8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 65 (29330) 9 aprel 2020-ci il, cümə axşamı Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər Lerik rayon sakini, Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək yazır: “Möhtərəm cənab Prezident, bu gün bu çətin zamanda Sizin xalqımıza dəstək olmağınız bəşəriyyəti bürüyən bu bəladan xalqımızın xilas olması üçün göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Xalqa bu virusdan qorunmaqla bağlı etdiyiniz müraciətlər, Sizin həmişə öz xalqınızla birlikdə olmağınız bizi daha da ruhlandırır. Sevinirik ki, rəhbərimiz öz xalqına bu qədər diqqət ayırır. İnanırıq ki, bəşəriyyəti bürüyən bu bəladan birlikdə uğurla çıxacağıq. Bu gün rayonumuzda da küçələr, fərdi evlər mütəmadi olaraq dezinfeksiya edilir. Aztəminatlı ailələrə tez-tez baş çəkilir, ehtiyacı olanlara ərzaq yardımı edilir. Xəstəxanalar əhaliyə fasiləsiz xidmət göstərir. Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Biz, Qarabağ qaziləri hər zaman Sizin ətrafınızda sıx birləşmişik və bütün işlərinizdə Sizə yaxından kömək etməyə hazırıq”. Xocavənd rayonunun Qaradağlı kəndinin sakini Əbülfət Əliyev son vaxt- lar dünyada geniş vüsət almış yeni koro- navirus pandemiyasının Azərbaycanda qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlərin Xocavənd ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılandığını bildirir. O yazır: “Möhtərəm cənab Prezident, insanların bu öldürücü virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanın- da olduğunuzu bir daha göstərdiniz. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz bir illik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydala- rına əməl etməyə çağırdınız. Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir. Cənab Prezident, biz azərbaycanlılar birlikdə çox sınaqlardan çıxmışıq. İnanı- rıq ki, bu çətinliyi də birlikdə dəf edəcək, tezliklə yenidən firavan həyata qovuşa- cağıq. Bu çətin günlərdə xalqa dəstək olduğunuza görə xocavəndlilər adından Sizə minnətdarlığımızı bildiririk”. Müstəqil Azərbaycan Respublikasının gündən-günə çiçəklənməsi, insanların rifah halının yüksəldilməsi istiqamətində dövlətimizin başçısının atdığı addımların təqdirəlayiq olduğunu vurğulayan Gəncə şəhər sakini İlkin Cavadov yazır: “Cənab Prezident, dünyada kütləvi hal alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işlər biz gəncəlilər tərəfindən də yüksək qiymətləndirilir. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz bir gənc olaraq məni çox qürurlandırır və Azərbaycan boyda böyük bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm”. Ağcabədi rayon sakini Əlizadə Nəcəfov isə Azərbaycan Prezidentinə minnətdarlığını aşağıdakı fikirlərlə bildirir: “Çox hörmətli Prezidentimiz, son günlər dünyada geniş vüsət almış yeni koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz qa- baqlayıcı tədbirlər Ağcabədi rayonunun ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılanır. Ağsaqqallarımız, zi- yalılarımız və müvafiq yerli icra struktur- ları Sizin rəhbərliyinizlə bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirləri, xüsusilə də insanların sağlamlığının qorunmasının əsas məqsəd kimi qarşıya qoyulmasını sakinlərə çatdırırlar. Zaman bir daha göstərdi ki, Prezidentimiz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın yanındadır. Cənab Prezident, Ağcabədi rayo- nunun əhalisi də Sizin təşəbbüsünüzlə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürür, “Evdə qal!” və digər çağırışlarınıza ciddi əməl edirlər. Möhtərəm cənab Prezident, bu ağır günlərdə biz ağcabədililər Sizin çağırışlarınıza qoşulur, əmin olduğumuzu bildiririk ki, inşallah, xalqımız Zati-alinizin müdrik rəhbərliyi ilə bu sınaqdan da zəfərlə çıxacaq. İnanırıq ki, tezliklə ölkəmizdə həyat öz əvvəlki axarı ilə davam edəcəkdir”. Prezidentə minnətdarlıq edən Lerik rayonunun Çayrud kəndinin sakini Seyran İsmayılov dövlətimizin başçısının gördüyü qabaqlayıcı tədbirlər nəticəsində pandemiyanın ölkəmizə təsirinin minimum həddə olduğunu yazır: “Bu gün bəşəriyyəti koronavirus adlı bir fəlakət cənginə alıb. Hər gün minlərlə can almaqda davam edən bu pandemiya, təəssüf ki, doğma Azərbaycanımızdan da yan keçmədi. Amma Sizin gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində pandemiyanın ölkəmizə təsiri minimum həddədir. Ardıcıl verdiyiniz sərəncam və göstərişlər Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə və sağlamlığının qorunmasına hesablanmış addımlardır. Bununla bir daha təsdiq etdiniz ki, Siz hər bir azərbaycanlının Prezidenti olaraq bizim yanımızdasınız. Xalqımız bir daha əmin oldu ki, dövlətimiz etibarlı əllərdədir. Cənab Prezident, əmin ola bilərsiniz ki, biz də Sizin ətrafınızda sıx birləşərək verdiyiniz sərəncam və tapşırıqları yerinə yetirməyə həmişə hazırıq. İnanırıq ki, məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində hər sahədə qələbə qazandığımız kimi, çox qısa zamanda bu pandemiyaya da qalib gələcəyik, ölkəmiz bu fəlakətdən minimum itkilərlə çıxacaq. Cənab Prezident, Sizə yaşadığım ərazinin əhalisi adından Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz qabaqlayıcı tədbirlərə görə minnətdarlığımı bildirirəm. Sizə Allahdan möhkəm cansağlığı, işlərinizdə bol-bol uğurlar arzulayıram”. Bakı şəhəri Qaradağ rayonunun sakini Zaur Allahverdiyev Azərbaycan dövlətinin dünyada geniş şəkildə yayılan koronavirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə uğurlar əldə etdiyini və bu gün də digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətin daha əlverişli olduğunu qeyd edir. “Buna baxmayaraq, Azərbaycan bütün lazımi tədbirləri görməkdə davam edir. Xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilib. Karantin üçün də ən əlverişli şərait yaradılıb. Ölkəmizin müxtəlif yerlərində olan bir çox xəstəxanalara koronavirus xəstələri yerləşdirilib. Bunlar dövlət tərəfindən ölkə vətəndaşlarının sağlamlığı üçün atılmış mühüm addımlardır. Möhtərəm Prezident, Sizin tərəfinizdən operativ olaraq görülən qabaqlayıcı tədbirlər, ölkəmizdə inşa edilən ən müasir “Yeni klinika”, əhalinin sağlamlığının qorunması məqsədilə gördüyünüz işlər Azərbaycan gəncləri tərəfindən bəyənilir və təqdir edilir. İnanıram ki, Sizin gördüyünüz tədbirlər nəticəsində xalqımız COVID-19 bəlasından qurtulacaq. Bu mübarizədə birlik, həmrəylik qələbə çalacaq”, – deyə o, fikirlərini tamamlayır. B ütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər. AZƏRTAC Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan bir sıra məktubları təqdim edir. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi və aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2570) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1.3-cü bəndə “Kreditlərin” sözündən sonra “, təminatların” sözü və “öz adından və” sözlərindən sonra “tam və ya qismən” sözləri əlavə edilsin; 1.2. aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin: “1.3-1. Bu Qaydanın 5.7-ci bəndinə uyğun olaraq təminat tətbiq edilməklə verilmiş mikrokreditlərin qeyri-işlək hissəsi üzrə risklər qismən Agentlik tərəfindən qarşılanır. Mikrokreditlərin qeyri-işlək hissəsi (qeyri-işlək kredit) dedikdə, kredit üzrə əsas borc ödənişlərinin müqavilədə göstərilən tarixdən 90 (doxsan) təqvim günündən artıq gecikdirilmiş hissəsi (məbləği) başa düşülür.”; 1.3. 1.7-ci bənddə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin; 1.4. 2.1.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.6-cı yarımbənd əlavə edilsin: “2.1.6. bu Qayda ilə müəyyən edilmiş qaydada təminatın maliyyələşdirilməsi.”; 1.5. 4.4-cü bəndin altıncı cümləsinə “kredit vəsaiti” sözlərindən sonra “(bu Qaydanın 5.1.5-ci yarımbəndində nəzərdə tutulan güzəştli kreditlər istisna olmaqla)” sözləri əlavə edilsin; 1.6. 5.1.1-ci yarımbənddə “5 000” rəqəmləri “15 000” rəqəmləri ilə əvəz edilsin; 1.7. 5.1.2-ci yarımbənddə “5 001” rəqəmləri “15 001” rəqəmləri ilə əvəz edilsin; 1.8. 5.2.1-ci yarımbənddə “2” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin; 1.9. 5.7-ci, 5.8-ci bəndlər və 5.9.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “5.7. Agentlik bu Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya digər güzəştli kreditlər üçün illik 2 faiz, təminatla verilən mikrokreditlər üçün isə əlavə 0,5 faiz olmaqla, illik 2,5 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (Agentliyin tətbiq etdiyi faizlər də daxil olmaqla) müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12 faizdən, digər güzəştli kreditlər üçün isə 7 faizdən artıq olmamalıdır. 5.8. Müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kredit vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş faiz məbləğinin 1/2 hissəsi, təminatla verilmiş mikrokreditlər üçün Agentliyin hesabına ödənilmiş faiz məbləğinin isə 3/5 hissəsi həmin kreditlərin qeyri-işlək hissəsi və təminat üzrə tələblərin ödənilməsi məqsədilə Agentliyin açdığı xüsusi hesabda saxlanılır. Bu vəsait vaxtı keçmiş kreditlər üzrə ödənişlər edilməsi məqsədilə tədbirlər görülməsinə, habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş meyarlar üzrə ümidsiz hesab olunan aktivlərin balansdan silinməsinə və təminatlar üzrə tələblərin ödənilməsinə yönəldilir.”; “5.9.1. qalıq məbləğin 1/4 hissəsi Agentliyin işçilərinin sosial müdafiəsini gücləndirmək, aylıq vəzifə maaşlarına əlavələr vermək, ştatdankənar vəzifələrə cəlb edilmiş əməkdaşların əməyinin ödənişi, Agentliyin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə ayrılır;”; 1.10. 5.9.2-ci yarımbəndə “ödənilməsinə” sözündən sonra “, habelə kənd təsərrüfatı layihələrinin və kreditlərinin idarə edilməsi sahəsində elmi- texniki potensialın artırılmasına” sözləri əlavə edilsin; 1.11. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin: “5-1. Mikrokreditlər üzrə təminatın verilməsi 5-1.1. Agentlik tərəfindən müvəkkil kredit təşkilatlarına illik 2,5 faiz tətbiq edilməklə verilmiş mikrokreditlər üzrə təminatın məbləği aşağıdakı qaydada hesablanır: 5-1.1.1. qeyri-işlək kreditin məbləği mikrokreditlər üzrə qalıq portfelin 12 faizədək hissəsini təşkil etdikdə: TM = QİK - (QM x 6%), burada: TM – təminatın məbləği; QİK – təminatlı mikrokreditlər üzrə əsas borc ödənişlərinin 90 (doxsan) təqvim günündən çox gecikdirilən hissəsi (məbləği); QM – təminatlı mikrokreditlər üzrə əsas kredit borcunun qalıq məbləği (qalıq portfel); 5-1.1.2. qeyri-işlək kreditin məbləği mikrokreditlər üzrə qalıq portfelin 12 faiz və daha çox hissəsini təşkil etdikdə: TM = QM x 6%, burada: TM – təminatın məbləği; QM – təminatlı mikrokreditlər üzrə əsas kredit borcunun qalıq məbləği (qalıq portfel). 5-1.2. Müvəkkil kredit təşkilatı təminatlı mikrokreditlər üzrə qeyri-işlək kreditin məbləğini təsdiq edən sənədləri Agentliyə təqdim etdiyi gündən 10 (on) bank günü ərzində Agentlik bu Qaydanın 5-1.1-ci bəndi ilə müəyyən edilmiş qaydada hesablanan vəsaiti müvəkkil kredit təşkilatına geri ödəyir. 5-1.3. Agentlik tərəfindən ödəniş edildikdən sonra borcalan qeyri-işlək kredit portfelinə daxil olan borc öhdəlikləri üzrə ödəniş etdikdə, müvəkkil kredit təşkilatı həmin vəsaitin Agentliyin riskinə aid olan hissəsini proporsional qaydada (Agentliyin mikrokredit zəmanəti üzrə itkiləri bərpa edilənədək) ödəniş edildiyi gündən 10 (on) bank günü ərzində Agentliyə geri qaytarır.”; 1.12. 7.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Agentlik layihə üzrə müəyyən edilmiş şərtləri pozan müvəkkil kredit təşkilatları barədə məlumatı təxirəsalınmadan Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir.”. 2. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə olunsun ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təminat verilmiş mikrokreditlər üzrə müvəkkil kredit təşkilatlarının aktivlərinin risk qrupunu müəyyən etsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 8 aprel 2020-ci il

Azərbaycan vətəndaşları koronavirusla mübarizədə …xalqqazeti.com/pdf/APREL 09.pdf“3” rəqəmi ilə əvəz edilsin; 1.9. 5.7-ci, 5.8-ci bəndlər və 5.9.1-ci yarımbənd

  • Upload
    others

  • View
    8

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Azərbaycan vətəndaşları koronavirusla mübarizədə …xalqqazeti.com/pdf/APREL 09.pdf“3” rəqəmi ilə əvəz edilsin; 1.9. 5.7-ci, 5.8-ci bəndlər və 5.9.1-ci yarımbənd

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 65 (29330) 9 aprel 2020-ci il, cümə axşamı

Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər

Lerik rayon sakini, Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək yazır: “Möhtərəm cənab Prezident, bu gün bu çətin zamanda Sizin xalqımıza dəstək olmağınız bəşəriyyəti bürüyən bu bəladan xalqımızın xilas olması üçün göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Xalqa bu virusdan qorunmaqla bağlı etdiyiniz müraciətlər, Sizin həmişə öz xalqınızla birlikdə olmağınız bizi daha da ruhlandırır. Sevinirik ki, rəhbərimiz öz xalqına bu qədər diqqət ayırır. İnanırıq ki, bəşəriyyəti bürüyən bu bəladan birlikdə uğurla çıxacağıq. Bu gün rayonumuzda da küçələr, fərdi evlər mütəmadi olaraq dezinfeksiya edilir. Aztəminatlı ailələrə tez-tez baş çəkilir, ehtiyacı olanlara ərzaq yardımı edilir. Xəstəxanalar əhaliyə fasiləsiz xidmət göstərir.

Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Biz, Qarabağ qaziləri hər zaman Sizin ətrafınızda sıx birləşmişik və bütün işlərinizdə Sizə yaxından kömək etməyə hazırıq”.

Xocavənd rayonunun Qaradağlı kəndinin sakini Əbülfət Əliyev son vaxt-lar dünyada geniş vüsət almış yeni koro-navirus pandemiyasının Azərbaycanda qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlərin Xocavənd ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılandığını bildirir. O yazır: “Möhtərəm cənab Prezident, insanların bu öldürücü virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanın-da olduğunuzu bir daha göstərdiniz. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz bir illik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydala-rına əməl etməyə çağırdınız. Sizin hər

kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir.

Cənab Prezident, biz azərbaycanlılar birlikdə çox sınaqlardan çıxmışıq. İnanı-rıq ki, bu çətinliyi də birlikdə dəf edəcək, tezliklə yenidən firavan həyata qovuşa-cağıq. Bu çətin günlərdə xalqa dəstək olduğunuza görə xocavəndlilər adından Sizə minnətdarlığımızı bildiririk”.

Müstəqil Azərbaycan Respublikasının gündən-günə çiçəklənməsi, insanların rifah halının yüksəldilməsi istiqamətində dövlətimizin başçısının atdığı addımların təqdirəlayiq olduğunu vurğulayan Gəncə şəhər sakini İlkin Cavadov yazır: “Cənab Prezident, dünyada kütləvi hal alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işlər biz gəncəlilər tərəfindən də yüksək qiymətləndirilir. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz bir gənc olaraq məni çox qürurlandırır və Azərbaycan boyda böyük bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm”.

Ağcabədi rayon sakini Əlizadə Nəcəfov isə Azərbaycan Prezidentinə minnətdarlığını aşağıdakı fikirlərlə bildirir:

“Çox hörmətli Prezidentimiz, son günlər dünyada geniş vüsət almış yeni koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz qa-baqlayıcı tədbirlər Ağcabədi rayonunun ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılanır. Ağsaqqallarımız, zi-yalılarımız və müvafiq yerli icra struktur-ları Sizin rəhbərliyinizlə bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirləri, xüsusilə də insanların sağlamlığının

qorunmasının əsas məqsəd kimi qarşıya qoyulmasını sakinlərə çatdırırlar. Zaman bir daha göstərdi ki, Prezidentimiz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın yanındadır.

Cənab Prezident, Ağcabədi rayo-nunun əhalisi də Sizin təşəbbüsünüzlə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürür, “Evdə qal!” və digər çağırışlarınıza ciddi əməl edirlər.

Möhtərəm cənab Prezident, bu ağır günlərdə biz ağcabədililər Sizin çağırışlarınıza qoşulur, əmin olduğumuzu bildiririk ki, inşallah, xalqımız Zati-alinizin müdrik rəhbərliyi ilə bu sınaqdan da zəfərlə çıxacaq. İnanırıq ki, tezliklə ölkəmizdə həyat öz əvvəlki axarı ilə davam edəcəkdir”.

