40
Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 1 / 40 Xəzər Rayonunda Alternativ UĢaq Qayğı Xidmətlərinin Yaradılması üçün Ehtiyacların QĠymətləndirilməsi Hesabatı AZƏRBAYCAN 2010

Needs Assessment Report AZE

Embed Size (px)

DESCRIPTION

“Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” Layihəsi XƏZƏR RAYONUNDA ALTERNATİV UŞAQ QAYĞI XİDMƏTLƏRİNİN YARADILMASI ÜÇÜN EHTİYACALARIN QİYMƏTLƏNDİRİLMƏSİ HESABATI

Citation preview

Page 1: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 1 / 40

Xəzər Rayonunda Alternativ UĢaq Qayğı Xidmətlərinin

Yaradılması üçün Ehtiyacların QĠymətləndirilməsi Hesabatı

AZƏRBAYCAN 2010

Page 2: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 2 / 40

“Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təĢkilatları arasında

himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaĢlıq

modelinin iĢlənib hazırlanması” Layihəsi

XƏZƏR RAYONUNDA ALTERNATĠV

UġAQ QAYĞI XĠDMƏTLƏRĠNĠN

YARADILMASI ÜÇÜN EHTĠYACALARIN

QĠYMƏTLƏNDĠRĠLMƏSĠ HESABATI

Azərbaycan

Respublikası

Təhsil Nazirliyi

Page 3: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 3 / 40

Bu araşdırma Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi və Ümidli Gələcək

Gənclər Təşkilatının birgə səyi nəticəsində ərsəyə gəlmişdir.

Hesabat Aytəkin Hüseynli və Tamerlan Rəcəbov tərəfindən hazırlanmışdır.

Bu sənəd Avropa Birliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. Sənədin məzmununa dair məsuliyyəti

yalnız Hilfsverk Avstriya Beynəlxalq təşkilatı daşıyır və heç bir halda Avropa Birliyinin mövqeyi kimi

qiymətləndirilməməlidir.

Əlavə məlumat üçün:

Hilfswerk Avstriya Beynəlxalq

28 may küçəsi, 20, mənzil 77

Bakı, Azərbaycan

Tel/fax: 012-493-31-68

www.hilfswerk.org.az

Page 4: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 4 / 40

MÜNDƏRĠCAT

1. Giriş ............................................................................................................................................................. 5

2. Ehtiyacların qiymətləndirilməsi məqsədi ...................................................................................................... 6

3. Metodologiya ............................................................................................................................................... 8

4. Xəzər rayonunun sosial kartoqrafiyası, resurs və xidmətlər üzrə məlumat ................................................... 8

5. Dövlət uşaq qayğı müəssisələrindəki uşaqlar arasında aparılan sorğunun nəticiləri .................................. 11

6. İcma üzvləri arasında aparılan sorğunun nəticələri .................................................................................... 11

7. Müvafiq hökümət təşkilatlarının rəhbərləri ilə aparılan dərinləşdirilmiş müsahibələrin nəticələri ................ 33

8. Risk qrupuna aid uşaqların valideynləri və mütəxəssislər ilə keçirilən fokus qrupun nəticəsi ..................... 37

9. Nəticə ........................................................................................................................................................ 38

10. Tövsiyələr ................................................................................................................................................ 39

Page 5: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 5 / 40

1. GĠRĠġ

Azərbaycanda da bütün post-sovet ölkələrində olduğu kimi kimsəsiz, tərk edilmiş və əlil uşaqlara

qayğı yalnız dövlət tərəfindən göstərilir və uşaqlara qayğı və onların rifahının yaxşılaşdırılması böyük

kontingentə malik dövlət uşaq müəssisələrində həyata keçirilir (Gros, 2009). Belə müəssisələrdə

yaşayarkən uşaqlar valideyn/himayədar qayğısı və dəstəyindən məhrum olur, ağır yaşayış şəraiti və sərt

təlim-tərbiyə təsirinə məruz qalırlar. (Burke, 1995). Beləliklə, müəssisədə göstərilən qayğı Azərbaycan daxil

olmaqla bütün keçmiş Sovet İttifaqı və Şərqi Avropa ölkələrində yaşayan minlərlə kimsəsiz və həssas qrupa

aid olan uşağın inkişafdan geri qalma və sağlamlıq problemləri olur (Ssevamala, İsmayılova və Hüseynli,

2010). Eyni zamanda dövlət müəssisələrində yaşayan uşaqların zorakılıq və etinasızlığa məruz qalma riski

də böyükdür.

Azərbaycanda dövlət qayğı sisteminin himayəsində olan uşaqların ümumi sayı 2008-ci ilin dekabr

ayına olan məlumata görə 14 389 nəfər təşkil edirdi ki, bunlardan da yalnız 4055 nəfəri gecələyənlərdir

(Təhsil Nazirliyi, 2009). 4055-dən hesabatdan at….Bu uşaqların 40%-nin hər iki bioloji valideyni, 45%-nin bir

valideyni vardır. Yalnız 28%-i bu müəssisələrdə gecələyərək daimi yaşayır. Dövlət uşaq müəssisələrində

olan uşaqların 71.5%-ni oğlanlar təşkil edir. Gecələyən uşaqlar arasında 12-16 (1 833) yaşlı uşaqlar çoxluq

təşkil edir. Uşaqların müəssisələrə yerləşdirilməsinin əsas səbəbi yoxsulluq (47,1 %), xüsusi təhsilə ehtiyac

(30,1 %), natamam ailə (28,2 %), ağır yaşayış şəraiti (19,6 %), valideynlərin boşanması (20,6%) və xəstəlik

səbəbindən valideynlərin işləməməsidir (19,6%) (Təhsil Nazirliyi, 2009).

Azərbaycan iqtisadi, maliyyə və institusional reformalarla qeyd olunan keçid dövrü yaşamaqdadır.

Uşaqlar hələ də tərk edilmə və dövlət uşaq müəssisələrinə yerləşdirilmə riskinə məruz qalırlar. Buna

baxmayaraq, Azərbaycan müəssisələşmənin1 uşaqlara mənfi təsirini etiraf edir və hal-hazırda dövlət uşaq

qayğı sistemində islahatların aparılması ilə bağlı tədbirlər görür (UNİCEF, 2009). 2006-cı ildə Azərbaycan

Höküməti, hal-hazırda müxtəlif dövlət müəssisələrində yaşayan uşaqların öz doğma ailələrinə qayıtması, bu

mümkün olmadıqda isə himayədar ailə və digər alternativ qayğı xidmətləri ilə təmin edilməsi məqsədilə De-

institutlaşma və Alternativ Qayğı Dövlət Proqramını qəbul etmişdir (UNİCEF, 2009). Bu dövlət proqramının

həyata keçirilməsində iştirak edən əsas tərəflər Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Səhiyyə Nazirliyinə, Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyalarına, Ailə, Qadın

və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinə tapşırılmışdı (UNİCEF, 2009). Proqramın ümumi koordinasiyası

Təhsil Nazirliyinə tapşırılmışdı. 2007-ci ildə isə Nazirlər Kabinetinin qərarı ilə Dövlət Proqramının İdarə

Olunması üzrə İşçi Qrupu yaradılmışdı. Proqramın daha səmərəli icra olunması və eyni zamanda ölkə üzrə

bütün uşaqların müdafiəsini təmin etmək məqsədilə 2010-cu ilin yanvar ayında Azərbaycan Höküməti Təhsil

Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsini yaratmışdır.

Bununla belə, milli və beynəlxalq qeyri-hökümət təşkilatları da Proqramın müvəffəqiyyətlə həyata

keçirilməsi üçün dəstək verir. Onlardan Hilfsverk Avstriya Beynəlxalq, Uşaqların Xilası, Azərbaycana Birgə

Yardım, SOS Kinderdorf Beynəlxalq, Təhsildə Yeniliklər Mərkəzi, Psixiki Sağlamlıq Üzrə Təşəbbüs və Uşaq

Hüquqları üzrə Milli QHT-lər Alyansını qeyd etmək olar.

2009-cu ildə Hilfsverk Avstriya Beynəlxalq təşkilatı Təhsil Nazirliyi ilə birgə, De-institusionalizasiya və

Alternativ Qayğı Dövlət Proqramının həyata keçirilməsində dəstəkləmək məqsədilə Avropa Komissiyasına

“Azərbaycanda himayədar qayğı və ailəyə dəstək xidmətlərinin həyata keçirilməsi ilə əlaqədar Yerli

1 Kimsəsiz və həssas qrupa aid olan uşaqların müəssisələşməsi dedikdə uşaqların, uşaq evinə, internatlara, əlil uşaqlar üçün xüsusi

məktəblərə və davranış problemləri olan uşaqlar üçün ciddi rejimli qapalı məktəblərə yerləşdirilməsi daxildir.

Page 6: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 6 / 40

Hökumət Orqanları və QHT-lər arasında əməkdaşlıq modelinin qurulması” layihəsilə müraciət etmişdir və

komissiya tərəfindən layihənin icrası üçün qrant ayrılmışdır. UNİCEF, Təhsil Nazirliyinin və Heydər Əliyev

Fondunun tövsiyəsi ilə Bakının Xəzər rayonu layihə üzrə pilot rayon kimi seçilmişdir. Bundan əlavə, iki

dövlət uşaq müəssisəsi layihə üzrə pilot müəssisə seçilmişdir. Layihənin məqsədi ölkədə həssas qrupa aid

uşaqların müəssisələşməsinin qarşısının alınması məqsədilə himayədar qayğı, kiçik qrup evi və istirahətə

dəstək xidməti kimi alternativ uşaq qayğı xidmət növlərini Azərbaycanda yaratmaqdır. Bundan əlavə,

himayədar xidmətlərlə bağlı təlim keçirmək və ailələr, habelə Xəzər rayonunda himayədar qayğı göstərənlər

üçün Təlim və Məsləhət Mərkəzi və layihə çərçivəsində Azərbaycanda Himayədar Qayğı Göstərənlər

Assosiasiyası yaratmaqdır. Eyni zamanda, təlim və internatura həyata keçirmək vasitəsilə De-institutlaşma

və Uşaqların Müdafiəsi İdarəsinin imkanlarını gücləndirməkdir. Layihə çərçivəsində 50 uşağın seçilmiş pilot

müəssisələrdən himayədar ailələrə verilməsi, 10 uşağın isə kiçik qrup uşaq evində yerləşdirilməsində Təhsil

Nazirliyinə dəstək veriləcəkdir.

Hilfsverk Avstriya Beynəlxalq təşkilatı, yerli partnyorları ilə birgə Xəzər rayonunda həssas qrupa daxil

olan ailələr və riskə məruz qalmış uşaqların vəziyyətinin ilkin qiymətləndirilməsini həyata keçirmişdir.

