460
AZƏRBAYCAN RESPUBLİKASININ HESABLAMA PALATASI “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının R Ə Y İ BAKI 2016

AZƏRBAYCAN RESPUBLİKASININ HESABLAMA PALATASIsai.gov.az/upload/files/REY_ICRA-2015.pdf · Meksika, Niderland, Yeni Zelandiya, Pola, Portuqaliya, Slovakiya, İspaniya, Birl əmi

  • Upload
    others

  • View
    12

  • Download
    0

Embed Size (px)

Citation preview

  • AZƏRBAYCAN RESPUBLİKASININ HESABLAMA PALATASI

    “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası

    haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət

    büdcəsinin icrasına dair illik hesabata

    Azərbaycan Respublikası Hesablama Palatasının

    R Ə Y İ

    BAKI – 2016

  • Mündəricat 2

    Abreviatura və akronimlər 3

    Ümumi məlumatlar 4

    I Bölmə. 2015-ci ildə dövlət büdcəsinin icrasının icmal təhlili 6

    1.1. 2015-ci ildə dövlət büdcəsinin icrasının makroiqtisadi şəraiti 6

    1.1.1. Dünya üzrə əsas iqtisadi inkişaf meylləri 6

    1.1.2. Azərbaycan iqtisadiyyatının əsas makroiqtisadi göstəriciləri 22

    1.2. Dövlət büdcəsinin icrasının əsas parametrləri 42

    1.2.1. “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi

    42

    1.2.2. 2015-ci ildə icra edilmiş dövlət büdcəsinin parametrlərinin təhlili 44

    1.2.3 Dövlət büdcəsinin gəlir və xərclərinin icmal təhlili 47

    1.2.4 2015-ci ildə həyata keçirilmiş satınalmalar 72

    1.2.5 İcmal büdcənin parametrlərinin təhlili 73

    II Bölmə. Dövlət büdcəsi gəlirlərinin icrası 80

    2.1. Vergi gəlirlərinin icrası 80

    2.2. Digər gəlirlərin icrası 131

    III Bölmə. Dövlət büdcəsi xərclərinin icrası 153

    3.1. Ümumi dövlət xidməti sahəsində büdcə vəsaitlərindən istifadə 153

    3.2. Sosialyönümlü sahələrdə büdcə vəsaitlərindən istifadə 203

    3.2.1. Elm, təhsil, səhiyyə və mədəniyyət xərclərinin təhlili 203

    3.2.2. Sosial müdafiə və sosial təminat xərclərinin təhlili 286

    3.3. Müdafiə və hüquq-mühafizə sahəsində büdcə vəsaitlərindən istifadə

    308

    3.3.1. Müdafiə xərclərinin təhlili 308

    3.3.2. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin təhlili

    311

    3.4. İqtisadiyyatın real sektorunda və iqtisadi fəaliyyətin digər sahələrində büdcə vəsaitlərindən istifadə

    319

    3.4.1. Mənzil-kommunal təsərrüfatı xərclərinin təhlili 319

    3.4.2. Yanacaq və enerji xərclərinin təhlili 341

    3.4.3. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinin təhlili

    345

    3.4.4. İnvestisiya xərclərinin təhlili 367

    3.4.5. Nəqliyyat-rabitə və iqtisadi fəaliyyətlə bağlı digər xərclərin təhlili 403

    IV Bölmə. Dövlət borcunun və büdcə kəsirinin maliyyələşdirilməsi 433

    4.1. Dövlət borcunun və dövlət borclanma limitinə riayət olunmasının təhlili

    433

    4.2. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən istifadə vəziyyətinin təhlili

    440

    V Bölmə. Nəticələr və təkliflər 446

  • 3

    ABREVİATURA və AKRONİMLƏR

    AAQ Ali Audit Qurumu

    AB Avropa Birliyi

    AMB Avropa Mərkəzi Bankı

    AQP Alıcılıq Qabiliyyəti Pariteti

    BMT Birləşmiş Millətlər Təşkilatı

    BRICS B (Brazil), R (Russia Federation), I (India), C (China), S (South African Republic)

    BVF Beynəlxalq Valyuta Fondu

    CƏB Cari Əməliyyatlar Balansı

    DB Dünya Bankı

    DGK Dövlət Gömrük Komitəsi

    DNF Dövlət Neft Fondu

    DİP Dövlət İnvestisiya Proqramı

    DSK Dövlət Statistika Komitəsi

    İƏİT İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

    SDV Sərbəst Dönərli Valyuta

    ÜDM Ümumi Daxili Məhsul

    FES Federal Ehtiyat Sistemi

    INTOSAI The International Organisation of Supreme Audit Institutions

    ISSAI International Standards of Supreme Audit Institutions

    OPEC Organization of the Petrolium Exporting Countries

    PIIGS P (Portugal), I (Ireland), I (Italy), G (Greece), S (Spain)

    SOCAR State Oil Company of the Azerbaijan Republic

    WTI West Texas Intermediate

    VBT Vahid Büdcə Təsnifatı

  • 4

    ÜMUMİ MƏLUMATLAR

    “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında”

    Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik

    hesabata Hesablama Palatasının rəyi (bundan sonra Rəy) “Hesablama Palatası

    haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və Hesablama Palatasının Daxili

    Nizamnaməsinin 12-ci maddələrinin tələblərinə, habelə “Dövlət büdcəsinin icrası barədə

    müvafiq qanun layihəsinə və illik hesabata dair Hesablama Palatasının rəyinin

    hazırlanması, baxılması və təsdiq edilməsi Qaydaları”na uyğun hazırlanmışdır.

    Rəyin tərtib olunmasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi

    haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikası Milli

    Məclisi tərəfindən Rəy üçün təqdim edilmiş “Azərbaycan Respublikasının 2015-ci il

    dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsindən və

    dövlət büdcəsinin icrasına dair illik hesabatdan, 2015-ci və əvvəlki illər üzrə Azərbaycan

    Respublikası Nazirlər Kabinetinin hesabatlarından, 2015-ci il dövlət büdcəsinin icrası

    üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Vergilər

    Nazirliyinin aylıq və illik hesabatlarından, Mərkəzi Bankın, Azərbaycan Respublikası

    Dövlət Statistika Komitəsinin rüblük hesabat və statistik məlumatlarından, Hesablama

    Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin nəticələrindən, nüfuzlu

    beynəlxalq təşkilatların hesabat və tədqiqatlarından, həmçinin dövlət büdcəsinin

    vəsaitlərinin istifadəsi ilə bağlı qurumlar tərəfindən Hesablama Palatasına təqdim

    edilmiş məlumatlardan istifadə edilmişdir.

    Eyni zamanda, hesabat ilində dövlət büdcəsi xərclərinin həm funksional, həm də

    iqtisadi təsnifat üzrə köməkçi bölmələr və paraqraflarda dəyişiklik edildiyini nəzərə

    alaraq, təhlillərdə təqdim edilmiş dürüstləşdirilmiş təyinat göstəricilərinə istinad

    olunmuşdur.

    Rəy aşağıdakı bölmələrdən ibarətdir:

    “Ümumi məlumatlar” bölməsində Rəyin hazırlanması zamanı istifadə edilən

    məlumat mənbələri, habelə Rəyin strukturu barədə izahat verilmişdir.

    I bölmədə hesabat ilində dünyada və ölkəmizdə makroiqtisadi meyllər qeyd

    olunmuş, dövlət büdcəsinin icrasını xarakterizə edən makroiqtisadi şərait və büdcə

    parametrlərinin ümumi təhlili aparılmış, təqdim edilmiş hesabata əsasən “Azərbaycan

    Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası

    Qanununun ayrı-ayrı maddələrinin, habelə, müəyyən olunmuş limit və ya hədlərin icrası

  • 5

    vəziyyəti araşdırılmışdır. Bölmədə həmçinin dövlət satınalmaları ilə bağlı hesabat ilində

    və əvvəlki illərdə hesabat məlumatları təhlil olunmuşdur.

    II bölmədə dövlət büdcəsi gəlirlərinin müəyyən edilmiş proqnozlarının vergi və

    digər gəlir mənbələri, tədiyə və mülkiyyət növləri, habelə bir sıra iri dövlət vergi

    ödəyiciləri üzrə icra vəziyyəti təhlil edilmişdir.

    III bölmədə dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının bölmələri,

    köməkçi bölmələri və bəzi hallarda isə paraqrafları səviyyəsində dövlət idarəetmə,

    müdafiə və hüquq-mühafizə orqanlarında, sosialyönümlü sahələrdə, iqtisadiyyatın real

    sektorunda və iqtisadi fəaliyyətin digər sahələrində, habelə təsdiq edilmiş proqram və

    layihələr üzrə vəsaitlərdən istifadə vəziyyəti ətraflı araşdırılmışdır. Bu bölmədə dövlət

    büdcəsinin vəsaitlərinin istifadəsi ilə bağlı qurumlar tərəfindən Hesablama Palatasına

    təqdim edilmiş sənədlərin, o cümlədən “İdarələrin (müəssisə və təşkilatların) xərclər

    smetasının icrası haqqında hesabat (2 № li forma)”ın, “Büdcədənkənar vəsaitlər üzrə

    xərclər smetasının icrası haqqında hesabat (4 № li forma)”ın, “Təşkilatların debitor və

    kreditor borcları barədə məlumat”ın, həmçinin xəzinədarlıq idarəsi tərəfindən büdcə,

    büdcədənkənar, depozit və tapşırıqlar, əsaslı vəsait qoyuluşu, ehtiyat fondu üzrə təsdiq

    edilmiş üzləşmə aktlarının təhlilinə istinad edilmişdir.

    IV bölmədə dövlət borcunun mövcud durumu, dövlət borclanma limitinə riayət

    olunması, büdcə kəsiri və onun maliyyələşdirilməsi mənbələrindən istifadə vəziyyəti

    təhlil olunmuşdur.

    V bölmədə təhlil prosesində əldə edilmiş nəticələr, həmçinin həmin nəticələrə

    əsaslanan və dövlət maliyyə inzibatçılığının daha da gücləndirilməsi istiqamətində

    təkliflər əks olunmuşdur.

  • 6

    I BÖLMƏ. 2015-Cİ İLDƏ DÖVLƏT BÜDCƏSİNİN İCRASININ

    İCMAL TƏHLİLİ

    1.1. 2015-ci ildə dövlət büdcəsinin icrasının makroiqtisadi şəraiti

    1.1.1. Dünya üzrə əsas iqtisadi inkişaf meylləri

    Enerji daşıyıcılarının dünya bazarlarında qiymətinin əvvəlki illə müqayisədə

    azalması prosesinin daha da sürətlənməsi, dünyanın ikinci iqtisadiyyatı hesab edilən

    Çində ÜDM-in real artım tempinin əvvəlki dövrlə müqayisədə aşağı düşməsi, ölkələr

    arasında gedən “valyuta müharibələri”nin yeni müstəviyə keçməsi və ABŞ-da sərt, bir

    sıra ölkələrdə yumşaq monetar siyasətin tətbiqi 2015-ci ildə iqtisadi proseslərin dinamik

    dəyişməsinə səbəb olmaqla dünya iqtisadiyyatını hesabat dövründə xarakterizə edən

    əsas amillər olmuşdur. Qeyd olunanlar isə, öz növbəsində, dünya və ayrı-ayrı ölkələr

    üzrə iqtisadi artım templərinin 2014-cü illə müqayisədə 2015-ci ildə azalmasına öz

    təsirini göstərmişdir (Cədvəl 1).

