, sözügedən tədqiqatda balı 62,37 faiz təşkil edib. Birləşmiş Millətlər Təşkilatının 5 regio- nal komissiyası və getdikcə artan qlobal və regional tərəfdaşlar tərəfindən birgə aparılan sorğu faktlara əsaslanıb və məlumatların toplanması, təsdiqi üçaddımlı yanaşma ilə – mütəxəssislərdən açıq məlumatın toplanma- sı, BMT-nin Regional Komissiyası katiblikləri tərəfindən məlumatların yoxlanılması və milli hökumətlər tərəfindən məlumatların təsdiqlənməsi vasitəsilə tətbiq edilib. Xatırladaq ki, tədqiqat 2015-ci ildən bəri hər iki ildən bir aparılır. Sorğular barədə məlumatlar və nəticələr www.untfsurvey.org səhifəsində yer alır. Azərbaycanın bu reytinqdə lider mövqeyə yüksəlməsi Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində mümkün olub. Xüsusilə ölkədə rəqəmsallaşmanın və nağdsız dövriyyənin genişləndirilməsi, ticarətin liberallaşdırılması, “Yaşıl dəhliz”, Azexport.az, Azərbaycan Rəqəmsal Ticarət Qovşağı və s. sahəsində gerçəkləşdirilən uğurlu islahatlar məntiqi nəticəsini verib. (ardı 2-ci səhifədə) Azərbaycan BMT-nin rəqəmsal və davamlı ticarətin asanlaşdırılması ilə bağlı qlobal tədqiqatında ilk pillədə yer alıb. Hesabatda göstərilir ki, respublikamız bütün göstəricilərə görə dünyada ən öndə gedən ölkələr arasında, eyni zamanda, Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında liderdir.

Dünya ictimaiyyəti Davosda Azərbaycanın “strateji ...xalqqazeti.com/pdf/xalq 25 yan OPT.pdf · İqtisadi İslahatların Təhlili və Kommuni-kasiya Mərkəzinin yaydığı məlumatda

  • Upload
    others

  • View
    20

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Dünya ictimaiyyəti Davosda Azərbaycanın “strateji ...xalqqazeti.com/pdf/xalq 25 yan OPT.pdf · İqtisadi İslahatların Təhlili və Kommuni-kasiya Mərkəzinin yaydığı məlumatda

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 16 (29281) 26 yanvar 2020-ci il, bazar

Avstraliya İttifaqının General-Qubernatoru zati-aliləri cənab Devid Con Hörliyə

Hörmətli cənab General-Qubernator!Avstraliya Günü münasibətilə Sizə

və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı bun-dan sonra da xalqlarımızın rifahına töhfələr

verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstra-liya xalqına daim əmin-amanlıq və firavan-lıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV Azərbaycan Respublikasının

PrezidentiBakı şəhəri, 23 yanvar 2020-ci il

Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident!Əziz Qardaşım!Elazığda baş vermiş güclü zəlzələ

nəticəsində çoxsaylı insan tələfatı və dağıntı-lar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına,

qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 yanvar 2020-ci il

Dünya ictimaiyyəti Davosda Azərbaycanın “strateji baxışları” ilə tanış oldu

Dövlət başçımızın həmin tədbirdəki sualları cavablandırma-sı isə bir neçə cəhətdən xüsusi əhəmiyyət kəsb edirdi. Məsələn, moderator gənc müstəqil dövlətin Prezidentinin Moskva ilə Pekin arasında seçim etməsini arzulayan sualı dövlət başçımız tərəfindən gözlənildiyindən qat-qat uğur-lu şəkildə cavablandırılmışdı: “Bakıya zəng edərdim”. İlham Əliyev bu cavabı verdi və ardın-ca da, moderatorun “Nə üçün?” deməsinə imkan vermədi: “Bəli, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sa-diq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bizim nailiyyətlər Da-vos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yed-dinci yerdə qərarlaşmışıq”.

Yeri gəlmişkən, hiss olunur-du ki, panel iclasının moderatoru özü də Azərbaycan həqiqətlərinə bələddir. Belə ki, o, Azərbaycanda aparılan kadr islahatlarından, gənclərin mühüm dövlət post-larına gətirilməsindən xəbərdar olduğunu gizlətmədi. Bunun özü də Davosda ölkəmiz haqqında yaranmış təəssüratların müsbət məcrasından xəbər verirdi. Panel iclası barədə məlumatın yayılma-

sından dərhal sonra kimlərsə iddia etməyə çalışırdı ki, avropalı xanım bilərəkdən Azərbaycan Prezidenti-ni çətinə salmağa çalışırdı. Amma fakt tamamilə əksini deyir. Çünki həmin xanımın: “Siz gənc texnok-ratları sıralarınıza cəlb etmisiniz” ifadəsi tamamilə xoş məramdan xəbər verirdi.

Amma ən xoş məramı və məqamı məhz dövlət başçımı-zın cavabında gördük. Prezi-dent xatırlatdı ki, Azərbaycanın yeni hökumətinə yaxşı təhsil almış, müasir baxışlı yeni in-sanlar dəvət olunmuşdur. Çünki dəfələrlə deyildiyi kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir: “Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi”. Prezident əmin olduğunu bildirdi ki, fevralda keçiriləcək seçkilərdən sonra parlament də islahatların da-vamının mühüm hissəsi olacaqdır.

Bu məsələyə münasibət bildirərkən xatırladaq ki, ölkəmizdə əvvəllər əsasən inf-rastruktur layihələrinə sərmayə yatırılırdı. Azərbaycanın bu ad-dımları beynəlxalq arenada daim yüksək qiymətləndirilib. Elə Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan bu gün elekt-rik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Ölkəmizdə qazlaş-dırma səviyyəsi 96 faiz təşkil edir.

Respublikamıza Prezident İlham Əliyevin rəhbərlik etdiyi müddətdə 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa edilib.

Prezident xatırladır ki, bütün bunlar bizim uğurlarımız, xalqın rifah halının daha da yaxşılaşdı-rılması üçün atdığımız addımların nəticəsidir. İndi isə qarşımızda başqa məsələlər dayanır. İndi məqsədimiz yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağ-lı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaş-dırılmasıdır. Bunun üçün isə yeni yanaşma tələb olunur: “Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var... Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin ar-tımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 mil-yondan 10 milyona qədər artdı... İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artım-dan daha çox olmalıdır”.

Moderatorun beynəlxalq aləmdə mövcud olan bəzi tenden-siyaları yada salaraq, gənclərlə bağlı verdiyi sual da Azərbaycan həqiqətlərinin belə bir mötəbər tribunadan səsləndirilməsinə zəmin yaratmış oldu. Dün-ya ictimaiyyətinə çatdırıldı ki, Azərbaycan dövləti cəmiyyətin istənilən zümrəsinin, o cümlədən də gənclərin səsini daim eşidir, onların təklifləri, arzuları nəzərə alınır və gənclərin böyük bir hissəsi dövlət idarəçiliyinə cəlb olunur. Dövlət başçımız xatırlatdı ki, Azərbaycan gəncləri bu gün universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar: “Biz çox nəhəng könüllülər hərəkatına başlamı-şıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr

göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir... Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”. Ona görə də ölkəmizin istənilən sakini sabaha ümidlə baxır.

Yeri gəlmişkən, moderatorun növbəti sualı da elə ümidlə bağlı idi. O, Azərbaycan Prezidentinin ən parlaq ümid və ən pis kabus haqqında fikirlərini öyrənmək istəyirdi. Nəticədə isə təkcə o və tədbirin iştirakçıları deyil, bütün dünya ictimaiyyəti bildi ki, bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Azərbaycan dövlətinin həyata keçirilməkdə olduğu və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyi dün-yanın gözü qarşısındadır. Yəni bütövlükdə Azərbaycan xalqı ümid edir ki, sabahımız bu gündən də firavan olacaqdır.

Kabus məsələsinə gəlincə isə, dövlət başçımız xatırlatdı ki, ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı: “Biz özü-müz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin, demək olar ki, 20 faizi beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd ola-raq Ermənistanın işğalı altındadır. Biz ABŞ – İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldır-maqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq”.

Hazırladı: İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Davos, 22 yanvar 2020-ci il

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində iştirak etdiyi “Strateji baxış: Avrasiya” mövzulu panel iclasındakı çıxışı hələ xeyli müddət dünya mətbuatının diqqət mərkəzində olacaq. Ona görə ki, dünya ictimaiyyəti təkcə bizim gündəlikdəki məsələyə münasibətimizlə deyil, eləcə də “Azərbaycanın strateji baxışları” ilə tanış oldu.

Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından

təxliyəsi haqqında tapşırıq veribAzərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin

təxliyə olunması istiqamətində tədbirlər görür.Bu barədə AZƏRTAC-a Nazirlər

Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan BMT-nin qlobal tədqiqatında ilk pillədə yer alıb

İqtisadi İslahatların Təhlili və Kommuni-kasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, tədqiqat Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişi (TFA) çərçivəsində 7 sahəni (ticarətin asanlaşdırıl-ması üçün ümumi tədbirlər; sənədsiz ticarət; sərhədsiz sənədsiz ticarət; tranzit asanlaşdır-ma; ticarət və KOB-ların fəaliyyətinin asan-laşdırılması; ticarətin asanlaşdırılması və kənd təsərrüfatı ticarətinin asanlaşdırılması) əhatə edib.

Azərbaycan sorğuda 81,72 faizlik göstərici ilə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında Rusiya Fede-rasiyası və Şimali Makedoniya Respublikası ilə birlikdə ilk pillədə yer alıb.

Müqayisə üçün bildirək ki, Azərbaycan 2015-ci ildə 48,49 faiz, 2017-ci ildə isə 75,25 faiz nəticə göstərib. Dörd illik dövr ərzində isə respublikamız bu sıralamada öz göstəricilərini 33,23 faiz artıraraq dünyada top 20 ölkə arasında qərarlaşıb.

Azərbaycan sərhədsiz sənədsiz ticarət üzrə 50 faiz, kağızsız ticarət üzrə 85,19 faiz, institusional tənzimləmə və əməkdaşlıq üzrə 88,89 faiz, formallıq üzrə 91,67 faiz, şəffaflıq üzrə 93,33 faiz göstərici əldə edib.

Ermənistanın isə 2019-cu ildə sərhədsiz sənədsiz ticarət üzrə 50 faiz, kağızsız ticarət

üzrə 70,37 faiz, institusional tənzimləmə və əməkdaşlıq üzrə 22,22 faiz, formallıq üzrə 62,50 faiz, şəffaflıq üzrə 86,67 faiz olmaqla ümumilikdə, sözügedən tədqiqatda balı 62,37 faiz təşkil edib.

Birləşmiş Millətlər Təşkilatının 5 regio-nal komissiyası və getdikcə artan qlobal və regional tərəfdaşlar tərəfindən birgə aparılan sorğu faktlara əsaslanıb və məlumatların toplanması, təsdiqi üçaddımlı yanaşma ilə – mütəxəssislərdən açıq məlumatın toplanma-sı, BMT-nin Regional Komissiyası katiblikləri tərəfindən məlumatların yoxlanılması və milli hökumətlər tərəfindən məlumatların təsdiqlənməsi vasitəsilə tətbiq edilib.

Xatırladaq ki, tədqiqat 2015-ci ildən bəri hər iki ildən bir aparılır. Sorğular barədə məlumatlar və nəticələr www.untfsurvey.org səhifəsində yer alır.

Azərbaycanın bu reytinqdə lider mövqeyə yüksəlməsi Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində mümkün olub. Xüsusilə ölkədə rəqəmsallaşmanın və nağdsız dövriyyənin genişləndirilməsi, ticarətin liberallaşdırılması, “Yaşıl dəhliz”, Azexport.az, Azərbaycan Rəqəmsal Ticarət Qovşağı və s. sahəsində gerçəkləşdirilən uğurlu islahatlar məntiqi nəticəsini verib.

(ardı 2-ci səhifədə)

� Azərbaycan BMT-nin rəqəmsal və davamlı ticarətin asanlaşdırılması ilə bağlı qlobal tədqiqatında ilk pillədə yer alıb. Hesabatda göstərilir ki, respublikamız bütün göstəricilərə görə dünyada ən öndə gedən ölkələr arasında, eyni zamanda, Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında liderdir.

Page 2: Dünya ictimaiyyəti Davosda Azərbaycanın “strateji ...xalqqazeti.com/pdf/xalq 25 yan OPT.pdf · İqtisadi İslahatların Təhlili və Kommuni-kasiya Mərkəzinin yaydığı məlumatda

26 yanvar 2020-ci il, bazar2Azərbaycan BMT-nin

qlobal tədqiqatında ilk pillədə yer alıb(əvvəli 1-ci səhifədə)

Qeyd edək ki, Azərbaycan BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasına (UNESCAP) 31 iyul 1992-ci ildə üzv olub.

Yuxarıda qeyd etdik ki, Azərbaycanın BMT-nin qlobal tədqiqatında ilk pillədə yer alması ölkəmizdə gerçəkləşdirilən uğurlu islahatların məntiqi nəticəsidir. Bununla bağlı Prezident İlham Əliyevin bir neçə gün bundan əvvəl Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Davosda keçirdiyi bir sıra görüşlərdə də ətraflı danışılıb. Ölkəmizin regionda iqtisadiyyat, nəqliyyat, inf-rastruktur sahələrində oynadığı rolun vacibliyi xatırladılıb. Eyni zamanda, Azərbaycanın dördüncü sənaye inqilabı-nın çağırışları əsasında mühüm tədbirlər həyata keçirdiyi vurğulanıb.

Yeri gəlmişkən, Azərbaycanın BMT-nin qlobal tədqiqatında ilk pillədə yer almasında da dördüncü sənaye inqila-bının çağırışlarına ölkəmizin operativ re-aksiyası da öz təsirini göstərib. Sənaye inqilabının özəlliyi isə ondan ibarətdir ki, əvvəlki dövrlərdə belə bir inqilab daha çox ənənəvi sənaye sahələrində texnoloji proseslərin yenilənməsində nəzərə çarpırdı. Amma artıq sənaye inqilabına baxış dəyişib. Hazırda dör-düncü sənaye inqilabı virtual maliyyə xidmətində, virtual ödənişlərdə, virtual valyutanın dövriyyəyə buraxılmasında özünü göstərir.

İqtisadi İslahatların Təhlili və Kom-munikasiya Mərkəzinin icraçı direkto-ru Vüsal Qasımlının sözlərinə görə, Azərbaycan dünyada sürətlə davam edən dəyişikliklərə çevik reaksiya vermək və dördüncü sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilmək üçün son illər ərzində qabaqcıl texnologiyaların dövlət və özəl sektorda tətbiqinə başla-yıb. Hələ ötən il Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşəndə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqi-labı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sa-zişinin təntənəli mübadiləsi həyata keçi-rilib. Bu əməkdaşlıqla Azərbaycan regi-onda rəqəmsal ticarət və sərhədlərarası məlumat axını üzrə regionun lideri olmağı qarşısına məqsəd qoyub.

Dördüncü sənaye inqilabının tələblərinə uyğun olaraq yeni texnolo-giyaların insanlara verdiyi üstünlükləri artırmaq üçün hökumət, infrastruktur, biznes və maliyyə təşkilatlarını bir araya gətirməklə Azərbaycanda Rəqəmsal

Ticarət Konsorsiumu yaradılıb. Bu kon-sorsiumun üzvü olan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ölkə başçısı tərəfindən əsası qoyulan və dünyada unikal layihə hesab edilən “Di-gital trade hub” (DTH) portalını yaradıb. DTH dünyada ilk dəfə mobil rezidentlik xidməti, onlayn vahid ixrac ərizəsi və rəqəmsal ticarət üçün trans-sərhəd xidmətlər təqdim edib.

Azərbaycan BMT-nin qlobal tədqiqatında ilk pillədə yer alması-na təsir göstərən amillərdən biri də dövlət başçısının rəhbərliyi ilə ölkədə aparılan islahatların əhatə dairəsinin daha da genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, gömrük xidmətində idarəetmənin keyfiyyətinin yüksəldilməsi, azad rəqabət mühitinin yaradılmasıdır.

Uğurlu iqtisadi islahatlar fonunda gömrük xidmətində gerçəkləşdirilən islahatlar xarici ticarət iştirakçıları-nın fəallığını artırıb, biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılma-sı, rəqabətliliyinin qorunub saxlanması, şəffaflıq təmin edilib, eyni zamanda, dövlət büdcəsinə gömrük ödənişləri üzrə daxilolmaların artırılmasına nail olunub.

Aparılan islahatların məntiqi nəticəsi kimi, hazırda beynəlxalq təcrübəyə istinadən gömrük orqan-larının etibarını qazanan şəxslərə münasibətdə sadələşdirilən gömrük rəsmiləşdirilməsini və digər imtiyazları özündə ehtiva edən müxtəlif proqram-lardan səmərəli istifadə olunur. Mövcud proqramların mahiyyətini dövlət-özəl sektor tərəfdaşlığı, gömrük orqanlarının biznes subyektləri ilə qarşılıqlı əlaqələri təşkil edir. Bu cür sadələşdirmə proq-

ramlarının ölkəmizdə tətbiqi məqsədilə Azərbaycan Prezidentinin 21 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qayda-sı” təsdiq olunub.

Xatırladaq ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə zamanı şəxslərə gömrük nəzarətinin sadələşdirilmiş formaları tətbiq edilməklə müəyyən üstünlüklər verilir. Belə bir buraxı-lış sistemindən daimi hüququn əldə olunması ilə əlaqədar 2019-cu il fevral ayının 1-dən daxil olan müraciətlər əsasında 500-dən artıq xarici ticarət iştirakçısına həm idxalda, həm də ixrac-da mövcud sistemdən istifadəyə icazə verilib.

