96
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair M Ə L U M A T (2008-2012-ci illər) Bakı - 2013

Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Embed Size (px)

Citation preview

Page 1: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycan RespublikasıEkologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülm üş

işlərə dair

M Ə L U M A T(2008-2012-ci illər)

Bakı - 2013

Page 2: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

22

Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız.

Heydər Əliyev

Page 3: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

33

İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət və ətraf mühitin qorunmasıdır.

İlham Əliyev

Page 4: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

44

Hesabat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və vətən-daş cəmiyyəti institutlarının nümayəndələrinin birgə səyi nəticəsində hazırlanmış

və Ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış İctimai Ekoloji Şurada müzakirə edilmişdir.

Hesabatın hazırlanmasında göstərdikləri dəstəyə görə qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, o cümlədən “Hüquqi Düşüncə” İctimai Birliyinin sədri Samir İsayevə, “Rüzgar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayevə, Davamlı İnkişaf Cəmiyyətinin sədri Fikrət Cəfərova, Beynəlxalq Hidroloji Proqram Birliyinin sədri Rafiq Verdiyevə, “Ekoyl” Elmi Ekoloji Cəmiyyətinin sədri Müslüm Qurbanova, “Ekorenesans” İctimai Bir-liyinin sədri İrşad Abbasova, “Ekolex-Azərbaycan” Hüquqi Mərkəzinin sədri Sevil İsa-yevaya, “Sağlam Həyata Doğru” İctimai Birliyinin sədri Sadiq Həsənova və digərlərinə təşəkkür edirik.

Eyni zamanda, Hesabatın ictimai müzakirəsi zamanı verdikləri əhəmiyyətli rəy və töv-siyələrə görə Ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış İctimai Ekoloji Şura-nın üzvlərinə və digər qeyri-hökumət təşkilatlarına minnətdarlıq bildirilir.

Page 5: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

55

Ön sözƏtraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi, sosial, mədəni və digər sahələrin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərdiyi gündəlik diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Ölkə iqtisadiyyatının sürətli inkişafı, o cümlədən milli neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi ekoloji problemlərin həll edilməsi üçün gözəl imkanlar yaratmışdır.

Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunması istiqamətlərində fəaliyyət göstərilmişdir.

Son illər ərzində aparılmış məqsədyönlü dövlət siyasəti, beynəlxalq təcrübədən istifadə və həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir.

Bu nailiyyətlər barədə ölkə və beynəlxalq ictimaiyyətinin məlumatlandırılması hökumətin fəaliyyətinin şəffaflığının və hesabatlılığının, ətraf mühitin mühafizəsinə vətəndaş cəmiyyətinin, biznes qurumlarının, beynəlxalq təşkilatların cəlb edilməsi üçün əməkdaşlığın açıqlığının ifadəsidir.

Professor Hüseyn BağırovEkologiya və təbii sərvətlər naziri

Ön söz

Page 6: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

66

Dövlət səviyyəsində həyata keçirilən ekoloji siyasət indiki zamanda Azərbaycan Res-publikasının davamlı inkişafının əsas elementlərindəndir. Ölkənin milli prioritetlərinin

başlığında bir sıra məsələlərlə yanaşı iqtisadi fəaliyyəti ekologiyalaşdırma və təbii ehti-yatlardan səmərəli istifadə problemi də durur. Bununla bağlı ilk növbədə müasir dövrün tələblərinə cavab verən və davamlı inkişaf prinsiplərinə əsaslanan ekoloji siyasət yürüdül-məklə ətraf mühitin vəziyyəti, ölkənin təbii ehtiyatları və onların qorunması haqqında toplanılan sistemli məlumatlar mütəmadi olaraq dövlət orqanlarına, elmi, ictimai təşki-latlara, ölkə əhalisinə, həmçinin xarici tərəfdaşlara çatdırılmalıdır.

“Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair Məlumat“da son beş il üçün ətraf mühitin qiymətləndirilmə nəticələri və ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətinin prioritet istiqamətləri üzrə görülmüş işlər əks etdirilib.

Məlumat 5 bölmədən – “Ölkə haqqında ümumi məlumat“, “Azərbaycan Respublikasının ekoloji siyasəti“, “Ətraf mühitin vəziyyəti“, “Ətraf mühit üzrə görülmüş işlər“ və “Ekoloji təbliğat, vətəndaş cəmiyyəti və QHT-lər“dən ibarətdir.

Məlumatın məqsədi Azərbaycanda beynəlxalq göstəricilərdən istifadə etməklə ətraf mü-hitin qiymətləndirilməsi ilə onun dəyişiklik meyllərini müəyyən etmək, sənədlərin analitik komponentlərinin yaxşılaşdırılması və unifikasiyası, mövcud vəziyyətin yaxşılaşdırılması istiqamətində ölkədə görülən tədbirlər barədə geniş məlumatı və ətraf mühitə dair prob-lemlərin həlli yolları ilə bağlı təklifləri təqdim etməkdən ibarətdir.

II bölmədə ekoloji problemlərin həlli yolları və ətraf mühit üzrə inkişaf strategiyası yer almışdır. Məlumatın ətraf mühitin vəziyyəti ilə bağlı III bölməsinə daxil edilmiş su ehti-yatları, atmosfer havası, torpaq və radioloji vəziyyətlə bağlı göstəricilərin strukturu və məzmunu Şərqi Avropa ölkələrində ekoloji göstəricilərin istifadəsi əsasında ətraf mühi-tin qorunması üçün Qiymətləndirilmə Hesabatlarının tövsiyələrinə uyğunlaşdırılmışdır. Bu ekoloji göstəricilər BMT Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanmış “Ekoloji göstəricilərdən istifadə və onların əsasında ətraf mühitin qorunması üçün Qiymətlən-dirilmə Hesabatlarının hazırlanması haqqında Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün tövsiyələr“ində əks olunub (ECE/ CEP/2007/8).

Yuxarıda qeyd olunan sənədlərə uyğun olaraq Azərbaycan Respublikasının əsas eko-loji göstəricilər sistemi hazırlanmışdır. Təsdiq olunan milli ekoloji göstəricilər Avropa

Giriş

Page 7: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

7

ölkələrinin göstəriciləri ilə müqayisə edilməsinə, prioritet məqsədlərin və ekoloji tapşırıqların hazırlanmasına, ətraf mühitin qorunması tədbirlərinin qiymətləndirilmə-sinə imkan yaradır.

Atmosfer havasına atılan çirkləndiricilərin analizinin nəticələri əsasında atmosfer ha-vasının çirklənmə dərəcəsi, şəhərlərdə atmosfer havasının keyfiyyəti və yer səthində ultrabənövşəyi şüalanma səviyyəsi qiymətləndirilir.

Su ehtiyatlarının xüsusiyyətlərinə - yerüstü və yeraltı suların kəmiyyət və keyfiyyət para-metrləri, onların istifadəsi, içməli suyun keyfiyyəti və çay sularının vəziyyətini əks etdirən göstəricilər daxildir.

III bölməyə həmçinin biomüxtəliflik, meşə ehtiyatları, su bioresursları, hidrometeoroloji şərait və geoekoloji durumu əks etdirən bəndlər daxil edilmişdir.

Ətraf mühiti mühafizəsi üzrə 2008-2012-ci illərdə görülmüş işlər barədə məlumatlar IV bölmədə verilir. Ekoloji təbliğat sahəsində, eləcə də QHT-lərlə birgə aparılan işlər V böl-mədə qeyd olunmuşdur.

Hesab edirik ki, ETSN tərəfindən hazırlanmış bu toplu ölkədə mövcud olan ekoloji durumun hazırki vəziyyətini əks etdirməklə, onun sağlamlaşdırılması, təbii sərvətləri-nin bərpa olunması istiqamətində həyata keçirilən tədbirlər barədə oxucularda aydın təsəvvür yaradacadır. Habelə, qeyd etməliyik ki, uzun illərdən bəri yığılıb qalmış eko-loji problemlərin həlli istiqamətində görüləcək işlər çoxdur və bu istiqamətdə yüksək nəticələr əldə edilməsi üçün həyata keçirilən tədbirlər hamılıqla gələcəkdə də davam etdiriləcəkdir.

777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777

təsəvvür yaradacadır. Habelə, qeyd etməliyik ki, uzun illərdən bəri yığılıb qalmış eko-lojij pproblemlərin həlli istiqaq mətində gög rüləcək işşlər çoç xdur və bu istiqqamətdə yyüksək nəticələr əldə edilməsi üçün həyata keçirilən tədbirlər hamılıqla gələcəkdə də davam etetdid ririləəcəkdkdirir.

Giriş

Page 8: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

88

1.1. Azərbaycan Respublikasının coğrafi mövqeyi

Azərbaycan Respublikası bütövlükdə şimal yarımkürəsində yerləşir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.

Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır.

Ölkənin ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25’ - 41°55’, şimal enliklər və 44°50’ - 50°51’ şərq uzunluqları arasında yerləşir.

Avropa və Asiyanın qovşağında yerləşərək, ölkə unikal geosiyasi və coğrafi mövqeyə ma-lik olmaqla, qədim zamanlardan indiyədək iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiy-yətini qoruyub saxlamaqdadır.

Azərbaycan Respublikası 5 ölkə ilə həmsərhəddir. Onun sərhədlərinin uzunluğu 2850 km-ə yaxındır. Ölkəmiz şimalda Rusiya ilə - 289 km, şimal-qərbdə Gürcüstanla - 340 km, qərbdə Ermənistanla - 766 km, cənub-qərbdə Türkiyə - 11 km və cənubda İranla - 618 km həmsərhəddir. Ölkə şərqdən Xəzər dənizi ilə sərhədlənir. Sahil xəttinin uzun-luğu 955 km-dir..

Ölkənin paytaxtı Bakı şəhəri Abşeron yarımadasında, Bakı körfəzinin sahilində yerləşir və beynəlxalq əhəmiyyətli liman şəhəri olmaqla, inkişaf etmiş iri sənaye sahələrinə malikdir.

1.2. Relyef

Azərbaycan Respublikasının relyefi çox müxtəlifdir. Burada iki əsas relyef forması - düzən-liklər və dağlar üstünlük təşkil edir.

Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Ölkənin əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz (Qarabağ yaylası ilə birlikdə) və Talış dağları Kür Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Naxçıvan Muxtar Respub-likası Araz çayının orta axımı və onu əhatə edən Zəngəzur və Dərələyəz sıra dağlarının hüdudlarında yerləşir.

I. Ölkə haqqında ümumi məlumat

Page 9: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

99

Azərbaycan ərazisinin orta yüksəkliyi 400 metrə qədərdir. Lakin Xəzərsahili ovalıq okean səviyyəsindən aşağıda (hazırda -26,5m) olduğu halda, ən yüksək zirvə olan Bazardüzünün hündürlüyü 4466 metrdir. Deməli, ölkə ərazisində hündürlük fərqinin 4500 metrə yaxın olduğu aydın görünür.

Böyük Qafqaz sıra dağlarının cənub şərq hissəsi Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsi ilə (4466 m) Baş və yaxud Suayrıcı, Şahdağ zirvəsi ilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000 -700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə - Qobustan, cənub-qərbdə Qanıx-Həftəran və şimal-şərqdə - Qusar maili düzənliyi.

Dağlar əsas etibarilə nisbətən asanlıqla denudasiyaya məruz qalan yura və təbaşir dövrlə-rinin çökmə süxurlarından təşkil olunmuşdur. Dağətəyi yerlər üçün bedlendlər (Ceyrançöl, Acınohur düzü) və palçıq vulkanları (Qobustan, Abşeron) xarakterikdir. Qusar düzənliyi və Qanıx-Həftəran vadisi dördüncü dövr yaşlı qalın çınqıl çöküntüsü qatından təşkil olun-muşdur.

Kiçik Qafqaz Azərbaycanın cənub-qərb və qərb hissələrini əhatə edən, nisbətən az yük-səklikli bir sıra silsilə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Başlıca silsilələri - Murovdağ, Şahdağ və Zəngəzur silsilələridir. Qarabağ yaylası Murovdağın cə-nubundan başlayaraq Araz çayına qədər qövsvari şəkildə sönmüş vulkanların konusları və dördüncü dövr lavaları üzərində yerləşir. Kiçik Qafqaz yura və təbaşir yaşlı vulkanogen və çökmə süxurlardan təşkil olunmuşdur.

Talış dağları ölkənin cənub-şərq hissəsini tutur. Əsas etibarilə üçüncü dövr çöküntülərin-dən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir.

Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı əraziləri əhatə edir. Cənubi Qafqazda ən iri dağarası çökəkliyi olmaqla, o, Azərbaycan ərazisinin mərkəzi hissəsini tutrur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qa-rabağ, Mil, Muğan və Salyan düzləri.

Abşeron yarımadasından şimala doğru Xəzər dənizi sahillərində Qusar maili düzənliyinə söykənən Samur-Dəvəçi ovalığı yerləşir. Abşeron yarımadasından cənuba doğru Talış dağlarının ətəkləri boyu Lənkəran ovalığının dar zolağı uzanır. Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqları, həmçinin Abşeron yarımadasının xeyli hissəsi dünya okeanının səviy-yəsindən aşağıda yerləşir.

Ölkə haqqında ümumi məlumat

Page 10: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

1010

1.3. İqlim

Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürə-sindəki 11 iqlim tipindən 9-nun burada olduğu müəyyən edilmişdir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağ-larının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ay-rılır. Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və su-balp çəmənlikləri qurşağında müşahidə edilir. Havanın orta illik temperaturu ovalıqlarda müsbət 15°C olduğu halda, yüksək dağlıq rayonlarda 0°C və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında 25-27°C, dağlıq rayonlarda 5°C təşkil edir. Mütləq mak-simum 43°C olduğu halda, mütləq minimum -30°C-dək aşağı düşür. Mütləq temperatur rəqəmləri Naxçıvan çökəkliyində və yüksək dağlarda müşahidə edilir. Yağıntılar da ərazidə olduqca qeyri-bərabər paylanmışdır. İl ərzində Abşeron yarımadasında və Naxçıvan MR-nın Arazətrafı zolağında daha (200 mm-dən) az yağıntı düşür. Kür-Araz ovalığında yağın-tıların miqdarı 200-300 mm, Kiçik Qafqazda və Böyük Qafqazın şimal-şərq yamaclarında 600-800 mm müşahidə edilmişdir. Böyük Qafqazın cənub yamaclarında 2000-2500 metr yüksəkliklərdə 1200-1300 mm-dək, Lənkəran ovalığının cənubunda və Talış dağlarının ətəklərində 1200-1700 mm yağıntı düşür.

Hakim küləkləri şimal (Abşeron yarımadası), cənub-qərb (Kür-Araz ovalığı), qərb (Lənkə-ran ovalığı) istiqamətlidir.

1.4. Daxili sular

Azərbaycanın sıx çay şəbəkəsi, onun ərazisini sanki mavi hörümçək toru kimi örtmüşdür. Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerji mənbələridir.

Kür çayı başlanğıcını Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən götürür. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Kür çayının ümumi uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublika-sı ərazisindədir. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd bəndləri və hid-roelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Mingəçevir su anbarından çəkilmiş iri suvarma kanalları - Yuxarı Qarabağ və Yuxarı Şirvan vasitəsilə Kür-Araz ovalığının torpaqları suvarılır.

Page 11: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

1111

Araz çayı öz başlanğıcını Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) götürərək, Sabi-rabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min km2-dir.

Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min km2-dir. Bundan başqa Qusarçay, Qudialçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay da Xəzər dənizinə tökülür.

Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların he-sabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Qanıx-Əyriçay vadisində Qanıx və Əyriçaya qovu-şurlar.

Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəm-kirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay, Giliançay, Ordubadçay Araza tökülür.

Azərbaycan Respublikası ərazisində 250-ə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göllər mövcuddur. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü, Batabatı və s., çay-dərə mənşəli Ağ-göl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən iri şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar.

1.5. Bitki örtüyü

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı ölkəmizda yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın digər ölkələrinə nisbətən xeyli zəngindir. Ölkədə rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Qafqaz və başqa regionlarda geniş yayılmış bitki növləri ilə yanaşı Azərbaycanın florasın-da yalnız Azərbaycan və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki növləri də vardır.

Bitki örtüyünün müxtəlifliyini regionun fiziki-coğrafi cəhətdən formalaşmış, müasir tor-paq, iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. Belə ki, ölkənin ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra bitki tipləri və su bataqlıq bitkiləri inkişaf etmişdir. Səhra tipli bitki qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinir. Torpağın

Ölkə haqqında ümumi məlumat

Page 12: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

1212

duzluluğundan asılı olaraq burada qarasoran, şahsevdi, ətli, şoran, qışotu bitkiləri yayıl-mışdır. Yarımsəhra bitki örtüyü Şirvan, Salyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, Qobustan və Arazboyu düzənliklərdə geniş yayılmışdır. Kür-Araz, Qobustan və Ceyrançöldə zonal formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa formasiyalardan qarağan (Kür-Araz) və dəngiz (Qobustan, Naxçıvan) formasi-yaları daha səciyyəvidir. Yarımsəhralarda çox sayılan digər bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu ərazilər üçün unikal olan tuqay meşələridir. Əsasən, Kür, Araz və Qabırrı çayları vadilərində yayılan meşələrin əsas ağacları palıd, ağ-caqayın, göyrüş, söyüd və s. ibarətdir.

Böyük Qafqaz və Kiçik Qafqaz dağətəyi düzənliklərində 200 m-dən 600-700 m, bəzən 1200 metrədək olan hündürlükdə əsasən bir və çoxillik kserofit bitkilər və kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan sahələr meşələrdən ibarətdir.

Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-i qədərdir. Hər adam başına təq-ribən 0,13 ha meşə sahəsi düşür ki, bu da dünya miqyasında götürülən müvafiq orta rəqəmdən təxminən 4 dəfə (0,48 ha) azdır.

1.6. Heyvanlar aləmi

Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağın-da yerləşir. Qonşu ərazilərdən - İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, ölkənin faunasını zənginləşdirmişdir.

Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Ölkə ərazisndə 100 növə qədər məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Düzənlik sahələrin faunası xeyli sayda məməlilər, sürünənlər, suda-quruda yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub. Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq pişiyinə, dovşana və s., sürünənlərdən - bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kərtənkələyə, adi və su korama-lına, gürzəyə və s., suda-quruda yaşayanlardan - müxtəlif növ qurbağalara, quşlardan - qırqovula, kəkliyə, turaca, qartala, müxtəlif növ ördək və qazlara, harayçı və fısıldayan qu quşlarına, qaşqaldağa, sultan toyuğuna, vağlara, qarabatdaqlara, qıvrımlələk qutana və s. həşaratların bir çox növlərinə rast gəlinir.

Page 13: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

1313

Orta və yüksək dağlıq hissədə düzənlikdə rast gəlinən heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cü-yürü, Qafqaz qonur ayısı, quşlardan toğlugötürən, berkut, Qafqaz şahini, Qafqaz tetrası, Qafqaz uları və s. fauna nümunələri məskunlaşmışdır.

Azərbaycan Respublikasının “Qırmızı kitabı“na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibii və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilib. 302 quş növü qeydə alınıb: onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlarıdır.

1.7. Faydalı qazıntılar

Ölkə ərazisi üç növdən olan qazıntılarla, yəni həm filiz, həm qeyri-filiz, həm də yanacaq mənşəli faydalı qazıntılarla olduqca zəngindir.

Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Ən çox neft və qaz yataqları Abşeron ya-rımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohür, Siyəzən zonası neftlə zəngindir. Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə olunur.

Ölkəmizin qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipe-laqındadır. Azərbaycanın Kiçik Qafqaz hissəsi filiz yataqları ilə zəngindir. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, moliben və s. yataqları mövcuddur. Ən iri dəmir filizi yatağı Daşkəsəndədir.

Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Nax-çıvan MR), Kəlbəcər travetin daşları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvas qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir.

Azərbaycanda müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi “mineral sular muzeyi“ adlandırılır. Kəlbəcər rayonundakı İs-tisu, Naxçıvan MR-dakı Badamlı, Sirab mineral suları ölkəmizdən çox-çox uzaqlarda məşhurdur.

Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayo-nundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağla-rında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.

Ölkə haqqında ümumi məlumat

Page 14: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

1414

1.8. Azərbaycanın əhalisi

Statistik məlumata görə Azərbaycan Respublikasının əhalisi 2012-ci ilin yanvar ayının 1-nə 9 235 min. nəfər olmuşdur ki, bunun da 52,9%-ni şəhər əhalisi təşkil edir. Əhalinin sayına görə Azərbaycan Respublikası Cənubi Qafqazda 1-ci yeri tutur. Azərbaycan əhalisi sıx olan ölkələrdən hesab edilir. Əhalinin orta sıxlığı hər km2 əraziyə 107 nəfər düşür. Ən sıx əhali Abşeron yarımadasında, ən seyrək əhali isə orta dağlıq və ondan yüksək olan ərazilərdə, Şirvan və Muğan düzlərinin bəzi yerlərindədir.

Azərbaycanda 4400-ə qədər yaşayış məntəqəsi vardır ki, bundan 200-ə qədər şəhər və şəhər tipli qəsəbə, 4200-ə qədəri isə kəndlərdən ibarətdir.

Kənd əhalisi əsasən heyvandarlıq, taxılçılıq, üzümçülük, bostançılıq, qismən pambıqçılıqla məşğul olur. Şəhər əhalisi isə yerləşdiyi regionun xüsusiyyətlərindən asıl olaraq neft emalı, neft-kimya, neft maşınqayırması, energetika, yüngül və yeyinti sənayesi sahələrində və ticarət sahəsində çalışırlar.

Tarixən Azərbaycanda əhalinin doğum səviyyəsi yüksək olmuşdur. Belə ki, doğulanların sayı 2000-ci ildə hər min nəfərə 117 nəfər olduğu halda, 2011-ci ildə 176,1 nəfər olmuş-dur. Ölkədə orta ömür 73,8 (2011-ci il üzrə) yaşa qədərdir.

1.9. Ölkənin siyasi profili

Azərbaycan Respublikası 1991-ci ilin 18 oktyabr tarixində öz müstəqilliyini elan etdikdən sonra, ölkəni idarə etmək üçün prezident üsul-idarəsi tətbiq edildi və dövlət də hakimiy-yət icraçı, qanunverici və məhkəmə hissələrinə bölündü.

Azərbaycan dünya birliyi tərəfindən müstəqil bir dövlət kimi tanınıb, 1992-ci ildə BMT-nin və ATƏT-in üzvlüyünə qəbul edilib. 2001-ci ildən isə Avropa Şurasının üzvüdür. Bütün dövlətlərlə əlaqələrin qurulmasına və inkişafına çalışan Azərbaycan fəal xarici siyasət ye-ridir. Qonşu dövlətlərlə siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin daim inkişaf etdirilməsinə xüsusilə böyük diqqət yetirilir.

20 ildən artıq bir dövr ərzində ölkə ərazisinin 20%-ə qədərini işğal etmiş Ermənis-tanla müharibə vəziyyətində qalması onun tam gücü ilə hərtərəfli inkişaf etməsinə əngəllər törədir. Buna görə də ölkənin siyasətinin əsasını hazırkı dövrdə siyasi yolla müharibə vəziyyətindən çıxmaq və ölkənin ərazi bütövlüyünü təmin etmək təşkil edir.

Page 15: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

1515

1.10. İqtisadi profil

Azərbaycan Respublikasının ərazisi əlverişli təbii-iqlim şəraitinə və zəngin təbii sərvət-lərə malikdir. Ölkə sənayesində neft-qaz çıxarma və emalı, kimya və neft-kimya, metal-lurgiya, maşınqayırma, toxuculuq, yeyinti və s., kənd təsərrüfatında isə taxılçılıq, pam-bıqçılıq, üzümçülük, meyvəçilik, tütünçülük, çayçılıq, tərəvəzçilik, heyvandarlıq və s. sahələr əsas yer tutur.

Ölkədə istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının bir hissəsi, o cümlədən neft və neft məhsulları, neft maşınqayırma avadanlıqları, elektrotexnika maşınları, pambıq və ipək lifləri, şərab məhsulları və s. bir çox xarici ölkələrə ixrac olunur.

Azəbaycan iqtisadiyyatının əsas sahələri yanacaq-energetika, metallurgiya, maşınqayır-ma, neft-kimya və aqrar-sənaye komplekslərində cəmləşmişdir.

Yanacaq-energetika kompleksi. Azərbaycanın yanacaq-energetika kompleksinə neft-qazın çıxarılması, emalı və elektroenergetika daxildir.

Ölkədə neftin sənaye üsulu ilə çıxarılması XIX əsrin axırlarına təsadüf edir. XIX əsrin axırlarından XX əsrin 50-ci illərinədək Azərbaycan Rusiyanın əsas neft çıxarma rayonu olmuşdur.

XX əsrin 70-80-cı illərdə Azərbaycanda 5 iri neft emalı zavodu fəaliyyət göstərirdi. Müstəqillik əldə edildikdən sonra neftayırma zavodları birləşdirilməklə 2 iri kompleks ya-radılmışdır. Hazırda Bakıdan 60 km məsafədə - Qaradağ rayonunun Ələt qəsəbəsi yaxın-lığında yeni Neft-Qaz Emalı və Neft Kimya Kompleksinin layihələndirilməsi prosesi gedir. 2020-ci ildə başa çatacaq bu layihə çərçivəsində illik istehsal gücü müvafiq olaraq 10 milyon ton və 10 milyard kubmetr təşkil edən neft emalı və qaz emalı zavodlarının tikintisi planlaşdırılır. Layihəyə, həmçinin hər il təxminən 2 milyon ton baza polimerlərin istehsalını nəzərdə tutan neft-kimya zavodunun inşası da daxildir.

Azərbaycanın ərazisində 67-dən artıq neft və təbii qaz yataqlarından istifadə olunur ki, bunun da 28-i Xəzər dənizinin Azərbaycan sektorundadır.

Ölkə müstəqillik qazandıqdan sonra Xəzərin zəngin neft-qaz ehtiyatlarının səmərəli mə-nimsənilməsi məsələsinə diqqət daha da artırılmışdır. Lakin, bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranmış çətinlikləri, maliyyə vəsaitlərinin məhdudluğunu və eləcə də dənizin daha dərin sahələrində mürəkkəb hidrometeoroloji şəraiti nəzərə alaraq, Azərbaycan Res-publikası dənizin ölkəyə aid sektorundakı perspektivli yataqların birgə işlənilməsi üçün bir çox xarici ölkələrin 30-dan artıq neft şirkəti ilə kontraktlar bağlamışdır. Xarici neft şirkətləri ilə müqavilələr əsasında dənizin Azərbaycan sektorundakı “Günəşli“, “Azəri“, “Çıraq“ və “Şahdəniz“ yataqları birgə işlənilir.

Ölkə haqqında ümumi məlumat

Page 16: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

1616

Geoloqların hesablamalarına görə təkcə Xəzərin Azərbaycan sektorundakı yataqlarda neftin ehtiyatı 10 mlrd. ton, təbii qazın ehtiyatları isə 8 trln. m3-ə çatır. Hazırda Azərbaycan iqtisadiyyatının milli gəlirinin yarıdan çoxu neft sənayesinin payına düşür.

Azərbaycan sektorunda çıxarılan neftin Avropaya nəql edilməsi məqsədilə çəkilmiş Ba-kı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi ölkə iqtisadiyyatının inkişafında bö-yük rol oynayır. Bu kəmər vasitəsilə il ərzində 40-50 mln ton neft nəql olunur.

Elektroenergetika. Azərbaycan Respublikasının iqtisadi inkişafında elektroenergetikanın rolu böyükdür. Bu kompleksə istilik və su-elektrik stansiyaları, elektrik şəbəkələri daxildir.

Ölkədə elektrik enerjisi istilik-elektrik və su-elektrik stansiyalarında (İES və SES) istehsal olu-nur. İES-lərdə yanacaq kimi mazutdan imtina olunaraq tamamilə təbii qaza keçilmişdir. Ölkə ərazisindəki çayların ümumi hidroloji potensial ehtiyatı 37 mlrd. kVt-saat hesablanmışdır.

Azərbaycanda Mingəçevir, Şəmkir, Varvara, Yenikənd, Tərtər və Araz SES-ləri, Azərbaycan, Şirvan, Şimal, Sumqayıt, Bakı, Səngəçal və s. İES-ləri fəaliyyət göstərir.

Kimya və neft-kimya sənayesi. Ölkənin kimya və neft-kimya kompleksi müxtəlif növ xammaldan istifadə dərəcəsinə, istehsal etdiyi məhsullara tələbatın artmasına, mürək-kəb istehsal texnologiyasına və ərazidə yerləşdirilməsi xüsusiyyətlərinə görə digər sənaye sahələrindən kəskin fərqlənir.

Azərbaycanda kimya sənayesinin formalaşması bilavasitə neft emalı sənayesinin inkişafı ilə bağlı olmuşdur. Kimya kompleksinin mütərəqqi sahəsi olan neft-kimyanın əsası keçmiş ittifaqda ilk dəfə olaraq Azərbaycanda qoyulmuşdur. Onun xammal bazasını neft və təbii qaz təşkil edir.

Azərbaycanda kimya sənayesinin istehsal etdiyi əsas məhsullar - sulfat turşusu, superfos-fat gübrələri, kaustik soda, xlor, alüminium-xlorid, sulfanol, sintetik yuyucu vasitələr, yod-brom və neft–kimya sənayesinin istehsal etdiyi əsas məhsullar isə - etil spirti, sintetik kau-çuk, texniki rezin məmulatları, plastik kütlələr, aşqarlar, şüşə lifi və polietilendən ibarətdir.

Ölkədə kimya və neft-kimyanın inkişaf etdirilməsi üçün müxtəlif növ xammal - daş duz, barit, alunit, zəy, kükürd kolçedanı, neft, təbii qaz və s. vardır.

Ölkədə neft-kimya müəssisələri əsasən Abşeron sənaye qovşağında, xüsusən Sumqayıt şəhə-rində cəmləşmişdir. Sumqayıt kimya müəssisələri Sovetlər İttifaqının ayrı-ayrı xammal bazaları ilə inteqrasiyanın pozulması nəticəsində 90-cı illərdən bəri öz istehsalını xeyli dərəcədə azaltmış, bəzi sahələr isə tamamilə dayandırılmışdır. Son illər bu sahəyə dövlət tərəfindən diqqətin artı-rılması nəticəsində köhnə texnolgiyaya malik və ətraf mühitə ciddi zərər yetirmiş kimya müəs-sisələri ləğv edilərək yerində yenilərinin yaradılması üzrə iş aparılır. Bu istiqamətdə həyata keçi-rilməyə başlayan Sumqayıt Kimya Sənaye Parkı (SKSP) layihəsi özündə 43 müəssisəni birləşdirən və ətraf mühitə minimal təsiri gözlənilən yeni bir layihədir.

Page 17: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

1717

Yuxarıda qeyd olunan sənaye sahələri ilə yanaşı ölkədə maşınqayırma, metallurgiya, ti-kinti materialları sənayesi, yüngül və yeyinti sənaye sahələri də inkişaf etdirilmişdir. Son illərdə ölkənin qara və əlvan metallurgiya sənayesinin (xüsusən Gəncə şəhərində) müasir texnologiya tətbiq etməklə yenidən qurulması prosesi gedir.

Aqrar-sənaye kompleksi. Azərbaycan Respublikasının iqtisadi inkişafında aqrar-sənaye kompleksi mühüm rol oynayır.

Aqrar-sənayenin ən mühüm sahəsi bitkiçilikdir. Bitkiçiliyin inkişafı üçün isə əsas amil tor-paqdır. Azərbaycan torpaqları özünün yüksək məhsuldarlığı ilə fərqlənir. Ölkənin ümumi torpaq fondu 8,6 mln. hektardır ki, bunun da 4,7 mln. hektarı , və ya 55%-i kənd təsərrü-fatı üçün yararlı torpaqlar hesab edilir.

Azərbaycan xalqı hələ qədim dövrlərdən əkinçilik, bağçılıq və bostançılıq ilə məşğul ol-muş və zəngin kənd təsərrüfatı mədəniyyəti yaratmışdır.

Kənd təsərrüfatı strukturunda əhalinin ərzaq məhsullarına - ət, quş, süd və süd məhsullarına olan tələbat heyvandarlıq sahəsindən ödənilir. Azərbaycanda ümumi heyvandarlıqdan əldə olunan gəlirin yarıdan çoxu bilavasitə maldarlığın payına düşür. Ölkədə maldarlıq əsasən Kür-Araz ovalığnda və dağətəyi rayonlarda inkişaf etdirilmişdir.