    Cədvəl 1. Dünya üzrə real artım templəri, əvvəlki illə müqayisədə, %-lə

    2012 2013 2014 2015 Proqnoz*

    2015 icra

    Dünya üzrə 3,2 3,3 3,4 3,1 3,1

    İnkişaf etmiş ölkələr 1,2 1,2 1,8 2,2 1,9

    İnkişaf etməkdə olan ölkələr 5,1 5,0 4,6 4,0 4,0

    Avrozona -0,4 -0,3 0,9 1,5 1,6

    G-7

    ABŞ 2,3 1,5 2,4 2,6 2,4

    Fransa 0,2 0,7 0,2 1,2 1,1

    Almaniya 0,6 0,4 1,6 1,5 1,5

    Yaponiya 1,7 1,6 0,0 0,6 0,5

    Birləşmiş Krallıq 1,2 2,2 2,9 2,5 2,2

    Kanada 1,7 2,2 2,5 1,0 1,2

    İtaliya -2,8 -1,7 -0,3 0,8 0,8

    MDB 3,5 2,1 1,0 -2,7 -2,8

    BRICS

    Braziliya 1,9 3,0 0,1 -3,0 -3,8

  • 7

    Rusiya 3,5 1,3 0,7 -3,8 -3,7

    Hindistan 5,6 6,6 7,2 7,3 7,3

    Çin 7,7 7,7 7,3 6,8 6,9

    CAR 2,2 2,2 1,5 1,4 1,3

    Mənbə: BVF-nin Dünya İqtisadi icmalları, 2013 yanvar, 2014 yanvar, 2015 oktyabr və 2016

    yanvar və aprel

    *BVF-nin 2015-ci ilin oktyabr tarixli proqnozu

    Dünya üzrə ÜDM-in real artım tempinin 2015-ci ildə 0,3 faiz bəndi azalması BVF-

    nin “Dünya iqtisadi icmal”larında1 əsasən uzun müddətli dövrdə istehsalın həcminin

    artım templərinin zəifləməsi ilə əlaqələndirilmiş, bu isə, öz növbəsində, son illərdə bir

    çox dövlətlərdə böhranın nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən

    fəal fiskal siyasət, həmçinin büdcə gəlirlərinin azalması fonunda investisiya xərclərinin

    artım tempinin də azalması ilə bağlı olmuşdur. Belə ki, İƏİT qiymətləndirmələrinə görə

    2007-2014-cü illərdə 34 üzv dövlətdən 21-də (Avstriya, Çex Respublikası, Estoniya,

    Finlandiya, Fransa, AFR, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Koreya, Lüksemburq,

    Meksika, Niderland, Yeni Zelandiya, Polşa, Portuqaliya, Slovakiya, İspaniya, Birləşmiş

    Krallıq və ABŞ) kapital xərclərin büdcədə payının azalması müşahidə edilmişdir2. Eyni

    zamanda, dövlətin fəal investisiya siyasətini məhdudlaşdıran faktorlardan biri kimi son

    illərdə sürətli qocalma və demoqrafik problemlər fonunda artan pensiya və səhiyyə

    xərcləri göstərilir. Belə ki, bir çox hallarda məhz bu iki sektora ayrılan xərclərin artımı

    dövlət büdcəsinin digər istiqamətlərdə maliyyə imkanlarını məhdudlaşdırır.

    Real sektor. Neftin 2011-ci ilin əvvəlindən 2014-cü ilin avqust tarixinə qədər

    sürətlə artan qiymətləri qeyd edilən tarixdən azalmağa başlamışdır. Əgər 2011-2013-cü

    illərdə Brent markalı neftin 1 barelinin dünya bazarlarında qiyməti 109-112 ABŞ dolları

    intervalında dəyişirdisə, 2014-cü il üzrə orta rəqəm 99 ABŞ dolları təşkil etmiş, 2015-ci

    ildə isə 36-69 ABŞ dolları aralığında olmuşdur.

    ABŞ-ın Enerji İnformasiya Administrasiyasının verdiyi məlumatlara görə, ötən ildə

    Brent markalı neftin 1 barelinin orta illik ixrac qiyməti 52,3 ABŞ dolları3 (WTI markalı neft

    49,08 ABŞ dolları və ya əvvəlki illə müqayisədə 47,3% az) təşkil etmişdir ki, bu da

    əvvəlki illə müqayisədə 46,5% azalma deməkdir.

    Dünya Bankının cari ilin yanvar ayında dərc etdiyi hesabata əsasən 2015-ci ildə

    Brent və WTI markalı neftin 1 barelinin orta illik ixrac qiyməti müvafiq olaraq 47% və

    1 http://www.imf.org/external/russian/pubs/ft/weo/2015/02/pdf/textr.pdf 2 http://www.oecd-ilibrary.org/docserver/download/4215081e.pdf?expires=1451995548&id=id&accname=guest&checksum=4E372DF8C14DDD63E99F13D59453C2A7 3https://www.eia.gov/forecasts/steo/

    http://www.imf.org/external/russian/pubs/ft/weo/2015/02/pdf/textr.pdfhttp://www.oecd-ilibrary.org/docserver/download/4215081e.pdf?expires=1451995548&id=id&accname=guest&checksum=4E372DF8C14DDD63E99F13D59453C2A7http://www.oecd-ilibrary.org/docserver/download/4215081e.pdf?expires=1451995548&id=id&accname=guest&checksum=4E372DF8C14DDD63E99F13D59453C2A7http://www.oecd-ilibrary.org/docserver/download/4215081e.pdf?expires=1451995548&id=id&accname=guest&checksum=4E372DF8C14DDD63E99F13D59453C2A7https://www.eia.gov/forecasts/steo/

  • 8

    47,6% azalaraq 52,4 ABŞ dolları (Şəkil 1) və 48,7 ABŞ dolları olmuşdur4. Eyni dövrdə

    OPEK səbətinin dəyəri 49,5 ABŞ dollarına5 bərabər olmuş, əvvəlki illə müqayisədə

    azalma 48,6% təşkil etmişdir.

    Şəkil 1. Dünya bazarlarında “Brent” markalı neftin 1 barelinin qiyməti

    Mənbə: Dünya Bankı, OPEK və İƏİT təşkilatlarının hesabatları əsasında

    Hesabat ilində isə neftin ən yüksək qiyməti may ayına, ən aşağı qiyməti isə dekabr

    ayına təsadüf etmişdir (Şəkil 2).

    4 http://pubdocs.worldbank.org/pubdocs/publicdoc/2016/1/416691452115001555/CMO-Pink-Sheet-January-2016.pdf 5 http://www.opec.org/opec_web/en/data_graphs/40.htm

    17,0

    20,4

    19,2

    12,8

    17,9

    28,4

    24,5

    25,0

    28,8

    38,3

    54,4

    65,2

    72,5

    97,0

    61,5

    79,5

    111,2

    111,6

    108,9

    99,0

    52,4

    0,0 20,0 40,0 60,0 80,0 100,0 120,0

    1995

    1996

    1997

    1998

    1999

    2000

    2001

    2002

    2003

    2004

    2005

    2006

    2007

    2008

    2009

    2010

    2011

    2012

    2013

    2014

    2015

    http://pubdocs.worldbank.org/pubdocs/publicdoc/2016/1/416691452115001555/CMO-Pink-Sheet-January-2016.pdfhttp://pubdocs.worldbank.org/pubdocs/publicdoc/2016/1/416691452115001555/CMO-Pink-Sheet-January-2016.pdfhttp://www.opec.org/opec_web/en/data_graphs/40.htm

  • 9

    Şəkil 2. 2015-ci ildə “Brent” markalı neftin aylar üzrə qiyməti

    Mənbə: http://www.opec.org/opec_web/en/publications/338.htm

    “Azərbaycan Respublikasının 2016-cı ilin dövlət büdcəsi haqqında” Azərbaycan

    Respublikasının qanun layihəsinə Hesablama Palatası tərəfindən verilən rəydə də qeyd

    edildiyi kimi, neftin dünya bazarlarında qiymətinin kəskin şəkildə azalması siyasi

    faktorlarla yanaşı bir sıra iqtisadi səbəblərlə də bağlı olmuşdur.

    Bu səbəblərdən daha əhəmiyyətli hesab edilənləri aşağıdakı kimi qruplaşdırmaq

    olar:

    Neftin əsas idxalatçılarından olan Çin Xalq Respublikasının iqtisadiyyatının real

    artım templərinin zəifləməsi;

    Avrozonaya üzv bir sıra dövlətlərin iqtisadiyyatındakı artım templərinin zəifləməsi;

    ABŞ-ın Mərkəzi Bankının (FES) uçot dərəcəsini dəyişməsi ilə bağlı müzakirələr;

    ABŞ-ın neft (xüsusilə şist) ehtiyatlarından istifadə həcminin artması və mövcud

    ehtiyatları dünya bazarına çıxarmaq istəyi;

    OPEK-in (2011-ci ilin dekabr ayından hazırkı vaxtadək) gündəlik neft hasilatının

    azaldılmaması və eyni nisbətdə (30 mln. barel) saxlanılması ilə bağlı qərar;

    Həmçinin hesabat ilində İran İslam Respublikası ilə bağlı sanksiyaların aradan

    qaldırılması üzrə müzakirələr.

    47,9

    58,1

    55,9

    59,5

    64,3

    61,7

    56,5

    46,7

    47,6

    48,6

    44,3

    38,2

    0,0 10,0 20,0 30,0 40,0 50,0 60,0 70,0

    yanvar

    fevral

    mart

    aprel

    may

    iyun

    iyul

    avqust

    sentyabr

    oktyabr

    noyabr

    dekabr

    http://www.opec.org/opec_web/en/publications/338.htm

  • 10

    Qeyd etməliyik ki, hal-hazırda təbii resursla zəngin 47 dövlətdən 39-u neft və qaz

    ehtiyatlarına sahibdir 6 . BVF bu dövlətlərin 27-də qarşıdakı 50 ildə neft və qaz

    ehtiyatlarının tükənəcəyini proqnozlaşdırır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu

    dövlətlərdən 18-də neft sektorunun istər ÜDM-də, istər ixracda, istərsə də dövlət

    büdcəsi gəlirlərində payı 70%-dən yüksəkdir. Məhz bu səbəbdən, neftin qiymətinin

    əvvəlki dövrlə müqayisədə əhəmiyyətli şəkildə azalması 2015-ci ildə iqtisadiyyatı təbii

    resursla zəngin dövlətlər üçün ciddi (o cümlədən, fiskal) itkilərə səbəb olmuşdur.

    Başa çatmış il üzrə məlumatların növbəti ilin iyun ayında icmallaşdırıldığını nəzərə

    alaraq, dünya neft ixracının 40%-nə sahib olan OPEK-ə üzv olan dövlətlərin 2014-cü

    ildə əsas iqtisadi göstəricilərini növbəti cədvəldə nəzərdən keçirə bilərik (Cədvəl 2).

    Cədvəl 2. 2014-cü ilin yekunları üzrə OPEK-ə üzv dövlətlərin əsas göstəriciləri

    ÜDM, adamba-şına, ABŞ

    dolları

    ÜDM, mln. ABŞ dolları

    İxracın həcmi, mln. ABŞ dolları

    Neft və neft məhsullarının

    ixracının həcmi, mln. ABŞ dolları

    Təsdiqlənmiş neft

    ehtiyatları, mln. barel

    Təbii qaz ehtiyatlar, mlrd.m

    3

    Xam neftin

    hasilatı min

    barel/gün

    CƏB-in ÜDM-ə nisbəti,

    %-lə

    Neft və neft

    məhsul-larının ixracı-

    nın məcmu ixracda payı, %-

    Əlcəzair 5836,0 228285,0 60040,0 40639,0 12200,0 4504,0 1193,0 -4,0 67,7

    Anqola 5273,0 128564,0 63908,0 57609,0 8423,0 308,0 1654,0 2,9 90,1

    Ekvador 6308,0 101094,0 26604,0 11401,0 8273,0 11,0 557,0 0,7 42,9

    İran 5226,0 404132,0 98981,0 53652,0 157530,0 34020,0 3117,0 7,3 54,2

    İraq 6208,0 223508,0 85298,0 84303,0 143069,0 3158,0 3110,0 7,2 98,8

    Küveyt 42119,0 172350,0 104165,0 97537,0 101500,0 1784,0 2867,0 29,3 93,6

    Liviya 6623,0 41148,0 15186,0 14897,0 48363,0 1505,0 480,0 -30,1 98,1

    Nigeriya 3150,0 561600,0 83897,0 76925,0 37070,0 5111,0 1807,0 1,1 91,7

    Qətər 95040,0 211526,0 131716,0 56912,0 25244,0 24531,0 709,0 25,9 43,2

    Səudiyyə Ərəbistanı 24454,0 752459,0 372829,0 285139,0 266578,0 8489,0 9713,0 14,5 76,5

    BƏƏ 47096,0 401647,0 380347,0 107853,0 97800,0 6091,0 2794,0 12,1 28,4

    Venesuela

    6757,0 205787,0 80663,0 77776,0 299953,0 5617,0 2683,0 6,4 96,4

    OPEK 7569,0 3432101,0 1503633,0 964643,0 1206004,0 95129,0 30683,0 9,1 64,2

    Mənbə: http://asb.opec.org/index.php/data-download

    Cədvəl 2-dən göründüyü kimi OPEK-ə üzv dövlətlərdə ÜDM-in və ixracın həcminə

    həmçinin neft və neft məhsullarının ixracda payına və gündəlik hasil edilən neftin

    həcminə görə lider dövlət Səudiyyə Ərəbistanıdır. Lakin, adambaşına düşən ÜDM-in

    həcminə görə OPEK-ə üzv dövlətlər sırasında ən az əhalisi olan (2, 2 mln. nəfər) Qətər

    ilk yerdə qərarlaşmışdır. Qeyd edək ki, Alıcılıq Qabiliyyəti Pariteti (AQP) nəzərə

    6 https://www.imf.org/external/pubs/ft/sdn/2012/sdn1204.pdf

    http://asb.opec.org/index.php/data-downloadhttps://www.imf.org/external/pubs/ft/sdn/2012/sdn1204.pdf

  • 11

    alınmaqla, 2015-ci il uçun bu ölkədə adambaşına düşən ÜDM-in məbləği 132098,7

    ABŞ dolları təşkil etmişdir (Cədvəl 3).