Prezidentə minnətdarlıq edən Lerik rayonunun Çayrud kəndinin

sakini Seyran İsmayılov dövlətimizin başçısının gördüyü qabaqlayıcı tədbirlər nəticəsində pandemiyanın ölkəmizə təsirinin minimum həddə olduğunu yazır: “Bu gün bəşəriyyəti koronavirus adlı bir fəlakət cənginə alıb. Hər gün minlərlə can almaqda davam edən bu pandemiya, təəssüf ki, doğma Azərbaycanımızdan da yan keçmədi. Amma Sizin gördüyünüz qabaqlayıcı

tədbirlər nəticəsində pandemiyanın ölkəmizə təsiri minimum həddədir. Ardıcıl verdiyiniz sərəncam və göstərişlər Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə və sağlamlığının qorunmasına hesablanmış addımlardır. Bununla bir daha təsdiq etdiniz ki, Siz hər bir azərbaycanlının Prezidenti olaraq bizim yanımızdasınız. Xalqımız bir daha əmin oldu ki, dövlətimiz etibarlı əllərdədir.

Cənab Prezident, əmin ola bilərsiniz ki, biz də Sizin ətrafınızda sıx birləşərək verdiyiniz sərəncam və tapşırıqları yerinə yetirməyə həmişə hazırıq. İnanırıq ki, məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində hər sahədə qələbə qazandığımız kimi, çox qısa zamanda bu pandemiyaya da qalib gələcəyik, ölkəmiz bu fəlakətdən minimum itkilərlə çıxacaq.

Cənab Prezident, Sizə yaşadığım ərazinin əhalisi adından Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz qabaqlayıcı tədbirlərə görə minnətdarlığımı bildirirəm. Sizə Allahdan möhkəm cansağlığı, işlərinizdə bol-bol uğurlar arzulayıram”.

Bakı şəhəri Qaradağ rayonunun sakini Zaur Allahverdiyev Azərbaycan dövlətinin dünyada geniş şəkildə yayılan koronavirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə uğurlar əldə etdiyini və bu gün də digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətin daha əlverişli olduğunu qeyd edir. “Buna baxmayaraq, Azərbaycan bütün lazımi tədbirləri görməkdə davam edir. Xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilib. Karantin üçün də ən əlverişli şərait yaradılıb. Ölkəmizin müxtəlif yerlərində olan bir çox xəstəxanalara koronavirus xəstələri yerləşdirilib. Bunlar dövlət tərəfindən ölkə vətəndaşlarının sağlamlığı üçün atılmış mühüm addımlardır.

Möhtərəm Prezident, Sizin tərəfinizdən operativ olaraq görülən qabaqlayıcı tədbirlər, ölkəmizdə inşa edilən ən müasir “Yeni klinika”, əhalinin sağlamlığının qorunması məqsədilə gördüyünüz işlər Azərbaycan gəncləri tərəfindən bəyənilir və təqdir edilir. İnanıram ki, Sizin gördüyünüz tədbirlər nəticəsində xalqımız COVID-19 bəlasından qurtulacaq. Bu mübarizədə birlik, həmrəylik qələbə çalacaq”, – deyə o, fikirlərini tamamlayır.

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması

üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər. AZƏRTAC Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan bir sıra məktubları təqdim edir.

“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik

edilməsi və aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər barədəAzərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2570) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bəndə “Kreditlərin” sözündən sonra “, təminatların” sözü və “öz adından və” sözlərindən sonra “tam və ya qismən” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:

“1.3-1. Bu Qaydanın 5.7-ci bəndinə uyğun olaraq təminat tətbiq edilməklə verilmiş mikrokreditlərin qeyri-işlək hissəsi üzrə risklər qismən Agentlik tərəfindən qarşılanır. Mikrokreditlərin qeyri-işlək hissəsi (qeyri-işlək kredit) dedikdə, kredit üzrə əsas borc ödənişlərinin müqavilədə göstərilən tarixdən 90 (doxsan) təqvim günündən artıq gecikdirilmiş hissəsi

(məbləği) başa düşülür.”;1.3. 1.7-ci bənddə “Maliyyə

Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.4. 2.1.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.6-cı yarımbənd əlavə edilsin:

“2.1.6. bu Qayda ilə müəyyən edilmiş qaydada təminatın maliyyələşdirilməsi.”;

1.5. 4.4-cü bəndin altıncı cümləsinə “kredit vəsaiti” sözlərindən sonra “(bu Qaydanın 5.1.5-ci yarımbəndində nəzərdə tutulan güzəştli kreditlər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.6. 5.1.1-ci yarımbənddə “5 000” rəqəmləri “15 000” rəqəmləri ilə əvəz edilsin;

1.7. 5.1.2-ci yarımbənddə “5 001” rəqəmləri “15 001” rəqəmləri ilə əvəz edilsin;

1.8. 5.2.1-ci yarımbənddə “2” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin;

1.9. 5.7-ci, 5.8-ci bəndlər və 5.9.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.7. Agentlik bu Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya

digər güzəştli kreditlər üçün illik 2 faiz, təminatla verilən mikrokreditlər üçün isə əlavə 0,5 faiz olmaqla, illik 2,5 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (Agentliyin tətbiq etdiyi faizlər də daxil olmaqla) müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12 faizdən, digər güzəştli kreditlər üçün isə 7 faizdən artıq olmamalıdır.

5.8. Müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kredit vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş faiz məbləğinin 1/2 hissəsi, təminatla verilmiş mikrokreditlər üçün Agentliyin hesabına ödənilmiş faiz məbləğinin isə 3/5 hissəsi həmin kreditlərin qeyri-işlək hissəsi və təminat üzrə tələblərin ödənilməsi məqsədilə Agentliyin açdığı xüsusi hesabda saxlanılır. Bu vəsait vaxtı keçmiş kreditlər üzrə ödənişlər edilməsi məqsədilə tədbirlər görülməsinə, habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş

meyarlar üzrə ümidsiz hesab olunan aktivlərin balansdan silinməsinə və təminatlar üzrə tələblərin ödənilməsinə yönəldilir.”;

“5.9.1. qalıq məbləğin 1/4 hissəsi Agentliyin işçilərinin sosial müdafiəsini gücləndirmək, aylıq vəzifə maaşlarına əlavələr vermək, ştatdankənar vəzifələrə cəlb edilmiş əməkdaşların əməyinin ödənişi, Agentliyin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə ayrılır;”;

1.10. 5.9.2-ci yarımbəndə “ödənilməsinə” sözündən sonra “, habelə kənd təsərrüfatı layihələrinin və kreditlərinin idarə edilməsi sahəsində elmi-texniki potensialın artırılmasına” sözləri əlavə edilsin;

1.11. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

“5-1. Mikrokreditlər üzrə təminatın verilməsi

5-1.1. Agentlik tərəfindən müvəkkil kredit təşkilatlarına illik 2,5 faiz tətbiq edilməklə verilmiş mikrokreditlər üzrə təminatın məbləği aşağıdakı qaydada hesablanır:

5-1.1.1. qeyri-işlək kreditin məbləği mikrokreditlər üzrə qalıq portfelin

12 faizədək hissəsini təşkil etdikdə:TM = QİK - (QM x 6%), burada:TM – təminatın məbləği;QİK – təminatlı mikrokreditlər üzrə

əsas borc ödənişlərinin 90 (doxsan) təqvim günündən çox gecikdirilən hissəsi (məbləği);

QM – təminatlı mikrokreditlər üzrə əsas kredit borcunun qalıq məbləği (qalıq portfel);

5-1.1.2. qeyri-işlək kreditin məbləği mikrokreditlər üzrə qalıq portfelin 12 faiz və daha çox hissəsini təşkil etdikdə:

TM = QM x 6%, burada:TM – təminatın məbləği;QM – təminatlı mikrokreditlər üzrə

əsas kredit borcunun qalıq məbləği (qalıq portfel).

5-1.2. Müvəkkil kredit təşkilatı təminatlı mikrokreditlər üzrə qeyri-işlək kreditin məbləğini təsdiq edən sənədləri Agentliyə təqdim etdiyi gündən 10 (on) bank günü ərzində Agentlik bu Qaydanın 5-1. 1-ci bəndi ilə müəyyən edilmiş qaydada hesablanan vəsaiti müvəkkil kredit təşkilatına geri ödəyir.

5-1.3. Agentlik tərəfindən ödəniş edildikdən sonra borcalan qeyri-işlək kredit

portfelinə daxil olan borc öhdəlikləri üzrə ödəniş etdikdə, müvəkkil kredit təşkilatı həmin vəsaitin Agentliyin riskinə aid olan hissəsini proporsional qaydada (Agentliyin mikrokredit zəmanəti üzrə itkiləri bərpa edilənədək) ödəniş edildiyi gündən 10 (on) bank günü ərzində Agentliyə geri qaytarır.”;

1.12. 7.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Agentlik layihə üzrə müəyyən edilmiş şərtləri pozan müvəkkil kredit təşkilatları barədə məlumatı təxirəsalınmadan Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir.”.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə olunsun ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təminat verilmiş mikrokreditlər üzrə müvəkkil kredit təşkilatlarının aktivlərinin risk qrupunu müəyyən etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 8 aprel 2020-ci il

Page 2: Azərbaycan vətəndaşları koronavirusla mübarizədə …xalqqazeti.com/pdf/APREL 09.pdf“3” rəqəmi ilə əvəz edilsin; 1.9. 5.7-ci, 5.8-ci bəndlər və 5.9.1-ci yarımbənd

9 aprel 2020-ci il, cümə axşamı2Azərbaycan Respublikası Prezidentinin “Dövlət gənclər siyasəti haqqında” 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanında,

2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 6 may tarixli 697 nömrəli

Fərmanında, 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə, 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə və 2018-ci il 29 avqust tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər

Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANIAzərbaycan Respublikası

Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanında (Azərbaycan Respublikası-nın Qanunvericilik Toplusu, 1999, № 7, maddə 431; 2001, № 7, maddə 459; 2007, № 5, maddə 459; 2010, № 2, maddə 80; 2017, № 5, maddə 802; 2019, № 3, maddə 406) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissədə “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə, “İcra Apa-ratına” sözləri “Administrasiyasına” sözü ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nda:

1.2.1. I bölmə üzrə:1. 1-ci, 4-cü və 10-cu hissələrin

“İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin;

2. 7-ci hissənin “Tədbirin adı” sütu-nunda və “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin;

3. 8-ci hissənin “İcraçı təşkilatlar” sütununda “Mətbuat və İnformasiya Na-zirliyi, Dövlət Teleradio Verilişləri Şirkəti” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

4. 11-ci hissənin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm Nazirli-yi, Mətbuat və İnformasiya” sözləri “və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

1.2.2. II bölmə üzrə:1. 3-cü hissənin “Tədbirin adı”

sütununda “alimlər” sözü “alim və tədqiqatçılar” sözləri ilə və “İcraçı təşkilatlar” sütununda “, İdman və Tu-rizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin;

2. 4-cü və 5-ci hissələrin “İcraçı təşkilatlar” sütununda “, İdman və Tu-rizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin;

1.2.3. III bölmənin 4-cü hissəsinin, IV və VIII bölmələrin 1-ci hissələrinin “İcraçı təşkilatlar” sütununda “, İdman

və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin;

1.2.4. V bölmənin 3-cü hissəsi ləğv edilsin;

1.2.5. VII bölmə üzrə:1. 2-ci, 5-ci və 6-cı hissələrin “İcraçı

təşkilatlar” sütununda “, İdman və Tu-rizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin;

2. 3-cü hissənin “İcraçı təşkilatlar” sütununda “Dövlət Teleradio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

3. 4-cü hissədən “və Turizm” sözləri çıxarılsın;

4. 6-cı hissənin “İcraçı təşkilatlar” sü-tununda “Ticarət Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2.6. IX bölmə üzrə:1. 1-ci hissənin “Tədbirin adı”

sütununda “Azal”a” sözü və “İcra-çı təşkilatlar” sütununda “AZAL” Azərbaycan Dövlət Hava Yolları Kon-serni” sözləri ismin müvafiq hallarında “Azərbaycan Hava Yolları” QSC” sözləri ilə əvəz edilsin;

2. 2–4-cü hissələrin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezi-dentinin 2000-ci il 10 avqust tarixli 383

nömrəli Fərmanı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606; 2001, № 10, maddə 640; 2002, № 4 (II kitab), maddə 189, № 10, maddə 592; 2003, № 10, maddələr 566, 569; 2004, № 6, maddə 432; 2005, № 5, maddələr 400, 403, 405; 2006, № 7, maddə 590, № 8, maddə 678, № 9, maddə 742; 2007, №11, maddə 1097, № 12, maddə 1246; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 10, maddə 788, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 233, № 3, maddə 438; 2017, № 7, maddə 1352, № 11, maddə 2032; 2019, № 6, maddə 1036) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 16.2-ci bəndində “beş” sözü “on” sözü ilə əvəz edilsin.

3. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qa-nunvericilik Toplusu, 2002, № 5, maddə 264; 2004, № 1, maddə 19; 2006, № 9, maddə 743; 2007, № 12, maddə 1240; 2019, № 4, maddə 629)

2.10-cu bəndində “asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respubli-kasının Gənclər və İdman Nazirliyi və yerli icra hakimiyyəti orqanları” sözləri “fiziki və reproduktiv sağlamlığın təmin edilməsi sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Gənclər və İdman Na-zirliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezi-dentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respubli-kasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665, № 8, maddə 1369; 2017, № 7, maddə 1332; 2019, № 3, maddələr 405, 411) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə aşağıdakı məzmunda 2.1.15-1-ci yarımbənd əlavə edilsin:

“2.1.15-1. peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş gənclərin uçotunu elektron qaydada aparır;”.

5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2018,

№ 3, maddə 421, № 8, maddə 1702) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası-nın Gənclər Fondunun Nizamnaməsi”nin 3.1.17-ci yarımbəndində “və gənc alimlərin” sözləri “, gənc alim və tədqiqatçıların” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 253 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1703) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na aşağıdakı məzmunda 2.1.5-1-ci yarımbənd əlavə edilsin:

“2.1.5-1. sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşa-maq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlərin ayrılması;”.

Ilham ƏLIYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 1 aprel 2020-ci il

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun

tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 758 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və

Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2009-cu il 3 aprel tarixli

74 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi-yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Toxumçuluq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haq-qında”, “Torpaq icarəsi haqqında” və “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1592-VQD nömrəli Qanu-nunun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikası-nın Qanunvericilik Toplusu, 1998, № 8, maddə 508; 2003, № 10, maddələr 546, 585; 2008, № 8, maddə 719; 2009, № 10, maddə 785; 2017, № 1, maddə 38) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci–yeddinci abzaslar müvafiq olaraq 2.1–2.6-cı bəndlər hesab edilsin;

1.2. 2.4-cü bənddə “9-cu maddəsinin səkkizinci hissəsində” sözləri “9-cu maddəsinin yeddinci hissəsində” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilsin:

“2.7. həmin Qanunun 9-cu maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini dövlət standartlarına münasibətdə Azərbaycan Respublika-sının İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazir-liyi ilə razılaşdırmaqla), tikinti norma və qaydalarına, habelə təlimatlara, meto-diki və digər sənədlərə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, əməyin mühafizəsi qay-dalarına münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazir-liyi ilə razılaşdırmaqla) həyata keçirir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 74 nömrəli Fərmanı (Azərbaycan Respubli-kasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 219; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respubli-kası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər

edilsin:2.1. 8.2-ci bənd aşağıdakı redaksiya-

da verilsin:8.2. nüvə və radiasiya təhlükəsizliyi

məsələləri üzrə tikinti norma və qaydala-rını, habelə təlimatları, metodiki və digər sənədləri hazırlamaq, bu sahədə dövlət standartlarının, əməyin mühafizəsi qay-dalarının hazırlanmasında iştirak etmək;”;

2.2. 8.4-cü bənddən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın və həmin bəndə “qiymətləndirilməsi” sözündən sonra “(sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.3. 8.12-ci bənddə “qanunvericiliklə” sözü “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.

Ilham ƏLIYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 7 aprel 2020-ci il

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

Azərbaycan Respublikası Konstitusi-yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Preziden-tinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839; 2017, № 9, maddə 1651; 2018, № 1, maddə 42, № 4, maddə 656, № 12 (I kitab), maddə 2569; 2019, № 5, maddə 854) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agent-liyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “güzəştli kreditlərin” sözlərindən sonra “, təminatların” sözü

əlavə edilsin.2. 2.0.3-cü yarımbəndə “kreditlər”

sözündən sonra “və həmin kreditlərə təminat” sözləri əlavə edilsin.

3. aşağıdakı məzmunda 3.0.1-1-ci yarımbənd əlavə edilsin:

“3.0.1-1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə al-dıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini təmin etmək;”.

Ilham ƏLIYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2020-ci il

Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir-liyinin mətbuat xidmətlərindən verilən məlumatda bildirilir ki, ay-rı-ayrı dövlət və özəl təşkilatlar, vətəndaşlar tərəfindən irəli sürülən nəcib təşəbbüslər çərçivəsində təşkil olunan xeyriyyə aksiyaları bu istiqamətdə işlərə töhfə ol-maqla, ölkəmizdə pandemiyaya qarşı mübarizədə vətəndaş-dövlət həmrəyliyinin növbəti əyani təsdiqidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin

ölkəmizdə pandemiyaya qar-şı mübarizə məqsədilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsinə dair çağırı-şına dəstək olaraq prokurorluq əməkdaşları da sosial həmrəylik nümayiş etdirirlər. Onlar aztəminatlı ailələrə dövlət qayğısının təzahürü olaraq növbəti addım kimi, həmin ailələrin sosial müdafiəsinin həyata keçirilməsi məqsədilə yardımlar ediblər.