“Yaşıl dəhliz” və “bir pəncərə” kimi sistemlərin tətbiqi ticarətin asanlaşdırılmasına, tranzit yüklərin daşınmasının sürətləndirilməsinə, eyni zamanda,“kölgə iqtisadiyyatı”na qarşı mübarizədə öz müsbət təsirini göstərib. Belə ki, dövlət başçısının “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi barədə müvafiq icra orqanlarına verdiyi tapşırıqların yerinə yetirilməsinə dair çağırışlara artıq biznes subyektlərinin də qoşulması aparılan xarici ticarət əməliyyatları üzrə uçot və hesabatlılığın düzgün bəyan edilməsini şərtləndirib, dövlət büdcəsinə qanunla müəyyənləşdirilən vergilərin və gömrük rüsumlarının vaxtında və artıqlaması ilə ödənilməsi təmin olunub.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu”

konfransının iştirakçıları ilə görüşüb � Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Moskva

hökumətinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil olunan “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə növbəti görüş yanvarın 25-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında keçirilib.

Görüşdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülis-lam Allahşükür Paşazadə müasir dünya-da dinin çox böyük rol oynadığını, onun bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsi olduğunu vurğulayaraq deyib: “Din cəmiyyətlərdə kulturoloji rol oynayır, dini mədəniyyətdən ayırmaq mümkün deyil”.

Şeyxülislam qeyd edib ki, Rusiya-da və Azərbaycanda dini-mənəvi irsə yüksək səviyyədə hörmət bəslənilir, tolerantlıq ənənələri qədim tarixə ma-

likdir. O deyib: “Ölkəmizdə məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da fəaliyyət göstərir, yeni məbədlər ti-kilir. Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar dövlətin qayğı və himayəsini eyni dərəcədə hiss edirlər. Bu sözləri Rusiyada dini konfessiyaların nümayəndələrinə münasibət barədə də deyə bilərəm. Ölkələrimizin dövlət başçılarının sıx səmimi münasibətləri bu prosesdə mühüm amildir. Rus Pravoslav Kilsəsi həmişə, o cümlədən müsəlmanlara münasibətdə birləşdirici, mühafizəedici rol oynayıb. Zati-müqəddəsləri Patriarx Kirill bu işə böyük zəhmət sərf edib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zati-müqəddəsləri Patriarx Kirillə böyük hörmət bəsləyirlər. O da öz növbəsində Azərbaycana, Azərbaycan xalqına eyni dərəcədə hörmətlə yana-şır”.

Qafqaz Müsəlmanları İdarəsinin

sədri xatırladıb ki, keçən ilin noyabrında Azərbaycanın paytaxtında Dünya dini liderlərinin II Bakı Zirvə görüşü keçi-rilib. Həmin tədbirin işində dünyanın 5 qitəsinin 70-dən çox ölkəsinin, 25 ənənəvi dininin və dini məzhəblərin nümayəndələri iştirak ediblər: “Dünya dini liderlərinin zirvə görüşündə ən nüfuzlu nümayəndə heyəti Rusiya-dan gəlmişdi. Patriarx Kirill və mən MDB ölkələri Dinlərarası Şurasının həmsədrləriyik”.

Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna yubileyləri münasibətilə hədiyyələr təqdim edib.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək deyib: “Biz fəxr edirik ki, Azərbaycanda bütün dini konfessiya-ların nümayəndələri arasında qarşılıqlı hörmət, tolerantlıq, əsl əməkdaşlıq

ab-havası yaradılıb. Gördüyünüz kimi, burada Rus Pravoslav Kilsəsinin, Katolik Kilsəsinin, yəhudi icmasının rəhbərləri iştirak edirlər. Bu, ölkəmiz üçün real-lıqdır. Mənim fikrimcə, bu məsələdə Prezident İlham Əliyevin və Qafqaz

Müsəlmanları İdarəsi rəhbərliyinin yürüt-düyü siyasət həlledici və çox mühüm rol oynayır”.

Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qus-man xüsusi qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda multikul-tural dəyərlərin qorunub saxlanmasında müstəsna rol oynayıb. Məhz ulu öndər xalqın öz gücünə inamını qaytarmağa, qeyri-titul millətlərin və dini icmaların hü-quqlarına və mədəni-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq prinsiplərinə dönmədən riayət edilməsinə nail olub. Prezident İlham Əliyev ulu öndərin siya-si xəttini uğurla davam etdirir.

Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar arasında qarşılıqlı anlaşma və hörmətin bərqərar olmasında şeyxülislam Allahşükür Paşazadənin də mühüm rol oynadığı qeyd edilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, ölkələrimizdə dini mənəvi irsə hörmət yüksək səviyyədədir, tole-rantlıq ənənələri qədim tarixə ma-likdir. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda din ilə dövlət arasında münasibətlərin düzgün qurulduğunu vurğulayan səfir bildirib ki, etnik və dini müxtəliflik ölkəmizin milli sərvətidir. Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyevin şeyxülislam Allahşükür Paşazadəyə səmimi münasibəti barədə xatirələrini də bölüşüb.

Tədbir ziyafətlə davam edib.

AZƏRTAC

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub

� Yanvarın 25-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) rektoru, akademik Anatoli Torkunov ADA Universitetində mühazirə ilə çıxış edib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, A.Torkunov müasir beynəlxalq münasibətlər sahəsində cərəyan edən yeni proseslərlə bağlı analizlərini diplomatik kor-pusun nümayəndələri, tələbələr və bu sahəni tədqiq edən peşəkarlarla bölüşüb.

Tədbirdə ADA Univer-sitetinin rektoru, səfir Hafiz Paşayev MGİMO-nun yal-nız beynəlxalq münasibətlər sahəsində deyil, həm də dəqiq elmlər sahəsində mütəxəssislər yetişdirdiyini diqqətə çatdırıb. Hafiz Paşayev deyib: “ADA

Universiteti MGİMO Universiteti ilə əməkdaşlığa önəm verir. Bu səbəbdən də MGIMO ilə

maliyyə sahəsində ikili dip-lom proqramı təqdim edərək bu sahədə mütəxəssislərin

yetişdirilməsini hədəfləyirik”.

Daha sonra MGİMO Universitetinin rekto-ru akademik Anatoli Torkunov çıxış edərək ADA Universiteti ilə birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, MGİMO Uni-versitetinin beynəlxalq münasibətlərlə ya-naşı, aqrar, idman və digər sahələrdə də mütəxəssislər yetişdirmək üçün əməkdaşlığı genişləndirdiyini,

eyni zamanda, süni intellekt sahəsini də tədqiq etdiyi-ni diqqətə çatdırıb. “Müasir beynəlxalq münasibətlər sahəsində baş verən parametr dəyişikliyini nəzərə alaraq, bu dövrü postbipolyar dövr kimi də xarakterizə etmək olar”, - deyə akademik Torkunov qeyd edib.

Öncəki illərdə müşahidə etdiyimiz klassik diplomatiya ilə hazırkı diplomatiya anlayışları arasında böyük fərqin olduğu-nu bildirən akademik informa-siya sahəsində özünü göstərən texnoloji inqilab barədə ətraflı məlumat verib. O, informasi-ya sahəsindəki inqilabın süni intellekt anlayışını da özündə ehtiva etdiyini bildirib.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 16 Bakı şəhəri, 23 yanvar 2020-ci il

“Turizm Reyestrinin aparıl-ma Qaydası”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasında tu-rizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının 3.2-1-ci bəndinin icrasını təmin

etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Turizm Reyestrinin aparıl-ma Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Preziden-tinin 2002-ci il 24 avqust tarixli 772

nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının nor-mativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının

Baş Naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 18 Bakı şəhəri, 24 yanvar 2020-ci il

“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusunun verilməsi haqqında

“Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 yanvar tarixli 1718 nömrəli Sərəncamının 3.3-cü bəndinin

icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yuxarı Baş” Dövlət tarix-me-marlıq qoruğuna milli qoruq statusu verilsin.

2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan

Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının

Baş Naziri

Səfir Corc Dik: İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir

� İsrail Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini tam dəstəkləyir.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik yan-varın 24-də keçirdiyi mətbuat konfransında deyib.

C. Dik vurğulayıb ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh və dialoq yolu ilə həll olunmalıdır. Tərəflər arasında əldə olunacaq razılaş-maya İsrail tərəfi də hörmət edəcək.

Səfir, həmçinin qeyd edib ki, İsrail və Azərbaycan təhlükəsizlik və terrorla mübarizə sahələrində sıx əməkdaşlıq edirlər. İsrail ilə Azərbaycan arasında stra-teji münasibətlərin yüksək qiymətləndirildiyini, bu iki ölkənin dostluğunun hər kəs tərəfindən tanındığını və ona hörmət edildiyini deyən C.Dik bildirib: “Martın 2-də İsraildə parlament seçkiləri keçiriləcək. Deməliyəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq, ölkələrimiz arasındakı əlaqələr inkişaf etməyə davam edəcək. Azərbaycan İsrail üçün dost və tərəfdaş ölkədir”.

Diplomat vurğulayıb ki, Azərbaycan bütün dinlərə mənsub insanların yan-yana yaşadığı ölkədir. Azərbaycandakı yəhudi icması özünü evindəki kimi

hiss edir. Holokostun anım mərasimində ölkəmizin də təmsil olunduğunu bildirən səfir qeyd edib ki, bu, Azərbaycanın İsrail xalqına və dövlətinə münasibətini göstərir.

Bundan başqa, diplomat qeyd edib ki, İsrail idxal etdiyi neftin əsas hissəsini Azərbaycandan alır. Ötən il Azərbaycana səfər edən israilli turistlərin sayı 60 min nəfər olub. Bu, 2016-cı illə müqayisədə 5 dəfə artım deməkdir.

Azərbaycanın gələn ay İsraildə keçiriləcək beynəlxalq turizm sərgisində pavilyonla təmsil oluna-cağını qeyd edən səfir bildirib: “Azərbaycandan olan nümayəndə heyəti gələn həftə İsraildə kibertexnolo-giyalar mövzusunda keçiriləcək tədbirə də qatılacaq. Azərbaycanda kənd təsərrüfatı sahəsində İsrailin yeni texnologiyaları tətbiq olunur. Ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

AZƏRTAC

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Page 3: Dünya ictimaiyyəti Davosda Azərbaycanın “strateji ...xalqqazeti.com/pdf/xalq 25 yan OPT.pdf · İqtisadi İslahatların Təhlili və Kommuni-kasiya Mərkəzinin yaydığı məlumatda

26 yanvar 2020-ci il, bazar 3

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi, çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Pre-zident İlham Əliyev qeyd etmişdir ki, xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Bu baxımdan, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları regionda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və ölkə rəhbərliyinin bütün səyləri regio-nun inkişafına və xalqın rifahına yönəlib. Azərbaycan – Rusiya – İran, Azərbaycan – Türkiyə – Gürcüstan və digər üçtərəfli, həmçinin dördtərəfli əməkdaşlıq formatları buna əyani sübutdur. Eləcə də ölkəmiz Avro-pa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialo-qun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib.

Son illər ölkəmizin evsahibliyi etdiyi, eləcə də dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyətli beynəlxalq tədbirlər Azərbaycanın dünyada nüfuzunu xey-li yüksəldib. Bu baxımdan ölkəmiz yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.

Azərbaycan artıq Cənubi Qaf-qaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Xüsusilə, 2019-cu ildə Azərbaycanın bir sıra mühüm diplomatik uğurlara imza atması ölkəmizin yürütdü-yü müstəqil xarici siyasətin milli maraqlara söykəndiyinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Rusi-

ya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam ay-dın, konkret şəkildə cavab verdi. Bu-nunla da dövlət başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologi-yası yürütdüyünü dünyaya bir daha bəyan edərək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, 2019-cu il ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi: “Gah

deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaq-arası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanun-suz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb. Bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağ-lıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.

Dövlətimizin başçısı bəyan edib ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və tarixi

həqiqət bizim tərəfimizdədir: “...Biz hamımız yaxşı bilirik və bu gün dün-ya ictimaiyyəti də bizim apardığımız siyasət nəticəsində bilir ki, ermənilər Cənubi Qafqazda gəlmə millətdir, onlar çar Rusiyası tərəfindən XIX əsrdə Rusiya – İran müharibəsindən sonra bizim bölgəmizə köçürülüblər. Qafqaz Rusiya imperiyasının tərkib hissəsi olandan sonra bizim bölgədə xristian əhalinin sayını çoxaltmaq

üçün Şərqi Anadoludan və İrandan kütləvi surətdə ermənilər Dağlıq Qarabağa köçürülmüşlər. Bunu təsdiqləyən çoxsaylı tarixi sənədlər, faktlar var. Bu, o qədər də uzaq tarix deyil”.

Eyni zamanda, Prezident İlham Əliyev qeyd edib ki, 1992-ci ildə müstəqil ölkə kimi BMT-yə daxil olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul olunub, ərazi bütövlüyü dəstəklənib və təsdiq edilib: “Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrıl-maz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə, Ermənistan həmişə buna istinad edir, bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib.

Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan tor-paqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik”.

Bununla yanaşı, son vaxtlar Ermənistan – Azərbaycan, Dağ-lıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər

tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Ermənistan rəhbərliyinin sərsəm çıxışları, eyni zamanda, qondarma “Dağlıq Qa-rabağ respublikası”nın tanınması ilə əlaqədar tədbirlərin şişirdilərək, ictimaiyyətə yanlış formada çatdı-rılması bu məqsədə xidmət etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir və ciddi narahatlıq do-ğurur. Heç şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalış-maqdır. Ermənistanın Dağlıq Qaraba-ğa dair ərazi iddiaları tam əsassızdır. Bu baxımdan Azərbaycan Prezidenti Ermənistan baş nazirinin son vaxtlar sərsəm çıxışlarına əsl “nida” işarəsi qoydu və dünya birliyinin diqqətinə

çatdırdı ki, Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suve-renliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır.

Bununla yanaşı, ötən il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə gö-rüşü keçirildi və ölkəmiz bu təşkilatda

sədrliyə başladı. Bunun davamı ola-raq, oktyabrın 25 – 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər.

Ermənistan və onun hava-darlarının bütün səylərinə bax-mayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu zirvə görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu. Bu, İslam Əməkdaşlıq Təşkilatından sonra ikinci beynəlxalq təşkilat tərəfindən qəbul etdiyi sənədlərdə Ermənistanın işğalçı dövlət kimi rəsmən tanınmasıdır.

Həmçinin zirvə görüşündə qəbul

edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində nü-mayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir. Bununla yanaşı, zirvə görüşü zamanı bu mötəbər tədbirdə müasir beynəlxalq münasibətlərə dair ən vacib məsələlər müzakirə edildi, ölkəmiz dünyanın aparıcı KİV-nin diqqət mərkəzində oldu.

Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğuru-dur.

Keçən il noyabrın 14-də Ba-kıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi də yadda-qalan hadisələrdəndir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və bu gün ölkəmiz sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verməyə çalışır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan, həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə evsahibliyi edən humani-tar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, biz balans axtarmırıq, sadəcə olaraq, xa-rici siyasətimizlə öz milli maraqları-mızı qoruyur və mümkün olan riskləri azaldırıq: “Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində quru-lub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik”.

Ümumiyyətlə, bütün yuxarı-da göstərilənlər onu deməyə əsas verir ki, son vaxtlar həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamını və etimadını getdikcə artırır.

Elçin ƏHMƏDOV, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

professoru, siyasi elmlər doktoru

Zəlzələ nəticəsində evi dağılanlardan biri də Şamaxı şəhərinin ağbirçək sakini Saray Eyvazova idi. Dövlət başçısının tapşırığı ilə Saray nənə və başqa sakinlər üçün ən qısa müddət ərzində yeni

evlər tikildi. Xüsusi diqqətçəkən məqam isə odur ki, dövlətimizin baş-çısı vəd etdiyi kimi, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə ötən ilin sonlarında, Yeni il bayramı ərəfəsində Saray xalanın yeni evində qonaq oldular.

Bu, çox təsirli səhnə idi. Mötəbər qonaqların gəlişindən riqqətə gələn ana çox sevinirdi. Ağbirçək dövlət başçısına xitabən dedi: “Elə bil ki, Siz gəlişinizlə məni götürüb dağın başına qoymusunuz, qeyrətli balam. Çox sağ ol, çox var ol. Bizim üçün hər şey etmisiniz”.

Əlbəttə, həmin an Prezident İlham Əliyev Saray nənədən, yeni evlərə köçən başqa sakinlərdən heç də az sevinmirdi. Axı, hər kəs bilir ki, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mənası Azərbaycan xalqına, xüsusi diqqət və qayğıya ehtiyacı olan hər bir Azərbaycan ailəsinə kömək etməkdir.

Bəli, bu gün Prezident İlham Əliyevin lideri olduğu Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının qayğı və problemlərinin həlli dayanır. Əhalinin ən müxtəlif təbəqələrinin nümayəndələri görürlər və hiss edirlər ki, Azərbaycan dövləti inkişaf edərək gücləndikcə, onların maddi durumu, rifahı daim yaxşılaşır.

Reallıq budur ki, Azərbaycanda xalq ilə iqtidar arasında qarşı-lıqlı inam və etimada əsaslanan möhkəm bağlılıq, sarsılmaz birlik

yaranıb. Vətəndaşlarımız Prezident İlham Əliyevin ölkənin milli maraq-larına xidmət edən müdrik daxili və xarici siyasətini tamamilə bəyənir və dəstəkləyirlər.

Son 17 ildə Azərbaycanda ictimai, siyasi, iqtisadi, mədəni həyatın bütün sahələrində parlaq uğurlar, böyük qələbələr əldə edilib. Görülən işlərin, həyata keçirilən layihələrin miqyası və vüsəti o qədər böyükdür ki, bunları yalnız hərtərəfli yüksəliş və intibah adlandırmaq olar.