    Cədvəl 3. OPEK-ə üzv dövlətlərdə AQP nəzərə alınmaqla adambaşına ÜDM.

    2015-ci ildə ÜDM, adambaşına,

    ABŞ dolları ilə

    Əlcəzair 14503.8

    Anqola 7343.8

    Ekvador 11263.6

    İran 17251.3

    İraq 15474.2

    Küveyt 70166.0

    Liviya 14649.6

    Nigeriya 6108.4

    Qətər 132098.7

    Səudiyyə Ərəbistanı 53624.4

    BƏƏ 67616.8

    Venesuela 16672.6

    OPEK

    Mənbə: BVF-nin Dünya icmalı bülleteni, aprel 2016

    Təsdiqlənmiş neft ehtiyatlarının həcminə görə Venesuela (299,9 mlrd. barel), təbii

    qaz ehtiyatlarının həcminə görə İran İslam Respublikası (34,0 mlrd. m3) ilk sırada yer

    alır7. OPEK-ə üzv dövlətlər üzrə xam neft və neft məhsullarının ixracda payı 64,2%

    təşkil etmiş, 12 dövlətdən 4-də bu göstərici 28-54% arasında dəyişmiş, Əlcəzairdə

    67,7%, digər 7 dövlətdə isə bu, 76-96% intervalında olmuşdur.

    Göründüyü kimi, Liviya, İraq və Venesuelada xam neft və neft məhsullarının

    ixracda payı 96,0%-dən çoxdur. Cari əməliyyatlar balansının ÜDM-ə faiz nisbətinin

    müsbət qiymətinin müşahidə edildiyi 10 ölkə arasında Küveyt və Qətər üzrə bu göstərici

    daha yüksək olmuşdur. Qeyd edək ki, bu göstəricinin müsbət qiyməti neft və qaz

    7 1 barel = 158,987 litr.

    Haşiyə 1. Alıcılıq Qabiliyyəti Pariteti

    AQP - alıcılıq qabiliyyəti pariteti (PPP - Purchasing Power Parity). Beynəlxalq müqayisəliliyi təmin etmək üçün ölkələr üzrə mal və xidmətlərin qiymət fərqindən asılı olaraq təyin edilir. Mənbə: Dövlət Statistika Komitəsi

  • 12

    sektorundan xarici valyutada böyük gəlir əldə edən dövlətlərin xarici ticarət saldosunun

    müsbət rəqəmlə ifadə edildiyini göstərir.

    Dünya iqtisadiyyatına təsirinin qiymətləndirilməsi baxımından hazırkı böhran

    sistemli xarakter8 daşıdığı üçün qısamüddətli dövrdə yekunlaşması ehtimal edilmir. Bu

    isə bir çox dövlətləri mövcud iqtisadi artım modellərinə yenidən baxmağa məcbur edir.

    Yalnız makroiqtisadi müstəvidə mümkün təsir üsullarından istifadə edilməklə sistemli

    böhranın aradan qaldırılması çətindir.

    Məhz bu səbəbdən, iqtisadiyyatı təbii resursla zəngin dövlətlərin bir qisminin tətbiq

    etdiyi neftin yüksək qiymətinə əsaslanan iqtisadi artım modelindən imtina edilərək yeni

    iqtisadi inkişaf istiqamətləri üzərində müzakirələr başlanılmışdır. Belə ki, yeni iqtisadi

    şərait yeni iqtisadi artım modelinin yaradılmasını obyektiv zərurətə çevirir. Bu modelin

    əsas prinsipləri ölkələrdən asılı olaraq fərqlidir və modelin formalaşdırılmasında yerli

    xüsusiyyətlər, həmçinin yeni iqtisadi şərtlərin hərtərəfli və gələcəyə istiqamətlənmiş

    meylləri nəzərə alınmalıdır.

    Qızılın qiymətinin 2011-ci ilə qədər davamlı olaraq artması neftin qiymətinin

    dəyişkənliyi həmçinin, dünya maliyyə və iqtisadi böhranı fonunda investorların daha

    etibarlı əmtəə olaraq qızıla etimad göstərməsi kimi qəbul edilirdi. Lakin, son 3 ildə

    əvvəlki dövrlə müqayisədə qızılın qiymətində azalma müşahidə edilir, belə ki, 2015-ci

    ildə qızıla olan tələb 2014-cü illə müqayisədə 0,3% azalmışdır (Şəkil 3).

    Azalma daha çox zərgərlik məmulatı kimi qızıla tələbi formalaşdıran və müxtəlif

    texnologiyalarda qızılın tətbiqini nəzərdə tutan ölkələrin payına düşür və bu, müvafiq

    olaraq 5,7% və 4,5%-dir. Buna baxmayaraq bir çox dövlətlər, xüsusilə mərkəzi banklar

    qızıl-valyuta ehtiyatlarının strukturunda qızılın payını artırmaqda davam edir və artım

    0,7% təşkil etmişdir. Bu isə “valyuta müharibələri” fonunda qızılın cəlbediciliyinin

    yüksəlməsi ilə bağlıdır.

    8 Böhranların böyük əksəriyyəti daha çox tsiklik xarakter daşıyır və müəyyən dövrdən sonra iqtisadiyyatda real artım templəri yüksəlir.

  • 13

    Şəkil 3. 1 unsiya qızılın dünya bazarlarında qiyməti, ABŞ dolları ilə

    Mənbə: https://www.gold.org/statistics#group5

    Dünya Qızıl Şurasının verdiyi məlumatlara görə qızıl-valyuta ehtiyatlarının

    strukturunda yer alan qızıl ehtiyatlarının həcmi ABŞ-da daha çoxdur (Cədvəl 4).

    Cədvəl 4. 2015-ci ildə qızıl ehtiyatlarının həcminə görə ölkələrin sıralanması

    Tonla

    1 Amerika Birləşmiş Ştatları 8 133,5

    2 Almaniya Federativ Respublikası 3 381,0

    3 Beynəlxalq Valyuta Fondu 2 814,0

    4 İtaliya 2 451,8

    5 Fransa 2 435,5

    6 Çin Xalq Respublikası 1 722,5

    7 Rusiya Federasiyası 1 370,6

    8 İsveçrə 1 040,0

    9 Yaponiya 765,2

    10 Niderland 612,5

    11 Hindistan 557,7

    12 Avropa Mərkəzi Bankı 504,8

    13 Türkiyə Cümhuriyyəti 500,9

    23 Qazaxıstan Respublikası 216,3

    274,5

    276,5

    347,2

    416,3

    435,6

    513,0

    632,0

    833,8

    869,8

    1.087,5

    1.405,5

    1.531,0

    1.657,5

    1.204,5

    1.206,0

    1.060,0

    0,0 200,0 400,0 600,0 800,0 1.000,0 1.200,0 1.400,0 1.600,0 1.800,0

    2000

    2001

    2002

    2003

    2004

    2005

    2006

    2007

    2008

    2009

    2010

    2011

    2012

    2013

    2014

    2015

    https://www.gold.org/statistics#group5

  • 14

    48 Belarus Respublikası 41,7

    55 Azərbaycan Respublikası 30,2

    56 Ukrayna Respublikası 27,4

    69 Tacikistan Respublikası 8,9

    86 Qırğız Respublikası 4,1

    Mənbə: http://www.gold.org/research/latest-world-official-gold-reserves

    Qeyd edək ki, ABŞ dünya üzrə qızıl-valyuta ehtiyatlarının tərkibində yer alan qızıl

    ehtiyatlarının həcminin 24,8%-nə sahibdir. MDB ölkələri sırasında ilk yerdə Rusiya

    Federasiyası (1370,6 ton) durur. Cədvəl 4-dən göründüyü kimi, Azərbaycan

    Respublikası 30,2 tonla bu sırada 55-ci yerdə qərarlaşmışdır. Azərbaycan Respublikası

    Dövlət Neft Fondunun verdiyi məlumatlara görə 2015-ci ildə qızıl ehtiyatlarının DNF-nin

    aktivlərində payı 3,1% və ya 1038 mln. ABŞ dolları təşkil etmişdir9 .

    Fiskal sektor. Dünyada fiskal siyasətin alətlərinin daha fəal istifadə edildiyi ABŞ-

    da ictimai maliyyə müstəvisində son illərdə qarşıya çıxan əsas risklərdən biri dövlət

    borclanması limitinin10 aşması təhlükəsi idi. Son 4 ildə 3 dəfə (2011, 2013, 2015) ABŞ

    hökumətinin qarşılaşdığı bu vəziyyət “fiskal çat” (fiscal cliff) adlandırılmışdır. Sonuncu

    dəfə ABŞ hökuməti bu problemlə 2015-ci ilin noyabr ayının 3-də qarşılaşdı. Qeyd

    olunan zamana borc limiti (18,1 trilyon ABŞ dolları) ABŞ senatı tərəfindən qaldırılmadığı

    təqdirdə hökumət öz xərc öhdəliklərini yerinə yetirmək imkanına malik olmayacaqdır.

    Bu isə dünyanın fond bazarlarında ciddi təlatümlərə səbəb ola bilərdi. Bir qayda

    olaraq “fiskal çat”ın baş verməsi vergi dərəcələrinin artırılması, vergi güzəştlərinin

    azaldılması və federal büdcə xərclərinin sekvestri ilə müşayiət olunur. Lakin, qeyd

    edilən zamana qədər “fiskal çatın” baş verməməsi son anda növbəti dəfə ABŞ

    hökumətinin borc limitini artırması ilə nəticələnmişdir. Qeyd edək ki, ABŞ-ın dövlət borcu

    və borcun ÜDM-ə nisbəti son illərdə davamlı olaraq artmaqdadır (Şəkil 4).

    9 http://www.oilfund.az/uploads/presentation2015az.pdf 10 ABŞ dövlətinin götürə biləcəyi borcun maksimal həddi

    http://www.gold.org/research/latest-world-official-gold-reserveshttp://www.oilfund.az/uploads/presentation2015az.pdf

  • 15

    Şəkil 4. ABŞ-ın dövlət borcunun ÜDM-ə faiz nisbəti

    Mənbə: https://www.whitehouse.gov/omb/budget/Overview

    ABŞ-da dövlət borcunun böyük hissəsini xəzinə vekselləri təşkil edir və bu

    veskellerin əsas sahibləri Çin Xalq Respublikası, Braziliya, İrlandiya, İsveçrə, Honkonq,

    Lyüksemburq, Tayvan, Belçika, Hindistan, Sinqapur kimi ölkələrdir11.

    Büdcə parametrlərinin təhlili baxımından digər mühüm indikator büdcə kəsiri

    olduğu üçün son maliyyə ili üzrə federal büdcə kəsirinin həcmini nəzərdən keçirmək

    vacibdir. Borc, hökumətə büdcə kəsirini balanslaşdırılmış səviyyədə saxlamaq imkanı

    verən bir mexanizmdir.

    ABŞ Prezidentinin Büdcə və Menecment Ofisinin 12 verdiyi məlumatlara görə

    federal büdcə kəsiri 2011-ci ildə 1300,0 mlrd. ABŞ dolları həcmində və ya ÜDM-in

    8,7%-i səviyyəsində müşahidə edilirdisə, cari ilin fevral ayında açıqlanan məlumatlara

    görə 2015-ci ildə federal büdcə kəsiri 438,0 mlrd. ABŞ dolları13 və ya ÜDM-in 2,5%

    təşkil etmişdir. Konqresin Büdcə Ofisinin verdiyi məlumatlara görə isə 2011 və 2015-ci

    11 http://ticdata.treasury.gov/Publish/mfh.txt 12 ABŞ Prezidentin Büdcə və Menecment Ofisi ilə yanaşı makroiqtisadi o cümlədən, büdcə parametrləri haqqında məlumatları və proqnozları Konqresin Büdcə Ofisi də hazırlayır. Məhz bu səbəbdən, tərəfimizdən aparılan təhlillərdə hər iki institutun mövqeyi nəzərə alınır. 13 https://www.whitehouse.gov/sites/default/files/omb/budget/fy2017/assets/tables.pdf

    0,0

    20,0

    40,0

    60,0

    80,0

    100,0

    120,0

    https://www.whitehouse.gov/omb/budget/Overviewhttp://ticdata.treasury.gov/Publish/mfh.txthttps://www.whitehouse.gov/sites/default/files/omb/budget/fy2017/assets/tables.pdf

  • 16

    illərdə bu məbləğ müvafiq olaraq 1296 mlrd. ABŞ dolları və 439,0 mlrd. ABŞ dolları14

    olmuşdur. Büdcə kəsirinin əhəmiyyətli şəkildə azalması ABŞ-da aparılan fiskal intizam

    tədbirlərinin nəticəsində baş vermişdir. Belə ki, həyata keçirilən tədbirlər federal büdcə

    gəlirlərinin xərclərin artım tempini üstələməsinə səbəb olmuşdur. Son 5 ildə federal

    büdcə gəlirlərinin orta illik artım tempi 8,5% təşkil edirdisə, federal büdcə xərclərinin orta

    illik artım tempi cəmi 1,4% olmuşdur. Gəlirlərin artımının böyük hissəsi gəlir vergisi və

    şirkətlərin mənfəət vergisi hesabına təmin edilmişdir.