Baş Prokurorluğun əməkdaşları müvafiq şəhər, rayon prokurorluq-ları və sosial müdafiə qurumları-nın nümayəndələri ilə birgə Bakı şəhərinin Nəsimi, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər, Pirallahı və Qaradağ rayonları, eləcə də Gəncə, Sumqa-yıt, Mingəçevir, Şirvan, Lənkəran şəhərlərində və Abşeron rayonunda yaşayan 1000 aztəminatlı ailəyə evlərində ərzaq məhsullarından ibarət yardımlar təqdim ediblər.

Prokurorluq əməkdaşları, eyni zamanda, həmin insanların səhhəti ilə maraqlanıb onlarla maarifləndirici söhbətlər aparmaqla yanaşı, koro-navirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan

edilən xüsusi karantin rejiminin qay-daları barədə də məlumat veriblər.

Göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edən aztəminatlı ailələrin üzvləri dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

“Xalq qəzeti”

Samux rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Samux rayonunun əhalisi 35078 nəfər olan 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 15 ədəd subartezi-an quyusunun layihələndirilməsi və

qazılması məqsədilə “Azərbaycan Res-publikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (inves-tisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşı-laşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,05 milyon (bir milyon əlli min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Ilham ƏLIYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 8 aprel 2020-ci il

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 aprel tarixli Sərəncamına Əlavə

Samux rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra №-si

Yaşayış məntəqələri

Quyuların sayı, ədəd

Əhalinin sayı, nəfər

1. Alıuşağı kəndi 1 18362. Bağbanlar kəndi 1 5713. Füzuli kəndi 1 17054. Qarabağlar kəndi 1 18335. Qarayeri qəsəbəsi 1 62576. Qiyaslı kəndi 1 5367. Qovlarsarı kəndi 1 1530

8. Lək kəndi 1 15609. Samux şəhəri 3 1022810. Sarıqaya kəndi 1 103411. Sərkar kəndi 1 553612. Tatlı kəndi 1 107013. Yuxarı Ağasıbəyli

kəndi1 1382

Cəmi 15 35 078

Ölkəmizdə yeni növ koronavirus infeksi-yasının yayılmasının

qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə dövlətimiz tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yana-şı, həssas əhali qrupları-nın, həmçinin aztəminatlı ailələrin sosial müdafiəsi də diqqətdə saxlanılır.

Baş Prokurorluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə aztəminatlı ailələrə ərzaq yardımı göstərib

Page 3: Azərbaycan vətəndaşları koronavirusla mübarizədə …xalqqazeti.com/pdf/APREL 09.pdf“3” rəqəmi ilə əvəz edilsin; 1.9. 5.7-ci, 5.8-ci bəndlər və 5.9.1-ci yarımbənd

İbrahim Məmmədov: Vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla bilər

� Ölkəmizdə karantin rejiminin müddəti uzadıla, hətta qaydalar sərtləşdirilə bilər.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

“Statistika göstərir ki, əksər vətəndaşlar karantin rejiminin

qaydalarına əməl etmirlər. Əgər yoluxanların sayı artsa və vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla, hətta qaydalar sərtləşdirilə bilər.

Təəssüf ki, bəzən qaydaları pozanlar arasında savadlı şəxslər

də olur. Əgər vətəndaşlar qaydalara əməl etsələr, yoluxmanın sürəti azalar, sağalanların isə sayı artar", - deyə İ. Məmmədov diqqətə çatdırıb.

AZƏRTAC

Hikmət Hacıyev: İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib

� Xaricdəki Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımızın müxtəlif xətlərlə, o cümlədən dövlət hesabına həyata keçirilən çarter reyslərlə Azərbaycana gətirilməsi təmin olunub. Həmin vətəndaşlar xüsusi karantin zonalarında yerləşdirilir.

Bunu aprelin 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyası-nın Xarici siyasət məsələləri şöbəsinin

müdiri Hikmət Hacıyev deyib.Hikmət Hacıyev bildirib ki, aprelin

20-nə qədər Azərbaycana beynəlxalq hava yolları və quru yollarla, sərhəd-keçid məntəqələri vasitəsilə giriş-çıxış

dayandırılıb. Bu hal yükdaşımalara şamil edilmir. Sərhədlər bağlansa da, müstəsna hallar qeydə alınır.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, xaricdəki diplomatik nümayəndəliklər vətəndaşlarımızla təmasdadırlar. Xüsusi ehtiya-cı olan vətəndaşlara diplomatik nümayəndəliklər, aidiyyəti dövlət qurum-ları dəstək göstərirlər.

AZƏRTAC

Ölkəmizdə koronavirusa yoluxanların sayı 822-yə çatıb � Ölkəmizdə koronavirus

(COVID-19) infeksiyasına daha 105 nəfər yoluxub. Naxçıvan Muxtar Respublikasında yoluxanların sayı da bu rəqəmə daxildir. Bununla yanaşı, 19 nəfər sağalaraq evə buraxılıb.

Bu barədə Azərbaycan Respubli-kası Nazirlər Kabineti yanında Opera-tiv Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

"Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yo-luxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər həyatını itirib. Ölkəmizdə aktiv xəstə sayı 751 nəfərdir", – deyə Ramin Bayramlı bildirib.

R. Bayramlı ölkədə koronavirusa yo-luxmuş xəstələrin 2 yaşdan 89 yaşa kimi olduğunu bildirib. O, həmçinin diqqətə çatdırıb ki, gənclər arasında da xəstəliyi ağır keçirənlər var.

AZƏRTAC

Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına

və iqtisadi fəallığın qorunmasına yönəlib � Koronavirus pandemiyası ilə əlaqədar sahibkarlıq

subyektlərinə mənfi təsirin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına əsasən, sahibkarlara və onların işçilərinə koronavirus pandemiyasından dəyən zərərin ödənilməsi proqramına bu gündən start verilir. Proses 3 mərhələyə bölünüb. İlkin mərhələdə, hədəf pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi və mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsidir.

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldıl-masının qarşısının alınmasına hesab-lanan bu proqram 300 min işçi, 42 min işəgötürən və bundan əlavə, təxminən, 300 min fərdi və ya mikro sahibkarı əhatə edəcək. Bunun üçün zərərə məruz qalmış sahələr və zəruri meyar-lar müəyyənləşdirilib. Dövlət muzdlu işçilərin əməkhaqqının saxlanmasına 215 milyon manat həcmində maliyyə dəstəyi ayırıb. Bu məbləğ 2 bərabər hissəyə bölünərək aprel və may ay-larında ödəniləcək. Bu ödənişlərdən əlavə dövlət sosial sığorta ayırmaları da hesablanaraq ödəniləcək. Əsas məqsəd hər bir işçinin gələcək sosi-al müdafiəsinin təmin edilməsidir ki, perspektivdə pensiya ilə bağlı hər hansı problem yaşanmasın.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu məsələ ilə bağlı münasibət bildirib.

Onun sözlərinə görə, müəssisələrin muzdlu işçilərə ödədiyi əməkhaqqının dəstəklənməsi məqsədilə əsas meyar kimi ölkədə yanvar ayına olan orta əməkhaqqı məbləği götürülüb. Bu,

712 manat təşkil edir. Bu məbləğdən daha aşağı əməkhaqqı alan hər bir işçinin əməkhaqqı tam həcmdə dövlət tərəfindən müəssisəyə ödəniləcək. Orta aylıq əməkhaqqından daha çox alan işçi üçün maksimal hədd orta ayılıq əməkhaqqı səviyyəsində müəyyən edilib.

Bu gündən, həmçinin mikro və fərdi sahibkarlara da ödəniş proqramına start verilir. 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş

vergi ödəyicilərinə şamil edilir.Maliyyə dəstəyini tezləşdirmək

üçün fərdi sahibkarlar İnternet Ver-gi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə müraciət edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesabla-rına köçürülür.

İqtisadiyyat naziri qeyd edib ki, hər bir mikro və ya fərdi sahibkara ödənilən minimal məbləğ 250 manatdan az olma-yacaq. Maksimal məbləğ isə 5000 ma-nat həcmindədir. Bir çox fərdi sahibkar-ların muzdlu işçiləri də var və bu şəxslər də dövlət proqramından yararlanacaq.

Bununla yanaşı, iqtisadi fəallığın qorunması məqsədilə sahibkarlara vergi stimulları da veriləcək. Biznes kreditlərinə dəstək proqramlarına isə 1,5 milyard manat ayrılıb. Atılan addımlar sahibkarlara bu müddət ərzində yeni planlar qurmaq və bizneslərini inki-şaf etdirmək üçün bir fürsətdir. Dövlət strukturları iş yerlərinin azaldılmaması, işçilərin ixtisar olunmaması, biznes itkilərini azaltmaq üçün sadalanan istiqamətlərdə fəaliyyət bərpa olunan-dan sonra da zəruri dəstəyi verəcək.

M. Cabbarov bildirib ki, bütün bu dəstək tədbirləri, qəbul edilmiş proq-ramlar, sahibkarlığa kredit-zəmanət mexanizmi, vergi güzəştləri ilə bağlı qanunverici təşəbbüslər iqtisadi fəallığın qorunmasına yönəlib və ölkənin gələcək iqtisadi artımını təmin etmək üçün zəruri bazanı və elementləri özündə əks etdirir.

AZƏRTAC

“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 545 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 545 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

2019, № 2, maddə 244) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissədə “ilkin nizamnamə fondu 500 000 (beş yüz min)” sözləri “nizamnamə fondu 954 008 (doqquz yüz əlli dörd min səkkiz)” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazir-liyinin tabeliyində İnnovasiyalar Agentli-

yinin Nizamnaməsi”nin 5.1-ci bəndində “ilkin nizamnamə fondunun məbləği 500 000 (beş yüz min)” sözləri “nizamnamə fondunun məbləği 954 008 (doqquz yüz əlli dörd min səkkiz)” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 7 aprel 2020-ci il

Rəşad Mahmudov: Prezident hər zaman vətəndaşının yanında olduğunu sübut edib

Azərbaycan dövləti epidemiyanın qarşısının alınması, vətəndaşlarının sağlamlığının qeydinə qalma məsələsində bütün mümkün vasitələrdən və imkanlardan istifadə edir. Bütün qüvvələr səfərbər edilir, sərt qaydalar tətbiq olunur. Prezident İlham Əliyev bu günlərdə Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışını etdi. Dünən yaşı 65-dən yuxarı olan 176 məhkumun azad olunması ilə bağlı əfv Sərəncamı imzaladı. Bu da bir daha onu göstərir ki, dövlət hər zaman vətəndaşının yanındadır və onun qayğısını çəkir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün dövlət tərəfindən bütün zəruri addımların atıldığını bildirən tibb elmləri doktoru qısa müddət ərzində ölkəmizdə tibbi maska istehsal edən müəssisənin fəaliyyətə başlamasını təqdirəlayiq hal kimi dəyərləndirib. Bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 məhbusun koronavirusla əlaqədar əfv edilməsi təkcə humanizm deyil, həmçinin yaşlılara hörmət və diqqətin parlaq nümunəsi, hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür.

Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın

təcrübəsindən danışan səhiyyə komitəsi sədrinin müavini deyib: “Ölkəmiz virusla mübarizəyə fəal başladı. Dünya və regional hadisələrlə müqayisədə bir neçə faktı diqqətinizə çatdırmaq istəyirəm. Xəstəliyin ilk günlərində günlük test sayı 200-300 olduğu halda, qısa müddətdə bunların sayı artdı. Başda Heydər Əliyev Fondu olmaqla aidiyyəti qurumların çevik addımları nəticəsində artıq hazırda gündə dörd mindən artıq test aparılır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, vaxt amilinin, həkimlərin peşəkarlığının və mövcud imkanların vəhdəti Azərbaycanın az itkilərlə bu vəziyyətdən çıxmasına şərait yaradıb. Hazırda Azərbaycanda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verilib və orada koronavirus xəstələri müalicə alırlar”.

Həkim diqqətə çatdırıb ki, qonşu ölkələrlə müqayisə etsək görərik ki, əhalisi bizdən 8 dəfə çox olan Türkiyədə gündə 24 min test aparılırsa, Azərbaycanda bu rəqəm 4 mindən artıq təşkil edir. Bu, çox böyük göstəricidir. Ölkəmizdə vəziyyət nəzarət altındadır. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında xalqa müraciətində görülən işlərdə əsas məqsədin insanların sağlamlığının

təmin edilməsi olduğunu vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Bu həqiqətən belədir. Çünki dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir.

“Xəstəliyə yoluxanların sayına nəzər yetirsək, Azərbaycanda hər 100 testə 2 nəfər düşür. Bu da Azərbaycanda koronavirusla mübarizədə görülən işlərin faydalılıq əmsalının yüksək olduğunu göstərir. Dünya təcrübəsinə gəldikdə, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir. ABŞ-da aparılan testlərin 20 faizi müsbət cavab verir. Bu, çox qorxunc rəqəmdir. Azərbaycanda isə vəziyyət stabildir və nəzarət altındadır. Heç bir ölkə vəziyyətin nəzarətdən çıxmasında sığortalanmayıb. Bunun obyektiv və subyektiv səbəbləri var”, – deyə Milli Məclisinin deputatı vurğulayıb.

Rəşad Mahmudov birliyimiz və həmrəyliyimiz sayəsində bu bəladan da xilas olacağımıza inamını ifadə edərək vətəndaşları vəziyyətə ciddi yanaşmağa, qayda və tələblərə əməl etməyə çağırıb.

� Koronavirusun (COVID-19) inkubasiya dövrünün 28 günədək uzanması vəziyyəti daha çətinləşdirir. Bu da dünya səhiyyəsini daha da ehtiyatlı olmağa çağırır. Avropa ölkələrində, ABŞ-da koronavirusdan həyatını itirənlərin sayı gündən-günə artır. Bu təhlükə bizi xəstəliyə daha ciddi yanaşmağa sövq edir.

Ötən aylarda “AzerGold”un hasilat və satış əməliyyatları artıqlaması ilə yerinə yetirilib

� Ötən aylarda “AzerGold” QSC-nin hasilat və satış əməliyyatları artıqlaması ilə yerinə yetirilib.

Bu fikirləri “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev sorğuya cavab olaraq deyib.

– “AzerGold” QSC pandemiya ilə əlaqədar məhdudiyyətlərin qo-yulduğu bir dövrdə hasilat və ixrac fəaliyyətini necə tənzimləyir?

– Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, karantin rejimində bəzi dövlət əhəmiyyətli və həyat təminatlı obyektlər, habelə bəzi xüsusi müəssisələr fəaliyyətini fasiləsiz rejimdə davam etdirir. “AzerGold” QSC də bu siyahı-da yer alır və hasilat işlərini Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun qaydada aparır.

Hasilata başladığı ildən mənfəətlə çalışan cəmiyyətimiz fəaliyyətini cari ildə də uğurla davam etdirir. İstər

hasilat, istərsə də satış əməliyyatları ötən aylarda plandan daha artıq həyata keçirilib. Bunun nəticəsidir ki, koronavirus pandemiyası ilə əlaqədar ölkələrarası müntəzəm uçuşlara məhdudiyyətlərin qoyulduğu, ixracın həyata keçirilmədiyi dövrdə də hasilatın və digər fəaliyyətlərin tam gücü ilə bir müddət davam etdirilməsi üçün maddi resurslar mövcuddur.

– Cəmiyyət tərəfindən ixrac əməliyyatları da həyata keçirilirmi?

– Xeyr. Çünki, cəmiyyətin hasil etdiyi metalların daşınması xidmətini həyata keçirən ixtisaslaşmış beynəlxalq logistika şirkəti pandemiya səbəbindən müntəzəm uçuşlar dayandırıldığı üçün xidmət göstərə bilmir. Ümid edirik ki, sözügedən şirkət qısa zaman kəsiyində xidmətə başlayacaq. Əks halda,

cəmiyyət alternativ yolla daşınma üçün müraciət edəcək. Bu isə müvafiq çarter reyslərinin təşkil edilməsi deməkdir. Çarter təyyarə reyslərinin təşkil edilməsi indiki halda kifayət qədər böyük vəsait tələb edir və 5-6 dəfə artıq izafi xərclər deməkdir.

Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağı videoproyeksiya olunub

� Azərbaycanın koronavirus (COVID-19) xəstəliyinin geniş yayıldığı ölkələrlə həmrəylik ifadəsi olaraq aprelin 8-də Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya Respublikasının bayrağı videoproyeksiya olunub.

Bayraq təsvirini italyan musiqisi müşayiət edib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bay-rağı həmin ölkənin musiqinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Videoproyeksiya ölkələrin ad-

larının ingilis dilindəki əlifba ar-dıcıllığına uyğun olaraq həyata keçirilir. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

AZƏRTAC

9 aprel 2020-ci il, cümə axşamı 3

Page 4: Azərbaycan vətəndaşları koronavirusla mübarizədə …xalqqazeti.com/pdf/APREL 09.pdf“3” rəqəmi ilə əvəz edilsin; 1.9. 5.7-ci, 5.8-ci bəndlər və 5.9.1-ci yarımbənd

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti haqqında əsasnamə

1. Ümumi müddəalar1.1. Azərbaycan Respublikasının

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti (bundan sonra – Xidmət) Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin və təbii ehtiyatların (yerin təki istisna olmaqla), o cümlədən ekoloji baxımdan torpağın münbitliyinin qorunma-sı, bioloji müxtəlifliyin, flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin mühafizəsi, atmosfer havası-nın çirklənməsinin qarşısının alınması və su ehtiyatlarından səmərəli istifadə, tullan-tıların idarə olunması sahələrində (bundan sonra – müvafiq sahə) Azərbaycan Res-publikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitu-siyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və Nazirli-yin hüquqi aktlarını rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə həyata keçirir.