Bütün bunlar xalqımızın se-vimli lideri İlham Əliyevin səriştəli idarəçiliyi sayəsində mümkün olur. Müasir dünyanın ən görkəmli dövlət xadimlərindən biri olan İlham Əliyev qədirbilən millətinin və bütün dünyanın gözündə xalqı ilə birlikdə ucalmışdır. Prezident öz xalqının intellekt və işgüzarlığının, yüksək mədəniyyət və mənəviyyatının parlaq rəmzinə çevrilmişdir. Belə yüksək məqam hər siyasətçiyə nəsib olmur!

Hazırda istər paytaxt Bakıda, istərsə də Azərbaycanın ən uc-qar bir guşəsində ətrafa nəzər yetirəndə, yeni salınmış yolları, hər cür şəraiti olan yaraşıqlı uşaq bağ-

çaları və məktəbləri, bir-birindən gözəl park və istirahət ocaqla-rını görmək olur. Tanınmış alim İbrahimxəlil İbrahimov fəxrlə dedi ki, Azərbaycan sürətli inkişaf yolun-dadır. Bu gün respublikamız dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik məkanıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq meydanıdır. Bu-nun təməlində Azərbaycan xalqının zəhməti, xalq–iqtidar birliyi dayanır.

Azərbaycan dövləti məcburi köçkün ailələrinin qayğı və problemlərinin həllinə hər zaman həssas yanaşmışdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2019-cu il aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosi-al-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqində demişdir: “...Son illərdə yüzdən çox köçkün şəhərciyi salınıb. Biz 10 ildən çoxdur ki, çadır şəhərciklərini ləğv etdik və məcburi köçkünlərə yaxşı şərait yaratdıq. Ancaq hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bi-

zim üçün əsas məsələlərdən biridir. Keçən il 6 min köçkün ailəsi üçün yeni müasir evlər tikilib, mənzillər təqdim edilib. İlin əvvəlində təqribən 6 min köçkün ailəsi üçün mənzillərin tikintisi nəzərdə tutulurdu, biz bu mənzillərin, evlərin sayını artıra-cağıq. Artıq müvafiq göstərişlər verilib, əlavə vəsait ayrılıb və işlər başlamışdır. Burada da ədalət əsas prinsip olmalıdır və bu gün bu prin-sip təmin edilir”.

Cəbrayılın Quycaq kənd sakini şəhid anası Solmaz Aminə xanım dedi ki, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin hər bir qaçqın ailəsinə bu qədər böyük diqqət və qayğısı olmasaydı, doğma yurd-yuvalarını itirmiş insanlar ağır məhrumiyyətlərə tab gətirə bilməzdilər. Azərbaycan dövləti milli mədəniyyətimizin inkişafına da bö-yük diqqət və qayğı göstərir. Dərin minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin qorunub inkişaf etdirilməsində Heydər Əliyev Fondu xüsusilə böyük işlər görmüşdür.

Sabirabad Regional Mədəniyyət

İdarəsinin müdiri Əhməd Ramazanov dedi ki, ötən ilin sonlarında Azərbaycan Respub-likasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evinə qonaq getməsini televiziyadan seyr edəndə, hamı kimi mən də çox sevindim. Əlibaba Məmmədov kimi böyük sənətkarlara qayğı, bütövlükdə, milli mədəniyyətimizə göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Sonda bir daha qeyd etmək istərdik ki, müstəqil Azərbaycanı uğurdan-uğura aparan əsas amil məhz xalqın iqtidara, möhtərəm Prezidentimiz İlham Əliyevə birmənalı dəstək verməsi ilə əlaqədardır. İnanırıq ki, ölkəmizdəki sarsılmaz xalq–iqtidar birliyi Azərbaycanın bundan sonra da çox böyük nailiyyətlər əldə etməsinə səbəb olacaq.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Azərbaycan “BB” reytinqini formalaşdıran 6 komponent üzrə qeyri-proporsional nəticələrə malik olsa da, ölkəmiz bir çox göstərici üzrə, xüsusilə Dünya Bankının “Doing Busi-ness” indikatorunda irəliləməsi ilə seçilib ki, bu da hesabatda xüsusi qeyd olunub.

Hesabatda Azərbaycanın kredit reytinqinin sabit olaraq qiymətləndirilməsi Dünya Bankı və Davos İqtisadi Foru-munun hesabatlarında ölkəmizin mövqeyinin yaxşılaşması göstəriciləri ilə uyğunluq təşkil edir.

Hesabatda bankların kapitallaşmasının 2018-ci illə müqayisədə 4 faizə yaxın artaraq 2019-cu ildə 23 faizə yüksəldiyi, problemli kreditlərin həcminin azaldığı, Azərbaycan Beynəlxalq Bankının fəaliyyətində mənfəət göstəricisinin nəzərə çarpdığı qeyd olunub.

“Fitch Ratings” agentliyi bildirib ki, ötən il Azərbaycanda bankların valyuta mövqeyinin möhkəmləndirilməsi, lik-vidlik və kapitallaşma ilə bağlı minimum tələblərin yerinə yetirilməsi istiqamətində tədbirlər nəticəsində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi azalıb və kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib.

Hesabatda, həmçinin göstərilib ki, ölkə Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanı bank sektoru üçün tamamilə yeni bir səhifə açmaqla bərabər, qeyri-işlək kredit portfelinin həcminin də əsaslı şəkildə azalması üçün möhkəm zəmin yaradıb. Onu da qeyd edək ki, fərmanın ölkənin bank sekto-ru üçün əhəmiyyəti və problemli kreditlərin həlli məsələsində oynadığı rolunu digər nüfuzlu qurum olan “Moody’s” Beynəlxalq Reytinq Agentliyi də təsdiq edib.

“Fitch Ratings” hesabatında real ÜDM-in 2018-ci ilin 1,4 faiz göstəricisi ilə müqayisədə 2019-cu ildə 2,4 faizə çatdığı qeyd olunub. Xüsusi əhəmiyyət kəsb edən məqam isə ondan ibarətdir ki, agentliyin təhlilinə əsasən bu artımın 3,5 faizi qeyri-neft, 0,8 faizi isə neft-qaz sektorlarının payına düşüb.

Hesabatda Azərbaycanın reallaşdırdığı qlobal enerji layihələrinin onun makroiqtisadi sabitliyinə və maliyyə daya-nıqlılığına müsbət təsiri də qeyd olunub.

“Xalq qəzeti”

Dünyada Azərbaycana inam və etimad artır

Dünyada və bölgədə baş verən müxtəlif xoşagəlməz proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun lider dövləti olmasını təmin edib. Bu

məqam Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də öz əksini tapıb. Dövlət başçısı qeyd edib ki, dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postsovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdalanması geniş vüsət almışdır: “Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır”.

Keçən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonların-da böyük zəlzələ baş vermişdi. Xoşbəxtlikdən heç bir insan itkisi olmamışdır. Ancaq minlərlə ev dağıntıya məruz qaldı. Zəlzələdən dərhal sonra bölgədə olarkən vətəndaşlara söz verdim ki, qış gələnə qədər bütün evlər yenidən tikiləcək, təmir olunacaq, bərpa ediləcək. Həmişə olduğu kimi, yenə də sözümü-zün üstündə durduq və artıq zəlzələnin bütün əsas fəsadları aradan qaldırıldı, minlərlə yeni ev tikildi, təmir olundu, bərpa edildi. Bu, bir daha onu göstərir ki, vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanda iqtidarla xalqın məramı eynidir “Fitch Ratings” agentliyi Azərbaycanın uzunmüddətli xarici valyuta emitenti reytinqini “BB+” səviyyəsində təsdiq edib. Reytinqə əsasən, Azərbaycanın xarici balans hesabatının, həmçinin borclarının az olması ölkəmizin iqtisadi-maliyyə sistemini gücləndirən amil kimi göstərilib.

“Fitch Ratings” agentliyi Azərbaycanın daha bir

uğurunu təsdiq edib

Page 4: Dünya ictimaiyyəti Davosda Azərbaycanın “strateji ...xalqqazeti.com/pdf/xalq 25 yan OPT.pdf · İqtisadi İslahatların Təhlili və Kommuni-kasiya Mərkəzinin yaydığı məlumatda

26 yanvar 2020-ci il, bazar4

Azərbaycanın demokratik seçki keçirməkdə zəngin təcrübəsi var

Müsahibimiz Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevdir

– Ölkəmiz mühüm əhəmiyyətli siyasi kampaniya ərəfəsindədir. Parlament seçkilərinin beynəlxalq standartlar səviyyəsində keçiriləcəyi barədə proqnozlara münasibətinizi bilmək istərdik.

– Sizdən əvvəl “Secki-2020.az” saytına verdiyim açıqlamada da bildirmişəm ki, Azərbaycanın Seçki Məcəlləsi beynəlxalq qanunvericiliyin müddəalarını özündə tam ehtiva edir və seçkilərin demokratik şəraitdə keçirilməsi üçün mükəmməl hüquqi bazadır. Uzun illərdir ki, seçki prosesi ilə məşğul olan bir hüquqşünas kimi əminliklə deyə bilərəm ki, ölkəmizin zəngin seçki qanunvericiliyi, bu sahədə yetərincə təcrübəsi var. Hazırkı mövcud seçki qanunvericiliyi ədalətli və demokratik seçkilərin keçirilməsinə əlverişli şərait yaradır.

– İndiyədək Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər bir hü-quqşünas kimi sizi qane edirmi?

– Əlbəttə. Ölkəmiz sürətlə inki-şaf edir, dünya birliyinə inteqrasiya olunur, əlaqələr genişlənir. Hesab edirəm ki, yeni çağırışlar daimi təkmilləşməni zəruri edir. Ona görə də Seçki Məcəlləsinə edilən əlavə və

dəyişiklikləri vacib hesab edirəm. Mən burada dövlət başçısının siyasi iradəsini də mütləq qeyd etməliyəm. Hər dəfə ölkəmizdə seçki keçirilən ərəfədə dövlət məmurlarına seçkiyə müdaxilə etməmək barədə ciddi tapşırıqlar verilir. Bu, ölkə Prezidentinin demokra-tik, şəffaf seçki keçirilməsində maraqlı olduğunun göstəricisidir. Azərbaycanın Seçki Məcəlləsi beynəlxalq ekspertlər tərəfindən demokratik sənəd kimi qiymətləndirilib. Bu sənəd demokratik hüquqi bazanın formalaşmasını təmin edir və beynəlxalq qanunvericiliyin tələblərinə cavab verir.

– Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə dəfələrlə prezident, parlament, bələdiyyə seçkiləri keçirilib. Qa-zanılan seçki təcrübəsini necə qiymətləndirirsiniz?

– Ölkəmizdə keçirilən seçkilər ildən-ilə təkmilləşdirilir. Bu, o deməkdir ki, qabaqcıl təcrübə öyrənilir və mütləq seçkilərdə tətbiq olunur. Son illər ölkəmizdə keçirilən seçkilər aşkarlığın və şəffaflığın təmin olunmasına görə bir çox ölkələrə nümunə göstərilir. Deməli, artıq Azərbaycanın seçki təcrübəsi öyrənilir. Mən dəfələrlə şahidi olmuşam ki, ölkəmizdə seçki prose-

sini izləyən beynəlxalq müşahidəçilər seçki məntəqələrinə veb-kameraların quraşdırılmasını və barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsini yüksək dəyərləndiriblər. Hətta bəzi beynəlxalq müşahidəçilər şəffaflığın təmin olunmasında bu üsulun öz ölkələrində də tətbiq olunmasını arzulayıblar. Veb-kameraların quraş-dırılmasına gəlincə, bu da yüksək dəyərlərə malikdir. Onu da qeyd edim ki, Azərbaycanda seçki məntəqələrində veb-kameraların quraşdırılması prakti-kası 2008-ci ildən tətbiq olunur. Seçki məntəqələrinin təxminən 20 faizində veb-kameralar quraşdırılır. Bü üsul vasitəsilə 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı izləmək mümkündür. Xatırladım ki, səsvermə prosesini izləmək üçün

Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq, ana səhifədən “Online ob-servation” bölməsinə girmək və seçki dairəsini seçmək lazımdır. Müvafiq saylı dairə seçki komissiyasını seçdikdən sonra veb-kameraların quraşdırıldığı məntəqələrin siyahısı açılır. Vətəndaşlar siyahıda istədikləri məntəqəni seçərək, səsvermənin gedişini gün ərzində canlı izləyə bilərlər. Bundan da artıq şəffaflıq olarmı?

– Bu yeniliklərdən sonra hansı səmərəli təkliflərin tərəfdarısınız?

– Mən həmişə yeniliyin, inkişafın tərəfdarı olmuşam. Əgər şəffaflığın təmin olunmasında daha səmərəli təklif olarsa, hesab edirəm ki, ölkəmiz bundan da yan keçməz. Hər bir ölkədə ədalətli və azad seçkilərin keçirilməsi orada insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması-nın, demokratik proseslərin inkişafına xüsusi önəm verilməsinin göstəricisidir. Azərbaycan hazırda belə ölkələrdəndir.

Səmərəli tövsiyələr həmişə nəzərə alınır. Bəzi tövsiyələrin nəzərə alınmaması təcrübəsi də var. Bu da Azərbaycanın milli qanunveri-ciliyinin formalaşmasında suveren hüququndan istifadə etməsindən irəli gəlir. Əsas məsələ demokratik seçki keçirmək prinsiplərinin tətbiq edilməsidir. Beynəlxalq müşahidəçilər də təsdiqləyirlər ki, artıq neçə illərdir Azərbaycanda keçirilən seçkilər Seçki Məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir. Biz növbəti seçkilərdə də bunun şahidi olacağıq.

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Bakı Kitab Mərkəzində Mixail Qusmanın “Həyat formulu. Atam və anam haqqında kitab”ının təqdimat mərasimi keçirilib

� Yanvarın 25-də Bakı Kitab Mərkəzində məşhur jurnalist, tərcüməçi, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın “Həyat formulu. Atam və anam haqqında kitab”ının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva tədbiri açaraq Heydər Əliyev Fon-dunun təşəbbüsü ilə yaradılan və il yarımdır fəaliyyət göstərən Bakı Kitab Mərkəzində 150-dən çox müxtəlif maarifləndirici tədbir, mədəniyyət, təhsil, sosial layihələr həyata keçirildi-yini, Mixail Qusmanın “Həyat formulu. Atam və anam haqqında kitab”ının təqdimatının isə hamı üçün əlamətdar olduğunu bildirib. “Mən bu kitabı iki gün ərzində birnəfəsə oxudum. Çünki kitab çox maraqlıdır. Kitabda iki görkəmli şəxsiyyətin həyatı və fəaliyyəti təsvir edilib. Onlar şəhərimizin, ölkəmizin mədəniyyəti, elmi, təhsili üçün çox iş görüblər. Biz belə həmyerlilərimizlə həmişə qürur duyuruq. Biz onların bakılı olmasından qürur duyuruq. Kitab xatirələrlə, Bakının o illəri, insanları, beynəlmiləl şəhərin bənzərsiz mühiti haqqında maraqlı faktlarla zəngindir. Heç kəsə sirr deyil ki, Bakıda çox-lu sayda millətlərin nümayəndələri yaşayıb və yaşayır. Müasir dövrdə tez-tez eşitdiyimiz “mədəniyyətlərarası dialoq” ifadəsi Bakının həm ozamankı atmosferini, həm də bugünkü mühitini səciyyələndirir. Kitabın təqdimatı “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konf-ransı çərçivəsində keçirilir. Rusiya ilə Azərbaycan arasında əlaqələr çoxəsrlik tarixə malikdir. Uzun illər ərzində bu əlaqələr möhkəmlənib, dərinləşib və keçirilən bütün tədbirlər bizim necə yaxın, ortaq cəhətlərimizin olduğunu

göstərir. Bu kitabın özü elə həmin mədəniyyətlərarası dialoqdur”, - deyə Günel Rzayeva bildirib.

Tədbirdə çıxış edən müəllif Mixail Qusman kitabın ərsəyə gəlməsi tarixçəsi haqqında danışıb. Xatırladıb ki, bir neçə il əvvəl Azərbaycandan olan dostları, həmkarları, AZƏRTAC-ın rəhbərliyi onun valideynləri haq-qında xatirələri toplamağa başladı, valideynlərini tanıyan şagirdlərlə, onlarla bir yerdə işləyən insanlar-la, tələbələrlə, hətta pasiyentlərlə görüşdülər. Valideynlərim haqqında onların danışmaq istədikləri adamlardan biri də mən idim. Mən AZƏRTAC-dan olan həmkarlarımla görüşür, saatlarla söhbət edirdik. Həm valideynlərim, həm Bakı haqqında danışdıqca xatirələr məni bu haqda yazmağa ruhlandırdı.

Mixail Qusman qeyd edib ki, valideynlərim milliyyətcə azərbaycanlı olmasalar da, hər ikisi Azərbaycan dilində danışır, atam bu dildə həm də yazırdı. Böyüyüb boya-başa çatdığım ailə özünü bu şəhərin bir parçası hiss edirdi.

Tədbirdə yazıçı İosif Şaqal, “Veçern-

yaya Moskva” qəzetinin baş redaktoru Aleksandr Kupriyanov, Bakı Musiqi Aka-demiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, rəssam Vadim Hüseynov (kitabın dizayneri), Rusiya Dövlət Humanitar Universitetinin prezidenti, Heydər Əliyev Mükafatı laureatı Yefim Pivovar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Yazıçı-lar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Dövlət Rəssamlıq Akade-miyasının prorektoru, Xalq rəssamı, tanınmış heykəltəraş Fuad Salayev, rusiyalı şair Aleksandr Qorodnitski kitab haqqında fikirlərini bölüşdülər.

Qeyd olunub ki, oxucu elə ilk səhifələrdən bu kitabın qəhrəmanlarının təkcə övladları Mixail Qusmana və Yuli Qusmana deyil, həm də bu əsər sayəsində çoxlarına miras qoyduqları həyat formulunu duyur.

