65
Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif “Azərbaycan dili” dərslik komplektində verilmiş materiallara dair İLKİN RƏY

Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

  • Upload
    others

  • View
    4

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və

digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi

Azərbaycan Respublikasının

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif

“Azərbaycan dili” dərslik komplektində verilmiş

materiallara dair

İLKİN RƏY

Page 2: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Respublikanın ümumtəhsil məktəblərinin

8-сi sinifləri üçün “Azərbaycan dili” dərslik

komplekti

Müəlliflər:Tofiq HacıyevSamirə BektaşiMehriban VəliyevaYeganə Hüseynova

Bakı: Şərq-Qərb - 2015.

Page 3: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmun xətləri:

1. Dinləyib-anlama və danışma

2. Oxu

3. Yazı

4. Dil qaydaları

məzmun xətləri üzrə 6 əsas və 19 alt standartın

reallaşdırılmasına yönəlmişdir.

Page 4: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmun xətləri üzrə əsas və alt

standartlar1. Dinləyib-anlama və danışma

1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1. Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə özünün fikir

və mülahizələrini dəqiqləşdirir.

1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır.

1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.

1.2.1. Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir.

1.2.2. Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.

1.2.3. Nitq etiketlərindən məqamında istifadə edir.

1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri

ümumiləşdirir.

Page 5: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmun xətləri üzrə əsas və alt

standartlar2. Oxu

2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.

2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını

tapmaqla şərh edir.

2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə

şərh edir.

2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.

2.2.1. Söz sırasını, cümlələr və abzaslar arasında əlaqəni gözləməklə

mətni oxuyur.

2.2.2. Mətnin hissələri arasında əlaqəni şərh edir.

2.2.3. Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və

əlaqələndirir.

Page 6: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmun xətləri üzrə əsas və alt

standartlar

3. Yazı

3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.1. Mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri,

mühakimə) mətnlər yazır.

3.1.2. Sitatlardan istifadə etməklə fikir və mülahizələrini

qüvvətləndirir.

3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni

gözləməklə yazıya düzəlişlər edir.

3.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.

Page 7: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmun xətləri üzrə əsas və alt

standartlar4. Dil qaydaları

4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Sadə cümlənin növlərini fərqləndirir.

4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir.

4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu

işarələrindən istifadə edir.

4.1.4. Həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl edir.

Page 8: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Ümumi təhsili həyata keçirən bütün təhsil

müəssisələrində istifadədə olan dərslik, dərs vəsaiti

və digər tədris vasitələrinin elmi-metodiki

monitorinqi 5 parametr üzrə həyata keçirilir:

1. Məzmunun işlənməsi baxımından

2. Dil və yazı üslubu baxımından

3. Dizayn və bədii tərtibat baxımından

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun

işlənməsi baxımından

Page 9: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Parametrlər üzrə monitorinq meyarları

1. Məzmunun işlənməsi baxımından

1.1. Təhsil proqramı (kurikulum) standartlarına uyğunluğu

1.2. Materialların elmiliyi və müasir elmi baxışlara

uyğunluğu

1.3. Materialların elmi-metodiki baxımdan mübahisə

doğurmaması

1.4. Mövzular üzrə məqsədlərin dəqiqliyi, hər alt standartın

reallaşdıracağı bacarığın məqsədə çevrilməsinin

mümkünlüyü

1.5. Materialların verilişində sadədən mürəkkəbə prinsipinin

gözlənilməsi

Page 10: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Parametrlər üzrə monitorinq meyarları

1. Məzmunun işlənməsi baxımından

1.6. 45 dəqiqə vaxt baxımından mövzunun dərsin məqsədinə

nail olmağa imkan verməsi

1.7. Materialların şagirdin müstəqil təliminə imkan verməsi

1.8. Verilən nəzəri materiallarla müstəqil təlimi inkişaf

etdirən fəaliyyət xətləri arasında mütənasibliyin

gözlənilməsi

1.9. Fəndaxili və fənlərarası inteqrasiya

1.10. Materialların seçilməsində didaktik tələblərin (tətbiq-

yönümlük, nəticəyönümlük, tərbiyəvilik) nəzərə

alınması

Page 11: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Parametrlər üzrə monitorinq meyarları

1. Məzmunun işlənməsi baxımından

1.11. Dərsliyin strukturu ilə məzmun standartları arasındakı

uyğunluq

1.12. Pedaqoji və metodiki baxımdan mövzuların xronoloji

və metodiki baxımdan vaxtında verilməsi

1.13. Yeni termin və sözlərin göstəricisinin təmin olunması

1.14. Materiallarda milli ənənələrə, gender, irq, etnik və

sosial inklüziya, tolerantlıq prinsiplərinin təmin

olunması

1.15. Digər xalqların adət-ənənələrinə, mədəniyyətinə və

tarixinə hörmətin gözlənilməsi

1.16. Ətraf mühiti qorumağın və təbii sərvətlərdən səmərəli

istifadənin təbliğ olunması

Page 12: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Parametrlər üzrə monitorinq meyarları

2. Dil və yazı üslubu baxımından

2.1. Materialların dilinin və üslubunun, mətnlərdəki

fikirlərin, onların ifadə tərzinin şagirdlərin yaş

səviyyəsinə uyğunluğu

2.2. Yeni termin və sözlərin onların izahı ilə verilməsi. Bir

dərs üçün nəzərdə tutulmuş materialda yeni termin və

sözlərin sayının həddindən artıq olmaması

2.3. Qrammatik və orfoqrafik qaydalara əməl olunması

2.4. Materialların şagirdlərin dünyagörüşünün formalaşdı-

rılmasına, söz ehtiyatının və nitq mədəniyyətinin

inkişafına təsir səviyyəsi

Page 13: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Parametrlər üzrə monitorinq meyarları

3. Dizayn və bədii tərtibat baxımından

3.1. Üz qabığının tərtibatı, orada verilmiş illüstrasiyaların

dərsliyin məzmununa uyğunluğu

3.2. Səhifələrin tərtibatının məzmunun asanlıqla mənimsənil-

məsinə köməkliyi

3.3. İstifadə edilən şriftlərin müvafiq yaş qrupuna uyğunluğu

3.4. İllüstrasiyalarla mətnin həcm nisbətinin məqsədəuyğun-

luğu

Page 14: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Parametrlər üzrə monitorinq meyarları

3. Dizayn və bədii tərtibat baxımından

3.5. İllüstrasiyaların orjinallığı, rəngarəngliyi və onların

reallığı əks etdirməsi

3.6. İllüstrasiyaların ifadəli və dəqiq olması

3.7. Yeni anlayışların izahında illüstrasiyalardan istifadə

olunması

3.8. Vahid dizaynın qorunması

Page 15: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Parametrlər üzrə monitorinq meyarları

