7

CES Quarterly Newsletter - April 2013

Embed Size (px)

DESCRIPTION

Caspian Engineers Society publishes online newsletters quarterly for its members. Here you can read and find information about our latest events and achievements.

Citation preview

Page 1: CES Quarterly Newsletter - April 2013
Page 2: CES Quarterly Newsletter - April 2013

CES Rüblük Qəzeti – Aprel 2013

2

Mühəndislik Forumu-2012

Ötən ilin noyabr ayında CES, 300-dən çox nümayəndə

heyətinin iştirakı ilə Azərbaycanda ilk Beynəlxalq

Mühəndislər forumunu təşkil edib. Azərbaycan Gənclər

Fondu tərəfindən maliyyələşdirilən forumun ilk günü

Kempinski Hoteldə keçirilib.

Burada mühəndisliklə bağlı mühüm mövzuların müzakirəsi

ilə yanaşı, təhsil müəssisələri, akademiya, şirkətlər və

beynəlxalq mühəndislik qurumları arasında əməkdaşlıq

üçün ilkin addımlar atılıb. Forumda mühəndislik üzrə təhsil

alan tələbələrlə yanaşı, BP, Azersun, Azersu, SOCAR,

Schlumberger, Halliburton, Azercell və digər şirkətlərdən

olan gənc mütəxəssislər də iştirak ediblər.

24 Noyabr 2012 | 09:30 AM

Kempinski Hotel, Badamdar

Page 3: CES Quarterly Newsletter - April 2013

CES Rüblük Qəzeti – Aprel 2013

3

TRİZ Layihəsi

AzRoboTex Layihəsi

Xəzər Mühəndislər İctimai Birliyi (XMİB) ixtiraçı gənclər

laboratoriyası yaradır. Layihənin məqsədi texniki

fakültələrdə təhsil alan tələbələrin və mühəndislərin

yaradıcı, ixtiraçılıq qabiliyyətinin və onların kreativliyinin

inkişaf etdirilməsi, eləcə də İMHN (İxtiraçılıq Məsələlərinin

Həlli Nəzəriyyəsi) brendinin tarixi vətəninə

qaytarılmasıdır.Laboratoriyanın proqramı 2 tarixi istiqaməti

əhatə edəcəkdir: İMHN və İNDASTRİAL KAZES – müasir

kreativ sənaye həllərinin data bazası.

CES bu il Gənclər və İdman Nazirliyinin dəstəyi ilə tələbələr

arasında AzRoboTex yarışmasını təşkil edir. Bütün dünyada

Xəttin İzlənməsi olaraq tanınan müsabiqənin əsas məqsədi

gənclərdə kreativliyini inkişaf etdirmək və onlara müəyyən

qədər ixtiraçılıq qabiliyyətini aşılamaqdır.Gələcəkdə

AzRoboTex qaliblərinin Azərbaycanı xaricdə robotex

yarışmaları və festivallarında təmsil etməsi də əsas

hədəflərdəndir.

Page 4: CES Quarterly Newsletter - April 2013

CES Rüblük Qəzeti – Aprel 2013

4

FEANİ Üzvlük

“Mühəndislik Kitabxanası” Layihəsi

CES bu il FEANİ-yə üzv olur. FEANİ (Europen Federation of

National Engineering Associations) 32 Avropa ölkəsinin

milli mühəndislik assosiasiyalarını birləşdirən professional

mühəndislər federasiyasıdır. Belə ki, FEANI Avropada 3,5

milyondan artıq professional mühəndislərin maraqlarını

təmsil edir. FEANİ İdarə heyətinin son iclasında CES-in bu

təşkilata üzvlük məsələsinə baxılmışdır. FEANİ-nin mətbuat

katibi Dirk Bochar FEANİ İdarə Heyəti üçün məruzə

hazırlamış və yalnız bu dəyərləndirmədən sonra Xəzər

Mühəndislər Birliyinin FEANİ-yə üzv ola bilməsi üçün qərar

qəbul edilmişdir.

CES 2012-ci ildə “Mühəndislik Kitabxanası” layihəsini

başladıb. Layihəyə əsasən CES-in peşəkar mühəndisləri

kitab siyahısı hazırlayaraq BP şirkətinə təqdim ediblər. BP

nəzərdə tutulmuş kitabların alınması üçün CES-ə qrant

ayırıb.“Mühəndislik kitabxanası” ianə yolu ilə də kitabları

qəbul edir.Türkiyənin İzmir şəhərinin Egey universitetinin

Kompüter Mühəndisliyi fakültəsinin tələbəsi Ruslan

Aslanov könüllü olaraq Mühəndislik Kitabxanasının İzmir

şəhəri üzrə koordinasiyasını öz üzərinə götürdü.

