12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 225 (29490) 30 oktyabr 2020-ci il, cümə Azərbaycan Ordusunun zəfər yürüşü davam edir! Prezidentin Mətbuat Xidmətinin məlumatı Azərbaycan Respublikasının Prezi- denti İlham Əliyev oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, tərəqqi və xoşbəxtlik arzularını ifadə edib. Prezident İlham Əliyev Türkiyə Prezi- dentinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə daim göstərdiyi siyasi dəstəyi bir daha yüksək qiymətləndirərək, dost və qardaş Azərbaycan və Türkiyə xalqlarının bundan sonra da bir- birinin yanında olacağına əminliyini bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qardaş Azərbaycan xalqına salam- larını və ən xoş arzularını çatdırıb, dost və qardaş xalqlarımızın hər zaman bir-birinin yanında olacağını vurğulayıb. Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib. İlham ƏLİYEV: Döyüş meydanında baş verənlər Ermənistan üçün ciddi siqnal olmalıdır ...Dövlət başçımızın bundan əvvəlki müsahibələrinin hamısını həyəcanla oxuyurduq. Bu həyəcanı jurnalistin suallarına Prezidentin verdiyi cavabların məzmunu ya- radırdı. Rusiyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “İnterfaks”a verilən müsahibəni isə təkcə maraq və həyəcanla deyil, həm də, heyrətlə oxudum. Müsahibəyə televiziya ilə baxanda bu heyrəti hiss etməmişdim. Mən bu müsahibədə İlham Əliyevin timsalında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, əxlaqımızın, davranışımızın ən ali nümunəsini gördüm. Bu müsahibə sübut etdi ki, Azərbaycan Silah- lı Qüvvələrinin Ali Baş Koman- danı, Prezident İlham Əliyev, sözün həqiqi mənasında, ulu əcdadlarımıza xas uzaqgörənliyin və müdiikliyin daşıyıcısıdır. Dövlət başçımız bu müsahibəsində sü- but etdi ki, biz regionda kiminləsə düşmən olmaq istəmirik, kimisə gələcək nəsillərimizə, övladlarımıza düşmən kimi saxlamaq istəmirik. Ona görə də “Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır”. 20 Yanvar, Qarakənd, Xoca- lı faciələrini törətmiş, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərimizin 20 faizini otuz ilə qədər işğalda saxlamış, həmin ərazilərdəki təbii sərvətlərimizi qarət eləmiş, bütün mədəni-tarixi abidələrimizi vəhşicəsinə məhv etmiş ermənilərə... gələcək ni- catın vəd edilməsi... bunu türk müdrikləri bacarardı, bu mərhəməti azərbaycanlı liderin ədalətli ürəyindən gözləmək olardı. Prezident xatırlatdı ki, bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasındakı həm üçtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq müsbət nəticələrini verir. Bizim üçtərəfli formatımız mövcuddur. Düşünürəm ki, gün gələcək, biz ar- tıq dördtərəfli formatda da fəaliyyət göstərəcəyik. Bu, həm tarixi, həm iqtisadi, həm nəqliyyat, həm geo- siyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından təbii olacaq. Buna görə Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Fikrimizcə, liderin bu bu qətiyyəti təkcə regiondakı sülhə və əmin-amanlığa xidmət etmir, həm də gələcək inkişafın, tərəqqinin qayğısına qalmaqdır. Ancaq hələlik, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, beynəlxalq aləmdəki ikili standartların yabanı bitkilər for- masında Qafqaza uzanan tağları kəsilməli, bölgədə haqq-ədalət bərqərar edilməlidir. Azərbaycan Prezidenti və Silahlı Qüvvələrimiz bu gün məhz bölgədə haqq-ədalətin bərqərar olmasına xidmət edir və bu istiqamətdə qar- şıya qoyulan məqsədlərə çatmaq üzrəyik. Dövlət başçımız Rusiya mətbuatı vasitəsilə bütün dostları- mıza və bədxahlarımıza səsləndi ki, döyüş meydanında Ermənistanı məğlub etməyimiz, hər halda, ciddi siqnal olmalıdır ki, daha onlar imi- tasiya fəaliyyəti apara, bizi, Minsk qrupunun həmsədrlərini aldada, mahiyyət etibarilə məsələnin konk- ret müzakirəsindən yaxa qurtara bilməzlər: “Danışıqlar prosesinə gəldikdə isə, son bir il ərzində, hətta bir ildən də çox müddətdə praktiki olaraq bu proses aparılmayıb... Axı, bu prinsiplər göydən düşməyib. Bu prinsiplər Minsk qrupu tərəfindən, onun həmsədrləri tərəfindən təklif edilmiş və münaqişə tərəfləri onları razılaşdırmışdılar”. Prezident İlham Əliyev bu dəfə də təkrar etdi ki, Azərbaycan baza prinsiplərinə əsasən sadiqdir. Xatırladaq ki, bu prinsiplərin birinci bəndi Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad edilməsi barədə idi. Lakin hazırda beş rayondan dördü bilavasitə Azərbaycan Ordusu tərəfindən, demək olar ki, azad edilib. Belə çıxır ki, minimum baza prinsipləri ya aktual deyil, ya da onlara müəyyən düzəliş edilməsinə ehtiyac var: “ Birinci mərhələdə beş rayon, Kəlbəcər və Laçın rayonları ikinci mərhələdə. Sonra isə artıq azərbaycanlıların Dağlıq Qarabağ ərazisinə qaytarılması. Prinsip etibarilə, bütün məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayta- rılması. Buna görə də biz birinci mərhələni praktiki olaraq başa çatdırmışıq. Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal hazırda işğal altında olan Laçın, Kəlbəcər rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq. Beləliklə, biz müəyyən dərəcədə vasitəçilərin də işlərini asanlaşdıracağıq. Ona görə ki, mühüm bəndlərdən biri artıq həyata keçiriləcək və bizim hansısa ikinci mərhələni gözləməyimiz lazım olmayacaq”. “İnterfaks”ın əməkdaşı xatırlatdı ki, Prezident Putin Minsk qrupunun formatına yenidən baxılmasının mümkünlüyünü istisna etməyib. Azərbaycan Prezidentinin bu xatırlatmaya münasibəti isə təkcə Moskvaya deyil, bütün həmsədrlərə aid idi: “Axı, hər bir struktur, necə adlanmasından, kimlərdən ibarət olmasından asılı olmayaraq, əgər qarşısına qoyulmuş məsələni yerinə yetirmirsə, özünün səmərəsiz olduğunu etiraf etməlidir. Axı, qarşıya qoyulmuş vəzifə yerinə yetirilməyib. Hərçənd, mən özümün bəzi müsahibələrimdə demişəm ki, Minsk qrupu tərəfindən nizamla- maya yönəlmiş cəhdləri tamamilə inkar edə bilmərəm. Ona görə ki, hər halda baza prinsipləri Minsk qrupu tərəfindən işlənib hazırlan- mışdı. Onlar işləyirdilər, variantlar təklif edirdilər. Təkliflərin bəziləri ilə biz razılaşmırdıq, bəziləri ilə erməni tərəfi razılaşmırdı. Yəni, bu proses Paşinyan Ermənistanda hakimiyyətə gələnədək davam etdi. Lakin səmərəlilik, nəticəlilik baxımından, əlbəttə, Minsk qrupu özünü doğrult- madı. Mən həmsədrlərin fəaliyyətini nəzərdə tuturam”. (ardı 2-ci səhifədə) Prezident İlham Əliyev Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə təbrik edib Prezident İlham Əliyev rəsmi “Twitter” səhifəsində 29 Oktyabr – Türkiyənin Cümhuriyyət Bayramı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Türkiyə Cümhuriyyət Bayramı. Bir millət, iki dövlət. Qardaş Türkiyə xalqını təbrik edirik!” AZƏRTAC Birinci vitse-prezident Mehriban Əliyeva qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik edib AZƏRTAC xəbər verir ki, paylaşımda deyi- lir: “Qardaş Türkiyə xalqını 29 Oktyabr – Res- publika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır. Bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri bağlayır. Bizim uğurlarımıza və qələbələrimizə sizin necə sevindiyinizin şahidiyik. Bizim dərdimizə necə şərik oldu- ğunuzu görürük. Bütün bunlar Azərbaycan ilə Türkiyə Respublikası arasında birliyin, dostluğun, səmimiyyətin möhkəmliyini göstərir. Qoy xalqlarımızın dostluğu və qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Tanrı xalqlarımızı qorusun!”. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Respublika Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. R usiya, ABŞ və Fransa prezidentləri bəyanatlarla çıxış ediblər, özü də dəfələrlə. Onlar aydın şəkildə deyirdilər ki, status-kvo qəbuledilməzdir. Yaxşı, biz bunu alqışladıq. Yadımdadır, bu, bizdə bəyənildi və mən də bunu şərh etdim. Bəs sonra nə oldu? Sonra bu tezisdən tədricən uzaqlaşmağa başladılar... Buna görə bir daha deyirəm, münaqişəni tezliklə həll etmək üçün – hələ gec deyil – sank- siyalar lazımdır. Düşünürəm ki, həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər. Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibədən Çoxdan oxuduğum ibrətamiz bir materialın indi – Azərbaycanın Vətən müharibəsinin davam etdiyi bir zamanda, Prezident İlham Əliyevin rusiyalı jurnalistin suallarına verdiyi cavabları oxuyarkən yadıma düşməsi təsadüfi deyil. Əhvalat belə olub: Bir nəfər böyük loğ- man İbni-Sinadan (Avropada Avitsenna kimi tanınır) soruşur ki, valideynin övlad qarşısındakı vacib borc- ları nədən ibarətdir? Böyük loğman cavab verir: “Ən mühüm doqquz borc vardır – uşağı sağlam böyütmək, tərbiyə vermək, təhsil vermək, normal ailə qurmasına şərait yaratmaq, cəmiyyətdə layiqli yer tutmasını təmin etmək...və səkkiz borcu sayandan sonra deyir ki, bütün bunları yüksək səviyyədə yerinə yetirib, doqquzuncu borca əməl etməsən, zəhmətin hədər gedəcək”. Sual verən maraqlanır ki, o, hansı borcdur: “Dünyadan gedəndə övlada düşmən qoyub getməmək” – deyə, loğman cavab verir.