2. XƏZƏR RAYONUNUN SOSĠAL XƏRĠTƏSĠ, RESURS VƏ XĠDMƏTLƏR ÜZRƏ MƏLUMAT

Xəzər rayonu üzrə ümumi məlumat

Xəzər rayonu Bakının ən böyük rayonlarındandır. Burada 11 qəsəbə var. Əhalisi təqribən 169 800

nəfər təşkil edir, bunlardan 43 745 (36,9 %) nəfəri uşaqlar (0-18), 17 609 nəfəri isə 18-30 yaş arasında olan

gənclər təşkil edir ki, bu da qeyd olunan əhalinin 19,6 %-dir. Xəzər rayonunda 27 436 uşaqlı ailə var və

bunlardan 2 499 ailə 3-dən çox uşaqları olan böyük ailə hesab edilir. 677 ailə isə az gəlirlidir. 745 ailənin tək

valideyni var və 1 171 uşaq tək-valideynli ailələrdə yaşayır. 5 316 Məcburi Köçkün ailəsi (MK ailələr) və

təqribən 15 000 nəfər isə məcburi köçkün var. Xəzər rayonu Sosial Müdafiə Mərkəzinin məlumatına əsasən

3 385 ailə dövlətdən Ünvanlı Sosial Yardım alır. Xəzər rayonunda 511 əlil uşaq var.

Xəzər rayonundakı əyləncə mərkəzləri və işgüzar fəaliyyətlər

Xəzər rayonunda 10 yerli vətəndaş cəmiyyəti təşkilatları və 34 məscid var. Həmçinin burada 9

ictimai kitabxana, 3 mədəniyyət klubu, 8 mədəniyyət evi və 3 mədəniyyət sarayı mövcuddur. Xəzər

rayonunda uşaq və gənclər üçün 5 istirahət və əyləncə mərkəzi var.

Sənaye binalarına gəldikdə burada 6 iri fabrik və şüşə istehsalından başlayaraq donuz yetişdirən

təxminən 8 müxtəlif istehsalat sexi var. Təqribən 32 müxtəlif çörək, un məmulatları, toyuq və ət istehsal

edən orta və kiçik ölçülü sex mövcuddur.

Burada 30 restoran, 450 market və mağaza, 20 gözəllik mərkəzi və bərbərxana, 7 internet klubu və

30 aptek var. Bundan əlavə Xəzər rayonunda 10 yanacaqdoldurma mərkəzi vardır.

Xəzər rayonunda mövcud sosial xidmətlər

Yerli idarəetmə strukturları

Xəzər rayonun yerli idarəetmə strukturuna gəldikdə bütün rayonlarda olduğu kimi burda da Xəzər

rayonu İcra Hakimiyyəti əsas orqandır. Bundan əlavə Xəzər rayonunun hər qəsəbəsində İcra Hakimiyyətinin

yerli qəsəbə nümayəndəliyi var (cəmi 11 nümayəndəlik). İcra Hakimiyyəti yerli səviyyədə dövlət siyasətinin

Page 7: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 7 / 40

həyata keçirilməsinə cavabdehdir. İcra Hakimiyyəti şəhər və rayonların ictimai və iqtisadi sahəsində dövlət

proqramlarının işlənilib hazırlanması və həyata keçirilməsinə cavabdehdir. Onlar həmçinin şəhər və kənd

ərazilərinin ümumi inkişafı ilə əlaqədar tədbirlər yaxud səhər infrastrukturunun (məs. yollar,

telekommunikasiyalar və s.) inkişafı və müstəqil hüquqi şəxs qismində texniki xidmət şöbələrinin yaradılması

kimi xüsusi tapşırıqlar həyata keçirir. Bu qurumlar, ələlxüsus kommunal təsərrüfatı və ictimai qulluq

xidmətləri vasitəsilə Yerli İcra Hakimiyyəti Orqanları ərazisinə daxil olan əhalinin ehtiyaclarının ödənilməsi ilə

bağlı tapşırıqları və Azərbaycan Respublikası Prezidentinin digər tapşırıqlarını həyata keçirmək məqsədilə

yaradılır.

Bundan əlavə, Xəzər rayonun hər bir qəsəbəsində 11 bələdiyyə mövcuddur. Bələdiyyələr Dövlət

proqramı ilə əhatə olunmayan və yerləşdikləri ərazidə əhalinin ehtiyacı olan məsələlər üzrə proqramları

həyata keçirirlər. Hökümətin Dövlət Proqramı ictimai həyatın bütün sahələrini əhatə etmir. Nəticə etibarilə

Yerli İcra Hakimiyyəti Orqanlarının fəaliyyəti əhalinin ehtiyaclarını hər zaman ödəyə bilmir. Bununla əlaqədar

yerli səviyyədə əhalinin ehtiyaclarını qarşılamaq məqsədilə bələdiyyələrin əsas rollarından biri Dövlət

proqramındakı mümkün ola bilən boşluqları doldurmaqdır. Bələdiyyələr yerli səviyyədə ictimai, iqtisadi və

ətraf mühitin qorunması üzrə proqramların işlənilib hazırlanması və həyata keçirilməsinə cavabdehdir. Bu

proqramlar yerli icmanın xüsusi ehtiyac və istəklərinə cavab verməlidir. Məsələn, bunlara əhalinin xahişi

əsasında bələdiyyə tərəfindən parkın tikilməsi daxil edilə bilər.

Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya Xəzər

rayonunda Xəzər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların İşləri və

Hüquqlarının Müdafiəsi üzrə Komissiya mövcuddur. Bu Komissiyanın məqsədi uşaqların hüquq və ən yaxşı

mənafelərini qorumaqdan ibarətdir. Bundan əlavə, Komissiya uşaq və ailələrlə bağlı istənilən məsələlərin

baxılmasına nəzarət edir.

Təhsil xidmətləri

Xəzər rayonunda 35 orta məktəb, 8 dövlət uşaq müəssisəsi, 2 ibtidai məktəb və 1 sıravi polis peşə

məktəbi daxil olmaqla Polis və Aviasiya Akademiyaları kimi 2 ali təhsil ocağı mövcuddur. Xəzər rayonunda

24 uşaq bağçası var.

Sosial Müdafiə xidmətləri

Məşğulluq və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Mərkəzi tək-valideynli ailələr və

müxtəlif müharibələr üzündən dul qalan qadınlar kimi həssas ailələrə maddi yardım və müavinətlərin

müəyyən edilməsinə cavabdehlik daşıyır. Bundan əlavə, Sosial Müdafiə Mərkəzi xüsusi ehtiyacları olan

uşaqlar üçün əlillik müavinəti müəyyən edir. Ünvanlı Sosial Yardım, əlillik müavinəti və digər sosial

müavinətlər Sosial Müdafiə Mərkəzi tərəfindən verilir. Bundan əlavə, Sosial Müdafiə Mərkəzi yaşlı və tənha

adamlara sosial xidmətlərin göstərilməsinə cavabdehdir. Bu xidmət üzrə, Mərkəzlər yaşlı/əlil adamların

evinə yaxud mənzilinə sosial köməkçilər göndərir ki, bu köməkçilər otaqların yığışdırılması, paltarların

yuyulması, yeməklərin bişirilməsi və alış-verişin edilməsində onlara yardım etsinlər. Sosial köməkçinin iş

üzrə təlimatına əsasən, onlar ahıl/tənha insanlara hüquqi məsələlərin həllində də yardım etməli və mənəvi

dəstək göstərməlidirlər.

Səhiyyə xidmətləri

Xəzər rayonunda səhiyyə xidmətləri göstərən poliklinika, tibbi məntəqələr və xəstəxanalar kimi 20

tam təchizatlı tibbi müəssisə var. Burada təqribən 13 sanatoriya və pansionat var. Uşaqlar üçün xidmətlərə

gəldikdə isə Xəzər rayonunda 2 uşaq poliklinikası vardır.

Page 8: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 8 / 40

Ġcma-əsaslı/alternativ sosial xidmətlər

Xəzər rayonunda alternativ sosial xidmətlərin əsas təminatçıları yerli və beynəlxalq vətəndaş

cəmiyyəti təşkilatlarıdır. Bu xidmətlərə, həssas uşaq və ailələr üçün təşkil olunmuş xidmətlər, təbliğat,

treninq, icmanın inkişafı ilə bağlı fəaliyyətlər və özünə-yardım təşəbbüsləri daxildir. Burada Uşaqların Xilası

tərəfindən yaradılmış və hal-hazırda Qadın, Uşaq və Ailə Məsələlərinə dair Dövlət Komitəsinə məxsus olan

Ailəyə Dəstək Mərkəzi mövcuddur. Bu Mərkəz Şüvəlan qəsəbəsində yerləşir və əsasən Xəzər rayonundakı

bütün həssas qrupa daxil olan uşaq və ailələrə xidmətlər göstərir. Burada həmçinin küçə uşaqları üçün

sığınacaq da var ki, bunu yerli QHT olan “Ümid Yeri” idarə edir. Bundan əlavə Şüvəlan qəsəbəsindəki

internat ərazisində Təhsil Nazirliyi tərəfindən yaradılan və idarə edilən reabilitasiya mərkəzi vardır.

Xəzər rayonunda həmçinin Qarabağ Şəhidləri Birliyi, Şəhid Ailələr Birliyi və Əlillər Birliyi kimi icma-

əsaslı təşkilatlar da var. Onlar həssas qruplarla daxil olan ailələr ilə çalışır və onların adından təbliğat aparır.

Onların əsas fəaliyyətləri, öz əraziləri hüdudunda ailələrə sosial yardım və qida, geyim, məktəb ləvazimatı

və s. kimi yardımları göstərməkdən ibarətdir. Burada həmçinin uzun müddət ərzində icmalarda fəaliyyət

göstərən QHT olan Qırmızı Aypara Cəmiyyəti var. Bu, dövlət tərəfindən maliyyələşən ictimai təşkilatdır. Bu

Cəmiyyətin demək olar ki, hər şəhər və rayonda nümayəndəlikləri var. Onların orta hesabla 6 tam iş günü

çalışan işçisi və təqribən 20 könüllüləri var. Onlar yerləşdikləri ərazinin icmalarında olan bütün həssas

ailələrlə çalışır. Onların əsas fəaliyyəti, ailələrə ərzaq, geyim və ya digər ilkin ehtiyacları ödəmək üçün

yardımın göstərilməsi, məlumatlandırma kampaniyasının aparılması, xüsusi məsələlər üzrə treninqin

keçirilməsi və ictimai işlərin aparılması ilə bağlı xidmətlər göstərməkdən və bəzi həssas ailələr adından

təbliğat aparmaqdan ibarətdir.

3. QIYMƏTLƏNDIRILMƏNIN MƏQSƏDI

Qiymətləndirmənin məqsədi Xəzər rayonunda həssas qrupa daxil olan uşaqların ehtiyaclarını

müəyyən etməkdir. Bundan əlavə qiymətləndirmə rayon ərazisində yaşayan əhalinin, uşaqların ehtiyac və

hüquqlarına, habelə yeni yaradılmış uşaq alternativ qayğı xidmətləri barədə məlumatlılıq dərəcəsini və

onlara münasibətin müəyyən edilməsinə yönəlmişdir. Həmçinin, ehtiyacların öyrənilməsi zamanı icmada

fəaliyyət göstərən və uşağın rifahı naminə tələb olunan xidmətlərə olan tələbatla bağlı məlumatlar da

toplanılmışdır.

4. METODOLOGIYA

Seçimin aparılması

Ehtiyacların qiymətləndirilməsində iştirak edəcək müəssisələri seçmək üçün əlverişli qeyri-ehtimal

seçim üsulundan istifadə edilmişdir. Xəzər rayonunda 6 ictimai yaşayış uşaq qayğı müəssisəsi mövcuddur.

Bu 6 müəssisə arasından 3-ü seçilmişdir. Qalan 3 müəssisənin araşdırmada iştirak üçün seçilməməsinin

əsas səbəbi bu müəssisələrdəki uşaqların ümumi əlilliyi idi. 3 seçilmiş müəssisədən 77 uşaq stratifikasiya

seçim üsulu ilə seçilmişdir. Stratifikasiya seçim üsulundan uşaqlar arasında gender balansının təmin etmək

üçün istifadə edilmişdir.

Məlumatların dolğun olması üçün Xəzər rayonunun 11 qəsəbəsində icma üzvlərini seçmək üçün

təsadüfi seçim üsulundan istifadə edilmişdir. Xəzər rayonunun qəsəbələrindən biri olan Neft Daşları, yaşayış

ərazisi olmadığından sorğuda iştirak etməmişdir. Sorğu üçün insanların seçimini aparmaq məqsədilə

Mərkəzi Seçmə Komitəsindən Xəzər rayonunun seçim məntəqələrinin siyahısı əldə edilmişdir. 11 qəsəbə

arasında təsadüfi seçmə qaydası vasitəsilə məntəqələr seçilmişdir. Sorğu ediləcək respondentlər qəsəbə

Page 9: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 9 / 40

üzrə əhalinin siyahısından təsadüfi qaydada seçilmişdir. Hər qəsəbədən təsadüfi qaydada bir seçmə

məntəqəsi seçilmişdir və bununla məlumat toplayanlara start verilmişdir. Təsadüfi qaydada seçilmiş seçmə

məntəqələrinin sağ tərəfindən hər dördüncü ev məlumat toplayanlar tərəfindən sorğu aparmaq məqsədilə

seçilmişdir. Məlumat toplayanlar suallarını cavablandırmaq üçün 18 yaşından yuxarı ailə üzvləri arasında

intervyu aparmışlar.

18 yaşından yuxarı ailə üzvlərindən təsadüfi qaydada 300 nəfər seçilmişdir, lakin bunlardan yalnız

226 anketi cavablandırmışdır (aşağıda verilən cədvələ bax). Yerində olmadığı yaxud suallara cavab

verməkdən imtina edildiyi kimi səbəblərdən 300 təsadüfi seçilən icma üzvlərinin 24,66 %-i sorğuda iştirak

etməmişdir.

QƏSƏBƏLƏR

QƏSƏBƏLƏRDƏ

ƏHALĠNĠN ÜMUMĠ SAYI

CƏMĠ

QƏSƏBƏLƏR ÜZRƏ

TƏSADÜFĠ QAYDADA

SEÇĠLMĠġ

RESPONDENTLƏR

ġüvəlan 17900 0,1 32

Mərdəkan 20600 0,1 37

ġağan 3700 0 7

Buzovna 28900 0,2 51

Binə 52900 0,3 94

Gala 4400 0 8

Türkan 10900 0,1 19

Zirə 11200 0,1 20

Pirallahı 15200 0,1 27

Gürgan 1100 0 2

Cilov 1700 0 3

Neft daĢları 400 0 1

CƏMI 168900

Məlumatların toplanması üçün alətlər

Məlumatın toplanması üçün keyfiyyət və kəmiyyət üsullarından istifadə edilmişdir. Qiymətləndirmə

zamanı tələb olunan məlumatlar, uşaqlar, icma üzvləri və fokus qruplarla aparılan sorğular və

dərinləşdirilmiş intervyular kimi dörd müxtəlif məlumat toplama alətlər vasitəsilə toplanmışdır. Iki fokus qrup

keçirilmişdir: bir fokus qrup müəssisələr, uşaq və ailələrə xidmət göstərən QHT-lərin rəhbərləri, məktəblər,

Page 10: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 10 / 40

uşaq bağçaları, xəstəxanalar, poliklinikalar, doğum evlərinin müdirləri ilə; ikinci fokus qrup isə həssas qrupa

daxil olan uşaqların valideynləri və qayğı göstərənlərlə keçirilmişdir.

Yerli icra orqanları və bələdiyyə əməkdaşları, habelə yerli sosial müdafiə mərkəzlərlə dərinləşdirilmiş

intervyular vasitəsilə məlumat toplanmışdır. Bundan əlavə, Xəzər rayonunda fəaliyyət göstərən xidmətlərin

sosial xəritəsini çəkmək üçün ikinci dərəcəli məlumatlardan istifadə edilmişdir.

Məlumat toplama vasitələri

Seçilmiş əhali arasında sorğu aparmaq üçün iki növ anket işlənilib hazırlanmışdır. Dövlət uşaq qayğı

müəssisələrində yaşayan uşaqların özündən uşaqların ehtiyaclarını müəyyən etmək üçün 28 sualı olan bir

anket tərtib edilmişdir. 53 sualı olan digər anket isə Xəzər rayonunun icma üzvləri arasında sorğu aparmaq

məqsədilə hazırlanmışdır. Fokus qruplar və dərinləşdirilmiş intervyular üçün ayrı- ayrı suallar hazırlanmışdır.

Məlumat toplayanların seçilməsi və hazırlanması

Məlumat toplayanların hamısı partnyor olan yerli QHT, Ümidli Gələcək tərəfindən cəlb olunmuşdur.

Onların sorğuda məlumat toplamaq üçün iştirak etməsində tələblər bunlar idi: 1) məlumat toplamaq üzrə

təcrübəyə malik olmaq; 2) universitet məzunu olmaq. Bu sorğuda məlumat toplayan olmaq üçün

psixologiya, sosiologiya və s. kimi xüsusi təhsil və ya təcrübə tələbi olmamışdır.

Zaman məhdudiyyəti səbəbindən məlumat toplayanlar üçün bir günlük treninq keçirilmişdir. Hər bir

anketin bəndləri birlikdə oxunaraq məlumat toplayanlara izah edilmişdir. Məlumat toplayanlara ələlxüsus

uşaqlarla anketlərlə işləməyə dair ətraflı məlumat verilmişdir.

Məlumatların toplanılması və təhlili

Məlumatları toplamazdan öncə anketlər sınaqdan keçirilmişdir. Hər bir seçilmiş qrupdan beş nəfər

əvvəlcədən sınaqdan keçirilmə prosedurası üçün seçilmişdir və anketlər tövsiyələrə müvafiq olaraq

yenilənmişdir.

Məlumatlar SPSS 16 statistik proqramında təhlil edilmişdir. Seçilmiş icma üzvləri arasında fərqliliyi

müəyyən etmək məqsədilə sorğu üzrə dəyişən göstəricilər və icma üzrə dəyişən göstəricilərdən ibarət

kəsişən cədvəl tərtib edilmişdir. Sorğu olunan iştirakçılar və icmalar haqqında aydın təəssürat yaratmaq

üçün keyfiyyət məlumatları təsviri statistikadan istifadə edilmişdir.

Page 11: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 11 / 40

SORĞUNUN NƏTĠCƏLƏRĠ

5. DÖVLƏT UġAQ QAYĞI MÜƏSSĠSƏLƏRĠNDƏKĠ UġAQLAR ARASINDA APARILAN SORĞUNUN NƏTĠCƏLƏRĠ

Sorğu olunan uĢaqların təsviri

Bu araşdırmada üç dövlət uĢaq qayğı müəssisələrindən ümumilikdə 77 uşaq iştirak etdi ki,

bunlardan 52-si (67,5 %) oğlan və 25-i (32,5%) qız idi (Diaqram 1.). Respondentlərin minimal yaşı 6,

maksimal isə - 19 idi. Diaqram 2 bu araşdırmada iştirak edən uşaqların cinsinə görə yaş bölgüsünü göstərir.

Orta yaş həddi 8,7 dən 15 yaşa kimi dəyişir.

Diaqram 1 Diaqram 2

68,8% uşaqlar ailələrindəki uşaqların və ailə üzvlərinin sayını bilmir. Heç bir uşağın ailəsinin orta

gəliri barədə məlumatı yoxdur (bütün gəlir mənbələri nəzərə alınmaqla).

Diaqram 3, uşaqların internata gəlməzdən öncə yaşayış yerinin sayını əks etdirir. Əksər uşaqlar tək

ailə başçısı olan evlərdəndir (40%, 24), yoxsulluqdan əziyyət çəkən ailələr (35%,21) və əlil uşaqlar (8%, 5).

12 %-nin (7) dövlət müəssisəsinə gəlməzdən öncə heç bir yaşayış yeri yox idi.

Page 12: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 12 / 40

Diaqram 3

İnternatda əksər uşaqlar (18%) 2-5 il, və 5 ildən artıq (50%) yaşayır. Uşaqların 9 %-i internatda neçə

müddət yaşadığını bilmir (bax. Diaqram 4.).

Diaqram 4

18 uşaq düşünür ki, uşaqlar adətən internatlara yoxsulluq üzündən gəlir (Diaqram 5.). 43 uşaq hesab

edir ki, yoxsulluq onların internata yerləşdirilməsinin əsas səbəbidir (Diaqram 6.).

Page 13: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 13 / 40

Diaqram 5.

Diaqram 6.

Uşaq hüquqları barədə məlumatlılıq

44 uşaq (57.1%) “uşaq hüquqlarının nədən ibarət olduğunu” bildiyini, 33 (42.9%) isə bilmədiyini

deyir.

Cədvəl 1.- ə əsasən qız uşaqları (64%) uşaq hüquqları barədə çox biliyə malikdir, nəinki oğlan

uşaqları (53.8%). Uşaqların əsasən təhsil hüququ (9%) və sağlamlıq hüququ (5%) barədə məlumatı var.

Uşaqların 78 %-i isə sorğu zamanı heç bir uşaq hüququnun adını çəkə bilmədi.

Page 14: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 14 / 40

Cədvəl 1.

UĢaq hüquqlarının nədən ibarət olduğunu bilirsinizmi?

Respondentin

cinsi

Cəmi

Bəli Xeyr

Oğlan N 28 24 52

% 53.8 46.2 100.0

Qız N 16 9 25

% 64 36 100.0

Cəmi

N 44 33 77

% 57.1 42.9 100.0

Əksər uşaqlar (69) “məsləhət”i çox vacib qayğı hesab edir (bax. Diaqram 7). Daimi qida (65),

gigiyena (62), və nəsihət (60) uşaqların çox vacib hesab etdikləri əsas qayğılardır. “Oyun” yeganə qayğıdır

ki, “vacib olmayan” kimi qəbul edilən çox qeyd olunan (35) cavab idi.

Diaqram 7.

Page 15: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 15 / 40

Bundan əlavə, bu araşdırmanın nəticələri nümayiş edir ki, oğlanlarla müqayisədə qızlar üçün

“söhbət”, “məsləhət”, “stabillik”, “gigiyena” və “cib xərci” çox vacib qayğılardandır. Eyni zamanda, “maddi

təminat ”, “mütəmadi qidalanma” və gözlənilməz olaraq “emosional stabillik” oğlanlar üçün çox vacib

qayğılardandır. “Qadağaların qoyulması” həm oğlan, həm qızlar üçün bərabər dərəcədə əhəmiyyətlidir.

Əksər uşaqlar (20%) yardım üçün müəlliməsinə və (13%) analarına müraciət edir. Bu yardımlar

əksər hallarda məsləhət almaqdan ibarətdir (17%).

UĢaq problemləri ilə bağlı uĢaqların məlumatlılığı

Uşaqların yarısından çoxu onların dostlarının qarşılaşdığı ən böyük problemin nədən ibarət olduğunu

bilmir. Uşaqların 85%-nin özlərinin əsas problemləri barədə məlumatları yoxdur. Yalnız 3,9% uşaq ən böyük

problem kimi “sosial fəaliyyətin olmamasını” qeyd etdi.

“Uşaqlarla bağlı problemlər kim tərəfindən həll olunmalıdır? sualına” 48.6% məktəbləri/müəllimləri,

42.8% -ailə/valideynləri və 8.6% höküməti qeyd etdi. 17 uşaq hesab edir ki, həssas uşaqları hökümət, 10 -

ana/ata və 5 - dövlət uşaq müəssisələri müdafiə etməlidir.

UĢaqlar harada yaĢamaq istəyir

Sorğuda iştirak edən 77 uşaqdan 50 uşaq (65%) internatla müqayisədə ata/anaları ilə yaşamağı

üstün tutduqlarını deyirlər. Onlardan 5-i digər şəxslə yaşamaq istəmir, qalanları isə öz xalası, dayısı və

nənə-babaları ilə yaşamaq istərdi. Əksər uşaqlar üçün (56%, 43) valideynlər ən vacib insanlardır, sonra isə

bacı-qardaşlar (7%) və nənə-babalar (5%) vacib insanlar kimi hesab edilir.

Bu araşdırmanın nəticələrinə görə 86% uşaq imkanı olarsa başqa ailədə yaşamaq istəmədiyini və

imkan yaradılarsa öz ailələrinin yanında yaşamaları daha yaxşı olardı deyir. Yalnız 13 % internatla

müqayisədə başqa ailədə yaşamağa “bəli” cavabını vermişdir. Lakin 30% (29) uşaq hesab edir ki, internatda

yaşamaqdansa, başqa ailədə “ailə mühitinə” görə yaşamaq daha yaxşıdır.

Diaqram 8.

Page 16: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 16 / 40

UĢaqların gələcək planları

27% (21) uşaq təhsil almağı və 23% (18) isə internatdan çıxdıqdan sonra işləməyi planlaşdırır.

Qızlarla müqayisədə (25%) oğlanlar daha çox işləməyi üstün tutur (47%). Lakin oğlanlarla müqayisədə

(40%) qızların planları daha çox təhsil almaqla bağlıdır. Planları olmayan uşaqlar isə bunu gələcəyə ümidsiz

olduqları və tərk edilmiş hiss etdikləri ilə bağlayırlar.

Diaqram 9.

Page 17: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 17 / 40

6. ĠCMA ÜZVLƏRĠ ARASINDA APARILAN SORĞUNUN NƏTĠCƏLƏRĠ

Respondentlərin təsviri

Sorğu 226 icma üzvləri (nümunə olaraq) arasında aparılmışdır. Diaqram 1. yaşların müvafiq

bölgüsünü nümayiş edir, respondentlərin əksəriyyəti 35-45 (23%, 52) yaş aralarındadır.

Diaqram 1

Diaqram 2

132 (59%) respondent kişi, 91 (41%) isə qadınlardır. (Diaqram 2.). Respondentlər müxtəlif peşələrin

sahibləridir. Buna baxmayaraq, ən böyük kateqoriya işsizlərdir (37, 16.4%), ikinci böyük kateqoriya

müəllimlər (30, 13.3%), sonra evdar xanımlar (17, 7.5%), satıcılar (12, 5.3%), sürücülər (10, 4.4%),

mühəndislər (10, 4.4%), və s. təşkil edir. (bax. Diaqram 3).

Page 18: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 18 / 40

Diaqram 3.

Diaqram 4.

Respondentlərin əksəriyyəti Binə (50, 27%), Buzovna (35, 18%), Şüvəlan (27, 15%), Pirallahı (17,

9%) və Türkan (15, 8%) qəsəbələrindəndir (bax. Diaqram 4.).Onların

32%-nin iki, 22%-nin üç və 13%-nin bir övladı var. Dörd və ondan çox övladları olanlar isə respondentlərin

8%-ni təşkil edir. 25% isə övladı yoxdur.

Page 19: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 19 / 40

Respondentlərin əksəriyyətinin - 63%-nin dörd və beş ailə üzvü vardır, 9%-nin, altı üzvü var və 2%

isə tək yaşayır (bax. Diaqram 5.).

Diaqram 5.

Sorğu olunan 18% (41) respondent ailəsinin orta aylıq gəlirini 150-250 AZN, 17% (39) 250-350AZN,

16% (35) 350-450AZN və 11% (24) 450 AZN-dən yuxarı olduğunu bildirdi (bax Diaqram 6.).

Diaqram 6.

Page 20: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 20 / 40

Ġcma üzvləri arasında uĢaq hüquqları barədə məlumatlılıq

132 (61%) respondent uşaq hüquqları barədə məlumatlı olduqlarını bildirdi 86 (39%) isə “xeyr”

cavabını verdi(bax Diaqram 7).

Diaqram 7.

Cədvəl 1-ə əsaslanaraq qeyd etmək olar ki, kişilərlə (52%) müqayisədə, qadınlar uşaq hüquqları

barədə daha məlumatlıdırlar (73%).

Table 1

Respondentlərin cinsi

Uşaq hüquqları barədə

hər hansı məlumatınız varmı? Cəmi

Bəli Xeyr

kişi N 66 61 127

% 52.0% 48.0% 100.0%

qadın N 65 24 89

% 73.0% 27.0% 100.0%

Cəmi

N 131 85 216

% 60.6% 39.4% 100.0%

Page 21: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 21 / 40

66% respondent uşağın təhsil hüququ, 6% şəxsiyyət hüququ və 4% zorakılıq və etinasızlığa qarşı

müdafiə hüququ olduğunu bildirdilər. 10% respondent isə heç bir uşaq hüququ barədə məlumatı olmadığını

bildirdi.

Diaqram 8.

60% respondent məhəbbət və nəvazişi (qucaqlama, əzizləmə, öpmə və s.) uşaqların əsas

ehtiyacları hesab edirlər. 8% I isə uşağın böyüməsi və inkişafı üçün əsasən maddi təminatı əsas, 6% isə

inkişaf etdirici mühiti uşağın əsas ehtiyacı kimi göstərmişdirlər. Bundan başqa, valideynlər/himayədarlar

tərəfindən gündəlik qayğının göstərilməsi (4%) və müsbət psixoloji iqlimin (4%) yaradılmasını da əsas

ehtiyaclardan biri hesab edirlər.

Uşaq hansı yaşında polisə, məhkəməyə müraciət edə bilər sualına 43% (97) respondent “18-dən

sonra”, 21%-i (47) 15-dən sonra və 13%-i (30) isə “hər yaşda” cavabını vermişdir.

Demək olar ki, 71% (160) respondent yalnız döyülməni zorakılıq hesab edir. Onların az bir hissəsi

(5%) danlamanı və söyməyi (3%) uşağa qarşı zorakılıq hesab edir. 6%-nin (13) isə uşağa qarşı zorakılıq

haqqında məlumatı yoxdur.

22% (49) respondent düşünür ki, əgər valideynlər uşaqlarının qayğısına qalmırsa, uşaqlar belə

valideynlərdən alınmalıdır. 22% (49) isə bu növ ailələrə psixoloji yardım göstərilməyi 8% (17) isə müvafiq

qurumlara məlumat verməyi təklif etmişlər. 13% (29) respondent isə belə hallarda nə etmək lazım olduğunu

bilmir (bax Diaqram 9.). Respondentlər həmçinin uşaqlarına qarşı fiziki zorakılıq tətbiq edən valideynlərdən

də uşaqların alınması təklifini vermişlər (bax Diaqram 10).

Page 22: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 22 / 40

Diaqram 9.

Diaqram 10.

Respondentlər 37%-i uşağın problemini aşkar edən və bu barədə məlumat verən şəxs kimi onun

müəllimini, 20% (46) qohumunu, 14% isə qonşuları qeyd etmişlər. Yalnız 5%-i (12) hesab edir ki,

uşaqların özüdür. 8% isə (18) bilmirəm cavabını vermişdir.

Page 23: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 23 / 40

UĢaqlara göstərilən xidmətlər barədə məlumatlılıq

115 nəfər (%) respondent qeyd etmişdir ki, onların ərazisində uşaq və gənclər üçün heç bir xidmət

yoxdur. Yalnız 12 nəfər respondent yaşadıqları ərazidə uşaq və gənclər üçün göstərilən xidmətlər barədə

məlumatlıdırlar.

58% (132) məktəblərin, 48% (111) poliklinikaların, 28% (63) isə uşaq bağçalarında göstərilən

xidmətlərdən razıdırlar. 55% respondent əyləncə mərkəzlərinin, 54% uşaq yaradıcılığı mərkəzlərinin,

44%mədəni tədbirlərin və 62% QHT-lərin göstərdiyi xidmətlərdən razı deyil.

Respondentlərin 33%-i (71) öz icmalarında asudə vaxtların keçirilməsi ilə bağlı xidmətlər göstərən

dərnəklər, 22%-i (48) təhsil xidmətləri göstərən dərnəklər, 14%-i (30) uşaqlar üçün istirahət/tədbirlər olan

mərkəzləri və 10%-i (20) əyləncə tədbirlərinin (konsert, festival, sərgi, teatr və s) olmasını istəyir (bax

Diaqram 11.).

Diaqram 11.

Page 24: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 24 / 40

“İcmanızda gənclər/uşaqların peşəkar qabiliyyətini inkişaf etdirən hər hansı kurslar barədə

məlumatınız varmı?” sualına 34% (67) respondent “bəli”, 66% (129) respondent isə “xeyr” cavabını

vermişdir (bax Diaqram 12.).

Diaqram 12.

24% respondent ərazidə musiqi alətlərində ifa etmək, aktyorluq, rəssamlıq və kompüter bacarıqlarını

inkişaf etdirən kursların, 5% isə (4) xalçaçılıq dərnəklərinin olması istəyini vurğulamışlar. Respondentlərdən

8% isə bu suala bilmirəm cavabını vermişlər.

Alternativ uĢaq qayğı xidmətləri barədə məlumatlılıq və anlaĢılma

Respondentlərin 55%-i (115) uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin səbəbi kimi ailələrdə

baş verən konfliktləri,10% (20) uşağın hər iki valideyni itirməsini, 35% isə digər səbəbləri yəni valideynlərin

zərərli vərdişlərə aludə olmasını (yəni narkomaniya və alkoqolizm) sağlamlıq imkanlarının məhdud olmasını,

aztəminatlı ailələrdən olmalarını, qaçqın və məcburi köçkün ailələrdən olmasını və sair qeyd etmişdirlər.

83% (171) respondentin “deinstitusionalizasiya” barədə məlumatı yoxdur. Məlumatı olanlar isə bunu

“uşaqları uşaq evlərindən ailələrə verilməsi” (6%) və ya “uşaq müəssisələrinin bağlanılması” (4%) kimi başa

düşürlər.

Rəyi soruşulan 226 respondentdən 43%-i uşağın ailədə yaşamasının üstün cəhətləri kimi doğma ailə

mühitinin göstərmişdirlər. 24% (5) ailənin üstünlüyü kimi daha yaxşı iqtisadi imkanların və 4% (9) isə daha

yaxşı mənəvi dəyərlərin olmasını hesab edir.

Uşaq evlərinin çatışmayan cəhətləri kimi 27% (55) nəvazişin yəni öpmə, qucaqlama və sairənin

olmamasını, 6% valideynlik qabiliyyətinin öyrədilməməsini və 4% gələcək imkanların az olmasını hesab edir.

Page 25: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 25 / 40

Respondentlərin yarısından çoxunun (52%) deinstitulaşmanın üstünlükləri barədə məlumatı yoxdur.

17% (34) düşünür ki, bu uşaqların sosial inteqrasiyası deməkdir, 10% (19) isə hesab edir ki, bu uşaqların

bərabər hüquqlu inkişaf etməsidir.

152 (77%) respondent deyir ki, onlar tanıdığı uşağı, valideynlərini itirdiyi təqdirdə, övladlığa

götürərlər. 45 (23%) götürməyəcəklərini bəyan etdilər. “Bəli” cavabını verənlərin 53%-i (98) uşağı heç bir

təzminat olmadan götürməyə hazır olduqlarını deyir. 19% (35) isə yalnız aylıq ödəniş olduğu təqdirdə götürə

biləcəklərini deyir.

Respondentlərin cinsi və uşaq evlərindən uşağı himayəsinə götürmək istəyi və gözlənilən təzminatın

cədvəldə kəsişən qaydada yerləşdirilməsinin nəticəsində kişi və qadın arasında əhəmiyyətli fərq meydana

çıxartmadı.

43% (90) respondent düşünür ki, uşağın başqa ailə tərəfindən uşaq evindən götürülməsinin əsas

səbəbi xeyirxahlıqdan, 25% (53) tək qalmamaqdan, 4% (8) uşaqlara sevgidən irəli gəlir, və s. (bax Diaqram

14.).

Diaqram 14.

Page 26: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 26 / 40

48% (96) respondent dövlət müəssisəsindən uşağı götürdükləri təqdirdə maddi dəstəyə, 9% (17)

mənəvi dəstəyə, 23% (46) isə uşağı uşaq evindən himayəsinə götürmək üçün heç bir dəstəyə ehtiyac

duymur. (bax Diaqram 15.).

Diaqram 15.

Respondentlər, uşaq evindən uşağı himayəyə götürmək üçün əsasən 150-200AZN (16%), 200-

300AZN (16%), 400AZN-dən yuxarı (16%) məbləğdə aylıq vəsaitlə təmin edilmək ehtiyacını duyur, 25%

(49) isə hansı məbləğə ehtiyac duyduqlarını bilmir. (bax Diaqram 16.).

Diaqram 16.

Page 27: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 27 / 40

24% (47) respondent əlil uşaq götürdüyü təqdirdə 400AZN-dən yuxarı, 12% (23) 300-400AZN, 10%

(19) 200-300AZN, yalnız 3% (6) 50-100 AZN məbləğə ehtiyac duyur, 30% (58) isə bilmir (bax Diaqram 17.).

Diaqram 17.

Cədvəl 2, ailənin orta aylıq gəlirinin və respondentlərin uşağı övladlığa götürmək istəyinin cədvəldə

kəsişən qaydada yerləşdirilməsinin nəticəsini əks edir. Respondentlərin uşağı övladlığa götürmək istəyi

ailənin orta aylıq gəlirinin artmasına görə artır. Məsələn: orta aylıq gəliri 450AZN –dən yuxarı olan 95%

respondent öz ailələrinə uşaq götürə biləcəyini bəyan etdi. Gəliri 350-450AZN olan 85% ailələr uşaq

götürmək istəyirlər. Lakin gəliri 80-150AZN olan 63% (10) respondent uşaq evindən övladlığa uşaq

götürmək istəmir.

Respondentlər əlil uşaq götürdükləri təqdirdə, 37% (36) respondent uşaqda hansı əlilliyin olmasının

fərqinə varmır. Lakin 33% (32) respondent bəyan edir ki, onlar fiziki qüsurlu uşağı, 6% (6) isə əqli qüsurlu

uşağı götürə bilər.

Uşağın götürülməməsinin səbəbləri kimi respondentlər “onlar xüsusi qayğı tələb edir” (36%, 45), “bu,

mənim üçün mənəvi cəhətdən çətindir” (25%, 32), 12% (15) “vaxtımız yoxdur” cavablarını verir.

64% respondent dövlət uşaq müəssisəsinə baş çəkdiklərini bildirir. Yalnız 37% (71) belə

müəssisələri ziyarət edib. Ziyarətin məqsədi xeyriyyəçilik (35%, 36), öz uşağını ziyarət etmək (19%, 20),

qohumunun uşağını ziyarət etmək (6%, 6). Yalnız bir respondent övladlığa uşaq götürmək istəyini bəyan

etdi.

“Ictimai yaşayış uşaq müəssisələrində əlil uşaqlara və valideyn himayəsindən məhrum olmuş

uşaqlara daha hansı xidmətlər göstərilməlidir?” sualına 13% (25) himayədar qayğı xidmətləri deyir, 7% (14)

Kiçik qrup evləri deyir, 6% (11) dərs saatları uzadılmış məktəblər deyir, 56% (108) bilmir. (bax Diaqram 18.).

Page 28: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 28 / 40

Diaqram 18.

77% (154) respondent himayədar qayğının hansı məna kəsb etdiyini bilmir. Yalnız 24% (47) bunu

bilir. Eyni qaydada 85% (161) kiçik qrup evinin hansı məna kəsb etdiyini bilmir, yalnız 15% (28) bilir.

Himayədar qayğı və kiçik qrup evi xidmətlərinin tərifini verəndən sonra 74% (153) respondentlər

düşünür ki, himayədar qayğı və kiçik qrup evi yaradılmalıdır. 7% (15) düşünür ki, buna ehtiyac yoxdur və

kifayət qədər uşaq evləri mövcuddur. 15% (30) bilmir (bax Diaqram 19.).

106 (62%) respondent düşünür ki, belə müəssisələrin yaradılması uşağın inkişafı üçün daha yaxşı

imkanlar yaradacaq, 20 (12%) düşünür ki, bu, cəmiyyətimiz üçün daha yaxşıdır(bax Diaqram 20.).

Himayədar qayğı və kiçik qrup evinin yaradılmasına qarşı çıxan 19% (10) respondent düşünür ki, bu,

cəmiyyətdə cinayət hallarının artmasına səbəb olacaq, 11% (6) güman edir ki, bu, onların uşaqlarının

təhsilinə mənfi təsir göstərəcək, 39% (21) isə bilmir (bax Diaqram 21.).

Diaqram 19.

Page 29: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 29 / 40

Diaqram 20.

Diaqram 21.

Page 30: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 30 / 40

“Qayğıdan məhrum olmuş uşaqlar kimlərdir?” sualına cavab olaraq 53% (108) respondent hesab

edir ki, bu, uşaq müəssisələrindəki uşaqlar, yoxsul ailənin uşaqları(9%, 17) və küçə uşaqlarıdır (6%, 11)

(bax Diaqram 22.).

Diaqram 22.

64 (34%) respondent düşünür ki, sosial inteqrasiya birgə yaşamaq deməkdir, 11 (6%) düşünür ki, bu,

qayğıdan məhrum olmuş uşaqlarla ünsiyyətdir, 5 (5%) – birgə təhsil almaqdır, 86 (46%) isə bilmir (bax

Diaqram 23.).

Diaqram 23.

Page 31: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 31 / 40

29% (56) respondent hesab edir ki, qayğıdan məhrum olmuş uşaqların sosial inteqrasiyası onları adi

uşaqlara çevirəcək, 15% (28) - daha yaxşı həyat nəsib edəcək və 11% (20) cəmiyyətin digər üzvlərilə

inteqrasiya edəcək, 5% (10) sağlam tərbiyə verəcək, 25% (48) isə bilmir (bax Diaqram 24.).

Diaqram 24.

Respondentlərin sözlərinə əsasən uşaqların sosial inteqrasiyası icmaya, qayğıdan məhrum olmuş

uşaqları daha yaxşı anlamağa (23%, 41), daha yaxşı cəmiyyət qurmağa (20%, 37), cinayətin azalmasına

(19%, 35) faydalı olacaq. 25% (46) isə bilmir (bax Diaqram 25.).

Diaqram 25.

Page 32: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 32 / 40

62% (126) respondent öz uşaqlarını çətin vəziyyətdə nənə-babalarına (qısa müddətə (2 ayadək))

etibar edir, 20% (40) xala/dayısına, 5% (10) isə uşağı təkbaşına qoyur. Respondentlər uşaqlarını uzun

müddətə etibar edilməsi zərurətinə eyni cavablar verdilər. (bax Diaqram 26-27).

Diaqram 26

Diaqram 27.

Page 33: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 33 / 40

7. MÜVAFIQ HÖKÜMƏT TƏġKĠLATLARININ RƏHBƏRLƏRĠ ĠLƏ APARILAN DƏRĠNLƏġDĠRĠLMĠġ MÜSAHĠBƏLƏRĠN NƏTĠCƏLƏRĠ

1. Ġntervyuda iĢtirak edənlərin təsviri

28 nəfər arasında məlumat toplayanlar tərəfindən dərinləşdirilmiş intervyu həyata keçirilmişdir. 28

nəfərdən 8 nəfər Xəzər rayon İcra Hakimiyyətindən, 2 nəfər İcra Hakimiyyətinin yerli Binə

nümayəndəliyindən, 3 nəfər Binə Bələdiyyəsindən, 2 nəfər Buzovna Bələdiyyəsindən, 1 nəfər İcra

Hakimiyyətinin yerli Buzovna nümayəndəliyindən, 2 nəfər Zirə qəsəbəsindən, 2 nəfər Türkan qəsəbəsindən,

2 nəfər Şağan qəsəbəsindən, 1 respondent Şüvəlan qəsəbəsindən və 1 nəfər Mərdəkan qəsəbəsindən idi.

1 respondent Xəzər rayon Polis İdarəsindən, 1 nəfər Xəzər rayon Poliklinikasındandır. 28 respondentdən

24-ü tutduqları vəzifə barədə məlumat vermişdir. Onlardan 3-ü sədr, 3-ü sədr müavini, 3 şöbə müdiri, 5 İcra

Hakimiyyətinin yerli nümayəndəliyindən təmsilçiləri, 3 müavin, 1 polis, 2 baş məsləhətçi, 1 məsləhətçi və 1

icraçı katib vəzifəsində çalışır.

2. UĢaq hüquqları, dövlət uĢaq müəssisələri və QHT-lər barədə məlumatlılıq

“Uşaqların hüquqlarını kim müdafiə etməlidir?” sualına əksər sorğu olunan iştirakçılar (14) bəyan etdi

ki, dövlət uşaqların hüquqlarını müdafiə etməlidir və təqribən doqquzu (9) valideynləri qeyd etdi.

Sorğu edilənlərin əksəriyyəti icmalarındakı uşaqların ehtiyacları kimi mədəniyyət və əyləncə

yerləri/fəaliyyətlərinin olmamasını qeyd etdilər. Respondentlərin əksəriyyəti (14), uşaqların inkişafı üçün

icmalarında mövcud olan əsas əyləncə mərkəzləri kimi müxtəlif növ idman tədbirlərini və komplekslərini

qeyd etdi.

28 respondentdən 19-u, icmalarındakı adamlardan öz uşaqlarını dövlət uşaq müəssisəsinə

yerləşdirən heç kəsi tanımır. Lakin onlardan təqribən 11-i valideynlərin öz uşaqlarını dövlət uşaq

müəssisələrinə yerləşdirməsinin əsas səbəbi kimi yoxsulluğu qeyd etdi. Onlar həmçinin valideynlərin öz

uşaqlarını uşaq müəssisələrinə yerləşdirməsinin ikinci səbəbi kimi uşaqların əlilliyini qeyd etdi.

Respondentlər düşünür ki, valideynləri olmayan yaxud valideynləri boşanan, habelə valideynləri

tərəfindən tərk edilmiş uşaqlar riskə məruz qalmış uşaqlar hesab edilir. Respondentlərin, icmalarında

uşaqları övladlığa götürən və onlara himayə göstərən ailələr barədə kifayət qədər məlumatı var, bir halda ki,

28 respondentdən 22-i bu suala müsbət cavab vermişdir. Respondentlərin əksəriyyəti düşünür ki, uşaqların

uşaq müəssisələrinə yerləşdirilməsi onların ailə, bağlılıq/məhəbbət və gələcək hüquqlarını kobud şəkildə

pozur. “Uşaqlar üçün hansı növ qayğı barədə məlumatınız var?” sualına 28 respondentin əksəriyyəti qayğı,

bağlılıq, məhəbbət, asudə vaxtlarının təşkili və uşağın lazımi qaydada tərbiyə edilməsini qeyd etdi.

Respondentlərin əksəriyyəti, ictimai yaşayış uşaq qayğı müəssisələrinin çatışmayan cəhəti kimi

uşaqların lazımi emosional və sosial cəhətdən inkişaf etməməsini qeyd etdi. Onlardan bəziləri müəssisələrin

nöqsanları kimi valideyn qayğısının olmamasını bəyan etdi. 28 respondentdən 5-i qeyd etdi ki,

müəssisələrdə heç bir nöqsan yoxdur.

Müəssisələrin üstünlüklərinə gəldikdə isə, respondentlərin, demək olar ki, eyni sayı müəssisələrdə

uşaqların lazımi qaydada tərbiyə edilməsi və lazımi intizamın təmin edilməsini qeyd etdi. Bundan əlavə,

respondentlər düşünür ki, müəssisələr ehtiyacı olan uşaqlara yardım edir və onlardan təxminən 5-i

müəssisələrin təhsil verdiyini hesab edir. Respondentlərin, demək olar ki, eyni sayı düşünür ki,

Page 34: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 34 / 40

müəssisələrin heç bir nöqsanı yoxdur və bura, uşaqlar üçün yaxşı yerdir və maraqlıdır ki, respondentlərin

eyni sayı düşünür ki, müəssisələrin heç bir yaxşı keyfiyyətləri yoxdur.

Xidmət göstərənlərin əksəriyyəti dərk edir ki, qayğı müəssisələrini tərk etdikdən sonra uşaqların

taleyi heç də yaxşı olmur və həmçinin, onların belə uşaqların maddi problemlərinin olduğu barədə

məlumatları var.

Bu suala cavab verən respondentlərin əksəriyyəti (15) QHT-nin hansı məna kəsb etdiyini bilir və

onları, insanların problemlərini həll edən müstəqil ictimai institut kimi müəyyən edir. Lakin maraqlıdır ki,

demək olar ki, respondentlərin eyni sayı (11) QHT-nin hansı məna kəsb etdiyini bilmir. Lakin respondentlərin

13-ü icmalarında hər hansı QHT-nin olub-olmaması barədə heç bir məlumatı yoxdur və onlardan 3-ü

düşünür ki, icmalarında heç bir QHT yoxdur. Respondentlərin 10-u isə icmalarında yerləşən QHT-lərin

adlarını qeyd etdi.

2. UĢaq hüquqları, uĢaq müəssisələri və QHT ilə bağlı təcrübə

Respondentlərin əksəriyyəti İcra Hakimiyyəti nəzdindəki Yetkinlik Yaşına Çatmayanların İşləri və

Hüquqlarının Müdafiəsi üzrə Komissiyanı , icmalarındakı uşaqların hüquqlarını müdafiə edən qurum kimi

qeyd etdi. Onlardan demək olar ki, 5-i düşünür ki, uşaq hüquqlarını bələdiyyə və İcra Hakimiyyətinin yerli

nümayəndəliyi, 4-ü- polis, 3-ü isə məktəblər müdafiə edir. 28 respondentdən demək olar ki, 7-nin uşaq

hüquqlarının hansı qurumlar tərəfindən müdafiə edilməsi barədə məlumatı yoxdur.

Demək olar ki, respondentlərin hamısı uşaq problemlərilə qarşılaşdıqda heç vaxt QHT-yə müraciət

etmədikləri barədə məlumat verdilər. Lakin, onlardan 13- ü icmalarında QHT tərəfindən təşkil edilən

tədbirlərdə iştirak etdiyini qeyd etdi.

Respondentlərin əksəriyyəti bəyan etdi ki, riskə məruz qalan uşaqların ailələri onlara müraciət

etdikdə, onlar bu ailələri müxtəlif xidmətlərə yönəldirlər. Bundan əlavə, bəziləri bəyan etdi ki, onlar belə

ailələrə uşaqlarının dövlət uşaq müəssisələrə yerləşdirilməsinə yardım edir, yaxud onları uşaqlarını

müəssisələrə yerləşdirmək fikrindən daşındırmağa çalışır. Onlar həmçinin qeyd etdi ki, belə ailələrin

problemlərinin həll edilməsi üçün ağsaqqalların köməyindən istifadə edirlər.

Uşaqlara qayğı problemlərilə bağlı kimə müraciət edəcəkləri sualına, respondentlər qeyd etdi ki,

onlar dövlət uşaq müəssisələri, uşaqların ailələri, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının

Müdafiəsi üzrə Komissiya, İcra Hakimiyyəti nümayəndəliyi, məktəb və uşaq problemlərilə məşğul olan

yerlərə müraciət edərdilər. Demək olar ki, respondentlərin 4-ü problemin özləri tərəfindən həll edildiyini,

digər 4-ü isə yardım almaq üçün heç yerə müraciət etməyəcəyini bəyan etdi.

Respondentlərin əksəriyyəti (17) qeyd etdi ki, icmalarında qayğı müəssisələrini tərk edən uşaqlar

üçün xidmətlər mövcud deyil. Onlardan 4-ü belə uşaqlara xidmət kimi icmalarında mövcud olan peşə-texniki

məktəbləri qeyd etdi.

“Qayğı müəssisələrini tərk edən uşaqlar üçün hansı tədbirlər görülməlidir?” sualına respondentlərin

əksəriyyəti “onlar iş imkanları ilə təmin edilməlidir” cavabını verdilər, bəziləri, yaşamaq üçün yerlə, digərləri

isə təhsillərini davam etdirmək üçün imkanlarla təmin edilməli olduqlarını qeyd etdi.

Bütün respondentlər düşünür ki, qayğı müəssisələrini tərk edən uşaqları mənzil, ev və s. kimi

sığınacaqla məhz dövlət təmin etməlidir. Bəziləri isə düşünür ki, işgüzar adamlar da bunu etməlidir. Qayğı

Page 35: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 35 / 40

müəssisələrini tərk edən uşaqların məşğulluğunun təşkilinə gəldikdə isə, onlar düşünür ki, bunu məhz

hökümət təmin etməlidir. Yalnız bir nəfər qeyd etdi ki, QHT-lər də belə uşaqlara iş tapmaqda yardım

etməlidir.

“Problemləriniz yarandıqda uşağınızı/uşaqlarınızı qısa müddətə kiminlə qoyarsınız” sualına demək

olar ki, bütün respondentlər uşaqlarını nənələri/babaları/xalaları/dayıları yanında qoyacaqlarını dedilər.

Uzun müddətə yerləşdirməyə gəldikdə isə respondentlərin əksəriyyəti yenə də problemləri

yarandıqda uşaqlarını nənələri/babaları/xalaları/dayıları yanında qoyacaqları cavabını verdilər, 3 nəfər -

uşaq sanatoriyasında və qonşusunun yanında, 2 nəfər isə uşaqlarını ictimai yaşayış uşaq qayğı

müəssisəsinə yerləşdirəcəyini bəyan etdi.

“Tanıdığınız ailələrdə problem yarandıqda onların uşaqlarını öz ailənizə götürərsinizmi?”sualına

respondentlərin əksəriyyəti müsbət cavab verdi və qeyd etdi ki, belə uşaqları şərtsiz götürərlər.

Respondentlərin çoxu düşünür ki, uşaqlarını uşaq müəssisələrinə yerləşdirmə riskinə məruz qalan

ailələr maddi yardımla təmin edilməlidir. Bir neçə respondent bəyan etdi ki, belə ailələrə psixoloji dəstək

verilməlidir. Bundan əlavə, yenə bir neçə respondent qeyd etdi ki, belə ailələr müəssisə qayğısının riskləri

barədə məlumatlandırılmalı/maarifləndirilməlidir.

3. UĢaq müəssisələri və alternativ uĢaq qayğı xidmətlərinə münasibət və onların anlaĢılması

“Uşaq müəssisələrinin bağlanılması barədə nə düşünürsünüz?” sualına respondentlərin yarısından

çoxu müsbət cavab verdi. Lakin təxminən 28 respondentdən 10-u bunun yaxşı olmadığını bildirdi. Təxminən

4 respondent “bunu hal-hazırda etmək zamanı deyil” cavabını verdilər.

28 respondentlərdən 12-si dövlət uşaq qayğı müəssisələrinin ailələrlə əvəz oluna biləcəyini dedi, 4-ü

isə himayədar ailələrin yaxud ailə-tipli xidmətlərin institusional qayğı xidmətinin alternativi hesab edilə

biləcəyini bildirdi. 28 respondentdən 4-ü dedi ki, belə müəssisələr əvəzedilməzdir, 4 respondent isə bildirdi

ki, uşağa xidmət və ya qayğı bu sahədə ixtisaslaşdırılmış müəssisələr tərəfindən göstərilməlidir.

Respondentlərin əksəriyyəti düşünür ki, dövlət himayədar ailə olanları maddi cəhətdən

dəstəkləməlidir. Onlar düşünür ki, belə ailələr üçün xüsusi dövlət proqramları, xidmətlər və qayğı həyata

keçirilməlidir. Bəziləri təklif edir ki, xüsusi dövlət müəssisələri belə ailələrə mütəmadi nəzarət etsin.

Respondentlərin əksəriyyəti bildirir ki, uşaqların problemlərini dərhal aşkar edən ilk şəxslər

valideynlərdir. Sonra isə məktəbdəki sinif müəllimləri də uşaqların çətinliklərini dərhal hiss edənlərdəndir.

Onlar həmçinin hesab edirlər ki, qonşular və qohumlar da, uşaqların problemlərini çox tez aşkar edir.

Respondentlərin əksəriyyəti düşünür ki, valideynlər uşaqlarına qarşı laqeyd, qəddar olduqda və

onları döyərsə, uşaqları onlardan ayırmaq düzgün deyil. Yalnız 28 respondentdən 7-si hesab edir ki, əgər

valideynlər uşaqlarına qarşı laqeyddir, qəddardırlar və onları döyürlərsə, uşaqları onlardan ayırmaq

düzgündür. Onlardan bir neçəsi təklif etdi ki, uşaqları valideynlərindən ayırmaq əvəzinə, valideynlərlə söhbət

etmək yaxud laqeydliyə və qəddar münasibətə səbəb olan problemlərin həll edilməsi üçün onlarla çalışmaq

məqsədəuyğundur.

Respondentlərin əksəriyyəti (18) bəyan etdi ki, ailələrdə uşaqlara mənfi təsir edən problem

yarandıqda müvafiq dövlət qurumlarına bu barədə məlumat vermək yaxşı fikir deyil. Respondentlərin bəziləri

Page 36: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 36 / 40

deyir ki, bu onların ailələrinin şəxsi məsələsidir və ailə çərçivəsində həll edilməlidir. Yalnız 28 respondentdən

8-i deyir ki, ailələrdə uşaqlara mənfi təsir edən problem yarandıqda müvafiq dövlət qurumlarına bu barədə

məlumat vermək yaxşı fikirdir.

Yalnız 1 respondent bildirdi ki, uşaq istənilən yaşda polis və məhkəməyə müraciət edə bilər.

Təxminən 10 respondent bildirdi ki, uşaq 18 yaşda yaxud 18 –dən yuxarı polis və məhkəməyə müraciət edə

bilər. Bəziləri dedi ki, uşaq 16 yaşda, 5 respondent isə - 10 yaşda polis və məhkəməyə müraciət edə bilər

deyərək cavab verdi.

28 respondentdən təxminən 14-ü dedi ki, fiziki və əqli qüsurlu uşaqların onların uşaqları ilə bir

məktəbdə təhsil almaları düzgün deyil. Yalnız 8 nəfər bunun pis olmadığını dedi. 28 respondentdən

təxminən 3-ü bildirdi ki, bir halda ki, cəmiyyət buna hazır deyil, bu, uşaqların özü üçün stressli ola bilər.

28 respondentdən 20-si dedi ki, əlil uşaqları olan ailələrə maddi yardım göstərilməlidir, 4-ü isə hesab

edir ki, onların həmçinin psixoloji yardıma ehtiyacı var. Respondentlərin əksəriyyəti qeyd etdi ki,

valideynlər/qayğı göstərənlərin məsuliyyətsizliyi nəticəsində əlil uşaqlar dövlət uşaq müəssisələrinə

yerləşdirilir. Bəziləri qeyd etdi ki, əlil uşaqların uşaq müəssisələrinə yerləşdirilməsinin səbəbi

yoxsulluq/gəlirin az olması və belə uşaqların problemli olmasıdır.

Respondentlərin 16-sı qeyd etdi ki, onlar fiziki qüsurlu uşağı öz ailələrinə götürməzlər, 10 nəfəri isə

yardım göstərilərsə götürə biləcəyini bəyan etdi. Təxminən eyni sayda respondentlər (15) dedi ki, onlar əqli

qüsurlu uşağı öz ailələrinə götürməzlər, eyni sayda respondentlər isə maddi və mənəvi dəstək olarsa

götürə biləcəyini bəyan etdi.

Respondentlərin əksəriyyəti qeyd etdi ki, ailələrin uşaq müəssisələrindən övladlığa uşaq

götürməyinin əsas səbəbi sonsuzluqdur. Bəziləri qeyd etdi ki, övladlığa uşaq götürən adamlar bunu

insanpərvərlik naminə və uşaq müəssisələrində olan uşaqlara yardım etmək niyyətində olduqları üçün edir.

Əksəriyyəti bəyan etdi ki, onlar özləri qeyd-şərtsiz uşaq müəssisəsindən övladlığa uşaq götürməyə

hazırdırlar. Bəziləri isə dedi ki, yalnız uşağın hər hansı valideyni yaxud ailəsi olmadığı təqdirdə onu övladlığa

götürərlər.

Respondentlərin əksəriyyəti (10) qeyd etdi ki, onlar o şərtlə övladlığa uşaq götürməyə hazırdırlar ki,

onlara hər uşaq üçün 150-200 AZN ödənilsin. 5 nəfər -500 AZN, bir nəfər isə 1000 AZN ödənilərsə buna

hazır olduğunu bildirdi. Respondentlərin qalan hissəsi övladlığa uşaq götürmək üçün hansı məbləğin tələb

olunduğunu bilmir.

Page 37: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 37 / 40

8. RĠSK QRUPUNA AĠD UġAQLARIN VALĠDEYNLƏRĠ VƏ MÜTƏXƏSSĠSLƏR ĠLƏ KEÇĠRĠLƏN FOKUS QRUPUN NƏTĠCƏSĠ

2 fokus qrupda 10 nəfər iştirak etdi. Əlil uşağı olan valideyn, himayədar nənə, məcburi köçkün olan

valideyn, tək-valideynli ailənin başçısı olan qadın, poliklinika rəhbəri, ibtidai məktəbin direktoru, uşaq

bağçasının direktoru və Sosial Müdafiə Mərkəzinin nümayəndəsi fokus qrupunun iştirakçıları idi.

Fokus qrupunun bütün iştirakçıları düşünür ki, uşaqların hüquqları İcra Hakimiyyətinin nəzdində olan

Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası , və polis tərəfindən

müdafiə edilir. Onlar həmçinin düşünür ki, uşaqların hüquqları öncə dövlət, sonra isə valideynlər tərəfindən

müdafiə edilməlidir.

İştirakçılar qeyd etdi ki, icmalarında stadion kimi idman tikililəri və idman tədbirləri uşaqların

ixtiyarındadır. Lakin onlar düşünür ki, uşaqların inkişafı üçün mədəniyyət və əyləncə tədbirlərinə də böyük

ehtiyac var.

Onlar düşünür ki, valideynlər yoxsulluq və gəlirlərinin az olması səbəbindən uşaqlarını uşaq

müəssisələrinə yerləşdirir. Əlil uşağı olan valideyn həmçinin qeyd etdi ki, məhz bu səbəbdən

valideynlər/qayğı göstərənlər çox vaxt əlil uşaqların qayğısına necə qalmalı olduğunu bilmir; onlar çox asan

uşaqlarını uşaq müəssisələrinə yerləşdirir. İştirakçıların bəziləri qeyd etdi ki, uşaqların uşaq müəssisələrinə

yerləşdirilməsi onların valideynlərinin məsuliyyətsizliyi üzündən baş verir. İştirakçıların çoxu hətta

icmalarında uşaqlarını uşaq müəssisələrinə yerləşdirən ailələri də tanıyır.

İştirakçılar, dövlət uşaq müəssisələrinə yaşayış uşaq qayğı müəssisələrinin çatışmayan cəhətləri

kimi ailə mühitinin və məhəbbətin olmamasını, və himayədarların olmamasını qeyd etdilər. Belə

müəssisələrin üstünlüklərinə gəldikdə isə onlar təhsili, qida/geyim/məktəblə təmin edilməsi və sığınacaq yer

olduğunu qeyd etdilər.

İştirakçılar həmçinin təklif etdi ki, uşaq müəssisələrin fəaliyyətinə nəzarət edilməsi üçün icma əsaslı

təşkilatlar yaradılsın. Onlar bildirdi ki, bu, uşaqlara qayğının keyfiyyətinin yüksək olmasında müəssisələrə

yardım edəcək.

İştirakçıların əksəriyyəti QHT-nin hansı məna kəsb etdiyini bilir və hətta rayonlarında fəaliyyət

göstərən UAFA və Uşaqların Xilası kimi beynəlxalq QHT-lərin adlarını çəkdilər. Onlar həmçinin əlil uşaqlar,

müharibə veteranları və şəhidlərin maraq və mənafelərini qoruyan yerli QHT-nin da adlarını çəkdilər.

İştirakçılar qeyd etdi ki, problemləri yarandığı təqdirdə həm uzun, həm də qısa müddətə uşaqlarının

qayğısını nənə/baba/xala/dayılara etibar edərlər.

İştirakçıların əksəriyyəti düşünür ki, müəssisələrin bağlanılması heç də yaxşı fikir deyil. Bəziləri isə

düşünür ki, əgər belə müəssisələrin əvəzinə müvafiq xidmətlər yaradılarsa, o zaman müəssisələri bağlamaq

olar.

Fokus qrup iştirakçıların əksəriyyəri bildirdi ki, onlar uşaq müəssisələrindən adi uşağı övladlığa

götürə bilərlər. Lakin onlar qeyd etdi ki, əlil uşağın övladlığa götürülməsi maddi və mənəvi cəhətdən

çətinliklərlə bağlıdır. Onlar bildirdi ki, adi uşağa qayğı göstərmək üçün təxminən 200-300AZN, əlil uşağa isə

təxminən 300-400 AZN tələb olunur.

Page 38: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 38 / 40

9. NƏTĠCƏ

Ehtiyacların qiymətləndirlməsi ilə bağlı araşdırma zamanı müəyyən edildi ki, Xəzər rayonunda Layihə

çəçivəsində həyata keçirilməsi planlaşdırılan alternativ uşaq qayğı xidmətlərinin yaradılması üçün çox yaxşı

mühit mövcuddur. Çünki, sorğuda, fokus qruplarda və dərinləşdirilmiş intervyularda iştirak edən

respondentlərin əksəriyyəti bu xidmətlərlə bağlı suallara müsbət cavab vermişdirlər. Bir çoxları qeyd etdi ki,

maddi və psixoloji dəstək verilərsə, onlar uşağı himayəyə götürə bilərlər. Araşdırma göstərir ki, gəliri yüksək

olan ailələr aşağı gəlirli ailələrə nisbətən uşaqları müəssisələrdən götürməyə daha çox meyllidirlər.

Respondentlərin himayəyə götürüləcək tipik uşaqlarla xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında fərqin

qoymamaları həmçinin müsbət göstəricidir. Lakin onların əksəriyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqları

himayəyə götüməməyi üstünlük verirlər. Bundan əlavə, araşdırma müəyyən etdi ki, sorğu olunanlar

baba/nənə/xala/dayı/bacılar/qardaşlar kimi yaxın qohumlarını öz uşaqlarının himayədar valideynləri yaxud

ailələri olmasını üstün tuturlar.

Sorğu olunan bütün respondentlər, dövlət uşaq qayğı müəssisələrinin uşağın bütün potensialının

inkişafına mənfi təsir göstərməsini etiraf etdilər. Onlar müəssisədəki qayğının əsas çatışmazlığını burada

yaşayan uşaqlara qarşı məhəbbət/bağlılıq/məsləhət/öyüd-nəsihətin olmamasında görürlər. Sorğunun

nəticələrinə görə uşaqların problemlərini dərhal aşkar edənlər sırasında məktəblər və məktəb müəllimələri

vacib yer tutur.

Qiymətləndirmə zamanı müəyyən oldu ki, uşaq hüquqları ilə bağlı QHT və layihələrə Xəzər

rayonunda hər zaman dəstək verilməsinə baxmayaraq, burada uşaq hüquqlarına dair məlumatlılıq olduqca

aşağı səviyyədədir. Sorğuda, fokus qruplarda və dərinləşdirilmiş intervyularda iştirak edən respondentlərin

hamısı, uşaq hüquqları barədə az biliyə malik olduqlarını qeyd etdilər. Əkəsəriyyətin qeyd etdiyi yeganə

uşaq hüququ təhsil hüququ idi. Demək olar ki, onların hamısı hesab edir ki, uşaqlar evdə problemlərlə

qarşılaşdıqda yalnız 18 yaşından sonra polisə yaxud məhkəməyə müraciət edə bilərlər. Demək olar ki,

respondentlərin hamısının dövlət uşaq qayğı müəssisələrindəki uşaqlar barədə mənfi təsəvvürü var. Onlar

düşünür ki, belə uşaqların cəmiyyətə yaxud icmaya inteqrasiyası onların uşaqlarına mənfi təsir göstərəcək

və cəmiyyətdə cinayətlərin sayını artıracaqdır. Xidmət göstərənlərin əksəriyyəti hesab edir ki, belə uşaqların

cəmiyyətin əsas qrupuna daxil edilməsi doğru deyil, çünki nə cəmiyyət, nə də ki xüsusi qayğıya ehtiyacı olan

uşaqlar buna hazır deyildirlər.

Müəssisədə yaşayan uşaqların da öz hüquqları barədə məlumatları yoxdur. Lakin onlar bildirdilər ki,

uşaq qayğı müəssisəsinin sakini olaraq onların ən böyük ehtiyacları “birindən məsləhət almaq”dır. Sorğu

olunan uşaqların az bir qisminin gələcəyə ümidlərinin olmaması səbəbindən gələcək planları yoxdur.

“De-institutlaşma’ prosesi və De-institutlaşma və Alternativ Qayğı üzrə Dövlət Proqramı barədə

həmçinin məlumatlılıq olduqca aşağı səviyyədədir. Respondentlərin əksəriyyətinin müəssisədə göstərilən

qayğıya alternativ sayıla bilən xidmətlər barədə lazımi məlumatı yoxdur. Respondentlər, ələlxüsus xidmət

göstərənlər rayonlarında Qeyri Hökümət Təşkilatlarının həyata keçirdikləri fəaliyyətləri barədə məlumatları

belə yoxdur. Ümumiyyətlə, QHT-lərin rayonlarında apardıqları işləri barədə çox az məlumatları var.

Xidmət göstərənlərin əksəriyyəti hələ də düşünürlər ki, ailə “özəl mülkiyyətdir” və burada uşağa

qarşı zorakılıq və etinasızlıq kimi problemlər yarandıqda, dövlət daxil olmaqla digər xidmət göstərənlər

müdaxilə etməməlidirlər. Xidmət göstərənlərin əksəriyyəti hesab edir ki, uşaqlar, evdə zorakılıqla

qarşılaşdıqda ailələrindən kənarlaşdırılmamalıdırlar. Respondentlərin əksəriyyəti razılaşdılar ki, rayonlarında

uşaq və gənclər üçün əyləncə və istirahət xidmətləri yaradılmalıdır.

Page 39: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 39 / 40

10. TÖVSĠYƏLƏR

Ehtiyacların qiymətləndirilməsi, himayədar qayğı xidmətlərinin yaradılması zamanı yerli mədəni

tələblərin nədən ibarət olmasını müəyyən etməkdə yardımçı oldu. Bundan əlavə, bu, həmçinin Xəzər

rayonunda uşaq hüquqları, ehtiyacları, alternativ xidmətlər və müəssisə qayğısı ilə bağlı əhalinin

məlumatlılığı, münasibəti və dərk etməsini öyrənməyə yardım etdi. Ehtiyacların qiymətləndirilməsi aşağıdakı

fəaliyyətləri nəzərdə saxlamağa və gələcəkdə həyata keçirməyə yardım etdi:

1. Uşaq hüquqları, uşaqların ehtiyacları və inkişaf sahələri barədə geniş məlumatlandırma kampaniyası aparılmalıdır. Rayon sakinləri, maraqlı hadisələr və nümunələr vasitəsilə həyata keçirilən və sadələşdirilən məlumatlar ilə uşaq hüquqları barədə məlumatlandırılmalıdır.

2. Dövlət Proqramı ilə bağlı kompleks məlumatlılığın artırılması kampaniyası aparılmalı və de-institutlaşma prosesinin fəlsəfəsi, üstünlükləri və prinsipləri icma üzvlərilə müzakirə edilməlidir. Bu prosesdə müvəffəqiyyətli olan müxtəlif ölkələrin örnəkləri icma üzvlərilə bölüşdürülməlidir.

3. Himayədar qayğı xidmətləri yaradıldıqda himayədar ailə və ya valideyn seçərkən yerli mədəni amillər nəzərə alınmalıdır. Beləliklə, himayədar qayğı göstərən qismində ilk növbədə yad ailələr yaxud valideynlərdən öncə dövlət müəssisəsi qayğısında olan uşaqların yaxın və uzaq qohumları nəzərə alınmalıdır.

4. Rayonda, xüsusi qayğıya ehtiyacı olan adamlar ələlxüsus da uşaqlar barədə məlumatlılığın artırılması kampaniyası həyata keçirilməlidir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların xüsusi ehtiyacları icma görüşləri və s. tədbirlər zamanı iştirakçılarla müzakirə edilməlidir.

5. Bir çox yerli və beynəlxalq QHT-lərin Xəzər rayonunda uzun illər ərzində fəaliyyət göstərdiyinə baxmayaraq, burada bu təşkilatlar və onların həyata keçirdikləri fəaliyyətlər barədə hələ də az məlumat var. Beləliklə, QHT-lərə öz təşkilatlarını və həyata keçirdikləri fəaliyyətləri meydana çıxartmaq məqsədilə məlumatlandırma kampaniyasını gücləndirmək tövsiyə edilir. Bu, həmçinin, Xəzər rayonunun sakinlərinə və xidmət göstərənlərə həyatlarında problemlərlə qarşılaşdıqda onlara müraciət etməyə yardım edəcək. Belə fəaliyyətlər QHT-ləri eyni problemlər üzərində çalışan partnyorlar qismində görməkdə dövlət qurumlarına, sakinlərə və xidmət göstərənlərə yardım edəcəkdir.

Page 40: Needs Assessment Report AZE

Ehtiyacların Qiymətləndirilməsi Hesabatı Page 40 / 40

Ġstifadə olunmuĢ ədəbiyyat

Burke, M. (1995). Child institutionalization and child protection in Central and Eastern Europe.

Innocenti Occasional Papers, Economic Policy Series.

Ducci, V. (2007). Beyon the orphange: the process of de-institutionalizaton of children in Intaly: Post

war developments

Gross, R. (2009). Return to Investment in Child Welfare Reform The CEE/CIS Region

Lewis, O., Sargent, J., Chaffin, M., Friedrich, W., Cunningham, N., Cantor, P., et al. (2004). Progress

report on the development of child abuse prevention, identification, and treatment systems in Eastern

Europe. Child abuse & neglect, 28(1), 93-111.

Ministry of Education of Azerbaijan Republic (2009). The report of analysis of state run institutions

in Azerbaijan. Available from http://www.edu.gov.az/view.php?lang=az&menu=83&id=1379

Schmidt, V. (2009). Orphan care in Russia. Social Work and Society,7,1

Ssewamala, F., Ismayilova, L. and Huseynli. A. (2010). Reforming the Institutional Care in

Azerbaijan or Placing a Patch or Integrating Economic Strategies in De-Institutionalization of Children in

Azerbaijan (in the process of publication)

(UNICEF, 2010). Comparison of costs and other issues of the state programme on de-

institutionalization and alternative care in Azerbaijan

UNICEF. (2005). All rights for all children. UNICEF in Central and Eastern Europe and the

Commonwealth of Independent States Available from http://www.unicef.org/publications/files/UNICEF_CEE-

CIS.pdf

United Nations Development Programme [UNDP]. (2007). Azerbaijan Human Development Report

2007. Baku, Azerbaijan: UNDP