Azərbaycanda qoyunçuluğun inkişafı da təbii iqlim şəraiti ilə əlaqəlidir. Qoyunçuluq əsasən dağ rayonlarında inkişaf etdirilir.

Quşçuluq heyvandarlığın tez yetişən, geniş yayılan və ən gəlirli sahələrindən biri hesab olunur. Son illər quşçuluq daha sürətlə inkişaf etdirilməyə başlanmışdır. Bu sahənin sənaye əsasları üzrə inkişaf etdirilməsi üçün qarışıq yem bazasının yaradılması vacib şərtlərdəndir.

Ümumi daxili məhsul (ÜDM) istehsalı - 2008-2012-ci illərdə ölkədə istehsal olunmuş ÜDM-in orta illik artım həcmi 5,3 mlrd. manat müşahidə olunub. 2012-ci ildə ÜDM-in real artım tempi 2,2% olmuşdur. 2012-ci ildə neft hasilatının azalması ilə əlaqədar neft sekto-runda real artım tempi 5% azal-mış, qeyri-neft sektorunda real artım tempi 9,7%, o cümlədən kənd təsərüfatında 5,8%, tikin-tidə 18% və xidmət sahələrində 7,6% artım olmuşdur.

2008-ci il ilə müqayisədə 2012-ci ildə ÜDM-in həcmi 21,4 mil-yard manat artaraq 53,9 milyarda çatmışdır. 2012-ci ildə ÜDM-in

Diaqram 1. Azərbaycanda ÜDM dinamikası, mlrd. manat

60

50

40

30

20

10

02008 2009 2010 2011 2012

31,5 34 41,6

50

53,9

Ölkə haqqında ümumi məlumat

Page 18: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

1818

sahələr üzrə strukturunda əsas yeri qeyri- neft sektoru tutmuş və bu sahənin ÜDM-də çəkisi 52,73%-ə bərabər olmuşdur.

Kənd, meşə və balıqçılıq təsərrü-fatlarının xarici bazarlarda rəqa-bət qabiliyyətinin artması ilə əlaqədar ixrac gəlirlərində payı artmışdır və bu sahənin ÜDM-da çəkisi 5,15%-ə çatmışdır.

Dövlət büdcəsində 2008-2012-ci illərdə ümumi daxili məhsulun artım tempinə uyğun olaraq ekologiya sahəsinə ayrılan vəsaitlər üzrə artım tempi müşayiət olunur.

100,2

100,15

100,1

100,05

100

99,95

99,92008 2009 2010 2011 2012

ekologiya xərcləri ümumi daxili məhsulDiaqram 2. Ümumi ekoloji xərclərin ÜDM-da xüsusi çəkisi, %-lə.

Page 19: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

1919

II. Azərbaycan Respublikasının ekoloji siyasəti

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mü-hitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmiş-dir. Bununla əlaqədar ölkədə uzun illərdən bəri yığılıb qalmış həllini təcili tələb edən bir sıra ekoloji problemlər mövcuddur: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının idarə olunmasında olan çatışmazlıqlar və s.

1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda qeyd edildiyi kimi, dünyanın gələcək inkişafı ilk növbədə ekoloji prob-lemlərin necə həll olunmasından asılı olacaqdır. Bu konfransda dünyada mövcud olan ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilmiş və mühüm qərarlar, o cümlədən artıq bütün beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş “Davamlı inkişaf“ konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyada iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilmişdir. Buna nail olmaq üçün ilk növbədə iqtisadiyyatın səmərələliyinin yüksəldilməsi və ətraf mühitin qorunması təmin olunmalıdır.

Rio konfransının davamı kimi 2002-ci ildə Yohannesburq şəhərində və 2012-ci ildə ye-nidən Rio-de-Janeyroda keçirilmiş Davamlı İnkişaf üzrə Dünya sammitlərində dayanıqlı inkişaf prinsipləri bir daha təsdiqlənərək onların reallaşdırılması üçün zəruri tədbirlərin görülməsi xüsusi vurğulanmışdır.

Azərbaycan Respublikası son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nai-liyyətlər əldə etmişdir ki, bu da milli və beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin dayanıqlı olması ölkə tərəfindən əsas prioritet kimi qəbul edilmişdir. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyə-tin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə tə-bii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təmina-tına yönəlmişdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra ölkə-də ətraf mühitin mühafizəsi sahəsində yeni ekoloji siyasət formalaşmışdır.

s pp ə tətb qq ,, d ə gəg əcəAzərbaycan Respublikasında yürü-dülən ekoloji siyasətin əsas məqsə-di indiki və gələcək nəsillərin ehti-yaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunmasından və təbii ehtiyatlardan səmərəli istifadə edil-məsindən ibarətdir.

Azərbaycan Respublikasının ekoloji siyasəti

Page 20: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

2020

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi məsələsi hazırda aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur.

Müasir dövrdə yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq dövlətin ekoloji siyasətinin aşağıdakı üç əsas istiqamətlərini müəyyənləşdirmək olar:

• ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsi-nin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inki-şaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi;

• indiki və gələcək nəsllərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq;

• qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin geniş-ləndirilməsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçi-rilməsinin təmin edilməsi.

Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağı-dakı vəzifələr əsas götürülür:

• ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi;

• indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların istifadəsi;

• insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin, xüsusilə biomüxtəlifliyin qorunub saxlanılması.

Prinsiplər:• qısamüddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən

fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilməsi və bu prosesdə alternativ vari-antların nəzərə alınması;

• ətraf mühit sahəsində qərarlar hazırlanarkən bütün maraqlı tərəflərin cəlb edilməsi;• ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına

səbəb ola biləcək fəaliyyətin qarşısının alınması;• aztullantılı texnologiyaların tətbiq edilməsi;• beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi;

• əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi.

Son illər Azərbaycan Respublikasında ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqram-larının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edil-məsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkədə prioritet olduğunu

Page 21: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

2121

göstərir. Ətraf mühit məsələlə-rinə artan diqqətin nəticəsidir ki, Azərbaycan Respublikası Prezi-dentinin müvafiq sərəncamına əsasən 2007-ci ildən etibarən 23 may tarixi Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd edilir.

İqtisadiyyatın sürətli inkişafının nəticəsi olaraq artan gəlirlərin qeyri – neft sektoruna yönəldil-məsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli ge-nişləndirmişdir. Buna görə də bir çox ölkələr maliyyə böhranı-na məruz qaldıqları bir dövrdə, ölkədə infrastruktur layihələrinin icrası davam etdirilmiş, ekoloji problemlərin həlli istiqamətində görülən tədbirlər ön planda durmuşdur.

Ölkə üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında mü-vafiq dövlət proqramları çərçivəsində həll edilməsi istiqamətdə ardıcıl tədbirlər görülür.

Mövcud problemlərin həll edilməsi üçün ətraf mühit sahəsində dövlət siyasətini hə-yata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. BMT-nin İn-kişaf, Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əmək-daşlıq Təşkilatı, Dünya Bankı, Asiya Bankı, Ümumdünya Vəhşi Təbiət Fondu və s. təşki-latlarla əməkdaşlıq davam etdirilir. Bununla bərabər müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli əməkdaşlıq qurulur.

Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da böyük diqqət yetirilir. Azərbaycan Respublikası bu günə kimi 21 ekoloji konvensiyaya qoşulmuş, müvafiq pro-tokolları imzalamışdır.

Su ehtiyatlarının çirklənməsinin

qarşısının alınması

Biomüxtəlifliyinqorunması

Yaşıllıqlarınartırılması

Atmosfer havasının

mühafizəsi

Torpaqlarındeqradasiyası-nın qarşısının

alınması

Ekoloji vəziyyətin

sağlamlaşdırıl-ması istiqamə-

tində əsashədəflər

Tullantıların idarə

olunmasınıntəkmilləşdiril-

məsi

Azərbaycan Respublikasının ekoloji siyasəti

Page 22: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

2222

III. Ətraf mühitin vəziyyəti

3.1. Su ehtiyatları və onların ekoloji vəziyyəti

3.1.1. Yerüstü su ehtiyatları

Azərbaycanda yerüstü su ehtiyatlarını çaylar, göllər, su anbarları və s. təşkil edir və bu su-ların əsas ehtiyatları çaylarda cəmlənmişdir.

Ölkənin müxtəlif təbii vilayətlərində su ehtiyatları qeyri-bərabər paylanılmışdır. Çay şə-bəkəsinin sıxlığı 0,20 km/km2-dən (Abşeron-Qobustan) 0,84 km/km2-rə qədər (Lənkəran) dəyişir və orta sıxlıq 0,36 km/km2 təşkil edir.

Azərbaycanın yerüstü su ehtiyatlarının əsas mənbələri aşağıdakılardır:

• Çayların su ehtiyatları 28,1-30,3 km3 -dir. Qonşu ölkələrdən ölkə ərazisinə daxil olan axım 19,7-20,3 km3 və ya 67-70 % təşkil edir. Ölkə ərazisində formalaşan axım isə 7,81-10,6 km3 -dir;

• Göllərdə şirin su ehtiyatları 0,90 km3-dir, göllərin su səthinin sahəsi isə 394 km2-dir;

• Su anbarlarının tam həcmi 21,5 km3, işçi həcmi 12,4 km3-dir, su səthinin sahəsi isə 694 km2-dir.

Çaylar. Azərbaycanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km, 324 çayın uzunluğu 11-100 km, əksər çayların uzunluğu isə 10 km-dən azdır.

Ölkənin çay sistemi Kür çayı və onun qollarından, həmçinin birbaşa Xəzər dənizinə tö-külən çaylardan ibarətdir.

Azərbaycan çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər və ayrılıqda onlar üç hövzəyə aid edilir:

• Kür çayı hövzəsinin çayları (Kürün qolları)

• Araz çayı hövzəsinin çayları (Arazın sol qolları)

• Birbaşa Xəzər dənizinə tökülən çaylar.

Su toplayıcı sahələrinin yüksəklik vəziyyətinə görə çaylar iki qrupa bölünür:

• Yüksək su toplayıcı sahələri olan çaylar – bu çayların su ayırıcılarının hündürlüyü 2500 m-dən çoxdur;

• Alçaq su toplayıcı sahələri olan çaylar – su ayrıcılarının hündürlüyü 2500 m-dək olur.

Page 23: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

2323

Daimi axan və qismən quruyan çaylar yüksək su toplayıcı sahəyə, müvəqqəti axan çaylar isə - alçaq su toplayıcı sahəyə malikdirlər.

Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır. Yerli çay-ların axımı bütövlükdə ölkə ərazisində, tranzit çayların əsas axımı isə ölkə ərazisindən kənarda, qonşu ölkələrin ərazisində formalaşır.

Çay sistemi üç qrup çaylardan ibarətdir:

• Transsərhəd çaylara (iki və ya bir neçə ölkənin ərazisindən axan) Kür, Qanıx, Qabırrı, Xrami, Arpaçay və s. çaylar aiddir;

• Sərhəd çaylara (iki və ya bir necə ölkə arasında həmsərhəd olan) Araz, Samur, Bolqarçay və s. aiddir;

• Yerli çaylar ölkənin ərazisində formalaşır və axırlar.

Su toplayıcı sahəsinə və sululuğu-na görə ölkə ərazisində 2 çay (Kür və Araz) böyük çaylara, 12 çay orta çaylara, qalan çaylar isə kiçik çay-lara aiddir. Yerli çaylardan yalnız 4-ü (Pirsaat, Həkəriçay, Tərtərçay və Kürəkçay) orta çay hesab oluna bilər, qalanları kiçik çaylardır.

Kür çayı (Araz ilə birlikdə) hövzəsinin su ehtiyatları bütövlükdə 25,9-26,9 km3 arasında dəyişir. Qonşu ölkələr-dən Kür çayının ölkə ərazisinə daxil olan axımı 19,6-20,8 km3 və ya ümu-mi su ehtiyatlarının 76-77%-ni təşkil edir. Ölkə ərazisində formalaşan axım isə cəmi 5,64-7,34 km3-dir. Qafqazın ən böyük çayı olan Kür çayı Azərbaycanın əsas su mən-bəyidir. Çay Türkiyənin, Gürcüstanın və Azərbaycanın ərazisindən axır. Çayın ümumi su toplayıcı sahəsi 188000 km2-dir, Azərbaycanın ərazisinə bu sahənin 58000 km2-i və ya 31%-i aiddir. Kür çayının Gürcüstan sərhədindən sonra Qıraq Kəsəmən məntəqəsində axım norması 270 m3/s və ya 8,52 km3-dir. Salyan məntəqəsində isə orta çoxillik axım 445 m3/s və ya 14,04 km3-dir.

Ölkənin ikinci böyük çayı olan Araz çayı hövzəsinin su ehtiyatı 9,10-9,30 km3, qonşu ölkələrdən daxil olan axım 7,70-8,10 km3 və ya 85-87%-dir. Araz çayının Novruzlu (Saatlı rayonu) məntəqəsində orta çoxillik axımı 121 m3/s və ya 3,82 km3-dir.

Şəkil 1. Kür çayı

Ətraf mühitin vəziyyəti

Page 24: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

2424

Azərbaycanın yerli çayları dağ çayları-dır. Bu çaylar sürətli axınla (daşqın vaxtı axının sürəti 3-6 m/s-yə çatır), yüksək meylliklərlə (15-150 ‰) səciyyələnir-lər. Dağ çaylarında sel hadisələri xüsusi yer tutur. Sel hadisələri daha çox Bö-yük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal-şərq və cənub-qərb ya-maclarında müşahidə olunur. Hər 5-10 ildən bir təkrar olunan leysan mənşəli güclü sel axınları adətən yay aylarında müşahidə olunur və böyük dağıdıcı gücə malikdirlər. Sel kütləsinin birdəfə-

lik həcmi Böyük Qafqazın cənub yamacı çaylarında 1-1,5 milyon m3-ə çatır.

Göllər. Azərbaycan ərazisində ümumi sahəsi 395 km2 olan 450 göl mövcuddur ki, onlardan 10 gölün sahəsi 10 km2-dən böyükdür. Mənşəyinə görə 7 tip göl müşahidə edilir:

• buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər);

• subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Ha-cıqabul, Mehman, Ağgöl və s.);

• bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağ-göl, Qaragöl və s.);

• laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşo-van, Ağzıbirçala və s.);

• karst mənşəli göllər (Qobustanda, Hacınohurda, Ceyrançöldə yerləşirlər);• sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdimançay və s. çayların hövzələ-

rində yerləşirlər); • relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyük Şor, Kür-

dəxanı və s.).

Bu göllərdən:• ən iri göl - Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür (su səthinin sahəsi 65,7

km2, həcmi 59,1 mln. m3); • ən yüksək dağ gölü - Dəmiraparançayın hövzəsində və 3277 m yüksəklikdə yer-

ləşən Tufan gölüdür;• ən mənzərəli göl - Göygöl gölüdür, sahəsi 0,79 km2, həcmi 24 mln m3. Göl 1139-cu

ildə güclü zəlzələdən sonra Ağsuçayın orta axınında əmələ gəlib.

Şəkil 2. Göygöl

Page 25: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

2525

Abşeron gölləri. Abşeron yarımadasında göllərin sayı 200-dən çoxdur. Bu göllər yarı-madada iqlim şəraitinin və su balansının qərarlaşmasına, ölkə əhalisinin sıx olduğu bu ərazidə ekoloji şəraitə ciddi təsir göstərir. Qədim zamanlardan Abşeron göllərində xörək duzu istehsal olunmuş (Masazır, Böyük Şor, Qırmızı, Kürdəxanı və s.), dib çöküntülərindən isə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilmişdir. Bu göllərin sahillərində (Böyük Şor, Hacı Həsən, Bülbülə, Qırmızı və s.) yaşayış məntəqələri salınmış və ya mövcud olan yaşayış məntəqələri genişləndirilmişdir.

Abşeron yarımadasının özünəməxsus təbiəti vardır. Bu ərazi ekoloji cəhətdən ölkənin ən gərgin rayonlarındandır. Yarımada Azərbaycanın ən çox göllər olan bölgəsidir. Abşeron çoxsaylı şorsulu göllərlə zəngin olsa da, bu göllərin bir qisminin təsərrüfat fəaliyyəti nəti-cəsində müxtəlif dərəcədə çirklənməsi əsasən son yüzilliyin nəticəsidir.

Son 50-60 ildə bu göllərdə ekoloji vəziyyət kəskin şəkildə dəyişmişdir. Bu, yarımadada əhalinin sayının artması və neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, lay sularının və neftlə çirklənmiş, habelə məişət və istehsalat axarlarının artması ilə bağlıdır.

Göl kənarlarına qanunsuz olaraq məişət və sənaye tullantılarının, o cümlədən neft və in-şaat tullantılarının atılması, həmin ərazilərdə qanunsuz tikintilərin aparılması da göllərin ekoloji durumuna mənfi təsir göstərir. Buna nümunə kimi Zığ gölünü göstərmək olar ki, ətrafında neft emalı zavodlarının tullantısı olan külli miqdarda qumbrin və turş qudron toplanmışdır. Bir sıra ərazilərdə tikililər artıq göllərin sahilinə çatmışdır.

Abşeron yarımadasında qrunt sularının səviyyəsinin kəskin qalxması da göllərin həcminin artması və süni göllərin yaranmasına gətirib çıxarmışdır. Son onilliklər ərzində bu ərazilər-də qrunt sularının səviyyəsi orta hesabla 17 m-dək qalxmışdır. Yarımadada yerləşən göl-lərin çirklənməsinə və qrunt sularının səviyyəsinin qalxmasına əsas səbəb aşağıdakılardır:

• su kəmərləri və kanallarda itkilər;• tullantı sularının düzgün idarə olunmaması səbəbindən məişət və sənaye tullantı

sularının göllərə axıdılması;• mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması və mövcud kanalizasiya sistemi-

nin qənaətbəxş olmaması.

Su anbarları. Azərbaycanda hər birinin həcmi 1 mln. m3-dən çox olan 62 su anbarı var-dır. Su anbarlarının ümumi həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında, həm də ondan kənarda yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvar-ma üçün istifadə olunur. Kür və Araz çaylarında yaradılmış su anbarları - Şəmkir, Mingə-çevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. məqsədlər üçün istifadə olunur.

Ölkənin ən iri su anbarı olan Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib, çoxillik tənzimləmə rejimində işləyir, Kür çayının axımı onun aşağı axımında tamamilə tənzimlən-miş və subasma hallarının qarşısı alınmışdır.

Ətraf mühitin vəziyyəti

Page 26: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

2626

Yeraltı sular. Ölkə ərazisində Böyük Qafqaz və Kiçik Qafqaz dağ-qırışıqlıq zonaları və onlar arasındakı Kür-Araz düzənliyi hüdudlarında 18 yeraltı su hövzəsi ayrılır. Bu hövzələrdən 14-ü transsərhəd yeraltı su hövzələridir.

Təbii şərait Ceyrançöl, Acınohur düzən-likləri, Şamaxı-Qobustan zonası və Ab-şeron yarımadasının ərazisində istifadəyə yararlı yeraltı suların böyük ehtiyatlarının yaranması üçün əlverişli olmamışdır. Mu-ğan-Salyan düzənliyi və eləcə də, Şirvan,

Mil, Lənkəran düzənliklərinin bir hissəsi əlverişsiz hidrogeoloji şəraitlə səciyyələnir.

Dağətəyi düzənliklər (Qanıx-Əyriçay, Samur-Qusarçay, Gəncə-Qazax, Qarabağ, Mil, Cəb-rayıl, Naxçıvan, Şirvan, Lənkəran yeraltı su hövzələri) içməyə və digər məqsədlər üçün istifadəyə yararlı yeraltı sularla zəngin olan regionlardır.

Xəritə 2. İçməyə yararlı və az minerallaşmış yeraltı suların ehtiyatlarının modulu xəritəsi

1. 0,1 l/s km2-ə qədər, 2. 0,1-1,0 l/s km2-ə qədər, 3. 1,0-10,0 l/s km2-ə qədər, 4. 10,0 l/s km2-dən çox, 5. yeraltı su ehtiyatlarının müxtəlif modula malik sahələri arasında sərhədi.

Cədvəl 1. Əsas su anbarlarının morfometrik xarakteristikası

Su anbarı Sahəsi, km2 Həcmi, km3

Mingəçevir 605 15,73Şəmkir 116 2,68Yenikənd 23,2 1,58Varvara 22,5 0,06Araz 145 1,254Sərsəng 14,2 0,565Ceyranbatan 13,9 0,186Xanbulançay 24,6 0,052Sirab 1,54 0,013Ağstafaçay 6,30 0,12Xaçınçay 1,76 0,023

RUSİYA

Zaqatala

GÜRCÜSTAN

Quba

ŞamaxıBakı

Səlyan

LənkəranAraz çayı

Naxçıvan

Xankəndi

Qazax

Gəncə

Yevlax

Kür çayı

ERMƏNİSTAN

İRAN

1 2 3 4 5

Xəzər Dənizi

Page 27: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

2727

Yeraltı suların əsas qidalanma mənbələri dağlıq zonada atmosfer çöküntüləri, daimi qar və lokal buzlaqların ərinti suları, dağətəyi düzənliklərdə - atmosfer çöküntüləri, çay suları, dağlıq zonadan gələn yeraltı axınlardır.

Keçən əsrin ikinci yarısından sonra yeraltı suların çay suları ilə qidalanma şəraitində köklü dəyişikliklər baş vermişdir. Çayların üzərində su anbarlarının yaradılması, suvarma kanal-larının çəkilməsi, suvarma əkinçiliyinin inkişafı bu qidalanmanı kəskin artırmışdır.

Azərbaycan Respublikası ərazisində içməyə yararlı və az minerallaşmış yeraltı suların proqnoz istismar ehtiyatları 24 mln m3/gün-ə yaxın miqdarda qiymətləndirilmiş, bunun da 12 mln m3/gün-ə yaxını təsdiq edilmişdir.

Qeyd etmək lazımdır ki, 1970-1980-ci illərdə təsdiq edilmiş bu ehtiyatlar hal-hazırdakı real eh-tiyatları tam əks etdirmir. Bu yeraltı suların vəziyyətində, onların qidalanma mənbələrində baş verən keyfiyyət və kəmiyyət dəyişiklikləri ilə əlaqədardır. Aparılan araşdırmaların nəticələrinə görə ümumi qənaət belədir ki, ölkədə yeraltı suların istismar ehtiyatları təsdiq ediləndən xeyli artıqdır.

Çay hövzələri Yeraltı suların istismar ehtiyatları, min m3/gün

Proqnoz Təsdiq edilmiş

Böyük Qafqazın dağlıq bölgəsi 1008,87 17,7Abşeron yarımadası 241,92 17,7Qobustan hesablanmayıb 9,8Samur-Dəvəçi dağətəyi düzənliyi 3470,72 1686,1Qanıx-Əyriçay vadisi 3822,0 2000,0Gəncə dağətəyi düzənliyi 4218,6 4218,6Şirvan dağətəyi düzənliyi 517,7 517,7Qarabağ-Mil dağətəyi düzənliyi 7909,92 2231,5Muğan dağətəyi düzənliyi 130 76,0Cəbrayıl dağətəyi düzənliyi 344,0 234,6Lənkəran dağətəyi düzənliyi 209,0 86,0Naxçıvan dağətəyi düzənliyi 902,2 902,2Kiçik Qafqazın dağlıq bölgəsi 989,35 98,9

CƏMİ 23764,28 12079,4

Cədvəl 2. İçməyə yararlı və az minerallaşmış yeraltı suların proqnoz və təsdiq edilmiş ehtiyatları

Mineral suların qiymətləndirilmiş istismar ehtiyatları 20 min m3/gün, termal suların qiy-mətləndirilmiş istismar ehtiyatları 400 min m3/günə yaxındır.

Azərbaycanda içmək və təsərrüfat-məişət ehtiyacları üçün minerallaşma dərəcəsi 1,0-1,5 q/l-ə qədər olan, kənd təsərrüfatı, sənaye ehtiyacları üçün minerallaşma dərəcəsi 1,0-1,5 q/l-ə qədər, bir sıra hallarda 2,0-3,0 q/l-ə qədər olan yeraltı sulardan istifadə edilir.

Son illər regionların sosial-iqtisadi inkişafı yeraltı sulara tələbatı artırmışdır. 2009-cu ildən başlayaraq yeraltı sulardan istifadə tempində artma müşahidə edilməyə başlamış, çıxarı-lan yeraltı suların illik miqdarı 2,5-2,8 mlrd m3 -ə çatmışdır.

Ətraf mühitin vəziyyəti

Page 28: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

2828

Ölkə ərazisində yeraltı suların monitorinqi Eko-logiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparı-lır. Yeraltı suların monito-rinq şəbəkəsi bütün ölkə ərazisində mövcuddur və monitorinq sistemi 800-dən artıq quyu, bulaq və kəhrizdə quraşdırılmışdır. Monitorinq tədqiqatları zamanı yeraltı suların sə-viyyəsi, sərfi, temperaturu və keyfiyyəti öyrənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq şəbəkəsindən başqa, sugötürücü qurğular sahəsində “Azərsu“ ASC-nin, suvarılan ərazilərdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin xüsusi rejim şəbəkəsi fəaliyyət göstərir.

Yeraltı sular ciddi çirklənməyə məruz qalmamış, yalnız lokal sahələrdə kommunal, sənaye və kənd təsərrüfatı mənşəli çirklənmələr müşahidə edilməkdədir.

3.1.2. Su ehtiyatlarının istifadəsi

Azərbaycan Respublika sı Dövlət Statistika Komitəsinin hesabatlarına əsasən 2011-ci ildə təbii mənbələrdən 11 779 mln m3 su götürülmüşdür. 2005-ci il ilə müqayisədə təbii mənbələrdən

götürülən su 271 mln m3 və ya 2,25 % az olmuşdur.

Təbii mənbələrdən 2011-ci ildə gö-türülən suyun 3767 mln.m3 -i, yəni 32,0% -i nəql zamanı itkilərə get-mişdir. Bu 2008-ci il ilə müqayisədə 82 mln m3 azdır.

2011-ci ildə 5094 mln.m3 tullan-tı suları formalaşmışdır. Bundan 223 mln.m3 təmizlənmədən su hövzələrinə və ətraf mühitə axı-dılmışdır.

Diaqram 3. Nəql zamanı itirilən suyun miqdarı, mln m3/il

12000

10000

8000

6000

4000

2000

02008 2009 2010 2011

3849 3786 3852 3767

11735 11425 11566 11779

Götürülən su

İtki

Diaqram 4. Adambaşına istifadə olunan suyun miqdarı m3/il

1450

1400

1350

1300

1250

12002005 2008 2009 2010 2011

1336

1280 1285 1292

1429

Page 29: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

2929

Bakı şəhəri ərazisində əhali qrupu üzrə sayğaclaşma səviy-yəsi 01 iyul 2012-ci il vəziyyə-tinə 61,1%, qeyri-əhali qrupu üzrə isə 68,3% təşkil edir ki, bu da suların hesabatının düz-gün aparılmasında və sudan qənaətlə istifadə edilməsində mühüm rol oynayır.

3.1.3. Su ehtiyatlarının keyfiyyəti

İqtisadiyyatın inkişafı, əhalinin həyat tərzinin və rifahının yüksəlməsi suya və onun keyfiyyətinə olan tələbatın artmasına birbaşa təsir edir. Bununla yanaşı suyun kim-yəvi tərkibinə və onun tərkibində baş verən dəyişiklik barədə məlumatlara da tələ-bat artır.

Su ehtiyatlarının, xüsusi ilə transsərhəd su axımlarının kompleks istifadəsi və mühafizəsi suyun keyfiyyət göstəriciləri üzrə kifayət qədər operativ və dəqiq məlumatlar tələb edir. Bu da suyun keyfiyyət göstəriciləri üzrə yeni və müqayisəli xüsusiyyətlərə malik hidrokim-yəvi məlumatlara olan tələbatı artırır.

Yuxarıda göstərilənlər həyata keçirilən mürəkkəb kompleks tədqiqatların bir hissəsini təş-kil edir və bu baxımdan su ehtiyatlarının monitorinqi üzrə işlər geniş və əsaslı tədqiqatlar əsasında həyata keçirilməlidir. Bütün bunlar suyun tərkibində aparılan kimyəvi analiz me-todlarının və ekoloji qiymətləndirilmənin daimi təkmilləşdirilməsini tələb edir və təhlillər-də ən çox diqqət bu istiqamətə yönəldilmişdir.

Kür çayı. Azərbaycanın əsas su arteriyası olan Kür çayının Gürcüstan sərhədindən mənsəbinədək olan hissəsi müşahidə şəbəkəsi ilə əhatə olunmuşdur. Kür çayının ölkə ərazisində olan hissəsinin yuxarı, orta və aşağı axınlarında aparılmış monitorinqlər göstərir ki, çayın suyunda olan xarakterik çirkləndiricilərdən mis, fenollar və neft məhsullarının miqdarı axın boyu müxtəlif olur. Yuxarı və aşağı axında çirklənmə sə-viyyəsi orta axına nisbətən daha çox qeydə alınır. Kür çayının yuxarı axında yüksək çirklənməsi onun keçdiyi ölkələrin ərazisində baş verir, aşağı axarlarda isə yaşayış məntəqələrindən axıdılan çirkab suların və Araz çayı vasitəsi ilə (Ermənistan ərazisin-dən) gətirilən tullantıların hesabınadır. Kür çayı ölkə ərazisinə qonşu ölkələrdən artıq çirklənmiş halda daxil olur. Gürcüstanla sərhəddə yerləşən Şıxlı-2 məntəqəsində çay suyunun çirklənmə səviyyəsi beşillik müşahidələrin nəticələrinə və Suyun Çirklənmə

Diaqram 5. 2011-ci ildə iqtisadi fəaliyyət sahələri üzrə sudan istifadə edilməsi, mln. m3/il

5746

109397

1760

Məişət içməli

İstehsalat

Kənd təsərrüfatı

Digərləri

Ətraf mühitin vəziyyəti

Page 30: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

3030

İndeksinə görə normadan dəfələrlə çox müəyyən edilmişdir. Belə ki, suyun tərkibində fenolların miqdarı normadan 7-9 dəfə, mis birləşmələri 5-7 dəfə, neft məhsulları 1,2-2,8 dəfə və biogen maddələrin miqdarı isə 1,4-3,7 dəfə normadan yüksəkdir. Çayın Gürcüstan ilə sərhədindən Mingəçevir su anbarına qədər axımında çirkləndirici mən-bələrin olmaması və çayda gedən təbii özünütəmizləmə prosesləri nəticəsində suyun tərkibindəki çirkləndirici maddələrin qatılığı 30-55 %-ə qədər azalır, lakın onların miqdarı normadan yenə də yüksək olaraq qalır.

Kür çayının Araz çayı ilə qovuşan hissəsində (Surra məntəqəsi) Kür çayı suyunun mine-rallaşması 800-1200 mq/l qədər yüksəlir, bu da Kürün yuxarı axımı ilə müqayisədə iki dəfə və onun orta axımı ilə (Mingəçevir və Zərdab) müqayisədə 35-50 % çoxdur. Kür çayı Zərdab müşahidə məntəqəsində çaya həm antropogen təsirin az olması, həm də çay-da gedən özünütəmizləmə proseslərinin nəticəsində çirkləndiricilərin qatılığı azalır. Cayın aşağı axımında çirkləndirici maddələrin, o cümlədən mis birləşmələrinin qatılığı 2-6 dəfə, fenolların 2-5 dəfə, neft məhsulları və biogen maddələr isə 2-3 dəfə normadan yüksəkdir.

Xəritə 3. Monitorinq-müşahidə məntəqələri

Mərkəzi laboratoriya

Regional tədqiqat laboratoriyası

Məlumatların ötürülməsi

Müşahidə məntəqələriİşğal olunmuş ərzilərdə qalanmüşahidə məntəqələri

Page 31: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

3131

Diaqram 6. Kür çayının yuxarı, orta və aşağı axınında çirklənmə səviyyəsi, dəfə normadan artıq

Araz çayı. Aparılan monitorinqin nəticələrinə əsasən Araz çayında xarekterik çirkləndiri-cilərin qatılığı - mis birləşmələri 8-11, fenollar 5-7, neft məhsulları 0,4-1,4, sulfatlar isə 1,4-1,8 dəfə normadan artıqdır. Buna səbəb Ermənistan ərazisindən təmizlənmədən birbaşa çaya axıdılan məişət və sənaye müəssisələrinin tullantı sularının təsiridir.

Ölkə ərazisinin 3/4 hissəsinin Cənubi Qafqazın ən böyük su arteriyası olan Kür çayı höv-zəsinin aşağı relyefində yerləşdiyindən, çayın qonşu dövlətlərin ərazilərində çirklənməsi ekoloji gərginlik yaradır. Hazırda Azərbaycanın bütün tranzit çayları yuxarı axarlarında güclü çirklənməyə məruz qalır.

Diaqram 7. Araz çayının yuxarı, orta və aşağı axınında çirklənmə səviyyəsi dəfə normadan artıq

12

10

8

6

4

2

02008 2009 2010 2011 2012 2008 2009 2010 2011 2012

Şıxlı-2

Mingəç

evir

Ş.Ş.Ba

nkə

2008 2009 2010 2011 2012

neft və neft məhsullarıfenol

Cu2+

NO2-

12

10

8

6

4

2

02008 2009 2010 2011 2012 2008 2009 2010 2011 2012 2008 2009 2010 2011 2012

Horadiz

Bəhrə

mtəpə

Novruzlu

neft və neft məhsullarıfenol

Cu2+

NO2-

Ətraf mühitin vəziyyəti

Page 32: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

3232

Qonşu ölkələr tərəfindən təmizlənməmiş tullantı sularının tranzit çaylara axıdılması onun hidrokimyəvi rejiminə və suyun keyfiyyətinə güclü mənfi təsir göstərir. Transsərhəd çirk-lənməyə məruz qalan su hövzələrində özünü bərpa prosesi pozulmuş və istifadə üçün təhlükə mənbəyinə çevrilmişdir.

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən Sərsəng su anbarından təzyiq vasitəsi kimi də istifadə edilir. 560 mln m3 tutumu olan bu su an-barının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan əhalisi azərbay-canlılardan ibarət olan kəndlərə və yaşayış məntəqələrinə buraxılır və nəticədə yaşa-yış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiyalar su altında qalır. İsti yay mövsümündə isə əksinə, buraxılan suyun həcminin azaldılması nəticəsində bu ərazidə kəskin su qıtlığı yaranır.

Ölkə ərazisinin 20% Ermənistan tərəfindən işğalı nəticəsində təbii sərvətlər aman-sız istismar olunur və su ehtiyatları həddindən artıq çirkləndirilir.

3.2. Atmosfer havasının vəziyyəti

Urbanizasiya prosesinin sürətlənməsi, xüsusilə avtonəqliyyat vasitələrinin çoxalması, ha-belə əmələ gələn tullantıların düzgün idarə olunmaması havanın antropogen çirklənmə-sinin əsas səbəblərindəndir.

Son illərdə bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsi, bu mənbələrdə formala-şan tullantıların 2 dəfədən çox azalmasına gətirib çıxarmışdır.

Atmosfer havasının çirklənməsi. Son illərdə atmosfer havasının çirklənməsində başlıca rol oynayan avtomobil mühərriklərinin ixrac etdiyi daxili yanma məhsullarının tərkibindəki zərərli qazlardır. Statistik məlumatlara əsasən 2012-ci ildə avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr ümumi tullantıların 79%-ni təşkil etmişdir. Avtonəqliyyat vasitələrinin sayının intensiv şəkildə artması və tıxacların artması, xüsusən iri şəhərlərdə atmosfer havasının avtomobillərin ixrac etdiyi zərərli tullantılarla həddən artıq çirklənməsi və fiziki təsiri problemin həllini xeyli çətinləşdir-mişdir.

Bakı şəhərində səyyar mənbələr tərəfindən atmosferə atılan zərərli qazların miqdarını ar-tırmışdır.

Atmosfer havasının çirklənməsi üzrə müşahidələr 8 iri sənaye şəhərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Şəki, Naxçıvan və Lənkəranda) yerləşən 26 müşahidə məntəqə-sində aparılır.

Page 33: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

3333

Bakı şəhəri üzrə havada əsas çirk-ləndiricilərin orta qatılığı toz -2,0 dəfə, azot 4-oksid -1,7 dəfə, hid-rogen flüorid -1,4 dəfə yüksək ol-muşdur.

Sumqayıt şəhəri üzrə zərərli mad-dələrin birdəfəlik maksimal qa-tılığının normadan artıq olması ilə yanaşı, il boyu havada zərərli maddələrin orta qatılığı da nor-madan artıq müşahidə olunmuş-dur. Sumqayıt şəhərində havada əsas çirkləndiricilərdən azot 4-oksid -2,2 dəfə, hid-rogen flüorid -1,8 dəfə normadan yüksək olmuşdur.

Gəncə şəhəri üzrə 2012-ci il ərzində atmosfer havasında müşahidə olunan zərərli mad-dələrin orta qatılığı toz -1,3 dəfə, hidrogen flüorid -1,6 dəfə yol verilən qatılıq həddindən artıq olmuşdur.

Mingəçevir şəhəri üzrə aparılan müşahidələrin nəticələrinə görə, toz -1,3 dəfə normadan yüksək olmuşdur.

Şirvan şəhəri üzrə 2012-ci il ərzində atmosfer havasında azot 4- oksidin orta sutkalıq qatılığı 1,2 dəfə normadan artıq müşahidə olunmuş, lakin 2009-2010-cu illərlə müqayisədə azalmışdır.

Şəki, Lənkəran və Naxçıvan şəhərləri üzrə atmosfer havasındakı zərərli inqrediyentlərin orta və maksimal qatılıqları yol verilən qatılıq həddini keçmir.

Atmosfer havasının çirklənmə səviyyəsi haqqında gündəlik bülleten hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim olunur. Bülletenlərdə sənaye şəhərlərinin atmosfer havasının çirklənməsinə dair faktiki məlumat (zərərli maddələrin maksimal qatılığının yol verilən qa-tılıq həddinə nisbəti) ilə yanaşı, sutka ərzində göstərilən şəhərlər üzrə atmosfer havasının çirklənmə səviyyəsinin proqnozu da verilir.

Monitorinqin nəticələri göstərir ki, ölkənin iri sənaye şəhərlərində atmosfer havası bu şəhər-lərdə fəaliyyət göstərən sənaye sahələrindən asılı olaraq, müxtəlif dərəcədə çirklənməyə məruz qalır. Bakı şəhəri üçün havanın spesifik çirkləndiricilərindən toz, dəm qazı, azot 4-ok-sid, his və furfurolun miqdarı ayrı-ayrı günlərdə yol verilən qatılıq həddini ötür. Sumqayıt şəhəri üzrə xlor, azot 4-oksid, hidrogen flüorid normadan artıq müşahidə edilmir. Gəncə şəhərində zərərli maddələrdən yalnız toz və hidrogen flüoridin miqdarı normanı ötür. Şir-van şəhərində atmosferin azot 4-oksidlə çirklənməsi daha xarakterikdir. Naxçıvan, Şəki və Lənkəran şəhərlərinin atmosfer havasının çirklənməsi normanı keçmir.

1200

1000

800

600

400

200

02008 2009 2010 2011 2012

642 697 742 779 849,3

295 300 215 224 226

Stasionar mənbələrdən Avtomobil nəqliyyatındanDiaqram 8. Atmosfer havasına atılan çirkləndirici

maddələrin miqdarı, min ton

Ətraf mühitin vəziyyəti

Page 34: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

3434

Atmosfer yağıntılarının kimyəvi tər-kibi. Ölkə ərazisində atmosfer yağıntı-larının kimyəvi tərkibi üzrə müşahidələr 21 məntəqədə aparılır.

Atmosfer yağıntılarının tərkibində 11 kimyəvi göstərici - sulfat (SO4

2-), nitrat (NO3

-), ammonium (NH4+), xlorid (C1-),

fosfat (PO43-), hidrokarbonat (HCO3

-), kalsium (Ca2+), maqnezium (Mq2+) ion-

ları, codluq, elektrik keçiriciliyi və hidrogen göstəricisi (pH) müəyyən edilir.

Ümumiyyətlə, ölkə üzrə il ərzində orta hesabla atmosfer yağıntılarının kimyəvi tərkibinin 21,8%-ni sulfat, 4,4 %-ni nitrat, 2,2%-ni ammonium, 13,3%-ni xlorid, 40,4%-ni hidrokar-bonat, 0,3%-ni fosfat, 13,5%-ni kalsium və 4,1 % -ni maqnezium ionları təşkil edir.

3.3. Torpaq ehtiyatlarının vəziyyəti

Ölkənin ümumi torpaq fondu 8,6 milyon hektar olsa da, onun yalnız 4,5 milyon hektarı kənd təsərrüfatı üçün yararlıdır. Eroziya, şoranlaşma, bataqlıqlaşma, çirklənmə və s. pro-seslərin təsiri nəticəsində torpaqların deqradasiyası baş verir.

Bu prosesdə xüsusilə intensiv rol oynayan faktorlardan biri eroziya prosesidir. Ölkədə 3,7 mln. ha torpaq sahəsi bu prosesin təsirinə məruz qalmışdır ki, bunun 0,7 mln hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Torpaqların eroziya təsirinə məruz qalmasının əsas səbəbləri ölkənin təbii iqlim şəraiti ilə yanaşı, əkinçilik mədəniyyətinin aşağı səviyyədə olması və mal-qaranın sistemsiz olaraq otarılması və s. kimi antropogen amillərdir.

Ölkənin 1,2 mln. ha torpaq sahəsi şoranlaşmaya məruz qalmışdır və bunun 600 min ha-dan artığı suvarılan sahələrdir. Torpaqların relyefi, meliorativ xüsusiyyətləri, kollektor-dre-naj xətlərinin vəziyyəti, şoranlaşma dərəcəsi, Xəzərin səviyyəsinin qalxması nəticəsində sahil zonaların su basması və yeraltı suların səviyyəsinin qalxması kimi amillər həmin tor-paqların şoranlaşmasına və əkin dövriyyəsindən çıxmasına gətirib çıxarmışdır.

Torpaqların ekstensiv istifadəsi, heyvandarlığın kifayət qədər yem bazası olmadan inkişafı və mal-qaranın sürətlə artması səbəbindən mövcud otlaqların və meşə ərazilərinin həd-dən artıq otarılması öz növbəsində səhralaşmaya səbəb olur.

Statistik məlumatlarda ölkədə 8387 min baş xırdabuynuzlu heyvan olduğu qeyd edilir. Bu isə o deməkdir ki, heyvanların qış otlaqlarına olan tələbatı 36%, yay otlaqlarına olan tələ-batı isə 27% ödənilir. Lakin ərazilərdə davarların, habelə mal-qaranın real sayı qat-qat çox

Şəhərlər 2008 2009 2010 2011 2012

Bakı 451,8 474 504,6 529,8 555,4

Gəncə 41 41,8 44,5 46,7 48,0

Mingəçevir 7 7 7,4 7,8 9,9

Sumqayıt 9 8,4 8,9 9,3 11,2

Şirvan 5,5 5,6 5,9 6,2 8,8

Cədvəl 3. İri şəhərlərdə avtomobil nəqliyyatından atmosfer havasına

atılan çirkləndirici maddələrin miqdarı, min ton

Page 35: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

3535

olduğuna görə, otlaq və biçənək ərazilərinin normadan dəfələrlə artıq yükləndiyi müəyyən olunmuşdur. 200 min hektar yaylaq və 50 min hektar qışlaq sahələrinin işğal zonasında olması problemi daha da kəskinləşdirir. 1951-2012-ci illər ərzində otlaqlarda mal-qaranın sıxlığı ekoloji sistemin müəyyən edilmiş potensial gücündən 5 dəfə çox artmışdır. Yalnız ötən onillikdə Böyük Qafqazda mal-qaranın otarılma səviyyəsi 3 dəfə artmışdır.

Təəssüf ki, otlaq sahələrindən təyinatı üzrə istifadə olunmaması, qışlaqlarda normadan artıq və təyinata uyğun olmayan əkinlərin aparılması, hər hektar sahəyə düşən davar-ların sayının normadan dəfələrlə artıq olması və iribuynuzlu mal-qaranın sürü halında otarılması, qış otlaqlarından fasiləsiz olaraq ilboyu istifadə olunması, habelə torpaqların münbitliyinin bərpası ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməməsi və s. bu kimi problemlər hələ də qalmaqdadır.

Torpaqların çirklənməsi. Azərbaycan Respublikası ərazisində torpaqların pestisidlər və digər kimyəvi maddələrlə, ağır metallarla, neft və neft məhsulları ilə çirklənməsi üzrə monitorinqlər 21 müşahidə məntəqəsi üzrə aparılmışdır.

Torpaqların neft və neft məhsulları ilə çirklənməsi Abşeron yarımadası ərazisində neft mədənlərində və onlara yaxın ərazilərdə aparılır.

Xəritə 4. Abşeron yarımadasında antropogen təsirlər nəticəsində çirklənmiş ərazilər

Abşeron yarmadasınınsahəsi -222,4 min ha

Antropogen təsirlər nəticəsində çirklənmiş sahələr -33,3 min ha

Ətraf mühitin vəziyyəti

Page 36: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

3636

Balaxanı, Binəqədi, Suraxanı və digər ərazilərdə istismar olunan neft mədənlərindən götürülmüş torpaq nümunələrində neftlə çirklənmə səviyyəsi digər ərazilərlə müqa-yisədə daha yüksək olduğu qeydə alınmışdır. Misal üçün, “Əmirov“ adına NQÇİ ərazi-sində torpaqların neftlə çirklənmə səviyyəsinin 2008-ci ildə 2415 mq/kq, yəni norma-dan 27 dəfə çox olması müşahidə edilmişdir.

Torpaqların fon tərkibi. 2008-2012-ci illərdə 21 müşahidə məntəqəsi üzrə hər ay atmosfer yağıntılarından sonra torpaq nü-munələri götürülmüşdür. Həmin nümunələrdə hidrogen göstəricisi (pH), nitrat (NO3-) və sulfat (SO4

2-) ionlarının miqdarı təyin edilmişdir.

Aparılan araşdırmalar göstərir ki, pH göstəricisi normanı keçməmiş, nitrat

ionlarının orta illik miqdarı norma daxilində olmuş, sulfat ionlarının orta illik miqdarı isə bəzi yerlərdə yüksək olmuşdur. Misal üçün, sulfat ionlarının orta illik miqdarı 2009-cu ildə Neftçalada 6925 mq/kq və ya normandan 22 dəfə çox müşahidə edilmişdir.

Torpaqların deqradasiyası. Otlaq sahələrindən təyinatı üzrə istifadə olunmaması, qış-laqlarda normadan artıq və təyinata uyğun olmayan əkinlərin aparılması, hər hektar sahəyə düşən davarların faktiki baş sayının normadan dəfələrlə artıq olması və iribuynuz-lu mal-qaranın sürü halında otarılması, qış otlaqlarından fasiləsiz olaraq ilboyu istifadə olunması, habelə torpaqların münbitliyinin bərpası ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməməsi və s. bu kimi problemlər hələ də qalmaqdadır.

Statistik məlumatlarda ölkədə 8387 min baş xırdabuynuzlu heyvan olduğu qeyd edilir. Bu isə o deməkdir ki, heyvanların qış otlaqlarına olan tələbatı 36%, yay otlaqlarına olan

tələbatı isə 27% ödənilir. Lakin ərazilərdə davarların, habelə mal-qaranın real sayı qat-qat çox olduğuna görə, otlaq və biçənək ərazilərinin norma-dan dəfələrlə artıq yükləndiyi müəyyən olunmuşdur.

Mal-qaranın normadan artıq otarma otlaq və meşə ekosis-temlərinin deqradasiyasına gə-

İqtisadi rayonlar pH

(SO42-) mq/kq

Yol verilən qatılıq həddi

Müşahidə edilmiş qiymət

Gəncə-Qazax 7,5-8,4 300-350 800-900

Aran 7,1-8,0 300-350 700-5800

Dağlıq Şirvan 7,6-8,3 300-350 566-1500

Cədvəl 4. 2008-2012-ci illər üzrə torpaq nümunələrində sulfat ionlarının miqdarı

Qeyd * Cədvəlin 2011-ci il üzrə göstəricilərindəki artımın səbəbi “bp“ şirkəti tərəfindən tullantılar üzrə 2 illik hesabatın bir yerdə Dövlət Statistika Komitəsinə təqdim edilməsidir.

Cədvəl 5. Təhlükəli tullantıların miqdarı, əmələ gəlməsi, istifadəsi və zərərsizləşdirilməsi üzrə göstəricilər, min tonla

2008 2009 2010 *2011 2012

Mövcud tullan larınmiqdarı 1644,7 1594,8 1613,3 1717,5 1764,5

Tullan ların əmələgəlməsi 24,3 131,8 140,0 185,4 297,0

Tullan ların is fadəsi 4,7 18,7 5,5 3,6 6,3

Tullan larınzərərsizləşdirilməsi 8.6 10,4 58,4 37,1 113,9

Page 37: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

3737

tirib çıxaran əsas amillərdən biridir. 1951-2012-ci illər ərzində otlaqlardan mal-qaranın sıxlıq səviyyəsi ekoloji sistemin müəyyən edilmiş potensial gücündən 5 dəfə çox artmışdır. Yalnız ötən oniilikdə Böyük Qafqazda mal-qaranın otarılması səviyyəsi 3 dəfə artmışdır.

Qışlaqların 60%-dən çoxu, yaylaqların isə 70%-i eroziyaya məruz qalmış, otlaqların 16-20%-i isə şoranlaşma, bataqlaşma və su altında qalması nəticəsində sıradan çıxmışdır. 3,6 milyon hektar, yaxud ölkənin quru ərazisinin təqribən 42%-i eroziyaya məruz qalmışdır. Torpaq münbitliyinin azalması bitki örtüyünün zərərli və ya mal-qara tərəfindən yeyil-məyən növlərlə əvəz olunmasına gətirib çıxarır. Nəticədə, deqradasiya uğramış torpaqda yem bitkilərinin sayı aşağı düşür və növ tərkibi dəyişir.

3.4. Tullantıların idarə olunması

Təhlükəli tullantıların idarə olunması. Sənayenin inkişafının müasir mərhələsi iqtisadiy-yatın inkişafı ilə yanaşı müxtəlif növdə təhlükəli sənaye tullantılarının həcminin artımı ilə xarakterizə olunur.

Azərbaycanda sənaye potensialının çox hissəsi tarixən Bakı və Abşeron yarımadasında cəmləşmiş və istehsal prosesində yaranan sənaye tullantılarının idarə olunmasına uzun illər ərzində lazımi diqqət yetirilmədiyindən təhlükəli tullantılar ətraf mühitə zərərli təsir-lər göstərmişdir.

Əmələ gələn təhlükəli tullantıların ümumi həcminin (185423 ton) əksər hissəsini ölkə-nin ya nacaq-enerji kompleksinin, neft və kimya sənayesinin müəssisələrində formalaşan tullantılar təşkil edir. Belə ki, 2011-ci il ərzində neft sənayesinin müxtəlif müəssisələrin-də əmələ gələn təhlükəli tullantıların həcmi 155072 ton, yanacaq-enerji kompleksinin müəssisələrində 27440 ton və kimya sənayesinin müəssisələrində 1850 ton olmuşdur. Bu tullantılara tərkibində vanadium, nikel və onun birləşmələri olan tullantıları - 283 ton, neft şlamlarını - 141382 ton, tərkibində civə olan tullantıları - 693 ton, turş qudronlar -3196 ton və s. misal göstərmək olar.

Təhlükəli tullantıların müəyyən hissəsi poliqonlara daşınsa da, qalan hissəsi müəssisələrin ərazilərində saxlanılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdır-malar göstərir ki, müəssisələrdə sənaye tullantılarının saxlanılma şəraiti əksər hallarda ekoloji norma və standartlara cavab vermir. Bununla yanaşı, əmələ gələn tullantıların bir çox müəssisələrdə uçot və hesabatının dəqiq aparılmaması ümumi statistik hesabatların göstəricilərində qeyri-dəqiqliyə gətirib çıxarır.

Təhlükəli tullantılar poliqonları əsasən Abşeron yarımadasında yerləşir. Ölkənin digər re-gionlarında təhlükəli tullantı poliqonlarının (regional poliqonların) olmaması isə öz növ-bəsində həmin regionlarda ətraf mühitin təhlükəli tullantıların zərərli təsirlərindən qorun-

Ətraf mühitin vəziyyəti

Page 38: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

3838

masında çətinliklər yaradır. Belə ki, 2011-ci il ərzində ölkə ərazisində müxtəlif növdə və təhlükəlilik sin-fində 1,7 mln ton tullantı movcud olduğunu və təhlükəli tullantıla-rın yerləşdirilməsi üçün cəmi 4 poliqonun fəaliyyət göstərdiyini nəzərə alsaq, tullantıların yerləşdi-rilərək ətraf mühitdən təcrid olun-ması məqsədilə yeni poliqonların yaradılması vacib hesab edilə bilər.

Təhlükəli tullantıların idarə olun-masında yuxarıda göstərilən prob-lemlərə tibbi tullantılarla bağlı problemləri də aid etmək olar. Araşdırmalar göstərir ki, müali-cə-profilaktika müəssisələrində formalaşan tibbi və əczaçılıq tul-lantıları əvvəlki illərdə olduğu kimi, hazırda da əsasən çeşidlənmədən digər tullantılarla birgə zibilxana-lara aparılır. Belə ki, 2011-ci ilin statistik hesabatına əsasən ölkə üzrə 530,6 ton sözügedən tullan-tı əmələ gəlmiş və poliqona və ya zibilliklərə atılmışdır. Tibbi tullan-tıların idarə olunmasının hüquqi əsasları olsa da, idarəetmə hələ də qənaətbəxş səviyyədə deyildir.

Tibbi tullantıların zərərsizləşdiril-məsi Balaxanıda tikilmiş məişət tullantılarının yandırılması zavo-dunda nəzərdə tutulmuşdur. Za-vod tam gücü ilə istismara başla-dıqdan sonra ildə 10 min ton tibbi tullantının yandırılması həyata ke-çiriləcəkdir.

Təhlükəli tullantıların yerləşdirilməsiüçün mövcud poliqonlar

ETSN-in“Təhlükəli tullantıların idarə olunması üzrə Milli Mərkəz“. Poliqonun hücrələrinin ümumi həcmi 550 min m3

təşkil edir. Bu hücrələrdə ümumilikdə 111 min m3 təhlükəli tullantı yerləşdirilmişdir ki, bunlardan 96 min m3-i Sumqa-yıt Səthi Aktiv Maddələr zavodunun civəli şlamı, 2 min m3-i alüminium şlakı, 1 min m3-i sement tozu, qalanları isə ay-rı-ayrı müəssisə və təşkilatlardan qəbul edilən tullantılardır. Bununla yanaşı, poliqonun 50 min m3-lik hücrəsində bp şirkətinin 49 min m3 təhlükəsiz tullantıları yerləşdirilmişdir.

“Axtarma“ poliqonu. Burada ARDNŞ-in müəssisələrində əmələ gələn təhlükəli tullantılar yerləşdirilir. Poliqonun hücrələrinin ümumi həcmi 45 min m3 təşkil edir və bu hücrələrdə 50 min tondan çox tərkibində kimyəvi mad-dələr olan qazma şlamı yerləşdirilmişdir. Bundan əlavə po-liqonun ərazisində 500 tona yaxın işlənmiş avtomobil şin-ləri və 30 tona yaxın işlənmiş akkumulyatorlar mövcuddur.

“Sərəncə“ poliqonu. Burada “bp“ şirkətində əmələ gələn 337 növdə 4634 m3 həcmdə təhlükəli tullantılar yerləşdi-rilmişdir.

“Cəngi“ poliqonu. Poliqonda ümumi həcmi 8 min m3 olan 243 hücrə mövcuddur və bu hücrələrdə 3084 ton DDT, kalsium arsenat, kalsium sianamid, heksaxloran, qranozan, xomesin, sineb və s. vaxtı keçmiş və istifadəyə yararsız pes-tisidlər, 1180 ədəd çəlləkdə maye polidofen və pestisidlə çirklənmiş 200 ədəd poddon yerləşdirilmişdir.

Radioaktiv tullantıların basdırılması məntəqəsi. FHN-in nəzdində fəaliyyət göstərən “İzotop“ Xüsusi Kombinatının poliqonudur və burada istifadə olunmuş radioaktiv mad-dələr basdırılır. Məntəqədə 1963-cü ildən istismarda olan 10 quyu dolmuş və konservasiya olunmuşdur. Bundan əlavə məntəqədə yüksək, orta və aşağı aktivlikli radioaktiv tullantıların saxlanılması üçün ümumi həcmi 2581 m3 olan 155 quyu mövcuddur.

Page 39: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

3939

Müəssisə və təşkilatlarda, həmçi-nin əhali tərəfindən istifadə edilən lüminessent lampaların sıradan çıxması nəticəsində təhlükəli tul-lantı əmələ gəlir. 2012-ci ilin sta-tistik hesabatına əsasən 10,9 ton lampa tullantıları əmələ gəlmişdir. Bu növ tullantıların toplanması və zərərsizləşdirilməsi üzrə problem-lər mövcuddur. Belə ki, işlənmiş lüminessent lampaların qəbulu və

zərərsizləşdirilməsi üçün xüsusi qurğu və avadanlıqları olan xüsu-siləşdirilmiş müəssisələr yoxdur.

Ölkədə tullantıların zərərsizləşdi-rilməsi üçün əksər hallarda onların poliqonlarda basdırılması üsulun-dan istifadə olunur. Təhlükəli tullan-tıların mülkiyyətçiləri tərəfindən zərərsizləşdirilməsi və utilizasiyası sahəsində müəyyən ad-dımlar atılsa da (məsələn BP şirkətində qazma şlamlarının utilizasiyası, ARDNŞ-də neft tərkibli suların və torpaqların təmizlənməsi və s.), bu istiqamətdə geniş miqyasda müasir texnologi-yaların tətbiqi tullantıların daha səmərəli idarə olunması üçün imkanlar yaradacaqdır.

Məişət tullantılarının idarə olunması. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2012-ci il ərzində 6,9 mln.m3 məişət tullantısı əmələ gəlmişdir.

2008-2011-ci illər ərzində əmələ gəlmiş məişət tullantılarının həcmi (m3-lə) aşağıdakı diaq ramda göstərilmişdir.

Məlumdur ki, son illərdə geniş vüsət almış tikinti-quraşdırma işləri nəticəsində tikin-ti-söküntü tullantıları formalaşır ki, bu tullantılar üçün müvafiq poliqonlar olmadığından tul-lantılar ətraf ərazilərə atılır və ya məişət tullantıları ilə birlik-də daşınır. Bu tullantılar əmələ gəlmə yerlərində çeşidlənmədi-yindən təhlükəli tullantıların da (məsələn asbest dam örtükləri) ümumi tullantı kütləsinə qarış-masına səbəb olur.

7000000

6800000

6600000

6400000

6200000

6000000

5800000

66777706705300

6893800

6200000

2008 2009 2010 2011

Diaqram 9. Məişət tullantılarının yaranmasının illər üzrə göstəriciləri

Göstərici və vahidƏhalinin sayı, min nəfər (2012) 9235,1

Şəhərlərdə adambaşına gündəlik yaranan məişət tullantılarının miqdarı, kg/adam/ gün

0,615

Şəhərlərdə yaranan məişət tullantılarının illik miqdarı, min ton

1000,9

Cədvəl 6. Bərk məişət tullantılarının yaranması haqqında məlumat

Məişət tullantılarının tərkibi, %

63,5

12,8

2,1

6

8,1

7,5

Mətbəx tullantıları

Plastik

Kağız/karton

Metal/şüşə

Təhlükəli

Digər

Ətraf mühitin vəziyyəti

Page 40: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

4040

Aparılan araşdırmalar göstərir ki, Bakı şəhərində ümumi ərazisi təqribən 25 min m2 olan 160-dan çox qanunsuz yaradılmış zibillik mövcuddur.

Tullantıların ətraf mühitə və insan sağlamlığına təsirləri əsas etibarı ilə aşağıdakılardan ibarətdir:• Tullantıların təcrid olunmadan yerləşdirilməsi nəticəsində ağır metalların və toksik

maddələrin torpağın dərin qatlarına nüfuz etməsi və yeraltı sulara qarışması. Ba-laxanı poliqonunda və ona yaxın ərazilərdən götürülmüş torpaq nümunələrində ağır metallarla, xüsusi ilə Cd, Cr, Pb, Sn və Zn ilə çirklənmə, su nümunələrində isə ağır metallar, xüsusi ilə Cd, Cu və Pb ilə çirklənmə müşahidə olunur.

• Zibilxanaların ətrafında uçucu təhlükəli maddələrin, o cümlədən tullantıların nə-zarətsiz yandırılmasından əmələ gələn tüstünün havanı çirkləndirməsi.

3.5. Radiasiya fonu

Ekologiya və Təbii Sərvət-lər Nazirliyinin Ətraf mü-hit üzrə Milli Monitorinq Departamenti tərəfindən ölkə ərazisində radiasiya fonu daimi olaraq nəzarət-də saxlanılır. Təbii şəraitdən asılı olaraq γ-radiasiya fonu ölkə ərazisində mövsümlər üzrə az dəyişsə də, əsasən təbii fon daxilindədir.

2008-2012-ci illərdə ölkə ərazisində 11 məntəqədə atmosfer aerozollarının β–radioaktiv-liyinin müşahidələri aparılmış və həmin nümunələrdə radionuklidlər aşkar olunmamışdır.

Diaqram 11. Mərkəzi Aran üzrə 2008-2012-ci illərdə γ-radiasiya fonunun dəyişmə dinamikası, mkR/saat

Zonalar 2008 2009 2010 2011 2012Bakı-Abşeron 6-16 6-14 5-15 6-15 7-13Naxçıvan MR 10-15 9-16 9-16 10-15 10-15Kiçik Qafqaz 6-17 6-16 6-16 5-18 6-13Böyük Qafqaz 7-18 6-17 7-18 6-21 7-20Mərkəzi Aran 5-18 6-18 5-20 6-19 5-18Lənkəran-Astara 6-16 5-18 6-16 5-15 6-15

Cədvəl 7. Radiasiya fonunun 2008-2012-ci illərdə zonalar üzrə illik dəyişmə intervalı, mkR/saat

242220181614121086420

Mərkəzi Aran

fon minfon maxgöstərici mingöstərici max

2008 2009 2010 2011 2012 təbii fon

Page 41: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

4141

3.6. Bioloji müxtəliflik

Azərbaycanın təbiəti çox maraqlı və rəngarəngdir. Ölkə ərazisinin yarıdan çoxunu quru landşaftlar (yarımsəhralar, dağətəyi və dağlıq çöllər) əhatə edir. Təbii və coğrafi şəraitinin unikallığı burada flora və faunanın növ müxtəlifliyinin rəngarəngliyinə şərait yaratmışdır. Yer üzərində mövcud olan 11 iqlim tipinin 9-na Azərbaycanda təsadüf edilir. Bu amil ölkə-də zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır.

Bioloji müxtəlifliyin azalması təbiətə antropogen təsirlərin nəticəsində baş verir. İqlim də-yişilməsi də öz növbəsində ekosistemə funksional təsir göstərir və yekunda biomüxtəlif-liyin azalmasına gətirib çıxarır.

1950-ci ildən turan pələnginin kökü tamamilə kəsilmiş, kaftar, bəbir, vaşaq, çöl pişiyi, saf-sar, ceyran, bezoar keçinin, muflonun sayında areallarının azalması səbəbindən azalma tendensiyası müşahidə olunmuşdur. XXI əsrin əvvəllərindən başlayaraq aparılan təbiəti mühafizə tədbirləri nəticəsində ceyranın, çöl pişiyinin sayı təhlükəli həddən çıxaraq xeyli dərəcədə artmış, digər növlərin də sayında müsbət dinamika qeydə alınmışdır.

Hazırda ölkə ərazisində ən çox təhlükədə olan və daha həssas ekosistemlər Kür-Araz düzənliyin-dədir. Bu ekosistemlərdə torpaqlardan düzgün istifadə edilməməsi eroziya ilə nəticələnmişdir. Ekosistemin deqradasiyası artdıqca otlaqlar üzə-rində təzyiqlər artır. Torpaq və bitki örtüyünün davamlılığını bərpa etmək üçün zəruri tədbirlərin görülməsi vacibdir (torpaqların idarə edilməsinin təkmilləşdirilməsi, otlaq və meşələrin birgə (inteq-rasiyalı) idarə olunması, otlaqların heyvan saxlama normaları ilə bağlı qərarların icrasının təkmilləşdirilməsi, deqradasiyaya uğramış otlaqların bərpa edilməsi üçün potensialın artı-rılması).

Abşeron yarımadasının yarımsəhra əraziləri daha çox antropogen təsirə məruz qalmış-dır. Güclü antropogen təsirə məruz qalan digər ekosistemlər dağ ekosistemləridir. Dağ meşələrinin yuxarı sərhəddinin aşağı düşməsi prosesi axırıncı onilliklər ərzində xeyli sürətlənmişdir. Yay otlaqlarından səmərəsiz istifadə eroziya proseslərinin güclənməsinə, çoxsaylı sel və sürüşmələrə səbəb olmuşdur.

Eyni zamanda son illər ölkədə iqtisadi inkişaf nəticəsində biomüxtəlifliklə zəngin ərazilər-də yolların və neft-qaz kəmərlərinin çəkilməsi fraqmentləşməyə, səhralaşmanın güclən-məsinə səbəb olmaqla ekosistemə ciddi zərbə vurur. Neftqazçıxarma müəssisələri ətraf mühitin komponentlərinə və digər sənaye sahələrinə də dolayı yolla təsir göstərirlər. Də-

əə --nn rr. --nn nnnn-

Azərbaycanda təxminən 4500 ali bitki növü yayılmışdır ki, bu da Qafqazın zən-gin bitki aləminin növ tərkibinin 64%-ni təşkil edir. Bunlardan 240-ı endemik və relikt növlərdir. Azərbaycanda 14000 növ həşəratkimilər, 100-ə yaxın balıq növü, 9 növ suda-quruda yaşayanlar, 54 növ sürünənlər, 394 növ quş və 107 növ məməli heyvan vardır.

Ətraf mühitin vəziyyəti

Page 42: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

4242

niz suyunun çirklənməsi canlılara mənfi təsir göstərir və balıq ovunu müəyyən dərəcədə məhdudlaşdırır.

Otlaqların intensiv otarılması onların bitki örtüyünün azalması, örüş yerlərində bitkilərin növ tərkibinin kasadlaşması və dəyişməsi, əvəzinə zəhərli və zərərli otların meydana çıx-ması və eroziya proseslərinin artması, öz növbəsində müvafiq ekosistemin deqradasiyaya uğraması ilə nəticələnir.

Su-bataqlıq ekosistemləri də xüsusi güclü antropogen təsirə məruz qalmışdır. İnsan fəa-liyyəti nəticəsində Mehman, Qarasu, Hacıqabul kimi su-bataqlıq əraziləri 2000-ci ildən demək olar ki, tam qurumuşdur. Bozqobu və Sarısu göllərinin əraziləri də irriqasiya və drenaj kanallarının tikilməsi nəticəsində azalır. Bu göllərin bir çoxu balıqların təbii artma yerləri kimi böyük əhəmiyyətə malikdir. Kür və Araz çaylarının tənzimlənməsi məqsədilə onların üzərində Mingəçevir və Bəhramtəpə bəndlərinin tikilməsi ilə əlaqədar nərəkimilə-rin təbii kürüləmə yerləri azalmışdır. Qeyd etmək lazımdır ki, Kür və Araz çayları tənzim-ləndiyi üçün ovalıqda yerləşən göllərin, əsasən, kollektor-drenaj suları ilə qidalanması nə-ticəsində 1953-cü ildən başlayaraq onların suyu kəskin minerallaşmış (5000-13000 mq/l) və bioresursları azalmışdır.

Ekosistemlərdə tarazlığın pozulması onların ayrılmaz hissəsi olan bitki və heyvanların məhv olmasına gətirib çıxarır. İnsan fəaliyyəti nəticəsində son 50 il ərzində bir sıra qiymətli və endemik ağac və bitki növlərinin arealları xeyli azalmışdır. Heyvanların təbii yaşayış mü-hitlərinin dağılması onların bir çoxunun, xüsusilə onurğasızların azalmasına gətirib çıxarır. Onurğalı heyvanlardan dar areallara uyğunlaşmış heyvanlar (zolaqlı kaftar kimi) xüsusi təh-lükəyə məruz qalır. 1950-ci ilədək kaftarların sayı 5-6 başdan artıq deyildi, hazırda tək-tək fərdlərinə nadir hallarda Zuvand və Qax dövlət təbiət yasaqlığının Hacınohur düzündə tə-sadüf edilir. Xüsusi təhlükə - canavar və sahibsiz itlər kimi düşməninin olması və təbii qida materialının azalmasıdır.

Həddindən çox və səmərəsiz istifadə nəticəsində yabanı tərəvəz və dərman bitkiləri, meyvə və giləmeyvələr də zərər çəkir. Xüsusən dərman bitkilərinin satış məqsədilə kütləvi olaraq toplanması onların ehtiyatlarının tükənməsi, bəzi növlərini isə kökünün kəsilmək təhlükəsi ilə üz-üzə qoyur.

Bitkilərlə yanaşı, Azərbaycandakı onurğalı, onurğasız heyvanların arealları, sayları aqressiv və patogen növlərin təsirindən də azalır. Heyvanat aləmi müxtəlifliyinin azalmasına gətirib çıxaran başqa amillər onların qanunsuz ovlanmasıdır. Insan amillərinin təsirindən (birbaşa və ya dolayı yolla məhvetmə, yaşayış yerlərindən sıxışdırılma) bir sıra yırtıcı (pələng, saf-sar, kaftar, bəbir, vaşaq, çöl pişiyi) və dırnaqlı məməlilər məhv olmuş və ya məhv olmaq təhlükəsindədir.

Page 43: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

4343

Ölkədə bioloji müxtəlifliyin qorunması sahəsində mövcud olan problemlərdən danışdıq-da ilk növbədə qeyd etmək lazımdır ki, erməni təcavüzü nəticəsində ölkəmizin işğal olun-muş ərazilərində Bəsitçay və Qara-göl Dövlət Təbiət Qoruqları, Daşaltı, Laçın, Qubadlı, Arazboyu Dövlət Təbiət Yasaqlıqları və bir sıra qiymətli və nadir təbiət abidələri nəzarətsiz qalmışdır. İşğal olunmuş qorunan təbiət ərazilərinin sahəsi 44,3 min hektar olmaqla əra-zidə yüzlərlə yaşı olan ağaclar, qiymətli meşə sahələri, tarixi və geoloji obyektlər vardır. O cümlədən son illər işğal olunmuş ərazilərdə meşə və əkin sahələrində ermənilər tərə-findən həyata keçirilən yanğınlar və təbii sərvətlərin bütün mümkün ola bilən üsullarla istismarı regionun ətraf mühiti və bioloji müxtəlifliyinə sağalmaz ziyan vurur.

Heyvandarlıq fəaliyyətinin genişlənməsi və otarma normalarına əməl olunmaması, xüsusən ekstensiv qoyunçuluğun inkişaf etdirilərək otlaqların həddən artıq otarılması və beləliklə məhv olması təbii əraziləri böyük antropogen təsirlə üz-üzə qoyur. Fermer təsərrüfatları və otlaq sahələrində aparılmış monitorinqlərin nəticələri sübut edir ki, bir çox yerlərdə 1 hektara düşən heyvan sayı otarma normasını 5-10 dəfə, bəzən isə daha çox üstələyir. Bu isə həmin ərazilərin qısa müddətdə səhralaşması, bitkilərin say və birliklərinin dinamikasına güclü zərbə vuraraq bitki örtüyünün məhv olması, vəhşi heyvanların öz yaşayış yerlərini məcburi surətdə dəyişməsi ilə nəticələnir.

3.7. Meşə ehtiyatları

Azərbaycanın ümumi dövlət meşə fondu torpaqları 1213,7 min hektardır ki, bunun da 1021 min hektarı meşə ilə örtülüdür. Meşələrin mühafizəsi və artırılması sahəsində təd-birlərin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artmışdır. Son 10 il ərzində 104 500 hektardan artıq sahədə meşəbərpa işləri aparılmış və yeni meşələr salınmış, 82 milyon ədəd ağac əkilmiş, 307 milyon ədəd əkin materialı yetişdirilmiş və 2 min ton toxum t ədarük edilmişdir.

Ölkənin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionu-nun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına 0,13 ha meşə sahəsi və 17,5 m3 oduncaq düşür.

Böyük Qafqaz sıra dağlarının cənub və şimal-şərq yamaclarında meşələr Azərbaycan əra-zisindən başlamış, Dağıstan sərhəddinə kimi uzanır. Meşələr Azərbaycanın şimal-şərqin-də, əsasən Qusar, Quba, Dəvəçi, Siyəzən və Xızı inzibati rayonlarından cənub-qərb is-tiqamətindəki ərazini əhatə edir. Xızı rayonundan cənub-qərb istiqamətində meşə massi-vi tədricən azalır və tam meşəsiz sahə ilə əvəz olunur. Böyük Qafqazın cənub makroyama-cında Şamaxı rayonu ərazisində meşə massivi yenidən bərpa olunur və dağ yamacları ilə

Ətraf mühitin vəziyyəti

Page 44: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

4444

fasilə vermədən başdan-başa örtük yaratmaqla Gürcüstan sərhədinə kimi uzanır. Burada meşələr əsasən İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən inzibatı rayonları-nın dağlıq hissəsini əhatə edir.

Meşələrin geniş ərazisindən biri də Kiçik Qafqaz sıra dağlarının yamaclarıdır. Burada meşələr ayrı-ayrı massivlər şəklində əsas dağ qollarının şimal, şimal-şərq və şərq yamac-larını örtür. Yalnız Cənubi Qarabağ ərazisində meşə massivi ara verir və İran sərhəddinə çatmır. Bundan əlavə meşələrə adacıq şəklində Naxçıvan Muxtar Respublikasında Şahbuz rayonu ərazisində, Küküdağ yamaclarında təsadüf edilir.

Meşələrin geniş massivindən biri də Talış dağ yamaclarını əhatə edir. Burada meşələr Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və qismən də Biləsuvar inzibati ra-yonlarının ərazisində yayılmışdır. Meşələrin az hissəsi Kür və Araz çayları sahili boyunca uzanır və Tuqay tipli massiv şəklində lentvari ərazini tutur. Azərbaycanda 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar meşələrdə bitir. Bu isə ölkə florasındakı bitki növlə-rinin 11 %-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endem növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16 %-i deməkdir.

Xəritə 5. Azərbaycanın meşə xəritəsi

Page 45: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

4545

Azərbaycan meşələri əsasən enliyarpaqlı cinslərdən ibarətdir. İynəyarpaqlı meşələrdə Qar-maqvari şama (Pinus Hamata) Kiçik Qafqazda, Göy-Göldə, Tovuz rayonu ərazisində Şamlıq və Böyük Qışlaq kəndləri ətrafı meşələrdə, Böyük Qafqazda Qusar rayonu meşələrində təsadüf edilir. İynəyarpaqlı meşələrdən Eldar oyuğu adlanan 400 ha-a yaxın sahədə kserofit şəraitdə Eldar şamına (Pinus Eldarica), əsasən təzə və rütubətli fıstıq meşələrində Qaraçöhrədən (Taxus Bacaata) ibarət enliyarpaqlı cinslərlə qarışıq halda və ya kiçik meşəciklər şəklində ağaclıqlarda təsadüf edilir. Belə meşəciklərə Böyük Qafqazda -Qəbələ rayonunda Həmzəli qəbiristanlığın-da, Pirqulu və Oğuz rayonu meşələrində, Xızı, Dahardibi adlanan meşələrdə, Kiçik Qafqaz-da - Göy-Göl, Gədəbəy meşələrində, Talış dağlarında - Lerik rayonu Hamazat kəndi ətrafı meşələrdə təsadüf edilir.

İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayılmış ardıc meşələridir. Azərbaycan meşələrində - Qazax ardıcı (Juniperus Salina), Uzunsov ardıc (C. Oblonga), Cırtdan ardıc (C. Pugmaca), Alçaqboy ardıc (C. Depressa), Qırmızı ardıc (C.Pol-ycarpos) və s. növləri bitir. Ardıc meşələrinin ən geniş sahəsi Boz-dağda, Naxçıvan meşələrində-dir. Ardıcın çox da geniş olmayan sahələrdə seyrək meşələri də var-dır. İynəyarpaqlı meşələr (ardıc və şam) ölkə meşələrinin meşə ilə örtülü sahəsinin təqribən 1,6 %-ni təşkil edir. Azər-baycan Respublikasında həmişəyaşıl enliyarpaqlı meşələr yoxdur. Belə cinslərə yal-nız Bakı, Gəncə, Şəki, Sumqayıt və digər iri şəhər və qəsəbələrdə yaşayış məntəqələ-rinin yaşıllıqlarında təsadüf edilir. Ölkə meşələrinin əsasını qışda yarpağını tökən enliyarpaqlı növlər təşkil edir.

Meşələrin yaş siniflərinə görə də paylanması müxtəlifdir. Belə ki, meşə ilə örtülü sahənin 11,2 %-ni cavan, 63,3 %-ni orta yaşlı, 13,4 %-ni yetişməkdə olan, 12,1 %-ni yetişmiş və yaşı ötmüş meşələr təşkil edir. Azərbaycanın əksər meşələri (85 %) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırı-cı əhəmiyyətə malikdir. Meşələrin sıxlığa görə paylanması da müxtəlifdir. Ölkə meşələrinin 13,7 %-i aşağı (0,3-0,4), 2,62 %-i orta (0,5-0,6), 18,3 %-i normal (0,7-0,8) və 2,62 %-i yük-sək (0,9-1,0) sıxlıqdadır. Meşələrin ümumi orta sıxlığı - 0,56 müəyyən edilmişdir. Bonitet sinfinə görə də meşələrin paylanması müxtəlifdir. Yüksək I-II bonitetli meşələr meşə ilə ör-tülü sahənin 14,9 %-ni, III bonitet-42,3 %-ni, IV bonitet-27,4 %-ni və aşağı bonitetli V-sin-fə mənsub meşələr 15,4 %-ni təşkil edir. Meşələrin orta illik artımı 1,74 m3-dir. Meşələr-

Şəkil 3. Böyük Qafqaz meşələri

Ətraf mühitin vəziyyəti

Page 46: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

4646

də 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri (adi qoz, alma, armud, zoğal, alça, əzgil, fındıq, xurma, yemişan, şabalıd, böyürtkən və s.) mövcuddur.

Azərbaycan meşələrinin yüksək-liklərə görə paylanmasının da özünəməxsus qanunauyğunluq-ları vardır. Belə ki, əksərən şimal istiqamətli dağ yamaclarında palıd-vələs meşələri üstünlük təşkil edir. Aşağı dağ qurşağın-da az məhsuldar palıd, qarağac, dəmirağac meşələri, orta dağ qurşağında nisbətən məhsul-dar palıd-vələs meşələri, yuxarı dağ meşə qurşağında isə daha yüksək məhsuldar palıd-vələs meşələri mövcuddur. Meşə qur-şağının subalp qurşaqla qovuş-duğu ərazidə az məhsuldar to-zağacı və alçaq boylu əyri göv-dəli fıstıq meşələrinə təsadüf

edilir. Belə qanunauyğunluqların Talış, Böyük və Kiçik Qafqaz dağlarında özünəməxsuslu-ğu vardır.

3.8. Su bioloji resursları

Son 5-6 ildə Kür çayının axımının və illik yağıntıların həcminin artma tendensiyasına bax-mayaraq, balıqların kürüləməsinə Kür çayının mənsəbinin lillənməsi mənfi təsir göstərir. Belə ki, mənsəbdən 7-8 km məsafədə suyun səviyyəsi 40-60 sm-dən yuxarı qalxmır.

Xəzər dənizinin Azərbaycan sektorunda dəniz, çay, keçici və yarımkeçici olmaqla cəmi 80 növ balıq yaşayır. Cənubi Xəzərin ixtiofaunasının formalaşmasında, xüsusilə nərəkimilərin, kür qızılbalığının və çəkikimilərin ehtiyatının formalaşmasında Kürətrafı rayonu, Qızılağac körfəzi və Lənkəran sahili təyinedici rol oynayırlar və buna görə balıqların yaşadığı həssas zona hesab oluna bilər. Bu rayonlar yaz-yay dövründə xüsusilə böyük, payız dövründə isə az əhəmiyyətə malik olur. Balıqların böyük əksəriyyəti dəniz sahilindən 50-75 m-ə qə-

Ağac cinsləri Meşə ilə örtülü Ağaclığın ümumi ehtiyatı

min hektar

ümumi sahədən

% -lə

milyon kub metr

ümumi ehtiyatdan

%- lə1.İynəyarpaqlılaro cümlədən ŞamArdıc

15,3

2,213,1

100

14,685,4

0,82

0,230,59

100

28,671,4

2. Bərk yarpaqlı cinsləro cümlədən: PalıdFıstıqVələs GöyrüşAğcaqayınQarağacAğ akasiya

861,1

271,2275,5193,77,752,580,866,88

100

31,532,022,53,22,70,22,2

131,24

32,0268,2429,90,260,520,040,26

100

24,452,022,80,20,4

-0,2

3.Yumşaqyarpaqlılaro cümlədən TozağacıTitrək qovaqQızılağacCökəQovaqSöyüd

66,9

3,5510,6421,94

2,817,0

10,97

100

5,315,932,84,2

25,416,4

9,37

0,281,553,850,652,210,83

100

3,016,541,86,9

23,588,9

4. Digər ağac və kol cinslərio cümlədən digər ağac cinsləri kol cinsləri

77,6

55,122,6

100

7129

7,37

5,891,48

100

79,920,1

Ümumi: 1021,0 100 148,8 100

Cədvəl 8. Azərbaycan meşələrinin əsas ağac və kol cinslərinin sahə və oduncaq ehtiyatına görə bölünməsi

Page 47: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

4747

dər məsafədə sahil hissəsində yaşayır. Yazda və payızda Bakı arxipelaqının şimal-şərq hissəsi bəzi növ balıqların, başlıca ola-raq, siyənəkkimilərin (həmçinin, ançousabənzər kilkə), kefalların (sivriburun) və nərəkimilərin miqrasiya yollarına qoşulur. Xəzərin Azərbaycan sektorunun sahil sularında, xüsusilə Kür çayının mənsəbətrafı ərazilərində və Kürətrafı sularında ilboyu müxtəlif fəsillərdə 30 növ vətəgə balıqlarını, həmçinin bu akvatoriyada daha çox rast gəlinən 10 növdən çox xul balıqlarını müşahidə etmək mümkündür.

1991-2012-ci illərdə Azərbaycanda balıq ehtiyatlarının və əsas vətəgə balıqların ayrı-ayrı növ-lərinin ovunun, həmçinin ümumi balıq hasilatının azaldığı müşahidə olunur. Bunun səbəbləri:

• təbii – iqlim dəyişikliyi, dəniz səviyyəsinin tərəddüdü, sualtı palçıq vulkanlarının tullantıları;

• antropogen – dənizin çirklənməsi, yeraltı sərvətlərin istifadəsi, çayların tənzimlən-məsi, yad mənşəli növlərin gətirilməsi, brakonyerlik.

Nərəkimilər, qızılbalıqlar, axçalı balıqlar (kütüm, xəşəm, çəki, şəmayı, sıf, çapaq, şirbit və b.), həmçinin minoqa, siyənək və s. əsas vətəgə əhəmiyyətli balıqlardır. Nərəki-milərdən sonra vətəgə əhəmiyyətinə görə ikinci yeri yarımkeçici balıqlar (çapaq, sıf, kütüm, çəki və b.) tutur.

Azərbaycanda nərəkimilər Kür çayında, həmçinin balıqartırma məqsədləri üçün Kür ça-yının mənsəbinə giriş yollarında tutulur. Nərəkimilərin ov həcmi hər bir Xəzəryanı ölkə üçün “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında“ Konvensiyanın (CİTES) təsdiq etdiyi normaya uyğun səviyyədə aparılır. Son illərdə nərə balığının növlərinin ovu azalmağa doğru meyilli, stabil aşağı səviyyədə saxlanılır. 2009-2012-ci illərdə nərə balıqları əmtəə məqsədilə deyil, yalnız balıqartırma və elmi məqsədlər üçün ovlanmışdır.

Ötən əsrin 70-ci illərin əvvəllərindən başlayaraq Xəzər dənizində nərəkimilərin ehtiyatı azalmağa başlamış, ov ehtiyatı demək olar ki, 3 dəfə, bu növlər arasında uzunburunun ehtiyatı isə daha əhəmiyyətli dərəcədə – 13 dəfə azalmışdır. Hazırda 1980-ci illərlə müqa-yisədə Xəzər dənizində nərə balıqlarının ov həcmi 30 dəfə azalmış və 2009-cu ildə bütün Xəzəryanı ölkələrdə birlikdə cəmi təqribən 1 000 ton təşkil etmişdi.

Qanunsuz ov nəticəsində bütün növ nərə balıqlarının ümumi sayı azalır, populyasiyanın keyfiyyət strukturu dəyişilir, yaş qrupları və miqrasiya edən törədicilərin yaşı azalır, popul-yasiyanın kürüləyən hissəsinin ölçüləri və onun fərdlərində dişilərin faizi aşağı düşür, təkrar

Balıq vətəgələri

2002 2007 2008 2010 2012

Kür çayı 180,14 231,12 256,81 112,42 115,07

Xəzər dənizi 11007,71 8769,68 1266,85 971,35 764,68

CƏMİ: 11187,85 9000,8 1523,66 1083,77 879,75

Cədvəl 9. Xəzərin Azərbaycan sektorunda və Kür çayında aparılan ümumi balıq ovu, ton

Ətraf mühitin vəziyyəti

Page 48: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

4848

kürü tökən fərdlərin miqdarı 15%-i keçmir. Lakin nərəki-milərdə populyasiyanın növ strukturu olduğu kimi sax-lanılır: nisbətən çoxsaylı növ nərə, sonra isə uzunburun-dur. Bütövlükdə dənizdə say-larının azalması nəticəsində, qidalanma yerlərinə nərəki-

milərin sıx şəkildə toplaşması müşahidə olunmur və onların şelfdə paylanması dağınıq xa-rakter daşıyır. Son illər nərəkimilərin qidalanma yerlərində paylanmasında, sayında, növlərin nisbətində baş verən dəyişikliklər bütövlükdə Xəzər dənizi üçün xarakterik olan ümumi tendensiyaları əks etdirir.

Xəzər dənizində nərəkimilərin müasir populyasiyası əsasən süni generasiyalı balıqlar-dan ibarətdir. Bölgə və qaya balığı istisna olmaqla, nərəkimilərin Kür sürülərinin ehtiyatı haqqındakı məlumatlar, Xəzər dənizinin Azərbaycan sularında nərə və uzunburun popul-yasiyalarının ümumi sayının və biokütləsinin stabil aşağı olduğunu göstərir.

Azərbaycanda çəkikimi balıqların ovu Kür çayı və Xəzər dənizində aparılır. Kür çayında balıq ovunun əsasını, illər üzrə vətəgə əhəmiyyəti 40-50% arasında dəyişən çapaq təşkil edir. Vətə-gə əhəmiyyətinə görə daha sonra sıf – 15-26%, ən sonda kütüm – 12-17% təşkil edir. Xəzər dənizində çəki balıqlarının ovu iki balıq növünə əsaslanır: bunlardan kütüm ovun 27-60%-ni təşkil edir. Daxili su hövzələrində balıq ovu əsasən iri su anbarlarında – Mingəçevir və Şəmkir su anbarlarında aparılır. Burada çəkikimilər və xanıkimilərin müxtəlif növləri ovlanır.

Hazırda ümumi balıq ovunun həcminə görə kilkələr bütün balıq ovunun 75 %-ni təşkil edərək, birinci yeri tutur. Xəzər dənizinin ekosisteminə invaziv növ olan Mnemiopsis leidyi daraqlısı daxil olmamışdan və onun sayının 1998-ci ildə kütləvi artımından əvvəl, kilkə ehtiyatları qənaətbəxş idi. Kilkə, ov əhəmiyyətindən başqa, nərəkimilər,

Növlər 2002 2007 2008 2010 2012

Ançousabənzər kilkə

9143,4(83,5%)

861,7(23,5%)

341,0(34,1%)

201,8(28,5%)

69,4(20,0%)

İrigöz kilkə 208,0(1,9%)

33,0(0,9%)

6,0(0,6%)

5,7(0,8%)

2,4(0,7%)

Adi kilkə 1598,7(14,6%)

2772,2(75,6%)

653,0(65,3%)

500,6(70,7%)

275,2(79,3%)

CƏMİ: 10950,1 3667,0 1000,0 708,1 347,1

Cədvəl 10. Azərbaycanda kilkə ovunun dinamikası, ton, %

Şəkil 4. Mnemiopsis leidyiDiaqram 12. Cənubi Xəzərdə Mnemiopsis leidyi

biokütləsinin dinamikası

2003 2004 2005 2006 2007 2008 2009 2010 2011

20151050Bi

oküt

lə, q

/mз

Page 49: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

4949

siyənəklər və digər yırtıcı balıqları, həmçinin Xəzər suitisinin əsas qida obyekti he-sab edilir. Ov həcmləri Xəzər hövzəsində 1999-cu ildə 271 min tondan 2012-ci ildə 347 tona qədər azalmışdır. Son illər Xəzərdə kilkə ovunun dinamikası onların, başlıca olaraq ançousabənzər kilkənin hesabına ov ehtiyatlarının davamlı surətdə azalmasını göstərir. Hazırda Cənubi Xəzərdə Azərbaycan balıqçılıq gəmiləri ilə kilkə ovu sahil formasına əsaslanır ki, 2012-ci ilin məlumatlarına görə, onun ovu 79,3% təşkil edir, ikinci yerdə ançousabənzər kilkənin – 20,0% və nəhayət 0,7% irigöz kilkənin ovu tutur.

Xəzər suitisi yeganə dəniz məməlisi və Xəzər endemikidir, bu nöqteyi-nəzərdən həm də həssas növ hesab edilə bilər. XX əsrin əvvəllərində Xəzər suitisinin sayı təqribən 1 mln fərd təşkil edirdi, lakin hal-hazırda isə onun populyasiyasının ümumi sayı haqqında, 111 min fərddən 360 min fərdə qədər dəyişən, kifayət qədər bir-birinə zidd məlumatlar mövcuddur. Azərbaycanda Xəzər suitisinin ovu hələ 1952-ci ildən qadağan edilmişdir. Xəzər suitisi də-nizdə ekoloji piramidanın zirvəsində durur və əsasən kilkələrlə qidalanır. Ona görə də mne-miopsis daraqlısının invaziyası nəticəsində 1999-cu il ilə müqayisədə kilkə ehtiyatının 10 dəfə azalması ilə əlaqədar qida bazasının azalması Xəzər suitisinin ölümü hallarının artma-sına və sayının azalmasına təsir edən amillərdən biri hesab edilir. Son 10 ildə suitinin sayını əhəmiyyətli dərəcədə azaldan kütləvi ölüm halları qeydə alınmışdır. Son illərin müşahidələri göstərir ki, kütləvi ölüm halları dövrü olaraq əsasən yaz dövründə Xəzər dənizinin şimalında baş verir. Ölmüş suitilərin cəmdəklərinin böyük əksəriyyəti dəniz cərəyanları və şimal külək-ləri vasitəsilə Orta Xəzərin qərb sahili ilə dənizin orta və cənub hissələrinə gətirilir.

Son 10 ildə zooplanktonun sayı və biokütləsi Orta Xəzərdə 5-6 dəfə, Cənubi Xəzərdə isə təxminən 10 dəfə azalmışdır. Bunun azalmasının səbəbi 2001-ci ildən sonra xüsusilə özünü biruzə verən və artan Mnemiopsis leidyi daraqlısının invaziyasının mənfi təsirilə bağlı zo-oplanktonun biokütləsinin aşağı düşməsidir.

Mnemiopsis leidyinin ən yüksək biokütlələri Cənubi Xəzərdə müəyyən edilmişdir. Orta və Cənubi Xəzərin qərb şelfində Mnemiopsis leidyi daraqlısının biokütləsi və sayı yaydan payı-za doğru əhəmiyyətli dərəcədə artır. Beləliklə, 1990-cı illərin axırlarında ballast suları vasitə-silə Xəzər dənizinə gətirilmiş jeleşəkilli orqanizm Mnemiopsis leidyi dənizin akvatoriyasında sürətlə yayılaraq, dənizin biomüxtəlifliyinə birbaşa və ciddi ziyan vurmuşdur. O, kilkələrin yem bazası olan zooplanktonu böyük miqdarda tükətmiş (təxminən 10 dəfə), bu da qida zənciri boyunca nərəkimilərin, yırtıcı siyənəklərin və digərlərinin qida bazasının azalması ilə nəticələnmişdir. Dolayısı ilə dib heyvanlarının (molyusklar, yengəclər və s.) plankton sürfələ-rini tükətməklə, mnemiopsis həmçinin bentosla qidalanan balıqların – nərəkimilərin, çəkiki-milərin və s. yem bazasını məhv edir. 2001-2012-ci illər ərzində Cənubi və Orta Xəzərin qərb sahilində mnemiopsisin biokütləsi və sayı illər üzrə tərəddüd edərək, 2011-ci ildə bütün müşahidə illəri üzrə maksimum göstəricini təşkil etmişdir, bu da zooplankton və zooben-tosla qidalanan balıqların ov ehtiyatlarının formalaşmasına mənfi təsir göstərir.

Ətraf mühitin vəziyyəti

Page 50: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

5050

3.9. Hidrometeoroloji şərait

Azərbaycan Respublikasının ərazisində 2008-2012-ci illərdə qlobal istiləşmə tendensiya-sına uyğun olaraq orta illik temperaturlar iqlim normasından 0,2-1,30C yüksək olmuşdur. Bu illər arasında 2011-ci il 0,20C müsbət anomaliya ilə ən soyuq, 2010 və 2012-ci illər isə 1,30 müsbət anomaliya ilə ən isti illər olmuşdur.

Yağıntılara gəldikdə isə 2008-2012-ci illərdə həm müsbət, həm də mənfi anomaliyalar müşahidə olunmuşdur. Yağıntıların maksimumu 2011-ci ilə təsadüf edir, həmin il ölkə ərazisinə düşən yağıntılar iqlim normasından 21% çox olmuşdur. İrimiqyaslı daşqınla-rın müşahidə edildiyi 2010-cu ildə isə yağıntı anomaliyası 10,6% təşkil etmişdir. 2008 və 2012-ci illər az yağıntılı illər olmuş, yağıntı anomaliyası müvafiq olaraq -6,6% və -6% təşkil etmişdir.

2008-ci ildə havanın orta illik temperaturu əvvəlki illərə nisbətən az artmış və çoxillik normadan cəmi 0,30 – 0,60 °C yüksək olmuşdur. İl ərzində orta aylıq temperaturlar yan-var, fevral, iyun, dekabr aylarında normadan aşağı, may ayında normaya yaxın olmuşdur. Yanvarın 8-də Bakı şəhərində son yüz ildə ən minimal temperatur -8.70 °C qeydə alınmış-dır. Yağıntılar il ərzində normaya yaxın olmuş, ən çox gündəlik yağıntı (104 mm) noyabr ayında Lənkərana düşmüşdür. Qar örtüyünün maksimal qalınlığı yanvar ayında Lerikdə 64 sm, Bakıda 44 sm, Yardımlıda 43 sm qeydə alınmışdır.İl ərzində küləyin maksimal sürəti mart ayında Zərdabda 36 m/san, Mingəçevirdə 33 m/san, may və iyun aylarında Tərtər və Sumqayıtda 35 m/san sürətli küləklər müşahidə olunmuşdur. İl ərzində ən güclü, diametri 23 mm-ə çatan dolu Daşkəsən ərazisində müşahidə edilmişdir. 2008-ci ildə ölkə ərazisin-də 22-yə yaxın sel hadisəsi müşahidə olunmuşdur. Ən güclü sel hadisəsi iyulun 8-9-da və oktyabrın 2-3-də müşahidə edilmişdir. İl ərzində Xəzər dənizində ən güclü dalğalanma 11 dekabrda sürəti 22 m/san-ə çatan küləklə müşahidə edilmişdir. Xəzər dənizinin orta illik səviyyəsi şərti qəbul edilmiş Baltik sistemi üzrə – 28 m üzərindən Neft Daşlarında 113 sm olmuş və 2007-ci ilə nisbətən 26 sm artmışdır. Ən maksimal səviyyə Neft Daşlarında iyul

ayında 137 sm, ən minimal səviyyə dekabr ayında 94 sm təşkil etmişdir.

2009- cu ildə ən soyuq hava Naxçıvanda müşahidə olunmuşdur ( -18, -21 °C) . Havanın maksimal tempe-raturu +42,80 °C təşkil et-mişdir. Yağıntılar il ərzində normaya yaxın olmuş və ən Diaqram 13. 2008-2012-ci illərdə temperatur anomaliyaları

2008 2009 2010 2011 2012

1,4

1.2

1

0,8

0,6

0,4

0,2

0

0,7 0,7

1,3 1,3

0,2

Page 51: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

5151

çox yağıntı fevral ayında Bakı və Abşeron yarımadasında iqlim normasından 2- 2,5 dəfə (205 -259%) artıq yağıntı müşahidə edilmişdir. Qar örtüyünün maksimal qalınlığı fevral, mart ayında Altıağacda 33 sm, Xınalıqda, Qubada, 30 sm, Biçənəkdə 33 sm –ə çatmışdır. 2009 - cu il demək olar ki, küləkli keçmiş və il ərzində küləyin maksimal sürəti mart ayın-da Mingəçevirdə 32 m/san, Zərdabda 30 m/san, Şəmkirdə 34 m/san, aprel ayında Abşe-ron yarımadasında və Abşeron dəniz rayonunda 25 -30 m/san olmuşdur. Dekabr ayında duman qeydə alınmış, dumanda görünüş 30 -200 m, 50 -500 metrədək təşkil etmişdir. 2009-cu ildə Azərbaycan ərazisində 25 –ə qədər güclü sel hadisəsi müşahidə olunmuş-dur. Bu sellərin arasında məişətə, əhaliyə, kənd təsərrüfatına vurduğu ziyana görə iyunun 5-6-da Goranboy, 16-18-də Daşkəsən, Gədəbəy rayonlarında, sentyabrın 21-22-də Ha-cıqabulda, Şəki-Zaqatalada, Lənkəranda, Böyük Qafqazın şimal-şərq ərazi çaylarında baş verən sellər daha güclü olmuşdur. İl ərzində Xəzər dənizində ən güclü dalğalanma yan-varın 1-də maksimal sürəti 22 m/san-yə çatan şimal-şərq küləyi ilə müşahidə edilmişdir. Xəzər dənizinin orta illik səviyyəsi Neft Daşlarında 110 sm olmuş və 2008 ci ilə nisbətən 3 sm aşağı düşmüşdür.

2010–cu ildə ən soyuq hava yanvar ayında Parağaçayda (-19 °C), ən isti hava iyun, iyul aylarında Kürdəmirdə (41 °C), Culfada (44 °C), Naxçıvanda (43 °C), avqust ayında isə Naxçıvanda (42 °C) müşahidə olunmuşdur. Sentyabr ayında Neft Daşlarına 34,0 mm (aylıq normanın 459 %-i) yağıntı düşmüşdür. 2010-cu ildə 20-ə qədər güclü sel və daşqın ha-disəsi müşahidə olunmuşdur. Bu sellərin arasında əhaliyə, məişətə və kənd təsərrüfatına vurduğu ziyana görə mayın 2-də, mayın 3-də, iyunun 24-də, iyulun 14-15-də, Kişçayda, Şinçayda, Zəylikçayda, Dəhnəçayda və Qusarçayda, sentyabrın 11-12-də isə Bolqarçayda, Lənkərançayda, Vəşərüçayda baş verən sellər daha təhlükəli olmuşdur. Gursululuq döv-ründə ölkə ərazisində Kür çayının aşağı axınında Kür-Surra, Şirvan, Salyan və Araz-Nov-ruzlu, Yevlax və Zərdab məntəqələrində subasma hadisəsi olmuş, Kür –Araz çaylarında səviyyə maksimal həddə çatmış və Sabirabad, Saatlı, Zərdab, İmişli, Salyan, Neftçala ra-yonlarında əhaliyə, kənd təsərrüfatına, məişətə, ümumilikdə ölkə iqtisadiy-yatına xeyli ziyan dəymişdir. Mingəçevir su anbarında səviyyə son 35 ildə böhran həddə çatmış, ən maksimal səviyyə 4 iyunda (83,2 m ) qeydə alınmışdır. İl ərzində Xəzər dənizində ən güclü dalğalanma yanvar ayının 27-də şimal – qərb küləyi Diaqram 14. 2008-2012-ci illərdə yağıntı anomaliyaları

25,0%

20,0%

15,5%

10,0%

5,0%

0,0%

-5,0%

-10,0%

2008 2009 2010 2011 2012

-6,6% -6,0%

21,0%

10,6%

1,3%

Ətraf mühitin vəziyyəti

Page 52: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

5252

ilə müşahidə edilmişdir. Xəzər dənizinin orta illik səviyyəsi Neft Daşları rayonunda 102 sm olmuş və 2009-cu ilə nisbətən 8 sm aşağı düşmüşdür.

2011-ci ildə Ordubadda 41°C, Culfada 44.7°C-yə çatan mütləq maksimum temperaturlar yenilənmişdir. Qar örtüyünün maksimal hündürlüyü noyabr ayında Lerikdə 74 sm, Bakıda 10 sm-ə çatmışdır. 2011-ci ildə 20-ə qədər sel və daşqın hadisəsi baş vermişdir. Əhaliyə, infrastruktura və kənd təsərrüfatına vurduğu ziyana görə mayın 1-2-də Talaçayda, avqus-tun 18-19-da Kişçay, Şinçay, Zəylikçay, Baş Daşağılçayda, avqustun 23-24-də Ağçay, Ha-mamçay, Kürmükçay, Baş Daşağılçay və Əyriçaydan keçən sel və daşqınlar daha təhlükəli olmuşdur. 2011-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda ən güclü dalğalanma 21 oktyabr tarixində müşahidə olunmuşdur. Bu zaman maksimal sürəti saniyədə 29 metrə çatan şimal-qərb küləyin Neft Daşlarında güclü dalğalanmaya səbəb olmuş, dalğanın maksimal hündürlüyü 7 metrə çatmışdır. Xəzər dənizinin orta illik səviyyəsi Neft Daşları rayonunda mənfi 7,19 metr BS (Baltik Sistemi) olmuş və dənizdə səviyyə 2010-cu ilə nis-bətən 21 sm aşağı düşmüşdür.

2012-ci ildə fevral və mart ayları soyuq keçmişdir, fevral ayında temperaturlar normadan 2,30 °C, mart ayında isə 1,30 °C aşağı olmuşdur. Yanvar, iyul və dekabr aylarında tem-peraturlar kiçik müsbət fərqlə normaya yaxın olmuşdur. Digər aylarda isə temperaturlar normadan əhəmiyyətli dərəcədə (2,0-3,8 °C) yuxarı olmuş və ilin orta temperaturları da normadan 1,3 °C yuxarı olmuşdur.

2012-ci ildə yağıntılar ümumilikdə iqlim normasından 6% az olmuşdur. Qış aylarında və martda, yay fəslində iyun və iyul aylarında, payızda isə sentyabr və noyabr aylarında yağıntılar normaya yaxın və normadan çox olmuşdur. Lakin yazda və qismən payızda - yağıntıların maksimum dövründə düşən yağıntıların normadan xeyli az olduğuna görə yağıntıların illik cəmi də normadan az olmuşdur. İyul ayında yağıntılar normadan orta he-sabla 2 dəfə çox olsa da, bu yağıntıların illik cəminə təsir göstərməmişdir. Xəzər dənizinin səviyyəsi 2012-ci ildə aşağı enməkdə davam etmiş, Neft Daşları stansiyasının məlumatına görə dənizin səviyyəsi 2011-ci ilə nisbətən 6 sm aşağı enmişdir.

İqlim dəyişmələri. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildən qoşulmuşdur. 1997-ci ildə Azərbaycanda İqlim Dəyişmələri üzrə Dövlət Ko-missiyası yaradılmışdır. Azərbaycan İqlim Dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiya-sının Əlavə-1-nə daxil olmayan ölkədir və 2000-ci ildən Kioto Protokolunun tərəfdaşıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kioto Protokolunun Təmiz İnkişaf Mexanizmi (TIM) üzrə Milli Səlahiyyətli Orqanı təyin edilmişdir.

Azərbaycanın istilik effekti yaradan qaz (İEYQ) tullantıları 2005-ci ildən başlayaraq CO2-ek-vivalenti ilə 50±2,5 milyon ton ətrafında sabitləşmişdir. Bu da dünya tullantılarının təqri-bən 0,12%-ni təşkil etdiyindən İqlim dəyişmələri Təsirinin Yumşaldılması prioritet sayılmır.

Page 53: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

5353

Lakin buna baxmayaraq, Azərbaycanın İqlim dəyişmələri Təsirinin Yumşaldılması sahəsin-də böyük potensialı var. Potensialın güclü olduğu sahələr neft-qaz, elektroenergetika və nəqliyyat sahələridir.

Bu sahədə Azərbaycan üçün prioritet məsələlər aşağıdakılardır:

• iqlim ssenarilərinin dəqiqləşdirilməsi;

• iqlim dəyişmələrinə həssaslığın müəyyənləşdirilməsi üzrə ən yaxşı metodologiya-ların tətbiqi;

• İEYQ tullantılarının inventarlaşdırılması sahəsində inkişaf etmiş ölkələrin təcrübəsi-nin tətbiqi;

• iqlim dəyişmələrinin təsirinin yumşaldılması üzrə fəaliyyət proqramının və iqlim dəyişmələrinə uyğunlaşma proqramının hazırlanması.

3.10. Geoekoloji vəziyyət

Ölkənin təbii geoekoloji vəziyyəti əsas etibarı ilə arid iqlimlə, su ehtiyatlarının məhdud-luğu və qeyri-bərabər paylanması, geodinamik proseslərin fəallığı, palçıq vulkanlarının mövcudluğu, ekzogen geoloji proseslərdən–sürüşmələrin, sellərin, yarğan əmələgəl-mələrin, subasmanın, uçqunların, bataqlıqların, suffoziyaların, torpaqların şoranlaşması və eroziyanın geniş yayılması ilə xarakterizə olunur.

Ölkənin təbii mühitinə müxtəlif profilli texnogen amillər təsir edir. Atmosferə və su höv-zələrinə zərərli maddələrin atılması ətraf mühitin özünübərpa dərəcəsinin aşağı düşmə-sinə, yer səthində və yeraltı sularda neqativ dəyişikliklərə gətirib çıxarır.

Xəzər dənizinin səviyyəsinin dəyişməsi sahilkənarı zonalara çox böyük ziyan vurur.

Ölkənin ərazisi çeşidli faydalı qazıntılarla zəngindir. Əsas filiz yataqları Böyük və Kiçik Qafqazın dağlıq sahələrində cəmləşmişdir. Onlardan bəziləri (Daşkəsən dəmir filizləri, Gü-müşlük qurğuşun, sink, Ağdərə polimetal, Zəylik alunit filiz yataqları) uzun müddət istis-mar olunmuş, bir sıra yataqlar üzrə isə yeni hasilat işlərinə başlanılmışdır (Gədəbəy qızıl, Filizçay qrupu yataqları və Çovdar qızıl yatağı). Qeyd etmək lazımdır ki, faydalı qazıntıların istismarı ətraf mühitə ən böyük ziyan vuran amillərdəndir. Belə ki, sənaye kompleksinin bütün tullantılarının 70 %-i mineral-xammal istehsal edən sektorların payına düşür. Təbii xammaldan kompleks şəkildə istifadə olunmaması üzündən çıxarılan qeyri-filiz xamma-lının 60 %-i tullantıya gedir, nəticədə qiymətli xammal ehtiyatı vaxtından əvvəl tükənir, torpaqlar, su hövzələri çirklənir və ekoloji tarazlıq pozulur. Bitkilər aləmi deqradasiyaya uğrayır, sürüşmələr, uçqunlar baş verir. Dağ-mədən sənayesinin təsiri ilə çoxsaylı dərin karxana boşluqları yaranır. Emal olunmuş xammal ehtiyatlarının tullantılarının və örtük süxurlarının saxlandığı yer geniş sahələri əhatə edir. Məsələn, Daşkəsən yatağının açılış

Ətraf mühitin vəziyyəti

Page 54: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

5454

suxurları və zənginləşdirmə tullantıları 200 hektar sahəni tutur. Burada örtük suxurları və dəmir filizləri konsentratlarının saflaşdırılması zamanı illik tullantıların miqdarı 1,7 mln. tondur. Zəylik yatağında bu ərazi 104 hektardır. Alunit və boksit filizlərinin saflaşdırılması zamanı yaranan tullantılar 100 hektardan çox ərazini əhatə etmişdir.

Naxçıvan MR-də Duzdağ yatağından çıxarılan duzların tullantıları 10 hektarlarla sahə-ni əhatə edir. Gəncə alüminium zavodunda yaranmış bərk tullantılar da 10 hektarlarla torpaq sahəsini tutur və şəhərin ekoloji vəziyyətinin gərginləşməsində əsas rol oynayır. Külək eroziyası və atmosfer çöküntülərinin təsiri altında bu tullantılardan ağır metallar daşınır və böyük ərazilərdə ətraf mühitə zərər verir.

Geoloji mühitdə baş verən təbii və texnogen dəyişikliklər haqqında məlumatların əldə olunması və operativ istifadəsi, onun nəticələrinin və istiqamətlərinin qiymətləndirilməsi bu proseslərin təsirinin azaldılması və ya qarşısının alınması üzrə konkret tədbirlərin işlən-məsinin əsasını təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Azərbaycan ərazisinin geoloji mühitində baş verən təbii və texnogen dəyişiklikləri izləmək məqsədilə Milli Geoloji Kəş-fiyyat Xidməti tərəfindən geoekoloji tədqiqatlar aparılmağa başlanıldı. Bu işlər əsasən Böyük və Kiçik Qafqazın, həmçinin Naxçıvan MR-in filiz yataqları yerləşən ərazilərində dağ-mədən və geoloji kəşfiyyat işlərinin ətraf təbii mühitə təsirinin qiymətləndirilməsinə və müvafiq tədbirlərin hazırlanmasına istiqamətləndirilmişdir.

Filiz yataqlarının istismarının ətraf təbii mühitə mümkün təsirinin öyrənilməsi və qiymətləndirilməsi üzrə kompleks geoekoloji tədqiqat işləri aparılmışdır. Bu tə-dqiqatlar zamanı müxtəlif boş və qırıntılı suxurlardan, texnogen törəmələrdən, torpaqlardan, dib çöküntülərindən, sulardan və bitkilərdən, bütövlükdə 15000-dən artıq sınaq götürülərək tədqiq edilmişdir. Bu sınaqlardan başqa, əvvəlki tədqiqat-larda götürülmüş minlərlə anoloji sınaqların spektral analizlərinin nəticələrindən də istifadə olunmuşdur.

Beləliklə, laborator analizlər nəticəsində geoloji kəşfiyyat işlərinin ətraf mühitə təsiri qiy-mətləndirilmişdir. Mövcud geoekoloji şəraiti yaxşılaşdırmaq və onun gələcəkdə gərginləş-məsinin qarşısını almaq məqsədilə kompleks tədbirlər hazırlanmışdır.

Ekzogen geoloji proseslər hələ 1980-ci illərdən başlayaraq fasiləsiz olaraq tədqiq edilir, onların yaranma səbəbləri öyrənilir, müvafiq mühafizə tədbirləri hazırlanır. Bu proseslərə məruz qalmış ərazilərdən kəndlərin, digər yaşayış məntəqələrinin, sənaye və mülki ob-yektlərin köçürülməsi ilə əlaqədar tədqiqatlar aparılır və təkliflər hazırlanır.

Son illərdə (2006-2012) Mingəçevir su anbarı sahəsində, Ağsu aşırımı sahəsində, Bakı şəhərinin Səbail, Xətai və Suraxanı rayonları, Şamaxı, Ağsu, İsmayıllı və s. rayonların əra-

Page 55: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

5555

zilərində sürüşmə prosesləri proqnozlaşdırılmış və görülən tədbirlər nəticəsində sürüş-mələrin ciddi təsirinin qarşısı alınmışdır.

Mingəçevir şəhəri və ona yaxın ərazilərdə aparılmış kompleks hidrogeoloji, mühəndisi geoloji və geoekoloji tədqiqatların nəticələrinə əsasən məlum olmuşdur ki, Kür çayı dərə-sində və ona yaxın ərazilərdə fəaliyyət göstərən karxanalardan qum və çınqılın sorulub çıxarılması şəhər və ətraf ərazilərdə geoekoloji şəraitə öz mənfi təsirini göstərir. Nəticədə suxurların məsamələri boşalır, strukturu pozulur və dəyanətliyi azalır. Bu isə ərazidə qey-ri-bərabər çökmə proseslərinin baş verməsinə, yaşayış binaları və digər tikililərin bünövrə və divarlarında müxtəlif ölçülü çatların əmələ gəlməsinə səbəb olur.

Ölkənin düzənlik və dağətəyi bölgələrində, eləcə də Gəncəçayın hövzəsində qoyulmuş şəbəkə vasitəsi ilə hidrogeoloji şəraitin hidrodinamik və hidrokimyəvi parametrlər dəyiş-məsinin regional qiymətləndirilməsi fasiləsiz olaraq həyata keçirilir.

3.11. İşğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziyyət

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş 1,7 milyon hektar əra-zisinin 595,6 min hektarı kənd təsərrüfatına yararlı torpaqlar, 247,4 min hektarı meşə ilə örtülü, 10,1 min hektarı isə həyətyanı sahələrdən ibarət olmuşdur.

İşğal olunmuş torpaqlarda 42 997 hektar sahəyə malik xüsusi mühafizə olunan təbiət əra-ziləri - Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığı mövcuddur.

İşğal olunmuş ərazilərdə 70-i endemik növ olan ümumilikdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Qaraçöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşad, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar iş-ğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir. Zəbt olunmuş ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı“na daxil edilmiş məmə-lilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu.

Bu ərazilərdə 7 relikt göl - Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində Qaragöl kimi şirin su ehtiyatları bu gün işğal altındadır və böyük antropogen təsirə məruz qalır.

Hazırda işğal altında olan Sərsəng su anbarının texniki qurğulara uzun müddət xidmət göstərilmədiyindən qəza vəziyyətində olan anbardan aşağıda yerləşən 400 min nəfər

Ətraf mühitin vəziyyəti

Page 56: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

5656

əhali təhlükə altında yaşayır. Bundan əlavə, yayda illik su normasının 10-15% - i buraxılır ki, bu da əkin sahələrinin suvarılmasında problemlər yaradır, yaşıllıqlar quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Bu gün 7 rayon Sərsəng su anbarının suyundan istifadə edə bilmir.

Ən zəngin faydalı qazıntı yataqları ölkənin işğal olunmuş ərazilərində qalmışdır. Bu əra-zilərdə 155 növ faydalı qazıntı yataqları, o cümlədən - 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir.

İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz həddindən artıq çirklənməyə mə-ruz qalır. Araz və Kür çaylarının qollarının Ermənistan tərəfindən ən ağır formada çirklən-dirilməsi nəticəsində canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranmışdır.

Erməni işğalçıları tərəfindən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə yandırılır. Yanğınlar ermənilərin nəzarətində olan min hek-tarlarla əraziləri əhatə etməklə, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə ciddi ziyan vurur. Ümumilikdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordu-su tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşmüşdür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən Operativ Mərkəz“i tərəfindən müxtəlif mənbələrdən, o cümlədən, yerli və beynəlxalq mətbuat, internet, təmas xəttinə yaxın yaşayan yerli əhali, vizual müşahidə və s. vasitələrlə işğal olunmuş ərazilərdə Azər-baycanın təbii sərvətlərinin dağıdılması faktları aşkar edilərək dünya ictimaiyyətinə çatdı-rılır və dəymiş zərərin Ermənistan tərəfindən ödənilməsinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarda iş aparılır.

İşğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Bey-nəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılmışdır.

Page 57: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

5757

IV. Ətraf mühit üzrə görülmüş işlər

4.1. Ətraf mühitin mühafizəsi

4.1.1. Su təminatı və tullantı sularının təmizlənməsi

Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri Minilliyin İnkişaf Məqsədlərindən olan 2015-ci ilədək keyfiyyətli içməli su və kana-lizasiya sistemləri ilə təminatın yaxşılaşdırılmasıdır.

Təhlükəsiz içməli su ehtiyatlarının yaradılması və əhalinin ekoloji təmiz su ilə təmin olunması imkanlarının artırılması, su ilə yoluxan xəstəliklərin azaldılmasına xüsusi diqqət yetirilmiş və bütün əhalinin 2015-ci ilədək təmiz içməli su ilə təmin olunması məqsəd kimi qarşıya qoyulmuşdur.

Əhalinin içməli su ilə təmin edilməsi üçün boru kəmərlərinin çəkilişi və sutəmizləyi-ci qurğuların qurulması üzrə iri miqyaslı la-yihələr həyata keçirilmişdir. Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron yarımadasının digər yaşayış məntəqələrinin mərkəzləşdiril-miş su təchizatının yaxşılaşdırılması məqsədilə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatdırılmış, Samur-Abşeron kanalının və “Tax-takörpü“ su anbarının tikintisi layihələri uğurla icra olunur.

Eyni zamanda mərkəzləşmiş şəkildə təmiz içməli suya çıxışı olmayan ən ucqar yaşayış məntəqələrinin də tez bir zamanda təhlükəsiz su ilə təmin edilməsi üçün modul tipli su tə-mizləyici qurğular qurulur.

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təmi-natının yaxşılaşdırılması ilə əlaqədar tədbir-lər haqqında“ Sərəncamlarına əsasən Kür-A-raz boyu və digər yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə Ekologiya və Təbii Sər-

Ətraf mühitin mühafizəsi qanunvericiliyinin icrası təmin

olunmuşdur

“Bahar Enerji“ Əməliyyat Şirkətinin fəa-liyyət zonasında aparılmış araşdırmalar nəticəsində su hövzələrinin çirkləndiril-məsi və bərk tullantıların düzgün idarə edilməməsi faktlarına görə şirkət inzibati qaydada 10 min manat məbləğində cə-rimə edilmiş, nöqsanların aradan qaldı-rılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə məcburi göstəriş verilmişdir. Bu tələblərə uyğun olaraq istehsalat sularının təmizlənməsi üçün mexaniki təmizləyici qurğu tikilmiş, neft-lə çirklənmiş torpaqların təmizlənməsi və bərpası, o cümlədən istehsal prosesin-də əmələ gələn bərk toksiki tullantıların müvafiq qaydada təhlükəli tullantılar po-liqonuna daşınması təmin edilmişdir.

“Xəzər Gəmi Liman Xidməti“ MMC tul-lantı sularının təmizlənmədən buxtaya atılmasına görə 10 min manat məbləğin-də cərimə olunmuş və verilmiş məcburi göstərişə əsasən tullantı sularının ətraf mühitdən təcrid edilərək müvafiq qayda-da yığılaraq təmizləyici qurğulara daşın-ması təmin olunmuşdur.

Ətraf mühit üzrə görülmüş işlər

Page 58: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

5858

vətlər Nazirliyi tərəfindən 2007-2012-ci illər ərzində 20 rayonun 221 yaşayış məntəqəsində modul tipli su təmizləyi-ci qurğular qurularaq istismara verilmiş və 400 mindən artıq əhali Ümumdünya Səhiyyə Təşkilatının normalarına cavab verən içməli su ilə təmin edilmişdir. Su təmizləyici qurğuların inşası zamanı 1381 km uzunluğunda supaylayıcı şəbəkə çə-kilmiş, 3198 supaylayıcı məntəqə tikil-mişdir.

Su ehtiyatlarının çirklənmədən qorunması aktual problemlərdən biri kimi diqqət mərkə-zindədir və tullantı sularının təmizlənməsi üçün müasir tipli təmizləyici qurğuların qu-raşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Ölkədə mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud çirkab su təmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə iri miqyaslı layihələr həyata keçirilir.

Bakı şəhərində formalaşan tullantı sularının təmizlənməsi üzrə görülən tədbirlər nə-ticəsində Hövsan aerasiya stansiyasının gündəlik gücü 640 min m3-ə çatdırılmışdır. Şəhərin rekreasiya zonasında yerləşən Buzovna qəsəbəsində layihə gücü gündə 10 min m3 olan bioloji sutəmizləyici qurğu inşa edilmiş və məhsuldarlığı gündə 20 min m3 olan Mərdəkan-Şüvəlan təmizləyici qurğusu yenidən qurularaq bioloji təmizləmə təmin olunmuşdur. Abşeron yarımadasının digər böyük şəhəri olan Sumqayıtda məh-suldarlığı gündə 100 min m3 olan sutəmizləyici qurğu istismara verilmişdir. Eyni za-manda su hövzələrinin hətta kiçik lokal mənbələrdən çirklənməsinin qarşısını almaq üçün modul tipli təmizləyici qurğular quraşdırılır.

Şəkil 5. Regionlarda quraşdırılmış modul tipli sutəmizləyici qurğular

Page 59: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

5959

Şəkil 6. Hövsan aerasiya stansiyası və Sumqayıt bioloji təmizləyici qurğusu

Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə tədbirlər haqqında“ Sərəncamlarının icrası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2007-2011-ci illərdə Ab-şeron yarımadasının mərkəzləşdirilmiş kanali-zasiya şəbəkəsi olmayan Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı, Novxanı və Sumqa-yıt sahilboyu ərazilərində ümumilikdə gündə 6400 m3 çirkab su təmizləmə gücünə malik beynəlxalq standartlara cavab verən modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya istismara verilərək “Xəzər dənizinin ekoloji mühiti-nin mühafizəsi sistemi“ yaradılmışdır.

Şəkil 8. Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin fəaliyyətinin nəticələri - sahilboyu ərazilərin əvvəlki və mövcud vəziyyəti

Bunun sayəsində çirkab sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inq-rediyentlərdən (o cümlədən bəzi hallarda hər litrdə 2,3 mln ədəd olan bağırsaq çöpü bakteriyalarından və normanı 100 dəfə üstələyən üzvi çirkləndiricilərdən) təmizlənir. Sa-hilboyu ərazilərdə bataqlaşmış sahələr və çirkab gölməçələr qurudularaq 90 km ərazidə ekoloji tarazlıq bərpa olunmuş və bu ərazidən dənizin çirklənməsinin qarşısı alınmışdır. Aparılan monitorinqlər qısa zaman ərzində həmin ərazilərdə Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir.

Şəkil 7. Xəzər dənizinin sahilboyu ərazilərində quraşdırılmış modul çirkab sutəmizləyici qurğular

Ətraf mühit üzrə görülmüş işlər

Page 60: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

6060

Azərbaycan göllərinin, xüsusilə Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziy-yəti, onların mənşəyi, yaranma səbəbləri, göl sularının çirklənmə vəziyyəti və yeraltı sular-la əlaqəsi öyrənilmişdir. Aparılmış tədqiqatların nəticələrinə əsasən göllərin reabilitasiyası üzrə tədbirlərə başlanmışdır.

4.1.2. Atmosfer havasının mühafizəsi

Atmosfer havasının mühafizəsi məqsədilə əsas çirkləndirici obyektlər olan ARDNŞ-nin karbohidrogen hasilatı, emalı və nəqli ilə məşğul olan struktur sahələrində, birgə fəa-liyyət göstərən Əməliyyat Şirkətlərində, əsas sement istehsalçısı olan “Holcim“ (Azər-baycan) ASC-də, qızıl emalı və digər müəssisələrdə ekoloji qiymətləndirmə aparılmışdır. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə sahəsində 73 iri çirk-ləndirmə potensiallı müəssisədə texnoloji avadanlıqlar yenisi ilə əvəz olunmuş, ekoloji standartlara cavab verən mütərəqqi texnologiyalar quraşdırılmışdır. Əvvəllər atmosfer havasını çirkləndirən və bununla bağlı dəfələrlə inzibati qaydada cəzalandırılmış

Torpaq neft anbarlarlarının ləğvi nəticəsində atmosfer emissiyası azalmışdır.

Ətraf mühit qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət edilməsi ilə bə-rabər, həm də digər müvafiq tədbirlər həyata keçirilir. 2010-cu il 01 iyul tarixin-dən ölkədə avtonəqliyyat vasitələrindən zərərli maddələrin ətraf mühitə atılması ilə əlaqədar ekoloji təhlükəsizliyi təmin etmək məqsədi ilə ölkə ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə Avro-2 standartı tətbiq edilir. İstehsal edildiyi ölkədən asılı olmayaraq atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-2 və daha yüksək Avropa standartlarına cavab verməyən avtonəqliyyat vasitələrinin ölkəyə idxal olunmasına yol verilmir, “Avro-2“ standartlarına uyğun avtomobil yanacağının emal edilməsi təmin edilmişdir.

Həmçinin şəhər daxilində tıxacların qarşısının alınması üçün magistral avtomobil yollarının infrastrukturunun təkmilləşdirilməsi məqsədilə yeni yol ötürücülərinin və körpülərin qurulması, alternativ yolların çəkilməsi nəqliyyat sıxlığının azaldılması və hərəkət sürətinin artırılmasına xidmət edir ki, bu da öz növbəsində avtonəqliyyat va-sitəsilə atmosfer havasının çirklənməsinin azaldılması ilə nəticələnir.

4.1.3. Torpaqların mühafizəsi

Ölkədə torpaqların mühafizəsi istiqamətində də müvafiq tədbirlər görülüb. Köhnə neft mədənləri olan Bibi-Heybət, Binəqədi, Balaxanı və digər ərazilərdə 1200 ha neftlə çirk-lənmiş torpaqlar rekultivasiya olunmuş, həmin ərazilərdə yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir.

Page 61: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

6161

Keçmiş Binə və Sədərək ticarət mərkəzləri kö-çürüldükdən sonra, boşaldılmış sahə müxtə-lif tullantılardan təmizlənərək torpaq örtüyü bərpa olunmuş, tullantı sularından əmələ gəlmiş süni gölməçələr qurudulmuş və hə-min ərazilər tamamilə yaşıllaşdırılmışdır.

Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılması istiqamətində 2008-ci ilin əvvəlindən başlayaraq avtomobil yollarının külək və su eroziyasından mühafizəsi, yolların estetik görünüşünün yaxşılaşdırılması məqsə-dilə landşaftın bərpası və yaşıllaşdırılma təd-birləri həyata keçirilmişdir. Bu sahələrdə müa-sir damcılı suvarma sistemləri qurulmuşdur.

Qadağan olunmuş və vaxtı keçmiş pestisid tullantılarının inventarlaşdırılması, onla-rın ətraf mühitə təsirinin qiymətləndirilməsi və idarə olunması sahəsində əlaqədar təşkilatlarla birgə bir sıra tədbirlər həyata keçirilmişdır:

Kür-Araz çaylarının DDT və lindanla çirklənməsinin və Xəzərin çirklənməsində bu çayların payı müəyyənləşdirilmiş,

davamlı üzvi çirkləndiricilərin idarə olunması üzrə milli fəaliyyət planı hazırlanmış,

20-dən çox rayonun kənd təsərrüfatında istifadə olunan torpaq nümunələrində DDT və heksaxloranın qatılığı təyin olunmuş,

qadağan olunmuş pestisid və aqrokimyəvi maddələrin saxlanılması üçün Cəngi poliqonunda inventarlaşma aparılmış,

Salyan rayonu Daykənd ərazisində dağıdılaraq torpağa qarışmış formada olan 2,0 ton DDT, 40 ton polidafen və 110 ton duz qarışığı , 55 m3 DDT ilə çirklənmiş torpaq təmizlənərək Təhlükəli Tullantılar Poliqonuna daşınmışdır.

Ətraf mühitin mühafizəsi üçün şirkətlərlə əməkdaşlıq

“Holcim“ (Azərbaycan) ASC tərəfindən atmosfer emissiyaları 2011-ci il ilə müqa-yisədə 8979 tondan 2012-ci ildə 536.4 tona enmişdir.

Karbohidrogen hasilatı ilə məşğul olan əməliyyat şirkətlərinə verilmiş göstərişin nəticəsində 35 min m2-dən artıq ərazilər-də torpaq neft anbarları ləğv edilmiş, formalaşan lay suları qapalı sistemə ke-çirilmişdir.

Qazma məhlullarının idarə olunması üçün ARDNŞ-ə məxsus poliqon yenidən qurulmuşdur. Bundan əlavə, 2009-2011-ci illərdə yaranmış 584.3 mln m3 səmt qa-zının 463.9 mln m3-i tutularaq şəbəkəyə yönəldilmişdir.

2008-ci ildən bəri mədən ərazilərində neftlə çirklənməyə məruz qalmış 1200 ha torpaq sahəsi təmizlənərək bərpa olunmuşdur.

Neft Daşları və Günəşli yataqlarında formalaşan lay sularının idarə olunma-sı üçün 2012-ci ildə təmizləyici qurğular kompleksi tikilib istifadəyə verilmişdir.

Şəkil 9. Pestisid qalıqları

Ətraf mühit üzrə görülmüş işlər

Page 62: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

6262

2011-2012-ci illərdə 40-a qədər “qaynar nöqtə“də (keçmiş kimyəvi məhsullar saxlanılan anbarlarda və pestisidlərlə çirklənmiş ərazilərdə) monitorinqlər keçirilmişdir. İnventarlaş-dırma nəticəsində təqribən 1520 ton tozşəkilli pestisidlər, 1064 m3 basdırılmış pestisidlər, 1000 ədəd çəlləklərdə maye pestisidlər aşkar olunmuşdur. Hazırda “qaynar nöqtə“lərin məhv edilməsi üzrə konkret fəaliyyətlər həyata keçirilir.

Ətraf mühitin mühafizəsinə nəzarət sahəsində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərə-findən yol verilmiş qanun pozuntularına görə 2008-2012-ci illər ərzində akt və protokollar tərtib edilmiş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunve-riciliyə əsasən icrası məcburi olan göstərişlər verilmiş, cərimə və iddialar tətbiq edilmişdir.

Görülən işlər Cəmi 2008 2009 2010 2011 2012Məcburi göstərişlərin sayı 4588 768 869 862 994 1095Cərimə məbləği, min man 20324,4 1912,1 1546,4 6134,3 4672,6 6059İddia məbləği, min man 8060,5 2040,1 2211,8 11579,5 693,8 1957Ödəmələrin məbləği, min man 4933,5 665,3 814,5 1194,4 1161,6 1097,8Fəaliyyəti dayandırılmış müəssisələrin sayı 9 2 4 2 1

Cədvəl 11. Ətraf mühitin mühafizəsi üzrə inzibati tədbirlər

2008-2012-ci illərdə Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Dərin Sulu Ğünəşli və Şahdəniz yataqlarında yerləşən platformalardan formalaşan məişət-təsərrü-fat və istehsalat tullantı sularının Xəzər dənizinə axıdılmasına, həmçinin qazma şlamının düzgün utilizasiya edilmədiyinə, həmçinin səmt qazlarının müəyyən həcminin atmosfer havasına atılmasına görə “bp“ şirkətinə konkret faktlar üzrə iddialar verilmişdir.

4.1.4. Tullantıların idarə olunması

Sumqayıt şəhərinin ətraf mühitinin ciddi çirklənməsinə səbəb olan fəaliyyəti dayandırıl-mış Səthi Aktiv Maddələr zavodunun 95,7 min m3 civə tərkibli toksiki tullantıları, digər

sənaye müəssisələrindəki tullantılar, o cümlə-dən tibbi tullantılar Sumqayıt şəhəri yaxınlığın-da yaradılmış Təhlükəli Tullantılar Poliqonuna daşınaraq, 2012-ci ilin sonunadək 121380 m3 müvafiq tullantıların zərərsizləşdirilməsi təmin edilmiş, tullantı altında qalmış torpaq örtüyü təmizlənmişdir.

Bakıda məişət tullantılarının idarə olunması (toplanması, yerləşdirilməsi və zərərsizləşdiril-məsi) üçün “Təmiz Şəhər“ ASC yaradılmış, Ba-laxanı şəhər məişət tullantıları poliqonu və Su-raxanı, Qaradağ rayonlarının ərazilərində yer-

Tullantıların idarə olunması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tətbiq edilən inzibati tədbir-lər və göstərişlər sayəsində 50-dən çox zibilxana təmizlənmiş və ərazilər bərpa olunmuşdur.

İqtisadi İnkişaf Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Res-publikasında məişət tullantılarının vahid idarəçilik layihəsi çərçivəsində 33 qanun-suz zibilxana ləğv edilərək 450 min ton məişət tullantısı Balaxanı poliqonuna da-şınmışdır.

Page 63: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

6363

ləşən məişət tullantıları poliqonları Cəmiyyətin idarəçiliyinə verilmişdir. Fransanın CNİM şirkəti tərəfindən Balaxanı ərazisində ildə 500 min ton məişət tullantısı yandırmaqla 231,5 mln. kVt/saat elektrik enerjisi istehsal etmək üçün zavod tikilmişdir.

Şəkil 10. Məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları

Bu sahədə həyata keçirilən layihələrdən biri də “Azərbaycanda bərk məişət tullantılarının idarə olunması və təkmilləşdirilməsi“ layihəsi olmuşdur. Layihə çərçivəsində tullantıların idarə olunması, tərkibi və miqdarı, saxlanılma vəziyyəti, toplanması, daşınması üzrə tex-nika və texnologiyaların tətbiqi, həmçinin ətraf mühitin mühafizəsi qanunvericiliyinə və hüquqi-normativ aktlara və digər məsələlərə dair məlumatların yerləşdirilməsi, saxlanma-sı, eyni zamanda bu məlumatların işlənməsi, yeni məlumatların daxil edilməsi və istifa-dəçilərə ötürülməsi məqsədilə məlumat bazası yaradılmışdır. Ölkənin bütün regionların-da məişət tullantılarının idarə olunması üzrə mövcud vəziyyətin qiymətləndirilməsində köməkçi olmaqla yanaşı, tullantıların idarə olunmasında mövcud problemlərin həlli, kadr potensialının inkişafı, həmçinin tullantıların idarə olunması üzrə emal müəssisələrinin və nəqliyyat sahələrinin yaradılması, müasir texnika və texnologiyaların tətbiqi, müasir po-liqonların yaradılması üzrə müvafiq qərarların qəbul edilməsində məlumat bazasının mü-hüm əhəmiyyəti vardır.

4.2. Biomüxtəlifliyin qorunması

Azərbaycanda bioloji müxtəlifliyin mühafizəsi, həm onun itirilmiş tərkib hissələrinin, həm də daxili strukturunun bərpa edilməsi məsələsi çox aktualdır.

Bioloji müxtəlifliklə bağlı Azərbaycanda son illərdə görülmüş təşkilati tədbirlər, qanun-vericilik sahəsində atılmış addımlar, mövcud xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, yenilərinin yaradılması, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin bərpası və onların tarixi areallarına köçürülməsi, müvafiq tədqiqatların səviyyəsinin yüksəldilməsi, təbiətin canlı sərvətlərinin mühafizəsi və səmərəli istifadəsinin daha geniş təbliği işlərinin aparılmasını qeyd etmək olar.

Ətraf mühit üzrə görülmüş işlər

Page 64: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

6464

4.2.1. Floranın mühafizəsi

Bioloji müxtəlifliyin azalması təbiətə antropogen təsirlərin nəticəsində baş verir. İqlim də-yişməsi də öz növbəsində ekosistemə təsir göstərir və yekunda biomüxtəlifliyin azalmasına gətirib çıxarır. Məhz insanların fəaliyyəti nəticəsində son 60-70 il ərzində bir çox qiymətli ağac cinslərindən (şərq palıdı, trautfetter ağcaqayını, sallaq toz ağacı, litvinov toz ağacı, dər-man dəfnəgilənarı, mlokoseviç pionu) ibarət olan meşələrin sahəsi xeyli azalmışdır. 1989-cu ildə Azərbaycanın “Qırmızı kitabı“na daxil edilmiş 140 ali bitki növlərinin həyata keçirilmiş tədbirlər nəticəsində bərpa olunmasına baxmayaraq, hazırlanan II nəşrinə ölkə florasının 300 növü (o cümlədən 266 ali bitki, 20 ibtidai bitki və 14 göbələk) daxil edilmişdir.

Azərbaycanın “Qırmızı Kitab“ına daxil edilmiş üçüncü dövrün relikt və endemik bitki növ-lərinin (Şabalıdyarpaq palıd, dəmirağacı, İpək akasiya, Xəzər lələyi, Hirkan şümşadı, Hir-kan bigəvəri və s.), Böyük Qafqazın cənub-şərqi yamaclarının florasının (Qafqaz palıdı, Qafqaz vələsi, şərq fısdığı, adi göyrüş və s.) və dəniz sahilinədək qiymətli meşə ərazisinin qorunub saxlanılması məqsədilə müvafiq olaraq Hirkan, Altıağac və Samur-Yalama Milli Parkları yaradılmışdır.

4.2.2. Faunanın bərpası, artırılması və introduksiyası

Həyata keçirilmiş tədbirlər nəticəsində (mövcud xüsusi mühafizə olunan təbiət əraziləri-nin sahəsinin genişləndirilməsi, yenilərinin yaradılması) nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin sayı artmışdır. 1961-ci ildə Bəndovan yasaqlığı yaradı-larkən həmin ərazidə 131 baş ceyran olduğu halda, Şirvan qoruğu yaradıldıqdan sonra 3000 başa qədər olmuş, 2003-cü ildə həmin ərazi 65 min hektaradək artırılaraq Şirvan Milli Parkı yaradıldıqdan sonra isə ceyranların sayı 8500 başa çatmışdır. Hazırda ETSN tərəfindən ceyranların tarixi areallarına köçürülməsi işi həyata keçirilir. Şirvan Milli Parkının ərazisindəki Qızılqaz gölündə su bataqlıq quşlarının sayı ildən-ilə artır. Akademik H.Əliyev adına Zəngəzur milli parkının yaradılması və sonradan ərazisinin genişləndirilməsi nəticə-sində muflonnun, bezoar keçinin, safsarın sayı artmışdır. Hirkan milli parkında bəbirin say artımı müşahidə olunur. Qax dövlət təbiət yasaqlıgında bəbir, kaftar, safsarın izlərinə rast gəlinmişdir. Beləliklə, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı sayəsində bioloji müxtəlifliyin qorunub saxlanılmasında mühüm nailiyyətlər əldə olunmuşdur.

Azərbaycanın müxtəlif ərazilərində, 5 zona üzrə quş növlərinin qış inventarlaşması aparılır, ölkə ərazisində məskunlaşan müxtəlif sinantrop və köçəri quşların halqalarla nişanlanması həyata keçirilir.

H.Əliyev Fondunun dəstəyi ilə keçirilən layihə nəticəsində ceyranların tarixi arealları olan Qobustan, Acınohur, Ağgöl ərazilərinə köçürülməsi həyata keçirilmiş və 2010-cu ilin ya-

Page 65: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

6565

yında Ağgöldə ceyranların təbii artımı mü-şahidə olunmuşdur. 2011-ci ilin 24 dekabr tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ceyranların tarixən məs-kunlaşdığı yerlərdən biri olan Abşeron ra-yonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsünün (21 baş) bu-raxılması prosesini izləmişlər.

Əraziyə buraxılmış ceyran sürüsünün hərəkətinə peyk vasitəsilə mütəmadi nə-zarət olunur, onların hərəkət istiqamətlə-rindən asılı olaraq su və yemlə əlavə təminatı həyata keçirilir. 2012-ci ilin sonunadək 120 baş ceyran öz tarixi areallarının ərazisinə buraxılmışdır. Buraxılmış ceyran sürülərində təbii artım müşahidə olunmuşdur.

ETSN-in müvafiq qurumlarının, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşlarının birgə iştirakı ilə vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də, digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşı-sını almaq məqsədilə mütəmadi reydlər keçirilmiş, qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında“ Qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunmuşlar.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkədə ən müasir standartla-ra cavab verən Zooloji parkın yaradılması istiqamətində işlər aparılır.

4.2.3. Xüsusi qorunan təbiət ərazilərinin inkişafı

2003-cü ilədək Azərbaycanda ümumi ərazisi 478 min hektar olan 14 qoruq, 20 yasaqlıq fəaliyyət göstərmişdir. 2003-cü ilə qədər bir Milli Parkı belə olmayan Azərbaycan Res-publikasında hazırda xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 %-ni, o cümlədən Milli Parklar 3,7 %-ni təşkil edir. Qeyd olunduğu kimi, 2003-cü ildə Azər-baycanda ilk milli parkların - akademik H.Əliyev adına Zəngəzur, Şirvan və Ağ-göl Milli Parklarının yaradılması, sonradan bu məqsədlə həyata keçirilən ardıcıl tədbirlərin davamı olaraq, 2004-cü ildə Hirkan və Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə Göy-göl və 2012-ci ildə Samur-Yalama Milli Parkının təşkili zəngin tarixi abidələri, özünəməxsus land şaft, geoloji və iqlim xüsusiyyətləri və rəngarəng biomüxtəlifliyi olan təbiət ərazilərində ekoturizm fəaliyyətinin təşkili üçün əlverişli imkan yaratmışdır.

Şəkil 11. Ceyranların Qobustan ərazisinəreintroduksiyası

Ətraf mühit üzrə görülmüş işlər

Page 66: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

6666

Şəkil12. Abşeron MP nəzarət-buraxılış məntəqəsi Şəkil 13. Şahdağ MP inzibati bina kompleksi

2002 2003 2004 2005 2006 2008 2009 2010 2011 2012

Milli Parklar - 3 5 6 7 8 8 8 8 9

Dövlət Təbiət Qoruqları 14 14 13 13 11 12 11 11 11 11

Dövlət Təbiət Yasaqlıqları 20 20 20 21 21 22 24 24 24 24

Cəmi 34 36 37 40 39 42 43 43 43 44

Ümumi sahəsi, min ha 478 566 571 583 699 778 876 881 881 892,5

Cədvəl 12. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi

Biomüxtəlifliyin qorunması məqsədilə əvvəlki illərdə başlanılmış xüsusi müha-fizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi işi 2008-2012-ci illər ərzində davam etdirilmiş, yeni yaradılmış milli parklarda ekoturizmin təşkil edilməsi üçün infrastrukturun yaradılması həyata keçirilmişdir.

2008-ci ildə Korçay dövlət təbiət qoruğu yaradılmış, Hirkan milli parkının ərazisi meşə fondu torpaqları hesabına 18 923 ha genişləndirilərək, 40 358 hektara çatdırılmış, Zaqa-tala dövlət təbiət qoruğunun ərazisi meşə fondu torpaqları hesabına 23505 ha geniş-ləndirilərək, 47349 ha-a çatdırılmış və 6557 ha ərazidə Zaqatala dövlət təbiət yasaqlığı yaradılmışdır.

2009-cu ildə Naxçıvan MR-in ərazisində Arpaçayı dövlət təbiət yasaqlığı, Lerik rayonu-nun ərazisində Rvarud Dövlət təbiət yasaqlığı yaradılmış, Şahbuz dövlət təbiət qoruğu (3139,0 ha), habelə Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu (396,4 ha) və Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay

Səkil 14. Şirvan Milli Parkı

Page 67: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

6767

otlaqlarının (27131,0 ha) torpaqları hesabına akademik Həsən Əliyev adına Zəngəzur milli parkının ərazisi 30666,4 ha genişləndirilmişdir.

2010-cu ildə Şahdağ milli parkının ərazisi 14613,1 ha genişləndirilərək 130508,1 ha təş-kil etmiş, Qızılağac dövlət təbiət qoruğunun ərazisi genişləndirilməklə, dənizkənarı milli parkın, Kürün deltası və ölkənin müxtəlif regionlarında yerləşən su-bataqlıq sahələrində xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması nəzərdə tutulmuşdur. Zaqatala-Ba-lakən regionunda ölkədə ilk biosfer qoruğun yaradılması üzrə tədbirlər həyata keçirilir.

4.3. Meşələrin bərpası, artırılması və mühafizə olunması

2008-2012-ci illər ərzində meşələrin mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması, meşə fondundan səmərəli istifadənin təşkili və əhalinin ekoloji baxımdan maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

Həyata keçirilmiş tədbirlər nəticəsində meşə ilə örtülü sahələr 0,4 % artaraq, ölkə üzrə ümumi sahənin 11,8 %-ni təşkil edir.

“Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram“a uyğun olaraq, 2008-2012-ci illər ərzində 53 215 ha sahədə meşəbərpa işləri aparılmış, 620 min kq-dan artıq meşə ağac və kol cinslərinin toxumları tədarük olunmuşdur.

Meşə fondu ərazilərində meşə əkinlərinin be-cərilməsi məqsədilə xidmət və suvarma işləri, cavan ağaclıqların yetişdirilib qiymətli ağaclıqlar kateqoriyasına keçirilməsi tədbirləri, meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçiril-mişdir.

Meşələrdə yanğın təhlükəsinin qarşısını almaq məqsədilə bir sıra qabaqlayıcı zəruri tədbirlər həyata keçirilir. Yanğın əleyhinə vaxtaşı-rı profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə yanğınlarının qarşısı demək olar ki, alınmışdır. Belə ki, 2009 - 2010-cu illərdə ümumilikdə 78,9 ha ərazidə yan-ğın hadisələri qeydə alındığı halda, bu göstərici 2011-ci ildə 3,7 ha, 2012-ci ildə isə 9,97 ha meşə fondu ərazisini əhatə etmişdir.

2009-cu ilin 24 dekabr tarixində keçmiş Binə Ticarət Mərkəzinin ərazisində ET-SN-in 600-ə yaxın əməkdaşının iştirakı ilə keçirilmiş iməcilik zamanı 5 hektar sahədə 5000 ədəd ağac əkilmişdir. Bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xanımı ilə birgə iştirak etmişdir. Bu iməciliyn əks –sədası olaraq respublikanın bütün regi-onlarında ağac əkini tədbirlərləri geniş vüsət almışdır.

Azərbaycan Respublikası Prezidentinin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlər aparılmışdır.

Ətraf mühit üzrə görülmüş işlər

Page 68: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

6868

4.4. Yaşıllaşdırma tədbirləri

Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının müha-fizə zolaqlarının yaşıllaşdırılması“ və “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında“ Sərəncamlarının icrası ilə əlaqədar magistral avtomobil yollarının ətrafının külək və su eroziyasından müha-

fizəsi, yolların estetik görünüşünün yaxşılaş-dırılması məqsədilə landşaftın bərpası və yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. 2008-2012 illərdə 3145 ha ərazidə 4 660 min ağac əkilmişdir. Təkcə son 2 ildə 2200 ha ərazidə yaşıllaşdırma tədbirləri həyata keçirilmiş və 1929 ha ərazidə damcılı suvarma sis-temi qurulmuşdur.

Ağac və kol bitkilərinin mühafizəsinin gücləndirilməsi, yaşıllıqların artırılması və uçot sisteminin təkmilləşdirilməsi məqsədi ilə salınmış yaşıllıqların inventarlaşdırılması aparılmış, ərazilər sahələrə bölünərək sərhədləndirilmiş və nəzarətə götürülmüşdür. Ötən qısa dövr ərzində yol kənarlarında salınmış əkin sahələrində 98 % -dək bitişə nail olunmuşdur.

Yer kürəsində təmiz suya tələbat elə bir həddə çatmışdır ki, artıq mövcud mənbələrin im-kanları artan tələbat qarşısında get-gedə aciz qalmaqdadır. Bu səbəbdən də alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkili bir çox ölkələr üçün aktualdır. Məhz bu baxımdan regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda da gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün yeni yanaşma və texnologiyaların tətbiqi, həmçinin Salyan və Qaradağ rayonlarının ərazilərində yaşıllaşdırma tədbirlərinin ef-fektivliyini, o cümlədən suvarma imkanlarının artırılması və müxtəlif çeşidli keyfiyyətli əkin materialları ilə təminatın yaxşılaşdırılması məqsədilə infrastruktur imkanları 20 min m3 olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 m3 gücündə avadanlıq quraşdırılmış Dəniz suyu-

Şəkil 15. Yeni salınmış tuqay meşələri

Şəkil 16. Bayıl yamacında salınmış yaşıllıqlar Şəkil 17. Damcılı suvarma üsulu ilə salınmış yaşıllıqlar

Page 69: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

6969

nun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleks inşa edilmişdir. Bağlı qrunt şəraitində örtülü kök sistemli tinglikdə ildə 1 mln. ədəd, o cümlədən dekorativ ağac və kol yetişdiriləcəkdir.

Şəkil 18. Dəniz suyunun duzsuslaşdırılması zavodu və müasir tinglik kompleksi

4.5. Su bioresurslarının artırılması və mühafizəsi

2008-2012-ci illərdə su hövzələrində bio-loji resursların artırılması və mühafizəsi is-tiqamətində tədbirlər həyata keçirilmişdir.

Balıqartırma müəssisələri tərəfindən 2008-2012-ci illərdə 2146,5 mln ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri süni və

təbii yolla artırılıb su hövzələrinə buraxılmış-dır. Təbii su hövzələrinə buraxılması üçün zavodlarda qeyd olunan dövr ərzində 595,2 mln. ədədə qədər qızıl balıq körpələri bəs-lənilib. Çəkikimi balıq növlərinin artırılması sahəsində ixtisaslaşan balıqartırma müəs-

Şəkil 19. Nərə cincli balıq körpələrinin yetişdirilməsi

Şəkil 20. Qızıl balıq körpələrinin yetişdirilməsi

Ətraf mühit üzrə görülmüş işlər

Page 70: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

7070

sisələrində həmin müddətdə 1568,29 mln. ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq növlərinin süni və təbii üsulla artırılıb təbii su hövzələrinə buraxılıması təmin edilmişdir.

2012-ci il ərzində 131,62 min ədəd qızıl balıq və forel körpələri Göy-göl göllər sis-teminə daxil olan göllərə və Kür çayının mənsəbinə, 359,19 mln. ədəd çəkikimi, ça-paq və bitki ilə qidalanan ağ amur körpələri Kür çayına, Varvara və Şəmkir su anbarlarına buraxılmışdır.

Nərə balıqartırma zavodlarından qeyd olu-nan dövr ərzində 32,702 mln ədəd nərəcinsli balıq körpələri buraxılmışdır. Nərə balıqartır-ma zavodlarında balıq körpələrinin artırılması ilə yanaşı körpələrin canlı yem orqanizmləri ilə təmin edilməsi üçün yem bazasının yaradılması istiqamətində biotexniki normativlərə uyğun işlər görülmüşdür.

4.6. Hidrometeorologiyanın inkişafı

2008-2012-ci illərdə hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, inkişafı, yeni texno-logiyaların tətbiqi və tərtib olunan hidrometeoroloji proqnozların keyfiyyətinin yaxşılaş-dırılması istiqamətlərində bir sıra tədbirlər həyata keçirilmişdir.

Bu illər ərzində ölkə ərazisində havaların kəskin dəyişməsi və təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar vaxtında tərtib olunmuş, yarımsutkalıq, sutkalıq, iki gün-lük, aylıq hidrometeoroloji proqnozlar hazırlanaraq müvafiq dövlət orqanlarına, sifarişçi təşkilatlara, kütləvi informasiya vasitələri ilə birbaşa əhaliyə çatdırılmışdır. Sutkalıq və ya-rımsutkalıq proqnozların özünü doğrultması 87-91%, Azərbaycanın rayonları üzrə tərtib olunmuş xəbərdarlıqların özünü doğrultması 85%, Xəzər dənizi və Abşeron dəniz akvato-riyası üzrə 84-85%, ölkənin çayları üzrə isə 86 % təşkil etmişdir.

Hidrometeoroloji stansiya və məntəqələrdə aparılan müşahidələrin nəticələrindən qısa və uzunmüddətli proqnozların tərtibatında, o cümlədən gözlənilən təhlükəli hidrometeoro-loji hadisələrin proqnozlaşdırılmasında istifadə olunmuşdur.

Şəki, Ələt, Xınalıq, Mərəzə ,Altıağac, Qəbələ, Ağsu stansiyaları üçün yeni binalar tikilmiş, Neftçala, Çilov, Ələt, Tərtər, Xınalıq, Xaltan, Kırız, Mərəzə, Altıağac, Ağsu stansiyalarının meteomeydançaları müasir standartlara uyğun yenidən qurulmuşdur.

Nərə törədici fondu

Xəzər dənizində nərəkimilərin populyasiyası-nın kəskin azalmasını nəzərə alaraq 2004-cü ildə Xıllı Nərə Balıqartırma zavodunun baza-sında təmir törədici fondu yaradılmışdır.

Hazırda təmir törədici fondunda 4000 ədədə qədər muxtəlif növ və yaş qruplarına aid nərə cinsli balıqlar saxlanılır.

Artıq bu il ilk dəfə Xıllı Nərə Balıqartırma zavodunda saxlanılan balıqlardan cinsi məh-sullar alınmışdır. Növbəti ildən etibarən za-vod özünün törədici balıqlara olan təlabatını ödəyəcəkdir.

Page 71: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

7171

2008-2012-ci illərdə Finlandiya istehsalı olan 10 ədəd kompleks avtomat meteo-roloji stansiya istismara verildikdən sonra avtomat stansiyaların ümumi sayı 17-ə çat-mışdır. Bu avtomatik stansiyalar internetdən məlumatları alır və müşahidə məlumatlarını birbaşa mərkəzə ötürə bilir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar 2008-ci ildə Qusar rayonunun ərazisində

Qafqazda ən yüksək dağlıq “Kompleks hidrometeoroloji və ekoloji tədqiqat elm Mərkəzi“ yaradılmışdır.

Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufan-dağ ekosistemlərində hidrometeoroloji və ekoloji tədqiqat işlərinin aparılması məqsə-dilə yaradılmış “Kompleks Hidrometeoro-loji və Ekoloji Tədqiqat Elm Mərkəzi“ndə 2009-cu ildə avtomat meteoroloji stansi-yalar qurulmuş, bütün kompleks alternativ enerji ilə təmin olunmuşdur.

Ərazinin müxtəlif nöqtələrində quraşdırıl-mış veb-kameralar hesabına operativ mə-lumatlar əldə edilməklə bərabər, hər bir

Azərbaycan vətəndaşı in-ternet vasitəsi ilə həmin əraziləri canlı rejimdə izləmək im-kanına malik olmuşdur.

2010-cu ildə “Kompleks Hidrometeoroloji və Ekoloji Tə-dqiqat Elm Mərkəzi“nin fəaliyyətinin genişləndirilməsi is-tiqamətində tədbirlər davam etdirilmiş, 2010-cu ildə Tu-fandağ ərazisində (4161 m hündürlükdə) - 3-cü Avtomat Meteoroloji Stansiya quraşdırılmış, günəş enerjisi ilə təmin olunaraq istifadəyə verilmişdir. Şahdağ zirvəsinə yaxın əra-zidə (3600 m hündürlükdə) əlavə müşahidə və texniki xid-mət binasının tikintisi başa çatdırılmış və burada yerləşən Avtomat Meteoroloji Stansiya əlavə günəş və külək enerjisi ilə təmin olunmuşdur.

Şəkil 21. Hidrometeoroloji proqnoz sistemi

Şəkil 22. Kompleks hidrometeoroloji və ekoloji tədqiqat elm mərkəzi

Şəkil 23. Tufandağda quraşdırılmış avtomat meteostansiya

Ətraf mühit üzrə görülmüş işlər

Page 72: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

7272

Şahdağ Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzində 2011-ci il ərzində mete-oroloji, hidroloji müşahidələr aparılmış və bitki ör-tüyünün öyrənilməsi məqsədilə Milli Elmlər Akade-miyasının Botanika İnstitutu və Almaniya Botanika İnstitutunun əməkdaşları ilə birlikdə tədqiqat işləri aparılmışdır.

2011-ci il ərzində elm mərkəzinin fəaliyyətinin təkmil-ləşdirilməsi məqsədilə müasir tələblərə uyğun texniki avadanlıqlarla təchiz olunması istiqamətində işlər davam etdirilmiş, Şahdüzü və Kaboş avtomat me-teoroloji stansiyalarından video və foto görüntülərin “online“ rejimində Nazirliyə ötürülməsi üçün kamera-lar quraşdırmışdır. Elm Mərkəzində VSAT sistemi qu-rulub, peyk vasitəsilə internetlə təchiz olunmuşdur. Kaboşda GSM kamera quraşdırılmış, avtomatik foto görüntü birbaşa Nazirliyə göndərilir. Mərkəzdə İP kamera quraşdırılmış, “online görüntü“ Nazirlikdə izlənilir. Lokal kompyuter şəbəkəsi yaradılmış, internetlə tə-chiz olunmuşdur. Kompyuter VPN şəbəkəsinə qoşulmuş, hidroloji məlumatlar internetlə VPN şəbəkəsi vasitəsilə mərkəzi serverə göndərilir. Meteoroloji müşahidələrin komp-leks aparılması məqsədilə meteoroloji meydançada özüyazan cihazlar-termoqraf və hiqroqraf quraşdırılmışdır.

2010-cu ildə ölkə ərazisindən axan çaylarda yaz gur-sululuq dövrünün proqnozlaşdırılması məqsədilə Bö-yük və Kiçik Qafqazın, həmçinin Naxçıvan MR-in əra-zisində yerləşən 28 qarölçmə marşrutlarında müxtəlif yüksəkliklərdə qar örtüyünün hündürlüyü, çəkisi, sıxlı-ğı və sululuğu müəyyən olunaraq nəticələri təhlil edil-miş, hesabat hazırlanmışdır. Hesabatda 2009-2010-cu illərin qış aylarının məlumatları müqayisə edilmiş və alınan nəticələrə uyğun olaraq ölkə ərazisindən axan dağ çaylarında gursululuq dövrünün proqnozu ve-rilmişdir.

Avropa Meteoroloji Peyklər Təşkilatının (EUMET-SAT) dəstəyi ilə 2010-cu ildə EUMETCast adlı ye-rüstü qəbuledici sistem alınıb quraşdırılmışdır. Bu

sistemin köməkliyi ilə hər 15-30 dəqiqədən bir meteoroloji peyklərdən alınan məlu-matlarla hava şəraiti izlənilir.

Şəkil 24. Şahdağda aparılan qarölçmə işləri

Şəkil 25. Şahdağda avtomat meteostansiya

Page 73: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

7373

Kiçik Qafqazın şimal-şərq yamacında yerləşən Gəncə-Qazax zonasının dağ çaylarında, Böyük Qafqazın cənub yamacında yerləşən Şəki-Zaqatala zonasının dağ çaylarında gö-rülən işlər nəticəsində keçən sel və daşqınların izlərinə görə onların yüksəklik səviyyəsi və maksimal sərfləri təyin olunmuşdur.

2008-2012-ci illərin təsdiq olunmuş iş planlarına uyğun olaraq Elmi Tədqiqat Hidrome-teorologiya İnstitutu tərəfindən elmi tədqiqatlar, elmi metodiki işlər, kadr hazırlığı və nəşr istiqamətləri üzrə fəaliyyət davam etdirilmişdir. 2009-cu ildə Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunda 4 problem üzrə 8 elmi-tədqiqat işi yerinə yetirilmişdir. İcra olunmuş 4 elmi işin nəticələri kitab şəklində nəşr olunmuşdur.

Azərbaycanın təbiəti, onun inkişaf qanunauyğunluqlarının tədqiqi, təbii hadisələrin proq-nozu, Xəzərin problemləri üzrə elmi istiqamət və dörd problem üzrə 7 elmi-tədqiqat işi üzərində tədqiqatlar aparılmışdır.

Hidrometeoroloji xidmət sahəsində istifadə olunan təlimatlar və texniki sənədlər nəşr olunmuşdur.

2011-ci il ərzində Qobustan (Mərəzə), Ağsu, Göyçay, Tərtər, Yevlax və Samux rayonları ərazisində yerləşən stansiyaların proqram təminatları təkmilləşdirilmişdir. Bu tədbirlər Pirallahı adası, H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunda yerləşən stansiyalar üçün də həyata keçirilmişdir. Görülən işlər Finlandiyanın VAYSALA şirkətinin istehsalı olan bütün Avtomat Meteoroloji Hava Stansiyalarının “Vahid Mərkəz“dən idarə edilərək informasiya mübadiləsi aparılmasına imkan verir.

2011-ci ildə görülmüş ən vacib işlərdən biri də Hidrometeoroloji Kompüter Şəbəkəsinin yaradılması, müşahidə məlumatlarının mübadiləsi üçün müasir İT və GSM texnologiyala-rının tətbiqi olmuşdur.

Beynəlxaq əməkdaşlıq sahəsində Konvensiyalardan irəli gələn öhdəliklərə uyğun olaraq 7 meteoroloji stansiyadan sinoptik məlumatlar hər 3 saatdan bir beynəlxalq yayıma, 17 stansiyanın məlumatları isə regional yayıma ötürülmüşdür.

1999-2000-ci illərin Dövlət Su Kadastrı hazırlanaraq nəşr edilmişdir. 2006-2011-ci illə-rin “Dəniz illiyi“ və “Aqrometeoroloji illiklərin“ elektron variantı hazırlanmışdır. Avqust ayında Tufandağ buzlağına, sentyabr ayında isə daşqının izi ilə maksimal su sərfinin təyin edilməsi (Böyük Qafqaz) məqsədilə ekspedisiyalar təşkil olunmuşdur. Qış ayları ərzində Tufandağ, Kaboş və Şahdüzündə aparılmış meteoroloji müşahidələrin GSM modem vasitəsilə məsafədən çəkilməsi davam etdirilib. Ağcabədi rayonunun Ağgöl Milli Parkı ərazisində Milli Aviasiya Akademiyası ilə birlikdə təkmilləşdirilmiş mini avtomat meteostansiya istismara verilmişdir. Neftçala HMS-nın yaxınlığında Kür çayı sahilində online İP kamerası quraşdırılmış və çayın səviyyə lövhəsinə yönəldilmiş-

Ətraf mühit üzrə görülmüş işlər

Page 74: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

7474

dir və istənilən yerdə birbaşa Kürün səviyyəsin-dəki dəyişiklikləri izləmək, gursululuq dövrün-də səviyyədə baş verə biləcək böhran vəziyyəti operativ olaraq müəyyən etmək mümkün olur. Artıq bu tip kamera ən təhlükəli sel axımına malik Kişcay hövzəsində sel axımını müşahidə etmək üçün quraşdırılmışdır. Şahdağ Milli Par-kının Ləzə ərazisində İP kamera quraşdırılmış və videogörüntü sisteminin qidalanması üçün alternativ enerji sistemi ilə təmin olunmuşdur. Tufan zirvəsində (4172 m) yerləşən stansiyada GSM fotokamera quraşdırılmışdır.

Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu ilə bağlanmış

müqaviləyə əsasən 16 ədəd səviyyə ölçənlər (futştok) hazırlanmış və hidroloji məntəqələr-də quraşdırılmışdır.

4.6.1. İqlim Dəyişmələri

Son illərdə Azərbaycan Respublikasında iqlim dəyişmələrinə uyğunlaşma və iqlim dəyiş-mələri təsirinin yumşaldılması sahəsində kifayət qədər işlər görülmüşdür.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə I Qrupuna daxil olmayan (yəni istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə kəmiy-yət öhdəliyi götürməyən) Tərəf olmasına və Azərbaycanda istilik effekti yaradan qazların tullantılarının dünya tullantılarının çox az bir hissəsini təşkil etməsinə baxmayaraq, Kioto-dan sonrakı dövr ərzində tullantıların azaldılması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir ki, bunun hesabına, ölkədə son illər iqtisadiyyatın intensiv inkişafına baxma-yaraq, həmin tullantılar 1990-cı baza ilindəki 70 mln. tondan azaldılaraq 2005-ci ildən CO2-ekvivalenti ilə 50±2,5 mln.ton ətrafında sabitləşmişdir. Buna hökumətin ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması da daxil olmaqla, davamlı inkişaf prinsiplərinə böyük önəm verməsi, o cümlədən ekoloji təmiz sənayenin və bərpa olunan enerji sektorunun inkişafı, enerji effektivliyinin artırılması istiqamətində fəaliyyət hesabına nail olunmuşdur.

Neft-qaz sektorunda səmt qazlarının idarə olunması üzrə ARDNŞ-in sıfır tullantı strategi-yası hazırlanmışdır. Kioto Protokolunun TİM üzrə layihə validasiya mərhələsindədir (Neft Daşlarında səmt qazının tutulması layihəsi).

Şəkil 26. Tufandağ zirvəsindəaparılan tədqiqat işləri

Page 75: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

7575

Energetika sahəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı“ndan irəli gələn məsələlərin həyata keçirilməsini sürət-ləndirmək məqsədi ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradılmışdır. Şirkətin fəaliyyəti alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsindən, xidmətlərin göstə-rilməsindən, müvafiq enerji müəssisələrinin və komplekslərinin yaradılmasından, habelə alternativ və bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunmasından, sahə-nin fəaliyyətinin səmərəli təşkil edilməsindən və inkişafının təmin olunmasından ibarətdir.

Energetika üzrə 17 layihə təklifi TİM üzrə Milli Səlahiyyətli Orqanda qeydiyyata alınmış və Sumqayıt Elektrik Stansiyası layihəsi validasiyadan keçmişdir. 40 MVt-lıq Yaşma külək parkı layihəsi, Sumqayıt Elektrik Stansiyası layihəsi, AzDRES-in optimallaşdırılması və “Tul-lantıdan enerjiyə doğru“ Balaxanı Poliqonu layihəsi (4 layihə) İqlim dəyişmələri üzrə Çər-çivə Konvensiyasının İcraiyyə Şurasında TİM layihələri kimi qeydə alınmışdır. Energetika üzrə 4 layihə validasiya mərhələsindədir. Alternativ və bərpa olunan enerji üzrə Dövlət Şirkəti Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə alternativ enerji potensialını göstərən xəritələr hazırlanmışdır. Ölkədə külək, günəş və kiçik su elektrik stansiyalarının qurulması sahəsində layihələr həyata keçirilir. Yaxın illərdə energetikada alternativ enerjinin payı-nın 10-15%-ə və 2020-ci ildə 20%-ə çatdırılması üzrə fəaliyyətlər gücləndirilir. İNOGATE Proqramı çərçivəsində MDB ölkələrində Enerji Bazarına İnteqrasiyaya və Davamlı Ener-jiyə Dəstək (SEMİSE) layihəsi 2012-ci ildən fəaliyyətə başlamışdır ki, bu layihədə enerji səmərəliliyi əsas məsələlərdən biridir.

QHT-lərə yardım Fondunun dəstəyi ilə alternativ enerjidən istifadə üzrə əhalinin məlu-matlandırılması proqramları həyata keçirilir. Həmçinin, Sovetlər Birliyindən miras qalmış müəssisələrin ləğv olunaraq yeni, enerjiyə qənaətli müəssisələrin qurulması iqlim dəyiş-mələri təsirinin yumşaldılmasına yardım edir.

Azərbaycan üçün əsas prioritet İqlim dəyişmələrinə uyğunlaşmadır. İqlim dəyişmələrinə uyğunlaşma üzrə prioritet sahələr kənd təsərrüfatı, su ehtiyatlarının optimal idarə olun-ması, meşələrin bərpası və meşəsalmadır. Son illərdə Azərbaycanda meşələrin bərpası və meşəsalma istiqamətində gərgin səylərdən sonra meşə örtüyünün 0,4% artırılmaslna nail olunmuşdur ki, bu da növbəti illər ərzində külli miqdarda karbon qazı emisiyyasının azal-ması deməkdir. İqlim dəyişmələrinə uyğunlaşma üzrə Cənubi Qafqazın arid və semi-arid zonalarında aqro- biomüxtəlifliyin qorunması və davamlı istifadəsi, həmçinin səhralaşma-ya qarşı mübarizə layihələri çərcivəsində müvafiq işlər görülür və bu layihələrdə QHT-lər fəal iştirak edir.

Almaniyanın İnkişaf Agentliyi (GİZ) tərəfindən Azərbaycanda iqlim dəyişmələrinə uyğun-laşma üzrə potensialın gücləndirilməsi məqsədilə 2011-2012-ci illərdə treninq-kurslar

Ətraf mühit üzrə görülmüş işlər

Page 76: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

7676

təşkil edilmişdir. Cənubi Qafqazın 2050-ci ilə qədər regional iqlim ssenariləri hazırlanır və ölkədə iqlim dəyişmələrinə həssas sahələr müəyyənləşdirilir. Sel və daşqınlara məruz qala biləcək ərazilərin xəritələri hazırlanır.

Azərbaycanın İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına II Milli Məlumatı hazırlanmış və 2012-ci ildən 2006-2010-cu illəri əhatə edəcək III Milli Məlumatın hazırlanması işlərinə başlanılmışdır.

4.7. Geoekoloji tədbirlər

Kəşf edilmiş yataqlarda son on illər ərzində faydalı qazıntıların istismarına başlan-mazdan əvvəl yataqların istismarının ətraf mühitə mümkün təsirinin öyrənilməsi və qiymətləndirilməsi üzrə kompleks geoekoloji tədqiqat işlərinin aparılmasına başlanıl-mışdır.

2007-2010-cu illərdə Kiçik Qafqazın Daşkəsən və Göygöl rayonları ərazisində geoekoloji şəraitin qiymətləndirilməsi işləri aparılmışdır. Bu zaman ərazidəki qədim dağ qazmaların-dan, geoloji-kəşfiyyat və istismar işləri aparılmış sahələrdən sınaqlar götürülərək müvafiq laboratoriyalarda analiz olunmuşdur.

Naxçıvan MR-nın Culfa və Ordubad rayonları ərazisində aparılmış geoloji-kəşfiyyat və istismar işlərinin ətraf mühitə təsirini qiymətləndirmək məqsədilə 2007-2011-ci illərdə Əlincəçay və Gilançay arası sahədə geoekoloji, hidrogeoekoloji və biogeokimyəvi tə-dqiqatlar aparılmış və maraqlı nəticələr əldə edilmişdir.

Darıdağ mərgümüş-sürmə Ağdərə kolçedan polimetal, Parağaçay mis-molibden yataqları fasilələrlə istismar olunmuşdur. Bu işlərin nəticəsində ərazilərdə çoxsaylı buruq quyuları, mağaralar, yüz minlərlə m3 həcmində yerüstü xəndəklər və şurflar qazılmışdır.

Ekzogen geoloji proseslər hələ 1980-ci illərdən başlayaraq fasiləsiz olaraq tədqiq edilir, onların yaranma səbəbləri öyrənilir, müvafiq müdafiə tədbirləri hazırlanır. Bu proseslərə məruz qalmış ərazilərdən kəndlərin, digər yaşayış məntəqələrinin, sənaye və mülki obyektlərin köçürülməsi ilə əlaqədar tədqiqatlar aparılır, təkliflər hazırlanır.

Son illərdə (2006-2012) Mingəçevir su anbarı sahəsində, Ağsu aşırımı sahəsində, Bakı şəhərinin Səbail, Xətai və Suraxanı rayonları, Şamaxı, Ağsu, İsmayıllı və digər rayonların ərazilərində sürüşmə prosesləri proqnozlaşdırılmış və hökumətin gördüyü tədbirlər nə-ticəsində sürüşmələrin ciddi təsirinin qarşısı nisbətən alınmışdır.

Page 77: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

7777

Xəzər dənizi səviyyəsinin tərəddüdü sahəsində yerləşən xalq təsərrüfatının bütün sahələrini əhatə edən obyektlərə iqtisadi və sosial ziyanı nəzərə alaraq, Xəzəryanı ərazidə mövcud geoekoloji şərait qiymətləndirilərək mühafizə tədbirləri üçün təkliflər hazırlanmışdır.

2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində Salyan və Neftçala rayonlarında baş vermiş subasma prosesinin səbəblərinin araşdırılması məqsədi ilə xüsusi geoekoloji, hidrogeoloji və mühəndis geoloji tədqiqatlar aparılmış, ərazidə ekoloji tarazlığı təmin edəcək təkliflər və tövsiyələr işlənib hazırlanmışdır.

2008-2012-ci illərdə ölkənin müxtəlif bölgələrində ərazinin ekoloji-hidrogeoloji və mü-həndis geoloji şəraitinin, yeraltı suların kəmiyyət və keyfiyyət göstəricilərinin, geoloji mü-hitdə baş verən ekzogen geoloji proseslərin qiymətləndirilməsi istiqamətində kompleks tədqiqatlar aparılmışdır.

4.8. Ekoloji ekspertiza

Ekoloji ekspertiza-həyata keçirilməsi nəzərdə tutulan iqtisadi (təsərrüfat) fəaliyyətin ət-raf mühitə mənfi təsirlərinin qiymətləndirilməsi, onların qarşısının alınması və təsirlərin yumşaldılması, qəbul olunan qərarların ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

1996-cı ildə Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə “Azərbaycanda Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Prosesi“ haqqında Əsasnamə qəbul olunaraq ekoloji ekspertiza sahə-sində zəruri hesab olunan prosedur qaydaların beynəlxalq tələblərə uyğunlaşdırılması təmin edilmişdir.

Ekoloji ekspertiza sahəsində qəbul olunmuş qərarlar maraqlı ölkələr, təşkilatlar və ictimaiy-yət üçün açıqlığın təmin olunması, qonşu ölkələrin ekoloji təhlükəsizliklərinin nəzərə alınması Azərbaycan Respublikasının üzv olduğu “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə olunması, qərar qəbul edilməsində ictimaiyyətin iştirakı və ədalət məhkəməsinin açıq keçiril-məsi haqqında“ Orxus Konvensiyası və “Sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiy-mətləndirilməsi haqqında“ Espoo Konvensiyasının tələblərinə müvafiq olaraq yerinə yetirilir.

“Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğun-laşdırılması üzrə (2010-2012-ci illər) Tədbirlər Planı“na uyğun olaraq ekoloji eksperti-za sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi, bu sahədə qanunvericilik bazasının beynəlxalq tələblərə tam uyğunluğunun təmin olunması məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında“ Azərbaycan Respublikası Qanununun layihəsi müvafiq işçi qrup tərəfindən hazırlanaraq Milli Məslisə təqdim olunmuşdur. Qeyd olunan qanun la-yihəsi iqtisadi və digər təsərrüfat fəaliyyətlərinin ətraf mühitə və insan sağlamlığına ola

Ətraf mühit üzrə görülmüş işlər

Page 78: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

7878

biləcək təsirlərinin və onların nəticələrinin ətraf mühitin keyfiyyət normativlərinə və eko-loji tələblərə uyğunluğunun öyrənilməsi məqsədilə həyata keçirilən ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən etməklə bu sahədə münasibətləri tənzimləyəcəkdir.

Azərbaycanın strateji inkişafının uğur qazanmasının özünəməxsusluğu yerinə yetirilən hər bir layihənin konkret olaraq həmin sahənin inkişafı üzrə qəbul olunmuş müvafiq dövlət proqramları əsasında həyata keçirilməsidir. İqtisadi inkişaf sahəsində qəbul olunan hər bir dövlət proqramı və onun ayrı-ayrı komponentlərinin icrası dövlət ekoloji ekspertizası-nın obyektlərinə aid olduğundan ilkin mərhələdə müəyyən olunmuş qaydada layihələrin ekoloji qiymətləndirilməsi həyata keçirilir.

Son illər Dövlət ekoloji ekspertizasına təqdim olunmuş müraciət və sənədlərin təhlili göstərir ki, dövlətimizin hüquqi dövlət quruculuğu istiqamətində mövqeləri möhkəm-ləndikcə, ölkədə sahibkarlıq və digər fəaliyyət növləri ilə məşğul olan fiziki və hüquqi şəxslərdən qanunvericiliyin tələblərinə ciddi riayət etmələri ekologiya orqanları tərəfin-dən tələb olunduqca buna mütənasib olaraq Dövlət ekoloji ekspertizasına təqdim olu-nan sənədlərin sayı xeyli dərəcədə artmışdır. Ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malik layihələrin ətraf mühit və sosial sahəyə mənfi təsirlərinin qarşısının alınması üçün layihələrin ekoloji qiymətləndirilməsinə aidiyyəti sahə mütəxəssisləri ilə yanaşı layihənin təsirinə məruz qalacaq vətəndaşlar da cəlb olunmaqla ictimai dinləmələrin keçirilməsi qanunvericiliklə təsbit olunmuşdur. Hər bir layihə ekoloji qiymətləndirməyə təqdim olu-narkən ilk öncə iqtisadi səmərəsindən əvvəl onun ətraf mühitə və insan sağlamlığına bilavasitə təsirləri prioritet olaraq qəbul olunur.

Ekoloji ekspertizanın keçirilməsi zamanı mövcud prosedur qaydalara əməl olunmaqla Azər-baycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının üzv olduğu Konvensi-yalardan irəli gələn öhdəliklər və hər bir halda ərazinin mövcud ekoloji durumu nəzərə alınır. Dövlət ekoloji ekspertizası üzrə rəsmi razılıq rəy formasında sənədləşdirilir və onun icrası mülkiyyət növündən və tabeçiliyindən asılı olmayaraq bütün qurumlar üçün məcburi xa-rakter daşıyır. Verilmiş ekoloji ekspertiza rəyləri üzrə tələblərin yerinə yetirilməsinə nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

4.9. Ətraf mühit sahəsində beynəlxalq əməkdaşıq

2008-2012-ci illərdə ETSN-in ətraf mühitlə bağlı fəaliyyəti beynəlxalq əməkdaşlıq sahə-sində də davam etdirilmişdir. Belə ki, bir sıra region dövlətləri, inkişaf etmiş dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığa dair sazişlər hazırlanmış, razılaşdırılma və imzalanma prosesləri, birgə tədbirlər həyata keçirilmişdir.

Page 79: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

7979

2009-2012-ci illərdə müxtəlif ölkələrin ətraf mühit nazirlikləri ilə ətraf mühi-tin mühafizəsi sahəsində əməkdaşlığın qurulması istiqamətində işlər həya-ta keçirilmiş, Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hö-kuməti, Serbiya Respublikası Hökumə-ti, Yunanıstan Respublikası Hökuməti, Belarus Respublikası Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi ara-sında ətraf mühitin mühafizəsi sahəsin-də əməkdaşlığa dair sazişlər, Rusiya Federasiyası Hökuməti ilə Samur transsərhəd ça-yının rasional istifadəsi və qorunması haqqında saziş, Türkiyə Respublikası Hökuməti ilə meşə təsərrüfatı və meteorologiya sahələrində əməkdaşlığa dair Anlaşma Memo-randumları, Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Təşkilatı (GİZ) ilə “Təbii sərvətlərin davamlı idarə olunması sahəsində əməkdaşlıq“ haqqında və Koreya Respublikası Ətraf Mühit Sənayesi və Texnologiyalar İnstitutu arasında Azərbaycanda Ətraf Mühitin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına dair Anlaşma Memoran-dumları imzalanmışdır.

2012-ci ilin iyun ayında Azərbaycan Respublikası “Ozon qatını dağıdan maddələr haqqın-da 16 sentyabr 1987-ci il tarixli Monreal Protokolu“na 3 dekabr 1999-cu il tarixli Pekin Düzəlişinə qoşulmuşdur. 2000-ci il oktyabrın 20-də Florensiya şəhərində imzalanmış “Av-ropa Landşaft Konvensiyası“ 2011-ci ilin 24 iyun tarixində təsdiq edilmişdir.

2010-cu “Ekologiya ili“ndə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı ölkənin paytaxtı Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün əsas üç şəhər-dən biri elan edilmişdir.

2010-cu ilin 5-7 iyul tarixlərində Qəbələ şəhərində UNEP və Ekologiya və Təbii Sərvət-lər Nazirliyinin birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədilə Avropanın Ətraf Mühit Nazirləri və ekspertlər səviyyəsində Konfrans keçirilmiş və yekun sənəd olaraq “Qəbələ Bəyannaməsi“ qəbul olunmuşdur.

Həmin ilin 5-6 oktyabr tarixlərində Qəbələdə MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının 22-ci sessiyası keçirilmişdir. Sessiyada regionda hidrometeoroloji fəaliyyətin əlaqələndirilməsi, məlumatlar mübadiləsinin tənzimlənməsi, müasir hidrometeorolo-ji müşahidə və təhlil texnologiyalarının tətbiqi, birgə elmi-tədqiqat işlərinin aparılması, normativ və metodiki sənədlərin işlənilməsi və s. məsələlər müzakirə olunmuşdur.

Şəkil 27. Ətraf mühit sahəsində beynəlxalq müzakirələr

Ətraf mühit üzrə görülmüş işlər

Page 80: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

8080

6-8 iyun 2011-ci il tarixində Latviyanın Ətraf Mühit və Regional İnkişaf Naziri cənab Raymonds Veyonisin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsin-də “Azərbaycan və Latviyanın ətraf mühit sektorları arasında əməkdaşlığa dair imkanlar“ mövzusunda Biznes Forum keçirilmişdir.

2011-ci il 7-9 sentyabr tarixlərində Qəbələ şəhərində Azərbaycan Respublikası Ekologi-ya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisidlər Assosiasiyasının təşkilatçılığı ilə 11-ci Beynəlxalq Pestisid Forumu keçirilmişdir. Forum Qafqaz və Orta Asiya ölkələrinin ətraf mühit problemlərinə həsr olunmuş və Forumda Avropa Parlamentinin rəsmiləri, bey-nəlxalq elmi-tədqiqat mərkəzlərinin, Avropa və MDB ölkələrinin dövlət və qeyri-dövlət təşkilatlarının və s. nümayəndələri iştirak etmişdir.

2011-ci il 28 oktyabr tarixində Bakı şəhərində aidiyyəti dövlət qurumları və qeyri-hö-kumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Avropa Komissiyasının texniki yardım və məlumat mübadiləsi alətinin (TAİEX) Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin Avropa İttifaqının direktivlərinə uyğunlaşdırılması üzrə bir günlük semi-nar keçirilmişdir.

2012-ci il 16 noyabr tarixində Bakıda Avropanın Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının 3-cü iclası keçirilmişdir. Tədbir çərçivəsində həmçinin Ətraf Mühitin Müha-fizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın və BMT-nin Ətraf Mühit Proq-ramının (UNEP) əməkdaşlığı ilə həyata keçirilən “Yaşıl həftə“ görüşü öz işinə yekun vurmuş və Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla Əliyeva görüşdə çıxış edərək Nazirlər Şurasının iştirakçılarına bu barədə ətraflı məlumat ver-mişdir.

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə əməkdaşlıq. Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası – Xəzər dənizi regionunda Xəzər dənizinin ətraf mühitinin mühafizəsi istiqamətində tədbirləri və birgə idarəetməni əks etdirən ilk hüquqi sazişdir. Konvensiya, beş Xəzəryanı dövlətlərin hökumətləri tərəfin-dən 2003-cü ildə imzalanmış və Konvensiyaya tərəf olan ölkələr tərəfindən ratifikasi-ya olunduqdan sonra 12 avqust 2006-cı il tarixində qüvvəyə minmişdir. Xəzər dənizi-nin ətraf mühitinin çirklənmədən qorunması, bioloji ehtiyatlarının mühafizəsi, bərpası, səmərəli istifadəsi məqsədi ilə Konvensiyanın müddəalarına əsasən əlavə protokolların hazırlanması istiqamətində beş xəzəryanı ölkə əməkdaşlıq edir. Hal-hazırda dörd pro-tokol üzrə əməkdaşlıq edilməkdədir. Tehran Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu 12 avqust 2011-ci il tarixində beş xəzəryanı ölkələrin hökumətləri tərəfindən Qazaxıs-tanın Aktau şəhərində imzalanmışdır. Konvensiyanın Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında Protokolunun mətni 12 dekabr 2012-ci il tarixində Moskva şəhərində keçirilən

Page 81: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

8181

Tərəflər Konfransında Azərbaycan Respublikası tərəfindən təsdiq edilmişdir. Konven-siyanın digər iki Protokolu, Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndi-rilməsi haqqında Protokol və Bioloji müxtəlifliyin mühafizəsi haqqında Protokol üzrə müzakirələr davam etməkdədir.

4.10. Qanunvericilik

Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin sağlam ətraf mühitdə yaşa-maq, ətraf mühitin vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilə-rin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Konstitusiyaya görə ətraf mühitin qorunması hər bir şəxsin borcudur.

Ölkədə ekologiyaya və ətraf mühitin mühafizəsinə dair bir sıra qanunlar və bundan irəli gələrək qəbul olunmuş Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin normativ hüquqi aktları mövcuddur.

“Ətraf mühitin mühafizəsi haqqında“, “Ekoloji təhlükəsizlik haqqında“, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında“, “İstehsalat və məişət tullantıları haqqında“, “Yerin təki haqqın-da“, “Atmosfer havasının mühafizəsi haqqında“, “Hidrometeorologiya fəaliyyəti haqqın-da“, “Heyvanlar aləmi haqqında“, “Ovçuluq haqqında“, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında“, “Ətraf mühitə dair informasiya almaq haqqında“ Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Meşə Məcəlləsi, Su Məcəlləsi, Torpaq Məcəlləsi və bunlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar ekologiya və təbii sərvətlərdən səmərəli istifadə olunması ilə əlaqədar münasibətləri tənzimləyir. Bu qanunvericilik aktları ölkədə həmin sahənin hüquqi əsaslarını müəyyən etməklə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrlə birgə hüquqi baza rolunu oynayır.

Son illərdə Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normativ hüquqi akt-ların ölkənin qoşulduğu beynəlxalq müqavilələrin (konvensiya və s.) müddəalarına, həmçinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində tədbirlər görülmüşdür.

Son illərdə “İstehsalat və məişət tullantıları haqqında“, “Ekoloji təhlükəsizlik haqqında“, “Hey-vanlar aləmi haqqında“ Azərbaycan Respublikasının Qanunlarına və Azərbaycan Respublika-sının İnzibati Xətalar Məcəlləsinə hüquq normalar barədə aşağıdakılar əlavə edilmişdir:

milli qanunvericiliyin beynəlxalq konvensiyalara uyğunluğunun təmin edilməsi; ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirk-

lənməsi normalarının müəyyən edilməsi;

Ətraf mühit üzrə görülmüş işlər

Page 82: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

8282

vəhşi heyvanların, xüsusi icazə olmadan təbii mühitdən ayırmaqla və ya digər qa-nunsuz yollarla əldə etməklə, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə müvafiq tələblərə riayət etmədən saxlanması, mühafizəsi və istifadəsi aşkar olunduqda, hə-min heyvanlar bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən geri götürüldükdən sonra onların reabilitasiyasına çəkilmiş xərcləri ödəməyin heyvanlar aləmi obyektlərinin istifadəçilərinin vəzifələri olması;

ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əley-hinə olan inzibati xətalara görə inzibati cərimələrin artırılması;

şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə “Ət-raf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları“ təsdiq edilmişdir.

2010-cu il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer ha-vasına atılan zərərli maddələr üzrə Avro-2 ekoloji normaları tətbiq edilmiş və Avropa standartlarına keçid üzrə növbəti Tədbirlər Planı təsdiq edilmişdir.

İqtisadi və digər təsərrüfat fəaliyyətinin ətraf mühitə və insan sağlamlığına ola biləcək təsirinin və onun nəticələrinin ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun öyrənilməsi məqsədi ilə həyata keçirilən ətraf mühitə təsirin qiymətləndi-rilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edən və bu sahədə mü-nasibətləri tənzimləyən “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında“ Azərbaycan Respublikasının Qanun layihəsi işlənib hazırlanmış, aidiyyəti üzrə dövlət qurumları ilə ra-zılaşdırılmış və layihəyə hazırda Azərbaycan Respublikasının Milli Məclisində baxılır.

Meşə fonduna daxil olmayan yaşıllıqların (ağac-kol bitkilərinin) mühafizəsi, qeydiyyatı, sa-lınması, bərpası və artırılması ilə əlaqədar münasibətləri tənzimləyən “Yaşıllıqların müha-fizəsi haqqında“ Azərbaycan Respublikasının Qanun layihəsi ictimai müzakirədən keçərək hökumətə təqdim edilmişdir.

Azərbaycan qanunvericiliyinin beynəlxalq konvensiyalara və Avropa İtifaqının Direktivlə-rinə uyğunlaşdırılmasını təmin etmək üçün yeni qanun layihələri və ya mövcud qanunlara əlavə və dəyişiklikləri nəzərdə tutan aşağıdakı qanun layihələri hazırlanmışdır:

• “Atmosfer havasının keyfiyyəti və Avropa üçün daha təmiz hava haqqında“ Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının Direktivinə əsasən “Atmosfer havasının mühafizəsi haqqında“ Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi barədə“ Azərbaycan Respublikasının Qanun layihəsi;

• Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 2003-cü il 28 yanvar tarixli 2003/4/EC nömrəli Direktivinə əsasən məlumatın verilməsi şərtlərinə, müraciət edənin

Page 83: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

8383

dövlət orqanından ətraf mühitlə bağlı məlumatın spesifik forma və ya formatda təqdim olunmasını tələb edə biləcəyi hallara, ətraf mühitlə bağlı məlumatların ve-rilməsi məqsədilə imtina səbəblərinin siyahısına və bu kimi imtina ilə bağlı bəzi tələblərin təmin edilməsinə dair müddəalarında dəyişikliyi nəzərdə tutan “Ətraf mühitə dair informasiya almaq haqqında“ Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə“ Azərbaycan Respublikasının Qanun layihəsi;

• Ətraf mühitə, əhalinin həyat və sağlamlığına təsərrüfat və digər fəaliyyətlərin neqa-tiv təsirlərinin qarşısının alınması məqsədi ilə ekoloji auditor fəaliyyətinin həyata keçirilməsi prosesində dövlət orqanları, hüquqi və fiziki şəxslər arasında yaranan münasibətləri tənzimləyən “Ekoloji auditor fəaliyyəti haqqında“ Azərbaycan Res-publikasının Qanun layihəsi;

• Beynəlxalq təşkilatların tövsiyələri əsasında BMT-nin “Bioloji müxtəliflik haqqında Kon-vensiyası“nın müddəalarına uyğun olaraq xüsusi mühafizə olunan təbiət ərazilərinin, o cümlədən milli parkların idarə edilməsi mexanizminin təkmilləşdirilməsi və ölkədə bio-loji müxtəlifliyin qorunmasında, əhalinin təbii sərvətlərdən səmərəli və davamlı istifadə etməsində, ekoturizmin daha da inkişaf etdirilməsində, ekoloji təmiz məhsulların isteh-salında, həmin regionun davamlı sosial-iqtisadi inkişafında mühüm rol oynayan biosfer rezervatların yaradılmasının hüquqi bazasını formalaşdırmaq üçün “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında“ Azərbaycan Respublikasının Qanunun-da dəyişikliklər edilməsi barədə“ Azərbaycan Respublikasının Qanun layihəsi;

• Azərbaycanda su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növ-lərin, əmtəə məhsulu əldə edilməsi məqsədilə süni yaradılmış məskunlaşma şəra-itində mayalanmış balıq kürüsünün inkubasiyası, körpələrinin bəslənməsi, yetiş-dirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyətin, yəni akvakulturanın inkişafının hüquqi bazasını formalaşdırmaq üçün “Balıqçılıq haqqında“ Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi haqqında“ Azərbaycan Respublikası Qa-nununun layihəsi hazırlanmış və ictimai müzakirəyə verilmişdir.

4.11. Ətraf mühit sahəsində tədbirlərin maliyyələşdirilməsi

2008-2012-ci illərdə Azərbaycan dünyada iqtisadi cəhətdən dinamik inkişafda olan ölkə kimi tanınmaqda davam edir. Təqdirəlayiq haldır ki, bu uğurlar dün-yanı qlobal maliyyə böhranının bürüdüyü, hətta inkişaf etmiş dövlətlərin iqtisa-diyyatının tənəzzülə uğradığı, bank-maliyyə sektorunun böhran içində olduğu bir şəraitdə qazanılır. Buna görə də, dünyanın bir çox nüfuzlu beynəlxalq qurumları Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirir, özlərinin illik hesabatla-rında ölkəmizi iqtisadiyyatı dinamik inkişaf edən dövlət kimi dəyərləndirirlər. Bu cür inkişaf özünu ekologiya sahəsində də göstərməkdədir.

Ətraf mühit üzrə görülmüş işlər

Page 84: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

8484

Ətraf mühitin qorunub saxlanılması üzrə strateji məsələlərin həlli və onlardan səmərəli istifadə olunması üzrə maliyyə vəsaitlərinin planlaşdırılması “Azərbaycan Respublikası Re-gionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı“na, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı“na, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azal-dılması və davamlı inkişaf Dövlət Proqramı“na habelə digər sahələr üzrə inkişaf proqram-larına əsaslanır.

Ölkə üzrə daha böyük əhəmiyyət kəsb edən ekoloji təhlükəsizliyi təmin edən və təbii resurslardan səmərəli istifadəni həll etmək üçün xüsusi proqramlar qəbul edilmişdir.

Ətraf mühit sahəsi üzrə bir sıra strateji proqramlar - “2006-2010-cu illərdə Azər-baycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks tədbirlər planı“, “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi“, “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair “, “Meşələrin bərpa edilməsinə və artırılmasına dair “, “Hidrometeorologiyanın inkişafına dair “ Milli Proqramlar təs-diq olunmuşdur.

Hər il proqramların icrası ilə bağlı Prezidentin Ehtiyat Fondundan, Dövlət İnvestisiya Proq-ramı çərçivəsində Nazirlər Kabinetinin Sərəncamları ilə Ekologiya və Təbii Sərvətlər Na-zirliyinə müəyyən edilmiş məbləğdə vəsait nəzərdə tutulur. Belə ki, 2008-2012-ci illərdə investisiya xarakterli vəsaitin məbləği 94975,6 min manat təşkil etmişdir.

2008-2012-ci illərdə prioritet olaraq ümumi çəkidə əhalinin içməli su ilə təminatı ilə bağlı layihələrin həcmi 37.08%, magistral avtomobil yollarının yaşıllaşdırılma-sı üzrə 34.1%, meşəbərpa tədbirləri üzrə 7.9%, tullantıların idarə olunması üzrə 11.59%, infrastruktur üzrə 4.27%, layihələndirmə işləri və digərləri üzrə 2.96 % təşkil etmişdir.

Dövlət büdcəsində 2008-2012-ci illərdə Ümumi daxili məhsulun artım tempinə uyğun olaraq ekologiya sahəsinə ayrılan və-saitlər üzrə də artım tempi müşayiət olu-nur. 2008 və 2012-ci illərdə ekoloji xərc-lərin ÜDM-da xüsusi cəkisi 0,15 % təşkil etmişdir.

Infrastruktur

Su təminatı ilə bağlı

Çirkab sular təmizlənməsi

Tullantıların idarə olunması

Yaşıllaşdərma

Meşəbərpa işləri

Layihələndirmə işləri və sair

37,08

7,9

2,96 4,27

34,1

2,111,59

Diaqram 15. 2008-2012-ci illərdə investisiya xərclərinin fəaliyyət istiqamətlərinin icra göstəriciləri, ümumi xərclərdə xüsusi çəki ilə

Page 85: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

8585

Hər sahənin ümumi xərclərdə çəkisi ildən ilə artır və xərc-lər istiqamətlər üzrə dövlət büdcəsində təsnifata uyğun olaraq meşə təsərrüfatı, hid-rometeorologiya, balıqçılıq, ovçuluq, ətraf mühitin müha-fizəsi, geoloji kəşfiyyat işləri-nin aparılması, abadlaşdırma və yaşıllaşdırma işləri, su təsər-rüfatı, idarəetmə orqanlarının saxlanılması, elmi işlərin təşkili, ixtisasartırma və ixtisaslaşma xərcləri üzrə nəzərdə tutulur.

Göründüyü kimi, ümu-mi xərclərin tərkibində meşələrin istifadəsi, bərpası və mühafizə-si xərcləri 22.5%, yerin təkinin geoloji öyrənil-məsi, mühafizəsi xərc-ləri 15.1%, hidrome-teorologiya xidmətləri 15.7%, yaşıllaşdırma xərcləri 15.1% bioloji müxtəlifliyin qorunub saxlanılması xərclə-ri 8.4%, suların bioloji sərvətlərindən istifadə edilməsi xərcləri 4.8%,

su təsərrüfatı xərcləri 3.4%, idarəetmə, elm, təhsil xərcləri 15% təşkil edir. Son 5 ilin göstəri-cilərinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitin bütün sahələrdə artımı müşahidə olunur. Son beş ildə adambaşına düşən ekologiya xərcləri üzrə artım müşahidə olunur.

Ətraf Mühitin Mühafizəsi Fonduna cərimə və ödəmələrdən, ov üçün lisenziyaların veril-məsindən, atmosfer havasına atılan tullantılar üzrə, könüllü ianələrdən daxil olma mexa-nizmləri Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında“ , “Atmosfer ha-vasının mühafizəsi haqqında“, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında“ Qanunları, “Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə Qaydaları“ və “Ətraf mühitin mühafizəsi üzrə dövlət Fondu haqqında Əsasnamə“ haqqında Nazirlər Kabinetinin Qərarları və digər qanunverici sənədlər əsasında tənzimlənir.

Diaqram 16. 2008-2012-ci illərdə investisiya və cari büdcə xərclərinin dinamikası, min manat

45000400003500030000250002000015000100005000

0 2008 2009 2010 2011

investisiya üzrəxərclər

cari büdcə xərcləri

5000045000400003500030000250002000015000100005000

0

Üm

umi xər

clər

hidr

omet

eoro

logi

yatə

dbirlər

i

balıq

artır

ma

və b

alıq

m

ühaf

izəs

ibi

oloj

i zən

ginl

iyin

qoru

nması və

landşa

fınm

ühaf

izəs

i

meşə

təsə

rrüf

atı

fayd

alı q

azın

tılar

yaşı

llaşdırm

a

su tə

sərr

üfatı

idarəe

tmə,

elm

, təh

sil

20082009201020112012

Diaqram 17. Dövlət büdcəsinin funksional təsnifatı üzrə ekologiya üzrə faktiki xərclər, min manat

Ətraf mühit üzrə görülmüş işlər

Page 86: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

8686

Meşələrin qorunub saxlanılması və təkrar istehsalı Fondu üzrə meşə təsərrüfatı sahəsində əsas xidmətlər üzrə ödəmələrdən - meşə sahələrinin icarə qiyməti, əsas meşə və kol cinslə-rinin köküstü buraxılış nırxları, cərimələr – Azərbaycan Respublikası “Meşə Məcəlləsi“nin 47, 48, 64, 65-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2006-cı ilin 29 dekabr tarixli 510 nömrəli “Xüsusi razılıq tələb olunan bəzi fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq verilməsinə görə ödənilən rüsumun məbləği barədə“ Fərmanı, “Res-publika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edil-məsi haqqında“, “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında“ Nazirlər Kabinetinin Qərarları və digər qanunverici sənədlər əsasında tənzimlənir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan xüsusi Fond üzrə ödəmələr, cərimələr - “Xüsusi mü-hafizə olunan təbiət əraziləri və obyektləri haqqında AR Qanunu-nun 43-cü maddəsi, İn-zibati Xətalar Məcəlləsi

(9-cu fəsil), Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin 3 avqust tarixli 106 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının bir sıra Milli Parkları haqqında Əsas-namələrin 1.6 və 1.9 bəndləri, “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr“, “Xüsusi müha-fizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının və vəsaitlərinin yaradılması və onlardan istifadə Qaydası Haqqında“ Nazirlər Kabinetinin Qərarları və digər qanunverici sənədlər əsasında tənzimlənir.

2008-2012-ci illərdə fondlara daxilolmalar üzrə artım olmuşdur. Daxilolmalar üzrə plan göstəricilərinin yerinə yetirilməsi üzrə Ətraf Mühitin Mühafizəsi Fondunda 2008-ci ilə nis-bətən 2012-ci ildə 49,9%, Meşələrin qorunub saxlanılması və təkrar istehsalı Fondunda həmin dövr ərzində 61,2%, Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan xüsusi Fondda 65,2% artım olmuşdur. Nazirliyin strukturunda nəzarət funksiyalarının artırılması və mühafizə sektorunun işinin gücləndirilməsi nəticə-sində yığımların faizi əhəmiyyətli dərəcədə artmışdır.

Ümumi xərclərin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 20-25% təşkil edir. Xərclərin tərki-bində əsaslı xərclərin artırılması bəzi Dövlət Proqramlarında nəzərdə tutulmuş layihələrin icrasında əhəmiyyətli maliyyə mənbəyi hesab olunur.

18001600140012001000800600400200

0

ƏMMDFMQSTİFXMOTƏDF

2008 2009 2010 2011 2012

Diaqram 18. 2008-2012-ci illərdə fondlar üzrə faktiki daxilolmalar, min manat

Page 87: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

8787

V. Ekoloji təbliğat, vətəndaş cəmiyyəti və QHT-lər

5.1. Ekoloji təbliğat və maarifləndirmə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı gündən etibarən onun çoxşaxəli fəaliyyə-tində ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin maarifləndirilməsi və məlumatlan-dırılması prioritet istiqamətlərdən biri olmuşdur.

2003-cü ildə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında“ Azərbaycan Res-publikasının Qanunu qəbul edilmiş və həmin Qanunun müddəalarından irəli gələn və-zifələrin icrası ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilməyə başlanılmışdır. Eyni za-manda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə “Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları“ və “Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamə“ təsdiq edilmişdir.

Əhalinin ekoloji təhsili və maarifləndirilməsini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna Ekoloji Təbliğat şöbəsi daxil edilmişdir.

Yerli ərazi və regional şöbə və idarələrin nəzdində yaradılmış Ekoloji təbliğat struktur-larına Nazirlikdə kurslar təşkil edilmiş, onlar metodiki və təbliğat materialları ilə təmin edilmişdir.

Nazirlik tərəfindən əhalinin ekoloji maarifləndirilməsi, onların bu sahədə məlumatlılığının artırılmasına xidmət edən müxtəlif tədbirlər mütəmadi olaraq həyata keçirilir.

Ətraf mühitin mühafizəsi sahəsi üzrə qəbul edilmiş Milli və Dövlət proqramlarında, Təd-birlər və Milli Strategiya planlarının demək olar ki, əksəriyyətində ekoloji təbliğat və əha-linin məlumatlandırılması barədə tədbirlər öz əksini tapmışdır.

Belə ki, “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair“, “Meşələrin bərpa edil-məsi və artırılmasına dair“, “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklə-rin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair“, “Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişafı“ və “Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı“, “Azərbaycan Respublikasında еkоlоji vəziy-yətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kоmplеks Tədbirlər Planı“, “Azər-baycan Gəncliyi Dövlət Proqramında (2005-2009-cu illər)“, “Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı“, “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı“, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və

Ekoloji təbliğat, vətəndaş cəmiyyəti və QHT-lər

Page 88: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

8888

davamlı inkişaf Dövlət Proqramı“ və s. qəbul edilmiş dövlət və milli proqram-larda əhalinin ekoloji maariflənməsinə, onların ekologiya və ətraf mühitin mü-hafizəsi sahəsində məlumatlandırılma-sına geniş yer verilmişdir. Bu tədbirlərin icrası məqsədilə müxtəlif ekoloji təbli-ğat xarakterli seminarlar, dəyirmi ma-salar, konfranslar, müsabiqələr, sərgilər, bilik yarışları və s. tədbirlər həyata ke-çirilmişdir.

Bu istiqamətdə Ekologiya və Təbii Sər-vətlər Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə kütləvi informasiya vasitələri, ictimaiy-yət və qeyri-hökumət təşkilatları nümayəndələri üçün mütəmadi olaraq seminarlar təşkil edilmişdir.

Ekoloji təqvim günlərində davamlı olaraq KİV-də məqalələr dərc edilmiş, televiziya və radioda çıxışlar təşkil edilmiş, ölkənin yaşayış məntəqələrində təmizlik və abadlıq işləri aparılmış, iməciliklər keçirilmişdir. Bakı şəhərində əhali daha çox olduğu yerlərdə ətraf mühitin mühafizəsində yaxından iştirak etmələri üçün ictimaiyyət arasında təbliğat xa-rakterli vərəqələr paylanılmış, orta məktəblərdə və ali təhsil müəssisələrində seminarlar keçirilmişdir.

Nazirlik tərəfindən ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliklə tənzimlənən müva-fiq tədbirlər həyata keçirilmiş, dövlət idarəçiliyində ictimaiyyətin iştirakını təmin edilmiş, ekoloji təbliğata, əhalinin maarifləndirilməsinə və monitorinq fəaliyyətinə üstünlük ver-mişdir.

Son illər Azərbaycan Respublikasında ətraf mühitin sağlamlaşdırılması və ekoloji təhlükə-sizliyin təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə dövlət səviyyəsində böyük diqqət yetirilir.

Ötən müddət ərzində qeyd olunan istiqamətlər üzrə nəzərdə tutulan fəaliyyətin ekoloji təhlükəlilik səviyyəsinin düzgün qiymətləndirilməsini və həmçinin həmin fəaliyyət nəti-cəsində ətraf mühitə və bilavasitə əhalinin sağlamlığına mənfi təsir edə biləcək təsirlərin azaldılması və yaxud aradan qaldırılması ilə bağlı görülən konkret tədbirlərin effektivliyi təmin etmişdir.

Nazirlik tərəfindən keçirilmiş və ictimaiyyət üçün maraq kəsb edən, habelə onun fəaliyyətinin əsas istiqamətlərinin və davamlı inkişaf konsepsiyasının təbliğini əks etdirən bütün tədbirlər

Şəkil 28. Beynəlxalq Yer Günü ilə əlaqədar məktəblilərlə görüş

Page 89: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

8989

KİV–də geniş işıqlandırılır və Nazirliyin gördüyü işlər barədə təbliğat xarakterli məlumatlar Nazirliyin internet saytının zənginləşdirilməsi məqsədilə müntəzəm olaraq yerləşdirilir.

Ölkəmizdə beynəlxalq ekoloji sərgilərin keçirilməsi artıq ənənə halını almışdır. Hər il Ekologiya və Təbii Sərvətlər Na-zirliyi tərəfindən ənənəvi “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar“ mövzu-sunda Beynəlxalq Ətraf Mühit Sərgiləri keçirilmişdir.

5.2. Ekoloji mədəniyyətin inkişafında KİV-lərin rolu və fəaliyyəti

Ölkədə bir sıra, o cümlədən “Ətraf mühitə dair informasiya almaq haqqında“, “İnforma-siya əldə etmək haqqında“, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında“, “İn-zibati İcraat haqqında“, Azərbaycan Respublikasının Qanunları qəbul edilmiş və həmin Qanunların müddəalarından irəli gələn vəzifələrin icrası ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Nazirlik yarandığı gündən etibarən onun çoxşaxəli fəaliyyətində ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması, ekoloji mədəniyyətinin inkişafı sahəsində KİV-lərin rolunun və fəaliyyətinin artırılması əsas istiqamətlərdən biri olmuşdur.

Belə ki, aktual ekoloji problemlərə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyin mütəxəs-sislərinin mütəmadi olaraq KİV-də çıxışları ictimaiyyətin ətraf mühit problemləri barədə məlumatlandırılmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası Prezidentinin 2006-сı il 28 sentyabr tarixli sərəncamı ilə təs-diq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı“nın “Ekoloji təbliğat və maariflən-dirmə tədbirlərinin gücləndirilməsi, tədris müəssisələrində ekoloji təhsilə daha geniş yer ayrılması və bu sahə üzrə kadrların hazırlanması“ bəndinə əsasən ekoloji problem-lərin həllinə ictimaiyyəti cəlb etmək məqsədilə “Şəhərin zibillənməsi“, “Havanın çirk-lənməsi“, “Səhralaşma“ və “Nərəkimiləri birgə qoruyaq“ mövzularında reklam çarxla-rı, həmçinin “Otlaqlardan qeyri səmərəli istifadə“, “Bitkilərin kortəbii yığımı“, “Meşə yanğınları“ və “Qanunsuz ov“ mövzularında animasiya filmləri çəkilmiş və televiziya kanallarında yayımlanır.

Şəkil 29. Azərbaycan - Yaşil Dünya Naminə beynəlxalq ekoloji sərgi

Ekoloji təbliğat, vətəndaş cəmiyyəti və QHT-lər

Page 90: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

9090

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekologiya ili“ çərçivəsində hazırladığı Kompleks Tədbirlər Planına uyğun ola-raq media nümayəndələri üçün “2010 Ekologiya ili–Yaşıl dünya naminə“ devi-zi altında press-turlar təşkil edilmişdir.

Ətraf mühitin mühafizəsi sahəsində jurnalistlərin bilik və məlumatlılıqları-nın artırılması məqsədilə ETSN nəzdin-də “Jurnalistlərin ekologiya məktəbi“ yaradılmışdır.

5.3. Ekoloji durumun sağlamlaşdırılması sahəsində vətəndaş cəmiyyətinin rolu

Ətraf mühit məsələləri ilə əlaqədar qərarların qəbul edilməsi prosesində vətəndaş cəmiyyətinin iştirakı praktikası daha da təkmilləşdirilmişdir. Bu prosesin hüquqi əsası kimi Azərbaycan Res-publikası tərəfindən 1999-cu ildə “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqın-da“ Orxus Konvensiyası ratifikasiya edilmiş və bu istiqamətdə ölkəmizdə böyük və əhəmiyyətli işlər görülmüşdür. Belə ki, qanunvericilikdə ciddi islahatlar aparılmış, o cümlədən “Ətraf mühitə dair informasiya almaq haqqında“, “İnformasiya əldə etmək haqqında“, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında“, “İnzibati İcraat haqqında“, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında“ Qanun və digər qanun və qaydalar qəbul edilmişdir.

Qeyd etmək lazımdır ki, təbiəti mühafizə texnologiyaları, tullantılar, ekoturizm, vəhşi tə-biətin mühafizəsi, ekoloji hüquq, ekoloji təhsil və s. təbiəti mühafizə sahələri üzrə 80-dən artıq QHT fəaliyyət göstərir ki, bunlardan 35-dən çox QHT , o cümlədən “Ekosfera“ Sosial Ekoloji Mərkəzi, Heyvanların müdafiəsi cəmiyyəti, Ornitologiya cəmiyyəti, Sosial Araşdır-malar Mərkəzi, “Bizim üçün- Həyat, İnkişaf, Alternativ“, “Ekoyl“, Milli Ekoloji Proqnozlaşdır-ma Mərkəzi, Ekoloji Problemlərin araşdırılması Mərkəzi, “Ekoleks“ Ekoloji Hüquq Mərkə-zi, İnsan və Ətraf Mühit, “Ekoqraf“, Azərbaycan Respublikası Ekoloji İnnovasiya Mərkəzi, “Rüzgar“ Ekoloji Ictimai Birliyi, Sosial Ekoloji Treninq Mərkəzi və bir sıra digər QHT-lər ilə mütəmadi əlaqə saxlanılır, həyata keçirilən tədbirlərinə cəlb olunur, onların təklif və sorğuları əsasında görüşlər təşkil olunur, tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin yanında tərkibi əsasən QHT-nın, ictimaiyyətin nümayəndələrindən ibarət olmaqla İctimai Ekoloji Şura yara-dılmışdır.

Şəkil 30. “Yaşıl dünya naminə“ press-tur

Page 91: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

9191

Şura ətraf mühitin mühafizəsi və sağ-lamlaşdırılması, ekoloji təhlükəsizlik və təbiətdən səmərəli istifadə olun-ması sahələri üzrə layihələr, təkliflər, proqramlar hazırlanması və sairə təd-birlərin həyata keçirilməsi istiqamə-tində Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək, ha-belə BMT-nin “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilmə-sində iştirakı və ədalət mühakiməsinin açıq keçirilməsi haqqında“ (Orxus) Konvensi-yası müddəalarının yerinə yetirilməsində səmərəliliyi artırmaq məqsədi ilə Nazirliyin yanında yaradılan və məsləhətləşmələr aparılması üçün yığıncaqlar keçirmək forma-sında ictimai əsaslarla fəaliyyət göstərən qurumdur.

Şuranın fəaliyyətinin əsas istiqamətlərinə ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbiətdən səmərəli istifadə olunması sahələri üzrə ictimaiyyətin fikrini öyrənməklə təkliflər, proqramlar, normativ hüquqi aktların layihələrini hazırlamaq; əhalinin ekoloji şurunun forma-laşması istiqamətində təbliğat aparmaq; ətraf mühitin mühafizəsi sahəsində qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək; ətraf mühit üzrə informasiya fondu-nun genişləndirilməsi, onun məqsədyönlü istifadəsinin təmin olunmasına dair təkliflər ver-mək və ətraf mühitlə bağlı digər birgə tədbirlərin həyata keçirilməsi daxildir.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər bir vətəndaşın mənafeyinə toxunan qərarların qəbulu prosesində ictimaiyyətin aktiv iştirakı-nın təmin olunması məqsədilə regionlarda Orxus informasiya mərkəzlərinin yaradılması istiqamətində müvafiq işlər aparır.

Nazirliyin keçirdiyi bütün tədbirlərdə QHT və ictimaiyyətin nümayəndələri iştirak etmiş, Nazir-lik çərçivəsində yaradılan əksər komissiyalarda QHT-nın nümayəndələri təmsil olunmuşdur.

5.4. Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi

Mərkəz ictimaiyyətin ətraf mühitə dair məlumatlardan istifadədə və qərar qəbul edilmə-sində iştirakı imkanlarını artırmaq, ətraf mühit məsələlərində şəffaf ictimai mühit yaratmaq, nəticədə ölkədə ümumi demokratikləşmənin, müasir idarəçiliyin gücləndirilməsinə yardım etmək məqsədi ilə yaradılmışdır və bunun üçün aşağıdakı funksiyaları həyata keçirir:

ətraf mühitə dair siyasətin formalaşdırılması və həyata keçirilməsində hökumət və qeyri-hökumət təşkilatları arasında körpü rolu oynamaq;

Şəkil 31. İctimai Ekoloji Şuranın toplantısı

Ekoloji təbliğat, vətəndaş cəmiyyəti və QHT-lər

Page 92: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

9292

ətraf mühit sahəsində fəaliyyət göstərən yerli təşkilatların beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq qurumları ilə əlaqə yaratmalarına yardım etmək;

ətraf mühit məsələləri ilə məşğul olan QHT-lərin fəaliyyətini əlaqələndirmək;

ətraf mühit sahəsində çalışan QHT-lərə və digər maraqlı şəxslərə ətraf mühitə dair ədəbiyyatlardan , İnternet resurslarından, dövlət orqanlarından və digər mənbələr-dən əldə edilmiş məlumatlardan ödənişsiz istifadə imkanı yaratmaq;

ətraf mühitə dair məlumatların ictimaiyyətə çatdırılmasını təmin etmək;

ətraf mühit məsələləri ilə əlaqədar ictimai müzakirələrin keçirilməsini dəstəkləmək və qərar qəbul edilməsində ictimaiyyəti daha aktiv iştiraka cəlb etmək.

Mərkəzin resursları aşağıdakılardır:

ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında hesabatlar,

dövrü mətbuat və bir sıra ekoloji jurnallar,

ekoloji məzmunlu müxtəlif elmi ədəbiyyatlar və dərsliklər, həmçinin: ibtidai, orta və ali məktəblər üçün dərs və tədris–metodik vəsaitlər, sahə ilə bağlı elmi-metodik araşdırmalar, ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik. Heyvanat aləmi, ət-raf mühit qanunvericiliyi, torpaqşünaslıq, beynəlxalq ekoloji konvensiyalar, ekoloji ixtisaslaşdırılmış lüğətlər və s.,

ətraf mühit haqqında video materiallar və əyani vəsaitlər,

internet çıxışı olan kompüterlər (2 ədəd) və sürət çoxaldan (tirajlama) texnika,

mərkəzin həmçinin ekoloji məzmunlu toplantılar və tədbirlər keçirmək üçün televizor, video və multimedia proyektoru ilə təchiz edilmiş 40 nəfərlik toplantı zalı vardır.

Mərkəzin bütün resurslarından istifadə ödənişsizdir.Regionlarda Orxus mərkəzləri. Orxus Konvensiyasının Azərbaycanda həyata keçirilməsini təmin etmək məqsədilə 2007-ci ilin avqust ayından Regional Ekologiya və Təbii Sərvətlər şöbələrinin nəzarəti altında daha 2 regionda - Gəncə və Qazax şəhərlərində Orxus İctimai Ekoloji İnformasiya Mərkəzləri fəaliyyətə başlamışdır. Adı çəkilən mərkəzlərə ATƏT-in maliyyə dəstəyi hesabına menecerlər təyin olunmuş və onlar 2008-ci ilin yanvar ayından fəaliyyətə başlamışlar. Bu mərkəzlərdə məktəbli-tələbələrlə, QHT-lərlə müxtəlif mövzularda dəyirmi ma-salar, görüşlər keçirilir, fikir mübadiləsi aparılır, ictimaiyyətlə mütəmadi əlaqələr yaradılmasına ciddi səy göstərilir.

Orxus Konvensiyasının icrası ilə əlaqədar görülən işlər. Azərbaycan Respublikası tərə-findən 1999-cu ildə “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiy-yətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında“ Orxus Konvensiyasını ratifikasiya edilmiş və bu istiqamətdə ölkəmizdə böyük və əhəmiy-yətli işlər görülmüşdür.

Page 93: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

9393

Azərbaycan Respublikası tərəfindən Avropaya İnteqrasiya üzrə götürdüyü siyasi kursu davam etdirərək “Ətraf mühit“ məsələlərinə aid Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində işlər həyata keçirilir.

2009-cu ildə keçirilən referendumda müstəqil Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər, o cümlədən Konstitusiyanın 39-cu (Sağlam ətraf mühitdə yaşamaq) maddə-sinə “Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpoz-malar ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır“ və daha iki bənd əlavə edilmişdir.

Bakı, Gəncə və Qazax şəhərlərində ətraf mühitə dair yaradılmış İctimai Məlumat Mərkəzləri vasitəsi ilə ətraf mühitə dair siyasətin formalaşması və həyata keçirilməsində Hökumət və Qeyri Hökumət Təşkilatları arasında görüşlərin təşkil edilməsi, bu sahədə fəaliyyət göstərən yerli təşkilatlarla beynəlxalq təşkilatlar arasında əlaqə yaradılmasına köməklik göstərilməsi,QHT-nın fəaliyyətinin əlaqələndirilməsi, ictimaiyyəti maraqlandıran ədəbiyyat, internet re- surslarından, dövlət orqanları və digər mənbələrdən əldə edilmiş məlumatlardan ödənişsiz istifadə imkanının yaradılması kimi funksiyalar yerinə yetirilir. Bütün bunlar isə ətraf mühit məsələləri ilə bağlı əhalinin məlumatlandırılmasına və maarifləndirilməsinə yönəldilmişdir.

ETSN-nin rəsmi internet səhifəsində yaradılmış “Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi“ böl-məsində Azərbaycan Respublikasının “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edil-məsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında“ BMT-nin Konvensiyasına qoşulması barədə Azərbaycan Respublikasının Qanunu, “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilmə-sində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında“ Konvensiya (Orxus konvensi-yası), Orxus İctimai Ekoloji İnformasiya Mərkəzləri barədə geniş məlumat, Mərkəzlərin fəaliy-yətini özündə əks etdirən fotogalereya, Orxus İctimai Ekoloji İnformasiya Mərkəzlərində olan kitabların siyahısı, Nazirliyin Elmi-Texniki kitabxanasında yerləşən kitabların kataloqu başlıqları vasitəsi ilə ictimaiyyətin zəruri məlumatları əldə edilməsi prosesləri sadələşir.

Ekoloji təbliğat, vətəndaş cəmiyyəti və QHT-lər

Page 94: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

9494

Qısaltmalar

AMEA – Azərbaycan Milli Elmlər AkademiyasıARDNŞ – Azərbaycan Respublikası Dövlət Neft ŞirkətiATƏT – Avropa Təhlükəsizlik və Əməkdaşlıq TəşkilatıAzDRES – Azərbaycan Dövlət Rayon Elektrik StansiyasıBMT – Birləşmiş Millətlər TəşkilatıCİTES – “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında“ KonvensiyaCTE – Beynəlxalq Ətraf Mühit SərgisiECE/CEP – Avropa İqtisadi Komissiyası / Ekoloji Siyasət KomitəsiETSN – Ekologiya və Təbii Sərvətlər NazirliyiEUMETSAT – Avropa Meteoroloji Peyklər TəşkilatıGİZ – Almaniya İnkişaf AgentliyiİDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq TəşəbbüsüİES – İstilik Elektrik StansiyasıİEYQ – İstilik effekti yaradan qazİT – İnformasiya TexnologiyalarıKASPKOM – Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi üzrə Koordinasiya KomitəsiKİV – Kütləvi informasiya vasitələriMDB – Müstəqil Dövlətlər BirliyiNATO – Şimali Atlantika Müqaviləsi TəşkilatıNQÇİ – Neft-Qaz Çıxarma İdarəsiQHT – Qeyri-Hökumət TəşkilatıSES – Su Elektrik StansiyasıSKSP – Sumqayıt Kimya Sənaye ParkıTAİEX – Texniki Yardım və İnformasiya Mübadiləsi AlətiTİM – Təmiz İnkişaf MexanizmiUNEP – BMT-nin Ətraf Mühit Proqramı

Page 95: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

9595

Mündəricat

Ön söz ...................................................................................................................................................... 5 Giriş............................................................................................................................................................ 6

I. Ölkə haqqında ümumi məlumat........................................................................................................... 8

1.1. Azərbaycan Respublikasının coğrafi mövqeyi ....................................................................... 8

1.2. Relyef ..................................................................................................................................................... 8

1.3. İqlim .....................................................................................................................................................10

1.4. Daxili sular .........................................................................................................................................10

1.5. Bitki örtüyü ........................................................................................................................................11

1.6. Heyvanlar aləmi ...............................................................................................................................12

1.7. Faydalı qazıntılar .............................................................................................................................13

1.8. Azərbaycanın əhalisi ......................................................................................................................14

1.9. Ölkənin siyasi profili .......................................................................................................................14

1.10. İqtisadi profil ..................................................................................................................................15

II. Azərbaycan Respublikasının ekoloji siyasəti .................................................................................19

III. Ətraf mühitin vəziyyəti .........................................................................................................................22

3.1. Su ehtiyatları və onların ekoloji vəziyyəti ..............................................................................22

3.1.1. Yerüstü su ehtiyatları .............................................................................................................22

3.1.2. Su ehtiyatlarının istifadəsi ...................................................................................................28

3.1.3. Su ehtiyatlarının keyfiyyəti ..................................................................................................29

3.2. Atmosfer havasının vəziyyəti ......................................................................................................32

3.3. Torpaq ehtiyatlarının vəziyyəti ...................................................................................................34

3.4. Tullantıların idarə olunması .........................................................................................................37

3.5. Radiasiya fonu ................................................................................................................................40

3.6. Bioloji müxtəliflik .............................................................................................................................41

3.7. Meşə ehtiyatları ...............................................................................................................................43

3.8. Su bioloji resursları .........................................................................................................................46

3.9. Hidrometeoroloji şərait ................................................................................................................50

3.10. Geoekoloji vəziyyət ......................................................................................................................53

3.11. İşğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziyyət ...............................................55

Mündəricat

Page 96: Azǝrbaycanda ǝtraf mühitin vǝziyyǝti vǝ görülm üş işlǝrǝ dair M Ə

Azərbaycanda ətraf mühitin vəziyyəti və görülmüş işlərə dair məlumat (2008-2012-ci illər)

9696

IV. Ətraf mühit üzrə görülmüş işlər .......................................................................................................57

4.1. Ətraf mühitin mühafizəsi .............................................................................................................57

4.1.1. Su təminatı və tullantı suların təmizlənməsi ................................................................57

4.1.2. Atmosfer havasının mühafizəsi .........................................................................................60

4.1.3. Torpaqların mühafizəsi .........................................................................................................60

4.1.4. Tullantıların idarə olunması ................................................................................................62

4.2. Biomüxtəlifliyin qorunması .........................................................................................................63

4.2.1. Floranın mühafizəsi ...............................................................................................................64

4.2.2. Faunanın bərpası, artırılması və introduksiyası ...........................................................64

4.2.3. Xüsusi qorunan ərazilərin inkişafı ....................................................................................65

4.3. Meşələrin bərpa olunması, artırılması və mühafizə olunması .......................................67

4.4. Yaşıllaşdırma tədbirləri ..................................................................................................................68

4.5. Su bioresurslarının artırılması və mühafizəsi ........................................................................69

4.6. Hidrometeorologiyanın inkişafı .................................................................................................70

4.6.1. İqlim Dəyişmələri ....................................................................................................................74

4.7. Geoekoloji tədbirlər .......................................................................................................................76

4.8. Ekoloji Ekspertiza ...........................................................................................................................77

4.9. Ətraf mühit sahəsində Beynəlxalq əməkdaşıq ....................................................................78

4.10. Qanunvericilik ................................................................................................................................81

4.11. Ətraf mühit sahəsində tədbirlərin maliyyələşdirilməsi ..................................................83

V. Ekoloji təbliğat, vətəndaş cəmiyyəti və QHT-lər ........................................................................87

5.1. Ekoloji təbliğat və maarifləndirmə ...........................................................................................87

5.2. Ekoloji mədəniyyətin inkişafında KİV-lərin rolu və fəaliyyəti .........................................89

5.3. Ekoloji durumun sağlamlaşdırılması sahəsində vətəndaş cəmiyyətinin rolu ...........90

5.4. Ətraf mühit sahəsində QHT-lərin fəaliyyəti ..........................................................................91

Qısaltmalar ......................................................................................................................................................94

“Ziya“ Nəşriyyat Poliqrafiya MərkəziTel.: 050 315 15 [email protected]