Azərbaycan Ordusunun zəfər yürüşü davam edir!xalqqazeti.com/pdf/xalq 30 oct OPT.pdfAzərbaycan Ordusunun zəfər yürüşü davam edir! Prezidentin Mətbuat Xidmətinin məlumatı

  • Upload
    others

  • View
    11

  • Download
    0

Embed Size (px)

Citation preview

  • TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

    Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 225 (29490) 30 oktyabr 2020-ci il, cümə

    Azərbaycan Ordusunun zəfər yürüşü davam edir!

    Prezidentin Mətbuat Xidmətinin məlumatı

    Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

    Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, tərəqqi və xoşbəxtlik arzularını ifadə edib.

    Prezident İlham Əliyev Türkiyə Prezi-dentinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə daim göstərdiyi siyasi dəstəyi bir daha yüksək

    qiymətləndirərək, dost və qardaş Azərbaycan və Türkiyə xalqlarının bundan sonra da bir-birinin yanında olacağına əminliyini bildirib.

    Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qardaş Azərbaycan xalqına salam-larını və ən xoş arzularını çatdırıb, dost və qardaş xalqlarımızın hər zaman bir-birinin yanında olacağını vurğulayıb.

    Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

    İlham ƏLİYEV: Döyüş meydanında baş verənlər Ermənistan üçün ciddi siqnal olmalıdır

    ...Dövlət başçımızın bundan əvvəlki müsahibələrinin hamısını həyəcanla oxuyurduq. Bu həyəcanı jurnalistin suallarına Prezidentin verdiyi cavabların məzmunu ya-radırdı. Rusiyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “İnterfaks”a verilən müsahibəni isə təkcə maraq və həyəcanla deyil, həm də, heyrətlə oxudum. Müsahibəyə televiziya ilə baxanda bu heyrəti hiss etməmişdim.

    Mən bu müsahibədə İlham Əliyevin timsalında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, əxlaqımızın, davranışımızın ən ali nümunəsini gördüm. Bu müsahibə sübut etdi ki, Azərbaycan Silah-lı Qüvvələrinin Ali Baş Koman-danı, Prezident İlham Əliyev, sözün həqiqi mənasında, ulu əcdadlarımıza xas uzaqgörənliyin və müdiikliyin daşıyıcısıdır. Dövlət başçımız bu müsahibəsində sü-but etdi ki, biz regionda kiminləsə düşmən olmaq istəmirik, kimisə gələcək nəsillərimizə, övladlarımıza düşmən kimi saxlamaq istəmirik. Ona görə də “Ermənistan bundan

    sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır”.

    20 Yanvar, Qarakənd, Xoca-lı faciələrini törətmiş, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərimizin 20 faizini otuz ilə qədər işğalda saxlamış, həmin ərazilərdəki təbii sərvətlərimizi qarət eləmiş, bütün mədəni-tarixi abidələrimizi vəhşicəsinə məhv etmiş ermənilərə... gələcək ni-catın vəd edilməsi... bunu türk müdrikləri bacarardı, bu mərhəməti azərbaycanlı liderin ədalətli ürəyindən gözləmək olardı.

    Prezident xatırlatdı ki, bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasındakı həm üçtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq müsbət nəticələrini verir. Bizim üçtərəfli formatımız mövcuddur. Düşünürəm ki, gün gələcək, biz ar-tıq dördtərəfli formatda da fəaliyyət göstərəcəyik. Bu, həm tarixi, həm iqtisadi, həm nəqliyyat, həm geo-siyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından təbii olacaq. Buna görə Ermənistan bundan sonra da

    Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Fikrimizcə, liderin bu bu qətiyyəti təkcə regiondakı sülhə və əmin-amanlığa xidmət etmir, həm də gələcək inkişafın, tərəqqinin qayğısına qalmaqdır. Ancaq hələlik, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, beynəlxalq aləmdəki ikili standartların yabanı bitkilər for-masında Qafqaza uzanan tağları kəsilməli, bölgədə haqq-ədalət bərqərar edilməlidir.

    Azərbaycan Prezidenti və Silahlı Qüvvələrimiz bu gün məhz bölgədə haqq-ədalətin bərqərar olmasına xidmət edir və bu istiqamətdə qar-şıya qoyulan məqsədlərə çatmaq üzrəyik. Dövlət başçımız Rusiya mətbuatı vasitəsilə bütün dostları-mıza və bədxahlarımıza səsləndi ki, döyüş meydanında Ermənistanı məğlub etməyimiz, hər halda, ciddi siqnal olmalıdır ki, daha onlar imi-tasiya fəaliyyəti apara, bizi, Minsk qrupunun həmsədrlərini aldada, mahiyyət etibarilə məsələnin konk-ret müzakirəsindən yaxa qurtara bilməzlər: “Danışıqlar prosesinə gəldikdə isə, son bir il ərzində, hətta bir ildən də çox müddətdə praktiki olaraq bu proses aparılmayıb... Axı, bu prinsiplər göydən düşməyib. Bu prinsiplər Minsk qrupu tərəfindən, onun həmsədrləri tərəfindən təklif edilmiş və münaqişə tərəfləri onları razılaşdırmışdılar”.

    Prezident İlham Əliyev bu dəfə də təkrar etdi ki, Azərbaycan baza prinsiplərinə əsasən sadiqdir. Xatırladaq ki, bu prinsiplərin birinci bəndi Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad edilməsi barədə idi. Lakin hazırda beş rayondan dördü bilavasitə Azərbaycan Ordusu tərəfindən, demək olar ki, azad edilib. Belə çıxır ki, minimum baza prinsipləri ya aktual deyil, ya da onlara müəyyən düzəliş edilməsinə ehtiyac var: “ Birinci mərhələdə beş rayon, Kəlbəcər və Laçın rayonları ikinci mərhələdə. Sonra isə artıq azərbaycanlıların Dağlıq Qarabağ

    ərazisinə qaytarılması. Prinsip etibarilə, bütün məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayta-rılması. Buna görə də biz birinci mərhələni praktiki olaraq başa çatdırmışıq. Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal hazırda işğal altında olan Laçın, Kəlbəcər rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq. Beləliklə, biz müəyyən dərəcədə vasitəçilərin də işlərini asanlaşdıracağıq. Ona görə ki, mühüm bəndlərdən biri artıq həyata keçiriləcək və bizim hansısa ikinci mərhələni gözləməyimiz lazım olmayacaq”.

    “İnterfaks”ın əməkdaşı xatırlatdı ki, Prezident Putin Minsk qrupunun formatına yenidən baxılmasının mümkünlüyünü istisna etməyib. Azərbaycan Prezidentinin bu xatırlatmaya münasibəti isə təkcə Moskvaya deyil, bütün həmsədrlərə aid idi: “Axı, hər bir struktur, necə adlanmasından, kimlərdən ibarət olmasından asılı olmayaraq, əgər qarşısına qoyulmuş məsələni yerinə yetirmirsə, özünün səmərəsiz olduğunu etiraf etməlidir. Axı, qarşıya qoyulmuş vəzifə yerinə yetirilməyib. Hərçənd, mən özümün bəzi müsahibələrimdə demişəm ki, Minsk qrupu tərəfindən nizamla-maya yönəlmiş cəhdləri tamamilə inkar edə bilmərəm. Ona görə ki, hər halda baza prinsipləri Minsk qrupu tərəfindən işlənib hazırlan-mışdı. Onlar işləyirdilər, variantlar təklif edirdilər. Təkliflərin bəziləri ilə biz razılaşmırdıq, bəziləri ilə erməni tərəfi razılaşmırdı. Yəni, bu proses Paşinyan Ermənistanda hakimiyyətə gələnədək davam etdi. Lakin səmərəlilik, nəticəlilik baxımından, əlbəttə, Minsk qrupu özünü doğrult-madı. Mən həmsədrlərin fəaliyyətini nəzərdə tuturam”.

    (ardı 2-ci səhifədə)

    Prezident İlham Əliyev Türkiyə xalqını Cümhuriyyət

    Bayramı münasibətilə təbrik edib

    Prezident İlham Əliyev rəsmi “Twitter” səhifəsində 29 Oktyabr – Türkiyənin Cümhuriyyət Bayramı ilə bağlı paylaşım edib.

    Paylaşımda deyilir: “Türkiyə Cümhuriyyət

    Bayramı. Bir millət, iki dövlət. Qardaş Türkiyə xalqını təbrik edirik!”

    AZƏRTAC

    Birinci vitse-prezident Mehriban Əliyeva qardaş Türkiyə xalqını 29 Oktyabr –

    Respublika Günü münasibətilə təbrik edib

    AZƏRTAC xəbər verir ki, paylaşımda deyi-lir: “Qardaş Türkiyə xalqını 29 Oktyabr – Res-publika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi

    yeri vardır. Bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri bağlayır. Bizim uğurlarımıza və qələbələrimizə sizin necə sevindiyinizin şahidiyik. Bizim dərdimizə necə şərik oldu-ğunuzu görürük. Bütün bunlar Azərbaycan ilə Türkiyə Respublikası arasında birliyin, dostluğun, səmimiyyətin möhkəmliyini göstərir. Qoy xalqlarımızın dostluğu və qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Tanrı xalqlarımızı qorusun!”.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Respublika Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

    Rusiya, ABŞ və Fransa prezidentləri bəyanatlarla çıxış ediblər, özü də dəfələrlə. Onlar aydın şəkildə deyirdilər ki, status-kvo qəbuledilməzdir. Yaxşı, biz bunu alqışladıq. Yadımdadır, bu, bizdə bəyənildi və mən də bunu şərh etdim. Bəs sonra nə oldu? Sonra bu tezisdən tədricən uzaqlaşmağa başladılar... Buna görə bir daha deyirəm, münaqişəni tezliklə həll etmək üçün – hələ gec deyil – sank-siyalar lazımdır. Düşünürəm ki, həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər.

    Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə

    verdiyi müsahibədən

    Çoxdan oxuduğum ibrətamiz bir materialın indi – Azərbaycanın Vətən müharibəsinin davam etdiyi bir zamanda, Prezident İlham Əliyevin rusiyalı jurnalistin suallarına verdiyi cavabları oxuyarkən yadıma düşməsi təsadüfi deyil. Əhvalat belə olub: Bir nəfər böyük loğ-man İbni-Sinadan (Avropada Avitsenna kimi tanınır) soruşur ki, valideynin övlad qarşısındakı vacib borc-ları nədən ibarətdir? Böyük loğman cavab verir: “Ən mühüm doqquz borc vardır – uşağı sağlam böyütmək, tərbiyə vermək, təhsil vermək, normal ailə qurmasına şərait yaratmaq, cəmiyyətdə layiqli yer tutmasını təmin etmək...və səkkiz borcu sayandan sonra deyir ki, bütün bunları yüksək səviyyədə yerinə yetirib, doqquzuncu borca əməl etməsən, zəhmətin hədər gedəcək”. Sual verən maraqlanır ki, o, hansı borcdur: “Dünyadan gedəndə övlada düşmən qoyub getməmək” – deyə, loğman cavab verir.

  • 30 oktyabr 2020-ci il, cümə2İlham ƏLİYEV: Döyüş meydanında baş verənlər

    Ermənistan üçün ciddi siqnal olmalıdır(əvvəli 1-ci səhifədə)

    Doğrudan da, burada düşündürücü məqamlar çoxdur. Belə ki, Minsk qru-punun həmsədrləri tutaq ki, Danimarka, Gürcüstan, Misir və ya başqa ölkələr ol-saydı, onda həmin qurumun rəhbərliyinin kəsərsiz qərarlarına dözmək olardı. Çünki o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şura-sının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur.

    Prezident xatırlatdı ki, praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır: “Fikrimcə, Prezident Putin bu barədə danışanda yəqin ki, o da bunları nəzərdə tuturdu”.

    Yeri gəlmişkən, son zamanlar ekspert

    və mətbuat təmsilçiləri bu fikirdədirlər ki, Ermənistan – Azərbaycan, Dağlıq Qara-bağ münaqişəsini həlli üçün 2+2 formu-lunun yaradılması vacibdir. “İnterfaks”ın müxbiri də bu ideyanın perspektivindən danışarkən əlavə etdi ki, 2+2 dedikdə, Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya nəzərdə tutulur.

    Azərbaycan Prezidentinin bu məsələyə münasibəti kifayət qədər sadə şəkildə ifadə olundu. Dövlət başçımız qeyd etdi ki, həm Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə sıx qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı əməkdaşlıq potensialı var. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Türkiyə və Rusi-ya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar: “Biz Türkiyə ilə Rusiyanın ya-xınlaşmasını həmişə alqışlamışıq. Hesab

    edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Erməni separatizminin və ekstremizminin bizdən ötrü – təkcə bizdən ötrü deyil, regiondan ötrü – əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yol-la nizamlanmasını sürətləndirə bilərdi”.

    Jurnalistin Ermənistana tətbiq edilə biləcək sanksiyaların nədən ibarət olacağı barədə sualının cavabı da ma-raqla gözlənilirdi. Elə maraqlı da oldu. Prezident dedi ki, Ermənistana tətbiq ediləcək sanksiyalar bu ölkəni BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etməlidir: “Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Axı, beynəlxalq hüquq baxımından təxminən eyni hadisə baş verib. Küvey-

    tin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işğal edilmişdi, hərbi cinayətlər törədilmişdi, etnik təmizləmə aparılmışdı. Yalnız dünya birliyinin vaxtında reaksiya verməsi nəticəsində bu işğal dayandırıldı, özü də qısa vaxt-da… Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi”.

    Dövlət başçımız sonda qətiyyətlə xatırlatdı ki, işğalçı ölkə öz irticaçı möv-qeyini uzun müddət davam etdirə bilməz: “Ermənistan buraya onsuz da hamıdan sonra gəlib və erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb”.

    İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

    Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında

    Azərbaycan Respublikasının QanunuAzərbaycan Respublikasının Milli Məclisi

    Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən qərara alır:

    Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi

    dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılsın.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 27 oktyabr 2020-ci il

    Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında

    Azərbaycan Respublikasının QanunuAzərbaycan Respublikasının Milli Məclisi

    Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:

    Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində)

    Səfirliyi təsis edilsin.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 sentyabr 2020-ci il

    “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların

    qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə

    Azərbaycan Respublikasının QanunuAzərbaycan Respublikasının Milli Məclisi

    Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tuta-raq qərara alır:

    Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Aşqabad şəhərində keçirilmiş 2019-cu il 31 may tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorun-

    ması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Saziş Azərbaycan Respubli-kasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 sentyabr 2020-ci il

    2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında

    Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Kons-

    titusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Preziden-tinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqın-da” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

    1. 2020/2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilsin:Abasov Hüseynağa Hüsaməddin oğluAbbaslı Aliyə Fariz qızıAbbaszadə Nuray Xasay qızıAbdullayev Hüseyn Yaşar oğluAbdullayev Vüsal ƏliyeviçAbdullayeva Şəfa Cəsarət qızıAbuzərli Rəna Nazim qızıAğakişiyev Məhəmməd Rəsul oğluAğazadə Pərvanə Fayiq qızıAlışzadə Röyalə İlqar qızıAllahverdiyev Nüsrət Ramil oğluAtakişiyev Əlosman Seymur oğluBabayeva Fidan Namiq qızıBağırov Siyavuş Mehdi oğluBaxışova Şəbnəm Sakit qızı

    Bayramlı Elçin Rövşən oğluBəşirova Aişə Həbib qızıBulud Uğur Seyran oğluBürcəliyev Səbuhi Məlikəjdər oğluCabbarlı Nərmin Sidqi qızıCəfərova Aytən Musa qızıÇələbiyev Ayxan Elxan oğluDadaşeva Aysel Etibar qızıDünyamalıyev Zeynal Hafiz oğluƏhmədova Fatimə Rza qızıƏhmədzadə Davud Raci oğluƏhmədzadə Elmir Asif oğluƏliyev Həsənbala Fuad oğluƏliyev Tərlan Mehman oğluƏliyev Yusif Hüseyn oğluƏliyeva Fəzilə Samir qızıƏliyeva Fidan Faiq qızıƏmirova Aytac Rakif qızıƏsədli Şəfa Zahir qızıƏsgərli Zeynəb Ramil qızıƏsgərova Şənay Zaur qızıƏzimli Xətai Xanoğlan oğluƏzimzadə Rüstəm Eyvaz oğluƏzizov Məhəmməd Mehman oğluHacıyeva Röya Rauf qızıHəsənov Nəriman Pərviz oğluHəsənova Zümrüd RaciyevnaHüseynquliyev İlham Əlövsət oğluHüseynli Elxan Namiq oğluHüseynli Pərizad Nizami qızıHüseynov Fərid Mehman oğluHüseynov İsmayıl Kamil oğlu

    Hüseynov Səbuhi Ramiq oğluHüseynov Ümid Şövqi oğluHüseynova Nuranə Rafiq qızıXəlilov Cavidan Mayıl oğluİbrahimov Rafiq Elşən oğluİlyaslı İlyas Zöhrab oğluİsmayılov Elmir Fuad oğluİsmayılov Famil Zaur oğluİsmayılov Rüfət Rəşad oğluİsmayılzadə Əhməd Səlim oğluİsmayılzadə Mirənvər Nail oğluİsparova Ləman Rizvan qızıİsrafilov Araz Rəfael oğluKazımova Nəzrin Adil qızıKərimli Aydan Cəsarət qızıKərimli Əziz İlham oğluQadiyeva Günay Telman qızıQallacov Məhəmməd Şamil oğluQarayev Mətin Vüqar oğluQardaşəliyeva İlahə Şahgül qızıQuliyeva Günel İlqar qızıQuliyeva Sücahət Taleh qızıQuluyev Əli Həsən oğluLalayev Fərid Cəmil oğluMəlikov Anar Şaiq oğluMəmmədov Elvin Vəli oğluMəmmədova Aytac Səxavət qızıMəmmədova Məhin Kamran qızıMəmmədzadə Azadə Zaur qızıMəsimov İsmayıl Cahangir oğluMikayıl Zadə Aslan Samir oğluMiraləm Nərgiz Elşad qızı

    Muxtərov Əli Natiq oğluMuradov Oruc Vaqif oğluMustafazadə Murad Nadir oğluNamazov Rəvan Əbülfət oğluNəbili Oktay Sübhi oğluNəzərov Aqil Elnur oğluNuri Nahid Natiq oğluOrucov Əlövsət Əli oğluOrucova Balaqız Anar qızıPaşayeva Səba Gəray qızıPeşəkərova Pərvanə Səday qızıRamazanlı Azər Maarif oğluRəfiyeva Nəzrin Bənamil qızıRzalı Cəmilə Tərlan qızıSalamova Hədiqə Vüqar qızıSayılov Allahverdi Pənah oğluŞahbazzadə Zərifə Şəhriyar qızıŞərifova Mahirə Vahid qızıTağıyev Cavidan Ayaz oğluTərişli Fidan Əfqan qızıVəliyeva Kifayət Vüqar qızıYusifova Aynur İsaxan qızıYusifzadə Cəvahir Əfəndi qızı.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının

    PrezidentiBakı şəhəri, 29 oktyabr 2020-ci il

    Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında

    Azərbaycan Respublikası Prezidentinin FərmanıErmənistan Respublikası silahlı

    qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silah-lı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikası-nın bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatları davam etməkdədir.

    İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə, Azərbaycan Respublikası Konstitusiya-sının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılsın.

    2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etsin və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etsin.

    3. Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Res-publikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirsinlər.

    4. Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılsın:

    4.1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

    4.2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

    4.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

    4.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

    4.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

    4.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

    4.7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiya-lar Nazirliyi;

    4.8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

    4.9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

    4.10. müvafiq yerli icra hakimiyyəti orqanları.

