79
Xəbər bülleteni № 26 http://transparency.az/cnews/ Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7 Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38 E-mail: info©transparency.az Mart 2016 Azərbaycan-Qətər sənədləri imzalanıb 09.03.2016 Prezident İlham Əliyev martın 8-i Bakıda Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşlər keçirib. Geniş tərkibli görüşdə çıxış edən İlham Əliyev deyib ki, iki ölkənin mükəmməl siyasi münasibətləri var: “Beynəlxalq təşkilatlarda, xüsusilə həmişə bir-birimizi dəstəklədiyimiz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq edirik. İqtisadi əməkdaşlığımızın səviyyəsini siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıyıq. Bu sahədə çox imkan mövcuddur. Enerji əməkdaşlığı, turizm, kənd təsərrüfatı, texnologiyalar, daşımalar və investisiya qoyuluşu sahələrində yaxşı imkanlar görürük. Bütün bu sahələr əməkdaşlıq üçün cəlbedicidir. Yaxın gələcək üçün ən vacib hədəflərdən biri qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsinin artırılması olmalıdır və bunun üçün yaxşı imkanlar mövcuddur”.

Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

  • Upload
    others

  • View
    7

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Xəbər bülleteni № 26http://transparency.az/cnews/

Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38E-mail: info©transparency.az

Mart 2016

Azərbaycan-Qətər sənədləri imzalanıb09.03.2016

Prezident İlham Əliyev martın 8-i Bakıda Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşlər keçirib. Geniş tərkibli görüşdə çıxış edən İlham Əliyev deyib ki, iki ölkənin mükəmməl siyasi münasibətləri var: “Beynəlxalq təşkilatlarda, xüsusilə həmişə bir-birimizi dəstəklədiyimiz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq edirik. İqtisadi əməkdaşlığımızın səviyyəsini siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıyıq. Bu sahədə çox imkan mövcuddur. Enerji əməkdaşlığı, turizm, kənd təsərrüfatı, texnologiyalar, daşımalar və investisiya qoyuluşu sahələrində yaxşı imkanlar görürük. Bütün bu sahələr əməkdaşlıq üçün cəlbedicidir. Yaxın gələcək üçün ən vacib hədəflərdən biri qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsinin artırılması olmalıdır və bunun üçün yaxşı imkanlar mövcuddur”.

Görüşdə energetika, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub, üçüncü ölkələrdə birgə investisiya qoyuluşu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Page 2: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

AZƏRTAC xəbər verir ki, geniş tərkibdə görüş başa çatdıqdan sonra təkbətək görüş olub. Bunun ardınca Azərbaycan-Qətər sənədləri imzalanıb:

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qətər Dövlətinin Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Qətər Dövlətinin Nəqliyyat və Rabitə Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qətər Dövlətinin Maliyyə Nazirliyi arasında büdcə və maliyyə məsələləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhsil, ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qətər Dövlətinin Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq haqqında Saziş”;

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşlar üçün viza tələblərinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol”;

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş”.

Torpaqların uçotu: yeni qaydalar təsdiq edilib09.03.2016

Page 3: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Dövlət başçısı İlham Əliyev Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlərə fərman verib. Martın 7-də imzalanmış fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” təsdiq edilib (Sənəd).Əmlak Məsələləri Dövlət Komitəsinə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtibini 2020-ci ilədək təmin etmək tapşırılıb.

Nazirlər Kabineti dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair tədbirlər planını bir ay müddətində təsdiq etməlidir.

Hökumətə “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün dövlət proqramı”nın layihəsini iki ay müddətində hazırlamaq; torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını üç ay müddətində təsdiqləmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə bələdiyyələrin vəsatətlərinə baxılması qaydasına dair təkliflərini üç ay müddətində prezidentə təqdim etmək də həvalə olunub.

Dollar 1 manat 62 qəpiyi, avro 1 manat 78 qəpiyi ötüb09.03.2016

Page 4: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Martın 9-da Azərbaycan manatının xarici valyutalara məzənnəsi dəyişib. Transparency.az xəbər verir ki, ABŞ dollarının rəsmi kursu 1,6105 manatdan 1,6228 manata yüksəlib.

Avronun satış kursu da artıb. Martın 7-də Mərkəzi Bankın 1,7699 manata təklif etdiyi avro bu gün 1,7807 manata satılır.

Rusiya rublunun rəsmi məzənnəsi isə 0,0223 manatdan 0,0224 manata qalxıb.

Neftin qiyməti yenə yüksəlib09.03.2016

Dünya birjalarında neftin qiyməti yenə yüksəlib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,39 dollar bahalaşaraq 36,69 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar artaraq 39,82 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,22 dollar bahalaşaraq 40,57 dollara təklif olunur. Bu, Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 15 dollar 57 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Transparency.az bildirir ki, Azərbaycan neftinin indiki qiyməti 1 il əvvəlki qiymətdən təqribən 20 dollara yaxın aşağıdır. 2015-ci il martın 10-da “AzəriLayt” markalı neftin bir barreli London birjasında 60,96 dollara satılıb.

Page 5: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

İş yeri statistikası açıqlanıb09.03.2016

2014-2015-ci illər ərzində Azərbaycanda ümumilikdə 243,2 min olmaqla 196,2 min daimi iş yeri yaradılıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə ölkədə 115,9 min yeni daimi iş yeri açılıb. Onların 66 faizi regionların payına düşüb. Bu dövrdə yaradılmış iş yerlərinin 75,5 faizi qeyri-dövlət sektorundadır.

Daimi iş yerlərinin 11,3 faizi yeni, 10,4 faizi mövcud, 0,6 faizi isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılıb. İş yerlərinin 77,7 faizini fərdi sahibkarlıq subyektləri açıb.

Putini Avropaya buraxmamaq təklif olunur09.03.2016

Avropa Parlamentinin 57 deputatı Rusiya prezidenti Vladimir Putinə sanksiyalar tətbiq etməyə çağırıb. Transparency.az-ın məlumatına görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogeriniyə ünvanlanan çağırışda Rusiya prezidentinə və daha 28 məsul şəxsə viza qadağası

Page 6: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

tətbiq etmək, onların bank hesablarını dondurmaq və əmlaklarına həbs qoymaq təklif olunur.

Sanksiya təklifi Ukrayna vətəndaşı Nadejda Savçenkonun işi ilə bağlıdır. Rusiyanın hüquq mühafizə orqanları Nadejda Savçenkonu həbs edib. O, rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin Ukrayna ərazisində öldürülməsində iştirakda ittiham olunur. İqor Kornelyuk və Anton Voloşin 2014-cü ilin yayında Ukrayna ordusunun mina atəşi ilə ölüblər. İstintaq iddia edir ki, Luqansk vilayətində rusiyalı jurnalistlərin koordinatını Silahlı Qüvvələrə o zaman Ukrayna ordusunun sərəncamında olan Nadejda Savçenko verib. Nadejda Savçenko Rusiyanın Rostov vilayətində mühakimə olunur. Prokuror ona 23 il iş istəyib.

Avropa Parlamentinin deputatları Federika Mogeriniyə ünvanlanan çağırışda Nadejda Savçenkonun qanunsuz tutularaq Rusiyaya aparıldığını, saxta ittihamlarla məhkəmə qarşısına çıxarıldığını bildirir. Onlar Rusiya prezidenti Vladimir Putinin, Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikovun, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin, Luqansk separatçılarının lideri İqor Plotnitskinin, bəzi müstəntiqlərin, hakimlərin və başqa şəxslərin Avropa İttifaqının 28 ölkəsinə səfərlərini qadağan etmək, onların bank hesablarının və əmlaklarının üzərinə həbs qoymaq təklifi irəli sürür.

2014-cü ilin fevral ayında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.

24 banka 50 milyon ABŞ dolları satıldı09.03.2016

Martın 9-da Mərkəzi Bank növbəti valyuta hərracı keçirib. Rəsmi məlumata görə, 24 bank Dövlət Neft Fondundan 50 milyon ABŞ dollar alıb.

Page 7: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Transparency.az bildirir ki, Dövlət Neft Fondu bu il hərraclarda ümumilikdə 1 milyard 71 milyon 46 min, Mərkəzi Bank isə 685 milyon 488 min ABŞ dolları satıb. Hərraclarda üst-üstə 1 milyard 756 milyon 534 min ABŞ dolları alınıb.

21 dekabrdan bəri: manatın kursu son iki ay yarımda necə dəyişib?09.03.2016

Transparency.az manatın kursunun son iki ay yarımda necə dəyişdiyinə nəzər salıb.

Ötən il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərarın ardınca rəsmi kurs 1 dollara qarşı 1 manat 55 qəpik olub. Həmin gündən bəri kurs belə dəyişib:

22 dekabr – 1,5511 manat

23 dekabr – 1,5523

24 dekabr – 1,5528

25 dekabr – 1,5540

28 dekabr – 1,5561

29 dekabr – 1,5578

30 dekabr – 1,5594

5 yanvar – 1,5610

Page 8: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

6 yanvar – 1,5626

7 yanvar – 1,5626

8 yanvar – 1,5642

11 yanvar – 1,5642

12 yanvar – 1,5685

13 yanvar – 1,5682

14 yanvar – 1,5706

15 yanvar – 1,5706

18 yanvar – 1,5870

19 yanvar – 1,6028

21 yanvar – 1,6028

22 yanvar – 1,6028

25 yanvar – 1,6054

26 yanvar – 1,6052

27 yanvar – 1,6050

28 yanvar – 1,6028

29 yanvar – 1,6008

1 fevral – 1,5972

2 fevral – 1,5940

Page 9: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

3 fevral – 1,5894

4 fevral – 1,5858

5 fevral – 1,5853

8 fevral – 1,5819

9 fevral – 1,5787

10 fevral – 1,5702

11 fevral – 1,5659

12 fevral – 1,5745

15 fevral – 1,5711

16 fevral – 1,5679

17 fevral – 1,5675

18 fevral – 1,5644

19 fevral – 1,5635

22 fevral – 1,5604

23 fevral – 1,5612

24 fevral – 1,5593

25 fevral – 1,5624

26 fevral – 1,5624

29 fevral – 1,5655

Page 10: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

1 mart – 1,5687

2 mart – 1,5764

3 mart – 1,5843

4 mart – 1,6019

7 mart – 1,6105

9 mart – 1,6228.

Naxçıvanın 56 ölkə ilə ticarət əlaqələri var09.03.2016

Naxçıvan Muxtar Respublikasının dünyanın 56 ölkəsi ilə ticarət əlaqələri mövcuddur. İxrac edilən malların alıcıları olan ölkələr arasında Türkiyə, Türkmənistan, İran, İsrail, Rusiya, Gürcüstan ön sıralarda yer alır.

AZƏRTAC xəbər verir ki, Naxçıvanın əsas ixrac məhsullarına məşhur mineral suları, təbii duzu, vafli məmulatlarını, çay, emal olunmuş ət və meyvə məhsullarını, qazlı və spirtli içkiləri, meyvə şirələrini, tikinti materiallarını, xam dəri, plastik və metal məmulatlarını, mebel, metal örtüklər, panel radiatorları misal göstərmək olar.

Page 11: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Muxtar respublikada istehsal olunan sement, travertin daş məmulatları, meyvə şirələri, vafli məmulatları Gürcüstana, yarımfabrikat dəri, mineral sular Türkiyə, İran və MDB ölkələrinə, “NAZ-Lifan” avtomobilləri Belarusa ixrac olunur.

Ədliyyə Nazirliyi ilin ən populyar adlarını açıqlayıb09.03.2016

Ədliyyə Nazirliyi 2016-cı ilin geridə qalan dövründə Azərbaycanda doğulmuş uşaqlara ən çox hansı adların qoyulduğunu açıqlayıb. Novator.az-ın məlumatına görə, ən populyar adlar siyahısına Yusif adı başçılıq edir: 382 uşağa Yusif adı verilib. İkinci yerdə Zəhra adı (311 uşaq), üçüncü yerdə Nuray adı (285) dayanır.

İlk onluqda Hüseyn (261 uşaq), Əli (248), Zeynəb (224), Aylin (211), Ömər (198), Ayan (177), Məryəm (166) adları da yer alır.

Ən azı 100 dəfə qoyulmuş digər populyar adların siyahısı belədir:

Mələk – 164

Murad – 152

Tunar – 148

Ayxan – 142

Məhəmməd – 139

Uğur – 139

Page 12: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Səma – 135

Dəniz – 126

Mədinə – 118

İbrahim – 111

Xədicə – 111

Kənan – 110

Leyla – 110

Gülay – 106.

Büdcədəki valyuta xərcləri manatı xərcə salır09.03.2016

Manatın devalvasiyası dövlət büdcəsində tək gəlirləri yox, xərcləri də artırıb. İqtisadçı ekspert Rövşən Ağayev bu fikirdədir.

Novator.az-ın məlumatına görə, Rövşən Ağayev bildirir ki, devalvasiya büdcənin valyuta ilə planlaşdırılan xərclərinin artmasını qaçılmaz edib: “Builki büdcənin ilkin variantı hələ 5-6 ay qabaq tamamlanmışdı və xərclər 1 dollar=1,05 manat məzənnəsi ilə hesablanmışdı. Ötən il dekabrın 21-də daha bir devalvasiya oldu və valyuta ilə ödənən xərclər 1 dollar=1,6 manat məzənnə əsasında proqnoz edildi. Nəticədə beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlük haqları 16 milyon manat; xaricdəki diplomatik nümayəndəliklərin xərcləri 34 milyon; xarici dövlətlərə veriləcək kreditlər üzrə xərclər 37 milyon manat; büdcə

Page 13: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

hesabına ödənəcək xarici borclar (əsas və faiz borcları) təxminən 500 milyon manat artdı.

Üstəlik, manatın məzənnəsinin il ərzində dəyişməsi nəticəsində büdcədə əlavə xərclərin yaranacağı gözlənir və bunun üçün 316 milyon manat nəzərdə tutulub. Bir sözlə, devalvasiya büdcə üçün təxminən 2,2 milyard manat əlavə gəlir yaratmışdı, amma onun təxminən yarısını sonradan geri alır”.

Ünvanlı sosial yardımın orta aylıq məbləği 151 manat 31 qəpikdir09.03.2016

Fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 119 275 ailəni (514149 nəfəri) ünvanlı dövlət sosial yardımı ilə təmin edib. Rəsmi məlumata görə, hər ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği 151 manat 31 qəpik olub.

Yardım alan ailələrdə ailə üzvlərinin 47,8 faizi yaşı 18-dək ailə üzvlərindən, o cümlədən 16781 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardan ibarətdir. Həmin ailələrdə 1 yaşadək olan 6362 nəfər ailə üzvünün hər birinə görə aylıq sosial müavinət də ödənilib.

Ünvanlı dövlət sosial yardımı alan ailələrin 28,3 faizi tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Pensiya məbləği: bizdə və xaricdə09.03.2016

Page 14: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

2015-ci ilə aid rəsmi hesabata əsasən, Azərbaycanda yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196 manatı ötüb. Transparency.az bildirir ki, bu, Cənubi Qafqazda ən yüksək göstəricidir.

Qonşu Rusiyada əmək pensiyasının keçənilki orta aylıq məbləği 13 min 900 rubl göstərilir. Bizim pulla hesablayanda (100 rubl= 2 manat 24 qəpik) bu, 311 manatdan bir qədər çoxdur.

2015-ci ildə əmək pensiyasının orta aylıq məbləği Ermənistanda 127 manata yaxın, Gürcüstanda 76 manatdan bir qədər çox həcmdə qərarlaşıb.

Ukraynada ötən il əmək pensiyaçıları orta hesabla 66 manat alıblar. Belarusda orta aylıq pensiya 222 manatı, Qazaxıstanda 317 manatı keçib.

Ötən il Latviyada pensiyaçılara orta hesabla 425 manatdan, Litvada 310 manatdan bir qədər çox verilib.

Yunanıstanda orta əmək pensiyasının məbləği 727 manatı, Bolqarıstanda 177 manatı ötüb.

Almaniyada əmək pensiyaçıları orta hesabla ayda 1777 manata yaxın, ABŞ-da 1523 manatdan bir qədər çox alıblar.

Finlandiyada isə orta pensiya məbləği ötən il 2516 manata yaxın olub.

“Azəryolservis”in adı dəyişdirildi, “Xəzər Dəniz Gəmiçiliyi”nin səlahiyyəti artdı, Təhsil üzrə Komissiya ləğv olundu10.03.2016

Page 15: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Prezident İlham Əliyev “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılmasına fərman verib. Fərmana əsasən, “Azəravtoyol” avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.

Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi Nazirlər Kabinetinə həvalə olunub. Sədrin və sədr müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, qurumun yenidən təşkili və ləğvi Azərbaycan prezidentinin səlahiyyətindədir.

Transparency.az bildirir ki, ötən il dekabrın 28-də “Azəryolservis” Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmış, Saleh Ərşad oğlu Məmmədov quruma sədr təyin olunmuşdu.

İlham Əliyevin digər fərmanı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyəti artırılıb. Yeniliyə görə, cəmiyyətin idarə, filial və nümayəndəliklərinin yaradılması, ləğvi, törəmə hüquqi şəxslərin yaradılması, yenidən təşkili, ləğvi qurumun öz səlahiyyətinə keçir. İndiyədək bu səlahiyyət Nazirlər Kabinetində idi.

Dövlət başçısının martın 9-da imzaladığı başqa bir sənədlə Prezident yanında Təhsil üzrə Komissiya ləğv olunub. 2005-ci il mayın 30-da yaradılmış komissiyaya Ramiz Mehdiyev rəhbərlik edirdi.

Manat dəyər itirir10.03.2016

Page 16: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Martın 10-da Azərbaycan manatı əksər xarici valyuta qarşısında ucuzlaşıb. ABŞ dollarının rəsmi məzənnəsi 1,6315 manat olub. Ötən gün kurs 1,6228 manat idi.