    Avropa Birliyinə üzv dövlətlərin dövlət borcunun ÜDM-ə faiz nisbəti Sabitlik,

    Koordinasiya və İdarəetmə sənədində müəyyən edilmiş 60%-lik büdcə limiti

    dövlətlərdən yalnız 6-da (Danimarka, Polşa, Slovakiya, Estoniya, İsveç və

    Lyüksemburq) təmin edilmişdir. 2015-ci ildə Avropa Birliyinə üzv dövlətlər üçün dövlət

    maliyyəsi müstəvisində aktual mövzu növbəti dəfə şərti olaraq PIIGS dövlətləri

    adlandırılan ciddi borclanma problemləri ilə üzləşmiş ölkələrin qarşısında duran

    təhdidlər idi. Yunanıstanın avrozonadan çıxma ehtimalı da ciddi müzakirəyə çevrilmişdi.

    Dövlət borcunun ÜDM-i 1,8 dəfə üstələməsi nəticəsində fiskal dayanıqsızlığın artması,

    həmçinin işsizliyin 50%-lik nisbətə yaxınlaşması səbəbindən 2015-ci ilin iyun ayının 30-

    da Yunanıstan hökuməti defolt vəziyyətini elan etmişdi. İyul ayında kreditorlarla razılığa

    gəlinməsi növbəti kredit tranşının açılması ilə nəticələnsə də, bu proses ölkədə daha

    “sərt fiskal addımlar”la müşayiət olunmuşdu. Qeyd edilən tədbirlərə enerji sektorunda

    özəlləşdirmənin aparılması, pensiya islahatlarının həyata keçirilməsi, bir sıra sahələrdə

    (xidmət sektoru və kənd təsərrüfatı) ƏDV-nin dərəcəsinin əhəmiyyətli şəkildə artırılması

    və s. aid edilə bilər.

    Ümumiyyətlə, Avrozonaya üzv dövlətlərin son illərdə ümumi fiskal normalara əməl

    etməsi hər iki indikator ‒ məcmu balans və məcmu dövlət borcu üzrə azalmanı

    şərtləndirmişdir.

    İnkişaf etmiş ölkələrdə, ümumən Avrozonada və PIIGS beşliyinə daxil olan

    dövlətlərin 4-ündə büdcə balansı azalmışdır (Cədvəl 5).

    14https://www.cbo.gov/sites/default/files/114th-congress-2015-2016/reports/51180-2016 OutlookTestimony_HBC.pdf

    Haşiyə 2. Məcmu fiskal balans (Overall fiscal balance) Məcmu fiskal balans icmal büdcənin gəlirləri ilə icmal büdcənin xərcləri arasındakı fərqdir.

    https://www.cbo.gov/sites/default/files/114th-congress-2015-2016/reports/51180-2016%20OutlookTestimony_HBC.pdfhttps://www.cbo.gov/sites/default/files/114th-congress-2015-2016/reports/51180-2016%20OutlookTestimony_HBC.pdf

  • 17

    Cədvəl 5. İnkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərdə məcmu fiskal balansın ÜDM-ə faiz nisbəti

    2011 2012 2013 2014 2015

    Dünya -4,3 -3,8 -2,9 -2,9 -3,6

    İnkişaf etmiş ölkələr -6,3 -5,5 -3,7 -3,3 -3,0

    Avrozona -4,2 -3,7 -3,0 -2,6 -2,0

    G-7 (İtalya nəzərə alınmadan)

    ABŞ -9,6 -7,9 -4,4 -4,1 -3,7

    Fransa -5,1 -4,8 -4,1 -3,9 -3,6

    AFR -0,9 0,1 0,1 0,3 0,6

    Yaponiya -9,8 -8,8 -8,5 -6,2 -5,2

    Birləşmiş Krallıq -7,7 -7,7 -5,6 -5,6 -4,4

    Kanada -3,3 -2,5 -1,9 -0,5 -1,7

    PIIGS

    Yunanıstan -10,2 -6,5 -3,0 -3,9 -4,2

    İrlandiya -12,4 -8,0 -5,6 -3,9 -1,6

    İtaliya -3,5 -2,9 -2,9 -3,0 -2,6

    Portuqaliya -7,4 -5,7 -4,8 -7,2 -4,4

    İspaniya -9,5 -10,4 -6,9 -5,9 -4,5

    BRICS

    Çin Xalq Respublikası -0,1 -0,7 -0,8 -0,9 -2,7

    Hindistan -8,2 -7,5 -7,7 -7,0 -7,2

    Rusiya Federasiyası 1,4 0,4 -1,2 -1,1 -3,5

    Braziliya -2,5 -2,5 -3,0 -6,0 -10,3

    Cənubi Afrika Respublikası -3,9 -4,1 -4,0 -3,8 -4,0

    Neft hasil edən ölkələr 1,4 1,5 0,4 -1,0 -4,7

    Mənbə: BVF, Fiskal icmal bülleteni 2016, aprel

    2015-ci ildə dövlət borclanmasının həcmində artım müşahidə edilmişdir. Artım

    həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin payına düşmüşdür.

    Haşiyə 3. Məcmu dövlət borcu Məcmu dövlət borcu bir qayda olaraq iki komponentdən ibarətdir. Məcmu dövlət borcu = Xarici dövlət borcu + Daxili dövlət borcu

  • 18

    Artımı şərtləndirən səbəblərə yuxarıda real sektor bölməsində qeyd edildiyi kimi

    sosial problemlərin aradan qaldırılması və qeyri-likvid aktivlərin alınması üçün

    maliyyələşmənin həcminin artırılması aid edilə bilər.

    Dövlət borclanmasının həcminin artması dünya üzrə artım templərinin azalması

    fonunda müsbət meyl kimi qiymətləndirilə bilməz. BVF-nin ekspertlərinin

    qiymətləndirmələrinə görə ÜDM-in 1% artması inkişaf etmiş ölkələrdə dövlət borcunun

    ÜDM-ə nisbətini böhrandan əvvəlki nisbətə qaytarmış olardı15 (Cədvəl 6).

    Cədvəl 6. İnkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərdə məcmu dövlət borcunun ÜDM- faiz nisbəti

    2011 2012 2013 2014 2015

    Dünya 78,2 79,9 79,1 79,6 81,3

    İnkişaf etmiş ölkələr 102,6 106,9 105,7 105,6 105,8

    Avrozona 86,6 91,3 93,4 94,5 93,2

    G-7 (İtaliya nəzərə alınmadan)

    ABŞ 99,0 102,5 104,8 105,0 105,8

    Fransa 85,0 89,4 92,3 95,6 96,8

    AFR 78,4 79,7 77,4 74,9 71,0

    Yaponiya 231,6 238,0 244,5 249,1 248,1

    BK 81,8 85,3 86,2 88,2 89,3

    Kanada 81,5 84,8 86,1 86,2 91,5

    PIIGS

    Yunanıstan 171,6 158,9 176,9 178,4 178,4

    İrlandiya 109,3 120,2 120,0 107,5 95,2

    İtaliya 116,5 123,3 128,9 132,5 132,6

    Portuqaliya 111,4 126,2 129,0 130,2 128,8

    İspaniya 69,5 85,4 93,7 99,3 99,0

    BRICS

    Çin 35,3 36,9 39,5 41,1 43,9

    Hindistan 68,8 67,7 66,2 66,4 67,2

    Rusiya 10,9 11,8 13,1 16,3 17,7

    Braziliya 61,2 62,3 60,4 63,3 73,7

    CAR 38,2 40,9 44,2 47,1 50,1

    Neft hasil edən ölkələr 31,5 31,7 32,8 34,4 39,8

    Mənbə: BVF, Fiskal icmal bülleteni 2016, aprel

    15 http://www.imf.org/external/pubs/ft/fm/2016/01/pdf/fm1601.pdf

    http://www.imf.org/external/pubs/ft/fm/2016/01/pdf/fm1601.pdf

  • 19

    Dövlət borclanmasının həcminin artımında xüsusi diqqəti çəkən məqam neft hasil

    edən dövlətlərdə borcun ÜDM-ə faiz nisbətinin (5,4 faiz bəndi) kəskin artmasıdır. Bu

    nəticə neftin dünya bazarlarında qiymətlərinin kəskin şəkildə azalması səbəbindən baş

    vermişdir.

    Neftin qiymətinin dünya bazarlarında aşağı düşməsi səbəbindən təbii resursla

    zəngin dövlətlərin bir çoxu artan dövlət borclanmasının qarşısının alınması və büdcə

    kəsirinin həcminin azaldılması məqsədilə fiskal sahədə islahatlar apardı16.

    Qazaxıstanda investisiyaların həcminin qarşıdakı 5 il ərzində 12 mlrd. ABŞ dolları,

    Özbəkistanda 2016-2019-cu illərdə 41 mlrd. ABŞ dolları nisbətində artırılması,

    Türkmənistanda qarşıdakı il üzrə təbii qazın qiymətinin dövlət büdcəsində aşağı

    nisbətdə götürülməsi, Səudiyyə Ərəbistanında iqtisadi artımın stimullaşdırılması

    məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi, Qətərdə cari xərclərin azaldılması ilə

    yanaşı kapital xərclərin orta həddinin qorunması, Omanda kapital xərclərin müdafiə

    olunan xərc maddələri sırasına daxil edilməsi, İran İslam Respublikasında ƏDV üzrə

    dərəcənin qaldırılması ilə yanaşı, vergi güzəştlərinin bir qisminin ləğv edilməsi və vergi

    inzibatçılığının gücləndirilməsi, İraqda qeyri-neft vergi daxilolmalarının artırılması və cari

    xərclərin azaldılması, Bəhreyndə bir sıra yığımların nisbətinin artırılması, mərhələli

    şəkildə qazın ölkəda xili satış qiymətinin qaldırılması haqqında qərarlar qəbul edilmişdir.

    Neftin qiymətinin aşağı düşməsinin büdcə üçün mümkün itkilərinin aradan

    qaldırılması ilə bağlı yuxarıda sadalanan tədbirləri aşağıdakı kimi qruplaşdırmaq olar:

    Kapital (dövlət əsaslı vəsait qoyuluşu) xərclərinin artırılması və ya optimal

    nisbətdə saxlanılması;

    Vergi inzibatçılığının artırılması və büdcədə təbii resursdan əldə ediləcək

    gəlirlərin hesablanması üçün həmin məhsul üzrə qiymətin pessimist ssenari üzrə (aşağı

    nisbətdə) müəyyən edilməsi.

    16 http://www.imf.org/external/pubs/ft/reo/2015/mcd/eng/pdf/menap1015.pdf

    http://www.imf.org/external/pubs/ft/reo/2015/mcd/eng/pdf/menap1015.pdf

  • 20

    Monetar sektor. Neftin qiymətinin dünya bazarlarında aşağı düşməsi

    səbəbindən bir sıra ölkələr (Azərbaycan Respublikası, Rusiya Federasiyası, İran İslam

    Respublikası, Əlcəzair, Türkmənistan, Qazaxıstan və s.) öz milli valyutalarının kursunun

    ABŞ dollarına və digər sərbəst dönərli valyutalara nisbətdə azaldılmasına (devalvasiya)

    getməli oldu. Bu addımın atılması bir sıra hallarda həmin dövlətlərin büdcə gəlirlərinin

    formalaşmasına müsbət təsir göstərdi.