    5. Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumla-rının) nümayəndələri cəlb oluna bilər.

    6. Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə aşağıda-kı vəzifələrin yerinə yetirilməsini təşkil etsinlər:

    6.1. mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunika-siya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarları-nın, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;

    6.2. ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;

    6.3. aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inven-tarlaşdırılması və mühafizəsi;

    6.4. kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılma-sı, saxlanılması və mühafizəsi;

    6.5. aşkar edilmiş sənədlərin uço-tunun aparılması və sonrakı təhlil üçün mühafizəsi;

    6.6. hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi.

    7. Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə yetirsinlər:

    7.1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi

    üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi;

    7.2. Azərbaycan Respublikası-nın Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması;

    7.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi;

    7.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə infrast-ruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi;

    7.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi;

    7.6. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologi-yalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması;

    7.7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoq-rafiya və xəritəçəkmə işlərinin aparıl-ması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi;

    7.8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi.

    8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respub-likasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsu-

    si rejiminin tətbiqini təmin etsinlər.9. Azərbaycan Respublikasının

    Nəqliyyat, Rabitə və Yüksək Texnologi-yalar Nazirliyi və Azərbaycan Respub-likasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının rabitə ilə təmin olunmasını təşkil etsinlər.

    10. Azərbaycan Respublikası-nın Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsinin və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görsünlər.

    11. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublika-sı Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurum-larının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirsinlər.

    12. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geo-informasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqan-larının (qurumlarının) sorğuları əsasında onlara təqdim etsin.

    13. Azərbaycan Respublikası Pre-zidentinin Administrasiyası müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirsin.

    14. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

    15. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının

    PrezidentiBakı şəhəri, 29 oktyabr 2020-ci il

    Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında

    Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının

    109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Kuba Respublikasın-da (Havana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki

    təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;1.2. bu Sərəncamdan irəli gələn digər

    məsələləri həll etsin.2. Azərbaycan Respublikasının Xarici İşlər

    Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 29 oktyabr 2020-ci il

    Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri

    haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

    Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusiyasının

    109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq qərara alıram:

    Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

    1.1. 3.2.3-cü yarımbəndin sonunda nöqtə

    işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşa-ğıdakı məzmunda 3.2.4-cü yarımbənd əlavə edilsin:

    “3.2.4. müvafiq ərazidə təşkil olunmuş bələdiyyələr cəlb edilməklə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarının hazırlanmasını təmin edir.”;

    1.2. 4.2.3-cü yarımbəndə “proqramlarının” sözündən sonra “, o cümlədən müvafiq ərazidə təşkil olunmuş bələdiyyələr cəlb edilməklə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarının” sözləri əlavə edilsin.

    2. Azərbaycan Respublikasının İqtisadiy-yat Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarına dair metodiki göstərişin üç ay müddətində hazırlanmasını və yerli icra hakimiyyəti orqanlarına göndərilməsini, habelə ehtiyac olduqda, bununla bağlı təşkilati dəstəyi təmin etsin.

    3. Müəyyən edilsin ki, yerli icra hakimiyyəti orqanları tərəfindən kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarının hazırlanması və təsdiq olunması şəhər inzibati ərazi vahidlərinə münasibətdə 2021-ci ildən, digər inzibati ərazi vahidlərinə münasibətdə isə 2022-ci ildən etibarən həyata keçirilir.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 29 oktyabr 2020-ci il

    Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ

    olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında

    Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusiyasının 109-

    cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172; 2012, № 2, maddə 68, № 5, maddə 426, № 9, maddə 851, № 12, maddə 1248; 2013, № 9, maddə 1063; 2014, № 9, maddə 1033; 2016, № 2 (II kitab), maddə 236; 2017, № 3, maddə 383, № 10, maddə 1782, № 11, maddə 2022; 2018, № 5, maddə 971; 2019, № 3, maddə 395; 2020, № 1, maddə 12) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

    1. 2-ci hissəyə “dövlət orqanlarının,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin yarat-dığı publik hüquqi şəxslərin,” sözləri əlavə edilsin.

    2. Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

    “2.1-1. Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin idarəetmə orqanla-rının rəhbərləri (üzvləri);”.

    3. Aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

    “4-1. Azərbaycan Dövlət İnformasiya Agent-liyinin (AZƏRTAC-ın) baş redaktorları, redaksiya müdirləri, baş müxbirləri, böyük fotomüxbirləri, xarici ölkələrdə çalışan müxbirləri.”.

    4. 5.3-cü bəndə “işçiləri” sözündən sonra “və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) xarici ölkələrdə çalışan müxbirləri” sözləri əlavə edilsin.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 29 oktyabr 2020-ci il

  • 30 oktyabr 2020-ci il, cümə 3

    Ermənistan cəbhədə silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycanın müharibə gedən ərazilərindən kənar kəndlərdə, insanların sıx cəmləşdiyi şəhərlərdə dinc əhaliyə qarşı törətdiyi qanlı terror əməllərindən əl çəkmir. Gəncə və Bərdənin mərkəzi hissələrində, habelə digər rayonlarımızda insanlığa sığma-yan belə vəhşi hərəkətlər faşist erməni xislətindən, Azərbaycana qarşı kin-küdurətdən, təcavüzkar siyasətdən xəbər verir.

    Düşmən tərəf Dağlıq Qarabağ münaqişəsi başlayandan mülki azərbaycanlılara qarşı çoxsaylı terror aktları həyata keçirib. Vurğu-ladığımız kimi, hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşa-dığı, hərəkət etdiyi məntəqələrdə terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub.

    İşğalçı dövlətin dinc insanları, evləri, mülki obyektləri məqsədli şəkildə atəşə tutması beynəlxalq

    hüququn əsas normalarına, o cümlədən, beynəlxalq humanitar hüquq və Cenevrə konvensiya-larına məhəl qoymamasını açıq-aydın göstərir. Təəssüf ki, nüfuzlu beynəlxalq təşkilatlar, əksər dövlətlər tərəfindən bu vəhşilik torpaqlarımızın işğalı məsələsində olduğu kimi, susqunluqla qarşılanır, laqeydlik göstərilir.

    Əslində biz düşmənin 30 il ərzində bu cür qeyri-insa-ni əməllərinin dəfələrlə şahidi olmuşuq. Belə hallarda nə vaxt indi haqdan-ədalətdən dəm vuran ölkələr səslərini çıxarıb-lar?! Bəkə onlar erməni cəlladları tərəfindən azərbaycanlıların Qərbi Azərbaycanda, Dağlıq Qarabağda və ətraf bölgələrdəki dədə-baba yurdlarından didərgin salınanda, Ermənistanın BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç biri yerinə yetirilməyəndə, işğalçı ölkənin baş naziri Nikol Paşinyan mənfur əməlləri ilə dəfələrlə sülh danışıq-ları pozulanda, Dağlıq Qarabağda

    “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsinin müzakirəsi aparılanda haqq səslərini ucaldıblar?! Bəlkə nə vaxtsa Ermənistana vandal, barbar hərəkətlərinə görə sank-siyalar tədbiq etmək təşəbbüsü göstəriblər?! Heç vaxt, heç vədə!

    Prezident İlham Əliyev Ru-siyanın İnterfaks agentliyinə müsahibəsində də bu barədə ətraflı danışıb. Bildirib ki, Küveytin beynəlxalq aləmdə tanınmış ərazisi

    İraq tərəfindən işğal ediləndə, hərbi cinayətlər törədiləndə, etnik təmizləmə aparılanda qəsbkara qaşı sanksiyalar tətbiq edildi: “Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sank-siyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Çox ehtimal ki, belə bir mövqeyə üstünlük verilirdi – təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxla-yaq”.

    Amma Ermənistan rəhbərliyi özü terrorçu, işğalçı ola-ola ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin digər dövlətlərə Azərbaycanın cinayətkar olması barədə, necə deyərlər, utanıb-qızarmadan uydur-malar, həqiqətdən uzaq yalanlar söyləyib. Bununla da qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də ol-sun hörmət etmədiyini təsdiqləyib.

    Burada ən təəccüblü və təəssüf

    doğuran bir də odur ki, erməni ordusu Azərbaycandan Avropaya uzanan neft və qaz kəmərlərimizi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini raket zərbələri ilə üz-üzə qoyanda belə Avropa susub, səsini çıxarma-yıb. Amma, şübhəsiz ki, düşmən anlayır ki, belə bir fitnəkar hərəkətə yol verərsə, bu cür dəhşətli terroru reallaşdırarsa, əməlləri cavabsız qalmayacaq...

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində jurnalistin “Erməni tərəfi tez-tez Azərbaycanın müxtəlif enerji infrastrukturunu– Mingəçeviri, qaz kəmərlərini, neft kəmərlərini atəşə tuturdu. Ümumiyyətlə, Siz necə hesab edirsiniz, bu, Azərbaycan neftinin və qazının dünya bazarına çatdırıl-ması üçün müəyyən risklər yarada bilərmi?”-sualına cavabında da bu barədə deyib: “Əgər onlar vəd etdiklərini reallaşdıra bilsələr, konk-

    ret olaraq, Səngəçal terminalını və ya bizim neft və qaz kəmərlərimizi bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı olacaq. İndiki halda düşünürəm ki, onları qınayacaqlar, çünki bu neft və qaz əsasən avro-palı istehlakçılara lazımdır. Sirr de-yil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avro-pa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır və yaradacaq”.