Avronun satış kursu 1,7807 manatdan 1,7907 manata qalxıb.

Martın 9-da 0,0224 manata satılan Rusiya rublu isə indi 0,0230 manata təklif olunur.

Transparency.az xəbər verir ki, digər valyutaların rəsmi məzənnəsi belə müəyyənləşib:

1 gürcü larisi – 0,675 manat

1 ingilis funt sterlinqi – 2,3164 manat

1 İsveçrə frankı – 1,6356 manat

1 türk lirəsi – 0,5635 manat.

IV Qlobal Bakı Forumu işə başlayıb10.03.2016

Martın 10-u paytaxtda “Çoxqütblü dünyaya doğru” mövzulu IV Qlobal Bakı Forumu işə başlayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilən foruma 53 ölkədən 300-dən çox nümayəndə qatılıb.

İki gün davam edəcək forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə ediləcək. Enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

Page 17: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

AZƏRTAC xəbər verir ki, açılış mərasimində iştirak edən prezident İlham Əliyev tədbirdə nitq söyləyib.

Vizasız səfər reytinqi açıqlanıb10.03.2016

“The Henley & Partners” konsaltinq firması Viza Məhdudiyyətləri İndeksini açıqlayıb. Azadliq.org xəbər verir ki, indeksə görə, Almaniya vətəndaşlarının 177 ölkəyə vizasız səfər etmək imkanı var.

2006-cı ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının məlumatları əsasında hazırlanan reytinqdə ikinci yeri İsveç tutur. İsveç vətəndaşları 176 ölkəyə vizasız səfər edə bilir.

Üçüncü yeri Finlandiya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniya bölüşürlər. Bu ölkələrin pasportları ilə 175 ölkəyə vizasız səfər etmək olur.

Reytinq cədvəlində 75-ci yeri tutan Azərbaycanın vətəndaşları 62 ölkəyə vizasız gedir. Ancaq Azadliq.org Wikipedia-ya istinadla bildirir ki, reallıqda Azərbaycan vətəndaşlarının vizasız səfər etdiyi ölkələrin sayı 29-dur.“Cənub Qaz Dəhlizi” istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi hazırlıqlarına başlanıb10.03.2016

“Şahdəniz 2”, “Cənub Qaz Boru Kəməri”, Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin maliyyələşdirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” şirkətinin buraxacağı istiqrazların beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin 7 mart 2016-cı il qərarı

Page 18: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

ilə dövlət zəmanəti verilmiş istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün Citi Bank, UniCredit, JP Morgan bankları səlahiyyətləndirilib. “Lazard Freres SAS” şirkəti isə Azərbaycanın maliyyə məsləhətçisi rolunda çıxış edir.

Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi, “Cənub Qaz Dəhlizi” şirkətinin və Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyətin 10-16 mart arası dünyanın əsas maliyyə mərkəzləri olan London, Nyu-York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində investorlarla görüşləri nəzərdə tutulur.

Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası 1 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır.

Sinqapur bahalı şəhərlərin birincisidir10.03.2016

Böyük Britaniyanın “Economist İntelligence Unit” Elmi-Tədqiqat Mərkəzi ən bahalı şəhərlərin reytinqini açıqlayıb. Novator.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, əvvəlki iki ildə reytinq cədvəlinə başçılıq etmiş Sinqapur yenidən dünyanın ən bahalı şəhəri seçilib.

Ən bahalı şəhərlərin reytinq cədvəlində ikinci yerdə Sürix, üçüncü yerdə Honkonq qərarlaşıb.

“Economist İntelligence Unit” məruzəni hazırlayarkən ərzaq, geyim, ev avadanlığı, kosmetika, kirayə, nəqliyyat, məktəb və uşaq bağçası xərclərinin daxil olduğu 160 mal və xidmətin dəyərini nəzərə alıb.

Manat nə vaxtadək ucuzlaşacaq?10.03.2016

Page 19: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Bu ay manat dollar qarşısında hər gün dəyər itirib: martın 1-də rəsmi məzənnə 1,5687 manat, 2-də 1,5764 manat, 3-də 1,5843 manat, 4-də 1,6019 manat, 7-də 1,6105 manat, 9-da 1,6228 manat olub. Martın 10-da isə rəsmi məzənnə 1,6315 manata qalxıb.

İqtisadçı ekspert Qubad İbadoğlu yazır ki, manatın məzənnəsi sərbəst dönərli valyutalara nəzərən gerçək dəyərinə çatmayınca sabitləşməyəcək. Transparency.az-ın məlumatına görə, ekspert Mərkəzi Bankın üzən məzənnə rejimini imitasiya etdiyini bildirir: “Mərkəzi Bank üzən məzənnə siyasətinə tam keçidi təmin etmək üçün eksperiment aparır. İlk vaxtlar üzən məzənnəyə keçidə cəhd edən qurum sonra geri çəkilərək bir müddət manatı cüzi də olsa bahalaşdırdı. Hazırda isə əks proseslərə rəvac verir, dəyişiklikləri dəyərləndirir, valyuta bazarı iştirakçılarının və əhalinin davranışını öyrənməyə çalışır.

Hazırkı siyasət bir müddət davam edəcək və manat yenə də ucuzlaşıb öz gerçək dəyərinə yaxınlaşacaq. Onun gerçək dəyərini alıcılıq qabiliyyətinin paritetləri əsasında müəyyənləşdirmək mümkündür. Şübhəsiz ki, Mərkəzi Bank belə bir hesablama aparıb və manatın ABŞ dollarına nəzərən gerçək dəyərini müəyyənləşdirib. Rəsmilər də başa düşür ki, manatın sabitləşməsi və ona olan inamın bərpası yalnız həmin nisbət təmin olunanda mümkündür”.

Ekspert əlavə edir ki, milli valyutanın real səviyyəsinə çatmaq üçün qısa, orta və uzun müddətli yanaşmalar mövcuddur: “Qısamüddətli yanaşma üzən məzənnəyə tam keçidlə təmin edilir və bu zaman məzənnə bazar iştirakçılarının milli və xarici valyutaya olan tələb və təklifi əsasında satış əməliyyatları ilə tarazlaşdırılır. Bu zaman Mərkəzi Bank müstəsna hallarda məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq üçün valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini hamarlaya bilər.

Page 20: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Ortamüddətli yanaşma hazırda tətbiq olunur. Belə ki, manatın məzənnəsi Mərkəzi Bankın valyuta bazarında satış əməliyyatlarına aktiv müdaxiləsi ilə hərdən ucuzlaşdırılmaqla, hərdən də bahalaşdırılmaqla hədəfə yaxınlaşdırılır.

Uzunmüddətli yanaşma isə təsbit edilmiş məzənnə rejimi ilə milli valyutanın xarici valyutaya qarşı aylarla dəyişməz saxlanılması və bir müddətdən sonra devalvasiya aparılmasıdır. Bu yanaşma valyuta ehtiyatları kifayət qədər olanda həyata keçirilir. Hazırda Mərkəzi Bankın belə imkanı olmadığından əvvəllər tətbiq olunan həmin yanaşma gündəmdə deyil.

Hesab edirəm ki, ortamüddətli dövrdə Mərkəzi Bank manatı sərbəst dönərli valyutalara nəzərən ucuzlaşdıracaq, onu tam üzən məzənnə rejiminə keçidə hazırlamaqla məşğul olacaq. Çünki başqa alternativ qalmayıb. Qarşıda ölkənin iş təqvimində ən uzun tətilin gəldiyini, xaricə səfərlərin çoxalacağını və valyutaya olan tələbin artacağını nəzərə alsaq, bayramqabağı günlərdə manat ucuzlaşmaqda davam edəcək”.

52 sahibkara 580 min manat güzəştli kredit verilib10.03.2016

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu martın 10-da Xaçmaz rayonunun Arzu qəsəbəsində keçirilən işgüzar forumda Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 52 sahibkara 580 min manat güzəştli kredit verib. Məlumata görə, kreditlər əsasən heyvandarlıq, bağçılıq, quşçuluq, fındıq emalı, arıçılıq, plastik qapı-pəncərə istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcək, layihələrin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

İşgüzar forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 130 investisiya layihəsinin maliyyələşdirilməsinə 154 milyon manat güzəştli kredit verilib, 10 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Xəbəri AZƏRTAC yayıb.

Page 21: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Ötən ay vergi orqanlarına 10 mindən çox müraciət daxil olub10.03.2016

Page 22: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Bu ilin fevralında vergi orqanlarına 10 min 176 müraciət daxil olub. Vergilər Nazirliyinin hesabatına görə, müraciətlərdən 97,6%-i ərizə, 2,1%-i şikayət, 0,3%-i təklifdir.

Müraciətlərin 55%-i müxtəlif arayışların alınması, 15,1%-i kameral vergi yoxlamaları, 7,3%-i vergi borcları, 2,2%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,9%-i operativ vergi nəzarəti (o cümlədən nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.

Müraciətlərin 75,7%-i müsbət həll edilib.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 46,3%, cari ilin yanvar ayı ilə müqayisədə isə 35,7% azalıb. Nazirliyin aparatına daxil olmuş şikayətlərin sayı da ötən ilin fevral ayı ilə müqayisədə 50,3%, cari ilin yanvar ayı ilə müqayisədə isə 40,3% az olub.

Hesabat dövründə vergi orqanları ümumilikdə 394 vətəndaşı qəbul edib.

Putin Yaqub Eyyubova mükafat verdi10.03.2016

Page 23: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Martın 10-da Rusiya prezidenti Vladimir Putin Kremldə yerli və xarici vətəndaşlara dövlət mükafatları təqdim edib.

Novator.az xəbər verir ki, Rusiya prezidentinin mükafatlandırdığı adamlar arasında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov da var.

Vladimir Putin Yaqub Eyyubova “Dostluq” ordeni verib. Təltif Yaqub Eyyubovun “dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi və mədəni əlaqələrin inkişafına töhfəsi” ilə əsaslandırılıb.

Yaqub Eyyubov 1945-ci il oktyabrın 24-də Mingəçevir şəhərində anadan olub. İnşaat mühəndisi, texnika elmləri doktoru, professordur. 1999-2003-cü illərdə baş nazirin müavini işləyib. 2003-cü ildən baş nazirin birinci müavinidir.

Xamneyi varisin seçilməsi üçün Üləmalar Məclisinə müraciət edib10.03.2016

Martın 10-da İran İslam Respublikasının dini rəhbəri ayətullah Əli Xamneyi onun yerinə varisin seçilməsi üçün Üləmalar Məclisinə müraciət edib.

Novator.az-ın məlumatına görə, 76 yaşlı Xamneyi bildirib ki, Üləmalar Məclisi dini rəhbər postuna xələf seçməli və həmin şəxs vaxtı gələndə onu əvəz etməlidir.

Page 24: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

İranda dini rəhbər dövlət başçısı deməkdir. Dini rəhbəri Üləmalar Məclisinin öz üzvləri arasından seçmək hüququ var. 88 nəfərlik Üləmalar Məclisinin son tərkibi ötən ay formalaşdırılıb. Bu qurumun səlahiyyət müddəti 8 ildir. Dini rəhbər isə faktiki ömürlük seçilir.

Ayətullah Əli Xamneyi 1989-cu ildən, İran islam inqilabının lideri ayətullah Xomeyni vəfat edəndən ölkənin dini rəhbəridir.

Xamneyi 1981-ci ilin oktyabrından 1989-cu ilin avqustunadək İranın prezidenti olub. Əslən azərbaycanlıdır.

Sökülən evin əvəzində pul ödənməsi qadağan olunmalıdır10.03.2016

Ölkədə korrupsiya əleyhinə mübarizə dövlət təhlükəsizliyi məsələsinə çevrilib. Bu mənfi halların qarşısını almaqdan ötrü “Elektron hökumət”, “ASAN xidmət” və şəffaflığı artıran digər institusional tədbirlər həyata keçirilir. Lakin dövlət başçısının da çıxışlarında vurğuladığı kimi, bütün vətəndaşların, ictimaiyyətin fəal köməyi olmadan bu bəlanın kökünü kəsmək çox çətindir.

Bir jurnalist olaraq və korrupsiya ilə bağlı prosesləri müşahidə edərək vacib bir sahəyə diqqəti cəlb etmək istəyirəm. Məlumdur ki, Bakıda müəyyən tikinti və söküntü işləri aparılır və bu zaman vətəndaşların hüquqları əksər halda təhdid, zərbə altına salınır. Araşdırmalar göstərir ki, bu halları bir qayda olaraq “bulanıq suda balıq tutmaq” istəyən dələduz-mafioz dəstələri törədir. Bu möhtəkir və dəllalların ucbatından isə cəmiyyətdə narazılıq yaranır, dövlətə inam sarsıdılır və araqarışdıran qüvvələrə meydan açılır.

Page 25: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Korrupsiya mənbəyi olan bu sahəni təmizləməyin ən məqbul yolu qanunvericiliklə tənzimləmədir. Qanun aktının tələbləri:

1. istənilən tikinti barədə informasiya (binanın eskizi və təyinatı haqda) ən azı 3 ay əvvəldən KİV-də ictimaiyyətə təqdim edilməli;

2. tikintinin sifarişçisinin və podratçı şirkətin kimliyi bilinməli;

3. evi sökülməyə məruz qalan vətəndaşa tikiləcək binada icbari olaraq: ən azı 2 otaqlı mənzil; sökülən evin sahəsi 80 kvadratmetrdən artıqdırsa, 3 otaqlı, 100 kvadratmetrdən metrdən artıqdırsa, 4 otaqlı mənzil verilməsi təsbit olunmalıdır;

4. sökülən mənzilin əvəzinin pulla ödənilməsi qadağan edilməlidir. (Bu, möhtəkirliyə son qoyar. Kim istəsə aldığı mənzili özü sonra satıb pula çevirə bilər. Bundan əlavə, pulun dəyəri dəyişkəndir, 2 il əvvəl 1500 manat 1800 dollara bərabər idi, indi cəmi 900 dollara bərabərdir).

Söküntü dövlət layihələri çərçivəsində aparılarsa, əvvəlcədən həmin rayonun sərhədləri daxilində yaşayış binası inşa edilərək köçürülən vətəndaşlara paylanmalıdır (yuxarıdakı normativlər nəzərə alınmaqla). Bu halda dövlət də qazana bilər. Azərbaycanda tikilən evin bir kvadratmetri 400-450 manata başa gəlir (ən keyfiyyətli materiallar işlənsə belə). Deməli, hər kvadratmetr üçün 1500 manat ödəmək lazım gəlməz; əksinə, dövlət xeyli qənaət etmiş olar (iki-üç dəfə!). İnşaat sənayesi genişlənər, iş yerləri daha da artar və s.

Azərbaycanda dövlət vətəndaşa qayğı göstərir: yüz minlərlə qaçqın-köçkünə, şəhid ailələrinə, əlillərə, yetimlərə, Kür çayı daşqınından və Zaqatalada zəlzələdən ziyan çəkənlərə, jurnalistlərə və başqa kateqoriyadan olan insanlara ev tikib pulsuz hədiyyə edir. Lakin “söküntü fəlakəti” qurbanlarına məmləkətimizdə heç bir sayğı-qayğı yoxdur. Onları da hansısa “məzlumlar ” kateqoriyasına salmaq ədalətli olmazmı?

Yuxarıda qeyd olunan təkliflər Milli Məclisdə qanuna çevrilsə, neçə ildir cəmiyyətdə ciddi gərginlik və narazılığa səbəb olan söküntü problemi tam və birdəfəlik aradan götürülər. Yetər ki, dövlətin mənafeyini qorumağa istək olsun.

İsmayıl Vəliyev

Novruz əfvi: siyahılar var

Page 26: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

10.03.2016

Martın 20-dən 28-dək Azərbaycanda Novruz bayramı qeyd olunacaq. Bayram ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin əfv sərəncamı ilə azadlığa buraxılmasının mümkünlüyü haqda çox danışılır.

Əfv Məsələləri Komissiyası iclaslarını başa vuraraq dövlət başçısı İlham Əliyevə tövsiyə xarakterli siyahı göndərib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi Əfv Məsələləri Komissiyasının üzvləri Ramil Usubov (daxili işlər naziri), Fikrət Məmmədov (ədliyyə naziri), Əbülfəs Qarayev (mədəniyyət və turizm naziri), Mədət Quliyev (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi), Fuad Ələsgərov (Prezident Administrasiyasının şöbə müdiri), Allahşükür Paşazadə (Qafqaz Müsəlmanları İdarəsinin sədri), Əhliman Əmiraslanov, Bəxtiyar Əliyev, Azay Quliyev, Səttar Möhbalıyev, Elmira Axundova, Məlahət İbrahimqızı (Milli Məclisin deputatları), Aynur Sofiyeva (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini), Rəşad Məcid (Yazıçılar Birliyinin katibi), Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri), Mehdi Mehdiyev (Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri), Cəmilə Ramazanovadır (Azərbaycan Respublikasının əməkdar müəllimi).

Əfv Komissiyası bəzi yerli və beynəlxalq hüquq müdafiə qurumlarının siyasi məhbus kimi tanıdığı şəxslərin işinə baxıbmı? Transparency.az-ın sualını cavablandıran komissiya üzvü Əliməmməd Nuriyev deyib ki, 4 iclasda əfv üçün prezidentə müraciət edən 400-dən çox şəxsin işi müzakirə olunub: “Hər bir şəxsin məsələsinə ayrıca, fərdi şəkildə baxılıb. Amma bu müzakirələr məxfidir, kimin işinin necə müzakirə edildiyini açıqlamaq doğru deyil. Çünki məsələ bizim iclaslarla bitmir. Komissiyada sadəcə müraciətlər əsasında tövsiyə xarakterli qərar qəbul edilib prezidentə təqdim olunur. Əfv etmək isə dövlət başçısının müstəsna səlahiyyətidir”.