1.4. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Res-publikası Dövlət Gerbinin təsviri, Nazir-liyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.2. Xidmətin fəaliyyət istiqamətləri 2.0. Xidmətin fəaliyyət istiqamətləri

aşağıdakılardır:2.0.1. müvafiq sahədə dövlət

siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;

2.0.2. məişət və istehsalat tullantıları-nın, atmosfer havasına və su hövzələrinə atılan tullantıların idarə edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin mühafizəsi sahəsində, habelə ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsində, bütövlükdə ətraf mühitə zərərli fiziki təsir göstərən fəaliyyət sahələrində qayda və normalara əməl olunmasına fasiləsiz nəzarəti həyata keçirmək;

2.0.3. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

2.0.4. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətinin formalaşdırıl-masında iştirak etmək;

2.0.5. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahələr üzrə qanunve-riciliyin tələblərinə riayət olunması üçün tədbirlər görmək.

3. Xidmətin vəzifələri3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş

fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:

3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hazırlanmış layihələrə dair rəy və təkliflərini Nazirliyə təqdim etmək;

3.0.2. Nazirliyin razılığı ilə müva-fiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.3. aidiyyəti qurumlarla birlikdə təhlükəli ekoloji vəziyyətlərin yaranması və genişlənməsi təhlükəsi yaradan halların və hadisələrin aşkarlanmasında, habelə proqnozlaşdırılmasında iştirak etmək;

3.0.4. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət nəzarətini həyata keçirmək;

3.0.5. ətraf mühitə və insan sağlamlı-ğına mənfi təsir göstərən vibrasiya və nü-fuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarət etmək;

3.0.6. dövlət uçotuna alınan və normalaşdırılan atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin müəssisə, təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə siyahı-sının müəyyən edilməsi üçün Nazirliyə təkliflər vermək, atmosfer havasına zərərli təsirlərin dövlət uçotunun aparılmasında, onların ekoloji təhlükəlilik dərəcəsinin müəyyənləşdirilməsində iştirak etmək;

3.0.7. atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılmasının yekun sənədinə razılıq vermək və bu işlərə metodiki rəhbərliyi həyata keçirmək;

3.0.8. su obyektlərindən səmərəli

və məqsədyönlü istifadəyə, yerüstü və yeraltı suların çirklənməkdən qorunmasına fasiləsiz nəzarəti həyata keçirmək;

3.0.9. su mühafizə zonalarında təbii ehtiyatlardan istifadə və onların mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.0.10. “İstehsalat və məişət tullantı-ları haqqında” Azərbaycan Respublikası-nın Qanununa uyğun olaraq, tullantılara bağlı fəaliyyətə dövlət nəzarətini həyata keçirmək;

3.0.11. tullantıların əmələ gəlməsi anından tam kənarlaşdırılmasınadək dövlət uçotunun və hesabatının aparılmasında iştirak etmək, təhlükəli tullantıların idarə olunmasına dair Nazirliyə təkliflər vermək,

3.0.12. təhlükəli tullantıların inven-tarlaşdırılmasına, uçotuna və pasportlaşdı-rılmasına nəzarətin həyata keçirilməsində iştirak etmək, təsnifat sisteminə yeni təhlükəli tullantı növlərinin daxil edilməsi barədə təklifləri Nazirliyə təqdim etmək;

3.0.13. tullantıların həcmi (kütləsi), növü və digər xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilən tullantıların yığılması (toplanması), yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə haqqın çirkləndiricilər tərəfindən ödənilməsini tələb etmək;

3.0.14. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aidiyyəti qurumlar-la birlikdə torpaqların münbitliyinin bərpasına və artırılmasına dair kompleks tədbirlərin həyata keçirilməsində iştirak etmək, torpaqların münbitlik xassələrini səciyyələndirən göstəricilərin uçotunu, monitorinqini aparmaq və bu barədə məlumat bankı yaratmaq;

3.0.15. faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji kəşfiyyat və torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirilən digər işlərin dayandırılmasında iştirak etmək, qadağan edilməsi təklifi ilə bu işləri həyata keçirən və ya onların həyata keçirilməsinə razılıq verən, yaxud belə işlərə nəzarət edən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə müraciət etmək məqsədilə Nazirliyə təkliflər vermək;

3.0.16. aidiyyəti qurumlarla birlikdə ekoloji təhlükəsizliyi təmin etmək, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlər görmək;

3.0.17. yaşıllıqların uçotu və moni-torinqi haqqında məlumatları toplamaq və Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təşkil etmək, yaşıllıqların kadastrını aparmaq, yaşıllıqların müfəssəl siyahısını tərtib etmək;

3.0.18. “Ətraf mühitin mühafizəsi

haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qur-ğu və obyektlərdə həyata keçirilən işlərin məhdudlaşdırılması və müvəqqəti dayandı-rılması, o cümlədən maliyyələşdirilməsinin dayandırılması, onların istismara verilməsinin qadağan edilməsi, təsərrüfat fəaliyyətinin və başqa fəaliyyətlərin dayan-dırılması və ya qadağan edilməsi ilə bağlı tədbirlər görmək;

3.0.19. təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazənin, təbiətdən istifadə müqavilələrinin (kontraktların) şərtlərinə əməl edilməsini yoxlamaq, onların dayandırılması və ya ləğvi barədə qərar qəbul etmək;

3.0.20. informasiya təminatını təşkil etmək, təhlükəli və fövqəladə ekoloji vəziyyət yaranması barədə əhaliyə məlumat vermək və ekoloji təhlükəsizlik sahəsində vətəndaşların təlimatlandırılmasını təmin etmək;

3.0.21. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası-nın Qanununa uyğun olaraq, ekoloji təhlükəsizlik sahəsində dövlət nəzarətini həyata keçirmək;

3.0.22. ətraf mühitin, heyvanlar və bitki aləminin mühafizəsinə, bərpasına və onlardan istifadəyə dövlət nəzarətini həyata keçirmək;

3.0.23. meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına dövlət nəzarətini həyata keçirmək;

3.0.24. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə dövlət nəzarətini həyata keçirmək;

3.0.25. balıq və digər su bioresursla-rından istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək;

3.0.26. ekoloji maarifləndirmə işini təşkil etmək;

3.0.27. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində iştirak etmək;

3.0.28. fəaliyyətinin təşkili ilə bağlı ayrılan dövlət büdcəsi vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.29. dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin etmək, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.30. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və açıqlan-malı informasiyanın həmin saytda davamlı yenilənməklə yerləşdirilməsini təmin etmək;

3.0.31. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığı və əməkdaşların əlavə təhsili üçün Nazirliyə təkliflər vermək;

3.0.32. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək;

3.0.33. fəaliyyəti ilə bağlı yaranan arxiv sənədlərinin komplektləşdirilməsini, saxlanılmasını və uçotunu təmin etmək, bu məqsədlə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun digər tədbirləri görmək;

3.0.34. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Xidmətin hüquqları4.0. Öz vəzifələrini yerinə yetirmək

üçün Xidmətin aşağıdakı hüquqları vardır:4.0.1. Azərbaycan Respublikasının

müvafiq sahə üzrə beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

4.0.2. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək;

4.0.3. müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək, fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun analitik materiallar hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və təkliflərini Nazirliyə təqdim etmək;

4.0.4. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, onların müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;

4.0.5. fəaliyyət istiqamətlərinə uyğun xüsusi bülletenlər, nəşrlər buraxmaq, rek-lam-informasiya işlərini həyata keçirmək, müstəqil ekspert və mütəxəssisləri fəaliyyətinə cəlb etmək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə aparılan yoxlamalar (araşdırmalar, monitorinqlər) və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və informasiya bankı yaratmaq;

4.0.7. vəzifələrinə uyğun olaraq normativləri və digər göstəriciləri, onların müəyyən edilməsi üsullarının beynəlxalq standartlar, elmi-texniki tərəqqi və eko-loji vəziyyətin tələbləri nəzərə alınmaqla mütəmadi olaraq təkmilləşdirilməsi üçün Nazirliyə təkliflər vermək;

4.0.8. müvafiq sahə üzrə pozuntu-ların aradan qaldırılmasına dair qanunla müəyyən olunan qaydada fiziki şəxslərə, habelə vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək;

4.0.9. fəaliyyət istiqamətlərindən

və vəzifələrindən irəli gələn tədbirlərin həyata keçirilməsi üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, təsərrüfat subyektlərinə, vəzifəli şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan həmin məlumatları (sənədləri) almaq;

4.0.10. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkar-lıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamala-rın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq;

4.0.11. aidiyyəti qurumlarla birlikdə ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tədbirlərdə qarşılıqlı fəaliyyət göstərmək;

4.0.12. ekoloji tələblərin və ətraf mühitin keyfiyyət normativlərinin pozul-ması ilə həyata keçirilən ekoloji cəhətdən təhlükəli yüklərin (məmulatların), tullantı-ların və xammal ehtiyatlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və həmçinin onun ərazisindən tranzit yolu ilə daşınmasına dair qərarın qəbul olunmasın-da iştirak etmək;

4.0.13. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzarət funksiya-larının icrası zamanı xüsusi geyimlə təmin olunmaq, xüsusi vasitələr, xidməti silah gəzdirmək və saxlamaq;

4.0.14. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;

4.0.15. ətraf mühitin mühafizəsi haq-qında qanunvericiliyin pozulduğu hallar aşkar edildikdə, müvafiq protokol tərtib etmək və bu pozuntuların aradan qaldırıl-ması məqsədilə qanunvericilikdə nəzərdə tutulan digər tədbirlər görmək;

4.0.16. müvafiq sahədə işçi qruplar və komissiyalar yaratmaq;

4.0.17. müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək;

4.0.18. fəaliyyəti ilə bağlı Nazirliyə hesabatlar vermək;

4.0.19. öz vəzifələrini icra edərkən digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;

4.0.20. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş

digər hüquqları həyata keçirmək.5. Xidmətin fəaliyyətinin təşkili5.1. Xidmətə Azərbaycan Respublika-

sının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.2. Xidmətin rəisi Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Xidmət rəisinin Azərbaycan Res-publikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Xidmət rəisinin müavinləri Xidmət rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.4. Xidmətin rəisi:5.4.1. Xidmətin fəaliyyətini təşkil edir

və ona rəhbərlik edir;5.4.2. Xidmət rəisinin müavinləri

arasında vəzifə bölgüsü aparır;5.4.3. Xidmət rəisinin müavinləri,

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifəyə təyin etdiyi digər struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.4.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.4.5. müəyyən olunmuş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin əsasnamələrini təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.4.6. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

5.4.7. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;

5.4.8. Xidmətin vəzifəli şəxslərinin qanunazidd aktlarını ləğv edir;

5.4.9. Nazirliyin verdiyi səlahiyyətlər daxilində Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Nazirliyi təmsil edir;

5.4.10. Xidmətə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və bu barədə hesabatı Nazirliyə təqdim edir;

5.4.11. Xidmətin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir;

5.4.12. müvafiq sahənin inkişafına dair təklifləri, Xidmətin fəaliyyətinə dair illik hesabatları Nazirliyə təqdim edir;

5.4.13. Xidmətin fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, habelə onların icrasına nəzarəti həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında əsasnamə1. Ümumi müddəalar1.1. Azərbaycan Respublikasının Eko-

logiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (bundan sonra – Xidmət) meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Na-zirlik) strukturuna daxil olan qurumdur.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitu-siyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və Nazirli-yin hüquqi aktlarını rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir.

1.4. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Res-publikası Dövlət Gerbinin təsviri, Nazir-liyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.2. Xidmətin fəaliyyət istiqamətləri2.0. Xidmətin fəaliyyət istiqamətləri

aşağıdakılardır:2.0.1. müvafiq sahədə dövlət

siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;

2.0.2. meşə fondu torpaqlarından səmərəli istifadə, meşələrin cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi, habelə ölkə ərazisinin meşəlik faizinin artırılması istiqamətində fəaliyyəti həyata keçirmək;

2.0.3. meşələrdən, meşə-parklardan və meşədənkənar ərazilərdən yüksək genetik xüsusiyyətlərə malik, meşəəmələgətirici, relikt və endemik ağac və kol cinslərinin seleksiya əsasında seçilməsi, toxumların tədarükü, uçotu, analiz olunub yoxla-nılması, eləcə də saxlanılması, nəqli və mübadiləsi sahələrində fəaliyyəti həyata keçirmək;

2.0.4. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahə üzrə qanunveri-ciliyin tələblərinə riayət olunması üçün

tədbirlər görmək;2.0.5. aidiyyəti elmi müəssisə və

təşkilatları cəlb etməklə, müvafiq sahə üzrə elmi tədqiqat fəaliyyətinin həyata keçirilməsini təşkil etmək;

2.0.6. meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən, yanğından, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə fəaliyyəti həyata keçirmək.

3. Xidmətin vəzifələri3.0. Bu Əsasnamə ilə müəyyən edil-

miş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:

3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hazırlanmış layihələrə dair rəy və təklifləri Nazirliyə təqdim etmək;

3.0.2. meşələrin mühafizəsi, bərpası, meşə fondundan səmərəli və məqsədyönlü istifadənin təmin olunması, meşələrin torpaqqoruyucu, susaxlayıcı, iqlimtənzimləyici, sağlamlaşdırıcı və digər faydalı funksiyalarının artırılması istiqamətində dövlət proqramlarının və inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.0.3. Nazirliyin razılığı ilə müva-fiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirmək;

3.0.4. meşə təsərrüfatı tədbirlərinin səmərəliliyinin artırılması, meşələrin mühafizəsi, suqoruyucu, mühityara-dıcı, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərinin saxlanılması və gücləndirilməsi sahələrində elmi tədqiqatların və monitorinqlərin aparılma-sını təşkil etmək;

3.0.5. meşə yanğınlarına qar-şı əhali arasında maarifləndirmə işi aparılmasına, yanğına qarşı mineral zolaqların çəkilməsinə və digər mühafizə tədbirlərinin yerinə yetirilməsinə yönəldilmiş fəaliyyəti əlaqələndirmək;

3.0.6. meşələrin mühafizəsi və qorunması məqsədilə yanğınla mübarizə tədbirlərini həyata keçirmək, yüksək yan-ğın təhlükəsi dövründə əhalinin, nəqliyyat vasitələrinin meşəyə girməsini, habelə ay-rı-ayrı meşə fondu sahələrində müəyyən iş növlərinin aparılmasını məhdudlaşdırmaq və ya qadağan etmək;

3.0.7. qoruq meşələrində, milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq, fiziki şəxslərin həmin sahələrdə olmasını və meşə sərvətləri yığmasını məhdudlaşdırmaq və qadağan etmək;

3.0.8. meşə fondunun zərərvericilərdən, xəstəliklərdən

mühafizəsi məqsədilə fasiləsiz monitorinqlər aparmaq, zərərverici və xəstəlik mənbələrini aşkara çıxarmaq, cari, ekspedisiya, aviavizual və digər meşəpatoloji müşahidə tədbirlərini həyata keçirmək, bu barədə perspektiv plan, yekun material, təlimat hazırlamaq;

3.0.9. meşə təsərrüfatı qurumlarının qiymətli ağac cinslərindən ibarət yüksək məhsuldarlıqlı, mühityaradıcı və qoruyucu funksiyaları olan yeni meşə sahələri sal-masını təşkil etmək;

3.0.10. meşələrin dövlət uçotunu, dövlət meşə kadastrını, meşələrin monito-rinqini və meşə quruluşu işlərini aparmaq;

3.0.11. meşələrin bərpası və yenidən əkilməsi (rekonstruksiyası) işlərinin elm və texnikanın, qabaqcıl təcrübənin nailiyyətlərindən istifadə etməklə təşkili sahəsində təklif və tövsiyələr hazırlamaq;

3.0.12. meşəbərpa, meşə əkini, əkin materiallarının yetişdirilməsi, onlara qul-luq, təbii bərpaya kömək, az əhəmiyyətli və aşağı sıxlıqlı (doluluqlu) ağacların rekonstruksiya edilməsi tədbirlərini təşkil etmək;

3.0.13. hidromeşəmeliorativ tədbirlərin və torpaqların rekultivasiyası-nın, habelə çay və göllərin kənarlarının, dərə-yarğan və qumluqların, digər əlverişsiz torpaqların meşələşdirilməsi işlərinin meşə quruluşu layihələrinə və meşə əkinlərinə olan tələblərə uyğun aparılmasını təşkil etmək;

3.0.14. meşə əkinlərinin texniki qəbulu, inventarlaşdırılması, meşə ilə örtülü sahəyə keçirilməsi və sairlə bağlı sənədlərin tərtib olunması işlərini təşkil etmək;

3.0.15. qeyri-meşə torpaqlarında meşə salmaq, meşə fondunun məhsuldar olma-yan torpaq sahələrini minimuma endirmək, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaq;

3.0.16. meşəbərpa işlərinin həcminin, onların aparılma üsulları-nın və bərpa olunacaq ağac cinslərinin müəyyənləşdirilməsi, həmçinin meşəbərpa tədbirlərinin, meşə toxumları tədarükü və əkin materialları yetişdirilməsi işlərinin meşə təsərrüfatı qurumları tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;

3.0.17. meşə təsərrüfatı qurumları tərəfindən meşə toxumluq sahələrinin seçilməsinə, bərpa olunacaq ağac cinslərinin toxumlarının hazırlanmasına və tədarükünə, onların keyfiyyətinin, habelə toxum ehtiyat fondunun miqdarı, saxla-nılması və əkin materialları yetişdirilməsi işlərinin texniki şərtlərə uyğun olmasına nəzarət etmək;

3.0.18. meşələrin məhsuldarlığının artırılması məqsədilə elmi cəhətdən əsaslandırılmış meşəqırma sistemini tətbiq etmək, meşələrin bərpasını, onların cins tərkibinin yaxşılaşdırılmasını, habelə seleksiya-genetika əsasında daimi meşə toxumçuluğu bazasının yaradılmasını təmin etmək;