“Bu kitab onlar haqqında və onların dövrü haqqında, onların yaşadıqları həmin parlaq, namuslu, qüsursuz həyat haqqındadır”, - deyə müəllif “Ön söz”də yazır. Bəli, Solomon Qusman və Lola Barsuk öz həyat formulunu yaradıblar:

sadəlik, təvazökarlıq, vicdanlılıq, borc hissi və məsuliyyət üstəgəl bir-birinə, övladlarına, doğmalarına və yaxınları-na, insanlara böyük məhəbbət.

Bu kitab keçən əsrin 40-70-ci illər Bakısının özünəməxsus tarixidir. Bu ta-rixi indi o qədər də çox insan xatırlamır, lakin onun ruhu Bakının dar küçələrində və həyətlərində yaşayır. O səs-küylü, bir-birinin köməyinə yetişməyə hər zaman hazır olan xeyirxah qonşuların olduğu həyətlərdə yaşayır.

Rusiyanın “Terra” nəşriyyatı tərəfindən çapdan buraxılmış kitabda Mixail Qusmanın valideynləri, nəsli, doğma Bakıda keçirdiyi həyat illəri, ailəsi, dostları haqqında yazdığı şirin xatirələr, həmçinin Solomon Moise-yeviç və Lola Yuliyevnanın dostları və həmkarları, habelə mədəniyyət və elm xadimlərinin bu ailə haqqında düşüncələri yer alıb. Nəfis şəkildə tərtib olunmuş kitaba, həmçinin Mixail Qusmanın ailə arxivindən, TASS və AZƏRTAC-ın arxivlərindən çoxsaylı foto və sənədlər də daxil edilib.

Gəncədə keçirilən növbəti seminar seçki prosesində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunub

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 25-də keçirilən regional seminarda Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Na-zirliyinin nümayəndələri, dairə seç-ki komissiyalarının sədrləri, rayon polis idarələrinin nümayəndələri iştirak ediblər. Seminarda Mərkəzi Seçki Ko-

missiyasının nümayəndələri tərəfindən polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə dair müxtəlif möv-zularda çıxışlar dinlənilib.

Tədbirdə Mərkəzi Seçki Komissiya-sının üzvü Qabil Orucov seçki qanun-vericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və

müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları mövzusunda çıxış edib.

Bildirilib ki, polisin ölkədə keçirilən seçki prosesində ictimai asayişin qorun-ması ilə əlaqədar fəaliyyəti Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunub.

Qeyd edilib ki, polisin səsvermə prosesində həm səsverməyədək, həm də seçki günü qanunvericiliklə təsbit edilmiş vəzifələri mövcuddur. Səsvermə günü hər hansı bir səsvermə otağın-da asayişin pozulması ilə əlaqədar müəyyən problemlər yaranarsa, səsvermə otağından 100 metr aralıda öz xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı məntəqə seçki komissiyası

sədrinin dəvəti ilə səsvermə otağına daxil olur və ictimai asayişin bərpası ilə bağlı fəaliyyətini həyata keçirir. Po-lis əməkdaşı səsvermə otağına daxil olduqda səsvermə prosesi dayandırılır və ictimai asayiş bərpa olunduqdan sonra isə qanunla müəyyən edilmiş qaydada səsvermə prosesi davam etdirilir.

Vurğulanıb ki, son bələdiyyə seçkiləri, yaxud ondan əvvəlki seçkilərdə polisin konkret fəaliyyəti ilə bağlı ciddi nöqsanlar müəyyən edilməyib.

Seminarda Daxili İşlər Nazir-liyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Hamlet Hümbətəliyevin “Seçki kampaniyası

dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi” mövzusunda çıxışı dinlənilib.

Sonra Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin müdiri Rafiq Abbasov “Seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi” mövzusunda çıxış edib.

Sonda seminar iştirakçılarını maraq-landıran suallar cavablandırılıb.

Azərbaycan demokratik seçki keçirməyə qadirdir

Ç.Əliyev bildirib ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda qanunverici orqan mühüm mexanizmlərdən biri hesab olunur.

Deputat Azərbaycanın zəngin seçki təcrübəsinə malik ölkə olduğunu söyləyərək deyib: “Zəngin təcrübə deməyə əsas verir ki, fevralın 9-da Azərbaycanda növbəti de-

mokratik seçkilərin şahidi olacağıq. Bu gün Azərbaycan dinamik inkişaf edən ölkədir. Müasir və demokratik ölkə kimi dünyada Azərbaycana olan maraq günü-gündən artır. Hesab edirəm ki, seçkilərdə seçicilərin güclü iradəsi yeni parlamenti formalaşdıracaq”.

Azərbaycanda keçiriləcək parlament seçkiləri digər ölkələr üçün təcrübə və nümunə olacaq. Bunu “Sec-ki-2020.az” saytına açıqlamasında qazaxıstanlı ekspert, jurnalist Nurqali Yusipbay deyib.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra böyük inkişaf yolu keçdiyini bildirən ekspert de-yib: “Bu gün də Azərbaycan inkişaf edir. Son dövrlər Azərbaycanda iqtisadi, sosial, mədəni və digər

sahələrdə çox böyük isla-hatlar həyata keçirilir. Sosial islahatlar və vətəndaşların ri-fahının yüksəlməsinə hesab-lanmış addımlar bunun ən bariz nümunəsidir. Həmçinin şəffaflığın təmin edilməsi, eləcə də dövlət siyasətində

vətəndaşa xidmət prinsipi-nin əsas tutulması xüsusilə diqqət çəkir. Həyata keçirilən islahatlar seçki mühitinə də müsbət təsir edir. Əminliklə deyə bilərik ki, fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanın demokratik ənənələrini daha da gücləndirəcək və digər ölkələr üçün müsbət seçki nümunəsi olacaq”.

“Yeni parlament islahatlar kursunu daha da sürətləndirməyə qadir olmalıdır”

Ekspert bildirib ki, Azərbaycanda dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahat-lar səmərəliliyi artırmaq məqsədinə xidmət edir.

“Qanunverici orqanın buraxılması da bu prosesə dəstək məqsədini daşıyır”, –

deyən Aleksandr Karavayev əlavə edib ki, yeni parlament islahatlar kursunu daha da sürətləndirməyə qadir olmalıdır.

Hazırladı: Anar ƏLİYEV, “Xalq qəzeti”

Ermənistan atəşkəs rejimini 24 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının İcevan rayonunun Ber-kaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız

yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Acarlı, Novruzlu, Mərzili, Füzuli rayonu-nun Qərvənd, Horadiz kəndləri yaxınlığın-da, həmçinin Goranboy və Tərtər rayon-ları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

AZƏRTAC

Parlament seçkiləri islahatların daha da dərinləşməsinə şərait yaradacaq

Bu il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə parlament seçkiləri keçiriləcək. Ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri əmindirlər ki, bu mühüm siyasi kampaniya səsvermə hüququ olan vətəndaşlarımızın fəal iştirakı ilə baş tutacaq və islahatların daha da dərinləşməsinə şərait yaradacaq. Azərbaycan Turizm və Menecment Universitetinin professoru Minaxanım Əsədli bu barədə dedi:

– Söhbətə onunla başlamaq istəyirəm ki, bu il yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun sualına cavab verərkən deyib: “Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də isla-hatların davamının mühüm hissəsi olacaqdır”.

Mən xalqımızın sevimli lideri cənab İlham Əliyevin fikri ilə tamamilə şərikəm. Yeri gəlmişkən, ölkəmizin ictimai-siyasi həyatında baş verən islahatları əhalinin böyük əksəriyyəti birmənalı dəstəkləyir. Axı, islahatların məramı dövlətimizin daha qüdrətli olması, xalqımızın firavan yaşamasıdır.

Hesab edirəm ki, par-lament seçkiləri ölkəmizdə islahatların daha da dərinləşməsi üçün şərait yaradacaq. Məlumdur ki, Azərbaycanın icra və məhkəmə strukturlarında mühüm dəyişikliklər gedir. İslahatların ölkə parlamentini

də əhatə etməsi vacib idi. Bir məqamı da vurğula-

maq lazımdır. Bu günlərdə ölkə mediası və sosial şəbəkələrdən parlament seçkilərinə hazırlıq prosesini maraqla izləyirəm. Görünən budur ki, proses kifayət qədər fəal keçir. Ümid edirəm ki, seçicilər fevralın 9-da ən layiqli namizədlərə səs verəcəklər.

Söhbəti qələmə aldı: M.HACIXANLI,

“Xalq qəzeti”

“Fevralın 9-da bütün dünya Azərbaycanda keçiriləcək növbəti demokratik seçkilərin şahidi olacaq”. Bu fikirləri “Secki-2020.az” saytına açıqlamasında Rusiya Federasiyası Tuva Respublikasının Qızıl Şəhər Şurasının deputatı, Tuva Karate Federasiyasının prezidenti Çingiz Əliyev deyib.

“Azərbaycandakı seçkilər digər ölkələr üçün təcrübə və nümunə olacaq”

“Azərbaycanda parlamentin buraxılması son 2 ildə ölkədə aparılan islahatların dinamikası ilə bağlıdır”. Bunu “Secki-2020.az” Müstəqil Media Mərkəzinə açıqlamasında rusiyalı politoloq, “Şimal-Cənub” Siyasi Mərkəzinin aparıcı eksperti Aleksandr Karavayev deyib.

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunması, azad və ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən Gəncədə keçirilmiş növbəti tədbir “Polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi”nə həsr olunub.

Page 5: Dünya ictimaiyyəti Davosda Azərbaycanın “strateji ...xalqqazeti.com/pdf/xalq 25 yan OPT.pdf · İqtisadi İslahatların Təhlili və Kommuni-kasiya Mərkəzinin yaydığı məlumatda

26 yanvar 2020-ci il, bazar 5

Beş min illik tarixi olan Hin-distanda zaman öz xüsusi ritmi ilə axır. Belə ki, burada mistik məbədlər və çoxəsrlik saraylar, o cümlədən möhtəşəm tarixi qa-lalarla göydələnlər “qonşudur”. Yollarda isə inəklər, dəvələr, müasir motosikletlər və boyalı yük maşın-ları sıralanıb.

Belə mənzərənin yaranması heç də təsadüfi deyil, axı Hindistan dünyanın ən qədim sivilizasiya-larından biridir. Eramızdan əvvəl üçüncü minilliyin ortalarına qədər bu ölkə ərazisində qədim Misir və Mesopotamiya sivilizasiyaların-dan geri qalmayan mədəniyyət mövcud olmuşdur. Bu ölkənin modernləşməsi də böyük maraq doğurur. Ən azından öna görə ki, Hindistan bir ölkənin iqtisadi modernləşməsinin demokratik institutlarının inkişafı ilə necə uzlaş-masına dair ən təsirli nümunədir. “Nağıllar ölkəsi”ndə modernləşmə 1947-ci ildə müstəqillik qazan-dıqdan sonra dövlət və ictimai quruluşun demokratik formasını seçməsi ilə başlamışdı. Müstəqillik tarixindən ötən müddət ərzində Hindistan dünyanı müəyyən sahələrdə qazandığı uğurları ilə təəccübləndirməkdə davam edir.

Hindistan 1947-ci avqustun 15-də özünün müstəqilliyini elan etdikdən sonra ölkə konstitusiya-sının işlənib hazırlanması üçün Xüsusi Komitə yaradıldı. 1949-cu ilin noyabrında qəbul edilən konstitusiya 1950-ci yanvarın 26-da qüvvəyə mindi. Həmin vaxtdan sonra hər il 26-yanvar Hindistan xalqı tərəfindən Respublika Günü kimi təntənə ilə qeyd olunur. Bay-ramdan iki gün sonra Vicay-Çouk meydanında prezident qvardiyası-nın iştirak etdiyi xüsusi mərasimə dövlət və hökumət rəhbərləri, diplomatik korpusun nümayəndələri də qatılırlar.

Bu bir tarixi gerçəklikdir ki, Hindistanda demokratik təsisatların inkişafı son dərəcə parçalanmış bir cəmiyyətin siyasiləşməsi şəraitində baş vermişdir. Müstəmləkə dövründə Hindistan Milli Konq-resi onların yaranmasının əsas vasitəsi olmuşdu. Əlbəttə, digər siyasi partiya və təşkilatların da rolu azaldılmamalıdır. Məhz onların ziddiyyətli münasibətlərində və mübarizələrində Hindistanda siyasi demokratiyanın inkişaf etdirən və ölkənin modernləşdirilməsi ideyalarını yaradan təməl forma-laşmışdı. Tarixçilər vurğlayırlar ki, demokratik bir seçimin müəyyən edilməsində vacib və bəlkə də, həlledici məqam müstəqil Hindis-tana rəhbərlik edənlər arasında siyasi iradənin olması idi. Burada da ölkənin ilk baş naziri, əsl de-mokrat olan Cəvahirləl Nehrunun xidmətlərini xatırlamaq lazımdır. O hesab edirdi ki, cəmiyyətin demok-ratiya prinsipləri üzərində qurul-ması istənilən başqa idarəetmə formasından daha yaxşı nəticələr

verəcək. Nehru Hindistanın tərəqqisinə olan ümidləri bununla əlaqələndirmişdi.

Postmüstəmləkə Hindistan üçün demokratik inkişafın baş-lıca məqsədi böyük əksəriyyəti yoxsulluq həddində olan əhalinin normal yaşaması üçün lazımi şəraitin yaradılmasından ibarət olmuşdu. Politoloqlar Hindis-tan demokratiyasının böyük

nailiyyətinin də məhz vətəndaş cəmiyyətinin təməlinin qurulmasın-dan ibarət olduğunu vurğulayırlar. Hazırda ölkədə əhalinin müxtəlif təbəqələrinin və qruplarının həyat maraqları ilə bağlı minlərlə qeyri-hökumət, ictimai və özəl təşkilat fəaliyyət göstərir. Hamısı və hər biri ayrı-ayrılıqda ölkədə ictimai-siyasi mühitin formalaşmasına öz töhfəsini verir. Doğrudur, bu proses hələ də əhalinin bütün təbəqələrini, xüsusən də daha aşağı təbəqələri əhatə etməmişdir. Lakin cəmiyyətin fikir yarada biləcək, siyasətə, eləcə də iqtisadiyyata nəzərəçarpacaq dərəcədə təsir göstərə biləcək mərhələyə qədəm qoyması artıq tarixi reallıqdır.

Demokratik modernləşmə yolu ilə ölkənin daha da inkişaf etməsini müəyyənləşdirən mühüm hadisə Hindistanda konstitusiyanın (1950) qəbul edilməsi olmuşdu. Yəni Hindistan bütün vətəndaşlarına sosial, iqtisadi və siyasi ədalət, fikir və ifadə azadlığı, din, ibadət sərbəstliyini təmin etmək məqsədilə suveren demokratik respublika olaraq qurulmuşdu. Konstitusiya dini, irqi, kasta, cinsiyyət və ya doğum yeri əsasında ayrı-seçkiliyi qadağan edir. Mülkiyyət hüququna zəmanət verən konstitusiyanın qüvvəyə minməsi Hindistanın ərazi bütövlüyünün və birliyinin möhkəmlənməsinə şərait yarat-mışdı. Hökumət ölkənin feodal parçalanmasını, demək olar ki, dövlətin tərkibinə daxil olan 600 knyazlığı aradan qaldıra bilmişdi ki, bu da Hindistanın siyasi nüfu-zunun artmasına şərait yaratmaqla yanaşı, ölkənin demokratik inkişafı üçün güclü səbəblər də olmuş-

dur. Tarixçilər Hindistanda məhz federativ dövlətin yaradılmasını demokratikləşmə və dövlət qu-ruculuğunun modernləşdirilməsi yolunda atılmış böyük addım kimi qiymətləndirirlər.

C.Nehru bildirmişdi ki, Milli Konqresin məqsədi ədalətli və

bərabər imkanlara malik olan sinifsiz cəmiyyətin yaradılmasıdır, buna əngəl olan istənilən maneə, istər dinc yolla, istərsə də güc vasitəsilə aradan qaldırılmalıdır. Lakin Mahatma Qandinin təsiri altında, o, praktiki olaraq gücdən istifadə ideyasından uzaqlaşmışdı. Xüsusilə qeyd etmək lazımdır ki,

Hindistanın bütün iqtisadi inkişaf prosesinin mühüm hissəsi planlaş-dırma olmuşdur. Bu prosesdə keç-miş Sovet İttifaqının təcrübəsindən istifadə edilmişdi. O zaman Milli Konqres ölkə həyatının əsas istiqamətlərinin planlaşdırılması-nı həyata keçirəcəyini və strateji müəssisələrin dövlətin nəzarəti altında olacağını bildirmişdi. Eyni zamanda, özəl müəssisə üçün geniş fəaliyyət sahəsi qalmışdı ki, bu da dövlətin qarşıya qoydu-ğu məqsədləri nəzərə almalı idi. Bütün bunlar ilk beşillik (1951-1956) planda öz ifadəsini tapmışdı.

Politoloqların sözlərinə görə, məhz dövlət kapitalizmi 1950-1960-cı illərdə iqtisadi canlanmanın əsas qüvvəsi rolunu oynamışdı. Ma-raqlıdlr ki, Hindistan hökumətinin 1950-1960-cı illərdəki bütün əsas proqram sənədləri dövlətin milli iqtisadiyyatın qurulmasında mühüm rol oynadığını vurğula-yırdı. Məhz qəbul edilmiş beşillik iqtisadi inkişaf planları ölkənin sürətli sənayeləşməsinə güclü təsir göstərmişdi. Siyasi müşahidəçilərin sözlərinə görə, dövlət kapitalizmi və ictimai sektorun yaradılması da həmin dövrlərdə (1951-1956,1957-1960, 1962-1965-ci ildə qəbul olun-muş planlar) Hindistanın iqtisadi inkişafında həlledici amil olmuşdu.