Problemli məhbusların işi üzrə işçi qrupa gəlincə, dövlət nümayəndələri və hüquq müdafiəçilərinin daxil olduğu qurum müzakirələr apararaq Əfv Məsələləri Komissiyasına 22 nəfərlik siyahı təqdim edib. Söhbət kimlərdən gedir? Qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı Transparency.az-ın bu sualını cavabsız qoyub.

Azərbaycanın bəzi hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısında 93 nəfərin adı var. Siyahıda məhbuslar 7 bölümdə qruplaşdırılıb: jurnalistlər və

Page 27: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

bloqçular, hüquq müdafiəçiləri, gənc fəallar, müxalif siyasətçilər, inanclı fəallar, ömürlüklər, digər işlər.

Siyahının jurnalistlər və bloqçular bölümündə 13 nəfərin adı yer alır: Əbdül Əbilov, Nicat Əliyev, Pərviz Həşimli, Xədicə İsmayıl, Seymur Həzi, Araz Quliyev, Tofiq Həsənov, Fərəc Kərimov, Hilal Məmmədov, Ömər Məmmədov, Rauf Mirqədirov, Rəşad Ramazanov, Tofiq Yaqublu.

Hüquq müdafiəçilərindən 5 nəfər həbsdədir: Anar Məmmədli, Əliabbas Rüstəmov, Rəsul Cəfərov, İntiqam Əliyev, Taleh Xasməmmədov.

Siyahıya görə, 4 gənc fəal siyasi məhbus sayılır: Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, İlkin Rüstəmzadə.

Müxalif siyasətçilərdən 9 nəfərin adı siyasi məhbus siyahısına salınıb: İlqar Məmmədov, Yadigar Sadıqov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifov, Qadir Xudabaxşıyev, Elvin Abdullayev, Zeynalabdin Bağırzadə, Nazim Mahmudov.

İnanclı fəallar bölümündə 43 məhbusun adı yer alır. Onların arasında İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov da var.

Ömürlüklər bölümündə keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinə görə məhkum olunmuş 3 nəfərin adı yer alır: Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov.

Digər işlər bölümünə gəlincə, siyahıda 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş hadisələrə görə tutulmuş Vasif İbrahimovun, keçmiş dövlət məmurları Əli İnsanovun, Nicat Quliyevin, Akif Muradverdiyevin, Asif Lətifovun, Nemət Pənahlının adları var. Bu bölümə siyasi girovlar başlığı altında Sirac Kərimlinin, Elnur Seyidovun, Murad Adilovun, Rüfət və Rövşən Zahidovların adları da salınıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsi təsdiqlənib11.03.2016

Page 28: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Prezident İlham Əliyev martın 10-da Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsini təsdiq edib. Transparency.az bildirir ki, nizamnaməyə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət orqanıdır. Palatanın fəaliyyət istiqamətləri belə sıralanır:- maliyyə bazarlarında vahid siyasətin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsinin təmin edilməsi;

- makroprudensial nəzarətin həyata keçirilməsi;

- maliyyə bazarlarının tənzimlənməsi ilə bağlı normativ xarakterli aktların qəbul edilməsi və müvafiq hüquqi aktların layihələrinin hazırlanmasında iştirak;

- maliyyə bazarlarında fəaliyyətlərin lisenziyalaşdırılması, icazələrin verilməsi və ləğv edilməsi;

- maliyyə bazarlarında davamlı və hərtərəfli nəzarətin həyata keçirilməsi, yoxlamalar aparılması və ya bu yoxlamaların keçirilməsinin üçüncü şəxslərə həvalə edilməsi, hesabatların alınması;

- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarətin təmin edilməsi, bu sahədə monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlardan daxil olan məlumatların toplanması və təhlili;

- əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi;

- maliyyə bazarlarında vahid informasiya sisteminin tətbiqinin təmin edilməsi.

Qurumun idarəetmə orqanları Direktorlar Şurası və İdarə Heyətidir. İqtisadiyyat və ya hüquq sahəsində ali təhsili, iqtisadiyyat, hüquq, maliyyə və ya bank sahəsi üzrə peşəkar təcrübəsi olan, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, qulluq mənafeyi əleyhinə, habelə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilməmiş, xarici dövlətlərin qarşısında heç bir öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşları Direktorlar Şurasının və İdarə Heyətinin üzvü ola bilərlər.

Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri, habelə palatanın bütün digər vəzifəli şəxsləri pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla digər ödənişli fəaliyyətlə, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul ola, hüquqi şəxslərin idarəetmə orqanlarında vəzifə tuta bilməzlər. Siyasi partiyalara və ictimai birliklərə üzvlük də qadağandır.

Direktorlar Şurası sədr və sədrin müavini daxil olmaqla 5 nəfər üzvdən ibarətdir. Sədri, onun müavinini və digər üzvləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddəti 5 ildir.

İdarə Heyəti baş icraçı direktor, onun iki müavini və digər altı nəfər üzvdən ibarətdir. Baş icraçı direktoru 5 il müddətinə Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Page 29: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Yeni palatanın Direktorlar Şurasının sədri11.03.2016

Martın 10-da dövlət başçısı İlham Əliyev Rüfət Aslanlının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına sədri təyin edib.

Dövlət başçısının 3 fevral fərmanı ilə yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında qurulur, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulur.

Prezident İlham Əliyev martın 10-da Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsini təsdiq edib. Nizamnaməyə görə, palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət orqanıdır.Transparency.az bildirir ki, Rüfət Cəbrayıl oğlu Aslanlı 1970-ci ildə Bakıda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. Aqrar Sənaye Bankında iqtisadçı, aparıcı iqtisadçı, Milli Bankın Baş Pul-Kredit Siyasəti və Valyutanın Tənzimi İdarəsində aparıcı iqtisadçı, baş iqtisadçı, həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışıb.

2000-ci ilin iyul ayından Milli Bankın Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin direktoru olub, 2001-ci ildə İdarə Heyətinin üzvü seçilib. 2006-cı ildə Milli Bankın baş direktoru vəzifəsinə təyin edilib. 2007-ci ildən İdarə Heyəti sədrinin müavini olub.

Rüfət Aslanlı 2008-ci ilin noyabr ayından Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədrlik edib.

“Bu vəziyyət bizi islahatlarla bağlı səmərəli işləməyə məcbur edir”11.03.2016

Page 30: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

“Hazırda bizim maliyyə vəziyyətimiz yenidən sabitdir”. AZƏRTAC-ın məlumatına görə, martın 10-da “Çoxqütblü dünyaya doğru” mövzulu IV Qlobal Bakı Forumunda çıxış edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı qeyd edib ki, 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub: “Biz işsizlik və yoxsulluğu kəskin şəkildə azaldaraq 40 faizdən 5 faizə endirməyə müvəffəq olmuşuq. İqtisadiyyatımız daha da rəqabət qabiliyyətli olub və Davos İqtisadi Forumunun hesablamalarına əsasən, dünyada 40-cı yerdədir. Əsas infrastruktur layihələrini, o cümlədən insanlarımızın yaşayış standartlarını yaxşılaşdırmaq üçün sosial infrastruktur layihələrini icra etmişik və bununla həm də sərmayələr üçün daha münbit şərait yarada bilmişik.

Adambaşına düşən birbaşa xarici sərmayəyə görə biz ən qabaqcıl mövqelərdəyik. Bu, ilk növbədə neft-qaz sahəsinə yatırılmış sərmayələr idi. Hazırda isə biz qeyri-neft sektoruna sərmayəçilər cəlb etməyə çalışırıq. Neft və qazdan asılılığımızın azaldılması islahatlarımızın tərkib hissəsi olub və bunun nəticəsində bu gün neft-qaz sahəsi bizim ümumi daxili məhsulun təqribən 30 faizini, büdcə gəlirlərimizin isə 50 faizini təşkil edir. Məqsədimiz neft və qazdan asılılığımızı tamamilə aradan qaldırmaqdır.

Azərbaycan üçün postneft dövrü artıq başlayıb. Ona görə yox ki, biz hasilatı azaltmışıq. Neftin qiyməti kəskin şəkildə – dörd dəfə aşağı düşüb. Bu səbəbdən tamamilə yeni bir vəziyyət yaranır və dünyanın heç bir ölkəsi buna hazır deyildi. Heç kəs təsəvvür edə bilməzdi ki, bir ilin içində qiymət bu dərəcədə kəskin şəkildə aşağı düşsün. Bu səbəbdən biz bu vəziyyətin mənfi nəticələrinin aradan qaldırılması üçün fəal və səmərəli işləməli olduq. Hazırda bizim maliyyə vəziyyətimiz yenidən sabitdir, proqnozlaşdırıla biləndir. Büdcəmizdə neftin barrelinin qiyməti 25 dollar səviyyəsində nəzərdə tutulub. Bu isə hər hansı bir iqtisadi çətinliyə qarşı bir növ zəmanət deməkdir. Bizim Neft Fondunda böyük vəsaitlərimiz var, yaranmış vəziyyətdən minimum risklə çıxmağımıza imkan verir.

Eyni zamanda bu vəziyyət bizi islahatlarla bağlı daha da səmərəli işləməyə məcbur edir və artıq islahatların böyük hissəsi tətbiq edilməkdədir. Bu islahatları Beynəlxalq Valyuta Fondu da dəstəkləyir – yəni biz düzgün yoldayıq. Hazırda biz iqtisadiyyatımızın şaxələndirilməsi məsələsi ilə məşğul oluruq və iqtisadi inkişafın yeni sahələrini müəyyən edirik. Onlardan biri bizim illərdir ki, çalışdığımız, lakin beynəlxalq birlik üçün tamamilə yeni sahə olan nəqliyyat infrastrukturunun yaradılmasıdır. Biz Azərbaycana gələcəkdə bu regionda güclü mövqeyə malik olmağa imkan verəcək nəqliyyat infrastrukturu şəbəkəsi yaradırıq.

Bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bu səbəbdən nəqliyyat infrastrukturuna, o cümlədən dəmir yollarının, hava və dəniz limanlarının inşasına yatırılan sərmayələr sayəsində nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinə

Page 31: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

çevrilirik. Artıq Şərq-Qərb nəqliyyat dəhlizi fəaliyyətə başlayıb və ümid edirəm ki, bu il biz Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yollarının birləşdirilməsini başa çatdıracağıq. Beləliklə, Avropa və Asiya yeni, ən qısa nəqliyyat marşrutu əldə edəcək. Çindən Avropaya gedən ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən keçib. Bu, müasir infrastruktura malik olan yeni İpək Yoludur və biz bu marşrutu daha da cəlbedici etmək üçün tərəfdaşlarımıza vahid tariflərin tətbiqini təklif etmişik.

Qonşularımız və tərəfdaşlarımızla birgə çalışdığımız daha bir layihə Şimal-Cənub nəqliyyat dəhlizidir, onun sayəsində yüklər Pakistandan Hindistana, daha sonra İrana, oradan Azərbaycan ərazisindən Rusiyaya və Şimali Avropaya nəql ediləcək. Azərbaycan müasir infrastruktura sərmayə qoyur və ümid edirəm ki, tezliklə bu marşrutdan istifadə olunmağa başlanacaq. Yəni bütün bu marşrutlar bizim ərazidən keçir. Təbii ki, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və gələcəkdə bizə ölkəmizin inkişafına sərf ediləcək əlavə gəlirlər gətirəcək.

Əlbəttə, iqtisadiyyatımız üçün enerji sektoru öz önəmini saxlayır və bu gün enerji təhlükəsizliyi baxımından onun əhəmiyyəti artmaqdadır. Fevralın 29-da biz Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasını keçirmişik. Biz bu layihəni XXI əsrin layihəsi adlandırırıq. Bu, bir meqalayihədir və bu gün Avropada həyata keçirilən ən iri infrastruktur və enerji layihələrindən biridir. Onun təşəbbüskarı Azərbaycandır və Azərbaycan burada həm də təşkilatçı və sərmayəçi qismində aparıcı rol oynayır. Layihənin dəyəri 45 milyard dollara bərabərdir və bu işdə biz müxtəlif dövlət və şirkətlərdən ibarət güclü komanda yaratmışıq.

Həmin Məşvərət Şurasının yaradılmasında əsas məqsəd səylərimizin əlaqələndirilməsi və layihənin cədvəl üzrə icrasını təmin etməkdən ibarətdir. Bu layihə bir neçə mərhələdən ibarətdir. “Cənub” qaz dəhlizinin dörd elementi var. Azərbaycanın nəhəng qaz yatağından hasil olunan qaz öz aralarında birləşmiş 3500 kilometr uzunluğunda üç qaz boru kəməri vasitəsilə Bakını İtaliyanın limanları ilə birləşdirəcək.

Əlbəttə, bu, nəhəng sərmayədir və bu layihənin əlaqaləndirməyə ehtiyacı var. Fevralın 29-da 11 dövlətin və Avropa Komissiyasının iştirakı ilə bəyannamə imzalanıb, Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində mühüm və strateji rolu vurğulanıb. Biz həqiqətən də müxtəlif ölkələrdən ibarət komanda yaratmışıq. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləridir. Daha iki dövlət – Xorvatiya və Monteneqro da bəyannaməni imzalayıblar və əminəm ki, qarşıdan gələn illərdə onlar da heyətimizə qoşulacaqlar. Bəyannaməni imzalayanlar sırasında ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək səviyyəli nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti də olub. Yəni bu 12 imza onu nümayiş etdirir ki, “Cənub” qaz dəhlizi artıq reallıqdır.

Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabət layihəsidir. Zənnimcə, bütün enerji layihələri məhz bu şəkildə icra edilməlidir. Bizim əsas məqsədimiz bu layihəni başa çatdırmaqdır və onu kommersiya layihəsi kimi həyata keçirməkdir. Bəzən enerji təhlükəsizliyinə aid olan məsələlər həddindən artıq siyasiləşdirilir. Biz bunun əleyhinəyik. Siyasət və enerji bir-birindən ayrı olmalı, enerji siyasi alət kimi istifadə edilməməlidir. Həmçinin onun bu şəkildə istifadə edilməsi, biznes fəaliyyətinə müdaxiləsi də çətinliklər yaradır.

Bu layihə sayəsində Azərbaycan bundan sonra onilliklər ərzində öz təbii sərvətlərini ixrac edəcək və bazarları şaxələndirəcək. Avropa üçün isə bu, ehtiyac duyacağı qazın yeni mənbəyi deməkdir və bununla avropalı istehlakçıların tələbatı təmin ediləcək. Baxmayaraq ki, dünyada iqtisadi çətinliklərin şahidi oluruq, ancaq bu, müvəqqətidir və neftin qiyməti uzun müddət belə aşağı səviyyədə qalmayacaq. İqtisadi artım fəallığı yüksəldəcək və Avropanın təbii qaza olan tələbatı yalnız artacaq. Burada hər kəs üçün yer olacaq. Düşünürəm ki, lüzumsuz rəqabətin olmaması üçün istehsalçılar da səylərini əlaqələndirməlidir. Həm istehsalçıların, həm də istehlakçıların öz məqsədləri var.

“Cənub Qaz Dəhlizi” layihəsində biz istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur və bu səbəbdən o, olduqca uğurla inkişaf edir. Bu qədər iştirakçıların olduğu, qısa bir zamanda və neftin qiymətinin aşağı olduğu bir vaxtda milyardlar tələb edən belə bir nəhəng layihənin həyata keçirilməsi böyük çağırışdır. Enerji təhlükəsizliyi, şübhəsiz ki, siyasi gündəlikdə əsas yer tutacaq. “Cənub” qaz dəhlizi vasitəsilə göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasəti ayıranda uğur əldə oluna bilər”.

Page 32: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

İlham Əliyevin “Euronews” telekanalına müsahibəsi11.03.2016

Prezident İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunun rəsmi açılışından sonra “Euronews” telekanalına müsahibə verib.

- Cənab prezident, Azərbaycan kimi neft-qaz istehsal edən ölkə üçün iqtisadiyyatı şaxələndirmək, neftin qiyməti ilə bağlı hazırkı dövrdə biznes modelini dəyişmək nə dərəcədə əhəmiyyətlidir?

- Əslində biz iqtisadiyyatın şaxələndirilməsi üzərində uzun illərdir ki, işləyirik. Lakin neftin qiymətinin çox aşağı olduğu bir dövrdə bu bizim üçün əsas prioritetə çevrilib. Biz neft və qazdan asılılığı azaltmağa nail olmuşuq. Hazırda neft və qaz bizim ümumi daxili məhsulun cəmi 30 faizini təşkil edir. Lakin bizim hədəfimiz neftin qiymətindən asılı olmayacaq inkişaf modeli yaratmaqdır və bu proses davam edir. Hazırda biz Beynəlxalq Valyuta Fondunda dəstəklənən, əsasən qeyri-neft sektorunun sahələrini – kənd təsərrüfatının, informasiya texnologiyalarının, turizmin inkişafını və digər sahələri əhatə edən geniş islahatlar paketi təqdim edirik. Bu səbəbdən də əminəm ki, qarşıdakı illərdə Azərbaycanın neftdən asılılığı daha da azalacaq.

- Neftin və neftin qiymətinin qlobal təhlükəsizliyə, xüsusilə Yaxın Şərqdə təhlükəsizliyə təsiri Sizi nə dərəcədə narahat edir?

- Biz neftin qiymətinin azalması ilə qlobal təhlükəsizlik arasında birbaşa əlaqə görmürük. Lakin sözsüz ki, uzunmüddətli perspektivdə neftin qiyməti aşağı olaraq qalsa, bu, bəzi problemlərə, iqtisadi və sosial problemlərə yol aça bilər. Çünki bəzi ölkələr neftdən gəlir götürməyə adət edib. Həmin səbəbdən də neft gəlirləri azalsa, bu, büdcə ixtisarları ilə nəticələnə bilər. Düşünürəm ki, neft hasil edən hər bir ölkənin əsas hədəfi neftdən asılılığı azaltmaq, innovasiyalara, təhsilə və müasir texnologiyalara investisiya yatırmaq, neft və qaz layihələrindənsə müxtəlif başqa layihələri ixrac etməkdir. Bunlar baş tutsa, düşünürəm ki, regionda təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.

Müsahibənin mətnini AZƏRTAC yayıb.

Müdafiə naziri səngərlərə baş çəkib11.03.2016

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə zonasında yerləşən birlik, birləşmə və hərbi hissələrə baş çəkib. Mod.gov.az-ın məlumatına görə, səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazir, onların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub.

Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə gedən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.

Page 33: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Dövlət Sosial Müdafiə Fondu 118 ölkənin vətəndaşlarını qeydiyyata alıb11.03.2016

Page 34: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Martın 1-nə olan hesabata əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 3,71 faiz artıb. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, fevral ayı ərzində 688 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 28 903 nəfərə yüksəlib.

118 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə Respublikası vətəndaşları (14 053 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan Respublikası vətəndaşlarının sayı 3 068 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 749 nəfərə çatıb.

Sonrakı yerlərdə Hindistan (1252), İran İslam Respublikası (992), Çin Xalq Respublikası (870), Banqladeş Xalq Respublikası (661), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (601), Pakistan İslam Respublikası (555), Ukrayna (483), Özbəkistan (290), Filippin Respublikası (267), Almaniya Federativ Respublikası (259), ABŞ (257), Qazaxıstan Respublikası (226), Türkmənistan Respublikası (219), İtaliya (206) və s. ölkələr qərarlaşıb.

Zakir Həsənov: “Düşməni darmadağın edəcəyik”11.03.2016

Martın 11-də Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bəyan edib ki, cəbhənin Ağdam rayonu istiqamətindəki qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb: “Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı dərhal və qətiyyətlə alınacaq”.

Başqa bir məlumata əsasən, martın 10-da yeni tikilən hərbi hissə açılıb. Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, zabit, gizir və əsgər yataqxanaları, xidməti,

Page 35: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

tədris və istirahət otaqları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlərlə tanış olub.

Şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib ki, dövlət Silahlı Qüvvələrin bütün istiqamətlər üzrə inkişafını ciddi nəzarətdə saxlayır: “Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir. Ordunun yüksək dağıdıcı gücə malik silahlarla təmin olunması işini biz bu il də davam etdirəcəyik. Şəxsi heyət dövlətin, xalqın etimadını doğrultmaq üçün gecə-gündüz durmadan çalışmalı və xidməti döyüş hazırlığını yüksəltməlidir.

Qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi müqəddəs vəzifə dayanır. Cəbhədə, ön xətdə, səngərlərdə xidmət edən əsgər və zabitlərimiz yüksək qəhrəmanlıq, peşəkarlıq göstərirlər. Düşmənə başını qaldırmağa belə imkan vermirlər. Qarşı tərəf böyük itkilər verir. Bu haqq işimizi davam etdirəcək və düşməni darmadağın edəcəyik. Xocalı soyqırımını həyata keçirən, günahsız insanları qətlə yetirən mənfur düşmənlərimizi məhv edərək bütün şəhidlərin qisasını alacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik”.

Vergi Apellyasiya Şurası Bakı Vergilər Departamentinin iki qərarını ləğv edib11.03.2016

Vergi Apellyasiya Şurası Bakı Vergilər Departamentində qeydiyyatda olan “Z-engineering” MMC-nin “Səyyar vergi yoxlaması” aktının, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarların ləğv edilməsi barədə təkrar şikayətinə baxıb.

Taxes.gov.az-ın məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, MMC-də 2012-ci ilin iyun ayından 2014-cü ilin dekabrı üzrə olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirilib və ona ödəmə mənbəyində tutulan vergi üzrə əlavə vergi hesablanaraq maliyyə sanksiyası tətbiq edilib: “Səyyar vergi yoxlaması zamanı əməkhaqqı məbləğinin və işçilərin sayının faktiki yerinə yetirilən işlərin həcminə uyğunluğunu araşdırmaq məqsədilə yoxlamaya Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilib. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 2012-ci və 2014-cü illər üzrə 1 nəfər işçi üçün illik iş vaxtı norması və təmir işləri sahəsində bir muzdlu işçiyə düşən orta aylıq əməkhaqqı məbləğinə əsasən əməkhaqqı hesablanıb və Vergi Məcəlləsinin 67-ci, 45-ci, 83.2-ci, 101-ci və 150.1.7-ci maddələri əsasında əlavə olaraq ödəmə mənbəyində tutulan vergi hesablanıb.

Apellyasiya Şurasının iclasında aparılan müzakirələr, vergi ödəyicisinin zərərlə işləməsi, təkrar şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər, eləcə də mütəxəssis rəyi ilə bağlı toplanmış materiallar və sübutlar əsas götürülməklə “Z-engineering” MMC-nin təkrar şikayəti təmin olunub, Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarları ləğv edilib”.

Page 36: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Maliyyə Nazirliyi “Azərenerji”yə diaqnostika tenderi elan etdi11.03.2016

Maliyyə Nazirliyi tender elan edib. Rəsmi məlumata görə, tenderin məqsədi “Azərenerji” ASC-də istehsal olunan elektrik enerjisinin maya dəyərinin, enerji istehsalında yanacaq sərfinin, texniki itki normativlərinin, eləcə də elektrik stansiyalarının, enerji istehsalının və enerji qurğularının səmərəliliyinin diaqnostikasını aparmaq üçün bu sahədə böyük təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsidir.

Tender proseduru 2016-cı ilin aprel ayının 29-u saat 10-da Maliyyə Nazirliyində (3-cü mərtəbədə, otaq 319) keçiriləcək. İddiaçılar tenderdə iştirak etmək üçün ərizə və iştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi) təqdim etməlidir. Tender təklifləri aprel ayının 28-i saat 10-dək Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinə təqdim olunmalıdır.

İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir. Tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün 2000 manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin sektor müdiri Eldəniz Orucovdur. Ona 14 mart-28 aprel aralığında müraciət etmək olar (Ünvan: Bakı, AZ 1022, Səməd Vurğun küçəsi, 135, 3-cü mərtəbə, 305-ci otaq. Telefon: (99412) 404-47-82; Faks (99412) 404-47-20/21. E-mail: [email protected]).

“Vətəndaşın büdcə bələdçisi” oxucuların ixtiyarına verilib11.03.2016

“Vətəndaşın büdcə bələdçisi” kitabı Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Transparency.az-ın məlumatına görə, kitab (Vətəndaşın büdcə bələdçisi) oxucuya müraciətlə açılır: “Hörmətli oxucu! Siz “Vətəndaşın büdcə bələdçisi” kitabında dövlət və icmal büdcələrin əsas parametrlərini və istiqamətlərini görəcəksiniz, büdcənin layihəsinin hazırlanması zamanı müvafiq proseslərin həyata keçirilməsi haqqında məlumat tapacaq, gəlir və xərclərin haradan gəlib hara xərclənəcəyi haqqında aydın məlumat əldə edəcəksiniz.Büdcə olduqca mürəkkəb və xüsusi bilik tələb edən bir sənəddir. Büdcə sisteminə daxil olan büdcələrin tərkibi, onun gəlir və xərclərinin, kəsirinin strukturu, gəlirlərin formalaşma mənbələri, xərclərin istifadə istiqamətləri və kəsirin maliyyəşdirmə mənbələri üzrə çoxsaylı məlumatların təhlili xeyli vaxt almış olur. Bu isə əhalinin vaxt itkisinə səbəb olur, büdcədə olan məlumatların düzgün tərzdə izah edilməməsinə şərait yaradır.

Bütövlükdə dövlət büdcəsinin gəlir və xərcləri barədə qısa və anlayışlı məlumatın əldə edilməsi, büdcənin mahiyyəti, onun parametrlərinin tərtibi və icrası prosesi ilə bağlı əhalinin maartifləndirilməsi, dövlətin büdcə siyasətinin daha sadə dildə onlara çatdırılıması üçün Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi” kitabı Sizin ixtiyarınıza verilir. Ümidvarıq ki, hazırlanmış bu məlumat bazası Sizə büdcə sahəsində bələdçilik edəcək, büdcəni daha asan və aydın başa düşünülməsində yardımçı olacaq”.

Page 37: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Jurnalistlərin binasında hələ iş gedir11.03.2016

2013-cü ildə Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün 156 mənzilli bina istifadəyə verilib. Mənzillər jurnalistlərə pulsuz paylanıb. O vaxt 255 mənzilli başqa bir binanın təməli qoyulub. Bina 2016-cı ilin sonunda tam hazır olmalıdır.

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun tikdirdiyi binada işlər nə yerdədir? Transparency.az bu sualı fondun icraçı direktoru Vüqar Səfərliyə ünvanlayıb. Fond rəhbəri deyib ki, tikinti hələ davam edir, işlər başa çatmayıb: “Binanın ilin sonuna qədər bizə təhvil verilməsi gözlənir. Mənzillərin jurnalistlərə hansı şərtlər əsasında veriləcəyi hələ bilinmir. Bölüşdürmə meyarları bina tam hazır olandan sonra müəyyənləşəcək”.

İlk binada mənzillərin bölüşdürülməsi meyarlarına əsasən, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilib. Media quruluşların uzağı 3 namizəd vermək hüququ olub.

Yunusları ölkədən buraxmamaq qərarı dəyişmədi11.03.2016

Martın 11-də Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun şikayətinə baxıb.

Şikayət Yasamal Rayon Məhkəməsinin 11 fevral qərarından verilib. Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycandan kənara çıxmağa icazə verilməsini istəyiblər. Məhkəməyə ərizədə qeyd olunub ki, həkim ekspertin rəyinə əsasən, Leyla Yunus və Arif Yunus ağır xəstəliklərdən əziyyət çəkirlər, təcili müalicəyə ehtiyacları var. Məhkəmə onların müraciətini təmin etməyib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə Həsən Əhmədov sədrlik edib. “Azadlıq” radiosunun məlumatına görə, vəkil Elçin Sadıqov çıxışında deyib ki, hər iki şəxsin Berlindəki klinikada müalicəyə ehtiyacı var: “Leyla və Arif Yunusların səhhəti onlar həbsdə olan dövrdə ağırlaşıb. Bakı Apellyasiya Məhkəməsi həkim rəyi əsasında onların şərti

Page 38: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

cəza ilə azadlığa buraxılmasına qərar verib. Leyla Yunus xroniki hepatit, şəkərli diabet, öd kisəsində daşdan əziyyət çəkir. Onun təcili əməliyyata ehtiyacı var.

Arif Yunusun da həyatına təhlükə yaradan xəstəliyi və bu üzdən xəstəxanada stasionar şəraitdə müalicənin vacibliyi barədə həkim rəyi verilib. O, Berlindəki xəstəxanaya müşayiət altında getməlidir. Müalicənin qarşısının alınmasına yönələn hərəkətlər Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan işgəncəyə, pis rəftara məruz qalmamaq hüququnun pozuntusudur”.

Arif Yunus çıxışında Berlin klinikasına sırf cərrahiyyə əməliyyatına görə getmələrinin vacib olduğunu deyib: “Məndə təzyiqlə yanaşı başqa xəstəliklər də var. Başımın arxasında şiş var, amma bizim həkimlər bunun nə şiş olduğunu müəyyənləşdirə bilmir”.

Leyla Yunus çıxışında hər ikisinin həyatının təhlükə qarşısında olduğunu bildirib: “İkimiz də ağır xəstəyik. Əgər bizi həbsdən buraxmasaydılar, ən azı birimiz indi sağ olmayacaqdıq. Mən Azərbaycan prezidenti İlham Əliyevə bizi həbsdən buraxdığına görə minnətdaram. Biz ölmədik, amma müalicə də olunmamışıq. İstənilən vaxt ölə bilərik. Biz hələ yanvardan təcili müalicəyə başlamalı idik”.

Prokuror Seyhun Azadəliyev apellyasiya şikayətinin təmin olunmamasını istəyib. Məhkəmə şikayəti təmin etməyib, Leyla və Arif Yunusların müalicə üçün müvəqqəti Azərbaycandan kənara çıxmasına icazə verilməyib.

Leyla və Arif Yunuslar 2014-cü ilin yayında tutulublar. Onlar maliyyə cinayətlərində və dövlətə xəyanətdə ittiham olunublar. Maliyyə cinayətləri ittihamı üzrə məhkəmə keçirilib, dövlətə xəyanət ittihamı üzrə cinayət işi isə ayrı icraata verilib. 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi maliyyə cinayətlərində təqsirli sayaraq Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.

Arif Yunus səhhətinə görə noyabrın 12-də həbsdən buraxılıb. Dekabrın 9-da isə Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun da azadlığa buraxılmasına qərar verib. Məhkəmə həm Leyla Yunusa, həm də Arif Yunusa 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza kəsib.

12,1 faiz inflyasiya proqnozlaşdırılır11.03.2016

2016-сı ildə 12,1 faiz inflyasiya proqnozlaşdırılır. Transparency.az xəbər verir ki, Maliyyə Nazirliyinin açıqladığı Vətəndaşın büdcə bələdçisində belə yazılıb.“Vətəndaşın büdcə bələdçisi” dövlət büdcəsinin gəlir və xərcləri barədə qısa və anlayışlı məlumatın əldə edilməsi, büdcənin mahiyyəti, onun parametrlərinin tərtibi və icrası prosesi ilə bağlı əhalinin maartifləndirilməsi, dövlətin büdcə siyasətinin daha sadə dildə onlara çatdırılıması üçün hazırlanıb.

Sənədə görə, 2016-cı ildə ölkə iqtisadiyyatına 19,9 milyard manat investisiyanın yönəldiləcəyi proqnozlaşdırılıb. Daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 34,8 faiz, xarici investisiyaların payı isə 65,2 faiz həddində göstərilir.

Page 39: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Cəlb edilən investisiyaların 40,3 faizinin qeyri-neft sektoruna yönəldilməsi gözlənir. 2016-cı ildə dövlət investisiyaları 6,5 milyard manat olmaqla ümumi investisiyaların 32,7 faizini təşkil edəcək.

Qeyri-neft gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi 45,2 faiz olmaqla 7 milyard 597 milyon proqnozlaşdırılıb.

Hesablama Palatasının təqdimatlarını icra etməyən qurumlara cəza veriləcək11.03.2016

Hesablama Palatası Kollegiyasının iclasında maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi qaydaları təsdiqlənib. Rəsmi məlumata əsasən, qaydalar Hesablama Palatasının apardığı maliyyə nəzarət tədbirlərinin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və qanunvericiliyin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanlarına, maliyyə nəzarəti tədbiri aparılan təşkilatların və nəzarətin predmeti ilə əlaqədar digər idarə və müəssisələrin rəhbərlərinə, xəzinə orqanları və müvəkkil banklara təqdimatların verilməsi prosedurlarını müəyyən edir.

Təqdimat göndərilmiş qurumlar təqdimatlara 1 ay müddətində baxmalı, qəbul edilmiş qərarlar və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verməlidır. Təqdimatlar əsassız icra edilmədikdə Hesablama Palatası sədrinin qərarı ilə həmin qurumların xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatlar verilməlidir.

İclasda 2015-cı ildə həyata keçirilmiş nəzarət tədbirləri üzrə Hesablama Palatasının təqdimatlarını əsassız icra etməyən qurumların siyahısının müəyyən edilməsi və həmin qurumların xəzinə və bank hesabları üzrə əməliyyatların dayandırılması barədə təqdimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.

2015-ci ildə Suriya ərazisində azı 50 min nəfər həlak olub11.03.2016

2015-ci il Suriya münaqişəsi tarixində ən ağır il olub. “Oxfam”, “Care” və “Save the Children” təşkilatları da daxil olmaqla 30 humanitar qurumdan ibarət beynəlxalq birlik martın 11-də belə hesabat yayıb.

Page 40: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

AZƏRTAC-ın məlumatına görə, Suriya müharibəsinin beşinci ildönümünə həsr edilmiş məruzədə qeyd edilir ki, 2015-ci ildə Suriya ərazisində azı 50 min nəfər həlak olub. Bir neçə milyon suriyalı ölkədən qaçmağa məcbur olub, 1,5 milyon Suriya vətəndaşı yalnız humanitar yardım ümidinə qalıb.

Keçən il ölkədə 200 min bina dağıdılıb. Bu, 2014-cü ildəkindən 20 faiz çoxdur. 112 xəstəxanaya və başqa tibb məntəqələrinə hücum edilib, bu da 2014-cü ilin müvafiq göstəricisindən 44 faiz çoxdur. 2015-ci ildə daha 400 min suriyalı uşaq məktəbə getmək imkanından məhrum olub. Beləliklə, ibtidai və orta təhsil almaq imkanını itirmiş suriyalı uşaqların sayı iki milyona çatıb.

Novator.az xatırladır ki, ötən ay Suriya Siyasi Tədqiqatlar Mərkəzi ölkədə 5 ildir davam edən vətəndaş müharibəsi ilə bağlı hesabat açıqlayıb. Mərkəzin ekspertləri vətəndaş müharibəsində 470 min suriyalının öldüyünü bəyan ediblər. Hesablamalara görə, 5 ildə 1 milyon 900 min adam yaralanıb.

Hesabata əsasən, ölənlərin və yaralananların ümumi sayı Suriyanın müharibəyə qədərki əhalisinin (21 milyon nəfər) 11,5%-dir.

Mütəxəssislər vətəndaş müharibəsində ölkəyə 255 milyard dollardan çox ziyan dəydiyini bildiriblər. Bu müddətdə 14 milyon nəfərə yaxın suriyalı gəlir mənbəyini itirib. Əhalinin 45%-i qaçqına çevrilib, onların 4 milyonu vətəni tərk edib.

Hesabatda qeyd olunur ki, vətəndaş müharibəsinin başladığı 2011-ci ilin martından bəri Suriyada orta ömür 70 yaşdan 55 yaşa düşüb.

Hərracda 68,4 milyon ABŞ dolları satıldı11.03.2016

Martın 11-də Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondu 200 milyon ABŞ dolları məbləğində vəsaiti hərraca çıxarıb, bu vəsaitdən 68,4 milyon ABŞ dollarını 25 bank alıb.

Transparency.az bildirir ki, Dövlət Neft Fondu bu il martın 11-dək hərraclarda ümumilikdə 1 milyard 71 milyon 46 min, Mərkəzi Bank isə 685 milyon 488 min ABŞ dolları satmışdı.

Yenə terror. Yenə Bakı zirvəsi ərəfəsində14.03.2016

Page 41: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Martın 13-ü yerli vaxtla saat 18:35-də Türkiyənin paytaxtı Ankaranın mərkəzində güclü partlayış törədilib. Bomba yüklü maşının iki sərnişin avtobusunun arasında, dayanacaqlara yaxın ərazidə partladılması tələfata səbəb olub. Son məlumata görə, biri qadın olan iki terrorçunun törətdiyi olayda 34 nəfər ölüb, 125 nəfər yaralanıb.

Hadisə Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası ərəfəsində baş verib. Martın 15-də Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Bakıya gəlməlidir.

Rəsmi məlumata əsasən, prezident İlham Əliyev Rəcəb Teyyub Ərdoğana başsağlığı verib: “Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni vacib hesab edirik. Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”

Fevralın 17-də də Ankaranın mərkəzində oxşar terror aktı törədilmişdi. Bomba yüklü avtomobil hərbçiləri daşıyan maşın karvanının keçdiyi küçədə partladılmış, 28 nəfər həlak olmuşdu. Həmin olaya görə Rəcəb Teyyub Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilməli iclasına gələ bilməmişdi. İclas fevralın 18-də olmalı idi.

AZƏRTAC-ın 13 mart partlayışı ilə bağlı xəbərində deyilir ki, Ankara terrorunda zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə heç bir məlumat qeydə alınmayıb. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov agentliyə açıqlamasında deyib ki, məsələ ilə əlaqədar səfirlikdə qaynar xətt yaradılıb, araşdırmalar davam etdirilir.

Dollar və avro ucuzlaşıb, rubl bahalaşıb14.03.2016

Martın 14-də manatın xarici valyutalara kursu dəyişib. ABŞ dollarının rəsmi məzənnəsi 1,6456 manatdan 1,6411 manata düşüb.

Transparency.az xəbər verir ki, avronun rəsmi satış kursu da enib. Ötən həftənin son iş günü 1,8378 manata satılan avro martın 14-də 1,8320 manata təklif olunur.

Page 42: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Martın 11-də rəsmi məzənnəsi 0,0231 manat olan Rusiya rublu isə bu gün 0,0234 manata satılır.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı oldu14.03.2016

Martın 14-də AZƏRTAC-ın yaydığı məlumata görə, Çinin paytaxtı Pekində Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə tərəfdaşı statusunun verilməsinə dair memorandum imzalanıb. Sənədə Çində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ŞƏT-in baş katibi Rəşid Alimov qol çəkiblər.

Mərasimdə təşkilatın üzvü olan, müşahidəçi və dialoq üzrə tərəfdaşı olan ölkələrin, o cümlədən Rusiyanın, Qazaxıstanın, Özbəkistanın, Türkiyənin, Pakistanın, Monqolustanın, Kambocanın səfirləri iştirak ediblər.

İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə yeni mərhələyə daxil olan Azərbaycan-ŞƏT əməkdaşlığının hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə edilib. Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunu əldə etmənin ölkə üçün vacib hadisə olduğunu qeyd edən Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın ŞƏT-də təmsil olunan ölkələrlə ikitərəfli qaydada dərin münasibətləri var.

Görüşdə ölkələrin ərazi bütövlüyü və suverenliyi, sivilizasiyalararası dialoq, nəqliyyat və turizm məsələləri, o cümlədən qədim İpək Yolu üzrə yük daşımaları mövzularına da toxunulub. Qeyd olunub ki, üzvləri İpək Yolu üzərində yerləşən ŞƏT-in Azərbaycanla əməkdaşlığının dərinləşməsi nəqliyyat sahəsində yeni imkanlar açacaq.

ŞƏT 2001-ci il iyunun 15-də Şanxay şəhərində Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Məqsədi üzv ölkələr arasında qarşılıqlı etimadı və mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək, onları siyasi, ticari-iqtisadi, elmi-texniki və mədəni, habelə təhsil, energetika, nəqliyyat, turizm, ətraf mühitin mühafizəsi sahələrində səmərəli əməkdaşlığa təşviq etmək, regionda sülhün, sabitliyin və təhlükəsizliyin birgə dəstəklənməsi və təminatında iştirak etməkdir.

Təşkilatın ali orqanı iclasları ildə bir dəfə keçirilən dövlət başçıları şurasıdır. Bundan başqa hökumət başçıları şurası, parlament rəhbərlərinin, təhlükəsizlik şurası sədrlərinin, xarici işlər, müdafiə, iqtisadiyyat və digər sahələr üzrə nazirlərin, hüquq mühafizə orqanları rəhbərlərinin görüşləri mexanizmləri də fəaliyyət göstərir. Katibliyi Pekində yerləşən ŞƏT-də İran, Əfqanıstan, Monqolustan, Belarus, Hindistan və Pakistanın müşahidəçi statusu var. Türkiyə, Şri-Lanka, Kamboca, Nepal və Ermənistan təşkilatın dialoq üzrə tərəfdaşıdır.

Azərbaycana dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar Şanxay Əməkdaşlıq Təşkilatının ötən ilin iyulunda Ufa şəhərində keçirilmiş zirvə görüşündə qəbul olunub.

Ankara terrorundan yeni bilgilər

Page 43: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

14.03.2016

Martın 14-də Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu Ankaradakı terrorla bağlı yeni məlumat açıqlayıb. O deyib ki, hadisə yerində 1-i terrorçu qadın olmaqla 30 nəfər ölüb, xəstəxanalara aparılan 7 yaralı keçinib, bununla da terrorda ölənlərin sayı 37-yə çatıb.

Səhiyyə naziri xəstəxanalarda 71 yaralının müalicə aldığını, 15 nəfərin çox ağır vəziyyətdə olduğunu qeyd edib.

Martın 13-ü yerli vaxtla saat 18:35-də paytaxt Ankaranın mərkəzində güclü partlayış törədilib. Bomba yüklü maşının iki sərnişin avtobusunun arasında, dayanacaqlara yaxın ərazidə partladılması tələfata səbəb olub.

APA-nın xəbərinə görə, partladılan avtomobildən parçalanmış qadın meyiti tapılıb. Barmaq izlərindən terrorçu qadının Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib. Hazırda onun və 4 rəfiqəsinin işi üzrə məhkəmə prosesinin davam etdiyi bildirilir. Onlar PKK terror təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq maddələri ilə ittiham olunurlar.

İlkin məlumata görə, Səhər Çağla Dəmir bir kişi terrorçu ilə 5 gün Ankaraya əvvəl gəlib. Hadisə zamanı partladılan avtomobilin 10 gün əvvəl oğurlandığı üzə çıxıb.

Ekspert: “Valyuta bazarında tarazlığı qorumaq mümkün olmayacaq”14.03.2016

İqtisadçı ekspert Qubad İbadoğlu ölkənin üç qurumunun valyuta təkliflərinə nəzər salaraq bazarda tarazlığı qorumağın mümkün olmayacağını yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, büdcəyə transfert artırıldıqdan sonra Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə manatla

Page 44: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

öhdəlikləri 8 milyarda yaxınlaşıb: “Belə olan halda ARDNF ay ərzində valyuta bazarına orta hesabla 400 milyon dollar çıxara bilər. Bu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq üçün kifayət etməyəcək. Çünki 2016-c il büdcəsinin beynəlxalq öhdəlikləri və dövlət borcuna xidmət xərcləri ayda 150 milyon dollar məbləğində valyutaya tələbat yaradır.

Bundan başqa ötən il yalnız sərbəst dönərli valyuta (SDV) ilə rəsmi olaraq bəyan edilən idxal əməliyyatları üzrə hesablaşmalar 6,5 milyard dollar olub. Baxmayaraq ki, bu hesablama yalnız rəsmi idxal göstəricilərinin bazasında aparılıb, gerçəklikdə idxal əməliyyatları rəsmi açıqlanan rəqəmdən 50 faizə qədər çox olur, idxalın həcmini ötən ilin rəsmi səviyyəsinə bərabər götürəndə onun reallaşması üçün hər ay orta hesabla 550 milyon dollar vəsait tələb olunacaq.

Bununla yanaşı hazırda bankların, dövlət və özəl şirkətlərin xarici banklar qarşısında öhdəlikləri 10 milyard dolları ötür və bu borclara xidmət xərcləri daxili bazarda mal və xidmətlərini manatla reallaşdıran təşkilatlarda dollara əlavə tələbat yaradır.

Xarici investorların valyutaya ehtiyaclarını, vətəndaşların valyuta ilə əməliyyatlarını da nəzərə alanda ölkədə sərbəst dönərli valyutaya orta aylıq tələbat ən azı 1 milyard dollar olacaq, bu da il ərzində valyuta bazarında təklifin ən azı 12 milyard dolları ötməsi deməkdir. Bunun üçdə biri Dövlət Neft Fondunun hesabına təmin olunarsa, yerdə qalan üçdə ikisi Mərkəzi Bankın hazırkı valyuta ehtiyatlarından 2 dəfə çox məbləğə tələbat yaradır.

Mərkəzi Bankla yanaşı bu yöndə xərcləri bölüşmək imkanı Azərbaycan Dövlət Neft Şirkətində olsa da, hazırda qurumun özünün valyuta ilə olan borclarını və öhdəliklərini qarşılama çətinlikləri var. Odur ki, yalnız Mərkəzi Bankın ehtiyatları və Dövlət Neft Fondunun daxili bazardakı təklifləri ilə valyuta bazarında tarazlığı qorumaq mümkün olmayacaq. Manatın başı üzərində qara buludlar qalmaqdadır, onun sabitləşməsi ilə bağlı son bəyanatlar isə siyasi məqsədlərə xidmət edir. İqtisadi gerçəklik narahatçılıq üçün ciddi əsaslar yaradır”.

Dövlət Miqrasiya Xidməti fevral ayının hesabatını yayıb14.03.2016

Dövlət Miqrasiya Xidməti fevral ayının hesabatını yayıb. Rəsmi məlumata görə, ay ərzində 1709 əcnəbinin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozması müəyyənləşdirilib. Onlardan 13-nün Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri yenisi ilə əvəz olunub. 128 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1240 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 328 xarici vətəndaşın isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul olunub.

Ay ərzində xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq

Page 45: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9377 müraciət daxil olub.

Ötən ay 37 min 104 əcnəbinin olduğu yer üzrə qeydiyyatla bağlı müraciəti qeydə alınıb.

Ötən ay dövlət sərhədini pozan 34 nəfər saxlanıb14.03.2016

Ötən ay Dövlət Sərhəd Xidməti dövlət sərhədini pozan 34 nəfəri saxlayıb. Transparency.az bildirir ki, rəsmi məlumata görə, saxlananların 11 nəfəri Azərbaycan, 9-u İran, 4-ü Qana, hər ölkədən 2 nəfər olmaqla Pakistan, Özbəkistan, Ukrayna, hər ölkədən 1 nəfər olmaqla Moldova, Gürcüstan, Banqladeş və Filippin vətəndaşıdır.

Sərhəd rejim qaydalarını pozduqları üçün yaşıl sərhəddə 4 nəfər, Xəzər dənizində 25 nəfər saxlanıb.

Ölkənin hüquq mühafizə orqanlarının axtarışında olan 391 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 7 kiloqram 498 qram narkotik maddə, ümumi dəyəri təqribən 376 min manat olan qaçaqmal götürülüb.

Başqa bir rəsmi məlumata əsasən, martın 13-də Yardımlı rayonunun Daşkənd kəndi ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. 8-10 nəfərdən ibarət bir qrup şəxs Azərbaycandan İran istiqamətində hərəkət edərkən sərhəd naryadına silahlı müqavimət göstərib. 5 sərhəd pozucusu öldürülüb, 2 nəfər saxlanıb. Qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilib.

Hərrac: 150 milyon ABŞ dollarının 11,9 milyonu satıldı14.03.2016

Martın 14-də Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondu hərraca 150 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb, bu vəsaitdən 11,9 milyon ABŞ dollarını 9 bank alıb.

Transparency.az bildirir ki, Dövlət Neft Fondu bu il hərraclarda ümumilikdə 1 milyard 151 milyon 76 min, Mərkəzi Bank isə 685 milyon 488 min ABŞ dolları satıb.

Rusiyalıların kefi necədir? (Rəy sorğusunun nəticələri)14.03.2016

Page 46: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi sosial ovqat indeksini açıqlayıb. Rəy sorğusu fevralın 27-28-də Rusiyanın 46 bölgəsində 1600 adam arasında aparılıb.

Novator.az bildirir ki, hesabata görə, ölkədə dolanışıqdan razılıq indeksi yanvarda qeydə alınmış 51 bənddən 58 bəndə qalxıb (Maksimal bənd 100-dür). Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin ekspertləri hesab edir ki, əhalinin 45%-i həyatından razı, 19% narazıdır, 32% isə orta mövqedədir.

Sorğu göstərib ki, Rusiyada iqtisadi durumun qiymətləndirilməsi 24 bənd həddindədir. Yanvarda bu göstərici 33 bənddən 17 bəndə düşmüşdü. Rəyi soruşulanların 37%-i ölkədə iqtisadi durumun pis olduğu qənaətindədir.

Hesabata əsasən, ölkədə siyasi durumun qiymətləndirilməsi indeksi 50 bənd həcmində qərarlaşıb. Əvvəlki iki ayda da bu göstərici qeydə alınıb.

Sorğuya cəlb olunanların 21%-i ailəsinin maddi vəziyyətinin pis olduğunu qeyd edib. 13% ailəsinin maddi vəziyyətindən razıdır, 66% isə orta mövqedədir.

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunma statistikası14.03.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunma statistikası açıqlayıb. Rəsmi hesabata görə, bu ilin yanvar-fevral aylarında rayon və şəhərlərdə dərzi, kompüter istifadəçisi, kompüterçi-dizayner, elektrik montyoru, qazanxana maşinisti, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, vizajist, bərbər və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 451 nəfər həmin kurslara cəlb edilib. Onların 70,2 faizi gənclər ibarət olub.

Yanvar-fevral aylarında əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 25145 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib.

Page 47: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Hökumət saatı irəli-geri çəkməkdən imtina edəcəkmi?14.03.2016

Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycanda yay və qış vaxtlarına keçid məsələsini müzakirə edib. Martın 11-də keçirilən özəl iclasda çıxış edən AMEA prezidenti Akif Əlizadə dövlət başçısı İlham Əliyevin yay və qış vaxtlarına keçilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini deyib. AMEA-nın akademik-katibi Rasim Əliquliyev dünya ölkələrinin bu sahədəki təcrübəsindən danışıb, 78 ölkədə vaxt keçidinin baş verdiyini, 161 ölkədə isə heç bir dəyişikliyin olmadığını diqqətə çatdırıb. O deyib ki, Azərbaycan kiçik və vahid saat qurşağında yerləşən ölkə olduğundan burada yay və qış vaxtlarına keçid o qədər də böyük əhəmiyyət daşımır.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev, Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov, Fizika İnstitutunun baş elmi işçisi Kamil Qurbanov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov da cari vaxtı saxlamağın gərək olduğunu vurğulayıblar. Prezident Administrasiyasına cari vaxt hesabını saxlamağın məqsədəuyğun olduğu barədə məlumat göndərilməsi qərara alınıb.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir, oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli martın 14-də Transparency.az-a deyib ki, hazırda hökumət yay-qış vaxtına keçidlə bağlı heç bir müzakirə aparmır.

Page 48: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Transparency.az-a danışan Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev qeyd edib ki, yay-qış vaxtına keçid ölkəyə iqtisadi xeyir gətirirsə, saxlanması mümkündür: “Amma Nazirlər Kabineti yay-qış vaxtına keçidlə nə qədər enerjiyə qənaət olunduğunu hesablamalıdır. Əgər ciddi rəqəm yoxdursa, dəyişiklik də əhəmiyyətsizdir.

Saatın irəli-geri çəkilməsinin insanların səhhətinə, psixologiyasına mənfi təsir göstərdiyi deyilir, amma bu, o qədər narahatedici səviyyədə deyil. Emosional, səhhətində problemi olan yaşlı insanlarda sadəcə bir həftə, on gün nasazlıq yarana bilər. Amma hər halda Azərbaycan üçün bir saat rejimi məqsədəuyğundur”.

Xarici valyutada kredit problemi: prezidentə müraciət olundu14.03.2016

Bir qrup iqtisadçı, hüquqçu, QHT rəhbəri prezident İlham Əliyevə müraciət edib. Transparency.az-ın məlumatına görə, müraciətdə bankların əhaliyə xarici valyutada verdiyi kreditlərlə bağlı vəziyyətə toxunulur: “2015-ci ildə manatın kəskin devalvasiyasından sonra bir çox vətəndaşımızın maddi vəziyyəti xeyli ağırlaşıb, onların əhəmiyyətli hissəsi psixoloji gərginlik altına düşüb. Araşdırmalarımız göstərir ki, kreditlərin böyük əksəriyyəti sosial yönümlü kreditlərdir. İnsanlar bir qayda olaraq məişət problemlərinin həlli məqsədilə kredit götürüblər. Kredit üçün müraciət edən insanlar əksər halda manatla krediti almaq mümkün olmadığına görə xarici valyutada kredit götürməyə məcbur olublar. Ehtiyac içində olan vətəndaşa bir çox banklarda krediti yalnız xarici valyutada almağın mümkün olduğu deyilib və insanlar başqa çıxış yolu tapmadıqlarından bu təklifi qəbul ediblər.

Xarici valyutada gəliri olmayan bu insanlar bir il ərzində manatın məzənnəsində baş vermiş kəskin ucuzlaşmadan sonra kreditləri ödəyə bilmirlər. Buna onların manatla olan gəlirləri imkan vermir. Keçən il fevral ayının 21-nə qədər kredit üçün aylıq ödənişi 200 manat olan vətəndaş indi həmin krediti bağlamaq üçün 400 manat xərcləməlidir. Bu isə real deyil. Çünki onların gəlirləri bu miqyasda artmayıb. Bəziləri isə böhranla bağlı iş yerlərini itiriblər.

İnsanların belə maliyyə yükünü çəkmək imkanı praktik olaraq yox dərəcəsindədir. Digər tərəfdən yaranmış bu durum bankların da vəziyyətini getdikcə ağırlaşdırmaqdadır.

Əldə etdiyimiz məlumatlara görə, bu gün əhali xarici valyutada olan kreditləri praktik olaraq ödəmir. Bu kreditlərin qayıtmaması bank sistemini bütövlükdə iflic vəziyyətə sala bilər. Bəzi banklar yaranmış vəziyyətdən istifadə edərək müştərilərə kreditlərə güzəşt tətbiq etdiklərini deyib onlara müəyyən ödənişlər etdirir və sonradan ödənilən məbləğin üçdə iki hissəsini kredit faizlərinə silirlər.

Bir sözlə, bu sahədə tam anlaşılmaz bir özfəaliyyət hökmranlıq edir. Bu vəziyyət sonda ölkədə sosial gərginliyin artması ilə nəticələnə bilər. Vətəndaşların dövlət qayğısına inamının möhkəmləndirilməsi, onların maraqlarının qeydsiz-şərtsiz təmin edilməsi üçün, fikrimizcə, dollarla kredit almış olanlara manatın məzənnəsindəki dəyişikliklər kompensasiya edilməlidir. Dövlətimizin qüdrəti və maliyyə ehtiyatları buna imkan verir. Bu cür kompensasiyalar dövlətə inamın sarsıntıya uğramasından daha az itki olar”.

Page 49: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Müraciətdə fiziki şəxslərin müflisləşməsi haqqında qanunun qəbul edilməsi, Mərkəzi Kredit Bürosunun yaradılması, maliyyə ombudsmanı institutunun təsis edilməsi, pərakəndə ticarətin inkişafı üçün TAKSİT sisteminin tətbiqi, lombardlar və lizinq qurumlarının fəaliyyətinə nəzarətin gücləndirilməsi kimi təkliflər də yer alır.

Müraciəti Sabit Bağırov, Fikrət Yusifov, Ruslan Atakişiyev, Vüqar Bayramov, Eldar Qocayev, Sirus Abasbəyli, İlkin Qarayev, Qalib Toğrul, Azər Mehtiyev, Eyyub Hüseynov, Abil Bayramov imzalayıblar.

Gömrük rüsumlarının dəyişilməsi nələrə gətirə bilər?14.03.2016

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə deyib ki, gömrük rüsumlarının dəyişməsi planı var. Onun sözlərinə görə, komitə hökumətə bu məsələ ilə bağlı təkliflər göndərib: “Biz yerli istehsalı qorumaq niyyətindəyik. Azərbaycanda istehsal edilən məhsullara görə idxal rüsumlarının artırılmasını, istehsal edilməyən məhsullara görə azaldılmasını təklif etmişik”.

İqtisadçı ekspert Qalib Toğrul Dövlət Gömrük Komitəsinin çoxpilləli gömrük rüsumlarından imtina edərək üçpilləli rüsumların tətbiqinə hazırlaşdığını yazır. Transparency.az-ın məlumatına görə, ekspert son 15 ildə tətbiq edilən rüsumlara və komitənin bu istiqamətdə addımlarına nəzər salıb: “2001-ci ildən ölkədə 0-15% aralığında 7 gömrük rüsumu tətbiq olunur: 0%, 0,5%, 1%, 3%, 5%, 10% və 15%. 2008-ci ildə Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlar çərçivəsində Dövlət Gömrük Komitəsi çoxpilləli sistemdən üçpilləli sistemə keçid təklifi vermişdi. 0%, 5% və 15% şəklində üçpilləli sistemin tətbiqi nəzərdə tutulurdu. Lakin o vaxt danışıqlar ləngidi və təklif unuduldu. 2012-ci ildə məsələ yenidən qaldırılsa da, həllini tapmadı.

Üçpilləli sistemdə yerli istehsal üçün nəzərdə tutulan xammal və avadanlıqların idxalı 0%-lə rüsuma cəlb olunur. Bu sistemin tətbiqində digər məqsəd yerli istehsalı idxal mallarının təzyiqindən qorumaqdır. Yerli istehsal məhsulu və ya onun oxşarı idxal ediləcəksə, bu zaman ən yüksək gömrük rüsumu (15%) tətbiq olunacaq. Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü olmadığı üçün belə məhdudiyyətlərin tətbiqi mümkündür. Ancaq gömrük rüsumları ilə bağlı dəyişikliyin ölkədə yerli istehsal sahəsində monopoliya yaratmaq təhlükəsi var. Bununla bağlı diqqətli olmaq lazımdır”.

Türkiyə prezidenti gələsi olmadı, İlham Əliyev Ankaraya gedir15.03.2016

Page 50: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakı iclası yenidən təxirə salınıb. APA “Anadolu” agentliyinə istinadla bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev toplantının Ankarada keçirilməsini təklif edib. Məlumata əsasən, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə İlham Əliyevə təşəkkürlərini çatdırıb.

Martın 13-də Türkiyənin paytaxtı Ankaranın mərkəzində güclü partlayış törədilib, biri terrorçu olan 37 nəfər ölüb. Hadisə Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası ərəfəsində baş verib. Martın 15-də Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Bakıya gəlməli idi.

Fevralın 17-də də Ankaranın mərkəzində terror aktı törədilmiş, 28 nəfər həlak olmuşdu. Həmin olaya görə Rəcəb Teyyub Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilməli iclasına gələ bilməmişdi. İclas fevralın 18-də olmalı idi.

Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası 2010-cu il sentyabrın 15-i İstanbulda İlham Əliyevlə Rəcəb Teyyub Ərdoğanın (o zaman baş nazir idi) görüşündə imzalanan birgə bəyannamə ilə yaradılıb.

Manat əksər valyutalar qarşısında möhkəmlənib15.03.2016

Azərbaycan manatı martın 15-də gürcü larisi və Moldova leyi istisna olmaqla bütün xarici valyutalar qarşısında möhkəmlənib. ABŞ dollarının rəsmi məzənnəsi 1,6411 manatdan 1,6322 manata, avronun rəsmi satış kursu 1,8320 manatdan 1,8127 manata enib.

Transparency.az Mərkəzi Bankın siyahısında olan digər valyutalar üzrə kursları təqdim edir:

1 Çin yuanı – 0,2509 manat

1 gürcü larisi – 0,6916 manat

Page 51: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

1 ingilis funt sterlinqi – 2,3293 manat

100 İran rialı – 0,0054 manat

1 İsveçrə frankı – 1,6545 manat

1 Küveyt dinarı – 5,4239 manat

1 Moldova leyi – 0,0827 manat

1 Rusiya rublu – 0,0233 manat

1 türk lirəsi – 0,568 manat.

Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini təyin olunub15.03.2016

Prezident İlham Əliyev polis general-leytenantı Vilayət Eyvazovu daxili işlər nazirinin birinci müavini təyin edib.

Vilayət Eyvazov 1968-ci ildə Culfanın Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1994-cü ildə daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

2005-ci ildən daxili işlər nazirinin müavini idi. “Azərbaycan Bayrağı”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. 2004-cü ildə polis general-mayoru, 2006-cı ildə polis general-leytenantı ali xüsusi rütbəsi alıb.

Ailəlidir. Üç övladı var.

Transparency.az bildirir ki, daxili işlər nazirinin birinci müavini postu martın 11-də yaradılıb. Həmin gün prezident fərmanı ilə Daxili İşlər Nazirliyinin əsasnaməsinə müvafiq dəyişiklik edilib. Yeniliyə görə, nazir olmayanda onun səlahiyyətlərini birinci müavin həyata keçirir.

Martın 11-də Daxili İşlər Nazirliyinin strukturunda da dəyişiklik olub. Təchizat İdarəsi Maddi-Texniki Təminat Baş İdarəsinə çevrilib, Əsaslı Tikinti İdarəsi ləğv olunub.

Page 52: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Azərbaycan nefti 40 dollardan 1 sent bahadır15.03.2016

Dünya birjalarında neftin qiyməti enib. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,11 dollar ucuzlaşaraq 36,54 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar azalaraq 39,24 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,05 dollar ucuzlaşaraq 40,01 dollara satılır. Bu, Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 15 dollar 1 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

OPEK hasilatı 175 min barrel azaldıb15.03.2016

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) xam neft hasilatı fevralda əvvəlki ayla müqayisədə gündəlik 175 min barrel azalaraq 32,28 milyon barrelə enib. AZƏRTAC xəbər verir ki, OPEK-in aylıq hesabatında bu il üçün qlobal neft tələbatının keçən illə müqayisədə gündəlik 1,25 milyon barrel artımla sutkada 94,23 milyon barrelə çatacağı bildirilir. Ötən il qlobal neft tələbatı gündəlik 92,98 milyon barrel idi.

Hesabata görə, OPEK üzrə xam neft tələbatı bu il 2015-ci illə müqayisədə gündəlik 1,8 milyon barrel fərqlə 31,5 milyon barrel olacaq. Qeyri-OPEK ölkələrinin builki neft təklifi isə gündəlik 700 min barrel azalaraq 56,39 milyon barrel təşkil edəcək.

OPEK 1960-ci ildə yaradılıb. Qurumun 13 üzvü var: Səudiyyə Ərəbistanı, Venesuela, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Nigeriya, Qətər, Əlcəzair, Anqola, Ekvador, İndoneziya.

Enerji şəbəkəsi regional qurumlarda birləşdirildi15.03.2016

Page 53: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Nazirlər Kabineti təbii inhisar subyektlərinin siyahısında dəyişikliklər edib. Yeniliyə görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elektrik enerjisinin ötürülməsi və paylanması xidmətləri ləğv edilir, bu qurumun elektrik enerjisinin ötürülməsi xidməti yaradılır.

Başqa bir yenilik “Abşeron Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti”nin ləğvidir. Onun əvəzində Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi qurulur. Bu quruma Bakı şəhərinin enerji təchizatı və satışı idarələri, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi, Qobustan Rayon Elektrik Şəbəkəsi daxildir.

“Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” isə Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinə çevrilir. İdarəyə Sumqayıt, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayon elektrik şəbəkələri daxil olur. “Sumqayıt Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Xaçmaz Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilir.

Transparency.az xəbər verir ki, həmçinin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi, Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılır.

Hökumət hesabat verir15.03.2016

Nazirlər Kabineti Milli Məclisin 15 mart iclasında 2015-ci ilə dair hesabat verir. Hesabat məruzəsi ilə baş nazir Artur Rasizadə çıxış edib.

AZƏRTAC-ın məlumatına görə, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, ötən il dünya iqtisadiyyatında mənfi meyllər daha da güclənib, iqtisadi fəallıq xeyli zəifləyib: “Təbii ki, bu mənfi meyl Azərbaycandan da yan keçməyib. Ancaq prezident İlham Əliyevin məqsədyönlü siyasəti bu mənfi meyllərin ölkə iqtisadiyyatına təsirini minimuma endirib. Ümumi daxili məhsulun 1,1 faizlə ifadə olunan artımı indiki şəraitdə məqbul hesab edilə bilər. Artım bütövlükdə qeyri-neft sektorunun payına düşür”.

Page 54: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Oqtay Əsədov qeyd edib ki, Azərbaycan hər zaman investisiya qoyuluşu üçün cəlbedici olub: “Keçən il bu özünü bir daha göstərib. Ötən il ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsinə 16 milyard manata yaxın vəsait qoyulub. Bu vəsaitin 56 faizi daxili maliyyələşmə hesabına təmin olunub. Ölkənin neft sektoruna 7,1 milyard, qeyri-neft sektoruna 8,8 milyard manat investisiya ayrılıb. Bu, qeyri-neft sektorunda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıb.

2015-ci ildə Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Bu dövriyyənin 47 faizi və ixracın 60 faizi Avropa İttifaqı dövlətlərinin payına düşür”.

İlham Əliyev Ankaradadır15.03.2016

Prezident İlham Əliyev martın 15-də Türkiyəyə işgüzar səfərə gedib. Ankaranın “Esenboğa” hava limanında İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb. Daha sonra İlham Əliyev Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla bir araya gəlib.

Səfər zamanı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

Martın 13-də Türkiyənin paytaxtı Ankaranın mərkəzində güclü partlayış törədilib, biri terrorçu olan 37 nəfər ölüb. Hadisə Bakıya təyin olunmuş Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası ərəfəsində baş verib. Martın 15-də Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Bakıya gəlməli idi. Martın 14-də Azərbaycan prezidenti İlham Əliyev toplantının Ankarada keçirilməsini təklif edib.

Fevralın 17-də də Ankaranın mərkəzində terror aktı törədilmiş, 28 nəfər həlak olmuşdu. Həmin olaya görə Rəcəb Teyyub Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilməli iclasına gələ bilməmişdi. İclas fevralın 18-də olmalı idi.

Artur Rasizadə: “Belə vaxtda iqtisadi artımı təmin etmək asan deyil”15.03.2016

Page 55: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

“Ötən il qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə daha beş müasir tipli qəsəbə salınıb, 15 min məcburi köçkün yeni mənzillərlə təmin edilib. Ümumilikdə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 430 milyon manat vəsait xərclənib”. AZƏRTAC xəbər verir ki, baş nazir Artur Rasizadə martın 15-i Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatında belə deyib.

Baş nazir qeyd edib ki, ötən il neft sənayesində 10 faiz artım olub: “Əsas kapitala yönəldilmiş 16 milyard vəsaitin 55 faizdən çoxu qeyri-neft sektorunun payına düşüb. Orta aylıq əməkhaqqı 5 faiz, əhalinin gəlirləri 5,7 faiz artıb, illik inflyasiya isə 4 faiz səviyyəsində qeydə alınıb. Maliyyə və pul sektorundakı çətinliklərə baxmayaraq Mərkəzi Bankın və hökumətin qarşıya qoyduğu ümdə məsələlərdən biri inflyasiyanı təkrəqəmli səviyyədə saxlamaq olub və bu təmin edilib.

Əhalinin aztəminatlı hissəsinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. Ünvanlı sosial yardımın bir ailə başına düşən orta aylıq məbləği artırılıb. Ümumilikdə bu məqsədə 197 milyon manatdan artıq vəsait xərclənib”.

APA-Economics-in məlumatına görə, Artur Rasizadə deyib ki, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi, geosiyasi qarşıdurmalar yeni iqtisadi durum yaradıb: “Belə bir vaxtda ölkədə iqtisadi artımın təmin edilməsi o qədər də asan deyil. Şübhəsiz ki, ötən il əldə olunmuş nailiyyətlər əvvəlki illərdə əsası qoyulmuş iqtisadi potensialın və prezident İlham Əliyevin düşünülmüş, ardıcıl iqtisadi siyasəti nəticəsində mümkün olub. Belə qlobal iqtisadi proseslər zamanı dövlət qurumlarının yeganə məqsədi mövcud sabitliyin qorunması, xalqın rifahının yaxşılaşdırılması və ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Ötən il görülmüş işlər də bu məqsədlərə xidmət edib”.

Baş nazir deyib ki, Ermənistan vaxt uzadaraq Dağlıq Qarabağ probleminin həllindən yayınır, beynəlxalq qurumlar isə ədalətsiz mövqe tutur: “Bütün bunlar nəzərə alınaraq ötən il ordunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində ciddi işlər görülüb. Son zamanlar işğalçı tərəfin təxribat xarakterli hücumlarına verilən layiqli cavablar da bunu bir daha sübut edir”.

Artur Rasizadə bildirib ki, ötən il 1500 zabit mənzillə təmin edilib, Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif mənbələrdən 70 milyon manatdan çox vəsait daxil olub, ümumilikdə Silahlı Qüvvələrə 3,3 milyard manat vəsait xərclənib.

Azərbaycanda biznes mühitinə toxunan baş nazirin sözlərinə görə, görülən tədbirlər nəticəsində sahibkarlıq fəaliyyəti subyektlərinin sayı 10,7% artaraq 84 mini ötüb: “Fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 11% artaraq 577 min nəfərə çatıb. Ötən il sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılıb. Sahibkarlığa Kömək Milli Fondu 5000-dən artıq sahibkara 250 milyon manata yaxın güzəştli kredit verib. Verilən kreditlərin 64%-i regionların payına düşüb”.

Page 56: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Hərbi qulluqçular kimi ABŞ prezidenti görmək istəyir?15.03.2016

“Military Times” qəzeti amerikalı hərbi qulluqçular arasında aparılmış sorğunun nəticələrini açıqlayıb. Novator.az xəbər verir ki, hesabata görə, hərbi qulluqçuların əksəriyyəti ABŞ prezidenti postunda Respublikaçılar Partiyasından Donald Trampı və ya Demokratlar Partiyasından Berni Sandersi görmək istəyir.

Sorğuda 1000 nəfərə yaxın əsgər, ehtiyatda olan hərbi qulluqçu və ABŞ Milli Qvardiyasının üzvləri iştirak edib. Respondentlərin 27%-i prezident seçkisində Trampa, 22%-i isə Sandersə səs verə biləcəyini vurğulayıb.

Hərbçilər arşında Trampın tərəfdarları çox olsa da, onlarla hərbi qulluqçu onun prezident seçilməsini ölkə üçün təhlükə sayır. Sorğuya qatılan üç nəfər isə bildirib ki, respublikaçı milyarder ali baş komandan olsa, hərbi xidməti tərk edəcəklər.

ABŞ-da prezident seçkisi 2016-cı il noyabrın 8-də keçiriləcək. Respublikaçılar prezidentliyə namizədi 18-21 iyul qurultayında, demokratlar 25-28 iyul qurultayında seçəcəklər. İlkin seçki yarışlarında Demokratlar Partiyasından Hillari Klinton önə çıxıb, Respublikaçılar Partiyasından isə Donald Tramp irəlidə gedir.

Dövlət Əmək Müfəttişliyi Xidməti iki aylıq hesabat yayıb15.03.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-fevral aylarında vətəndaşların müraciətlərini araşdıraraq 53121 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Rəsmi məlumata görə, gecikdirilmiş sosial xarakterli ödənişlərin 76,2 faizi əməkhaqqı, 19 faizi sosial müavinət və kompensasiya, qalan hissəsi zərərə görə ödənclər olub.

Hesabatda bildirilir ki, son iki ayda işdən qeyri-qanuni azad edilmiş 10 nəfər əvvəlki işinə bərpa olunub.

Ankarada Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Page 57: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

15.03.2016

Ankaraya işgüzar səfər edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla təkbətək görüşüb. Həmin gün, martın 15-də Ankarada Əliyevlə Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. İclas başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə Azərbaycan-Türkiyə sənədləri imzalanıb. Sənədlər bunlardır:

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu”;

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”;

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş”;

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”;

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”;

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol”.

2015-ci ildə ən çox neft çıxaran 10 ölkə15.03.2016

Page 58: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

2015-ci ildə ən çox neft ABŞ-da hasil olunub. Transparency.az CNN-ə istinadla bildirir ki, ötən il bu ölkədə gündəlik 13,7 milyon barrel neft çıxarılıb.

Neft hasilatının həcminə görə ikinci yerdə gündəlik 11,9 milyon barrellə Səudiyyə Ərəbistanı dayanıb.

Üçüncü yeri gündəlik 11 milyon barrel hasilatla Rusiya tutub.

İlk onluqdakı digər ölkələr siyahıda belə sıralanıb:

Çin – gündə 4,6 milyon barrel

Kanada – 4,4 milyon barrel

İraq – 4 milyon barrel

BƏƏ – 3,5 milyon barrel

İran – 3,4 milyon barrel

Meksika – 2,7 milyon barrel

Küveyt – 2,7 milyon barrel.

Bu rəqəmlər xam neft və maye qaz kondensatını ehtiva edir.

Transparency.az bildirir ki, ötən il Azərbaycanda 41 milyon 586 min ton neft hasil olunub. Bu, gündə təqribən 843 min barrel deməkdir.

15,22%-lik dövlət istiqrazları üzrə hərrac keçirilib15.03.2016

Martın 15-i Bakı Fond Birjasında tədavül müddəti 182 gün olan 10 milyon manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib. Sifarişlərin ümumi məbləği 35,8 milyon manat olub.

Page 59: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Maliyyə Nazirliyi 10 milyon manat məbləğində dövlət istiqrazlarını 15,22% gəlirliliklə təmin edib.

İstiqrazların ödəmə müddəti 13 sentyabr 2016-cı ildir.

Xəbəri Maliyye.gov.az yayıb.

Parlament hökumətin hesabatını qəbul etdi15.03.2016

Martın 15-də parlament Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı qəbul edib. Baş nazir Artur Rasizadənin təqdim etdiyi hesabat 3 saatdan artıq müzakirə olunub və müxtəlif təkliflər səsləndirilib. Xəbəri APA yayıb.

AZƏRTAC baş nazir Artur Rasizadənin çıxışının mətnini yayıb. Baş nazir çıxışında deyib ki, hesabat ilində iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun dəyəri real ifadədə 1,1 faiz artıb, qeyri-neft sənayesində artım 10 faiz təşkil edib (Çıxış).Azərbaycan və Türkiyə prezidentlərinin Ankara bəyanatları16.03.2016

Martın 15-i Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını keçirən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Teyyub Ərdoğan sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.

Ərdoğan qeyd edib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında enerji, nəqliyyat məsələləri, müdafiə, hərbi istiqamətlərdə əməkdaşlıq müzakirə olunub. Türkiyə prezidenti hökumətlər arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair protokol, diplomatik nümayəndəlik və

Page 60: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında, sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında sazişlərin və başqa sənədlərin imzlandığını vurğulayıb: “Bütün bu fəaliyyətlə bərabər 25 il ərzində Azərbaycanın çatdığı səviyyəni, nail olduğu uğurları türkiyəli qardaşları olaraq daim təqdir etdik və təqdir edirik. Bugünkü iclasımızın, keçirdiyimiz görüşlərin, qəbul etdiyimiz qərarların Azərbaycanın bu sürətli inkişafına dəstək olacağına inanıram.

Təkbətək görüşdə ətraflı müzakirələr apardıq, ondan sonra nümayəndə heyətləri arasında görüş keçirdik. Nazirlərimiz öz aralarında gələcəkdə görüləcək işlərlə bağlı müzakirələr apardılar. Bildiyiniz kimi, ilboyu nazirlərimizin görüşləri keçirilir və prezidentlərin də iştirakı ilə bir il Azərbaycanda, bir il Türkiyədə olmaqla bu iclaslar davam edir”.

Ərdoğan Azərbaycanla birlikdə həyata keçirilən TANAP layihəsindən söz açıb: “TANAP-da işlər əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq sürətlə irəliləyir. Hətta layihənin nəzərdə tutulan müddətdən əvvəl tamamlanması üçün çalışırıq. TANAP-ın onurğa sütununu təşkil edən “Cənub” qaz dəhlizi məsələsində də bütün tərəfdaşlarla sıx əlaqədə çalışırıq. Bu münasibətlə fevralın 29-u Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısını keçirdiyi üçün Azərbaycanı təbrik edirəm.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də nəqliyyat sahəsindəki mühüm layihəmizdir. Londondan Pekinə qədər dəmir yolu nəqliyyatını mümkün edəcək layihənin, inşallah, dekabrda birlikdə açılışını edəcəyik. Bu nəhəng layihə dünyaya önəmli bir mesaj olacaq.

Ticari əlaqələrimizə gəldikdə, qlobal iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsi 2015-ci ildə inkişaf tempinə təsir etdi. Buna baxmayaraq 2023-cü il üçün 15 milyard dollarlıq hədəfimizi qüvvədə saxlayırıq və bunu həyata keçirmək üçün, inşallah, lazım olan tədbirləri görəcəyik.

Qarşılıqlı sərmayə qoyuluşu hazırda 13 milyard dollar səviyyəsindədir. Bunu da artıraraq, inşallah, beş ildə 20 milyard dollar səviyyəsinə çatdırmağı planlaşdırırıq. İclasımızda xüsusilə Naxçıvanın artan ixracat potensialını dəyərləndirərək müştərək fəaliyyətə qərar verdik. İstər Naxçıvanın məhsullarını ölkəmizdə görmək, istərsə də onun turizm imkanlarından yararlanmaq mühüm istiqamətdir.

Görüşlərimizdə hərbi sənaye və təhlükəsizlik məsələlərini bir daha müzakirə etdik. Müdafiə sənayesi sahəsində bəzi konkret addımların atılmasını qərarlaşdırdıq. Qarşıdakı aylarda keçiriləcək üçüncü Türkiyə-Azərbaycan Müdafiə Sənayesi Əməkdaşlığı Toplantısının bu baxımdan mühüm fürsət olacağına inanıram”.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycan bütün sahələrdə uğurlu əməkdaşlıq qurub və Ankarada imzalanan sənədlər, danışıqlar bir daha iki ölkənin birliyini nümayiş etdirir: “Bizi hərbi əməkdaşlıq birləşdirir. Hərbçilərimiz bu yaxınlarda birgə təlimlər keçirib. Hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Biz artıq Türkiyədən müxtəlif hərbi texnika, silahlar alırıq. Türkiyənin bu sahədəki uğurları, əlbəttə ki, Azərbaycanın da müdafiə potensialını gücləndirir.

Bizi enerji layihələri birləşdirir. 2012-ci ildə məhz Türkiyə və Azərbaycan TANAP layihəsinə start verdi. Əgər o vaxt biz TANAP layihəsinə start verməsəydik, bu gün “Cənub” qaz dəhlizi layihəsi reallaşa bilməzdi. Bu dəhlizin icrasında Türkiyə və Azərbaycan aparıcı rol oynayır. Biz çalışacağıq ki, bu transmilli, böyük maliyyə vəsaiti tələb edən layihəni vaxtında icra edək. Əminəm ki, 2 ildən sonra biz TANAP layihəsinin açılışını qeyd edəcəyik.

Nəqliyyat sahəsində bizim birgə icra etdiyimiz layihə qitələri birləşdirir. Bu gün bu məsələ geniş şəkildə müzakirə olundu və artıq nəqliyyat sahəsində yeni imkanlar mövcuddur. Bu imkanlar araşdırılır. Biz çox istərdik ki, Türkiyədən gələn yüklərin sayı artsın və Azərbaycan ərazisindən müxtəlif istiqamətlərə yönəlsin. Buna nail olmaq üçün artıq praktiki addımlar atılmaqdadır”.

Neftin qiyməti 40 dollardan aşağı düşüb16.03.2016

Page 61: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

“AzəriLayt” markalı neftin bir barreli 41 sent ucuzlaşaraq 39,60 dollara enib.

AZƏRTAC-ın 16 mart məlumatına görə, dünya birjalarında neftin qiyməti düşür. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,19 dollar ucuzlaşaraq 36,26 dollara, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar azalaraq 39,12 dollara satılır.

Transparency.az az bildirir ki, bir il əvvəl “AzəriLayt” London birjasında 56,86 dollara, iki il əvvəl 110,91 dollara təklif 

Liderlər yeni qələbələr qazandı16.03.2016

ABŞ-da prezidentliyə iddiaçıların ilkin seçki yarışının daha bir raundu keçirilib. Martın 15-i baş ştatda baş tutan praymeriz demokratlar düşərgəsinin lideri Hillari Klintonun mövqeyini gücləndirib. Transparency.az xəbər verir ki, Hillari Klinton Florida, İllinoys, Şimali Karolina, Missuri və Ohayo ştatlarının hamısında rəqibi Berni Sandersi geridə qoyub.

Respublikaçılardan ən güclü iddiaçı Donald Tramp Florida, İllinoys, Şimali Karolina, Missuridə birinci olub, Ohayoda isə Con Keysiçə uduzub. Bu düşərgədən Marko Rubio vətəni Floridada məğlub olduğu üçün seçki yarışından çəkildiyini bəyan edib.

ABŞ-da prezident seçkisi bu il noyabrın 8-də keçiriləcək. Həm respublikaçılar, həm də demokratlar prezidentliyə namizədi yaya təyin olunmuş qurultaylarda seçməlidir. Çox güman, Demokratlar Partiyasından Hillari Klinton, Respublikaçılar Partiyasından isə Donald Tramp namizəd olacaqlar.

MSK 8 siyasi partiyanın illik maliyyə hesabatını açıqlayıb16.03.2016

Martın 16-dək Mərkəzi Seçki Komissiyasının saytında 8 siyasi partiyanın illik maliyyə hesabatı yerləşdirilib. Transparency.az bildirir ki, 2015-ci il üzrə hesabatı açıqlanan qurumlar Yeni Azərbaycan, Azərbaycan Mübarizləri, Təkamül, Kommunist, Ədalət, Vahid Kommunist, Müstəqil Azərbaycan, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarıdır (Maliyyə hesabatları).

Page 62: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

2014-cü ildə Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Dəyişikliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Eyni zamanda MSK bu barədə məlumatları internet saytında yerləşdirməli və ictimaiyyət məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var.

APA-nın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov martın 16-da deyib ki, hələlik 55 siyasi partiyadan 14-ü hesabat təqdim edib: “Partiyalar qanunvericiliyə uyğun olaraq aprelin 1-nə qədər illik maliyyə hesabatlarını MSK-ya təqdim etməli və hesabatların dərc edilərək rəsmiləşdirilməsi prosesi başa çatdırılmalıdır. Keçən il ilk il olduğu üçün siyasi partiyaların bu sahədə fəaliyyətinin təkmilləşməsinə ehtiyac duyulurdu. Bu ildən isə partiyalar illik maliyyə hesabatlarını mütləq aprelin 1-nə qədər MSK-ya təqdim etməlidir.

Biz bu ildən başlayaraq hesabatlarını təqdim etməyən partiyalarla bağlı qanunvericilikdə nəzərdə tutulan addımları atacaq, Ədliyyə Nazirliyinə müvafiq müraciət edəcəyik. Ümid edirəm ki, siyasi partiyalara qarşı sanksiyalara ehtiyac qalmayacaq”.

Neft Fondu 8 banka 39,1 milyon dollar satdı16.03.2016

Martın 16-da Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Dövlət Neft Fondundan Transparency.az-a verilən məlumata görə, qurum hərraca 100 milyon ABŞ dolları həcmində vəsait çıxarıb. Vəsaitin 39,1 milyon ABŞ dollarını 8 bank alıb.

Dövlət Neft Fondu bu il hərraclarda ümumilikdə 1 milyard 190 milyon 176 min, Mərkəzi Bank isə 685 milyon 488 min ABŞ dolları satıb.

Bu il 25 min 508 vergi ödəyicisi qeydiyyata alınıb16.03.2016

Vergilər Nazirliyi xəbər verir ki, bu ilin əvvəlindən martın 11-nə qədər 25 min 508 vergi ödəyicisi qeydiyyata alınıb. Ödəyicilərin 23 min 828-i fiziki şəxs, 1680-i hüquqi şəxs, 114-ü isə xarici investisiyalı müəssisədir.

Rəsmi məlumata görə, xarici investisiyalı müəssisələrin fəaliyyəti sənaye, tikinti, nəqliyyat, turizm, xidmət və ticarət sahələrində genişlənib. Biznes sektoruna daxil olan ölkələrin müxtəlifliyi də artıb.

Page 63: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

SSRİ-nin saxlanması haqda referendum indi keçirilsəydi…16.03.2016

SSRİ-nin saxlanması haqda referendum indi keçirilsəydi, rusiyalıların 64%-i o dövlətin qalmasına səs verərdi. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğunun nəticələri belə göstərir.

Novator.az xəbər verir ki, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi sorğunu bu il martın 5-6-da Rusiya Federasiyasının 46 subyektində (vilayət, diyar və respublikalarında), 130 yaşayış məntəqəsində aparıb. Sorğuda ümumilikdə 1600 nəfər iştirak edib.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi bəyan edir ki, sorğuda SSRİ-nin saxlanmasının lehinə olanların əksəri (81%-i) hazırkı Rusiya Kommunist Partiyasının tərəfdarlarıdır. 18-24 yaş arasında olan respondentlərin 47%-i, yaşı 60-ı keçən respondentlərin isə 76%-i bildirib ki, referendum indi keçirilsəydi, onlar SSRİ-nin saxlanmasının lehinə səs verərdilər.

SSRİ-nin saxlanması haqda referendum 25 il qabaq, 1991-ci il martın 17-də olub. O vaxt SSRİ Mərkəzi Referendum Komissiyasının yaydığı rəsmi məlumata görə, səsvermədə iştirak edənlərin 76%-i SSRİ-nin saxlanmasının lehinə səs verib. Bununla belə, həmin ilin dekabrında SSRİ dağılıb.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin sorğusunda iştirak edənlərin 27%-i SSRİ-nin dağılmasına görə bu dövlətin sonuncu rəhbəri Mixail Qorbaçovu, 17%-i həm də onun komandasını, bütövlükdə ölkə rəhbərliyini günahkar sayır.

Sorğu iştirakçılarının 13%-i SSRİ-nin dağılmasına görə Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsini və onun tərəfdarlarını da günahkar bilir.

Respondentlərin yalnız 2%-i hesab edir ki, ABŞ və başqa Qərb dövlətlərinin bu işdə təsiri olub. 1%-i isə ümumiyyətlə heç kimi günahkar saymır. Sorğu iştirakçılarının 40%-i “SSRİ-nin dağılmasına görə günahkar kimdir” sualına cavab verməyə çətinlik çəkib.

1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.

Partiyaların maliyyə hesabatları16.03.2016

Transparency.az Mərkəzi Seçki Komissiyasına 2015-ci ilin maliyyə hesabatını vermiş siyasi partiyaların göstəricilərinə nəzər salıb. Hesabatı açıqlanan qurumlar Yeni Azərbaycan, Azərbaycan Mübarizləri, Təkamül, Kommunist, Ədalət, Vahid Kommunist, Müstəqil Azərbaycan, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarıdır.

Page 64: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Maliyyə hesabatına görə, hakim Yeni Azərbaycan Partiyasının 2015-ci ildə cəmi xalis aktivləri (kapitalı) və öhdəlikləri 16,2 milyon manat olub. Partiyanın ehtiyat fondunda 9,5 milyon manat vəsait olduğu qeyd edilir.Hesabata əsasən, 2015-ci ildə YAP üzvlük haqlarından 6,2 milyon manat əldə edib, dövlət büdcəsindən 1 milyon 148 min 601 manat alıb.

Partiyanın saxlanmasına və informasiya təminatına 4,2 milyon manat, ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə 760,9 min manat xərcləndiyi qeyd olunur.

YAP ötən il 7,4 milyon manat gəlir əldə edib, 7,1 milyon manat xərcləyib.

Parlamentdə təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının hesabatında pul vəsaitləri və onların ekvivalentlərinin həcmi 107,7 min manat göstərilir. Hesabatda qeyd olunur ki, 2015-ci ildə təşkilata 864 manat ianə verilib, dövlət büdcəsindən isə 106 min 934 manat ayrılıb.