    Makroiqtisadi şəraitə təsir edən əsas indikatorlardan biri olan uçot dərəcəsinin

    dəyişməsi ilə bağlı qərarlar 2015-ci ildə çevik alət olaraq istifadə edilmişdir. Bu fonda

    Haşiyə 4. Fiskal şuraların fəaliyyəti Sistemli böhranın əsas maliyyə nəticələrindən biri mövcud makro-fiskal proqnozlaşdırma institutunun, makro-fiskal təhlilin və ümumən büdcə parametrlərinin daha geniş və müxtəlif ssenarilər üzrə qiymətləndirilməsi işinin təkmilləşdirilməsinin zəruriliyi oldu. Bu məqsədlə, atılan addımlardan biri fiskal siyasətin həyata keçirilməsinə məsul qurumların fəaliyyəti ilə yanaşı alternativ makroiqtisadi o cümlədən, büdcə parametrlərinin geniş təhlilini və qiymətləndirilməsini apara biləcək institutların – fiskal şuraların (fiscal council) yaradılması idi. Fiskal şuraların əsas fəaliyyəti dövlətə digər icra strukturu ilə yanaşı alternativ büdcə qiymətləndirmələrinin, həmçinin makro-fiskal proqnozlaşdırmanın aparılması və müvafiq hesabatların təqdim edilməsidir. Alternativ mövqe (fiskal şuraların) dövlətin ictimai maliyyə sahəsində qəbul edəcəyi qərarın etibarlılıq dərəcəsini yüksəltmiş olardı. Hazırda dünyada belə institutların sayı davamlı olaraq artır. Bu şuralar müxtəlif ölkələrdə müxtəlif formada (Misal üçün, Birləşmiş Krallıqda Büdcə Məsuliyyətliliyi Ofisi, İraldniyada Fiskal Məsləhət Şurası, Macarıstanda, Rumıniyada, Sloveniya və Serbiyada Fiskal Şura, Portuqaliyada İctimai Maliyyə üzrə Şura, Xorvatiyada və İsveçdə Fiskal Siyasət Şurası, Fransada İctimai Maliyyə üzrə Ali Şura və s.) fəaliyyət göstərir. Bir sıra hallarda bu funksiyaların Ali Audit Qurumlarına (Finlandiya, Litva və s.) həvalə edilməsi ilə bağlı qərar qəbul edildi. Digər tərəfdən, AAQ-ların fiskal o cümlədən, borc dayanıqlılığı ilə bağlı daha müfəssəl təhlillər aparması büdcə təhlilinin tərkib hissəsi olaraq parlamentə təqdim edilməsi yeni büdcə ənənəsinə çevrildi (İsveç, Finlandiya, Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası və s.). Fiskal Şuraların daha bir forması artıq mövcud olan parlamentin büdcə komitəsi və ya ofisinə həmin səlahiyyətlərin verilməsi oldu. Misal üçün, hələ 1974-cü ildə ABŞ Konqresinin Büdcə ofisi yaradıldıqda əsas məqsəd (həmin dövr üçün) alternativ büdcə təhlili və proqnozlaşdırılmasının aparılması nəzərdə tutulurdu. Hazırda bu təcrübə fiskal şura olaraq Gürcüstanda yeni yaradılan Parlamentin Büdcə Ofisi, Kanada və İtaliyada da eynilə Parlamentin Büdcə Ofisi tərəfindən tətbiq edilir.

  • 21

    təbii ki, iki əsas institut – ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) və Avropa Mərkəzi

    Bankının (AMB) qərarları diqqəti çəkir. Belə ki, iki böyük iqtisadi zonanın mərkəzi

    bankları tərəfindən qəbul edilən qərarlar valyuta bazarına təsir etməklə beynəlxalq

    müstəvidə dövlətlərin monetar siyasətinə təsir etmiş olur.

    ABŞ-da FES-in 2015-ci ildə keçirtdiyi 8 iclasın hər biri (xüsusilə, ilin 2-ci yarısından

    sonrakı iclaslar) maliyyə bazarları üçün (ABŞ iqtisadiyyatının son illərdə artım

    templərinin yüksəlməsi fonunda) uçot dərəcəsinin 17 qaldırılması ilə bağlı ciddi

    tərəddüdlər yaradırdı. 2015-ci ilin dekabr ayının 15-16 tarixlərində keçirilən iclasda FES

    7 illik fasilədən sonra overnayt üzrə dərəcəni 0-0,25%-dən 0,25-0,50%-dək yüksəltdi

    (Cədvəl 7).

    Cədvəl 7. Bir sıra dövlətlərdə Mərkəzi Bankın uçot dərəcəsi, %-lə

    Cari dərəcə Əvvəlki dərəcə Sonuncu dəyişiklik

    ABŞ 0,25-0,50 0-0,25 16.12.2015

    Birləşmiş Krallıq 0,5 1,0 05.03.2009

    Avrozona* 0,05 0,15 04.09.2014

    Kanada 0,5 0,5 15.07.2015

    İsveçrə -0,75 -0,25 15.01.2015

    Danimarka -0,75 -0,5 02.05.2015

    Avstraliya 2,0 2,25 05.05.2015

    Yeni Zelandiya 2,75 3,0 10.09.2015

    Norveç 0,75 1,0 24.09.2015

    Çin Xalq Respublikası 4,35 4,6 24.10.2015

    Rusiya Federasiyası 11,0 11,5 31.07.2015

    Türkiyə Cümhuriyyəti 7,5 7,75 24.02.2015

    Mənbə: Cədvəldə göstərilən ölkələrin Mərkəzi Banklarının internet səhifəsi *Avropa Mərkəzi Bankı tərəfindən müəyyən edilən dərəcə nəzərdə tutulur.

    FES-in qəbul etdiyi bu qərar əmək bazarında vəziyyətin sabitləşməsi, inflyasiyanın

    müəyyən edilən hədəfdən (2%) aşağı nisbətdə olması və ümumən ABŞ iqtisadiyyatının

    real artım templərinin məqbul səviyyədə saxlanılması ilə əlaqələndirilmişdir18 . Qeyd

    edək ki, həmin iclasda uçot dərəcəsi də 0,75%-dən 1,0%-dək yüksəldilmişdir.

    Avropa Mərkəzi Bankı isə ötən ildə uçot dərəcəsini dəyişməz saxladı. Eyni

    zamanda AMB 2015-ci ildə aylıq 60 mlrd. avro həcmində istiqrazların alınması siyasətini

    17 Bir çox hallarda uçot dərəcəsi əvəzinə mərkəzi banklar tərəfindən digər monetar alətlər istifadə edilir. Misal üçün, ABŞ-da Federal Ehtiyat Sistemi (Mərkəzi Bank) tərəfindən iki dərəcə istifadə edilir: uçot dərəcəsi (Discount Rate) və overnayt (Federal Funds Rate). Ənənəvi uçot dərəcəsi bir qayda olaraq daha yüksək olduğu üçün banklar arasında heç də populyar hesab edilmir. Overnayt dərəcəsi kommersiya banklarının FES-də saxladığı və bir-birinə bir günlük verdiyi kreditlər üzrə müəyyən edilir. Nəticədə kütləvi informasiya vasitələrində və bir sıra ədəbiyyatlarda ABŞ Mərkəzi Bankının uçot dərəcəsi dedikdə overnayt dərəcəsi (Federal Funds Rate) əsas götürülür. 18 http://www.federalreserve.gov/monetarypolicy/fomcprojtabl20151216.htm

    http://www.federalreserve.gov/monetarypolicy/fomcprojtabl20151216.htm

  • 22

    davam etdirməyi qərara aldı. ABŞ FES-indən fərqli olaraq AMB yumşaq monetar

    siyasətini 2015-ci ildə də davam etdirdi.

    Ticarət tərəfdaşları olan Asiya ölkələrinin bir çoxunda valyutanın daha ucuz olması

    və bunun qarşılığında Çin yuanının bahalaşması, işçi qüvvəsinin baha olması

    səbəbindən ölkənin rəqabətqabiliyyətliyinin azalması Çin Xalq Respublikasının Mərkəzi

    Bankı tərəfindən monetar siyasətin daha da yumşaldılmasına səbəb olmuşdur. Bu

    iqtisadi artımın hədəflənməsi ilə izah olunur. Cədvəl 1-dən də göründüyü kimi, son

    illərdə Çində real artım templəri əvvəlki illə müqayisədə azalmışdır. Artım tempinin

    azalması Çin iqtisadiyyatında son 25 ildə ən böyük azalma hesab edilir.

    Cədvəl 7-dən göründüyü kimi ABŞ istisna olmaqla dünyanın bir çox dövlətləri

    yumşaq monetar siyasətə keçməyi qərar vermişdir. Yumşaq monetar siyasət bank

    sektoru vasitəsilə iqtisadiyyatın likvidlik tələbini qarşılamaq, həmçinin ölkə valyutasının

    daha da möhkəmlənməsi nəticəsində ixracın bahalaşmasının qarşısının alınması

    məqsədi daşıyırdı.

    1.1.2. Azərbaycan iqtisadiyyatının əsas makroiqtisadi göstəriciləri

    Real sektor. Dünya iqtisadiyyatında baş verən təlatümlər fonunda əvvəlki ilə

    nisbətən 2015-ci ildə Azərbaycan iqtisadiyyatının real artım tempi, Dövlət Statistika

    Komitəsinin verdiyi məlumatlara əsasən, 1,1% səviyyəsində olmuşdur (Cədvəl 8).

    Təbii ki, dünyada gedən iqtisadi proseslər, o cümlədən, neftin qiymətinin kəskin

    şəkildə azalması ölkə iqtisadiyyatına da təsirsiz ötüşməmişdir.

    2015-ci ildə əsas makrogöstərici olan ÜDM 54352,1 mln. manat, neft sektoru üzrə

    azalma 6160,0 mln. manat, qeyri-neft sektoru üzrə artım 37670,0 mln. manat təşkil

    etmişdir.

    Cədvəl 8. ÜDM-in neft və qeyri-neft sektoru üzrə göstəriciləri

    № Göstəricilər Ölçü vahidi 2012 2013 2014 2015

    1. ÜDM bazar qiymətləri ilə mln AZN 54743,7 58182,0 59014,1 54352,1

    real artım tempi % 2,2 5,8 2,8 1,1

    2. Özəl sektorun ÜDM-də payı

    % 81,5 82,5 81,9 81,2

    3. Neft sektoru, ÜDM, bazar qiymətləri ilə

    mln AZN 25481,7 24968,4 22824,9 16682,1

    real artım tempi % -5,0 1,0 -2,9 1,2

    payı (ÜDM-də)

    % 46,5 42,9 38,7 30,7

    4. Qeyri-neft sektoru, ÜDM, bazar qiymətləri ilə

    mln AZN 29262,0 33213,6 36189,2 37670,0

  • 23

    real artım tempi % 9,7 10,0 7,0 1,1

    payı (ÜDM-də)

    % 53,5 57,1 61,3 69,3

    Mənbə: 2015 və 2016-cı illərin büdcə zərfinə daxil olan, həmçinin Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən götürülən məlumatlar əsasında tərtib edilmişdir

    2015-ci ildə dollar ifadəsində ÜDM 52969,6 mln. ABŞ dolları təşkil etmişdir. 2014-

    cü illə müqayisədə 22265,1 mln. ABŞ dolları nisbətində azalma həm ÜDM-in nominal

    ifadədə azalması, həm də manatın ABŞ dollarına nisbətdə ölkədə aparılan

    devalvasiyası ilə bağlı olmuşdur.

    Neft sektoru üzrə 2015-ci ildə hasilatın həcmi 40615,6 mln. ton proqnozlaşdırılsa

    da, faktiki rəqəm, DSK-nın məlumatlarına görə, 41689,0 mln. ton (ARDNŞ-in

    məlumatlarına görə 41586 mln. ton19) təşkil etmişdir.

    Neftin qiymətinin aşağı düşməsinə və proqnozla müqayisədə istehsal həcminin

    artımla icra olunmasına baxmayaraq hesabat ilində ÜDM-in neft sektoru üzrə azalması

    müşahidə olunmuşdur. Belə ki, neft sektorunun ÜDM-də payı 2014-cü il üçün 38,7%

    səviyyəsindən azalaraq 2015-ci ildə 30,7%-ə bərabər olmuşdur.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının

    yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan

    Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev giriş nitqində qeyd

    etmişdir: “Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru

    dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Ancaq bu asılılığı minimum səviyyəyə

    endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan

    ibarətdir. Hesab edirəm ki, düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail

    ola biləcəyik”.

    Qeyd edilməlidir ki, qeyri-neft sektorunun payı, əvvəlki illərdə olduğu kimi, 2015-ci

    ildə bir qədər də yüksələrək 69,3% təşkil etmişdir.

    İcmal, o cümlədən, dövlət büdcəsinin əsas parametrlərinin təhlili baxımından

    Ümumi Daxili Məhsulun xərclər üsulu əsasında təhlili xüsusilə əhəmiyyət kəsb edir

    (Cədvəl 9).