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

4.1. Tapşırıqların mövzularla uyğunluğu

4.2. Biliklərin tətbiqini tələb edən idraki bacarıqların

formalaşdırılmasına yönəlmiş tapşırıqlara üstünlük

verilməsi

4.3. Şagirdin özünü müstəqil qiymətləndirə bilməsi üçün

tapşırıqların verilməsi

4.4. Qapalı, açıq və yarımaçıq tapşırıqların sayının

mütənasibliyi

4.5. Tapşırıqlardakı nümunələrin reallığı əks etdirməsi,

elmiliyi, gündəlik həyatdan götürülməsi

Page 16: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

1. Giriş

1.1. Dərslik və MMV-dən istifadə qaydaları, məzmun xəritəsi,

tədris vahidləri, bölmələr üzrə struktur, standartların şərhi,

tövsiyə olunan iş planı

1.2. Təlim texnologiyaları haqqında məlumat

1.3. Mövzular üzrə alt standartların xəritəsi

Page 17: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

2. Planlaşdırma

2.1. Hər bir dərsin təlim məqsədlərinin müəyyən olunması

2.2. Hər bir dərsdə yeni materiala keçərkən əvvəl öyrənilmiş

materiallarla əlaqənin təmin olunması

2.3. İstifadə olunan təlim texnologiyasının idrak taksonomiyası-

nın mərhələləri ilə əlaqələndirilməsi

2.4. Hər bir mövzu üzrə istifadə olunan fəaliyyət növlərinin

koqnitiv, psixomotor və sosial vərdişlərin inkişafına

yönəlməsi

Page 18: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

2. Planlaşdırma

2.5. Dərs zamanı əlavə vəsaitlərdən ( elektron resurslar,

xəritələr, sxemlər, atlaslar və s.) istifadənin nəzərdə tutulması

2.6. İllik və gündəlik planlaşdırma nümunəsi

2.7. Məzmun standartlarının reallaşdırılması cədvəli

2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Page 19: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

3. Mövzuların tədrisi texnologiyası

4. Qiymətləndirmə

5. Əlavə materialların verilməsi

6. İstifadə olunan mənbələr

Page 20: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Dərsliyin strukturu

Dərslik komplekti dərslik və müəllim üçün metodik

vəsaitdən ibarətdir. Dərslik komplektində verilmiş materiallar

“Dinləyib-anlama və danışma”, “Oxu”, “Yazı”, “Dil

qaydaları” məzmun xətləri üzrə 6 əsas və 19 alt standartın

reallaşdırılmasına yönəlmişdir.

Dərslik 6 bölmə, 160 səhifədən ibarətdir. Burada

həmçinin “Giriş”, “Şərti işarələr”, “Kompleks lüğət”,

“Mündəricat” adlı hissələr, “Dinləyib anlama və danışma”,

“Nitqi zənginləşdirmə”, “Qrammatik sual və tapşırıqlar”,

“Yazı”, “Lüğət”, “Dil qaydaları”, “Açar sözlər” rubrikaları

verilmişdir.

Page 21: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımındanMüasir təhsilin əsas məqsədi yüksək mənəvi keyfiyyətlərlə yanaşı,

dünyaya inteqrasiya edən, zamanın tələblərinə cavab verən, yüksək

intellektual səviyyəyə, qlobal dəyərlərə malik, təbiət və cəmiyyət

hadisələrinə obyektiv, real münasibət bəsləyən, hərtərəfli şəxsiyyətlər

yetişdirməkdir. Bu baxımdan, dərslik üçün mətnlər seçilərkən davamlı

inkişaf konsepsiyasına müvafiq olaraq, ətraf mühitə qayğıkeş münasibətin,

təbii sərvətlərdən səmərəli istifadənin, ictimai və milli-mənəvi dəyərlərin

təbliğ olunması kimi məsələlər də hökmən nəzərə alınmalıdır. Dərslikdəki

mətnlər bütün bu məqsədlərin gerçəkləşməsinə münbit zəmin yaratmır.

Buradakı mətnlər daha çox faktoloji, məlumatverici xarakter daşıyır (səh.6,

19, 45, 137, 145, 148, 151, 154 və s.).

Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən

dərslik komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə

Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə göstərilən irad və

təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır. Bununla yanaşı,

dərslikdə müəyyən qüsur və nöqsanlar da vardır. Bunlar aşağıdakılardır:

Page 22: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımından

Kurikulum sənədində 8-ci sinif proqramında söz və söz

birləşmələrinin sintaktik vəzifəsinin müəyyən edilməsi, həmcins

üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələrindən istifadə

edilməsi, həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl

edilməsi, sadə cümlənin növlərinin fərqləndirilməsi nəzərə tutulur.

Əsas məqsəd dil hadisələri zəminində şagirdlərin idrak fəaliyyətinin və

ünsiyyət bacarıqlarının inkişafı üçün təcrübi baxımdan əhəmiyyətli

olan dilçilik anlayışları və qaydalarının mənimsənilməsi olmalıdır.

Lakin dərslik nəzəri xarakterli, bilikyönlü dil qaydaları ilə

yüklənmişdir. Məsələn, heç bir alt standartın tələblərinə uyğun

gəlməyən sintaktik əlaqələrlə bağlı ayrıca bölmə (səh.28-49), qeyri-

həmcins təyinlərlə bağlı şərhlər (səh.109) verilir.

Page 23: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımından

Ümumtəhsil məktəbləri üçün Azərbaycan dili üzrə təhsil

proqramına əsasən ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə

şagird dil vahidlərindən istifadə etməklə müxtəlif tipli (nəqli,

təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) mətnlər qurmalı,

onları təkmilləşdirməlidir. Lakin dərslikdə bu təlimata uyğun

gəlməyən qəzet, kompleks lüğət hazırlamaq, məqalə, ssenari

yazmaq kimi tapşırıqlara yer verilir (səh. 32, 87 və s.). Yeni təhsil

proqramına görə isə müxtəlif üslublu mətnlər qurmaq tam orta

təhsil səviyyəsi (X-XI siniflər) üçün nəzərdə tutulmuşdur.

Page 24: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımından

Yeni təhsil proqramında ana dilinin tədrisi prosesində, ilk

növbədə, dilin düşünmə, öyrənmə və danışma vasitəsi kimi dərk

olunması tələb edilir. Deməli, əvvəlcə düşünmə, öyrənmə, daha

sonra tətbiqetmə, ünsiyyət prosesi gerçəkləşdirilməlidir. Bu

baxımdan, hər bir bölmənin dialoqla başlaması metodiki

baxımdan doğru deyil. Dialoqlar təbiilikdən uzaqdır, bədii

məzmun və dəyər daşımır, sönük və cansıxıcıdır, çox vaxt

faktoloji xarakter daşıyır. Onlara konkret olaraq dərs saatı

ayrılmış (bəzən 2, bəzən 3 saat), bəzi alt standartların

reallaşdırılmasının bu dialoqlar üzrə aparılması nəzərdə

tutulmuşdur. Lakin qarşıya qoyulan məqsədə yetişməkdə bu

mətnlərin heç bir əsaslı rolu yoxdur. Dialoqlar başqa mətnlərlə

əvəz edilsə, daha yaxşı olar.

Page 25: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımından

Mətnlərdə müasirlik azdır. V bölmədə “Əhvalpürsanlıq”,

“Yalançı Xortdan” mətnlərinin əvəzinə, müasir informasiya və

kommunikasiya məsələlərinə aid mətnlər verilsə, çağdaş nəslin

formalaşmasına daha müsbət təsir etmiş olar. “Yaxşılıq itmir”

(səh.13) mətninin adı mətnin mahiyyətinə, ideyasına uyğun deyil.