Ölkədə iqtisadi islahatlar 1966-cı ilin yanvarında C.Nehrunun qızı İndira Qandi ölkənin baş naziri seçildikdən sonra da da-vam etdirilmişdi. Ancaq daha əvvəl başlayan mərkəzdənqaçma prosesləri bu dövrdə fəal şəkildə özünü göstərmiş, hakimiyyətin mərkəzsizləşdirilməsi güclənmiş, cəmiyyətin sosial-iqtisadi və siyasi təbəqələşməsi sürətlənmişdi. Kənddə və şəhərdə zənginləşmiş varlı təbəqələr əyalətlərdə yer-li mənbələrdən istifadə edərək hökumətdə daha çox iştirakı tələb etməyə başlamışdı. O zaman isla-hatlarla bağlı eksperimentlər lazımi nəticə verməmişdi. Buna görə də Hindistanın siyasi rəhbərliyi ölkənin

xarici kapitaldan asılılığını azalt-maq məqsədilə kursu dəyişməyə məcbur olmuşdu. Amma milli pul vahidi rupinin devalvasiyası, ərzaq qiymətlərinin artması və əhalinin həyat səviyyəsinin aşağı düşməsi ictimai şüurda hökumətin ədalətli cəmiyyətin qurulması barədə elan etdiyi məqsədlərdən uzaqlaşdığı fikrinin formalaşmasına gətirib çıxarmışdı.

1969-cu ildə İndira Qandinin rəhbərliyi ilə hökumət öz mövqeyini möhkəmləndirmək məqsədilə bir sıra iri kommersiya banklarının və kömür sənayesi müəssisələrinin

milliləşdirilməsini, sığortanı, keçmiş knyazlıqların imtiyazlarının ləğvini və bu kimi digər sahələrə aid məsələləri nəzərdə tutan proqramı qəbul etmişdi. Tarixçilər vurğula-yırlar ki, 1970-ci illərin əvvəllərində İndira Qandi hökuməti kənd təsərrüfatı islahatları çərçivəsində

kənddə torpaq mülkiyyəti “tavanı-nın” (10-18 hektara qədər) azaldıl-ması, artıq torpaq sahələrinin tor-paqsız kəndlilər və kənd təsərrüfatı işçiləri arasında bölüşdürülməsi proqramını həyata keçirmişdi. Ancaq hökumətin bu istəyi böyük torpaq sahiblərinin müqavimətilə qarşılaşmış, ölkədə siyasi qarşıdur-maya səbəb olmuşdu.

Sonrakı hadisələrin inkişafı göstərmişdi ki, islahatları davam etmək üçün sərt addımların atılma-sına ehtiyac var. Məhz buna görə də, 1975-ci ildə İndira Qandi ölkədə fövqəladə vəziyyət elan etmiş və bu vəziyyət parlament tərəfindən bəyənilmişdi. O zaman müxalifət partiyalarının bir sıra rəhbərləri həbs edilmiş, bəzi dini-icma və solçu radikal təşkilatların fəaliyyəti qadağan olunmuş, mətbuat azadlı-ğı məhdudlaşdırılmışdı. Müxalifətin bütün tənqid və təhdidlərinə baxmayaraq, İ.Qandi 1975-ci ildə əvvəlki sosial-iqtisadi siyasətin davamı olan 20 bəndlik proqram qəbul etmişdi. Həmin proqramın ən vacib müddəları ərzaq və digər həyati malların qiymətinin aşağı salınmasından, aqrar islahatın aparılmasından, xüsusilə də artıq torpaqların torpaqsız kəndlilər və kənd təsərrüfatı işçiləri arasında bölüşdürülməsindən, eləcə də kənd kasıblarının borcdan azad edilməsindən ibarət olmuşdu.

Eyni zamanda, proqram özəl sahibkarlıq sahəsində liberal-laşmanı, milliləşdirməni davam etdirməkdən imtina etməyi nəzərdə tuturdu. Bütün bu xoş niyyətlərə baxmayaraq, 1977-ci il seçkilərində İndira Qandinin başçılıq etdiyi konqres ilk dəfə məğlub olaraq, hakimiyyətdən getməyə məcbur

olmuşdu. Politoloqlar bunun əsas səbəbləri kimi, əvvəlki sosial siyasətdən uzaqlaşaraq zorakı, an-tidemokratik və avtoritar idarəetmə metodlarından istifadəni göstərirlər. Ən əsası, fövqəladə vəziyyətin elan olunması hakim partiyanın nüfuzu-nu sarsıtmışdı.

Hindistanın siyasi inkişafın-da yeni bir mərhələ digər inkişaf yollarının axtarışı ilə əlamətdar

olmuşdur. Hətta Dünya Bankının qiymətləndirməsinə görə, 1990-cı illərin əvvəllərindən ötən dövrdə Hindistanın istifadə etdiyi iqtisa-di inkişaf modeli kifayət qədər uğurlu alınmışdır. Bu, təkcə aclıq təhlükəsinin aradan qaldırılmasında və yoxsulluq səviyyəsinin azaldıl-masında deyil, həm də iri və inkişaf etmiş maliyyə sektoruna nisbətən şaxələndirilmiş sənaye bazasının yaradılmasında da öz ifadəsini tapmışdı. Dövlət tənzimlənməsinin yüksək səviyyəsinə baxmayaraq, Hindistanda özəl sektor iqtisadiyya-tın mühüm hissəsinə çevrilmişdi.

Təqdirəlayiqdir ki, bu uğurlar nisbi olmalarına baxmayaraq, etnik, linqvistik və dini əlamətlərə görə bölünmüş çox mürəkkəb cəmiyyət şəraitində əldə edilmişdi. On il ərzində (1980-1990) Hindistanın inkişaf templəri nəzərəçarpacaq dərəcədə sürətlənmiş, ÜDM-in illik artımı orta hesabla 5,8 faiz təşkil etmişdi. Təəccüblü deyil ki, 1990-cı illərin əvvəllərində artıq Hindistanda sabit siyasi və iqtisadi sistemin formalaşması müşahidə olunmuşdu. Əlbəttə, bu sistem ictimai, siyasi və iqtisadi həyatın müxtəlif sahələrində çətin, bəzən də çox sərt və ağrılı olan təkanları və zərbələri uğurla dəf etməyi ba-carmışdı. Bu sistem demokratiya, siyasi plüralizm, qarışıq iqtisadiyyat və sosial ədalət kimi əsas dəyərlərə əsaslanmışdı. Onu da qeyd etmək yerinə düşər ki, bu dəyərlər sis-teminin ideoloji istiqamətləri çox bulanıq, bəzən isə hətta ziddiyyətli olmuşdur. Ancaq qeyri-səlis ide-allarda həm öz ənənələrini, həm də müasir bəşəriyyətin inkişafının müəyyən nailiyyətlərini sintez edən

Hindistanın gücü bu idi. Bu gün Hindistan nüvə və

kosmos ölkəsidir. Müasir dövrdə Аzərbаycаn dinamik inkişaf edən Hindistаnla nоrmаl münаsibətlər qurmuşdur. Hindistаn təkcə əhalisinin sayına, özünün siyаsi, iqtisаdi, hərbi gücünə görə dеyil, еyni zаmаndа, mədəniyyətlərin qovuşduğu məkan olması ilə qlоbаllаşаn dünyаnın regio-nal lоkоmоtivlərindən birinə çеvrilməkdədir. Bu amil beynəlxalq arenada daha fəal siyasət yürüdən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Böyük İpək yоlunun əsrlər boyu fəаliyyət göstərməsinin Аzərbаycаn – Hindistаn əlаqələrinin inkişаfınа gətirib çıхаrdığı da məlumdur.

Bundan başqa, VII əsrdən bаşlаyаrаq, İslаmın Аzərbаycаndа möhkəmlənməsi, Hindistаnın İslаm dünyаsı ilə qоnşuluğu хаlqlаr аrаsındа siyasi, iqtisadi, mədəni əlаqələri intеnsivləşdirmişdir. Bu gün qədim tarixi əlaqələr və ortaq ənənələrə əsaslanan ya-xın dostluq münasibətləri uğurla inkişaf edir. Xatırladaq ki, Hindistan Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanımışdır və hər iki ölkə rəhbərliyi bir-biri ilə etibarlı, güclü, dinamik və qarşılıqlı faydalı əməkdaşlıq formalaşdırmaqda olduğunu nümayiş etdirir. İki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur və bu, ilbəil genişlənir. Azərbaycan və Hin-distan Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində də əməkdaşlıq edir. Statistik məlumatlara görə, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çox olmuşdur. Hazırda Azərbaycanda 230 Hindistan şirkəti fəaliyyət göstərir və onlar 1,2 milyard ABŞ dolları sərmayə yatırmışlar. Hər iki ölkənin potensialı iqtisadi əlaqələrin daha da genişlənməsinə böyük imkanlar yaradır.

Bir sözlə, Hindistan bu gün aqrar dövlətdən yüksək texnolo-giyaların sürətlə inkişaf etdiyi bir ölkəyə çevrilmişdir. “Nağıllar ölkəsi” beynəlxalq arenada çəkisini hiss etdirməklə yanaşı, dünya iqtisa-diyyatına və elminə öz yüksək töhfəsini də verməkdədir. Bu prosesin getdikcə güclənəcəyi, ölkənin qarşısında dayanmış qlobal çağırışlara adekvat cavab verəcəyi şübhə doğurmur. Ölkənin insan kapitalı da belə deməyə əsas verir. Belə ki, dünya əhalisinin 18 faizi məhz Hindistanda yaşayır və işçi qüvvəsinin sayı 520 milyon nəfərdən çoxdur. Buna görə də Hindistanın öz iqtisadiyyatını köklü şəkildə inkişaf etdirmək üçün böyük imkanları olması barədə deyilənlər mif deyil. Proqnozlar da hindlilərin xeyrinədir: 2040-cı ilə qədər sürətli iqtisadi artım sayəsində Hindistanın Çin və ABŞ-a çatması düşünülür.

“Xalq qəzeti”

Bəşəriyyətin tərəqqisinə önəmli töhfələr vermiş böyük Hindistan

H indistanın keçmişi bəşər tarixinin ən dramatik, dinamik, həyəcanverici və inanılmaz fəsillərindən biridir. Eramızdan əvvəlki minilliklər boyunca Hind çayı vadisində yaşayan və Hindistanda ilk sivilizasiyanı quran köçəri tayfalar dövründən tutmuş XX əsrdə ölkənin Britaniya hökmranlığından azad edilməsinə qədər “Nağıllar ölkəsi”nin tarixi

işğalların, hücumların, imperiyaların, dövlətlərin, mədəniyyətlərin və xalqların qarşıdurmalarının, toqquşmalarının və birləşmələrinin fasiləsiz zəncirindən ibarət olmuşdur. Tarixdə hər bir mərhələ Hindistan adlanan bu nadir ölkənin mədəniyyətində öz izini buraxmış və hindlilərin xalq kimi formalaşmasında öz təsirini göstərmişdir. Bu gün min illərin təcrübəsindən ilhamlanan və çətin inkişaf yolu keçən Hindistan gələcəyə inamla baxır, kosmik texnologiyalara, böyük elmi potensiala və insan resurslarına malik nüfuzlu müasir dövlət kimi mövqeyini getdikcə gücləndirir.

Hakimliyə namizədlər üçün keçirilmiş şifahi imtahanda uğur qazanan

44 nəfər tədris kurslarına buraxılıb

Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 81 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib. İmtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilib və onların hər biri yarım saat ərzində bu sualları cavablandırıb. Namizədlərə bərabər şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə imtahan sualları hər gün bilavasitə imtahandan əvvəl, im-tahan keçirilən auditoriyada hazırlanıb və onlar tərəfindən sərbəst cavablandırılıb.

Suallar namizədlərin bilik səviyyəsinin, fikirlərini səlis ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünyagörüşünün müəyyən olunma-sına imkan verib.

İmtahanın nəticəsinə görə, 60 və daha çox bal toplamış 44 nəfər tədris kurslarına buraxılıb.

Həmin kurslarda namizədlərin ha-kimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan haqları, beynəlxalq normalar və digər aktual məsələlərə dair mövzular nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, onlar məhkəmələrdə staj keçəcəklər. Həmçinin namizədlərin xarici dövlətlərdə qabaqcıl təcrübəni öyrənmələri nəzərdə tutulur.

Şifahi imtahanda uğur qazanaraq tədris kurslarına buraxılmış hakimliyə namizədlərin siyahısı Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib (ünvan: www.jlc.gov.az).

“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları İçərişəhərlə tanış olublar

� “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları yanvarın 25-də İçərişəhərlə tanış olublar.

İçərişəhərdə gəzinti tarixi XII əsrə söykənən Qoşa Qala qapı-larından başlayıb. Gəzinti zamanı qonaqlara UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Qonaqlar orta əsr Şərq memar-lığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şir-vanşahlar Sarayı Kompleksi ilə də tanış olublar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür.

Kompleks bu günədək öz tarixi-me-marlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhərdə gəzinti zamanı Əliağa Vahidin büstü qarşısında ayaq saxlayan qonaqlara şairin yaradıcılığı barədə məlumat veri-lib. Bildirilib ki, qəzəl və satirik şeir ustadı Əliağa Vahidin büstü Natiq Əliyev, Rahib Həsənov və Sənan Salamzadə tərəfindən yaradılıb. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur “Böyük Füzulimi-zin yadigarı mən özüməm” misrasın-dan qaynaqlanır. Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin Vahid tərəfindən yenidən “göyərdilməsi” – davam etdirilməsinə bədii işarə kimi düşünüblər.

Sonra qonaqlara Qız qala-sı abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl

VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Qonaqlara Qız qalasında konser-

vasiya işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə də məlumat verilib.

İçərişəhər qonaqlarda zəngin təəssürat yaradıb.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.

Page 6: Dünya ictimaiyyəti Davosda Azərbaycanın “strateji ...xalqqazeti.com/pdf/xalq 25 yan OPT.pdf · İqtisadi İslahatların Təhlili və Kommuni-kasiya Mərkəzinin yaydığı məlumatda

26 yanvar 2020-ci il, bazar6

Daşaltı əməliyyatında ölkəmizin üzləşdiyi faciəli du-rum ötən 28 ildə Qarabağ müharibəsində şəhidlərimizin qanı ilə qazanılmış uğurlu döyüş tarixçələri ilə yanaşı, daim anıl-mış, baş vermiş məğlubiyyətin səbəbləri və nəticələri təkrar-təkrar incələnmiş, qanlı döyüşün ibrət dərslərinə ətraflı və dərindən diqqət yetirilmişdir. Bu araşdır-mada, heç şübhəsiz, Daşaltı faciəsinə gətirən yola nəzər salın-ması yetərli qənaətlərə işıq tutur.

1991-ci ilin 18 oktyabrında SSRİ-nin sürətli süqutunun yarat-dığı tarixi şəraitdə Azərbaycan da öz dövlət müstəqilliyini elan etməli olmuşdu. Lakin keçmiş sovet sis-teminin yerli idarəetmə strukturu olan kommunist rejimi özünü yeni şəraitə uyğunlaşdıra bilməmişdi. Moskvaya bağlı bu tör-töküntü komanda yenə nəzərlərini Kremlə dikib oradan növbəti göstərişlər gözləmişdi. Həmin günlərdə Azərbaycana qarşı 4 ildən bəri davam edən ərazi iddialarını bütün cəbhə boyu hərbi müdaxilə ilə da-vam etdirən Ermənistan isə sovet ordusundan açıq-gizli ələ keçirdiyi hərbi potensialı Dağlıq Qarabağın faktik işğalına səfərbər etmişdi.

1992-ci il yanvarın ortaların-da Dağlıq Qarabağda çox ağır vəziyyət yaranmışdı. 1991-ci ilin oktyabrından Ermənistan silahlı qüvvələrinin mühasirəsinə düşərək bir-birinin ardınca oda qalanan Qaradağlı, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular və digər kəndlərin işğalı zama-nı erməni quldurlar nəzarətsiz qalmış sovet hərbçilərinin köməyi ilə dinc əhaliyə qarşı cinayətlər törətmişdilər.

Erməni millətçilərinin artıq çökmüş sovet imperiyasının Ermənistandakı və Dağlıq Qara-bağdakı hərbi strukturlarını ələ keçirib vilayətdəki azərbaycanlılar yaşayan kəndləri sistemli etnik təmizləməyə, lokal soyqırım-lara məruz qoyduğu günlərdə Azərbaycan xalqı ayağa qalxıb yerli rəhbərlikdən təcili və ciddi

tədbirlər görməyi tələb edirdi. Yaranmış vəziyyətin mahiyyətini axıradək anlamayan o vaxtkı müti, Moskvadan imdad gözləyən rəhbərlik isə xalq arasında itirilmiş nüfuzunu bərpa etmək üçün həqiqi Milli Ordu yaratmaq əvəzinə, nəyin bahasına olursa-olsun, hansısa bir uğurlu hərbi əməliyyat keçirməyə üstünlük verirdi.

O zaman Şuşada xüsusilə gərgin vəziyyət yaranmışdı. Şəhər ətrafındakı erməni kəndləri silahlı quldurların dayaq məntəqələrinə çevrilmişdi. Şuşa şəhəri, yaxın-lıqdakı azərbaycanlı kəndləri, həm də Laçın yolu daim atəşə tutulurdu. Həmin günlərdə Dağlıq Darabağda azərbaycanlılar yaşa-yan əksər məntəqələr boşaldılmış, Şuşa və Xocalı şəhərləri düşmənin odlu halqasında qalmışdı. Belə bir şəraitdə Ayaz Mütəllibov hakimiyyəti Şuşanın müdafiəsini möhkəmləndirmək məqsədilə tələsik hazırlanmış, əməliyyat şəraiti dəqiq öyrənilməmiş, məxfiliyi qorunmamış əməliyyata rəvac verməklə, xalq hərəkatının güclü təzyiqi ilə yaradılmış ilk Milli Ordu hissəsini və yerli batalyonu ermənilərin tələ kimi hazırladığı Daşaltı dərəsindəki labüd qırğına göndərmişdi.