3.0.19. meşə fondunun vəziyyəti üzərində fasiləsiz müşahidələr aparılma-

sında, zərərli orqanizmlərin mənbələrinin aşkar edilməsində və həmin yerlərdə fito-sanitar tədbirlərin görülməsi, bu halların yayılmasının qarşısının alınması, onların aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində iştirak etmək;

3.0.20. aidiyyəti dövlət qurumu ilə birlikdə meşə fondunda zərərvericilərin və xəstəliklərin çoxalmasının, eləcə də yayılmasının icmalına və proqnozuna dair məlumatlara əsasən meşə zərərverici həşəratlarına və xəstəliklərə qarşı profi-laktik və fitosanitar tədbirlərin perspektiv planını, həmçinin meşələrin fitosanitar vəziyyəti barədə yekun materialları hazırlamaq, fitosanitar tədbirləri həyata keçirmək məqsədilə müvafiq hesabatlar tərtib etmək;

3.0.21. səpin üsulu ilə meşə əkinləri salındıqda səpin qaydasını, ilkin sıxlıq normasını və digər texnoloji tələbləri, yol verilən cərgə aralarının enini, əkin (səpin) yerlərinin arasını və meşəbitmə zonasını müəyyənləşdirmək;

3.0.22. əkin materiallarının selek-siya əsasında seçilmiş yüksək genetik xüsusiyyətli ağac və kol cinslərindən tədarük edilmiş toxumlar hesabına yetişdirilməsini, genefondun, endemik və relikt ağac və kol cinslərinin qorunub mühafizə edilməsini, onların arealları-nın genişləndirilməsini, meşəbərpa və meşə meliorasiya tədbirlərinin həyata keçirilməsini təşkil etmək;

3.0.23. meşə təsərrüfatının təşkili pla-nı və texniki layihələr əsasında meşəbitmə şəraitinə uyğun müasir texnologiyalar tətbiq etməklə, meşəbərpa və meşəsalma tədbirlərinin həyata keçirilməsi üçün tədbirlər görmək;

3.0.24. ekoloji və iqtisadi cəhətdən meşə təsərrüfatında daha səmərəli hesab edilən, tezböyüyən cinslərdən ibarət plan-tasiyalar salınmasını təşkil etmək;

3.0.25. meşə fondu sahələrinin zibillənmə, çirklənmə, bataqlıqlaşma və su altında qalma hallarının qarşısının alınması, yararlı hala gətirilməsi (bərpa edilməsi), məhsuldarlığının artırılması, onların susaxlayıcı, mühittənzimləyici və digər faydalı funksiyalarının artırılması məqsədilə görülən tədbirlərə nəzarət etmək;

3.0.26. meşə quruluşu layihələri əsasında oduncaq və aralıq istifadə üçün meşələri qırmadan sənaye məhsulları istehsal olunması barədə Nazirliyə təkliflər vermək;

3.0.27. köküstü oduncaq buraxılışı məqsədilə meşə istifadəçilərinin hazırla-dıqları texnoloji xəritəyə razılıq verilməsi, habelə köküstü oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün meşəqırma bileti (qırma sahələrinin düzgün seçilməsi, ayrılması), həmçinin özü yıxılmış və (və ya) qurumuş ağac-lardan oduncaq hazırlanması, ağac tör-töküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün order vermək;

3.0.28. meşə istifadəçiləri meşə

qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək;

3.0.29. meşə fondu sahələrindən elmi tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadəyə dair bağlanan müqavilələrin qeydiyyatını aparmaq;

3.0.30. meşə fondunda meşələri qanunsuz qırılmadan qorumaq;

3.0.31. müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə, eləcə də vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək;

3.0.32. meşələrin mühafizə və bərpasının təmin edilməsi, təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin meşə fondunda təbii ekoloji sistemlərə zərərli təsirinin qarşısının alınması istiqamətində problemləri, müvafiq sahə ilə bağlı inno-vativ layihələrdən (o cümlədən startap-lardan) istifadə imkanını araşdırmaq və Nazirliyə təkliflər vermək;

3.0.33. fəaliyyətinin təşkili ilə bağlı ayrılan dövlət büdcəsi vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.34. müvafiq sahə ilə bağlı sərgilərin, fotostendlərin, sənədli və qısa-metrajlı filmlərin hazırlanmasını, seminar və tədbirlərin keçirilməsini təşkil etmək;

3.0.35. fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, müvafiq internet saytının yaradılmasını, malik olduğu və açıqlanmalı informasiyanın həmin saytda davamlı yenilənməklə yerləşdirilməsini təmin etmək, habelə məlumatların aidiyyəti dövlət orqanlarının elektron informasiya sisteminə inteqrasiyası üçün tədbirlər görmək;

3.0.36. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının tərəfdar çıx-dığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsində iştirak etmək;

3.0.37. dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin etmək, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.38. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığı və əməkdaşların əlavə təhsili üçün Nazirliyə təkliflər vermək;

3.0.39. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək;

3.0.40. fəaliyyəti ilə bağlı yaranan arxiv sənədlərinin komplektləşdirilməsini, saxlanılmasını və uçotunu təmin etmək, bu məqsədlə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa

uyğun digər tədbirləri görmək;3.0.41. Azərbaycan Respublikası

Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Xidmətin hüquqları4.0. Öz vəzifələrini yerinə yetirmək

üçün Xidmətin aşağıdakı hüquqları vardır:4.0.1. müvafiq sahə üzrə Azərbaycan

Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

4.0.2. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunma-sı, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək;

4.0.3. müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək, fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun analitik materiallar hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və təkliflərini Nazirliyə təqdim etmək;

4.0.4. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, onların müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;

4.0.5. fəaliyyət istiqamətlərinə uyğun xüsusi bülletenlər, nəşrlər buraxmaq, rek-lam-informasiya işlərini həyata keçirmək, müstəqil ekspert və mütəxəssisləri fəaliyyətinə cəlb etmək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə aparılan yoxlamalar (araşdırmalar, monitorinqlər) və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və informasiya bankı yaratmaq;

4.0.7. iqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiya-lara uyğun ölkənin meşə fondu sahələrinin qoruyucu kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi barədə Nazirliyə təkliflər vermək;

4.0.8. fəaliyyət istiqamətlərindən və vəzifələrindən irəli gələn tədbirlərin həyata keçirilməsi üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, təsərrüfat subyektlərinə, vəzifəli şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan həmin məlumatları (sənədləri) almaq;

4.0.9. meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsinin təşkilinə dair Nazirliyə təkliflər vermək;

4.0.10. funksiyalarının icrası zamanı xüsusi geyimlə təmin olunmaq;

4.0.11. öz vəzifələrini icra edərkən digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;

4.0.12. Xidmətin, habelə onun yerli bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;

4.0.13. müvafiq sahədə işçi qruplar və komissiyalar yaratmaq;

4.0.14. müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək;

4.0.15. fəaliyyəti ilə bağlı Nazirliyə hesabatlar vermək;

4.0.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Xidmətin fəaliyyətinin təşkili5.1. Xidmətə Azərbaycan Respublika-

sının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir.

5.2. Xidmətin rəisi Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Xidmət rəisinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Xidmət rəisinin müavinləri Xidmət rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.4. Xidmətin rəisi:5.4.1. Xidmətin fəaliyyətini təşkil edir

və ona rəhbərlik edir;5.4.2. Xidmət rəisinin müavinləri

arasında vəzifə bölgüsü aparır;5.4.3. Xidmət rəisinin müavinləri,

yerli bölmələrin rəhbərləri və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifəyə təyin etdiyi digər struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, on-ların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.4.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.4.5. müəyyən olunmuş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin və tabeliyindəki qurumların əsasnamələrini və ya nizamnamələrini təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.4.6. Xidmətin fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, habelə onla-rın icrasına nəzarəti həyata keçirir;

5.4.7. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

5.4.8. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;

5.4.9. Xidmətin vəzifəli şəxslərinin qanunazidd aktlarını ləğv edir;

5.4.10. Xidmətə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və bu barədə hesabatı Nazirliyə təqdim edir;

5.4.11. Xidmətin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir;

5.4.12. Nazirliyin verdiyi səlahiyyətlər daxilində Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Nazirliyi təmsil edir;

5.4.13. müvafiq sahənin inkişafına dair təklifləri, Xidmətin fəaliyyətinə dair illik hesabatları Nazirliyə təqdim edir;

9 aprel 2020-ci il, cümə axşamı4

Page 5: Azərbaycan vətəndaşları koronavirusla mübarizədə …xalqqazeti.com/pdf/APREL 09.pdf“3” rəqəmi ilə əvəz edilsin; 1.9. 5.7-ci, 5.8-ci bəndlər və 5.9.1-ci yarımbənd

Bakıda genişmiqyaslı dezinfeksiya işləri aparılır

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamen-ti, paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin, aidiyyəti qurumların əməkdaşları və xüsusi texnikası tərəfindən müvafiq qrafik əsasında gündəlik olaraq səhər və axşam saatlarında küçə və prospektlər xüsusi kimyəvi vasitələr və yeni yuyucu gel vasitəsi ilə yuyulur.

Gündə 2 dəfə depar-tamentin balansında olan 11 400-dən cox yaşayış binasında, buradakı ümu-mi istifadə yerlərində, giriş blokları və pilləkən marşla-rında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələri və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydan-çalarında, həyət və yaşayış

məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksi-yaedici tədbirlər görülür. De-zinfeksiya və maarifləndirmə işləri paytaxtın qəsəbələrində də aparılır.

Bu işlərin vaxtaşırı olaraq paytaxtdakı 2000-dən cox ko-operativ binaların və yaşayış komplekslərində də aparılma-sı təmin edilir.

Ərazidəki tibbi-profi-

laktiki işlərlə yanaşı, Bakı Şəhər Ticarət və Xidmət Departamenti və Yaşıllaş-dırma Təsərrüfatı Birliyinun əməkdaşları tərəfindən paytaxtdakı idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yara-dılmış yaşıllıq guşələrinə qul-luq göstərilir, ofis mərkəzləri qarşısında qoyulmuş

dibçəklərdəki güllər sulanır.Paytaxt rayonla-

rı icra hakimiyyətlərinin əməkdaşları, rayonlar-da yaradılan Operativ qərargahların üzvləri, könüllülər və hüquq-mühafizə orqanları əməkdaşları ərazidə mütəmadi reydlər keçirərək vətəndaşları ciddi ehtiyac olmadıqca evdən çıxmamaları, ehtiyac ya-randıqda isə elektron icazə alınması qaydasında çıxma-ları barədə məlumatlandırır, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarları və göstərişlərinin icrası ilə bağlı əhali arasında maarifləndirmə-təbliğat işləri aparırlar.

Həmçinin rayon icra hakimiyyətləri, bələdiyyələr, könüllülər tərəfindən yaşı 65-dən yuxarı, tənha və yaşlı vətəndaşlar daim nəzarətdə saxlanılır, onlara ərzaq yar-dımları çatdırılır, lazımi sosial xidmətlər göstərilir.

Bütün təbliğat, maarifləndirmə, dezinfeksiya və yardımların göstərilməsi gündəlik davam etdirilir.

“Xalq qəzeti”

“Dövlət bütün imkanları səfərbər edib ki, vətəndaşların sağlamlığını təmin etsin”

“Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Ancaq Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib ki, vətəndaşların sağlamlığını təmin etsin. Dövlətimiz yalnız ölkə daxilində deyil, ölkədən

kənarda olan 15 minə yaxın Azərbaycan vətəndaşının da təxliyəsini təşkil edərək, onla-rın sağlamlığının qorunması üçün mühüm tədbirlər həyata keçirib”.

Ölkəmizdə ən müasir xəstəxanaların koronavirus xəstələrinin müalicəsi ilə məşğul olmasını da müsbət amil kimi dəyərləndirən

C. İsayev əlavə edib ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Yeni texnolo-giyalar əsasında inşa ediləcək xəstəxanalar bütün lazımi avadanlıqlarla təchiz ediləcək.

Baş mütəxəssis hesab edir ki, hər bir Azərbaycan vətəndaşı dövlətimizin onun

sağlamlığının qorunması üçün gördüyü işlərə dəyər verərək, özü də sağlamlığının qorunması üçün məsuliyyətli olmalı və dövlətin qoyduğu qadağalara əməl etməlidir: “Biz yalnız bu yolla xəstəliyin geniş vüsət almasının qarşısını ala bilərik. İn-sanlar məsuliyyətli olmalı, nizam-intizamı, qaydaları pozmamalı, özlərini, yaxın-larını qorumalıdırlar. Biz həm milli birlik, həmrəylik, həm də məsuliyyət nümayiş etdirməliyik”.

Baş infeksionist bildirib ki, hazırkı dövrdə bu qadağa-lara əməl edilməsi xəstəliyin yayılmasının qarşısının alın-ması üçün olduqca mühüm amildir.

“Xalq qəzeti”

Deputat qeyd edib ki, koronavirusun vura biləcəyi zərərin qarşısının alınma-sı üçün dövlət başçısının tapşırığına əsasən, Nazirlər Kabineti müvafiq Tədbirlər Planı təsdiqləyib: “Məqsəd vətəndaşların sosial müdafiəsini tam təmin etməkdir. Görülən bu işlərin fonunda vətəndaşlar xüsusi karantin rejiminin qaydalarına əməl etməlidirlər”.

S. Hüseynova bildirib ki, Prezident İlham Əliyev aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Teks-til Fabriki” MMC tərəfindən yaradılan

tibbi maska istehsalı müəssisəsinin açılışı zamanı Azərbaycan xalqına müraciətində də karantin rejiminə riayət edilməsinin zəruriliyini bir daha

vurğulayıb: “Prezident İlham Əliyev qeyd etdi ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən 2,5 mil-yard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın, həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

Dövlətimizin başçısı bildirdi ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Cənab Prezident vətəndaşlara müraciətlə söyləyib: “Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın,

özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”.

Deputat vurğulayıb ki, hər bir vətəndaşımız Prezident İlham Əliyevin çağırışına ciddi şəkildə əməl etməlidir: “Əməl etməliyik ki, hökumətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronavirus bəlasından tezliklə xilas ola bilək”.

“Xalq qəzeti”

9 aprel 2020-ci il, cümə axşamı 5

Orduda snayperlərin hazırlığı yoxlanılır

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə snayperlərin hazırlığı yoxlanılır.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, snayper qrupları böyük məsafələrə yürüş, əlverişli mövqelərin tutulması, mövqelərin maskalanması, ərazinin nəzərdən keçirilməsi, yanlış snayper mövqelərinin qurulma-sı üzrə tapşırıqları, müxtəlif məsafələrdəki hədəflərə fərdi və qrup halında atışlar icra edirlər.

“Xalq qəzeti”

Avstraliya kruiz gəmilərini ərazi sularından çıxarır

Avstraliya hökuməti Kvinslend ştatının sahillərində daya-

nan 4 kruiz gəmisindən ərazi sularını tərk etməyi tələb edib. Baham adaları, Panama və Maltada qey-diyyatda olan laynerlərdə ümumilikdə 13,5 min sərnişin var.

Avstraliya hökuməti bildirir ki, ölkədə qeydə alı-nan koronavirusa yoluxma hallarının əksəriyyəti kruiz gəmilərinin sərnişinlərində qeydə alınıb. Bununla bağlı olaraq mart ayında “Ruby Princess” laynerinin Sidneyə yan alması üçün

icazə verən rəsmi şəxslər barəsində cinayət işi açılıb. Hazırda həmin gəminin ekipajı karantinə alınıb.

Qeyd edək ki, bu günə

qədər Avstraliyada 6 010 nəfər koronavirusa yoluxub, 50 nəfər ölüb.

“Xalq qəzeti”

Koronavirusa görə GPS peykinin buraxılışı təxirə salınıb

ABŞ Hərbi Hava Qüvvələrinin Kosmik və Raket Sistemləri Mərkəzi üçüncü nəsil GPS naviqasiya peyki-nin (GPS III) buraxılışını təxirə salıb. Qərar koronavirus epidemiyası ilə əlaqədar qəbul edilib.

GPS peyki aprelin sonunda buraxılmalı idi. Yeni qərara əsasən, buraxılış Kanaveral kosmodromunda iyunun 30-da baş tutacaq

Qeyd edək ki, hazırda GPS peyk sisteminə 31 peyk daxildir.

“OPEC+” ölkələrinin monitorinq komitəsi təkliflər hazırlayıb

RİA Novosti etibarlı mənbələrə istinadən xəbər verir ki, kvotalarla bağlı monitorinq komitəsinin layihəsi artıq hazırdır. Sənədin detalları sabah müzakirə ediləcək. İclas ərəfəsində baş katib Məhəmməd Barkin-donun telefonla “OPEC+” – a daxil olan ölkələrlə əlaqə saxlaması və təkliflərin ilkin müzakirəsi gözlənilir.

Qeyd edək ki, “OPEC+” iclası rəsmi olaraq 9 aprel tarixində Avstriya vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə 18:00) təyin edilib. Daha əvvəl video-konfrans forma-tında keçiriləcək OPEC və qeyri-OPEC

ölkələri nazirlərinin görüşünün aprelin 6-da keçiriləcəyi güman edilirdi. Azərbaycan da bu görüşə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, martın 6-da “OPEC+” ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını azalt-maq təklifini qəbul etməyiblər.

“Xalq qəzeti”

Belə ki, “koronavirus bəlasından ən tez necə qurtula bilərik?” - deyə, dünyanın ürəyinin tək bir arzu ilə çırpındığı zaman kəsiyində Ermənistan nəinki bu qorxunc virusla mübarizə aparmaq məsələsində ümumi axının əksi istiqamətində hərəkət edir, eyni zamanda, tari-xi ədalətə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın əzəli torpağı olan Dağ-lıq Qarabağda “seçkilər” keçirməklə şou göstərir. Bu addım, heç şübhəsiz ki, belə bir vaxtda Azərbaycan qarşı deyil, eyni zamanda, beynəlxalq aləmə meydan oxumaq deməkdir.

Birincisi, bu, bir daha onu sübut edir ki, humanizm prinsiplərini pozan Ermənistan üçün bir dövlət olaraq ko-ronavirus pandemiyasının insanların həyatına necə təsir edəcəyi maraqlı deyil. İkincisi isə işğalçı Ermənistan Dağlıq Qarabağda “seçki” keçirməklə bir daha beynəlxalq hüququ saymadı-ğını nümayiş etdirdi.

Dünya birliyinə də məlumdur ki, Azərbaycanın Dağlıq Qara-bağ Muxtar Vilayəti və ətraf yeddi rayonu işğal olunmuşdur. Əvvəla, bu beynəlxaq hüququn bütün norma və prinsiplərinin kobud-casına pozulması deməkdir. Bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparılmışdır ki, belə bir şəraitdə “seçkidən”, beynəxlaq hüquq normaları çərçivəsində dövlətlər üçün müəyyənləşdirilən və onlara xas olan hər hansı bir fəaliyyətdən söhbət gedə bilməz. Çünki seçki beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan bir hadisə olmaqla yanaşı, eyni zamanda, beynəlxalq münasibətlər sistemi-

nin tamhüquqlu üzvü olan olan dövlətlər tərəfindən həyata keçirilir ki, bu, həm də beynəlxalq standart-lara cavab verən bir tələbdir. Eyni zamanda, Ermənistanın özünün də üzv olduğu ATƏT-in 1990-cı il Kopenhagen Sənədi demokratik seçkilərlə bağlı bu qurumun əsas prinsipidir. Bu sənəd təşkilata üzv ölkələrin prosesləri davamlı və ədalətli tətbiq etməsi üçün bütün öhdəlikləri özündə ehtiva edir. Deməli, Azərbaycanın işğal olun-muş ərazisi olan Dağlıq Qarabağ-da seçki keçirilməsi Ermənistanın təşkilata üzv ölkə kimi bu prinsipi və təşkilat qarşısında götürdüyü bütün öhdəlikləri kobudcasına pozması deməkdir. Bu “seçkilər” beynəlxalq hüququn aktorları tərəfindən qəbul olunan normal seçkilərdən tamamilə fərqlidir və heç bir legitimliyi yoxdur.

Xatırladaq ki, Dağlıq Qarabağda 2020-ci il martın 31-də təşkil olunan və ümumi seçki kimi qələmə verilən “prezident və parlament seçkiləri” şo-usu beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd olundu. BMT-dən sonra dünyada 2-ci ən böyük siyasi platforma sayılan Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin yekdil qərarı ilə Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma seçkilərin qanunsuzluğu bir daha təsdiqləndi. ATƏT-in Minsk qrupu-nun həmsədr ölkələri ABŞ, Fransa, Rusiya bu qondarma seçki şousunu pisləyərək tanımadıqlarını bəyan etdilər. 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Türk Parlament Assambleyası, De-mokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT Parlament Assamble-

yası, Avropa İttifaqı, NATO, bundan əlavə Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Mon-teneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran, Kanada, Norveç və s. kimi ayrı-ayrı dövlətlər də bəyanatlarla çıxış edərək prinsipial mövqe ortaya qoydular və qondarma seçkini tanımadılar.

Azərbaycanın strateji tərəfdaşı olan qardaş Türkiyə, digər strateji tərəfdaşımız Gürcüstan və Ukray-na isə nəinki qondarma seçkilər haqqında sərt mövqe sərgilədilər, onlar ümumiyyətlə, bu şounun keçirilməsinə etiraz etdilər. Bundan əlavə, Ermənistan tərəfi çalışırdı ki, saxta seçkilərə dünyanın bir sıra dövlətlərindən müşahidəçilər gəlsin, lakin dəvət olunanların hamısı bu təklifdən imtina etdi. Bu da işğalçı ölkənin ümidlərini puça çıxardı. Tarixə

qısaca nəzər yetirsək, görərik ki, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində indiyədək keçirilən bütün seçkiləri birmənalı olaraq qəbul etməyib.

Əlbəttə ki, bu, hər şeydən əvvəl, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan diplomati-yasının növbəti uğuru və qələbəsidir. Bu gün uğurla həyata keçirilən xarici siyasət kursu ölkəmizin haqlı möv-qeyinin dünya birliyinə çatdırılması

missiyasında mühüm rol oynayır. Eyni zamanda, beynəlxalq aləmdə kifayət qədər tanınmış politoloq və siyasətçilərin qondarma qurumun saxta seçkilərlə bağlı verdikləri bəyanatlar da Ermənistanın işğalçı siyasətinə etirazın bariz nümunəsidir.

Ermənistan rəhbərliyi hələ də dərk etmir ki, belə saxta seçkilər keçirməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. İşğal olunmuş Dağlıq Qarabağ ərazisində seçkilər yalnız Azərbaycan Konstitusiyası çərçivəsində və Azərbaycan dövlətinin nəzarəti altın-da keçirilə bilər.

Şəbnəm HƏSƏNOVA, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

doktorantı, politoloq

Koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında

Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq çoxşaxəli tədbirlər həyata keçirilir.

Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olub. Azərbaycan koronavirusla mübarizədə ən öndə gedən ölkələrdən biridir. Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, ölkəmizdə ko-ronavirus infeksiyasının geniş yayıl-masının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Xüsusi karantin rejiminin tətbiq olunması da bu məqsədə xidmət edir.

Azərbaycan koronavirusla uğurla mübarizə aparan ölkələrdən biridir

Azərbaycanda daha çox sayda insanın koronaviru-sa yoluxmaması və əhalinin sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür. Səhiyyə

Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, qa-baqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması bir çox ölkələrlə müqayisədə o qədər də geniş vüsət almayıb. Lakin bu, o demək deyil ki, xəstəlik Azərbaycanda geniş vüsət ala bilməz və ölkəmiz bu məsələdən sığortalanıb:

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan neft

hasil edən ölkələrin monitorinq komitəsi neft hasilatının hansı həcmdə azaldılması ilə bağlı layihə hazırlayıb. OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib ki, sa-bah keçiriləcək iclasda neft hasilatı-nın azaldılması məsələsi müzakirə edəcək və təkliflərini dinləniləcək.

Beynəlxalq münasibətlər sisteminə nəzər yetirsək, görərik ki, II Dün-ya müharibəsindən sonra dünya dövlətləri, ümumilikdə bəşəriyyət hazırda mövcud olan belə bir çətin vəziyyətlə ilk dəfədir üz-üzə

qalıb. Belə ki, dünya dövlətləri və xalqları bütün digər dərd-sərlərini kənara qoyaraq, ümumi və gözəgörünməz düşmən olan “COVID-19”-a qarşı birgə mübarizə aparırlar. Lakin insanların və xalqların yumruq kimi birləşdiyi bir məqamda, insanlığa əks cinahda dayanan aktorlar da yox deyildir. Bəşəriyyətin sınağa çəkildiyi və Azərbaycanın da dünya ilə həmrəylik nümayiş etdirdiyi bir vaxtda Ermənistanın yenə də öz məkrli siyasətindən əl çəkmədiyinin şahidi olduq.

Dünya saxta seçkiləri tanımadı

Page 6: Azərbaycan vətəndaşları koronavirusla mübarizədə …xalqqazeti.com/pdf/APREL 09.pdf“3” rəqəmi ilə əvəz edilsin; 1.9. 5.7-ci, 5.8-ci bəndlər və 5.9.1-ci yarımbənd

9 aprel 2020-ci il, cümə axşamı6Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlanıb

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexa-nizmi çərçivəsində:

Bu tədbir pandemiyanın zərər vurdu-ğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu mexa-nizm çərçivəsində vergiödəyicilərinin İnternet Vergi İdarəsində (“www.e-taxes.gov.az”) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında, qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək.

Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

Qeydiyyatda olan bütün vergiödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergiödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pan-demiya ilə bağlı maliyyə dəstəyi proq-ramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır.

Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları) avtomatik əks olu-nacaq. Vergiödəyiciləri müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, təsərrüfat subyektlərini (obyektlərini), zərər çəkmiş sahə üzrə işçi sayı və əməkhaqqı fondu barədə əlavə məlumatları özləri onlayn qayda-da doldurmalıdır. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.

Qeyd: Müraciətin yoxlanması za-manı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin fəaliyyət sahəsinin və təsərrüfat sub-yektinin (obyektinin) pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməməsi, müraciət tarixinə işçi sayında azalma-ların olması, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi hallardır.

Reyestr məlumatları üzrə uyğunsuzluq aradan qaldırılarsa, vergiödəyicisinə şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradı-lacaq.

Vergiödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq.

Xüsusi qeyd: Bank tərəfindən ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə ve-rilir. Vergiödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər və bu məsələyə ciddi nəzarət olunacaq.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürüləcək. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara kompensasiyalar orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.

Maliyyə vəsaitlərinin ayrıldığı vergi

ödəyiciləri barədə məlumatlar İqtisadiy-yat Nazirliyinin və onun qurumlarının internet resursları və KİV-lər vasitəsilə ictimaiyyətə çatdırılacaq.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mik-ro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində:

Bu mexanizm çərçivəsində pandemi-yanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 mil-yon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (“www.e-taxes.gov.az”) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank

hesablarına köçürülür.Vəsaitlərin ödənilməsi aşağıdakı

qaydada həyata keçiriləcək:Qeydiyyatda olan bütün

vergiödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergiödəyiciləri inter-net vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahib-karlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə elektron qaydada müraciət formasını doldurmalıdır.

Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, fəaliyyət sahələri, bank hesabla-rı, 2019-cu il ərzində ödənilmiş vergilər) avtomatik əks olunacaq.

Vergiödəyiciləri müraciətdə öz vergi rejimi (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro) olması) barədə məlumatları onlayn qaydada doldurmalıdırlar. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik ola-raq qəbul edilir və vergi ödəyicisinə bu barədə bildiriş göndərilir.

Qeyd: Müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin seç-diyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergiödəyicisinin fəaliyyətinin mart ayın-dan əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması, riskli vergiödəyicisi ilə əməliyyat aparması ilə bağlı ola bilər. Bu hallarda vergiödəyicisinə aşkar edili-miş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı veriləcək.

Fərdi sahibkar olan vergiödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin olunacaq.

Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olduğu təqdirdə ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyinin maksimal həddi 5000 manat olacaq.

Bütün vergiödəyicilərindən xahiş olunur ki, İnternet Vergi İdarəsində (“www.e-taxes.gov.az”) mövcud olan elektron kabinetlərini mütəmadi qaydada izləsinlər.

İşsizlərə ödəmələrin verilməsində ədalət prinsipi qorunacaqPrezident İlham Əliyevin sərəncamının icrası ilə bağlı

Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavi-rus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirləri əhatə edir.

Dövlət başçısının istəyinə və tövsiyəsinə uyğun olaraq, iş yerlərinin qorunması, məşğulluğa və sosial rifa-ha dəstəyin təmin olunması sənəddə əsas istiqamətlər sırasındadır. Belə ki, tədbirlər planına əsasən, məşğulluğa və sosial rifaha dəstək, o cümlədən işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif istiqamətlərdə tədbirlər görüləcək. Əvvəla, dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə bura-xılan işçilərin əməkhaqlarının sax-lanması üçün aprel–may aylarında müvafiq işlər aparılacaq. Bu istiqamət üzrə görüləcək işlər həmin sektorda çalışan 910 min işçini əhatə edəcək. Həmçinin qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarıl-masına, ixtisarına yol verilməməsi məqsədilə aprel-may aylarında işəgötürənlərlə bağlı iş aparılmaqla, gündəlik nəzarət təmin ediləcək. Bu istiqamətdə işlər isə qeyri-dövlət sek-torunda çalışan 664 min işçini əhatə edəcək.

Nazirlik tərəfindən işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqamətində də bir sıra tədbirlər görülməsi nəzərdə tutulub. Belə ki, haqqı ödənilən 50 min ictimai iş yerinin (2020-ci ilin aprel–may ayları) yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək. Bu məqsəd üçün dövlətin 30 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanla-rında işsiz kimi qeydiyyata alınan 200 min nəfərə 2020-ci ilin aprel–

may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə veriləcək. Bunun üçün 70 milyon manat yönəldiləcək.

Hazırda bütün bölgələri əhatə edən özünüməşğulluq proqramı-nın genişləndirilməsi və icrasının sürətləndirilməsi məqsədilə İşsizlikdən Sığorta Fondu, BMT İnkişaf Proqra-mı və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində təxirəsalınmaz işlər görülür. Proqram 2020-ci il üzrə 11 min nəfəri əhatə edəcək və İşsizlikdən Sığorta Fondu hesabına bu məqsəd üçün 70 milyon manat ayrılması nəzərdə tutulub.

Bundan başqa, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndiriləcək və bu sahədə pro-aktiv təyinat mexanizmi yaradılacaq. 2020-ci ilin aprel–dekabr ayları üzrə bu tədbir 20 min nəfərə şamil ediləcək və bu məqsəd üçün də İşsizlikdən Sığorta Fondu 20 milyon manat ayıracaq.

Həmçinin işsizlikdən sığorta ödənişi bitmiş, lakin işlə təmin olun-mamış şəxslərə sığorta ödənişinin və peşə hazırlığı kurslarında fasilə yaranmış müdavimlərə təqaüdlərin verilməsi xüsusi karantin rejimi dövründə davam etdiriləcək. Bu

istiqamət üzrə işlər cari ilin aprel–may ayları üzrə 2 min nəfəri əhatə edəcək. İşsizlikdən Sığorta Fondu hesabına bu istiqamətə 0,6 milyon manat nəzərdə tutulub.

Əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin so-sial müdafiəsinin gücləndirilməsi istiqaməti üzrə isə nazirlik tərəfindən sosial sığorta haqlarının azalması şəraitində yaranmış kəsir bağlanacaq. Həm kəsirin bağlanması, həm də əhaliyə sosial ödənişlərin – pensiya və müavinətlərin davamlılığının təmin edilməsi məqsədilə bu ilin aprel – dekabr ayları üzrə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatından istifadə olunacaq. Həmçinin ünvanlı dövlət sosial yardımı xüsusi karantin rejimi dövründə bitən ailələrə (şəxslərə) yar-dımın verilməsi dayandırılmayacaq, xüsusi karantin rejimi bitənədək da-vam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımının təyinatının

sadələşdirilməsi təmin olunacaq. DSMF-dən bunun üçün 3 milyon manat ayrılıb.

Tədbirlər planına uyğun olaraq, həmçinin yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri də könüllülər və digər qurumlar da qoşulmaqla davam etdiriləcək. Cari ilin aprel-may ayları üzrə bu xidmətlər 14 min nəfəri əhatə edəcək.

Bundan başqa, işsiz şəxslər və bu statusu almaq üçün müraciət edənlər, həmçinin pandemiya dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərarla əlaqədar nazirlikdən bildiriblər ki, qanuna əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi məşğulluq mərkəzlərində qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan və əmək qabiliyyətli şəxslərdir.

Muzdla – əmək müqaviləsi ilə işləyənlər, mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və başqaları məşğul şəxs sayıldığından işsiz kimi qeydiyyata alına bilməzlər. Ona görə də, bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər.

İşsiz kimi qeydiyyata alınan şəxslər isə onu bilməlidirlər ki, hazırda dövlətdən sosial ödəniş – ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s. alanlara birdəfəlik ödəmə verilməyəcək. Bu da ödəmənin məhz bu yardıma ehtiyacı olanlara ünvanlanması, pandemiya dövründə real olaraq zərərçəkən şəxslərə münasibətdə ədalətli yanaşmanı təmin etmək məqsədini daşıyır.

Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alacaq şəxslərə də şamil olunacaq.

Müraciət edənlər bilməlidirlər ki, www.e-sosial.az portalından istifadə etmək, “e-xidmətlər” bölməsinə daxil olmaq lazımdır. Çünki məşğulluq mərkəzlərində pandemiya ilə əlaqədar olaraq vətəndaş qəbulları dayandı-rılıb, bu müraciətlər qəbul olunmur. Buna görə də adıçəkilən kriteriyalara uyğun gəlməyən şəxslərdən işsiz kimi qeydiyyata alınmaq üçün elektron müraciət etməmələri tövsiyə olunur. Çünki kütləvi müraciətlər nəticəsində elektron sistemlər əlavə yüklənməyə məruz qalır, müraciətlərin qəbulunda çətinliklər yaşanır. Göstəricilərə uyğun gələn və işsiz kimi birdəfəlik ödəməni almağa haqqı çatan şəxslər isə təmkinli olsunlar.

Qeyd edək ki, çoxsaylı müraciətlərlə bağlı elektron sistemdə yüklənmələrin artmama-sı və müraciətlərə baxılmasında növbəliliyin təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkənin şəhər və rayonları üzrə müraciət qrafiki açıqlanıb. İşsiz statusuna uyğun gələn şəxslər qeydiyyatda olduqları rayon (şəhər) üzrə məhz həmin qrafikdə qeyd edilən tarixdə elektron qaydada müraciətlərini edə bilərlər. Birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq məşğulluq mərkəzlərinə müraciət etməyə heç bir ehtiyac yoxdur. Çünki xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir. İşsiz şəxs qey-diyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir.

Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri ilə bağlı mexanizm bu günlərdə hazır olandan sonra birdəfəlik ödəmə vəsaitləri işsizlərə nağdsız qaydada – bank xidmətləri vasitəsilə ödəniləcək.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Azərbaycan dövləti davamlı inkişafa effektiv addımlar atır

Deputat deyib ki, bu mübarizəyə Azərbaycan Respublikası hökumətinin yanaşmasını təhlil etmək yetərincə maarifləndirici olardı:

“Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə koro-navirus pandemiyasının ölkə iqtisadiyyatına təsirini qiymətləndirmək və iqtisadi sektorlara və sahibkarlara dövlət dəstəyi göstərilməsi üçün yaradılmış İşçi Qrupun rəhbəri, İqti-sadiyyat naziri Mikayıl Cabbarovun təqdim etdiyi doqquz proqram onu göstərir ki, bu gün dövlətimiz iqtisadiyyatda baş verə biləcək bütün mənfi tendensiyalara layiqli cavab vermək üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Hazırlanmış proqram-ların əsas məqsədi iş yerlərinin azaldılma-ması, sahibkarlıq subyektlərində çalışan işçilərin əməkhaqlarının ödənilməsinin təmin edilməsi, mikro və fərdi sahibkarların çəkə biləcəyi zərərin qarşısının alınması, maliyyə və bank sektorunun qorunmasıdır. Nəticə etibarı ilə həyata keçiriləcək sistemli tədbirlər nəticəsində hazırkı “dondurulma” və post-pandemiya dövründə əhalinin sosial rifahı-nın və həyat səviyyəsinin qorunması təmin ediləcək.

Lakin burada diqqətəlayiq əsas məqam ondan ibarətdir ki, qlobal səviyyədə baş verən neqativ tendensiyalara baxmaya-raq, dövlətimiz özünün əsas, dayanıqlığa yönəlik sosial-iqtisadi inkişaf modelindən üz döndərmir, əksinə, səmərəliliyi daha da artırır. Buna bariz nümunə kimi elə Preziden-tin pandemiyadan sonrakı dövr üçün orta və uzunmüddətli inkişafa yönəlik fəaliyyətini vurğulamaq kifayətdir”.

O bildirib ki, bu, hazırkı vəziyyətdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında, ölkəmizin davamlı inkişafın əsas sütununu təşkil edən səmərəli idarəçilik aparatına malik olduğunu göstərir. Davamlı inkişafla bağlı ədəbiyyatlarda səmərəli idarəçiliyin beş əsas prinsipi vurğulanır. Bunlar cavabdehlik, şəffaflıq, iştirakçılıq, qarşılıqlı məsuliyyət və öhdəçilikdir. Son bir ay ərzində biz sadalanan bütün bu prinsipləri ölkəmizdə, xüsusilə, qabarıq şəkildə gördük: “Bunun üçün sadəcə sadalayacağım misallara diqqət yetirmək kifayətdir. Məsələn, operativ şəkildə əhalinin məlumatlılığının təmin edilməsi və dövlətin vaxt itirmədən bütün lazımi tədbirlərə start verməsi – əhali qarşısında cavabdehliyin təmin edilməsi, Prezidentin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslərin ianələrinin açıq şəkildə şəffaflığın göstərilməsi, mübarizəyə əhalinin və özəl sektorun qoşulması ilə iştirakçılığın, müxtəlif tərəflər arasında qarşılıqlı etimad və məsuliyyət, iqtisadiyyata və digər sahələrə sistemli dəstək proqramlarının

hazırlanması ilə isə hökumətin davamlı inkişafa öhdəçiliyi bariz nümunədir. Xüsusilə, bu vəziyyətdə ən ümidverici məsələlərdən biri bu prosesdə müxtəlif tərəflərin həmrəylik göstərərək birlikdə çalışmasıdır.”.

Bundan əlavə, Azərbaycanın da-vamlı inkişafa yönəlik idarəçilik modeli-nin əsas prinsiplərinə daha ikisini əlavə edə bilərik. Çeviklik, xüsusilə, böhran zamanında və əhatəlik, inkişaf termi-nologiyasına uyğunlaşdırsaq, inklüziv-lik prinsipi. Buna bariz nümunə kimi Prezidentin birbaşa nəzarəti altında çox qısa zaman kəsiyində belə sistem-li sosial-iqtisadi dəstək proqramının

ərsəyə gəlməsini və əhalinin bütün həssas qruplarının ehtiyaclarının nəzərə alınmasını vurğulamaq olar.

M.Əfəndiyev qeyd edib ki, bütün bun-ları nəzərə alaraq demək olar ki, atılan effektiv addımlar sayəsində ölkəmizin davamlılığa yönəlik inkişaf modeli daha da gücləndiriləcək.

Anar TURAN, “Xalq qəzeti”

QHT fəalı: dövlətimizin pandemiyaya qarşı gördüyü

işlər təqdirəlayiqdir– Mən möhtərəm Prezidentin müraciətini televizyadan

dərin maraqla izlədim. Dövlətimizin başçısının aşağıdakı sözləri mənə xüsusilə təsir elədi: “Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açı-lışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımı-zı qoruyacaq”.

Bu sözlərdə nə qədər böyük canıyananlıq və səmimiyyət var. Fikrimcə, bu sözləri yalnız xalqını son-suz məhəbbətlə sevən bir lider səsləndirə bilər. Fəxr edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev məhz belə liderlərdəndir! Bəli, bu gün Azərbaycan dövlətinin, onun müdrik rəhbərinin əsas məqsədi xalqımızın sağlamlığını qorumaq, insanların koronavirus pandemiyasına yoluxma-sının qarşısı almaqdır.

Görünən budur ki, Azərbaycan dövləti bu istiqamətdə bütün lazımi tədbirləri görməkdədir. Biz, ölkə vətəndaşları bunu görürük və yüksək qiymətləndiririk.

Eyni zamnda, insanlar da məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Biz birlik, həmrəylik, nizam-intizam göstərməliyik.

İnanıram ki, dövlətimizin və xalqımızın birgə səyləri ilə Azərbaycan bu ağır bəladan ən az itkilərlə çıxa biləcək. Ümidimizi heç vaxt itirməməli, həyata nikbin baxmalıyıq. Necə deyərlər, dar günün ömrü az olar.

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqti-

sadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən aprelin 4-də müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi sti-mullarının verilməsi nəzərdə tutulur. Nazirlikdən AZƏRTAC-a bildiri-lib ki, ilkin mərhələdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı aşağıdakılar vergiödəyicilərinin diqqətinə çatdırılır:

Bu gün dünyanı bürüyərək həyatın bütün istiqamətlərində durğunluğa səbəb olmuş ko-ronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirinin azaldılması ilə bağlı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərarlar qəbul olunur, tədbirlər görülür. Bu tədbirlərin səmərəliliyini proqnozlaşdırıla bilmək üçün onla-rın arxasındakı prosesə nəzər yetirmək lazımdır. Bu fikirləri redaksiyamıza açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqa-yıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı

Azərbaycan xalqına müraciət etmişdir. Xalqımızın sevimli liderinin müraciəti ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri arasında dərin razılıq hissi ilə qarşılanmışdır. QHT fəalı, “Ailələrə sosial dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

Page 7: Azərbaycan vətəndaşları koronavirusla mübarizədə …xalqqazeti.com/pdf/APREL 09.pdf“3” rəqəmi ilə əvəz edilsin; 1.9. 5.7-ci, 5.8-ci bəndlər və 5.9.1-ci yarımbənd

9 aprel 2020-ci il, cümə axşamı 7Gəncə: Avtomobil zavodu fəaliyyətini davam etdirir

“Bildiyiniz kimi, za-vodumuz Azərbaycanda kənd təsərrüfatı texnika-larının istehsalı ilə məşğul olan yeganə müəssisədir. Ferrmerlərin, digər iş adam-larının kənd təsərrüfatı texnikasına olan tələbatını ödəmək məqsədilə kollektiv bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir. Konveyerdə xətlər üzrə məsafə 2 metrədək artırılıb. Yığım sexlərinin girişində dezinfeksiyaedici məhlullarla dolu qablar, qoruyucu maska-lar, bir dəfəlik istifadə üçün əlcəklər qoyulub. Bundan başqa, aidiyyatı qurumla-rın köməkliyi ilə sexlərimiz mütəmadi olaraq dezinfek-siya edilir” – deyə X.Fətiyev

əlavə edib. Müşahidə Şurası sədrinin

bildirdiyinə görə, hazırda zavodda müxtəlif modelli traktorların və bir sıra kənd

təsərrüfatı texnikalarının, o cümlədən müxtəlif modeldə və təyinatda traktorların yığı-mı aparılır.

Gün ərzində 2-4 trak-

tor yığılır ki, bu da adi iş rejimində olduğundan 50 faiz azdır. Mart ayında orta hesabla 35 traktor yığılmışdır. Hazırda yetər sayda yığılmış müxtəlif modeldə traktor və digər kənd təsərrüfatı texni-kası var.

X.Fətiyev deyib ki, yaxın vaxtlarda Gəncə Avtomobil Zavodu ilə Finlandiyanın məşhur “Sampo” firması ilə əməkdaşlıq müqaviləsi əsasında burada Sampo-Ro-selew markalı kombaynların yığımına başlanılacaq. Hazır-da həmin müqaviləyə uyğun olaraq, komplektləşdiricilər gətirilir. Hissələr tam şəkildə müəssisəyə daxil olduqdan sonra kombaynların yığımına start veriləcək.

Xanlar Fətiyev bildi-rib ki, ölkədə koronavirus epidemiyası ilə əlaqədar bir çox sahələrdə fəaliyyətin məhdudlaşdırılmasına bax-mayaraq, kənd təsərrüfatında işlər davam etdiyindən Gəncə Avtomobil Zavodu fermerlər və iş adamları üçün bir sıra güzəştlər nəzərdə tutan paketlər üzərində iş aparır.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin

bölgə müxbiri

Lənkəranda karantin rejiminin tələblərinə ciddi riayət olunur, əhalinin həssas

təbəqəsinə yardımlar edilir

Görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qara-şov şəhərin park və bağlarını gəzib, sakinlərə çağırış edərək onlara karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edib.

Əhalinin maarifləndirilməsi məqsədilə şəhər icra hakimiyyəti

aparatının, inzibati ərazi dairələri nümayəndəliklərinin, bələdiyyələrin, polis orqanlarının və digər qrumların nümayəndələrindən ibarət yaradılmış 750 nəfərlik mobil qrupun bir qrup üzvu ilə görüşən icra başçısı onlara bir daha əhali arasında fərdi qaydada izahat işlərini gücləndirməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Taleh Qaraşov, həmçinin şəhər

ərazisində çoxmənzilli yaşayış evlərində, binaların ümumi istifadə yerlərində, girişlərində, pilləkən və həyətlərində məişət tullantılarının atıldı-ğı konteyner meydançalarında, küçə və prospektlərdə, parklarda, avtobus daya-nacaqlarında həyata keçirilən dezinfek-siya tədbirləri ilə də tanış olub, müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.

* * * Lənkəranda karantinlə bağlı tənha

və ahıl vətəndaşlara baş çəkilib. Koronavirus xəstəliyinə qarşı

mübarizə tədbirləri çərçivəsində elan olunmuş karantinlə əlaqədar evdə özünütəcrid vəziyyətində qalan, sosial yardıma ehtiyacı olan 65 yaşdan yuxarı tənha və ahıl şəxslərin ehtiyaclarının ödənilməsinə, maarifləndici təbliğat-izahat işləri aparmaqla yanaşı onlara la-zımi sosial-tibbi və mənəvi köməkliklərin göstərilməsinə də diqqət artırılıb.

Şəhər icra hakimiyyətində yara-dılmış gərargahın üzvləri, inzibati ərazi dairələrinin nümayəndələri, evlər komitələri və yerli bələdiyyələr tərəfindən müəyyən edilən belə vətəndaşlara lazımi köməklik olunur. Yerlərdən daxil olmuş müraciətlərə əsasən, Lənkəran şəhər rəhbərliyinin təşəbbüsü ilə karantinlə bağlı özünütəcrid vəziyyətində olan 50 ahıl vətəndaşa evlərində ərzaq yardımı pay-ları təqdim olunub, çətinlikləri öyrənilib, hər birinə müvafiq köməklik göstərilib.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə şəhər icra hakimiyyəti baş-çısının imzaladığı sərəncama əsasən, xüsusi qərargah yaradılıb və daxil olan məlumatların operativ qəbul edilməsi üçün “Qaynar xətt” fəaliyyətə başlayıb. Xüsusi karantin rejimində polis və tibb işçiləri gərgin işləyirlər.

Operativ qərargahın tələblərinə uyğun olaraq, ŞİH tərəfindən zəruri tədbirlərin görülməsi davam et-dirilir. Şəhər icra hakimiyyətinin əməkdalarından, Şəki bələdiyyəsinin üzvlərindən və məhəllə nümayəndələrindən, icra başçısı-nın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşlarından və kənd bələdiyyələrinin üzvlərindən ibarət 52 qrup yaradılıb. Qrup üzvləri şəhərin küçə və prospektlərində, kənd

və qəsəbələrdə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparır-lar. Karantin rejiminin tələblərinə uyğun

olaraq, mobil qruplarla yanaşı, icra hakimiyyətinin başçısı Elxan Usubov, müavinləri, polis şöbəsinin rəisi və icra hakimiyyətinin məsul işçiləri şəhər ərazisində, ticarət obyektlərində xəbərdarlıq işləri aparırlar. Eləcə də sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək tövsiyə olunur. Bundan əlavə, xüsusi maarifləndirici materi-allar hazırlanaraq, şəhər ərazisində olan çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus

dayanacaqlarına və istirahət parklarının ərazisindəki lövhələrə vurulur.

Həmçinin rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların binaları, şəhər ərazisindəki istirahət parkları-nı, yaşayış binaları, eyni zamanda, marşrut avtobusları və dayanacaqlar mütəmadi olaraq dezinfeksiya olunur, küçə və prospektlər xüsusi məhlullarla yuyulur.

Karantin rejimi ilə əlaqədar olaraq tənha, ahıl vətəndaşlar və ehtiyacı olan şəxslər daim diqqət mərkəzində saxla-nılır, onlara sosial xidmətlər göstərilir, zəruri tələbatlarının ödənilməsi həyata keçirilir.

Koronavirusun yayılmasının qarşı-sının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir.

İlqar HƏSƏNOV, “Xalq qəzeti”nin

bölgə müxbiri

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Ope-rativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, Zaqatala şəhərinin prospekt, küçə və parklarında, yaşayış məhəllələrində,

həmçinin çoxmənzilli binaların giriş blokları və pilləkənləri, bazar və digər satış mərkəzlərində, habelə insanların mütəmadi təmasda olduğu bankomat və ictimai nəqliyyat dayanacaqlarında, banklar və mağazaların ətrafında və s. yerlərdə tibbi-profilaktik və dezinfek-siyaedici tədbirlər həyata keçirilmiş və mütəmadi olaraq təkrarlanmaqdadır.

RİH-in rəhbərliyi ilə indiyədək Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 67 məktəb, 42 uşaq bağçası, 4 ali və orta ix-tisas təhsil müəssisələrində, 45 idarə və müəssisədə, 8 məscid, 56 çoxmənzilli yaşayış binalarında, 26 özəl müəssisədə, 30 ödəniş termi-

nalı və bankomat, 1 yeraltı keçid, 15 avtomobil dayanacağında, ümumilikdə, 248 bu və ya digər təyinatlı obyekt və müəssisələrdə dezenfeksiya işləri apa-rılmış, parklarda, küçə və meydanlarda xüsusi maşınlarla yuyulma işi həyata

keçirilmişdir. Bütün bu tədbirlər vaxtaşırı sistematik olaraq təkrarlanmaqdadır.

Dezinfeksiya işləri ilə bərabər koronavirusun insan sağlamlığına təhlükəsi, onun yayılmasının törədə biləcəyi fəsadlar haqqında rayon əhalisi arasında maarifləndirici tədbirlər həyata keçirilmişdir. Belə ki, Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırıl-ması məqsədilə rayon icra hakimiyyəti tərəfindən 58 mobil qrup yaradılmış-dır. İcra hakimiyyəti aparatının məsul nümayəndələrinin və hüquq-mühafizə orqanları əməkdaşlarının daxil oldu-ğu mobil qrupların üzvləri tərəfindən küçələrə çıxaraq əhalinin sıx toplaşdığı

ərazilərdə rayon sakinləri ilə söhbət zamanı yaşlılara, birlikdə toplaşa-raq gəzintiyə çıxan gənclərə, digər vətəndaşlara xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etmələri, evdə qalmaları, küçəyə çıxmamaları tövsiyə olunur. Habelə rayon polis orqanlarının səsgücləndirici qurğular quraşdırılmış avtomobilləri vasitəsilə karantin rejimi-nin tələblərinə riayət olunması ilə bağlı sakinlərə gündəlik mütəmadi olaraq çağırışlar edilməkdərir.

İcra hakimiyyəti tərəfindən yaradılan mobil qruplarla yanaşı, rayon rəhbərliyi tərəfindən də mütəmadi olaraq ticarət obyektlərində, ərzaq mağazalarında, apteklərdə reydlər keçirilmiş, sahib-karlarla, satıcı və alıcılarla karantin rejiminin qaydalarına riayət edilməsinə dair söhbətlər aparılmış, süni qiymət ar-tımına yol verən obyekt sahibləri barədə qanuna müvafiq tədbirlərin görüləcəyi diqqətə çatdırılmışdır.

Bütün əməli tədbirlərlə yanaşı, rayon rəhbərliyi başda olmaqla, zaqatalalılar bu çətin günlərdə, dünyanı cənginə alan koronavirusla mübarizə aparan, xalqı-mızın sağlamlığının keşiyində duran, həyatlarını riskə ataraq böyük fədakarlıq göstərən səhiyyə işçilərinə də mənəvi dəstəyini əsirgəmirlər.