    Cədvəl 9. 2011-2015-cü illərdə ÜDM-in xərclər üsulu ilə strukturu, mln. manatla

    2011 2012 2013 2014 2015*

    Son istehlak xərcləri

    24 679,7 27 370,2 30 363,0 33 238,8 37 135,8

    o cümlədən:

    Ev təsərrüfatlarının 19 216,0 21 389,9 24 150,0 26 582,6 30 102,0

    19 http://www.socar.az/socar/az/economics-and-statistics/economics-and-statistics/oil-production

    http://www.socar.az/socar/az/economics-and-statistics/economics-and-statistics/oil-production

  • 24

    faktiki son istehlak xərcləri

    Dövlət idarələrinin istehlak xərcləri

    5 274,7 5 762,3 5 983,0 6 424,2 6 801,0

    Fərdi istehlak 1 965,7 2 289,5 2 339,4 2 520,6 2 665,9

    Kollektiv istehlak 3 309,0 3 472,8 3 643,6 3 903,6 4 135,1

    İctimai təşkilatlar 189,0 218,0 230,0 232,0 232,8

    Ümumi yığım 10 555,9 12 217,0 14 928,3 16 234,8 15 591,4

    əsas fondların ümumi yığımı

    10 508,9 12 292,8 15 007,4 16 187,8 15 543,4

    maddi dövriyyə vəsaitlərinin dəyişməsi (+, -)

    47,0 -75,8 -79,1 47,0 48,0

    Xalis ixrac 16 846,4 15 156,5 12 890,7 10 070,1 1 624,9

    İxrac 29 388,3 29 000,3 28 169,3 25 537,5 20 552,8

    İdxal (-) 12 541,9 13 843,8 15 278,6 15 467,4 18 927,9

    Statistik fərq 0,0 0,0 0,0 -529,6 0,0

    Ümumi Daxili Məhsul

    52 082,0 54 743,7 58 182,0 59 014,1 54 352,1

    Mənbə: Dövlət Statistika Komitəsi *İlkin məlumat

    Son illər üzrə ÜDM-in xərclər üsulu əsasında aparılan təhlili göstərir ki,

    Azərbaycan Respublikasında ÜDM daha çox investisiyaya köklənmiş inkişafı

    xarakterizə edir. Belə ki, 2011-ci ildə investisiyanın ÜDM-də payı 20,3% idisə, 2015-ci

    ildə bu pay 28,6%-ə çatmışdı.

    Bu da xüsusilə neftin qiymətlərinin və davamlı olaraq hasilatın azalması fonunda

    ixrac yönümlü modellə müqayisədə daha rasional görünür. Belə ki, xalis ixracın ÜDM-də

    payı, əksinə, 2011-ci ildəki 31,0%-dən 2015-ci ildə 3,0%-dək düşmüşdür. Bu neft

    hasilatının və neftin qiymətlərinin aşağı düşməsi səbəbindən baş vermişdir.

    Cədvəl 9-dan göründüyü kimi dövlətin istehlakı ötən ildə 6801,0 mln. manat və ya

    əvvəlki illə müqayisədə 5,9% çoxdur. Ev təsərrüfatlarının son istehlak xərcləri isə 30102

    mln. manat olmaqla 13,2% artmışdır. Dövlət istehlakının 90,0%-dən çoxu dövlət

    büdcəsinin istehlakının (əmək haqqı və malların (işlərin və xidmətlərin) alınması

    xərcləri üzrə) payına düşmüşdür.

    Hesabat ilində dövlət büdcəsinin istehlakı 6139,8 mln. manat təşkil etmişdir

    (Cədvəl 10). Bu göstərici 2015-ci ilin layihəsi ilə müqayisədə 7,0% az olsa da 2014-cü

    illə müqayisədə 5,7% çox olmuşdur. Proqnoz göstərici ilə müqayisədə icra rəqəmlərinin

    az olması hər iki komponent üzrə azalma ilə bağlı olmuşdur.

  • 25

    Cədvəl 10. Dövlət büdcəsinin istehlakı

    Xərclərin məzmunu

    2014-cü il 2015-ci il 2015-ci il

    icra

    ümumi xərclərdə bölmənin

    xüsusi çəkisi, %-lə

    proqnoz

    ümumi xərc də

    bölmənin xüsusi çəkisi, %-lə

    icra

    ümumi xərclərdə bölmənin

    xüsusi çəkisi, %-lə

    1 Əməyin ödənişi 3167,2 16,9 3452,4 16,4 3324,3 18,7

    2 Malların (işlərin və xidmətlərin) satın alınması

    2640,1 14,1 3147,1 14,9 2815,5 15,8

    1+2 Dövlət büdcəsinin istehlakı

    5807,3 31,0 6599,5 31,3 6139,8 34,5

    CƏMİ: 18709,0 100 21100,0 100 17784,5 100

    Mənbə: 2014-cü ildə 2015-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı Büdcə Zərfi və 2015-ci il dövlət büdcəsinin icrasına dair hesabat məlumatları əsasında tərtib edilmişdir

    ÜDM-in istehsal üsulu ilə aparılan təhlilindən məlum olur ki, iqtisadiyyatın ayrı-ayrı

    sahələri üzrə götürdükdə 1,1%-lik real artıma töhfə verən sahələr kənd təsərrüfatı, meşə

    təsərrüfatı və balıqçılıq, ticarət və nəqliyyat vasitələrinin təmiri, informasiya və rabitə,

    həmçinin turistlərin yerləşdirilməsi və ictimai iaşə olmuşdur.

    Yaranan əlavə dəyərin 33,9%-i sənayedə, 12,1%-i tikintidə, 10,0%-i ticarət;

    nəqliyyat vasitələrinin təmiri, 6,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqcılıq,

    Haşiyə 5. Dövlət istehlakı Dövlət istehlakı = Fərdi xidmətlər göstərən dövlət idarələrinin xərcləri + Kollektiv xidmətlər göstərən dövlət idarələrinin faktiki son istehlak xərcləri.

    Dövlət idarəetmə orqanlarının fərdi əmtəə və xidmətlərə çəkdikləri xərclər dövlət idarəetmə sektoruna aid edilən təşkilatların fərdi istehlаk üçün nəzərdə tutulmuş əmtəələrin alınmasına və xidmətlərin ödənilməsinə çəkdikləri xərclərdən ibаrətdir. Bu xərclər dövlət büdcəsi və/və ya büdcədənkənar fondlar hesаbınа mаliyyələşdirilir.

    Dövlət idarəetmə orqanlarının kollektiv xidmətlərə çəkdikləri xərclərə büdcə təşkilatları tərəfindən dövlət büdcəsinin hesаbınа göstərilən və аyrı-аyrı ev təsərrüfatlarının deyil, bütövlükdə cəmiyyətin tələbatını ödəyən xidmətlərə çəkilən xərclər dахil edilir. Bu göstəriciyə müdafiə xərcləri, ümumi dövlət idarəetməsi, elm və elmi xidmət хərcləri (qeyri-bazar), küçələrin abadlaşdırılması və işıqlandırılması xərcləri, kənd təsərrüfatına xidmət edən təşkilatların xidmətləri dахil edilir.

    Mənbə: Dövlət Statistika Komitəsi

  • 26

    5,4%-i nəqliyyat və anbar təsərrüfatı, 2,7%-i turistlərin yerləsdirilməsi və ictimai iaşə,

    2,0%-i informasiya və rabitə, 19,4%-i isə digər sahələrdə istehsal edilmiş, 8,2%-i isə

    məhsula və idxala xalis vergilərin payına düşmüşdür (Cədvəl 11).

    Cədvəl 11. 2014-2015-ci illərdə ÜDM-in sahə strukturu, mln. manatla

    ÜDM-in əsas sahələr üzrə tərkibi

    2014 2015 proqnoz

    2015 gözlənilən

    2015 icra

    2015/2014 real artım tempi, faiz

    Ümumi Daxili Məhsul 59014,1 59842,2 57151,7 54352,1 101,0

    Sənaye 24169,3 22343,6 19661,5 18440,0 101,6

    Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

    3139,2 3284,8 3420,8 3385,3 106,6

    Tikinti 7454,4 9089,2 8290,1 6599,5 86,6

    Ticarət və nəqliyyat vasitələrinin təmiri

    4652 5307,5 5131,1 5437,7 110,9

    Nəqliyyat və anbar təsərrüfatı

    2655,9 3325,1 2806,1 2932,4 98,3

    Turistlərin yerləşdirilməsi və ictimai iaşə

    1269,1 1657,6 1544,1 1475,7 114,0

    İnformasiya və rabitə 1070,9 1144,0 1130,9 1083,6 106,8

    Sosial və digər xidmətlər

    10190,3 9455,0 10800,0 10492,9 101,7

    Məhsula və idxala xalis vergilər

    4413,0 4235,5 4367,2 4505,0 103,6

    Mənbə: Dövlət Statistika Komitəsi, 2015-ci ilin və 2016-cı ilin büdcə zərfi

    2015-ci və 2016-cı illər üzrə dövlət büdcəsinin layihəsi ilə bağlı təqdim edilmiş

    məlumatlara görə 2015-ci il üçün sənaye sektorunda əlavə dəyərin həcmi 22,3 mlrd.

    manat, 2015-ci il üçün sənaye sahəsi üzrə real artım tempi -0,9%, 2015-ci ilin

    gözlənilən rəqəmi üçün 0,7% proqnozlaşdırılmış, hesabat ilində real artım tempi 1,6%

    təşkil etmişdir. Sənaye məhsulunun 61,9%-i mədənçıxarma sektorunda, 29,9%-i emal

    sektorunda, 7,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

    sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda

    istehsal olunmuşdur. Qeyri-neft sənayesi üzrə real artım tempi 2015-ci il üçün 7,6%

    proqnozlaşdırılmış, hesabat ilində isə faktiki 8,4% təşkil etmişdir.

    Aqrar sektorda 2015-ci ilin büdcə layihəsi ilə bağlı məlumatlara görə 3,5%-lik artım

    nəzərdə tutulmuş, 2016-cı ilin büdcə layihəsi ilə bağlı məlumatlarda isə 2015-ci ilin

    sonuna 5,3%-lik artım gözlənildiyi qeyd olunmuşdur. Hesabat ilində bu sektorda 6,6%-

    lik real artım əldə edilmişdir. Ötən ildə bitkiçilik məhsulları üzrə 11,3%, heyvandarlıq

    məhsulları üzrə isə 2,5% artım müşahidə edilmişdir. Bu, ilk növbədə, 2015-ci ilin “Kənd

    təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar görülən tədbirlər nəticəsində mümkün olmuşdur.

  • 27

    Qeyd edək ki, dövlət büdcəsi aqrar sektorun stimullaşdırılmasında və əlavə

    dəyərin yaradılmasında əhəmiyyətli rol oynamışdır. Belə ki, Azərbaycan Respublikası

    Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti ilə bağlı hesabata görə, 2015-ci ildə “2008-

    2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı

    təminatına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsi ilə bağlı xərclər üçün 186,2

    milyon manat, Sahibkarlığa Kömək Milli Fondu üzrə 212,9 mln. manat, “Aqrolizinq” Açıq

    Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 15,0

    milyon manat, dövlət büdcəsinin Ehtiyat Fondundan 40,0 milyon manat, Nazirlər

    Kabinetinin müvafiq sərəncamları ilə 15,58 milyon manat olmaqla, cəmi 70,58 milyon

    manat, bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə

    kənd təsərrüfatı texnikasına olan ehtiyacı ödəmək üçün Prezidentin Ehtiyat Fondundan

    Cəmiyyətə 8,0 milyon manat büdcə vəsaiti və Cəmiyyətin fəaliyyətindən əldə edilmiş

    39,4 milyon manat təkrar istifadə vəsaiti qeyd edilən tədbirlərin maliyyələşdirilməsinə

    yönəldilmiş, Dövlət İnvestisiya Proqramı çərçivəsində aqrar sektora 50,0 milyon manat

    məbləğində vəsait ayrılmışdır.

    Bunlarla yanaşı Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və

    Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə 5,0 milyon manat dövlət büdcəsindən

    vəsait ayrılmış, 10,7 milyon manat məbləğində güzəştli kreditlərin maliyyələşdirilməsi

    isə əvvəlki illərdə verilmiş kreditlərin qaytarılan hissəsi hesabına təmin edilmişdir.

    Turizm sektorunun potensialının daha geniş istifadə edilməsi əvvəlki illə

    müqayisədə bu sahənin yaratdığı əlavə dəyərin həcminin artımında da özünü

    göstərmişdir. Turizm potensialının daha rasional istifadə edilməsində ötən il ilk dəfə

    Azərbaycanda keçirilən I Avropa Oyunlarının maliyyələşdirilməsi üçün idman

    infrastrukturunun yaradılması məqsədilə dövlət büdcəsindən dövlət əsaslı vəsait

    qoyuluşu üzrə 1336,0 milyon manat vəsaitin ayrılması ciddi rol oynamışdır.

    İnformasiya və rabitə sahəsində təqdim edilən xidmətlərin 72,6%-i əhaliyə

    göstərilmişdir. Bu sektorun xidmətlərindən əldə edilən gəlirin 53,0%-i mobil rabitənin

    payına düşmüşdür.

    Tikinti sektorunda real artım tempi 10,7%, əlavə dəyərin həcmi 9089,2 mln. manat

    proqnozlaşdırılsa da faktiki olaraq 13,4%, əlavə dəyərin həcmində isə 2,4 mlrd. manat

    azalma müşahidə edilmişdir.

    Dövlət əsaslı vəsait qoyuluşu üzrə təsdiq edilmiş məbləğin hesabat ilində 72,0%

    səviyyəsində icra edilməsi tikinti sektoru üzrə əlavə dəyərin azalmasını izah edən

    səbəblərdəndir.