    Dövlətimizin başçısı sözünə əlavə edərək bildirib ki, bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına ödəyirlər. Ona görə də neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş verərsə, Ermənistan, şübhəsiz ki, ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Lakin bu da onları dayandırmır. Axı onlar Bakı-Novorossiysk neft kəmərini bombalamağa cəhd göstərmişdilər. Bu neft kəməri Azərbaycan ilə Rusiyanı bağlayır: “Həmin Rusi-yanı ki, Ermənistan ondan həmişə

    hansısa xüsusi münasibətlər tələb edir, əvəzində heç nə vermədən. Heç nə. Əsla. İstər tarixi baxımdan, istər beynəlxalq arenada dəstək mənasında. Əlbəttə, indi Sorosun komandasından başqa bir əməl gözləmək çətindir. Buna görə də Mingəçeviri, elektrik stansi-yasını bombalamağın məqsədi Azərbaycanın enerji sistemini dağıtmaqdır. Bu, əlbəttə, müəyyən dərəcədə təsir göstərər, lakin biz artıq şaxələnmiş enerji təchizatı şəbəkəsi, yeni elektrik stansiya-larını yaratmışıq. Ona görə də bu, məhz erməni tərəfin yırtıcı mahiyyətini göstərir”.

    Prezident İlham Əliyev müsahibəsində bu gün Azərbaycanın neft-qaz, eləcə də digər infrastrukturunun etibarlı şəkildə qorunduğunu, indiyədək bu öbyektlərə yönləndirilən raketlərin çoxunun elə havada məhv edildiyi-ni diqqətə çatdırıb.

    Burada bir məqamı da xa-tırlatmaq istərdik. Ermənistanın Azərbaycanın müharibə gedən

    ərazilərindən kənar kəndlərdə, vətəndaşların sıx cəmləşdiyi şəhərlərdə dinc əhaliyə qarşı törətdiyi qanlı terror təxribatı, yaşanan faciələr, insan itkiləri insanlarımızı sındırmır, xalqımızı, ordumuzu haqq, ədalət savaşın-dan çəkindirmir. Azərbaycan xalqı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və ordumuzun ətrafında getdikcə sıx birləşir, hər gün verilən qələbə xəbərləri insanlarda yüksək ovqat yaradır, mübarizə əzmini artırır. Düşmən özü də tamamilə dar-madağın olacağını, Azərbaycan Ordusunun mərhəmətinə möhtac qalacağı günə çox az qaldığını yaxşı bilir.

    Ermənistan dərk edir ki, Azərbaycana yönələn bu mənfur əməllərinin qarşılığında cəbhədə, torpaqlarımızın azadlığı uğu-runda aparılan savaşda əvəzsiz qalmır, yüz qat artıq cavab alır. Çünki Silahlı Qüvvələrimizin güc-qüdrətinə yaxşı bələddir. Bilir ki, bu gün cəbhədə əldə ediyi-miz qələbələrin əsasını son 17 il ərzində qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyev ordumu-zun güclənməsinə daim önəm verib, ən müasir döyüş texnikasının alınmasını gerçəkləşdirib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Məhz bütün bunların nəticəsidir ki, sentyabrın 27-dən¬Azərbaycanın əks-həmlə əməliyyatları ilə müharibəyə baş-ladığı gündən ötən bir ay ərzində ordumuz möhtəşəm uğurlara imza atıb, döyüş meydanında öz üstün-lüyünü dəfələrlə sübut edib.

    Prezident İlham Əliyev Ru-siyanın İnterfaks agentliyinə müsahibəsində indiki müharibəni hərbi-siyasi nizamlanma baxı-mından dəyərləndirərkən bildirib ki, işğal edilən ərazilərimizin xeyli hissəsi ötən bir ay ərzində azad olunub. Silahlı Qüvvələrimiz erməni tərəfinin təqribən 30 il ərzində işğal

    olunan torpaqlarda yaratdığı bir neçə müdafiə xəttini, mühəndis qurğularını şücaətlə dağıdıb, ərazilərimizin xeyli hissəsini yağı tapdağından xilas edib. Bu isə Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsinin əbəs deyilmədiyini təsdiqləyib.

    Dövlətimizin başçısı sözünə da-vam edərək deyib: “Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın apa-rıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib. Biz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, Xocavənd rayonunun bir hissəsini azad etmişik. Azərbaycan Ordu-sunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi davam edir”.

    Azərbaycan Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi hazırda davam edir. Döyüşlərin başlandı-ğı gündən ötən müddət ərzində Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın bu münaqişənin nizamlanmasının hərbi mərhələdən siyasi mərhələyə keçməsini istədiyini bildirib: “Lakin təəssüf ki, erməni tərəfi atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, bizim azad etdiyimiz əraziləri yenidən işğal etməyə cəhd göstərərək qarşıdurmanı davam etməyə doğru yönəldir. Buna görə sizin sualınıza bir daha cavab verirəm - hərbi-siyasi nizamla-ma yeganə mümkün yoldur. Biz istərdik ki, hərbi faza danışıqlar masası arxasında başa çatsın, Azərbaycan ərazilərinin bundan sonra da işğaldan azad olunması məsələləri həll edilsin”.

    Vaqif BAYRAMOV, “Xalq qəzeti”

    Azərbaycan və Türkiyənin Xarici İşlər nazirləri arasında telefon danışığı olub

    Oktyabrın 29-da Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon söhbəti zamanı nazir Ceyhun Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb, qardaş Türkiyəyə davamlı sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.

    Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

    Ermənistan tərəfindən

    azərbaycanlı mülki şəxslərin xaincəsinə hədəfə alınma-sı və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz oldu-

    ğu, bu cinayətlərə görə cavabdeh şəxslərin ədalət məhkəməsi qarşı-sında cavab verməsinin zəruriliyi vurğulanıb.

    AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 430 Bakı şəhəri, 29 oktyabr 2020-ci il

    Xüsusi karantin rejimi dövründə Azərbaycan Respub-likasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə

    “Sanitariya-epidemioloji salamat-lıq haqqında” Azərbaycan Respub-likası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, pro-filaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

    1. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublika-sında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə pro-

    sesinin distant (məsafədən) formada təşkili təmin edilsin.

    2. Müəyyən edilsin ki, bu Qərarın qüvvədə olduğu müddətdə sani-tar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemio-logiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikası-nın Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani for-mada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

    3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərarın 2-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində

    təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müva-fiq qərarlar qəbul edə bilərlər.

    4. Azərbaycan Respublika-sının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.

    5. Bu Qərar 2020-ci il dekabrın 1-dək qüvvədədir.

    Əli ƏSƏDOV Azərbaycan Respublikasının

    Baş Naziri

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Hörmətli cənab Prezident!Biz, Özbəkistanın qadın şairləri bu

    günlərdə Azərbaycanda baş verən hərbi əməliyyatlarla əlaqədar Sizə müraciət edir və həyatını itirən insanlarla əlaqədar baş-sağlığı veririk.

    Biz bilirik ki, Azərbaycan 30 ildir Ermənistanın işğalı altında olan torpaqla-rını azad etmək və BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı aparır. Tarixdən bizə yaxşı məlumdur ki, Qarabağ diyarı daim türk yurdu olub, bütün tarixi mənbələr, sənədlər, abidələr bu faktı bir daha təsdiq edir.

    Necə ola bilər ki, Qarabağda 80 min nəfərə yaxın olan ermənilərin hüquqları, onların gələcək taleyi hamını maraqlandırır, amma bu diyarın əbədi sakinləri olan, etnik təmizləmə nəticəsində öz torpaqlarından qovulan bir milyondan çox azərbaycanlının nə dünənki, nə bugünkü, nə də gələcək həyatı heç kimi maraqlandırmır və bu haqda danışan yoxdur.

    Biz bu dünyada ədalətin, beynəlxalq hüququn olmamasının son zamanlar bir daha görməkdəyik. Kim o torpaqlardan qo-vulan insanların 27 il çəkdikləri əziyyətlərin, məşəqqətlərin əvəzini qaytaracaq?

    Biz işğaldan azad edilən Cəbrayıl rayonunun görüntülərini izləyəndə məyus olduq və dəhşətə gəldik. Bura tamamilə xarabazara – bütün infrastrukturu dağılmış bir əraziyə çevrilib. Bu rayon böyük İpək Yolunun üzərində yerləşib və buradakı tarixi Xudafərin körpüsü əsrlərlə xalqlarımız ara-sında mədəni, ticarət bağlantısı olub. Bu gün bütün dünya bilməlidir ki, ermənilər heç bir hüquqa hörmət qoymayaraq Dağlıq Qarabağ bölgəsinin ətrafında ondan ərazi cəhətdən daha böyük olan 7 rayonu zəbt edib və bunu sərsəmcəsinə təhlükəsizlik zonası adlandırır, bu əraziləri 27 ildir işğal altında saxlayırlar. Halbuki, bu rayonların əhalisinin 97 faizi yerli azərbaycanlılardır. Bu, hansı qanuna, məntiqə və beynəlxalq hüquqa sığır? Bu danışıqlar dözümlü, sülhsevər Azərbaycan xalqı tərəfindən 27 ildir ki, aparılır və hamı-mız onun nəticəsini yaxşı gördük.

    Müharibə dünən və bu gün bütün

    dəhşətləri ilə Azərbaycan torpağın-da getməkdədir. Şəhərləri dağılan da, ərazisində ağır texnika hərəkət edən də və sabahları güllə səsləri ilə açan da Azərbaycandır. Ermənistan ərazisində bir güllə belə atılmır, qanlar tökülmür. Ona görə də işğalçı tərəf bu gün belə arxayın və riyakarcasına dinc əhaliyə raket zərbəsi endirməkdə davam edir.

    Atəşkəs müqaviləsi imzalanandan sonra döyüşlərin getdiyi ərazidən 100 kilometr məsafədə yerləşən, dahi Nizami Gəncəvinin vətəni və böyük mədəniyyət beşiyi olan Gəncənin dinc əhalisini gecə saat 2-də raket atəşinə tutmaq bizləri çox sarsıtdı və hiddətləndirdi. Xocalıda tökülən o qanlardan, uşaqların, anaların fəryadından doymayan canilər dinc Gəncəni də vurdular. Bu, sivil dünyada qəbulolunmaz hadisə və bəşəri cinayətdir.