O dövrdə hər tərəfdən Ermənistan silahlı qüvvələri tərəfindən əhatə olunmuş, ölkə ilə yeganə əlaqəsi də erməni quldurlarının nəzarəti altında olan Qubadlı–Laçın yolu ilə yaradılan Şuşanın müdafiəsi çox pis təşkil edilmişdi. Şəhərdəki müxtəlif silah-lı dəstələr üzərində vahid koman-danlıq yox idi. Hərbi bölmələrdə intizam çox aşağı səviyyədə idi. Əməliyyatdan qabaq Milli Ordu-nun Şuşa batalyonunda 385 nəfər hərbi qulluqçu qeydə alınsa da, çağırışa cəmi 20 əsgər gəlmişdi. Digər döyüşçülərin də xeyli hissəsi müxtəlif bəhanələrlə və yaxud özbaşına şəhərdən çıxıb getmişdi.

Şəhər əhalisi, əsasən, mühasi-rə vəziyyətində yaşayırdı. Şu-şadan 3-4 kilometr aralıda, sərt yüksəkliyin ətəyində, Şuşa–Laçın

magistral yolunun yaxınlığında yerləşən Daşaltı kəndindən isə erməni quldurları şəhərə gəlib-gedən nəqliyyata daim atəş açırdı-lar, ölənlər və yaralananlar olurdu. Dinc əhalinin ölkənin başqa yerlərinə gedib-gəlməsi tamamilə təhlükə altında idi. Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında da çətinliklər yaran-mışdı. Düşmənin məqsədi Dağlıq Qarabağ ərazisində buvaxtadək işğal edə bilmədikləri Şuşanı və Xocalını da ələ keçirməklə, vilayətdə azərbaycanlıların möv-cudluğuna son qoymaq idi.

Bu ekstremal şərati yüngülləşdirmək üçün Azərbaycanın hərbi komandan-lığı Daşaltı kəndini erməni silah-lılarından azad etməyi qərara almışdı. Şəhərə gəlmiş müdafiə naziri Tacəddin Mehdiyev icra hakimiyyəti başçısının, MTN və DİN rayon rəhbərlərinin iştirakı ilə müşavirə keçirmişdi. Müzakirədə bütün dəstələri vahid komandan-lıq altında birləşdirmək, komen-dant saatı tətbiq etmək təklif olunmuş, erməni quldurlarının Daşaltı kəndindən çıxarılması üçün əməliyyat keçirmək qərara alınmışdı.

Qəzetimizin Qarabağ bölgəsində xüsusi müxbi-ri Ziyəddin Sultanovun o vaxt göndərdiyi operativ informasiyaya, sonradan dəqiqləşdirilmiş faktlara

istinad etsək, yada salmalıyıq ki, Daşaltı əməliyyatı 1992-ci il yan-varın 25-də saat 20-də başlanmış və yanvarın 26-da axşam saatla-rında uğursuzluqla başa çatmışdı.

Əməliyyatın əvvəlində ön mövqedəki bir neçə düşmən öl-dürülmüş, döyüşçülərimiz kəndin içərilərinə doğru irəliləmişdilər. Lakin ermənilər vaxtında mavevr etmiş, texnika və silahları arxa-ya keçirərək, döyüşçülərimizi pusquya salmış, hər tərəfdən hədəfə almışdılar. Şuşa tərəfdən sıldırım qayalarla, o biri yandan isə qalın qar qatı altında olan

Topçu meşəsi ilə əhatə olunmuş dar dərə mühasrəyə düşmüş döyüşçülərimiz üçün “ölüm kamerası”na dönmüşdü. Daşal-tıda vəziyyətin çıxılmaz oldu-ğunu görən T.Mehdiyev Xüsusi Təyinatlı Milis Dəstəsinin 5-ci bölüyünü köməyə göndərmişdi. Lakin cəmi 500–600 metr irəlilədikdən sonra ermənilərin güclü müqaviməti ilə qarşılaşan həmin bölük də dayanmağa məcbur olmuşdu. Əməliyyatın iflasa uğradığını başa düşən müdafiə naziri güclü dumandan istifadə edərək geri çəkilmək əmri vermişdi. Yanvarın 26-da toran-lıqda sağ qalmış döyüşçülərimiz əldən düşmüş halda Şuşaya qayıda bilmişdilər.

O günlərdə bir-birinin ardın-ca baş vermiş qanlı faciələrdən

özünə gələ bilməyən xalqımız daha bir ağır sarsıntıya məruz qalmışdı. Baş vermiş məğlubiyyət, həqiqətən, dəhşətli idi. Daşal-tını mühasirəyə alıb zəiflətmək əvəzinə, kəndə lüzumsuz hucum təşkil edilmiş, vəziyyətin düzgün qiymətləndirilməməsi səbəbindən hərbi bölməmiz düşmənin canlı hədəfinə çevrilmişdi.

Əməliyyatın təşkili ilə bağlı aktiki səhvlər, qruplar arasında rabitə olmaması, döyüş sirrinin yayılması və bəzi bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya

daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək məhv edilmişdi. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilməyə məcbur olmuş-du. Son məlumata görə, Daşaltı

əməliyyatında 90 hərbçimiz şəhid olmuş, xeyli əsgər əsir və itkin düşmüşdü. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirmişdilər.

Qarabağ müharibəsinin ayrı-ayrı döyüşləri təhlil edilərkən Daşaltı əməliyyatına daha çox diqqət yetirilir. Bu uğursuzluq sonrakı hadisələrə ciddi təsir etdi. Daşaltıda qələbə qaza-nılması müharibənin gedişa-tını dəyişdirməyə, təşəbbüsü ermənilərdən almağa, düşməni geriyə sıxışdırmağa imkan verərdi. Amma Daşaltıdakı

məğlubiyyət döyüşçülərimizə və əhaliyə sarsıdıcı təsir etdi. Azərbaycan xeyli müddət yeni hücum əməliyyatı keçirə bilmədi. Qazandığı uğurdan şirniklənən Ermənistan silahlı qüvvələri bir ay sonra Xankəndindəki sovet hərbi alayının hərtərəfli köməyi ilə Xocalı qətliamını törətdi. May ayının 10-da isə Azərbaycanda şiddətlənən siyasi qarşıdurmadan istifadə edən ermənilər Şuşanı asanlıqla ələ keçirdilər.

Daşaltıdakı uğursuzluq, görün-düyü kimi, sonrakı məğlubiyyətlərə başlanğıc oldu. Lakin bu dö-yüş əsgərlərimizin ayrı-ayrı qəhrəmanlıq epizodları, Vətən yolunda şəhidlik nümunəsi kimi

də yada salınır. Milli Ordumuzun tarixinə ən uğursuz döyüş kimi daxil olan Daşaltı əməliyyatı ilə bağlı məsuliyyətsizlik, satqınlıq və xəyanətkarlıq isə daim lənətlənir.

Daşaltı döyüşündə iştirak etmiş tağım komandiri Füzuli Rzaquliyev məğlubiyyəti daha çox səriştəsizlik, vahid komandanlığın olmaması ilə əlaqələndirərək bildirib:

– O vaxt Rəhim Qazıyev müdafiə naziri olmaq istəyirdi, Tacəddin Mehdiyev isə hansısa bir uğurlu əməliyyat keçirməklə ondan üstün olduğunu sübut etməyə çalışırdı. Ona elə gəlmişdi ki, Bakıda təşkil edilmiş ilk ba-talyonu Şuşaya gətirib, şəhərə gələn yolu nəzarətdə saxlayan kiçik Daşaltı kəndini asanlıqla zərərsizləşdirə biləcək. Lakin hər şey gözlənildiyinin əksinə alındı. Bunun bir sıra səbəbləri var idi ki, müdafiə naziri bunları nəzərə ala bilməmişdi.

Müdafiə naziri T. Mehdiyev isə Daşaltı əməliyyatının uğur-suzluğunu həmin dəqiqələrdə belə ifadə etmişdi: “Mən şokdayam. Bizi satıblar. Biz, sanki, “ətçəkən maşına” düş-dük. Onlar bizi gözləyirmişlər. Onlar əvvəlcədən bizim hücum edəcəyimizi bilirmişlər…”

Hərb tariximizə, Qarabağ müharibəsinin qanlı salnaməsinə arzuolunmaz, uğursuz döyüş səhnəsi kimi düşmüş Daşal-tı əməliyyatında iştirak edən döyüşçülərimizin bir hissəsi qəhrəmancasına həlak olsa da, ölümün üstünə qorxmadan gedən igid oğullarımız düşmənə də eyni məğlubiyyətin acısını yaşatdı.

Daşaltı şəhidləri Vətən yolunda qurban getməyin daha bir ölməz örnəyinə çevrildilər.

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

Könüllülük fəaliyyəti, eyni zamanda, vətəndaş məmnunluğunun yüksəlişi baxı-mından əhəmiyyətli işdir. Prezidentin daxili və xarici siyasət kursu istiqamətində ardıcıl fəaliyyəti həm də tarixilik, sistemlilik, ins-titutlaşma, modernləşmə nəzəriyyələrinə söykənir. Bunun nəzəri əsaslarını isə müa-sir Azərbaycanı dünya dövlətləri sırasında güclü görmək ideyası təşkil edir. Prezident İlham Əliyevin söylədiyi kimi, “Biz ölkəmizi müasirləşdiririk. Bizim təşəbbüslərimiz, xüsusilə təhsillə bağlı, informasiya-kom-munikasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüslərimiz gələcəyə yönəlib. Biz 10, 20, 50 il qabağa baxmalıyıq ki, Azərbaycan 50 ildən sonra necə yaşaya-caq, insanların intellektual səviyyəsi necə olacaq.”

Şübhəsiz, ölkə başçısının bu ideya-verici tezisi həm də müasir inkişafımızın sosio-mədəni paradiqmalarını tapmaq istiqamətində alimləri də düşündürərək, onları könüllü təşəbbüslərin artması və tətbiqi istiqamətində səfərbər etməlidir. Azərbaycanın regionlarının inkişa-fı haqqında ölkə başçısı cənab İlham Əliyevin silsilə sərəncamları son 17 ildə ölkə əhalisinin ictimai həyat şəraitində dəyişikliklərə yol açmış, minlərlə iş yerləri yaradılmış, əhalinin sosial rifahı nəzərəçarpacaq şəkildə dəyişilmişdir. İri müəssisələr, yeni peşə vərdişləri, regi-onların özünəməxsus inkişaf dinamikası, insan potensialının inkişafı məsələlərinin bu dəyişikliklər prosesində aparıcı rolunun nəzərə alınması ictimai mühitdə davamlı əlaqələrin formalaşmasını və elmi-ictimai mühitlə yeni ideyaların yaradılmasını da tələb edir. Könüllülər ilində bu istiqamətdə sosial fəaliyyətin təhlilləri alimlər

tərəfindən genişləndirilməlidir. Son illərdə Azərbaycanda həyata

keçirilən inkişaf dəyişiklikləri, bu dəyişikliklərin vətəndaşlarımızın sosial həyat tərzində və düşüncəsində yaratdı-ğı müsbət baxışların, eləcə də regionlar arasında müqayisəli təhlillərin aparılması-na zərurət böyükdür. Həyat sosiologiyası konsepsiyasından çıxış edərək ictimai həyatda gedən bu inkişaf göstəricilərinin təhlil olunması, eləcə də sosial dəyişikliyin mədəni həyat faktorunda əksi, sosial dəyişiklik və insan kapitalının potensialı-nın dinamikası ətrafında elmi könüllülük təşəbbüsləri əlaqələndirilməlidir. Xüsusən, regionların sosial dəyişilik və inkişaf indi-katorları davamlı olaraq araşdırılmalı və könüllülər ilində yeni elmi-kreativ, praqma-tik analizlərlə möhkəmləndirilməlidir.

Könüllülük fəaliyyətinin Azərbaycan cəmiyyətində tarixi ənənəsi mövcuddur. Prezident İlham Əliyevin bu istiqamətdə sərəncamında ilk olaraq vurğulanan məhz könüllülüyün tarixi ənənəmizə, milli-mənəvi dəyərlərimizə söykənərək ya-şanması, genişləndirilməsi ideyasıdır. XIX əsrin sonlarında Azərbaycanda formala-şan kapitalist münasibətlərində könüllülük fəaliyyəti təşəbbüsləri də əhəmiyyətli rola malik olmuşdur. Həmin dövrdə xeyir-

xahlıq təşəbbüsləri Qafqazda nümunəvi fəaliyyət növü sayıla bilərdi. Prezident İlham Əliyevin bu günlərdə Davos İqtisadi Forumunda keçirdiyi görüşlər və verdiyi müsahibələr sübut edir ki, dövlət başçımı-zın əsas məqsədi ölkəmizi sosial-iqtisadi cəhətdən güclü məkana çevirmək yolunda həlledici şirkətlərlə əlaqələr qurmaq, ölkəmizə daha yeni investisiya imkanları yaratmaqdır.

Müasir dövrdə investisiya layihələri də müxtəlifdir. Bir çox dünya dövlətləri in-vestisiyaların ənənəvi formaları üzərində dayanırlar. Azərbaycan Prezidentinin Da-vos İqtisadi Forumunda görüşləri təsdiq edir ki, ölkənin dünya inkişafına daha asan və maneəsiz çıxışı, sosial dövlət ideyasının asan gerçəkləşməsi qoyulan

investisiyaların da təyinatı və xarakteri ilə bağlıdır. Maksimum texnoloji üstünlük və vətəndaş məmnunluğunun sosial rifah prioritetlərinə adekvat hesablanması kursu “Könüllülər ili” üçün prioritetləri

asanlaşdırır və əlçatan edir.Təhlillər göstərir ki, Azərbaycanda

son illərdə genişlənən könüllülük fəaliyyətinin ideya əsasında məhz ölkə başçısının illərlə apardığı praqmatik siyasət xətti dayanır. Dövlətin institutlaş-masında “elektron hökumət”in çəkisinin genişlənməsi həm də “elektron demok-ratiya” mexanizmlərini təmin edir. “Elek-tron hökumət” bu gün dünyada daha çox könüllü təcrübələrin şaxələndirilməsini tələb edir.

Onu da qeyd etməliyik ki, müasir Azərbaycanda könüllülük fəaliyyəti hərəkata çevrilmişdir. Bu gün “ASAN könüllüləri”nin təşəkkül tapması ilə genişlənən bu hərəkat digər təsisatları da əhatə edir. 2020-ci il bu hərəkata

cəmiyyətin, xüsusən, gənclərin fəal qoşulması prioritet olaraq qarşıda du-rur. İctimai inkişafın qanunauyğunluqları sistemində ideyaların səfərbəredici rolu hər zaman aktual əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin hər ilin sonu növbəti il üçün qarşıya qoyduğu hədəflərdə il ərzində fəaliyyətin daha məqsədyönlü və dövlət – cəmiyyət maraqlarının sıx əlaqələndirilməsinə yönələn ideyaverici rolu mühüm əhəmiyyət daşıyır.

Könüllülük fəaliyyəti Azərbaycan Respublikasında hüquqi mexanizmlərlə təşkil olunmaqla bərabər, sosial-mənəvi əhəmiyyət də daşıyır. Fəaliyyətin bu növü müasir cəmiyyətlərin inkişafında xüsusi rol oynayır.

Müstəqil Azərbaycan dövləti öz inkişafının postmodern mərhələsinə qədəm qoyur. Bu mərhələ sosial-iqtisadi

islahatların sürətli və sistemli dinami-kası ilə əhatə olunaraq, 2018–2019-cu illərdə siyasi islahatlarla da yadda qalır. Belə ki, Azərbaycanda vitse-prezidentlik institutunun təsis olunması, idarəetmə

aparatının yeni formada təşkili, ölkədə gənclərin funksional əhəmiyyətli vəzifələrə təyinatı bu mərhələnin inkişafında xü-susi əhəmiyyət daşıyır. Bu il könüllülük fəaliyyəti həm də ideyaverici əhəmiyyət daşımaqla 2020-ci ildə yeni layihələrlə yadda qalacaqdır. İslahatlar dövrünün sürətli və məzmunlu mərhələsi həm də Azərbaycan Prezidentinin xarici siyasət uğurları – keçirdiyi çoxtərəfli və ikitərəfli görüşlərdə strateji əhəmiyyət daşıyaraq, ölkənin xarici siyasət prioritetlərində mühüm rol oynadı. Müasir dövrdə “elektron hökumət”in fəaliyyətində könüllülük fəaliyyətinin önəmi böyükdür. Azərbaycanın milli ənənələri yaşadan multikultural konsepsiyası yeni dövrün çağırışları zəminində gənclərin könüllü-lük fəaliyyətini də stimullaşdırmış, ölkə gəncliyinin idarəetmə proseslərinə fəal adaptasiyasını sürətləndirmişdir.

Könüllü təşəbbüs imkanlarını orta-ya qoymaq, reallaşdıra bilmək həm də ölkədə gedən islahatların nəticəsidir. Bu islahatlar Azərbaycanda möhkəm vətəndaş cəmiyyəti təsisatlarını yarat-mışdır ki, burada da gəncliyin öz rolu və fəaliyyəti vardır. Vətəndaşların dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı aktiv fəaliyyəti ictimai iştirakçılığın genişlənməsi, sosial məsuliyyətin daha da artması, vətənpərvərlik, patriotizm hisslərinin genişlənməsi zəminində də aktualdır. Könüllülük fəaliyyəti milli dəyərlərlə bərabər, özündə liberal-demokratik ideya da daşıyaraq, sosial dövlət mo-delinin möhkəmlənməsi istiqamətində prioritetlərin ictimai əhəmiyyətini artırır. Bu isə sosial fəaliyyətin paradiqmal təhlillərinin aktuallığını artırır.