  • 28

    2015-ci ilin dövlət büdcəsinin layihəsi ilə təqdim edilmiş “Büdcə zərfi”nə daxil olan

    məlumatlara görə ötən il üzrə iqtisadiyyata 19800,9 mln. manat həcmində investisiya

    qoyulması proqnozlaşdırılırdı. DSK-nın verdiyi məlumatlara əsasən, 2015-ci ildə bütün

    maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 15957,0 mln. manat

    təşkil etmişdir ki, bu da proqnozlaşdırılmış məbləğin 80,6%-nə bərabərdir. Azalma

    əsasən dövlət büdcəsində nəzərdə tutulan əsaslı vəsait qoyuluşu üzrə maliyyələşmənin

    6932,8 mln. manata qarşı 4987,5 mln. manat təşkil etməsi (28,0% azalma) səbəbindən

    baş vermişdir.

    2015-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə

    mənbələrindən əsas kapitala yönəldilmiş 15957,0 milyon manatlıq vəsaitin 73,5%-i

    tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin

    61,9%-i məhsul istehsalı obyektlərinin, 31,6%-i xidmət sahələri üzrə obyektlərin, 6,5%-i

    isə ümumi sahəsi 1927,2 min m2 olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

    Qeyd edək ki, investisiyanın ÜDM-də payı Azərbaycanda 28,6% təşkil etdiyi halda,

    ölkələr üzrə dövlət statistika komitələrinin məlumatlarına görə, Rusiya Federasiyasında

    bu göstərici 2015-ci ildə 21,8%, Belarus Respublikasında 27,9%, Qazaxıstanda 25,3%,

    Türkiyə Cümhuriyyətində 16,0%, Bolqarıstanda 21,4%, Albaniyada 23,6%, Serbiyada

    16,7%, Polşada 20,0% olmuşdur.

    ÜDM-in sahə strukturu üzrə təhlilinin aparılması qeyri-neft sektoru üzrə büdcəyə

    daxilolmalarının da təhlil edilməsini zərurətə çevirir (Cədvəl 12).

    Cədvəl 12. 2014-2015-ci illərdə vergi orqanları xətti ilə təmin olunan büdcə gəlirlərinin İqtisadiyyatın əsas sahələri üzrə bölgüsü, mln. manatla

    2014 2015

    2014-cü illə müqayisədə,

    %-lə

    Neft qaz sektoru 2 807,1 2 089,9 74,5

    Qeyri-neft qaz sektoru, o cümlədən:

    4 306,5 5 028,5 116,7

    rabitə 308,8 347,2 112,4

    tikinti 897,6 823,0 91,7

    nəqliyyat 181,4 259,4 143,0

    kənd təsərrüfatı 13,1 15,8 120,6

    ticarət və xidmət 1 240,3 1 486,7 119,9

    digər sahələr* 1 665,3 2 096,4 125,9

    Yekun 7 113,6 7 118,4 100,1

    Mənbə: Vergilər Nazirliyinin məlumatları əsasında tərtib edilmişdir *Digər sahələrin açılışı verilmədiyi üçün müvafiq qayda da təhlil edilmir.

  • 29

    Nəqliyyat-logistika imkanlarının genişlənməsi səbəbindən bu sektorun qeyri-neft

    sektorunun vergi daxilolmalarında payı da artmışdır. Aqrar sektorun maliyyələşməsində

    dövlətin rolunun əhəmiyyətli şəkildə olması, yuxarıdakı təhlillərdən göründüyü kimi,

    (kənd təsərrüfatı məhsullarının istehsalçılarının torpaq vergisi istisna olmaqla, bütün

    vergilərdən azad olunması şəraitində) vergi daxilolmalarının artmasında da özünü

    göstərmişdir.

    Ölkə üzrə ticarət və xidmət sektorunun 16,9%, pərakəndə ticarət dövriyyəsinin isə

    10,9% artması müvafiq olaraq dövlət büdcəsinə qeyd edilən sektor üzrə daxilolmaların

    artımını şərtləndirmişdir.

    Monetar sektor. Mərkəzi Bankın 2015-ci il üçün “Pul və maliyyə sabitliyi

    siyasətinin əsas istiqamətləri barədə” bəyanatda pul siyasətinin əsas hədəfləri kimi

    qiymət sabitliyinin təmin edilməsi, inflyasiyanın 2-3% həddində saxlanılması, məzənnə

    siyasətinin əsas hədəfləri olaraq makroiqtisadi sabitliyin təmin edilməsi, maliyyə

    sabitliyinin və qeyri-neft iqtisadiyyatının rəqabət qabiliyyətinin qorunması müəyyən

    edilmişdir.

    DSK-nın verdiyi məlumatlara əsasən, ölkədə istehlak qiymətləri indeksi 2015-ci ilin

    yanvar-dekabr aylarında 4,0% təşkil etmişdir (Cədvəl 13). Orta illik inflyasiya 2014-cü

    ildəki 1,4%-lik nisbətdən 2,6 faiz bəndi yüksək, Beynəlxalq Valyuta Fondunun ötən ilin

    oktyabr ayında dərc etdiyi “Dünya İqtisadi İcmalı”nda20 gözlənilən 4,3%-lik nisbətdən 0,3

    faiz bəndi aşağı olmuşdur.

    Cədvəl 13. 2015-ci ildə aylar üzrə istehlak qiymətləri indeksi

    İstehlak qiymətləri indeksi

    o cümlədən:

    Ərzaq məhsulları Qeyri-ərzaq malları Pullu xidmətlər

    keçən aya

    nisbətən

    əvvəlki ilin müvafiq dövrünə nisbətən

    keçən aya nisbətən

    əvvəlki ilin müvafiq dövrünə nisbətən

    keçən aya

    nisbətən

    əvvəlki ilin müvafiq dövrünə nisbətən

    keçən aya nisbətən

    əvvəlki ilin müvafiq dövrünə nisbətən

    Yanvar 100,2 100,2 100,4 99,6 100,0 100,2 100,0 100,8

    Fevral 104,0 102,0 106,6 102,5 103,1 101,7 101,2 101,4

    Mart 100,9 102,8 101,8 103,9 100,5 102,4 100,1 101,6

    Aprel 99,8 103,1 100,5 104,6 99,5 102,6 99,1 101,5

    May 99,4 103,4 98,5 105,2 100,2 102,7 100,1 101,4

    İyun 98,9 103,5 97,3 105,5 100,0 102,8 100,0 101,3

    İyul 99,3 103,7 98,3 105,8 100,0 102,9 100,0 101,2

    Avqust 99,9 103,8 99,7 106,0 100,1 103,0 99,9 101,2

    Sentyabr 100,3 103,7 100,6 106,0 100,1 103,0 100,0 101,1

    Oktyabr 100,1 103,7 100,3 105,9 100,1 103,1 100,0 101,1

    Noyabr 100,4 103,7 100,9 105,9 100,0 103,1 100,0 101,0

    Dekabr 104,4 104,0 104,5 106,1 107,1 103,8 101,9 101,2

    Mənbə: http://www.stat.gov.az/source/myxs/

    20 http://www.imf.org/external/pubs/ft/weo/2015/02/pdf/text.pdf

    http://www.stat.gov.az/source/myxs/http://www.imf.org/external/pubs/ft/weo/2015/02/pdf/text.pdf

  • 30

    Ərzaq məhsulları üzrə əvvəlki ilin eyni dövrü ilə müqayisədə artım 6,1%-ə, qeyri-

    ərzaq məhsulları üzrə 3,8%-ə, pullu xidmətlər üzrə 1,2%-ə bərabər olmuşdur.

    Son illərdə dünyada gedən makroiqtisadi proseslərin əsas xüsusiyyətlərindən biri,

    yuxarıda da qeyd edildiyi kimi, ölkələrin milli valyutalarının ABŞ dollarına nisbətdə

    dəyərsizləşməsi olmuşdur. Ticarət tərəfdaşlarımız olan ölkələrdə (Rusiya Federasiyası,

    Türkiyə Cümhuriyyəti, Qazaxıstan, Gürcüstan və s.) də bu proseslər sürətlə getmişdir.

    Qeyd edilən proses Azərbaycanın milli valyutasına da təzyiqi artırmışdır. Eyni zamanda,

    ixracın böyük hissəsini təşkil edən neftin qiymətinin kəskin şəkildə azalması Mərkəzi

    Bankı bu istiqamətdə adekvat addımlar atmağa vadar etmişdir.

    Mərkəzi Bank məzənnə siyasətində dəyişiklik edərək ABŞ dolları və Avronun daxil

    olduğu iki valyutalı səbət mexanizminə keçməyi qərara almışdır.

    Bunun nəticəsində ötən ilin fevral ayının 21-də Azərbaycan Respublikasının

    Mərkəzi Bankının qərarı ilə ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsi 1,05

    manat nisbətində müəyyən edilmişdir. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə

    əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını

    daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə

    qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilmişdir21.

    Lakin, gedən iqtisadi proseslərin dinamikliyi, ümumi makroiqtisadi tarazlığın

    qorunması Mərkəzi Bankı növbəti addımlar atmağa sövq edirdi. Qeyri-neft sektorunda

    iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini

    sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin

    maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına

    monetar zəmin yaratmaq məqsədilə 13 iyul 2015-ci il tarixindən etibarən Mərkəzi

    Bankın uçot dərəcəsi 3,5%-dən 3,0%-ə endirilmişdir.

    Bununla belə, ilin ikinci yarısından neftin qiymətinin daha sürətlə ucuzlaşması

    Azərbaycan manatının ABŞ dollarına nisbətdə bir qədər də dəyərsizləşməsini

    şərtləndirmişdir. Mövcud makroiqtisadi şəraiti nəzərə alaraq tədiyyə balansının

    tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli

    iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank

    21 dekabr 2015-ci il tarixində "üzən məzənnə" rejiminə keçilməsi barədə qərar qəbul

    etmişdir22. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb

    21 http://www.cbar.az/releases/2015/02/21/statement-of-the-central-bank-of-the-republic-of-azerbaijan/ 22 http://www.cbar.az/releases/2015/12/21/azrbaycan-respublikas-mrkzi-banknn-byanati/

    http://www.cbar.az/releases/2015/02/21/statement-of-the-central-bank-of-the-republic-of-azerbaijan/http://www.cbar.az/releases/2015/02/21/statement-of-the-central-bank-of-the-republic-of-azerbaijan/http://www.cbar.az/releases/2015/12/21/azrbaycan-respublikas-mrkzi-banknn-byanati/

  • 31

    və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq

    formalaşacağı nəzərdə tutulur.

    Beləliklə, hesabat ilində aylar üzrə manatın məzənnəsi aşağıdakı kimi olmuş (Şəkil

    5) və Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara görə, 2015-ci ildə Azərbaycan

    manatının 1 ABS dollarına nisbətdə orta məzənnəsi 1,03 manata bərabər olmuşdur.

    Şəkil 5. 2015-ci ildə Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsi

    Mənbə: Dövlət Statistika Komitəsi, Mərkəzi Bank

    http://www.cbar.az/assets/3587/Bulleten-2016_fevral.pdf

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Sosial, iqtisadi inkişaf, 2015-ci il, yanvar-

    dekabr

    Hesabat ilində strateji valyuta ehtiyatları əvvəlki illə müqayisədə 24,1% azalaraq

    38590,8 mln. ABŞ dolları təşkil etmişdir (Cədvəl 14).

    Cədvəl 14. Strateji valyuta ehtiyatları, mln. ABŞ dolları

    2014 2015

    Əvvəlki ilə nisbətən,

    %-lə

    İllik 1-ci rüb 2-ci rüb 3-cü rüb 4-cü rüb

    DNF-nin aktivləri

    37104,1 34930,5 35783,3 34738,1 33574,1 90,5

    MB-nin valyuta ehtiyatları

    13758,3 9472,1 8520,2 7014,7 5016,7 36,5

    Cəmi 50862,4 44402,6 44303,5 41752,8 38590,8 75,9

    Mənbə: http://www.cbar.az/infoblocks/money_reserve_usd http://www.oilfund.az/az_AZ/metbuat-gusesi/cixis-ve-teqdimatlar.asp

    0,7844

    0,8605

    1,0489

    1,0503

    1,0484

    1,0481

    1,0491

    1,0486

    1,048

    1,0481

    1,0504

    1,229

    0 0,2 0,4 0,6 0,8 1 1,2 1,4

    yanvar

    fevral

    mart

    aprel

    may

    iyun

    iyul

    avqust

    sentyabr

    oktyabr

    noyabr

    dekabr

    http://www.cbar.az/assets/3587/Bulleten-2016_fevral.pdfhttp://www.cbar.az/infoblocks/money_reserve_usdhttp://www.oilfund.az/az_AZ/metbuat-gusesi/cixis-ve-teqdimatlar.asp

  • 32

    Tədiyə balansının cari əməliyyatlar balansında müsbət saldonun əhəmiyyətli

    şəkildə azalması nəticəsində milli valyutanın ABŞ dollarına nisbətdə dəyərsizləşməsi

    Mərkəzi Bankın aktivlərinin ötən ildə 63,5% azalmasına səbəb olmuşdur. 2015-ci ilin 31

    dekabr tarixinə bankın ehtiyatları 5016,7 mln. ABŞ dolları təşkil etmişdir ki, göstərilən

    valyuta ehtiyatlarının həcmi sonuncu dəfə 2009-cu ilin avqust-sentyabr aylarında (5001-

    5104 mln. ABŞ dolları) qeydə alınmışdır. Müşahidə olunan qlobal iqtisadi şərtlər strateji

    valyuta ehtiyatlarının həcminin Azərbaycanla yanaşı digər ölkələrdə də əhəmiyyətli

    şəkildə azalmasına səbəb olmuşdur (Cədvəl 15).