    Hesab edirik ki, işğal bitməli, doğ-ma yurdlarından qovulmuş, etnik təmizləmə, soyqırımına məruz qalmış dinc azərbaycanlılar öz torpaqlarına qayıtmalı-dırlar. Biz isə öz aramızda bu cür ideyalara, başqalarının torpaqları hesabına öz ərazisini böyütməyə, xalqları zülm və iztirablara məhkum edənlərə “dur” deyirik. Hamımız ar-tıq yaxşı görürük ki, bu cür haqsızlığın axırı nə ilə bitir. 30 ildir davam edən bu münaqişə regiona, xalqlara nə qədər zərbə vurdu, yüz minlərlə insanın həyatını, arzularını məhv etdi.

    Biz qadın şairlər olaraq bu imkandan istifadə edib bütün dünya analarına, qabaq-cıl təfəkkürlü insanlara buradan müraciət edirik. Biz analar daim sülh istəyirik və istəməliyik. Amma davamlı və əbədi sülh. Bu sülhü yurd yerləri, evləri, abidələri, qəbirlərimizin düşmən tapdağı altında ol-ması, özümüzün isə köçkün kimi həsrətdən çürüyərək məhv olmağımız hesabına deyil, azad, ədalətli və beynəlxalq hüququn, ərazi bütünlüyünün təmin edildiyi şərtlərlə istəyirik.

    Biz də türk ellərinin, türk dünyasının hər bir ziyalısı, vətəndaşı, füqarası olaraq haqqın, ədalətin və bunu özünün əsas qayəsi hesab edən Sizlərin, Azərbaycanın yanındayıq.

    Biz bu gündən qarabağlıyıq! Ürəyimiz daim Sizinlə, Azərbaycanla döyünür. Vətən

    əmanətdir, Vətən anadır, ana isə bizlərdə müqəddəsdir.

    Hörmətli cənab Prezident, torpaqları-nızın son qarışınadək azadlığı uğrunda mübarizədə Tanrı Sizə və bütün ədalət carçı-larına yar olsun! Qarabağ Azərbaycandır və nida işarəsi!

    Dərin hörmət və ehtiramla,Dilbar Heydərova – şairə,

    Özbəkistan Yazıçılar Birliyinin üzvü, Gülbahor Ashurova – professor, şairə,

    Dildora Hasanova – jurnalist, Özbəkistan Dövlət Televiziyasının “Mənbələr

    danışanda” verilişinin baş redaktoru və aparıcısı, Uktamoy Xaldarova – şairə, tərcüməçi,

    Gulnora Shininova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,

    Kutlibeka Rəhimboeva – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,

    Şərifə Səlimova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,

    Zülfiyə Muminova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,

    Nəzirə Salomova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,

    Sayora Tuyçiyeva – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,

    Hulkar Hamroeva – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,

    Zebo Mirzəyeva – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,

    Zəhra Həsənova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,

    Faroqat Xudoyqulova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,

    Güljamol Əsgərova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,

    Zilola Xocaniyozova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,

    Mahfuza Imomova – şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü,

    Şaxlo Qasımova – şairə, tərcüməçi, Xamrogul Ashurova – şairə,

    Mavjuda Rajabova – şairə

    Özbəkistan Respublikası, Daşkənd şəhəri.

    Mən indi də eyni mövqedəyəm, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    Biz haqlıyıq, biz zəfər çalacağıq!

    Erməni separatizmi və ekstremizmi region üçün əsas təhlükə mənbəyidir

  • Prezident İlham Əliyev özü-nü “ədalətli və balanslı” şüarları ilə reklam edən və hadisələrin neytral işıqlandırılmasında maraqlı olduğunu iddia edən “Fox News Channel”ə müsahibəsində bir sıra maraqlı məqamlara toxun-du. Əlbəttə, Qarabağ münaqişəsi ətrafındakı son vəziyyətin geniş auditoriyaya çatdırılması ba-xımından olduqca əhəmiyyətli olan bu müsahibədə ölkə başçısı Azərbaycanın milli maraqlarının konkret məqamlarını da açıq-ladı, xarici auditoriyanı narahat edən məsələlərə də aydınlıq gətirdi. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin amerikalı jurnalistin suallarına məntiqli və düşünülmüş cavabları ictimaiyyətdə böyük rəğbət hissi ilə qarşılandı. Belə ki, müsahibə zamanı amerikalı jurnalist dövlət başçımıza Qarabağda döyüşlərin ölkə daxilində sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındır-maq üçün istifadə etmək barədə fərziyyələr irəli sürməyə çalışması diqqətdən yayınmadı. Prezident İlham Əliyev bu fərziyyələrin qətiyyən həqiqətə uyğun olma-dığını bildirdi: “Xeyr, xeyr, bu, tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkəniz və ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir”. Dövlət başçısı jurnalistə bu rəqəmi ABŞ ilə müqayisə etməyi məsləhət gördü.

    Heç kimə sirr deyil ki, Qərb jurnalistləri müsahibələrində bəzən özlərini ittihamçı kimi aparırlar. Prezident İlham Əliyev oktyab-rın 26-da xalqa müraciətində bu məsələyə öz münasibətini bildirdi. “Sual vermir, bizi ittiham edir, elə bil prokurordur”, – deyən ölkə başçısı əlavə etdi ki, bütün illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. “Azərbaycan xalqı görür ki, xarici mətbuatın bütün suallarına necə lazımdır, cavab verirəm. Susurlar. Çünki cavab verə bilmirlər. Heç vaxt onların səviyyələrinə düşmürəm. Sual ver-

    mir, bizi ittiham edir, elə bil proku-rordur. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür və ondan istifadə edirlər. Mən onlarla mülayim tərzdə danışıram, amma bilirlər ki, istənilən formada danışa bilərəm”, – deyə Prezident bildirdi.

    Təbii ki, müxbirin Azərbaycan üçün bir sıra prinsipial məsələlər barədə ya tam yanlış, ya da məqsədyönlü şəkildə təhrif olun-muş düşüncədə olması müm-kündür. Hətta, onu qeyd etmək lazımdır ki, jurnalistin sualları bir çox məsələlərdə erməni audito-riyasının baxışlarına uyğun idi. Ancaq Prezident İlham Əliyevin qərəzli suallara təmkinlə və ətraflı cavab verməsi xarici auditoriya-da bir sıra prinsipal məsələlərdə Azərbaycan həqiqətləri barədə dolğun rəy yaranmasına şərait yaratdı. Prezident İlham Əliyev

    müsahibəsində Azərbaycanda yoxsulluq səviyyəsinin 5 faiz olduğunu vurğualayaraq bildirdi ki, Azərbaycanın ciddi sosial prob-lemi yoxdur: “COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə maliyyə dəstəyi, humanitar dəstək göstərmişik. İqtisadiyyatımız sabit-dir, davamlıdır”.

    Bundan başqa, dövlət başçı-sı amerikalı jurnalistin diqqətinə çatdırdı ki, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. “Bu, qar-şı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındır-mağa ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir”, – deyən Prezident İlham Əliyev xatırlatdı

    ki, Ermənistanın baş naziri Nikol Paşinyan iki sabiq prezidenti təqib edir. Bununla da ölkə başçısı xarici auditoriyanın diqqətinə çatdırdı ki, özünü “demokrat” kimi təqdim etməyə can atan N.Paşinyan vaxtilə siyasi rəqibləri olan şəxslərdən qisas almağa çalışır.

    Müxbirin hökumətdə və korpo-rativ strukturlarda ailə idarəçiliyi və korrupsiya ilə bağlı sualına ölkə başçısının cavabı birmənalı oldu.

    Qərb dairələri, eləcə də xarici KİV Qərb ölkələrində korrupsiya haq-qında danışmağa ehtiyat edirlər. Halbuki, korrupsiya bəşəri prob-lemdir və dünyanın ən denokratik ölkələrində belə, korrupsiya var. Ölkə başçısı amerikalı jurnalistin bu sualına tutarlı cavab verdi: “Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrup-siya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bu-nunla mübarizə aparırıq”. Bununla yanaşı, Prezident İlham Əliyev amerikalı jurnalistin bütün prinsipial məqamlar barədə Azərbaycanın siyasətini təfsilatlı şəkildə ortaya

    qoyması ilə də diqqəti çəkdi. Belə ki, ölkə başçısı jurnalistin ailə idarəçiliyi barədə sualına Qərb auditoriyasını da maraqlandıracaq açıqlama verdi: “Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən

    fərqlənmir”. Bundan sonra müxbirin onların hamısının demokratik və şəffaf şəkildə seçildiyini qeydinə İlham Əliyev “Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş” cavabını verdi.

    Prezident İlham Əliyev ordu-muzda muzdluların döyüşməsi iddi-alarına da sərt reaksiya göstərdi. “Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər”, – deyən ölkə başçısı amerikalı jurnalistin diqqətinə çatdırdı ki, o, sübutlar, dəlillər tələb etdi və hələ də tələb edir. Dövlət başçısı müharibənin

    başlandığı gündən bu yana nə Rusiya, nə də Fransa tərəfindən Azərbaycana heç bir dəlil və ya sübut təqdim olunmadığını xüsusilə vurğuladı. Prezident İlham Əliyev müsahibəsində bir daha bildirdi ki, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur: “Mən elə bu barədə danışı-ram. Nizami orduda 100 min əsgər, üstəgəl, bir neçə gün ərzində biz, bəlkə də, bundan üç dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl,

    müasir avadanlıq”. Ölkə başçısı bunun, sadəcə,

    Azərbaycanın nüfuzuna xələl gətirmək və döyüş meydanın-da əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbər olduğunu xarici auditoriyanın diqqətinə çatdırdı.

    Amerikalı jurnalistin sualla-rından belə görünürdü ki, Dağlıq Qarabağ müharibəsi barədə yanlış məlumatları var. Yoxsa “1994-cü ildə Siz müharibədə məğlub oldunuz. İndi 2020-ci ildə isə Siz müharibədə qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz” sualını verməzdi. Dövlət başçısı jurnalistin bu naşı sualına çox tutarlı cavab verdi və birinci Qarabağ müharibəsində ermənilərə xarici qüvvələrin kömək

    etdiyini vurğuladı. “Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq”, – deyən Prezident İlham Əliyev xüsusilə bildirdi ki, Azərbaycan döyüşü uduzmuşdu və bu da obyektiv səbəblər üzündən olmuşdu. Dövlət başçısı diqqətə çatdırdı ki, birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermiş-di.