Partiyanın saxlanmasına 26,8 min manat, ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə 51,4 min manat sərf edilib.

Ədalət Partiyasının hesabatına görə, təşkilatın uzunmüddətli aktivlərinin həcmi 7057 manatdır. Ötən il partiyanın gəlirləri dövlət büdcəsindən ayrılan vəsaitdən ibarət olub. Dövlət büdcəsindən partiyaya 106 min 934 manat ayrılıb. Təşkilatın xərcləri 109 min 142 manat olub. Bu, 2208 manat ziyan deməkdir.

Digər partiyaların maliyyə hesabatları MSK-ya boş təqdim edilib. Yəni 2015-ci ildə həmin partiyaların nə gəliri olub, nə də xərci…

Ədliyyə Nazirliyi beynəlxalq əməkdaşlıq statistikası yayıb16.03.2016

Ədliyyə Nazirliyi beynəlxalq hüquqi əməkdaşlıq məsələləri ilə bağlı statistika yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, nazirlik 30 ikitərəfli müqavilənin, o cümlədən cinayət və mülki hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 29 ölkənin uyğun nazirliyi ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq qurub, 16 çoxtərəfli müqavilə üzrə isə mərkəzi və ya əlaqələndirici orqan qismində çıxış edir.

Hesabata əsasən, nazirliyə beynəlxalq hüquqi yardımla bağlı sorğuların sayı ötən il 17 min 500-ə çatıb.

Son 5 il ərzində Ədliyyə Nazirliyi 167 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 240 nəfərin Azərbaycana gətirilməsinə nail olub.

Ədliyyə Nazirliyi qeyd edir ki, Novruz bayramı ərəfəsində İranda cəza çəkən 6 nəfər azərbaycanlı məhkum Azərbaycana, 26 nəfər İran vətəndaşı isə qarşı tərəfə təhvil verilib.

Page 65: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Rusiyada xam neft ixracına görə vergilər artır16.03.2016

Aprelin 1-dən Rusiyada xam neft ixracına görə vergi sistemi dəyişir. AZƏRTAC bildirir ki, Maliyyə Nazirliyi neft ixracında vergilərin təxminən 38 faiz artacağını açıqlayıb.

Nazirliyin məlumatına görə, əvvəllər ixrac edilən bir ton neft üçün tutulan 39,5 dollarlıq vergi aprelin 1-dən 54,9 dollara qaldırılacaq.

Ukrayna siyasətçilərinin reytinqi16.03.2016

Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Ukrayna siyasətçilərinin reytinqini açıqlayıb. Reytinq fevralın 23-dən martın 8-dək Ukraynanın 110 yaşayış məntəqəsində 2039 nəfər arasında keçirilmiş rəy sorğusuna əsaslanır. Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, mart ayında prezident seçkisi keçirilsə, indiki dövlət başçısı Pyotr Poroşenko 9,3% səs toplayar.

Batkivşina lideri Yuliya Timoşenkoya respondentlərin 10,9%-i dəstək ifadə edib.

Digər siyasətçilərin xəyali prezident seçkisində səsləri belə bölünüb:

Radikal Partiyanın lideri Oleq Lyaşko – 6,3%

Samopomoş Partiyasının lideri Andrey Sadovoy – 5,4%

Vətəndaş Mövqeyi Partiyasının lideri Anatoli Qlitsenko – 5%

Müxalif Blokun lideri Yuri Boyko – 4,9%

Azadlıq Partiyasının lideri Oleq Tyaqnibok – 2,1%

Milli Hərəkatın lideri Dmitri Yaroş – 2%.

Ukraynada sonuncu prezident seçkisi 2014-cü il mayın 25-də keçirilib. Pyotr Poroşenko həmin seçkidə 54,70% səslə qalib gəlib. Yuliya Timoşenko 12,81%-lə ikinci, Oleq Lyaşko 8,32%-lə üçüncü olub.

Page 66: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Ekspert Dövlət Neft Fondunun büdcəsini dəyişməyə çağırır16.03.2016

İqtisadçı ekspert Rövşən Ağayev Dövlət Neft Fondunun 2016-cı il büdcəsinə dəyişiklik təklif edir. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənsə də, fondun büdcəsinə yenidən baxılması ləngiyir.Dövlət büdcəsində yeniliyə əsasən, icmal büdcənin gəlirləri 15 milyard 738,6 milyon manat nəzərdə tutulur, bu da əvvəl təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat azdır. Azalma əsasən bir barrel xam neftin qiymətinin əvvəlki proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230,3 milyon manat düşməsi hesabınadır.Rövşən Ağayev Dövlət Neft Fondunun büdcəsində dəyişiklik zərurətini büdcəyə transfertlərlə əlaqələndirib: “Fonddan büdcəyə transfertlər 25%-dək artırılıb. Həmin dəyişikliyin tamamlanması üçün Dövlət Neft Fondunun da büdcəsinə dəyişiklik təsdiqlənməlidir. Yeniliyə görə, fondun 2016-cı il xərcləri indi qüvvədə olan məbləğdən təxminən 2,4 milyard manat çox – 10,6 milyard manat olacaq. Artırılan xərclərin 1,6 milyard manatı dövlət büdcəsinə transfertlərə əlavə ediləcək. Yerdə qalan 800 milyon manat isə fondun öz öhdəlikləri ilə bağlı xərclərin artırılmasına yönəldiləcək. Nəticədə ümumi xərclərin 7,6 milyard manatı dövlət büdcəsinə köçürüləcək, 3 milyard manatı isə qurum öz layihələrinə xərcləyəcək.

Gəlirlərə gəldikdə, büdcə gəlirlərinin hesablanması üçün neftin qiyməti hər barrel üçün 50 dollardan 25 dollara endirilib deyə fondun gəlirlərinin təxminən 4,6 milyard manat təşkil edəcəyi deyilir. Hazırda qüvvədə olan variantda isə gəlirlər 6,7 milyard manatdır. Beləliklə, fondun büdcəsində ən azı 6 milyard manatlıq kəsirdən söhbət gedir. Manatın orta illik məzənnəsi hazırkı səviyyədə qalarsa və neftin orta illik qiyməti 25 dollarda qərarlaşarsa, Dövlət Neft Fondu özünün büdcə kəsirini örtmək üçün 4 milyard dollara yaxın xarici aktivlərini ölkəyə gətirməli olacaq”.

Yol xəritəsi təsdiqləndi, Natiq Əmirova yeni iş tapşırıldı17.03.2016

Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ni təsdiqləyib. Martın 16-da imzalanan sərəncamla sənədə əsaslanan inkişaf planlarını hazırlayacaq işçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovdur.

İlqar Fətizadə (maliyyə nazirinin birinci müavini), Sevinc Həsənova (iqtisadiyyat nazirinin müavini), Alim Quliyev (Mərkəzi Bank sədrinin birinci müavini), Vilayət

Page 67: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Vəliyev (İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru), Ədalət Muradov (Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru) və Emin Hüseynovun (ADA Universitetinin prorektoru) daxil olduğu qrupa altı ay müddətində 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının; 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın; 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihələrini hazırlayıb prezidentə təqdim həvalə olunub.

İşçi qrupu layihələrin hazırlanmasına yerli və xarici ekspertləri, mütəxəssisləri, məsləhətçi şirkətləri və elmi təşkilatları cəlb edə bilər. Layihələrin hazırlanması ilə əlaqədar dəvət edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrindən viza almaq imkanı yaradılacaq. İşçi qrupunun dəvət məktubu viza verilməsi üçün əsas sayılacaq.

Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə işçi qrupunun müraciəti əsasında lazımi məlumatların və sənədlərin təqdim olunmasını, habelə işçi qrupunun fəaliyyətində nümayəndələrinin iştirakını təmin etmək tapşırılıb.

Transparency.az xatırladır ki, işçi qrupunun rəhbəri Natiq Əmirov bu il yanvarın 25-də prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib. 1967-ci ildə Şabran rayonunda anadan olan Natiq Əmirov 1990-cı ildə Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə Təfəkkür Universitetini (hüquqşünas) bitirib. Uzun illər vergi orqanlarında çalışan Natiq Əmirov 2005-ci ildən vergilər nazirinin müavini, 2009-cu ildən birinci müavini postlarını tutub.

Avro və rubl bahalaşıb, dollar dəyər itirib17.03.2016

Azərbaycan manatı martın 17-si avro və Rusiya rublu qarşısında ucuzlaşıb. Avronun rəsmi kursu 1,7966 manatdan 1,8063 manata, rublun məzənnəsi 0,0228 manatdan 0,0234 manata qalxıb.

ABŞ dolları isə manata nəzərən geriləyib. Transparency.az xəbər verir ki, dolların rəsmi məzənnəsi 1,6186 manatdan 1,6102 manata düşüb.

MəzənnələrNeft üzüyuxarı getdi17.03.2016

Page 68: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Dünya birjalarında neftin qiyməti yüksəlib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 2,62 dollar bahalaşaraq 38,88 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,40 dollar artaraq 40,50 dollar olub.

AZƏRTAC xəbər verir ki, martın 17-də “AzəriLayt” markalı neftin bir barreli 1,50 dollar bahalaşaraq 41,10 dollara satılır.

Martın 16-da “Layt” 36,26 dollara, “Brent” 39,12 dollara, “AzəriLayt” 39,60 dollara təklif olunurdu.

Məcburi ehtiyat normalarının dəyişilməsinə qərar verilib17.03.2016

Mərkəzi Bank martın 17-də açıqlama yayıb. Açıqlamada deyilir ki, son vaxtlar qurum milli valyutaya olan etimadı daha da gücləndirmək və bununla dayanıqlı makroiqtisadi sabitliyə dəstək vermək istiqamətində qərarlar qəbul edib: “Həyata keçirilən tədbirlərin davamı olaraq dollarlaşma səviyyəsinin azaldılması, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə Mərkəzi Bankın İdarə Heyəti bankların xarici valyutada cəlb etdiyi öhdəliklər üzrə məcburi ehtiyat normasını 0,5%-dən 1%-ə yüksəldib, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normasını isə 0,5%-dən 0%-ə endirib.

Milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə isə məcburi ehtiyat norması dəyişməz saxlanıb. Banklar 2016-cı ilin may ayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etməli və iyun ayından etibarən məcburi ehtiyatlarını yeni normaya uyğun saxlamalıdırlar”.

Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmət hesabatı yayıb17.03.2016

Page 69: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Əmlak Məsələləri Dövlət Komitəsi indiyədək vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 305 minə yaxın elektron xidmət göstərib. Ötən il elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslərdən 141 mindən çox müraciət qəbul edilib və qanunvericiliyə uyğun olaraq təmin olunub. Komitədən AZƏRTAC-a verilən məlumatda belə deyilir.

Açıqlamaya görə, hazırda komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir: “Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalında (www.e-emdk.gov.az) təqdim olunur. Elektron xidmətlərdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Bu xidmətlərin 27-si interaktiv, 4-ü informativdir. Qeydiyyatla bağlı xidmətlərə daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi və digər xidmətlər aiddir. Həmçinin səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mövcuddur.

İndiyədək yalnız daşınmaz əmlakın qeydiyyatı üzrə 21 elektron xidmətdən istifadə sayı 70 mindən çox olub. Komitənin www.e-gov.az portalında ən çox istifadə olunan elektron xidmət ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Bu xidmət üzrə indiyədək 30 mindən çox müraciət qeydə alınıb. İkinci yerdə 11 mindən çox müraciətlə dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmət dayanır. Ümumilikdə isə indiyədək vətəndaşlardan elektron və onlayn xidmətlər vasitəsilə mülkiyyətin dövlət qeydiyyatı üzrə 298 mindən çox müraciət daxil olub.

Komitənin digər fəaliyyət sahəsi olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 7 mindən çox müraciət qəbul edilib. Bu fəaliyyət sahəsi üzrə elektron xidmətlərin içərisində ən çox istifadə edilən xidmət dövlət əmlakının qorunub saxlanmasına dair illik xüsusi hesabat formasının elektron qəbulu xidmətidir. Müraciətlərin böyük əksəriyyəti bu elektron xidmətin payına düşür.

İstifadəyə verilən 31 elektron xidmətin 3-ü eyni zamanda SMS vasitəsilə göstərilir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.

Vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Bunun üçün ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb. Digər onlayn xidmət vasitəsilə hər bir əmlak sahibi öz əmlakı barədə dövlət reyestrində olan rəsmi məlumatlarla onlayn rejimdə tanış ola bilir. Üçüncü onlayn xidmət isə notariuslarda rəsmiləşmiş daşınmaz əmlaka dair təkrar bazarda alğı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarəsinə göndərilməsini təmin edir”.

Rauf Mirqədirov azadlığa buraxıldı17.03.2016

Page 70: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Martın 17-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun şikayətinə baxılması prosesi başa çatıb. “Report”un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrlik etdiyi prosesdə jurnalistin cəzası 5 il sınaq müddəti tətbiq olunmaqla şərti həbslə əvəzlənib və Rauf Mirqədirov məhkəmə zalından azadlığa buraxılıb.

Ötən il dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Rauf Mirqədirovu 6 il müddətinə azadlıqdan məhrum etmişdi.

2014-cü il aprelin 19-da tutulan jurnalist dövlətə xəyanətdə təqsirli bilinib. İttihama görə, jurnalist Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistan xüsusi xidmət orqanlarına casusluq edib.

Bu iş üzrə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus da ittiham edilib, sonra bu ittiham üzrə icraat dayandırılıb.

Rauf Mirqədirov 1961-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Rauf Mirqədirov uzun illər “Zerkalo” qəzetinin siyasi icmalçısı olub, 2010-cu ildən qəzetin Türkiyədə xüsusi müxbiri postunda çalışıb.

Rauf Mirqədirov 2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.

2014-cü ilin dekabr ayında İsveçrədə Rauf Mirqədirovun həyat yoldaşına, iki qızına siyasi sığınacaq verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 54 623 nəfər prezident təqaüdü alır17.03.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 54 min 623 nəfər Azərbaycan Respublikası prezidentinin aylıq təqaüdü ilə təmin olunur. Martın 17-də yayılan rəsmi məlumata görə, onlardan 176 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslər (həlak olanların ailə üzvlərinə ödənilir), 19 min 114 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13 min 187-i şəhid ailələri, 447 nəfəri Böyük Vətən müharibəsi iştirakçılarıdır.

Page 71: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə və 315 nəfər 20 Yanvar əlilinə, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 18 min 525 nəfərə, habelə müvafiq təbəqələrdən olan digər vətəndaşlara da prezidentin aylıq təqaüdü ödənilir.

Prezidentin aylıq təqaüdü ilə təmin olunan vətəndaşların sayı ötən illə müqayisədə 3005 nəfər və ya 5,8 faiz artıb.

İki ayda idxal 42,67 faiz, ixrac 47,59 faiz azalıb17.03.2016

Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının yanvar və fevral ayları üzrə hesabatını açıqlayıb. Transparency.az bildirir ki, rəsmi hesabata görə, xarici ticarət əməliyyatları ötən ilin müvafiq dövrünə nisbətən 45,51 faiz azalıb. 2015-ci ilin ilk iki ayı ilə müqayisədə idxal əməliyyatlarında 42,67 faiz, ixrac əməliyyatlarında 47,59 faiz geriləmə var.

2016-cı ilin ilk iki ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 243,2 milyon manat daxil olub.

Hesabata əsasən, 132 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 3672-dir. Bunun 1533-ü fiziki şəxslər, 2139-u hüquqi şəxslərdir. 114 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 2025-i özəl sektoru təmsil edib.

Xarici ticarət iki aydaAzərbaycandan çıxan malın 85,68 faizi neft və qazın payına düşür17.03.2016

Bu ilin yanvar və fevral aylarında Azərbaycandan xam neft ixracı 2015-ci ilin ilk iki ayı ilə müqayisədə 48,49 faiz azalıb. Transparency.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatında belə deyilir.

Hesabata görə, 2016-cı ilin birinci iki ayı ərzində neft məhsullarının ixracı üzrə 48,43 faiz azalma olub, təbii qaz ixracı isə 33,18 faiz artıb.Meyvə-tərəvəz üzrə ixracda 2015-ci ilin ilk iki ayı ilə müqayisədə 1,11 faiz artım qeydə alınıb, amma çay ixracı 65,71 faiz azalıb.

Ötən illə müqayisədə ixracda ən böyük artım pambıq iplik məhsulu üzrə qeydə alınıb: 276,68 faiz. Qara metallar və onlardan hazırlanan məmulatların ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 183,82 faiz artıb.

Page 72: Avro və rubl bahalaşıb, dollar dəyər itirib - …transparency.az/alac/files/mart (2) 2016.docx · Web viewBu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq

Yanvar və fevral aylarında ölkənin ixracının 76,87 faizini xam neft, 5,15 faizini neft məhsulları, 3,66 faizini təbii qaz, 2,36 faizini meyvə-tərəvəz təşkil edib. Ölkədən çıxan malların 85,68 faizi neft və qazın payına düşür.

İdxalda əsas mallar üzrə göstəricilərə gəlincə, yeyinti məhsullarının idxalı 2015-ci ilin ilk iki ayı ilə müqayisədə 36,42 faiz azalıb. Bəzi məhsullar üzrə isə artım qeydə alınıb. Meyvə-tərəvəz idxalı 134,51 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 27,06 faiz çoxalıb.Çay idxalında 140,05 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalında 56,43 faiz artım var.

Tütün və tütün məmulatlarının idxalı bu ilin ilk iki ayında 77,8 faiz azalıb. Əczaçılıq məhsullarının idxalında 10,67 faiz azalma qeydə alınıb.

Nəqliyyat vasitələri və onların hissələrinin idxalında 94,9 faiz azalma var.