    Cədvəl 15. Ölkələr üzrə strateji valyuta ehtiyatlarının həcmi, mln. ABŞ dolları

    2013 2014 2015 Fərq, % (2015/2014)

    1 Rusiya Federasiyası 510500 388500 370200 95,3

    2 Azərbaycan 49030 50863 38591 75,9

    3 Qazaxıstan 95507 102481 91581 89,4

    4 Belarus Respublikası 7327 5716 4468 78,2

    5 Gürcüstan 2823 2699 2521 93,4

    6 Moldova 2820 2157 1756 81,4

    7 Qırğızıstan 2238 1957 1640 83,8

    Mənbə: Ayrı-ayrı ölkələrin Mərkəzi Banklarının rəsmi internet səhifəsi

    Valyuta ehtiyatlarının əvvəlki dövrlə müqayisədə azalmasına baxmayaraq hesabat

    ilində ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilmişdir.

    Belə ki, Mərkəzi Bankın verdiyi məlumatlara görə 2015-ci ilin sonuna strateji

    valyuta ehtiyatları 26 aylıq mal və xidmət idxalına 23 kifayət etmiş və xarici dövlət

    borcunu 5,2 dəfə üstələmişdir 24 . DNF-in aktivlərinin həcmi 2014-cü ilin sonuna

    göstərilən rəqəmlə müqayisədə 9,5% azalaraq 33574,1mln. ABŞ dollarına bərabər

    olmuşdur.

    Mərkəzi Bankın verdiyi məlumatlara görə fiziki şəxslərin əmanətlərinin həcmi ilin

    sonuna 9473,9 mln. manat təşkil etmişdir. Bu məbləğ əvvəlki illə müqayisədə 31,8%

    çoxdur. Əmanətlərin strukturunda manatla banklara yerləşdirilən pulun həcmi ötən ilin

    eyni dövrü ilə müqayisədə 68,0% azalmış, xarici valyutada olan vəsaitin həcmi isə

    əksinə 3 dəfədən çox artmışdır. Nəticədə bir il ərzində fiziki şəxslərin əmanətlərinin

    strukturunda milli valyutada saxlanan vəsaitlərin həcmi 61,5%-dən 15,0%-ə düşmüş,

    23 Bu indikatorun mahiyyəti onun ən azı 3 aylıq idxalı əvəz etməsidir. Mal və xidmətlərin idxalı bir qayda olaraq Tədiyyə Balansında öz əksini tapır. Yəni göstərici hesablanarkən yalnız gömrükdən keçərək qeydiyyata düşən əmtəələr deyil, həm də idxalda xidmətlərin həcmi əsas götürülür. Bu məlumatlar isə yalnız Tədiyə Balansında öz əksini tapır. 24 Mərkəzi Bankın Pul siyasəti icmalı, 2015-ci ilin yanvar-dekabr http://cbar.az/assets/4028/Icmal_2015__final.pdf

    http://cbar.az/assets/4028/Icmal_2015__final.pdf

  • 33

    banklara yerləşdirilmiş vəsaitlərin 85,1% xarici valyutada saxlanılmışdır. Əmanətlərin

    95,0%-i Bakı şəhərinin payına düşmüşdür.

    Mərkəzi Bankın ötən ilin yekunları üzrə hazırladığı bülletendə 2015-ci il ərzində

    geniş mənada pul kütləsinin (M3) həcmi əvvəlki illə müqayisədə 1,1% azaldığı qeyd

    edilmişdir (Cədvəl 16). Azalma banklardan kənar nağd pulun həcminin 53,0% azalması

    nəticəsində baş vermişdir.

    Cədvəl 16. Pul aqreqatları, dövrün sonuna, mln. manat

    2014 2015 Əvvəlki ilə nisbətən,

    %-lə

    M3 (Geniş mənada pul kütləsi) 21566,4 21318,6 98,9

    o cümlədən:

    M2 pul aqreqatı 17435,9 8613,1 49,4

    o cümlədən:

    M1 pul aqreqatı 12830,5 6896,8 53,8

    o cümlədən:

    M0 (Banklardan kənarda nağd pul) 10152,5 4775,9 47,0

    Manatla tələbolunanadək depozitlər 2678,0 2120,9 79,2

    Manatla müddətli depozitlər 4605,4 1716,3 37,3

    SDV-də depozitlər 4130,5 12705,5 307,6

    Mənbə: Mərkəzi Bankın statistik bülleteni, 12/2015

    Dövriyyədə olan manatın azalması devalvasiyadan sonra xarici valyutaya tələbin

    artması və inflyasiya təhdidlərinin azaldılması ilə bağlıdır. Cədvəl 18-dən göründüyü

    kimi, SDV-də depozitlərin həcmi 3 dəfədən çox artmışdır.

    Monetar sahədə əsas indikatorlardan biri pul multiplikatoru hesab edilir. Pul

    multiplikatoru iqtisadiyyatın, xüsusilə də bank sisteminin pul yaratmaq qabiliyyətini

    xarakterizə edir və geniş mənada pul kütləsinin manatla pul bazasına nisbəti kimi

    hesablanır. Mərkəzi Bankın hesablamalarında ötən ilin yekunlarına görə M3 pul

    aqreqatının pul bazasına nisbəti 1,82-dən 2,82-yədək yüksəlmiş, M2 pul aqreqatının

    manatla pul bazasına nisbəti 1,51-dən 1,25-dək azalmışdır. Pul bazasının 25 həcmi

    2014-cü ilin sonuna 11866,9 mln. manatdan, 2015-ci ilin sonuna 7560,7 mln.

    manatadək və ya 26,3%, dövriyyədə olan nağd pulun həcmi isə 50,0% azalmışdır.

    Xarici sektor. Dövlət Gömrük Komitəsinin verdiyi məlumatlara görə, xarici ticarət

    əlaqələrinin həcmi 2015-ci ildə 20645,9 mln. ABŞ dolları, o cümlədən ixrac

    əməliyyatlarının həcmi 11424,5 mln. ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 9221

    mln. ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 1 il ərzində həcmi 33,5%

    25 Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

  • 34

    azalmışdır. Lakin, xarici ticarət saldosu, son illərdə olduğu kimi, bu dəfə də müsbət

    rəqəmlə (2203,1 mln. ABŞ dolları) ifadə olunmuşdur.

    İlk olaraq qeyd edək ki, 2015-ci ilin "Büdcə zərfi"ndə tədiyə balansının idxal və

    ixrac əməliyyatlarının proqnozu ilə müqayisədə ilin sonuna fərqli rəqəmlər müşahidə

    edilmişdir. Malların ixracının proqnozlaşdırılmış həcminin 90,0%-nin neft-qaz sektoru

    üzrə nəzərdə tutulması və xam neftin qiymətinin proqnozlaşdırılmış 90 ABŞ dolları

    müqabilində orta illik qiymətinin (“Azer Light” markalı) 53,7 ABŞ dolları təşkil etməsi

    ixrac üzrə ilin sonunda icra səviyyəsinin aşağı olmasına səbəb olmuşdur.

    DSK-nın verdiyi məlumatlara əsasən, 2015-ci ildə Azərbaycan Respublikasının

    hüquqi və fiziki şəxsləri dünyanın 165 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları

    həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunmuş, 147 ölkədən idxal olunmuşdur.

    Ticarət dövriyyəsinin 9,6%-i MDB üzvü dövlətləri, 48,2%-i Avropa İttifaqı ölkələri, 42,2%-

    i isə dünyanın digər ölkələrinin payına düşmüşdür.

    2015-ci ildə ixracın həcmi əvvəlki illə müqayisədə 47,6% azalmışdır (Cədvəl 17).

    İxracın 86,0%-ni xam neft, neft məhsulları və təbii qaz təşkil etmiş, qeyri-neft ixracı

    14,0%-ə bərabər olmuşdur (2014-cü ildə 8%). Qeyri-neft ixracının payının əvvəlki illə

    müqayisədə artması neft və neft məhsulları üzrə ixracın azalması nəticəsində baş

    vermişdir.

    Cədvəl 17. İxracda əsas məhsullar, mln. ABŞ dolları

    N Əsas ixrac məhsulları 2014 2015 ümumi ixraca

    nisbətən, %-lə

    əvvəlki ilin ixracına

    nisbətən, %-lə

    1 Xam neft 18404,9 8866,2 77,6 48,2

    2 Neft məhsulları 1365 751,9 6,6 55,1

    3 Təbii qaz 304,7 200,7 1,8 65,9

    4 Meyvə-tərəvəz 291,1 311,9 2,7 107,1

    5 Çay 31,2 19,5 0,2 62,5

    6 Bitki və heyvan mənşəli piylər və yağlar 190,3 153,3 1,3 80,6

    7 Şəkər 221,2 212,1 1,9 95,9

    8 Spirtli və spirtsiz içkilər 31,8 25,8 0,2 81,1

    9 Kimya sənayesi məhsulları 76,1 79,9 0,7 105,0

    10 Plastmassa və onlardan hazırlanan məmulatlar

    156,9 112,5 1,0 71,7

    11 Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri

    24,1 12,2 0,1 50,6

    12 Qara metallar və onlardan hazırlanan məmulatlar

    43,9 34,9 0,3 79,5

    13 Alüminium və ondan hazırlanan məmulatlar

    86,8 86,1 0,8 99,2

    14 Digərləri 600,3 557,3 4,9 92,8

    Cəmi 21828,3 11424,3 100,0 52,3

    Mənbə: Dövlət Gömrük Komitəsi

    http://customs.gov.az/

  • 35

    Cədvəldən göründüyü kimi, qeyri-neft məhsullarının ixracı 1605,5 mln. ABŞ dolları

    həcmində olmuşdur. Bu məbləğin 772,6 mln. ABŞ dolları və ya qeyri-neft ixracının

    48,1%-ni meyvə-tərəvəz, çay, bitki və heyvan mənşəli piylər və yağlar, spirtli və spirtsiz

    içkilər təşkil etmişdir.

    Neft hasilatının 2011-ci ildən başlayaraq hər il əvvəlki illə müqayisədə azalması və

    neftin dünya bazarlarında qiymətinin 2014-cü illə müqayisədə 2015-ci ildə aşağı olması

    xam neft üzrə ixracın 51,8%, neft məhsulları üzrə 44,9% azalmasını şərtləndirmişdir.

    İdxalın həcmi üzrə bir qədər artım müşahidə edilmişdir. Yeyinti məhsulları üzrə

    7,8%, tütün məhsulları üzrə 25,5% azalma olsa da, bir sıra məhsulların idxal dəyəri

    yüksək olmuşdur (Cədvəl 18) .

    DGK-nın məlumatlarına əsaslansaq, idxalın 13,8%-i və ya 1277,1 mln. ABŞ dolları

    yeyinti məhsulları, tütün və tütün məmulatlarının payına düşmüşdür.

    Cədvəl 18. İdxalda əsas məhsullar, mln. ABŞ dolları

    Əsas idxal məhsulları 2014 2015 ümumi idxala

    nisbətən, %-lə

    əvvəlki ilin idxalına

    nisbətən, %-lə

    1 Yeyinti məhsulları 1062,6 979,5 10,6 92,2

    O cümlədən:

    Ət 19,5 19,9 102,1

    Süd 7,5 5,8 77,3

    Kərə yağı 25,1 22,4 89,2

    Meyvə-tərəvəz 25,2 58,0 230,2

    Buğda 293,9 296,8 101,0

    Bitki və heyvan mənşəli piylər və yağlar 88,1 83,8 95,1

    Şəkər 205,3 124,5 60,6

    2 Tütün və tütün məmulatları 399,4 297,6 3,2 74,5

    3 Sement 106,6 29,5 0,3 27,7

    4 Neft məhsulları 286,7 138,7 1,5 48,4

    5 Əczaçılıq məhsulları 225,9 270,7 2,9 119,8

    6 Plastmassa və onlardan hazırlanan məmulatlar

    241,6 204,8 2,2 84,8

    7 Oduncaq və ondan hazırlanan məmulatlar

    128,9 229,8 2,5 178,3

    8 Qara metallar və onlardan hazırlanan məmulatlar

    1015,6 1586,8 17,2 156,2

    9 Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri

    2583,4 2465,3 26,7 95,4

    10 Nəqliyyat vasitələri və onları