    “Biz müharibəyə başlamamı-şıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik”, – deyən ölkə baş-çısı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini hər bir ölkənin özünümüdafiə hüququnu təmin etdiyini xatırlatdı, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad etdiyini açıqladı. Prezident İlham Əliyev dünya ermənilərinə, eləcə də ermənilər üçün “narahat” olan Qərb auditoriyasına da mühüm mesaj göndərdi: “Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalaca-ğıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar”.

    Prezident İlham Əliyev ABŞ-ın “Fox News Channel” teleka-nalına müsahibəsində bir sıra həqiqətləri də xarici auditoriya-nın diqqətinə çatdırdı. Dövlət başçısı bildirdi ki, Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır. “Mən əvvəl də demişəm ki, biz bilirik, ölkələrin daxili siyasəti var və erməni lobbi təşkilatları fəaliyyət göstərirlər. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hisslər, xoş məramın digər ifadəsi, – bunlar fərqlidir – ailədə nahar yeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır!”

    Əlbəttə, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatla-rının “Fox News” televiziya kanalı əməkdaşının suallarına təmkinlə verdiyi cavablar Azərbaycan ictimaiyyətində qürur hissi yarat-maqla yanaşı, rəşadətli ordumuzun xilaskarlıq missiyası barədə xarici auditoriyada zəruri təsəvvürün formalaşmasına öz müsbət təsirini göstərdi.

    Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

    Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir

    Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur

    İkinci məqam: BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi məlum qətnamələrdən və cəbhədə atəşkəs elan edildikdən sonra həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev dəfələrlə demişdilər ki, biz Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status verməyə hazırıq. Yəni ərazisinin 20 faizi işğal edilmiş ölkə regi-onda sülhə nail olmaq üçün heç bir ölkənin etməyəcəyi güzəştə hazır idi. Bu fürsəti gah Ermənistana rəhbərlik edənlər qiymətləndirə bilmədilər, gah da onların havadarları həmin prosesə mane oldular. Əksinə, Ermənistan rəhbərliyi “yeni torpaqlar üçün yeni müharibə”yə hazırlaşdı.

    Bir neçə gün qabaq – oktyabrın 22-də həm biz, həm də dünya ictimaiyyəti bu məzmunda olan ən doğru, ən obyektiv və ədalətli yanaşmanı eşitdik. Belə ki, Yapo-niyanın “Nikkei” qəzetinə müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağa hansısa statusun verilməsi barədə sualı cavablandırarkən əlli milyonluq azərbaycanlıların hamısının ürək sözlərini dilə gətirdi: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq... Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. On-

    ların müstəqil Ermənistan dövləti var... Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt!”

    Üçüncü məqam: Başdanxarab Ni-kol Paşinyan başda olmaqla, ermənilər və onların havadarları cidd-cəhdlə çalı-şırlar ki, Azərbaycanın böyük dövlətlərlə münasibətləri pozulsun və bizim beynəlxalq aləmdəki nüfuzumuza xələl gətirilsin. Okt-yabrın 25-də Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev jurnalistin qərəzli sualını cavablandırarkən sübut etdi ki, bizim böyük dövlətlərlə olan dostluq və tərəfdaşlığımıza heç kəs mane ola bilməz:

    “ Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdəyik.. Bizim gündəliyimizdə enerji təhlükəsizliyi kimi mühüm məsələ var.

    Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı marşrutlarını şaxələndirmək səylərini həmişə dəstəkləmişdir. Ameri-ka Birləşmiş Ştatlarının güclü dəstəyi ilə biz önəmli layihələri tamamlaya bilmişik. Azərbaycan və Amerika Birləşmiş Ştatları-nın çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır”.

    Sonda, rəşadətli Azərbaycan Ordusunun qələbə xəbərləri münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Silahlı qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qalan torpaqlarımızın da tezliklə işğaldan azad ediləcəyinə inanıram. Allah ordumuzu və komandanımızı qorusun! Qarabağ Azərbaycandır!

    İsgəndər NAMAZOV, YAP Binəqədi rayon təşkilatı

    Siyasi Şurasının üzvü

    – Fazil müəllim, Prezident İlham Əliyev xalqa müraciətində beynəlxalq qurum-ları, xüsusən, ATƏT-in Minsk qrupunun həmsədrlərini sərt tənqid etdi. Sizcə, bundan sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinin bir əhəmiyyəti varmı?

    – Hesab edirəm ki, onsuz da ATƏT-in Minsk qrupunun bu illər ərzində fəaliyyətinin heç bir mənası olmayıb. Onu mənasızlaşdıran Azərbaycan dövləti, Ali Baş Komandan və rəşadətli ordumuz oldu. Yəni, artıq ATƏT-in

    Minsk qrupu adlanan ermənipərəst, onların maraqlarını güdən, erməniləri ayaqda tutan, dünya reallığını beynəlxalq hüquqdan ayıra-raq tamamilə yeni bir fantaziya açan bir qu-rum fəaliyyət göstərmək perspektivinə malik deyil. Bunlar, sadəcə, son çırpıntılarını edir və Azərbaycana da hər hansı bir arqumentli sənəd və ya mövqe təqdim edə bilmirlər. Yığışırlar və guya, hansısa bir qətnamə qəbul edirlər. Guya, BMT Təhlükəsizlik Şurası-nın iclasını keçirirlər. Onların toplantısında istənilən ölkənin nümayəndəsi soruşa bilər ki, 27 il əvvəl qəbul etdiyiniz 4 qətnamədən nə xəbər var? Məgər bu qətnamələr icra olun-dumu ki, siz yeni qətnamə qəbul edirsiniz? Dünyada nə baş verdi? Hansı münaqişəni tənzimlədiniz ki, yeni qətnamə qəbul etmək fikrinə düşmüsünüz?

    Bəli, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyə başlanılıb. Bunu Azərbaycan edir. Özləri yerinə yetirə bilmədikləri qətnamələri indi Azərbaycan, onun Prezidenti icra edir. Heç olmasa, imkan verin, yardım edin, sizin qəbul etdiyiniz qətnamələri sona qədər icra edək. İmkan ve-rin, ölkəyə barış gəlsin. Ona görə də ATƏT-in Minsk qrupu mahiyyətcə Azərbaycana hər hansı bir şərti, mövqeyi, ideyanı diktə edəcək gücə sahib deyil. Böyük, güclü dövlət olanda

    nə olar ki? Onlar da ortaya reallığı əks etdirən sənəd qoymalıdırlar.

    – Dövlət başçısı elə həmin müraciətində qeyd etdi ki, “böyük beşlik” dövlətlər digər dövlətlərə təzyiq göstərirlər ki, Azərbaycanın əleyhinə qətnamələr qəbul etsinlər. Məqsəd nədir?

    – Azərbaycanın əleyhinə qətnamələr və bəyanatlar yayılmasında məqsəd,

    təbii ki, ölkəmizin mövqeyini zəiflətmək, eyni zamanda, Ermənistanı xilas etməkdir. Beynəlxalq ictimaiyyətə də bəllidir ki, hazırda Ermənistan çökmüş vəziyyətdədir.

    Artıq erməni yalanı, erməni mifi dağılıb. Təsəvvür edin, 30 ildir ki, Dağlıq Qarabağ savaşından söhbət gedir, amma bundan 3 dəfə artıq ərazini girov saxlayırlar. Nə vaxta qədər Ermənistana himayədarlıq edib bu ölkəni dünyanın başına bəla edəcəklər? Ona görə də bu məsələdə dövlətimizin başçısı bir vacib məqama toxundu. Dünya sanki bunlardan ibarətdir. Dünyanın reallıqları var və bu real-lıqları heç cür dəyişmək mümkün deyil. Əgər ermənilərə muxtariyyət vermək istəyirlərsə, buyursunlar öz ölkələrində versinlər. Sual olunur, məgər Amerikada, Fransada erməni muxtariyyəti var? Bu nə cəfəng, mənasız bir təklifdir? İllərdir ölkəmizə qarşı təzyiqlər göstərilir ki, erməni xalqına muxtariyyət ve-rin. Hansı xalqdan söhbət gedir? Ermənilərə bir dəfə muxtariyyət verilib və Azərbaycan ərazilərində özlərinə dövlət yaradıblar. İkinci dəfə də muxtariyyət verib daha bir erməni dövləti də yaradılsınmı? Bu, çox mənasız və əhəmiyyətsiz bir tələbdir. Hesab edirəm ki, heç kim bu barədə Azərbaycana təzyiq göstərə bilməz.

    – Bütün bunlardan sonra indiyədək ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsində hazırlanan prinsiplər öz mahiyyətini saxlaya bilərmi?

    – Əlbəttə yox. Bundan sonra artıq yeni reallıqlar meydana gəlib. Dövlət başçısı da qəti olaraq bildirdi ki, bundan sonra Dağ-lıq Qarabağda hər hansı bir referendum keçirilməyəcək. Ermənilərə təklif oluna bilər ki, Xankəndidə, Şuşada məhəllə yaradı-lıb. Gəlin, bu məhəllədə yaşayın. Onların Azərbaycanda yaşayan azsaylı xalqlardan nəyi artıqdır? Niyə onlara muxtariyyət verilməlidir? Ona görə də kimliyindən asılı olmayaraq, hər bir kəs dövlət başçımızın ətrafında daha sıx birləşməli, həmrəylik nümayiş etdirməli və Ali Baş Komandanın başladığı bu mübarizəni qələbə ilə başa çatdırmasına nail olmalıyıq. Biz haqlıyıq, biz güclüyük. Qələbə də bizimlədir. Artıq 27 illik yurd həsrətinə son qoyulur və yaxın vaxtlarda Azərbaycan bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə dalğalanacaq.

    Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,

    “Xalq qəzeti”

    Azərbaycan yalnız döyüş meydanında müharibə aparmır, ölkəmiz həm də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində də ciddi fəaliyyət göstərir. Xüsusilə də erməni yalanları fonunda beynəlxalq aləmin Dağlıq Qarabağ və ona bitişik ərazilərdə gedən hərbi əməliyyatlar barədə ətraflı və müfəssəl məlumatların verilməsi böyük əhəmiyyət daşıyır. Bu mənada Prezident İlham Əliyevin dünyanın nüfuzlu televiziya ka-nallarına, eləcə də qəzet və informasiya agentliklərinə müsahibələri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük rol oynayır. Ölkə başçısı müsahibələrində münaqişənin tarixi, indiki vəziyyəti və Azərbaycanın ədalətli mövqeyi barədə müfəssəl açıqlama-lar səsləndirməklə, ölkəmizə qarşı köklənmiş qüvvələrə layiqli cavablar verir və xalqımızın haqlı mübarizəsində erməni havadarlarına tutarlı mesajlar göndərir.

    Dövlət başçısı Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün böyük fədakarlıq göstərir

    Çoxdan idi ki, mətbuatda heç bir məsələyə münasibət bildirmirdim. İndi isə sevincli xəbərlər, müsbət tendensiyalar və düşündürücü faktlar o qədərdir ki, susmaq mümkün deyil. Xüsusi münasibət bildirilməli bir neçə məqam var ki, onların hərəsi bir kitablıqdır.

    Birinci məqam: Azərbaycana düşmənçilik edən bəzi ölkələrdəki qaragü-ruhçu mətbuat təmsilçiləri göz yaşı axıdırlar ki, guya Azərbaycan Prezidenti Türkiyənin köməyi ilə erməni xalqını qırır. Utanmadan, şərəfsizcəsinə deyirlər ki, məqsəd Ermənistanı dövlət kimi yox etmək və erməniləri tamamilə qır-maqdır. Cənab İlham Əliyev isə dönə-dönə deyib ki, terrordan, təxribatdan işğalçılıq və separatçılıqdan əl çəkən ermənilər Azərbaycanın vətəndaşı kimi ölkəmizdə yaşaya biləcəklər. Dövlət başçımız lap bu günlərdə verdiyi müsahibələrinin birində isə hətta Ermənistan dövlətinin gələcəyi haqqında da söz açdı: “Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur”.

    Biz haqlıyıq, biz güclüyük! Müsahibimiz Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır

    30 oktyabr 2020-ci il, cümə4

  • RF Prezidenti: Bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır və Azərbaycan bu əraziləri qaytarmaq hüququna malik olduğunu deyir

    Dağlıq Qarabağ özü və Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Ermənistanın nəzarəti altına keçib. Bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. RF Prezidenti Vladimir Putin bu sözləri “VTB Kapitala” “Rossiya zovyot!” İnvestisiya Forumunun iclasında söyləyib.

    Rusiya Prezidenti deyib: “Azərbaycan nə deyir? O deyir ki, həmin yeddi rayo-nun istər etnik münaqişəyə, istərsə də Ermənistana heç bir aidiyyəti yoxdur. Bunlar əzəli Azərbaycan əraziləridir və Azərbaycan deyir: Bizim bu əraziləri özümüzə qay-tarmaq və Dağlıq Qarabağla münasibətləri aydınlaşdır-maq hüququmuz var. Başa düşürsünüzmü, hər kəs özünü haqlı hesab edir və burada sadə həll yoxdur, çünki düyün çox möhkəm bağlanıb. Biz lap əvvəldən nə demək lazım olduğunu əsas götürmüşük, – bizim mövqe-yimiz isə tamamilə açıqdır, – Azərbaycana beş üstə gəl iki rayonun verilməsinin müm-künlüyü və Dağlıq Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla

    qarşılıqlı münasibətlər və sair barədə danışmaq lazımdır”.

    Prezident V.Putin Dağ-lıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanması barədə sualın cavabında deyib: “Hər iki tərəfi – həm bizim həmişə hörmətlə yanaş-dığımız Azərbaycan xalqını, həm də erməni xalqını və Ermənistan dövlətini qane edən, onların maraqları nəzərə alınan mənafelər balansını tapmaq lazımdır ki, insan-lar özlərini təhlükəsiz hiss etsinlər, lakin, eyni zamanda, həm Azərbaycanın, həm də Ermənistanın, elə insanların kifayət qədər sadə yaşadığı Dağlıq Qarabağın özünün də səmərəli inkişafının əsasını təşkil edən bütün infrastruktur imkanları bərpa olunsun və in-kişaf etdirilsin. Bu halda bizim bugünkü diskussiyanın iştirak-

    çılarının çoxu həmin ərazilərin inkişafında iştirak etmək, orada sərmayə qoymaq imkanı əldə edərdi – hər iki ölkənin insanları çox istedadlı, çox qabiliyyətlidir. Artıq 30 ilə yaxın davam edən bu münaqişə hər iki tərəfin səmərəli inkişafına imkan vermir”.

    Rusiya lideri vurğulayıb ki, birinci mərhələdə döyüş əməliyyatlarını dayandırmaq lazımdır. V.Putin sonda deyib: “İnsanların həlak olması-na son qoymaq, danışıqlar masası arxasına keçmək və

    Minsk qrupu tərəfindən, onun həmsədrləri – Rusiya, ABŞ, Fransa tərəfindən ifadə edilmiş təkliflər əsasında həmin Minsk qrupunun digər üzvlərinin, – orada çox ölkə var, Türkiyə, bəzi Avropa dövlətləri, – iştirakı ilə konsensus və mənafelər ba-lansını tapmaq lazımdır. Bunu etmək olar”.

    Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi

    müxbiriMoskva

    Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatı Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını

    qətlə yetirməsi ilə bağlı hesabat hazırlayıb Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatı

    Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsi ilə bağlı hesabat hazırlayıb.

    AZƏRTAC xəbər verir ki, hesaba-tın əvvəlində Ermənistan–Azərbaycan münaqişəsi barədə məlumat verilir. Qeyd edilir ki, Ermənistan-Azərbaycan münaqişəsi regionda ən uzun sürən (təxminən 30 il) münaqişədir. Bu münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan tərəfindən işğal edilib. Münaqişə Dağlıq Qarabağ regionunda və ətraf 7 rayonda yaşayan bir milyon-dan çox azərbaycanlının həyatına mənfi təsir göstərib, sosial, iqtisadi və huma-nitar problemlər yaradıb. Qeyd edilən 7 rayon Dağlıq Qarabağ regionuna daxil deyil. Dağlıq Qarabağ regionunun ümu-mi ərazisi 4400 kvadratkilometrdir. Ətraf 7 rayonun ümumi ərazisi isə bundan demək olar ki, 3 dəfə böyükdür – 11000 kvadratkilometrdir. Məcburi köçkünlərin 90 faizdən çoxu həmin 7 rayondandır. Dağlıq Qarabağ regionundan qovulan azərbaycanlıların sayı isə 86 mindir.

    Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll

    edilməsinə dair dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılması tələb olunur.

    Hesabatda bildirilir ki, bu il sentyab-rın 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhə xətti boyunca genişmiq-yaslı təxribata başlayıb. Ermənistan silahlı qüvvələri intensiv şəkildə yaşayış məskənlərini, tarixi və mədəni tikililəri, strateji əhəmiyyət daşıyan obyektləri, cəbhə bölgəsindən uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı əraziləri ağır artilleriyadan, raket sistemlərindən və qadağan olunmuş silahlardan atəşə tuturlar.

    BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”də qeyd edilir ki, mülki əhalinin, xüsusilə qadınların və uşaqların hücumlara məruz qalması qadağandır. Bütün ölkələr 1925-ci il tarixli Cenevrə Pro-tokoluna və 1949-cu il tarixli Cenevrə Konvensiyalarına, hərbi münaqişələr

    zamanı insan hüquqlarına hörmət edilməsi, xüsusilə qadınların və uşaq-ların qorunmasının təmin olunması ilə bağlı digər sənədlərə əməl etməlidirlər.

    Hesabatda sentyabrın 27-dən oktyabrın 28-dək Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı şəhər və rayonların Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qal-ması ilə bağlı faktlar və rəqəmlər, fotolar əks olunub.

    Hesabatın tam mətni ilə bu linkdə ta-nış olmaq mümkündür: http://cojep.com/wp-content/uploads/2020/10/COJEP-Int.-Report-Azerbaidjan-Armenia-2020-oct..pdf.

    OPEC münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır

    Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlandığı məktubda hazırda ölkəmizdə mülki şəxslərin ölümü və böyük dağıntılarla müşayiət olunan hərbi əməliyyatların davam etməsindən dərin narahatlıq keçirdiklərini bildirib.

    Qeyd edib ki, bu münaqişə, həmçinin dünya bazarlarında enerji təchizatının təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyət kəsb edən Azərbaycanın əsas neft və qaz infrastrukturunu təhlükə altına qoyub. Baş katib bütün

    tərəflərin, eyni zamanda, beynəlxalq ictimaiyyətin təşəbbüsləri və birgə səyləri nəticəsində hərbi əməliyyatlara dərhal son qoyulacağına, münaqişənin daha da genişlənməsinin qarşısı alınacağına ümidvar olduğunu deyib. Vurğulayıb

    ki, OPEC münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə və ədalətli həllinin tərəfdarıdır.

    Məktubda, həmçinin vurğulanır ki, Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin son 4 ildə birgə təşviq etdiyi tarixi sazişlərin sadiq tərəfdarı olduğunu sübut edib.

    “Əməkdaşlığımızın ilk günlərindən etibarən Azərbaycanın 2016-cı il de-kabrın 10-da imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nə qoşulmasından sonra ölkənizin fəal iştirakını və öz öhdəliklərinə davamlı sadiqliyini, eləcə də onun neft bazarının daha çox ehtiyac duyduğu sabitliyin bərpa olunmasına göstərdiyi fəal dəstəyi yüksək qiymətləndiririk”, – deyə OPEC-in Baş katibi qeyd edib.

    Baş Prokurorluq: Düşmənin atəşi nəticəsində Goranboy rayonunun Tapqaraqoyunlu sakini həlak olub

    Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

    Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 29-da

    səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən G