10
Abıl Əlıyev İbrahim Şirinov Qaziyanlılar kimdir ? Türkiyənin ən böyük tarixçisi, dünyaca məşhur Xəlıl İnalcığın (Halil İnalçık 1916-2016) yazdığına görə Osmanlının (1299-1923) təməlini qoyan tayfalar Abdalan və Qaziyan adlı iki türkmən tayfalarıdır. Abdalanlar Tanrı ərləri, Qaziyanlılar isə Tanrı savaşçıları anlamını daşıyan adlardır. Bu Türkmən tayfaları batini inancına (ənəlhəlq və ya tanrı insanın öz qəlbindədir fəlsəfəsi) sahib olaraq türk ruhunun coşqusunu öz yaşam tərzində də hopdurmuş və Anadoluda türk dövlətinin böyüməsində əsas rol oynamışlar. Fəqət, sonradan Osmanlı sarayında türk kımliyindən uzaqlaşmaq yaşandı. İstanbulun fəthi ilə Bizans Qeysər idarəçiliyinə keçməsi ilə kökə olan bağlılıq zəiflədi. Sonradan Qaziyan tayfaları Anadoludan Səfəvilər (Qızılbaşlar) dövlətnə keçərək onlarla birləşmişlər.(Türkiyədə hal-hazırda Adıyaman vilayətinin Çelikhan rayonunda Qaziyan kəndi var ,oradada əsasən kürdlər yaşayır).Türk tarixçilərinlən Aşıqpaşazadə(1400-1484) və Fuad Köprülünun(1890-1966) fikirincə sonradan bu tayfa adları Qaziyan (Anadolu Qaziləri), Ahiyan (Anadolu Ahıları), Abdalan (Anadolu Abdalları) və Baciyan (Anadolu Bacıları) şəkilinə düşmüşdür. Fuad Köprülünun araşdirdiğı bu dörd tayfa ilə bağlı tarixi məlumat Şah İsmayıl Xətainin misralarındada təzahür etmişdir: “Əzəlzdən dost olan evliyaya Ahilər, Qazilər, Abdallar oldu”. Osmanlının qurulmasında və genişlənməsində əsas rol oynamış Qaziyan-i Rum, Ahiyan-i Rum, Baciyan-i Rum və Abdalan-i Rum adlanah bu dörd tayfa və qrupların Rum adlandırılmasının səbəbi indi Anadollu adlandırılan bu ərazilərin Türklərin buraya yerləşmədən əvvəl bu yerlərin "Diyarı Rum" (Rumlar ölkəsi) adlandırılmasından irəli gəlmişdir. Aşıq Paşazadənin fikirincə Qaziyan-i Rumlar Osmanlı imperatorluğunun quruluşundan daha ilk Anadolunun (Bizansın) fəthi dövründə bu yerlərdə mövcud olmuşlar. Bir sıra tarixi mənbələrdə Qaziyan-i Rumlar Alplar, Alpərənlər adı altında mövcud olmuşlar. İslamiyyətdən əvvəlki Türklərdə “qəhrəman”, “cəngavər” mənası verən Alp sözü İslamiyyətdən sonrakı dövrlərdə də Müsəlman Türk dövlətlərində rəsmi titul kimi qəbul edilmişşşdir. Tarixi mənbələr göstərir ki, türklərin islamı qəbul edənədək Alplar, Alpərənlər adlanan bu tayfalar Türklər müsəlman olduqdan sonra Qaziyanlılar adlandırılmışlar. Bunlar qəsdedilən vətən, millət və din uğurunda canlarını və mallarını fəda edən ərlər,ordu və şəhələrdəki bəlli sinif qəhrəmanlardır.Bəzən Qazi zözü ilə Qazı(şəriət məhkəməsi) sözü qarışdırılaraq Qaziyan

Abıl Əlıyev İbrahim irinov Qaziyanlılar kimdirnizami-tagisoy.net/pdf/qazyan-melumat.pdf · Abıl Əlıyev İbrahim irinov Qaziyanlılar kimdir ? Türkiyənin ən böyük tarixçisi,

  • Upload
    others

  • View
    10

  • Download
    0

Embed Size (px)

Citation preview

Abıl Əlıyev İbrahim Şirinov

Qaziyanlılar kimdir ?