Maarif və mədəniyyətin tarixi ilə bağlı mətnlərə geniş yer

verilsə də, bu mətnlər daha çox faktoloji məlumat xarakterlidir,

ictimai və mənəvi dəyərlər formalaşdırmaq səviyyəsi yetərli deyil.

Habelə ətraf mühitə qayğıkeş münasibət, təbii sərvətlərdən faydalı və

səmərəli istifadəni təbliğ edən mətnlərə də, demək olar ki, rast

gəlinmir.

Page 26: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımından

Məzmun standartlarının reallaşdırılması vasitələrinin

səviyyəsi qənaətbəxş deyil:

“Dinləyib-anlama və danışma”, “Oxu”, “Yazı” məzmun

xətləri və onlara aid əsas və alt standartlar yetərli şəkildə

reallaşdırılmamışdır. “Dil qaydaları” məzmun xətti və ona aid olan

əsas və alt standartlar reallaşdırılmış sayıla bilər. Lakin dil qaydaları

yenə ənənəvi dərsliklərdə olduğu kimi, demək olar ki, akademik

səviyyədə öyrədilir. Məsələn, alt standartlarda nəzərdə tutulmadığı

halda, sintaktik əlaqə və onun növləri də dərsliyə daxil edilmişdir. Dil

qaydaları ilə bağlı tapşırıq və çalışmalar da böyük üstünlük təşkil edir

ki, bu da onunla digər məzmun xətləri arasında bərabərliyin böyük

ölçüdə pozulmasına gətirib çıxarır.

Page 27: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımından1.1.1. (Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə özünün

fikir və mülahizələrini dəqiqləşdirir) alt standartı (MMV, səh.42) “Bəxt,

ağıl və zəhmət” mövzusunun 1-ci dərsi üçün nəzərdə tutulsa da,

reallaşdırılma vasitələri düzgün seçilməmişdir. Bu alt standart dinləmə

mətni üzrə aparılan işdə reallaşa bilər. Dinləmə mətni isə motivasiya üçün

nəzərdə tutulmuşdur. Mətnin həcmi motivasiya mərhələsinə uyğun

olmamaqla yanaşı, alt standartın reallaşdırılması da bu prosesdə mümkün

deyil. Həmçinin tövsiyələrdən məlum olur ki, “sonra müəllim şagirdlərə

əsas fikrin müəyyən edilməsi məqsədilə suallar tərtib etməyi tapşıra

da bilər” (MMV, səh.43) yazılarkən dinləmə mətni üzrə iş deyil,

dərslikdəki oxu mətni üzrə iş nəzərdə tutulur. Bu isə alt standartın

reallaşdırılmasına xidmət edə bilməz. Mövzunun tədrisində digər bir

yanlışlıq mətndaxili tapşırıqların yerinə yetirilməsinin məzmun üzrə işdən

və əsas fikrin tapılmasından sonraya saxlanılmasıdır. Hətta mətndaxili

tapşırıqların həyata keçirilməsi dinləmə mətni ilə oxu mətninin məzmun

və ideya baxımından müqayisəsindən sonraya saxlanılır. Əgər şagird

mətnin məzmununu mənimsəməyibsə, bu işləri həyata keçirə bilməz.

Beləliklə, mövzunun tədrisində idrak taksonomiyalarının mərhələlərindən

irəli gələn ardıcıllıq pozulmuşdur.

Page 28: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımından

3.1.3. (Mətnin hissələri, abzaslar və cümlələr arasında

əlaqəni gözləməklə yazıya düzəlişlər edir) (MMV, səh.26) alt

standartının reallaşdırılması üçün dərslikdə verilmiş 13-cü tapşırıq

(“Lüğətin köməyi ilə mətndə bütün hərfləri böyük yazılmış

ifadələrin düzgün yazılışını müəyyənləşdirin”) (səh.12) alt

standartın tələbini ödəmir. Alt standartın tələbi mürəkkəb adların

orfoqrafiyasına edilən düzəlişlərlə reallaşdırıla bilməz.

“Bəxt, ağıl və zəhmət” mövzusunda verilmiş 3.1.3. alt

standartının (MMV, səh.42) reallaşdırılması üçün dərslikdə

nəzərdə tutulmuş tapşırıq (“Səfanın cavabını müəyyənləşdirmək

üçün çərçivədə verilmiş sözləri ardıcıl düzmək lazımdır”)

(səh.26) alt standartın tələbi üçün çox bəsitdir. Mətnə yazılı

əlavəni şagird özü düşünməlidir. Hazır sözlərdən mətnin özü

verilməsə belə, həmin cümləni qurmaq mümkündür.

Page 29: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımından

Ana dili fənninin xarakterinə, məzmun standartlarının

mahiyyətinə uyğun gəlməyən, hətta bəziləri mücərrəd xarakter

daşıyan standart suallar dərslikdə təkrar olunur, məsələn:

“...mətndəki əsas fikri müəyyənləşdirin...” (səh. 76, 80), “Bu

mətn əvvəlki mətnlərdən nə ilə fərqlənir?” (səh. 91, 115, 118),

“Mətn üzərində iş aparmaq üçün hansı sual və tapşırıqlardan

istifadə edərdiniz?” (səh.138), “Mətn əsasında dialoq qurun.

Müşahidə aparın. Bu zaman nədən istifadə etmədiniz?”

(səh.146), “...dialoq qurun...” (səh. 23, 46, 91, 152, 155).

Mətndəki əsas fikri müəyyən etməklə bağlı suallar bir çox

hallarda əvvəldə, yəni 1-ci və ya 2-ci tapşırıqlarda verilir (səh. 17,

34, 59, 76, 80). Bu, pedaqoji baxımdan da doğru deyil. Bəllidir ki,

ideyanın düzgün müəyyənləşdirilməsi mətn üzərində müəyyən iş

aparıldıqdan sonra mümkündür.

Page 30: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımından

Səhifə 62. Sultan Mahmudla bağlı mətn yanlış təəssürat

yaradır: “Həqiqətən, Allah ona kömək etmiş və Sultan

Mahmud böyük qələbə qazanaraq çox dəyərli qənimətlərə

sahib olmuşdur”. Burada Allahın Mahmud Qəznəviyə kömək

etməsi fakt kimi irəli sürülür, halbuki bu fakt deyil, hadisələrə

münasibətdən doğan fikirdir. Mətn dünyəvilik prinsipinə ziddir.

Əsər didaktik baxımdan da məqsədəuyğun deyil. Sultan

Mahmudun öz şöhrəti üçün bir xalqı soyub əldə etdiyi qəniməti

Allah qorxusundan digər xalqın kasıb-kusubuna paylaması heç

də örnək olacaq hərəkət deyil. Bu baxımdan Allaha verdiyi söz və

o sözün yerinə yetirilməsində ideal heç nə yoxdur.

Page 31: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımından

Həmin mətndə deyilir: “...Əgər

Allaha bir daha işiniz düşməyəcəksə,

vəzirlərinizin, komandanlarınızın

dediyini edin! Lakin Allaha yenidən

dua edib nə isə istəyəcəksinizsə,

nəzirinizi yerinə yetirin, qənimətləri

yoxsullara paylayın”. Bu hissədəki

fikir şagirdi mənəvi bağları təmənna

əsasında qurmağa təşviq edir, sanki

“Allaha rüşvət” deyimini yada salır.

Verilən vədə əməl edilməsi ideyası

başqa mətn vasitəsilə çatdırılsa, daha

məqsədəuyğun olar.

Page 32: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımından

Səhifə 93.

“Sədaqətli dost” mətni

şagirdlərə artıq 5-ci sinif

“Azərbaycan dili”

dərsliyindən tanışdır. 5-ci

sinif dərsliyində bu mətn

“Bilirdim ki, gələcəksən”

adı ilə təqdim olunmuşdur.

Bu dərslikdə mətnin adı və

forması bir qədər

dəyişdirilsə də, 13-cü

çalışmada mətnin adı 5-ci

sinif dərsliyindəki kimi

“Bilirdim, gələcəksən”

şəklində verilmişdir.

Page 33: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımındanSəhifə 126. Tədris materiallarının real həyatla əlaqəli və müqayisəli şəkildə təqdim

olunması standartlardan irəli gələn tələbdir. Dərslikdə ədəbi dil normasının

pozulmasını müşahidə etmək məqsədilə birincidə jarqon və vulqar ifadələrlə zəngin,

ikincidə isə ədəbi dil normalarının gözlənildiyi iki variantlı dialoq müqayisəli şəkildə

təqdim olunmuşdur. Lakin dialoq qoyulmuş məqsədə çatmaq baxımından uğurlu

deyil. Əvvəla, məhz belə informasiyalar (burada konkret olaraq, jarqon, daha çox da

tin-küçə dili) təlim-tərbiyə prosesində insan şəxsiyyətinin inkişaf qanunauyğunluq-

larına ziddir. Belə ki, jarqonlardan bol istifadə ədəbi dil normasının ciddi və kobud

şəkildə pozulması faktıdır. Əslində, şagirdlərin çox hissəsi, xüsusən də əyalətlərdə

yaşayan şagirdlər bu tip danışıq forması ilə tanış deyil. Bu danışıq formasının təlim

prosesində təqdim edilməsi şagirdi ondan uzaqlaşdırmaqdan daha çox onları belə

ifadələrlə tanış edir, hətta belə ifadələrin (“alə, dibil, brat, karoçi, qırıl” və s.) daha

çox işlənməsinə şərait yaradır. Artıq psixolinqvistikada təsbit olunub ki, jarqon

leksikasının özünün ekspressivliyi onların ədəbi dil normaları ilə ciddi bağlı olmayan

ümumxalq danışıq-məişət leksikasına keçməsi üçün imkan yaradır (İ.B. Qolub). Bu

cür mətnlərlə şagirdlərə, xüsusən mənfi vərdişlərə meyilli olanlara özümüzdən asılı

olmayaraq, şüuraltı siqnallar göndərməklə jarqonların yayılmasına səbəb oluruq.

Buna görə də dərsliklərdə ədəbi dillə danışıq-məişət leksikasının müqayisəsi

verilərkən bu məsələyə xüsusi diqqətlə, həssaslıqla yanaşılmalıdır. Yaxşı olardı ki, bu

cür mətnlər dialekt-şivə leksikası ilə ədəbi dil leksikasının müqayisəsi üzərində

qurulsun.

Page 34: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Məzmunun işlənməsi baxımından

Mətndə didaktik, pedaqoji tələblər də nəzərə alınmayıb. Mətnin

məzmunundan aydın olur ki, şagirdi valideynləri zorakılıqla təhsil

almağa göndərir. “Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu,

oxu ... Lap adamı təkərə salırlar eyy ...”. Bu situasiya şagirdin

istirahət vaxtının əlindən alınmasına dəlalət edən, xoşbəxt və bütöv

şəxsiyyət kimi formalaşmasına əngəl yaradan bir hal kimi nəzərə

çarpır. Unutmayaq ki, şagird biliklərə yiyələnməklə yanaşı,

ləyaqətini dərk edən, özünə inam və hörmət hissi olan bir şəxsiyyət

və vətəndaş kimi formalaşmalıdır. Belə bir sual yaranır: Axşam

şagird niyə dostları ilə görüşüb şəhəri gəzə bilmir? Əsl məsələ də

bundadır.

Page 35: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Dil və yazı üslubu baxımından

Dərslikdə söz ehtiyatını artıracaq nümunələr çox olsa da,

yeni söz və terminlərin izahı MMV və lüğətdə öz əksini tapmır.

Dərslik komplektində izahlı lüğətin olmaması dərsliyin ən qüsurlu

cəhətlərindəndir. Habelə şagirdlər üçün nəzərdə tutulan lüğətlərdə

dərslikdə verilən çətin sözlərin əksəriyyətinin izahı yoxdur.

Dərslik boyu orfoqrafik və üslubi qaydaların pozulması halları var.

Səhifə 26. 4-cü tapşırıqda dilimizdə işlənməyən,

ümumişlək xüsusiyyətini itirən sözlərin (“kolxoz”, “briqadir”)

mənşəyinin araşdırılması tələb olunur. Ümumiyyətlə, dərslikdə

müasir dövrlə bağlı mətnlərin azlığı ətraf aləmin dərk edilməsində

mühüm əhəmiyyət kəsb edən yeni sözlərin də istisnalıq təşkil

etməsinə səbəb olmuşdur. Bu da tələbyönlük prinsipinə ziddir.

Page 36: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Dil və yazı üslubu baxımından

Səhifə 125. Tapşırıq mətni kimi verilən “Bakıda yeni üsul

ilə çöp çıxardan arvad əmələ gəlmişdir. Südəmər uşağın

boğazından şaftalı, balıq gəmiyi, buynuz parçasını asan qayda

ilə çıxarır” mətnli elan, çağdaş işgüzar sənəd nümunəsi ilə əvəz

edilsə, daha məqsədəuyğun olar. Müasir mətnlərə üstünlük

verilməsi həm də şagirdlərin söz ehtiyatını zənginləşdirən amil

kimi əhəmiyyətlidir.

Page 37: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Dizayn və bədii tərtibat baxımından

Dərslikdə vahid dizayn qismən gözlənilmiş, tədris

vahidləri bir-birindən rənglərlə fərqləndirilmişdir. Dərslikdə

olan rəsm və illüstrasiyalar, əsasən, orijinaldır. Lakin rəsm,

illüstrasiya və dizayn bəzən məzmunun səmərəli

mənimsənilməsinə köməklik göstərmir. Məsələn, müxtəlif

tipli çalışmalar hamısı eyni dizayn və eyni rəngdə verilib.

Verilən şəkillərin isə mətnə uyğunluğu və həcm nisbəti

gözlənilməmişdir.

Page 38: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Dizayn və bədii tərtibat baxımından

Səhifə 75. Verilmiş illüstrasiya

(uşağın bataqlıqda boğulmasının

təsviri) məktəbyaşlı uşaqların

psixologiyasına mənfi təsir edə

bilər. Mətndəki pozitiv

hadisələrdən biri canlandırılsa,

daha yaxşı olar. Məsələn, uşağın

fermerə təşəkkürü, yaxud

fermerlə Randolf Çörçilin

qarşılaşma səhnəsi və s.

Page 39: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Tapşırıqların elmi-metodiki uyğunluğu

baxımından

Tapşırıq və çalışmalarda yaş səviyyəsinə uyğunluq qismən

gözlənilmişdir. Tapşırıqlarda rəngarənglik, xüsusən də, yaradıcılıq çox

azdır. Belə ki, çalışmaların əksəriyyəti hazır mətnlər və cümlələr üzrə

gerçəkləşdirilir ki, bu da şagirdlərdə müstəqil və yaradıcı iş

qabiliyyətini inkişaf etdirmir. Nəzəri məlumatlarla praktik tapşırıqlar

arasında mütənasiblik, əsasən, gözlənilmişdir. Düşündürücü-məntiqi

tipli çalışmalar azlıq təşkil edir. Dil qaydaları ilə bağlı çalışmalar

eynitiplidir, bu və ya digər formada bir-birinin təkrarıdır.

Səhifə 12. 15-ci çalışma dərsdəki təlim nəticələrinin heç birinə

uyğun deyil. Eyni zamanda, “Xalqın tarixində əhəmiyyətli rol

oynamış ziyalılarımızı tanıyırıqmı?” cümləsində “tanıyırıqmı” sözü

üslubi cəhətdən qüsurludur.

Page 40: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Tapşırıqların elmi-metodiki uyğunluğu

baxımından

Səhifə 15. 11-ci çalışma (mürəkkəb adların

müəyyənləşdirilməsi, yazılışına diqqət yetirilməsi) dərsdə

reallaşdırılması nəzərdə tutulmuş heç bir alt standarta uyğun

deyil.

Yenə həmin səhifədə “Sizcə, təqdimatımızda lüğətə

məxsus hansı prinsip pozulmuşdur?” sualı və bununla bağlı

görülən işlər dərs üçün seçilmiş heç bir alt standarta uyğun

deyil.

Səhifə 17. 6-cı sual (“Şair ana dilini necə

qiymətləndirir?”) 2-ci sualla (“Şeirdəki əsas fikri müəyyən

edin”) mahiyyətcə təxminən eynidir.

Page 41: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Səhifə 18-də və dərslik boyu sözlərin düzgün tələffüz

qaydalarının göstərilməsi tələb olunur. Nəzərə almaq lazımdır ki, 8-

ci sinif Azərbaycan dili kurikulumunda belə bir alt standart nəzərdə

tutulmayıb. Tələffüz qaydalarını gözləməklə oxumaq bacarığının

formalaşdırılması ibtidai təhsil səviyyəsi və 5-ci sinif üçün 2.2.1.

(Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur) nəzərdə

tutulmuşdur. Eyni alt standartın tələbi 6-cı sinifdə mətndəki əsas

fikri nəzərə çatdırmaq məqsədi ilə mühüm məqamların

vurğulanması ilə, 7-ci sinifdə səs tonu, temp və fasiləni

gözləməklə, 8-ci sinifdə isə söz sırasını, cümlələr və abzaslar

arasında əlaqəni gözləməklə mətnin oxunması bacarıqlarının

formalaşdırılmasıdır.

Tapşırıqların elmi-metodiki uyğunluğu

baxımından

Page 42: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Tapşırıqların elmi-metodiki uyğunluğu

baxımından

Səhifə 32. 17-ci tapşırıqda 8-ci sinif proqramına uyğun

olmayan, alt standartlarda nəzərdə tutulmayan kiçik məqalə

yazmaq tapşırılır.

Səhifə 34. 8-ci tapşırıq (“Mətndəki müraciət

etiketlərini seçib məna növünü müəyyənləşdirin”) dərsin

təlim nəticələrinə uyğun deyil.

Səhifə 38. Yaradıcı tətbiqetmə kimi nəzərdə tutulmuş 5-

ci tapşırığın 1-ci sualı (“Yaşadığınız ərazinin adıyla bağlı

əfsanə mövcuddurmu? Onlar haqqında yoldaşlarınızla

müzakirələr aparın”) məqsədəuyğun deyil, belə ki,

“mövcuddurmu?” sualına sadəcə “mövcud deyil” kimi cavab

verilə bilər. Bu zaman tapşırığın 2-ci hissəsi icra olunmamış qala

bilər.

Page 43: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Tapşırıqların elmi-metodiki uyğunluğu

baxımından

Səhifə 115. Sonuncu mətndaxili sual didaktik baxımdan

qüsurludur, şagirdin yaş səviyyəsinə uyğun deyil: “Siz necə

düşünürsünüz, hansı daha şərəflidir?” (Söhbət “Olum, ya ölüm?”

ifadəsindən gedir).

Səhifə 143. Mətnə aid sonuncu suala (“Sizcə, Ərtoğrula hansı

sənəd verilməli idi?”) cavab tapmaq şagird üçün çox çətindir, belə ki,

arayış haqqında şagirddə ilkin təsəvvür yaradılmamışdır.

Səhifə 144. “Xəyalən Qarabağ bölgəsini səyahətə çıxın. ...

İnşa və esselər yazın, təqdimatlar hazırlayın. Münasib günlərdə

hazırladığınız təqdimatlarla çıxış edin” kimi tövsiyənin dərsliyin

sonunda və ümumi şəkildə verilməsi metodik baxımdan məqsədəuyğun

deyil.

Page 44: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Müəllim üçün metodik vəsait 160 səhifədən ibarətdir. MMV-də

“Giriş”, “Azərbaycan dili fənni üzrə məzmun standartları”, “Təlim

formaları”, “Azərbaycan dili dərslərində istifadə olunan metod və

üsullar”, “Azərbaycan dili fənni üzrə illik planlaşdırma”, “Şagird

fəaliyyəti və nailiyyətlərinin qiymətləndirilməsinə dair tövsiyələr”, “Cari

planlaşdırmaya nümunələr”, “Ümumiləşdirici təkrarlara nümunələr”,

“Ədəbiyyat siyahısı”, “Mündəricat”, “KSQ nümunələri”, “Şagirdlərin

öyrənmə tərzi” öz əksini tapmışdır.

MMV-də dərslikdə öz əksini tapmış çalışma və tapşırıqların konkret

olaraq, hansı alt standartla bağlı olduğu göstərilməmiş, tapşırıq və çalışmalar

ümumi şəkildə verilmişdir. Bəzi çalışmaların isə hansı alt standartla bağlı

olduğunu müəyyənləşdirmək çətindir. MMV bəzi hallarda müəllimə yardımçı

olmur. Xüsusən 2.1.1. (Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq

qarşılığını tapmaqla şərh edir) və 2.1.2. (Həqiqi və məcazi mənalı söz və

ifadələrin mənasını nümunələrlə şərh edir) alt standartlarının

reallaşdırılmasında MMV müəllimə, demək olar ki, heç bir yol göstərmir.

Page 45: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımındanAzərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli

kurikulumu) sənədində tələbyönlülük, nəticəyönlülük, şəxsiyyətyönlülük

prinsipləri ilə yanaşı, inteqrativlik prinsipi xüsusi qeyd edilir. Həm

perespektiv planlaşdırma cədvəlində, həm də təlim materialları ilə iş

texnologiyalarının şərhində inteqrasiyaya dair, demək olar ki, heç bir

göstəriş verilməmişdir.

Təlim materiallarının tədrisi ilə bağlı verilən metodik tövsiyələr

ümumi xarakterlidir, az qala bütün dərs boyu təkrarlanır və şablon

xarakter daşıyır.

MMV-də təlim məqsədinin reallaşdırılması ilə bağlı hansı

məsələlərə daha çox diqqət yetirməyin vacibliyi açıqlanmır.

Fəal dərsin bəzi mərhələləri dərs icmallarında əksər hallarda öz

əksini tapmır və ya aydın ifadə edilmir, yaxud da qüsurlu olur (səh.34,

36, 50, 64, 65, 67 və s.).

Page 46: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Motivasiya mərhələsi bir çox hallarda fəal təlim prinsiplərinə və bu

mərhələnin mahiyyətinə uyğun deyil. Səhifə 33-də motivasiya mərhələsində

müəllim frontal sorğu keçirir (ənənəvi metod), sorğudan əldə olunan nəticə

müəllim tərəfindən ümumiləşdirilir, ismi birləşmələrin növləri haqqında

məlumat verilir. Bu cür motivasiya başqa dərslərdə də təkrar olunur.

MMV-də bir çox hallarda məzmun standartlarından çıxarılan təlim

nəticələri standartın tələbinə uyğun gəlmir, məqsəd və vəzifələri tam ehtiva

etmir, habelə elmi-metodik baxımdan yanlışdır.

Dinləyib-anlama və danışma məzmun xətti danışanı dinləyə bilmək,

onun fikrinə münasibət bildirmək, fikrini inandırıcı şəkildə təqdim etmək,

dinlənilmiş mətndəki informasiyanı çevik qəbul edib onun əsasında aydın və

dəqiq mühakimə yürütmək, qoyulmuş məqsədə və auditoriyanın səviyyəsinə

müvafiq məntiqli, rabitəli və inandırıcı çıxışlar etmək bacarıqlarının

formalaşdırılmasını təmin etməlidir. Lakin vəsaitdə bu məzmun xəttinin 1.1.

(Dinlədiyi fikri anladığını nümayiş etdirir) əsas standartının və ona müvafiq alt

standartların dinləmə ilə bağlı deyil, oxu materialları əsasında reallaşdırılması

nəzərdə tutulur.

Page 47: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

1.1.1. (Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə

özünün fikir və mülahizələri dəqiqləşdirir) alt standartı şagirdin

dinlədiyi fakt və hadisələr barədə özünün fikir və mülahizələrini

suallar verməklə dəqiqləşdirməsini tələb edir. Lakin MMV-də bu alt

standartdan çıxarılan təlim nəticələri alt standartın tələbinə uyğun

deyil: “Dinlədiyi fikirlər barədə mülahizələrini dəqiqləşdirir”

(səh.36,40), “Mətndəki əsas faktları seçir və münasibət bildirir”

(səh.108), “Mətndəki faktlar haqqında fikirləri dəqiqləşdirir”

(səh.115), “Mətndəki əsas faktları seçir və mülahizələrini

dəqiqləşdirir” (səh.130,132), “Dinlədiyi hadisə haqqında

mülahizələrini dəqiqləşdirir” (səh.136).

Page 48: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

1.1.2. (Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır) alt

standartından çıxarılan təlim nəticələri bir çox hallarda standartın

tələbinə uyğun gəlmir: “Mətni məntiqə əsaslanaraq abzaslara

bölür” (səh.24), “Dil haqqında fikirlərini əsaslandırır” (səh.31),

“Fikrini əsaslandırır” (səh.72, 78, 79, 95...), “Mövzu ilə bağlı

fikirlərini əsaslandırır” (səh.44). Bu təlim nəticələrini konkret

mövzu üzrə reallaşdırmaqla bağlı müəllimə heç bir tövsiyə verilmir.

Təlim nəticələri çıxarılarkən çox zaman alt standartın özü bəsit

şəkildə təkrar edilir, bəzən də bir alt standartdan çıxarılan təlim

nəticəsi başqa bir alt standartın tələbini əks etdirir.

Page 49: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından1.2.1. (Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir) alt

standartının tələbi auditoriyanın səviyyəsinə uyğun ifadə forması

seçməkdir. Bu alt standartın təlim nəticələri çox zaman standarta ya

uyğun gəlmir, ya da standartda tələb olunan bacarığı konkretləşdirmir:

“Fikirlərini yoldaşlarının qəbul edəcəyi formada çatdırır” (səh.20),

“Mətndəki əsas fikri yoldaşlarının anlaya biləcəyi formada nəql

edir” (səh.28), “Sinif yoldaşlarının səviyyəsinə uyğun fikrini izah

edir” (səh.42) “Mətni şagirdlərin başa düşəcəyi şəkildə nəql edir”

(səh.48), “Fikirlərini çatdırmaq üçün uyğun ifadə forması seçir”

(səh.115), “Dialoqu birinci şəxsin dilindən danışır” (səh.142), “Mətni

dialoq şəklində danışır” (səh.150) və s.

1.2.4. (Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri

ümumiləşdirir) alt standartından çıxarılan təlim nəticələri standartın

tələbini tam şəkildə özündə əks etdirmir, mövzu üzrə konkretləşmir:

“Söylənilən fikirləri ümumiləşdirir” (səh.28, 38, 56, 73), “Deyilən

fikirləri ümumiləşdirir” (səh.58), “Nəticə çıxarmaq üçün fikirləri

ümumiləşdirir” (səh.62), “Sinif yoldaşlarının fikirlərini

ümumiləşdirir” (səh.72).

Page 50: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

2.1.1. (Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq

qarşılığı tapmaqla şərh edir) alt standartından çıxarılan təlim nəticələri

“Yeni sözlərin mənasını tapır” (səh.24), “Sözlərin mənasını

dəqiqləşdirir” (səh.42) alt standartın mahiyyətinə uyğun deyil.

8-ci sinifdə 2.1.2. (Həqiqi və məcazi mənalı söz və ifadələrin

mənasını nümunələrlə şərh edir) alt standartının məqsədi həqiqi və

məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə şərh etmək

bacarıq və vərdişini formalaşdırmağı nəzərdə tutduğu halda, metodik

vəsaitdə bu məqsədə xidmət etməyən təlim nəticələri verilir. Məsələn,

“Sözlərin mənasını şərh edir” (səh.139), “Sözlərin mənasını

aydınlaşdırır” (səh.92, 142), “Söz və ifadələrin mənasını

aydınlaşdırır” (səh.150) və s. kimi təlim nəticələri alt standartı

konkretləşdirmək, xüsusiləşdirmək, dəqiqləşdirmək əvəzinə onu daha

ümumi şəkildə təkrar edir.

Page 51: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

8-ci sinif səviyyəsi üçün nəzərdə tutulmuş söz sırasını,

cümlələr və abzaslar arasında əlaqəni gözləməklə mətnin oxunmasına

dair bacarıqların yaradılması və inkişaf etdirilməsi kimi önəmli

məqsədə xidmət edən 2.2.1. (Söz sırasını, cümlələr və abzaslar

arasında əlaqəni gözləməklə mətni oxuyur) alt standartının təlim

nəticələri bir çox hallarda təhrif edilir və yaxud alt standarta qismən

uyğun verilir. Məsələn, alt standart oxu prosesində reallaşmalı olduğu

halda, MMV-də təlim nəticəsi belə verilir: “Abzaslar arasında

əlaqəni şərh etməklə mətnin məzmununu danışır” (səh.34),

“Mətndə abzasları müəyyən edir” (səh.79), “Mətni düzgün

oxuyur” (səh.92), “Mətni hissələrə bölüb adlandırır” (səh.88),

“Abzasları müəyyən edir” (səh.148), “Mətni abzaslara ayırır”

(səh.150). Təlim nəticələrindəki yanlışlıq alt standartların

reallaşdırılmasına da imkan yaratmır.

Page 52: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Beləliklə, MMV-də fənn kurikulumunun tələblərinin

reallaşma mexanizmlərinin şərhi və əsaslandırılması qənaətbəxş

sayıla bilməz. Burada vahidlik prinsipi gözlənilməyib: əksər

mövzuların hər dərsi üçün ayrıca bir saat, bəzisi üçün iki saat, bəzisi

üçün üç saat nəzərdə tutulur. 3-cü kiçik summativ qiymətləndirmənin

(KSQ) vaxtı tələb olunan normadan gec müəyyənləşdirilmişdir

(MMV, səh.10-11). 3-cü bölməyə aid KSQ 2 dəfə aparılır.

Ümumiyyətlə, 2-ci ilə 3-cü KSQ arasında 22 saat vaxt fərqi var. 3-cü

və 4-cü KSQ-lər arasında isə bu fərq 10 saatdır. “Ümumi təhsil

məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair

müvəqqəti təlimat”a görə bunlar yolverilməzdir.

İllik planlaşdırmada resurslar bütün dərslər üçün tamamilə

eyni mənbələrdir: dərslik və lüğət, bunlara aid dərs icmallarında isə

nisbətən fərqlidir.

Page 53: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Nailiyyət səviyyələri üzrə qiymətləndirmə rubrikalarında bəzi

qiymətləndirmə meyarları düzgün deyil və ya göstərilən səviyyəyə

uyğun deyil. Qiymətləndirmə rubrikalarında 1-ci səviyyə üçün

verilən meyarlarda bəzi ifadələr müasir təlim prinsiplərinə ziddir.

Bəllidir ki, 1-ci səviyyə üçün feilin inkar formasında işlədilməsi,

məsələn: “Deyilən fikirləri ümumiləşdirə bilmir” (səh.61), “Söz və

söz birləşmələri arasındakı sintaktik əlaqəni müəyyənləşdirə

bilmir” (səh.61) və s. pedaqoji baxımdan məqbul hesab edilmir.

Ümumiyyətlə, qiymətləndirmə meyarları: mülahizə irəli sürmür,

fikrini məntiqi cəhətdən əsaslandırmağı bacarmır, cümlənin növlərini

fərqləndirməyi bacarmır, yaza bilmir, ...əlavələr edə bilmir,

...müəyyən edə bilmir – metodik cəhətdən doğru deyil. Belə ki,

müasir təlimin məqsədi biliklərlə yanaşı, müəyyən bacarıq və

vərdişləri formalaşdırmaqdır. Şagird adi bir bacarığa yiyələnməyibsə,

deməli, bütövlükdə dərs uğursuz olub.

Page 54: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Səhifə 32. Dərsdə 4 alt standartın reallaşdırılması nəzərdə

tutulsa da, “Qiymətləndirmə” rubrikasında 3 alt standartın

qiymətləndirilməsi verilmişdir.

Səhifə 24. M.Kazımbəy haqqındakı dinləmə mətni ilə əsas

mövzuya keçid uğursuz alınır. Eyni dərsdə həm dərslikdəki mətn,

həm də dinləmə mətni üzərində iş təşkil olunmalı (dinləmə mətni

kifayət qədər mürəkkəbdir) və müxtəlif tapşırıqlar (1-9) yerinə

yetirilməlidir.

Səhifə 26. 3.1.3. (Mətnin hissələri, abzaslar və cümlələr

arasında əlaqəni gözləməklə yazıya düzəlişlər edir) alt standartının

təlim nəticəsi (“Mətndəki mürəkkəb adlara düzəliş edir”)

standarta uyğun deyil. Belə ki, bu alt standart mətndəki mürəkkəb

adlara deyil, mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni

gözləməklə yazıya düzəliş edilməsini tələb edir.

Page 55: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Səhifə 36. Buradakı icmal “Mədinə xanım Qiyasbəyli”

mətninin üzərində işin davamı kimi nəzərdə tutulduğu halda, bu

mətn üzərində heç bir əməliyyat aparılmır. Gah motivasiya kimi

hər hansı bədii mətn, gah çalışma kimi bədii mətn, gah da digər

çalışma kimi (10-cu tapşırıq) başqa bir mətn təqdim olunur.

Dərsin resurslarında şifahi nitqi müşahidə cədvəli verilir, lakin bu

resursdan istifadə barədə heç bir tövsiyə verilmir.

Burada qiymətləndirmə meyarlarında da ciddi pedaqoji

yanlışlıqlar var: I səviyyə – “Esseni müstəqil yazmağı

bacarmır”, “Söz birləşmələrinin növünü müəyyənləşdirə

bilmir”; II səviyyə – “Essenin xarakterini müəyyənləşdirə

bilmir”; III səviyyə – “Söz birləşmələrinin növünü müəllimin

köməyi ilə müəyyənləşdirə bilir”.

Page 56: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Səhifə 46. KSQ № 1-də 2-ci və 4-cü suallar eyni

mahiyyətlidir.

5-ci tapşırıq 8-ci sinif üçün nəzərdə tutulmuş şagird

nailiyyətlərinin qiymətləndirilməsi üçün bəsit tapşırıqdır. Belə ki,

mətnin məzmunu ilə bağlı olan “Şah nə üçün köpək saxlayırdı?”

sualının cavabı mətndə açıq şəkildə mövcuddur.

Burada 10 sualdan 9-u test tapşırığıdır. 3-cü tapşırığın D

bəndində belə olmalıdır: “...qoruya bilsin”.

Səhifə 48. 6 alt standart və təlim nəticəsi verilsə də,

qiymətləndirmədə 5-i öz əksini tapmışdır.

Səhifə 50. 4.1.2. (Söz və söz birləşmələrinin sintaktik

vəzifəsini müəyyən edir) alt standartı ilə ondan çıxarılan təlim nəticəsi

(“Söz və söz birləşmələri arasındakı əlaqələri müəyyən edir”)

uyğun deyil.

Page 57: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Səhifə 53. Mürəkkəb adların yazılışı ilə bağlı 3 cümlə verilir:

“1. “Leyli və Məcnun” operasına baxdım. 2. “Leyli və Məcnun”a

baxdım. 3. “Leyli və Məcnuna” baxdım”. Bunlardan ikincisinin

doğru olduğu vurğulanır. Doğrudur, məqsəd dırnaq içərisində yazılan

mürəkkəb adlara artırılan şəkilçinin yazılış qaydasının öyrədilməsidir,

lakin 1-ci cümlədə də mürəkkəb ad düzgün yazılmışdır.

Dərs müasir təlim texnologiyaları baxımından da qüsurludur,

dərsin mərhələləri bir-birindən fərqləndirilməmişdir.

Səhifə 57. Dərslikdə səhifə 35-də 12-ci və 13-cü tapşırıqların

şagirdlərdə tənqidi təfəkkürün inkişafına xidmət etməsi deyilir. Lakin

bu tapşırıqlar – söz birləşmələrini seçmək, uzlaşma əlaqəsini

müəyyənləşdirmək, uzlaşma əlaqəsində olan sözləri qruplaşdırmaq -

nəzərdə tutulmuş məqsədə xidmət etmir.

Page 58: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Səhifə 66. Qrup işində 3-cü qrupun tapşırığı, metodik baxımdan

uğursuzdur. Belə ki, 1-ci qrup faktlar seçməli, 2-ci qrup suallar

hazırlamalı, 3-cü qrup isə suallara cavab hazırlamalı (belə çıxır ki,

suallar hazır olanadək 3-cü qrup passiv vəziyyətdə qalır), 4-cü qrup

mətnin leksikası üzərində iş aparmalıdır. Müxtəlif əməliyyatlardan

sonra dialoq tərtib edilməli, sonra da müxtəlif qrammatik tapşırıqlar icra

edilməlidir. Belə dərs müasir təlim prinsiplərinə cavab vermir.

Burada qiymətləndirmə rubrikasında də nöqsan var. 3-cü meyar

pedaqoji baxımdan qüsurlu olmaqla yanaşı, III və IV səviyyələr üçün

eynidir: “Mətn əsasında sualları asanlıqla tərtib edir”.

Səhifə 69. II bölmə üçün müəyyənləşdirilmiş KSQ-də 7-ci

tapşırıq, demək olar ki, 6-cı tapşırığın təkrarıdır.

14-cü test tapşırığında sonuncu cümlədə hansı əlaqənin

olmadığını müəyyənləşdirmək tapşırılır, lakin sözü gedən cümlədə

sintaktik əlaqənin bütün növləri var.

Page 59: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Səhifə 74. 4-cü səviyyədə müvafiq qiymətləndirmə meyarı

qüsurludur: “Mətndəki məna əlaqəsini izah edərkən

müəyyənləşdirir və oxuyur”.

Səhifə 77. “Səhəng xidmətçiyə nə dedi?” sualı

proqnozlaşdırma üçün məqsədəuyğun deyil.

Səhifə 85. Dərslikdəki 5-ci tapşırığın həm qrup işi kimi tətbiq

olunması, həm də yaradıcı tətbiqetmə - ev tapşırığı kimi verilməsi

tövsiyə olunur. Eyni zamanda tapşırığın xarakterinə uyğun gəlməyən

sərbəst yazı üsulu təklif olunur.

Səhifə 89. Tədqiqat sualı məqsədəuyğun deyil: “Zərflik nəyə

deyilir, nə ilə ifadə olunur?”

Səhifə 91. Motivasiya mərhələsində tədris olunacaq mövzu

ilə bağlı 9-cu tapşırığın icrasının verilməsi məqsədəuyğun deyil.

Page 60: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Səhifə 94. Dərs üçün nəzərdə tutulmuş 4 alt

standartdan 3-nün təlim nəticəsi yanlışdır: 1.2.1.

(Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir) –

“Fikrini anlaşıqlı şəkildə ifadə edir”; 3.1.1. (Mövzuya uyğun

müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır) və

3.1.3. (Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni

gözləməklə yazıya düzəlişlər edir) (iki alt standartdan bir təlim

nəticəsi çıxarılıb) – “Abzaslar və cümlələr arasında əlaqəni

gözləməklə şəhidlər haqqında yazı yazır”.

Page 61: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Səhifə 95. Dinləmə

mətninin 2-ci abzasındakı 2-ci

cümlə (“Başına fəlakətlər

gələcəyini duyub çox peşman

olur və hər gün Allaha dua edir

ki, kaş ki Mövlana yanımda

olub mənə kömək edə idi”)

qüsurludur və dünyəvilik

prinsipinə ziddir.

Səhifə 97. Təklif edilən

variant (frontal sorğu) motivasiya

üçün əlverişli deyil. Verilən 2-ci

mətn yarımçıq olduğu üçün fikir

aydın olmur.

Page 62: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Səhifə 99. Dərslikdə səhifə 91-dəki 6-cı tapşırığın həm

motivasiya, həm də tədqiqatın aparılması mərhələlərinin icra edilməsi

üçün nəzərdə tutulması metodik baxımdan məqbul deyil. 6-cı tapşırıq

yalnız tədqiqat xarakterlidir.

Səhifə 104. KSQ №3-də 1-ci sualın əvvəldə verilməsi

məqsədəuyğun deyil, çünki mətn bərpa olunduqdan sonra ona uyğun

başlıq seçilə bilər.

4-cü test tapşırığı əhəmiyyətsizdir, heç bir bacarığın

yoxlanmasına xidmət edə bilməz. 9-cu sualdakı cümlədə norma

pozuntusu, üslub səhvi var: “Həyətdəki toyuq birdən-birə acıqlı

səslə qaqqıldadı”.

Page 63: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

12-ci test tapşırığında şühudi keçmiş zamanda işlənən feillə

ifadə olunan xəbərin verildiyi bəndin müəyyənləşdirilməsi tələb

edilir. A, C, D, E bəndlərinin hər biri düzgün cavabdır. Bundan başqa,

5-ci-7-ci sinif ana dili proqramlarında keçmiş zaman tədris olunarkən

“şühudi keçmiş zaman şəkilçisi” termininin verilmədiyi və tədris

olunmadığı halda (ümumiyyətlə, hal-hazırda ümumtəhsil

məktəblərində istifadədə olan “Azərbaycan dili” dərsliyində feilin

zamana görə dəyişməsi tədris olunarkən zaman şəkilçilərinin şühudi

və nəqli keçmiş, qəti və qeyri-qəti gələcək zaman bölgüsü verilmir)

(“Azərbaycan dili”, 5-ci sinif üçün dərslik. Bakı: Altun Kitab, 2012,

səh.137.), belə bilik və bacarığın yoxlanaraq qiymətləndirilməsi də

doğru deyil.

Page 64: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

“Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Səhifə 112. Mətnin oxusu təşkil olunmadan, (“Hüseynqulu

Sarabskinin xatirələri”) müqayisəsinin aparılması tapşırılır.

Yalnız bundan sonra mətnin oxunması tövsiyə olunur.

Səhifə 153-154. KSQ №7-də 3-cü sualda “Abzasları

müəyyənləşdirin” deyil, “Buraxılmış abzasları müəyyənləşdirin”

yazılması daha məqsədəuyğundur.

6-cı və 7-ci test tapşırıqlarının cavabı tapılarkən 8-ci test

tapşırığının cavabı da mexaniki şəkildə əldə olunur. 14-cü sual

ümumi səciyyəlidir, konkret verilsə, daha məqsədəuyğun olar.

Kiçik summativ qiymətləndirmələrdə qapalı test

tapşırıqlarının sayı açıq suallarla müqayisədə daha çoxdur. Eyni

nisbətdə verilməsi məqsədəuyğundur.

Page 65: Az baycan Respublikas n l b Q bulu üzr t Komissiyas …...2.7. Məzmun standartlarının realladırılması cədvəli 2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

Diqqətinizə görə təşəkkür

edirik!