Bu məqsədlə aprel ayının 6-da axşam saatlarında Zaqatala rayonun-da günümüzün qəhrəmanları olan həkimlərə dəstək aksiyası keçirilmişdir. Zaqatala şəhərinin sakinləri axşam saat 20:30-da yaşadıqları evlərin, çoxmənzilli yaşayış binalarının eyvanlarına çıxa-raq, pandemiya ilə mübarizə aparan həkim və tibb işçilərini alqışlayıb, onlara təşəkkürünü bildirib, həmrəylik nümayiş etdirmişlər.

İlqar HƏSƏNOV, “Xalq qəzeti”nin

bölgə müxbiri

Azərbaycanda xüsusi karantin dövründə əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli obyektlərin, habelə

fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahı-sında “Gəncə Avtomobil Zavodu” Istehsalat Bir-liyi də var. “Hazırda zavodumuz tam olmasa da, fəaliyyətini qismən davam etdirir”. Bu barədə açıq-lamanı Gəncə Avtomobil Zavodu İB Müşahidə Şu-rasının sədri Xanlar Fətiyev verib. Onun sözlərinə görə, karantin rejiminin qaydalarına uyğun olaraq, hazırda yalnız yığım xətlərində iş gedir.

Dünyada koronavirus epidemiyası yayılan gündən Azərbaycan da bu mübarizəyə qoşulub, dövlət tərəfindən lazımi işlər görülüb. Prezident İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti yanın-da operativ qərargah yaradılıb. Qərargah lazımi tədbirləri həyata ke-çirir və görülən işlər haqqında əhaliyə vaxtaşırı məlumat verir. Cənab Prezidentin bu barədə imzaladığı fərman və sərəncamlar bir tərəfdən əhalini səfərbər etməyə, digər tərəfdən koronavirusun ölkə iqtisa-diyyatına, vətəndaşların sosial vəziyyətinə mənfi təsirinin aradan qaldırılmasına yönəldilib. Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Şəkidə bütün imkanlar səfərbər olunur

Zaqatalada koronavirus əleyhinə təxirəsalınmaz tədbirlər görülür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq mart ayının ikinci yarısından etibarən koronavirusun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir. Belə ki, rayonda xüsusi qərargah yaradılmışdır.

Koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Lənkəran şəhərində və bütövlükdə rayon ərazisində təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilməkdədir.

Bakıda saxta arayış satan şəxslər tutulub � Koronavirus pandemiyası

ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi və Respub-lika Baş Prokurorluğunun mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olan birgə məlumatda bildirilir ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı paytaxt sakinləri Anar İsgəndərov və Aslan Bayramov “Sağlam Həyat Naminə”, eləcə də “Siyasət və Gerçək Uğur” jurnallarının möhürü ilə təsdiqlənmiş saxta arayışları satarkən saxlanılıblar.

Araşdırma zamanı müəyyən olunub ki, A.İsgəndərov və A.Bayramov xüsusi karantin rejimi dövründə kütləvi infor-masiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından sui-istifadə edərək sərbəst hərəkətləri məhdudlaşdırılan

şəxslərə guya qeyd edilən jurnalların əməkdaşları olmaları barədə saxta ara-yışlar satıblar. Bununla da A.İsgəndərov və A.Bayramov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blank-ları saxtalaşdırma, qanunsuz hazırla-ma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozul-ması) maddələri ilə cinayət işi başla-nılıb. Qeyd olunan cinayət əməllərini

törətməkdə şübhəli bilinən A.İsgəndərov və A.Bayramov tutularaq istintaqa cəlb olunublar. Onlardan xeyli sayda saxta arayışlar, boş blanklar və möhür aşkar olunaraq götürülüb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Na-zirliyi bir daha vətəndaşlardan korona-virus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qayda-da ciddi cəza tədbirləri görüləcək.

Page 8: Azərbaycan vətəndaşları koronavirusla mübarizədə …xalqqazeti.com/pdf/APREL 09.pdf“3” rəqəmi ilə əvəz edilsin; 1.9. 5.7-ci, 5.8-ci bəndlər və 5.9.1-ci yarımbənd

9 aprel 2020-ci il, cümə axşamı8

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

6099

936

40 qəpik

Çin

Xarici valyuta ehtiyatları azalıbÇinin xarici

valyuta ehtiyat-ları ilin əvvəli ilə müqayisədə 1,5 faiz– 46 milyard dollar azalaraq, 3,061 trilyon dollar təşkil edib. Bunu Çin Xarici Valyuta

Administrasiyanın rəsmisi Van Çunin açıqlayıb. O deyib ki, valyuta ehtiyatlarının azalmasına valyuta mübadiləsi məzənnəsinin və aktivlərin qiymətinin dəyişməsi səbəb olub. Bundan başqa, yeni növ koronavirus infeksiyasının dünyada yayılması və xam neft qiymətlərinin enməsi fo-nunda ABŞ dollarının indeksinin yüksəlməsi bəzi ölkələrin aktivlərinin enməsinə səbəb olub. Qeyd edək ki, Çin dün-yada ən çox xarici valyuta ehtiyatına sahib olan ölkədir.

Məlumatı “İnterfaks” yayıb.

Milyarderlər 408 milyard dollar itiribDünyanın ən

varlı 100 insanının sərvəti COVID-19 pandemiyası fonunda son 2 ayda, ümumilikdə 408 milyard dollar azalıb ki, bu da hər gün 75 milyon dol-lar itki deməkdir. Bu barədə Şanxayın Hurun İnstitutunun yaydığı məlumatda qeyd olunur ki, ən çox itkiyə “LVMH Moet Hennessy Louis Vuitton” şirkətlər qrupu məruz qalıb. Belə ki, korporasiyanın rəhbəri fransız milyarder Bernar Arno bu müddətdə 30 milyard dollar itirib.

Məlumatı “The Guardian” yayıb.

ABŞ

Limuzin – təyyarə satışa çıxarılıb“Mecum Auctions”

hərrac evi unikal limuzin – təyyarəni satışa çıxarıb. Məlumata görə, biznes təyyarənin limuzinə çevrilməsi üçün mütəxəssislər 12 il çalışıblar. 13 metr uzunluğunda olan bu limuzin– təyyarə ilə

birgə “Chevrolet 2500 HD” pikapı da satışa çıxarılıb. Bu pikap limuzin-təyyarəni qoşquda daşımaq üçün istifadə olunacaq.

Limuzin–təyyarənin ilkin satış qiyməti 5 milyon dollar təşkil edir.

Xəbəri “Bloomberg” verib.

Yaponiya

Avropadakı zavodlar bir müddət bağlı qalacaq

“Toyota Motor” şirkəti koronavirus pandemiyası ilə əlaqədar Avropa ölkələrindəki zavod-larının fəaliyyətini aprelin 20-dək bərpa etməyəcək. Söhbət Türkiyə, Portuqaliya, Böyük Britaniya, Polşa, Çexiya və Fransadakı zavodlardan gedir. Xatırladaq ki, bu zavodlar martın 16-dan bağlanıb.

Qeyd edək ki, ötən il “Toyota” Avropadakı zavodlarında 780 min avtomobil istehsal edib.

Məlumatı “Autonews” yayıb.

İspaniya

Koutinyonun qiyməti açıqlanıb“Barselona” klubu

Felipe Koutinyonun satış qiymətini açıqla-yıb. Kataloniya klubu hazırda “Bavariya”da icarə əsasında oynayan braziliyalı yarımmüdafiəçini 90 milyon avroya sat-

mağa hazırdır. Klubun gözlənilən maliyyə böhranına görə qiyməti azaltmaq niyyətində olmadığı da bildirilib.

Qeyd edək ki, Koutinyo ilə “Çelsi”, “Mançester Yunay-ted”, “Lester”, “Arsenal” və “Tottenhem”in maraqlandığı iddia olunur.

Xəbəri “Marca” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Aprelin 9-da  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 5-7, gündüz 9-12 , Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 772 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olaca

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa,

Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman, çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10

dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 0-2 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.Mülayim qərb küləyi əsəcək. Gecə 1-5, gündüz 9-14 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 3-5, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 2-4 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Beynəlxalq Elmlər Akademiyasının fəxri prezidenti, akademik Ziyad Səmədzadə, akademiyanın Azərbaycan bölməsinin prezidenti, akademik Elçin Xəlilov, vitse-prezidentlər Əli Abbasov, Rza Mahmudov və akademiya-nın üzvləri Beynəlxalq Elmlər Akademiyası Azərbaycan bölməsinin vitse-prezidenti, ATU-nun əczaçılıq texnolo-giyası və idarəçiliyi kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor Məhbubə Vəliyevaya anası

HƏCƏR XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSIN

ABŞ-da koronavirusdan ölənlərin sayı 13 minə çatır

Agentlik xəbər verir ki, Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 400 mindən artıqdır. Onlardan 21 min 763 nəfər sağalıb, 12 min 900 xəstə isə ölüb.

Vitse-prezident Maykl Pens isə Ağ evdə keçirdiyi brifinqdə bildirib ki, ölkənin iri şəhərlərində mövcud olan ağır vəziyyət nisbətən yüngülləşməkdədir: “Nyu-

York, Nyu-Cersi, Nyu Orlean, Detroyt və Çikaqo kimi şəhərlərdən aldığımız ilkin məlumatlara görə, xəstəliklə mabarizədə az da olsa irəliləyiş əlamətləri görünür”.

Ölkədə koronavirus epidemiyası ilə bağlı Pre-zident Administrasiyasının nümayəndələri də optimist bəyanatlar verməkdədirlər. Onların fikrincə, COVİD-19-dan ölkədə əvvəllər proq-

nozlaşdırılandan az ölüm halı baş verir.

Hazırda ölkədəki xəstəxanaların əksəriyyətində COVID-19 virusuna yoluxması təsdiq edilmiş və ya yoluxmaqda şübhəli sayılan pasiyentlər müalicə alırlar. Bu barədə ABŞ-ın Səhiyyə Nazirliyinin məlumatında bildirilir. Həmin məlumatda qeyd edilir ki, yaxın günlərdə pasiyentlərin sayının proqnozlaşdırılan rəqəmlərdən çox olacağı gözlənilir.

Nazirliyin nümayəndələri bildiriblər ki, analizlərin aparılması üçün zəruri miq-darda cihazların olmaması, analiz nəticələrinin gec alınması, həkimlər üçün qo-ruyucu ləvazimatların, ağır xəstələr üçün ağciyərlərin süni ventilyasiyası aparatla-rının çatışmaması və s. kimi problemlər xəstəxanaların işini çətinləşdirir.

Səhiyyə Nazirliyinin sosial xidmətlər üzrə baş inspektorunun köməkçisi Enn Maksvell deyib ki, bu problemlər domino effekti yaradır və vəziyyəti ağır-laşdırır. Baş inspektorun hesabatı martın 23-dən 27-dək bütün ölkə üzrə 323 xəstəxanada aparılmış tele-fon sorğusuna əsaslanır.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

ŞQDRİİ-dən, həmçinin bildiriblər ki, ixracda kənd təsərrüfatı məhsulları, o cümlədən faraş tərəvəz və meyvə üstünlük təşkil etmişdir. Belə ki, türkiyəli fermerlər Rusiya bazarına bu ilin birincü rübü ərzində 286 tondan çox tərəvəz və meyvə göndərmişlər. Müqayisə üçün bildirək ki, bu göstərici 2019-cu ilin müvafiq dövründə olduğun-

dan 30 faizə qədər çoxdur. İxracda ikinci yerdə qardaş ölkədə istehsal olunan minik avtomobilləri və onların ehti-yat hissələri qərarlaşıb. Bun-dan başqa, mənbə bildirib ki, bu ilin əvvəlindən Türkiyədən Rusiyaya satılan kimya sənayesi məhsullarının həcmi də xeyli artmışdır.

Başqa bir pozitiv xəbər isə odur ki, son aylar dün-yada baş verən iqtisadi

geriləməyə baxmayaraq, Türkiyə iqtisadiyyatı öz inkişaf tempini qoruyub saxlaya bilmişdir. “Fitch” beynəlxalq reytinq agentliyi-nin direktoru Duqlas Uinslou “Anadolu”nun müxbirinə bildi-rib ki, Türkiyədə ötən ilin son rübündən başlanan 4,5 fazilik iqtisadi artımın bu il ərzində davam edəcəyi proqnozlaş-dırılıır. Onun sözlərinə görə, bu ilin ikinci rübündə Türkiyə iqtisadiyyatında müəyyən azalma meyilləri gözlənilsə də, sonrakı rüblər ərzində ümumi daxili məhsul isteh-salının sürətlənəcəyi ehtimal olunur.

Yeri gəlmişkən, “Fitch”in proqnozlarına görə, bu il dünya iqtisadiyyatında 1,9 faizlik tənəzzül gözlənilir. Bir çox iqtisadçılar dünyada 2008-ci ildə olduğundan daha güclü iqtisadi böhranın baş verəcəyinin qaçılmaz olduğunu bildirirlər.

M.HACIXANLI, “Xalq qəzeti”

Vilayətin qubernatoru Vadim Şumkov əhaliyə müraciətində bildirib ki, mümkünsə şəxsi avtomobillərdən istifadə etməsinlər və evdə otursunlar.

Qubernatorun sözlərinə görə, Kurqanda təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün xilasedicilər və 83 ədəd texnika cəlb edilib.

V.Şumkov bildirib ki, qasırğa yatandan sonra evlərin dam örtükləri, dayanacaqlar bərpa olunacaq. Tezliklə əhalini elektrik

enerjisi və içməli su ilə təchiz etmək lazımdır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

“Taliban” əsirlərin dəyişdirilməsini dayandırıb

� “France-Presse” agentliyinin yaydığı məlumata görə, “Taliban” hərəkatı Əfqanıstan hakimiyyəti ilə əsirlərin dəyişdirilməsi barədə danışıqları dayandırıb.

Agentlik yazır ki, “Tali-ban” nümayəndəsi deyib: “Biz məhbuslar üzrə ko-missiya qrupunu əsirləri yoxlamaq və kimliklərini müəyyən etmək üçün Kabilə göndərdik. Lakin, təəssüf ki, onların azad olunması bu və ya digər bəhanələrlə təxirə salınır. Bu səbəbdən artıq texniki qrupumuz faydasız görüşlərdə iştirak etməyəcək”.

Xatırladaq ki, bir müddət əvvəl “Tolo News” telekana-lında əsirlikdə olan taliblərlə Əfqanıstan hərbçilərinin dəyişdirilməsi prosesinin bi-rinci mərhələsində hərəkatın həbsxanadakı 100 üzvü ilə

əsirlikdə olan 20 hərbçinin dəyişdirilməsinin planlaşdı-rılması haqqında məlumat verilmişdir.

Qeyd edək ki, bu il fev-ralın 29-da Doha şəhərində “Taliban” hərəkatı və ABŞ arasında sülh sazişi im-zalanıb. Həmin sazişə əsasən, martın 10-dan etibarən “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqla-

rın və atəşkəs rejiminin baş-lanması nəzərdə tutulurdu. Danışıqlardan öncə etima-dın möhkəmləndirilməsi üzrə tədbirlər çərçivəsində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusu-nun taliblərin əsirliyində olan minə yaxın əməkdaşı azad olunmalı idi.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Sutka ərzində Rusiyada COVİD-19-a ayoluxanların sayı 1175 nəfər artaraq, 8672 nəfərə çatıb. 63 nəfər vəfat edib.

Rusiya operativ qərargahından verilən

məlumata görə, sutka ərzində paytaxt Moskva-

da 660 yoluxma hadisəsi qeydə alınıb. Hazırda Moskvada 5841 nəfər koro-navirus daşıyıcısı var.

Qərargahdan onu da bildiriblər ki, sutka ərzində bu virusdan 86 nəfər, ümumilikdə isə 580 nəfər sağalıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Koronavirus pande-miyasının ilk yayılmağa başladığı yer olan Çinin Hubey vilayətinin Uhan şəhərində 76 gündür davam edən karantin rejimi ləğv edilib.

Çin hökuməti 11 mil-yon əhalisi olan Uhan sakinlərinin icazə almadan şəhərə çıxa biləcəklərini açıqlayıb.

Beləliklə, 11 həftəlik karantindən sonra ilk dəfə küçəyə çıxmaq sərbəst olub.

Aprelin 8-dən başlaya-raq, qatarlar sərnişinləri daşımağa başlayıb.

Rəsmi məlumata görə, Çində pandemiya nəzarət altına alınıb.

Xatırladaq ki, korona-virus infeksiyası ötən ilin dekabrında Çinin Uhan

şəhərində yayılmağa başla-yıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

ABŞ-da son bir sutka ərzində yeni növ koronavirusdan ölənlərin sayı rekord həddə çatıb – 1736 nəfər. Bundan əvvəl isə ən çox ölüm halı aprelin 3-də qeydə alınmışdı – 1400 nəfər. Bu barədə məlumatı CNN telekanalına istinadən TASS verib.

Bu ilin yanvar–mart ayları ərzində Türkiyə Rusiyaya 27 adda, ümumilikdə 728 min tondan çox

məhsul ixrac etmişdir. İxracın həcmi bir milyard 100 milyon dollardan bir qədər çox təşkil etmiş-dir. “Anadolu” agentliyi bu barədə Şərqi Qara Dəniz Regionu İxracatçılar İttifaqının (ŞQDRİİ) məsul əməkdaşına istinadən məlumat yayıb.

Rusiyanın Kurqan vilayətində güclü külək binalara ciddi ziyan vu-

rub. Onlarca yaşayış binasının və məktəblərin dam örtükləri dağılıb. Vilayətdə 9 mindən çox adam işıqsız , qazsız və susuz qalıb.

Türkiyədən Rusiyaya ixracın həcmi artmışdır

Uhanda karantin rejimi ləğv edildi

Kurqanda qasırğaRusiyada COVİD-19-a yoluxanların sayı artıb