Hüseyn İBRAHİMOV, AMEA Fəlsəfə İnstitutunun aparıcı

elmi işçisi, fəlsəfə doktoru

Təqvim yada salır

Tarixə “Daşaltı əməliyyatı”adı ilə düşmüş uğursuz döyüş 28 il əvvəl mühasirə şəraitində yaşayan Şuşa şəhərinin yaxınlığında yerləşən Daşaltı

kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilmişdi. Döyüş 1992-ci il 25 yanvarda axşam saat 20-də başlanıb və yanvarın 26-da axşam saatlarında məqsədə nail olma-dan, ağır itki ilə başa çatmışdı.

Daşaltıda əsgərlərimiz sonadək qeyrətlə döyüşmüşdülər

Bizim təşəbbüslərimiz, xüsusilə təhsillə bağlı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüslərimiz gələcəyə yönəlib. Biz 10, 20, 50 il qabağa baxmalıyıq ki, Azərbaycan 50 ildən sonra necə yaşayacaq, insanların intellektual səviyyəsi necə olacaq.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

“Könüllülər ili”ndə paradiqmal təhlillərə ehtiyac duyulur

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilmişdir. Yeni ildə ölkənin prioritetlərinin könüllülük metodları ilə də vahid

məcraya yönəldilməsi tarixi əhəmiyyətli hadisələrdəndir. Ötən illərdə elan olunmuş “Kənd təsərrüfatı ili”, “Uşaq ili”, “Multi-kulturalizm ili” həmin sahələrdə böyük canlanmaya səbəb ol-maqla bərabər, müqayisəli təhlil və tədqiqatların da miqyasını genişləndirərək, yeni ideya və təşəbbüslərin ortaya çıxmasını sürətləndirdi. Azərbaycan Respublikası Prezidentinin komp-leks keçid dövrü siyasəti ilə cəmiyyətin könüllülük hərəkatı vüsət almağa başladı.

Page 7: Dünya ictimaiyyəti Davosda Azərbaycanın “strateji ...xalqqazeti.com/pdf/xalq 25 yan OPT.pdf · İqtisadi İslahatların Təhlili və Kommuni-kasiya Mərkəzinin yaydığı məlumatda

26 yanvar 2020-ci il, bazar 7

Saatlı Suvarma Sistemləri İdarəsi 2020-ci il üçün istismar tədbirlərinin yerinə yetirilməsi ilə əlaqədar

Tender 2 lot üzrə keçirilir.Lot-1. Cari təmir işləri üçün tikinti

materiallarının satın alınması.Lot-2. Cari təmir işləri üçün ehtiyat

hissələrinin satın alınması.Tender iştirakçılarına təklif olunur ki,

öz tender təkliflərini möhürlənib imza-lanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

– aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Bağlanmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 (əlli) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Saatlı şəhəri, H.Əliyev prospekti 235, Saatlı Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs – Umudəli Umu-dovdan, telefon – 0-2128-5-20-19) ala bilərlər.

Dövlət Xəzinədarlığı AgentliyiH/h – AZ 11CTRE

00000000000002354501VÖEN – 6700035821Fond – 7, maddə – 142319

XHK – 004061 Kod – 210005VÖEN – 1401555071M/h – AZ41NABZ

01360100000000003944SWİFT CTRE AZİştirak haqqı heç bir halda geri

qaytarılmır.İddiaçılar tenderdə iştirak üçün aşa-

ğıdakı sənədləri təqdim etməlidirlər:-tenderdə iştirak etmək üçün yazılı

müraciət;-tenderdə iştirak haqqının

ödənilməsi barədə bank sənədi;-tender təklifi (zərflərin açıldığı

tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva-fiq vergi orqanlarından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi

ölkə və rekvizitləri.-müvafiq mallar üzrə mənşə və

uyğunluq sertifikatları.Sənədlər Azərbaycan dilində, 2

nüsxədə (əsli və surəti) tərtib olun-malıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender prosedurunda iştirak üçün “Dövlət satınalmaları haqqında” Qanu-nun 6-cı maddəsinin tələblərinə uyğun olaraq müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, eti-barlılığı və.s barədə müvafiq sənədlər təqdim edilməlidir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaq-la) 14 fevral 2020-ci il saat 15.00-a, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 21 fevral 2020-ci il saat 17.00-a qədər Saatlı şəhəri, H.Əliyev prospekti 235, Saatlı Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarı-lacaqdır.

İddiaçıların təklifləri 25 fevral 2020-ci il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

AÇIQ TENDER ELAN EDİR

Ən maraqlısı isə odur ki, çoxsaylı fərman və sərəncamlarla, qanunlarla, tədbirlər planı ilə diqqətdə saxlanılan bu problem təkcə hansısa bir dövlət qurumunun üzərinə qoyulmur, ümumilikdə, cəmiyyətin bütün strukturları-nın gündəlik fəaliyyətinə daxil edilir. Eləcə də, ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondunun rəhbərliyi bu istiqamətdə möhtəşəm layihələrin reallaşdırılmasına nail olur.

Prezident İlham Əliyev ötən ilin noyabr ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu, bu il isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi qəbul edərkən də bu məsələyə xüsusi yer ayrılmışdı. Dövlət başçı-mız Eldar Əzizovu qəbul edərkən vurğulamışdı ki, mən şəhərdə gedən abad-lıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı, doğru-dan da, dünyanın ən gözəl şəhərlərindən biridir.

Həqiqətən, həm pay-taxt sakinlərinin, həm də şəhərimizin qonaqlarının yekdil fikri belədir ki, Bakı-nın ekoloji vəziyyəti ildən-ilə

yaxşılaşır, çoxsaylı önəmli layihələr icra edilir. Hamı görür ki, əvvəlki illərdə şəhərin havasını çirkləndirən mənbələr aradan götürülür. Bu barədə danışarkən, ilk növbədə, keçmiş Balaxanı zibilxanası qeyd edilməlidir. Həmin obyekt əvvəllər elə bir tüstü buraxırdı ki, insan sağ-lamlığına zərər vururdu. İndi o zibilxananın yerində müasir poliqon qurulub və zibilin çeşidlənməsi, bərk məişət tullantılarının yandırılması istiqamətində mühüm addım-lar atılıb, böyük investisiyalar qoyulub, zibilyandırma zavo-du inşa edilib. Dövlət böyük vəsait hesabına həmin eko-loji fəlakət mənbəyini aradan götürdü.

Paytaxtın ekoloji vəziyyətinə fəlakət kimi təsir göstərən ünvanlardan biri də Bibiheybət neft mədənləri idi. Oradakı vəziyyət, ümumiyyətlə, çox acınacaqlı idi, neftlə çirklənmiş yerlər, gölməçələr hələ Maksim Qorki tərəfindən “cəhənnəm görüntüləri” adlandırılmışdı. Uğurlu dövlət siyasəti bu fəlakət zonasının fəsadlarını da aradan götürdü. İndi orada gözəl park salınıb və vətəndaşların sərəncamına verilib. Eyni zamanda, idman şəhərciyi yaradılıb, müasir idman hovuzu, digər ictimai obyektlər tikilib. Ən başlıcası isə həmin ərazidə təxminən 700-ə yaxın mətbuat təmsilçisi ailəsinin yaşayacağı “Jurnalistlər şəhərciyi” salınıb. Mən fəxr

edirəm ki, həmin şəhərcikdə atam – əlli ildən artıq rəsmi dövlət mətbuatında çalış-mış veteran jurnalist İsaq Əmənullayevə də üçotaqlı mənzil verilmişdir.

Paytaxtın ekoloji tarazlığı pozulmuş ünvanlarından biri olan Böyükşor gölü də çoxsaylı səylər nəticəsində tamamilə təmizlənmişdir. Məlum olduğu kimi, onilliklər ərzində Böyükşor gölünə axıdılan kanalizasiya, lay suları, neftlə çirklənmiş sular o bölgəni də ekoloji fəlakət zonasına çevirmişdi. Prezi-dent İlham Əliyevin tapşırığı ilə həmin ərazi də tamamilə təmizlənib. İndi Böyükşor gölünün bir hissəsi tam ekoloji standartlara cavab verir və dövlət başçımızın da dediyi kimi, köçəri quşlar oraya qonur. Göl üzərində yeni yol çəkilib və gölün ikinci hissəsinin təmizlənməsi istiqamətində işlər gedir. Olimpiya Stadionu vaxtilə bataqlıq kimi tanınan yerdə tikilibdir.

Dövlət başçımız xatırladır ki, paytaxtda yeni ağacla-rın əkilməsi şəhərin ekoloji vəziyyətini xeyli yaxşılaşdırır. Çünki son illərdə Bakıda milyonlarla ağac əkilmişdir. Nəticədə, bu gün Bakı yaşıl parklar, bağlar şəhəridir. Prezident bu faktla fəxr edir: “Parkların sayına görə, hesab edirəm ki, Bakı dünya miqya-sında ən qabaqcıl yerlərdədir. Bizim ən böyük parkımız olan bulvarın məsafəsi 3 kilometrdən 15 kilometrə uzadıldı. Mərkəzi Park indi şəhərə yeni yaraşıq verir. Sovetski adlandırılan ərazidə 20 hektarda çox gözəl, abad park salınıbdır. Heydər Əliyev Mərkəzinin önündə, Konqres Mərkəzinin önündə – vaxtilə Səttarxan zavo-dunun ərazisi olan bu yer

də ekoloji təhlükə mənbəyi idi, – 20 hektar ərazidə park salınıb və vətəndaşlar böyük həvəslə bu imkanlar-dan istifadə edirlər. Vaxtilə havanı çirkləndirən lampa zavodu, şifer zavodu və digər müəssisələr köçürüldü, onların yerində nəqliyyat infrastrukturu yaradılmışdır. Bir sözlə, bu gün Bakı həm ekoloji, həm də rahatlıq ba-xımından çox sürətlə inkişaf edən şəhərdir”.

Yadımdadır, ötən ilin dekabrında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə mütəfəkkirin anadan olduğu Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak etmişdiər. Bu, təkcə böyük şairin xatirəsinə ehtiram deyildi, əsas məqsədlərdən biri də məhz ölkə ərazisindəki yaşıllıqların artırılması idi.

Xatırladaq ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamı-zın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində, ümumilikdə, 83 şəhər və rayonda 38 növdə 650 min ağac əkilib. Aksiya ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların əkiləcəyi ərazilərin elektron xəritəsini əvvəlcədən hazırlamışdı. Ağacəkmə ak-siyasında IDEA İctimai Birliyi-nin və Heydər Əliyev Fondu-nun, Regional İnkişaf İctimai Birliyinin üzvləri və könüllüləri də fəal iştirak ediblər.

Azərbaycan Respub-likasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda yeni salınan

“Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak etmişdilər. Bir gündə 30 minə yaxın ağacın əkildiyi parkın salınması ölkəmizdə həmin istiqamətdə indiyədək icra olunan çoxsaylı layihələrin tərkib hissəsi idi. Bu layihələr sırasında əhalinin sağlam ekoloji mühitdə yaşaması məsələsinə xüsusi diqqət yetirilir. Ölkəmizdə həyata keçirilən ekoloji siyasət nəticəsində yeni yaşıllıqla-rın salınması, qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olma-yan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi Azərbaycanda ekoloji du-rumun yaxşılaşdırılmasına mühüm töhfələr verir, yaşıllıq zonalarının sahəsini artırır.

Xatırladaq ki, ölkəmizdə ekoloji vəziyyətin yaxşı-laşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən siyasətdə Heydər Əliyev Fondunun vitse- prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınma-sı məqsədilə icra olunan layihələrin də mühüm rolu var. Bu baxımdan Heydər Əliyev Fondunun “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi xüsusi əhəmiyyət daşıyır.

Bu qeydləri Prezident İlham Əliyevin Anar Quliyevi qəbul edərkən şövqlə bir fakt-la yekunlaşdırmaq istəyirik: “Biz Qara şəhəri Ağ şəhərə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standart-lara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər ya-ratmaq bizim növbəti tarixi xidmətimizdir”.

Günel ƏMƏNULLAYEVA, kimya elmləri üzrə

fəlsəfə doktoru

Əbədiyyətə qovuşmuş görkəmli sərkərdə

Kinematoqrafçılarımız Həzi Aslanovun əfsanəyə çevrilmiş qəhrəmanlığını sənədli və bədii kino lentlərində əbədiləşdirmişlər. İlk dəfə kinorejissor Niyazi Bədəlov bu qəhrəman Azərbaycan oğlu haqqında 1945-ci ildə “General Həzi Aslanov” sənədli filmini çəkmişdir. Filmdə Həzi Aslanovun dəfn mərasimi, xalqımızın bu igid sərkərdəyə olan dərin məhəbbət və ehtiramı öz əksini tapmışdır. Filmdə onun cənazəsinin təyyarə limanına gətirilməsi, Bakı Zabitlər evində şəhər ictimaiyyətinin generalla son dəfə vida-laşması, Dağüstü parkda dəfn prosesi, izdihamlı mitinq göstərilmişdir. Kinolentdə Həzi Aslanovun cəbhədə döyüş anlarını canlandıran xronikadan da istifadə edilmişdir.

1970- ci ildə rejissor Musa Bağırovun lentə aldığı “General Həzi Aslanov” sənədli filmi isə bütövlükdə, Həzi Aslanovun şanlı döyüş yolu-na həsr olunmuşdur. Döyüş vaxtı arxadan xain düşmən gülləsinə tuş gəlmiş qəhrəmanın obrazını yaratmaq məqsədilə o illərin tarixi xronikasından, sərkərdənin yaxınlarının, döyüş yoldaşları və dostları–Obçanski, Poqorelko, marşal Yeryo-menko, Moskva sirkinin məşhur aktyoru Mixail Şuydin, general-polkovnik Obuxov və akademik Samsonovun xatirələrindən istifadə olunmuşdur.

Həzi Aslanova həsr olunan “Sizi dünyalar qədər sevirdim” bədii filmini isə rejissor Rasim İsmayılov 1985-ci ildə lentə almışdır. Bu gün də maraqla baxılan və dünyanın bir sıra ölkələrində nümayiş etdirilən film milli kinomuzun qiymətli nümunələrindəndir. Filmdə Həzi Aslanov rolu gənc aktyor Ramiz Novruzova həvalə olunmuş-du. Xalq artisti bu rola necə çəkildiyi barədə deyir: “Həzi Aslanovun müharibədə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar barədə çox eşidirdik. Digər yaşıdlarım kimi, mən də belə qəhrəman olmaq istəyirdim. "Uzaq sahillərdə", "Axırın-cı aşırım", "Yeddi oğul istərəm" kimi filmlər bizə vətənpərvərlik hissləri aşılayırdı. Xoşbəxt sənətkarlardanam ki, böyük sərkərdəmiz Həzi Aslanovun obrazını canlandırmışam. Mənim də sənət taleyimə Həzi Aslanovu yaşatmaq düşüb. Qaldı filmə necə çəkilməyimə, deyə bilərəm ki, bu, bir təsadüf oldu. Kinostudiyaya dublyaja çağırmışdılar. Bir dostum mənə dedi ki, Həzi Aslanov haqqında film çəkilir, rollar çoxdur, siz də gəlin. Dublyajdan çıxanda bu söz yadıma düşdü. Düşündüm ki, kinostudiyaya həmişə gələn deyiləm. Gəlmişkən elə bir şəkil də çəkdirim.

Bir həftə sonra məni kinostudiyaya çağırdılar. Gördüm, filmin ssenari müəllifi Ramiz Fətəliyev və rejissor Rasim İsmayılov mənim şəkillərimə baxırlar. Ramiz müəllim şəkillərə baxa-baxa bildirdi ki, Hamlet Xanızadə məsləhət görüb ki, Ramiz Novruzov çox istedadlı aktyordur, onu da yoxlayın. Sınağa iyirmi aktyor çəkildik. Sonda beş-altı aktyor qaldıq. Çəkilişlərdə hiss edirdim ki, rejissorun gözü artıq məni tutub. Bax beləcə, Həzi Aslanov obrazını yaratmaq məsuliyyəti

mənim üzərimə düşdü. Ramiz müəllim deyir ki, generalın roluna

təsdiq olunmağım məni nə qədər sevindirirdisə, məsuliyyəti də onu bir o qədər də qorxudurdu. Tarixi bir sərkərdənin rolunu oynayırdım. Bir də ki, filmin çəkildiyi ötən əsrin 80-ci illərinin ortalarında onu tanıyanların əksəriyyəti – həyat yoldaşı, oğulları, bacı-qardaşları, döyüş yoldaş-ları sağ idilər. Odur ki, aktyordan hər ştrixdə reallıq, inandırmaq bacarığı kimi əsas amillər tələb olunurdu. Ssenari müəllifi də, rejissor da qərarlaşdırmışdılar ki, elə film çəkək, təkcə Azərbaycan, Rusiya yox, bütün dünya bəyənsin və görsün ki, bir azərbaycanlı Sovet dövlətində öz xalqını necə layiqincə təmsil edib. O vaxt fil-min ümumittifaq təqdimatı oldu. Belə təqdimatlar nadir hallarda olurdu. 14 respublika baxıb rəy deməliydi. Film bəzi xarici dövlətlərdə də nüma-yiş olunmuşdu. Çox qəribədir ki, ən çox məktubu Almaniyadan alırdım. Bu ekran əsəri 1985-ci ildə müharibə mövzusunda çəkilən ən yaxşı filmlərdən sayıldı.

Bir də deyir ki, filmi çəkəndə bizə erməni millətindən olan Aslanyan soyadlı bir məsləhətçi göndərdilər. O dövrdə bizi "qardaş" xalqlar adlandırsalar da, bu, qondarma qardaşlıq idi. Erməni tarix boyu bizə düşmən gözü ilə baxıb. Generalın ömür yolu o qədər də hamar olma-yıb. Azərbaycanlı, müsəlman övladının iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi, general-mayor rütbəsinə qalxması, şübhəsiz ki, çoxlarında paxıllıq, qısqanclıq hissləri oyadırdı. O ki qaldı Aslanyana, bu barədə lazımi ins-tansiyalara xəbər verdik. Onlar da bu adamın dəyişdirilməsi üçün özlərini oda-közə vurdular. Mümkün olmadı. Yalnız ona nail olduq ki, adı titrlərdə ötəri göründü.

Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Ekran əsəri tarixi, döyüş, bioqrafik, müharibə janrında-dır. Rollarda Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov da çəkilmişlər.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Həzi Aslanov–110

Prezident İlham Əliyev Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haq-qında sərəncam imzalamışdır. Sərəncamda deyilir: “ Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir”.

Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakıda geniş yenidənqurma və abadlıq işlərinə start verildi. Vəzifə on-dan ibarət idi ki, biz Bakını parklar və bağlar şəhərinə çevirək və buna nail oluruq. Bu gün həm Bakı sakinləri bunu görür, həm də xarici qonaqlar bunu qeyd edirlər. Bakının ekologi-yasını böyük dərəcədə çirkləndirən yerlər və müəssisələr artıq ləğv olunur. Onların yerində müasir, şəhərsalma qaydalarına uyğun yeni ictimai zonalar yaradılır.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan dövlətinin ardıcıl olaraq, prinsipiallıqla həyata keçirdiyi siyasi kursun mühüm tərkib hissələrindən biri də ölkədə ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunması, yaşıllıqların artırılması və çirklənmiş ərazilərin təmizlənməsidir. Bu, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələ olub.

Ölkənin ekoloji durumu dövlətin diqqət mərkəzindədir

Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub

Açılış mərasimində Heydər Əliyev Fondunun nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi,

təhsil şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, müəllim və şagirdlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Ərəbqardaşbəyli kənd tam orta məktəbi 1964-cü ildə inşa edilib. Birmərtəbəli məktəb binası qəzalı vəziyyətdə oldu-ğundan yeni məktəb binasının tikintisi zərurəti yaranmışdı.

Heydər Əliyev Fondu-nun təşəbbüsü ilə 2019-cu ildə 180 şagird yerlik ikimərtəbəli binanın tikintisi

həyata keçirilib. Məktəbdə 14 sinif otağı ilə

yanaşı, laboratoriyalar, kom-püter otağı, fənn kabinetləri, tibb otağı, kitabxana, idman və akt zalı, yeməkxana var.

Binada istilik sistemi qurulub, məktəb inventar və texniki vasitələrlə təchiz edilib.

1084 nəfər əhalisi olan Ərəbqardaşbəyli kəndindəki

yeni məktəbdə hazırda 117 şagird təhsil alır.

Qeyd edək ki, bu gün yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən

bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.

Təhsilin inkişafına göstərilən diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mü-hüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir. Təkcə ötən il ölkə ərazisində 84 məktəb binası tikilib və ya təmir edilib.

Yanvarın 25-də Salyan rayonunun Ərəbqardaşbəyli kənd tam orta məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa

olunan yeni binasının açılışı olub.

Page 8: Dünya ictimaiyyəti Davosda Azərbaycanın “strateji ...xalqqazeti.com/pdf/xalq 25 yan OPT.pdf · İqtisadi İslahatların Təhlili və Kommuni-kasiya Mərkəzinin yaydığı məlumatda

26 yanvar 2020-ci il, bazar8

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 2:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

5888

207

40 qəpik

ABŞ

İstehsal azaldıla bilərABŞ-ın “Boeing”

şirkəti “787 Dream-liner” təyyarələrinin istehsalını azaltmağı düşünür. Bildirilir ki, istehsalın azaldılma-sına səbəb tələbatın aşağı düşməsidi. Qeyd

olunub ki, şirkət rəhbərliyi ayda 12 təyyarə yerinə 10 təyyarə istehsal etməyi planlaşdırır. “Boeing”in yeni istehsal cədvəli gələn həftə şirkətin gəlirləri haqqında hesabat açıqlanan zaman dərc ediləcək.

Qeyd edilir ki, artıq şirkət ötən ilin oktyabrında ay ərzində istehsal olunan təyyarələrin sayını azaldıb.

Xəbəri “Bloomberg” yayıb.

Yer kürəsinə asteroid yaxınlaşırNASA Tədqiqatlar

Mərkəzi Yer kürəsinə nəhəng asteroidin yaxınlaşdığı barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, asteroid fevralın 15-də planetimizin yaxınlığından ötüb keçəcək. Bildirilir ki, diametri 400 metrdən 990 metrə qədər olan bu kosmik obyekt Yer üçün təhlükə törətməyəcək.

163373 nömrəli asteroid “Apollonlar” qrupuna aiddir və 23 oktyabr 1995-ci ildə kəşf edilib. Növbəti dəfə bu asteroid 2075-ci ildə Yer kürəsinin yaxınlığından keçəcək.

Xəbəri “lenta.ru” yayıb.

Peru

Təcili eniş

Peruda göyərtəsində bomba olması xəbərdarlığından sonra sərnişin təyyarəsi Pisko şəhərinin hava limanında təcili eniş edib. “Latam Airlines” aviaşirkətinin Lima-Hulyaka reysini həyata keçirən təyyarə uğurla eniş edib və göyərtəsindəki 118 sərnişin hava limanının binasına aparılıb.

Qeyd edilir ki, mütəxəssislər təyyarədə partlayıcı qurğunu axtardıqları üçün Pisko aeroportu müvəqqəti bağlanıb.

Xəbəri TASS yayıb.

İraq

Bağdadda etirazlarİraqda ABŞ hərbi

kontingentinin ölkəni tərk etməsini tələb edən minlərlə vətəndaş aksiya keçirib. Etiraz ölkənin tanınmış din xadimi Müqtəda əs-Sədrin çağı-rışı ilə baş tutub.

Xatırladaq ki, yan-varın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad Hava Limanı yaxınlığında raket hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani, Əbu Mehdi Əl-Mühəndisi və bir neçə hərbçi öldürülüb. Hadisədən dərhal sonra İraq parlamenti ABŞ hərbi qüvvələrinin ölkəni tərk etməsi haqqında qərar çıxarıb.

Qarşı tərəf isə qərarı icra etmək istəmir.

Türkiyə

Abdullah Avcı klubla vidalaşdıTürkiyənin “Beşik-

taş” klubu baş məşqçisi Abdullah Avcını istefaya göndərib.

Bildirilir ki, klubun idarə heyətinin keçirdiyi iclasdan sonra baş məşqçi ilə müqavilənin ləğvinə

qərar verilib. Avcıya xidmətlərinə görə təşəkkür edən klub rəhbərliyi ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Avcı “Beşiktaş”a 239 gün öncə, 2019-cu ilin iyun ayının 1-də klubun əvvəlki prezidenti Fikret Ormanın dönəmində baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda həm Avropa Liqasında qrupda qaldı, həm də Super Liqa və Türkiyə kubokunda uğursuz nəticələrə imza atdı. İs-tanbul klubu Avcı ilə 28 oyuna çıxıb, cəmi 11 qələbə qazandığı halda, 3 heç-heçəyə razılaşıb, 14 məğlubiyyətlə üzləşib.

Xəbəri “bjk.com.tr” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Yanvarın 26-da  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütununundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə

5-10, dağlıq ərazilərdə 12-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək.

Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 9-14 , gündüz 0-5 dərəcə şaxta olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-10 dərəcə isti , dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Asif Əsgərov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfova qardaşı

FƏXRƏDDİN NƏCƏFOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN

B I L D I R I Ş “Xalq qəzeti”nin 24 yanvar 2020-ci il tarixli nömrəsində

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” Publik Hüquqi Şəxsin təchizat xidmətinin satın alınması üçün dərc olunmuş tender elanında tarixlər aşağıdakı kimi oxunmalıdır:

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 13 fevral 2020-ci il saat 16.01-ə və tender təklifi ilə bank təminatı sənədlərini isə 24 fevral 2020-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 24 fevral 2020-ci il saat 16.01-də açılacaqdır. İddiaçı-lar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

Vladimir Zelenski: Donbasda münaqişəyə son qoymağın vaxtıdır

Zelenskinin fikrincə, münaqişənin başa çatması təkcə Ukraynaya deyil, həm də Rusiyaya, Avropaya və dünyaya lazımdır: “Əgər bu presedent olduğu kimi çox qalarsa, belə fikir yaranar ki, bu, qeyri-qanuni olsa da, mümkündür, yaxud belə vəziyyətdən çıxış yolu yoxdur”.

Ukrayna Prezidenti bildirib ki, Rusiya ilə ölkəsi arasında yaranmış fikir ayrılığı böyük bədbəxtlikdir və münasibətlərdə daimi iz buraxacaq: “Bu izi təmizləmək mümkün olacaq-mı, mən buna əmin deyiləm. Amma münaqişədən əvvəl necə olsa da yaşaya bilir-

dik, nələrimizsə olurdu. Çox şeyimiz olurdu. Əvvəllər Rusiya və Ukrayna ”SSRİ-nin hissələri idi”.

Zelenski Rusiya Prezi-denti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu da bəyan edib. Onun sözlərinə görə, bu, ən azı, Rusiyada və Donbasda saxlanılan ukraynalıların evlərinə qaytarılması üçün lazımdır: “Rusiya ərazisində Ukrayna vətəndaşları, fəallar saxla-nılır, onların azad edilməsi məsələsini yalnız Putin həll edə bilər. Mən bu məsələləri həll etməliyəm. Kiminlə? Bu, Rusiya Federasiyasının Pre-zidentidir. Mən başqa cür o adamları azad edə bilmərəm”.

Prezident deyib ki, belə danışıqlardan biri nəticəsində Kerç boğazında tutulub saxlanılmış ukraynalı dənizçilərin qaytarılması oldu. Bu məsələnin “Nor-mand dördlüyü” ilə heç bir əlaqəsi yoxdur.

Bir qədər əvvəl Vladi-mir Zelenski bəyan etmişdi ki, Ukrayna məhbusların dəyişdirilməsi üçün Rusiya ilə yeni danışıqlara baş-layıb. Ukrayna lideri ümid edir ki, budəfəki danışıqlar məhbusların “hamının-hamı-ya” prinsipi ilə dəyişdirilməsi ilə nəticələnəcək.

Paşa ƏMIRCANOV, “Xalq qəzeti”

U krayna Prezidenti Vladi-mir Zelenski bəyan edib ki, Donbasda münaqişəyə

son qoymağın vaxtı çatıb. Bu barədə o, Israilin 9tv kanalına müsahibəsində bildirib. Məlumatı “Lenta.ru” verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz “twitter” səhifəsində yazıb: “Elazığda baş vermiş və bir çox bölgədə hiss edilən zəlzələnin fəsadlarının aradan qaldı-rılması, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyatı qurumları-mız bütün lazımi tədbirləri görürlər”. Dövlət başçısı,

həmçinin qeyd edib ki, Ətraf Mühit və Şəhərsalma, Daxili İşlər, Səhiyyə nazirləri zəlzələ bölgəsinə göndəriliblər.

R.T.Ərdoğan sonra bunları qeyd edib : “Türkiyə Prezi-denti olaraq, işləri yaxından izləyirəm. Bütün qurum və təşkilatlarımızla, xüsusən də Qızılay və Fövqəladə Halların

İdarəolunması Agentliyi baş-da olmaqla, millətimizin ya-nındayıq. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyirəm”.

Qeyd edək ki, iki gün əvvəl Türkiyənin Elazığ bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, 1015-dən çox insan yarala-nıb. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi bölgəyə zəruri səyyar xidmət obyektləri, ləvazimat və avadanlıq çat-dırılıb.

M.HACIXANLI, “Xalq qəzeti”

Türkiyə Prezidentindən açıqlama: Millətimizin yanındayıq

Türkiyədə Elazığ bölgəsində 6,8 bal gücündə baş vermiş dağıdıcı zəlzələnin ağır nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görülür. Ərazidə yeddigünlük fasiləsiz axtarış-xilasetmə işləri elan olunub. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, ha-zırda ABŞ-ın miqrasiya qanunveriliciyinə görə, bu ölkədə dünyaya gəlmiş uşaqlar vətəndaşlıq əldə edə bilirlər. Eyni zamanda, həmin qayda anası bu ölkəyə turist

kimi gələn uşaqlara da şamil edilir. Bunun qarşısını almaq məqsədilə Prezident Donald Tramp hamilə qadınların ABŞ-a viza verilməsi pro-sedurunu çətinləşdirmək istəyir. Dövlət Departa-mentinin hazırladığı yeni qanun layihəsinə əsasən,

Birləşmiş Ştatlarda uşaq dünyaya gətirmək məqsədilə bu ölkəyə getmək istəyən hamilə qadınlara səyahət vizası verilməsinin qarşısının alınması nəzərdə tutulur.

Rövşən ATAKIŞIYEV, “Xalq qəzeti”

� “Lenta.ru”nun yaydığı xəbərə görə, Monteneqronun paytax-tı Podqoritsada etirazlar keçirilib.

Məlumatda bildirilir ki, dinc şəkildə keçirilən etiraz-larda hər hansı bir qarşı-durma qeydə alınmayıb. Nümayişlərə səbəb dini etiqad azadlığı barədə qəbul edilmiş qanun çərçivəsində ruhani mallarının müsadirə edilməsi olub.

Qeyd edək ki, Monteneq-rodakı sosial iğtişaşlar ötən il dekabrın 27-dən başlanıb. Buna səbəb 81 nəfərlik parlamentdə 45 səslə qəbul

edilmiş dini etiqad azadlığı barədə qanundur. Yeni qa-nuna əsasən, 1918-ci ilədək qeydə alınmayan dini icmalar və onların əmlakı müvafiq sənədlərin olmadığı təqdirdə dövlət tərəfindən müsadirə ediləcək. Bu qanun ölkədə

əksəriyyət təşkil edən serb icmasının etirazlarına səbəb olub.

Hazırda həm hökumət, həm də serb icması danışıq-lara hazır olduğunu bildirib.

Mahmud QƏRIBOV, “Xalq qəzeti”

TASS-ın yaydığı xəbərə görə, ABŞ Dövlət Departamenti hamilə qadınların ABŞ-da vətəndaşlıq almaq məqsədilə bu ölkəyə səyahət imkanlarını məhdudlaşdıran yeni qanun layihəsi hazırlayıb.

ABŞ miqrasiya qaydalarını sərtləşdirir Monteneqroda nümayişlər

Fransada etiraz aksiyalarıMənbə qeyd edir ki,

hökumət isə nümayişlərdə iştirak edənlərinin sayının az olduğunu açıqlayıb. Belə ki, Fransa hökumətinin yaydığı məlumatlarda bildirilir ki, Parisdən başqa, 60 şəhərdə ümumilikdə, 127 min nəfər nümayişlərə qoşulub. “Occu-rence” sorğu kabineti Parisdə 39 min, Daxili İşlər Nazirliyi 31 min, CGT həmkarlar təşkilatı isə 350 və 400 min insanın nümayişə çıxdığını bildirib.

Polis prefekturalarının məlumatına görə, Lionda 9 min, Marseldə 8 min, Bordo və Avr şəhərlərinin hər

birində 7 min 500, Tuluzada 5 min, Klermon-Ferranda 4 min 400, Renn və Kann şəhərlərinin hər birində 4 min insanın nümayişə çıxdığı qeyd olunub.

Parisdə 14 metro xəttindən yalnız 2-də normal hərəkət olub. Digər xətlərdə 20 faiz qatarlar xəttə çı-xıb. Xatırladaq ki, pensiya islahatına qarşı tətil və nümayişlər başlayandan indiyədək nəqliyyat sistemi iflic vəziyyətində və metrolar bağlı idi.

Mahmud QƏRIBOV, “Xalq qəzeti”

Y anvarın 24-də hökumətin pensiya islahatı layihəsinə qarşı nümayişlərdə Fransada 1 milyon 300 min insan iştirak edib. Bu barədə

“Anadolu” agentliyi Fransa Həmkarlar Ittifaqı Təşkilatının yaydığı xəbərə istinadən məlumat yayıb.

Əfqanıstana 60 milyon dollar yardım ayrılacaqABŞ Dövlət katibinin Cənubi və Orta Asiya üzrə

nümayəndəsi Alis Uells Birləşmiş Ştatlar hökuməti tərəfindən Əfqanıstana 60 milyon dollar məbləğində yardım ayrılacağı ilə bağlı jurnalistlərə açıqlama verib. Bu barədə RİA “Novosti” məlumat yayıb.

Alis Uells vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Əfqanıstanın korrupsiyaya qar-şı mübarizədəki irəliləyişlərini gördüyü üçün yardıma qoyulan

qadağını ləğv edib.Qeyd edək ki, ötən

ilin sentyabrında ABŞ Əfqanıstandakı böyük enerji infrastrukturu layihəsi üçün

maliyyə ayırmışdı. Lakin, araşdırmalardan sonra qeyri-şəffaf satınalma-lar aşkarlandığı üçün Əfqanıstana ayrılması planlaşdırılan 60 milyon dollar yardım dondurul-muşdu.

Rövşən ATAKIŞIYEV, “Xalq qəzeti”

� “Fobos” Hava Mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkoveç bildirib ki, gələn həftənin dördüncü günündən, yəni yanvarın 30-dan başlayaraq, Rusiya paytaxtında güclü qar çovğunu gözlənilir.

Havanın temperaturu aşağı enəcək. Gecələr 2-7, gündüzlər 1-6 dərəcə şaxta təşkil edəcək. Əlverişsiz hava şəraiti həftənin sonunadək davam edəcək.

Sinoptikin proqnozlarına görə, fevral ayı da şaxtalı ola-caq.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Moskvalılara xəbərdarlıq