Türkiyənin ən böyük tarixçisi, dünyaca məşhur Xəlıl İnalcığın (Halil İnalçık 1916-2016)

yazdığına görə Osmanlının (1299-1923) təməlini qoyan tayfalar Abdalan və Qaziyan adlı iki

türkmən tayfalarıdır. Abdalanlar Tanrı ərləri, Qaziyanlılar isə Tanrı savaşçıları anlamını

daşıyan adlardır. Bu Türkmən tayfaları batini inancına (ənəlhəlq və ya tanrı insanın öz

qəlbindədir fəlsəfəsi) sahib olaraq türk ruhunun coşqusunu öz yaşam tərzində də hopdurmuş və

Anadoluda türk dövlətinin böyüməsində əsas rol oynamışlar. Fəqət, sonradan Osmanlı

sarayında türk kımliyindən uzaqlaşmaq yaşandı. İstanbulun fəthi ilə Bizans Qeysər idarəçiliyinə

keçməsi ilə kökə olan bağlılıq zəiflədi. Sonradan Qaziyan tayfaları Anadoludan Səfəvilər

(Qızılbaşlar) dövlətnə keçərək onlarla birləşmişlər.(Türkiyədə hal-hazırda Adıyaman vilayətinin

Çelikhan rayonunda Qaziyan kəndi var ,oradada əsasən kürdlər yaşayır).Türk tarixçilərinlən

Aşıqpaşazadə(1400-1484) və Fuad Köprülünun(1890-1966) fikirincə sonradan bu tayfa adları

Qaziyan (Anadolu Qaziləri), Ahiyan (Anadolu Ahıları), Abdalan (Anadolu Abdalları) və Baciyan

(Anadolu Bacıları) şəkilinə düşmüşdür. Fuad Köprülünun araşdirdiğı bu dörd tayfa ilə bağlı

tarixi məlumat Şah İsmayıl Xətainin misralarındada təzahür etmişdir:

“Əzəlzdən dost olan evliyaya

Ahilər, Qazilər, Abdallar oldu”.

Osmanlının qurulmasında və genişlənməsində əsas rol oynamış Qaziyan-i Rum, Ahiyan-i

Rum, Baciyan-i Rum və Abdalan-i Rum adlanah bu dörd tayfa və qrupların Rum

adlandırılmasının səbəbi indi Anadollu adlandırılan bu ərazilərin Türklərin buraya yerləşmədən

əvvəl bu yerlərin "Diyarı Rum" (Rumlar ölkəsi) adlandırılmasından irəli gəlmişdir. Aşıq

Paşazadənin fikirincə Qaziyan-i Rumlar Osmanlı imperatorluğunun quruluşundan daha ilk

Anadolunun (Bizansın) fəthi dövründə bu yerlərdə mövcud olmuşlar. Bir sıra tarixi mənbələrdə

Qaziyan-i Rumlar Alplar, Alpərənlər adı altında mövcud olmuşlar. İslamiyyətdən əvvəlki

Türklərdə “qəhrəman”, “cəngavər” mənası verən Alp sözü İslamiyyətdən sonrakı dövrlərdə də

Müsəlman Türk dövlətlərində rəsmi titul kimi qəbul edilmişşşdir.

Tarixi mənbələr göstərir ki, türklərin islamı qəbul edənədək Alplar, Alpərənlər adlanan bu

tayfalar Türklər müsəlman olduqdan sonra Qaziyanlılar adlandırılmışlar. Bunlar qəsdedilən

vətən, millət və din uğurunda canlarını və mallarını fəda edən ərlər,ordu və şəhələrdəki bəlli

sinif qəhrəmanlardır.Bəzən Qazi zözü ilə Qazı(şəriət məhkəməsi) sözü qarışdırılaraq Qaziyan

sözünü kökü Qazı olduğu iddia olunur. Qaziyan zözünü belə qəbul etmək lazımdır Qazi -

qəhrəman, yan - lar cəm şəkilçisi olmaqla qəhrəmanlar mənasını bildirir. Örnək üçün XV əsrdə

yaşamış şair Tüfeylinin şerindən bir misal göstərək.

Ey Tüfeyli, Mehdiyi-Sahibizaman dövranıdır.

Əhli-fəzlə vadeyi-huri-cihan döbranıdır.

İsmi-əzəm zahir oldu, “Cavidan” dövranıdır…

Sərbəst tutdu cahanı q a z I y a n i-Şah Səfi

Qalmadı kəsarət cahanda, vəhdətin dövranıdır.

Burda qaziyanı- Şah Səfi sözləri Şah Səfinin qəhrəmanları kimi başa düşülür.

Muasir tarixşunaslıqda “Səfəvilər” adlandırəlan dövlət özündə “Qızılbaş dövləti” (dövləti-ali-

qəzəlbaşan), ölkəyə də “Qızılbaş ölkəsi”(ölkə-i qəzəlbaşan) deyilirdi. Bu dövləti meydana

gətirən türk tayfaları da “Qızılbaş tayfalari” (tayfeyı –qəzəlbaşan) adlanırdı. Səfəvi

mənbələrində tez-tez “padişahi – qızılbaş”,”ümərayi-qızılbaş”,”ləşkəri-qızılbaş”,”sipahi-

qızılbaş”,”qaziyani-qızılbaş (qızılbaş qaziyanları)terminləri keçməkdədir.

Tarixdən məlumdur ki Türk tayfaları üç qurupa: Qıpçaq - (Tatarlar, Başqurtlar,

Qazaxlar,Kırgızlar), Oğuz - (Türkmənlər,Azərbaycanlılar, Tüklər, Qaqauzlar, Balkan türkləri)

və Karluklar – (Özbəklər və Uyğurlar). Kırım tatarları dil baxımından Oğuz və Qıpçaqların

qarışığıdır.Oğuz türkləri - 24 Oğuz boyundan ibarət olub, Xəzər dənizinin şərqindən Ceyhun

(Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Oğuz Türkləri 950-ci ildən etibarən

İslam dinini qəbul etməyə başladılar. Oğuz sözünün kökü ilə əlaqədar müxtəlif fikirlər irəli

sürülmüşdür. Sözün boy, qəbilə mənasını verən "Ox" və çoxluq əlavəsi olan "z"in birləşməsindən

"Oxuq" (oxlar, qoylar) mənasında olduğu irəli sürüldüyü kimi, oyrat (haşarı, yaramaz) sözünün

sinonimi olduğunu iddia edənlər də vardır. Bu söz Anadolu ləhcəsində "həlim, səlim, ciddi"

mənalarında da istifadə edilməkdədir. Ərəb qaynaqlarında isə "guz" və ya "uz" şəklində

keçməkdədir. İlk zamanlar İç və Dış adlarıyla iki ana qola ayrılmış olan Oğuzlar, daha sonrakı

dövrlərdə, Doqquz Oğuz, Altı Oğuz, Üç Oğuz adlarında boylara da ayrıldılar. Oğuzlar iyirmi

dörd boydan meydana gəlmişdi. Bunlardan on ikisi İç, on ikisi Dış qoluna bağlı idi. Oğuz

boylarının nəslinin adı Oğuz Xanla bağlıdır.Oğuz Xanın Gün Xan, Ay Xan, Ulduz Xan, Göy Xan,

Dağ Xan, Dəniz Xan adlarında altı oğulu vardır. Oğuz Xanın hər oğulunun da dörd oğlu olub.

Oğuz Xanın altı oğulundan olan 24 nəvəsi 24 Oğuz Boyunu meydana gətirmişdir. Bütün dünyaya

yayılan Oğuzlar məhz bu 24 boya söykənir.

Oğuz dilləri bu gün

…24 OğuzBoyu…

Soyumuz, OğuzHan‘dangelmektedir. Atamız OğuzHan‘ın “Gün Han, Ay Han, Yıldız Han, Gök Han, Dağ

Han, Deniz Han” adlarında 6 (altı) taneoğluvardır. OğuzHan’ın her oğlunun da dört taneoğluvardır.

İşteAtamızOğuzHan’ınaltıoğlundanolan 24 tane torunu, bugünkü “24 OğuzBoyu“numeydanagetirmiştir.

BütündünyayayayılanOğuzlar, bu 24 boyadayanmaktadır.

Oğuz boylarının s i y a h ı s ı

Əşirət (Tayfa) Adı Yaşadığı Yerlər Boyu

Abbasan

Tunceli (Hozat, Pülümür, Ovacık rayonları),

Ərzincan, Gümüşxana (Kəlkit), Mardin

(Nusaybin)

İqdır, Döyər

Abdalan

Tunceli, Ərzurum (Xınıs, Aşqala), Ərzincan

(Tərcan), Bingöl, Gümüşxana (Kəlkit), Muş

(Varto), Qəhramanmaraş (Göksun)

Türkmen

Qaziyan Adıyaman (Çelikhan) Bayandur

.

.

Türkiyəli araşdırmaçı yazar Əli Rza Özdəmirin siyahısna əsasən Qaziyanlılar oğuzların Bayandır

boyuna məxsusdurlar.Bayandır daimi nemətlə dolu yer anlamındadır.Mərhum akademik B.Budaqov

isə qaziyanlıları qızılbaş tayfalarından biri hesab etmişdir(B.E.Budaqov, N.G.Məmmdov-

“Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlatı lüğəti –II-cilid)Qaziyan tayfaları Qızılbaş

Səfəvi dovləti zamanında (1501-1736) XVİ-cı əsrin əsrin əvvəllərində Qarabağa və Çuxur-sədd

(İrəvan) əyalətləri ərazisinə yerləşmişlər.(İrəvan xanlığının Qarabulaq nahiyəsində Qaziyan kəndi

olmuşdur.) Daha sonra Nadir şah Əfşarın zamanında Qızılbaş tayfalarının Xorasana, Əfqanstan və

Hindistana köçürülməsi zamanı qaziyanlılarda bu ərazilərə yerləşləşmimişdir. Bu gün İran,

Əfqanstan, Pakistan və Hindistan dövlətləri ərazisində çox sayda Qaziyan adında şəhər,kənd, küçə,

prospekt, məhəllə, cəmiyyətlər, ticarət mərkəzləri, soyadlar mövcuddur.

İran İ.R.ərazizində

1. QAZİYAN-e Əliya Fars vilayətində (ostanında) kənd

2. QAZİYAN-e Sofla Fars vilayətində (ostanında) kənd

3. QAZİYAN - Gilan vilayətində (ostanında) şəhər

4. Məzraehye - QAZİYAN Albarz vilayətində (ostanında) kənd

5. QAZİYAN-Xorasan vilayətində (ostanında) kənd

6. QAZİYAN-Zəncan vilayətində (ostanında) dağ.Hündürlüyü 2568 metr

Əfqanstanın Kunar vilayətində və Kabil yaxınlığında Qaziyan adında kəndlər mövcuddur.

Qəznə vilayətində isə Qarabağ adında rayon mərkəzi və onun yaxınlığında Qaziyan adında kənd var.

Pakistan İ.R. və Hindistandada (Kəşmir və Pəncab bölgəsində) çox sayda Qazian adlı

şəhər,kənd,küşə mövcuddur Bunlardan ən böyük yaşayı məntəqəsi Pakistan İR Pəncab vilayətindəki

Qaziyan şəhəridir. İslam dinində Əhmədiyyə təriqətinin banisi Mirzə Qulam Əhməd Qazianin

(15.02.1835-26.05.1908) qəbri (məqbərəsi) burada yerləşir. Bu təriqətin digər İslam təriqətlərdən

fərqi ondan ibarətdir ki, Əhmədiyyə təriqətinin tərəftarları İslam dininin 5 təməl prinsipindən

(kəlmeyi-şəhadəti bilmək,oruc tutmaq,Namaz qılmaq,qurban kəsmək və həcc ziyarətinə ketmək) ilk

dördünü qəbul edib hər xalqın özMəkkəsi (beytullahı) olmalıdır prinsipini əsas götürürlər. Qazian

şəhəri Əhmədiyyə təriqətinintətəfdarları üçün müqəddəs məkan və ziyarətgah sayılır. Mirzə

QulamƏhməd Qəzyani özü Türk əsillidir.

İran Fars vilayəti Qaziyan kəndi

Город Qaziyan: Область Gilan,Ираn

Yuxarıda qeyd etdiyimiz kimi Qaziyan tayfaları Anadoludan Səfəvi (Qızılbaş) dövləti (1501-

1736) ərazisinə köç etmişlər. XVI əsrin əvvllərində Qarabağ və Çuxur-sədd (İrəvan) ərazilərinə,

Nadir şah əfşarın zamanında Xorasan, Əfqanstan və Hindistan ərazilərinə köçürülmüşlər. Nadir

şahın ölümündən sonra Qarabağdan köçürülmüş əhalinin (daha çox Cavanşir qızılbaşları) bir

hissəsi geri qayıda bilmiş və sonradan Qarabağ xanlığının (1747-1805) əsasını qoymuşlar.

1797 -ci ildə Qaziyanlılar Qarabağ xanlığının Cavanşir elindən Şirvanşah dövləti ərazisinə (indiki Ucar

rayonundakı Qaziyan kəndi) köç etmişlər. Qarabağ xanlığığının tarixçisi Mirzə Camal Cavanşir (1773-

1853) əhalinin Qarabağ xanlığı ərazisini tərk etməsini belə izah etmişdir.”Mərhum (İçrahim) xan

Qarabağa gəlib hökumət taxtında oturduğu zaman vilayətin əhalisi qəhətlik və məşəqqət nəticəsinə var-

yoxdan çıxıb olduqca pərişan idilər.Ellərin çoxu Gürcüstan, Gəncə, İrəvan, Ş i r v a n və hətta Rum

vilayətinə dağılıb getmiş, mal-dövlətləri qarət olunmuşdur. Digər tarixçi Əhməd bəy Cavanşir (1828-

1905) özünün “Qarabağ xanlığının 1747-1805 ci illərdə siyasi vəziyyətinə dair” əsərində isə haisələri belə

işıqlandırmışdır:” Dəhşətli !897-ci il yaxınlaşırdı. Ağa Məhəmməd şahın dəstələri Qarabağa soxulmuşdu.

Aclıq və qıtlıq bütün ölkəni bürümüşdür. Talan olmuş kəndlilər kütləvi surətdə öz yürdlarını tərk

edirdilər.”Məskunlaşma indi “Qurd yuvası “ dəngəsi adlanan yerdən başlamışdır. Qısa bir müddətdə 60-

70 kv\km ərazidə (kənd ərazisinin uzunluğu 15 km,eni 6-7 km-dir) böyük bir kənd salınmış və ətraf

kəndlərlə rəqabət aparacaq gücə malik olmuşlar. Məşğuliyyətin (iqtisadiyyatın) əsasını bağçılıq,

bostançılıq, heyvandarlıq və ipəçilik (baramaçılıq) təşkil etmişdir.

19 əsrin 2-ci yarısından sonra kənd bölgədə tanınmış kəndlərdən biri olmuş, hətta

S.Ə.Şirvaninin satiik şerlərindədə Qaziyanlılarıın adı hallanmışdırşdır

“Topladı bir neçə bimərfətü –Qəzyani

Birisi Məşədi Cəfərdi Xorasan lotusu,

Ki salır gündə imamlı davası

Biri sərrac Məciddir ki, oda babi olur”...

XIX əsrdə Şamaxı ipəkçilik mərkəzlərindən biri sayılırmış. Qazıyan kəndidə onu xammalla təmin edən

kəndlərdən biriimiş.Yaşlı adamların (söhbət XIX –XX əsrlərdə yaşamış şəxslərdən gedir.)

xatirələrindən məlum olur kı, baramaçılıq gəlirli sahə olduğundan əksəriyyət təsərrüfatın bu sahəsi ilə

məşğul olurlarmış. Hətta oğruların əlindən hazır məhsulu böyük xarallara yığıb ağacdan

asırlarmışlar ki oğrular məhsulu gecələr tapıb oğurlamasınlar.

İnzibati ərazi bölgüsü baxımından kənd 12 dəngə və 2 muxtar məhələdən ibarətdir.(“Dəngə” türk

dilində tarazlıq və bərabərlik mənasını bildirən zözdür). Hər dəngənin uzunluğu təqribən bir km

bərabərdir vəhər birinin öz adı varrdır.Dəngələr şimaldan cənuba doğru aşağıdakı qaydada

sıralanmmışlar; Qurd yuvası”,”Bəylik”,”Molla hüseynli”,”Kərimli”,”Hacı

Abbaslı”,”Süleymanlı”+”Çol dəngə”,“Bilağanlı”,”Cındırlı”(Köhnə qışlaq”),”Topçı”,”Zərbəçi”və

“Kalvasöyünlü”(“Kərbəlayi Hüseyinli”)“Kərimli”dəngəsiilə “Suleymanlı” dəngəsi arasındakı Kövər

deyilən yerlə indi Abuzərlilər küçəsi kimi tanənan aradakı ərazi “Mahmudlı”(Çar rusiyası

zamaninda kənddə yüzbaşı olmuş, kənddə və Qarabörk kəndindəsu dəyirmanı olmuş Mahmud

yüzbaşının ərazisi olub.) kəndin məkəzi hissəsi indi Mirzəyevlər, Babayevlər, Qasımovlar və

Abdullayevlər yaşayan hissəsi isə “Molla Valı”adlanırmış.“Qurd yuvası”və”Zərbəçi”dəngəsi istisna

olmaqla(“Qurd yuvası”məskunlaşma zamanı kol-kosdan təmizlənmiş yerə verilmiş

addır,“Zərbəçi”1930 – cu illərdə kollektivləşmə zamanı kəndə təşkil olunmüş 5 kolxozdan birinin adı

olub,əvvəlki adı unudilub.) Kənd məskunlaşdırılarkən dəngələrərin adı dəngənin bəyi və yaxud həmin

dəngədən olan nifuzlu şəxsin adı ilə ya məşğuliyətinə müvafiq adlandıırılıb. (Rusiya imperiyasında

1860-cıillərdə təhkimçilik hüququ ləğv edilənə qədər və1910-cuillərdə Stolipin islahatlarına qədər

toppaq sahələri mülkədarların (bəylərin) mülkiyətində olub.

Azərbaycanda xanlıqlar dövrüdə əyalətlərə şah (xan) tərəfinlən təyin olunmuş bəylərbəyi başçılıq edirdi.

Bəylərbəylərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər başçılıq

edirdilər. Hakimlərin xan bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara

hakim və qazi başçılıq edirdi. Qəzalar mahallara ayrılırlı .Mahllara naiblər rəhbərlik edirdi. Mahallar

nahiyələrə ayrılırdı. Nahiyələrə bəylər başçılıq edirdilər. Nahiyələr kənd və obalara bölünürdülər. Bu

inzibatı ərazilərə yerinə görə kəndxuda, kovxa, yüzbaşı rəhbərlik edirdi. Əyalətlərdə olan ellərə yerinə

görə elxanilər, elbəylər, minbaşılar başçıləq edirdilər. Oymaqları kələntər adlanan

oymaqbəyləri idarə edirdilər. Qaziyan kəndinin bəyi və yüzbaşısı olmuş, kəndidə həmin şəxslər də

idarə etmişlərş.(Azərbaycanda Sovet hakimiyəti qurulduğu ərrəfədə “Bəylik” dəngəsində Ağalar

bəy,Məlik bəy, Məhəmmədəlı bəy, Rəhim bəy və Süleymanlı dəngəsində Süleyman bəy, bəy hesab

olunurmuşlar və bular kəndin sonuncu bəyləri olmuşlar. Çar hökumətinin aprdığı islahatlar

nəticəsində torpaqlarının böyük hissəsini itirdiklərinə görə bu bəylərə çox zaman “ac bəylər”

deyərmişlər.)

Hörmətli yazıçı Anar (Rzayev) Qəzyan kəndinin Rəsul Rzanən babası ,öz dövrünün feodalı olmuş

Məmmədxana məxsus olmasını iddia edir(bax;525-ci qəzet,05.03.2013),ancaq bu əsası

olmayan bir iddiaddır . Əvvəla Məmmədxanlıların Çiyni (Çiyinni) kəndi( ərazisi 1900 ha) və əhali

baxımından Qaziyan kəndindən(ərazisi 69350 ha) 30-35 dəfə kiçikdir. Kənddə Məmmədxan kimi 8-9

nəfər öz bəyi və yüzbaşısı olub(1886- cı ilin əhalinin siyahıya alma zamanı kənddə 9 bəy ailəsi

olmuşdur) və torpaq da həmin bəylərin mülkiyətində olub. Qaziyanlılar heç vaxt yaylaq-qışlaq həyat

tərzi keçirməyiblər. Elə dəngələrin adları da ərazi sahiblərinin və ya həmin dəngənin nifüzlu və

imkanlı şəxslərin adlarından qalmadır. Kəndin tarixini təsdiq edən əsas əlamətlər kəhdin

qəbrstanlıqlarıdər. Kənddə əsasən 5 qəbirstanlıq mövcüddur. Lakin əsas qəbirstanlıq “Süleymanlı”

və”Zərbəçi” qəbirstanlıqlarıdır. “Qurd yuvası”qəbirstanlığı kəndin ilk qəbstanlığı olub “Qurd

yuvası” dəngəsiiə “Göy çay”çayı arasında yerləşir.”Topçu”dəngəsilə “Zərbəçi” dəngəsi

arasənda yerləşən “Bağ” qəbirstanlığı və “Cındırlı”(Köhnə qışlaq) dəngəsi ilə Lək kəndi arasıdakı

qəbirstanlıqlar 1921-23 –cü il (Sovet hökuməti “ərzaq Sapalağı”vergisi adı altında əhalinin taxılının

əlindən alınması zamanı kənddə böyük aclıq baş vermişdir) və 1941-45 il müharibəsi zamanı kənddə

baş vermiş aclıq zamanı kütləvi ölümlərin baş verdiyi zamanı meydana gəlmişdir. İlk qəbrlər hələ

itməmiş.”Baş ağacı”ndakı vəfat etmə tarixlərini oxumaq mümkündür.Qazyanlılarn qarabağlı

olmasınin subut edən əsas əlamətlərdən biri onların qarabağ ləhcəsində danışmasıdır.(danışıqda “C”

səsi əvəzinə ”j”səsindən istifadə olunur.” bajıoğlu”,”gələjəm”,”gedəjəm”bibiyə “mama”demək və s.)

və adət ənənəsidir. Kənddə qadınlar uşaqlarına “qarğış” edərkən “boyna Ləmbəran qamışı ölçüm”

cümləsini işlədirlər.(keçmişdə vəfat etmiş şəxs üçün qəbir qazmaq üçün adətən onun boyunu ölçmək

üçün qamışdah istifadə olunurmuş.Qamış bataqlıq bitkisi sayıldığıdan Qarabağda hər yerdə qamış

bitmirmiş.Ləmdəran kəndi Qarabağ ərazisində Tər-tər çayının Kür çayına töküldüyü yerin

yaxınlığında yerləşdiyi üçün qamışın bol olanyeri sayılırmış.) İkinci əlamət bağçılıq

mədəniyətidir.Qarabağ sözünün mənası elə sıx bağ olan yer deməkdir.

Kənd Şamaxı xanlığının, bu ərazilər Rusiya imperiyasının tərkibinə daxil olduqdan sonra 1840-cı

ildən Kaspi vilayətinin tərkibində, 1846-cı ildə Şamaxı quberniyasının tərkibində, 1859 –cu ildə

Şamaxı zəlzələsindən sonra Bakı quberniyasının Şamaxı qəzasının ,1867-ci ildə Bakı qyberniyasının

tərkibində Göyçay qəzası yaradıldıqdan Sonra kənd Göyçay qəzasının tərkibinə daxil edilmişmişdir.

1939 –cu ildə Ucar rayonu Goyçay rayonunun tərkibindən ayrılması ilə əlaqədar Ucar Rayonun

tərkibinə daxil edilmişdir.

Tabeçilik baxımından kənd əraizisi son dövrlərdə tabe olduğü Göyçay 1867 –ci ildə təşkil

olmuşdur. (1859-cu ildə Şamaxı zəlzələsindən zərər çəkmiş əhalinin yerləşdirilməsi və yeni qəza

mərkəzinin yaradılması ilə əlaqədar). Elə o səbəbdəndə Göyçayın böyük əksəriyyətı ya Şamaxı

əsillidir,ya da türkmandır (oturaq həyatına keçmiş tərəkəmələr).

Ucar isə 1880-ci illərdə Bakı-Tiflis dəmir yolunun çəkilişi zamanı ruslar tərəfindən təməli

qoyulmuşdur. Adətən paravoz keçidin yanından keçərkənucadan “fit”verərmiş,əhali isə bunu öz tanış-

bilişlərinə “orda bir şey ğördük “ uuu”eləyib “car”çəkirdi şəkilində danışarlarmış. Elə “ucar”

sözüdə elə buradan yaranıb.

Qəzyan kəndi bölgədə bazarı.hamamı,dəyirmanı,məscidi və məktəbi olan tək-tük kəndlərdən biri

olmuşdur. Kənddə ilk məscid 1880-cı ilin əvvəllərində(Qaziyanbazar-Boyad yolunun bir km-də)

tikdirilmiş və Zaqafqaziya Ruhani idarəsində qeydiyatdan keçirilibmiş.(Məscidin ilk axundu axund

molla Məmmədhəsən İmanverdi oğlu olmuşdur) Sonradan həmin məscid kolxoz ambarı kimi istifadə

edilmişdir. Kəndin öndə gedənləri kənddə məktəb tikdirmək fikirinə düşüblər.Vəsaitləri olmadılarına

görə kömək üçün Hacı Zeynalabdin Tağıyevə məktub yazırlar. Tağıyev tərəfindən 2000 manat pul

verilir və həmin pulun hesabına məktəb üçün yer (mülk)alnaraq1885-cı ildə fəaliyyətə başlamış bişmiş

kərpicdən dörd ötaqlı bina tikdirilr. Məktəbdə həm dini,həmdə dünyəvi dərslər tədris

olunurmuş.(Mətəbə lik rəhbərlik edən Baba Səfərəlibəyov dini işlər üzrə isə Əmrah Mollaəli Nəzər

oğlu olmuşlar)Görkəmli akademik Feyzulla Qasımzadə 1917-ci ilin sentiyabr ayından məktəb müdüri

və müəllim kimi əmək fəaliyətinə burdan başlamışdır

. (F.Qasımzadənin fəaliyyəti 6 ay çəkmişdir. 1917-ci ildə Çar hökumətinin yıxılması və 1918 ci ildə ADR

qurulması və s.səbəblərdən)

Məlumat üçün onuda qeyd edək kı, bu bölgələrdəə su dəyirmanını 1840-cı ildən başlayaraq

Malakanlar quraşdırmışlar. Sovet hakimiyəti qurulana qədər bölgədə 40-a qədər su dəyirmanı olmuş

və bunlarin üçü (Qarabörk kədində və Qaziyan kəndində yan-yana 2) Mahmud yüzbaşıya məxsus

olmuşdur. Bölgədə ilk məktəb 1882-ci ildə Həsən bəy Zərd abi tətəfdən Zərdabda açılmışdır. Yalnız

üç kəndin Potu(mal bazarı), Müsüslü və Qaziyanda bazarı olmuşdur

İrad və təklifləri olanlar aşağıda qeyd olunan imel ünvanına və telefonlara müraciət edə bilərlər

Ibrahim Shirinov: İmeil adresi <[email protected]>

Mobil telefonu: 0503118759 ,şəhər telefonu: 502-66-89

Abıl Əliyev: İmeil adresi [email protected]

Mobil telefonu: 0504655998 ,şəhər telefonu: 579-76-98

Re: Çox Hörmətli oxucular,Qazyan kəndinin,toponimi,tarixi,qazyanlıların mədəniyyəti,

etnoqrafik xüsusiyyətləri barədə kitab hazırlamaq fikrindəyik.Odur ki, bu mövzuda mövcud

məlumatları toplayıb bizə göndərməyinizi acizanə xahiş edirik.