Page 5: CES Quarterly Newsletter - April 2013

CES Rüblük Qəzeti – Aprel 2013

5

“Neft-Qaz Emalı və Neft-Kimya” Layihəsi

3 fevral 2013-cü il tarixində CES-in növbəti

seminarı baş tutdu. SOCAR proses

mühəndisliyi və texniki nəzarət şöbəsindən

mütəxəssis Qabil Mikayılovun və layihə

məsələləri üzrə Departamentin rəisi Emil

Alxaslının təqdim etdiyi seminarda Neft-Qaz

emalı və Neft-Kimya kompleksi layihəsi

hərtərəfli şəkildə müzakirə olundu.

16 fevral tarixində XMİB-də “Sənaye şirkətinin

stratejik idarəsi” seminarı baş tutdu. Unimetal

şirkətinin icraçı sədri Rüfət Əzizovun təqdim

etdiyi seminar təqribən 4 saat davam etdi.

Müxtəlif universitetlərdə təhsil alan 20-dən

çox tələbənin iştirakı ilə baş tutan seminarda

mühəndis karyerasının əsasları geniş

müzakirə olundu.

“Sənaye Şirkətinin Stratejik İdarəsi” Layihəsi

Page 6: CES Quarterly Newsletter - April 2013

CES Rüblük Qəzeti – Aprel 2013

6

CES “Açıq Dərs” Verlişində

23 fevral tarixində CES-in növbəti seminarı baş

tutdu. Azercell-in Baş müdirlik ofisi və Strategiya

və biznesin inkişafı şöbəsinin mütəxəssisi Tofiq

Məmmədovun təqdim etdiyi seminarda Barama

layihəsi müzakirə obyektinə çevrildi. 20-dən çox

tələbənin iştirak etdiyi seminar təqribən 3 saat

davam etdi. Seminarda layihənin yaranması,

məqsədləri və üstünlükləri haqqında

informasiyalar verildi.

Gənc Mühəndislər birliyi olan CES 20 fevral tarixində

İctimai tv-də yayımlanan Açıq dərs verilişinə qonaq

olmuşdur. Mühəndislik təhsili mövzusunun müzakirə

olunduğu verilişdə CES-in yaradıcılarından olan Rüfət

Əzizov ekspert kimi, CES üzvləri isə iştirakçı kimi çıxış

etmişdir. Verilişdə mühəndislik sahəsinin inkişafı, bu

inkişafda təhsilin rolu, dünyada və eləcə də

Azərbaycanda mühəndislik təhsilinin hazırkı vəziyyəti

və s. kimi mövzular müzakirə edilmişdir.

“Barama Layihəsi” Seminarı

Page 7: CES Quarterly Newsletter - April 2013

CES Rüblük Qəzeti – Aprel 2013

7

CES-də Tələbələrin Mükafatlandırılması Mərasimi “Drilling Kursu” Başladı

24 fevral tarixində CES-də tələbələrin

mükafatlandırılması mərasimi keçirilmişdir. 2011

ve 2012-ci illər ərzində CES-in təşkil etdiyi

layihələrdə aktiv iştirak edən 20 CES üzvünə

sertifikat və təşəkkürnamə təqdim olunmuşdur.

Qeyd edək ki, sertifikat almış şəxslər 1 il ərzində

CES-in təşkil etdiyi hər hansı layihədə pulsuz

iştirak edə bilərlər.

CES-in təşkil etdiyi 10 həftəlik kursun ilk dərsi 5

mart 2013 tarixində baş tutdu. Məmmədcəfər

Məmmədov, Araz Cavadov və Nicat İsmayılın

təqdim etdiyi kursda 20-dən çox tələbə iştirak

edir.

CES-də 8 Mart tədbiri CES-də Novruz Şənliyi

Gənc mühəndislər birliyi olan CES sosial

fəaliyyətləri ilə də diqqət çəkir. Belə ki, 8 mart

qadınlar bayramında CES-in bəyləri xanım üzvləri

bir araya toplayaraq onlar üçün tədbir hazırlamış,

bayramlarını təbrik etmişdir.

CES-in üzvləri bahar bayramını birlikdə qeyd

etdilər. 20 mart tarixində CES-in ofisində

toplaşan üzvlər müxtəlif oyunlar oynayıb, musiqi

dinləyib, birlikdə əyləniblər. 15-ə yaxın üzvün

iştirak etdiyi tədbir 4 saata yaxın davam edib.